Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-33/2025 30.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X4 (sədrlik edən), X19 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X18, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər –Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2 və Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 2004-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri, Nizami küçəsi, ev 19c, məhəllə 6-da qeydiyyatda olmaqla, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, 5 saylı yataqxanada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 234.4.1, 235.3.1 və 240.3.2-ci maddələri ilə, xx xxxxxxx 2000-ci il tarixdə Şamaxı rayonu, Həmyəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şamaxı rayonunun Həmyəli kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 234.4.1, 235.3.1 və 240.3.2-ci maddələri ilə, xx xxxx 2001-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Qubadlı şəhərində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 8 saylı yataqxana, otaq 27-də yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 177.2.1, 177.2.3, 177.2.4, 234.4.1, 235.3.1 və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 özgənin xeyli miqdarda əmlakını və satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 15 may 2023-cü il tarixdə saat 22:30 radələrində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Psixiatriya xəstəxanasının gündüz stasionar şöbəsinin yerləşdiyi 5 saylı yataqxananın qarşısına gəlmiş, əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 gündüz stasionar şöbəsinin əməliyyat otağının pəncərəsinin dəmir barmaqlığını əli ilə zor tətbiq edib dartıb qopartdıqdan sonra Təqsirləndirilən şəxs2la birlikdə həmin pəncərədən stasionar şöbənin içərisinə daxil olmuş, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 isə baş verə biləcək hər hansısa təhlükədən qrupun digər üzvlərini xəbərdar etmək məqsədilə yataqxananın həyətində ətrafı müşahidə etmək məqsədilə dayanaraq gözləmiş, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2la birlikdə şöbənin ayrı-ayrı otaqlarından hər birinin qiyməti 1300 manat olan 3900 manat dəyərində 3 ədəd kompyuter dəstini printerlə birlikdə, hər birinin qiyməti 2220,76 manat olan 4441,52 manat dəyərində 2 ədəd Kompyuter HP ProOne 440G5 AİO Memory /256GBM.2 2280 Keyboard /HP X33 USB/ Line İnteractive UPS ilə birlikdə, qiyməti 1559,96 manat olan bir ədəd Kompyuter + monitor dəstini, qiyməti 1902,16 manat olan bir ədəd HP 205 G4 24 All-in-One PC FreeDOS SODİMM Memory /SSD 128G 2280, Keyboard /HP X33 USB-ni, qiyməti 165,2 manat olan AR Tronic 600Line İnteractive UPS Sungle-Phase qurğusunu, qiyməti 890,9 manat olan bir ədəd HP Laser Jet MFP M130nw Printer A4 LaserJet/Print, qiyməti 58 manat olan bir ədəd elektron imza, qiyməti 46 manat olan tefal markalı elektrik suqaynadanı, qiyməti 94 manat olan bir ədəd Tanometr + fonendoskopu, qiyməti 767 manat olan 1 ədəd BactoSfera ORBB 15X3 Gorizont Vertikal MAX EFFECT bakterisid resirkulyatorj qiyməti 159,3 manat olan PURELL Dispenser 1920-04LTX-12 təzə modeli, qiyməti 370 manat olan Monokulyar mikroskopu, qiyməti 2465,02 manat olan bir ədəd Mikroskopu, binokulyar, hallogen ilıq ilə 45 dər. əyilmə, horizontal firlanma+genişsahəli okulyar 1820, qiyməti 19470 manat olan bir ədəd Hematoloji analizator, 20 parametri, ROW-SD, p-LCR, müayinə üçün 15,7 ul qan nümunəsi, 50test/sat. Yaddaşda olan məlumatın USB-yə köçürülmə imkanı. Sensorlu ekran. Mythic, qiyməti 525,10 manat olan bir ədəd Qan qanşdırıcı-MİXES SM-100, qiyməti 2596 manat olan bir ədəd Urisys 1100 Ekspress sidik analizatoru, qiyməti 2173,56 manat olan bir ədəd Sentifuqa HN-SB02C (LC-04C) Hinotek, qiyməti 2500 manat olan bir ədəd Sidik analizatoru Kombiskom, qiyməti 800 manat olan bir ədəd kompressoru, qiyməti 200 manat olan stomatoloji kresolya aid düz və əyri ucluqları, qiyməti 200 manat olan terapevtik alətləri, qiyməti 80 manat olan bir ədəd elektrik dreli, hər birinin qiyməti 6 manat olan 42 manat dəyərində 7 ədəd elektrik uzadıcılarım, hər birində 10 həb olan ümumi qiyməti 22,80 manat dəyərində 38 ədəd konvalyutda «ПИРАЦЕТАМ-400 МГ», hər birində 10 həb olan ümumi qiyməti 40,68 manat dəyərində 36 ədəd konvaltyutda «ФИНЛИПСАЛ-200МГ», hər birində 25 həb olan ümumi qiyməti 245,84 manat dəyərində 14 ədəd konvalyutda «ЦИКЛОДОЛ ГРИНДЕКС», hər birində 10 həb olan ümumi qiyməti 45,36 manat dəyərində 42 ədəd konvalyutda «АМИТРИПТИЛИН ГРИНДЕКС», hər birində 10 həb olan ümumi qiyməti 31,36 manat dəyərində 16 ədəd konvalyutda «ТОРЕНДО 2 МГ», hər birində 10 həb olan qiyməti 1,35 manat olan 1 ədəd konvalyutda «ТОРЕНДО 4 МГ», hər birində 10 həb olan 21 ədəd konvalyutda və içərisində 16 ədəd həb olan 2 ədəd kəsilmiş konvalyutda ümumi qiyməti 342,00 manat dəyərində «ДИАЗЕПЕКС -5МГ», hər qutuda hər birində 10 həb olan 5 ədəd konvalyutda 7 ədəd qutuda, hər birində 10 ədəd həb olan 11 ədəd tamlığı pozulmamış konvalyutda və içərisində 14 həb olan iki ədəd tamlığı pozulmuş konvalyutda ümumi qiyməti 156,40 manat dəyərində «ФЕНЗЕПИН», hər birində 10 həb olan ümumi qiyməti 6,29 manat dəyərində 7 ədəd konvalyutda «METFORİX», içərisində 50 ədəd həb olan ümumi qiyməti 49,4'2 manat dəyərində 7 ədəd qutuda «ДЕПАКИН ХРОНО 300 МГ», içərisində 50 ədəd həb olan qiyməti 4,38 manat dəyərində 1 ədəd qutuda «ДЕПАКИН ХРОНО 500 МГ», hər birində 10 həb olan ümumi qiyməti 4,44 manat dəyərində 3 ədəd konvalyutda «РИСПАКСОЛ 4МГ», hər birində 10 həb olan ümumi qiyməti 3,76 manat dəyərində 3 ədəd konvalyutda «30ЛОМАКС 0,5 МГ», hər birində 20 həb olan ümumi qiyməti 9,60 manat dəyərində 8 ədəd yaşıl yazısı olan konvalyutda «АМИНАЗИН», hər birində 20 həb olan ümumi qiyməti 9,60 manat dəyərində 02 ədəd göy yazısı olan konvalyutda «АМИНАЗИН», hər birində 30 həb olan ümumi qiyməti 2,70 manat dəyərində 3 ədəd konvalyutda «КЛОНАЗЕПАН 2 МГ», hər birində 10 həb olan ümumi qiyməti 4,43 manat dəyərində 5 ədəd konvalyutda «ТРИФТАЗИН 5МГ», hər bir qutuda 50 ədəd həb olan ümumi qiyməti 3,75 manat dəyərində 3 qutu «ТИЗЕРЦИН», içərisində 30 ədəd həb olan qiyməti 9,39 manat dəyərində 1 ədəd flakonda «VENATURA» adlı dərman preparatlarını, ümumlikdə 46399,27 manat məbləğində özgənin xeyli miqdarda əmlakını, o cümlədən satış məqsədilə qanunsuz olaraq psixotrop maddə hesab edilən hər birində 10 tablet olan 3 ədəd konvalyutda təsiredici maddəsinin miqdarı 0,015 qram çəkidə Alprazolam («ЗОЛОМАКС 0,5 МГ»), hər birində 30 tablet olan 3 ədəd konvalyutda təsiredici maddəsinin miqdarı 0,18 qram çəkidə olan Klonazepam («КЛОНАЗЕПАН 2 МГ»), hər birində 10 tablet olan 21 ədəd konvalyutda və içərisində 16 ədəd tablet olan 2 ədəd kəsilmiş konvalyutda təsiredici maddəsinin miqdarı 1,21 qram çəkidə olan Diazepam («ДИАЗЕПЕКС -5МГ»), hər qutuda hər birində 10 tablet olan 5 ədəd konvalyutda 7 ədəd qutuda, hər birində 10 ədəd tablet olan 11 ədəd tamlığı pozulmamış konvalyutda və içərisində 14 tablet olan iki ədəd tamlığı pozulmuş konvalyutda təsiredici maddəsinin miqdarı 0,474 qram çəkidə olan Fenazepam («ФЕНЗЕПИН 0,001 qr») dərman tabletlərini və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan hər bir qutuda 50 tablet olan 3 qutuda təsiredici maddəsinin miqdarı 3,85 qram çəkidə külli miqdarda Levomepromazin («ТИЗЕРЦИН 25мг») və hər birində 25 tablet olan 14 ədəd konvalyutda təsiredici maddəsinin miqdarı 0,7 qram Triheksifenidil (ЦИКЛОДОЛ ГРИНДЕКС ) adlı güclü təsir edən maddə hesab edilən dərman preparatlarını satış məqsədi ilə gizli olaraq talamaqla oğurlayıb əldə edərək daşıyıb həmin dərman preparatlarını onların cinayətkar niyyətindən məlumatsız olan Təqsirləndirilən şəxs3 əmisi Şahid məxsus Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsində yerləşən köhnə tikilinin içərisində qanunsuz olaraq saxlamış və 23 may 2023-ci il tarixdə saat 18:35-də Təqsirləndirilən şəxs3 iştirakı ilə həmin psixotop maddələr və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələr həmin köhnə tikilinin içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs3 ona CM-in 177.2.1, 177.2.3, 177.2.4, 234.4.1, 235.3.1 və 240.3.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi 8 saylı yataqxanada anası Aygün Hacıyeva və qardaşı Niyaməddin Qənbərovla birlikdə yaşayır. Əsl adı Ziyəddin olsa da hər kəs onu Elgün kimi tanıyır. Əslən Qubadlı rayonun Seytash kəndindəndir. Məlum hadisələrdən sonra valideynləri Sumqayıt şəhərinə gəlib və burada məskunlaşmışlar. Sumqayıt şəhərində Füzuli rayon 54 saylı tam orta məktəbdə 9 illik təhsil almış, daha sonra 3 illik Sumqayıt şəhəri 1 saylı peşə litseyində rabitəçi ixtisası üzrə təhsil almışdır. 2019-cu ilin oktyabr ayında hərbi xidmətə getmiş, Goranboy rayonunda yerləşən N saylı hərbi hissədə əsgər kimi xidmət etmişdir. 2020-ci ilin sentyabr ayında İkinci Qarabağ müharibəsi başlayandan sonra aktiv döyüş əməliyyatlarında iştirak etmişdir. Müharibənin gedişində bir neçə dəfə ağır dərəcəli kəllə beyin travması almışdır. Müharibədən sonra X15 və Suqovuşanın azad edilməsi uğrunda medallarla təltif edilmişdir. Hal-hazırda 80 manat müharibə iştirakçısı olduğuna görə pensiya alır. Müharibədən sonra psixoloji problemlər yaranmışdır. Psixoloji problemləri olduğuna görə ona düzgün əlillik qrupu təyin edilməməsinə etiraz olaraq iynə sapla öz ağzım tikmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2ı tanıyır. Nihad da onunla yaxınlıqda 5 sayh yataqxanada yaşayır. Azər isə 5 sayh yataqxanın yan tərəfində həyət evində yaşayır. Azər 23 yaşında, Nihad isə ondan yaşca balacadır. Azər Şamaxı rayonundan, Nihad isə İsmayıllı rayonundandır. Həm Nihad ilə, həm də ki, Azər ilə aralarında səmimi münasibətləri olmuşdur. Azərin yaşadığı 5 sayh yataqxananın birinci mərtəbəsində Sumqayıt şəhəri Psixatriya xəstəxanasının gündüz şöbəsi yerləşir. 16 may 2023-cü il tarixdə bədənində olan ağrılar olduğundan yata bilməmişdir. Ona görə də saat 02 radələrində evlərindən çıxıb piyada hərəkət etmişdir. 5 sayh yataqxananın yaxınlığından küçədən keçən zaman səs-küy gəlməsini eşitmişdir. Həmin yerə gedən zaman Azər və Nihadın xəstəxananın otağının yataqxana tərəfdə olan pəncərəsinin dəmir barmaqlığını çıxararaq orada olan istifadəyə yararsız maşınının üstünə qoyduqlarını görmüşdür. Həmin vaxtı Azər ona bildirmişdir ki, xəstəxananın içərisindən oğurluq edirlər. Həmin vaxtı pəncərənin alt tərəfində yerdə çoxlu sayda kompyuter dəstləri, printerlər və digər tibbi avadanlıqlar olmasını görmüşdür. Azər orada olan oğurladıqları kompressora gücləri çatmadığına görə aşağı düşürtməyə köməklik etməyini xahiş etmişdir. O da köməklik edərək həmin kompresoru aşağı düşürmələrinə köməklik etmişdir. Bundan sonra Azər və Nihad həmin pəncərədən çıxmışlar. Onlardan həmin əşyaları nə edəcəklərini soruşduqda Nihad bildirmişdir ki, Ağazər adlı tanışı həmin əşyaları səhər tezdən saat 8 də gəlib aparacaq. Nihad tibbi avadanlıqların bəzilərinin içərisində çox qiymətli metallar və civə olduğunu demişdir. Bundan sonra Azər və Nihad həmin əşyaları çıxartdıqları yerin yanında olan qapıdan daşıyaraq yataqxanın zirzəmisinə yığmışlar. O isə onlara köməlik etməmiş və geri evlərinə qayıtmışdır. Səhəri gün Azər və Nihad ilə görüşmüşdür. Həmin vaxtı Azər ona bildirmişdir ki, 4-cü polis bölməsinin əməkdaşları xəstəxanadan oğurluq olması ilə əlaqədar olaraq hadisə yerinə baxış keçirərək orada yaşayan şəxsləri sorğu-sual edirlər. Nihad bildirmişdir ki, həmin əşyaları alacaq Ağazər adlı şəxsə deyiblər ki, polislər bütün günü orada olduqlarına görə oğurladıqları əşyaları aparmağa gəlməsin. Həmin vaxtı Nihad ona bildirmişdir ki, oğurladıqları avadanlıqlardan mikroskopun içərisində qiymətli metal olduğuna görə əmisi Qənbərin bağ sahəsində yerləşən hamamın içərisində gizlədiblər. Bu hadisədən bir neçə gün sona 23 may 2023-cü il tarixdə 4-cü polis bölməsinin Sərdar adlı polis işçisi ona zəng edərək bölməyə gəlməyim bildirmişdir. Polis bölməsinə getdikdən sonra məlum olmuşdur ki, oğurluq hadisəsi ilə əlaqədar olaraq çağırıblar. Orada polis əməkdaşlarına hazırda danışdığı formada danışaraq oğurlanan əşyaların zirzəmidə gizlədildiyini bildirmişdir. Hadisə baş verməzdən əvvəl nə Azər, nə də ki Nihadm ona zəng edərək oğurluq etmək barədə təklif etmədiklərini göstərmişdir. Müharibədən sonra bədənində kəskin şiddətli ağrılar olduğuna görə yata bilmirmiş. Ona görə də həmin vaxtı küçədə gəzirərək yataqxananın yaxınlığına gəldiyini göstərmişdir. Oğurlanmış əşyaları alacaq olan Ağazər adlı şəxsi tanımır. Həmin şəxs Nihadm tanışı olmaqla Nihad özü bu barədə demişdir. Oğurluq olan yerə çatan zaman Nihad ona yataqxanada yaşayan Aynurə adlı qadının pəncərədən onlardan orada gecə vaxtı nə etdiklərini soruşduqda Nihad orada göyərçin quşu axtardıqlarını demiş, Aynurə də onlara inanmışdır (cild 1 i\v 58-60, 218-220, cild 3 i\v 195-197) İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona verilən suallara cavab olaraq göstərmişdir ki, hadisə günü Təqsirləndirilən şəxs1la o olmuş, Nihad hadisə yerində olmamışdır. İbtidai istintaq zamanı o, Nihadın da orada olduğunu söyləməmiş, onlar özləri Nihadın da adını yazmışlar. Azərə kompressoru xəstəxanadan çıxarmaqda köməklik etmişdir. Oğlurlanan əşyalar içərisində dərman preparatları olmamışdır. İttihamda qeyd edilən bağ əmisinin deyil, onların bağıdır. Həmin bağ xəstəxanaya yaxın ərazidə yerləşir. Oğurlanan əşyalar onların bağından aşkar olumamış, oradan iki list dərman aşkar olunmuşdur. Həmin dərmanları oraya kimin qoyduğu barədə məlumatı yoxdur. Həmin bağda onun ifadəsi yerində yoxlanılmamışdır. Həmin dərmanları o təqdim etməmişdir. O, təsadüfən hadisə yerinə getmişdir. Hadisədən məlumatı yox imiş. Hadisənin baş verdiyi tarixi hazırda dəqiq xatırlamır. Kompressor xəstəxananın qapısının yanında olmuşdur. Kompressoru götürüb maşının yanına qoymuşdur. Ondan sonra baş verənləri xatırlamır. Nihadı məhlə uşağı kimi tanıyır, amma onunla ünsiyyəti olmamışdır. Hadisə vaxtı Nihadı görməmişdir. Kompressoru götürən zaman Nihadı görməmişdir. İbtidai istintaq zamanı ifadə verərkən müstəntiq tərəfindən ona təzyiq və təsir olunmamışdır. İbtidai istintaq zamanı ifadəsini imzalamağı tapşırdıqları üçün psixoloji təsir altında qalaraq ifadəni imzalamışdır. İbtidai istintaq zamanı padvalda olan əşyaları o göstərməmiş, onlar şəkil çəkmək üçün onu zorla padvala aparmışlar. O görən zaman Azər kompressoru tək aparırmış. Azər ondan kömək istədiyi üçün kompressoru xəstəxananın padvalına qoymuş və sonra çıxıb getmişdir. Kompressorun yerini polis əməkdaşlarına o göstərməmişdir. O, ifadə verənə kimi polis əməkdaşları kompressorun yerini bildirmişlər.Onu Sərdar müəllim Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə çağırmışdır. O, polis bölməsinə tək getmiş, daha sonra Azəri gətirmişlər. Onu birinci 4-cü Polis Bölməsinə, sonra isə Sumqayıt Şəhər Polis İdarəsinə aparmışlar. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun cinayət hadisəsi ilə heç bir əlaqəsi yoxdur. O, hadisə vaxtı Sumqayıt ərazisində olmamışdır. Ziyəddin psixoloji problemləri olduğu üçün hər dəfə fərqli şeylər danışırmış və Ziyəddinin sözlərinə inanaraq onu boş yerə tutmuşlar. O, hadisə günü sexdə avtomobil təmir edirmiş və həmin vaxt Ziyəddin onun yanına gələrək onu 4-cü Polis Bölməsinə aparmasını xahiş etmişdir. O, Ziyəddini öz avtomobilinə mindirib polis bölməsinə aparmışdır. Ziyəddin ona çöldə gözləməsini, 5 dəqiqəyə gələcəyini bildirmişdir. 5-6 dəqiqə sonra ona zəng gəlmiş və o, məcbur olaraq sexə qayıtmışdır. Sexdə iş görən zaman 7-8 nəfər polis əməkdaşı sexə daxil olmuş və onu avtomobilin altından dartıb çıxararaq işgəncə verməyə başlamışlar. Daha sonra ona işgəncə verə-verə avtomobilə mindirib 5 nömrəli yataqxananın qarşısına gətirmişlər. Orada Nihadı tapmalarını söyləmişlər. Nihadı tapa bilməyib onu 4-cü Polis Bölməsinə aparmışlar. O, bölməyə daxil olan zaman Ziyəddinin ayağını tutduğunu və divara sökəndiyini görmüşdür. Onu otağa aparmışlar və cinayət törətdiyini bildirmişlər. O, cinayətdən məlumatsız olduğunu bildirən zaman polis əmkdaşları ona cinyət barədə məlumat verəcəklərini söyləmişlər. Onun əlinə qandal vurub yuxarıdan asmış və ona tok vermişlər. O, məcbur qalaraq cinayəti boynuna almış və polis əməkdaşlarının söylədiyi kimi ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, əvvəllər Ziyəddin avtomobilini təmir etdirmək üçün ona müraciət etmiş, o isə avtomovilə baxmaq üçün Ziyəddingilin yaşadığı bağ deyilən yerə getmişdir. O, həmin yerdə derman preparatlarını və digər oğurlanmış əşyaları görmüşdür. Həmin əşyaları Ziyəddingilə məxsus hamamda görmüşdür. O, Ziyəddinin avtomobilinə baxmış və matorun dəyişməli olduğunu bildirmiş, Ziyəddinə öz sexində olan matoru vermişdir. Ziyəddin hamamda olan mikroskopun evlərinin əşyası olduğunu, dərman preparatlarını isə xəstə olduğu üçün xəstəxanadan verdiklərini, istifadə etmədiyi üçün oraya qoyduğunu bildirmişdir. O, Ziyəddinlə əsgərlikdə birlikdə olmuşdur. O, müharibədə iştirak etməmiş, Ziyəddin müharibədə iştirak etmiş, amma heç bir yara almamışdır. Ziyəddinin yaddaşında problem olduğu üçün hadisələri fərqli danışırmış. Hadisə günü o, bir nəfər danışdığı qadın və iki nəfər dostu ilə birlikdə Ceyranbatanda yerləşən əyləncə mərkəzində olmuşdur. Polis əməkdaşları ona təzyiq göstərdiyi üçün o, ibtidai istintaq zamanı həqiqəti danışa biləmişdir. O, işgəncə ilə bağlı müdafiəçisinə bildirmiş və müdafiəçi sənədlərini alaraq hüquq mühafizə orqanlarına müraciət etmişdir. Onun xarici pasportu var. Onun sevdiyi qızın adı Rahidə, dostlarının adı isə İlqar və Elxandır. Hadisə günü həmin şəxslərlə birlikdə olmuşdur. O, Nihadla eyni məhlədə yaşadığı üçün onu tanıyırmış. Onu tutulmamışdan əvvəl polis bölməsinə çağırıb telefonunu yoxlamışlar. İbrahim adlı polis əməkdaşı ona zəng etmiş və polis bölməsinə getməsini bildirmişdir. Polis bölməsindən ondan cinayətlə əlaqəsinin olub-olmadığını soruşmuş və onun telefonunu yoxlamışdır. Həmin hadisədən 4 gün sonra Ziyəddin polis bölməsindəki Sərvər adlı əməkdaşın onu çağırdığını bildirmiş və o, Ziyəddini bölməyə aparmışdır. Ziyəddin müharibədə psixoloji travma alsa da, qəlpə zədələri almamışdır. O, hamamda olan qara rəngli paketdə dərmanlar görmüşdür. Həmin hamamda dərmanlar və iki ədəd mikroskop olmuşdur. Ziyəddin dərmanların xəstəxanadan verildiyini və həmin dərmanları istifadə etməyib hamama yığdığını bildirmişdir. O, ibtidai istintaq zamanı da polis əməkdaşlarının onu döydüklərini bildirmişdir. O, Ziyəddini əsgərlikdən tanıyır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraatın ilkin dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs1 həmin ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi Qara Qarayev küçəsi ev 52-də atası Telman Qasımov, anası Şəfaqət Qasımova və bacısı Vəfa Qasımova ilə birlikdə yaşayır. Dizel avtomobillərinin mühərrik təmiri ilə məşğul olub çörək pulu qazanır. Əslən Şamaxı rayonunun Həmyəli kəndindən olsa da uşaq vaxtlarından Sumqayıt şəhərinə köçmüşdür. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2ı tanıyır. Ziyəddin İnşaatçılar qəsəbəsində 8 saylı yataqxanada, Nihad isə 5 saylı yataqxanada yaşayır. Həm Ziyəddin, həm də ki, Nihad yaşça ondan balacadır. Həm Nihad ilə həm də ki, Ziyəddin ilə arasında səmimi münasibətləri olmuşdur. Ziyədini hər kəs Elgün kimi çağırır. X27 müharibəsi iştirakçısıdır. Nihadın yaşadığı 5 saylı yataqxananın birinci mərtəbəsində Sumqayıt şəhəri Psixatriya xəstəxanasının gündüz şöbəsi yerləşir. 15 may 2023-cü il tarixdə saat təxminən 22 radələrində evlərindən çıxmışdır. 5 saylı yataqxanada yaşayan qız tanışı ilə görüşmək istəyirmiş. 5 saylı yataqxananın qarşısında Nihad və Ziyəddini görmüşdür. Onların yanına gəlib salamlaşıb görüşmüşdür. Həmin vaxtı Nihad bildirmişdir ki, pula ehtiyacı var. Nihad təklif etmişdir ki, 5 saylı yataqxananın birinci mərtəbəsində yerləşən psixatriya xəstəxanasından oğurluq etsinlər. Ziyəddin də xəstəxananın stomatoloji otağından diş çəkən aparatın kompressor motorunu oğurlaya bilsələr yaxşı pula sata biləcəklərini bildirmişdir. Bundan sonra stomatoloji otağın yataqxanaya tərəf baxan pəncərəsinə tərəf gedib pəncərədən həmin kompressora baxmışlar. Elgün bildirmişdir ki, həmin kompressoru 2000 manata satmaq olar. Bundan sonra xəstəxananın yataqxanaya tərəf baxan pəncərəsinin altına gəlmişlər. Ziyəddin əli ilə dartaraq pəncərənin dəmir reşotkasını dartıb yerindən qoparmışdır. Ziyəddin reşotkanı qopardıqdan sonra onlara vermişdir. O da Nihad ilə birlikdə həmin reşotkanı yaxınlıqda olan köhnə maşının üstünə qoymuşdur. Bundan sonra Nihad və Ziyəddin kimin içəri girəcəyini bildirmişdir. Onlara içəri girmək istəmədiyini bildirmişdir. Aralarında razılığa gəlmişlər ki, çöldə dayanıb onları gözləyəcəkdir. Əgər gəlib eliyən olsa onlara xəbər edəcəkdir. Nihad və Ziyəddin isə stomatoloji otaqdan həmin kompressoru götürüb çıxacaqlar. Bundan sonra Nihad pəncərədən qalxıb birinci içəri girmişdir. Onun arxasınca isə Ziyəddin içəri girmişdir. O isə aşağıda dayanıb onları gözləmişdir. Təxminən 1 saat sonra Ziyəddin və Nihad pəncərənin qarşısına gəlmişlər. Bundan sonra onlar pəncərədən aşağı düşmüşlər. Onlardan niyə görə gec gəldiklərini soruşduqda Nihad Ziyədinə bildirmişdir ki, gərək kompyuterləri götürməzdik. Kompyuterlərə görə bizi tapıb tutacaqlar. Ziyəddin isə ona bildirmişdir ki, “narahat olmayın hamısını özüm həll edib satacam”. Həmin vaxtı bilmişdir ki, Ziyəddin və Nihad xəstəxanadan çoxlu sayda kompyuter dəstləri, printerlər və digər tibbi avadanlıqlar da oğurlayıb pəncərənin qarşısına gətirib yığıblar. Onlara niyə görə əlavə əşyalar da oğurladıqlarını deyərək bu qədər şey oğurladıqlarına görə onları tapıb tutacaqlarını bildirmişdir. Ziyədin isə narahat olmamağı bildirmişdir. Ziyəddin bildirmişdir ki, əl izləri qalacaq ona görə də xəstəxanı yandıraq. Nihad isə ona etirazını bildirərək özünün və qohumlarının da həmin yataqxanada yaşadıqlarını bildirmişdir. Onlara bildirmişdir ki, bu işdə olmaq istəmir ona görə də çıxıb gedir. Həmin vaxtı Ziyəddin ondan heç olmasa yataqxananın yaxınlığından keçən asfalt yola çıxıb orada gözləməyini və gələn olarsa onlara xəbər etməyini xahiş edərək özlərinin də oğurladıqları əşyaları yerbəyer edib gələcəklərini bildirmişdir. O da onlara etiraz etməyərək yataqxananın yaxınlığından keçən maşın yolunun yanına gedərək orada gözləməyə başlamışdır. Təxminən yarım saat sonra Ziyəddinin əlində bir qara rəngli dolu sellofan torbada dərman tabletkaları, bir ədəd mikroskop aparatı, həmçinin Nihadın da əlində bir ədəd başqa bir mikroskop aparatı və sellofanın içərisində udilnitellər olduğunu görmüşdür. Onlara gülərək bildirmişdir ki, “elə götürdüyün əşyalar bunlardır, axı bunları nə edəcəyik”. Nihad isə ona gülə-gülə “qardaşın heç orda nəsə qoyar ki” demişdir. Oğurladıqları digər əşyaların harada olmasını soruşduqda Ziyəddin yataqxananın zirzəmisinə yığdıqlarını bildirmişdir. Bundan sonra Ziyəddinə xəstəxanada yatan dəlillərin dərmanlarını niyə görə götürdüyünü deyərək ona etiraz etmişdir. Ziyəddin isə həmin dərmanların narkotik tərkibli dərmanlar olduğunu deyib dərmanları satacağını bildirmişdir. Nihad bildirmişdir ki, əlində olan sellofan torbadakı udilnitelləri evlərinə qoyub dərhal qayıdır. Nihad həmin udilnitelləri götürüb yaşadığı evə aparıb təxminən 3-5 dəqiqə sonra qayıtmışdır. Ziyəddin əllərində olan mikroskopları və dərmanları yaşadıqları evin işləməyən hamamına aparıb gizlədəcəyini demişdir. Bundan sonra Ziyəddinin dediyi yerə getmişlər. Həmin vaxtı Nihad həmin hamamın taxta qapısından tullanıb içəri girmişdir. Ziyəddin isə mikroskopları və dərman dolu sellofan torbanı Nihada vermişdir. Nihad isə həmin əşyaları içəridə gizlətmişdir. Daha sonra Nihad içəri girdiyi yerdən aşaraq çölə çıxmışdır. Bundan sonra 5 saylı yataqxananın yaxınlığına qayıtmışlar. Nihad gedib oğurladıqları əşyalara baxmağı bildirmişdir. O isə getməyəcəyini bildirmişdir. Bundan sonra onlardan ayrılaraq evinə getmişdir. İki gün sonra Ziyəddin işlədiyi sexə gələrək oğurlayıb apardıqları mikroskopları çox baha qiymətə satacağını demişdir. Bunun ona aidiyyatı olmadığını və onu bu işə qatmamalarını bildirmişdir. Həmin günü 4-cu polis bölməsindən İbrahim adlı polis əməkdaşı onu çağıraraq həmin oğurluq hadisəsi ilə bağlı sorğu sual etmişdir. O isə heç nəyi etiraf etməyərək bu işdən məlumatının olmadığını bildirmişdir. 23 may 2023-cü il tarixdə 4-cü polis bölməsinin əməkdaşları onu polis bölməsinə aparmışlar. Orada məlum olmuşdur ki, Ziyəddin polis əməkdaşları tərəfindən tutulub və oğurlanmış əşyaların yerini polislərə göstərib. Polislər də həmin əşyaları tapıb götürmüşlər. Bundan sonra hər şeyi səmimi olaraq etiraf etmişdir. Oğurluğa gedərkən oradan stamotoloji otaqdan diş çəkən aparatının konmpressorunu oğurlamaq məqsədilə getmişlər. Ziyəddin həmin aparatı 2000 manata sata biləcəyini demişdir. Həmin vaxtı orada heç kim olmamış və onları heç kim görməmişdir. Həmin vaxtı onları hər hansı bir şəxs görməmişdir. Başqa heç bir oğurluq hadisəsi törətməmişdir (cild 01, iş vər. 94-96, 119-121). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı təzyiq altında qalaraq məcburi şəkildə ifadə vermişdir. O, İbrahim adlı polis əməkdaşını əvvəldən tanımışdır. İbrahimlə onun arasında bir qadınla bağlı problemlər yaranmışdır. İstintaq zamanı Ziyəddinlə onu üzləşdirməmişlər. Müstəntiq onu hadisə yerinə aparmış və şəkillərini çəkmişdir. Səhv etmirsə onlar hadisə yerinə gedən zaman yanlarında müdafiəçi də olmuşdur. Nihadla onun arasında üzləşmə keçirilməmiş, o, Nihadı tanımadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 234.4.1, 235.3.1 və 240.3.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi yataqxana 5, otaq 6-da anası X11 ilə birlikdə yaşayır. Halhazırda heç bir yerdə işləmir. Əsəb xəstəliyi olduğuna görə müalicə olunmuşdur. Təqsirləndirilən şəxs3 tanıyır. Ziyəddin ilə uşaqlıdan bir yerdə böyümüşlər. Ziyəddini Elgün kimi tanımışdır. Ziyəddin müharibə iştirakçısıdır. Ziyəddin ilə əvvəllər arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Aralarında səmimi münasibət olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 da tanıyır. Azər ilə də arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Azər 5 saylı yataqxananın həyətində fərdi evdə yaşayır. Yaşadığı yataqxananın birinci mərtəbəsində Sumqayıt Psixatriya xəstəxanasının gündüz stasionar şöbəsi yerləşir. Xəstəxananın pəncərəsi yataqxananın həyətinə açılır. 16 may 2023-cü il tarixdə yataqxananın həyətində olan məhəllə sakinlərindən gecə vaxtı xəstəxananın yataqxana tərəfə açılan pəncərəsinin dəmir barmaqlığının çıxarıldığını və içəridən kompyuter və printer dəstləri həmçinin tibbi avadanlıqlar oğurlanmasını eşitmişdir. Bu hadisədən bir neçə gün sonra 4-cü polis bölməsinin əməkdaşlarının xəstəxanadan oğurluq etdiklərinə görə Ziyəddin və Azəri polis bölməsinə apardıqlarını və onların oğurluq cinayətinin törədilməsində onun iştirak etdiyini dediklərini və polislərin onu axtardığını eşitmişdir. Polis əməkdaşlarının onu da tutacaqlarını başa düşdüyünə görə qaçaraq evə gəlməmiş və müxtəlif yerlərdə gizlənmişdir. 19 iyun 2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin 4cü polis bölməsinin əməkdaşları onu saxlayaraq polis idarəsinə gətirib təhvil vermişlər. Polislər onu saxlayan zaman Psixiatriya xəstəxanasından oğurluq etməyini bildirmişlər. O da polislərə heç bir oğurluq cinayəti törətmədiyini və oğurluq cinayətindən xəbəri olmadığını bildirmişdir. Sumqayıt şəhər psixiatriya xəstəxanasından oğurluq etmədiyini göstərmişdir. Ziyəddin onun oğurluq hadisəsinin törədilməsində iştirak etməsi bardə verdiyi ifadənin yalan olduğunu, Sumqayıt şəhər Psixiatriya xəstəxanasından oğurluq hadisəsi törədilməsində iştirakı olmadığını, Ziyəddin və Azər ilə birlikdə oğurluq etmədiyini, Ziyədinin onun barəsində danışdıqlarının şər və böhtan olduğunu, Azər adlı tanışının ümumiyyətlə olmadığını göstərmişdir. Həmçinin Azərin də onun oğurluq cinayətində iştirak etməsi barədə göstərdiklərinin yalan olduğunu, həmin oğurluqdan heç bir iştirakı və məlumatı olmadığını, Azərin danışdıqlarının şər və böhtan olduğunu, Azər və Ziyəddin ilə birlikdə psixiatriya xəstəxanasından oğurluq etmədiyini, Azər və Ziyəddinin özlərinin həmin xəstəxanadan hər hansı bir oğurluq etdikləri barədə isə heç bir məlumatı olmadığını göstərmişdir. Azər və Ziyəddin ilə arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Onların nə səbəbə onun əleyhinə ifadə verməklərinin səbəbini bilmir (cild 01, iş vər. 232- 235; cild 02, iş vər. 257-260; cild 03, iş vər. 217-218). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona verilən suallara cavab olaraq göstərmişdir ki, Ziyəddin və Azərlə onun arasında düşmənçilik və ədavət olmamışdır. Onu polis bölməsinə gətirdikdən sonra ona qarşı təzyiq və təsir olunmuş, bu barədə sadəcə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılan zaman bildirmişdir. Onun bədənində xəsarət izləri olmuşdur. O, cinayəti boynuna almamışdır. Hadisə vaxtı harada olduğunu xatırlamır. O, psixoloji problemləri ilə əlaqədar xəstəxanada yatmış və ona Ziyəddinin qardaşı köməklik etmişdir. O, məktəbdə travma almışdır. O, ibtidai istintaq zamanı cinayət hadisəsindən xəbərsiz olduğunu bildirmişdir. Polis əməkdaşları onu evdən aparmışlar. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası" X32 nümayəndəsi Nümayəndə2 ifadəsində göstərmişdir ki, onlara vurulan maddi ziyanın hamısı geri qaytarılmışdır, xəstəxana rəhbərliyinin təqsirləndrilən şəxslərə qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi göstərmişdir ki, dərmanların qiymətləndiriləməsində o iştirak etməmişdir. Bu barədə ekspertiza rəyi vardır. Xəstəxanada gündüz növbəsində iki nəfər, gecə növbəsində isə bir nəfər mühafizəçi işləyir. Mühafizəçilərin hansı saatlarda yoxlamaya çıxdığı barədə məlumatı yoxdur. X1 adlı şəxs çalışmır. Vasif adlı şəxs xəstəxanada mühasibdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi 8 saylı yataqxanada yaşayır. Təqsirləndirilən şəxs3 qardaşı oğludur. O, evdə olan zaman bir nəfər polis əməkdaşı ona zəng etmiş və arxa tərəfdə yerləşən köhnə hamamın qapısını açmasını xahiş etmişdir. O, deyilən yerə getmiş və qapını açmışdır. Qapı açılan zaman içəridə Ziyəddingilin oğurlayaraq gizlətdikləri əşyaları görmüşdür. Daha sonra açarı sahə rəisinə verərək evə qayıtmış, həmin yerdən nələrin çıxarıldığını görməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq şahid göstərmişdir ki, həmin yerdə polis əməkdaşı, bir nəfər qadın və Ziyəddin olmuşdur. Həmin ərazi ona aid deyil. Sahə rəisi həmin yerdə nələrinsə gizlədildiyini bildirmişdir. O, həmin yerdən nələrin çıxdığını görməmişdir. Onun uzun müddətdir ki, qardaşı oğlu Ziyəddinlə münasibətləri yoxdur. Həmin hamam Ziyəddingilə aiddir. Ziyəddingil artıq əşyalarını oraya yığırmışlar. Həmin yerin 2-3 ədəd açarı var. İstənilən şəxs açarsız oraya daxil ola bilməz. İbtidai istintaq zamanı ifadə verərkən ona qarşı heç bir təsir və təzyiq olunmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni oxuyub oxumadığını xatırlamır. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi 8 saylı yataqxanada yaşayır. Təqsirləndirilən şəxs3 qardaşı oğludur. Ziyəddin anası və qardaşı ilə birlikdə həmin yataqxanada yaşayır. Qohum kimi Ziyəddinlə aralarında heç bir ədavət və dümənçilik yoxdur. Aralarında səmimi münasibət vardır. X27 müharibəsində iştirak etdikdən sonra döyüşdə yaralanmışdır. Ona görə də müəyyən psixoloji problemləri vardır. Həmin yataqxananın həyətində yataqxana sakinləri üçün tikilmiş hamam vardır. Lakin uzun illərdir ki, həmin hamam fəaliyyət göstərmir və içərisi boşdur. Həmin yer yataqxananın arxa tərəfindədir və hamamın yerləşdiyi yerin taxta materialından qapısı vardır. Hamamın özünün isə qapısı yoxdur. 2023-cü ilin may ayının ortalarında yaxınlıqda yerləşən Sumayıt şəhər Psixiatriya xəstəxanasmdan oğurluq olmasını eşitmişdir. 23 may 2023-cü il tarixdə axşam saatlarında Sərdar adlı polis əməkdaşı ona zəng edərək həmin hamamın yerləşdiyi yerə gəlməyini xahiş etmişdir. Həmin yerə gəldikdən sonra polis əməkdaşları və Ziyəddinin orda olmasını görmüşdür. Həmin vaxtı yanlarında qadın da olmuşdur. Polis əməkdaşlarının deməsindən məlum olmuşdur ki, Ziyəddin iki nəfər dostu ilə birlikdə Psixiatriya xəstəxanasından oğurluq etmişdir və oğurladıqları əşyalardan bəzilərini həmin hamama gətirərək orada gizlətmişdir. Həmin yerin bayır qapısını açmış və polislər Ziyəddin ilə birlikdə içəriyə daxil olmuşlar. O da kənardan baş verənləri izləmişdir. Az sonra polislər içəridən bir ədəd qara rəngli sellofan torbanın içərisində çoxlu sayda dərman preparatları və iki ədəd mikroskop aparatı çıxardıqlarını görmüşdür. Bundan sonra polis əməkdaşları fotoşəkillər çəkmişdir. Daha sonra isə aşkar olunmuş mikroskop və dərman preparatlarını Ziyəddin ilə birlikdə aparmışlar. Həmin tikilinin heç bir sənədi yoxdur. Əvvəllər hamam kimi istifadə olunsa da, sonradan fəaliyyətini dayandırmışdır. Uzun illərdir ki, həmin tikiliyə o, nəzarət edir. Təqsirləndirilən şəxs3 həmin yerdə oğurladıqları dərman preparatları və mikroskopları gizlətmələrindən məlumatı olmamışdır. Bu haqda polis əməkdaşları onu çağırdıqdan sonra hadisə yerinə gələrkən bilmişdir (cild 01, iş vər. 79-80). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona verilən suallara cavab olaraq göstərmişdir ki, o, hamamdan mikroskop və dərman preparatlarının çıxarıldığını görməmişdir. O, hamamdan nələrin aşkar olunduğunu görməmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə, saat 08:58-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102-i xidmətindən Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə Sumqayıt Şəhər Psixatriya Xəstəxanasının baş həkimi X12 şöbənin komputer dəstlərinin, rentgen laboratoriya avadanlıqlarının və stomatologiya kabinetinin avadanlıqlarının oğurlanması barədə məlumatı daxil olmuşdur (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Ərizə”dən görünür ki, Nümayəndə1 Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 15:00-dan xx.xx.2023-cü il tarixdə saat 08:00 radələrinə qədər olan vaxt ərzində naməlum şəxs və ya şəxslər onun baş həkimi olduğu Sumqayıt Şəhər Psixatriya Xəstəxanasının gündüz stosionar şöbəsinə daxil olaraq oradan komputer dəstlərini və digər bir sıra avadanlıqları oğurlamışdır (cild 01, iş vər. 06). Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Psixatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 161 nömrəli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının gündüz stasionar şöbəsində oğurluq hadisəsi baş vermişdir. Gündüz stasionarının iş rejimi: 09:00-15:00. Oğurluq hadisəsinin baş verməsi səhər saatlarında təqribən 08:20 radələrində işçi tərəfindən şöbənin çöl qapısı açıldıqdan sonra məlum olmuşdur. Bununla əlaqədar dərhal hüquq və mühafizə orqanlarına məlumat verilmişdir. Oğurlanmış mal-materiallar və avadanlıqlar barədə akt tərtib edilmişdir (cild 01, iş vər. 08). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Akt”dan görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının gündüz stasionar şöbəsindən aşağıda göstərilən adda mal-material və avadanlıqlar oğurlanmışdır: Məhsulun adı Ölçü Miqdarı Vahidinin vahidi qiyməti (Azn)
1. ədəd 3 1300,00 Kompyuter (dəst) (printerlə birlikdə)
2. Kompyuter HP ProOne 440G5 AİO ədəd 2 2220,76 Memory/256GBM.2 2280 Keyboard /HP X33 USB/ Line İnteractive UPS ilə birlikdə
3. Kompyuter + monitor dəsti ədəd 1 1559,96
4. HP 205 G4 24 All-in-One PC FreeDOS ədəd 1 1902,16 SODİMM Memory/SSD 128G 2280 Keyboard /HP X33 USB AR Tronic 600Line İnteractive UPS Sungle-
5. Phase ədəd 1 165,2
6. HP LaserJet MFP M130nw Printer A4 ədəd 1 890,9
7. Elektron imza ədəd 1 58,0
8. Elektrik suqaynadan (Tefal) ədəd 1 46,0
9. Tanometr + fonendoskopla ədəd 1 94,0
10. BactoSfera ORBB 15X3 Gorizont Vertikal ədəd 1 767,0 MAX EFFECT bakterisid resirkulyator
11. PURELL Dispenser 1920-04LTX-12 təzə ədəd 1 159,30
12. model uzadıcı Elektrik ədəd 7 Laborotoriya otağı
13. Monokulyar mikroskop ədəd 1 370,00
14. Mikroskop, binokulyar, hallogen ilıq ilə 45 ədəd 1 2465,02 dər. əyilmə, horizontal fırlanma+genişsahəli okulyar 1820
15. Hematoloji analizator, 20 parametri, ROW- ədəd 1 19470,00 SD, p-LCR, müayinə üçün 15,7 ul qan nümunəsi, 50test/sat. Yaddaşda olan məlumatın USB-yə
16. Qan qarışdırıcı-MİXES SM-100 ədəd 1 525,10
17. Urisys 1100 Ekspress sidik analizatoru ədəd 1 2596,0
18. Sentifuqa HN-SB02C (LC-04C) Hinotek ədəd 1 2173,56
19. Sidik analizatoru Kombiskom ədəd 1 2500,0 Stomatoloji otaq
20. Kompressor ədəd 1 800.0
21. Düz və əyri ucluqları (stom.kreslonun) dəst 1 200.0
22. Terapevtik alətlər dəst 1 200.0
23. Elektrik drel (şəxsi) ədəd. 1 80.0 Dərman (Ehtiyat şkaf)
24. Relanium (Diazepam) amp 2 0.59 (cild 01, iş vər. 10, 39). Cinayət işinin materiallarında olan “Hadisə yerinə baxış barədə” 16 may 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Sumqayıt şəhəri Psixiatriya Xəstəxanasının gündüz Stasionar şöbəsində baş vermişdir. Baxış keçirilən zaman ekspert kriminalist tərəfindən əl barmaq izləri götürülmüşdür. Baxış keçirilməsi prosesində iştirak edən xəstəxananın baş həkimi Nümayəndə1 oğurluq hadisəsi baş verdiyi yerləri göstərmişdir (cild 01, iş vər. 14-21). Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Psixatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 174 nömrəli məktubundan görünür ki, zərərçəkmiş şəxs Sumqayıt Şəhər Psixatriya Xəstəxanasının mənafeyini təmsil etmək və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində baş həkim X20 iştirak etmişdir (cild 01, iş vər. 31). Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində ifadəsinin yerində yoxlanması haqqında 23 may 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, sonuncu ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha təsdiq edərək tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Psixiatriya Xəstəxanasının gündüz stasionar şöbəsinin pəncərəsinin dəmir barmaqlığını çıxardaraq oradan içəriyə daxil olduqlarını və oğurladıqları əşyaları həmin pəncərədən bayıra çıxartdıqlarını, həmin əşyalardan bir ədəd kompressorun pəncərədən aşağı düşürülməsinə köməklik etdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurladıqları həmin əşyaları yataqxananın zirzəmisinə daşıyaraq oraya yığdıqlarını, iki ədəd mikroskop aparatı və dərman preparatalarını isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun əmisi Şahid məxsus köhnə tikilinin içərisinə aparıb yığdıqlarını göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı yataqxananın zirzəmisindən Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının gündüz stasionar şöbəsindən oğurlanmış 3 ədəd kompyuter dəsti printerlə birlikdə, 2 ədəd Kompyuter HP ProOne 440G5 AİO Memory /256GBM.2 2280 Keyboard /HP X33 USB/ Line İnteractive UPS ilə birlikdə, Kompyuter + monitor dəstininin, bir ədəd HP 205 G4 24 All-in-One PC FreeDOS SODİMM Memory/SSD 128G 2280, Keyboard /HP X33 USB-ni, AR Tronic 600Line İnteractive UPS Sungle-Phase qurğusunu, bir ədəd HP Laser Jet MFP M130nw Printer A4 LaserJet/Print, bir ədəd elektron imza, tefal markalı elektrik suqaynadanı, bir ədəd Tanometr + fonendoskopu, 1 ədəd BactoSfera ORBB 15X3 Gorizont Vertikal MAX EFFECT bakterisid resirkulyatorun, bir ədəd PURELL Dispenser 1920-04LTX-12 təzə modeli, bir ədəd Hematoloji analizator, 20 parametri, ROW-SD, p-LCR, müayinə üçün 15,7 ul qan nümunəsi, 50test/sat. Yaddaşda olan məlumatın USB-yə köçürülmə imkanı. Sensorlu ekran. Mythic, bir ədəd Qan qarışdırıcı-MİXES SM-100, bir ədəd Urisys 1100 Ekspress sidik analizatoru, bir ədəd Sentifuqa HN-SB02C (LC-04C) Hinotek, bir ədəd Sidik analizatoru Kombiskom, bir ədəd kompressoru, stomatoloji kresolya aid düz və əyri ucluqları, terapevtik alətləri, bir ədəd elektrik dreli aşkar edilmişdir. Bundan başqa ifadənin yerində yoxlanılması zamanı Şahid məxus köhnə tikilinin içərisindən isə bir ədəd mikroskop, binokulyar, hallogen ilıq ilə 45 dər. əyilmə, horizontal fırlanma+genişsahəli okulyar 1820 və bir ədəd qara rəngli sellofan torbada dərman preparataları aşkar edilmişdir (cild 01, iş vər. 61-65). Cinayət işinin materiallarında olan “Götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs3 ifadəsi yerində yoxlanılan zaman aşkar edilmiş 3 ədəd kompyuter dəsti printerlə birlikdə, 2 ədəd Kompyuter HP ProOne 440G5 AİO Memory /256GBM.2 2280 Keyboard /HP X33 USB/ Line İnteractive UPS ilə birlikdə, Kompyuter + monitor dəstininin, bir ədəd HP 205 G4 24 All-in-One PC FreeDOS SODİMM Memory /SSD 128G 2280, Keyboard /HP X33 USB-ni, AR Tronic 600Line İnteractive UPS Sungle-Phase qurğusunu, bir ədəd HP Laser Jet MFP M130nw Printer A4 LaserJet/Print, bir ədəd elektron imza, tefal markalı elektrik suqaynadanı, bir ədəd Tanometr + fonendoskopu, 1 ədəd BactoSfera ORBB 15X3 Gorizont Vertikal MAX EFFECT bakterisid resirkulyatorun, bir ədəd PURELL Dispenser 1920-04LTX-12 təzə modeli, bir ədəd Hematoloji analizator, 20 parametri, ROW-SD, p- LCR, müayinə üçün 15,7 ul qan nümunəsi, 50test/sat. Yaddaşda olan məlumatm USB-yə köçürülmə imkanı. Sensorlu ekran. Mythic, bir ədəd Qan qarışdırıcı-MİXES SM-100, bir ədəd Urisys 1100 Ekspress sidik analizatoru, bir ədəd Sentifuqa HN-SB02C (LC-04C) Hinotek, bir ədəd Sidik analizatoru Kombiskom, bir ədəd kompressoru, stomatoloji kresolya aid düz və əyri ucluqları, terapevtik alətləri, bir ədəd elektrik dreli aşkar edilmişdir. Bundan başqa ifadənin yerində yoxlanılması zamanı Şahid məxus köhnə tikilinin içərisindən isə bir ədəd Mikroskop, binokulyar, hallogen ilıq ilə 45 dər. əyilmə, horizontal fırlanma+genişsahəli okulyar 1820 və bir ədəd qara rəngli sellofan torbada dərman preparatalan qablaşdırılaraq götürülmüşdür (cild 01, iş vər. 68-70). Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində ifadəsinin yerində yoxlanması haqqında 24 may 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, sonuncu ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha təsdiq edərək tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Psixiatriya Xəstəxanasının gündüz stasionar şöbəsinin pəncərəsinin dəmir barmaqlığını çıxardaraq oradan içəriyə daxil olduqlarını, özünün isə pəncərənin yaxınlığında dayanaraq ətrafı müşahidə etdiyini, bir qədər sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şöbənin içərisindən kompyuter dəstləri, printer və tibbi avadamnlıqlan daşıyaraq pəncərənin önünə gətirdiklərini, həmin vaxtı asfalt yola çıxaraq orada gözlədiyini, az sonra sonuncuların əllərində sellofan torbada dərman preparatları və iki ədəd mikroskop gətirdiklərini, həmin əşyaları Təqsirləndirilən şəxs3 əmisi Şahid məxsus köhnə tikilinin içərisinə apararaq Nihad və Ziyəddinin həmin əşyaları tikilinin içərisinə yığdıqlarını göstərmişdir (cild 01, iş vər. 99-102). Cinayət işinin materiallarında olan “Üzləşdirmə keçirilməsi haqqında” 24 may 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə keçirilmiş, sonuncu ifadəsində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs3 üzünə qarşı deyib oğurluq etmək barədə qabaqcadan razılaşdıqlarını, onun Təqsirləndirilən şəxs2la birlikdə stasionar şöbənin pəncərəsindən içəriyə daxil olduqlarını, özünün isə bayırda gözlədiyini bildirərək bir daha təsdiq etmişdir (cild 01, iş vər. 103-106). Cinayət işinin materiallarında olan 20514 nömrəli “Arayış”dan görünür ki, Təqsirləndirilən şəxs3 gərginlik tip sefalgiya, asentik təzahürlər, sol gözün sadə miopik astiqmatizmi Em və M 2,2D nəticəsində görmə itiliyinin 0,6-ya qədər azalması, korreksiya ilə 1,0 olmaqla, sağ gözün görmə itiliyi 1,0 olmaqla birinci dərəcəli dişləm anomaliyası diaqnozu qoyulmuşdur (cild 01, iş vər. 135). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs3 döyüş zonasında postravmatik ensefalopatiya anamnezində kəllə-beyin travması almışdır (cild 01, iş vər. 136-137). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-11/2-6566/2023 nömrəli məktubundan görünür ki, tədqiqata təqdim edilmiş əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərdən 02 ədədi (ADİS-in məlumat bankına Abşeron RPİ-dən daxil olan) xx.xx.2001-ci ildə Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs3 sağ əlinin orta (02 dəfə, №2 və 5, hər iki iz karton qutu üzərindən götürülüb) barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Digər eynilik müəyyən edilməmişdir (cild 01, iş vər. 185-186). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-11/2-7193/2023 nömrəli məktubundan görünür ki, aparılmış müqayisəli molekulyar-genetik tədqiqat nəticəsində təqdim edilmiş 02 ədəd tibbi əlcəyin üzərində olan bioloji mənşəli materialların Təqsirləndirilən şəxs3 məxsus olması müəyyən edilmişdir (cild 01, iş vər. 213). Cinayət işinin materiallarında olan X14 Tibbi Kartından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 baş-beyin silkələnməsi, sağ alın, gicgah və almacıq nahiyyəsi yumşaq toxumaların əziyi. OD-travmatik konyuktiv diaqnozu qoyulmuşdur (cild 01, iş vər. 236). Cinayət işinin materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 23 iyun 2023cü il tarixli 6/3207 saylı rəyindən görünür ki, ekspertiza tədqiqata təqdim olunan preparatlarının tərkibi (təsiredici maddələri) barədə məlumat 1 saylı cədvəldə göstərilmişdir. Həmin cədvəldə göstərilən təsiredici maddə - Triheksifenidil («ЦИКЛОДОЛ ГРИНДЕКС») və Levomepromazin («ТИЗЕРЦИН») 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahıları”na, Diazepam («ДИАЗЕПЕКС»), Fenazepam («ФЕНЗЕПИН»), Alprazolam («ЗОЛОМАКС»), Klonazepam («КЛОНАЗЕПАМ») 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısı”na daxildir və bu maddələrin miqdarları da cədvəldə göstərilmişdir. 1 saylı cədvəldəki digər obyektlərin tərkibində 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorlann siyahıları”na və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahıları”na, habelə “Zəhərli maddələrin siyahıları”na daxil olan maddələr müəyyən edilmədi (cild 02, iş vər. 81-84). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 26 iyul 2023cü il tarixli 4739 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 02, iş vər. 85-86). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 26 iyul 2023cü il tarixli 4747 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 02, iş vər. 87-88). Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 avqust 2023-cü il tarixli 9/4240 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş müxtəlif adda dərman preparatlarının nəzərə alınmaqla 2023-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 993,55 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adlan və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir (cild 02, iş vər. 90-94). Cinayət işinin materiallarında olan məhkəmə genetik ekspertizasının 02 avqust 2023-cü il tarixli 23/628 R nömrəli rəyindən görünür ki, ekspertiza nəticəsində, xx.xx.2023cü il tarixdə Sumqayıt şəhəri, Ruhi-əsəb dispanserində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 02 (iki) ədəd tibbi əlcək və 01 (bir) ədəd parça maska üzərində olan bioloji mənşəli materialların Təqsirləndirilən şəxs3 (xx/xx/2001 Sumqayıt ş) (Sumqayıt ŞPİ-nin xx.xx.2023-cü il tarixli, 3-13-58/2-23013/2023 №-li məktubu ilə) məxsus olduğu müəyyən edildi (eyni yumurta əkizi istisna olmaqla). Həmçinin ekspertiza nəticəsində müəyyən edildi ki, təqdim edilmiş 01 (bir) ədəd şərf üzərində molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcud deyildir və deqradasiya əlamətləri müşahidə edilir. Bu səbəbdən təqdim edilmiş 01 (bir) ədəd şərf üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi mümkün olmadı (cild 02, iş vər. 95-100). Cinayət işinin materiallarında olan məhkəmə daktiloskopik ekspertizasının 29 iyul 2023-cü il tarixli 23/614 nömrəli rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının baş həkimi Nümayəndə1 ərizəsi əsasında həmin xəstəxanada baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 09 ədəd kağız parçasının üzərinə yapışdırılmış 10 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərində olan 18 ədəd əl barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əl barmaq izi xx.xx.2001-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs3 sağ əlinin orta barmağı (02 dəfə) ilə, 09 ədədi isə xx.xx.1977-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş X5 əlinin böyük şəhadət (02 dəfə), orta, adsız (04 dəfə) və çeçələ barmaqları ilə eynilik müəyyən edilmişdir. Digər eyniliklər müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus əl barmaq əksləri ADİS- in məlumat bankında mövcud olmadığı üçün müqayisəli tədqiqatın aparılması mümkün olmamışdır (cild 02, iş vər. 101-111). Cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 26 iyul 2023-cü il tarixli 2064 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və İctimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hərəkətləri CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 özünə və ətrafmdakılanma zərər yetirmək təhlükəsi yoxdur (cild 02, iş vər. 178-180). Cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 26 iyul 2023-cü il tarixli 2063 sayh rəyindən görünür ki, yoxlanılan şəxş Təqsirləndirilən şəxs3 hal-hazırda "ÜZVİ (TRAVMA MƏNŞƏLİ) ŞƏXSİYYƏT POZUNTUSU" F.07.0 müəyyən edilir. Təqsirləndirilən şəxs3 müəyyən edilən üzvi şəxsiyyət pozuntusu ictimai təhlükəli əməli törətdiyi zaman o dərəcədə ifadə olunmayıb ki, onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs3 qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs3 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs3 əməli CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs3 hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 hazırki vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs3 hazırki psixi vəziyyətinə görə özünə və ətrafındakılarına zərər yetirmək təhlükəsi yoxdur (cild 02, iş vər. 181-183). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 06 sentyabr 2023-cü il tarixli 5711 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 03, iş vər. 19-20). Cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 06 sentyabr 2023-cü ü tarixli 2552 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 əməli CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 özünə və ətrafmdakılarına zərər yetirmək təhlükəsi yoxdur (cild 03, iş vər. 72-74). Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 yanvar 2024-cü il tarixli 9/9992 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların 2023-cü ilin may ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 36391 manat müəyyən olunur. Qərarda və cədvəlin 1-3- 19-20-21-22-23-cü bəndində göstərilən mallar haqqında ətraflı məlumat (modeli, markası, istehsal ili, istehsal yeri) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı (cild 03, iş vər. 95-98). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində CM-nin 180-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş (cild 03, iş vər. 248-278). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş məhkumun tibbi kitabçanından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə 3 saylı istintaq Təcridxanasına daxil olmuşdur. Təlimata uyğun olaraq ilkin tibbi müayinədən keçirilərkən təqsirləndirilən şəxs xəsarət aldığını bildirmiş, tibbi baxış zamanı hər iki saidin müxtəlif nahiyələrində sıyrılmış qətməkli yaralar, sağ böyrək fraksiyasında, belin sağ tərəfində qərtməkli yara, hər iki sağrı nahiyəssində və hər iki baldırın ön səthində qərtməkli yaralar aşkar edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində aşkar olunan xəsarətlərlə bağlı 3 saylı İstintaq Təcridxanasından daxil olmuş məlumat əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırılma aparılmış, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı sonuncunun qeyd etdiyi xüsusatlar öz təsdiqini tapmadığından, cinayət işinin başlanması rədd edilmişdir (cild 03, iş vər. 119- 120). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl həyata keçirilən prosessual hərəkətlər zamanı cinayətprosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. CM-in 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət sayılır və həmin əməli törətməkdə təqsirli bilinən şəxs üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Habelə, CM-in 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrinə əsasən eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir. Oğurluq, soyğunçuluq, quldurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar. CM-in 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Oğurluq, soyğunçuluq, quldurluq edən şəxsin məqsədi xeyli miqdarda özgə əmlakını ələ keçirmək olduğu halda, onun iradəsindən asılı olmayan səbəblərdən faktiki ələ keçirilən əmlak xeyli miqdardan az olarsa, müvafiq olaraq əməllər Cinayət Məcəlləsinin 29-cu maddəsinə istinad olunmaqla xeyli miqdarda ziyan vurmaqla oğurluğa cəhd kimi Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə, xeyli miqdarda soyğunçuluğa cəhd kimi Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə və başa çatmış quldurluq kimi Cinayət Məcəlləsinin 181.2.4-cü maddəsi ilə tövsif edilməlidir. Bu zaman faktiki olaraq talanmış əmlakdan çıxış etməklə əməlin həm də bitmiş oğurluq və ya soyğunçuluq, yəni başa çatmış və başa çatmayan cinayətlərin məcmusu kimi tövsfi edilməsinə ehtiyac yoxdur. Yalnız şəxsin faktiki ələ keçirdiyi özgə əmlakının məbləği cinayətkar məqsədlə ehtiva olunan məbləğdən az olsa da, “xeyli miqdarda ziyan”ın hüdudlarında olduqda, məsələn təqsirkar əlli min manat məbləğində özgə əmlakını ələ keçimək məqsədi ilə oğurluq, soyğunçuluq etdiyi halda faktiki olaraq otuz min manat məbləğində ziyan vurduqda, əməl cinayətə cəhd və yaxud başa çatmış və başa çatmayan cinayətlərin məcmusu kimi deyil, faktiki ələ keçirilmiş məbləğə görə başa çatmış xeyli miqdarda ziyan vurmaqla oğurluq və yaxud xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Sözügedən qərarın 11-ci bəndinə əsasən isə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi deyildiyində bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. CM-in 235.3.1-ci maddəsinə əsasən narkotik vasitələri və ya psixotrop maddələri talama və ya hədə-qorxu ilə tələb etmə cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 19-cu bəndinə əsasən, narkotik vasitələri, psixotrop maddələri və prekursorları talama dedikdə, bu maddələrin oğurluq, soyğunçuluq, quldurluq, dələduzluq, mənimsəmə və israf etmə yolu ilə qanuni və ya qanunsuz olaraq onlara sahiblik edən fiziki və ya hüquqi şəxsin və ya hüquqi şəxs olmayan hər hansı bir digər qurumun sahibliyindən çıxarılaraq təqsirkarın və ya mənafeyi üçün hərəkət etdiyi digər şəxsin sahibliyinə keçirilməsi başa düşülməlidir. Şəxsin talamaqla və ya hədə-qorxu ilə tələb etməklə ələ keçirdiyi narkotik vasitəni, psixotrop maddəni və ya prekursoru istər satış məqsədi olmadan saxlaması, emal etməsi, daşıması, istərsə də satış məqsədi ilə eyni əməlləri törətməsi, eləcə də həmin predmetləri göndərməsi və ya satması CM-in 235-ci maddəsində, habelə satış məqsədinin olubolmamasından asılı olaraq CM-in 234.1-ci (234.1.-1-ci) və ya 234.2-ci (prekursorlara münasibətdə isə 234.3-cü) maddəsində nəzərdə tutulmuş cinayətlərin məcmusu qaydasında tövsif olunmalıdır. CM-in 240.3.2-ci maddəsinə əsasən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri külli miqdarda satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma cinayəti dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 24-cü bəndinə əsasən CM-in 240-cı maddəsində nəzərdə tutulmuş güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsi üzrə cinayətlərin tərkibinin olubolmaması müəyyən edilərkən nəzərə alınmalıdır ki, CM-in 240.1-ci maddəsində və ya 240.1-1-ci maddəsində təsbit edilən müvafiq olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan zəhərli maddələri qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma, göndərməyə görə cinayət məsuliyyəti yalnız həmin əməllər satış 32 məqsədi ilə törədildikdə və ya şəxs həmin maddələri, yaxud onları hazırlamaq, emal etmək üçün avadanlığı qanunsuz satdıqda yaranır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hər birinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 234.4.1, 235.3.1 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin ifadələri, ekspert rəyləri, ifadənin yerində yoxlanması, üzləşdirmə istintaq hərəkətinin protokolları, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onlara qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxslər tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən edilən təzyiqlər nəticəsinə məcbur qalıb oğurluq cinayətini törətməsinə dair etirafedici ifadə verdiyini bildirmişdir ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə münasibətdə qeyd edir ki, əvvəla Təqsirləndirilən şəxs1 həm şübhəli şəxs qismində saxlanılarkən və daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də sözügedən oğurluq cinayətini törətməməsi barədə heç bir söz deməmişdir ki, məhkəmə bu halın müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətindədir. Digər tərəfdən, onun qeyd etdiyi xüsusatlar Sumqayıt şəhər prokurorluğunda araşdırılmış, lakin öz təsdiqini tapmadığından, xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar hazırda qüvvədədir və müdafiə tərəfindən mübahisələndirilməmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 hadisə törədilən vaxt bir xanım və iki dostu ilə Sumqayıt şəhəri ərazisində yox, Ceyranbatan qəsəbəsi ərazisində olduğunu bildirmişdir ki, bununla bağlı onun verdiyi ifadəsinə münasibətdə vurğulanmalıdır ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə məxsus mobil telefon nömrəsinə dair anten dairə məlumatları əldə olunaraq tədqiq olunmuşdur. Anten dairə məlumatlarına əsasən Təqsirləndirilən şəxs1 mobil telefon nömrəsi cinayət törədilən ərəfədə Sumqayıt şəhəri ərazisində istifadə olunmuşdur. Həmin anten dairə məlumatlarının Ceyranbatan qəsəbəsi ərazidə göstərməsi halı mövcud olmamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Nihat Həmzətov da məhkəmə istintaqında məhkəməyədək icraat dövründə polis əməkdaşları tərəfindən təsir və təzyiqlərə məruz qaldıqlarını bildirsələr də, həmin xüsusatlar iş materialları ilə təsdiqini tapmamışdır. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər ümumilikdə məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadələrin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, təqsirləndirilən şəxslərə elan olunan ittihamın əsasına məhz onların ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Məhkəmə istintaqı zamanı dindirilən Şahid ifadəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin şəxs Təqsirləndirilən şəxs3 əmisidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin şəxsin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin xeyrinə ifadə verməsi anlaşılandır. Odur ki, məhkəmə həmin ifadəyə də tənqidi yanaşır və şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, təqsirləndirilən şəxslərə elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Təqsirləndirilən şəxslər barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Cinayət işinin materiallarında olan Azərbaycan Vətən Müharibəsi X10 84952 nömrəli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs3 AVMVİB-nin üzvü, 2-ci qrup müharibə əlilidir (cild 01, iş vər. 133). Cinayət işinin materiallarında olan vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 “Suqovuşanın azad olunmasına görə” və “X15 medalı” ilə təltif olunmuşdur (cild 01, iş vər. 134). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X32 19 iyun 2023-cü il tarixli 652 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1- 118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq Təqsirləndirilən şəxs3 Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr tərəfindən müayinə olunub. Fəlakət-müharibə keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, anamnezində psixotik əlamətlər diaqnozu qoyulmuşdur (cild 03, iş vər. 175). Cinayət işinin materiallarına əlavə edilmiş AA seriyalı 429836 nömrəli X17 görünür ki, Təqsirləndirilən şəxs3 Qubadlı rayonundan məcburi köçkündür. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Vətən Müharibəsi X10 72657 nömrəli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs3 qardaşı X7 AVMVİB-nin üzvüdür. Cinayət işinin materiallarına əlavə edilmiş vəsiqələrin surətindən görünür ki, X7 “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “X15 medalları” ilə təltif olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın 146784 nömrəli vəsiqəsindən görünür ki, X7 müharibə veteranıdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X7 Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda üçüncü dərəcəli əlil olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş 1476 nömrəli X8 görünür ki, X2 mülayim dərəcədə ifadə olunmuş şəxsiyyət pozuntusu, davranış pozuntuları diaqnozu qoyulmuşdur. Həmin travma hərbi travmadır və hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs3 Vətən müharibəsində iştirak etməklə müxtəlif medallarla təltif olunmasını, 2-ci qrup müharibə əlili olmasını, müharibədən sonra onda davamlı şəxsiyyət dəyişikliyi, şəxsiyyət pozuntusu müəyyən edilməsini, məcburi köçkün olmasını, zərərçəkmiş hüquqi şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını, o cümlədən, təqsirləndirilən şəxsin qardaşının da Vətən müharibəsində iştirak etməklə müxtəlif medallarla təltif olunmasını və 3-cü qrup müharibə əlili olmasını CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır (cild 03, iş vər. 27). CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi ilk növbədə Təqsirləndirilən şəxs3 hansı növ cəzanın təyin olunması ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, ona hazırki halda yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədinə nail oluna bilər. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 sözügedən cinayətlərin törədilməsində fəal iştirak etmiş, o cümlədən cinayətin törədilməsinin təşəbbüskarı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, məhz bu halda Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə növündə cəza çəkərsə islah oluna və gələcəkdə cəmiyyətə məhz islah olunmuş formada dönə bilər. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, çoxlu sayda cəzanı yüngülləşdirən halların mövcudluğu əsas verir ki, Təqsirləndirilən şəxs3 barəsində təyin olunancaq azadlıqdan məhrum etmə növündə cəzanın həddi onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi və Cinayət Məcəlləsinin 235.3.1-ci maddəsinin sanksiyası çərçivəsində deyil, daha az həddə müəyyən edilsin. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Cinayət Məcəlləsinin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası bu qənaətə gələrkən təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, məcburi köçkün olmasını, Vətən müharibəsində iştirak etməklə müxtəlif medallarla təltif olunmasını, 2-ci qrup müharibə əlil olmasını, müharibədən sonra onda davamlı şəxsiyyət dəyişikliyi, şəxsiyyət pozuntusunun müəyyən edilməsini, o cümlədən, qardaşının Vətən müharibəsində iştirak etməklə müxtəlif medallarla təltif olunmasını və 3-cü qrup müharibə əlili olmasını, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanın ödənilməsini və zərərçəkmiş hüquqi şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını, məcburi köçkün olmasını, əməlində cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alır və Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddindən də az cəzanın təyin edilərək islah olunmasını mümkün sayaraq, barəsində təqsirli bilindiyi CM-in 234.4.1 və 235.3.1-ci maddələrinə münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az həddə təyin edilməsini, o cümlədən təyin olunan həmin cəzaların da qismən toplanılmaqla Təqsirləndirilən şəxs3 cinayətlərin məcmusu ilə qəti azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 03, iş vər. 28-29). Məhkəmə zərərçəkmiş hüquqi şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini nəzərə alaraq, həmçinin CM-in 60-cı maddəsinin tələblərini əsas götürərək (təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə münasibətdə) ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını, o cümlədən təyin olunan həmin cəzaların da qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu ilə qəti azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkilməklə islah oluna bilər və yalnız bu halda cəza öz məqsədinə nail ola bilər. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 03, iş vər. 30-31). Məhkəmə zərərçəkmiş hüquqi şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, daha əvvəl də qəsdən cinayət əməli törətməyə görə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını, lakin bundan nəticə çıxarmamasını, üzərində məhkumluğun olmasını nəzərə alaraq, həmçinin CM-in 60-cı maddəsinin tələblərini əsas götürərək (təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə münasibətdə) ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını, o cümlədən təyin olunan həmin cəzaların da qismən toplanılmaqla Nihat Həmzətova cinayətlərin məcmusu ilə qəti azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkilməklə islah oluna bilər və yalnız bu halda cəza öz məqsədinə nail ola bilər. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 52). Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində xx.xx.2023-cü il tarixədək “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 160-163). Cinayət işinin materiallarında olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 02, iş vər. 166-167). Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs3 CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında olduğu 02 (iki) ay 25 (iyirmi beş) gün müddət cəzasına hesablanmaqla ona təyin edilmiş qəti azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, cəzasının başlanğıcı isə hökm çıxarıldığı tarixdən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında həbs olunmalı, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 88). Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 157- 159). Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzasının başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işinin materiallarında olan “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə polis əməkdaşları tərəfindən tutularaq Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə təhvil verilmişdir (cild 01, iş vər. 216). Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 02, iş vər. 34-36). Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs2 CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzasının başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 3 ədəd kompyuter dəsti printerlə birlikdə, 2 ədəd Kompyuter HP ProOne 440G5 AİO Memory /256GBM.2 2280 Keyboard /HP X33 USB/ Line İnteractive UPS ilə birlikdə, Kompyuter + monitor dəstininin, bir ədəd HP 205 G4 24 All-in-One PC FreeDOS SODİMM Memory /SSD 128G 2280, Keyboard /HP X33 USB-ni, AR Tronic 600Line İnteractive UPS Sungle-Phase qurğusunu, bir ədəd HP Laser Jet MFP M130nw Printer A4 LaserJet/Print, bir ədəd elektron imza, tefal markalı elektrik suqaynadanı, bir ədəd Tanometr + fonendoskopu, 1 ədəd BactoSfera ORBB 15X3 Gorizont Vertikal MAX EFFECT bakterisid resirkulyatorun, bir ədəd PURELL Dispenser 1920-04LTX-12 təzə modeli, bir ədəd Monokulyar mikroskopun, bir ədəd Mikroskop, binokulyar, hallogen ilıq ilə 45 dər. əyilmə, horizontal fırlanma+genişsahəli okulyar 1820, bir ədəd Hematoloji analizator, 20 parametri, ROW- SD, p-LCR, müayinə üçün 15,7 ul qan nümunəsi, 50test/sat. Yaddaşda olan məlumatın USB-yə köçürülmə imkanı, sensorlu ekran, Mythic, bir ədəd qan qarışdırıcı-MİXES SM-100, bir ədəd Urisys 1100 Ekspress sidik analizatoru, bir ədəd Sentifuqa HN-SB02C (LC-04C) Hinotek, bir ədəd Sidik analizatoru Kombiskom, bir ədəd kompressoru, stomatoloji kresolya aid düz və əyri ucluqları, terapevtik alətləri, bir ədəd elektrik dreli və dərman preparatlarının Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasına təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə 210 AZN (iki yüz on manat) ekspertiza xərci Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ayrı-ayrılıqda 70 AZN (yetmiş manat) olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası,
hökmetdi:
Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 234.4.1, 235.3.1 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 235.3.1-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 234.4.1, 235.3.1 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 235.3.1-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 234.4.1, 235.3.1 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq olunmaqla 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 235.3.1-ci maddəsi ilə Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq olunmaqla 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs3 qəti olaraq 04 (dörd) il 02 (iki) ay müddətə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında olduğu 02 (iki) ay 25 (iyirmi beş) gün müddət ona təyin edilmiş cəzaya hesablanaraq çıxılmaqla üzərində 03 (üç) il 11 (on bir) ay 05 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barədə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına təhvil verilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 3 ədəd kompyuter dəsti printerlə birlikdə, 2 ədəd Kompyuter HP ProOne 440G5 AİO Memory /256GBM.2 2280 Keyboard /HP X33 USB/ Line İnteractive UPS ilə birlikdə, Kompyuter + monitor dəstininin, bir ədəd HP 205 G4 24 All-in-One PC FreeDOS SODİMM Memory /SSD 128G 2280, Keyboard /HP X33 USB-ni, AR Tronic 600Line İnteractive UPS Sungle-Phase qurğusunu, bir ədəd HP Laser Jet MFP M130nw Printer A4 LaserJet/Print, bir ədəd elektron imza, tefal markalı elektrik suqaynadanı, bir ədəd Tanometr + fonendoskopu, 1 ədəd BactoSfera ORBB 15X3 Gorizont Vertikal MAX EFFECT bakterisid resirkulyatorun, bir ədəd PURELL Dispenser 1920-04LTX-12 təzə modeli, bir ədəd Monokulyar mikroskopun, bir ədəd Mikroskop, binokulyar, hallogen ilıq ilə 45 dər. əyilmə, horizontal fırlanma+genişsahəli okulyar 1820, bir ədəd Hematoloji analizator, 20 parametri, ROW- SD, p-LCR, müayinə üçün 15,7 ul qan nümunəsi, 50test/sat. Yaddaşda olan məlumatın USB-yə köçürülmə imkanı, sensorlu ekran, Mythic, bir ədəd qan qarışdırıcı-MİXES SM-100, bir ədəd Urisys 1100 Ekspress sidik analizatoru, bir ədəd Sentifuqa HN-SB02C (LC-04C) Hinotek, bir ədəd Sidik analizatoru Kombiskom, bir ədəd kompressoru, stomatoloji kresolya aid düz və əyri ucluqları, terapevtik alətləri, bir ədəd elektrik dreli və dərman preparatlarının Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasına təhvil verilməsi nəzərə alınsın. İş üzrə 210 AZN (iki yüz on manat) ekspertiza xərci Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ayrı-ayrılıqda 70 AZN (yetmiş manat) olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.