Məhkəmə qərarları › İş №1(124)-328/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-328/2024

10.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-328/2024 10.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X4 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X8 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, əməlində cinayətlərin təhlükəli resedivi vardır, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 2-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 19 fevral 2023-cü il tarixdə telefon vasitəsilə tanış olduğu istintaqa məlum olmayan Əli adlı İran İslam Respublikası vətəndaşının Abşeron rayonu, Masazır kəndi ərazisinə 500 manat müqabilində qoyduğu 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına daxil olan kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan 04 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda çəkisi 1,390 qram, 1,951 qram, 1,597 qram və 1,343 qram ümumi çəkisi 6,281 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısı»na daxil olan kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan 04 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda çəkisi 0,993 qram, 1,397 qram, 1,346 qram və 0,945 qram olan, ümümi çəkisi 4,681 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb satış məqsədi ilə qanunsuz əldə edərək yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Z.Əliyeva küçəsində yerləşən 23 nömrəli evə daşıyıb, 02 büküm ümumi 2,940 qram çəkidə narkotik vasitə heroini, 02 büküm ümumi 2,291 qram çəkidə psixotrop maddə metamfetamini həmin evdə, 02 büküm ümumi 3,341 qram çəkidə narkotik vasitə heroini, 02 büküm ümumi 2,390 qram çəkidə psixotrop maddə metamfeatmini isə üzərində saxlamış, 20 fevral 2023-cü il tarixdə saat 10:35 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb göstərilən idarəyə gətirilərək, həmin gün saat 12:00 radələrindən 12:13 radələrinə kimi üzərində şəxsi axtarış aparılan zaman göy rəngli cins şalvarının sağ yan cibində olan dəri açar qabının içindən 02 ədəd bükümdə ümumilikdə 3,341 qram çəkidə narkotik vasitə heroin, 02 ədəd selofan bükümdə ümumilikdə 2,390 qram çəkidə psixotrop maddə metamfetamin və üzərində heroin və metamfetamin izləri olan 01 ədəd elektron tərəzi, əməliyyat tədbirinin davamı kimi onun yaşadığı qeyd edilən Abşeron rayonu, Masazır qəsəbəsi, Z.Əliyeva küçəsində yerləşən 23 nömrəli evə həmin gün saat 14:30 radələrindən 14:42 radələrinə kimi baxış keçirilən zaman evin 1-ci mərtəbəsində qonaq otağında dolabda olan 01 ədəd qara rəngli, qovluq formalı əl çantasının içərisində 02 ədəd sellofan bükümdə ümumilikdə 2,940 qram çəkidə narkotik vasitə heroin, 02 ədəd sellofan bükümdə ümumilikdə 2,291 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd üzərində heroin və metamfetamin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, o, 2006-cı ildən narkotik vasitələrdən istifadə edirdi. Ancaq ittihamda göstərilənlər onun üzərində və yaşadığı evdə olmamışdır. O tutulan zaman üzərində 0,1-0,3 qram aralığında metamfetamin olmuşdur. Polislər onu tutan zaman onunla birlikdə yaşayan Nigar adlı qızı da həbs edəcəkləri ilə bağlı onu hədələdiklərinə görə o çəkiliş vaxtı etiraf etmişdir ki, narkotik ona məxsusdur. Hadisə belə olmuşdur ki, 20 fevral 2023-cü ildə öz istifadəsi üçün Biləcəriyə narkotik almağa getmişdir, 20 manatlıq metamfetamini alıb oradan çıxanda polis əməkdaşları onu saxlamışlar. Polislər ona yaşadığı evdə narkotik olmasını bildirib onu Masazıra evinə baxış keçirməyə gətirmişlər, 2-3 saat evə baxış keçirdikdən sonra evdən heç nə çıxmadığı üçün onu Badamdara idarəyə aparmışlar. Polislərlə birlikdə Badamdara İdarəyə gəlmişlər, ona həbs olunmalısan demişlər, əgər razı olmasan, evində səninlə yaşayan qız da həbs olunacaq. 3 dənə bükümü və tərəzini gətirib onunla birlikdə evinə qoyub videoçəkiliş etmişlər. İdarədəki çəkilişdə də ona evində narkotik olmasını dedizdirmişlər. Ona vəkil təyin edilsə də vəkil onu başa salmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar raportla baş idarə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra o və BNMİ-nin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı baş idarə rəhbərliyi tərəfindən qərar qəbul edilmiş və onlar bir yerdə əməliyyat tədbirləri keçirmişlər. 20 fevral 2023-cü il tarixdə saat 10:30 radələrində tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində piyada hərəkətdə olan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və narkotik vasitələrin satışı və üstündə gəzdirməsində şübhəli olduğunu bilidirib, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib, Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə BNMİ-nə getmişdir. BNMİ-nin inzibati binasında otaqların birində video çəkilişdən istifadə olunaraq, şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan Təqsirləndirilən şəxs vəkilinin yanında təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş və sonra üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs şalvarın cibindən 01 ədəd qara rəngli dəri açar qabını təqdim etmiş, açar qabının içinə baxış keçirilən zaman içərisində 02 ədəd sellofan bükümdə ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər 02 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə və 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümlərdəki kütlələr elektron tərəzi ilə çəkilib rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı təqdim etdiyi kütlənin psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olduğunu, həmin maddəni öz istifadəsi üçün üzərində saxladığını, dünən Abşeron rayonu, Masazır qəsəbəsi ərazisindən “Əli” adlı İran İslam Respublikası vətəndaşı vasitəsilə əldə etdiyini , həmin şəxsi 15 günə yaxındır tanıdığını, onun nömrəsinin telefonunda da qeyd edildiyini, həmin maddələri 500 manat müqabilində əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evində də narkotik tərkibli maddələrin qalan hissəsini saxladığını, həmin evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs razılığı əsasında ünvan 2 ünvanında yerləşən iki mərtəbəli evə tərəflərindən baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs narkotik maddələrin qalan hissəini saxladığ birinci mərtəbədə yerləşən, işıqlandırılması olmayan qonaq otağına daxil olaraq orada yerləşən dolabın içərisindən 01 ədəd qara rəngli, qovluq formalı əl çantasını təqdim edərək içərisində narkotik maddə olmasını və başqa heç bir yerdə narkotik maddə saxlamadığını bildirmişdir. Həmin çantaya baxış keçirilən zaman içərisində 02 sellofan bükümdə qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə, 02 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə və 01 ədəd elektron tərəzi olması aşkar edilmişdir. Təqdim edilmiş kütlələrə baxış keçirildikdən sonra həmin kütlə çəkiləri müəyyən edilməsi məqsədil elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı həmin narkotik maddə heroinə bənzər maddəni və psixotrop maddə metamfetaminə bənzər maddəni öz istifadəsi üçün saxladığını 1 gün əvvəl İran İslam Respublikası vətəndaşı Əli adlı şəxsin vasitəsilə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisindən əldə etdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı əşya, predmet və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs oğluna heç bir təsir, təzyiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 da ifadəsində məhkəmədə dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən şəxsi axtarış və götürmə aparılması haqqında 20 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman üzərindən 02 (iki) ədəd bükümdə ümumi 3,341 qram çəkidə narkotik vasitə heroin, 02 (iki) ədəd bükümdə 2,390 qram çəkidə psixotrop maddə metamfetamin, 01 (bir) ədəd elektron tərəzi, həmçinin əməliyyat tədbirinin davam kimi Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Z.Əliyeva küçəsində yerləşən 23 nömrəli evə baxış keçirilən zaman evdən 02 (iki) ədəd bükümdə ümumi 2,940 qram çəkidə narkotik vasitə heroin, 02 (iki) ədəd bükümdə 2,291 qram çəkidə psixotrop maddə metafetamin, 01 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən disk məhkəmə iclasında nümayiş etdirilib baxılarkən də protokolda qeyd edilənlər və məhkəmədə dindirilmiş şahidlərin ifadələrində qeyd etdikləri xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/1037 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün 7№”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş.. “ yazısı və imzalar olan paketdəki 2(iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,390qr və 1,951 qram, ümumi təmiz çəkisi 3,341 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustarüsulla hazırlanmış narkotik vasitə heroindir və 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,993 qram və 1,397 qram, ümumi təmiz çəkisi 2,390 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün 7№”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş” yazısı və imzalar olan paketdəki 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,597 qram və 1,343 qram, ümumi təmiz çəkisi 2,940 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,346 qram və 0,945 qram, ümumi təmiz çəkisi 2,391 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 02 (iki) ədəd elektron tərəzinin üzərində heroinin vəmetamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümdəki heroinlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 6,281 qram təşkil edir və həmin heroinlərkimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 4,681 qram təşkil edir və həmin metamfetamin kimyəvi komponentlərinə və xarici əlamətlərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2559 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu “Narkomaniya xəstəliyi” aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3 Publik Hüquqi şəxsin 24 fevral 2023-cü il tarixli, 349 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmətibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı və yaşadığı evdən baxış zamanı götürülmüş ekspertizadan sonra ümumi təmiz çəkisi 6,081 qram narkotik vasitə heroin və ümumi təmiz çəkisi 4,481 qram psixotrop maddə metamfetamin, 02 (iki) ədəd üzərlərində heroin və metamfetamin izləri olan elektron tərəzi, 01 (bir) ədəd “X9 11” markalı və 01 (bir) ədəd “Xiaomi Redmi A5” markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş, həmçinin iki ədəd DVD diski iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il tarixdə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 315.1, CM-nin 62-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2007-ci il tarixdə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2, 67, 68-ci maddələri ilə 03 (üç) il 07 (yeddi) ay azadlıqdan məhrun etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad edilib. xx.xx.2012-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 178.2.1, 178.2.2, 181..2.2, 310, 66.3-cü maddələri ilə 09 (doqquz) il müddətinə azadlıqdan məhrun etmə cəzasına məhkum edilmişdir. xx.xx.2015-ci il tarixdə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 67.1-ci maddələri ilə 06 (altı) il 04 (dörd) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2012-ci il tarixli hökmdən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi xaric edilib, cəza 08 (səkkiz) il 08 (səkkiz) ay olmuşdur. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə təyin edilmiş cəza 06 (altı) ilə endirilmişdir. xx.xx.2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2012-ci il tarixli hökmlə təyin edilmiş cəza 08 (səkkiz) il 08 (səkkiz) aydan 08 (səkkiz) il 02 (ki) aya endirilmişdir. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası CM-nin 67-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin çəkilməmiş 04 (dörd) il 05 (beş) ay 19 (on doqquz) gün azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilərək, qəti cəza 05 (beş) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 10 (on) ay vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş sayılır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsində nəzərdə tutulan cinayətlərin təhlükəli resedivini yaradır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmamasını, cəzanı ağırlaşdıran halın olmasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin təhlükəli residivi müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlil gətirərək dindirmə zamanı özünü təqsirli bilməyərək üzərində şəxsi axtarış zamanı və mənzilinə baxış keçirilən zaman aşkar olunmuş külli miqdarda psixotrop maddə metamfetamini, narkotik vasitə heroini və elektron tərəziləri polis əməkdaşları ona verərək özünə məxsus olmasını bildirməsini ondan tələb etdiklərini, əks təqdirdə tanışı Şahid3 narkotik maddə ilə sənədləşdirib həbs etməklə hədələdiklərini bildirməsinə dair dəlilləri törətdiyi cinayət əməlinə görə məsuliyyətdən yaxa qurtarmağa, həmçinin məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdidir. Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və baxış protokolları, mötəbər dəlillər və sübutlar ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı tutularkən üzərində yalnız 0,1-0,3 qram metamfetamin olmasına dair bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşaraq qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, həmçinin onun üzərindən aşkar olunmuş narkotik vasitələrin bir neçə növdən ibarət olmaqla tərəzinin də olmasını təqsirləndirilən şəxsin həmin narkotik vasitələrin şəxsi istifadəsi üçün deyil satış məqsədi ilə üzərində gəzdirdiyini ehtiva edir. Məhkəmə onun cinayət işi üzrə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdiyi dəlilləri törətdiyi cinayət əməlinə görə məsuliyyətdən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirir və onun törətdiyi cinayət əməlinin şahid ifadələri və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. O, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halın olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin (CM-nin 234.4.3) sanksiyasında nəzərdə tutulmuş həddə, CMnin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 20 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 20 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını və təqsirləndirilən şəxsin ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Abşeron RPİ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 6,081 qram olan narkotik vasitə heroin, ekspert tədqiqatından sonra qalıq çəkisi 4,481 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd tərəzi məhv edilməli və iş materiallarında olan 02 (iki) ədəd “DVD” formatlı diskin hazırki cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 20 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 6,081 qram olan narkotik vasitə heroin, ekspert tədqiqatından sonra qalıq çəkisi 4,481 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd tərəzi məhv edilsin. İş üzrə maddi sübut olan 02 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar