Məhkəmə qərarları › İş №1(124)-332/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-332/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-332/2023 03.05.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1982-ci İldə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orla təhsilli, işsiz, məhkumluğu olmayan, Yevlax şəhəri, Cəfər Cabbarlı küçəsi, ev 3, mənzil 14-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” massivi, H.Əliyev prospekti, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində 26 iyun 2022-ci il tarixdə Abşeron rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 19 iyun 2022-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qəhvəyi rəngli təsiredici maddənin miqdarı 0,04 qram olan 1 ədəd konvalyutda üzərində “F/M40” yazısı həkk olunmuş metadon həbini əldə edib, üzərində saxlamış və daşımış, 24 iyun 2022-ci il tarixdə saat 17 radələrində Abşeron RPİnin X2 əməkdaşları tərəfindən o, yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, ’’Quşçuluq" massivi, H.Əliyev prospekti “3 Qardaş” avtoservisin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılmış və yaşadığı evdə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən kiçik parça kisənin içərisində həmin metadon tərkibli dərman aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 24 iyun 2022-ci il tarixdə saat 01 radələrində şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Abbas adlı şəxsin 320 manat müqabilində 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na (Siyahı 1) daxil edilmiş bir ədəd şəffaf rəngli sellofan bükümdə ümumi çəkisi 15,643 qram olan külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini qoyduğu Abşeron rayonu, Xırdalan şəhəri, Texnikumun yanında olan reklam lövhəsinin altından götürməklə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində saxlamış və daşımış, 24 iyun 2022-ci il tarixdə saat 17 radələrində Abşeron RPİ-nin X2 əməkdaşları tərəfindən o, yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” massivi, H.Əliyev prospekti “3 Qardaş” avtoservisin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılmış və yaşadığı evdə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən kiçik parça kisənin içərisində şəffaf rəngli sellofan bükümdə həmin 15,643 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, iki ildir ki, avtoqəza nəticəsində əlil olmuşdur. Bundan sonra kəskin ağrıları yaranmışdır. Məhz buna görə də, ağrılarını sakitləşdirmək üçün narkotik vasitə heroindən çəkməklə, ağrı kəsici dərman preparatlarından isə qəbul etmək yolu ilə istifadə etmişdir. Narkotik vasitələri şəxsi istifadəsi üçün almışdır. Pulu isə karta göndərmişdir. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. İttihamda göstərilənlər doğrudur. Həmin narkotik vasitələr ondan aşkar edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Yevlax şəhəri, Cəfər Cabbarlı küçəsi, ev 3, mənzil 14-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, H.Əliyev pr. nömrəsi fərdi yaşayış sahəsində yaşayır. Himayəsində 3 azyaşlı uşağı var. Qardaşı Elçin təxminən 1 ildir ki, öldüyü üçün qardaşının uşaqları da onun himayəsindədir. Rəsmi olaraq heç bir yerdə işləmir, 2 il bundan əvvəl avtoqəza nəticəsində xəsarət aldığına görə 3-cü qrup əlildir, təqaüd alır. Avtoqəza nəticəsində xəsarət aldığı üçün bədənində kəskin ağrılar yaranır. Məhz buna görə də ağrılarını sakitləşdirmək üçün narkotik vasitə heroindən çəkməklə, ağrı kəsici dərman preparatlarından isə qəbul etmək yolu istifadə edir. Təxminən 1 ildir ki, istifadə edir. Belə ki, təxminən bir neçə gün əvvəl “İnstaqram” sosial şəbəkəsində adım ona Abbas kimi təqdim edən İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Həmin şəxs +**********93 saylı mobil nömrəsini ona vermişdir. O da 24 iyun 2022-ci il tarixdə saat gecə 01 radələrində həmin şəxslə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayıb bir neçə gün istifadə etməyi üçün ona heroin göndərməsini xahiş etmişdir. Həmin şəxs ondan buna görə 320 manat pul istəmişdir. O isə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən «Rahat» marketdəki “E-manat” ödəmə terminalı vasitəsi ilə ona göndərdiyi hesaba dediyi miqdarda pulu göndərmişdir. Həmin şəxs 1 saat sonra ona sifariş etdiyi narkotik vasitəni göndərəcəyini bildirmişdir. Təxminən 4 saat sonra sifariş etdiyi narkotik vasitənin Abşeron rayonu, Xırdalan şəhəri, Texnikomun yanında yerləşən reklam lövhəsinin yanında otun altına qoymasını bildirmişdir. Ona həmin yerin foto şəklini göndərmişdir. O, həmin foto şəkilə baxıb həmin yeri tapmışdır. Həmin ərazidə bir büküm sellofanda olan heroin olduğunu görüb, yerdən götürərək cibindəki parça kisəyə qoyub həmin kisəni də şalvarının sol yan cibinə qoymuş və evə qayıdıb gəlmişdir. 24 iyun 2022-ci il tarixdə saat 17 radələrində yaşadığı evin yaxınlığında “3 Qardaş” avtoservisin qarşısında küçədə olarkən iki nəfər mülki geyimdə olan olan şəxs ona yaxınlaşıb Abşeron rayon polis idarəsinin əməkdaşları olduğunu deyib onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağı barədə əməliyyat məlumatlarının olduqlarını bildirmişdilər. Buna görə də yaşadığı evə və üzərinə axtarış aparılması zərurətinin yaranmasını bildirmişdilər. O isə polis əməkdaşlarının tələbinə etiraz etməyib evində və üzərində axtarış aparmalarına razılıq vermişdir. Xırdalan şəhər Vəkil bürosunda növbətçi vəkil Müdafiəçi evinə dəvət olunmuşdur. Vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilməklə video çəkilişlə yaşadığı evdə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməyi təklif olunmuşdur. O, əynindəki qara rəngli şalvarının sol yan cibindəki həmin gün gecə saat 01 radələrində əldə etdiyi və parça kisənin içərisində saxladığı 1 ədəd sellofan bükümdə olan heroin olan bükümü çıxarıb təqdim etmişdir. Həmin kisənin içərisində həm 20 manat pul, həm də ağrıkəsici kimi qəbul etdiyi 1 ədəd metadon həbi olan dəmir qab da olmuşdur. Polis əməkdaşları həmin bükümdəkinin nə olduğunu soruşduqda bükümün içərisindəki kütlənin narkotik vasitə heroin olduğunu, həmin kütləni İran vətəndaşından 320 manata əldə etdiyini və özü istifadə etmək üçün üzərində saxladığını demişdir. Həmin içərisində heroin olan bükülü və 1 ədəd metadon dərmanı ona məxsus kisənin içərisinə qoyulub ağzı bağlanmış, sonra yaşadığı evdə axtarış aparılmışdır. Həyətlərindəki onun istifadə etdiyi tikilinin içərisindəki əşyalara baxış keçirilərkən orada kirayə yaşadığı həmin evin sahibinə məxsus i ədəd “beşbarmaq” deyilən alət aşkar olunaraq götürülmüşdür. Axtarış zamanı evindən və üzərindən başqa qanunla qadağan olunmuş əşya və predmetlər aşkar olunmamışdır. 1 ədəd Sellofan bükümdə olan heroinin və 1 ədəd metadon dərmanının qoyulduğu kisə və İ ədəd beş barmaq sellofan torbada qablaşdırılmış və həmin qablaşdırma üzərində iştirakçılar və o, imza edərək təsdiq etmişdilər. Üzərində və evdə axtarış aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və İmzalarla təsdiq etmişdilər. O, üzərində aşkar olunmuş narkotik vasitə olan heroini xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində İran İslan Respublikasının vətəndaşı kimi tanıdığı Abbas adlı şəxsdən 320 manata almışdır. Lakin, üzərində olan 1 ədəd metadon həbini təxminən 5 gün əvvəl tanımadığı şəxsdən hər biri 10 manat olmaqla ümumi 50 manata 5 ədəd dərman həbi almışdır. Onun ağrıları olduğu üçün həmin həblərdən də istifadə edir. Həmin narkotik vasitəni və metadon həbini özü istifadə etmək üçün özündə saxlamış və satmaq niyyəti olmamışdır. İran İslam Respublikası vətəndaşı kimi təqdim etdiyi Abbas adlı şəxslə bir neçə gün əvvəl tanış olub, sosial şəbəkəsi vasitəsi ilə danışsa da ilk dəfə 24 iyun 2022ci il tarixdə sosial şəbəkə vasitəsi ilə danışıb həmin şəxsdən narkotik vasitə almışdır. Onunla başqa əlaqəsim olmamış və internet vasitəsi ilə tanış olmuşdur. (cild 1, iş vərəqə 67-69, 233-235) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərdi ki, o, 24 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan heroindən istifadə etməsi, qanunsuz olaraq üzərində saxlayaraq, daşıması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə həmin tarixdə yəni, 24 iyun 2022-ci il tarixdə tərəfindən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, qərar Abşeron Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Şəhriyar Şəmsirli tərəfindən təsdiq olunduqdan sonra əməliyyat qrupunun təşkil olunması barədə əmr tərtib edilmiş, ondan başqa idarənin NMQ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 və Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X5 əməliyyat qrupun üzvü olmuşdur. Bundan sonra, 24 iyun 2022-ci ildə saat 17 radələrində əldə etdiyi məlumat əsasında onlar birlikdə Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, H.Əliyev pr.-nə gəlmişdilər. Samiri yaşadığı evin yaxınlığında yerləşən “3 Qardaş” avtoservisin yaxınlığında hərəkət etdiyini görmüşdülər. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduğunu bildirmiş və Samirin barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və üzərində saxlayaraq daşımasında şübhəli olduğunu bildirib, əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişdilər. Sonra Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə baxış keçirilməli olduğunu bildirmişdilər. Daha sonra Samirlə birlikdə yaşadığı evə getmişdilər. Orada Samirin üzərinə baxış keçirilməsi üçün Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, Xəyyam Rüstəmov tərəfindən hüquq və vəzifələri izah edilməklə, vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol cibindən çıxartdığı bir ədəd boz rəngli parça torba çıxarıb təqdim etmişdir. Həmin torbanın içərisi açılıb içərisinə baxdıqda torbanın içərisindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroin, lədəd metadon həbi, qara rəngli açıhb bağlanan qutu və onun da içərisində olan 1 ədəd 20 manatlıq pul əskinası aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümdə olan narkotik vasitə olan heroini və metadon həbini yol nəqliyyat hadisəsi zamanı aldığı ağır xəsarətə görə qəbul etdiyini bildirmiş, öz şəxsi istifadəsi üçün üzərində saxladığını və satmaq məqsədinin olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə tərəflərindən baxış keçirilən zaman içərisi dolu siqaret qutusu və əlilik kitabçası aşkar olunmuşdur. Narkotik vasitə olan heroin, lədəd metadon həbi qanunla qadağan olunan əşyalar olduğu üçün digər əşyalar isə istintaq əhəmiyyəti kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Evdən qanunla qadağan olunan hər hansı əşya və predmet tapılmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs evin həyətinin giriş hissəsindən sağ tərəfdə yerləşən otağı göstərib həmin otaqda istirahət etdiyini bildirmişdir. Həmin otağa baxış keçirildikdə orada olan qara rəngli qutunun içərisindən 1 ədəd gümüşü rəngli materialdan olan “beş barmaq” deyilən əşya tapılmışdır. Samir həmin əşyanı tapdığını və istifadə etmədiyini bildirmişdir. Bundan sonra həmin evdə başqa qanunla qadağan edilən başqa əşya və predmet tapılmamışdır. Aşkar olunan əşyalar və narkotik vasitə heroin zərfə qoyularaq, möhürlənib götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Şahid Abşeron RPİ-nin NMQ-nin əməliyyat müvəkkili polis, kapitanı Şahid2 digər polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Samir təxminən iki il bundan qabaq yol nəqliyyat hadisəsi zamanı xəsarət almış, aldığı xəsarətlərdən ayağında kəskin ağrılar olmuşdur. Samir ayağında olan kəskin ağrılara görə narkotik vasitə və bəzi ağrı kəsici dərman preparatları qəbul etməyə başlamışdır. Onun narkotik vasitəni necə və hansı formada istifadə eləməsini görməmişdir. Ancaq istifadə etməsindən məlumatı olmuşdur. Dəfələrlə Samirə bu vərdişlərdən uzaq durmasını irad bildirmiş, ancaq Samir bu vərdişindən əl çəkə bilməmişdir. Onun narkotik vasitəni kimdən və hansı formada əldə etməsindən məlumatım olmamışdır. Samirin narkotik vasitə qəbul etməsindən məlumatı olsa da lakin, Samirin 24 iyun 2022-ci il tarixdə üzərində narkotik vasitə olmasından məlumatı olmamışdır. O, həmin günü azyaşlı uşaqları ilə birlikdə evdə olmuşdur. Samir isə evdən çölə çıxmışdır. Polis əməkdaşları Samirlə birlikdə evin həyətində daxil olmuşdurlar. Samirin üzərindən narkotik vasitə olan heroin və 1 ədəd metadon həbini aşkar etmişdirlər. O, da polislərin Samiri saxlaması barədə qayınanası Səkinə xanıma zəng vurub məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, oğlu Samir yol nəqliyyat hadisəsi zamanı xəsarət aldıqdan sonra onun ayağında kəskin ağrılar yaranmış, ona görə də Samir narkotik vasitə və bəzi ağrı kəsici dərman preparatları qəbul etmişdir. Onun Samirin narkotik vasitə qəbul etməsindən məlumatı olmuşdur lakin, 24 iyun 2022-ci il tarixdə üzərində narkotik vasitə olmasından məlumatı olmamışdır. Polis əməkdaşları 24 iyun 2022-ci il tarixdə Samiri saxlayan zaman digər oğlu Elçinin məzarını ziyarət etməyə getmişdir. Həmin vaxt gəlini Şahid4 ona zəng vurub məlumat vermişdir. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 iyun 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, vərəqə 6) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 24 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evə və üzərinə «şəxsi axtarış və götürmə barədə» saat 17:40-dan 18:06-dək tərtib edilmiş protokolla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində üzərinə baxış zamanı qara rəngli şalvarının sol yan cibindən 1 ədəd boz rəngli parça kisə aşkar olundu. Həmin kisə iştirakçılar tərəfindən açılaraq içərisinə baxıldı. Həmin kisənin içərisindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroin, lədəd metadon həbi, qara rəngli açılıb bağlanan qutu və onunda içərisində olan 1 ədəd 20 manatlıq pul əskinası aşkar olundu. Narkotik vasitə olan heroin, lədəd metadon həbi qanunla qadağan olunan əşyalar olduğu üçün qablaşdırılmış, digər əşyalar isə istintaq əhəmiyyəti kəsb etmədiyi üçün S. Məmməd ovun özünə qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirildi. Evdən qanunla qadağan olunan hər hansı əşya və predmet tapılmadı. Bundan sonra Təqsirləndirilən şəxs evinin həyətinin giriş hissəsindən sağ tərəfdə yerləşən otağa baxış zamanı orada olan qara rəngli qutunun içərisindən 1 ədəd gümüşü rəngli materialdan olan “beş barmaq” deyilən əşya tapıldı. Bundan başqa həmin evdə qanunla qadağan edilən başqa əşya və predmet tapılmadı. Aşkar olunan əşyalar və Təqsirləndirilən şəxs məxsus bir ədəd Samsung markalı telefon qablaşdırılaraq götürüldü. (cild 1, iş vərəqə 30-32) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 26 iyun 2022-ci il diskə baxış keçirilməsi haqqında protokolla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 24 iyun 2022-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, H.Əliyev pr. “3 Qardaş” avtoservisin yaxınlığında Abşeron rayon polis idarəsinin NMQ-nun əməkdaşları tərəfindən saxlanılıb, Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə gətirilib evin həyətində onun üzərinə və evə baxış keçirilmişdir. Evin giriş qapısı göy rəngli darvazadan ibarətdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində bənövşəyi rəngdə sinə hissəsi yarıya qədər açılıb-bağlanan sepli qısa qol yay köynəyi və qara rəngli şalvar vardır. Evin həyətində NMQ-nun əməkdaşları, baş təhqiqatçı Xəyyam Rüstəmov və Təqsirləndirilən şəxs vəkili Müdafiəçi iştirak edir. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı qara rəngli şalvarının sol yan cibindən 1 ədəd boz rəngli parça kisə aşkar olundu. Həmin kisə iştirakçılar tərəfindən açılaraq içərisinə baxıldı. Həmin kisənin içərisindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroin, lədəd metadon həbi, qara rəngli açıhb bağlanan qutu və onunda içərisində olan l ədəd 20 manatlıq pul əskinası aşkar olundu. Daha sonra Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları tərəfindən baxış keçirilən zaman içərisi dolu siqaret qutusu və əlilik kitabçası aşkar olundu. Narkotik vasitə olan heroin, lədəd metadon həbi qanunla qadağan olunan əşyalar olduğu üçün götürüldü, digər əşyalar isə istintaq əhəmiyyəti kəsb elmədiyi üçün Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs əlilliyi olduğuna görə və ayağında olan ağrılar üçün həmin narkotik vasitəni özü üçün istifadə etdiyini, satmaq məqsədi ilə üzərində daşımadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirildi. Evdən qanunla qadağan olunan hər hansı əşya və predmet tapılmadı. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətinin giriş hissəsindən sağ tərəfdə yerləşən otağı göstərib həmin otaqda istirahət etdiyini bildirdi. Həmin otağa baxış keçirildikdə orada olan qara rəngli qutunun içərisindən 1 ədəd gümüşü rəngli materialdan olan “beş barmaq” deyilən əşya tapıldı. Samir həmin əşyanı tapdığını və istifadə etmədiyini bildirdi. Bundan başqa həmin evdə qanunla qadağan edilən başqa əşya və predmet tapılmadı. Aşkar olunan əşyalar və S. A. Məmməd ova məxsus bir ədəd Samsung markalı mobil telefon qablaşdırılaraq götürüldü. (cild 1, iş vərəqə 83-87) Şəxsi axtarış və götürmə barədə və diskə baxış keçirilməsi barədə protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 26 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus bir ədəd sarı rəngli Samsung markalı A6 modelli mobil telefona baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, mobil telefona baxış zamanı mobil telefon xüsusi kodda yəni, (0000) kodlu olmuş və üzərində +99***-***-**-** saylı mobil nömrə olduğu müəyyən olundu. **********09838 və **********09836 imei kodlu mobil telefondur. Həmin mobil telefonun yaddaş qurğusunda olan “Whatsapp” sosial şəbəkəsi olduğu müəyyən edildi, həmin sosial şəbəkənin hansı mobil nömrə ilə qeydiyyatdan keçməsini müəyyən etmək mümkün olmadı. Təqsirləndirilən şəxs mobil telefonun yaddaş qurğusunda qeydə alınmış və “Abbas qaqa” adı ilə qeyd etdiyi +**********93 saylı mobil nömrənin “Abbas” adlı İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsə məxsus olmasını və onunla “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə danışdığını bildirdi. Həmin mobil telefonda digər mobil nömrələrə baxış zamanı həmin nömrələrin qohumlarına və tanışlarına məxsus mobil nömrələr olduğunu bildirdi. Eyni zamanda telefonun şəkillər olan bölməsində özünə və ailəsinə aid şəkillər vardır. (cild 1, iş vərəqə 70-73) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış məhkəmə kimyəvi ekspertizasının 25 iyun 2022-ci il tarixli 6/3538 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: Azərbaycan Respublikası DİN “Zərflər üçün 56№” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs Ah oğlunun üzərindən və evdən axtarış zamanı aşkar olunaraq götürülmüş...” yazısı və imzalar olan zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 15,643 qram qəhvəyi rəngli tozşəkillimaddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd konvalyutda üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli həb metadon tərkibli dərman preparatıdır. Bir həbdə metadon təsiredici maddəsinin miqdarı 0,04 qramdır (üzərində qeyd olunmuş göstəricisinə əsasən) Heroin 28 iyun 2005-ci İl tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına, metadon «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»in İİ siyahısına daxildirlər. (cild 1, iş vərəqə 40-45) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 25 iyul 2022-ci il tarixli 4052 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidiərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı i 1 tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə nakomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə: 166-167) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 03 oktyabr 2022-ci il tarixli 2622 №ii rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs Ah oğlunda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs Ah oğlu ona ittiham olunan əməl barəsində anlaqh hesab olunmalıdır. Təqsirləndirilən şəxs Ah oğlunun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda daöz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Əqli-inleleklual imkanlarına görə iş üçün əhəmiyyətli halları düzgün qavramaq, hadisə zamanı öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. Cinayət əməlini törətdiyi zaman psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamış, hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. (cild 1, iş vərəqə 188-190) Cinayət işinin materiallarından görünür ki, 26 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş 1 ədəd bükümdə ümumi təmiz çəkisi 15,643 qram narkotik vasitə olan heroin ekspertiza keçirildikdən sonra qalıq qalmış 15,543 heroin, 1 ədəd həbdən l/2 həb hissəsi tədqiqata sərf edildikdən sonra qalıq qalmış l/2 həb həbin hissəsi, 1 ədəd Samsung markalı A6 modelli mobil telefon iş üzrə maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. (cild 1, iş vərəqə 98-99) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən Abşeron RPİ-nin NMQ-nin əməkdaşları tərəfindən 24 iyun 2022-ci il tarixdə çəkilmiş 1 (bir) ədəd disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunması nəzərə alınmışdır. (cild 1, iş vərəqə 204-216) Cinayət işinin materiallarından görünür ki, 04 dekabr 2022-ci il tarixdə "xxxx" MMCdən BKC/LGL-10619/22 saylı məktubla alınmış disk maddi sübut kimi tanınmış, cinayət işi materiallarına əlavə olunması nəzərə alınmışdır. (cild 1, iş vərəqə 204-216) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 04 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Abşeron rayon məhkəməsinin 24 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbayan Respublikası CM- nin 234.1-ci maddəsi ilə 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. (cild 1, iş vərəqə 122-123) Cinayət işinin materiallarına əlavə edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs “ 08 noyabr- Zəfər Gübü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən cəzasının çəkilməmiş 06 ay 22 gün hissəsindən azad edilmiş və üzərindən məhkumluq götürülmüşdür. (cild 1, iş vərəqə 119-120) Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-cil təvəllüdlü X6, xx.xx.2010-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 vardır. Təqsirləndirilən şəxs İİİ qrup müddətsiz əlildir. (cild 1, iş vərəqə 34-37) Məhkəmə, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlil gətirməmişdir. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladının olmasını, İİİ qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 24 iyun 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 24 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opioidiərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı i 1 tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə nakomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş ekspertiza keçirildikdən sonra qalıq qalmış 15,543 qram heroin, 1 ədəd həbdən 1/2 həb hissəsi tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1/2 həbin hissəsi, bir ədəd gümüşü rəngli “beşbarmaq” deyilən əşya məhv edilməli, 1 ədəd Samsung markalı A6 modelli mobil telefon təqsirləndirilən şəxsin yaxınlarına qaytarılmalı, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 24 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Abşeron RPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş qalıq çəkisi 15,543 qram olan heroin, 1 ədəd həbdən ½ həb hissəsi tədqiqata sərf edildikdən sonra qalıq qalmış ½ həbin hissəsi və bir ədəd gümüşü rəngli “beşbarmaq” deyilən əşya məhv edilsin, 1 ədəd Samsung markalı A6 modelli mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar