Məhkəmə qərarları › İş №1(124)-333/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-333/2024

24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-333/2024 24.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X8 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumlugu ödənilmiş, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, inzibati bina 8-də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, nömrəsiz fərdi evdə kirayədə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında istintaqa şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşının 700 manat müqabilində Abşeron rayonu, Xırdalan şəhəri, «Şuşa Qalası» restoranının hasarının yaxınlığına qoyduğu bir ədəd bükümdə çəkisi 53,783 qram olan külli miqdarda tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyə malik kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki qrupun üzvü Təqsirləndirilən şəxs2lə birlikdə götürməklə satış məqsədi olmadan qanunsuz əldə edib saxlayaraq oradan uzaqlaşmaq istəyərkən Azərbaycan Respublikası DİN-nin X12 Alayınınin 12-ci patrul bölüyünün əməkdaşları tərəfindən həmin ərazidə saxlanılaraq Abşeron RPİ-yə gətirilib, həmin gün saat 21:15-dən 21:40-dək xidməti otaqların birində üzərlərinə keçirilən şəxsi axtarış zamanı, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli dəri gödəkçənin sol döş yan cibindən həmin bir ədəd bükümdə şəffaf rəngli selofona bükülmüş 53,783 qram çəkidə külli miqdarda tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyə malik kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək sərbəst ifadəsində və suallara cavab verərəkən bildirdi ki, Təqsirləndirilən şəxs2 tanışıdır. Onların ümumi tanışları olan Oqtay adlı şəxs ağ ciyər xəstəsidir. Oqtay onlardan xahiş etmişdir ki, onun üçün narkotik vasitə tiryək əldə etsinlər. O, Şahin ilə birlikdə olarkən 19 fevral 2023-cü il tarixdə instaqram sosial şəbəkədə İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş və ondan narkotik vasitə tiryək almaq istədiklərini demişlər. Həmin şəxs onlara narkotik vasitə təşkil edəcəyini bildirmişdir. 22 fevral 2023-cü il tarixdə həmin İran İslam Respublikası vətəndaşı onun telefonunun Vatsapına kart nömrəsi göndərmiş və həmin karta 700 manat pul köçürməyi bildirmişdir. Onlar narkotik almaq üçün Oqtaydan 700 manat pul götürmüş və həmin ona göndərilmiş kart nömrəsinə MilliÖn aparatından köçürmüşlər. Bundan sonra axşam saat 21 radələrində mobil telefonunun Vatsapına narkotik vasitə tiryəkin Xırdalan şəhəri, “Şuşa Qalası” restoranının hasarının kənarında qoyulduğu yer barədə məlumat daxil olmuşdur. O da Şahinlə birlikdə sonuncuya məxsus Toyota Prius markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin yerə, yəni Xırdalan şəhəri, “Şuşa Qalası” restoranının hasarının yanına getmişditr. Orada birlikdə avtomobildən düşüb bir ədəd bükümdə selofona bükülü narkotik vasitə tiryəkin qoyulduğu yerə yaxınlaşmış, həmin yerdə qoyulmuş tiryəki götürdükdən sonra əynində olan gödəkçənin cibinə qoymuşdur. Bundan sonra həmin ərazidən uzaqlaşmaq istədikdə kənardan onlara tərəf polis əməkdaşları yaxınlaşdığını görmüşlər. Polis əməkdaşları onları şübhəli şəxs qismində saxlayıb Abşeron RPİ-yə dəvət etmişlər. Onlar da etiraz etmədən polis əməkdaşları ilə birlikdə Polis idarəsinə gəlmiş, Abşeron Rrf-də xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilməyə başlanmış, polis əməkdaşları ona bildirmişlər ki, üzərinə şəxsi axtarış keçirəcəklər, əgər üstündə saxlanılması qadağan olunan əşya və predmet vardırsa onu təqdim etsin. Bu zaman o, əynində olan qara rəngli dəri gödəkçənin döş cibində olan həmin hasarın yanından götürdüyü tiryəkə bənzər kütləni təqdim etmişdir. Həmin bir ədəd bükülüdə olan narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək boş zərfə qoyulmuş və Abşeron RPİ-nin möhürü ilə möhürlənmişdir. Bu barədə protokol tərtib olunduqdan sonra isə o və polis əməkdaşları zərfə və protokola imza etmişlər. Göstərmişdir ki, həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşından almış, həmin narkotik vasitəni Oqtay adlı tanışıma vermək üçün 700 manata almış və həmin pulu da Oqtay ona vermişdir. O, İran İslam Respublikası vətəndaşını tanımır, onunla instaqram sosial şəbəkədən tanış olmuşdur. Təqsirləndirilən şəxs1 əlavə ifadəsində ilkin istintaq zamanı verdiyi ifadəsini təsdiq etsə də, ifadəsində adını göstərdiyi Oktay adlı şəxslə bağlı onu bildirmişdir ki, qeyd edilən adda hər hansı tanışı yoxdur. Belə ki, narkotik vasitə ilə tutulduqda məsuliyyətdən uşaq olmaları üçün qərara gəlmişlər ki, həmin narkotik vasitənin başqa şəxsə məxsus olduğunu və onu almaq,üçün də pulun başqa şəxs tərəfindən onlara verildiyini bildirsinlər və bununla məsuliyyətdən azad olacaqlarını fikirləşmişlər, əsl həqiqətdə belə bir tanışları yoxdur və belə bir adda şəxs tanımırlar, aşkar edilmiş narkotik vasitə tiryək özlərinə məxsusdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 özünü təqsirli bildiyi əməlindən peşiman olduğunu bildirərək, məhkəmədən barəsində ədalətli qərar qəbul etməsini xahiş etdi. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək sərbəst ifadəsində və suallara cavab verərəkən bildirdi ki, Təqsirləndirilən şəxs1 tanışıdır. Onların ümumi tanışı Oqtay adlı şəxs ag ciyər xəstəsidir. Oqtay onlardan xahiş etmişdir ki, onun üçün narkotik vasitə tiryək əldə etsinlər. O İsa ilə birlikdə olarkən 19 fevral 2023-cü il tarixdə instaqram sosial şəbəkədə İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş və ondan narkotik vasitə tiryək almaq istədiklərini demişlər. Həmin şəxs onlara narkotik vasitə təşkil edəcəyini bildirmişdir. 22 fevral 2023-cü il tarixdə həmin İran İslam Respublikası vətəndaşı İsanın telefonunun vatsapına kart nömrəsi göndərilmiş və həmin karta 700 manat pul köçürülməsi bildirilmişdir. Onlar narkotik almaq üçün Oqtaydan 700 manat pul götürmüş və həmin göndərilmiş kart nömrəsinə MilliÖn aparatından köçürmüşlər. Bundan sonra axşam saat 21 radələrində İsanın mobil telefonunun vatsapına narkotik vasitə tiryəkin Xırdalan şəhəri, “Şuşa Qalası” restoranının hasarının kənarında qoyulduğu yer barədə məlumat verilmişdir. O, İsa ilə birlikdə özünə məxsus Toyota Prius markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin yerə, yəni Xırdalan şəhəri, “Şuşa Qalası” restoranının hasarının yanına getmişdir. Orada birlikdə avtomobildən düşüb bir ədəd bükümdə selofona bükülü narkotik vasitə tiryəkin qoyulduğu yerə yaxınlaşmış, həmin yerdə qoyulmuş tiryəki götürdükdən sonra İsa həmin tiryəki əynində olan gödəkçənin cibinə qoymuşdur. Bundan sonra həmin ərazidən uzaqlaşmaq istədikdə kənardan onlara tərəf polis əməkdaşlarının yaxınlaşdığını görmüşlər. Polis əməkdaşları onları şübhəli şəxs qismində saxlayıb Abşeron RPİ-yə dəvət etmişdir. Onlar da onlara etiraz etmədən polis əməkdaşları ilə birlikdə Polis idarəsinə gəlmişlər. Abşeron RPİ-də xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilməyə başlanmış, polis əməkdaşları ona bildirmişlər ki, üzərinə şəxsi axtarış keçirəcəklər, əgər üstündə saxlanılması qadağan olunan əşya və predmet varsa təqdim etsin. O da üzərində hər hansı qanunla saxlanılması qabağan olunan əşyanın olmadığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş və üzərindən qanunsuz saxlanılan hər hansı əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib olunduqdan sonra isə protokola imza etmişlər. Göstərmişdir ki. həmin narkotik vasitəni X13 Respublikası vətəndaşından almış, həmin narkotik vasitəni Oqtay adlı tanışına vermək üçün 700 manata almış və həmin pulu da Oqtay ona vermişdir. O, İran İslam Respublikası vətəndaşını tanımır, onunla instaqram sosial şəbəkədən tanış olmuşdur. Təqsirləndirilən şəxs2 Oliyəddin oğlu əlavə ifadəsində ilkin istintaq zamanı verdiyi ifadəsini təsdiq etsə də, ifadəsində adını göstərdiyi Oktay adlı şəxslə bağlı onu bildirmişdir ki, qeyd edilən adda hər hansı tanışı yoxdur. Belə ki, narkotik vasitə ilə tutulduqda məsuliyyətdən uşaq olmaları üçün qərara gəlmişlər ki, həmin narkotik vasitənin başqa şəxsə məxsus olduğunu və onu almaq üçün də pulun başqa şəxs tərəfindən onlara verildiyini bildirsinlər və bununla məsuliyyətdən azad olacaqlarını fikirləşmişlər, ssl həqiqətdə belə bir tanışları yoxdur və belə bir adda şəxs tanımırlar, aşkar edilmiş narkotik vasitə tİryək özlərinə məxsusdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 özünü təqsirli bildiyi əməlindən peşiman olduğunu bildirərək, məhkəmədən barəsində ədalətli qərar qəbul etməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində Şahid2 ifadəsində göstərmişdir ki, hazırda ƏÇPA-nin 12-ci patrul bölüyündə polis nəfəri kimi xidmət göstərir, rütbəsi polis serjantıdır. 22 fevral 2023-cü il tarixdə saat 20:00-dan 9688 saylı avtopatrulla xidmətə başlamışdır. ƏÇPA-nin 12-ci patrul bölüyünün polis nəfəri Şahid1 da onunla birlikdə xidmətdə olmuşdur. İnzibati ərazidə xidmətdə olarkən saat 23:30 radələrində Bakı- Sumqayıt şosse yolunun sağ kənarında «Şuşa Qalası» restoranının hasarının kənarında Toyota Prius markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomaşından iki nəfər düşərək həmin hasarın qaranlıq hissəsinə daxil olduqlarını görmüşlər. Həmin şəxslərin özlərini şübhəli apardıqlarını görüb onlara yaxınlaşmışlar. Həmin şəxslərin şəxsiyyətlərini müəyyən edən zaman onların üzərləində narkotik vasitə və yaxud digər saxlanılması qadağan olunmuş əşyanın olması şübhə doğurduğundan hər iki şəxsi şəxs üzərlərində şəxsi axtarış keçirilməsi üçün Abşeron rayon Polis İdarəsinə dəvət edilmişdir. Bundan sonra hər iki şəxs avtopatrul avtomobili ilə Polis İdarəsinə gətirilmiş və növbətçi hissəyə təhvil verilmişdir. Polis idarəsində hər iki şəxsin şəxsiyyəti müəyyən edilərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğu müəyyən edilmişdir. Bundan sonra xidməti otaqların birində hər iki şəxsin üzərində şəxsi axtarış keçirilməsi prosesi aparılmışdır. Şəxsi axtarış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmişdir. Polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs1 bildirilmişdir ki, üzərinə şəxsi axtarış keçirəcəkdir, əgər üzərində saxlanılması qadağan olunan əşya və predmet vardırsa onu təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli dəri gödəkçənin döş cibində olan həmin hasarın yanından götürdüyü tiryəkə bənzər kütləni təqdim etmişdir. Həmin bir ədəd bükülüdə narkotik vasitə aşkar edildiyindən götürülərək boş zərfə qoyulmuş və möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə dəvət edilmiş müdafiəçisinin iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Ona üzərində saxlanılması qadağan olunan əşya və predmet vardırsa təqdim etməsi bildirilmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs2 üzərində hər hansı qanunla saxlanılması qabağan olunan əşyanın olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunsuz saxlanılan hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra isə bu barədə protokollar tərtib edilmişdir. Tərtib edilmiş protokollar hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 Şahid2 ilə eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, 2 nəfər şəxsin şühəli davrandığını nəzərə alıb üzərlərində narkotik vasitə və digər predmetin olmasına dair şübhələr yarandığından onlar Abşeron rayon Polis idarəsinə gətirilərək növbətçi hisssəyə təhvil verilmişlər “Şəxsi axtarış və götürülmə aparılması haqqında” xx.xx.2023-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli dəri gödəkçənin döş cibində olan həmin hasarın yanından götürdüyü tiryəkə bənzər kütləni təqdim etmişdir. Həmin bir ədəd bükülüdə narkotik vasitə aşkar edildiyindən götürülərək boş zərfə qoyulmuş və möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə dəvət edilmiş müdafiəçisinin iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Ona üzərində saxlanılması qadağan olunan əşya və predmet vardırsa təqdim etməsi bildirilmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs2 üzərində hər hansı qanunla saxlanılması qabağan olunan əşyanın olmadığını bildirmişdir. İş üzrə xx.xx.2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, həmin tarixdə 22:30 radələrindən saat 22:45 radələrindək olan müddət ərzində Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən götürdükləri bir ədəd Samsunq markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı mobil telefonun WhatsApp hissəsini açmaq istədikdə həmin WhatsApp profilinin silindiyi müəyyən edildi. Mobil telefonun SMS böməsinə tərəfimdən baxış keçirilmiş, SMS bölməsində iş üçün əhəmiyyətlə ola hər hansı SMS yazışması müəyyən edilməmişdir. İş üzrə xx.xx.2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, həmin tarixdə saat 21:25 radələrindən saat 21:45 radələrindək olan müddət ərzində Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən götürdükləri bir ədəd Samsunq markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı mobil telefonun WhatsApp hissəsini açmaq istədikdə həmin WhatsApp profilinin silindiyi müəyyən edildi. Mobil telefonun SMS böməsinə tərəfimdən baxış keçirilmiş, SMS bölməsində iş üçün əhəmiyyətlə olan hər hansı SMS yazışması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 6/1099 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «....Təqsirləndirilən şəxs1-imza, iştirakçılar: 3- imza, Tərtib etdi: A.Həsənov-imza » sözləri yazılmış bir ədəd bükümdə təmiz çəkisi 53,783 qram olan tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyə malik maddə kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Məhkəmə-narkoloji ekspertizasının «10».04.2022-ci il tarixli «2031» №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və Kannabionidlərin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının «10».04.2022-ci il tarixli «2028» №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bir neçə narkotik vasitələrin və psixoaktiv maddələr qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» Publik Hüquqi şəxsindən alınmış xx.xx.2023-cü il tarixli 1201 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 «Üzvi emosional labil pozuntusu» müəyyən edilir. Bunu anamnestik məlumatlar, əldə edilmiş tibbi sənəd sübut edir. Təqsirləndirilən şəxs1 cinayət hadisəsi baş verən zaman pataloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs1 müəyyən edilən üzvi mənşəli emosional labil pozuntu o dərəcədə ifadə olunmayıb ki, ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs1 öz əməlinin faktiki xatakterini və ictimai təhlükəliliyini dər etmək, onları idarə etmək iqtidarında olmuşdur, buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» Publik Hüquqi şəxsindən alınmış xx.xx.2023-cü il tarixli 2448 №li rəyindən görünür ki, cinayət işi materiallarından və hal hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinmişdir ki, Təqsirləndirilən şəxs2 hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Buna cinayət işi materialları, anamnestik məlumatlar və hal-häzırkı psixiatrik müayinənin nəticələri və s sübut edir. Belə ki, Təqsirləndirilən şəxs2 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 qərarda qeyd olunan əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 iyul 2015-ci il tarixli hökmünə əsasən AR CM-nin 126.1-ci və 70-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə şərti sınaq müddətinə məhkum edilmişdir. - Sabunçu rayon İcra şöbəsinin 21468-42S-M nömrəli 03.08,2016-cı il tarixli arayışına əsasən təyin edilmiş sınaq müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. AR CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab edilir. Odur ki, AR CM-nin 83.3.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmiş şəxs hesab edilir. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.4 və 234.4.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(012)-152/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-ci il tarixdən hesablanmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(012)-153/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-ci il tarixdən hesablanmışdır. Əməliyyat tapşırığına cavab məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitəni satış məqsədilə əldə etdikləri əməliyyat yolu ilə müəyyən edilsədə, onların narkotik vasitəni əldə etdikləri şəxsin şəxsiyyətini və olduğu yer barədə müsbət nəticə əldə edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. İş materiallarındakı xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, 2 nəfər şəxsin şühəli davrandığını nəzərə alıb üzərlərində narkotik vasitə və digər predmetin olmasına dair şübhələr yarandığından onlar Abşeron rayon Polis idarəsinə gətirilərək növbətçi hisssəyə təhvil verilmişlər, video çəkilişlə üzərlərində şəxsi axtarış həyata keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən nakotik vasitə olan tiryəkə bənzər maddə aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərində müdafiəçinin iştirakı ilə, şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 nakotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncuların əməllərinin CM-in məhz 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, onlar, satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımışlar. Lakin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitəni məhz “satış məqsədi ilə” əldə edib üzərlərində saxlamaları və daşımalarını təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həm üzərində şəxsi axtarış keçirilən zaman, həm də şübhəli və ya təqsirləndirilən şəxs kimi ifadələr verərkən onun üzərindən aşkar edilmiş narkotik vasitəni heç kimə satmaq niyyətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxslər məhkəmə iclasında da eyni məzmunlu ifadə vermişlər. Həmçinin əməmliyyat tapşırığına əsasən alınmış cavabda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni satış məqsədilə əldə etdikləri qeyd olunsada bu məlumatın hansı sübutlara istinadən qeyd olunduğu heç nə ilə öz ətəsdiqini tapmır. Həmçinin təqsirləndirilən şəxslərin telefonlarınada keçirilmiş baxış zamanı narkotik vasitələrin satışına dair hər hansı bir sms aşkar edilməmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Məcəllənin 234.4.1 və 234.4.3-cü maddəsinə tövsif edilərək, onlara həmin maddə ilə ittiham elan edilmişdir. Lakin, qərarın məzmunundan görünür ki, müstəntiq onların əməlini CM-in 234.4.1 və 234.4.3-cü maddəsinə tövsif edərkən heç bir əsaslandırma aparmamış, heç bir möbətər sübuta istinad etməmişdir Müstəntiq tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarda və tərtib edilmiş ittiham aktında təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətmələrini təsdiq edən heç bir möbətər sübuta istinad etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət- Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Cinayət prosessual qanunvericiliyinin qeyd olunan normalarına əsaslanaraq və iş üzrə toplanmış mövcud sübutları qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onların qabaqcadan əlbir olan bir qrup şəxs halında, narkotik vasitə olan tiryəyi satış məqsədi ilə əldə edib üzərində saxlaması və daşımaları məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. İttiham tərəfi bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan vəziyyətdə təqsirləndirilən şəxsin narkotik vasitəni satış niyyəti ilə və ya belə niyyət olmadan əldə etməsinə dair şübhələr onun xeyrinə həll edilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi olmadan qanunsuz olaraq küllü miqdarda narkotik vasitəni əldə etmələri, saxlamaları və daşımalarına dair əməli törətməsi onların özlərinin təqsirləndirilən şəxs qismində verdikləri etirafedici ifadələri ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduğu ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Onların nakotik vasitəni satış məqsədilə əldə etmələri öz təsdiqini tapmadığından lakin, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətməkləri sübuta yetdiyindən, qeyd olunan hal ağırlaşdırıcı hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Onlar, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsinə cəzasını yüngülləşdirən hallar müəyyən etməmiş, cinayət məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən onun cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini cəzasını ağırlaşdıran hal kimi qeyd edir Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsinə cəzasını yüngülləşdirən hallar müəyyən etməmiş, cinayət məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən onun cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini cəzasını ağırlaşdıran hal kimi qeyd edir Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını, işin faktiki hallarını eyni zamanda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Cinayət işinin materiallarında olan tutma protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Cinayət işinin materiallarında olan Abşeron Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarlarına əsasən müəyyən olunur ki, əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza çəkmələrinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və onlar, yaşayış yerləri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdırlar. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.. Məhkəmə ekspertizalarına sərf olunmuş 92 (doxsan iki ) manat məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1nndan müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınıb, Abşeron rayon polis idarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş ümumi qalıq çəkisi 53,863 qram tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 92 (doxsan iki) manat məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınıb, Abşeron rayon polis idarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş ümumi qalıq çəkisi 53,863 qram tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən imza Nurəddin Hüseynli Hakim imza Nahid Mirzəyev Hakim imza Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar