Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-33/2024 14.03.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən hökm dəyişdirilərək onun əməli Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1. 234.4.3-cü maddələrinə tövsif edilərək cəzası 06 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi, ev 46A-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə külli miqdarda, yəni təmiz çəkisi 2,687 qram narkotik vasitə heroini, 01 ədəd metadon həbini, 0,018 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində və avtomobilində saxlamış, 04 iyul 2022-ci İl tarixdə saat 21:10 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayonu Qaraçay kəndində saxlanılarkən üzərinə şəxsi axtarış keçirilən zaman onun əynindəki ağ rəngli şalvarının sol yan cibində saxladığı 01 ədəd metadon həbi, daha sonra “Ravon" markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilərkən avtomobilin ötürücü qutusunun yanında “Vinston” markalı siqaret qutusunun içərisindən 03 ədəd bükümdə ayrı- ayrılıqda çəkiləri 1,010, 1,013 və 0,664 qram olmaqla, ümumi təmiz çəkisi 2,687 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,018 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, polis əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl taksi fəaliyyəti ilə məşğul olurdu. Bir gün taksi sürücüsü kimi Quba rayonunda yerləşən məntəqə tipli cəzaçəkmə müəssisəsinə getmişdir. Oradan Quba Rayon Məhkəməsinə, daha sonra yenidən həmin məntəqə tipli cəzaçəkmə müəssisəsinə qayıtmışdır. Cəzaçəkmə müəssisəsinin qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşaraq üzərindən və idarə etdiyi avtomobildən heroin növündə narkotik vasitə, metamfetamin növündə psixotrop maddə və metadon həbləri çıxartmışlar. O, narkotik vasitə istifadəçisi olmuş, lakin narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Cinayət işi materiallarında da narkotik vasitələri satışını həyata keçirməyinə dair danışıqlar, yazışmalar və s. yoxdur. Quba rayonuna taksi sürücüsü qismində tanışını müştəri kimi aparmışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən onda narkotik vasitə heroin, metodon həbi və yanmış vəziyyətdə psixotrop maddə metamfetamin olmuşdur. Lakin, ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan miqdarda olmamışdır. Həmin vasitələri o, satış məqsədi ilə əldə etməmişdir. Polis əməkdaşları onu 04 iyul 2022-ci il tarixdə saat 17:00-18:00 radələrində saxlamışlar. Saxlanıldıqdan sonra təqribən saat 21:00 radələrinədək onunla söhbət etmişlər. Bu söhbətin məzmunu ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsinə razılaşdırmaq idi. Belə ki, polis əməkdaşları ona qeyd olunan ittiham ilə razı olmayacağı təqdirdə narkotik vasitələr və psixotrop maddələrin miqdarlarını artıracaqlarını bildirmişlər. O da məcbur qalaraq onlarla razılaşmışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 4-5 ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. Belə ki, o, sosial şəbəkədə xatırlamadığı profillərin sahibləri ilə yazışmış, həmin şəxslər ona narkotik vasitəni haradan götürəcəyini bildirmişlər. O, da onların dediyi yerə gedib narkotik vasitəni götürmüşdür. Pulu isə terminal vasitəsi ilə həmin şəxslərin xatırlamadığı kart hesablarına köçürmüşdür. 02 iyul 2022-ci il tarixdə o, Bakı şəhəri, Şamaxinka adlanan ərazidə olarkən yerdə sellofan parçasına bükülmüş bükülü olduğunu görmüşdür. O, həmin bükülünü götürüb içərisinə baxdıqda içərisində iki ədəd metadon həbi, 1 ədəd gümüşü bükülüdə psixotrop maddə metamfetamin, 1 ədəd sellofan bükülüdə və 2 ədəd gümüşü rəngli bükülüdə narkotik vasitə heroin olduğunu görmüşdür. O, özü narkotik istifadəçisi olduğu üçün həmin narkotik vasitələri özündə olan “Vinston” markalı siqaret qutusunun içərisinə qoymuşdur. Həmin siqaret qutusunu avtomobilin salonunda ötürücü qutunun yanına qoymuşdur. İki ədəd metadon həbini isə şalvarının sol yan cibinə qoymuşdur. 04 iyul 2022-ci il tarixdə saat 12 radələrində o, idarə etdiyi “Ravon” markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobili ilə tanışı Vüqar Quliyev və onun qohumu Şahid2lə birlikdə Bakı şəhərindən Quba rayonuna gəlmişdir. Vüqar Quliyev məntəqə tipli cəzaçəkmə müəssisəsindən azad olunub şərti cəza ilə əvəz olunması üçün Quba rayon məhkəməsinə getməli idi. Onlar əvvəlcə Quba rayon məhkəməsinə getmişlər. Orada Vüqarın cəza rejimi şərti cəza ilə dəyişdirilmişdir. Daha sonra onlar Quba rayonu, Qaraçay kəndində yerləşən məntəqə tipli cəzaçəkmə məntəqəsinə getmişlər. Vüqar Quliyev avtomobildən düşüb cəzaçəkmə məntəqəsinə girmiş, o, və Teymur isə çöldə Vüqarı gözləməyə başlamışlar. Həmin vaxtı bir neçə polis əməkdaşı onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlar ona qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında şübhəli olduğunu, bu səbəbdən vəkiln iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyini bildirmişlər. O, polis əməkdaşlarına üzərinə şəxsi axtarış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Həmin vaxtı polis əməkdaşları vəkilin iştirakı onun üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ona üzərində olan qanunsuz əşyaları təqdim etməsini bildirmişlər. O, həmin vaxtı əynində olan ağ rəngli şalvarının sol yan cibində saxladığı 01 ədəd metadon həbini, sağ yan cibindən “Blackvie” markalı mobil telefonu çıxarıb onlara təqdim etmişdir. Həmin həblərdən birini yolda gələrkən istifadə etmişdir. Üzərindən aşkar olunaraq götürülən metadon həbi zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra polis əməkdaşları ondan avtomobilində narkotik vasitə olub-olmadığını soruşmuşlar. O, onlara avtomobilində narkotik vastə olduğunu bildirmişdir. Həmn vaxtı polis əməkdaşları ona məxsus Ravon makalı, ** PS *** dövlət qeydyyat nişanlı avtomobilinə baxış keçirmişlər. Baxış zamanı ona məxsus qeyd edilən nəqliyyat vasitəsinin salonunda ötürücü qutunun yanında Vinston markalı siqaret qutusu aşkar edilərək götürülmüşdür. Həmin siqaret qutusu açıldıqda içərisindən 01 ədəd gümüşü rəngli kağız bükülüdə psixotrop maddə metamfetamin, 1 ədəd ağ rəngli sellofan bükülüdə və 02 ədəd gümüşü rəngli bükülüdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin kütlələr elektron tərəziyə qoyularaq çəkilmiş, zərfə qoyularaq qablaşdırılmış, onlar həmin zərfi imzaları ilə təsdiq etmişlər. O, üzərindən və avtomobilindən aşkar olunaraq götürülən narkotik vasitələri 02 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Şamaxinka adlanan ərazidə olarkən yerdən tapmışdır. Həmin narkotik vasitələri özü istifadə etmək məqsədi ilə üzərində və avtomobilində saxlamışdır. O, heç vaxt narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamışdır. Vüqar Quliyevin və Şahid2 onun üzərində və avtomobilində narkotik vasitə və psixotrop maddə saxlamasından xəbəri olmamışdır. O, 077- ***-**-** mobil nömrəsindən istifadə etmişdir. Şübhəli şəxs qismində tutularkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilməmişdir. (Cild 1, iş vərəqləri 67-68) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Quba rayon Polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs üzərində və avtomobilində narkotik vasitələr və psixotrop maddələr saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında o və əməliyyat qrupunun digər üzvü Şahid1 04 iyul 2022-ci il tarixdə Quba rayonu, Qaraçay kəndində keçirilən əməliyyat tədbirləri zamanı xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin saxlanması və daşınmasını həyata keçirməkdə şübhəli olduğunu bildirmişlər. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs cibindən metadon həbini çıxararaq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilmiş və avtomobildə heroin növündə narkotik vasitə və metamfetamin növündə psixotrop maddə aşkar olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımır. Vüqar Quliyev onun qohumu idi. X9 rayonunda yerləşən məntəqə tipli cəzaçəkmə müəssisəsinə getməli idi və ona da onunla birlikdə getməyini təklif etmişdir. O, Vüqar Quliyev ilə razılaşmışdır. Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən Təqsirləndirilən şəxs özünün idarə etdiyi avtomobil ilə onları götürmüş və onlar Quba şəhəri istiqamətində yola düşmüşlər. Əvvəlcə Quba rayonunda yerləşən məntəqə tipli cəzaçəkmə müəssisəsinə, oradan Quba Rayon Məhkəməsinə, daha sonra yenidən həmin məntəqə tipli cəzaçəkmə müəssisəsinə qayıtmışlar. Həmin cəzaçəkmə müəssisəsinin qarşısında polis əməkdaşları onları saxlamışlar, üzərilərinə baxış keçirmişlər. Təqsirləndirilən şəxs və Vüqar Quliyevin üzərindən nə aşkar olunduğunu bilmir, lakin onun üzərindən heç bir qanunsuz vasitələr aşkar olunmamışdır. Polis əməkdaşları onları təqribən saat 16:00-17:00 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən narkotik vasitə yaxud psixotrop maddə aşkar olunduğunu görməmişdir. Şahid2 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, X7 onun uzaq qohumudur. 04 iyul 2022-ci il tarixdə o, yaşadığı evdə olarkən Vüqar onun mobil telefonuna zəng vurub demişdir ki, onunla birlikdə Quba şəhərinə gedək. Məntəqə tipli cəza çəkmə məntəqəsindən azad olunub şərti cəza ilə əvəz olunması üçün Quba rayon Məhkəməsinə gedək. O, Vüqarla razılaşmış, onunla birlikdə tanımadığı taksi avtomobili ilə Xırdalan şəhərinə getmişlər. Saat 12 radələrində Xırdalan şəhərində Vüqarın tanışı sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi Ravon markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonuna gəlmişlər. Onlar ilk olaraq Quba rayon Məhkəməsinə getmişlər. Orada Vüqarın cəza rejimi şərti cəza ilə dəyişdirilmişdir. Daha sonra onlar Quba rayonu Qaraçay kəndində yerləşən məntəqə tipli cəza çəkmə məntəqəsinə gəlmişlər. Vüqar Quliyev avtomobildən düşüb cəza çəkmə məntəqəsinə girmişdir. O, və Tural çöldə Vüqarı gözlədiyi zaman polis əməkdaşları onlara yaxınlaşmış və özlərini təqdim etmişlər. Turalın narkotik vasitədən istifadədə və saxlamasında şübhəli bilindiyini ona izah etmişlər. Turala üzərində olan şübhəli əşyaları təqdim etməyi bildirilmişdir. O da üzərinə şəxsi axtarış zamanı əynində olan ağ rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd metadon adlı həb və sağ yan cibindən mobil telefonu çıxarıb təqdim etmişdir. Turalın üzərindən aşkar edilərək götürülmüş kütlə zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra polis əməkdaşları Turaldan ona məxsus avtomobildə narkotik vasitə olub-olmadığını soruşmuşlar. Tural onlara avtomobilində narkotik vasitə saxladığını bildirmişdir. Polis əməkdaşları Turala məxsus Ravon markalı **- PS-*** dövlət nömrə nişanlı avtomobilə onun icazəsi ilə baxış keçirmişlər, Baxış zamanı Turala məxsus avtomobilin salonunda “Vinston” markalı siqaret qutusu aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları həmin siqaret qutusunun içərisinə baxdıqda içərisində 01 ədəd gümüşü rəngli kağız bükülüdə psixotrop maddə metamfetaminə bənzər kütlə, 01 ədəd ağ sellafan və 02 ədəd gümüşü rəngli bükülüdə isə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlələr elektron tərəziyə qoyulub çəkilmiş və zərfə qoyulub qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərində və avtomobilində narkotik vasitə olmasından xəbəri olmamışdır. Tural ona heç nə verməmişdir. Yolda olarkən o, bir neçə dəfə ayaq yoluna getmək üçün onların yanından ayrılmışdır. Həmin ərəfədə Turalın Vüqara nəsə verib-verməməsi barədə heç bir məlumatı olmamışdır. Heç vaxt narkotik vasitədən istifadə etməmişdir. (Cild 1, iş vərəq 55) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid1 ifadəsində göstərmişdir ki, 2022-cı ilin mart ayından Quba RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi, ev 46-da yaşayan Təqsirləndirilən şəxs üzərində və avtomobilində narkotik vasitələr və psixotrop maddələr saxlaması barədə əməliyyat məlumatı daxil olduğundan ondan, Quba RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid3, KTQ-nun baş inspektor kriminalisti polis mayoru Fuad İslamovdan ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında 04 iyul 2022-ci il tarixdə saat 21:10 radələrində Quba rayonu, Qaraçay kəndinə getmişlər. Onlar həmin kəndə gəldikdə Təqsirləndirilən şəxs əlamətləri üst- üstə düşən şəxsin və onun yanında bir nəfər şəxsin olduğunu görmüşlər. Onlar həmin vaxtı onlara yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirib özünü təqdim etməsini demişlər. Təqsirləndirilən şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında şübhəli olduğunu, bu səbəbdən vəklin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs onlara üzərinə şəxsi axtarış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Həmin vaxtı vəkil X1 iştirakı ilə tərəflərindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl onlar Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları bizə təqdim etməsini bildirmişlər. Tural Tağızdə əynində olan ağ rəngli şalvarının sol yan cibində saxladığı bir ədəd metadon adlı həbi və sağ yan cibində olan "Blackvie” markalı mobil telefonu çıxarıb onlara təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş həb metadon həbidir, həmin həbi Bakı şəhərində Şamaxinka adlanan ərazidə yolun kənarında zibil qutusunun yanından tapmış, özünün istifadə etməsi üçün üzərində saxlamışdır. Həmin dərman bükülüsünə baxıldıqda içərisində qəhvəyi rəngli bir ədəd bütöv şəkildə həb olduğu müəyyən olunmuşdur. Həmin həb araşdırma zərurəti ilə əlaqədar götürülmüşdür. Şəxsi axtarış zamanı onun üzərindən başqa qanunsuz əşyalar aşkar edilməmişdir. Onlar Təqsirləndirilən şəxs ona məxsus Ravon markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilndə narkotik vasitə olub olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs avtombilində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs məxsus Ravon markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirmişlər. Baxış zamanı həmin avtomobilin ötürücü qutusunun yanında “Winston” markalı siqaret qutusu aşkar edilərək götürülmüşdür. Həmin siqaret qutusu tərəfimizdən açıldıqda içərisində 03 ədəd gümüşü rəngli kağıza bükülmüş bükülü, 01 ədəd isə ağ rəngli sellofan parçasına bükülmüş bükülü aşkar edilmişdir. Həmin bükülülər açıldıqda bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükülüdə psixotrop maddə metamfetamin, bir ədəd ağ rəngli sellofan parçasına bükülmüş bükülüdə və iki ədəd gümüşü rəngli kağıza bükülmüş bükülüdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin kütlələr elektron tərəziyə qoyularaq çəkilmiş, zərfə qoyularaq qablaşdırılmışdır. Onlar həmin zərfi imzaları ilə təsdiq etmişlər. (Cild 1, iş vərəqləri 86-87) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarış keçirilməsi barədə” 04 iyul 2022-ci il tarixli protokoldan görünür ki, əvvəlcə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa onu təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynində olan ağ rəngli şalvarın sol yan cibində saxladığı 01 ədəd metadon həbini çıxararaq təqdim etmişdir. (Cild 1, iş vərəq 26) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Baxış keçirilməsi barədə” 04 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus Ravon markalı, **-PS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilən zaman nəqliyyat vasitəsinin salonunda ötürücü qutunun yanında “Vinston” markalı siqaret qutusunun içərisində narkotik vasitəyə bənzər kütlələr aşkar edilmişdir. (Cild 1, iş vərəq 28) “Şəxsi axtarış keçirilməsi barədə” və “Baxış keçirilməsi barədə” 04 iyul 2022-ci il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və avtomobilə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 01 sentyabr 2022-ci il tarixli 4878 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 141-142) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 04 iyul 2022-ci il tarixli, 6/3689 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs.." sözləri yazılmış 1 nömrəli zərfdəki 1 ədəd açıq qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbinin əsas təsiredici maddəsi metadondur və həmin həbin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,040 qram təşkl edir, 2 nömrəli zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,018 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 3 nömrəli zərfdəki üç ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 1,010 qram, 1,013 qram, ümumi təmiz çəkisi 2,687 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotk vasitə heroindir və narkotik vastə heroinlər xarici əlamətlərinə və kimyəvi komponenet tərkibinə görə fərqlidir. (Cild 1, iş vərəqləri 41- 48) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 19 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış ½ hissə metadon həbi; 0,008 qram psixotrop maddə metamfetamin; 2,597 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Quba RPŞ-in saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilməsi barədə görüntüləri əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir.(Cild 1, iş vərəqləri 147-153) “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə narkotik vasitə heroinin şəxsi istehlak miqdarından, o cümlədən külli miqdardan da artıq olması, həmçinin bununla yanaşı üzərindən psixotrop maddə metamfetamin və metadon həbinin aşkar olunması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər qabaqcadan əlbir olmuş bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və psixotrop maddənin satış məqsədi ilə əldə etməsi, daşıması və saxlamasına görə məhkum olunmuş, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda yenidən satış məqsədi ilə narkotik vasitə və psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmaması, polis əməkdaşlarının ona hədə-qorxu gəlməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin və Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələr işin hallarına uyğun olduğundan iş üzrə mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən verilmiş tələbnamənin cavabından görünür ki, Tağızadə X5 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən hökm dəyişdirilərək onun əməli Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1. 234.4.3-cü maddələrinə tövsif edilərək 06 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (Cild 1, iş vərəq 94) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 8 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən daxil olan məktubdan görünür ki, Təqsirləndirilən şəxs 30 noyabr 2021-ci il tarixdə Penitensiar Xidmətin 8 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyindən o, hazırkı iş üzrə məhkum olunmuş şəxs hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirləndirilən şəxs yenidən qəsdən ağır cinayət törətdiyinə görə onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən bu hal onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 04 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 iyul 2022-ci il tarixdə onun barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. 07 iyul 2022-ci il tarixdə Quba rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 07 iyul 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 18, 39, 89-93) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin tutulduğu 2 (iki) gün müddət ona təyin edilən cəza müddətinə hesablanmaqla çıxılmalı, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 07 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Lakin Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə olunası əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Quba RPŞ-də saxlanılan ekspertiza tədqiqatı nəticəsində qalıq 2/1 hissə metadon həbi, 0,008 qram çəkidə psixotrop maddə metamfetamin, 2,597 qram çəkidə narkotik vasitə heroin məhv edilməlidir. 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 iyul 2022-ci il tarixdən 05 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılsın və o, qəti olaraq 07 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 07 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Quba RPŞ-də saxlanılan 2/1 hissə metadon həbi, 0,008 qram çəkidə psixotrop maddə metamfetamin, 2,597 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-33/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-33/2024
14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver