Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-329/2023 10.10.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X9, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi: X2, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 26 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Tərcüməçi: X4 iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Qusar rayonu Piral kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Qusar rayonu Piral kəndində qeydiyyatda olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, barəsində həbs qətimkаn tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 30 avqust 2022-ci il tarixdə, saat təxminən 21 radələrində Qusar rayonu Piral kəndində yerləşən yaşadığı fərdi yaşayış evində olarkən, arvadı Zərərçəkmiş şəxs ona əvvəlki vaxtlardan xəyanət etməsindən şübhələndiyindən, sonuncunun tələsik evdən çıxıb həyətə getdiyini və arxasınca qapını bağladığını görüb bu vaxt onun başqa bir kişi ilə mobil telefonda danışmasından yenidən şübhələnərək ardınca getmiş, daha sonra arvadı Zərərçəkmiş şəxs həyət sahəsində çardağın yanında dayanıb mobil telefonla məşğul olduğunu gördükdə, onun telefondakı məlumatları sildiyini düşünüb dərhal ona yaxınlaşaraq mobil telefonunu əlindən alıb kiminlə danışdığını soruşduqda, Zərərçəkmiş şəxs ona telefonunu qaytarmasını deyib həmin telefonu onun əlindən geri alıb özündə saxlamış, sonradan yaşadıqları evin yataq otağında danışarkən isə həqiqəti öyrənmək məqsədilə arvadı Zərərçəkmiş şəxs düzgün danışacağı təqdirdə bu məsələni ört-basdır edib üstündən keçəcəyinə dair yalan vəd vermiş, arvadı həqiqətən də mobil telefonda başqa kişi ilə danışdığını etiraf etdikdə, yalandan guya onunla barışdığı görüntüsü yaradaraq onu bağışladığını bildirərək, həmin an sərxoş vəziyyətdə olmaqla arvadının ona əvvəllər də xəyanət etdiyini düşündüyündən onu qısqanclıq zəminində qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə yaşadığı evin həyətində, masanın üzərində olan mətbəx bıçağını götürüb digər yataq otağındakı çarpayının üzərində olan yastığın altında əvvəlcədən gizlətmiş, həmin vaxt evdə olan azyaşlı uşaqları Cəsur Mollayev və Aygül Mollayeva yatdıqdan sonra, saat təxminən 23:30 radələrində arvadı Zərərçəkmiş şəxs guya cinsi əlaqədə olmaq adı ilə evin bıçağı gizlətdiyi digər yataq otağına aparmış, orada ilkin olaraq arvadının şalvarını, tursiyini aşağı salıb əynindən çıxartmış, sonra isə özü də köynək, şalvar və tursiyini soyunub otağın qapısını da örtərək, bu hərəkətləri ilə guya onunla cinsi əlaqədə olacağı təəssüratını yaratmış, arvadı çarpayının yanında olan stulların kənarında durub onu gözləyərkən, yastığın altında gizlətdiyi bıçağı əlinə almış, arvadının bıçağı görüb qışqırmağa başlamasına baxmayaraq müstəsna rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə, arvadı Zərərçəkmiş şəxs xüsusi əzab, iztirab və işgəncə verdiyini dərk etməklə yanaşı bunu arzulayaraq, əvvəlcədən gizlətdiyi həmin bıçaqla onun bədəninin həyat üçün təhlükəli olan döş qəfəsi, ürək, sinə, qoltuqaltı, sifət, həmçinin sol dirsək, sol bud, sağ əl nahiyələrinə dayanmadan ard-arda çoxsaylı bıçaq zərbəsi vurub, ona döş qəfəsinin ön səthinin sol tərəfinin yuxarı şöbəsində İİİ-İV qabırğa nahiyəsində (orta körpücük xətti üzrə) 6,5x2 sm ölçülü, döş qəfəsinə nüfuz edən kəsilmiş-deşilmiş yara, sol süd vəzinin yuxarı bayır kvadrantında 4,5x2 sm ölçüdə, döş qəfəsinə nüfuz edən kəsilmiş-deşilmiş yara, sol süd vəzinin aşağı iç kvadrantında 7x2,5 sm ölçüdə, döş qəfəsinə nüfuz edən kəsilmiş-deşilmiş yara, sol qoltuqaltı nahiyədə 5,5x1 sm ölçüdə, döş qəfəsinə nüfuz edən deşilmiş-kəsilmiş yara, 12-ci qabırğanın medial körpücük xətti üzrə 3,5x1 sm ölçüdə, döş boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yara ilə ifadə olunan, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, habelə sifətin sol yanağında 1x0,3 sm ölçüdə deşilmiş-kəsilmiş yara, sol qoltuqaltı nahiyəsinin arxa xətti üzrə 5,5x1,3 sm ölçüdə, döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yara, sol qoltuqaltı nahiyəsinin orta xətti üzrə 5-ci qabırğa səviyyəsində 2,2x0,7 sm ölçüdə, döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yara, sağ süd vəzinin yuxarı iç kvadrantında 3x0,7 sm ölçüdə deşilmiş-kəsilmiş yara, sağ süd vəzinin yuxarı iç kvadrantında 2,5x0,9 sm ölçüdə, döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yara, sağ süd vəzinin aşağı iç kvadrantında 12x3 sm ölçüdə, döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yara, sağ qoltuqaltı nahiyəsinin V qabırğa səviyyəsində 3x0,3 sm ölçüdə, döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yara, sinəsinin orta hissəsində 1,5x0,5 sm ölçüdə deşilmiş-kəsilmiş yara, sağ qoltuqaltı nahiyəsinin Vİ qabırğa səviyyəsində 2,7x0,3 sm ölçüdə, döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yara, sol dirsəyin bayır yan səthində 9x2 sm ölçüdə deşilmiş-kəsilmiş yara, sol budun yuxarı 1/3-nin yan səthində 4x1 sm ölçüdə deşilmiş-kəsilmiş yara, sağ əlinin 4-cü barmağının əsas oynaq falanqa nahiyəsinin arxa səthində 4,5x0,5 sm ölçüdə deşilmiş-kəsilmiş yara, sağ əlinin 4-cü barmağının uc hissəsinin yan səthində 1x0,3 sm ölçüdə deşilmiş-kəsilmiş yara ilə ifadə olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, o cümlədən də alnın sol tərəfində 3x1 sm, sol gözün üst qapağın bayır küncündə 1,7x0,7 sm, sol almacıq nahiyəsində 5x4 sm, sol yanağında 2x2 sm ölçülərdə sıyrıntılar ilə ifadə olunan, dərəcələri təyin edilməyən xəsarətlər yetirib Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni onu xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxsin həmin cinayət əməlini təqsirli olaraq törətməsi onun özünün qismən etirafı ilə yanaşı məhkəmə iclasında tədqiq olunmuş şahid ifadələri, həmçinin ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, onlar çox yaxşı ailə olmuş, yaxşı yola getmişdirlər. Mərhumun anası da, atası da onu çox istəmişdirlər. Hadisədən bir müddət qabaq arvadı qonşu qadınlarla birlikdə işə getmək istəmişdir. Əvvəlcə buna razılıq verməmişdir. Lakin arvadı bunda israr etdikdən və ondan davamlı olaraq xahiş etdikdən sonra onun işləməsinə icazə vermişdir. Arvadı işə getdikdən təxminən bir ay sonra görmüşdür ki gizlində telefonla danışır. O, arvadından telefonda gizlin şəkildə kiminlə danışdığını soruşduqda arvadı telefonda bacısıyla danışdığını söyləmişdir. O, bacısıyla nə səbəbə gizlində danışdığını, onun yanında danışmadığını soruşduqda isə arvadı bacısıyla öz aralarında söhbət olduğunu bildirmişdir. Təxminən 3-4 dəfə aralarında bu mövzuda dialoqlar olmuşdur. Sonra ona iş təklifi gəlmişdir. Arvadına demişdir ki sən daha işə getmə, o özü gedib işləyəcəkdir. Həmin vaxt arvadı onunla razılaşmayaraq işdən qalmayacağını demişdir. Sonra bir dəfə gecə saat on ikinin yarısı arvadı ona demişdir ki, o, eyvanda yatacaq, o da uşaqlarla evin içində otaqda yatacaqdır. Birdən qapı səsi eşitmişdir. Qapı səsini eşitdikdə düşünmüşdür ki, yəqin arvadı çölə çıxıb. Təxminən yarım saat keçdikdən sonra avadının qayıtmadığını görüb eyvana baxdıqda arvadının eyvanda olmadığını görmüşdür. Kimə zəng edəcəyini bilməmişdir. Axırda anasına zəng edib arvadının onlarda olduğunu soruşmuş, anası da arvadının onlarda olmadığını demişdir. Sonra gecə dördün yarısı qaynanası ona zəng eləmişdir ki, arvadı onlardadır. Qaynanası nə səbəbə dalaşdıqlarını soruşduqda o aralarında münaqişə olmadığını demişdir. Arvadının evdən anasıgilə piyada şəkildə getdiyinə inanmamışdır. Çünki onların evindən qaynanasıgilə on dörd kilometr uzunluğunda yol vardır. Bundan sonra qaynanasıgilə getmişdir. Onlara getdikdə atası ondan problemin nə olduğunu soruşmuşdur. Qızlarının işə getmək istədiyini söyləmişdir. Atası orada yaxşı cavab vermişdir. Atası ləzgi dilində “o sizin probleminizdir, bizim yox” demişdir. Bundan sonra arvadını götürüb evə gəlmişdir. Bundan sonra arvadının yenidən işə getməsinə razılıq vermişdir. Sonra dostu ilə razılaşmışdırlar ki, onların evində oturub bir az alkoqollu içki qəbul etsinlər. Nadir hallarda içki istifadə etmişdir. Dostu ilə evdə masa ətrafında əyləşmiş, arvadı yeməyi gətirib stolun üzərinə qoymuşdur. Həmin vaxt arvadının yenə kimləsə telefonda danışdığını düşünmüşdür. Arvadı bayıra çıxdıqdan təxminən iyirmi dəqiqə sonra bayıra çıxmış və görmüşdür ki uşaqları oyun oynayır. Onlara analarının harada olduğunu soruşduqda isə, analarının evin arxa tərəfində olduğunu söyləmişdirlər. Arvadının yanına getdikdə görmüşdür ki gizlin şəkildə telefonla danışır. O, dərhal mobil telefonu arvadının əlindən almışdır. O, mobil telefonu arvadının əlindən aldıqda telefonda “oldu can” sözünü eşitmişdir. Həmin vaxt arvadı telefonu onun əlindən almış, telefonun onda qalmasına icazə verməmişdir. O, həmin vaxt anlamışdır ki, arvadı telefonda pis şeylərlə məşğuldur. Onlar evə qayıtmışdırlar. Sonra qonağa evinə getməsini, onlarda vacib problem olduğunu bildirmişdir. Qonaq getdikdən sonra arvadını evdə ayrı otağa çağırmışdır. Arvadı da anlamışdır ki, o onun başqa biriylə danışdığını başa düşmüşdür. O, arvadından telefonda danışdığı şəxslə aralarında intim əlaqə olub-olmadığını soruşmuşdur. Arvadı ilk öncə bunu inkar etmişdir. O, uşaqlarının olduğunu bildirib ona düzünü deməsini söyləyərək təkid etmişdir. Arvadı bundan sonra telefonda danışdığı şəxslə intim əlaqəsinin olmasını boynuna almışdır. Arvadı intim münasibətlərini boynuna aldıqdan sonra özünü çox pis hiss etmişdir. Bayıra çıxıb bir qədər gəzmişdir. Qayıdan zaman qarpız kəsmək üçün istifadə etdiyi bıçağı görüb və bıçağı götürmüşdür. Otağa girəndə görmüşdür ki, arvadı qızı ilə birlikdə yatıb, oğlu da ayrı yatıb. O, bıçaqla arvadının yanına getmişdir. Həmin vaxt onu yatan yerdə boynundan vurmaq istəmişdir. Sonra uşaqaların yanında belə hərəkət etməməyi düşünmüşdür. Bundan sonra o biri otağa gedib bıçağı yastıqların altına qoymuşdur. Arvadını da digər otağa çağırmışdır. O, arvadına bu söhbəti burada bitirməklərini demişdir. O, ondan otaqda yenə də o, intim söhbətini soruşmuşdur. Bu zaman arvadı ona bu söhbəti bağlamağı dediyini, bu söhbəti bitirməklərini qeyd etmişdir. O bundan sonra özünü əskilmiş hiss etmişdir. Arvadının bu sözündən sonra otağın qapısını bağlamışdır. O, bıçağı götürmək üçün yastığın yanına yaxınlaşdıqda bir metr qalmış sanki arvadı nəsə hiss eləmiş, əlləri ilə üzünü qorumuşdur. Oksana bıçağı götürdükdən sonra qışqırmağa başlamışdır. Qışqıran zaman ona qarşı nalayiq təhqiredici ifadə işlətmişdir. Arvadı ona “it oğlu, məni öldürmək istəyirsən?” demişdir. Bu söz ona pis təsit etmişdir. Bu sözündən sonra onu bir dəfə bıçaqla vurmuşdur. Həmin zərbənin arvadının bədəninə girdiyini və ya əlinə dəydiyini bilməmişdir. Arvadı yenə onu söymüşdür. Nə qədər bıçaq zərbəsi endirdiyini bilməmişdir. Bıçaq zərbələrindən sonra Oksana yerə uzanmış, o da bıçağı atmışdır. Bıçaq zərbələri vurarkən əli də şikəst olmuş, bıçaq barmaqlarını kəsmişdir. Hadisədən sonra qardaşına zəng etmişdir. Nəsimi öz arvadı Məhriban ilə birlikdə onlara gəlmişdir. Onlara uşaqlarını aparmalarını, uşaqların meyiti görməmələrini demişdir. Bundan sonra digər qardaşı Faliddin gəlmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının sullarına cavab olaraq göstərmişdir ki, əvvəllər arvadı ilə aralaırnda münaqişələr olmamışdır, çox mehriban ailə olmuşdurlar. Üç uşağı var. Hadisə zamanı uşaqlar evdə olmuşdurlar. Arvadını öldürəndə uşaqlar yatmışdırlar. Sonradan qardaşı ona demişdir ki, arvadı oğluna “atan məni bu gecə öldürə bilər, bir az oyaq qal” deyib. Arvadını bıçaqla vuranda sonuncu qışqırmışdır. Oğlu Cəsur həmin vaxt oyanmışdır. O, otaqdan çıxanda görmüşdür ki, oğlu Cəsur da o biri otaqdan çıxır. Oğlu ondan “ata əlinə nə olub, ana haradadır?” dedikdə o, oğluna anasının əlini vurub qaçdığını bildirmişdir. O, mərhum arvadına neçə bıçaq xəsarəti yetirdiyini xatırlamamışdır. Axırıncı bıçaq zərbəsi Oksananın bədənində axıra kimi getmişdir. Təqsirləndirilən şəxs müdafiə tərəfinin sullarına cavab olaraq göstərmişdir ki, arvadı evdən çıxıb anasıgilə gedən zaman istifadəsində “***-***-**-**” mobil nömrəsi olmuşdur. Həmin vaxt o bu mobil nömrəyə zəng edərkən nömrəyə zəng çatmış, sadəcə olaraq arvadı telefonu götürməmişdir. İstintaq zamanı arvadının bacısı Diana ifadəsində bildirmişdir ki, anası ona o, Dianadan arvadının telefonda onunla danışdığını soruşan zaman telefonda Oksana ilə danışdığını təsdiq etməsini tapşırmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143- 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisi X2 ifadəsində göstərdi ki, Oksananın atasıdır. Ayın 25-i gecə vaxtı, o, yatmış olduğu zaman qızı Farikgilin evindən onların kəndə piyada şəkildə gəlmişdirlər. Səhər olanda Farik də gəlmişdir. Arvadı ona bildirmişdir ki, qızı gecə vaxtı gəlmişdir. Onları otağa çağırıb soruşmuşdur ki, xeyir ola siz buradasınız, gecə vaxtı on beş kilometr yol gəlmişsiniz. Həmin vaxt otaqda onun arvadı da daxil, dörd nəfər olmuşdurlar. Bu zaman Farik ona iş tapdığını, arvadının işə getməsini istəmədiyini demişdir. O, bu zaman onlardan Piraldan buraya bu məsələdən ötrümü gəldiklərini soruşmuşdur. Onlara nə səbəbə gecə gəldiklərini, ətrafda hörmətli şəxs olduğunu, avtomobil və ya telefon ola-ola gecə piyada gəlmələrini onlara irad tutmuşdur. O, qızına sevib ərə getdiyini, əgər əri işləməməsini bildirirsə, işləməmsini söyləmişdir. O, Farikdən “qızının işlə bağlı söhbət etdiyi bir səs vardırmı?” deyə soruşmuş, Farik də elə bir səs olmadığını demişdir. İndi Farik deyir ki, bir aydır qızının başqasıyla danışdığını bilmişdir. Əgər belə bir hal olubsa, nə səbəbə evinə gələn zaman bunu ona deməmiş, bir ay ərzində nə qızı, nə də Farik ona bu barədə məlumat verməmişdirlər. Ayın iyirmi səkkizi qaynıgildə toy idi, Farikgil də oraya gəlmişdirlər, çox da mehriban idilər, aralarında hər hansı narazıçılıq sezilməmişdir. O, toyda masada əyləşən nəvəsindən atasıyla anasının yola gedib-getmədiklərini soruşmuş, nəvəsi də valideynlərinin barışdığını, mehriban olduqlarını bildirmişdir. İyirmi doqquzunda heç nə olmur, ayın otuzunda qızı öldürmüşdür. Özü də on səkkiz bıçaq zərbəsi ilə qızını öldürmüşdür. Qızının mobil telefonu olmamış, qızında oğlunun telefonu olmuşdur. Qızının Farikin atasını söyməsinə dair bir söz də yoxdur. Zərər çəkmiş şəxsin hüquqi varisi X2 dövlət ittihamçısının sullarına cavab olara göstərmişdir ki, şikayəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs yaşamağa ixtiyarı yoxdur. Səksən faiz yalan danışır, heç sifətindən peşman olması da görünmür. Zərər çəkmiş şəxsin hüquqi varisi X2 müdafiə tərəfinin suallarına cavab olara göstərmişdir ki, qızı onlara gələndə anasına demişdir ki, Farik onu öldürmək istəyib, o da qaçıb gəlib. Əgər qızı başqa biriylə danışdığını bilsəydi, bu məsələni rahatca həll edərdi. Əgər Oksana onu aldadırsa, niyə Farik onun evinə gələn zaman ona bu barədə heç nə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ayın 25-i gecə saat 3 radələrində qızı ona zəng edib “ana, qapını aç, mən qapıdayam” demişdir. O, da düşüb qapını açmışdır. Telefona baxanda görmüşdür ki, saat üçdür. Qızından nə səbəbə bu vaxtı onlara gəldiyini soruşmuş, qızı da ona iş məsələsinə görə iki gün qabaq evdə Fariklə dalaşdıqlarını bildirmişdir. Belə ki, iki gün qabaq Farik qızını döymüşdür. Qızı həmçinin ona növbəti gün də nəvəsi Cəsur evdə olmayanda Farikin evə gəlib böyük qızını bayıra çıxardığını və qapını bağlayaraq ona “bu gecə mən səni öldürəcəyəm, bıçağı da itiləyib qoymuşam” söylədiyini demişdir. Qızı da yata bilməyib gecə onlara gəlmişdir. Qızı gecə onlara gələndə Farik mesaj göndərmiş, həmin mesaj indi də onun telefonunda qalmışdır. Həmin mesajda Farik qızına uşaqların ağladığını, uşaqlarıyla danışmasını bildirmişdir. O. qızına mesaja cavab verməsini dedikdə qızı ondan Farikə zəng etməyini xahiş etmişdir. O, da Farikə zəng edib aralarında nə baş verdiyini, nəyi paylaşa bilmədiklərini soruşmuşdur. Farik də ona cavabında onlara gələnə kimi qızının işə getməməsini bildirmişdir. Daha sonra Farik gəlmişdir. Farik gələndə o, da ərini yuxudan oyatmışdır. Əri nə baş verdiyini soruşduqda ona Fariklə qızının piyada onlara gəldiklərini, onlardan gəlmə səbəblərini soruşmasını demişdir. Bundan sonra əri aşağı düşmüş, o da onlara çay süzmüşdür. O, çay süzəndə eşitmişdir ki, Fariklə qızının gecə onlara piyada gəməyi ərinin xoşuna gəlməyib, əri mobil telefonu və avtomobili ola-ola nə səbəbə qızıgilin onlara piyada gəlməsini onlara irad tutmuşdur. O, da həmin vaxt nə səbəbə aralarında işlə bağlı anlaşmazlığın olduğunu ona söyləmədiklərini soruşduqda bu məsələni öz aralarında həll etmək istədikləri üçün ona bildirmədiklərini qeyd etmişdirlər. Əri çay içdikdən sonra danaları sahəyə aparmışdır. Onlar üçü oturub söhbət etmişdirlər. O, Farikdən qızını döyübdöymədiyini soruşduqda, Farik ona on ildir ki, qızına əl qaldırmadığını söyləmişdir. O, bundan sonra qızına əri işə qoymursa, işə getməməyini, evinə çıxıb getməsini demişdir. Bundan sonra qızı ondan küsüb getmişdir. Qızının başqa şəxlsərlə danışması barədə Farik ona heç nə deməmişdir. Qızı hətta Farikdən başqasıyla danışması barədə nəsə eşitdiyini soruşduqda Farik heç nə eşitmədiyini bildirmişdir. Diana da onun qızıdır. Dianaya Farik ona zəng edərsə, sonuncuya bacısıyla danışmasını söyləməsini tapşırmamışdır. Mobil nömrəsini hazırda əzbər şəkildə xatırlamır. O, qızından nə səbəbə gecə onlara gəldiyini soruşduqda, qızı ona Farikin onu öldürmək istədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisə gününün gecəsi qardaşı Farik ona zəng etmişdir. İlk üç zəngini görməmiş, dördüncüdə zəngi açmışdır. Farik ona demişdir ki, “qardaş gəl bura, ancaq arvadınla birlikdə gəl”. O, da arvadı ilə birlikdə qardaşıgilə getmişdir. Qardaşı qapının ağzında dayanmış, əli də qanın içində olmuşdur. O, qardaşından nə baş verdiyini soruşduqda heç nə olmadığını, uşaqların o biri otaqda olduğunu, uşaqları aparmaqlarını onlara tapşırmışdır. Sonra arvadı uşaqlar olan otağa keçmişdir. Uşaqlar yatmışdırlar, sadəcə oğlan uşağı oyaq idi. Arvadı uşaqları onlara aparmış, Farikgilin evi ilə onların evinin arasında yüz əlli addımlıq məsafə vardır. O, daha sonra yenidən qardaşından nə baş verdiyini, gəlinin harada olduğunu soruşduqda, digər qardaşı da Farikgilə gəlmişdir. Bundan sonra o otağa girmiş və Oksananın yerdə uzandığını görmüşdür. Oksananın nəbzini yoxlayan zaman nəbzinin vurmadığını müəyyən etmişdir. Qardaşından nə səbəbə arvadını öldürdüyünü soruşduqda o, ona arvadının ona xəyanət etdiyini bildirmişdir. O, Oksananın xəyanət etdiyi şəxsin kim olduğunu soruşduqda isə, Farik ona həmin şəxsin buralardan olmadığını demişdir. Artıq həmin vaxt anasıgil də gəlmişdir. O, üç aydan sonra istintaqa müraciət etmişdir. Belə ki, onlar evdən yazılı məktublar tapmışdırlar. Məktubları ilk olaraq Minbərə göstərmişdir. Məktubları hadisənin üstündən üç-dörd gün keçdikdən sonra Farikin evindən tapmılar. Məktublar ləzgi dilində olmuşdur. Farikin uşaqlarını düşündüyü üçün, gələcəkdə problem yaşamamaları üçün məktubları əvvəlcə hüquq mühafizə orqanlarına təqdim etməmişdir. Hadisədən əvvəl Oksananın başqa şəxlərlə danışması barədə məlumatı olmamış, həmçinin eşitməmişdir. Hadisədən qabaq Farikgilin ailəsindən nə Farik, nə də Oksana barədə mənfi bir şey eşitməmişdir. Oksananın valideynləri ilə problemləri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, keçən ilin otuzu axşamı, gecə saat on ikiyə beş-altı dəqiqə qalmış qardaşı zəng etmişdir. Telefonu götürdükdə qardaşı ondan on dəqiqəyə onlara gəlib-gələ bilməyəcəyini soruşmuşdur. Nə baş verdiyini ona bildirdiməsini dedikdə, Farik ona ailəsinin dağıldığını, heç nəyinin olmadığını demişdir. Farikə sakit olmasını, onlara gələcəyini söyləmişdir. Farikgilə çatanda görmüşdür ki, Nəsimiylə Farik enişli yolda aşağı düşür. O, Farikdən nə səbəbə dava saldıqlarını, gəlinin harada olduğunu soruşduqda, Farik ona gəlini öldürdüyünü bildirmişdir. Nə səbəbə öldürdüyünü soruşduqda Farik ona Oksananın telefonda başqası ilə danışdığını və Oksananı öldürdüyünü demişdir. O, Farikə bəlkə səhv etdiyini, heç Oksananın ona xəyanət etmədiyini söylədikdə, Farik ona hər şeyin dəqiqləşdiyini, Oksananın ona xəyanət etdiyini etiraf etdiyini bildirərək anasının da xəbəri olduğunu qeyd etmişdir. Evin önünə birinci qardaşı Nəsimi çatmışdır, ancaq gəlinin öldüyünü bilməmişdir. Hadisədən qabaq Oksananın başqa şəxslə danışıb Farikə xəyanət etməsi barədə məlumatı olmamışdır. Ancaq hadisədən beş gün əvvəl Oksana itmişdir. Farik onu axtarmaq üçün onlara gəlmişdir. Səhər oyananda anası ona dünən Farikin onlara gəldiyini, gecə yarısı gəlinin itdiyini demişdir. Səhərə yaxın Oksananın anası zəng edib ki, qızı onlardadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Farik ərinə zəng edərək onunla birlikdə onlara gəlməyini tapşırmışdır. Ora getdikdə Farik uşaqları onlara aparmağını söyləmişdir. Qız uşağı yatmış, oğlan uşağı isə oyaq olmuşdur. O, Oksananın harada olduğunu soruşduqda, Farik ona Oksananın evdən getdiyini bildirmişdir. O, da uşaqları götürüb evə gəlmişdir. Sonradan bilmişdir ki, Farik Oksananı öldürüb. Hadisədən qabaq Farik Oksanadan şikayət etməmişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, 2013-cü ildən Bakı şəhərində yaşamaqla müxtəlif obyektlərdə fəhlə, usta kimi, həmçinin müəyyən vaxtlarda Rusiya Federasiyasına gedib orada da işləmişdir. 2019-cu ildən isə "xxxx" MMC-nin metal boru sexində operator vəzifəsində işləyir. Təqsirləndirilən şəxs həmkəndlisidir. Onunla aralarında dostluq münasibətləri vardır. Həmçinin Təqsirləndirilən şəxs sinif yoldaşı olmuş, hətta RF-də birlikdə işləmişlər. Ona görə də doğulduğu Qusar rayonu Piral kəndinə getdiyi vaxtlarda Təqsirləndirilən şəxs evinə qonaq getmiş, onunla görüşüb hal-əhval tutmuşdur. Bakı şəhərində işlədiyi üçün adətən orada olur, lakin bayram günlərində, həmçinin məzuniyyətə çıxdığı vaxtlarda ailə üzvləri ilə birlikdə Qusar rayonu Piral kəndinə gedib-gəlir. Dostu Təqsirləndirilən şəxslə aralarında həmişə mehriban münasibətlər olmuş, əvvəllər hər hansı mübahisə, ədavət və ya düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs yaxşı yoldaş, sakit təbiətli insan kimi, mərhum Zərərçəkmiş şəxs isə Farikin arvadı kimi tanımışdır. Onların evlərinə getdiyi vaxtlarda görüb salamlaşıb, evlərindən çıxdıqda isə sağollaşmışdır. Onunla başqa ünsiyyəti, söhbəti olmamışdır. Doğulduğu Qusar rayonu Piral kəndində əvvəllər Zərərçəkmiş şəxs barəsində hər hansı xoşagəlməz, nalayiq fikir, söz eşitməmiş, onun hansısa nalayiq hərəkətinin şahidi olmamışdır. 05 avqust 2022-ci il tarixdə iş yerindən məzuniyyətə çıxaraq 06 avqust 2022-ci il tarixdə ailə üzvləri ilə birlikdə Qusar rayonu Piral kəndinə gedib ata evində qalmışlar. Həmin vaxtlarda dostu Təqsirləndirilən şəxs ilə iki-üç dəfə kənddə görüşüb hal-əhval tutaraq söhbətləşmişdir. 2022-ci ilin avqust ayının sonlarında isə artıq məzuniyyət müddətinin bitməsinə görə Bakı şəhərinə qayıtmalı olduğundan 30 avqust 2022-ci il tarixdə, axşam saatlarında istifadəsində olan “070 333-79- 66” saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş “077 757-77- 46” saylı mobil telefon nömrəsinə zəng edərək harada olduğunu soruşub onunla görüşmək istədiyini demişdir. Farik də evində olduğunu deyib yeyib-içmək üçün onu evinə dəvət etmişdir. Həmin gün, saat təxminən 20 radələrində Farikin evinə gedərkən, onun mərhum arvadı Zərərçəkmiş şəxs və iki azyaşlı uşaqları Cəsur, Aygül evdə olmuşlar. Onlarla görüşüb evə daxil olmuş, Fariklə birlikdə evin eyvanında masa arxasında əyləşmişlər. Oksana onlara yemək vermişdir. Farik ilə birlikdə yemək yeyib əldə çəkilmə araq spirtli içkisi qəbul etmişlər. Həmin müddətdə Farik qayıdacağını deyib stuldan qalxıb həyətə çıxmışdır. Bir müddət sonra özü də həyətə çıxıb siqaret çəkmiş, Farikin azyaşlı uşağı Cəsurla ümumi söhbət etmişdir. Həyətdə olduğu müddətdə Farik və arvadı Oksananın evin arxa tərəfindən gəldiklərini görmüş, lakin onların söhbətlərini eşitməmiş, nə danışdıqlarını da bilməmişdir. Bundan sonra özü və Farik yenidən evə daxil olub eyvanda birlikdə əyləşib yeyib-içməyə davam etmişlər, daha sonra isə Farik yorğun olduğunu bildirdiyi üçün ona narahatlıq vermək istəmədiyindən oradan çıxıb evinə getmək qərarına gəlmişdir. Ona görə də Farik, onun mərhum arvadı Oksana ilə sağollaşıb çıxıb getmiş, bundan sonra isə onları bir də görməmiş, onlardan xəbəri olmamış, Fariklə əlaqə saxlamamışdır. 31 avqust 2022-ci il tarixdə, səhər saatlarında isə həmkəndlilərindən eşitmişdir ki, dostu Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs bıçaqla çoxsaylı xəsarətlər yetirib onu öldürmüşdür. Bu xəbəri eşitdikdə məəttəl qalmış, ona görə də Farikin evinə getmişdir. Həmin vaxt qohum-qonşular ora toplaşmışlar. Sonradan bilmişdir ki, Farik arvadı Oksananın bağ sahəsində fəhlə işləməsinə narazılıq etmiş, bu mövzuda aralarında mübahisələr yaranmış, həmçinin baş vermiş məlum hadisə günü Farik Oksananı ondan gizli mobil telefonla məşğul olan zaman tutmuş, Oksana telefonu onun əlindən almışdır. Eşitdiyi qədər Farik Oksananı qısqanclığından öldürmüşdür. Farik əvvəllər ona arvadından heç bir narazılıq, şikayət bildirməmişdir. Onların aralarında olmuş mübahisələri baş vermiş məlum hadisədən sonra onun qohum-qonşularından, həmkəndlilərindən eşitmişdir. Əvvəllər mərhum Oksananın barəsində xoşagəlməz, nalayiq fikir, söz eşitməmiş, onun hansısa nalayiq hərəkətinin şahidi olmamışdır. Lakin baş vermiş məlum hadisədən sonra eşitmişdir ki, Farik Oksananı ondan gizli mobil telefonla məşğul olan zaman tutmuş, Oksana telefonu onun əlindən almış, Farik də onu qısqanclığı nəticəsində öldürmüşdür. Şahid6 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə aralarında həmkəndli kimi normal münasibətlər vardır. Heç bir narazılıq, mübahisə, bir-birilərindən inciklikləri olmamışdır. Həmkəndli olduqlarına görə, həmçinin evləri yaxın olduğundan mütəmadi olaraq küçədə rastlaşıb söhbətləşmişlər. Lakin onunla yaxınlıq, ailəvi gediş-gəlişləri olmamışdır. Mərhum Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs arvadı, müsbət xarakterizə olunan insan kimi tanımışdır. Onun sağlığı müddətində ona heç bir pisliyi dəyməmiş, eyni zamanda onun kiməsə pisliyinin dəyməsini də görməmişdir. Təqsirləndirilən şəxs və arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaxınlıq olmadığı üçün onların ailə məsələlərindən məlumatsız olmuşdur. 30 avqust 2022-ci il tarixdə gün ərzində yaşadığı Qusar rayonu Piral kəndində olmuş, həmin gün, axşam saatlarında küçədə gəzərkən həmkəndlisi Təqsirləndirilən şəxs evinin qarşısında dayanıb onunla söhbətləşmiş, ümumi olaraq birbiriləri ilə hal-əhval tutmuşlar. Həmin vaxt konkret olaraq hansı mövzuda danışdıqlarını dəqiq xatırlaya bilməmişdir. Lakin Təqsirləndirilən şəxs ona arvadı Zərərçəkmiş şəxs barədə nəsə danışmamış, ondan narazılıq, şikayət etməmişdir. Fariklə təxminən 20 dəqiqə müddətinə söhbət etdikdən sonra həmkəndliləri Şahid5 ora gəlmişdir. Farik və Fuadın sözlərindən başa düşmüşdür ki, Fuad onun evinə qonaq getmişdir. Özü isə onlardan uzaqlaşıb yaşadığı evə getmiş, bundan sonra isə daha Fariki görməmişdir. Həmçinin 30 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs arvadı mərhum Zərərçəkmiş şəxs da görməmişdir. 31 avqust 2022-ci il tarixdə, saat təxminən 08 radələrində yaşadığı Qusar rayonu Piral kəndində küçəyə çıxarkən həmkəndlilərindən eşitmişdir ki, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs bıçaqla çoxsaylı xəsarətlər yetirib onu öldürmüşdür. Bu xəbəri eşitdikdən sonra nə baş verdiyini aydınlaşdırmaq üçün Farikin evinin qarşısına getmiş, Farikin qohumlarının, həmkəndlilərinin ora toplaşdıqlarını görmüşdür. Onların sözlərindən başa düşmüşdür ki, Farik arvadı Oksananın ona xəyanət etməsindən şübhələnib qısqanclığı nəticəsində öldürmüşdür. Şahid7 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, o, şahidlər Şahid2, Şahid3 və Məhriban Mollayevanın məhkəmə istintaqında vermiş olduqlarl ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Qusar-Piral magistral-avtomobil yolundan Şərq istiqamətində 3 km məsafədə, Piral kəndinin içərisində yerləşən, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evidir. Hadisə baş verən yataq otağında 1 ədəd çarpayı, şkaf, oturacaq, müxtəlif növ paltarlar və məişət əşyaları vardır. Zərərçəkmiş şəxs meyiti daxili müayinə olunması üçün “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin meyitxanasına aparılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 avqust 2022-ci il tarixli əşyanın təqdim edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin bıçağı dəstəyinin rənginə, tiyəsinin formasına və ölçülərinə, xüsusilə dəstəyinin üzərində olan ağ, qara rəngli olmasına görə tanımış və həmin bıçağın mərhum arvadı Zərərçəkmiş şəxs xəsarət yetirərək onu həyatdan məhrum etməsində istifadə etdiyi, sonra hadisə yerində onun meyitinin yanına atdığı bıçaq olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş - mərhum Zərərçəkmiş şəxs məxsus olmuş 1 ədəd “Xiaomi Redmi” markalı, M2004J19G modelli smartfon mobil telefonun üzərində “050 852-80-55” və “077 517-70-25” saylı mobil nömrələri vardır. Telefonun “qalereya” bölməsinə daxil olduqda xx.xx.2022-ci il tarixdə, saat 20:50-də qeydə alınmış ekran görüntüsü vardır. Həmin görüntüyə baxıldıqda müəyyən edilmişdir ki, “WhatsApp” mobil tətbiqindən istifadə edilərkən qeydə alınmışdır. Orada “söhbətlər” bölməsində sonuncu dəfə saat 20:47-də “B” adı ilə qeyd edilmiş istifadəçidən “Huray ca” mətnində oxunmamış mesajın daxil olduğu əks olunmuşdur. Telefonun “WhatsApp” mobil tətbiqinə daxil olduqda isə həmin mətn aşkar olunmamış, bununla da silindiyi müəyyən edilmişdir. Həmçinin “WhatsApp” mobil tətbiqində “050 852-80-55” saylı mobil telefon nömrəsindən istifadə edildiyi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid2 xx.xx.2022-ci il tarixdə ərizə ilə istintaqa müraciət edib təqdim etdiyi dama-dama vərəqdə, üzərində ləzgi dilində, ayrı-ayrı məzmunlu yazılar olan 6 ədəd kağız parçalarına tərcüməçi X4 iştirakı ilə baxış keçirilən zaman müəyyən edilmişdir ki, 6 ədəd kağız parçalarının üzərində ləzgi dilində yazılmış mətnlərin azərbaycan dilində tərcümələri aşağıdakı kimidir: 1 rəqəmi ilə nömrələnmiş kağız parçasının ön tərəfində əlyazma ilə “ağlama, biz ayrılsaq da, qəlbimizdə bir yerdə qalacağıq, məndən küsmə, məni bağışla” sözləri, həmin kağız parçasının arxa tərəfində “sabahdan Cahangirlə işlə, mən səni çox istəyirəm, can, can, can” sözləri yazılmışdır. 2 rəqəmi ilə nömrələnmiş kağız parçasının ön tərəfində əlyazma ilə “sən mənim yanımda həmişə qalacaqsan, sən ayrılmaq istəyirsən. Mən səni özümdən ayırmayacağam, istəyirsən indi, istəyirsən alma vaxtı” sözləri, həmin kağız parçasının arxa tərəfində “can, narahat olma, sən ayrılmaq istəyirsən” sözləri yazılmışdır. 3 saylı ilə nömrələnmiş kağız parçasının üzərində əlyazma ilə “mən nahar vaxtı Cahangirlə danışacağam, siz sabahdan Cahangirlə işləyin, mən sizin yerinizə başqasını götürəcəyəm. Bu axırıncı kağızdır” sözləri yazılmışdır. 4 saylı ilə nömrələnmiş kağız parçasının üzərində əlyazma ilə “mən sənin üçün problem olacağından qorxuram, mən heç kimdən qorxmuram, amma səninlə ayrılmaq istəmirəm, səni çox istəyirəm, bir öpüş istəyirəm, can, can, can” sözləri yazılmışdır. 5 saylı ilə nömrələnmiş kağız parçasının üzərində əlyazma ilə “onda mən ayrılacağam, səni uzaqdan görərəm, mən və sən ayrılsaq, mən dözməyəcəyəm, sən mənim, mən sənin ürəyində qalacağam, ancaq səni çox istəyirəm, günorta mən nahara getməyəcəyəm, qalacağam, sənə xəbər edəcəyəm” sözləri yazılmışdır. 6 rəqəmi ilə nömrələnmiş kağız parçasının üzərində əlyazma ilə “nahar vaxtı mən burda qalıram, nahara getmirəm, hamı elə biləcək ki, mən getmişəm, sən çörək ye kənara gəl, axırıncı dəfə gəl, sənə deməli sözüm var, gələndə kənardan gəl” sözləri yazılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 31 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarət aşkar edilmişdir: alnın sol tərəfində, sol gözün üst qapağın bayır küncündə, sol almacıq nahiyəsində və sol yanağında sıyrıntılar; sifətin sol yanağında deşilmiş-kəsilmiş yara, döş qəfəsinin ön səthinin sol tərəfinin yuxarı şöbəsində İİİ-İV qabırğa nahiyəsində (orta körpücük xətti üzrə) döş qəfəsinə nüfuz edən, sol süd vəzinin yuxarı bayır kvadrantında döş qəfəsinə nüfuz edən, sol süd vəzinin aşağı iç kvadrantında döş qəfəsinə nüfuz edən, sol qoltuqaltı nahiyədə döş qəfəsinə nüfuz edən, 12-ci qabırğanın medial körpücük xətti üzrə döş boşluğuna nüfuz edən, sol qoltuqaltı nahiyəsinin arxa xətti üzrə döş boşluğuna nüfuz etməyən, sol qoltuqaltı nahiyəsinin orta xətti üzrə 5-ci qabırğa səviyyəsində döş boşluğuna nüfuz etməyən, sağ süd vəzinin yuxarı iç kvadrantında, sağ süd vəzinin yuxarı iç kvadrantında döş boşluğuna nüfuz etməyən, sağ süd vəzinin aşağı iç kvadrantında döş boşluğuna nüfuz etməyən, sağ qoltuqaltı nahiyəsinin V qabırğa səviyyəsində döş boşluğuna nüfuz etməyən, sinəsinin orta hissəsində, sağ qoltuqaltı nahiyəsinin Vİ qabırğa səviyyəsində döş boşluğuna nüfuz etməyən, sol dirsəyin bayır yan səthində, sol budun yuxarı 1/3-nin yan səthində, sağ əlinin 4-cü barmağının əsas oynaq falanqa nahiyəsinin arxa səthində, sağ əlinin 4-cü barmağının uc hissəsinin yan səthində deşilmiş-kəsilmiş yaralar. Qeyd olunan xəsarətlər həyatidir və 18 bıçaq zərbənin təsirindən Zərərçəkmiş şəxs ölümündən az əvvəl qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yastı tiyə tipli deşici-kəsici alətin güclü təsirindən, ekspertizaya təqdim edilmiş bıçaqla, həmçinin eyni konstruktiv tiyəyə malik hər hansı bir digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Yuxarıda göstərilən xəsarətlərdən: sifətin sol yanağın, sol qoltuqaltı nahiyəsinin arxa xətti üzrə, sol qoltuqaltı nahiyəsinin orta xətti üzrə 5-ci qabırğa səviyyəsində, sağ süd vəzinin yuxarı iç kvadrantında, sağ süd vəzinin yuxarı iç kvadrantında, sağ süd vəzinin aşağı iç kvadrantında, sağ qoltuqaltı nahiyəsinin V qabırğa səviyyəsində, sinəsinin orta hissəsində, sağ qoltuqaltı nahiyəsinin Vİ qabırğa səviyyəsində, sol dirsəyin bayır yan səthində, sol budun yuxarı 1/3-nin yan səthində, sağ əlinin 4-cü barmağının əsas oynaq falanqa nahiyəsinin arxa səthində, sağ əlinin 4-cü barmağının uc hissəsinin yan səthində olan deşilmiş-kəsilmiş yaralar yetirilən anda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmanın əlamətlərinə malikdir; döş qəfəsinin ön səthinin sol tərəfinin yuxarı şöbəsində İİİ-İV qabırğa nahiyəsində (orta körpücük xətti üzrə) döş qəfəsinə nüfuz edən, sol süd vəzinin yuxarı bayır kvadrantında döş qəfəsinə nüfuz edən, sol süd vəzinin aşağı iç kvadrantında döş qəfəsinə nüfuz edən, sol qoltuqaltı nahiyədə döş qəfəsinə nüfuz edən, 12-ci qabırğanın medial körpücük xətti üzrə döş boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yaralar isə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdir. Alnın sol tərəfinin, sol gözün üst qapağın bayır küncünün, sol almacıq nahiyəsinin və sol yanağın sıyrıqları ölümündən bir qədər əvvəl küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə arlarında baş vermiş mübahisə zamanı yerə dəyməsi və ya divara sürtülməsi həmçinin müxtəlif şəraitlərdə əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə ümumilikdə yetirilən anda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmyən xəsarətlərə malikdir. Mərhum Zərərçəkmiş şəxs xəsarətlər yetirilərkən o, müxtəlif vəziyyətdə (ayaqüstü, oturaq, uzanıqlı və s.) ola bilərdi. Onun meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil, metil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir. Zərərçəkmiş şəxs yetirilmiş xəsarətlərdən sonra onun ölümü dəqiqələrlə ölçülən qısa zaman kəsiyində baş vermişdir və məqsədəyönlü hər hansı bir hərəkətlər etmək iqtidarında olması az inandırıcıdır. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan 8-10 saat əvvəl baş vermişdir və yuxarıda qeyd olunmuş xəsarət arasında bir başa səbəbli əlaqə vardır. Onun ölümünə səbəb ağ ciyərlərin deşilmiş-kəsilmiş yaralardan baş vermiş kəskin qanitirmə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş lifli materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4816 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən qısaqol köynəyin üzərindən aşkar edilmiş tünd qəhvəyi rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən qolsuz maykanın tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən idman şalvarının üzərindən aşkar edilmiş sarı rəngli poliester liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən gecə şalvarının tərkib liflərinə uyğun gəlir. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən qolsuz maykanın və donun üzərindən aşkar edilmiş yaşılımtıl qəhvəyi rəngli poliester liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən qısaqol köynəyin tərkib liflərinə uyğun gəlir Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2875 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən patoloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. O, cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Onun əqli-intellektual imkanları normaya uyğundur. Kinlilik, inadkarlıq, özünə qarşı ətrafdakılardan yüksək hörmət tələb etmək, eqosentrizm, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, qısqanclıq, şübhəlilik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini qavramaq və tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Psixoloji vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibbi-kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 457/MTKŞ-2022 saylı rəyindən görünür ki, təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus hər iki qolsuz maykanın ön səthinin sağ yan nahiyəsində, ön səthinin sağ və sol yarısında, arxa səthinin sol və sağ yarısında, bustqalterin ön səthinin sağ və sol yarısında, arxa səthinin sağ və sol yarısında çoxsaylı deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir. Mərhum Zərərçəkmiş şəxs məxsus paltarların üzərində olan deşilmiş-kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Mərhum Zərərçəkmiş şəxs məxsus qırmızımtıl-qəhvəyi rəngli maykanın yaxalıq tikişinin arxa kənarında və sol qolun dairəvi tikişinin üzərində sökülmüş zədələr var. Bu zədələr küt yaranma mexanizmi ilə, maykanın həmin nahiyələrinin dartılması nəticəsində törənmişdir. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 573/2022-MTBŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qan qrupu 0 /İ/-dir. Mərhum Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu A beta (H) /İİ/-dir. Ekspertizaya təqdim edilmiş bıçaq, 08 ədəd çubuqlu pambıq topası, şortik, şalvar, xalça, mərhum Zərərçəkmiş şəxs məxsus 02 ədəd qolsuz mayka, bustqalter, qolsuz don, 02 ədəd tuman, Təqsirləndirilən şəxs məxsus şalvar, qısaqol köynək, tuman, bir cüt corab üzərində insan qanı ləkələri aşkar edilmişdir. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda A və H antigenləri alınmışdır. Bu qan ləkələri A-beta (H)/İİ/ qruplu şəxsə (şəxslərə), o cümələdən mərhum Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş maddi sübutlarda olan qan ləkələrində insan dərisinin buynuzlaşmış üst qatı hüceyrələri aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən istintaq zamanı hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş üzərində qan ləkələri olan, tünd yaşıl yarpaq şəkilləri olan, sarımtıl rəngli köynək, üzərində qan ləkələri olan, sol cibi üzərində ətrafı dairəvi şəkildə “Sport” yazısı olan, tünd göy rəngli idman şalvarı, üzərində qan ləkələri olan, bel hissəsi ağ-qara zolaqlı olan, göy rəngli tursik, mərhum Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş üzərində sarı-çəhrayı-yaşıl rəngli gül şəkilləri olan, mavi rəngli gecə şalvarı, yerliyi tünd göy rəngli, üzərində ağ rəngli gül naxışları olan qadın donu, çəhrayı rəngli pambıq materialdan olan qısa qadın tursiyi, üzərində qan ləkələri olan bıçaq, pambıq çöp üzərinə hopdurulmaqla müvafiq qaydada qablaşdırılaraq götürülmüş qan nümunələri, qan ləkələrinə batmış, belində rezin ipli, tünd göy rəngli uşaq idman şalvarı, qan ləkələrinə batmış, sol bud və sağ baldır hissələrində “adidas” sözü yazılmış, mavi rəngli uşaq şortu, üzərində qan ləkələri olan, mavi-çəhrayı rəngli sintetik xalça, mərhum Zərərçəkmiş şəxs meyitinə baxış zaman götürülmüş, hadisə zamanı onun əynində olmuş üzərində qan ləkələri və zədələr olan, qırmızımtıl-qəhvəyi rəngli mayka, üzərində qan ləkələri və zədələr olan, qaramtıl rəngli, çiyin hissəsi ipli mayka, qan ləkələrinə bulaşmış, üzərində zədələr olan, çəhrayı rəngli bustqalter, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi hadisə zamanı əynində olmuş üzərində qan ləkələri olan, tünd boz rəngli, bir cüt corab, mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qan nümunəsi, Təqsirləndirilən şəxs götürülmüş tüpürcək ifrazatı nümunələri, Şahid2 təqdim etdiyi dama-dama vərəqdə, üzərində ləzgi dilində, ayrı-ayrı məzmunlu yazılar olan 6 ədəd kağız parçası maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2022-ci il tarixli, PHŞ/6.54-2-2022-156 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Poliklinika Şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Quba rayon X1 xx.xx.2022-ci il tarixli, 1630 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Quba rayon PNRM-nə müraciət etməmişlər. Cinayət işinin istintaq materiallarında olan xx.xx.2022-ci il tarixli, 05067 protokollaşdırma nömrəli alkotester nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs alkoqolun miqdarı 0,263 % təşkil etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş tələbnamələrə alınmış cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qusar rayon İcra Hakimiyyəti Başçısının Piral kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 48 nömrəli məktubuna əlavə edilmiş arayış və xasiyyətnamədən Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə edilir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşaq - xx.xx.2009-cu il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 vardır. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara istinad edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs bıçağı görüb qışqırmağa başlaması, onun olduğu yerdə öz ətrafında fırlanaraq bıçaq zərbələrindən yayınmağa çalışmasını görməsinə, bu hərəkətləri ilə ona əzab verdiyini dərk etməsinə baxmayaraq ona xəsarət yetirməyi davam etdirərək 18 bıçaq zərbəsi vuraraq müstəsna rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə məqsədinin zərərçəkmiş şəxsi məhz xüsusi amansızlıqla öldürmək olmasının bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri məhkəmə təcrübəsi haqqında» xx.xx.2002-ci il tarixli qərarının 8-ci bəndinə əsasən, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Qusar rayon məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 31 avqust 2022ci il tarixdən hesablanmışdır. Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 31 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Qusar rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus köynək, tursik, bir cüt corab və idman şalvarı sahibinə qaytarılmalı, qəbul etmədikdə məhv edilməli, mərhum Zərərçəkmiş şəxs məxsus mayka, ipli mayka, bustqalter, gecə şalvarı, qadın donu, qadın tursiyi onun yaxın qohumlarına qaytarılmalı, qəbul etmədikdə məhv edilməlidir. Bıçaq, pambıq çöp üzərinə hopdurulmaqla müvafiq qaydada qablaşdırılaraq götürülmüş qan nümunələri, qan ləkələrinə batmış uşaq idman şalvarı, uşaq şortu, sintetik xalça, mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qan nümunəsi, Təqsirləndirilən şəxs götürülmüş tüpürcək ifrazatı nümunələri məhv edilməli, 6 ədəd kağız parçası iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 89 manat (səksən doqquz) məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib, 16 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 31 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Qusar rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına saxlanca verilmiş, Təqsirləndirilən şəxs məxsus köynək, tursik, bir cüt corab və idman şalvarı sahibinə qaytarılsın, qəbul etmədikdə məhv edilsin, mərhum Zərərçəkmiş şəxs məxsus mayka, ipli mayka, bustqalter, gecə şalvarı, qadın donu, qadın tursiyi onun yaxın qohumlarına qaytarılsın, qəbul etmədikdə məhv edilsin. Bıçaq, pambıq çöp üzərinə hopdurulmaqla müvafiq qaydada qablaşdırılaraq götürülmüş qan nümunələri, qan ləkələrinə batmış uşaq idman şalvarı, uşaq şortu, sintetik xalça, mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qan nümunəsi, Təqsirləndirilən şəxs götürülmüş tüpürcək ifrazatı nümunələri məhv edilsin. 6 ədəd kağız parçası iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 89 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-329/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-329/2023
10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver