Məhkəmə qərarları › İş №1(124)-330/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-330/2022

04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-330/2022 04.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Abuşov Nərmin Latiq qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Maşallah oğlunun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Abşeron rayonu Pirəkəşkül qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Şuşa rayonu, Qaladərəsi ərazi dairəsi, kiçik Qaladərəsi kəndində qeydiyyatda olan, tutulana qədər ünvan 1 ünvanında yaşamış, barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4, 234.4.3 və 240.1-ci maddələrində ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni əldə etmə, saxlama və daşıma, həmçinin qanunsuz olaraq qaz silahını əldə etmə və gəzdirmə cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin iyun ayının əvvəllərində Bakı şəhəri 28 may metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə 12,677 qram olmaqla külli miqdarda narkotik vasitə heroin, 24,96 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 15,257 qram olmaqla külli miqdarda psixotrop maddə metamfetamin, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan təsiredici maddəsinin miqdarı 0,225 qram olmaqla güclü təsir edən maddələrə aid tramadol hidroxlorid tərkibli dərman preparatını qanunsuz olaraq əldə edib, daşıyaraq yaşadığı ünvan 3 ünvanında narkotik vasitə heroini elektron tərəzi vasitəsilə çəkərək 11,920 qram olmaqla bir ədəd bükümə, 0,757 qram olmaqla üç ədəd falqaya, narkotik vasitə qurudulmuş marixuananı 12,46 qram və 12,50 qram olmaqla iki ədəd bükümlərə, psixotrop maddə metamfetamini 0,134 qram, 0,294 qram, 12,962 qram, 0,131 qram, 0,246 qram, 0,092 qram, 0,135 qram, 0,285 qram, 0,051 qram, 0,108 qram, 0,164 qram, 0,364 qram və 0,291 qram olmaqla on üç ədəd bükümlərə satış məqsədi ilə qablaşdırmış və 01 sentyabr 2021-ci il tarixdə saat 19 radələrində Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı, onun yaşadığı ünvan 4 ünvanına baxış keçirilən zaman yataq otağında olan masanın üzərindən bir ədəd şəffaf polietilen bükümdə 11,920 qram və evin sanitar qovşağından üç ədəd falqanın arasında ümumi təmiz çəkisi 0,757 qram olan narkotik vasitə heroin, yataq otağında olan masanın üzərindən iki ədəd sellofan bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 12,46 qram və 12,50 qram narkotik vasitə qurudulmuş marixuana, üç ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,134 qram, 0,294 qram, 12,962 qram və on ədəd gümüşü falqa bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,131 qram, 0,246 qram, 0,092 qram, 0,135 qram, 0,285 qram, 0,051 qram, 0,108 qram, 0,164 qram, 0,364 qram, 0,291 qram psixotrop maddə metamfetamin, evin sanitar qovşağından bir ədəd konvalyutda güclü təsir edən maddələrə aid tramadol hidroxlorid tərkibli dərman preparatı, üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin izləri olan üç ədəd elektron tərəzilər, yeddi ədəd müxtəlif materiallardan kustar üsulla hazırlanmış borucuq formalı əşyalar aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən bir ədəd zavod üsulu ilə istehsal edilmiş içərisindəki qaz halında olan maddənin tərkibi oleorezin kapsikum - gözün selikli qişasına qıcıqlandırıcı və gözyaşardıcı təsir göstərən irritant qruppasına aid olan qırmızı istiotun ekstraktı təşkil edən “Defend CS” markalı, göz yaşardıcı, bihuşedici, özünümüdafiə təyinatlı qaz silahı hesab edilən aerozol qaz balonunu əldə edib gəzdirməklə, yaşadığı ünvan 3 ünvanında saxlamış və 01 sentyabr 2021-ci il tarixdə saat 19 radələrində Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı, yaşadığı ünvan 3 ünvanına baxış keçirilərkən qeyd olunan “Defend CS” markalı qaz silahı aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı sübutların tədqiqinə ilkin olaraq təqsirləndirilən şəxsin ifadəsinin alınması ilə başlanılmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi alınmış Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, tanımadığı şəxsdən narkotik vasitə olan heroin, qurudulmuş marixuana, psixotrop maddə olan metamfetamin və tramadol dərman pereparatlarını almış, yaşadığı ünvan 6 ünvanına gətirmiş və özü istifadə etmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamış və ona bu maddə üzrə verilmiş ittihamla özünü təqsirli bilmir. Daha sonra polis əməkdaşları tərəfindən mənzilinə baxış keçirilmiş, qeyd olunan narkotik vasitələr aşkar olunaraq götürülmüşdür. Mənzilindən çıxan narkotik vasitələrin özünə məxsus olduğunu bildirmiş, həmin narkotik vasitələri öz istifadəsi məqsədilə saxladığını, onların satışını həyata keçirmədiyini göstərmişdir. Mənzilindən aşkar edilən tərəziləri də narkotik vasitələri bükümlərə ayıran zaman çəkilərini ölçmək üçün istifadə etmişdir. “Defend CS” markalı qaz silahına münasibətdə isə bildirmişdir ki, yaşadığı massiv əvvəllər hərbi şəhərcik olduğu üçün burada tez-tez belə qaz balonlarını tapmaq mümkündür. O da həmin qaz balonunu şəhərcikdə gəzərkən yerdən tapmış, aksesuar kimi götürüb saxlamışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan həmin hissədə onun ifadəsini elan etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-nin 228.4, 234.4.3 və 240.1-ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitələrdən qurudulmuş marixuana, heroin və metamfetamindən istifadə edir. Şuşa rayonu, Qaladərəsi ərazi dairəsi, kiçik Qaladərəsi kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayır. Təxminən 3 ay bundan öncə Bakı şəhəri 28 may metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 300 manat pul müqabilində narkotik vasitə olan heroin, qurudulmuş marixuana, psixotrop maddə olan metamfetamin və tramadol dərman pereparatları almışdır. Həmin narkotik vasitəni əldə etdikdən sonra həmin narkotik vasitələri və psixotrop maddələri yaşadığı ünvan 8 ünvanına gətirmişdir. Həmin narkotik vasitələrin və psixotrop maddələrin bir qismini əvvəllər aldığı və yaşadığı evdə saxladığı elektron tərəzilər vasitəsi ilə kiçik bükümlərə bölərək gümüşü falqalara bükür və narkotik vasitə aludəçisi olan şəxslərə satmaqla bir hissəsini də özü istifadə etmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə polis əməkdaşları yaşadığı mənzilə gələrək onun narkotik vasitələrin saxlanmasında, istifadəsində və satışında şübhəli olduğunu bildirib yaşadığı evdə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və ona hüquq və vəzifələri izah edilmişdir. Həmin vaxtı üzərində qanunla qadağan edilmiş heç bir əşya və predmet olmamışdır. O, videoçəkiliş zamanı üzərində narkotik vasitə olmadığını, qonşu otaqda narkotik vasitələrin olduğunu bildirmişdir. Bu zaman polis əməkdaşları ilə birlikdə onun yataq otağına daxil olmuşlar və o, orada masanın üzərində olan 01 ədəd şəffaf polietilen bükümdə narkotik vasitə olan heroini, 02 ədəd sellofan bükümlərdə narkotik vasitə olan qurudulmuş marixuananı, 03 ədəd şəffaf polietilen bükümdə və 10 ədəd gümüşü falqaya bükülmüş bükümlərdə psixatrop maddə metamfetamini, 01 ədəd tramadol tərkibli dərman pereparatını, 01 ədəd istifadəyə yararsız patronu və iki ədəd üzərində “Defenol” və “SAB” yazısı olan qaz balonları, 03 ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmiş, bundan sonra yaşadığı evin ayaqyolundan 07 ədəd müxtəlif materiallardan hazırlanmış borucuq formalı əşyaları və 03 ədəd falqanın arasında olan heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bundan sonra aşkarlanan narkotik vasitələr və psixotrop maddələr zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, evindən aşkar edilmiş narkotik vasitə olan heroin, qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin ona məxsusdur. O, narkotik vasitə aludəçisidir. Həmin narkotik vasitələri əldə etməkdə məqsədi sonradan həmin narkotik vasitəni istifadə etmək və satmaq olmuşdur. O, ilk öncə həmin narkotik vasitəni satsa da əlində olan hissəsi də qurtardıqdan sonra daha narkotik vasitənin satışını dayandıracaqdı. Həmin narkotik vasitələri və psixotrop maddələri həm şəxsi istifadəsi, həm də satış məqsədi ilə, həmin tərəziləri isə narkotik vasitələri bükümlərə ayıran zaman çəkilərini ölçmək üçün əldə etmişdir. Yaşadığı massiv əvvəllər hərbi şəhərcik olduğu üçün burada tez-tez belə qaz balonlarını tapmaq mümkündür. O da həmin qaz balonunun şəhərcikdə gəzərkən yerdən tapmışdır. Saxlamaqda heç bir məqsədi olmamışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş Abşeron RPİ-nin Qobu polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 01 sentyabr 2021-ci il tarixdə xidmətdə olarkən Abşeron rayonu Pirəkəşkül qəsəbəsi, Hərbi şəhərcik, bina 93, blok 1, mənzil 3-də yaşayan Təqsirləndirilən şəxs həmin qəsəbədə qanunsuz olaraq narkotik vasitələrin əldə etmə, saxlama, daşıma və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması ilə əlaqədar əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o və Abşeron RPİ-nin Qobu polis bölməsinin rəis müavini Şahid1 ibarət əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş, Təqsirləndirilən şəxs öz razılığı ilə sonuncunun yaşadığı ünvana baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzilin yataq otağındakı heroin, metamfetamin, dərman tableti formasında olan həb, qurudulmuş marixuana, gümüşü rəngli falqalar və tərəzilər aşkar edilərək götürülmüşdür. Daha sonra baxış zamanı yataq otağında masanın üzərindən 1 ədəd avtomat patronuna bənzər güllə, 1 ədəd gözyaşardıcı qaz qutusuna bənzər balon və 1 ədəd təyinatı bilinməyən balon aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilməsi mümkün olmayan Abşeron RPİ-nin Qobu polis bölməsinin rəis müavini Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş və o, Şahid2 göstərdiklərini təsdiq edərək onunla oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 06 dekabr 2021-ci il tarixli, 4908 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabioidlərin və psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edlməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 02 sentyabr 2021-ci il tarixli, 6/3832 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: «Tədqim etdi: (imza) Təqsirləndirilən şəxs» yazısı olan 3(üç) ədəd paketdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 11,920 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 3 (üç) ədəd gümüşü rəngli falqanın arasındakı ümumi təmiz çəkisi 0,757 qram tünd qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 3 (üç) ədəd polietilen bükümdə ümumi təmiz çəkisi 13,390 qram və 10 (on) ədəd gümüşü rəngli falqaya bükülmüş ümumi təmiz çəkisi 1,867 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; bir ədəd konvalyutdaki üzərində “225” yazısı həkk olunmuş qırmızı rəngli dairəvi formalı həb tramadol hidroxlorid tərkibli dərman preparatıdır və bir həbdə tramadol hidroxlorid təsiredici maddəsinin miqdarı 0,225 qramdır; 7 (yeddi) ədəd müxtəlif materialdan küstar üsulla hazırlanmış borucuq formalı əşlyaların içərisində metamfetaminin və 3 (üç) ədəd elektron tərəzilərin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün, heroinin və metamfetaminin çəkisini müəyyən etmək mümkün olmadı; 5 (beş) ədəd başlıqları olmayan alışqanların üzərində narkotik və psixotrop maddələrin izləri yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs götürülmüş heroinin ümumi təmiz çəkisi 12,677 qram və metamfetaminin ümumi təmiz çəkisi 15,257 qram təşkil edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əlavə məhkəmə-kimyəvi ekspertizasının 29 oktyabr 2021-ci il tarixli, 6/4718 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin “Tədqiqat Obyekti № 59”-li ştamp əksi olan paketdəki vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildən götürülmüş 3(üç) ədəd şəffaf polietilen bükümdə və 10 (on) ədəd “ gümüşü” rəngli kağız bükümdə olan metamfetamin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər, eyni qrup (amfetamin qrupu) və sinifə (sintetik psixotrop maddə) aiddirlər; vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildən götürülmüş 3(üç) ədəd gümüşü falqanın arasındakı tünd qəhvəyi rəngli heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər, 1(bir) ədəd bükümdə qəhvəyi rəngli heroin isə onlardan kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə fərqlidir. Heroinlər eyni qrup (xaşxaş alkoloid qrupu) və sinifə (yarım sintetik narkotik vasitə) aiddirlər. İlkin tədqiqat zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş heroinin və metamfetaminin ayrı-ayrılıqda və ümumi təmiz çəkisi 02 sentyabr 2021-ci il tarixli 6/3832 nömrəli ekspert rəyində göstərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əlavə məhkəmə -bioloji ekspertizasının 02 sentyabr 2021-ci il tarixli, 7/874 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş iki ədəd sellofan bükülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 12,46 qram və 12,50 qram, ümumi çəkisi 24,96 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş üç ədəd tərəzilərdə, yeddi ədəd müxtəlif formalı boruqlarda və beş ədəd alışqanlarda bitki mənşəli narkotik maddələrin qalıqları yoxdur. Məhkəmə-bioloji ekspertizasının 25 oktyabr 2021-ci il tarixli, 7/1064 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş iki ədəd sellofan bükümlərdə olan marixuanalar tərkiblərinə və növünə görə eynidirlər. Məhkəmə-ballistik ekspertizasının 03 noyabr 2021-ci il tarixli, 3/1762 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş “1” rəqəmi ilə işarələnmiş predmet zavod üsulu ilə istehsal edilmiş, “Defend CS” markalı, göz yaşardıcı, bihuşedici, özünümüdafiyə təyinatlı aerosol qurğudur, qaz balonudur, qaz silahı hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadənin onun evindən aşkar olunan narkotik vasitələrin ona məxsusu olsa da narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə hissəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu hissədə verdiyi ifadə özünü müdafiə xarakteri daşımaqla obyektiv həqiqəti əks etdirmir, çünki onun verilən ittiham üzrə təqsiri öz ifadəsinin etirafedici hissəsi ilə bərabər məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. xx.xx.2021-ci il tarixli “əməliyyat qrupunun təşkil edilməsi və davranış xəttinin izah edilməsi haqqında” protokol, eyni tarix və məzmunlu raport və “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanması, Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat qrupu yaradılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokolun və həmin protokola əlavə edilmiş CD diskin məhkəmə istintaqında tədqiqi zamanı Təqsirləndirilən şəxs özünün yaşayış yeri kimi təqdim etdiyi mənzildə axtarış keçirilməsinə etirazının olmadığını bildirdiyi, mənzilin yataq otağında olan masanın üzərində olan 01 ədəd şəffaf polietilen bükümdə narkotik vasitə olan heroini, 02 ədəd sellofan bükümlərdə narkotik vasitə olan qurudulmuş marixuananı, 03 ədəd şəffaf polietilen bükümdə və 10 ədəd gümüşü falqaya bükülmüş bükümlərdə psixotrop maddə metamfetamini, 01 ədəd tramadol tərkibli dərman pereparatını, 01 ədəd istifadəyə yararsız patronu və iki ədəd üzərində “Defenol” və “SAB” yazısı olan qaz balonları, 03 ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmiş, bundan sonra yaşadığı evin ayaqyolundan 07 ədəd müxtəlif materiallardan hazırlanmış borucuq formalı əşyaları və 03 ədəd falqanın arasında olan heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Həmçinin təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirsə də onun üzərindən və evindən aşkar olunan narkotik vasitə və psixatrop maddənin özünə məxsus olmasını bildirmişdir. Bunu cinayət materiallarına əlavə edilmiş “şəxsi axtarış” və “baxış” əməliyyat axtarış tədbirinin həyata keçirilməsi barədə CD disklərin məhkəmə istintaqı zamanı tədqiq edilməsi nəticəsində məlum olan hallar da bir daha təsdiq edir, belə ki, təqsirləndirilən şəxs sərbəst ifadə verərək həmin narkotik vasitələri təqdim edir, olduğu yerdən götürərək polis əməkdaşlarına təhvil verir. Eyni zamanda təqsirləndirilən şəxsdən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı hər hansı bir zorakılığa məruz qalıb qalmaması barədə sual verilmiş, o məhkəmə tərkibinə hər hansı bir fiziki və psixi zorakılığa məruz qalmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli, 2121 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə məhkəmə-tibb ekspertizasından keçirilmiş, onun bədəni üzərində xəsarət aşkar edilməmişdir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Mötəbərliyi şübhə doğurmayan və qanuni yolla əldə edilmiş sübutların məcmusu ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edib saxlama və daşıma, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni əldə etmə, saxlama və daşıma, həmçinin qanunsuz olaraq qaz silahını əldə etmə və gəzdirmə cinayət əməllərini törətmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməlləri törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.3 və 240.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Abşeron ƏSMM tərəfindən verilən 055876 saylı vəsiqəyə əsasən Təqsirləndirilən şəxs İİ qrup əlildir, əlilliyin səbəbi xx.xx.2012-ci il tarixdə hərbi xidmət keçdiyi dövrdə mina partlayışı nəticəsində sağ ayağın 1/3 səviyyəsindən amputasiyasıdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Abşeron rayon İcra hakimiyyətinin Pirəkəşkül kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli arayışından və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 (iki) azyaşlı uşağı var. Həmin arayışa əlavə edilmiş “xasiyyətnamə”dən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi ərizə, şikayət daxil olmamışdır. Abşeron rayon Mərkəzi Xəstəxanasının 20 aprel 2022-ci il tarixli 697 nömrəli məktubuna əsasən Təqsirləndirilən şəxs Abşeron rayon X1 şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatda olmadığı müəyyən edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs himayəsində 2 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanmışdır. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəza 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 dekabr 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilən hallar istisna olmaqla, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin 70 və 79-cu maddələrinə əsasən azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və ya azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunu ilə şəxsin əvvəllər azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsi və yaxud ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin təxirə salınması residivin müəyyən edilməsi zamanı nəzərə alınmalıdır. Məmmədov X2 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, təyin edilmiş cəza 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, Təqsirləndirilən şəxs sınaq müddəti ərzində-xx.xx.2021-ci il tarixdə ağır cinayət törətməklə şərti məhkumetmənin ləğv edilməsinə və cinayətlərin residivinə səbəb olmuşdur. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 228.4, 234.4.3 və 240.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Binəqədi rayon məhkəməsinin 31 mart 2021-ci il tarixli hökmü ilə tətbiq edilmiş şərti məhkumetmə ləğv edilməli və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs bu hökmlə təyin olunmuş cəza ilə Binəqədi rayon məhkəməsinin 31 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşdə olan qərarın surətindən görünür ki, Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu 01 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlil olduğuna görə ona narkomaniyadan məcburi müalicə tədbiq edilməsi mümkün deyildir. Lakin ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür, odur ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 550 (beş yüz əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.1-132.0.2-ci maddələrinin tələbinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməli, dəyəri olmayan digər əşyalar məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Həmin Məcəllənin 99-1.2-ci maddəsinə əsasən isə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs evindən götürülmüş narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 12,477 qram qalığı, narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı 24,90 qram qalığı, psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı 14,867 qram qalığı, tramadol hidroxlorid tərkibli dərman preparatını ekspertiza tədqiqatından sonrakı 1/2 həbi, 3 ədəd elektron tərəzi, 7 ədəd müxtəlif materiallardan hazırlanmış borucuq formalı əşyalar, “Defend CS” markalı qaz silahı maddi sübut kimi tanınmaqla saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmişdir. Cinayət qanunvericiliyinin və cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəalarına əsaslanan məhkəmə tərkibi hesab edir ki, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş, 12,477 qram narkotik vasitə olan heroin, 24,90 qram narkotik vasitə olan qurudulmuş marixuana, 14,867 qram psixotrop maddə olan metamfetamin hazırki cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilməlidir. Tramadol hidroxlorid tərkibli dərman preparatının 1/2 həbi, 7 ədəd müxtəlif materiallardan hazırlanmış borucuq formalı əşyalar məhv edilməli, 3 ədəd elektron tərəzi və “Defend CS” markalı qaz silahı əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə olunmalı, “Defend CS” markalı qaz silahı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 240.1-ci maddəsi ilə 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Binəqədi rayon məhkəməsinin 31 mart 2021-ci il tarixli hökmü ilə tətbiq edilmiş şərti məhkumetmə ləğv edilsin və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs bu hökmlə təyin olunmuş cəza ilə Binəqədi rayon məhkəməsinin 31 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilsin və onun üzərində qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı 01 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 550 (beş yüz əlli) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş, 12,477 qram narkotik vasitə olan heroin, 24,90 qram narkotik vasitə olan qurudulmuş marixuana, 14,867 qram psixotrop maddə olan metamfetamin hazırki cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilsin. Tramadol hidroxlorid tərkibli dərman preparatının 1/2 həbi, 7 ədəd müxtəlif materiallardan hazırlanmış borucuq formalı əşyalar məhv edilsin. 3 ədəd elektron tərəzi və “Defend CS” markalı qaz silahı əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə olunsun, “Defend CS” markalı qaz silahı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: (imza) Aynur Rzayeva Hakim: (imza) Fəhmin Hümbətov Hakim: (imza) Hafiz Əliyev Əsli ilə düzdür Hakim Aynur Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar