Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-326/2022 04.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Abuşov Nərmin Latiq qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə hesab olunan heroini və külli miqdarda psixotrop maddə hesab olunan metafetamini əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin iyun ayında Bakı şəhəri, “20 Yanvar” metrostansiyası yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə külli miqdarda, bir ədəd açıq boz rəngli sellofan torbada içərisində bir ədəd, şəffaf rəngli sellofan bükümdə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil edilən təmiz çəkisi 83,114 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, bir ədəd, şəffaf sellofan bükümdə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxil edilən təmiz çəkisi 19.252 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 250 manat müqabilində əldə edib özündə olan bir ədəd “Constant” markalı elektron tərəzi və bir ədəd, içərisində kəsilmiş formada, oda davamlı falqalar olan qara rəngli plastik qutu ilə birlikdə yaşadığı ünvan 1 ünvanına daşıyaraq bir büküm, 1,083 qram narkotik vasitə olan heroini üzərində, qalan 82,031 qramını isə evin yataq otağının giriş hissəsində qırmızı rəngli vitrin soyuducunun arxa alt hissəsində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 20:10-da Abşeron rayon Polis İdarəsinin X4 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində saxlanılaraq Abşeron rayon Polis İdarəsinin X5 gətirilib binanın inzibati otaqlarının birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli şalvarının sağ yan cinbindən bir ədəd, şəffaf rəngli sellofan bükülmdə 1.083 qram narkotik vasitə olan heroin, əməliyyat tədbirlərinin davamı olaraq yaşadığı-ünvan 1 ünvanında yerləşən fərdi evinə baxış keçirilən zaman evin yataq otağında yerləşən qırmızı rəngli vitrin soyuducusunun arxa alt hissəsindən açıq boz rəngli sellofan torbanın içərisində saxladığı bir ədəd, şəffaf rəngli selofan bükümdə təmiz çəkisi 82.031 qram narkotik vasitə olan heroin, bir ədəd, şəffaf rəngli selofan bükümdə təmiz çəkisi 19.252 qram psixotrop maddə olan metamfetamin, bir ədəd üzərində narkotik vasitə-heroin izləri və psixotrop maddə-metamfetamin izləri olan “Constant” markalı elektron tərəzi, bir ədəd, içərisində kəsilmiş formada, oda davamlı falqalar olan qara rəngli plastik qutu polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, polis əməkdaşları onu təxminən saat 12 radələrində yolda saxlamış və X5 aparmış, həmin gün axşam saat 19-20 radələrində polis əməkdaşları ilə birlikdə onun yaşadığı evə baxış keçirilməsi üçün gəlmiş, evə baxış keçirildikdən sonra yenidən polis bölməsinə qayıtmışlar. Polis bölməsində olarkən polis əməkdaşları ona narkotik vasitə verərək cibinə qoymasını, eyni zamanda evinə də 1- 1.5 qram heroin qoyulduğunu, həmin narkotik vasitələri götürüb vəkilin yanında polisə təqdim etməyi tapşırmış, o da deyilən kimi etmişdir. Evdə olan zaman isə soyuducunun içərisində olan narkotik vasitələri götürməyi demişlər. O da “nəyə görə məni yükləyirsiniz?” deyərək etiraz etmişdir. Şahid kimi dindirilən şəxslərin verdikləri ifadələr yalandır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, o bir ilə yaxındır ki, heroin və metamfetamindən yandırıb tüstüsünü nəfəsinə çəkmək yolu ilə qəbul edir. Lakin tutulan zaman üzərində narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, hər hansı bir sosial şəbəkədən istifadə etməmiş, tutulduğu gün taksi ilə 20 yanvar ərazisinə getmiş, evə qayıdarkən yolda polis əməkdaşları tərəfindən tutulmuşdur. Taksi sürücüsünün yanında onun üzərinə, daha sonra evinə baxış keçirilmiş, lakin nə üzərindən, nə də evindən hər hansı bir narkotik vasitə aşkar edilməmişdir. Belə ki, evinin açarları polis idarəsindəki otaqda olmuş, həmin açarı götürərək onun icazəsi olmadan evinə baxış keçirilmişdir. Onun evində və həyətində kamera olmuş, lakin polis əməkdaşları həmin kameraların da yaddaş kartını elə onun yanında çıxardıb götürmüşlər. Polis əməkdaşları tərəfindən ona təzyiq olunduğu üçün deyilən narkotik vasitənin ona məxsus olduğunu deməyə və verilən sənədlərə qol çəkməyə məcbur olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq göstərmişdir ki, o narkotik vasitələr heroin və metamfetamindən istifadə etmiş, həmin nakotik vasitələri yaşadığı qəsəbədə Samir adlı şəxsdən almış, həmin şəxsin sonradan tutulduğunu bildirmişdir. Eyni zamanda “whatsapp” proqramından istifadə etmiş, lakin orda narkotik vasitələrin alışı və ya satışı ilə bağlı hər hansı bir söhbət aparmamışdır. Məhkəmə tərkibi təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında ziddiyyət olduğu üçün ziddiyyət təşkil edən hissədə təqsirləndirilən şəxsin ifadəsini elan etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, ünvan 2 ünvanında tək yaşayır və təxminən 2 il olar ki, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir. Təxminən 2021-ci ilin iyun ayında internetdə sosial şəbəkələrin birində adını bilmədiyi şəxslə tanış olub onun narkotik vasitə satdığını bildikdən sonra həmin şəxslə Bakı şəhəri, “20 Yanvar” metrostansiyası yaxınlığında görüşərək 250 manat müqabilində narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin alıb ünvan 1 ünvanında yerləşən fərdi evinə daşıyaraq evin yataq otağının giriş hissəsində qırmızı rəngli vitrin soyuducunun arxa alt hissəsində saxlamışdır. Həmin yerdə bir ədəd elektron tərəzi də qoymuşdur ki, hər dəfə narkotik vasitə qəbul etdikdə çəkisini bilsin. 06 yanvar 2022-ci il tarixdə axşam saat təxminən 20 radələrində yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində olduğu zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları olduqlarını bildirib onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Qobu PB-nə gətirilmişdir. Müdafiəçisinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən bir ədəd, şəffaf sellofana bükülmüş formada narkotrik vasitə heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış davam etdirilmiş və qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra verilən suala cavab olaraq o, yaşadığı, ünvan 3 ünvanında qanunsuz olaraq narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin saxladığını bildirmişdir. Onun razılıq ərizəsi əsasında yaşadığı qeyd edilən ünvana baxış keçirilmiş, baxış zamanı yataq otağının giriş hissəsində qırmızı rəngli vitrin soyuducunun arxa alt hissəsində açıq boz rəngli sellofan torbanı çıxardaraq içərisində bir ədəd, şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroini, bir ədəd, şəffaf rəngli sellofana bükülmüş metamfetamini, bir ədəd “Constant” markalı elektron tərəzini və bir ədəd, içərisində, kəsilmiş halda oda davamlı falqalar olan qara rəngli plastik qutunu təqdim etmiş və bildirmişdir ki, həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini beş-altı ay öncə Bakı şəhəri, “20 Yanvar” metrostansiyası yaxınlığında sosial şəbəkə vasitəsilə tanış olduğu, lakin şəxsən tanımadığı şəxsdən 250 (iki yüz) əlli manat qarşılığında almış və şəxsi istifadəsi üçün yaşadığı qeyd edilən ünvana daşıyaraq saxlamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona verilən suala cavab olaraq bildirmişdir ki, şəxsi axtarış zamanı üzərindən çıxan narkotik vasitə heroini tutulduğu gün 20 yanavr metrostansiyası yaxınlığından 15 (on beş) manat müqabilində alması barədə ifadəsi həqiqəti əks etdirmir, beləki o, həyəcanlandığı üçün belə ifadə vermişdir, əslində isə həmin narkotik vasitə olan heroin evdə olan heroinin bir hissəsidir və istifadə etmək üçün hadisə günü üzərində daşımışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş Abşeron rayon Polis İdarəsinin X4 cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı düşmənçiliyi, ədavəti olmamışdır. 06 yanvar 2022-ci il tarixdə saat 20:00-da daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron RPİ-nin X4 cinayət axtarışı üzrə əməliyyat müvəkkilləri-polis kapitanı X3 və polis baş leytenantı Şahid1 iştirakları ilə Abşeron rayonu Qobu qəsəbəsi ərazisində əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq polis əməkdaşları olduğunu bildirmişlər və özlərini təqdim etmişlər. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, saxlandığı yerdə müvafiq sənədləşmə aparılmasının mümkün olmadığını deyib onu X5 dəvət etmişlər. Daha sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən bir ədəd bükümü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs, üzərində saxladığı narkotik vasitə olan heroini xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, “20 Yanvar” metrostansiyası yaxınlığında sosial şəbəkə vasitəsilə tanış olduğu, lakin şəxsən tanımadığı şəxsdən 15 (on beş) manat qarşılığında aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında qanunsuz olaraq narkotik vasitə saxladığını bildirmiş, onun məlumatı əsasında yaşadığı ünvanda da axtarış keçirilmiş, Təqsirləndirilən şəxs axtarış zamanı heroin və metamfetamini özü təqdim edərək həmin narkotik vasitələri altı ay öncə Bakı şəhəri, “20 Yanvar” metrostansiyası yaxınlığında sosial şəbəkə vasitəsilə tanış olduğu, lakin şəxsən tanımadığı şəxsdən 250 (iki yüz) əlli manat qarşılığında aldığını və şəxsi istifadəsi üçün yaşadığı ünvana daşıyaraq saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Abşeron rayon polis idarəsinin X4 cinayət axtarışı üzrə əməliyyat müvəkkilləri X3 və Şahid1 Şahid3 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 07 fevral 2022-ci il tarixli 577 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin və psixostimyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu “narkomaniya” xəstəliyi aşkar olunur. Təqsirləndirilən şəxs İİ qrup əlil olduğuna görə ona narkomaniyadan məcburi müalicə tədbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilmiş və məlum olmuşdur ki, Təqsirləndirilən şəxs bir ədəd şəffaf rəngli sellofanda olan bükümü əynində olan şalvarının sağ yan cinbindən çıxararaq təqdim edir. Həmin narkotik vasitəni tutulduğu gün - xx.xx.2022-ci il tarixdə “20 Yanvar” metrostansiyası yaxınlığında 15 (on beş) manat ödəməklə aldığını bildirir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ərizə yazaraq yaşadığı ünvan 2 ünvanına baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Qeyd olunan ərizə əsasında onun yaşadığı yerə baxış keçirilməsi nəticəsində tərtib edilmiş “baxış keçirilməsi barədə” protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilmiş və məlum olmuşdur ki, Təqsirləndirilən şəxs özünün yaşadığı yer kimi təqdim etdiyi bir otaqlı saxlanc yerində olan qırmızı rəngli vitrin soyuducusunun arxa alt hissəsindən açıq boz rəngli sellofan torbanı içərisində saxladığı iki ədəd, şəffaf rəngli sellofan bükümləri və bir ədəd elektron tərəzini, bir ədəd içərisində kəsilmiş formada falqalar olan qara rəngli qutunu qeyd olunan yerdən çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 07 yanva 2022-ci il tarixli 6/79 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş (imza) Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,083 qram qə qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqdim etdi (imza) Təqsirləndirilən şəxs yazısı və imzalar” olan paketdəki bir ədəd bükümdə təmiz çəkisi 82,031 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir, 1(bir) ədəd bükümdə təmiz çəkisi 19,252 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd “Constant” markalı elektron tərəzinin üzərində heroin və metamfetamin izləri vardır. İz şəklində olduğu üçün heroin və metamfetaminin çəkisini müəyyən etmək mümkün deyildir. Həmin paketdə olan gümüşü rəngli falqa üzərində narkotik vasitələrin və psixotrop maddələrin izləri yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs götürülmüş heroinin ümumi təmiz çəkisi 83,114 qram təşkil edir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əlavə məhkəmə-kimyəvi ekspertizasınən 14 yanvar 2022-ci il tarixli 6/154 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEÇ-nin “Təhqiqat Obyekti № 59” ştamp əksi olan paketdəki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş heroin və yaşadığı-ünvan 1 ünvanına baxış zamanı aşkar edilərək götürülmüş heroin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən götürülmüş və ekspertiza tədqiqatından sonra 81,861 qram qalıq qalmış narkotik vasitə heroin və 19,152 qram qalıq qalmış psixatrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadənin onun üzərindən və evindən aşkar olunan narkotik vasitələrin ona məxsusu olmaması, eyni zamanda narkotik vasitələrin satışı ilə məşğul olmamasını, fiziki və psixoloji təzyiq altında həmin narkotik vasitə və psixatrop maddənin ona məxsus olması barədə hissəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu hissədə verdiyi ifadə özünü müdafiə xarakteri daşımaqla obyektiv həqiqəti əks etdirmir, çünki onun verilən ittiham üzrə təqsiri öz ifadəsinin etirafedici hissəsi ilə bərabər məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 40 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə məhkəmə-tibb ekspertizasından keçirilmiş, onun bədəni üzərində xəsarət aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli “əməliyyat qrupunun təşkil edilməsi və davranış xəttinin izah edilməsi haqqında” protokol, eyni tarix və məzmunlu raport və “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etmə, saxlama və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanması, Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respubliksı CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur, həmin tarixdə Abşeron rayon məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə nəzarətini həyata keçirən məhkəmə kimi Təqsirləndirilən şəxs onun üçün ilk əlçatan məhkəmə olan Abşeron rayon məhkəməsində barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılarkən qətimkan tədbirinin seçilməsinin əsası kimi çıxış edən ittihamla razı olmadığını, fiziki və psixi zorakılığa məruz qaldığını ifadə etməmiş, onun hüquqlarının müdafiəsini həyata keçirən müdafiəçi isə çıxışında Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etdiyini və əməlindən peşman olduğunu bildirməklə vəsatətin təmin edilməməsini xahiş etdiyini bildirmişdir. Həmçinin təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirsə də onun üzərindən və evindən aşkar olunan narkotik vasitə və psixotrop maddənin özünə məxsus olmasını bildirmişdir. Bunu cinayət materiallarına əlavə edilmiş “şəxsi axtarış”, “baxış” aparılması barədə CD disklərin məhkəmə istintaqı zamanı tədqiq edilməsi zamanı məlum olan hallar da bir daha təsdiq edir. Belə ki, təqsirləndirilən şəxs sərbəst ifadə verərək həmin narkotik vasitələri təqdim edir, olduğu yerdən götürərək polis əməkdaşlarına təhvil verir, bu zaman onun davranış, fiziki görüntü və ya ifadəsindən təzyiq altında davranmasını göstərəcək hər hansı bir cüzi hal müşahidə olunmur. Eyni zamanda təqsirləndirilən şəxsdən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı hər hansı bir zorakılığa məruz qalıb qalmaması barədə sual verilmiş, o məhkəmə tərkibinə hər hansı bir fiziki və psixi zorakılığa məruz qalmadığını bildirmişdir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Mötəbərliyi şübhə doğurmayan və qanuni yolla əldə edilmiş sübutların məcmusu ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edib saxlama və daşıma cinayətini törətmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun “Pensiya Vəsiqəsi”nə əsasən Təqsirləndirilən şəxs İİ qrup əlildir və ona 67.59 manat məbləğində pensiya təyin edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Abşeron rayon İcra hakimiyyətinin Qobu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından və “doğum haqqında şəhadətnamələr”dən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 4 azyaşlı uşağı (ən böyüyü 2012-ci il təvəllüdlü olmaqla) var. Həmin arayışa əlavə edilmiş “xasiyyətnamə”dən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi ərizə, şikayət daxil olmamışdır. Abşeron rayon Mərkəzi Xəstəxanasının 20 aprel 2022-ci il tarixli 697 nömrəli məktubuna əsasən Təqsirləndirilən şəxs Abşeron rayon X1 şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatda olmadığı müəyyən edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs himayəsində 4 (dörd) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ilk dəfə məsuliyyətə cəlb edilməsini və İİ dərəcəli əlil olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşdə olan qərarın surətindən görünür ki, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci ildən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu 06 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlil olduğuna görə ona narkomaniyadan məcburi müalicə tədbiq edilməsi mümkün deyildir. Lakin ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür, odur ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ümumi çəkisi 81,861 qram olan heroin, ümumi çəkisi 19,152 qram metamfetamin və bir ədəd CD disk sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra qalıq qalmış 81,861 qram narkotik vasitə heroin və ekspert tədqiqatından sonra qalıq qalmış 19,152 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş, bir ədəd CD disk saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 81,861 qram olan narkotik vasitə heroin və ekspert tədqiqatından sonra qalıq çəkisi 19,152 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 06 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı evinə baxış keçirilərkən götürülmüş, iş üzrə maddi sübut kimi tanınmış, Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmiş və ekspert tədqiqatından sonra 81,861 qram qalıq qalmış narkotik vasitə heroin və 19,152 qram qalıq qalmış psixatrop maddə metamfetamin məhv edilsin, iki ədəd əməliyyat-axtarış tədbirinin video çəkiliş görüntülərini özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlansın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: (imza) Aynur Rzayeva Hakim: (imza) Fəhmin Hümbətov Hakim: (imza) Hafiz Əliyev Əsli ilə düzdür Hakim Aynur Rzayeva
Məhkəmə qərarları › İş №1(124)-326/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-326/2022
04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver