Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-326/2024 29.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1984-cü il tarixdə Ermənistan Respublikası Kirovakan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmiş, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri 21-ci mikrorayon ərazisində yerləşən fərdi evdə kirayəşin yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Balaş” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən birləşərək cinayət əlaqəsinə girdikdən sonra, aralarındakı razılaşmaya uyğun olaraq istintaqa məlum olmayan vaxtda və şəraitdə “Balaş” adlı şəxsdən Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən Sabunçu dairəsi adlanan ərazidə qəbul etdiyi ümumilikdə 5557,0 qram çəkidə külli miqdarda xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan narkotik vasitə heroini və ümumilikdə 0,109 qram çəkidə şəxsi istehlak miqdarında psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib daşıyaraq Sumqayıt şəhərinə gətirməklə, narkotik vasitə heroinin bir qismini və psixotrop maddəni üzərində, narkotik vasitə heroinin qalan hissəsini kirayəşin yaşadığı mənzildə saxlamış, 12 yanvar 2023-cü il tarixdə saat 17:15-də üzərində saxladığı narkotik vasitə heroini bir ədəd bağlamada “Balaş” adlı şəxsə çatdırması üçün sərnişin qismində əyləşdiyi Şahid7 idarə etdiyi “Nissan Sunny” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhərindən Bakı şəhəri istiqamətində hərəkətdə olarkən, Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən, “Dörd Qardaş” şadlıq evinin yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-si əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılıb polis idarəsinə gətirilməklə xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, əynindəki qara rəngli şalvarın sağ yan cibinin üzərinəki kiçik ölçülü cibindən satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə, ümumi təmiz çəkisi 0,109 qram təşkil edən, şəxsi istehlak miqdarında ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və əynindəki gödəkcənin altından əyninə geyindiyi sağ çiyin nahiyəsindən asılmış qara rəngli dəri çantanın içərisində satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı üzəri şəffaf rəngli yapışqan lentlə örtülmüş 01 (bir) ədəd bağlamada, ümumi təmiz çəkisi 2553,0 qram təşkil edən, külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 18:55-də Təqsirləndirilən şəxs kirayəşin yaşadığı Sumqayıt şəhəri 21-ci mikrorayon ərazisində yerləşən mənzilə baxış keçirilərkən, mənzildəki çarpayının altında göy rəngli çantanın içərisində satış məqsədilə əldə edib daşıyaraq kirayəşin yaşadığı mənzildə saxladığı üzəri şəffaf rəngli yapışqan lentlə örtülmüş 01 (bir) ədəd bağlamada, ümumi təmiz çəkisi 3004,0 qram təşkil edən, külli miqdarda xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitə ilə eyni qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində aşağıdakıları göstərmişdir: “Mən narkotik vasitə istifadəçisiyəm. Öz tələbatımı ödəmək üçün fəhlə işləyib, pul qazanıram. Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin rəis müavini Rauf Babaşov məni Kürdəxanı təcridxanasından tanıdığına görə evə zəng edib, mənim harada olduğumu soruşmuş, evdəkilər də mənim Bakıda qaldığımı deyiblər və nömrəmi Rauf Babaşova veriblər. Mənim öz nömrəm yoxdur, başqasının nömrəsini istifadə edirəm. Evdən mənə Rauf Babaşovun evə zəng etdiyini dedilər. Mən onun nömrəsinin ***-***-**-** olduğunu bilirdim. Mən təzədən ona zəng edib, məni axtarmağının səbəbini soruşdum. O məndən Sumqayıta gələ bilib-bilməyəcəyimi soruşdu. Dedim ki, gələ bilərəm amma pulum yoxdur. O dedi ki, taksinin pulunu verəcək. Sumqayıta həmin gün getmədim. Növbəti gün getdim. Bu hadisələr 16 dekabr 2022-ci ildə baş verib. O məni otağında qəbul etdi. Dedi ki, onsuz da evə getmirsən, narkomansan, gəl sənə yeni ildə 234.1-ci maddəsi ilə ittiham elan edək, sən də həmin maddə ilə cəzanı çək, ona qədər də Sumqayıtda sənin üçün ev tutacağıq, hər gün malını, pulunu, hər bir şeyini verəcəyik. Mənim də Bakıda tanışlarım var idi. Bu təkliflə razılaşdım. Hər gün idarəyə gəlirdim, Şahid1 mənə 20-30 manat pul verirdi, malımı verirdi və mənim üçün ev tutmuşdu. Mən orada olduğum müddətdə heç bir polis mənə yaxınlaşmadı, hər hansı problem yaranmadı. Lakin mən ordan çıxa bilmirdim, çünki yükləyəcəklərini bilirdim. Özümü qorumaq üçün onlara dedim ki, telefonum yoxdur. Ayaqqabı tikən bir kişinin nömrəsi ilə hər gün Bəxtiyara zəng edirdim. Hər səhər saat 06:00-da ya özüm pulu götürməyə gedirdim, ya da Bəxtiyar pulu göndərirdi. Mən də götürüb, gedirdim. Bu hal beləcə davam etdi. Yanvarın 12-də Bakıya getmişdim, 19-cu Polis Bölməsinin 2 oğlan, 1 qız əməkdaşı məni tutdular və polis bölməsinə apardılar. Orada səhv etmirəmsə Elşad adlı müavin var idi. 19-cu Polis Bölməsində bildirdim ki, Rauf Babaşovu tanıyıram, üzərimdə narkotik vasitə yoxdur. Axşam saat 12-yə qədər məni orada saxladılar. Dedilər ki, gəl sənə 234.1ci maddə ilə ittiham elan edək, məhkəmə sənə 2 ay cəza versin. Mən razılaşmadım. Rauf Babaşov zəng etdi və məni buraxdılar. Növbəti gün Rauf mənə dedi ki, Sumqayıtdan çıxmayım, nə istəsəm edəcək. Demə, bunlar məni kilo ilə narkotik vasitədə təqsirləndirməyə hazırlaşırmışlar. Amma Rauf mənə demişdi ki, səni yanvarda ilin əvvəli olduğu üçün 234.1-ci maddə ilə təqsirləndirəcəyik. Razılaşdım. Həm təcridxanaya gedənə qədər bütün xərclərimi çəkəcəklərini, həm də Şüvəlan təcridaxanasına gedəndə mənə 2500 manat pul verəcəklərini bildirdi. Daha sonra isə evim üçün təxminən 720 manat pul xərclədiklərini dedi. Əvvəldən belə danışmadığımızı dedim. Sonra Bəxtiyar sellofanda nəsə düzəltdi, məni maşınla bazarın yanına qədər apardılar və orada gedib taksiyə minib, pulu verməyimi istədilər. Onlar biraz sonra taksini saxlayacaqlarını, bu sellofanın da mənə deyil, “Balaş” adlı şəxsə aid olduğunu, onun tutulduğunu, amma sübut edə bilmədiklərini dedilər. Razılaşdım. Sonra əməliyyatçılar mənimlə birlikdə yaşadığım evə getdilər, səbəbini soruşanda isə, bunların prosedur olduğunu sadəcə danışmalı olduğumu bildirdilər. Rauf Babaşov mənim tanışım olduğuna görə mənə heç nə etməyəcəklərini dedilər. Evimdə mənim üzərimdə aşkar olunan narkotik vasitə mənə məxsus olmamışdır. Bütün bunlar polis əməkdaşları tərəfindən qurulmuşdur. Mən bu faktı görüntülərlə sübut edəcəm, Baş Prokurorluğa da məndə belə bir sübut olduğunu və nümayəndələrinə təhvil vermək istədiyimi yazmışdım. Məni Mürvət müəllimin qəbuluna göndərdilər. Səhv etmirəmsə ya özünün, ya da müavinin qəbulunda oldum. Mənə dedi ki, səndə bizə aid əmanət var, onu bizə təhvil verməlisən. Mən görüntünü onlara deyil, Baş Prokurorluğa təhvil vermək istədiyimi bildirdim. Şahid1 ifadə verdikdən sonra, mən yekun məhkəmə iclasından əvvəl nümayəndəm vasitəsilə həmin sübutu məhkəməyə təqdim edəcəm.” Məhkəmə istintaqı zamanı ona ünvanlanan sullara cavab olaraq təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: “Rauf Babaşov məni Kürdəxanı təcridxanasından tanıdığına və narkotik vasitə istifadəçisi olduğumu bildiyinə görə, məni çağırdı və mənə gündəlik narkotik vasitə və pul verəcəyini bildirdi. O mənə ilin əvvəli olduğu üçün 234.1-ci maddə ilə ittiham elan edəcəklərini demişdi deyə, mən onun şərtləri ilə razılaşmışdım. Sonradan külli miqdarda narkotik vasitə ilə ittiham olunmağımla razılaşmadım. Mənə qarşı çox haqsızlıqlar olub, müstəntiqə yaza və oxuya bilmədiyimi bildirmişəm. Əvvəllər 5 dəfə məhkumluğum olub. Hər dəfə məhkum olunanda, mənə ittihamın mahiyyəti aydın formada izah olunub, sonuncu dəfə mənə heç bir şey izah olunmayıb. İran İslam Respublikasının vətəndaşı “Balaş” adlı şəxsi tanımıram, bu şəxslə telefon vasitəsilə və başqa formada əlaqəm olmayıb. Rauf Babaşov və Şahid1 mənə qarşı ədavəti olub. İbtidai istintaq zamanı ifadələrim mənim üçün oxunmayıb, mənə iki dəfə vəkil təyin olunub, ikisi də mənə sadəcə ifadələrə imza çəkməyimi bildiriblər. Tutulanda yanvar ayının 12-si saat 15:00-16:00 olardı. İstintaqdakı ifadəmdə 17:00 qeyd ediblər. Əvvəllər hər hansı psixi pozuntudan əziyyət çəkməmişəm. Əqli cəhətdən tam sağlamam. Mən narkotik vasitə istifadəçisiyəm, cəzamı təzə çəkib bitirmişdim. Oğurluq və ya başqa yollarla narkotik vasitə əldə etmək əvəzinə Rauf Babaşovun təklifi ilə razılaşdım. O mənə bildirdi ki, onsuz da tezliklə tutulacam, əvəzinə mənə yeni ildə 234.1-ci maddə ilə ittiham elan etsinlər. Mənə qarşı hər hansı psixi və fiziki təsir olmayıb. Aşkar olunan narkotik vasitənin mənə aidiyyəti yoxdur.” Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin dövründə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə verdiyi həmin ifadəsində göstərmişdir ki, xeyli müddətdir narkotik tərkibli və psixotrop maddələr qəbul edir. Qəbul etdiyi narkotik vasitə və psixotrop maddələri müxtəlif tanımadığı şəxslərdən alaraq istifadə etmişdir. Əvvəllər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan rayonu ərazisində yerləşən çəzaçəkmə müəssəsində cəza çəkərkən orada onunla birlikdə cəzaçəkən adının Balaş, özünün isə İran İslam Respublikası vətəndaşı olduğunu bildiyi, barəsində digər anket məlumatlarını bilmədiyi şəxslə tanış olmuş, həmin şəxs qanunsuz olaraq narkotik tərkibli maddələrin əldə edilməsi və satışı ilə məşğul olduğundan həbs edilərək, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sonradan cəzasını çəkib qurtardığından azadlığa buraxılmış, həmin Balaş adlı şəxs isə cəzaçəkmə müəssəsində qalaraq cəzasını çəkməyə davam etmişdir. Azadlığa buraxıldıqdan sonra onunla daha əlaqə saxlmamış, Balaş adlı şəxslə birdə polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən bir ay əvvəl Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən Sabunçu dairəsi adlanan ərazidə təsadüfən qarşılaşmış, onunla görüşdükdə Balaş adlı şəxs nə işlə məşğul olduğunu soruşduqda, ona işsiz olduğunu bildirmişdir. Balaş isə onun verəcəyi narkotik vasitəni etibarlı yerdə gizlədərək saxlamasını, ona lazım olduqda isə həmin narkotik vasitəni ona çatdırmasını təklif etmişdir. Bununla razılaşmış, Balaş adlı şəxs isə bunun müqabilində ona 1000 manat pul verəcəyinə söz vermişdir. Bundan sonra Balaşın ona bir ədəd çantada verdiyi narkotik vasitələri polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən dörd gün əvvəl Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən Sabunçu dairəsinin yaxınlığında Balaş adlı şəxslə görüşərək ondan almış və gizlətmək üçün kirayəşin yaşadığı Sumqayıt şəhəri 21-ci mikrorayon ərazisində yerləşən evə gətirmişdir. Saxlanılmamışdan iki gün əvvəl Balaş adlı şəxs ondan narkotik vasitənin bir bükümünü istədiyindən onun istədiyi bükümdəki narkotik vasitəni aparıb Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən Sabunçu dairəsi adlanan ərazinin yaxınlığında Balaşla görüşərək ona təhfil vermiş, bunun müqabilində Balaş ona 200 manat pul vermişdir. Bundan sonra birdə xx.xx.2023-cü il tarixdə Balaş adlı şəxs ona saxlamaq üçün verdiyi narkotik vasitədən bir bükümünüdə istədiyindən həmin gün təxminən saat 17 radələrində yaşadığı evdən çıxmış, onu Bakı şəhərinə aparması ilə bağlı tanımadığı taksi avtomobilinin sürücüsü ilə arasında razılığa gəldikdən sonra taksi avtomobilinə əyləşmiş, saat 17:15-də sərnişin qismində əyləşdiyi taksi avtomobilində Bakı şəhərinə gedərkən polis əməkdaşının gündəlik geyim formasında olan şəxslər işarə verib sərnişin qismində əyləşdiyi taksi avtomobilini Sumqayıt şəhəri Sahil küçəsi ərazisində yerləşən «Dörd Qardaş» restoranının yaxınlığında saxlatmışlar. Bundan sonra mülki geyimli şəxslər ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, qəbulu, daşınması və satışı ilə məşğul olmaqda şübhəli olduğundan saxlanıldığını bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Buna etiraz etmədən onlarla birlikdə polis idarəsinə getmiş, polis idarəsinin inzibati binasına daxil olduqdan sonra onu xidməti otaqlardan birinə dəvət etmişlər. Bundan sonra bir daha üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək, hüquq və vəzifələrini izah etmişlər, ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş, eləcədə hüquqlarının müdafiəsi üçün təqdim edilmiş siyahıdan seçdiyi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X7 təqdim olunmuşdur. Daha sonra isə vidoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı qanunla saxlanılması və daşınması qadağan edilmiş əşya və ya pridmet varsa təqdim etməyini təklif etmişlər. Bundan sonra əynində olan qara rəngli cins şalvarın sol yan cibində saxlamış olduğu “Prima” markalı siqaret qutusunu, 1 ədəd alışqanı, əynindəki şalvarın arxa sağ cibində saxlamış olduğu pul əskinazlarını, bir ədəd “Leobank” kartını, bir ədəd vizit kartını, bir ədəd “BakıKart” gediş kartını və 1 ədəd ev açarını təqdim etmiş, daha sonra əynində olan qara rəngli gödəkçənin altından geyindiyi, sağ çiynindən asılmış, içərisində Balaş adlı şəxsə vermək üçün apardığı narkotik vasitə olan qara rəngli dəri çantanı çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşı tərəfindən üzərinə fiziki olaraq şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibinin üzərindəki kiçik ölçülü cibdən özünün təqdim etməyi unutduğu bir ədəd gümüşü rəngli kağız büküm aşkar edilmişdir. Daha sonra əynindən çıxarıb xidməti otaqdakı stulun üzərinə qoymuş olduğu qara rəngli gödəkçənin ciblərinə baxış keçirilmiş, həmin gödəkçənin iç cibindən bir ədəd narkotik vasitə qəbul edərkən istifadə etdiyi tibbi şpris, bir ədəd eyni ilə narkotik vasitə qəbul edərkən istifadə etdiyi üzərində “pencilin” yazılı olan şüşə dərman flakonu, bir ədəd içərisində məişətdə istifadə edilən və narkotik vasitə qəbul edərkən birlikdə qarışdırıb istifadə etdiyi “limon duzu” olan yaşıl rəngli sellofan paket, loto kağızı, içərisində kağızlara yazılmış nömrələrin olduğu sellofan bağlama, ***-***-**-** saylı mobil nömrənin sim kartı, içərisində iydələr olan şəffaf paket aşkar edilmişdir. Özünün təqdim edərək masanın üzərinə qoymuş olduğu bir ədəd qara rəngli dəri çantanın içərisinə baxış keçirildikdə, çantanın içərisindən bir ədəd qara rəngli sellofan paket müəyyən edilmiş, həmin sellofan paket açılan zaman içərisindən üzəri yapışqan lentlə örtülmüş bir ədəd qara rəngli bağlama, həmin bağlama açılan zaman isə bağlamanın içərisindən qəhvəyi rəngli, toz halında narkotik vasitə olan “heroinə” bənzər maddə aşkar edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibinin üzərindəki kiçik ölçülü cibindən aşkar edilmiş 1 ədəd gümüşü rəngli kağız bükümə baxış keçirildikdə, həmin bükümün içərisindən isə ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddə aşkar edilmişdir. Əynindəki qara rəngli gödəkçənin iç cibindən aşkar edilmiş yaşıl rəngli sellofan paketin içərisində narkotik vasitə və psixotrop maddə qəbul edərkən birlikdə qarışdıraraq istifadə etdiyi ağ rəngli, kristal formalı “limon duzu” adlanan maddədə aşkar edilmiş, verilmiş sualları cavablandıraraq narkotik vasitə istifadəçisi olduğunu, üzərindən aşkar edilmiş böyük ölçülü bağlamadakı maddənin narkotik vasitə olan və “kakos” adlandırılan heroin olduğunu, həmin narkotik vasitəni adının Balaş və İran İslam Respublikası vətəndaşı olduğunu bildiyi, əvvəllər eyni cəzaçəkmə müəssəsində cəza çəkdiyi şəxsin Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən Sabunçu dairəsi deyilən ərazidə digər iki ədəd içərisində narkotik vasitə olan bağlamalarla birlikə ona verərək, ondan yaşadığı ünvanda gizlədib saxlamağını xahiş etdiyini, qarşılığında ona həm pul, həm də istifadə etmək üçün narkotik vasitə verəcəyinə dair söz verdiyini, Balaş adlı şəxsin xahişi ilə üç ədəd bağlamanı yaşadığı ünvana aparıb orda saxladığını, 2 gün əvvəl həmin bağlamalardan birini aparıb Balaş adlı şəxsə verdiyini, qarşılığında ondan 200 manat pul aldığını, Balaşın xahişi ilə bu gün Özündə qalan 2 ədəd bağlamadan birinidə yenidən ona çatdırmaq üçün yaşadığı ünvandan götürüb yola çıxdığını, həmin bağlamanı Balaş adlı şəxsə verdikdən sonra qarşılığında ondan 1000 manat pul alacağını, lakin taksi avtomobili ilə Bakı şəhərinə gedərkən yolda saxlanılaraq polis idarəsinə gətirildiyini, üzərindən aşkar edilmiş bir ədəd gümüşü rəngli kağız bükmdəki maddənin psixotrop maddə olan və “şüşə” adlandırılan metamfetamin olduğunu, həmin maddənidə Balaş adlı şəxsin ona şəxsi istifadəsi üçün verdiyini bildirmişdir. Həmçinin Bakı şəhərində Balaş adlı şəxsin yanına getmək üçün mindiyi taksinin sürücüsünün üzərində narkotik vasitə olduğundan məlumatsız olduğunu, bundan başqa hazırda yaşadığı ünvandada narkotik vasitə saxladığınıda bildirmişdir. Polis əməkdaşları yaşadığı ünvana baxış keçirilməsinə razılığının olub olmadığını soruşduqda yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, daha sonra üzərinə şəxsi axtarış keçirilərkən aşkar olunmuş 1 ədəd qara rəngli bağlamadakı maddə tərəzidə çəkilən zaman həmin bağlamadakı maddənin bağlama ilə birlikdə ümumi çəkisinin 2,630 kq olduğu, 1 ədəd gümüşü rəngli kağıza bükülmüş maddə tərəzidə çəkilən zaman, həmin maddənin ümumi çəkisinin 0,24 qram olduğu müəyyən edilmiş, daha sonra aşkar olunmuş həmin maddələr, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bir ədəd istifadə olunmuş tibbi şpris, bir ədəd üzərində “pencilin” yazıları olan şüşə dərman flakonu, bir ədəd içərisində ağ rəngli kristal kütlə olan yaşıl rəngli sellofan paketlə bərabər qablaşdırılaraq götürülmüşdür. Sonradan üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilmiş Prima markalı siqaret, bir ədəd alışqan, bir ədəd “Leobank” kartı, bir ədəd vizit kart, bir ədəd “Bakıkart” gediş kartı, 68 manat məbləğində pul əskinazları, sellofan paketdəki iydələr, lato vərəqi, üzərində nömrələr yazılan kağız parçaları, bir ədəd simkart araşdırma üzrə əhəmiyyət kəsb etmədiyi ona izah edilərək özünə geri qaytarılmışdır. Bundan sonra polis əməkdaşları, hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş vəkilin iştirakı ilə birlikdə yaşadığı ünvana getmiş, yaşadığı ünvana çatdıqdan sonra ona kirayəşin yaşadığı otaqda hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif olunan zaman, kirayəşin yaşadığı evin otağındakı çarpayının alt hissəsində gizlətdiyi içərisində Balaş adlı şəxsin ona saxlamaq üçün verdiyi narkotik vasitələrdən sonuncu bağlamanın olduğu bir ədəd göy rəngli çantanı təqdim etmişdir. Həmin çantanın içərisinə baxış keçirilərkən içərisindən qara rəngli sellofan paketdə, üzəri şəffaf rəngli yapışqan lentlə örtülmüş bağlama aşkar edilmiş, yaşadığı ünvana baxış keçirilərkən aşkar edilərək götürülmüş bağlamadakı maddə tərəzidə çəkilən zaman, həmin maddənin ümumi çəkisinin 3,050 kiloqram olduğu müəyyən edilmiş, sonra isə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra yenidən polis əməkdaşları ilə birlikdə polis idarəsinin inzibati binasına qayıtmış, daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı, eləcədə yaşadığı mənzilə baxış keçirilməsi ilə bağlı protokollar tərtib etmiş, həmin protokollar ucadan oxunmuş, protokollara əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokollarla tanış olaraq həmin protokolları imzalamışdır. Üzərinə şəxsi axtarış və yaşadığı mənzilə isə baxış keçirilərkən aşkar edilmiş narkotik vasitəni Balaş adlı şəxsin saxlamağı müqabilində ona 1000 manat pul verəcəyinə söz verdiyindən ilk əvvəl yaşadığı ünvanda gizlətmiş, sonra isə Balaş adlı şəxsin xahişi ilə bir bükümünü aparıb ona vermiş, bir bükümünü isə yenidən Balaş adlı şəxsə vermək üçün apararkən polis əməkdaşları tərəfindən saxlanılmış, həmin narkotik vasitə və psixotrop maddələrdən hər hansı digər şəxsə satmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, təzyiq göstərilməmiş və hədə qorxu gəlinməmiş, yaşadığı mənzildə narkotik vasitə saxlamasından hər hansı digər şəxsin məlumatı olmamışdır (cild 01, iş vər. 229-233). Məhkəmə istintaqının sonrakı mərhələsində Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı yalan dediyini, onun əlində hər hansı video görüntülərin, sübutların olmadığını, lakin ondan aşkar olunan narkotik vasitənin həqiqətən də ona aid olmadığını, polis əməkdaşları tərəfindən bütün bu tədbirin quraşdırıldığını, məhkəmədən barəsində ədalətli qərarın qəbul olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək aşağıdakıları göstərmişdir: “xx.xx.2023-cü il tarixdə xidmət etdiyim Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinə Şahin adlı şəxsin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu və satışı ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil oldu. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 17:15-də Sumqayıt şəhəri, Sahil küçəsində digər polis əməkdaşları ilə birlikdə olarkən Təqsirləndirilən şəxs Şahid7 idarə etdiyi “Nissan Sunny” markalı avtomobillə Sumqayıt şəhərindən Bakı şəhəri istiqamətində hərəkət etdiyi tərəfimizdən müəyyən edildiyindən, ərazidə xidmət aparan yol patrul xidməti əməkdaşlarından işarə verib Şahid7 idarə etdiyi avtomobili saxlamasını tələb etmişik. Həmin şəxs idarə etdiyi avtomobili saxladıqdan sonra isə ona və idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmiş Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları Şahid2, Şahid4 və Şahid3 ilə yaxınlaşaraq Təqsirləndirilən şəxs və Şahid7 saxlamışıq. Daha sonra onlara özümüzü təqdim edib, Təqsirləndirilən şəxs narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, istifadə etməkdə, eləcə də satışı ilə məşğul olmaqda şübhəli olduğundan saxlanıldığını izah edib, bizimlə birlikdə Sumqayıt Şəhər Polis İdarəsinə getməli olduqlarını bildirdikdə, Təqsirləndirilən şəxs və Şahid7 etiraz etmədən bizimlə birlikdə gedəcəklərini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs və Şahid7 Sumqayıt Şəhər Polis İdarəsinə gətirib, raport tərtib etməklə təhvil vermişik. Daha sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən bir ədəd istifadə edilmiş tibbi şpris və narkotik vasitə heroin aşkar olunmuşdur. Həmin narkotik vasitəni bir şəxsdən aldığını bildirmişdir. Həmin şəxsin adını xatırlamıram. Bundan sonra onun yaşadığı Sumqayıt şəhəri 21-ci mikrorayon ərazisində yerləşən mənzilə getmişik, həmin mənzil bir otaqdan ibarət olmuşdur. Təqsirləndirilən şəxs çarpayının altında əl çantasında saxladığı bir ədəd qara rəngli sellofan bükümü çıxarıb təqdim etmiş, həmin çantaya baxış keçirildikdə çantanın içərisində qara rəngli sellofana bükülmüş üzəri yapışqan lentlə sarınmış böyük ölçülü bağlamanın olduğu müəyyən edilmişdir. Bağlamanın içindən narkotik vasitənin qalan hissəsi aşkar olunaraq götürülmüşdür.” Məhkəmə istintaqı zamanı ona ünvanlanan sullara cavab olaraq şahid aşağıdakıları göstərmişdir: “Təqsirləndirilən şəxs haqqında əməliyyat məlumatı Cinayət Axtarış Şöbəsinə daxil olmuşdur. Əməliyyat-axtarış qrupuna mən rəhbərlik etmişəm. Əməliyyat-axtarış qrupunda Şahid2 Varaşil oğlu, Şahid3 və Şahid4 var idi. Şəxsi saxlamamışdan əvvəl bizim onun əvvəllər dəfələrlə məhkum olunması ilə bağlı məlumatımız yox idi. Şəxslə cəzasını təzəcə çəkib bitirdiyinə görə tərəfimizdən hər hansı profilaktik söhbət aparılmayıb. Şəxs barəsində əməliyyat məlumatı daxil olduqdan sonra 12 yanvar 2023-cü ildə tərəfimizdən saxlanılmışdır. Şəxs saxlanıldıqdan sonra üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən səhv etmirəmsə tibbi şpris, narkotik vasitə-heroin və s. aşkar olundu. Şəxs saxlanılarkən ona tərəfimizdən hər hansı təzyiq göstərilməyib. İstintaq müddətində Təqsirləndirilən şəxs narkotik vasitəni bir şəxsdən aldığını dedi. Aldığı şəxsin adını xatırlamıram. Şəxsə qarşı tərəfimizdən hər hansı işgəncə və təzyiq göstərilməyib. Rauf Babaşov Sumqayıt şəhər Polis İdarəsində rəis müavini olmuşdur. İndi isə Yardımlı Rayon Polis İdarəsinin rəisidir. O təxminən iki il yarım müddətində Sumqayıt Şəhər Polis İdarəsində işləyib. Səhv etmirəmsə Təqsirləndirilən şəxs yanvar ayında saxlanılarkən Rauf Babaşov Sumqayıt Şəhər Polis İdarəsində işləmirdi. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində qeyd etdiyi hallar - onun Rauf Babaşov tərəfindən Sumqayıta çağırılması, mənim tərəfimdən ona pul, narkotik vasitə verilməsi, evlə təmin edilməsi halları olmayıb. Şəxsi əvvəldən tanımamışam. Şəxsin mənimlə bağlı əlində olan sübutları məhkəməyə təqdim etməsinə etiraz etmirəm. Şəxs saxlanılanda, üzərinə baxış keçiriləndə şəxsən iştirak etmişəm, evə baxış keçiriləndə iştirak edib-etmədiyim yadımda deyil. İbtidai istintaq zamanı verdiyim ifadəmi təsdiq edirəm. Şəxs barəsində əvvəllər bizə hər hansı əməliyyat məlumatı daxil olmamışdır. Hazırki işlə bağlı daxil olan əməliyyat məlumatı barədə əməliyyat-qeydiyyat işi açmamışıq.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid4 və Şahid6 ayrı-ayrılıqda Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı Şahid2 Varaşil oğlu və Şahid5 Əlsəfa oğlunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onların da Şahid1 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onu ilk dəfə xx.xx.2023-cü il tarixdə saat 17 radələrində görmüş, həmin şəxs ona yaxınlaşıb ondan idarə etdiyi və taksi fəaliyyyəti ilə məşğul olduğu “Nissan Sunny” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən Sabunçu dairəsi adlanan əraziyə aparmağını xahiş etmişdir. Bunun müqabilində ondan 20 manat pul istəmiş, o, isə 18 manat pul verə biləcəyini demişdir. Həmin şəxslə qiymətlə bağlı aralarında razılığa gəldikdən sonra həmin şəxs avtomobilə əyləşmiş və Bakı şəhərinə yola düşmüşlər. İdarə etdiyi avtomobillə Sumqayıt şəhəri Sahil küçəsində yerləşən “Dörd qardaş” restoranının yanı ilə keçib Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yanlarında mülki geyimli şəxslər olan yol patrul xidməti əməkdaşları işarə verib idarə etdiyi avtomobili saxlamağını istəmiş, idarə etdiyi avtomobilə sərnişin qismində əyləşmiş şəxs yəni Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili saxlamamağını tələb etsə də, ona fikir verməmiş, idarə etdiyi avtomobili saxladıqdan sonra isə həmin şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirmişlər. Həmçinin, narkotik vasitələri qanunsuz olaraq əldə etməkdə, istifadə etməkdə, üzərlərində narkotik vasitə saxlamaqda şübhəli olduqlarını izah edib polis idarəsinə dəvət etmişlər. Heç bir etiraz etmədən polis əməkdaşlarının müşayəti ilə idarə etdiyi avtomobillə Sumqayıt ŞPİ-nə gəlmişdir. Orda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, sonradan isə polis idarəsində qalmış, Təqsirləndirilən şəxs isə yenidən polis əməkdaşları ilə birlikdə harasa getmişdir. Sonradan isə Təqsirləndirilən şəxs həm üzərinə şəxsi axtarış keçirilərkən, həm də yaşadığı mənzilə baxış keçirilərkən onun üzərindən və yaşadığı mənzildən külli miqdarda narkotik vasitə aşkar edərək götürüldüyünü öyrənmişdir. Daha sonra ona məlum olan hallar üzrə izahat vermiş, sonra isə polis idarəsindən buraxılmışdır. Narkotik vasitə və psixotrop tərkibli maddələr qəbul etməmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop tərkibli maddələrin qəbulu ilə və ya satışı ilə məşğul olmasından məlumatsız olmuş, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə sərnişin qismində əyləşərkən üzərində külli miqdarda narkotik vasitə olmasından məlumatı olmamışdır (cild 01, iş vər. 131-133). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinə Şahin adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələri evində saxlaması, üzərində gəzdirməsi, daşıması və satması barədə məlumat daxil olmuş, əməliyyat yolu ilə həmin şəxsin xx.xx.1984-cü il təvəllüdlü, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri 21-ci mikrorayon ərazisində yerləşən fərdi evdə kirayəşin yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri 21-ci mikrorayon ərazisində yerləşən fərdi evdə kirayəşin yaşayan Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi məqsədi ilə Sumqayıt şəhərində vətəndaşların sorğusu əməliyyat-axtarış tədbirinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri 21-ci mikrorayon ərazisində yerləşən fərdi evdə kirayəşin yaşayan Təqsirləndirilən şəxs həmin tarixdə polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri, “Dörd qardaş” restoranının yaxınlığında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmişdir (cild 01, iş vər. 10). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sağ yan cibinin üzərinəki kiçik ölçülü cibindən üzərində saxladığı 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə, ümumi təmiz çəkisi 0,109 qram təşkil edən, şəxsi istehlak miqdarında ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminə və əynindəki gödəkcənin altından əyninə geyindiyi sağ çiyin nahiyəsindən asılmış qara rəngli dəri çantanın içərisində saxladığı üzəri şəffaf rəngli yapışqan lentlə örtülmüş 01 (bir) ədəd bağlamada, ümumi təmiz çəkisi 2553,0 qram təşkil edən narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüş, çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 29-31). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə müdafiəçinin də iştirakı ilə yaşadığı ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir (cild 01, iş vər. 32). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs kirayəşin yaşadığı Sumqayıt şəhəri 21-ci mikrorayon ərazisində yerləşən mənzilə baxış keçirilərkən, mənzildəki çarpayının altında göy rəngli çantanın içərisində saxladığı üzəri şəffaf rəngli yapışqan lentlə örtülmüş 01 (bir) ədəd bağlamada, ümumi təmiz çəkisi 3004,0 qram təşkil edən, narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüş, çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 35-37). Cinayət işinin materiallarında olan məhkəmə fiziki-kimyəvi eskpertizasının xx.xx.2023-cü il tarixli 6/212 saylı rəyindən görünür ki, “Azərbaycan Respublikası DİN Zərflər üçün №124” dairəvi möhür əksi olan “Saxlanılan şəxs Kərimov Ş” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə və iki ədəd qara rəngli sellofan bağlamada (şərti olaraq 1 və 2 nömrələri ilə işarələnmiş) olan 1 №-li bağlamanı açdıqda içərisindən təmiz çəkisi 2553,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2 №-li bağlamam açdıqda içərisindən təmiz çəkisi 3004,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş iki ədəd bağlamada olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Ağ rəngli zərfi açdıqda içərisindən bir ədəd bükümdə təmiz çəkisi 0,109 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd şüşə flakonda və şprisdə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümükün deyildir (cild 01, iş vər. 59-62). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli, 1920 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgəqəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 188-190). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 206.3.2 və 234.4.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 02, iş vər. 132-164). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinə Şahin adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələri evində saxlaması, üzərində gəzdirməsi, daşıması və satması barədə məlumat daxil olmuş, əməliyyat yolu ilə həmin şəxsin xx.xx.1984-cü il təvəllüdlü, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri 21-ci mikrorayon ərazisində yerləşən fərdi evdə kirayəşin yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sağ yan cibinin üzərinəki kiçik ölçülü cibindən üzərində saxladığı 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə, ümumi təmiz çəkisi 0,109 qram təşkil edən, şəxsi istehlak miqdarında ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminə və əynindəki gödəkcənin altından əyninə geyindiyi sağ çiyin nahiyəsindən asılmış qara rəngli dəri çantanın içərisində saxladığı üzəri şəffaf rəngli yapışqan lentlə örtülmüş 01 (bir) ədəd bağlamada, ümumi təmiz çəkisi 2553,0 qram təşkil edən narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüş, daha sonra həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs kirayəşin yaşadığı Sumqayıt şəhəri 21-ci mikrorayon ərazisində yerləşən mənzilə baxış keçirilərkən, mənzildəki çarpayının altında göy rəngli çantanın içərisində saxladığı üzəri şəffaf rəngli yapışqan lentlə örtülmüş 01 (bir) ədəd bağlamada, ümumi təmiz çəkisi 3004,0 qram təşkil edən, narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Götürülmüş maddə məhkəmə fiziki-kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək narkotik vasitə aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözügedən qərarın 11-ci bəndinə əsasən isə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi deyildiyində bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs əvvəla həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni aşkar olunan narkotik vasitənin ona məxsus olmaması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə məhkəməyə bildirməmişdir. Digər tərəfdən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ümumiyyətlə özünü ittiham olunduğu maddələrlə təqsirli bilməməsinə münasibətdə isə qeyd edir ki, cinayət işinin materiallarında olan sübutlardan müəyyən olunur ki, həm ibtidai istintaqın sonrakı mərhələsində, həm də məhkəmə istintaqı zamanı əksini bildirsə də, Təqsirləndirilən şəxs məqsədli şəkildə mövcud narkotik vasitənin trafikini həyata keçirdiyini, bununla da qabaqcadan əlbir olan bir qrup şəklində hərəkət etdiyini, üzərinə düşən vəzifənin icrasının nədən ibarət olduğunu bilmiş və məhz orada olan narkotik vasitəni və psixotrop maddəni götürməyə getmiş, həmçinin həmin kütləni götürmüş, bir hissəsini üzərində, bir hissəsini yaşadığı mənzildə saxlamış və yalnız üzərində olan narkotik vasitəni Sumqayıt şəhərindən Bakı şəhəri istiqamətində daşıyarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan əlavə, təqsirləndirilən şəxs əlində məhkəmə istintaqı zamanı söylədiklərini təsdiq edə biləcək müəyyən video görüntülərin, sübutların olduğunu və onları məhkəməyə təqdim edəcəyini bildirsə də, məhkəmə istintaqının gedişində əslində yalan dediyini, belə bir sübutların onda olmadığını bildirmişdir ki, bütün bu hallar da onun nə qədər qeyrisəmimi olduğunu göstərir. Yuxarıda sadalananları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin bildirdiklərinin müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan narkotik vasitənin və psixotrop maddənin onun üzərindən və yaşadığı ünvandan aşkar olunması ilə bağlı verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai araşdırma dövründə verdiyi ifadəsini qoyur. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmişdir (cild 01, iş vər. 114-116, 120-128). Belə olan halda CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin residivi müəyyən edilir. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs son olaraq Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2022ci il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. Həmin cinayət əməli az ağır cinayət sayıldığından və CM-in 83-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilən şəxs cəzasını çəkib qurtardıqdan sonra 02 il keçdiyi halda məhkumluq ödənilmiş sayıldığından, Təqsirləndirilən şəxs isə həmin müddət keçmədən, yəni məhkumluq ödənilmədən yenidən qəsdən ağır cinayət əməli (CM-in 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan əməl) törətdiyindən, onun əməlində cinayətlərin residivi yaranmış olur. Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən də göründüyü kimi, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. İlk dəfə cinayət əməli törətmiş şəxslə müqayisədə təkrar cinayət törətmiş şəxs daha yüksək ictimai təhlükəlilik dərəcəsinə malik biri kimi səciyyələndirilir və bu səbəbdən həmin şəxslərə eyni cəzanın təyin edilməsi həm qanunvericiliklə təsbit olunmuş humanizm və ədalət prinsipləri ilə, həm də bu prinsiplərin ümumbəşəri anlayışları ilə ziddiyyət təşkil etmiş olar. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmamasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, yəni əvvəllər dəfələrlə qəsdən cinayət əməli törətdiyinə görə təqsirli bilinərək məhkum olunmasını, əməllərindən və ona təyin olunan cəzalardan heç bir nəticə çıxarmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə CM-in 65.2-ci maddəsinin müddəalarını nəzərə almaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin yarısından az olmayan həddə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Belə ki, CM-in 65.2-ci maddəsində göstərilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 21). Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 98-99). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzasının başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 5556,9 qram qalıq çəkisi qalmış xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən, qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 0,079 qram qalıq çəkisi qalmış ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 16,537 qram qalıq çəkisi qalmış ağ rəngli maddə limon turşusu, üzərində narkotik vasitə olan heroinin izləri olan bir ədəd şüşə flakon və şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 ədəd CD diskin iş materiallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə 65 AZN (altmış beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin, hazırki iş üzrə tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu gündən, yəni 12 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 5556,9 qram qalıq çəkisi qalmış xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən, qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 0,079 qram qalıq çəkisi qalmış ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 16,537 qram qalıq çəkisi qalmış ağ rəngli maddə limon turşusu, üzərində narkotik vasitə olan heroinin izləri olan bir ədəd şüşə flakon və şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 03 ədəd CD diskin iş materiallarında saxlanması nəzərə alınsın. İş üzrə 65 AZN (altmış beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-326/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-326/2024
29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver