Məhkəmə qərarları › İş №1(124)-332/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-332/2025

23.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-332/2025 23.09.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X17 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X12, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakı ilə, xx xxxxxxxx 1989-cu ildə Balakən rayonu, İtitala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, günəmuzd fəhlə işləmiş, əvvəllər məhkum edilməmiş, Balakən rayonu, İtitala kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Əlişir Nəvai küçəsində kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 28, 214.2.1, 28, 214.2.6, 214-2, 218.2-ci və 283.1-1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2019-cu ilin əvvəllərində “Facebook” sosial şəbəkəsində tanış olduğu, ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış “X46 Dövləti” (İŞİD) adlı cinayətkar birliyin (təşkilatın) tərkibində döyüşən, şəxsiyyəti istintaqa “Tevhid Azeri” ləqəbi ilə məlum olan şəxs vasitəsilə “İŞİD”ə “beyət” etdiyini bəyan edərək həmin cinayətkar birliyə (təşkilata) qoşulmuş, Azərbaycan Respublikasının Abşeron, Xaçmaz, Qusar və Balakən rayonlarında, Sumqayıt şəhərində, eləcə də Bakı şəhərinin müxtəlif rayonlarında olarkən istifadəsində olan “Redmi Note 12S” markalı mobil telefon vasitəsilə “Facebook” sosial şəbəkəsində “Ammar Azeri” adlı özünə məxsus hesabında 10 iyul 2023-cü il tarixdə “Cihadın fəziləti/Nebe qəzeti infoqrafik/6 iyul 2023. Allah təala cihad edənləri əyləşənlərdən dərəcə etibarilə üstün tutmuşdur. Cihad islamın zirvəsidir. Allah resulu belə buyurdu: Sənə hər işin başını, ana dirəyini və zirvə nöqtəsini bildirimmi? İşin başı islam, dirəyi namaz, zirvə nöqtəsi isə cihaddır. Əbu Hureyrə belə dedi: Bir adam Allahın rəsuluna gəldi və mənə cihada bərabər tutulacaq bir əməl öyrət dedi. Allah rəsulu “mən cihad dəyərində bir əməl görmürəm” deyə buyurdu. Cihad İmandandır. Maddə 2 / X47 Əvlaki / Cihadı Dəstəkləməyin 44 yolu” məzmunlu, 15 iyul 2023-cü il tarixdə “Rəsulullah sallallahi əleyhi və səlləm belə buyurmuşdur: Göydən yağış yağdığı qədər cihad şirin və xoşdur. Quranı oxuyanların “indi cihad zamanı deyil” dedikləri zaman gələcəkdir. Kim bu zaman çatsa bilin ki, bu nə gözəl cihad zamanıdır.” “ey iman gətirənlər! sizə nə olub ki, “Allah yolunda döyüşə çıxın” deyildikdə yerinizdə qaxılıb qalırsınız? Olmaya, axirətdən daha çox dünya həyatından razısınız? Halbuki dünya həyatının keçici zövqü axirətlə müqayisədə çox dəyərsiz bir şeydir, əgər döyüşə çıxmasanız Allah sizi üzücü bir əzaba düçar edər və sizi başqa bir camaatla əvəz edər. Siz isə ona heç bir zərər yetirə bilməzsiniz. Allah hər şeyə qadirdir.” məzmunlu, 06 noyabr 2023-cü il tarixdə “İbni Teymiyyə belə demişdir: Tağuta gözətçilik edən, onu qoruyan, küfür (inkar edən, Allaha qarşı çıxan) sistemini gücləndirmək üçün çalışan, tağutları yıxmaq üçün mübarizə aparan mücahid müvəhidlərlə döyüşən hər kəs üçün hökm eynidir. Tağutların uğrunda döyüşən hər kəs kafirdir. Onlar istər namaz qılsın, istərsə də başörtüyü taxıb müsəlman olduğunu iddia etsin vəziyyət eynidir. Allah (Subhanehu ve Teala) belə buyurur: İman edənlər Allah yolunda döyüşərlər, inkar edənlər isə tağut yolunda döyüşərlər. O halda siz şeytanın dostlarına qarşı döyüşün, Şübhəsiz şeytanın hiləsi zəifdir." məzmunlu, 07 dekabr 2023-cü il tarixdə “hər kim Taifatul Mans u radan (Suriyada terrorçu qruplaşmalardan biri olduğu bilinir) olmaq istəyirsə, bu qaranlıq qürbətin ortasında olmaq istəyirsə, cəsur və zirək olmağa ehtiyacı vardır. Xəyallarına hakim olmalı və onlara məğlub olmamalıdır. Bu yol xaricində hər şeyi tərk edib təqvalı (pəhrizkar) olmalıdır. Seçdiyi bu yola aşiq olmalı, o yola qovuşmağı da bilməlidir. Qarşısına çıxan əngəlləri bilməli, məqsədinə çatmaqda cəsur olmalıdır. Qorxudan ürəyi titrəyəndə əzmkarlıq göstərən, qınayanın qınaması ilə yolundan dönməyən bir kəs olmalıdır. Danlamaqla da yolundan döndərilməyən, çox rahat olmalı və daima düşünməlidir. Nə tərifin ləzzətinə, nə də tənqidin acısına meyl etməməlidir. Özünün köməyinə ehtiyac olan səbəblərlə dik durmalıdır.” məzmunlu, 08 dekabr 2023- cü il tarixdə “Allahın əmr etdiyi 5 şey / Nebe qəzeti infoqrafik 8 dekabr 2023. Rəsulullah dedi ki, Allahən mənə əmr etdiyi 5 şeyi mən də sizə əmr edirəm, dinləmək, itaət etmək, cihad etmək, hicrət etmək, camaat (qrup) olmaq. Belə ki, kim camaatdan bir qarış ayrılarsa, islamla əlaqəsini kəsmişdir, geri dönənlər xaric olmaqla. X16 dedi ki, müsəlmanların üzərinə düşən kafirlərə qarşı birləşərək tək qüvvət olub, Allahın və rəsulunun itaəti və onun yolu üzərində cihad edib kafirlərə qarşı * savaşmalarıdır. Bu isə islamın ən böyük üsullarından və imanın əsaslarındandır ki, Allah rəsullarını kitablarla bu şey üzərinə göndərdi və qullarına birlik olmayı əmr edib ixtilafa düşməyi qadağan etdi.” məzmunlu, 08 mart 2024-cü il tarixdə “cihad sevgisi nə zamana qədər xəyallar və şəxsi düşüncələrlə məhdud qalacaq və sadəcə qeyri-ciddi şəkildə gündəmə gələcək? Bu istək nə zamana qədər müsəlmanların faciələrini gördüyündə tökdüyün utanc göz yaşları ilə məhdud qalacaq və ya bir marş ya da şeirə qulaq asdığında keçici coşqu ilə cihad sevgisi nə zamana qədər sadəcə digər işlərinin yanında gördüyün və ona boş vaxtını sərf etdiyin bir iş olaraq qalacaq? Ey cihada gəlməkdə tərəddüd edən, başqa heç bir ibadətə bərabər olmayan ibadətə gəl, rəsulullahın üç dəfə arzu etdiyi ölümə, şəhadətə gəl. Əngəlləri yıxın! Sərhədləri keçin! Bütün təhlükəsizlik tədbirlərini aşın! Və hər yöndən genişliyi göylər və yer qədər olan Allahın şəhid bəndələrinə hazırladığı cənnətə qaçın” məzmunlu, 27 aprel 2024cü il tarixdə “ey dünyanın dörd bir yanındakı islam ümmətinin qəhrəman övladları, ümmətin halını görürsünüzmü? İslam ümmətinin iffətli mömin qadınlarının fəryadlarını və məsum uşaqlarının ahlarını eşidirsinizmi? Şərqin və qərbin kafirləri dünən Bavuzda vəhşicəsinə öldürdüklərini bu gün şərəfli Qəzzada öldürürlər. İslam ümmətinin qızlarına həbsxanalarda işgəncə etdilər və namuslarını kirlətdilər. Quranlarımızı, evlərimizi, bazarlarımızı, məktəblərimizi və məscidlərimizi fərq qoymadan bombaladılar və belə ki, Əndəlüs, Şərqi Türküstan və nehrin o tərəfi də daxil olmaq üzrə bütün islam torpaqları xaçlılar, kommunistlər, yəhudilər və zalım tağutlar tərəfindən işğal edilmişdir. Allahın şəriətinin nurunun yerinə şirk və demokratiyanın qaranlığı hər yerə yayılmışdır. Ey islam ümmətinin övladları, ey Avropanın, Amerikanın və dünyanın gəncləri, heç islam ümmətinin yaşadığı problemlər haqqında düşündünüzmü? Onları həll etməyin yollarını axtardınızmı? Allahın qanunlarını yer üzündə tətbiq etməyə, kafirləri məğlub etməyə və İslamın izzətini geri gətirməyə çalışdınızmı? Bu kimi vəziyyətlərdə Allahın və rəsulunun sizlərə əmri nədir? Cihad, döyüş, hicrət və peyğəmbərin davranışları ilə bağlı onlarca ayə kimə xitab edir? Siz Allahın bu ayələrindən azadsınızmı? Xeyr, sən millətin acılarını hiss edən və daima çözümü düşünən bir islam övladısan. Bu səbəbdən sevinin, islam ümmətini bu vəziyyətdən qurtarmaq üçün Xorasan vilayətindəki qardaşlarınız sizi hicrət etməyə və Allah yolunda cihad etməyə dəvət edir. Allahın iradəsi genişdir, qalxın və niyyətinizi təzələyin. Bu ilahi əmri qətiyyətlə və sarsılmaz bir əzmlə yerinə yetirin. Hicrət və cihad ilə şərəf qazanın. Kafirlər sizə hicrət qapısını örtərlərsə, harda olursunuzsa olun, onlara savaş qapısını açın, islam dövlətindəki qardaşlarınızla əlaqə qurun və mübarək Ramazan ayının ortasında Rusiyanın mərkəzində gerçəkləşən mübarək qəzvə kimi bir tarixi təkrarlayın. Uca Allahın yolunda hicrət və mübarizədəki tərifəlayiq liderliyinizin üçün bizimlə əlaqə qurmağınızı gözləyirik” məzmunlu, “Facebook” sosial şəbəkəsində “X49” adlı özünə məxsus hesabında 18 aprel 2023-cü il tarixdə “Rafizilərin İslamımızla heç bir şəkildə bağları yoxdur. Rafizilər də xaricilərin ifratçılarından olan azğın, yolunu azmış bir tayfadır.” məzmunlu, 05 may 2023-cü il tarixdə “Allahın lənəti və mələklərin və lənət edicilərin lənəti tağutların üzərində olsun onun əsgərlərinin üzərində olsun.. X39 Amin Amin” məzmunlu, 16 iyun 2023-cü il tarixdə “Aslanlar arxasında sadəcə çaqqallar danışar, dil uzadar. Biz Allah təalanın yolunda canını verməyə hazır olan müsəlmanıq”, “Əzmimiz atəş kimi. İrəliləyəcəyik, cihadımız haqqdır, bizlər aslanlarıq. Bayrağımız dalğalanana qədər (İŞİD bayrağı nümayiş etdirilir), Allahın şəriəti hakim olana qədər durmayacağıq. Ölərik, amma zillətə heç vaxt razı olmarıq. Çünki bizlər qızıl qanlar axıdanlarıq”, “İtlərin hürməsi və etdikləri bizə heç bir zərər vermədi. Aslanlar Allahdan başqasından qorxmazlar. Sizinlə qarşılaşdığımızda döyüşdə aslanlar kimiyik. Boynunuzun üzərində parlayan bir qılınc kimi." məzmunlu, “Odnoklansniki” sosial şəbəkəsində “TÖVHİD TÖVHİD” adlı özünə məxsus hesabında 18 iyun 2021-ci il tarixdə isə “Dövlətin qanunlarına qarşı gələnə terrorist deyilirsə, Allahın qanunlarına qarşı gələnə də kafir deyilib’ yazısı qeyd olunmuş şəkil, 21 iyun 2021-ci il tarixdə “Fitnə aradan qalxana qədər və din ancaq Allaha məx-sus edilənədək onlarla vuruşun! Əgər son qoysalar, (bilin ki,) düşmənçilik ancaq zalımlara qarşı olur." yazısı qeyd olunmuş şəkil, 11 iyul 2021-ci il tarixdə “Rəsulullah buyurdu ki, Allahın mənə əmr etdiyi 5 şeyi mən də sizə əmr edirəm. Dinləmək, itaət etmək, cihad etmək, hicrət (köç) etmək və camaat olmaq" yazısı qeyd olunmuş şəkil, 01 avqust 2021-ci il tarixdə “mənim şəhidim vətən uğrunda ölən deyil. Allahın dini uğrunda ölənlərdir. Kim dünya malı üçün döyüşərək öldürülərsə, vallahi onun qanı boş yerə hədər olmuşdur” yazısı qeyd olunmuş şəkil, 09 dekabr 2021-ci il tarixdə “Cihad meydanında olmayan alimdən cihad haqqında fətva soruşulmaz. X44 X48. Əziz və Cəlil olan Allah onu qəbul etsin" yazısı qeyd olunmuş şəkil, 22 dekabr 2021-ci il tarixdə “yoxsa Allah içinizdən cihad edənləri ortaya çıxarmadan və səbredənləri müəyyən etmədən cənnətə girəcəyinizimi zənn edirdiniz?” yazısı qeyd olunmuş şəkil, 17 may 2022ci il tarixdə “Şamdakı Azərbaycanlı mücahidlərdən Azərbaycandakı müsəlmanlara salamlar” yazısı qeyd olunmuş şəkil, istifadəsində olan +994 70 *** ** ** saylı mobil nömrə vasitəsilə qeydiyyatdan keçdiyi “Whatsapp” sosial şəbəkəsinin statuslar bölməsində Azərbaycan Respublikası ərazisində terror aktları törətməyi planlaşdıran Qədir Hacıyev və onun dəstəsinin üzvlərinin “İŞİD” bayrağı fonunda çəkilmiş üzərində “Qusar 1446 ci il” sözləri yazılmış fotoşəkil, “Tiktok” sosial şəbəkəsində “zeyneddin.haciyev” adlı özünə məxsus hesabında həmin hesabın məlumat hissəsində “bize dil uzadan şiyelerin qızları bacıları anaları bize cariyedir malı bize hala” məzmunlu, 22 fevral 2024-cü il tarixdə “Xristianlarla birlikdə sinə vurma part2”, “onlarda xaç>şiədə ələm>onlarda İsa(ə) >şiədə Həsən(r.a)”, “mundar şiyeler akidesi” məzmunlu, 22 fevral 2024-cü il tarixdə “Əhli sıyga Xomuşi əqidəsi, Transların qardaşları özünüzü yaxşı tanıyın”, “LÜT SOYUNUB ZƏHRANİ ÇAĞİRAN ŞİƏLƏR", “Əxlaqsız rafizilər (şiələr)”, “Sheytanlari taniyaq” məzmunlu, 02 aprel 2024-cü il tarixdə “o iftiralardan biri de nədir? təbii ki, onlar bunu vəhabi adı ilə deyirdilər. Öz ana bacıları ilə yaxınlıq edirlər. Nəslini araşdırsan özü siğədən doğulub. Sən hansı qeyrətdən danışırsan? Siğə məndə yoxdu siğə səndə var. Sən hansı qeyrətdən danışırsan? Südəmər qız uşağı ilə mazaqlaşmaq mənim məzhəbimdə yoxdu səndə var. Sən hansı qeyrətdən danışırsan? Cinsi dəyişmək, kişinin qadına, qadının kişiyə çevrilməyi bizdə yoxdu sizdə var. Bunları sizin alimlər deyibdi və özünüz dillərinizlə etiraf etmisiz. Hamısı zapis olunub", məzmunlu, 03 aprel 2024-cü il tarixdə “rezil necis rafizi şiyelerin bize atdigi iftiraya gözel cvb”, məzmunlu, eləcə də 06 may 2024-cü il tarixdə Abşeron rayonunda olarkən “eşşek şiye ne bilir islam nedir" məzmunlu materialları paylaşıb yayaraq dini fanatizm zəminində terrorçuluğa təkrar açıq çağırışlar etməklə, habelə bu cür məzmunlu materialları təkrar yaymaqla, dini nifrət və düşmənçiliyin salınmasına, dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətləri dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində aşkar surətdə qəsdən təkrar törətməklə “İŞİD” cinayətkar birliyinin tərkibində dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə dövlət qurumları və iaşə obyektlərində insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlərin (terror aktı) törədilməsi üçün başqaları ilə əlaqəyə girib sövdələşərək cinayətə hazırlıq hərəkətləri etmiş, lakin 09 oktyabr 2024-cü il tarixdə DTX əməkdaşları tərəfindən saxlanıldığından iradəsindən asılı olmayaraq həmin cinayəti başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, qeyd olunan paylaşımları etmiş, amma sonra peşman olmuş və silmişdir, saxlanıldığı zaman cinayəti onun “boynuna qoymuşlar”. Əgər etirafedici ifadə verməsə imiş, evinə silah qoyacaqmışlar. O, sadəcə paylaşımların edildiyi səhifənin ona məxsus olmasını bildirmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, heç bir təriqətə qoşulmamış, paylaşımları da peşman olub silmişdir. O, sadəcə namaz qılıb, ibadət etmişdir. Həmin paylaşımları etməkdə heç bir niyyəti olmamışdır. O, heç kimin ölməsi niyyətində olmamış, hədislər paylaşmış və peşman olmuşdur. “İŞİD” adlı təşkilatla əlaqəsi olmamışdır. Paylaşımları başqa sosial şəbəkə hesablarından götürmüş, onun Suriyada “döyüşən” insanlara əlaqəsi olmamışdır. Həyat yoldaşı Suriyada olmuş, o, özünü sadəcə paylaşımlar etməkdə təqsirli bilmişdir. Əhli-sünni namazı qılır, qeyd olunan sosial şəbəkə hesabları ona məxsus olmuşdur. Azərbaycan Respublikası Cinayət-prosessual Məcəlləsinin 327.1.3-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələr arasında ziddiyyət olduğundan onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunmuşdur və həmin ifadəsində o, Azərbaycan Respublikası CM-in 28, 214.2.1, 28, 214.2.6, 214-2, 218.2-ci və 283.1-1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü istintaqın əvvəlində təqsirli, sonunda isə qismən təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, xx xxxxxxxx 1989cu ildə Balakən rayonu, İtitala kəndində anadan olmuş, 1995-cı ildə Balakən rayonu, İtitala kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq həmin məktəbdə 9-cu sinifə qədər oxumuş, 9-cu sinifdən sonra təhsil almamış, 2007-2009-cu illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində əsgər kimi müddətli həqiqi hərbi xidmətdə olmuş, hərbi xidmətini başa vurduqdan sonra Balakən rayonuna qayıtmışdır. Heç bir ixtisası olmadığı üçün ancaq müxtəlif yerlərdə fəhlə kimi işləmiş, 2010-cu ildən 2019-cu ilədək müxtəlif vaxtlarda işləmək məqsədilə Rusiya Federasiyasının Dağıstan və Xanti- Mansiski vilayətlərinə getmiş, eyni zamanda həmin illərdə Bakı şəhərində və Balakən rayonunda olarkən də müxtəlif işlərdə fəhlə kimi işləmiş, 2019-cu ildən sonra Rusiyaya getməmişdir. Həmin tarixdən bəri Bakıda və Balakəndə müxtəlif tikinti yerlərində fəhlə işləmiş, təxminən 2024-cü ilin əvvəllərində əslən Qusar rayonundan olan Nağıyeva Ofeliya adlı xanımla qeyri-rəsmi ailə həyatı qurmuş, övladı yoxdur, lakin Ofeliyanın başqa nikahdan 1 oğlan övladı var. Ofeliya əvvəllər Şamil Nağıyev adlı şəxslə evli olmuş, Şamillə birlikdə Suriyaya getmişlər. Şamil Suriyada din uğrunda gedən döyüşlər zamanı həlak olmuş, övladı İbrahim də Suriyada bomba partlaması nəticəsində yaralanmışdır. İbrahim hal-hazırda əlildir və buna görə pensiya alır. O, Ofelya və İbrahimlə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində kirayədə yaşamışdır. Ailədə ondan başqa 1 qardaşı və 2 bacısı var. Atası Hacıyev Həsən Məhəmməd oğlu təxminən 20 ildir ki, Rusiyada yaşayır. Taksi fəaliyyəti ilə məşğul olur. Anası X1 rayonu İtitala kəndində kəndində yaşayır və işləmir. X5 hal-hazırda Rusiyadadır. Fəhlə işləyir. X28 ailəlidir. Ailəsi ilə birlikdə Balakən rayonu İtitala kəndində yaşayır. Digər bacısı Liya Hacıyevə isə subaydır və Balakən rayonu İtitala kəndində kəndində anası ilə birlikdə yaşayır. Liya əlildir və hazırda əlilliyə görə pensiya alır. O, 2015-ci ildən ibadətlə məşğul olmağa başlamış, islam dininin əhli-sünnə məzhəbinə etiqad edir, ibadətə Balakən rayonundan olan Pərviz adlı şəxsin dəvəti ilə gəlmiş, Pərviz onların yaşadığı kənddə maqazin işlədir. İbadətə başladığı vaxtdan daim cihadyönümlü fikirdə olmuş və sosial şəbəkələrdə özünə məxsus profillərdə bununla bağlı paylaşımlar etmişdir. Cihad dedikdə o, din uğrunda döyüşmək, kafirlərə qarşı vuruşmaq kimi ifadələri başa düşür. Onun əqidəsində olan şəxslərin əksəriyyəti “İŞİD” terror təşkilatının tərkibində cihad edir. O, özü Suriyaya gedib “İŞlD”in tərkibində döyüşməsə də, həmin terror təşkilatının tərkibində döyüşən şəxslərlə sosial şəbəkələrdə mütəmadi əlaqə saxlamış, təxminən 2019-cu ilin əvvəllərində özünü “İŞİD” terror təşkilatının üzvü kimi təqdim edən “Tevhid Azeri” adlı şəxslə “Facebook” sosial şəbəkəsində tanış olmuş, həmin şəxslə eyni zamanda “WhatsApp”da da əlaqə saxlamış, sonuncunun əsl adını bilməmişdir. X31 özü haqqında çox danışmış, belə ki, Suriyada olduğunu, “İŞİD”in tərkibində döyüşlərdə iştirak etdiyini ona demişdir. Tevhidlə WhatsApp danışıqlarının birində sonuncu ona Azərbaycan əlifbası ilə yazılmış, lakin ərəb dilində olan bir mətni göndərmiş və həmin mətni ucadan oxuyaraq səsli mesaj göndərməsini bildirmişdir. O, həmin yazının nə olduğunu soruşduqda Tevhid ona həmin yazının “İŞİD”ə beyət etməklə bağlı mətn olduğunu bildirmiş, o, Tevhidin dedikləri ilə razılaşaraq həmin yazını ucadan oxuya-oxuya Tevhidə səsli mesaj göndərmişdir. Beləcə o, “İŞİD”ə beyət etməyi ilə bağlı Tevhidə səsli mesaj göndərməklə həmin təşkilata tərəfdar olmağını, həmin təşkilatı dəstəklədiyini bəyan etmişdir. O, əvvəllər elə fikirdə olmuş, həmin adamla danışıqları zamanı Tevhid ona Azərbaycan ərazisində də cihad etməklə bağlı sözlər demiş, çünki Azərbaycanda da İŞİD kimi şəriət qanunları ilə idarə olunan dövlətin qurulmasının, eyni zamanda din qardaşlarının həmin dövlətdə öz qanunları ilə yaşamasının tərəfdarı olduğunu bildirmişdir. Beyət etməmişdən əvvəl və ondan sonra o, cihadla bağlı sosial şəbəkələrdə müxtəlif paylaşımlar etmiş, həmin paylaşımları əsasən tərəfdarı olduğu islam alimlərinin səhifələrindən və digər müxtəlif dini səhifələrdən götürərək paylaşmış, sosial şəbəkələrdə olan paylaşımlarında da əsasən cihada getmək, kafirlərə qarşı vuruşmaq və bu tipli digər paylaşımlar etmişdir. “Facebook” sosial şəbəkəsində ona məxsus “Ammar Azeri”, “X49”, “Odnoklansniki” sosial şəbəkəsində “TÖVHİD TÖVHİD” “Tiktok” sosial şəbəkəsində “zeyneddin.haciyev”, “İnstagram” sosial şəbəkəsində isə “zeyd850” adlı profillər vardır. Bundan başqa o, “Whatsapp” və “Telegram” sosial şəbəkələrinin statuslar bölməsində də cihadyönümlü paylaşımlar etmişdir. O, Telegram sosial şəbəkəsində “Təmkin Xəbər”, “Dervaze” adlı kanalları izləmiş, həmin telegram kanallarının birbaşa “İŞİD’lə bağlı olduğunu bilmiş, həmin kanallar birbaşa İŞİD-lə bağlı olduğu üçün o, orada paylaşılanları özündə rəhbər tutmuş və həmin paylaşımları “facebook” və digər sosial şəbəkələrdə paylaşmış, hətta yaxın bildiyi adamlara da göndərmişdir. O, cihadla bağlı paylaşımlarının əsas hissəsini həmin telegram kanallarından götürərək paylaşmışdır. O, bir müddət əvvəl “Təmkin Xəbər” və “Dervaze” telegram kanalında paylaşılan Qusar rayonunda terror aktları törətməyi planlaşdıran Qədir Hacıyev və onun dəstəsinin “İŞİD” bayrağı fonunda çəkdirilmiş fotoşəklini götürərək telegramda və WhatsAppın status bölməsində paylaşmışdır. Bundan başqa “Facebook” sosial şəbəkəsində ona məxsus “Ammar Azeri” adlı profildə 2024-cü ilin aprel ayında “Müslümanlara bir mesaj” adlı dini video paylaşmış, həmin videoda bir şəxs tərəfindən “Xorasan vilayətindəki qardaşlarınız sizi hicrət etməyə və Allah yolunda cihad etməyə dəvət edir”, “Ramazan ayında Rusiyada baş verən terror aktını təkrarlayın”, “harda olursunuzsa olun, kafirlərə savaş qapısını açın” məzmunlu fikirlər səsləndirilmiş, o, ibadətə başladıqdan sonra cihadyönümlü fikirdə olduğu üçün arasıra belə məzmunlu paylaşımlar etmiş, bu paylaşımda da müsəlman qardaşlarının cihada dəvət edilməyindən, bundan başqa Rusiyada baş verən terror aktını təkrar etmək kimi tapşırıq verildiyindən söz açıldığını bildirmişdir. Bundan başqa “Facebook” sosial şəbəkəsində ona məxsus “Ammar Azeri” adlı profildə müxtəlif vaxtlarda “tağut” rəhbərlərinə qarşı mübarizəyə səsləyən çağırışların əks olunduğu paylaşımlar etmiş, həmin paylaşımlarda “Tağutları məhv edin”, “Hicrət və İslam yolunda cihad edin və şərəf qazanın”, “Allahın şəhid qullarına hazırladığı cənnətə qoşmaq üçün kafirlərə savaş qapısı açın, tərəddüd etməyin, əngəlləri yıxaraq sərhədləri keçin, təhlükəsizlik tədbirlərini aşın!” və. s. məzmunlu fikirlər səsləndirilmişdir. O, tağut dedikdə şəriət qanunlarından kənar idarə edilən dövlət başa düşüldüyünü, əhli-sünnələr öz aralarında tağutu şeytan adlandırdıqlarını, bu paylaşımları etməkdə məqsədinin cihadla bağlı paylaşımların daha çox şəxsə çatmasına nail olmaq olduğunu bildirmişdir. O, qeyd edilən paylaşımları Abşeron rayonu, Xırdalan şəhərində yerləşən kirayə yaşadığı mənzildə öz mobil telefonu vasitəsilə etmiş, onun istifadəsində “Redmi Note 12S” markalı mobil telefon olmuş, həmin mobil telefona ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələr quraşdırılmış, o, ***-***-**-** saylı mobil nömrədə eyni zamanda WhatsApp tətbiqini də istifadə etmişdir. O, qeyd edilən sosial şəbəkələrdə cihadla bağlı etdiyi paylaşımlar barədə əvvəllər düzgün etdiyini fikirləşdiyini və bunun islam dini və onun əqidəsi üçün düzgün bir şey olduğunu düşündüyünü, lakin sonradan əməlindən peşman olduğunu və səhv etdiyini anladığını, sosial şəbəkələrdə İŞİD üzvləri ilə əlaqə saxladıqdan sonra belə paylaşımları etməyin düzgün yol olduğunu fikirləşdiyini, müsəlman qardaşlarının kafirlərə qarşı cihad etməyini düzgün hesab etdiyini, buna görə də belə paylaşımlar etdiyini, lakin sonradan səhv etdiyini anladığını, əməlindən çox peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadələrini davam etdirərək, sosial şəbəkələrdə etdiyi paylaşımlar barədə istintaqa verdiyi ifadəsində “AMMAR AZERİ” adlı “Facebook” hesabının həqiqətən də ona məxsus olduğunu, həmin hesab vasitəsilə mütəmadi olaraq cihadla bağlı müxtəlif paylaşımlar etdiyini, həmin paylaşımları əsasən tərəfdarı olduğu islam alimlərinin səhifələrindən və müxtəlif dini səhifələrdən götürərək paylaşdığını, Telegram sosial şəbəkəsində “Təmkin Xəbər”, “Dervaze” adlı “İŞİD” terror təşkilatına məxsus kanalları izlədiyini, həmin kanallarda olan cihad etməklə bağlı paylaşımları öz sosial şəbəkə hesablarında eləcə də, “AMMAR AZERİ” adlı profilində paylaşdığını, həmin profil vasitəsilə edilən paylaşımlarda onun tərəfindən cihad etməyin vacibliyi və tağutun inkarı barədə fikirlər qeyd edildiyini, burada cihadın hər bir müsəlman üçün vacibliyinin qeyd olunduğunu, onun məqsədinin də cihadın vacibliyini vurğulamaq olduğunu, cihadın Allah yolunda din düşmənlərinə, yəni kafirlərə və müşriklərə qarşı olan mübarizə yolu olduğunu, cihadın hər bir müsəlman üçün vacib və mütləq yerinə yetirilməli olan əməl olduğunu, paylaşımlarda Xorasan vilayətində döyüşən müsəlman qardaşlarına kömək etməyin, Rusiyanın paytaxtı Moskvada ticarət mərkəzində edilən terror aktını təkrarlamağın vacib olduğunun qeyd edildiyini, bundan başqa qeyd edilən paylaşımlarda Suriyada terrorçu qruplaşmalardan biri olan Taifatul Mansuranın tərkibində cihad etməyin vacibliyindən danışıldığını, onun bu paylaşımları etməkdə məqsədinin cihadla bağlı paylaşımların daha çox şəxsə çatmasına nail olmaq olduğunu, bundan əlavə paylaşımlarında tağutun inkarının əsas yer tutduğunu, tağut dedikdə şəriət qanunlarından kənar idarə edilən hər şey başa düşüldüyünü, əhli-sünnələrin öz aralarında tağutu şeytan adlandırdığını, tağut uğrunda döyüşən hər kəsin kafir olduğunu, həmin şəxsin istər namaz qılsın, istərsə də başörtüyü taxıb müsəlman olsun yenə də kafir olduğunu, paylaşımlarda tağutla bağlı bu fikirlərin vurğulandığını bildirmişdir. “X49” adlı “Facebook” hesabının həqiqətən də ona məxsus olduğunu, həmin hesab vasitəsilə də cihadla bağlı, eləcə də tağutların inkarı ilə bağlı paylaşımlar etdiyini, hesabda qeyd edilən paylaşımların da həmin istiqamətdə olduğunu, bundan başqa 18 aprel 2023cü il tarixdə edilən paylaşımda onun tərəfindən rafizilərin azğın, yolunu azmış tayfa olduğunun qeyd edildiyini, rafizilər dedikdə şiələri nəzərdə tutduğunu, şiə məzhəbinin tərəfdarlarının öz çıxışlarında əhli-sünnə məzhəbinə aid olan şəxslər barədə uyğun olmayan sözlər işlətdikləri üçün bunun onda qəzəb yaratdığını, buna görə də bir sıra paylaşımlarımda şiələri tənqid etdiyini, bu paylaşımın da onlardan biri olduğunu qeyd etmişdir. Bundan əlavə “TÖVHİD TÖVHİD” adlı “Odnoklassniki” hesabının həqiqətən də ona məxsus olduğunu, həmin sosial şəbəkədə də cihadla bağlı paylaşımlar etdiyini, paylaşımlarda cihad etməyin vacib və düzgün əməl olduğu, vətən uğrunda deyil, din uğrunda şəhid olmağın vacibliyi, Allahın qanunlarına qarşı gələn şəxslərin kafir olduğu, dünya malı üçün öldürülən şəxslərin qanının hədər yerə getdiyi və s. barədə fikirlər qeyd edildiyini bildirmişdir. Bundan başqa “zeyneddin.haciyev” adlı “Tiktok” sosial şəbəkə hesabının ona məxsus olduğunu, həmin profil vasitəsilə şiə məzhəbinin tərəfdarları barədə tənqidi fikirlər yazdığını, şiə məzhəbinin tərəfdarlarının öz çıxışlarında əhli-sünnə məzhəbinə aid olan şəxslər barədə uyğun olmayan, nalayiq sözlər və ifadələr işlətdikləri üçün bunun onda qəzəb yaratdığını, buna görə də bir sıra paylaşımlarında şiələri tənqid etdiyini, Tiktok sosial şəbəkəsində etdiyi bu paylaşımlarda da şiələri tənqid etdiyini, eyni zamanda qeyd edilən paylaşımlarda rafizilər, yəni şiələr barədə bir sıra hallarda təhqiredici ifadələrə də yol verdiyini, bunun da səbəbinin bir sıra rafizilərin əhli-sünnələr haqqında düzgün olmayan ifadələr işlətməkləri olduğunu, bu təhqiredici paylaşımları onda yaranmış ani qəzəb və nifrətdən dolayı etdiyini, əslində təhqiramiz ifadələr işlətməyinə görə çox peşman olduğunu bildirmişdir. O, istifadəsində olan +994 70 *** ** ** saylı mobil nömrə vasitəsilə qeydiyyatdan keçdiyi “Whatsapp” sosial şəbəkə hesabının statuslar bölməsində Azərbaycan Respublikası ərazisində terror aktları törətməyi planlaşdıran Qədir Hacıyev və onun dəstəsinin üzvlərinin “İŞİD” bayrağı fonunda çəkilmiş fotoşəklini paylaşaraq həmin fotoşəkil üzərində “Qusar 1446 ci il” sözlərini yazması ilə bağlı bildirmişdir ki, həmin fotoşəkli Telegramda olan “İŞİD” terror təşkilatına məxsus qrupların birindən götürərək paylaşmış, həmin vaxt cihad etmək üçün Qusarda toplaşan şəxslər barədə “İŞİD”ə məxsus Telegram kanallarında paylaşımlar edilmiş, “Qusar 1446 ci il” yazısı hicri təqvimi ilə hadisələrin 1446-cı ildə Qusarda baş verdiyini bildirmiş, həmin yazını isə şəkili statusda paylaşan zaman o yazmışdır. Sonda cihadla bağlı, eləcə də şiələr haqqında təhqiredici paylaşımlar etməyi ilə bağlı əməllərindən peşman olduğunu, sonradan belə paylaşımların kütləvi xarakter almasının düzgün olmadığını dərk etdiyini bildirmişdir.(Cild 1, iş vərəq: 45- 48, 60-63; Cild 2, iş vərəq: 41-46, 117-119) Təqsirləndirilən şəxs son sözünü söyləyərkən məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DTX-nin əməkdaşları tərəfindən çağırılmış, ondan müvafiq saytların Facebook-da dostluğunda olub-olmamasını soruşmuşlar və o da olduğunu bildirmişdir. O, Zeynəddinin paylaşımlarını görməmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, səhifələnin adı “Zeyd” olmuş, tam xatırlamamış, 2 səhifə olarmış. Zeynəddinin Qurani-Kərim ayəsi, hədis paylaşdığını görmüş, cihada aid paylaşımlarını görməmiş, birlikdə işlədikləri vaxt da bu barədə danışdığını görməmiş, cihada aid paylaşımlarını görməmişdir. Zeynəddinin münasibətləri barədə məlumatı olmamışdır. Birlikdə işlədikləri vaxt işlə əlaqədar danışmışlar. Qeyd olunan məsələlərlə bağlı söhbətləri olmamışdır. Zeynəddini 2-3 ildir ki, tanımışdır. O, “tik-tok” səhifəsi olmadığını bildirmiş, paylaşımları bəyənməmişdir. Bəyəndiyi paylaşımları dəqiq xatırlamamış, cihada aid paylaşımlar bəyənməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, təxminən fevral ayında Azərbaycan Respublikası DTX-nin əməkdaşları tərəfindən çağırılmış, ona bir video göstərilmiş və həmin videonu onun bəyəndiyini bildirmişlər. O, təsadüfən bilməyərək həmin videonu bəyəndiyini bildirmişdir. Namaz qılır, əhli-sünnidir. Onun qeyd olunan xarakterli paylaşımları olmamışdır. Onun çağırıldığı zaman həmin videonu bəyəndiyindən xəbəri olmuşdur. İbtidai istintaq zamanı da bu qeyd etdiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur və şahid həmin ifadəsində göstərmişdir ki, subaydır, orta təhsillidir, hal-hazırda Lənkəran Dövlət Universitetinin Aqrar və mühəndislik fakültəsinin 3cü kursunda təhsil alır, ailədə 5 nəfərdirlər, atası, anası, 2 bacısı və özü. Atası və anası Bakı şəhərində fəhlə işləyir. Bacıları orta məktəbdə oxuyur. 2023-cü ilin mart ayından bəri İslam dinin sünni məzhəbinin tələblərinə riayət etməklə ibadət etdiyini, ailədə ondan başqa namaz qılan olmadığını, hazırda “İnstagram”, “Whatsapp”, “Telegram”, “TikTok” və “Facebook” sosial şəbəkələrindən istifadə etdiyini, “İnstagram” sosial şəbəkəsində “anwar_gafarov”, “Facebook” sosial şəbəkəsində “Şahid2”, “TikTok” sosial şəbəkəsində “anwar_gafarov” adlı hesabları olduğunu, həmçinin “Whatsapp” və “Telegram” sosial şəbəkələrində isə 050- ***-**-** saylı mobil nömrə vasitəsilə qeydiyyatdan keçdiyini, sosial şəbəkələrdən gündəmdə olan xəbərləri izləmək və asudə vaxtlarını dəyərləndirmək üçün istifadə etdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs tanımadığını, sonuncu ilə heç bir əlaqəsinin olmadığını, “TikTok" sosial şəbəkəsindəki “zeyneddin.haciyev” adlı profilin kimə məxsus olmasını bilmədiyini, həmin hesabda xx.xx.2024-cü il tarixdə “post” edilən paylaşımı özünə məxsus olan “anwar_gafarov” adlı profil vasitəsilə sadəcə olaraq dini video olduğu üçün bəyəndiyini, “TikTok” sosial şəbəkəsində Təqsirləndirilən şəxs məxsus paylaşımların sonuncunun onun dostluq siyahısında olmasa belə, qarşısına çıxdığını və həmin paylaşımları bəyəndiyini, paylaşımları bəyənməkdə heç bir məqsədinin olmadığını, sadəcə olaraq dini video olduğunu düşündüyü üçün “like” etməklə bəyəndiyini, lakin həmin videoların içərisində cihadı, ekstremizmi və radikalizmi təbliğ edən paylaşımların olduğunu bilmədiyini, dini videoları gündəlik olaraq izlədiyi üçün çoxunu “like” etdiyini, bu videoları da adi videolar kimi baxıb bəyəndiyini, eyni zamanda bir dindar şəxs kimi dini radikalizm və dini fanatizmə qarşı olduğunu, ibadətini etdiyini və radikal işlərlə məşğul olmadığını, radikalizm və fanatizmə rəğbət bəsləyən insanların əməllərini isə düzgün hesab etmədiyini bildirmişdir.(Cild 2, iş vərəq: 10-12.) Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur və şahid həmin ifadəsində göstərmişdir ki, subaydır, orta təhsillidir. Hal-hazırda müxtəlif yerlərdə fəhlə kimi işləyir. Quba şəhərində atası və qardaşı ilə birlikdə yaşayır, 2008-ci ildə keçmiş MTN tərəfindən “Meşə qardaşları” şərti adı ilə tanınan cinayət işinə görə həbs edilmiş, 2022-ci ildə azadlığa buraxılmışdır. 2007-ci ildən bəri İslam dinin sünni məzhəbinin tələblərinə riayət etməklə ibadət etdiyini, ailədə ondan başqa namaz qılan olmadığını, hazırda “İnstagram”, “Whatsapp”, “Telegram”, “TikTok” və “Facebook” sosial şəbəkələrindən istifadə etdiyini, “İnstagram” sosial şəbəkəsində “xalidvlimtov”, “Facebook” sosial şəbəkəsində “Şahid3”, “TikTok” sosial şəbəkəsində “xalidvelimetov777” adlı hesablan olduğunu, həmçinin “Whatsapp” və “Telegram” sosial şəbəkələrində isə ***-***-**-** saylı mobil nömrə vasitəsilə qeydiyyatdan keçdiyini, sosial şəbəkələrdən gündəmdə olan xəbərləri izləmək və asudə vaxtlarını dəyərləndirmək üçün istifadə etdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs tanımadığını, sonuncu ilə heç bir əlaqəsinin olmadığını, “TikTok” sosial şəbəkəsindəki “zeyneddin.haciyev” adlı profil vasitəsilə xx.xx.2024-cü il tarixdə “post” edilən paylaşımın “comments” (rəylər) bölməsində “bunlar görəsen hamamdadirlar?” sözlərini özünə məxsus olan “xalidvelimetov777” adlı profil vasitəsilə yazdığını, həmin videoda çılpaq halda olan bir qrup şəxsin sinələrinə döyərək “Ya Zəhra” sözlərini səsləndirdiyini, həmin şəxslərin İran İslam Respublikasında olan şəxslər olduğunu, çünki Azərbaycanda o şeyi edəcək adamlar olmadığını, həmin rəyi isə sırf zarafat xətrinə yazdığını, belə ki, bir dindar şəxs kimi xurafata qarşı olduğu üçün həmin videoda çılpaq halda olan şəxslərin öz sinələrinə döydüyünü görüb həmin rəyi yumor məqsədilə yazdığını, həmin paylaşımda “zeyneddin.haciyev” adlı profil sahibi tərəfindən “əxlaqsız rafizilər (şiələr)”, “LÜT SOYUNUB ZƏHRANİ ÇAĞİRAN ŞİƏLƏR” və s. sözlər qeyd edilsə də, özünün buna qarşı olduğunu, çünki hər bir kəsin öz dini əqidəsini seçməkdə sərbəst olduğunu, dini əqidəsinə görə kimisə təhqir etməyin düzgün əməl olmadığını bildirmişdir.(Cild 2, iş vərəq: 7-9) Cinayət işinin materiallarında olan “kompakt diskə baxış keçirilməsi haqqında” 17 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin diskin daxilində 5 (beş) ədəd videofayl vardır: “İMG_6592” adlı videofaylın ilk saniyələrində həmin görüntülərin iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan “zeyneddin.haciyev” adlı “Tiktok” sosial şəbəkə hesabına baxışın ekran görüntüləri olduğu görünür. Həmin hesabın məlumat hissəsində “bize dil uzadan şiyelerin qızları bacıları anaları bize cariyedir malı bize hala” sözləri yazılmışdır. Bundan başqa hesabda müxtəlif videolar paylaşıldığı müəyyən edildi. Videonun 00:13-cü dəqiqəsindən başlayan paylaşım. Paylaşımın üzərində “eşşek şiye ne bilir islam nedih’ sözləri yazılmışdır. Video ərəb dilində səsləndirilsə də, azərbaycan dilində altyazıları olduğu görünür. Həmin altyazılarda aşağıdakı fikirlər göstərilir: “Ey şiələr sizlər Hüseyni məclislərinizdə, Əlidən başqa igid yoxdur deyə qışqırırsınız. Biz məclislərimizdə Allahdan başqa ilah yoxdur deyirik. Ey şiələr sizlər Əlidən başqa igid yoxdur deyə qışqırırsınız. Biz məclislərimizdə Allahdan başqa ilah yoxdur deyirik. Ey şiələr sizlər Hüseyni məclislərinizdə, Əmrinə müntəzirəm Ey Hüseyn, deyə qışqırırsınız. Biz məclislərimizdə əmrinə müntəzirəm ey Allah deyə səslənirik. Sizlər Əmrinə müntəzirəm Ey Hüseyn, deyə qışqırırsınız. Biz məclislərimizdə əmrinə müntəzirəm, əmrinə müntəzirəm, əmrinə müntəzirəm, əmrinə müntəzirəm ey Allah” Paylaşım videonun 01:03 dəqiqəsində başa çatır. Video 06 may 2024-cü il tarixdə “Tik-tok” sosial şəbəkəsində Təqsirləndirilən şəxs məxsus “zeyneddin.haciyev” adlı profildə paylaşılıb. Videonun 07:32-ci dəqiqəsindən başlayan paylaşım. Paylaşılan videonun üzərində “rezil necis rafizi şiyelerin bize atdigi iftiraya gözel cvb” sözləri yazılmışdır. Videoda şiə təriqətinə mənsub üzü görünməyən bir şəxsin dini mövzuda nitqi, daha sonra əhli-sünnə təriqətinə mənsub bir şəxsin həmin mövzuya dair ona cavabı öz əksini tapmışdır. Paylaşım videonun 11:15-ci dəqiqəsində başa çatır. Video 03 aprel 2024-cü il tarixdə “Tiktok” sosial şəbəkəsində Təqsirləndirilən şəxs məxsus “zeyneddin.haciyev” adlı profildə paylaşılıb. Videonun 11:17-ci dəqiqəsindən başlayan paylaşım. Paylaşılan videonun üzərində “sələfilərə ilişmiyün bala” sözləri yazılmışdır. Videoda Azərbaycan dilində aşağıdakı fikirlər səsləndirilir: “o iftiralardan biri de nədir? təbii ki, onlar bunu vəhabi adı ilə deyirdilər. Öz ana bacıları ilə yaxınlıq edirlər. Nəslini araşdırsan özü siğədən doğulub. Sən hansı qeyrətdən danışırsan? Siğə məndə yoxdu siğə səndə var. Sən hansı qeyrətdən danışırsan? Südəmər qız uşağı ilə mazaqlaşmaq mənim məzhəbimdə yoxdu səndə var. Sən hansı qeyrətdən danışırsan? Cinsi dəyişmək, kişinin qadına, qadının kişiyə çevrilməyi bizdə yoxdu sizdə var. Bunları sizin alimlər deyibdi və özünüz dillərinizlə etiraf etmisiz. Hamısı zapis olunub”. Paylaşım videonun 11:59-cu dəqiqəsində başa çatır. Video 02 aprel 2024-cü il tarixdə “Tik-tok” sosial şəbəkəsində Təqsirləndirilən şəxs məxsus “zeyneddin.haciyev” adlı profildə paylaşılıb. Videonun 12:00 dəqiqəsindən başlayan paylaşım. Paylaşılan videonun üzərində “ağa getdi Yupiterə” sözləri, paylaşımın başlıq hissəsində isə “uçdu ağsı” sözləri yazılmışdır. Videonun fonunda “ağam ağam Xamneyi” musiqisi səsləndirilir. Paylaşım videonun 12:09-cu dəqiqəsində başa çatır. Video 01 aprel 2024-cü il tarixdə “Tik-tok” sosial şəbəkəsində Təqsirləndirilən şəxs məxsus “zeyneddin.haciyev” adlı profildə paylaşılıb. Videonun 22:16-cı dəqiqəsindən başlayan paylaşım. Paylaşılan videonun üzərində “Əhli sıyga Xomuşi əqidəsi, Transların qardaşları özünüzü yaxşı tanıyın”, “LÜT SOYUNUB ZƏHRANİ ÇAĞİRAN ŞİƏLƏR”, “Əxlaqsız rafizilər (şiələr)”, “Sheytanlari taniyaq” sözləri yazılmışdır. Videonun fonunda bir qrup əynində paltar olmayan şəxslərin “Ya Zəhra” deyərək sinələrinə vurması əks olunmuşdur. Paylaşım videonun 22:40-cı dəqiqəsində başa çatır. Video 22 fevral 2024-cü il tarixdə “Tik-tok” sosial şəbəkəsində Təqsirləndirilən şəxs məxsus “zeyneddin.haciyev” adlı profildə paylaşılıb. Videonun 22:40-cı dəqiqəsindən başlayan paylaşım. Paylaşılan videonun üzərində “Xristianlarla birlikdə sinə vurma part2”, “onlarda xaç>şiədə ələm>onlarda lsa(ə) >şiədə Həsən(r.a)” sözləri, paylaşımın başlıq hissəsində isə “mundar şiyeler akidesi” sözləri yazılmışdır. Videoda xristian və müsəlman geyimi geyinmiş bir qrup şəxs təsvir edilir. Paylaşım videonun 23:00-cı dəqiqəsində başa çatır. Video 22 fevral 2024-cü il tarixdə “Tiktok” sosial şəbəkəsində Təqsirləndirilən şəxs məxsus “zeyneddin.haciyev” adlı profildə paylaşılıb. “VİD_20240515_102858_798.mp4” adlı videofaylın ilk saniyələrində həmin görüntülərin iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan “AMMAR AZERİ” adlı “Facebook” sosial şəbəkə hesabına baxışın ekran görüntüləri olduğu görünür. Videonun 1:30-cu dəqiqəsindən başlayan “Müslümanlara bir mesaj” başlıqlı paylaşımda aşağıdakı fikirlər səsləndirilir: “ey dünyanın dörd bir yanındakı islam ümmətinin qəhrəman övladları, ümmətin halını görürsünüzmü? İslam ümmətinin iffətli mömin qadınlarının fəryadlarını və məsum uşaqlarının ahlarını eşidirsinizmi? Şərqin və qərbin kafirləri dünən Bavuzda vəhşicəsinə öldürdüklərini bu gün şərəfli Qəzzada öldürürlər. İslam ümmətinin qızlarına həbsxanalarda işgəncə etdilər və namuslarını kirlətdilər. Quranlarımızı, evlərimizi, bazarlarımızı, məktəblərimizi və məscidlərimizi fərq qoymadan bombaladılar və belə ki, Əndəlüs, Şərqi Türküstan və nehrin o tərəfi də daxil olmaq üzrə bütün islam torpaqları xaçlılar, kommunistlər, yəhudilər və zalım tağutlar tərəfindən işğal edilmişdir. Allahın şəriətinin nurunun yerinə şirk və demokratiyanın qaranlığı hər yerə yayılmışdır. Ey islam ümmətinin övladları, ey Avropanın, Amerikanın və dünyanın gəncləri, heç islam ümmətinin yaşadığı problemlər haqqında düşündünüzmü? Onları həll etməyin yollarını axtardınızmı? Allahın qanunlarını yer üzündə tətbiq etməyə, kafirləri məğlub etməyə və islamın izzətini geri gətirməyə çalışdınızmı? Bu kimi vəziyyətlərdə Allahın və rəsulunun sizlərə əmri nədir? Cihad, döyüş, hicrət və peyğəmbərin davranışları ilə bağlı onlarca ayə kimə xitab edir? Siz Allahın bu ayələrindən azadsınızmı? Xeyr, sən millətin acılarını hiss edən və daima çözümü düşünən bir islam övladısan. Bu səbəbdən sevinin, islam ümmətini bu vəziyyətdən qurtarmaq üçün Xorasan vilayətindəki qardaşlarınız sizi hicrət etməyə və Allah yolunda cihad etməyə dəvət edir. Allahın iradəsi genişdir, qalxın və niyyətinizi təzələyin. Bu ilahi əmri qətiyyətlə və sarsılmaz bir əzmlə yerinə yetirin. Hicrət və cihad ilə şərəf qazanın. Kafirlər sizə hicrət qapısını ödərlərsə, harda olursunuzsa olun, onlara savaş qapısını açın, islam dövlətindəki qardaşlarınızla əlaqə qurun və mübarək Ramazan ayının odasında Rusiyanın mərkəzində gerçəkləşən mübarək qəzvə kimi bir tarixi təkrarlayın. Uca Allahın yolunda hicrət və mübarizədəki tərifəlayiq liderliyinizin üçün bizimlə əlaqə qurmağınızı gözləyirik” Paylaşım videonun 4:00 dəqiqəsində başa çatır. Paylaşım 27 aprel 2024-cü il tarixdə “FACEBOOK” sosial şəbəkəsində Təqsirləndirilən şəxs məxsus “Ammar Azeri” adlı profildə paylaşılıb. Videonun 4:15-ci dəqiqəsindən başlayan paylaşım ərəb dilində səsləndirilsə də, türk dilində altyazılarının olduğu görünür. Həmin paylaşımda aşağıdakı fikirlər göstərilir: ‘‘cihad sevgisi nə zamana qədər xəyallar və şəxsi düşüncələrlə məhdud qalacaq və sadəcə qeyri-ciddi şəkildə gündəmə gələcək? Bu istək nə zamana qədər müsəlmanların faciələrini gördüyündə tökdüyün utanc göz yaşlan ilə məhdud qalacaq və ya bir marş ya da şeirə qulaq asdığında keçici coşqu ilə cihad sevgisi nə zamana qədər sadəcə digər işlərinin yanında gördüyün və ona boş vaxtını sərf etdiyin bir iş olaraq qalacaq? Ey cihada gəlməkdə tərəddüd edən, başqa heç bir ibadətə bərabər olmayan ibadətə gəl, rəsulullahın üç dəfə arzu etdiyi ölümə, şəhadətə gəl. Əngəlləri yıxın! Sərhədləri keçin! Bütün təhlükəsizlik tədbirlərini aşın! Və hər yöndən genişliyi göylər və yer qədər olan Allahın şəhid bəndələrinə hazırladığı cənnətə qaçın”. Paylaşım videonun 5:25 dəqiqəsində başa çatır. Paylaşım 8 mart 2024-cü il tarixdə “FACEBOOK” sosial şəbəkəsində Təqsirləndirilən şəxs məxsus “Ammar Azeri” adlı profildə paylaşılıb. Videonun 8:43-cü dəqiqəsindən başlayan paylaşımda aşağıdakı fikirlər vardır: “Allahın əmr etdiyi 5 şey / Nebe qəzeti infoqrafik 8 dekabr 2023. Rəsulullah dedi ki, Allahən mənə əmr etdiyi 5 şeyi mən də sizə əmr edirəm, dinləmək, itaət etmək, cihad etmək, hicrət etmək, camaat (qrup) olmaq. Belə ki, kim camaatdan bir qarış ayrılarsa, islamla əlaqəsini kəsmişdir, geri dönənlər xaric olmaqla. X16 dedi ki, müsəlmanların üzərinə düşən kafirlərə qarşı birləşərək tək qüvvət olub, Allahın və rəsulunun itaəti və onun yolu üzərində cihad edib kafirlərə qarşı savaşmalarıdır. Bu isə islamın ən böyük üsullarından və imanın əsaslarındandır ki, Allah rəsullarını kitablarla bu şey üzərinə göndərdi və qullarına birlik olmayı əmr edib ixtilafa düşməyi qadağan etdi.” Paylaşım videonun 8:48 dəqiqəsində başa çatır. Paylaşım 8 dekabr 2023-cü il tarixdə “FACEBOOK” sosial şəbəkəsində Təqsirləndirilən şəxs məxsus “Ammar Azeri” adlı profildə paylaşılıb. Videonun 8:50-ci dəqiqəsindən başlayan paylaşım ərəb dilində səsləndirilsə də, türk dilində altyazılarının olduğu görünür. Həmin paylaşımda aşağıdakı fikirlər göstərilir: “hər kim Taifatul Mansuradan (Suriyada terrorçu qruplaşmalardan biri olduğu bilinir) olmaq istəyirsə, bu qaranlıq qürbətin ortasında olmaq istəyirsə, cəsur və zirək olmağa ehtiyacı vardır. Xəyallarına hakim olmalı və onlara məğlub olmamalıdır. Bu yol xaricində hər şeyi tərk edib təqvalı (pəhrizkar) olmalıdır. Seçdiyi bu yola aşiq olmalı, o yola qovuşmağı da bilməlidir. Qarşısına çıxan əngəlləri bilməli, məqsədinə çatmaqda cəsur olmalıdır. Qorxudan ürəyi titrəyəndə əzmkarlıq göstərən, qınayanın qınaması ilə yolundan dönməyən bir kəs olmalıdır. Danlamaqla da yolundan döndərilməyən, çox rahat olmalı və daima düşünməlidir. Nə tərifin ləzzətinə, nə də tənqidin acısına meyl etməməlidir. Özünün köməyinə ehtiyac olan səbəblərlə dik durmalıdır.” Paylaşım videonun 9:53-cü dəqiqəsində başa çatır. Paylaşım 7 dekabr 2023-cü il tarixdə “FACEBOOK” sosial şəbəkəsində Təqsirləndirilən şəxs məxsus “Ammar Azeri” adlı profildə paylaşılıb. Videonun 12:45-ci dəqiqəsində olan paylaşımda Tağut yolunda savaşanlar, Tağuti dövlətin əsgərləri, polisləri və onlara yardım edən hər kəs kafir adlandırılır. Videonun 18:34-cü dəqiqəsindən başlayan paylaşımda (videoda) sol əlində silah tutan qara paltarlı bir şəxs sağ əli ilə körpə uşağın əlindən tutaraq irəliləyir. Videonun başlığında “Ali İbn ul Hüseyn uşağına bunu öyrədirdi və deyirdi ki, Allaha iman ettim və tağutu inkar etdim." sözləri yazılmışdır. Paylaşım videonun 18:49-cu dəqiqəsində başa çatır. Paylaşım 17 noyabr 2023-cü il tarixdə “FACEBOOK” sosial şəbəkəsində Təqsirləndirilən şəxs məxsus “Ammar Azeri” adlı profildə paylaşılıb. Videonun 21:00 dəqiqəsində başlayan paylaşımda aşağıdakı fikirlər olduğu görünür: “İbni Teymiyyə belə demişdir: Tağuta gözətçilik edən, onu qoruyan, küfür (inkar edən, Allaha qarşı çıxan) sistemini gücləndirmək üçün çalışan, tağutları yıxmaq üçün mübarizə aparan mücahid müvəhidlərlə döyüşən hər kəs üçün hökm eynidir. Tağutların uğrunda döyüşən hər kəs kafirdir. Onlar istər namaz qılsın, istərsə də başörtüyü taxıb müsəlman olduğunu iddia etsin vəziyyət eynidir. Allah (Subhanehu ve Teala) belə buyurur: İman edənlər Allah yolunda döyüşərlər, inkar edənlər isə tağut yolunda döyüşərlər. O halda siz şeytanın dostlarına qarşı döyüşün, Şübhəsiz şeytanın hiləsi zəifdir." Paylaşım videonun 21:11-ci dəqiqəsində başa çatır. Paylaşım 6 noyabr 2023-cü il tarixdə “FACEBOOK” sosial şəbəkəsində Təqsirləndirilən şəxs məxsus “Ammar Azeri” adlı profildə paylaşılıb. Videonun 23:35-ci dəqiqəsində başlayan paylaşımda “Azərbaycan zindanı əsirlə dolu, sizi unutmadıq, unutmarıq biz” adlı şeir səsləndirilir. Paylaşım videonun 25:35-ci dəqiqəsində başa çatır. Paylaşım 20 iyul 2023-cü il tarixdə “FACEBOOK” sosial şəbəkəsində Təqsirləndirilən şəxs məxsus “Ammar Azeri” adlı profildə paylaşılıb. Videonun 25:40-cı dəqiqəsində başlayan “Cihadı dəstəkləməyin 44 yolu” başlıqlı paylaşımda aşağıdakı fikirlər olduğu görünür: “bir mücahidin ailəsinə sahib çıxmaq; ancaq onların qorunması, ehtiyaclarının qarşılanması, maddi olaraq dəstəklənməsi və namuslarının qorunması ilə gerçəkləşir. Allah rəsulu belə buyurmuşdur: Hər kim bir mücahidin ailəsinə sahib çıxarsa və dolanışığını qarşılayarsa, mücahidin qazandığı savabın yarısını əldə edər. Ənvər əl Əvlaki / Cihadı dəstəkləməyin 44 yolu” Paylaşım videonun 25:45-ci dəqiqəsində başa çatır. Paylaşım 16 iyul 2023-cü il tarixdə “FACEBOOK” sosial şəbəkəsində Təqsirləndirilən şəxs məxsus “Ammar Azeri” adlı profildə paylaşılıb. Videonun 26:16-cı dəqiqəsində başlayan paylaşımda aşağıdakı fikirlər qeyd olunub: “Rəsulullah sallallahi əleyhi və səlləm belə buyurmuşdur: Göydən yağış yağdığı qədər cihad şirin və xoşdur. Quranı oxuyanların “indi cihad zamanı deyil” dedikləri zaman gələcəkdir. Kim bu zaman çatsa bilin ki, bu nə gözəl cihad zamanıdır.” Paylaşımda olan video isə ərəb dilində səsləndirilsə də, azərbaycan dilində altyazılarının olduğu görünür. Həmin videonun altyazısında aşağıdakı fikirlər göstərilir: “ey iman gətirənlər! sizə nə olub ki, “Allah yolunda döyüşə çıxın” deyildikdə yerinizdə qaxılıb qalırsınız? Olmaya, axirətdən daha çox dünya həyatından razısınız? Halbuki dünya həyatının keçici zövqü axirətlə müqayisədə çox dəyərsiz bir şeydir, əgər döyüşə çıxmasanız Allah sizi üzücü bir əzaba düçar edər və sizi başqa bir camaatla əvəz edər. Siz isə ona heç bir zərər yetirə bilməzsiniz. Allah hər şeyə qadirdir.” Paylaşım videonun 27:33-cü dəqiqəsində başa çatır. Paylaşım 15 iyul 2023-cü il tarixdə “FACEBOOK” sosial şəbəkəsində Təqsirləndirilən şəxs məxsus “Ammar Azeri” adlı profildə paylaşılıb. Videonun 28:28-ci dəqiqəsində başlayan paylaşımda türk dilində aşağıdakı fikirlər qeyd olunmuşdur: “Cihadın fəziləti/Nebe qəzeti infoqrafik/6 iyul 2023. Allah təala cihad edənləri əyləşənlərdən dərəcə etibarilə üstün tutmuşdur. Cihad islamın zirvəsidir. Allah resulu belə buyurdu: Sənə hər işin başını, ana dirəyini və zirvə nöqtəsini bildirimmi? İşin başı islam, dirəyi namaz, zirvə nöqtəsi isə cihaddır. Əbu Hureyrə belə dedi: Bir adam Allahın rəsuluna gəldi və mənə cihada bərabər tutulacaq bir əməl öyrət dedi. Allah rəsulu “mən cihad dəyərində bir əməl görmürəm” deyə buyurdu. Cihad İmandandır. Maddə 2/X47 Əvlaki/Cihadı Dəstəkləməyin 44 yolu” Paylaşım videonun 28:36-cı dəqiqəsində başa çatır. Paylaşım 10 iyul 2023-cü il tarixdə “FACEBOOK” sosial şəbəkəsində Təqsirləndirilən şəxs məxsus “Ammar Azeri” adlı profildə paylaşılıb. Videonun 28:37-ci dəqiqəsindən başlayan “Cihadı dəstəkləməyin 44 yolu” başlıqlı paylaşımda cihada pul ilə, maddi yardım ilə dəstək olunmasından söhbət açılır. Həmin paylaşımda aşağıdakı fikirlər qeyd olunub: “Mal ilə cihad. Bir ayədən başqa bütün ayələrdə mal ilə edilən cihad, bədən ilə edilən cihaddan daha əvvəl zikr edilir. Bu hal mal ilə edilən cihadın önəminə diqqətimizi çəkmək üçündür. Çünki cihadın mal ilə dəstəklənməsinə ehtiyac vardır. Başqa sözlə desək, pul yoxdursa cihad da yoxdur..” Paylaşım videonun 28:48-ci dəqiqəsində başa çatır. Paylaşım 10 iyul 2023-cü il tarixdə “FACEBOOK” sosial şəbəkəsində Təqsirləndirilən şəxs məxsus “Ammar Azeri” adlı profildə paylaşılıb. “VİD_20240515_104130_002.mp4” adlı videofaylın ilk saniyələrində həmin görüntülərin iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan “X49” adlı “Facebook” sosial şəbəkə hesabına baxışın ekran görüntüləri olduğu görünür. Videonun 01:05-ci dəqiqəsindən başlayan paylaşımda aşağıdakı fikirlər qeyd olunub: “Allahın lənəti və mələklərin və lənət edicilərin lənəti tağutların üzərində olsun onun əsgərlərinin üzərində olsun.. X39 Amin Amin” Paylaşım videonun 01:10-cu dəqiqəsində başa çatır. Paylaşım 05 may 2023-cü il tarixdə “FACEBOOK” sosial şəbəkəsində Təqsirləndirilən şəxs məxsus “X49” adlı profildə paylaşılıb. Videonun 32:50-ci dəqiqəsində başlayan paylaşımda aşağıdakı fikirlər qeyd olunub: “Aslanlar arxasında sadəcə çaqqallar danışar, dil uzadar. Biz Allah təalanın yolunda canını verməyə hazır olan müsəlmanıq” Paylaşımda olan video isə ərəb dilində səsləndirilsə də, türk dilində altyazılarının olduğu görünür. Həmin videonun altyazısında aşağıdakı fikirlər göstərilir: “Əzmimiz atəş kimi. İrəliləyəcəyik, cihadımız haqqdır, bizlər aslanlarıq. Bayrağımız dalğalanana qədər (İŞİD bayrağı nümayiş etdirilir), Allahın şəriəti hakim olana qədər durmayacağıq. Ölərik, amma zillətə heç vaxt razı olmarıq. Çünki bizlər qızıl qanlar axıdanlarıq”. Daha sonra videoda saqqallı və əynində kamuflaj rəngli paltar olan bir şəxs tərəfindən ərəb dilində türkcə altyazılı aşağıdakı fikirlər səsləndirilir: “İtlərin hürməsi və etdikləri bizə heç bir zərər vermədi. Aslanlar Allahdan başqasından qorxmazlar. Sizinlə qarşılaşdığımızda döyüşdə aslanlar kimiyik. Boynunuzun üzərində parlayan bir qılınc kimi.“ Paylaşım videonun 34:20-ci dəqiqəsində başa çatır. Paylaşım 16 iyun 2023-cü il tarixdə “FACEBOOK” sosial şəbəkəsində Təqsirləndirilən şəxs məxsus “X49” adlı profildə paylaşılıb. Videonun 38:53-cü dəqiqəsindən başlayan paylaşımda aşağıdakı fikirlər qeyd olunub: “Rafizilərin İslamımızla heç bir şəkildə bağları yoxdur. Rafizilər də xaricilərin ifratçılarından olan azğın, yolunu azmış bir tayfadır.” Paylaşım videonun 40:00-cu dəqiqəsində başa çatır. Paylaşım 18 aprel 2023-cü il tarixdə “FACEBOOK” sosial şəbəkəsində Təqsirləndirilən şəxs məxsus “X49” adlı profildə paylaşılıb. Videonun 40:10-cu dəqiqəsində başlayan paylaşımda aşağıdakı fikirlər qeyd olunub: “X32 Allahu təala qorusun” Paylaşımda olan video isə ərəb dilində səsləndirilsə də, türk dilində altyazılarının olduğu görünür. Həmin videonun altyazısında aşağıdakı fikirlər göstərilir: “Əzmimiz atəş kimi. İrəliləyəcəyik, cihadımız haqqdır, bizlər aslanlarıq. Bayrağımız dalğalanana qədər (İŞİD bayrağı nümayiş etdirilir), Allahın şəriəti əvəz edilənə qədər durmayacağıq. Ölərik, amma zillətə əsla razı olmarıq. Çünki bizlər qızıl qanlar axıdanlarıq”. Paylaşım videonun 41:12-ci dəqiqəsində başa çatır. Paylaşım 05 aprel 2023cü il tarixdə “FACEBOOK” sosial şəbəkəsində Təqsirləndirilən şəxs məxsus “X49” adlı profildə paylaşılıb. “VİD_20240515_102903_824.mp4” adlı videofaylın ilk saniyələrində həmin görüntülərin iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan “TÖVHİD TÖVHİD” adlı “Odnoklassniki” sosial şəbəkə hesabına baxışın ekran görüntüləri olduğu görünür. Videonun 00:12-ci dəqiqəsində 2024-cü ilin mart ayında Moskvanın “X45” musiqi salonunda törədilmiş terror aktının videosu göstərilən paylaşımda “Allahım, mücahidlərimizə zəfər nəsib et, Allahım onların qəlblərində dinini möhkəmləndir” yazıları qeyd edilmişdir. Videonun 00:20-ci dəqiqəsində şəkil paylaşıldığı görünür. Həmin paylaşımda bir əlində “İŞİD” bayrağı, digər əlində silah olan şəxsin əlyazma ilə çəkilən şəkili paylaşılmışdır. Şəkil 22 dekabr 2022-ci il saat 07:03-də “Odnoklassniki” sosial şəbəkəsində Təqsirləndirilən şəxs məxsus “TÖVHİD TÖVHİD” adlı profildə paylaşılıb. Videonun 00:30-cu dəqiqəsində şəkil paylaşıldığı görünür. Şəkildə “İŞİD” bayrağı və bayrağın üzərində insan əli ilə tutulmuş silah əks olunmuşdur. Şəkil 17 may 2022-ci il saat 14:00-da “Odnoklassniki” sosial şəbəkəsində Təqsirləndirilən şəxs məxsus “TÖVHİD TÖVHİD” adlı profildə paylaşılıb. Videonun 00:32-ci dəqiqəsində şəkil paylaşıldığı görünür. Şəkildə avtomat silahı və mobil telefon əks olunmuşdur. Həmin mobil telefonun ekranında “Şamdakı Azərbaycanlı mücahidlərdən Azərbaycandakı müsəlmanlara salamlar” yazısı əks olunmuşdur. Şəkil 17 may 2022-ci il saat 14:00-da “Odnoklassniki” sosial şəbəkəsində Təqsirləndirilən şəxs məxsus “TÖVHİD TÖVHİD” adlı profildə paylaşılıb. Videonun 00:44-cü dəqiqəsində şəkil paylaşıldığı görünür. Şəkildə “İŞİD” bayrağı fonunda türk dilində “qılıncların səsi, şərəfli insanların marşıdır” yazısı əks olunmuşdur. Şəkil 16 mart 2022-ci il saat 11:20-də “Odnoklassniki” sosial şəbəkəsində Təqsirləndirilən şəxs məxsus “TÖVHİD TÖVHİD” adlı profildə paylaşılıb. Videonun 00:50-ci dəqiqəsində şəkil paylaşıldığı görünür. Şəkildə bir əlində “İŞİD” bayrağı, digər əlində avtomat silahı olan şəxs əks olunmuşdur. Şəkil 23 fevral 2022-ci il saat 08:01-də “Odnoklassniki” sosial şəbəkəsində Təqsirləndirilən şəxs məxsus “TÖVHİD TÖVHİD” adlı profildə paylaşılıb. Videonun 01:02-ci dəqiqəsində şəkil paylaşıldığı görünür. Şəkildə üzərində ərəbcə yazılar əks olunan alın bandı vardır. Şəkil 29 yanvar 2022-ci il saat 08:33-də “Odnoklassniki” sosial şəbəkəsində Təqsirləndirilən şəxs məxsus “TÖVHİD TÖVHİD” adlı profildə paylaşılıb. Videonun 01:08-ci dəqiqəsində şəkil paylaşıldığı görünür. Şəkilin üzərində cihadla bağlı “yoxsa Allah içinizdən cihad edənləri ortaya çıxarmadan və səbredənləri müəyyən etmədən cənnətə girəcəyinizimi zənn edirdiniz?” məzmunlu yazı vardır. Şəkil 22 dekabr 2021-ci il saat 20:15-də “Odnoklassniki” sosial şəbəkəsində Təqsirləndirilən şəxs məxsus “TÖVHİD TÖVHİD” adlı profildə paylaşılıb. Videonun 01:09-cu dəqisəində şəkil paylaşıldığı görünür. Şəkilin üzərində cihadla bağlı “Cihad meydanında olmayan alimdən cihad haqqında fətva soruşulmaz. X44 X48. Əziz və Cəlil olan Allah onu qəbul etsin” məzmunlu yazı vardır. Şəkil 09 dekabr 2021-ci il saat 08:00-da “Odnoklassniki” sosial şəbəkəsində Təqsirləndirilən şəxs məxsus “TÖVHİD TÖVHİD” adlı profildə paylaşılıb. Videonun 01:42-ci dəqiqəsində şəkil paylaşıldığı görünür. Şəkilin üzərində Azərbaycan dilində “mənim şəhidim vətən uğrunda ölən deyil. Allahın dini uğrunda ölənlərdir. Kim dünya malı üçün döyüşərək öldürülərsə, vallahi onun qanı boş yerə hədər olmuşdur” məzmunlu yazısı vardır. Şəkil 01 avqust 2021-ci il saat 11:19-da “Odnoklassniki” sosial şəbəkəsində Təqsirləndirilən şəxs məxsus “TÖVHİD TÖVHİD” adlı profildə paylaşılıb. Videonun 02:01-ci dəqiqəsində şəkil paylaşıldığı görünür. Şəkildə cihadla bağlı "Rəsulullah buyurdu ki, Allahın mənə əmr etdiyi 5 şeyi mən də sizə əmr edirəm. Dinləmək, itaət etmək, cihad etmək, hicrət (köç) etmək və camaat olmaq” məzmunlu yazı vardır. Şəkil 11 iyul 2021-ci il saat 11:44-də “Odnoklassniki” sosial şəbəkəsində Təqsirləndirilən şəxs məxsus “TÖVHİD TÖVHİD” adlı profildə paylaşılıb. Videonun 02:10-cu dəqiqəsində şəkil paylaşıldığı görünür. Şəkildə “İŞİD” bayrağı və onun üzərində türk dilində yazılan “cansa can, qansa qan yetər ki sən dalğalan” yazısı əks olunmuşdur. Şəkil 26 iyun 2021-ci il saat 15:42-də “Odnoklassniki” sosial şəbəkəsində Təqsirləndirilən şəxs məxsus “TÖVHİD TÖVHİD” adlı profildə paylaşılıb. Videonun 02:14-cü dəqiqəsində şəkil paylaşıldığı görünür. Şəkildə əlində silah olan şəxs dayanıb və şəkilin üzərində “Fitnə aradan qalxana qədər və din ancaq Allaha məxsus edilənədək onlarla vuruşun! Əgər son qoysalar, (bilin ki,) düşmənçilik ancaq zalımlara qarşı olur.” yazıları əks olunmuşdur. Şəkil 21 iyun 2021-ci il saat 22:54-də “Odnoklassniki” sosial şəbəkəsində Təqsirləndirilən şəxs məxsus “TÖVHİD TÖVHİD” adlı profildə paylaşılıb. Videonun 02:20-ci dəqiqəsində şəkil paylaşıldığı görünür. Şəkilin üzərində türk dilində yazılan “Dövlətin qanunlarına qarşı gələnə terrorist deyilirsə, Allahın qanunlarına qarşı gələnə də kafir deyilir” yazıları əks olunmuşdur. Şəkil 18 iyun 2021-ci il saat 17:14də “Odnoklassniki” sosial şəbəkəsində Təqsirləndirilən şəxs məxsus “TÖVHİD TÖVHİD” adlı profildə paylaşıhb. Videonun 14:22-ci dəqiqəsində İslam şəriəti ilə idarə edilməyən dövlət rəhbərləri və məhkəmələr, Allahın hökmünü dəyişdirən zalım idarəçilər, Allahın endirdiyindən başqası ilə hökm edənlər, demokratiya, dünyəvilik ideologiyalarını təbliğ edənlər, kafir ölkələrin siyasi və dini liderləri “günümüzün tağutları” adlandırılır. Tağut və onun bütün növlərini rədd etmək, qəbul etməmək, onlarla savaşaraq can, mal və dil ilə cihad etməyin zəruriliyi bildirilir. “WhatsApp Video.mp4” adlı videofayl 6 saniyədən ibarətdir. Videonun ilk saniyələrində həmin görüntülərin iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan +994 70 *** ** ** saylı mobil nömrə vasitəsilə qeydiyyatdan keçdiyi “Whatsapp” sosial şəbəkə hesabına baxışın ekran görüntüləri olduğu görünür. Videoda qeyd edilən mobil nömrənin üzərində “ZEYD ƏXİ BALAKƏN” sözləri yazılmışdır. Həmin hesabda paylaşılan statusa nəzər saldıqda, həmin paylaşımın Azərbaycan Respublikası ərazisində terror aktları törətməyi planlaşdıran Qədir Hacıyev və onun dəstəsinin üzvlərinin “İŞİD” bayrağı fonunda çəkilmiş fotoşəkli olduğu görünür. Paylaşılan fotoşəkil üzərində Təqsirləndirilən şəxs tərəfindən “Qusar 1446 ci il” sözləri yazılmışdır.( Cild 1, iş vərəq: 102-127.) Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd “Redmi Note 12S” markalı mobil telefon aparatına baxış keçirilməsi haqqında 18 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, telefon 2 sim kartlıdır. Telefonun üzərinə "xxxx" mobil rabitə operatoruna məxsus +994 51 *** ** ** saylı mobil telefon nömrəsi, habelə “Nar Mobile” mobil rabitə operatoruna məxsus +994 70 *** ** ** saylı mobil telefon nömrəsi quraşdırılmışdır. Mobil telefonun əsas menyusuna keçirilən baxış zamanı telefonun yaddaşına “Qurani Kərim və Tərcüməsi”, habelə “iPray” adlı dini məzmunlu mobil proqramların quraşdırıldığı müəyyən edildi. Əsas menyuya baxış zamanı telefona yazılmış “Facebook” mobil tətbiqinə daxil olundu. « “Facebook” mobil tətbiqinin Təqsirləndirilən şəxs tərəfindən “Ammar Azeri” və “X49” adlı hesablar vasitəsilə istifadə edildiyi müəyyən edildi. Bundan başqa telefonun yaddaşında olan “İnstagram” mobil tətbiqində “zeyd850”, “TikTok” mobil tətbiqində isə “zeyneddin.haciyev” adlı hesablardan qeydiyyatdan keçildiyi müəyyən edildi. “Telegram” mobil tətbiqinə daxil olduqda orada Təqsirləndirilən şəxs “İŞİD” terror təşkilatının fəaliyyəti ilə bağlı məlumatlar təqdim edilən “DERVAZE”, “Təmkin Xəbər” və "X35” adlı kanallara üzv olması və onlar tərəfindən paylaşılan xəbərləri izləməsi aşkar edildi.(Cild 1, iş vərəq: 128.) Cinayət işinin materiallarında olan “sosial şəbəkə hesabına baxış keçirilməsi barədə” 06 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs məxsus “zeyneddin.haciyev” adlı “Tik-tok” sosial şəbəkə hesabına baxış keçirilməsi barədə 06 noyabr 2024-cü il tarixli protokolda qeyd edilmiş paylaşımların DTX-nin V baş idarəsindən 09 oktyabr 2024-cü il tarixli 9-2986 nömrəli məktubla daxil olmuş iş üzrə Təqsirləndirilən şəxs məxsus sosial şəbəkə hesablarına baxışın videogörüntüləri əks edilmiş 01 ədəd kompakt diskdə aşkar edilmiş paylaşımlarla eynilik təşkil etməsi müəyyən edilmişdir.(Cild 1, iş vərəq: 146-153.) Cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 22 noyabr 2024-cü il tarixli 3372 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hal- hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayətin törədildiyi anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham edilən əməl barəsində anlaqlı hesab edilməlidir. O, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur.(Cild 1, iş vərəq: 187- 189.) Cinayət işinin materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 24 yanvar 2025-ci il tarixli 4/1963 nömrəli kompleks məhkəmə-linqvistik və dinşünaslıq ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsindən ********* saylı cinayət işi üzrə, məhkəmə- linqvistik və dinşünaslıq ekspertizası təyin edilməsi haqqında 03 dekabr 2024-cü il tarixli Qərara əsasən dinşünaslıq ekspertizasına təqdim edilmiş "DVD-R" diskdə olan materiallarda, eləcə də "DVD-R" diskdə əks olunmuş materiallarda aşkar edilmiş termin və ifadələrdə ekspert qarşısında qoyulmuş suallara əsasən, terrorçuluğa açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materiallar yayma, dini nifrət və düşmənçiliyin salınmasına yönələn, dini radikalizm və dini fanatizm təbliğ edən fikirlər aşkar edilmişdir. Bundan başqa dinşünaslıq ekspertizasına təqdim edilmiş "DVD-R" diskdə əks olunmuş materiallarda ekspert qarşısında qoyulmuş suallara əsasən, müasir dövr sələfi-vəhhabi cərəyanının radikal dini-ekstremist təbliğatçıları hesab edilən "İŞİD"-in "Baş dini müşaviri" X29 Əhməd əl-Binəli (1984-2017), “Əbu Əli əl-Anbari" ləqəbi ilə tanınan "İŞİD"in "Ərazi qubernatoru" (2012-2016) Əbdürrəhman Mustafa əl- Qaduli (1957-2016), "Əl-Qaidə" terror təşkilatının İraq üzrə "1-ci əmiri" Əbu Musab əz- Zərqavi (1966-2006), eyniadlı təşkilatın ideoloji liderlərindən olan X40 əl-Avlaki (1971-2011), Faris ibn Əhməd əz-Zəhrani (1977-2016) və s. İslam Xilafəti, döyüş cihadına təşviq, Tağut və s. mövzular barədə fikirlərinə istinad edilmişdir. Burada, eyni zamanda Əhməd ibn Əbdülhalim ibn Teymiyyə (1263-1328) və Məhəmməd ibn Əbdülvahhabın (1703-1792) kitablarından istifadə edilmişdir. Rəydən həmiçinin görünür ki, şərti adı "VİD 20240515 102858 798.mp4" qeyd olunaraq dinşünaslıq ekspertizasına təqdim edilən "DVD-R" diskdə aşkar edilmiş videonun 1-6 dəqiqələrində İraq və Suriyada baş verən döyüş səhnələri fonunda müsəlmanları cihada səsləyən dini mahnılar səsləndirilir. Burada "İslam xilafəti" bayrağı altında toplanmağa dəvət edən, müsəlman ölkələrinin tağut rəhbərlərinə qarşı mübarizəyə səsləyən, şəriət qaydalarının tətbiqini təbliğ edən və İslam dövləti qurmağa səsləyən çağırışlar əks olunur. "Darul-küfr"ü tərk edib "Darül- İslam"a gəlin!", "Allahın qanunlarını Yer üzündə tətbiq edin!", "Tağutları məhv edin", "Hicrət və İslam yolunda cihad edin və şərəf qazanın", "Allahın şəhid qullarına hazırladığı cənnətə qoşmaq üçün kafirlərə savaş qapısı açın, tərəddüd etməyin, əngəlləri yıxaraq sərhədləri keçin, təhlükəsizlik tədbirlərini aşın!" və s. yazılar qeyd edilir. 12:45 dəqiqədə Tağut yolunda savaşanlar, Tağuti dövlətlərin əsgərləri, polisləri və onlara yardım edən hər kəs kafir adlandırılır. 21:00 dəqiqədə yəhudi və xristianlardan öncə tağutlarla, onların əsgərləri ilə, dövlət məmurları və onların dəstəkçiləri ilə savaşmaq, onlara kafir deyərək təkfir etməyin lazım olduğu vurğulanır. 21:31 dəqiqədə "İslam dövləti qalıcı və güclüdür", "Şamdakı azərbaycanlı mücahidlərdən azərbaycanlı müsəlmanlara salamlar" yazıları qeyd edilir. 25:16 dəqiqədə "Azərbaycan zindanı əsirlə dolu, sizi unutmadıq, unutmarıq biz" şeiri oxunur. Həmin dəqiqələrdə üzərinə "Allah, Rəsul, Məhəmməd" yazılmış "İŞİD"- in qara rəngli "bayrağ"ı, silah rəsmləri və s. nümayiş etdirilən videolarda döyüş cihadına təşviq edilir. Materiallarda radikal X40 əl- Avlakinin "Cihadı dəstəkləməyin 44 yolu" kitabından sitatlar da gətirilmişdir. "VİD_20240515_102903-824.mp4" şərti adı qeyd olunaraq dinşünaslıq ekspertizasına təqdim edilən "DVD-R" diskdə aşkar edilmiş videonun 00:12 dəqiqəsində 2024-cü ilin mart ayında Moskvanın "X45" musiqi salonunda törədilmiş terror aktının videosu göstərilərkən "Allahım, mücahidlərimizə zəfər nəsib et, Allahım onların qəlblərində dinini möhkəmləndir" yazıları qeyd edilir. 04:54 dəqiqədə "Druz ve nuseyrilerin hökmü" adlı bölmədə druz və nuseyrilər "kafir və mürtəd" adlandırılır, onların alimlərini öldürmək caiz hesab edilir. 09:02 dəqiqədə "təkfir" ifadəsi malı halal qılmağa, qan tökməyə, atəşdə əbədi qalmağa verilən şəri hökm kimi xarakterizə olunur. 14:22 dəqiqəsində İslam şəriəti ilə idarə edilməyən dövlət rəhbərləri və məhkəmələr, Allahın hökmünü dəyişdirən zalım idarəçilər, Allahın endirdiyindən başqası ilə hökm edənlər, demokratiya, dünyəvilik, ideologiyalarını təbliğ edənlər, kafir ölkələrin siyasi və dini liderləri "günümüzün tağutları" adlandırılır. Tağut və və onun bütün növlərini rədd etmək, qəbul etməmək, onlarla savaşaraq can, mal və dil ilə cihad etməyin zəruriliyi bildirilir. "VİD_20240515_104130 002.mp4" şərti adı qeyd olunaraq dinşünaslıq ekspertizasına təqdim edilən "DVD-R" diskdə aşkar edilmiş videonun 38:53 dəqiqəsində rafizilər İslamla əlaqəsi olmayan, xaricilər kimi azğın, yolunu azmış bir tayfa adlandırılır. 43-cü dəqiqədə Misir, Livan, Türkiyə və s. kimi müsəlman ölkələrinin məhkəmələri tağuti məhkəmələr olduğu üçün müsəlmanların o məhkəmələrin hökmləri ilə cəzalanmasının caiz olmadığı qeyd edilir. 48:00 dəqiqədə Səudiyyə Ərəbistanı hökuməti küfr yaydığı və rafizilərin, yəhudilərin, xristianların, mürtədlərin dostu olduğu üçün kafir, nəcis və mürtəd adlandırılır. "İMG_6592" şərti adı qeyd olunaraq dinşünaslıq ekspertizasına təqdim edilən "DVD-R" diskdə aşkar edilmiş videonun ilk dəqiqələrində isə "Bizə dil uzadan şiələrin qızları bacıları anaları bizə cariyədir malı halaldır", "Eşşək şiə nə bilir İslam nədir?", "Rəzil nəcis rafizi şiələrin bizə atdığı iftiraya cavab yazılarda dini nifrət və düşmənçiliyin salınmasına yönələn fikirlərə yol verilmişdir. 00:14 dəqiqədə radikal çıxışları ilə tanınan səudiyyəli İlahiyyatçı Muslih əl-Ulyaninin məsciddə şiələri tənqid edən moizəsi nəzərə çatdırılır. 07:35 dəqiqədə "Rəzil nəcis rafizi şiələrin bizə atdığı iftiraya cavab yazısı ilə "12 xəlifə şübhəsinə cavab" verilir: "Sizin 12 imam dövrü İslam tarixində ən müsibətli dövr olub" deyə qeyd edilir. 11:30 dəqiqədə şiələrə eyham vurularaq "sən hansı qeyrətdən danışırsan? siğə məndə yoxdu səndə var, südəmər qız uşağı ilə mazaqlaşmaq, cinsi dəyişmək, kişinin qadına, qadının kişiyə çevrilməsi bizdə yoxdu səndə var. Bütün bunları sizin alimlər deyib və özünün də bunu etiraf etmisiniz" qeyd olunur. 22:17 dəqiqədə "Lüt soyunub Zəhranı çağıran şiələr" "Əxlaqsız rafizilər (şiələr)", "Şeytanları tanıyaq" yazısı ilə yarıçılpaq halda olan və "Ya Zəhra" qışqıran bir qrup şəxsin videosu təsvir edilir. 22:40 dəqiqədə isə "Murdar şiələr əqidəsi" yazısı ilə xristian və müsəlman dini geyimi geyinmiş bir qrup şəxs təsvir edilir. Xristianlarla birgə sinəvurma səhnələri nümayiş etdirilərək "Onlarda xaç, şiədə ələm", "Onlarda İsa, şiədə Həsən" yazıları qeyd olunur. İslam dinində "Tağut" termini, insanları haqq yolundan azdıran və Allahdan uzaqlaşdıran hər şey və ya hər kəsi ifadə edir. Şəriətə görə Allaha qarşı çıxaraq Onun hakimiyyətini tanımayan, İslam qanunlarına zidd bütün varlıq və ya anlayışlar - insanları düzgün yoldan döndərməyə çalışan şeytan, özünü Allahdan üstün tutaraq zülm və ədalətsiz idarəetmə yolunu seçən, insanları Allaha ibadətdən uzaqlaşdıraraq batilə çağıran, dünyəvi qanunlara əsaslanaraq ədalətsiz hökm verən zalım dövlət rəhbərləri və hakimlər, Allahdan qeyrisinə ibadət edilən hər hansı büt, varlıq, saxta tanrılar və ya insanlar "Tağut" hesab edilir. İslam terminologiyasında "təkfir" ifadəsi bir insanı (adətən müsəlmanı) kafir elan edərək onun İslamdan çıxdığını iddia etmək mənasına gəlir. İslamın əsas prinsip və təməllərinə zidd olan hər hansı bir batil inancı mənimsəmə və ya təşviq etmə, şəriət qanunlarını qəbul etməyərək onun hökmlərini açıq şəkildə rədd etmə, Allahın varlığını və birliyini (tövhidi) inkar etmə, Ondan qeyrisinə, bütlərə və ya başqa saxta tanrılara ibadət, İslamın müqəddəs atributlarına və ya Peyğəmbərə hörmətsizlik və s. təkfirə səbəb olan amillərdəndir. Bir şəxsi təkfir etmək çox həssas məsələ olduğu üçün hər hansı müsəlmanı əsassız kafir adlandırmaq cəmiyyətdə fitnə-fəsada və parçalanmaya səbəb olur. Çünki, şəriətə görə təkfir edilmiş şəxs İslam ümmətinə aid edilmədiyi üçün İslam cəmiyyətindən xaric edilməli, nikahı etibarsız sayılmalı, varislik hüququndan məhrum olunmalı, onun müsəlmanlarla dini ibadət və ictimai əlaqələri kəsilməli, cənazə namazı qılınmamalıdır. Təkfir edilmiş tövbə edərək İslama qayıdarsa və küfr əməlindən əl çəkərsə, ona qarşı heç bir cəza tətbiq edilmir. Lakin, tövbədən imtina edərək küfründə israr edərsə, daha ciddi cəza ilə ölüm hökmü ilə cəzalandırılır. Əksər hallarda mənfi mənada işlədilərək fərqli məzhəblər arasında ortaya çıxan tarixi və teoloji fikir ayrılıqlarını ifadə edən "rafizi" termini ərəb dilindən tərcümədə "rafd" kökündən gəlir və "rədd edən", "imtina edən", "inkar edən", "qəbul etməyən" və s. kimi tərcümə edilir. Bu termin İslamın ilkin dövrlərində müəyyən şəxsləri və ya siyasətləri qəbul etməyən şəxslərə aid edilsə də, sonralar müəyyən şiə qruplarına, xüsusən imamiyyə şiələrinə (cəfəri məzhəbi ardıcıllarına) aid olaraq istifadə edilməyə başlanmışdır. Onlar ilk üç Raşidi xəlifəsi Əbu Bəkr əs-Siddiq (632-634), Ömər ibn əl- Xəttab (634-644) və Osman ibn Əffanın (644-656) rəhbərliyini rədd etdikləri, xilafətin yalnız Əhli-beytə, Əli ibn Əbu Talibə (656-661) aid olduğunu, ancaq əhli-beytin imamlarını Allah tərəfindən seçilmiş rəhbərlər kimi qəbul etdikləri üçün "rafizi" adlandırılmışdır. İlkin tarixi və elmi mənbələrdə xüsusi bir dini qrupu müəyyən etmək üçün işlədilən bu termin sonralar, xüsusən siyasi və məzhəbi münaqişələr dövründə şiələrə qarşı qərəzli niyyət məqsədi güdmüş, şiə məzhəbi ardıcıllarını və onların dini görüşlərini təhqir və tənqid etmək vasitəsi kimi işlədilmişdir. Müasir dövrdə də "rafizi" termini özündə məzhəblərarası fikir ayrılıqlarını, siyasi münaqişələri əks etdirən, dini zəmində nifrət və qarşıdurmanı artıran bir anlayışı ehtiva edir. Məzhəblərarası sülh və qarşılıqlı anlaşmanı pozaraq təfriqəyə səbəb olan "rafizi" kəlməsi şiə məzhəb nümayəndələrinin dini kimliklərini və inanclarını aşağılayan təhqiramiz ifadə kimi qəbul olunmaqdadır. "Darül-Küfr" ("Küfr diyarı") və "Darül-lslam" ("İslam diyarı") terminləri İslam hüququnda (fiqhdə) dövlətlərin və ya torpaqların dini statusunu təyin etmək üçün istifadə olunan anlayışlardır. İslamın siyasi və hüquqi tarixində mühüm yer tutmuş bu terminlər cəmiyyətlərin idare edilməsində, sülh, müharibə VƏ dini prinsiplərin müəyyənləşdirilməsində böyük rol oynamışdır. İslam hüququna görə Allahın şəriəti ilə idarə olunmayan, hakim qüvvənin və ya əhalinin böyük hissəsinin İslamı qəbul etmədiyi, müsəlmanların dini ayinlərinin sərbəst şəkildə yerinə yetirə və hüquqlarını tam şəkildə qoruya bilmədiyi bölgələr "Darül-küfr", şəriət qanunlarının tətbiq olunduğu, idarəetməsi müsəlmanlar tərəfindən həyata keçirilən, azlıqda olan qeyri-müsəlmanların hüquqlarını qoruyan bölgələr "Darül-İslam" hesab edilir. Bunlardan əlavə İslam fiqh alimləri üçüncü bir anlayış olan "Darül-əhd" anlayışını da əlavə etmişdir ki, bu da İslam dövlətləri ilə qeyri- İslam dövlətləri arasında müqavilə və ya sülh anlaşması əsasında İslam hüququna zidd olmayan qaydaların tətbiq olunduğu bölgələrdir. Bu nöqteyi-nəzərdən Səudiyyə Ərəbistanı timsalında İslamın hüquqi qaydalarının rəsmən tətbiq olunduğu ölkələr "Darül- İslam", şəriət qanunları ilə idarə olunmayan Avropa ölkələri "Darül-Küfr" hesab edilir. Yuxarıdakı mətndə qeyd olunan "Darül-Küfrü tərk edib Darül-İslama gəlin" kəlməsi müsəlmanların dini ibadətlərini sərbəst şəkildə yerinə yetirməkdə çətinlik çəkdikləri İslami idarəetmənin mövcud olmadığı ölkəni tərk edərək İslamın hakim olduğu bir diyara köç etməsinə çağıran, onları dinlərini azad şəkildə yaşamağa təşviq edən ifadədir. İslam tarixinə nəzər salsaq, "Darül-Küfrü tərk edib Darül-İslama gəlin" çağırışı ilk müsəlmanların Məkkədə çətinliklərə məruz qalarkən Mədinəyə hicrət etmələri ilə əlaqədar işlədilmişdir. Burada əsas məqsəd İslam cəmiyyətinin qurulmasını və müsəlmanların daha təhlükəsiz bir mühitdə yaşayaraq dini ibadətlərini rahat şəkildə yerinə yetirməsini təmin etmək olmuşdur. Müasir dövrdə insan hüquqları və dini azadlıqlar bir çox ölkələrdə təmin edildiyi üçün "Darül-Küfr" və "Darül-İslam" anlayışları birmənalı şəkildə coğrafi ərazilərə aid edilməməkdədir. Bəzi din alimləri İslamı yaşayan bir müsəlman üçün hər yerin "Darül- İslam" ola biləcəyini söyləsə də, fərqli qruplar və ideologiyalar bu ifadəni fərqli kontekstlərdə, hətta siyasi və radikal məqsədlər üçün istifadə etməkdədir. "Taifətul-mənsura" termini ərəb dilindən tərcümədə "kömək olunan, dəstəklənən, qalib gələn qrup, camaat, icma" mənasına gəlir. Bu ifadə ilə İslam ümməti daxilində haqq yolda olan, İslami prinsipləri əsas götürərək onun əsl mesajını davam etdirən, Allahın əmrlərinə sadiq qalan, Onun köməyi ilə qalib gələn qrup nəzərdə tutulur. "Taifətulmənsura" ifadəsi dünyəvi müvəffəqiyyətdən çox mənəvi müvəffəqiyyətə işarə edərək Allahın rizası və yardımı ilə seçilmiş, İslamı qiyamətə qədər müdafiə edən, fitnə və təfriqədən uzaq sadiq möminlərdən ibarət bir topluluq kimi də xarakterizə edilir. Müasir dövrdə İslamın mənəvi mesajına əsaslanan bu terminin əsl məzmununu dərk etməyən bəzi radikal-ekstremist qruplar "Taifətul-mənsura" ifadəsini öz ideologiyalarına haqq qazandırmaq, fəaliyyətlərini və məqsədlərini əsaslandırmaq üçün istifadə edirlər. Allah tərəfindən dəstəkləndiklərini iddia edərək özlərini haqq dinin yeganə müdafiəçiləri olaraq göstərməyə çalışan və məqamlarını İslam ümmətində təsdiqləmək üçün "Taifətul- Mənsura" adlandıran bu silahlı radikal qruplar ("Əl-Qaidə", "İŞİD) zaman- zaman müxtəlif adlar altında Orta Şərqdə, xüsusən Suriya, İraq və Əfqanistanda fəaliyyət göstərərək özləri kimi düşünməyən hər kəsi “haqq yoldan çıxmış", "azğın", "bidət əhli", "kafir" adlandıraraq təkfir etmişlər.(Cild 2, iş vərəq: 1-5.) Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanımaq haqqında” 19 fevral 2025-ci il tarixli qərardan görünür ki, Dövlət Təhlükəsizliyi Xidmətinin V baş idarəsindən 09 oktyabr 2024-cü il tarixli 9-2986 nömrəli məktubla daxil olmuş iş üzrə Təqsirləndirilən şəxs sosial şəbəkə hesablarına baxışın videogörüntüləri əks edilmiş 01 ədəd kompakt disk iş üzrə maddi sübut kimi tanınmışdır.(Cild 2, iş vərəq: 16-17) Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanımaq haqqında” 17 mart 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs məxsus “Redmi Note 12S” markalı mobil telefon və ona quraşdırılmış +994 70 *** ** ** saylı mobil nömrə iş üzrə maddi sübut kimi tanınmışdır.(Cild 2, iş vərəq: 47-48.) Cinayət işinin materiallarında olan “kompakt diskə baxış keçirilməsi barədə” 08 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən 07 yanvar 2025-ci il tarixli 3-39-9/1-53/25 nömrəli məktubla daxil olmuş kompakt diskə baxış zamanı iş üzrə Təqsirləndirilən şəxs məxsus +**********02 saylı mobil nömrənin anten məlumatlarına nəzər saldıqda, həmin mobil nömrənin əhatə dairəsinin xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində Balakən rayonu, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu və Bakı şəhəri Nərimanov rayonu, xx.xx.2023-cü il tarixdə Abşeron və Balakən rayonları, xx.xx.2023- cü il tarixdə Abşeron rayonu, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində Abşeron rayonu və Bakı şəhəri Sabunçu rayonu, xx.xx.2024-cü il tarixdə Abşeron və Balakən rayonları, Bakı şəhəri Nəsimi rayonu, xx.xx.2024-cü il tarixdə Abşeron və Qusar rayonları, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, xx.xx.2024-cü il tarixdə Qusar rayonu, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu və Bakı şəhəri Yasamal rayonu, xx.xx.2024-cü il tarixdə isə Abşeron rayonunda olduğu görünür.(Cild 1, iş vərəq: 194.) Cinayət işinin materiallarında olan “kompakt diskə baxış keçirilməsi barədə” 23 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, “ "xxxx" MMC-dən 22 yanvar 2025ci il tarixli 3-39-9/1-215/25 nömrəli məktubla daxil olmuş kompakt diskə baxış zamanı iş üzrə Təqsirləndirilən şəxs məxsus +**********08 saylı mobil nömrənin anten məlumatlarına nəzər saldıqda, həmin mobil nömrənin əhatə dairəsinin 06.11,2023-cü il tarixdə Abşeron rayonu, Bakı şəhəri Yasamal və Nəsimi rayonları, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində Abşeron rayonu və Bakı şəhəri Sabunçu rayonu, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu və Bakı şəhəri Binəqədi rayonu, xx.xx.2024-cü il tarixdə Abşeron və Qusar rayonları, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu və Sumqayıt şəhəri, xx.xx.2024cü il tarixdə Xaçmaz rayonu, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu, xx.xx.2024-cü il tarixdə isə Abşeron rayonunda olduğu görünür.(Cild 1, iş vərəq: 212.) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası vətəndaşı X23 və digərləri barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin icraatında olan ********* nömrəli cinayət işinin materiallarına baxış keçirilməsi barədə 09 aprel 2025-ci il tarixli protokoldan görünür ki, həmin cinayət işi 10 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası vətəndaşı X10 və digərləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü maddələri ® ilə başlanaraq icraata qəbul edilmişdir. İbtidai istintaqla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşı X23 - X7, X24, X18, Səfərəliyev Riyad Vəkil oğlu, X19, X20, X13 və qeyriləri ilə cinayət əlaqəsinə girərək ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə cinayətkar birlik (təşkilat) yaradıb dini radikalizm zəminində odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədi ilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətməyə hazırlıq hərəkətləri etmişdir. Belə ki, o, X7, X24, X18, Səfərəliyev Riyad Vəkil oğlu, X19, X20, X13 və qeyriləri ilə cinayət əlaqəsinə girərək ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə cinayətkar birlik (təşkilat) yaradıb dini radikalizm zəminində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədi ilə Qusar rayonu ərazisində dövlət qurumlarına, təhsil müəssisələrinə, iaşə obyektlərinə, eləcə də yəhudi icmalarına qarşı insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər (terror aktı) törətmək üçün 2024-cü ilin fevral ayından etibarən Qusar rayonunun Hil və Urva kəndləri arasında yerləşən meşəlik ərazidə yeraltı gizli sığınacaqlar inşa edib həmin sığınacaqlarda odlu silah, partlayıcı maddələr, uzun müddət ərzində gizlənmək və silahlanaraq ətraf ərazilərdə terror aktları törətmək üçün zəruri olan digər ləvazimatlar saxlayaraq hazırlıq hərəkətləri etmişdir.(Cild 2, iş vərəq: 52, 53-66.) Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(cild 1, i.v. 77) Cinayət işinin materiallarında olan xasiyyətnamədən görünür ki, Balakən rayonu, İtitala kənd İƏD üzrə nümayəndəliyinə Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. (cild 01, iş vər. 135). Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları, polis əməkdaşları tərəfindən təzyiq və təsirlərə, işgəncəyə məruz qalması, həmçinin ona edilmiş psixoloji təzyiq nəticəsində məcbur qalıb cinayəti boynuna götürdüyünü, heç bir təriqətə qoşulmaması, “İŞİD” adlı təşkilatla əlaqəsinin olmaması barədə ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun əməlini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər şahidlərin ifadələri və işin faktiki halları ilə təkzib olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.1-ci maddəsinə əsasən terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə -əmlakı müsadirə olunmaqla on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 214.2.1-ci maddəsinə əsasən eyni əməllər, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə və 214.2.6-cı maddəsinə əsasən əsasən dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə əmlakı müsadirə olunmaqla on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 214-2-ci maddəsinə əsasən terrorçuluğa açıq çağırışlar, yəni həmin Məcəllənin 102, 214, 214-3, 215, 219, 219-1, 226, 227, 277, 279 və ya 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinə açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materiallar yayma beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 218.2-ci maddəsinə əsasən cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə- əmlakı müsadirə olunmaqla və ya olunmamaqla altı ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 283.1-ci maddəsinə əsasən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən mediadan istifadə olunmaqla törədildikdə-səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 283.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 283.1-ci maddəsində nəzərdə tutulmuş əməllər dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə –üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28-ci maddəsinə əsasən cinayət törətmək üçün vasitə və ya alət axtarma, əldə etmə və ya hazırlama, yaxud cinayət törətmək üçün başqaları ilə əlaqəyə girmə, sövdələşmə və yaxud cinayət törətmək üçün qəsdən başqa cür şərait yaratma zamanı cinayət şəxsin iradəsindən asılı olmayaraq başa çatdırılmamışdırsa, belə əməllər cinayətə hazırlıq hesab olunur. Yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63-cü maddəsinə əsasən başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır. Cinayətə hazırlığa görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin yarısından çox ola bilməz. Cinayətə hazırlığa və ya cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. Beləliklə məhkəmə qeyd olunan müddəaları nəzərə alaraq, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.6, 214-2, 218.2-ci və 283.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.6, 214-2, 218.2-ci və 283.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar, ona istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini Azərbaycan Respublikası CM-in 61.1.1 və 61.1.6-cı maddələrinə əsasən dini fanatizm zəminində təkrar törətməsi, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283.1- 1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təkrar törətməsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan “tutulma haqqında” 09 oktyabr 2024-cü il tarixli protokoldan Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulduğu qeyd olunsa da cinayət işinin materiallarına əlavə edilmiş 09 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2024-cü il tarixdə saxlanılmışdır. (cild 01, iş vər. 9; 38-39). Cinayət işinin materiallarında olan Səbail rayon məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 4(029)-538/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə əvvəli 09 oktyabr 2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir (cild 1, 72-76). Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 08 oktyabr 2024-cü il tarixdə məhdudlaşdırıldığından onun həbsdə saxlama müddəti həmin vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayət hesab olunduğundan, o, CM-in 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 08 oktyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus “Redmi Note 12S” markalı mobil telefon və ona quraşdırılmış +994 70 *** ** ** saylı mobil nömrə sahibi Təqsirləndirilən şəxs qaytarılmalı, Təqsirləndirilən şəxs sosial şəbəkə hesablarına baxışın videogörüntüləri əks edilmiş 01 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə 450 AZN (dörd yüz əlli) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.6, 214-2, 218.2-ci və 283.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.6-ci maddələri ilə 10 (on) il müddətə, 214-2-ci maddəsi ilə 03 (üç) il müddətə, 218.2-ci maddəsi ilə 07 (yeddi) il 06 (altı) ay müddətə, 283.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus “Redmi Note 12S” markalı mobil telefon və ona quraşdırılmış +994 70 *** ** ** saylı mobil nömrə sahibi Təqsirləndirilən şəxs (və ya onun yaxın qohumlarına) qaytarılsın, Təqsirləndirilən şəxs sosial şəbəkə hesablarına baxışın videogörüntüləri əks edilmiş 01 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılsın . İş üzrə 450 AZN (dörd yüz əlli) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar