Məhkəmə qərarları › İş №1(124)-329/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-329/2025

01.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-329/2025 01.10.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X9 Nizami oğlunun sədrliyi, X4 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi – Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməkli, əvvəllər məhkum olunmuş, Masallı rayonu, Kubin kəndində qeydiyyatda olan, Bakı şəhər Nəsimi rayon məhkəməsinin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs telefon vasitəsi ilə tanış olduğu “Paşa” adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun satış məqsədilə əldə etdiyi xüsusilə külli miqdarda psixotrop maddələrin və külli miqdarda narkotik vasitələrin müəyyən qazanc müqabilində qoyulan yerdən götürüb ayrı-ayrı şəxslərə verməklə satışını həyata keçirməkdə vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, bu məqsədlə bir qrup şəxs halında 07 oktyabr 2024-cü il tarixdə “Paşa” adlı şəxsin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisinə qoyduğu 795,290 qram çəkidə xüsusilə külli miqdarda ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini, 35,055 qram çəkidə külli miqdarda qəhvəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə - heroini və 3035,44 qram çəkidə külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı götürüb qanunsuz olaraq əldə edib, yaşadığı Abşeron rayonu, Saray qəsəbəsinə daşıyıb, 2 ədəd sellofan bükümdə ayrıayrılıqda 38,87 qram və 7,35 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və 1 ədəd bükümdə 5,290 qram çəkidə psixotrop maddə metamfetamini ayırıb üzərində, 1 ədəd bükümdə 35,055 qram çəkidə narkotik vasitə heroini, 1 ədəd bağlamada 790 qram çəkidə psixotrop maddə metamfetamini və 04 ədəd bükümdə ayrı-ayırılıqda 1015 qram, 960 qram, 985 qram və 29,22 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı isə yaşadığı evdə saxlamış, 09 oktyabr 2024-cü il tarixdə saat 13:00-da ünvan 1 ünvanda Azərbaycan Respublikası DİN-in Baş Nakotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq orada saat 13:05-dən 13:23- dək üzəri yoxlanılan zaman əlindəki sellofan torbanın içərisindən 2 ədəd bükümdə ayrı- ayrılıqda 38,87 qram və 7,35 qram çəkidə tərkibinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd bükümdə 5,290 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq həmin gün saat 15:00-dan 15:17-dək yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi R.Sadıxov küçəsi ev 11-ə baxış keçirilən zaman qonaq otağında olan divanın alt hissəsindən 1 ədəd bükümdə 35,055 qram çəkidə narkotik vasitə heroin, 1 ədəd bağlamada 790 qram çəkidə psixotrop maddə metamfetamin və 04 ədəd bükümdə ayrı-ayırılıqda 1015 qram, 960 qram, 985 qram və 29,22 qram çəkidə tərkibinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuana və üzərində heroin və metamfetamin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4- 1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, onda metamfetamin olmamışdır. Onda marixuana olmuşdur. 35 qramlıq heroin ilə metamfetamin onda olmamışdır. Üç kiloqramdan yuxarı miqdarda marixuana olmuşdur. Saat ona qalmış İlkin adlı xalasıoğlu yaşadığı mənzilə gələrək onu götürmüşdür. Onu otelə aparmışdır. Onda olan narkotik vasitəni inkar etmir. Üç kilqoramdan bir az yuxarı miqdarda onda narkotik olmuşdur. Səhərə yaxın oteldən çıxanda polis əməkdaşları onu saxlamışlar. Birinci İlkini tutmuşlar. Daha sonra onu saxladıqdan sonra onları otağa qaldırmışlar. Otaqda onları döymüşlər. Ona “səndə narkotik vasitə var” demişlər. Marixuana olduğunu elə oradaca etiraf etmişdir. Onu üç saat oteldə saxlamışlar. Ondan sonra polis əməkdaşları evə getmişlər. Yaşadığı mənzilə getmişlər. Polis əməkdaşları evdən geri qayıdıb otelə, yəni onu götürməyə gəlmişlər. Elə oradaca evdə olan narkotik vasitənin yerini ona demişlər. Onun əvvəllər 234.1-ci maddəsi ilə məhkumluğu olmuşdur. O, ittiham aktında göstərilən yerdə saxlanılmamışdır. Otelin içərisində saxlanılmışdır. O, gecə otelə getmiş və səhər saatlarında tutulmuşdur. İlkin adlı xalasıoğlu ilə olmuşdur. Oteldə onu döymüşlər. Daha sonra onu MSY-dən Masazırda xəstəxanaya aparmışlar. Xəstəxanada olarkən xəsarətlərinə münasibətdə nə yazdıqlarını bilməmişdir. Onu saxlayan polislərlə onun ədavəti olmuşdur. İlkinlə aralarında olan münasibət nəticəsində bıçaqlaşma olmuş və rəisin bacısı oğlu ilə mübahisələri olmuşdur. Ona görə onu yükləmək istəyirmişlər. O, həmin hadisənin onun tutulmağı ilə əlaqəsinin olduğunu düşünür. Onun Paşa adlı şəxslə əlaqəsi olmuşdur. Marixuananı ondan götürmüşdür. X8 rəis müavinini ona görə işdən çıxarmışlar. O da ona “səni ən ağır ittihamla həbsə göndərəcəm” demişdir. O özündə marixuana olduğunu bildirmişdir. O, özü səhvini başa düşür. Onun üzərində bir büküm olmuşdur. Onun barəsində həbs qətimkan tədbiri seçilərkən marixuananın ona məxsus olduğunu, heroin və metamfetamin ona məxsus olmadığını demişdir. Hətta o, özünə xəsarət yetirmişdir. Otelin içərisində saxlanılmışdır. İlkinin yanına ona təzyiqlər olmuşdur. İlkinə də təzyiqlər olunmuşdur. Onu saxladıqlarından sonra “narkotikin yerini deməlisən və biz bilirik ki, səndə narkotik var” demişlər. Onun qarşısına balaca bükümdə metamfetamin qoymuşlar. Onlara özünə aid olmadığını demişdir. Otelin kameraları vardır. Onun üzərində aşkar edilmiş narkotik vasitə otelin kameralarına düşmüşdür. Onda bir büküm marixuana olmuşdur. Ona “götürməlisən” demişlər. Bükümün biri onda olmuş, digər büküm isə İlkində olmuşdur. Sanksiya məhkəməsində yüklənildiyini demişdir. Evdə olan narkotik vasitənin yerini polis əməkdaşlarına demişdir. Ona heroin və metamfetamin olduğunu demişlər. Onlara “mən sizə axı birincidən marixuana olduğunu demişdim” demişdir. O biriləri onda olmamışdır. Ona hədə-qorxu gəlməyə başlamış və “istəyirsən evdəkilərini də gətirək?” demişdir. Daha sonra ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edəcəklərini demişlər. Orada özünə xəsarət yetirmişdir. MSY-də olarkən özünə xəsarət yetirmişdir. Metamfetamin və heroin deyilən narkotik vasitə onda olmamışdır. Ona hədə-qorxu gəlmişlər deyə metamfetamini və heroini də boynuna götürmüşdür. İlkin onun xalasıoğludur. Paşa adlı şəxslə onu İlkin tanış etmişdir. Bir dəfə Paşa adlı şəxsdən narkotik vasitəni götürüb dediyi yerə qoymağı ilə bağlı hal olmuşdur. İlkinlə bir yerdə etmişlər. İlkinlə onu polis əməkdaşları döymüşlər. Paşa onları çıxardacaqmış. İlkin getmişdir. İlkini polis əməkdaşları nə üçün buraxdıqları onun özünə də maraqlı qalmışdır. Onu gecə ilə otelə aparan İlkin olmuşdur. Polis əməkdaşlarına elə məlumat verən şəxsin İlkin olduğunu düşünür. Birinci də İlkini tutmuşlar. Daha sonra otelin içərisində onu tutmuşlar. Onlar onu üç saat oteldə saxlamışlar. İlkinlə bir yerdə onun yaşadığı mənzilə getmişlər. Metamfetaminlə heroini İlkinlə bir yerdə və ya tək olaraq evinə qoymaqlarını bilmir. İlkində metamfetamin və heroin olmuşdur. Onu otelə İlkin aparmışdır. İlkin ona “gəl gedək otelə, bir nəfər var və narkotik atacaqdır” demişdir. Həmin narkotiki götürəcəklərini demişdir. 3 kiloqram narkotiki Buzovna ərazisindən üç gün əvvəl götürmüşdür. Saat on bir radələrində polis əməkdaşları otelə girmişlər. Saat 15:00-da isə onu oteldən aparmışlar. Həmin müddət ərzində isə yanında əməliyyatçılar qalmışdır. Üç saat sonra onlara, yəni yanındakılara zəng gəlmiş və onu aparmışlar. Həmin müddətdə İlkin də onlarla birlikdə getdiyinə görə İlkindən şübhələnmişdir. İstintaq ifadəsində göstərdikləri düzgündür. İfadəsində göstərdiyi iki büküm metamfetamin və heroini qəbul etməmişdir. Şəxslər onun yaşadığı evi tanımamışlar. Ondan yaşadığı mənzili soruşmuş və elə getmişlər. Onu döymüşlər. Narkotikin yerini soruşmuşlar. Üç kiloqram narkotikin evdə olduğunu demişdir. Evin ünvanını demişdir. Yol boyu onunla telefonla danışmışlar. Qapıya çatanda isə telefonu üzünə söndürmüşlər. Onun mənzilində narkotik vasitə olmuşdur. Heroin və metamfetamin olmamışdır. Əvvəllər 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Maddi imkanına görə narkotiki harasa qoyacaqmış. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, banka borcu olduğundan maddi vəziyyətinin yaxşı olmadığından pul qazanmaq üçün xalası oğlu Şahid4 məsləhət almış, o, İlkinin narkotik satdığını bilirmiş. İlkin ona iranlı bir şəxsin nömrəsini verib onu həmin şəxslə tanış etmiş, narkotik vasitə satmağı üçün iranlıdan mal alıb 1-2 dəfə paylamağını və vəziyyətini düzəltməyini təklif etmişdir. O, Paşa adlı iranlı ilə vatsapp şəbəkəsinə danışmış, Təxminən 2 oktyabr 2024-cü il tarixdə iranlı ona mal göndərmişdir. O, həmin malı İlkinlə birlikdə götürmüş, təxminən 500 qram marixuana və 100 qram metamfetamin olmuşdur. Həmin malı iranlının dediyi yerlərə İlkinlə birlikdə İlkinin “Kia Ceed” markalı avtomobili ilə paylamış, bunun müqabilində iranlı ona 500 manat pul göndərmiş, həmin puldan İlkinin maşınına benzin vurmuş və İlkinə 50 manat pul vermişdir. Bundan sonra 2-ci dəfə İranlı ona yenə mal göndərmiş, 07 oktyabr 2024-cü il tarixdə Buzovna qəsəbəsindən iranlının göndərdiyi malı götürüb Saray qəsəbəsindəki evinə gətirib gizlətmişdir. X15 evinə gəlmiş, İlkin həmin mallardan bir neçə büküm ayırmışdır. Onlar birlikdə aparıb 2 yerə narkotik qoymuş və Nərimanov rayonunda “ALP İN” otelində qalmışdır. Sabahı günü 09 oktyabr 2024-cü il tarixdə günorta saatlarında oteldən çıxdıqda Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onu və İlkini saxlamış. Həmin vaxt sellofan torbanın içərisindən 2 büküm marixuana və 1 büküm metamfetamin aşkar edilmiş. Belə ki, Marixuana bükümlərinin biri İlkinə digəri ona məxsus idi. Video çəkiliş aparılmış və o telefonumda təqdim etmişdir. Sonra oteldə qaldığı otağa baxış keçirilmiş lakin hər hansı əşya aşkar edilməmişdir. Daha sonra o polis əməkdaşları ilə birgə onun yaşadığı Saray qəsəbəsində yerləşən evə getmişlər, orada divanın altında saxladığı iranlının göndərdiyi malları 3 iri və 1 xırda büküm marixuana, 1 xırda büküm heroin və 1 iri büküm metamfetamin və elektron tərəzinin polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra iştirakçılarla birlikdə Baş Narkotiklərə Mübarizə idarəsinə gəlmişlər, orada protokol tərtib edilib oxunmuş, o və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışında Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, xatırladığı qədəri ilə oktyabr ayının doqquzu 2024-cü il tarixində saat 13:00 radələrində şəxsi saxlamışlar. Cavidan adlı şəxsdə narkotik vasitələrin olması barədə onlarda məlumat olmuşdur. Həmin şəxsin narkotik vasitələrin istifadəsi və dövriyyəsi ilə məşğul olması məlumatda göstərilmişdir. İranlı ilə əlaqəsinin olduğunu demişdir. O, şəxsi Həsən Əliyev küçəsində saxladıqlarını xatırlayır. Həmçinin şəxsin həmin ərazidə yerləşən oteldə qalması məlumatı onlara daxil olmuşdur. Narkotikin digər hissəsini yaşadığı mənzildə saxladığı barədə məlumat olmuşdur. Şəxsin mənzilinin Saray qəsəbəsində yerləşdiyini xatırlayır. Dəqiq küçəsini xatırlamır. Şəxsi saxlayan zaman üzərindən mobil telefon və 24 manat pul aşkar olunmuşdur. Şəxsdə iki büküm marixuana olmuşdur. Həmçinin də metamfetamin olmuşdur. Şəxsin özü ilə birlikdə yaşadığı mənzilə baxış keçirmişlər. Yaşadığı mənzildə dörd bağlama olmuşdur. Çəkilərini xatıramır. Sənədləşdirilmiş və ekspertizaya göndərilmişdir. Şəxsi saxlayarkən hər hansı zor tədbiq etmə, işkəncə vermə halı olmamışdır. Şəxsi 13:00-radərində otelin qarşısında saxlamışlar. Evinə saat neçədə getməklərini xatırlamır. Yaşadığı mənzildə narkotik olması barədə məlumat olmuşdur. Şəxsin mənzili Sarayda yerləşmişdir. Şəxsə qarşı hər hansı bir zor tətbiq etməmişlər. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Şəxs onlara qarşı müqavimət göstərməmişdir. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 09 oktyabr 2024-cü il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Masallı rayonu, Kubin kəndində qeydiyyat olmaqla, ünvan 6-də yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və satış məqsədi ilə əldə edib Bakı şəhəri, Nərimanov rayonu və Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması,həmçinin ünvan 2 ünvanında yerləşən ALP İnn hotelinin 305 saylı otağında və yaşadığı ünvan 3 ünvanında külli miqdarda narkotik maddə gizlətməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə o, raportla rəhbərliyə müraciət etmiş, bundan sonra onun və BNMİ-nin xmiü baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3, BNMİ-nin xmiü baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, BNMİ-nin əməliyyat müvəkkili, polis mayoru X16, BNMİ-nin əməliyyat müvəkkili, polis kapitanı X12, BNMİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı X5 iştirakı ilə əməliyyat qrupu yaradılaraq, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Həmin gün Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək məqsədi ilə qrup iştirakçıları ilə birlikdə 09 oktyabr 2024 cü il tarixdə saat 13:00-da ünvan 4 ünvanının qarşısında Təqsirləndirilən şəxs, Şahid4 ilə birlikdə saxlanılmış və özlərini təqdim edərək, xidməti vəsiqələri göstərmişlər, ona narkotik vasitələrin qanunsuz satışı və istifadəsində şübhəli olduğunu bildirib üstünü yoxlayacaqlarını bildirmişdirlər. Təqsirləndirilən şəxs və Şahid4 hüquq və vəzifələri izah edildikdən sonra videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs və Şahid4 üstü yoxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs və Şahid4 üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, bu zaman Təqsirləndirilən şəxs sağ əlində saxladığı sellofan torbanın içərisindən 2 ədəd bükümdə açıq yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri və 1 ədəd bükümdə ağ rəngli kristal şəkili, psixotrop maddə metamfetaminə bənzər kütləni, əynində olan şalvarın sol yan cibindən Samsung markalı üzərində ***-***-**-** nömrəsi olan mobil telefonu,həmin şalvarın sağ yan cibindən 1 ədəd açarı və 24 manat pulu təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, başqa heç bir kütlə və ya əşya aşkar edilməmişdir. Daha sonra Şahid4 iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri verməsi təklif olunmuş, Şahid4 əynində olan şalvarın sol yan cibində 1 ədəd Samsung markalı üzərində ***-***-**-** nömrəsi olan mobil telefonu, 1 ədəd Honor markalı üzərində nömrəsi olmayan mobil telefonu, əynində olan gödəkçənin sol yan cibindən 1 ədəd alışqanı və bir ədəd qulaqcığı təqdim etmişdir. Sonra üstü yoxlanılmış, Əynində olan gödəkçənin sağ yan cibindən içərisində siqaret dənələri olan 1 ədəd siqaret qutusu aşkar edilmiş, başqa heç bir kütlə və ya əşya aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 3(üç) ədəd mobil telefon sonunculardan götürülmüş, digər əşyalar isə müvafiq olaraq özlərinə qaytarılmışdır. Sonra qurudulmuş marixuanaya və metemfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlələrin qablaşdırma ilə birlikdə ümumilikdə çəkisi 51 qram, metemfetaminə bənzər kütlənin çəkisi 7 qram olmuş, sonra həmin kütlələr qablaşdırılmış, üzəri imzalanmış, möhürlənərək götürülmüşdür. Daha sonra ünvan 5 ünvanında yerləşən ALP İnn hotelinin 305 saylı otağına video çəkilişdən istifadə etməklə baxış aparılmış, iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra həmin gün saat 15:00-da Təqsirləndirilən şəxs yaşadığı ünvan 6-də video çəkilişdən istifadə etməklə baxış və götürmə aparılmış. Baxış və götürmə aparmamışdan öncə sözügedən külli miqdarda narkotik vasitənin və psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş,yaxud iş üzrə sübut əhəmiyyəti malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs evin qonaq otağında olan divanın alt hissəsindən 1 ədəd torbadan, 4 ədəd bağlamada açıq yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri, 1 ədəd bağlamada ağ rəngli kristal şəkilli psixotrop maddə metemfetaminə bənzər kütləni, 1 ədəd açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütləni və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlələrin qablaşdırılma ilə birlikdə ümumilikdə çəkisi 3 kq 133 qram, metamfetaminə bənzər kütlənin qablaşdırma ilə 827 qram, heroinə bənzər kütlənin çəkisi isə 47 qram olması müəyyən edilmişdir. Bundan sonra iştirakçılarla birlikdə Cavidan Novruzov, Şahid4 Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmış, idarədə protokol tərtib edilib, ucadan oxunmuş, protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 oğlu sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanıyır. Şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında qrup yaradılmışdır. Həmin qrupda iştirak etmişdir. Məlumatda Cavidan adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması göstərilmişdir. Bakı şəhəri Nərimanov rayonu Həsən Əliyev küçəsində tədbir keçirilmişdir. Şəxsi otelin yaxınlığında saxlamışlar. Saxlanılan zaman iki nəfər olmuşlar. Yeni plenum qərarına əsasən şəxslərin üzərlərinə baxış keçirmişlər. Telefonla çəkiliş etmişlər. Çəkiliş başqa şəxs tərəfindən aparılmışdır. Çəkiliş zamanı danışan şəxs özü olmuşdur. Şəxsin sağ əlində sellofan torba olmuşdur. İçərisində marixuana və metamfetamin olmuşdur. Şəxsin yaşadığı mənzildə narkotik vasitənin olduğunu bilirmişlər. Müvəqqəti qaldıqları oteldə olan otağa da baxış keçirmişlər. Videoçəkilişi dayandırmadan baxış keçirmişlər. Daha sonra Masazır ərazisində yerləşən mənzilinə də baxış keçirmişlər. Qonaq otağında olan divanın altından narkotik vasitə aşkar olunmuşdur. Həmin çantanı şəxs özü təqdim etmişdir. Həmin çantanın içərisində üç büküm heroin, marixuana və metamfetamin olmuşdur. Həmçinin də tərəzi aşkar edilmişdir. 3 kiloqramdan artıq marixuana, 800 qramdan artıq metamfetamin və heroinin çəkisi isə yadında qalmamışdır. Həmin narkotik vasitələrini iki gün əvvəl Buzovna adlanan ərazidən götürdüyünü demişdir. İran vətəndaşının dediyi yerə qoyacağını demişdir. Şəxsin dediyinə əsasən yanındakı olan İlkin adlı şəxs onun xalasıoğlu olmuşdur. Şəxsi saxlayan zaman ona heç bir təzyiq olmamışdır. Şəxs özü könüllü etiraf etmişdir. Şəxsə qarşı hər hansı bir zor tədbiq olunmamışdır. Şəxs onlara hər hansı bir müqavimət göstərməmişdir. Şəxs hətta İstintaq Təcridxanasında olarkən evində narkotik vasitənin qalan hissəsinin qalması barədə məlumat vermişdir. Şəxs tutulduğu gün olduğu kimi danışmışdır. Şəxsin mənzilində narkotik vasitənin olması barədə onlarda məlumat olmuşdur. Qərarda da qeyd etmişlər. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Qrup rəhbəri özü olmamışdır. Əməliyyat məlumatı ona daxil olmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Onunla rəsmi nikah münasibətindədir. Onun yanında heç bir hadisə baş verməmişdir. O, həmin günü hadisəni bilmişdir. Sonradan yoldaşının narkotikə görə həbs etdiklərini bilmişdir. Başqa bir məlumatı olmamışdır. Polis əməkdaşları evə baxış keçirəndə orada olmamışdır. Təqsirləndirilən şəxs narkotikdən istifadə etdiyini bilmişdir. Şahid4 yoldaşının xalasıoğludur. Yaşadıqları evə bir dəfə gəlmişdir. Başqa vaxt gəlməmişdir. Evdə narkotik vasitəni saxladığını görməmişdir. Həmin evdə özü də yaşadığı üçün bilsəymiş, ona evdə narkotik saxlamağına icazə verməzmiş. Yoldaşının İlkinlə getməsini görməmişdir. Ona övladı İlkinlə getdiyini demişdir. O, Cavidanın əvvəlki həyat yoldaşından olan övladını saxlayır. Ona İlkinlə getdiyini həmin uşaq demişdir. Evdən nə isə apardığının şahidi olmamışdır. Həm avtoyuma yerində, həm də satıcı kimi işləyirmiş. Günün müxtəlif saatlarında evə gəlirmiş. Evlərində narkotik vasitənin aşkar edilməsini anasından bilmişdir. Anası ona “polislər gəlmiş və Cavidanı aparmışlar” demişdir. O həmin günü işdə olmuşdur. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2019-cu ildə ailə həyatı qurmuşdur. Cavidanın əvvəkli yoldaşı vəfat etmiş və hazırda övladına o baxır. Cavidanla birlikdə Saray qəsəbəsindəki evlərində yaşamışıq. O, hər gün işə gedir, Cavidan fərdi gündəlik işlərlə məşğul olmuşdur. Son zamanlar bir neçə dəfə Cavidanın narkotik vasitə istifadə etməsini hiss etmiş, ancaq evdə heç vaxt narkotik vasitə saxlamasını görməmişdir, bu barədə məlumatı olmamışdır. Belə ki, o, səhərlər işə gedərkən Cavidan evdə olurmuş. 09 oktyabr 2024-cü il tarixdə işdə olarkən anası ona zəng edib məlumat verdikdə evə gəlmiş və məlum olmuşdur ki, Cavidan polis əməkdaşları tərəfindən saxlanılaraq evə gətirib baxış keçirilən zaman divanın altından narkotik aşkar olunub. Onun Cavidanın divanın altında narkotik gizlətməsindən heç məlumatım olmamışdır. Şahid4 də Cavidanla evləndikdən sonra tanımışdır. İlkin Cavidanın xalası oğludur. Əvvəllər onlar Xırdalanda qalanda İlkin tez-tez onlara gəlib getmiş, ancaq Saraya köçdükdən sonra İlkinin onların evinə gəldiyini görməmişdir. Ancaq övladı bir neçə dəfə İlkinin maşınını qapının qarşısında küçədə gördüyünü demişdir. Cavidanın narkotikə qurşanmasında İlkinin rolu olduğundan şübhələnir, çünki Cavidan İlkinə qoşulduqdan sonra bu işlər baş vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxs onun xalasıoğludur. O, Türkiyə Respublikasında işləyirmiş. Azərbaycana gəldikdən sonra taksi fəaliyyəti ilə məşğul olmağına xalasıoğlu köməklik etmişdir. Taksi fəaliyyəti ilə əlaqədar qaydalar daha sonra dəyişmişdir. Avtomobilin ili düşmədiyi üçün arenda avtomobil sürməyə başlamışdır. Xalasıoğlunu taksi kimi dediyi yerə aparmışdır. Gecə otelə getmişlər. Hətta xalasıoğlu üçün qanburger almışdır. Səhər açılanda avtomobili şirkətə təhvil verməli imiş. Başqa bir avtomobili götürməli olmuşlar. Oteldən həyətə düşdükdə polis əməkdaşları onu saxlamışlar. Daha sonra birlikdə xalasıoğlunun yanına qalxmışlar. O, narkotik vasitələrindən istifadə etmir. Onun məhkumluğu olmamışdır. Xalasıoğlunun narkotik vasitələrindən istifadə etməsindən xəbəri olmamışdır. Həmin günü olan bükümlərdən onun xəbəri olmamışdır. O, otelin həyətinə avtomobilinin yanına düşmüş və otelin çölündə saxlanılmışdır. Avtomobilinin olduğu yerə gedəndə döngədə saxlanılmışdır. Xalasıoğlunu isə otelin içərisində saxlamışlar. O, təqsirləndirilən şəxsə işgəncə verilməsini və onun döyülməsini görməmişdir. Onların hər birilə ayrı-ayrı danışmışlar. Birinci Təqsirləndirilən şəxsla söhbət etmişlər. Daha sonra onunla söhbət etmişlər. Təqsirləndirilən şəxsla söhbət edən zaman o dəhlizdə olmuşdur. O, Təqsirləndirilən şəxs xəsarət görməmişdir. Xəsarətləri ilə bağlı ona bir söz deməmişdir. Kiminsə Cavidanın yaşadığı mənzilə getməsini bilməmişdir. Şəxsin yaşadığı mənzili Cavidandan öyrənmişlər. Ondan əvvəl Cavidan getmişdir. O, sonradan onların arxasınca getmişdir. Onun yanına gedəndə artıq Cavidan qapıdan çıxırmış. Cavidanın evində narkotik vasitənin olmasını bilməmişdir. Şəxsin üzərində də narkotik vasitənin olduğunu bilməmişdir. Onu saxladıqları andan yuxarı qalxana qədər Cavidanda narkotik olduğunu bilməmişdir. O, şəxsə zor tədbiq olunmasını görməmişdir. Onun avtomobili 2008 buraxılış olmuşdur. Onun avtomobilinin ili taksi üçün yararlı olmamışdır. Xalasıoğlunun belə işlərdən başı çıxırmış. Avtomobili təhvil verib arendaya avtomobil götürməli olmuşlar. Otelin yanında düşmüşlər. Yemək yemişlər. Daha sonra oteldən o aşağı avtomobilinin yanına düşəndə onu saxlamışlar. Onu xalasıoğlunun yanına qaldırmışlar. O, yuxarı qalxanda iki və ya üç ədəd büküm görmüşdür. Onun həmin bükümlərdən xəbəri olmamışdır. O bildiyi qədəri ilə üç büküm marixuana olmuşdur. Onun gözünün qarşısında Cavidanın polis əməkdaşlarına yaşadığı mənzilin yolunu izah etməsi olmamışdır. Şəxs onun xalasıoğludur. Abşeronda ifadə vermişdir. Şəxs Abşeronda ifadə verərkən ayrı ifadə vermişdir. Burada başqa cür danışır. Xalasıoğlu olmasına baxmayaraq şəxsin düşüncəsini başa düşə bilməmişdir. Hər şeyi olduğu kimi danışmışdır. Burada olan polis əməkdaşlarının hər biri öz işini gözəl bir formada aparmışdır. Bütün proseslərin hamısında iştirak etmişdir. Narkotik vasitələrin ona aidiyyatı yoxdur. Şəxs onun doğma xalasıoğludur. Onunla onun heç bir ədavəti yoxdur. Telefonda onunla danışanda şəxs ona başqa bir söz, yanına gedəndə başqa bir söz, məhkəmədə isə ona başqa bir söz demişdir. O isə gördüyünü demişdir. Onu otelə şəxsin yanına qaldırana qədər onun narkotik vasitəsindən istifadə etməsini bilməmişdir. O, Buzovnada yaşayır. Buzovna ərazisindən nə götürdüyünü bilməmişdir. Bölmə düz evinin yaxınlığındadır. Hətta onun evinə də baxış keçirə bilərlər. O, qanundankənar iş görməmişdir. Təqsirləndirilən şəxsin onunla dərdinin nə olduğunu bilməmişdir. Ona pul verməli olmuşdur. Onun yoldaşı xırda alverlə məşğul olur. Onun yoldaşını bloka atmışdır. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında ifadəsi elan olunmaqla araşdırılmış Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 09 oktyabr 2024-cü il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Masallı rayonu, Kubin kəndində qeydiyyat olmaqla, ünvan 6-də yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və satış məqsədi ilə əldə edib Bakı şəhəri, Nərimanov rayonu və Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin ünvan 2 ünvanında yerləşən ALP İnn hotelinin 305 saylı otağında və yaşadığı ünvan 3 ünvanında külli miqdarda narkotik maddə gizlətməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməlliyat müvəkkili, polis baş leytenantı Şahid1 raportla rəhbərliyə müraciət etmiş, bundan sonra onun və BNMİ-nin əməlliyat müvəkkili, polis baş leytenantı Şahid1, BNMİ-nin xmiü baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, BNMİ-nin əməliyyat müvəkkili, polis mayoru X16, BNMİ-nin əməliyyat müvəkkili, polis kapitanı X12, BNMİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı X5 iştirakı ilə əməliyyat qrupu yaradılaraq, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Həmin gün Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək məqsədi ilə qrup iştirakçıları ilə birlikdə 09 oktyabr 2024 cü il tarixdə saat 13:00-da ünvan 4 ünvanının qarşısında Təqsirləndirilən şəxs, Şahid4 ilə birlikdə saxlanılmış və özlərini təqdim edərək, xidməti vəsiqələri göstərmiş, ona narkotik vasitələrin qanunsuz satışı və istifadəsində şübhəli olduğunu bildirib üstünü yoxlayacaqlarını bildirmişlər. Təqsirləndirilən şəxs və Şahid4 hüquq və vəzifələri izah edildikdən sonra videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs və Şahid4 üstü yoxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs və Şahid4 üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, bu zaman Təqsirləndirilən şəxs sağ əlində saxladığı sellofan torbanın içərisindən 2(iki) ədəd bükümdə açıq yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri və 1 (bir) ədəd bükümdə ağ rəngli kristal şəkili, psixotrop maddə metamfetaminə bənzər kütləni, əynində olan şalvarın sol yan cibindən 1 (bir) ədəd Samsung markalı üzərində 099-395- 04-14 nömrəsi olan mobil telefonu,həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd açarı və 24(iyirmi dörd) manat pulu təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, başqa heç bir kütlə və ya əşya aşkar edilməmişdir. Daha sonra Şahid4 iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri verməsi təklif olunmuş, Şahid4 əynində olan şalvarın sol yan cibində 1 ədəd Samsung markalı üzərində ***-***-**-** nömrəsi olan mobil telefonu, 1 ədəd Honor markalı üzərində nömrəsi olmayan mobil telefonu, əynində olan gödəkçənin sol yan cibindən 1 ədəd alışqanı və bir ədəd qulaqcığı təqdim etmişdir. Sonra üstü yoxlanılmış, Əynində olan gödəkçənin sağ yan cibindən içərisində siqaret dənələri olan 1 ədəd siqaret qutusu aşkar edilmiş, başqa heç bir kütlə və ya əşya aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 3(üç) ədəd mobil telefon sonunculardan götürülmüş, digər əşyalar isə müvafiq olaraq özlərinə qaytarılmışdır. Sonra qurudulmuş marixuanaya və metemfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlələrin qablaşdırma ilə birlikdə ümumilikdə çəkisi 51 qram, metemfetaminə bənzər kütlənin çəkisi 7 qram olmuş, sonra həmin kütlələr qablaşdırılmış, imzalanaraq, möhürlənərək götürülmüşdür. Daha sonra ünvan 5 ünvanında yerləşən ALP İnn hotelinin 305 saylı otağa video çəkilişdən istifadə etməklə baxış aparılmış, heç bir kütlə və ya əşya aşkar olunmamışdır. Bundan sonra həmin gün saat 15:00-da Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında narkotik vasitənin və psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyəti malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə etməklə baxış və götürmə aparılmış. Baxış və götürmə aparmamışdan öncə sözügedən külli miqdarda narkotik vasitənin və psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş,yaxud iş üzrə sübut əhəmiyyəti malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs evin qonaq otağında olan divanın alt hissəsindən 1 ədəd torbadan, 4 ədəd bağlamada açıq yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri, 1 ədəd bağlamada ağ rəngli kristal şəkilli psixotrop maddə metemfetaminə bənzər kütləni, 1 ədəd açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütləni və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlələrin qablaşdırılma ilə birlikdə ümumilikdə çəkisi 3 kq 133 qram, metamfetaminə bənzər kütlənin qablaşdırma ilə 827 qram, heroinə bənzər kütlənin çəkisi isə 47 qram olması müəyyən edilmişdir. Bundan sonra iştirakçılarla birlikdə Cavidan Novruzov, Şahid4 Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmış, BNMİ-də protokol tərtib edilib, ucadan oxunmuş, protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, 04.12 1993-cü ildə Masallı rayonu, Kubin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunan, Masallı rayonu, Miyanku Ə\D, Kubin kəndində qeydiyyatda olmaqla, ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Nərimanov rayonu və Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin ünvan 7 ünvanında yerləşən ALP İnn hotelinin 305 saylı otağında və yaşadığı ünvan 6 ünvanında külli miqdarda narkotik maddə gizlətməsi bildirilmişdir. xx.xx.2024-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, 04.12 1993-cü ildə Masallı rayonu, Kubin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunan, Masallı rayonu, Miyanku Ə\D, Kubin kəndində qeydiyyatda olmaqla, ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BNMİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1993-cü ildə Masallı rayonu, Kubin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunan, Masallı rayonu, Miyanku Ə\D, Kubin kəndində qeydiyyatda olmaqla, ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Nərimanov rayonu və Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin ünvan 5 ünvanında yerləşən ALP İnn hotelinin 305 saylı otağında və yaşadığı ünvan 6 ünvanında külli miqdarda narkotik maddə gizlətməsində şübhəli bilindiyi üçün, 09 oktyabr 2024-cü il tarixdə, saat: 13:00 dəqiqədə ünvan 5 ünvanının qarşısında Şahid4 ilə birlikdə saxlanılaraq üstləri yoxlanılmış, Təqsirləndirilən şəxs üzərindən 1 ədəd mobil telefon, 2 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütlələr, 1 ədəd bükümdə metamfetaminə bənzər kütlə, Şahid4 2 ədəd mobil telefon, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman 4 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr, 1 ədəd bağlamada metamfetaminə bənzər kütlə, 1 ədəd bağlamada heroinə bənzər kütlə və 1 ədəd elektron tərəzi aşkar edilərək 1 ədəd zərfdə və 3 ədəd torbada qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs BNMİ-yə gətirilmişdir. Təqsirləndirilən şəxsnin yanında olan Şahid4 izahatının alınması üçün BNMİ-yə dəvət olunmuşdur. Əməliyyat-axtarış tədbirlərinin gedişatına dair qanunvericiliyin tələblərinə uyğun olaraq protokollar tərtib olunmuş və videoçəkilişlər DVD-yə qeyd olunmuşdur. “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2024-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin gün 13:00-da ünvan 1 ünvanda Təqsirləndirilən şəxs DİN-in Baş Nakotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq saat 13:05-dən 13:23-dək üzəri yoxlanılan zaman Təqsirləndirilən şəxs əlindəki sellofan torbanın içərisindən 2 ədəd bükümdə açıq yaşıl rəngli qurudulmuş marixuanaya bənzər 1 ədəd bükümdə ağ rəngli metmafetminə bənzər kütlələr aşkar edilmiş, elektron tərəzidə çəkildikdə marixuanaya bənzər kütlələrin qablaşdırma ilə birlikdə ümumi çəkisi 51 qram, metamfetaminə bənzər külənin qablaşdırma ilə birgə çəkisi 7 qram olmuşdur. “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və evə baxış keçirilməsinə dair” xx.xx.2024-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin gün saat 15:00- dan 15:17-dək Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi R.Sadıxov küçəsi ev 11-ə baxış keçirilən zaman qonaq otağında olan divanın alt hissəsindən 1 ədəd torbadan, 4 ədəd bağlamada açıq yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, 1 ədəd bağlamada ağ rəngli kristal şəkilli psixotrop maddə metemfetaminə bənzər kütlə, 1 ədəd açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə və 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlələrin qablaşdırılma ilə birlikdə ümumilikdə çəkisi 3 kq 133 qram, metamfetaminə bənzər kütlənin qablaşdırma ilə 827 qram, heroinə bənzər kütlənin çəkisi isə 47 qram olması müəyyən edilmişdir.Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələri 2 gün əvvəl Buzovna qəsəbəsində İran vətəndaşının vasitəsilə əldə etdiyini, pul müqabilində müəyyən yerlərə qoymaq üçün götürdüyünü bildirmişdir. “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, təqdim olunan 3 ədəd mobil telefon götürülmüşdür. 1 ədəd zərfə, 3 ədəd torbaya və 2 ədəd DVD-yə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs imzası olan zərfdən 1 ədəd bükümdə ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə, 3 ədəd torbadan 2 ədəd bükümdə və 4 ədəd bağlamada açıq yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər kütlələr, 1 ədəd bağlamada ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə, 1 ədəd bağlamada açıq qəhvəyi rəngli rəngli, qurudulmuş marixuanaya bənzər və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 2 ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması baradə bildirməsi əksini tapmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq evdən aşkar olumuş kütlələri İran İR-nın vətəndaşı "Paşa" adlı şəxsin vasitəsi ilə 2 gün əvvəl Buzovna qəsəbəsi ərazisində gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini bildirmişdir. 10 oktyabr 2024-cü il tarixli 6/4844 nömrəli məhkəmə-kimyəvi ekspert rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N7 nömrəli dairəvi möhür əksi olan 1 ədəd zərfdə, bir ədəd bağlamada və bir ədəd ağ rəngli sintetik torbada təqdim edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə, Təqsirləndirilən şəxs yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 5,290 qram ağ rəngli kristalşəkilli maddə küstar üsulla hazırlanmış psixotrop maddə mentamfetamindir. Tətqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs mənzilindən aşkar edilmiş kütlə Təqsirləndirilən şəxs yazısı və imzalar olan bağlamadaki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 35,055 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 1(bir) ədəd bağlamada təmiz çəkisi 790 qram ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir və 1(bir) ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. Götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 795,290qram təşkil edir və həmin metamfetaminlər xarici əlamətlərinə görə eynidirlər. 10 oktyabr 2024-cü il tarixli 7/1694 nömrəli məhkəmə-kimyəvi ekspert rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N7 məzmunlu ştamp əksi ilə möhürləmiş vəziyyətdə, 1 (bir) polietilen bağlamada, bir ədəd kağız paketdə və bir ədəd sintetik torbada təqdim edilmişdir. Ayrıayrılıqda təmiz çəkiləri 1015,0 qram, 960,0qram, 985,0 qram, 29,22 qram və 9,3 5qram və üzərindən götürülmüş 02(iki) ədəd sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 38,87 qram və 7,35 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuananın ümumi çəkisi 3035,44 qramdır. Təqdim edilmiş bir ədəd tərəzinin üzərində bitki mənşəli kütlələrin qalıqları(izləri) yoxdur. xx.xx.2025-ci il tarixli 13 №-li narkoloji ekspert rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Kannabinoidlərdən və psixostimulyatorlardan epizodik istifadə etmə halları olub, lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür. “Məhkəmə-Tibbi Ekspertiza və X10” PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2398 saylı ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində hər hansı bir xəsarət aşkar olunmamışdır. “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil smartfonun yaddaşında olan məlumatlara baxış zamanı “Whatsapp” şəbəkəsində İran İslam Respublikasının Beynəlxalq kodu olan +98 kodu ilə başlayan 938 *** **** saylı mobil nömrə ilə yazışmalar olduğu lakin sonradan silindiyi müəyyən olunmuş, telefonun şəkillər bölməsinə baxış zamanı üzərində rəqəmlər yazılmış sellofan bağlama şəkillərinin olması aşkar edilmişdir. “Videogörüntülərə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinin yoxlanılmasına 09 oktyabr 2024-cü il tarixdə saat 13.05-də ünvan 1 ünvanında qeydə alınır. Baş Narkotiklərlə Mübarizə İdarəsinin xmiü baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfindən Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürülmə aparılır. Şahid2 özünü təqdim etdikdən sonra iştirakçıları BNMİ-nin xmiü baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3, BNMİ-nin əməliyyat müvəkkili, polis kapitanı X12, BNMİ-nin əməlliyat müvəkkili, polis baş leytenantı Şahid1 və BNMİ- nin əməliyyat müvəkkili polis baş leytenantı X13 təqdim etmiş, videoçəkiliş “Canon” markalı aparat vasitəsilə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılaraq şübhəli şəxs qismində tutulması, Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində, geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Təqsirləndirilən şəxs könüllü olaraq əlində olan göy rəngli sellofan torbadan 3 büküm 2(iki) ədəd bükümdə açıq yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri və 1(bir) ədəd bükümdə ağ rəngli kristal şəkili, psixotrop maddə metamfetaminə bənzər kütləni, şalvarın sol yan cibindən 1 (bir) ədəd üzərində ***-***-**-** nömrəsi olan Samsung A13 markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd açarı və 24(iyirmi dörd) manat pulu təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, başqa heç bir kütlə və ya əşya aşkar edilməmişdir. Daha sonra Şahid4 iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri verməsi təklif olunmuş, Şahid4 əynində olan şalvarın sol yan cibində 1 ədəd Samsung markalı üzərində ***-***-**-** nömrəsi olan mobil telefonu, 1 ədəd Honor markalı üzərində nömrəsi olmayan mobil telefonu, əynində olan gödəkçənin sol yan cibindən 1 ədəd alışqanı və bir ədəd qulaqcığı təqdim etmişdir. Sonra üstü yoxlanılmış, Əynində olan gödəkçənin sağ yan cibindən içərisində siqaret dənələri olan 1 ədəd siqaret qutusu aşkar edilmiş, başqa heç bir kütlə və ya əşya aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 3(üç) ədəd mobil telefon sonunculardan götürülmüş, digər əşyalar isə müvafiq olaraq özlərinə qaytarılmışdır. Sonra qurudulmuş marixuanaya və metemfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlələrin qablaşdırma ilə birlikdə ümumilikdə çəkisi 51 qram, metemfetaminə bənzər kütlənin çəkisi 7 qram olmuş, sonra həmin kütlələr qablaşdırılmış, və üzəri iştirakçılar tərəfindən imzalanmış, möhürlənərək götürülmüşdür. Daha sonra ünvan 5 ünvanında yerləşən ALP İnn hotelinin 305 saylı otağında narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə etməklə baxış aparılmış. Təqsirləndirilən şəxs ünvanda heç bir kütlə və ya əşya olmadığına bildirmiş, otağa vizual baxış keçirilmiş iş üzrə sübut əhəmiyyəti kəsb edəcək kütlə və ya əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış 09 oktyabr 2024-cü il tarixdə saat 15:00-da başlanılır. ünvan 6 ünvanında qeydə alınır. Baş Narkotiklərlə Mübarizə İdarəsinin xmiü baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, BNMİ-nin xmiü baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3, BNMİ-nin əməliyyat müvəkkili, polis kapitanı X12, BNMİ-nin əməlliyat müvəkkili, polis baş leytenantı Şahid1 və BNMİ-nin əməliyyat müvəkkili polis baş leytenantı X6 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında axtarış və götürülmə aparılır. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyəti malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs evin qonaq otağında olan divanın alt hissəsindən 1 (bir) ədəd torbadan, 4 (dörd) ədəd bağlamada açıq yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri, 1 (bir) ədəd bağlamada ağ rəngli kristal şəkilli psixotrop maddə metemfetaminə bənzər kütləni, 1 (bir) ədəd açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütləni və 1 (bir) ədəd elektron tərəzini təqdim etmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlələrin qablaşdırılma ilə birlikdə ümumilikdə çəkisi 3 kq 133 qram, metamfetaminə bənzər kütlənin qablaşdırma ilə 827 qram, heroinə bənzər kütlənin çəkisi isə 47 qram olması müəyyən olunmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, saxlanılan şəxs və polis mayoru Şahid2 tərəfindən imzalanmış, möhürlənərək götürülmüşdür. Bundan sonra evin digər otaqlarınada baxış keçirilmiş, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, polis əməkdaşları tərəfindən saxlanılarkən heç bir fiziki və psixi zor tətbiq edilmədiyini, üzərindən aşkar olumuş narkotik vasitə və psixotrop maddəni İran İslam Respublikası vətəndaşı vasitəsilə 2 gün əvvəl Buzovna qəsəbəsindən götürdüyünü bildirmişdir. Abşeron Rayon Məhkəməsinin 5(012)-1422/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə istintaq olunan ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrəyə və Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə daxil olan və çıxan zənglərin siyahısı, daxil olan çıxan sms mətnləri, sms yazılmış mobil nömrə sahiblərinin anket məlumatları və əhatə dairəsini əks etdirən anten məlumatları ələ keçirilməsi qərara alınmışdır. “Mobil operatorlardan götürülmüş məlumatlara baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 08 oktyabr 2024-cü il tarixdə saat 22:54-dən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə Şahid4istifadəsində olan mobil nömrə eyni anten dairəsində olmuşdur. 29 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən Şahid4 istifadəsində olan mobil nömrəyə “telefonu ac cammat pulunu yada malını istəyir” məzmununda sms göndərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş arayışdan və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X7 adlı bir azyaşlı övladı vardır. Azərbaycan Respublikası Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli göstərişindən müəyyən olunur ki, həmin məhkəmənin xx.xx.2025-ci il tarixli hökmü icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş 3-16-17/40/2-89518/2025 saylı məktubdan müəyyən olunur ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü icra olunması üçün Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Umbakı Penitensiar Müəssisəsinə köçürülmüşdür. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnfromasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Nəsimi RPİ-də olan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* №- li cinayət işi üzrə məsuliyyətə cəlb olunaraq xx.xx.2024-cü il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(011)-429/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-185/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırki hökmlə təyin edilmiş cəzaya qismən toplamaqla, Təqsirləndirilən şəxs qəti olaraq 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət və 19 sentyabr 2022-ci il tarixdən 29 dekabr 2022-ci il tarixədək həbsdə olduğu 03 ay 10 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 (altı) ay 20 (iyirmi) gün ona qəti olaraq təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində 02 (iki) il 05 (beş) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli 1(006)-30/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)- 429/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 08 (səkkiz) ay 10 (on) günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən 04 (dörd) ay 05 (beş) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və həmin Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq bu cəza hazırki hökmə təyin edilən cəza ilə qismən birləşdirilərək ona qəti olaraq 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı (xx.xx.2024xx.xx.2024 şübhəli şəxs qismində, xx.xx.2024-xx.xx.2024 axtarış və xx.xx.2024 axtarışla tutulduğu) tutma altında saxlanıldığı 05 (beş) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində 07 (yeddi) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmiş hesab edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan müəyyən olunur ki, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə və digər qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara məruz qalması təsdiqini tapmadığından CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Miyanku Ə\D, Kubin kəndində qeydiyyatda olmaqla, ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib, dövriyyəsi ilə məşğul olması, həmçinin hotel otağında və yaşadığı ünvanında külli miqdarda narkotik maddə gizlətməsində şübhəli bilindiyi üçün, saxlanılmış və saxlanıldığı ünvanda üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, həmçinin evinə daxil olmaqla baxış, götürmə aparılmışdır. Şəxsi axtarış və evinə baxış zamanı üzərindən və evindən nakotik vasitələr və psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin narkotik vasitələr və psixotrop maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və evinə baxış və götürmə keçirilərək narkotik vasitələrin, psixotrop maddələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs psixi və fiziki təsirə məruz qaldığını, aşkar redilmiş heroin və psixotrop maddənin ona məxsus olmadığını bildirmiş və polis əməkdaşlarının onunla qərəzli olduğunu qeyd etmişdir. Cinayət işinin materiallarına əsasən müəyyən olunur ki, təqsirləndirilən şəxsin barəsində məhkəmə tibb ekspertizası keçirilmiş və onun bədəni üzərində heç bir xəsarət izi aşkar edilməmişdir. Bundan başqa təqsirləndirilən saxlanılarkən polis əməkdaşları tərəfindən fiziki zora məruz qaldığını bildirsə də, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslə birlikdə saxlanılmış Şahid4 saxlanılarkən onlara hər hansı bir zor tətbiq edilmədiyini qeyd etmişdir. Həmçinin təqsirləndirilən şəxs evindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin polis əməkdaşlarının qərəzli olaraq onun evinə qoyduqlarını, ev ünvanını isə özünün görüntülü danışıq vasitəsilə polislərə başa saldığını bildirmişdir. Məhkəmə cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə bioloji ekspertizanın 6/4844 saylı rəyinə əsasən qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddə ilə evindən aşkar edilmiş psixotrop maddə tərkibinə görə eynidir. Həmçinin təqsirləndirilən şəxslə birlikdə saxlanılmış şahid Əliyev X11 Nəzərovun saxlanıldıqları vaxtdan sonra kiminləsə görüntülü danışmasının ev ünvanı izah etməsinin şahidi olmadığını bildirmişdir. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qərara əsasən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə və digər qeyri-insani davranışa məruz qalması barədə şikayətinə baxılmış və cinayət işinin başlanmasının rədd edilmə barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar təqsirləndirilən şəxsin bildirdiyi xüsusatların həqiqətə uyğun olmadığını sübut edir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışında zamanı verdiyi ifadələri təhlil edərək, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadələr kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadələri qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün qismən etirafedici ifadəsilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.4-1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə – səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.5. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 01 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi müəyyən edir və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən olunmamışdır), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını, işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4-1-ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qəti cəza təyin olunmalıdır. Bundan başqa Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)- 429/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 08 (səkkiz) ay 10 (on) günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən 04 (dörd) ay 05 (beş) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və həmin Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq bu cəza hazırki hökmə təyin edilən cəza ilə qismən birləşdirilərək ona qəti olaraq 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı (xx.xx.2024-xx.xx.2024 şübhəli şəxs qismində, xx.xx.2024-xx.xx.2024 axtarış və xx.xx.2024 axtarışla tutulduğu) tutma altında saxlanıldığı 05 (beş) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində 07 (yeddi) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Odur ki, təsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin olunarkən CM-nın 66.5ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti cəza təyin olunmalıdır. Həmçinin məhkəmə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünün icra edildiyini və hazırki hökmə əsasən təyin olunacaq cəzanın isə Nəsimi rayon məhkəməsinin hökmü ilə təyin olunmuş cəza ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq qəti cəza təyin olunacağını nəzərə alaraq, qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təyin olunan cəzanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. O cümlədən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) 01 (bir) gün müddət ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla qəti cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 10 yanvar 2025-ci il tarixdən hesablanmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə qətimkan tədbirinin seçilməməsi nəzərə alınaraq həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə ekspertizalarına sərf olunmuş 186 (yüz səksən altı) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE **********0002088501 Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq Abşeron RPİ-nin növbətçi hissəsinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 34,855 qram heroin, 794,99 qram metamfetamin, 3035,14 qram qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət - 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1 verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1.1 maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin olunmuş qəti 07 (yeddi) ay 25 (iyirmi beş) gün azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) 01 (bir) gün müddət ona təyin olunan qəti 10 (on) il 3 (üç) ay azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində 9 (doqquz) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. O, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 186 (yüz səksən altı) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE **********0002088501 Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq Abşeron RPİ-nin növbətçi hissəsinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 34,855 qram heroin, 794,99 qram metamfetamin, 3035,14 qram qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar