Məhkəmə qərarları › İş №1(124)-333/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-333/2022

14.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-333/2022 14.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ İ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Abuşov Nərmin Latiq qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 2000-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qubadlı rayonu, Göyərcik kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 14-cü məhəllə, 2 nömrəli internat məktəbinin inzibati binasında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, xx.xx.2022-ci il tarixdə, saat 21:30 radələrində tanışı Şahid12 istifadəsində olan mobil telefonla danışarkən sonuncu, Zərərçəkmiş şəxs borclu qaldığı 150 manat pulu qaytara bilmədiyini izah edib bir müddət əvvəl ondan borc aldığı 50 (əlli) manatı Sədiyara vermək üçün qaytarmağı təklif etdikdə o, qonşusu Sədiyarın ünvanına nalayiq ifadələr işlətmiş, həmin vaxt Şahid12 yanında olub ünvanına işlədilən ifadələri eşidən Zərərçəkmiş şəxs, Şahid12 telefonu alıb onun ünvanına nalayiq ifadələr işlədərək ondan aralarındakı münasibətə aydınlıq gətirmək üçün yaşadıqları məhəlləyə gəlməyi tələb etdikdə, o, Sumqayıt şəhəri, 2-ci məhəllə, 18 saylı uşaq baxçasının inzibati binasında məskunlaşan dayısı Şahid1 evinə gedərək oradan məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb gödəkçəsinin sağ cibində gizlədərək saat 22:30 radələrində Zərərçəkmiş şəxs olduğu Sumqayıt şəhəri, S.Vurğun küçəsi, «Nəsimi» adına mədəniyyət və istirahət parkında «Yaşıl Teatr» binasının yaxınlığında yerləşən çay evinə gələrək, çay evinin arxasında onunla münasibətlərini aydınlaşdırmaq üçün mübahisə əsnasında gətirdiyi bıçaqla ona qarın aortasının və nazik bağırsağın deşilmiş-kəsilmiş yaraları, qarnın ön divarının qarın boşluğuna nüfuz edən 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran xəsarət yetirməklə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşamış və yaşca ondan böyük olmuşdur. Tanışı Şahid12 50 (əlli) manat pul borc almış, Rəşad demişdir ki, ona verəcəyi 50 manatı onun adından Zərərçəkmiş şəxs versin, o, Rəşadın təklifi ilə razılaşsa da pulu qaytara bilməmişdir. Rəşadla olan söhbətdən sonra dəfələrlə Sədiyarla görüşsə də Rəşadın ona borcu olduğu və ya Rəşadın adından 50 (əlli) manat pulu ona verməli olduğunu deməmiş, ondan pul tələb etməmişdir. xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində Şahid12 ona zəng edib tapşırdığı 50 (əlli) manat pulu Sədiyara veribvermədiyini soruşmuş, Sədiyarın onların hər ikisindən pulunu istədiyini demişdir. O da əsəbləşərək Sədiyarın ünvanına nalayiq ifadələr söyləmiş, Rəşad telefonu mikrafona qoşub danışdığı üçün Sədiyar onun dediyi həmin ifadələri eşitmişdir. Həmin vaxt Sədiyar da onun ünvanına nalayiq ifadələr işlədib onu parka çağırmışdır. Sədiyar yaşca ondan böyük olduğundan o, parka getməmişdən əvvəl özü ilə bıçaq götürmək qərarına gəlmiş, bıçağı internat məktəbin yaxınlığında 2-ci məhəllə, 18 saylı uşaq baxçasının inzibati binasında məskunlaşan və babası ilə tək yaşayan dayısı Şahid1 evindən götürmüşdür. Parka çatanda Sədiyarı orda görmüş, Sədiyar onu görən kimi yenə də onun ünvanına nalayiq ifadələr işlətmişdir. O da gödəkçəsinin cibində olan bıçaqla Sədiyarın qoluna tərəf bir dəfə zərbə endirmiş, qaçıb oradan uzaqlaşmışdır. Hadisədən sonra Sədiyarın həmin bıçaq zərbəsindən öldüyünü eşitmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, Sədiyarı qəsdən öldürmək niyyəti olmamış, Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirərkən zərbənin onun qoluna və ya əlinə dəydiyini zənn etsə də bıçaq onun qarın nahiyəsinə dəymiş, bıçaqla ona zərbə endirərkən əməlinin təhlükəli olduğunu dərk etsə də Sədiyarın ölməsini arzu etməmişdir, əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs ailənin 7-ci uşağı olmaqla doğma qardaşıdır və hadisə baş verən tarixədək valideynlərinə məxsus ünvan 1 ünvanda yaşamış və subay olmuşdur. Qardaşı Sədiyar idmanın güləş növü ilə məşğul olmuşdur.Təqsirləndirilən şəxs şəxsən tanımamış, sonuncu Sədiyarın yaşadığı binanın yaxınlığında 02 nömrəli internat məktəbin inzibati binasında valideynləri ilə yaşamış, qardaşı Sədiyarla münasibətləri normal olmuşdur. X9 arasında pul söhbətinin olub-olmadığını bilməmişdir. xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində Sədiyarın dostu Şahid3 onun mobil telefonuna zəng edib Sumqayıt şəhəri Nəsimi parkında «Turan» kafesinin yaxınlığındakı çay evində kiminsə Sədiyarı çölə çağırıb onu bıçaqladığını, Sədiyara tibbi yardım göstərilməsi üçün Sumqayıt şəhər X13 Xəstəxanasına gətirdiyini və hazırda yanında olduğunu xəbər etmişdir. O, dərhal həmin xəstəxanaya getmiş, xəstəxanaya çatarkən qardaşı Sədiyarın aldığı bıçaq yarasından artıq öldüyünü bilmişdir. Hadisədən sonra ona məlum olmuşdur ki, Raminlə Sədiyar arasında borc pul üstündə mübahisələri yarandığından Ramin qardaşının olduğu çayxanaya gələrək onu kənara çağırıb orada bıçaqla vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid5 göstərmişdir ki, hadisənin baş verdiyi gün Ramin ilə birlikdə kafedə olmuş, ona zəng gəldiyi üçün kurtkasını götürərək dayısıgilə getdiyini deyib çıxmışdır, daha sonra belə bir hadisənin baş verdiyini eşitmişdir. Şahid məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, Ramin kafedən çıxarkən həyəcanlı olmuş, ona görə də onun arxasınca gedib hara getdiyini soruşmuşdur. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 bildirmişdir ki, gecə saat 22-23 radələrində Ramin onlara gəlmişdir. Atası ona Raminin evdə nəsə axtardığını bildirmiş, Ramin çox keçmədən evdən çıxıb getmişdir. Ramin getdikdən sonra o, evdəki bıçağın həmişəki yerində olmadığını görmüşdür. Buna görə də dəfələrlə Raminə zəng etmiş, lakin Ramin onun zənglərinə cavab verməmişdir. O da bacısı Şahid2 zəng etmişdir. Bundan sonra o, bacısıgilə getmiş, bacısı Şahid2 Raminin harada olduğunu soruşmuş, Şahid2 isə bilmədiyini demişdir. O, bacısı ilə birlikdə Ramini axtarmaq üçün evdən çıxmış, “Turan” restoranının yaxınlığında Ramini görüb evə gətirmişlər. O, Raminə “Bizdən bıçaq götürmüsən” demiş, bacısı isə Raminə bıçağı qaytarmasını söyləmişdir. Daha sonra Ramin onlara hadisə barədə danışmışdır. Şahid1 ona ünvanlanan suallara cavab olaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmiş və Ramin bıçağı ona qaytaranda bıçağın qanlı olduğunu qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Nəzərova X7 Elçin Salam oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid7 bildirmişdir ki, onlar kafedə domino oynayarkən birdən Sədiyarın vurulduğu deyilmiş, dərhal çölə çıxmışlar. O, Sədiyarı ayaqüstə görmüş və onun yanına getmişdir. Bu zaman Sədiyarın üzərində yara görməmiş, köynəyini qaldırdığında isə cızıq olduğunu görmüş, lakin qan görməmişdir. O, dərhal dəsmal və su gətirmək üçün getmiş, daha sonra onlar Sədiyarı avtomobilə mindirib xəstəxanaya aparmışlar. Şahid7 ona ünvanlanan suallara cavab olaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, həmçinin, o, Sədiyar çölə çıxdıqdan sonra heç bir səs eşitmədiyini, Sədiyarın çölə çıxmasından 3-5 dəqiqə sonra onların da çölə çıxdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid11 və Şahid6 Şahid7 ilə oxşar məzmunlu ifadə vermişlər. İbtidai istintaq zamanı şahid kimi dindirilmiş Şahid12 ölkə xaricində olduğu üçün məhkəmə istintaqı zamanı onun dindirilməsi mümkün olmamış və ifadəsi məhkəmə tərəfindən elan edilmişdir. Şahid12 2013-cü ildən Sumqayıt şəhəri,14-cü məhəllə ərazisində yerləşən kooperativ binaların komendantı işləmiş, 2020-ci ilin sonunda işdən azad olsa da tez-tez həmin ünvana gedib lazım olanda sakinlərin yüklərinə və digər işlərinə köməklik göstərib dolanmış, həmin müddətdə 14-cü məhəllə ərazisində yerləşən 2 nömrəli internat məktəbin inzibati binasında valideyinləri ilə yaşayan yaşca ondan kiçik olan Təqsirləndirilən şəxs ilə tanış olmuş və münasibətləri normal olmuşdur. Həmin ərəfələrdə ünvan 2 ünvanda yaşayan Zərərçəkmiş şəxs tanımış, onunla da münasibətləri normal olmuşdur. Eyni zamanda Raminlə Sədiyarın münasibətləri yaxşı olmuşdur. 2021-ci ilin avqust ayında Zərərçəkmiş şəxsla söhbət edərkən sonuncu istifadəsində olan «İphone 7» markalı mobil telefonu satmaq istədiyini, başqa şəxsə satmaqdansa telefonu ona 250 manata verib pulunu hissə-hissə almağa razı olduğunu bildirdikdə onun şərtləri ilə razılaşaraq sonuncudan telefonu alıb istifadə etməklə sonrakı iki ayda hər ay 50 (əlli) manat ödəniş etmiş, sonrakı aylarda pulu olmadığından ödəniş edə bilməmişdir. xx.xx.2022-ci il tarixdə işlədiyi kooperativ binasına gəlib iş olacağını gözləmiş, həmin vaxt adını xatırlamadığı bina sakinlərindən biri ona həmin binanın komendantına çatdırmaq üçün 50 (əlli) manat pul vermişdir. Az sonra yanına gələn Təqsirləndirilən şəxs ondan 20 (iyirmi) manat pul istəmiş, ona pulunun olmadığını,üzərində yalnız komendant Qüdrətə çatdıracağı başqa şəxsə məxsus 50 (əlli) manat pul olduğunu söyləmişdir. Ramin demişdir ki, həmin pulu ona versin, az sonra məhəlləyə gələrsə atasından 50 (əlli) manatı alıb ona qaytara bilər. Təqsirləndirilən şəxs inanıb 50 (əlli) manatı ona vermiş, az sonra məhəlləyə gedib pulu Ramindən istədikdə sonuncu ona verilən pulu lazım olan istiqamətə xərclədiyini, atasının isə borcunu qaytarmaq üçün ona pul vermədiyini bildirmişdir. Bundan sonra Raminə demişdir ki, Zərərçəkmiş şəxs 150 manat borcu var, ona verəcəyi 50 (əlli) manat pulu onun adından Sədiyara verər və Sədiyarı görüb Raminin onun borcundan 50 (əlli) manat ödəyəcəyini bildirmiş və sonuncu razılaşmışdır. Bundan iki-üç gün sonra Sədiyarla rastlaşarkən Raminin ona pul verib-vermədiyini soruşmuş, sonuncu isə məsələni Raminlə öz arasında həll edəcəyini demişdir. Bundan sonra dəfələrlə Sədiyarı görsə də sonuncu pul barədə ona bir söz deməmişdir. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində iş yerində olarkən Sədiyar sərxoş halda yaxınlaşıb ona olan borcunu nə vaxt qaytaracağını soruşmuşdur. O pulu qaytarmağa imkanı olmadığını dedikdə ona borclu qaldığı 100 (yüz) manat pulu 10 gün müddətində çatdırmağı tələb edib Raminin də ötürəcəyi 50 (əlli) manat pulu hələ vermədiyini vurğulayıb Raminə zəng edib onun pulunu çatdırmasını tapşırmışdır. O istifadəsində olan ***-***-**-** nömrəli mobil telefondan Raminin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng etdikdə Sədiyar telefonu mikrafona qoşmağı tələb etmişdir.O telefonu mikrafona qoşub Raminlə danışmağa başlayıb ondan Sədiyara yönəltdiyi 50 (əlli) manat borcu sonuncuyu verib-vermədiyini soruşduqda Ramin qeyri etik ifadə işlədib əlavə etmişdir ki, Sədiyara demişdim əməkhaqqımı alanda 50 (əlli) manatını qaytaracam. Ünvanına nalayiq ifadə eşidən Sədiyar telefonu ondan alıb Raminin və ailəsinin ünvanına nalayiq ifadələr işlətmiş, telefon Sədiyarın əlində olduğundan telefonun kim tərəfindən söndürüldüyünü bilməmiş, danışıq kəsilmiş, Sədiyar telefonu ona qaytarmışdır. Bu söhbətdən sonra o evə getmiş, Sədiyarın isə hara getdiyini bilməmişdir. Saat 23:30 radələrində kooperativdə yaşayan tanışlarından biri zəng edib Sədiyarın bıçaqla az əvvəl qətlə yetirildiyini xəbər etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 30 ildən çox tanımış, aralarında dostluq münasibətləri olmuş, Sədiyar idmanın güləş növü ilə məşğul olmaqla heç kəslə ədavəti və düşmənçiliyi olmamış, pis vərdişlərdən uzaq olmuşdur. Təqsirləndirilən şəxs isə tanımamışdır. O,Sədiyarla tez-tez Sumqayıt şəhəri Nəsimi parkında «Turan» restoranın yaxınlığında yerləşən «Mahir-Tahir» qardaşlarının çay evinə gedib orada istirahət etmişlər. 03 fevral 2022-ci il tarixdə saat təxminən 21:30 radələrində Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil telefondan onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edib harada olduğunu soruşmuş, həyətdə olduğunu söylədikdə gəlirəm deyib telefonu söndürmüş və 3-5 dəqiqədən sonra yanına gəlmişdir. Zərərçəkmiş şəxs həddindən artıq spirtli içki içdiyi və ayaq üstə dayana bilmədiyi hiss etmişdir. Təxminən 20-25 dəqiqə həyətdə söhbət etsələrdə Sədiyar əsəbi və narahat görünməmiş, saat 22 radələrində Sumqayt şəhəri Nəsimi parkındakı «Mahir-Tahir» qardaşlarının çayxanasına getmişlər,çayxanada Sədiyarın dostları İbrahim, İsmayıl, Elçin və Arzuman onları gözləməklə danamino oynamışlar.O, Sədiyarla İbrahimgilin qonşu stolunda oturub uduzan kamandanın çıxmasını,özlərinin oyuna qoşulacağı anı gözləmişlər. Saat 22:30 radələrində Zərərçəkmiş şəxs mobil telefonuna zəng gəlmiş,sonuncu narahat şəkildə yerindən qalxıb kafedən çıxmışdır.Bir neçə dəqiqə keçsədə Sədiyarın qayıtmadığını görüb Sədiyarın arxasınca çıxmış, diqqət edərkən kafenin ətrafında kənar şəxs olmamış, kafenin girişində ondan sağ tərəfdə 4-5 metirlik məsafədə Sədiyarın dayandığını görmüşdür. Sədiyar onu görən kimi “deyəsən mənə soxdu” sözlərini işlətmiş, ətrafa diqqət etdikdə üzü «Turan» restoranına doğru qaçan tanımadığı kişi cinsli şəxsi görmüşdür. O,dərhal kafeyə qayıdıb “deyəsən Sədiyara soxdular, X13 çağırmaq lazımdır”deyib oradakıları köməyə çağırmışdır. Bu sözündən sonra uşaqlar köməyə gəlib Sədiyarı İbrahimin idarə etdiyi avtomobilə qoyub tibbi yardım göstərilməsi üçün Sumqayıt ŞTTY xəstəxanasına aparmışlar, özüdə onların arxasınca xəstəxanaya getmiş, xəstəxanaya çatarkən artıq Sədiyarın aldığı xəsarətdən öldüyünü eşitmişdir. Şahid4 ifadəsində daha sonra göstərmişdir ki, Zərərçəkmiş şəxs çay evindən həyətə çıxdıqdan sonra həyətdən mübahisə, söz-söhbət, dava-dalaş, səs-küy səsləri eşidilməmiş, çayxanada istirahət edən şəxslərin istirahəti pozulmamışdır. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadələri elan olunaraq tədqiq edilmiş şahidlər Şahid3 və Şahid10 Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadə ilə oxşar məzmunlu ifadə vermişlər. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid8 göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə Sumqayıt şəhər 16 nömrəli orta məktəbdə bir yerdə oxuduğundan məktəbi bitirdikdən sonra da əlaqələrini kəsməmiş, onunla tez-tez görüşmüşdür. Mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs tanımamış, onunla hər hansı münasibəti olmamış, Raminin hadisədən əvvəl kimdənsə borc aldığını bilməmişdir. Özü meyxanaya meyilli olduğundan aradabir meyxana məclisi təşkil edib məhəllə uşaqlarını deyişməyə dəvət etmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlayıb qərara gəlmişlər ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində “Xana” adlı çay evində görüşsünlər.xx.xx.2022-ci il tarixdə saat 20 radələrində dostu Elşənlə göstərilən çay evinə otaqların birində oturub çay içmişlər, az sonra Təqsirləndirilən şəxs və Şahid9 adlı dostları gəlib onlara qoşulmuşdur. Bir neçə dəqiqədən sonra ona məlum olmayan nömrədən Təqsirləndirilən şəxs zəng gəlmiş, sonuncu mobil telefonu götürüb otaqdan çıxıb az sonra qayıdaraq gödəkçəsini götürüb otağı tərk etmişdir.Raminin çöldə kiminlə, nə məzmunda danışdığını bilməmiş, lakin Raminin həyəcanlı və təlaşlı vəziyyətdə getməsi onu narahat etdiyindən Elşənlə birliklə Raminin arxasınca çıxıb nə baş verdiyini, hara getdiyini soruşmuş, sonuncu isə “elə bir problem yoxdur, evə dəyib gəlirəm” deyib getmişdir.Təxminən bir saatdan sonra hazırda adını xatırlamadığı yoldaşlardan biri zəng edib Raminin dayısı evindən bıçaq götürüb getdiyini, hamı onu axtarsa da tapa bilmədiyini və çox narahat olduqlarını bildirmişdir.Həmin şəxsə demişdir ki, Ramin onlarla deyil.Həmin gün saat 24 radələrində Raminin dayısı evindən bıçaq götürüb Sumqayıt şəhəri Nəsimi parkına gedərək orada tanışı Zərərçəkmiş şəxs bıçaqla vurduğunu, Sədiyarın aldığı xəsarətdən öldüyü xəbəri yayılmışdır. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş şahid X1 Əlfəddin Əlbaba oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Sumqayıt şəhəri, S.Vurğun küçəsi, «Nəsimi» adına mədəniyyət və istirahət parkı ərazisində kommersiya obyekti - çay evidir, yaxılığında «Yaşıl teatr» və Turan kafesi yerləşir. Cinayət işinin materiallarında olan 04 fevral 2022-ci il tarixli “könüllü təqdim etmə” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qan izləri olan qara plasmas dəstəkli qatlanmayan bıçağı könüllü olaraq Sumqayıt ŞPİ-nin baş təhqiqatçısına təqdim edir. Cinayət işinin materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi haqqında 21 aprel 2022-ci il tarixli protokoldan görünür ki, tanıyan Şahid1 təqdim edilən bıçaqlar arasında “02” nömrə altında nömrələnmiş bıçağı onun xarici görkəminə və materialına görə, daim mətbəxdə işlətdiyinə, Təqsirləndirilən şəxs həmin bıçağı evdən götürüb getdiyinə görə tanımışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiqi edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 13 nömrəli rəyində göstərilmişdir ki, X4 meyiti üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: qarnın aortasının və nazik bağırsağın deşilmiş-kəsilmiş yaraları, qarnın ön divarının qarın boşluğuna nüfuz edən 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sol gicgah nahiyəsinin qançır-şişkinliyi və sıyrığı, sol dizin ön səthinin sıyrıqları. Qeyd edilən xəsarətlər həyatidir, həmin xəsarətlərdən qarın aortasının və nazik bağırsağın deşilmiş-kəsilmiş yaraları, qarnın ön divarının qarın boşluğuna nüfuz edən 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin ola bilsin ki, maddi sübut kimi ekspertizaya təqdim olunmuş bıçağın və ya ona bənzər bıçaqların təsirindən, sol gicgah nahiyəsinin qançır - şişkinliyi və sıyrığı, sol dizin ön səthinin sıyrıqları isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Törənmə müddəti onun ölümündən az əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər, sol gicgah nahiyəsinin qançır - şişkinliyi və sıyrığı, sol dizin ön səthinin sıyrıqları isə həm ümumilikdə həmdə ayrı-ayrılıqda sağlamığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs ölümünə səbəb qarın aortasının və nazik bağırsağın deşilmiş-kəsilmiş yaraları, qarnın ön divarının qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası nəticəsində baş vermiş kəskin daxili qanitirmə olmuşdur. Zərərçəkmiş şəxs ölümü meyitin meyitxanada müayinəsi başlanandan (xx.xx.2022-ci il tarixdə saat 23:50) 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin xarakterinə əsasən yəni qarın aortasının zədələnməsi baş verdiyindən onun ölümü qısa zaman ərzində (bir neçə dəqiqə ərzində) baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatın nəticəsində 2,4% etil spirti aşkar edilmişdir ki, bu da müvafiq cədvəl üzrə orta dərəcəli alkoqol sərxoşluğuna aid edilir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterinə, lokalizasiyasına və yara kanalının istiqamətinə əsasən demək olar ki, hadisə baş verən zaman xəsarət yetirənlə xəsarət alan müxtəlif vəziyyətlərdə olmaqla ayaqüstə, üzbə-üz vəziyyətində ola bilərdilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiqi edilmiş “məhkəmə material-maddə və onlardan hazırlanmış məmulatların kriminalistik ekspertizası”nın xx.xx.2022-ci il tarixli 6/855 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qeyd edilən şalvarın üzərində aşkar edilmiş tünd göy rəngli poliakrilonitril kimyəvi liflər cins əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən sviterin tərkib liflərinə uyğun gəlir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiqi edilmiş “məhkəmə tibbi kriminastik və məhkəmə kriminalistik ekspertizası”nın xx.xx.2022-ci il tarixli 142/2022-MTKŞ saylı rəyində göstərilmişdir ki, təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış deşici kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Bıçağın üzərində sonradan onun təyinatı dəyişdirəcək heç bir əlavə və dəyişiklik edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiqi edilmiş “komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası”nın xx.xx.2022-ci il tarixli 1001 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayəti törədərkən və ona qədər hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ünsiyyətcil, söz götürməmək, emosionallıq, tənqid və təhqirə qarşı həssaslıq kimi fərdi psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intelektual imkanları norma səviyyəsindədir, gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs hadisəni törədən zaman onda psixi emosional sferasında hirslilik, gərginlik halları yaranmışdır.Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiqi edilmiş "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi saat 22:27:39-da mərhum Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**- ** mobil telefona zəng edib 18 saniyə danışmış və anten dairəsi UABS0658A/UABS0658 Turan restorani/"Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 381"/Sumqayit 125 ərazisindən olmuşdur. Həmin saatdan sonra bir neçə dəfə GPRS vasitəsi ilə danışıqlar aparımş, saat 22:35:49-dan saat 23:06:38-dək olan müddətdə telefon danışığı kəsilmiş, saat 23:08:12də MTS tipli zəng daxil olaraq 31 saniyə danışıq aparılmış və həmin vaxt Təqsirləndirilən şəxs UABS0658A/UABS0658 Turan restorani/"Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 381"/Sumqayit 125 ərazisində yerləşən antena dairəsindən istifadə etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrıayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Mötəbərliyi şübhə doğurmayan və qanuni yolla əldə edilmiş sübutların məcmusu ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Həmin arayışa əlavə edilmiş “xasiyyətnamə”dən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi ərizə, şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Təyyar Novruzov tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli barışıqla bağlı mövqeyini nümayiş etdirən ərizədən görünür ki, təqsirləndirilən şəxsə qarşı şikayət və ya tələbi yoxdur. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətə cəlb edilməsini, gənc olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər məhkəməsinin 05 fevral 2022-ci il tarixli qərarından görünür ki, ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli 04 fevral 2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu 04 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Sumqayıt şəhər prokurorluğunda saxlanılan hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd uzunqol köynək, 01 ədəd şalvar, 01 ədəd sviter, 01 ədəd gödəkcə təqsirləndirilən şəxsin özünə və ya onun yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə isə məhv edilməli, Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd gödəkcə, 01 ədəd şalvar, 01 ədəd qısaqol köynək, 01 ədəd uzunqol köynək zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalı, qəbul edilmədikdə isə məhv edilməlidir. 01 ədəd bıçaq və 02 ədəd çubuqlu pambıq topası məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 154 (yüz əlli dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib, 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 04 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs 154 (yüz əlli dörd) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər prokurorluğunun maddi sübutlar saxlanılan anbarına saxlanca verilmiş, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd uzunqol köynək, 01 ədəd şalvar, 01 ədəd sviter, 01 ədəd gödəkcə Təqsirləndirilən şəxs və ya onun yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə isə məhv edilsin. Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd gödəkcə, 01 ədəd şalvar, 01 ədəd qısaqol köynək, 01 ədəd uzunqol köynək zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın, qəbul edilmədikdə isə məhv edilsin. 01 ədəd bıçaq və 02 ədəd çubuqlu pambıq topası məhv edilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: (imza) Aynur Rzayeva Hakim: (imza) Fəhmin Hümbətov Hakim: (imza) Hafiz Əliyev Əsli ilə düzdür Hakim: Aynur Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar