Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-328/2022 28.06.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X4 (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Abuşova Nərmin Latiq qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2amış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq ümumilikdə 11,711 qram çəkidə qəhvəyi rəngdə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini, 5,642 qram çəkidə ağ rəngli, kristal hissəciklərdən ibarət külli miqdarda psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə edib daşıyaraq əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 16:00-da Sumqayıt şəhəri, 1-ci məhəllə ərazisində yerləşən «Nəsimi» Parkının dairəsinin yaxınlığında Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb, Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı eyni tərkibli 06 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 7,562 qram, 3,895 qram, 0,092 qram, 0,051 qram, 0,050 qram, 0,061 qram, ümumi təmiz çəkisi 11,711 qram külli miqdarda qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 04 ədəd bükümdə eyni tərkibli ayrıayrılıqda təmiz çəkiləri 5,557 qram, 0,033 qram, 0,031 qram, 0,021 qram, ümumi təmiz çəkisi 5,642 qram külli miqdarda ağ rəngli kristallardan ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, başqa bir işlə bağlı məhkəmə iclasına getmədiyi üçün barəsində axtarış verilmiş, Sumqayıt şəhər 4-cü polis bölməsinin əməkdaşları onu Sumqayıt şəhər İcra Hakimiyyətinin yanında saxlamışlar. Saxlanılan zaman üzərində yarım qram narkotik vasitə heroin olmuş, həmin narkotik vasitəni tanımadığı şəxsdən 20 manata almışdır. Saxlanıldıqdan sonra onu Sumqayıt şəhər 4-cü polis bölməsinə, polis əməkdaşı Orxanın otağına aparmışlar. Orxan ona “ya 4-ün 3-ü ilə gedəcəksən “sroka”, ya da ki bir kilo mal qoyacayıq” demişdir. Əvvəllər məhkumluq həyatı sürdüyündən qorxmuş, Orxanın dedikləri ilə razılaşmış, üzərinə təxminən 17-18 qram narkotik vasitə qoymuşlar. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilir, həmin maddə ilə ədalətli cəza təyin edilməsini xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun verdiyi bu ifadə özünü müdafiə xarakteri daşıyır, çünki onun verilən ittihamlar üzrə təqsiri məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə bərabər, toplanmış və tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. Təqsirləndirilən şəxs özü də istintaq zamanı verdiyi ifadəsində əməlini etiraf etmiş, iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. Belə ki, istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrin aludəçisi olduğundan dəfələrlə Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə məhkum olunmuş, hazırda da narkotik vasitələrdən istifadə edir. Təxminən 2022-ci ilin əvvəllərində sosial şəbəkələr vasitəsi ilə özünü təqdim etməyən İran vətəndaşı ilə tanış olmuş və o, hesabına pul köçürməklə ona narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin təşkil edə biləcəyini bildirmişdir. 21 yanvar 2022-ci il tarixdə o İran vətəndaşının ona göndərmiş olduğu hesaba 130 manat pul köçürdükdən sonra o, Abşeron rayonu Masazır qəsəbəsi ərazisindən gedib heroin və metamfetamini götürə biləcəyini bildirmiş və həmin gün günortadan əvvəl o Masazır qəsəbəsi ərazisinə gedib körpünün yanında daşın altına qoyulmuş bir ədəd sellofan paketi oradan götürmüş və əynində olan qara rəngli şalvarımın sağ yan cibinə qoymuşdur ki, kefinə düşəndə istifadə edər. Həmin gün saat 16 radələrində o Sumqayıt şəhəri 1-ci məhəllə ərazisində olarkən ona polis əməkdaşları yaxınlaşaraq üzərində narkotik vasitələri gəzdirməkdə şübhəli olduğunu bildirərək özləri ilə 4-cü PB-nə dəvət etmişlər. PB-nə gəldikdən sonra polis əməkdaşları videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər, o buna etiraz etməmişdir. Daha sonra hüquq və vəzifələri izah olunaraq hüquqlarının müdafiəsini həyata keçirmək üçün Sumqayıt şəhər Regional vəkil bürosunun vəkili X1 ona təqdim edilmiş, o vəkilə də etiraz etmədikdən sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya olub-olmadığı sual olunan zaman özü əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu sellofan bükümü təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində 7 ədəd ağ rəngli siqaret kağızı bükümlərinin, 3 ədəd şəffaf rəngli sellofan bükümlərin olduğu müəyyən edilmişdir. Aşkar edilmiş 4 ədəd ağ rəngli siqaret kağızı bükümlərinin və 1 ədəd şəffaf rəngli sellofan bükümün içərisində kakos, digər 3 ədəd ağ rəngli kağız bükümlərin və 1 ədəd sellofan bükümün içərisində kristal şəkilli “şüşənin” olması müəyyən edilmişdir. O narkotik vasitələri əldə etmiş olduğu mənbəni polis əməkdaşlarına etiraf etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən 6 büküm kakos tərəzidə ölçülərkən cəmi çəkisinin 13,56 qram, 04 ədəd bükülüdə psixotrop maddə olan metamfütaminlər ölçüldükdə cəmi çəkisinin 6,11 qram olması müəyyən olunmuşdur. Aşkar olunmuş həmin maddələr xüsusi qaydada qablaşdırılaraq möhürlənmiş və həmin möhürlənmiş zərf onun tərəfindən imzalanmış və protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında Şahid1 göstərdi ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş əməliyyat müvəkkili, polis kapitanıdır, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Əliağa adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx.xx.2022-ci il tarixdə, saat 16:00-da sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri1-ci məhəllə ərazisində yerləşən “Nəsimi” parkı dairəsinin yaxınlığında müəyyən olunaraq ona narkotik vasitələrin qəbulu və üzərində gəzidirilməsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirib aidiyyatı üzrə Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinə dəvət etmişlər, o da etiraz etmədən onlarla birlikdə həmin polis bölməsinə gətirildikdən sonra xidməti otaqların birində videoçəkiliş aparılmaqla təhqiqatçı Röyal Rəcəbli ona özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş edib, saxlanılmasının səbəbini bildirmişdir. Təqsirləndirilən şəxs də özünü təqdim etmişdir. Daha sonra onlar da özlərini təqdim etmişlər. Onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl təhqiqatçı Röyal Rəcəbli tərəfindən ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müafiəsini təmin edəcək vəkili X3 təqdim olunmuş, o bildirişlə tanış olub, vəkilə etiaz etməmişdir. Daha sonra isə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək, sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuşəşyanın və ya narkotik vasitənin olub -olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmiş, o da özü əynində olan qara rəngli cins şalvarının sağ yan cibindəsaxlamış olduğu 01 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. Həmin sellofan büküm açıldıqda orada ayrı-ayrılqda 07 ədəd ağ rəngli siqaretə bükülmüş bükümlər və 03 ədəd şəffaf rəngli sellofan bükümlərin olması müəyyən olumuşdur. Aşkar edilmiş 04 ədəd ağ rəngli siqaret kağızına bükülmüş bükümdə və 02 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan heroin, digər 3 ədəd ağ rəngli siqaret bükümlər və 01 ədəd şəffaf rəngli sellofan bükümdə isə psixotrop maddə olan metamfetamin müəyyən olunmuşdur. Sorğu zamanı Əliağa heroini və metamfetamini internet vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşının hesab nömrəsinə 130 manat pul ödəməklə əldə etdiyini, İran vətəndaşı pulu qəbul etdikdən sonra xx.xx.2022-ci il tarixdə həmin narkotik vasitələri Abşeron rayonu Masazır qəsəbəsi ərazisinə gedərək götürdüyünü şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş heroin və metamfetamin tərəziyə qoyulub çəkilmiş və xüsusi qaydada qablaşdırılıb, Azərbaycan Respublikasının DİN-nin 128 saylı möhürü ilə möhürlənmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş «Davıdov» markalı siqaret və alışqan xüsusi əhəmiyyət kəsb etmədiyindən onun özünə geri qaytarılmışdır. Daha sonra müvafiq sənədləşmə aparılmış və Təqsirləndirilən şəxs də həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 oğlu, əməliyyat müvəkkili polis mayoru Şahid2 və Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti, polis mayoru Şahid4 da Şahid1 ifadəsinə oxşar ifadələr verdilər. Onların hər biri ayrılıqda Təqsirləndirilən şəxs heç bir təsir və təzyiq olmadığını göstərdilər. Şahid3 oğlu isə göstərilənlərdən əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs heç bir təsir və təzyiq etməmiş, onun üzərinə narkotik vasitə qoymamışdır. İş materiallarında olan raportdan görünür ki, narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində Sumqayıt şəhəri, 1-ci məhəllə ərazisində yerləşən Nəsimi parkı dairəsinin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə gətirilmişdir. (i.v. 4) İş materiallarında olan 21 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində Sumqayıt şəhəri, 1-ci məhəllə ərazisində yerləşən Nəsimi parkı dairəsinin yaxınlığında tutulmuşdur. (i.v.29 ) İş materiallarında olan qərarın surətindən görünür ki, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci ildən hesablanmışdır. (i.v. 78-80) İş materiallarında olan 21 yanvar 2022-ci il tarixli “Şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Əliağa adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin gün saat 16:00-da Sumqayıt şəhəri 1-ci məhəllə ərazisində yerləşən “Nəsimi” parkı dairəsinin yaxınlığında müəyyən olunaraq aidiyyatı üzrə Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinə gətirilmiş və orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti tərəfindən videoçəkiliş aparılmaqla təhqiqatçı Röyal Rəcəbli sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş edib, saxlanılmasının səbəbini bildirir. Təqsirləndirilən şəxs də özünü təqdim edir. Daha sonra polis əməkdaşları da özlərini təqdim edir. Onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl təhqiqatçı Röyal Rəcəbli tərəfindən ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müafiəsini təmin edəcək vəkili X3 təqdim olunur, o bildirişlə tanış olub, vəkilə etiaz etmir. Daha sonra isə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək, sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın və ya narkotik vasitənin olub -olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilir. O da özü əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf rəngli sellofan bükümü təqdim edir. Həmin sellofan büküm açıldıqda orada ayrıayrılqda 07 ədəd ağ rəngli siqaretə bükülmüş bükümlər və 03 ədəd şəffaf rəngli sellofan bükümlərin olması müəyyən olunur. Aşkar edilmiş 04 ədəd ağ rəngli siqaret kağızına bükülmüş bükümdə və 02 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan heroin, digər 3 ədəd ağ rəngli siqaret bükümlər və 01 ədəd şəffaf rəngli sellofan bükümdə isə psixotrop maddə olan metamfetamin müəyyən olunur. Sorğu zamanı Əliağa heroini və metamfetamini internet vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşının hesab nömrəsinə 130 manat pul ödəməklə əldə etdiyini, İran vətəndaşı pulu qəbul etdikdən sonra xx.xx.2022-ci il tarixdə həmin narkotik vasitələri Abşeron rayonu Masazır qəsəbəsi ərazisinə gedərək götürdüyünü şəxsi istifadəsi üçün üzərində saxladığını bildirir. Həmin vaxt üzərindən aşkar olunmuş heroin və metamfetamin ayrı-ayrılıqda və birlikdə tərəziyə qoyulub çəkilir və xüsusi qaydada qablaşdırılıb, Azərbaycan Respublikasının DİNnin 128 saylı möhürü ilə möhürlənir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş «Davıdov» markalı siqaret və alışqan xüsusi əhəmiyyət kəsb etmədiyindən onun özünə geri qaytarılır. (i.v. 37-38) İş materiallarında olan 28 yanvar 2022-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskdə «20220121_164514» rəqəmlər göstərilən papka müəyyən edilir. Həmin papkada olan videogörüntülərdə 21 yanvar 2022-ci il tarixli “Şəxsi axtarışın keçirilməsi barədə” protokolda göstərilənlər təsdiq edilir. (i.v.86-89) Məhkəmə iclasında diskdəki həmin görüntülər nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/415 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün 128 sayılı” möhür əksi “Təqsirləndirilən şəxs üzərində...” və s.yazılar imzalar olan zərfdəki 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 7,562 qram; 3,895 qram; 0,092 qram; 0,051 qram; 0,050 qram; 0,061 qram; ümumi təmiz çəkiləri 11,711 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitəsi-heroindir, 06 ədəd bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 04 bükümdə ayrıayrılıqda təmiz çəkiləri 5,557 qram, 0,033 qram, 0,031 qram, 0,021 qram ümumi təmiz çəkiləri 5,642 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 04 ədəd bükümdəki metamfetamin kütlələri tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. (i.v.44-49) İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1550 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Aslılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müailicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (i.v 123-124) İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-X2 Birliyindən verilən xx.xx.2022-ci il tarixli 1611 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşayır və yaşadığı müddət ərzində onun barəsində 1 saylı MKS-nə heç bir şikayət daxil olmamışdır. (i.v.138-139) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. (i.v. 135-137, 140-143) İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 11,591 qram heroin və 5,562 qram metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk də maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (i.v. 88,150-156,) İş üzrə istintaq zamanı Təqsirləndirilən şəxs tutularkən döyülməsi ilə bağlı Sumqayıt şəhər prokurorluğuna müraciət etmiş, onun müraciəti araşdırılmış, onun Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən döyülərək fiziki və psixi təsir göstərilərək qanunsuz hərəkətlərə məruz qalması faktı öz təsdiqini tapmamış, Sumqayıt şəhər prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 25 mart 2022-ci il tarixli qərarı ilə həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. (i.v.110-111) “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Təqsirləndirilən şəxs ümumilikdə 11,711 qram çəkidə qəhvəyi rəngdə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini, 5,642 qram çəkidə ağ rəngli, kristal hissəciklərdən ibarət külli miqdarda psixotrop maddə olan metamfetaminin aşkar olunması, bunların ayrı-ayrı bir çox bükümlərdə olması onun satış məqsədini təsdiq edir. Mötəbərliyi şübhə doğurmayan və qanuni yolla əldə edilmiş sübutların məcmusu ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib saxlama və daşıma cinayətini törətmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması, bunları satmaq maqsədi olmaması, üzərində yalnız 0,5 qram heroin olması ilə bağlı göstərdiklərini onun məsuliyyətini yüngülləşdirmək üçün etdiyi cəhd kimi qiymətləndirir. Eyni zamanda, Təqsirləndirilən şəxs döyülməsi və təsirə məruz qalması ilə bağlı hallar Sumqayıt şəhər prokurorluğunda ayrıca araşdırılmış, təsdiq edilməmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməlləri törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində—onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmişdir (yəni o, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir). Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi residiv sayılır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətin residividir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını ağırlaşdıran halı, onun şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, bu iş üzrə təqsirli bilindiyi əməli həmin hökmdən əvvəl törətmişdir. Ona görə də, həmin hökmlə təyin edilmiş cəza bu hökmlə təyin edilmiş cəza ilə Azərbaycan Respublikası CM-nin 66.5ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə toplanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs bu iş üzrə tutulduğu 21 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar 110 (yüz on) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin “Maddi sübutların saxlanılması otağı”na təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 11,591 qram heroin və 5,562 qram metamfetamin məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 (on beş) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə cinayətlərin məcmusu üzrə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 21 yanvar 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 11,591 qram heroin və 5,562 qram metamfetamin məhv edilsin, əməliyyat-axtarış tədbirini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ50AİİB400600C**********214 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: (imza) Fikrət Əliyev Hakim: (imza) Fəhmin Hümbətov Hakim: (imza) Hafiz Əliyev Əsli ilə düzdür X6
Məhkəmə qərarları › İş №1(124)-328/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-328/2022
28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver