Məhkəmə qərarları › İş №1(124)-326/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-326/2025

19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-326/2025 19.11.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X5 Nizami oğlunun sədrliyi, X4 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1987-ci il tarixdə Xaçmaz rayonu, Hülövlü kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Xaçmaz rayonu, Hülövlü ərazi dairəsi, Hülövlü kəndində qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi, bina 53A, mənzil 54-də yaşamış, barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 dekabr 2024-cü il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşının 160 manat pul müqabilində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Koroğlu küçəsində qoydurduğu bir bükümdə xeyli miqdarda, 18,78 qram çəkidə bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı götürüb satış məqsədi olmadan qanunsuz əldə edərək daşımış və üzərində saxlamış, 11 dekabr 2024-cü il tarixdə saat 02:56-da Abşeron RPİ-nin Cinayət-axtarışı şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Koroğlu küçəsində saxlanılaraq, orada həmin gün saat 02:56-dan 03:03-ə kimi üstü yoxlanılan zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən üzəri skoçla bağlanmış bir ədəd sellofan bükümdə 18,78 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşından külli miqdarda psixotrop maddələrin Azərbaycan Respublikası ərazisində 200 manat pul müqabilində müxtəlif ünvanlara çatdıraraq satışını həyata keçirmək məqsədilə 18 dekabr 2025-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Balıq evi” adlı kafenin yaxınlığında 365 qram çəkidə, külli miqdarda ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb satış məqsədilə qanunsuz əldə edərək daşımış və üzərində saxlamış, 18 dekabr 2024-cü il tarixdə saat 00:39-da Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yeni məhəllədə piyada hərəkət edən zaman saxlanılaraq, orada həmin gün saat 00:39-dan 00:46-ya kimi üstünün yoxlanılması zamanı əynində olan qara gödəkçənin sağ yan cibindən həmin 01 ədəd polietilen bükümdə 365 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilsə də, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, xx xxxxxxxx 1987-ci ildə Xaçmaz rayonunda anadan olmuşdur, subaydır, ailə həyatı qurmamışdır. İlk dəfə narkotik vasitə olan marixuananın istifadəsinə görə tutulduğunu bilmişdir. İkinci dəfə marixuana üçün 200 manat məbləğində pulu kart hesabına atmışdır, həmin narkotik vasitəni götürməyə getdikdə isə marixuananın əvəzinə patı qoyulduğunu görmüşdür. Bundan sonra “Balıq Evi”nin yanında tutulmuş, lakin bir neçə saat sonra çəkiliş isə başqa yerdə aparılmışdır. Yəni həmin patını onun üzərinə qoymuşlar. O, metamfetamin götürməyə getməmiş, ot götürməyə getmişdir. Oraya gedən zaman heç nəyə əl vurmamışdır. 160 manat qarşılığında 20 qram ot götürməyə getmişdir. 2-ci dəfə ayın 18-i “Balıq evi”nin yanında tutulmuşdur. 25 qram ot götürmək üçün 200 manat pul atmışdır. Ünvana çatan zaman otu götürə bilməmiş, oraya ot əvəzinə 365 qram patı qoyulmuşdur. Oraya taksi ilə gəlmiş, taksidən düşdükdən sonra “Balıq evi”nin yanına piyada getmişdir. Ona atılan konuma gedərkən polis əməkdaşları tərəfindən saxlanılmış və onu maşınla başqa bir yerə aparmışlar. Ondan buraya nə üçün gəldiyini soruşduqlarında ot üçün gəldiyini bildirmişdir. Daha sonra onu tanımadığı bir yerə apararaq çəkiliş aparmışlar. Çəkiliş “Balıq evi”nin yanında olmamışdır. Orada 365 qram patı olmuş, özləri yazıb-pozmuşlar, daha o da heç nə deməmişdir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamdakı epizod üzrə həm tutulduğu yer və saat, həm də marixuananın çəkisi doğrudur. İkinci epizod üzrə o, 200 manat müqabilində 25 qram ot götürmək üçün razılıq əldə etmişdir. O, həmin yerə gedənə qədər orada otun əvəzinə patı qoyulduğunu bilməmişdir. O, həmin yerdə hər hansı narkotik vasitə və ya psixotrop maddə görməmiş və götürməmişdir. “Balıq evi”nin arxasına keçən zaman saxlanılmışdır. Onu oradan başqa bir yerə aparıb çəkiliş edən zaman içində patı olan paketin böyük olduğunu görmüşdür. İranlı vətəndaşla əlaqəsi olmuşdur. O, narkotik vasitə olan marixiuanadan istifadə etmişdir. O, həmin İranlı vətəndaşdan çəkmək üçün ot almışdır. 200 manat müqabilində 25 qram ot alacaqmış. 2009-cu ildə məhkum olunduqdan sonra yalnız narkotik vasitə olan marixiuanadan istifadə etmişdir. Narkotik vasitələrin digər növlərindən istifadə etməmişdir. Polis onu saxlayarkən narkotik vasitəni götürməmişdir. Ona atılan konuma çatdıqda polis əməkdaşları onu götürmüşdür. Bundan sonra onu başqa yerə aparmış və narkotik vasitəni cibinə qoymuşlar. Çəkiliş aparılmazdan öncə maşında onun cibinə həmin narkotik vasitə qoymuş və çəkilişə gedəcəklərini bildirmişlər. Onu hasarları hündür olan bir yerə apardıqdan sonra bu yol ilə gəlməli olduğunu bildirmişlər. Bu zaman polis əməkdaşlarının yarısı arxada dayanmış, yarısı isə qabağda durmuşdur. O, həmin yol ilə gələn zaman polis əməkdaşları onu saxlamış, əllərini tutmuş və özünü təqdim etməli olduğunu demişlər. Bundan sonra o “patını” onlara təqdim etmiş və sənədləşmə işlərini aparmışlar. Ona pxisi təzyiq göstərilmişdir, müvəqqəti saxlama yerinə təhvil verilərkən üzərində hər hansı xəsarət olmamışdır. Onu 3 nəfər polis əməkdaşı saxlamış, 1 nəfər isə maşında əyləşmişdir. Onu saxlanıldığı yerdən 4 nəfər polis əməkdaşı aparmışdır. İstintaqa verdiyi ifadəni təsdiq etməmişdir. O, saat 9-a qalmış tutulmuşdur. Onu Balıq evinin yanından başqa bir yerə aparmış, daha sonra şöbəyə, şöbədən isə çəkiliş etməyə aparmışlar. Çəkiliş isə 1-in yarısı aparılmışdır. Balıq evinin yanında kamera da mövcuddur. Çəkilişi orada aparmamışlar. Tutulan zaman özündə olmadığı üçün polis əməkdaşlarının üzü yadında qalmamış, lakin etdiyi əmələ görə tutulduğunu bilmişdir. O, ayın on yeddisi tutulmuşdur. Səkkiz tamamda Yasamaldan çıxmışdır. Doqquza qalmış taksi ilə saxlanıldığı yerə çatmışdır. Balıq evinin yanında tutulmuşdur. Onu bölməyə aparmışlar. Gecə saatlarında onu aparıb çəkiliş etmişlər. O saxlanılanda yanında taksi sürücüsü də olmuşdur. Sonradan onu buraxmışlar. Taksi sürücüsü ilə onu birgə bölməyə aparmışlar. O, marixuana üçün getmişdir. O, şəxsi istifadə məqsədi ilə getmişdir. Evin açarı onun üzərində olmuşdur. Evə gedib çəkiliş etmək istəmişlər. Daha sonra çəkiliş etməmişlər. O, metamfetamin arxasınca getməmişdir. O saxlanılanda narkotiki götürməmişdir. Balıq evinin yanında olmuşdur. Onu saat doqquzun yarısında saxlamışlar. Onun çəkilişi baş tutanda saat bir olmuşdur. Ona qarşı zor tətbiq olunmamışdır. Saxlanıldığı yerdə çəkiliş olmamışdır. Məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ziddiyyət təşkil etdiyi üçün Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, uzun müddətdir narkotik vasitə olan marixuanadan istifadə edir. Həmçinin bir müddət psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. Narkotik vasitələri və psixotrop maddələri isə “Whatsapp” ani mesajlaşma proqramı ilə tanışlığı yarandığı adını bilmədiyi İran Respublikası vətəndaşının vasitəsilə əldə edir. Belə ki, “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxlayıb narkotik vasitə və ya psixotrop maddə istədiyini bildirdikdən sonra həmin şəxs ona bəzən kart, bəzən isə “M10” hesabı göndərir. O, göndərilmiş hesaba pul köçürtdükdən sonra həmin şəxs ona “Whatsapp” ani mesajlaşma proqramında narkotik vasitə və ya psixotrop maddənin qoyulduğu yerin məkanı göndərir. O da bundan sonra həmin ünvana gedib narkotik vasitə və ya psixotrop maddəni əldə edir. O, 11 dekabr 2024-cü il tarixdə həmin şəxslə istifadəsində olan +98 914 *** **** saylı mobil nömrəsi ilə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxlayaraq narkotik vasitə qurudulmuş marixuana almaq istədiyini bildirmiş, həmin şəxs ona narkotik vasitə göndərə biləcəyini, lakin dediyi “M10” hesabına əvvəlcədən pul göndərməli olduğunu demiş, o da razılaşaraq həmin şəxsin göndərdiyi hazırda xatırlamadığı “M10” hesabına 160 manat pul göndərmişdir. Bundan sonra həmin şəxs “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə narkotik vasitənin qoyulduğu məkanı ona göndərmişdir. O, 11 dekabr 2024-cü il tarixdə saat 02 radələrində göndərilmiş məkan əsasında Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Koroğlu küçəsinə gedərək gizlədilmiş yerdən bir büküm narkotik vasitə qurudulmuş marixuananı götürmüş, bir qədər piyada hərəkət etdikdən sonra üç nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqları bildirmişlər. Daha sonra onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirərək orada video çəkilişlə üstünün yoxlanılacağını bildirmişlər. O, polis əməkdaşlarına etiraz etməmiş, bundan sonra polis əməkdaşları video çəkilişlə üstünü yoxlamağa başlamışlar. Bundan əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə olub-olmaması sorğu edilmiş, varsa təqdim etməsi təklif edilmişdir. O, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində saxladığı bır ədəd içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan bağlamanı təqdim etmiş, təqdim etdiyi bağlama polis əməkdaşları tərəfindən açılmış və həmin bağlamanın içərisində marixuana olması müəyyən olunmuşdur. Daha sonra təqdim etdiyi bağlama kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, bu barədə protokol tərtib olunmuşdur. O və iştirakçılar protokolla zərfi imzalamışdır. Daha sonra polis əməkdaşları tərəfindən Abşeron rayon Polis idarəsinə aparılmış, orada təhqiqatçı tərəfindən hüquqlarının müdafiəsi ilə bağlı vəkil dəvət olunmuş, hüquq və vəzifələri izah olunduqdan sonra isə şübhəli şəxs qismində tutulmuşdur. O, üzərindən aşkar olunmuş narkotik vasitə marixuananı 11 dekabr 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Koroğlu küçəsində tanımadığı İran Respublikası vətəndaşının vasitəsilə 160 manata şəxsi istifadəsi üçün əldə etmiş və bu səbəbdən üzərində gəzdirmişdir. Bundan başqa 17 dekabr 2024-cü il tarixdə yenə də həmin adını bilmədiyi İran İslam Respublikası vətəndaşı ilə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə danışıqları zamanı sonuncu ona narkotik vasitə və psixotrop maddələr göndərməsini, onun həmin narkotik vasitə və psixotrop maddələri deyiləcək yerlərə çatdırmasını və bunun müqabilində ona 200 manat pul verəcəyini demiş, o da həmin şəxsin bu təklifi ilə razılaşmışdır. Bundan sonra həmin şəxs “Whatsapp” ani mesajlaşma proqramında psixotrop maddə metamfetaminin qoyulduğu yerin məkanını ona göndərmişdir. O, 18 dekabr 2024-cü il tarixdə saat 00:30 radələrində taksi avtomobili ilə psixotrop maddə metamfetaminin qoyulduğu yerə yaxınlaşmış və bundan sonra psixotrop maddə metamfetaminin qoyulduğu yerin Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Balıq evi” adlı kafenin yaxınlığı olması ona məlum olmuşdur. O, psixotrop maddəni götürməmişdən öncə içərisində ***-***-**-** saylı mobil nömrə olan mobil telefonunu oraya gəldiyi taksi avtomobilində qoymuş, daha sonra taksi avtomobilindən düşüb piyada hərəkətlə psixotrop maddə metamfetaminin gizlədildiyi yerdən sellofan bükümdə metamfetamini əldə etmiş, həmin sellofan bükümdə psixotrop maddə metamfetamini qara rəngli gödəkçəsinin sağ yan cibinə qoyduqdan sonra piyada hərəkətlə geri qayıtmağa başlamışdır. Bu zaman üç nəfər mülki geyimdə olan şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqları bildirmiş, daha sonra onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirərək orada video çəkilişlə üstünün yoxlanılacağını bildirmişlər. O, polis əməkdaşlarına etiraz etməmiş, bundan sonra polis əməkdaşları video çəkilişlə üstünü yoxlamağa başlamışlar. Bundan əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə olub olmaması sorğu edilmiş, varsa təqdim etməsi təklif edilmişdir. O, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində saxladığı bir ədəd içərisində psixotrop maddə metamfetamin olan sellofan bükümü təqdim etmiş, təqdim etdiyi büküm polis əməkdaşları tərəfindən kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, bu barədə protokol tərtib olunmuşdur. O və iştirakçılar protokolla zərfi imzalamışdır. Daha sonra polis əməkdaşları tərəfindən Abşeron rayon Polis İdarəsinin X10 aparılmış, orada təhqiqatçı tərəfindən hüquqlarının müdafiəsi ilə bağlı vəkil dəvət olunmuş, hüquq və vəzifələri izah olunduqdan sonra isə şübhəli şəxs qismində tutulmuşdur. Üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini 18 dekabr 2024-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Balıq evi” adlı kafenin yaxınlığında tanımadığı İran Respublikası vətəndaşının vasitəsilə 200 manat müqabilində gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsədi ilə götürmüşdür. Əməlindən peşmandır, özünü təqsirli bilir. O, ifadəsində əlavə olaraq 11 dekabr 2024-cü il və 18 dekabr 2024-cü il tarixlərdə götürdüyü narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamini eyni şəxsin vasitəsilə əldə etdiyini, belə ki, həmin şəxsin “Whatsapp" ani mesajlaşma proqramı ilə tanışlığı yarandığı adını bilmədiyi İran İslam Respublikası vətəndaşının olduğunu, 11 dekabr 2024-cü il tarixdə əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı öz istifadəsi üçün əldə etdiyini, 18 dekabr 2024-cü il tarixdə əldə etdiyi psixotrop maddə metamfetamini isə 200 manat müqabilində deyilən ünvanlara çatdırmaq məqsədilə əldə etdiyini, 18 dekabr 2024-cü il tarixdə əldə etdiyi psixotrop maddə metamfetaminə görə adını bilmədiyi İran İslam Respublikası vətəndaşına hər hansı bir məbləğdə pul göndərmədiyini, belə ki, həmin psixotrop maddə metamfetamini 200 manat müqabilində deyilən ünvanlara çatdırmaq məqsədilə əldə etdiyini, iran İslam Respublikası vətəndaşının buna görə ona 200 manat pul verməli olduğunu, polis əməkdaşları tərəfindən saxlanılarkən və üstü yoxlanılan zaman ona qarşı hər hansı bir fiziki və psixi, həmçinin hər hansı bir digər formada təsir olunmadığını, törətdiyi əməlin cinayət xarakterli olduğunu bildiyini və törətdiyi əməldən peşman olduğunu göstərmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi hadisə ilə bağlı tanımışdır. O, hazırda Abşeron rayonu Mehdiabad polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Hadisə zamanı o, X9 əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Daxil olmuş əməliyyat məlumatı əsasında şəxsi saxlamışlar. Təqsirləndirilən şəxsla bağlı məlumat olmuşdur. Saray ərazisində narkotik vasitəni gəzdirməsi və satışı ilə məşğul olması göstərilmişdir. Eyni zamanda narkotik vasitəsindən istifadə etməsi də məlumatda öz əksini tapmışdır. Daxil olmuş məlumat əsasında Şahid3, o və digərləri ilə birlikdə şübhəli şəxs olan Seymura yaxınlaşmışlar. Gecə saat 00:39 radələri olmuşdur. Dəqiq saatı xatırlamamışdır. Videoçəkiliş vasitəsi ilə üzərində qanunla qadağan olunan əşya və ya predment olubolmamasını soruşmuşlar. Özü də öz xoşu ilə üzərində olan narkotiki təqdim etmişdir. Videoçəkiliş vasitəsi ilə zərfə qoymuşlar. Ondan sonra şəxsi bölməyə gətirmişlər. Şəxsi saxlayarkən heç bir təzyiq göstərilməmişdir. Şəxs onlara müqavimət göstərməmişdir. Narkotik vasitələri satmasında, üzərində gəzdirməsində və istifadə etməsində şübhəli şəxs kimi məlumat daxil olmuşdur. Şəxsi saat 00:39 radələrində saxlamışlar. Dəqiq saatı xatırlamamışdır. Onlar üç nəfər olmuşlar. Videçəkilişlə şəxs üzərində olan narkotiki təqdim etmişdir. Onlar şəxsi dediyi saatda saxlamışlar. Videoçəkiliş zamanı etiraz etməmişdir. İndi məsuliyyətdən boyun qaçırmaq üçün yalan danışmışdır. Onlar orada videoçəkiliş aparmışlar. Şəxsin üzərində narkotik olmuşdur. Onlar çəkiliş vasitəsi ilə yaxınlaşmışlar. Özlərini təqdim etmişlər. Şəxs özü də özünü könüllü şəkildə təqdim etmişdir. Özünün dediyinə əsasən İran vətəndaşından əldə etmişdir. Onlara belə demişdir. Şəxsi saxladıqları yerdə çəkiliş olmuşdur. Şəxsi saxlayandan sonra başqa yerə aparıb çəkiliş etməmişlər. İstintaqa vermiş olduğu ifadəni təsdiq etmişdir. Şəxs onlara müqavimət göstərməmişdir. Onlar da şəxsə zor tətbiq etməmişlər. Hər bir prosessual hərəkət şəxsin könüllü razılığı ilə olmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi hadisə ilə bağlı tanımışdır. Əməliyyat tədbirinin nəticəsində tanımışdır. Əməliyyat məlumatı ona daxil olmamışdır. Daxil olmuş məlumat əsasında şəxsi saxlamışlar. Məlumat əsasında əməliyyat tədbiri keçirilmişdir. Saray qəsəbəsi ərazində saxlanılmışdır. Videçəkilişlə şəxsin üzərinə baxış keçirilmişdir. Özü könüllü cibindən narkotik vasitəni çıxarmış və təqdim etmişdir. Qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Əməliyyat qrupunda üç nəfər olmuşlar. Məlumat ona daxil olmamışdır. Kimə daxil olduğunu xatırlamamışdır. Onun bildiyi qədəri ilə Şahid3 daxil olmuşdur. Qrupun rəhbəri özü olmamışdır. Daxil olmuş məlumat əsasında ərazidə xidmətdə olmuşlar. Müəyyən ərazidə narkotik olması ilə bağlı olmuşdur. Gecə saatlarında şəxsi saxlamışlar. Həmin əraziyə bölmədən çıxıb gəlmişlər. Üç nəfər tərkibdə əraziyə getmişlər. Saat neçədə bölmədən çıxmaqlarını dəqiq xatırlamamışdır. Onlar bir yerdə bölmədən çıxmışlar. Məlumat daxil olandan sonra rəhbərliyə məruzə olunmuş, qrup yaradılmış və ondan sonra bölmədən çıxmışlar. Dəqiq saatı xatırlamamışdır. Gecə saat 00:00-dan sonra olmuşdur. Təxminən şəxsi hansı küçədə hərəkətdə olması barədə məlumat olmuşdur. Yeni Məhəllə adlanan ərazi olmuşdur. O, bölmədən çıxanda saat neçə olduğuna baxmamışdır. Həmin ərazidə piyada hərəkətdə olmuşlar. Küçələri gəzmişlər. Təxminən 40 dəqiqə olmuşdur. 10-15 dəqiqəlik məsələ deyildir. Şəxs ərazidə piyada olmuşdur. Narkotik vasitəni götürməsini görməmişdir. Küçədə hərəkətdə olanda saxlamışlar. Özü iranlı vasitəsi ilə 200 manat müqabilində aldığını demişdir. Narkotiki konumla götürməyi onun yadındadır. Tam detallar onun yadında deyildir. Üzərindən 9 ay müddət keçmişdir. Amma o onu xatırlamışdır ki, onlar şəxsi piyada olarkən küçədə saxlamışlar. Seymurun saxlandığı küçəyə onlar əvvəldən girməmişlər. Onlar küçələri gəzmişlər. Yəqin ki, onlar şübhəli kimi xarakterizə etdikləri küçəyə dönmüş və şəxsi saxlamışlar. Yəqin ki, şəxsə yaxınlaşana yaxın çəkiliş olmuşdur. Yaxınlaşan anda çəkiliş başlamışdır. Seymur saxlanılanda tək olmuşdur. Şəxsin üzərində telefon olmasını xatırlamamışdır. Şəxsi üzərindən başqa qanunsuz bir əşya çıxmamışdır. İstifadə məqsədi ilə üzərində olduğunu demişdir. Şəxsi onlar ayın on yeddisi saxlamamışlar. Ayın on səkkizi gecə saatlarında saxlamışlar. İstintaqa vermiş olduğu ifadəni təsdiq etmişdir. Şəxsə qarşı təzyiq edilməmişdir. Şəxs onlara müqavimət göstərməmişdir. Könüllü onlarla gəlmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 2024-cü ilin dekabr ayında daxil olmuş məlumat əsasında şəxsi saxlamışlar. Təxminən ayın on səkkizi olmuşdur. Narkotik vasitələri üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində Şahid1, o və Mübariz müəllim iştirak etmişdir. Gecə saatlarında şəxsə yaxınlaşmışlar. Təxminən saat birə qalmışdır. Saray qəsəbəsində Yeni Məhəllə adlanan əraziyə yaxınlaşmışlar. Daxil olmuş məlumatda göstərilən şəxsi müəyyən edərək ona yaxınlaşmışlar. X10 şəxsi gətirərək üzərində şəxsi axtarış tədbirini həyata keçirmişlər. Videoçəkilişlə olmuşdur. Əynindəki gödəkcənin sağ yan cibindən kristal şəkilli kütlə aşkar edilmişdir. Həmin kütləyə videoçəkilişdə iştirak edən şəxslərin iştirakı ilə baxış keçirilmişdir. Qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Əməliyyat məlumatı ona daxil olmuşdur. Əməliyyata özü rəhbərlik etmişdir. Şəxs saxlanılarkən ona heç bir təzyiq göstərilməmişdir. Əməliyyat qrupunda üç nəfər olaraq iştirak etmişlər. Şahid1, o və Mübariz müəllim olmuşdur. Şəxsi axtarışı bölmədə keçirmişlər. Ayın on səkkizində əməliyyat məlumatı ona daxil olmuşdur. Daxil olmuş məlumat bölmə rəisinə məruzə olunmuş və əməliyyat qrupu yaradılmışdır. Əmr əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun kim tərəfindən yaradıldığını xatırlamamışdır. Üzərindən bir il keçmişdir. Xatırlamamağı normalıdır. Daxil olmuş məlumatda göstərilən ünvana yaxınlaşmışlar. Həmin ünvanda əməliyyat axtarış tədbirləri həyata keçirmiş və şəxsi müəyyənləşdirmişlər. Hadisə yerinə onlar nə qədər əvvəl gəldiklərini xatırlamamışdır. Bölmənin özü də Saray qəsəbəsində yerləşmişdir. Elə də böyük bir məsafə deyildir. Bölmədən Saray qəsəbəsinin istənilən yerinə maksimum 20 dəqiqəlik yoldur. Şəxs yəqin ki, piyada gəlmişdir. Avtomobillə gəlsəymiş, xatırlayarmış, həmçinin avtomobilə də baxış keçirərmişlər. Piyada hərəkətdə olmasını xatırlamışdır. Gün ərzində onlar xidmətdə olmuşlar, ola bilsin ki, gün ərzində həmin ərazidən keçmişdir. O demək deyildir ki, onlar əməliyyatı bu formada təşkil etmişlər. Şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat olmuşdur. Seymurun evinə baxış keçirməmişlər. Şəxsin evinə baxış keçirməyə zərurət görməmişlər. Onun təcrübəsi ona imkan vermişdir ki, hər hansı bir şəxslə danışanda onun evinə də baxış keçirməyə zərurətin olub-olmamasını müəyyənləşdirə bilsin. Şahid1 əməliyyat qrupunun üzvü olmuşdur. Məlumatın sahibi özü olmuşdur. 39 dəqiqəyə bütün hərəkətlərin edilməsi normaldır. Azərbaycan polisinin çevikliyidir. Məlumat daxil olan kimi münasibət bildirmişlər. Şəxs saxlanılanda tək olmuşdur. Onun yanında kimsə olmamışdır. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Şəxsi saxlayarkən ona təzyiq göstərilməmişdir. Şəxs onlara müqavimət göstərməmişdir. Onlarla könülü gəlmişdir. Qardaşı ilə hədələnməmişdir. Özü də hazırda narkotikdən istifadə etdiyini etiraf etmişdir. Narkotikin arxasınca getmiş, götürüb daha sonra saxlanılmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Dekabr ayının on biri gecə saatlarında iki və ya üç radələrində şəxsi saxlamışlar. Xırdalan şəhəri Quşçuluq Massivində saxlamışlar. Ondan sonra idarəyə gətirmiş və sənədləşdirmişlər. Şəxsin üzərindən marixuana aşkar edilmişdir. Aşkar edilən narkotik qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şəxsə qarşı fiziki zor tədbiq edilməmişdir. Şəxs onlarla könüllü gəlmişdir. O, şəxsin külli miqdarda olan saxlanılmasında iştirak etməmişdir. İstintaqa vermiş olduğu ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi tutulduqdan sonra tanımış, onunla hər hansı ədavət və düşməçiliyi yoxdur. Təxminən dekabr ayının 10-dan sonraki tarixdə gecə saat 1 radələrində daxil olan məlumat əsasında təqsirləndirilən şəxsi saxlamışdır. Saxlanılan zaman həmin şəxsin üzərindən paketə qoyulmuş narkotik vasitə olan marixiuana aşkar olunmuş və İranlı vətəndaşdan 160 manat müqabilində aldığını bildirmişdir. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Şəxs saxlanılarkən ona hər hansı güc tətbiq etməmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid6 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxs tanıyır, onunla hər hansı ədavət və düşməçiliyi yoxdur. Dekabr ayında gecə saatlarında daxil olmuş məlumat əsasında şəxsə yaxınlaşmışlar. Şəxsin üzərinə baxış keçirilən zaman üzərindən narkotik vasitə marixiuana çıxmışdır. Şəxs saxlanılarkən hər hansı tabesizlik göstərməmişdir. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Şəxs saxlanılarkən ona hər hansı güc tətbiq etməmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1987-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay. Xaçmaz rayonu, Hülövli kəndində qeydiyyatla olan, Bakı şəhəri , Yasamal rayonu, H.B.Zərdabi 53 a ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri istifadə məqsədi ilə əldə edib Abşeron rayonu erazisində üzərində gəzdirməsi bildirilmişdir. xx.xx.2024-cü il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, xx.xx.1987-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Xaçmaz rayonu, Hülövlü Ə/D, Hülövlü kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Həsəb bəy ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1987-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Xaçmaz rayonu, Hülövli kəndində qeydiyyatla olan, Bakı şəhəri , Yasamal rayonu, H.B.Zərdabi 53 a ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri istifadə məqsədi ilə əldə edib Abşeron rayonu ərazisində üzərində gəzdirməsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün, 11 dekabr 2024cü il tarixdə, saat:02:56-da Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq massivində piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış əynindəki gödəkçənin sağ yan cibindən (bir) ədəd şəffaf salafana bükülmüş marixuanaya bənzər kütlə, bir ədəd sarı rəngli çaxmaqı təqdim etdi. Təqsirləndirilən şəxs üstü yoxlanıldı. Yoxlama zamanı sonuncunun üzərindən heç bir əşya aşkar olunmadı. Sonra marixuanaya bənzər kütlə elektron tərəzidə çəkildi qablaşdırma ilə birlikdə çəkisi 21.65 qr oldu. Sonra həmin kütlə qablaşdırıldı, əməliyyat-axtarış tədbirlərinin gedişatına dair qanunvericiliyin tələblərinə uyğun olaraq ptokollar tərtib olunmuş və videoçəkilişlər DVD-yə qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1987-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Xaçmaz rayonu, Hülövlü Ə/D, Hülövlü kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Həsəb bəy ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs psixotrop maddələrin istifadə etməsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında, 18 dekabr 2024-cü il tarixdə, saat: 00:39 dəqiqədə Abşeron rayonu Saray qəsəbəsi, yeni məhəllədə küçəsində piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış, üzərindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə metafetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. xx.xx.2024-cü il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, xx.xx.1987-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Xaçmaz rayonu, Hülövlü Ə/D, Hülövlü kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Həsəb bəy ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, 16.09 1987-cı ildə Xaçmaz rayonunda anadan olmuş Təqsirləndirilən şəxs Saray qəsəbəsi yeni məhəldə yaxınlaşaraq özlərini təqdim etmiş, həmin şəxsdən narkotik aludəçısı olmasını, üzərində narkotik vasitənin, psixotrop maddənin və həı hansı bır qanunsuz əşyanın olub olmamasını soruşduqda, həmin şəxs üzərində psıxotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən çıxarıb təqdim eldiyi 01 ədəd bukumdə içərisində ağ rəngli kristal formada olan psıxotrop maddə olan metamfetamın olmasını bildirmiş və təqdim etmişdir. Tərəflərindən videoçəkiliş vasitəsilə qablaşdırılaraq zərfə qoyulmuş və DİN-nın 246 saylı mohurlə möhürlənmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 18 dekabr 2024-cü il tarixli, 3-16-16/2-6/5504 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №246” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 365 qram ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-bioloji ekspertizasının 11 dekabr 2024-cü il tarixli, 3-16-16/2-7/2000 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş kağız paketdə 1 (bir) ədəd zərfdəki üzəri skoçla bağlanmış sellofan bağlamada təmiz çəkisi - 18,78 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Məhkəmə-tibbi ekspertizasının 2939 saylı, xx.xx.2024-cü il tarixli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır. Məhkəmə-narkoloji ekspertizasının 13 dekabr 2024-cü il tarixli 7809 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında 18 dekabr 2024-cü il tarixli protokoldan və ona dair video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs 18 dekabr 2024-cü il tarixdə Abşeron RPl-nin Saray PB-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə saxlanılaraq orada üstü yoxlanılarkən onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin psixotrop maddə metamfetamin götürülmüşdür Əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında 18 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Abşeron RPl-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Elvin Məmmədov 01 ədəd ağ rəngli zərfə və 01 ədəd DVD diskə baxış keçirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və qablaşdırılmış zərfin içərisində bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar olundu. Daha sonra həmin maddələr yenidən qablaşdırılıb möhürləndi. Bundan sonra təhqiqatçı Elvin Məmmədov tərəfindən DVD diskə baxış keçirildi. DVD-də olan görüntülərdə təqdim olunan psixotrop maddə metamfetaminə bənzər maddələrin aşkar olunması əksini tapmışdır. Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə əks edilmiş görüntülər 18 dekabr 2025-ci il tarixdə saat 00:39-da Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə qeydə alınaraq, Təqsirləndirilən şəxs, Abşeron RPl-nin Saray PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid1, Abşeron RPl-nin Saray PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 və Abşeron RPl-nin Saray PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid3 iştirakları ilə Təqsirləndirilən şəxs üstünün yoxlanılması müşahidə olunur. Video görüntüdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən çıxardığı bir ədəd sellofan bükümdə kristal formada psixotrop maddə metamfetamin aşkar edilir. Daha sonra aşkar edilmiş metamfetaminə bənzər maddələr içərisi boş olan ağ rəngli kağız zərflərə qoyularaq qablaşdırılır, möhürlənir və imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi kı, öz istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamini tanımadığı İran İslam Respublikası vətəndaşının vasitəsilə 200 manat pul müqabilində əldə etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılır, lakin Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi psixotrop maddələrdən başqa qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya və ya predmet aşkar olunmur. Əşyalara baxış keçirilməsi və götürmə zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə əks edilmiş görüntülər 18 dekabr 2025-ci il tarixdə saat 01:10-da qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Abşeron RPl-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Elvin Məmmədovun əyləşdiyi xidməti otaqdır. Video görüntüdən müəyyən edilir ki, təhqiqatçı Elvin Məmmədov təqdim olunan 01 ədəd ağ rəngli zərfə və 01 ədəd DVD diskə baxış keçirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və qablaşdırılmış zərfin içərisində bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar olundu. Daha sonra həmin maddələr yenidən qablaşdırılıb möhürləndi. Bundan sonra təhqiqatçı Elvin Məmmədov tərəfindən DVD diskə baxış keçirildi. DVD-də olan görüntülərdə təqdim olunan Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminə bənzər maddələrin aşkar olunması və Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetamin aşkar olunduğunu bildirməsi əksini tapmışdır. Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında 11 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 dekabr 2024-cü il tarixdə Abşeron RPl-nin CAŞ-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində saxlanılaraq orada üstü yoxlanılarkən onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülüdə narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin narkotik vasitə qurudulmuş marixuana götürülmüşdür. Əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında 11 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Tural Ağalarzadə 01 ədəd ağ rəngli zərfə və 01 ədəd DVD diskə baxış keçirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və qablaşdırılmış zərfin içərisində bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olundu. Daha sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürləndi. Bundan sonra baş təhqiqatçı Tural Ağalarzadə tərəfindən DVD diskə baxış keçirildi. DVD-də olan görüntülərdə təqdim olunan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin aşkar olunması əksini tapmışdır. Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə əks edilmiş görüntülər, 11 dekabr 2024-cü il tarixdə saat 02:56-da Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində qeydə alınaraq, Təqsirləndirilən şəxs, Abşeron RPl-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid4, Abşeron RPl-nin CAŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid5 və Abşeron RPl-nin CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid6 iştirakları ilə Təqsirləndirilən şəxs üstünün yoxlanılması müşahidə olunur. Video görüntüdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən çıxardığı bir ədəd şəffaf sellofan bükülüdə yaşıl rəngli, bitki mənşəli narkotik vasitə qurudulmuş marixuana aşkar edilir. Daha sonra aşkar edilmiş marixuanaya bənzər kütlələr içərisi boş olan ağ rəngli kağız zərflərə qoyularaq qablaşdırılır, möhürlənir və imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, öz istifadəsi üçün əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı 160 manat müqabilində tanımadığı İran İslam Respublikası vətəndaşının qoydurduğu yerdən götürməklə şəxsi istifadəsi üçün əldə etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılır, lakin Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuana kütlələrindən başqa qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya və ya predmet aşkar olunmur. Əşyalara baxış keçirilməsi və götürmə zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə əks edilmiş görüntülər həmin DVD diskdə əks edilmiş görüntülər 11 dekabr 2024-cü il tarixdə saat 03:50də qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Abşeron RPl-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Tural Ağalarzadənin əyləşdiyi xidməti otaqdır. Video görüntüdən müəyyən edilir ki, təhqiqatçı Tural Ağalarzadə təqdim olunan 01 ədəd ağ rəngli zərfə və 01 ədəd DVD diskə baxış keçirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və qablaşdırılmış zərfin içərisində bir ədəd şəffaf rəngli sellofan bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olundu. Daha sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürləndi. Bundan sonra təhqiqatçı Tural Ağalarzadə tərəfindən DVD diskə baxış keçirildi. DVD-də olan görüntülərdə təqdim olunan Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin aşkar olunması və Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə qurudulmuş marixuana aşkar olunduğunu bildirməsi əksini tapmışdır. Cinayət işi üzrə “Azerfon" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, AZF/LGL- 190/25 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə 03 aprel 2025-ci il tarixdə tərəfimdən baxış keçirilən zaman həmin diskdə 01 ədəd “Mushteri zenglerinin “Zenglerin_Mexsusluq_Tarixceleri_**********22315_707997977_NAR_4" adlı pdf formatlı fayllar aşkar olunmuşdur. PDF formatlı 01 ədəd “Mushteri zenglerinin detallashmasi_MSİSDN_ 707997977” adlı birinci fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş 070-799-79- 77 saylı mobil nömrəyə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ayrı-ayrı operatorlara məxsus mobil nömrələrdən daxil olan və çıxan zənglərin və mesajların anten dairələri barədə məlumatlar göstərilmişdir. Bundan başqa həmin faylda iş üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir. İkinci “SMS detallashmasi_MSİSDN_707997977" adlı PDF formatlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi daxil olan və çıxan mesajların siyahısı və mətinləri göstərilmişdir. Həmin siyahıya baxış keçirilsə də, iş üçün əhəmiyyət kəsb edən hallar aşkar olunmamışdır. Üçüncü “Zenglerin_Mexsusluq_Tarixceleri_**********22315_707997977_NAR_4” adlı PDF formatlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş 070- ***-**-** saylı mobil nömrəsinə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü tarixədək ayrı-ayrı operatorlara məxsus mobil nömrələrdən daxil olan və çıxan sahiblərinin anket məlumatları göstərilmişdir. Həmin siyahıya baxış keçirilsə də, iş üçün əhəmiyyət kəsb edən hallar aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan əməliyyat tapşırığından cinayət işi üzrə tam və obyektiv qərar qəbul etməkdən ötrü Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddələrin əldə edilmə tarixini və mənbəyini, həmin psixotrop maddə olan metamfetamini konkret olaraq kimdən alıb və kimə verəcəyini, bundan başqa Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olub olmaması, habelə istintaqa şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşının şəxsiyyətinin əməliyyat yolu ilə müəyyən edilməsi zərurəti yarandığı və bundan ötrü tapşırıq verildiyi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan əməliyyat tapşırığından cinayət işi üzrə tam və obyektiv qərar qəbul etməkdən ötrü Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın əldə edilmə tarixini və mənbəyini, bundan başqa Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olub olmaması əməliyyat yolu ilə müəyyən edilməsi zərurətinin zərurəti yarandığı və bundan ötrü tapşırıq verildiyi müəyyən olunmuşdur. Verilmiş əməliyyat tapşırığına cavab olaraq Abşeron RPl-nin Cinayət axtarış şöbəsinin məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş psixotrop maddə metafetamini Təqsirləndirilən şəxs əldə etdiyi mənbəni müəyyən etmək, psixotrop maddəni ona satmış şəxsi müəyyən etmək məqsədi ilə bir sıra əməliyyat-axtarış təbirləri keçirilsə də, heç bir müsbət nəticə əldə edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əlaqədə olduğu şəxslərin bir qisminin narkotik vasitələrin aludəçiləri olması, əldə olunmuş məlumata əsasən onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilmişdir. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Ağayev X7 rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə, 01 il şərti sınaq müddəti təyin edilmişdir. Bundan başqa Ağayev X7 rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin qərarı ilə AR CPM-nin 513 və 520 maddələri, CM-nin 76-cı maddəsi rəhbər tutularaq cəzasının çəkilməmiş 08 ay 05 gün müddəti vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa Ağayev X6 RPl-nin İŞ-də qəbul edilmiş xx.xx.2017-ci il tarixli qərara əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Azərbaycan Respubliklası CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. Bundan başqa Ağayev X7 RPŞ-də qəbul edilmiş xx.xx.2017-ci il tarixli qərara əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Azərbaycan Respubliklası CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Abşeron Rayon Məhkəməsinin 5(012)-126/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən 01 noyabr 2024-cü ıl tarixdən 18 dekabr 2024-cu ıl tarixədək olan müddət ərzində edilən zənglərin və SMS-lərin siyahısı, vaxtı, müddəti, əhatə dairəsi (dislokasiya yeri), SMS-lərin mətnləri, nömrə sahibləri və onların yaşayış və ya qeydiyyatda olduqları ünvanlar barədə məlumatlar "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Abşeron rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-859/2024 saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Abşeron Rayon Polis İdarəsinə xx.xx.1987-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay. Xaçmaz rayonu, Hülövli kəndində qeydiyyatla olan, Bakı şəhəri , Yasamal rayonu, H.B.Zərdabi 53 a ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri istifadə məqsədi ilə əldə edib Abşeron rayonu erazisində üzərində gəzdirməsi barədə əməliyyat məlumatları daxıl olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynindəki gödəkçənin sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Bundan sonra həmin narkotik vasitə marixuana materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Bundan başqa xx.xx.2024-cü il tarixdə Abşeron Rayon Polis İdarəsinə xx.xx.1987-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Xaçmaz rayonu, Hülövlü Ə/D, Hülövlü kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Həsəb bəy ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs psixotrop maddələrin istifadə etməsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd bükümdə ağ rəngli kristal formada olan psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Bundan sonra həmin həblər materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitə və psixotrop maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin özünü küllü miqdarda narkotik vasitələrin satışı ilə əlaqədar təqsirli bilməməklə əlaqədar ifadəsinə qiymət verməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən ibtidai istintaq zamanı fiziki təsirə məruz qalmadığını amma, psixi təsirə məruz qaldığını bildirmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin psixi təsirə məruz qalmasını təsdiq edən hər hansı bir hala rast gəlinməmiş, həmçinin müdafiə tərəfindən şəxsin psixi təsirə məruz qalmasına dəlalət edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı heç bir fiziki təsirə məruz qalmaması onun özünün və məhkəmə tibb ekspertizasının rəyinə əsasən müəyyən olunur. Belə vəziyyətdə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı törətmədiyi cinayəti etiraf etməsi ağlabatan deyildir. Bundan başqa cinayət işinin materiallarında olan tələbnamədən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmir, həmçinin narkotik vasitələrin istifadəsi ilə əlaqədar bir dəfə azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin olunmaqla məhkumluq həyatı yaşamış və hazırda araşdırılan cinayət işi üzrə küllü miqdarda psixotrop maddəni satış məqsədilə əldə etməklə əlaqədar cinayət məsuliyyətinə cəlb edilməzdən 7 gün əvvəl barəsində xeyli miqdarda narkotik vasitəni satış məqsədi olmadan əldə etmə ilə əlaqədar cinayət işi başlanılmış və barəsində araşdırma aparılmaqda olmuşdur. Qeyd olunan hallar onu deməyə əsas verir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs heç də sadəlöv, rahatlıqla hər hansı bir vəd verilməklə aldadıla bilən bir şəxs deyil və narkotik vasitələrin istifadəsinin, satışının hansı məsuliyətə əbəb olmasını tam dərk edib anlayan bir şəxsdir. Göstərilənlərə əsasən məhkəmə təqsirləndirilən şəxsin ibtidai isitntaq zamanı verdiyi etirafedici ifadələrini səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Bundan başqa cinayət işinin materiallarında təqsirləndirilən şəxsin xx.xx.2024-cü il tarixli etiraf ifadəsilə yanaşı xx.xx.2025-ci il tarixli etiraf ifadəsidə vardır. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirini seçilməsi barədə qərar əsasən müəyyən olunur ki, o, barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məsələyə baxılarkən də əməlindən, peşiman olduğunu bildirmişdir. Qeyd olunanlardan müəyyən olunur ki, təqsirləndirilən şəxs tutulduğu zaman psixi təsir altında ifadə verdiyini bildirsə də həmin ifadəni verdiyi vaxtdan 4 ay sonra istintaq təcridxanasında saxlanılarkən də eyni məzmunlu ifadə vermişdir. Göstərilən halda onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı özünü küllü miqdarda psixotrop maddəni satış məqsədilə əldə etməkdə təqsirli bilməməklə əlaqədar bildirdikləri onun, müdafiə taktikasından irəli gələn hərəkətləridir. Bundan başqa təqsirləndirilən şəxsdə aşkar edilmiş psixotrop maddənin xüsusilə küllü miqdarda psixotrop maddələrin miqdarına yaxın olması, psixotrop maddənin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona küllü psixotrop maddənin satışı ilə əlaqədar elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadələsində göstərdiyi xüsusatlar işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs, özünü təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham, ona verilmiş ümumi ittihamdan xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayət törətməsini təsdiq edən heç bir sübut və ya sübutlar əldə edilib məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilmiş, onun bilavasitə narkotik vasitələrin qanunsuz olaraq satışı ilə məşğul olması öz təsdiqini tapmış, lakin Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə külli miqdarda narkotik vasitəni əldə edildiyi mənbəni, o cümlədən şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində saxlanılarkən üzərinə aşkar olunmuş narkotik vasitəni tanımadığı İran İslam Respublikası vətəndaşından aldığını bildirsə də, lakin bu hal onun öz ifadəsindən başqa digər sənədlərlə təsdiq edilmir. Belə ki, ibtidai istintaqda təqsirləndirilən Təqsirləndirilən şəxs həmin şəxslə necə və hansı vasitə ilə əlaqə qurması, onlar arasında hansısa telefon və.s danışığın, sms yazışmaların, ümumiyyətlə həmin şəxsin şəxsiyyəti müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “14” iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPM-in 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yuxarıda qeyd olunan əməllərin törədilməsi onun özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq nakotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər üç ilədən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Eyni zamanda, həmin Məcəllənin 234.4.3-cü maddələrində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 17.3-cü maddəsinə əsasən şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.3. Cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etməmiş və Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi cinayətlərin təkrar törədilməsini müəyyən etmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən ( müəyyən olunmamışdır) və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Həmçinin məhəkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Abşeron rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-859/2024 saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunan qəti azadlıqdan məhrum etmə cəzasından bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılmalı və cəzaçəkmə müddətinin əvvəli 18 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 186 (yüz səksən altı) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Abşeron RPİ-də saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs 18 dekabr 2024- cü il tarixdə götürülmüş, 01 ədəd bağlamada möhürlənmiş, qalıq çəkisi - 364,8 qram çəkidə psixotrop maddə metamfetamin, 11 dekabr 2024-cü il tarixdə götürülmüş, 01 ədəd bağlamada qalıq çəkisi - 18.76 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 04 ədəd DVD diskin və 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olnumuş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaqla qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunan qəti 08 (səkkiz) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində 08 (səkkiz) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 186 (yüz səksən altı) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Abşeron RPİ-də saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs 18 dekabr 2024- cü il tarixdə götürülmüş, 01 ədəd bağlamada möhürlənmiş, qalıq çəkisi - 364,8 qram çəkidə psixotrop maddə metamfetamin, 11 dekabr 2024-cü il tarixdə götürülmüş, 01 ədəd bağlamada qalıq çəkisi - 18.76 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 04 ədəd DVD diskin və 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar