Məhkəmə qərarları › İş №1(124)-330/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-330/2023

13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-330/2023 13.09.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxxxx 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı övladı olan, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri 2-ci mikrorayon yataqxana 13 otaq 5 ev 28-də qeydiyyatda olan və Sumqayıt şəhəri 45-ci məhəllə ev 14 mənzil 122-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Fərzəliyevə Əminə İslam qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 234.4.4-cü maddələri maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Fərzəliyevə Əminə İslam qızı satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma, Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Məryəm” adlı şəxs və qeyriləri ilə istifadəsində olan“İhone 8" markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp" proqram təminatından istifadə etməklə əlaqə saxlayıb əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı “Məryəm” adlı şəxs 18 avqust 2022-ci il tarixdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə qanunsuz olaraq satış məqsədi ilə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan külli miqdarda 47.317 qram çəkidə narkotik vasitə olan heroini və 9.900 qram psixotrop maddə olan metamfetamini Abşeron rayonu, Xırdalan şəhəri ərazisində təyin edilmiş yerə 01 ədəd qara rəngli bağlamada gizlədib yerləşdirmiş, yerləşdirilmiş bükümü və yerin fotoşəkillərini Əminə Fərzəliyevəmn istifadəsində olan “İphone 8” markalı mobil telefonda quraşdırılmış “Whatsapp” proqram təminatına göndərmiş, X12 İslam Respublikasının vətəndaşı “Məryəm” adlı şəxsin göndərdiyi külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddə olan metamfetamini satış məqsədi ilə həmin yerdən qanunsuz əldə etmiş, əldə etdiyi narkotik vasitəni sağ çiynində gəzdirdiyi qara rəngli çantada saxlamaqla üzərində daşımış, 18 avqust 2022-ci il tarixdə, saat 19:20-də Sumqayıt şəhəri, Koroğlu küçəsi, 41-ci məhəllə ərazisində “Qayalı" adlı mərasim evinin qarşısında Sumqayıt ŞPİ-nin CAŞ-nİn əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı sonuncu saxlanılıb,Sumqayıt ŞPİ-nə gətirildikdən sonra üzərinə şəxsi axtarış aparılarkən, sağ çiynində gəzdirdiyi qara rəngli çantanın içərsində 01 (bir) ədəd üzərində 50K-10P yazısı olan qara rəngli sellofan bağlamada 01 (bir) ədəd qara rəngli sellofan bükümdə 47.317 qram çəkidə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 (bir) ədəd qara rəngli sellofan bükümdə ağ rəngli 9.900 qram çəkidə ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Fərzəliyevə Əminə İslam qızı özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, narkotik vasitə əldə etməyə 2022-ci ilin iyul ayından başlamışdır. 50 qram narkotik vasitəni şəxsi istifadəsi üçün götürüb taksi ilə gedəndə “Dədə Qorqud” şadlıq sarayının yanında onu saxlamışlar. Tanımadığı şəxsdən ilk dəfə idi ki, narkotik vasitə almışdır. Həmin şəxslə “whatsapp” vasitəsilə əlaqə saxlamışdır. Onun satış məqsədi olmamış, narkotik vasitə tapmaqda çətinlik çəkdiyi üçün narkotik vasitəni çox əldə etmişdir. İttiham aktına şahid kimi əlavə olunan Dünya adlı qadını tanımamışdır. Mobil nömrəsini xatırlamamış, telefonda yazışması olduğu oğlanın ona 170 manat borcu olmuş, yazışmada ondan pulunu tələb etmişdir. Himayəsində iki uşağı olmuş, birinə xəstə anası baxmış, biri isə uşaq evindədir. Polis idarəsində olarkən ona qarşı təzyiqlər olmuş, bu barədə müstəntiqə demiş, lakin, heç yerə şikayət ünvanlamamışdır. Müstəntiqə ifadə verərkən narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Onun telefonunda narkotik vasitə ilə bağlı şəkillər və yazışmalar olmamışdır. Məhkəməyədək icraat zamanı Fərzəliyevə Əminə İslam qızı tərəfindən verilən, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə, təxminən saat 19:20 radələrində Sumqayıt şəhəri, Koroğlu küçəsi, 41-ci məhəllə ərazisində taksidə olan zaman polis əməkdaşları onlara yaxınlaşıb onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi üçün saxladıqlarını bildirib onu Pl-nə dəvət etmişlər. Pl-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmiş, ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilən zaman sağ çiynindən asılmış vəziyyətdə olan qara rəngli çantanı özü təqdim etmiş, həmin çanta açılan zaman onun içərisindən 01 ədəd gün eynəyi, bir ədəd ev açarı, 01 ədəd Rothmans adlanan siqaret qutusu, 01 ədəd alışqan, bir ədəd üzərində ***-***-**-** mobil nömrəsi olan “İphone 8” markalı mobil telefon 33 manat nağd pul, bir ədəd tuş (qadına aid olar predmet), 01 ədəd üzərində 50K-10P yazısı olan qara rəngli sellofan bağlama aşkar olunmuşdur. Həmin bağlama açılan zaman içərisində 02 ədəd ədəd qara rəngli sellofanın olduğu müəyyən edilmiş və həmin sellofanlar ayrı-ayrılıqda açılarkən birinin içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan "heroin"ə bənzər maddənin və digər sellofanın içərisində isə ağ rəngli kristal şəklində olan "Metamfetaminə" bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı üzərindən aşkar olunmuş bağlamaların birinin içərisində narkotik vasitə olan "Heroin" digər bağlamada isə olan maddənin "Metamfetamin" olduğunu, həmin maddələri xx.xx.2022-ci il tarixdə inetrentdə tanış olduğu İran vətəndaşı olan "Məryəm" adlı şəxsdən şəxsi sitifadəsi üçün almış və Məryəmin həmin bağlamanı Xırdalan şəhərinə müəyyən bir yerə qoyduğunu ona həmin yerin fotoşəklini atdığını və onun isə həmin yerə taksi ilə gedərək qoyulmuş yerdən üzərində aşkar olunmuş maddələri götürdüyünü daha sonra isə polis əməkdaşları tərəfindən Sumqayıt şəhər ərazisində tutulduğunu demişdir. Həmin vaxt üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin qara rəngli sellofan ilə birlikdə çəkisinin 48.7 qram olduğu digər qara rəngli sellofanda olan maddənin isə çəkisi tərəzidə çəkilən zaman 10.3 qram olması müəyyən edilmiş və aşkar olunmuş həmin maddələr Azərbaycan Respublikası ƏN-nin MEM-na göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Onun üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilmiş qara rəngli gün eynəyi və s. kimi əşyaları və 33 manat pulu əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmış, ona məxsus bir ədəd "İphone 8” markalı mobil telefon isə əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılmışdır. Əlavə olaraq qeyd etmək istəyirmiş ki, özünə məxsus mobil telefona onun iştirakı ilə baxış keçirlimiş və orada olan bütün mobil yazışmalar özünə məxsusmuş. Lakin, bir daha da qeyd etmək istəyirmiş ki, xx.xx.2022-ci il tarixdə ifadəsində qeyd etdiyi narkotik vasitələri rəfiqəsi Pərvanənin xahişi ilə onun dediyi yerdən götürmüşdüm. Həmçinin mənə Azərbaycan Respublkası CM-nin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə yenidən elan edilmiş ittihamla özünü qismən təqsirli bilirmiş, o, üzərindən aşkar olunan narkotik vasitələri heç kəsə satmamış və belə niyyəti olmamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, üzərində aşkar edilmiş mobil telefonda olan danışıqlar ona məxsusmuş və tutulduğu zaman ona təzyiq göstərilməmişdir. (cild 1, iş vərəqləri 56-57,65-67;139-141 cild 2, iş vərəqə:12-15) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-də baş əməliyyat müvəkkili Şahid1 Zellabdin oğlu ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Fərzəliyevə Əminə İslam qızının narkotik vasitədən istifadə etməsi, satması və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Məlumat əsasında Sumqayıt şəhəri, Koroğlu küçəsi, 41-ci məhəllə ərazisində Təqsirləndirilən şəxs saxlamışlar və onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Polis idarəsində xidməti otaqların birində Fərzəliyevə Əminə İslam qızının üzərinə videoçəkiliş və vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs çantasının içərisindən 01 ədəd qara rəngli sellofan bağlama aşkar olunmuşdur. Həmin qara rəngli bağlama açılan zaman içərisində 02 ədəd sellofanın olmuş və həmin sellofan bükümlərin birinin içərisindən narkotik vasitə olan heroinə bənzər maddə və digərinin içərisindən isə psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olunmuşdur Sorğu zamanı Fərzəliyevə Əminə İslam qızı üzərindən aşkar olunmuş bağlamaların birinin içərisində heroin, digər bağlamada isə metamfetamin olduğunu, həmin maddələri Pərvanə adlı tanışının ona verdiyi İran vətəndaşı olan Məryəm adlı qadının mobil nömrəsi ilə əlaqə saxlayaraq onun qoyduğu ərazidən götürdüyünü bildirmişdir. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektorları Şahid3 və Şahid2 digər polis əməkdaşı Şahid1 Zellabdin oğlu ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 6 il müddət ərzində narkotik vasitə istifadə edirmiş, Fərzəliyevə Əminə İslam qızını 2022-ci ilin təxminən aprel ayından tanımış, ondan təxminən həmin vaxtdan və avqust ayının əvvəllərinə kimi mütəmadi olaraq şəxsi istifadəsi üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almış, Əminəyə etibar etdiyi üçün ondan daimə öz şəxsi istifadə üçün narkotik vasitə alırmış və ondan onun tanışlarımda narkotik istifadəçilər alırmışlar. Lazım olan təqdirdə də, Əminə Fərəzəliyevanın üzünə bu ifadəni bir daha da deyə biləcəyinə qeyd etmişdir. ( cild 1, iş vərəqə 228-229) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 avqust 2022-ci il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, Fərzəliyevə Əminə İslam qızının qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlaması, satması və üzərində gəzdirməsi barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır.( cild 1, iş vərəqə 7) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “şəxsi axtarış keçirilməsi barədə” 18 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Fərzəliyevə Əminə İslam qızı Sumqayıt şəhəri, Koroğlu küçəsi, 41-ci məhəllə ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman sağ çiynindən asılmış vəziyyətdə olan qara çanta açılan zaman içərisindən 01 (bir) ədəd üzərində 50K-10P yazısı olan qara rəngli sellofan bağlamının içərisində olan 02 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda ümumilikdə 47.317 qram çəkidə narkotik vasitə olan heroin və 9.900 qram psixotrop maddə olan metamfetamin, qara rəngli gün eynəyi və s. kimi əşyalar, 33 manat nağd pul və 01 ədəd “İphone 8" markalı mobil telefon aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin ƏRQ-nin operatoru, polis kiçik serjantı X9 tərəfindən şəxsi axtarış keçirilmiş, lakin digər heç bir əşya aşkar olunmamışdır. Aşkar olunmuş bükümlər və telefon götürülmüş, qara rəngli gün eynəyi və s. kimi əşyalar, 33 manat nağd pul Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 18 avqust 2022-ci il tarixdə saat 20:25-da başlamış və həmin tarixdə saat 20:45- də bitmişdir. (cild 1, iş vərəqə 32-33) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən ““diskə baxış keçirilməsi haqqında” 16 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, diskin yaddaşında 01 (bir) ədəd “00094” adh xx.xx.2022-ci il tarixdə çəkilmiş, 1,27 QB həcmində faylın olduğu müəyyən olundu. “00094" adlı fayla kompyuterin “maus” adlanan aləti vasitəsilə toxunduqda isə faylın yaddaşında 14 dəqiqə 59 saniyə davam edən, rəngli formatda, açıq işıqlı hava şəraitində çəkilmiş video görüntünün olduğu müəyyən olunmuşdur. Video çəkilişə baxdıqda Sumqayıt ŞPİ-nin TŞ-nin xidməti otağı əks etdirdiyi, video görüntünün əvvəlində 03 (üç) nəfər şəxsin mülki geyimli və bir nəfər gündəlik geyim formasında olan polis əməkdaşını görmək olurmuş. Həmin vaxt Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı X3 orada olan Fərzəliyevə Əminə İslam qızına və onun müdafiəçisi X2 iştirakı ilə narkotik vasitələrin qəbulunda və üzərində gəzdirməsində şübhəli olduğundan saxlanıldığını izah etdiyi, həmçinin digər 03 (üç) nəfər mülki geyimli şəxslərində özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirdikləri, daha sonra saxlanılmış şəxsin də özünü təqdim etməsi təklif edildiyi, bundan sonra saxlanılmış şəxsin özünü təqdim edərək Fərzəliyevə Əminə İslam qızı olduğunu bildirdiyi, daha sonra polis əməkdaşının gündəlik geyim formasında olan şəxs tərəfindən həmçinin saxlanılmış şəxsin hüquq və mənafelərinin müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 dəvət edildiyi barədə saxlanılmış şəxsə məlumat verildiyi, həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah edilməsi haqqında bildirşin verildiyi görünürmüş. Bundan sonra saxlanılmış şəxsə həmçinin üzərində video kameranın yaddaşına qeyd edilməklə şəxsi axtarış aparılacağı barədə məlumat verildiyi və saxlanılmış şəxsə üzərində saxladığı qanunla saxlanılması və daşınması qadağan olunmuş əşyaları təqdim etməsi təklif edildiyi, polis əməkdaşının təklifindən sonra saxlanılmış Təqsirləndirilən şəxs təqdim etdiyi sağ çiynindən asılmış vəziyyətdə olan qara rəngli çantasının içərisindən 01 ədəd gün eynəyi, 01 ədəd ev açarı, 01 ədəd Rothmans adlanan siqaret qutusu, 01 ədəd alışqan, bir ədəd üzərində ***-***-**-** mobil nömrəsi olan İphone 8 markalı mobil telefon. 33 manat nağd pul, 01 ədəd tuş (qadına aid predmet) və 01 ədəd üzərində 50K- 10P yazısı olan qara rəngli sellofan bağlama aşkar olunmuşdur. Həmin qara rəngli bağlama açılan zaman içərisində 02 ədəd qara rəngli sellofanın olduğu və həmin sellofan bükümlər ayrı-ayrılıqda açılarkən birinin içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin"-ə bənzər maddənin və digər sellofanın içərisində isə ağ rəngli kristal şəklində olan "metamfetamin"-ə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin ƏRQ-nin operatoru, polis kiçik serjantı X9 tərəfindən şəxsi axtarış keçirilmiş, lakin digər heç bir əşya aşkar olunmamışdır. Sorğu zamanı, Fərzəliyevə Əminə İslam qızı üzərindən aşkar olunmuş bağlamaların birinin içərisində narkotik vasitə olan “heroin”, digər bağlamada isə olan maddənin “metamfetamin” olduğunu, həmin maddələri xx.xx.2022-ci il tarixdə Pərvanə adh tanışının ona verdiyi İran vətəndaşı olan Məryəm 27 adlı qadının mobil nömrəsi ilə əlaqə saxlayıb danışan zaman Məryəmin ona həmin qara rəngli bağlamanı Abşeron rayonu, Xırdalan şəhərində qoyduğu yerin şəklini atdığını, o isə həmin yerə taksi ilə gedərək qoyulmuş yerdən aşkar etdiyi maddələri götürdüyünü, içərisində hansı narkotik vasitələrinolduğunu bilmədiyini, Məryəmin Pərvanə ilə aralarında olan pul və ya digər məsələlərdən xəbəri olmadığını, özünündə narkotik vasitələr qəbul etmədiyini, Pərvanə adlı rəfiqəsinin mobil nömrəsinin ***-***-**-** və Məryəm adlı iranlı qadının mobil nömrəsinin isə +98914-595- 7038 olduğunu bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin qara rəngli sellofan ilə birlikdə çəkisinin 48.7 qram olduğu, digər qara rəngli sellofanda olan maddənin isə çəkisi tərəzidə çəkilən zaman 10.3 qram olması müəyyən edildi və aşkar olunmuş həmin maddələr Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşd ırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 sayl.ı möhürü ilə möhürlənmişdir. Bundan başqa, Fərzəliyevə Əminə İslam qızının üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilmiş əşyaları və 33 manat nağd pulu əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarıldı, lakin ona məxsus 01 ədəd İphone 8 markalı mobil telefon isə əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılmışdır. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən həmin protokol imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış və götürmə videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Həmin 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmalı və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. (cild1, İş vərəqə: 211-212) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “şəxsi axtarış keçirilməsi barədə” və “diskə baxış keçirilməsi haqqında” protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 19 avqust 2022-ci il tarixli, 6/4396 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №124’’-li dairəvi möhür əksi, “saxlanılan şəxs: (imza) Fərzəliyevə Ə. “ yazısı və imzalar olan zərfdəki qara rəngli polietilen bağlamada 2(iki) ədəd bükümdə təmiz çəkisi 47,317 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və təmiz çəkisi 9,900 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildir.Qeyd: Heroinin təmiz çəkisi-47,317qr, tədqiqata sərf ediidi-0,1 qr, qalıq-47,217qr. Metamfetaminin təmiz çəkisi-9,900qr,tədqiqata sərf edildi-0,01 qr,qalıq-9,800qr. (cild 1, İş vərəqə 44-48) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “mobil telefona baxış keçirilməsi barədə” 29 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə zamanı Fərzəliyevə Əminə İslam qızından götürülmüş üzərində ***-***-**-** mobil nömrəsi olan “İphone 8” markalı mobil telefona baxış keçirilən zaman telefonun "Whatsapp" proqram təminatına daxil olduqda orada ***-***-**-** nömrəsinin "Sahin" adına yaddaşa vurulduğu görünür. Mesaj qutusuna daxil olduqda orada "Sahin" profil ilə - Təqsirləndirilən şəxs profili arasında olan danışıqları görünür. "Şahin” profilin adı gələcəkdə mətində "S" hərfi ilə qeyd olunacaq. Təqsirləndirilən şəxs profili isə gələcəkdə "Ə” kimi qeyd olunacaq. Mesaj qutusuna baxdıqda orada: xx.xx.2022-ci il tarixdə saat 19:55-də "S" adlı şəxs "Ə" adlı şəxsə "Kola var səndə?” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:15-də "S" adlı şəxs "Ə" adlı şəxsə "yarım neçəyə verərəsən mənə?" məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:15-də "Ə" adlı şəxs "S" adlı şəxsə "nə qədər pulun var de mənə” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:16-də "S" adlı şəxs "Ə" adlı şəxsə "20 manat tapacamda olmasada" məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:17-də "Ə" adlı şəxs "S" adlı şəxsə "tək kol eliyirsən?" məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:17-də "S" adlı şəxs "Ə" adlı şəxsə "patini elə belə verərəsən" məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:17-də "Ə" adlı şəxs "S" adlı şəxsə ”gör nə deyirəm patıynan kolanı dəyişməyə yer var adam var?” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:20-də "Ə" adlı şəxs "S" adlı şəxsə "sənə çıxmağa kola verəcəm bir qramda patı 20 manata” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:22-də "S" adlı şəxs ”Ə" adlı şəxsə "20 manata qram verirsən mənə?" məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:22-də "Ə" adlı şəxs "S" adlı şəxsə "35-di qramı" məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-cİ il tarixdə saat 20:27-də "S" adlı şəxs "Ə" adlı şəxsə "qızım sənə indi 15 manat verim. 5 manat sənə borcum olsun. Bəlkə gələnə kimi düzəldi o 5 manat. Amma hazırda 15 manat var” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:27-də "Ə" adlı şəxs "S" adlı şəxsə "lazım deyil 15 ver eybi yox" məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 21:23-də "Ə" adlı şəxs "S" adlı şəxsə "mən gətirdiyimi gətirirəm.istəsən verərəsən istəsən yox. Mən 15-20 manata görə kasıblanan nədə varlanan deyiləm” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-cİ İl tarixdə saat 21:30-də "S" adlı şəxs "Ə" adlı şəxsə "15 manat var cibimdə oda bunun üçün götürmüşəm” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 22:07-də "Ə" adlı şəxs "S" adlı şəxsə "araznan uz be uzdeyem” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 22:08-də "Ə" adlı şəxs "S" adlı şəxsə "azuqə köhnə”, “hardasan bəs?”, “opel 840", “gəl otur qabaqda” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 23:39-da "Ə" adlı şəxs "S" adlı şəxsə "çıxa bildiz vəziyyətdən?” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 23:40-da "S" adlı şəxs "Ə" adlı şəxsə "hə ürəyim" məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 03:29-da "Ə" adlı şəxs "S" adlı şəxsə "o Farizdi kimdi nömrəsi varsa denən özünü yormasın, evdə deyiləm, nədə evdə olsam ona borcum yoxdu, nədə abizalovkamdı” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 03:29-da "S" adlı şəxs "Ə" adlı şəxsə "nə deyirki?" məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 03:31-də "Ə" adlı şəxs "S" adlı şəxsə "100 manata kimi borc yığıb hələ elə danışır elə bil dədəsiynən müqavilə bağlamışam. Nə qədər hələ pulsuz pay vermişəm. Birini alıbsa birini pulsuz vermişəm." məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 03:35-də "Ə" adlı şəxs "S" adlı şəxsə "mən bunu kayfa eləmirəm. Məhkəmə edirəm. Uşağın atasına göndərirəm. Uşaq saxlayıram” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 13:13-də "Ə" adlı şəxs "S" adlı şəxsə "mən qramını 30za verirəm, yarını 20-yə”, "lap yaxın adama 25-dən yarını 15-dən" məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 13:15-da "S" adlı şəxs "Ə" adlı şəxsə "dərmanın var?" məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 13:15-də "Ə" adlı şəxs "S" adlı şəxsə "yox qurtarıb” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 13:16-də "Ə" adlı şəxs "S" adlı şəxsə "birdə 2-3 adama verirəm. 10-10, 5-5 gün ərzində pulumu verirlər” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 13:18-də "Ə" adlı şəxs "S" adlı şəxsə "mən bir qram redki verirəm. Mənim alıcılarım bir-bir götürmür. Məndə mal qalmır. Götürüb verirəm srazu" məzmunlu tekst mesaj göndərib. Bundan başqa, həmin telefona baxış zamanı telefonun "Whatsapp" proqram təminatına daxil olduqda orada ***-***-**-** nömrəsinin "ali" adına yaddaşa vurulduğu' görünür. Mesaj qutusuna daxil olduqda orada " ali" profil ilə - Təqsirləndirilən şəxs profili arasında olan danışıqları görünür, "ali" profilin adı gələcəkdə mətində "A" hərfi ilə qeyd olunacaq. Təqsirləndirilən şəxs profili isə gələcəkdə "Ə" kimi qeyd olunacaq.Mesaj qutusuna baxdıqda orada: xx.xx.2022-ci il tarixdə saat 11:26-da "Ə" adlı şəxs "A" adlı şəxsə "mən iranlını tuta bilmirəmdə. Deyirəm vəziyyətim pisdi, deyir malımız yanıb 2-3 günə atacam. Uje iki həftədi gözləyirəm” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 11:28-də "Ə" adlı şəxs "A" adlı şəxsə "mənim iranlım 15-dən verir kolani" məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 11:28-də "A" adlı şəxs "Ə" adlı şəxsə "5-6 saata 1200 manat qazancımız var" məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 11:30-da "Ə" adlı şəxs "A" adlı şəxsə "bu bir dəfə nisyə atsaydı əlimi düzəldərdim. Atdırardıq hər dəfə" məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 12:38-də "Ə" adlı şəxs "A" adlı şəxsə "sənə bir dənə meti götürəcəm” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 12:38-də "A" adlı şəxs "Ə" adlı şəxsə "yaxşı" məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 14:33-də "Ə" adlı şəxs "A" adlı şəxsə "səninkiylə iş görəy?”, “sonra pul əlimizə gələr öz iranlıma atdıraram” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 14:36-da "A" adlı şəxs "Ə" adlı şəxsə "kərtimi deyirəm gir aparatdan pulu at. Sən gələnə kimi temani götürüm mən", "otda götürüm”, “bolta 208 saylı orta məktəb yaz” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 14:51-də "A" adlı şəxs "Ə" adlı şəxsə Kapital banka məxsus "4169 7385 1749 9053" şifrəni göndərib. xx.xx.2022-ci il tarixdə saat 14:59-da "Ə" adlı şəxs "A" adlı şəxs Kapital banka məxsus "4169 7385 1749 9053” şifrəni karta 416973******6891 şifrəli kartdan 170 manat məbləğində pulun köçürüldüyünü təsdiq edən tranzaksiyanın şəklini göndərib. Baxış zamanı Əminə Fərzəliyevə bildirdi ki, həmin telefonda olan Whatsapp proqram vasitəsi ilə “Şahin" adlı profillə mesajlaşdığı zaman niyyəti narkotik vasitənin satışı olmuşdur. Eləcə də, həmin telefonda olan Whatsapp proqram vasitəsi ilə “ali” adlı profillə mesajlaşdığı zaman niyyəti narkotik vasitə almaq və sonradan həmin narkotik vasitəni satışı ilə məşğul olmaq olmuş, bunun üçün həmin mesajlaşma zamanı iranlı şəxslə əlaqələrindən “ali" adlı profil ilə qeydə alınmış şəxsə bildirmişdir. Həmçinin, “Whatsapp” proqram vasitəsi ilə "Sahin” və "ali" adlı profillər ilə mesajlaşma aparan şəxsin özü olduğunu və həmin telefonun üzərində olan ***-***-**-** mobil nömrəsinin istifadəsində olduğunu demişdir. ( cild 1, iş vərəqə 11-114) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 07 noyabr 2022-ci il tarixli 6679 nömrəli ekspert rəyində göstərilmişdir ki, Fərzəliyevə Əminə İslam qızında OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 224-225) Cinayət işinin materiallarından görünür ki, Fərzəliyevə Əminə İslam qızından aşkar edilərək götürülmüş qalıq çəkisi 47,217 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 9,800 qram olan psixotrop maddə metamfetamin, bir ədəd "İphone 8" markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılmalarından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş və maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 231-254) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Fərzəliyevə Əminə İslam qızı Bakı Hərbi Məhkəməsinin 1-1(093)-23/2021 saylı, 13.01,2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə cəzası tətbiq edilmiş və Təqsirləndirilən şəxsnin barəsində tətbiq edilmiş “ 08 noybar 2022-ci il tarixli " amnistya aktına əsasən o, 500 manat məbləğində cərimə cəzasından azad edilmişdir. Həmçinin, Sumqayıt Ağır Cinaytlər məhkəməsinin 1(124)-27/2023 nömrəli, 03 may 2023cü il tarixli hökmünün surətindən görünür ki, Fərzəliyevə Əminə İslam qızı Sumqayıt Ağır Cinaytlər məhkəməsinin 1(124)-27/2023 nömrəli, 03 may 2023-cü il tarixli hökmü ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (Cild 1, iş vərəqə 195-199, 200, 208-210) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 6 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilən arayış və xasiyyətnamədən görünür ki, Fərzəliyevə Əminə İslam qızı ünvan 1 ünvanında 2013-cü il təvəllüdlü oğlu X6 ilə qeydiyyatdadır və hazırda həmin ünvanda yaşayır. Onun barəsində heç bir şikayət daxil olmamışdır ( cild 1, iş vərəqə 201- 202) Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Fərzəliyevə Əminə İslam qızının himayəsində xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X5 adlı iki azyaşlı uşağı olmuş, Fərzəliyevə Əminə İslam qızı həbs edildiyi üçün doğum şəahdətnaməsi olmayan xx.xx.2022-ci il təvəllüdlü qızı X5 uşaq evinə yerləşdirilmişdir.( cild 1. İş vərəqə 221) Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Fərzəliyevə Əminə İslam qızına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini, külli miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama, daşıma və satma cinayətini informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törətmişdir. Dövlət ittihamçısı yekun nitqində təqsirləndirilən şəxs Fərzəliyevə Əminə İslam qızının barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Fərzəliyevə Əminə İslam qızının barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə təqsirləndirilən şəxs Fərzəliyevə Əminə İslam qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X14 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. Məhkəmə, təqsirləndirilən şəxs Fərzəliyevə Əminə İslam qızının polis əməkdaşları tərəfindən ona təzyiq olunması, aşkar olunmuş narkotik vasitəni satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Fərzəliyevə Əminə İslam qızının öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin və psixotrop maddənin müxtəlifliyi, külli miqdarda olması, narkotik vasitə satışını ehtiva edən yazışmaların mövcudluğu təqsirləndirilən şəxs Fərzəliyevə Əminə İslam qızının məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4cü maddəsinə əsasən təqsirləndirilən şəxs Fərzəliyevə Əminə İslam qızının məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Cinayət işinin materiallarına əlavə olunmuş Sumqayıt Ağır Cinaytlər məhkəməsinin 1(124)-27/2023 nömrəli, 03 may 2023-cü il tarixli hökmünün surətindən görünür ki, Fərzəliyevə Əminə İslam qızı Sumqayıt Ağır Cinaytlər məhkəməsinin 1(124)-27/2023 nömrəli, 03 may 2023-cü il tarixli hökmü ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Fərzəliyevə Əminə İslam qızının cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməyi və çəzaçəkmə müddətinin əvvəli 15 oktyabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 03 may 2023-cü il tarixli hökmü ilə Fərzəliyevə Əminə İslam qızına təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və Fərzəliyevə Əminə İslam qızına azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Fərzəliyevə Əminə İslam qızına təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Fərzəliyevə Əminə İslam qızı Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 03 may 2023-cü il tarixli hökmü ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin əvvəli 15 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs Fərzəliyevə Əminə İslam qızına təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 15 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Fərzəliyevə Əminə İslam qızında narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş 01 ədəd bükümdə 47,217 qram çəkidə heroin, 01 ədəd bükümdə 9,800 qram metamfetamin məhv edilməli, bir ədəd "İphone 8" markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Fərzəliyevə Əminə İslam qızından 114 ( yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Fərzəliyevə Əminə İslam qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Fərzəliyevə Əminə İslam qızının barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Fərzəliyevə Əminə İslam qızına Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(124)27/2023 saylı hökmü ilə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılıb qəti cəza müddətinə hesablanmaqla Fərzəliyevə Əminə İslam qızı qəti olaraq 07 (yeddi) il 06 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Fərzəliyevə Əminə İslam qızı ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Fərzəliyevə Əminə İslam qızının cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Fərzəliyevə Əminə İslam qızı barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Fərzəliyevə Əminə İslam qızına narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş 01 ədəd bükümdə 47,217 qram çəkidə heroin, 01 ədəd bükümdə 9,800 qram metamfetamin məhv edilsin, bir ədəd "İphone 8" markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Fərzəliyevə Əminə İslam qızından114 ( yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Fərzəliyevə Əminə İslam qızına isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar