Məhkəmə qərarları › İş №1(124)-333/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-333/2025

21.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-333/2025 21.08.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), X8 və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1984-cü ildə Göyçay rayonunda doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Ağdaş rayon Məhkəməsi tərəfindən 01 il 08 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzası çəkilməmiş, Göyçay rayonu, Göyçay şəhəri, Rəsul Rza küçəsi ev 27 qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə səhər saatlarında sosial şəbəkə vasitəsi ilə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan Bəhruz adlı İran İslam Respublikası vətəndaşının Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospeketində yerləşən “Ağ şəhər” yaşayış kompleksində qoyduğu, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 sentyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və həmin tarixli Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahılarına daxil olan, 4 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1,448 qram, 0,227 qram, 0,910 qram, 0,767 qram, ümumi çəkisi 3,352 qram olan küllü miqdarda narkotik vasitə heroini, iki ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,145 qram, 0,254 qram, ümumi çəkisi 0,399 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, bir ədəd üzərlərində “Methadone 40” göstəricisi olan blister kəsiyində 2 ədəd açıq-qəhvəyi rəngli "F/M 40" göstəricili metadon təsiredici maddəsinin ümumi miqdarı 0,080 qram olan dərman həblərini götürüb, satış məqsədi ilə qanunsuz əldə edərək, Abşeron rayonu, Masazır kəndinə daşımış və üzərində saxlamış, həmin psixotrop maddə metamfetaminin 0,254 qramını xx.xx.2025-ci il tarixdə saat 18:12-də Abşeron rayonu, Masazır kəndi, Fikrət Əmirov küçəsində tanışı X5 20 (iyirmi) manata satmış, xx.xx.2025-ci il tarixdə saat 18:43də radələrində Abşeron rayon polis idarəsinin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiriləri nəticəsində Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsində fərdi yaşayış evinin qarşısında saxlanılmaqla orada həmin günü saat 18:43-dən 18:53 kimi videoçəkilişlə üzəri yoxlanılan zaman əynində olan şalvarın sağ yan cibindən 4 bükümdə ümumi çəkisi 3,352 qram olan küllü miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir bükümdə çəkisi 0,145 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 2 ədəd tərkibində metadon təsiredici maddə, ümumi miqdarı 0,080 qram olan dərman həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2-3 ildir ki, narkotik vasitə heroindən istifadə edir. Taleh adlı şəxs onların evində usta işləmişdir. Taleh ondan narkotik vasitə istəmiş, o da Talehə narkotik vasitə vermişdir. Sonra Talehin evdən çıxmasını görmüşdür. Onun özü də evdən çıxan zaman qapıda yaşlı qonşuyla rastlaşmışdır. Evdən 20 metr aralanan kimi polis əməkdaşları tərəfindən saxlanılmışlar. Onları saxladıqdan sonra polis əməkdaşları evinə gəlmişlər. Üzərinə baxış keçirən zaman heç nə aşkar olunmamışdır. Evindən 1 tabletkanın yarısı qədər narkotik vasitə heroin aşkar olunmuşdur. Talehi onun evinin arxasında çəkiliş üçün aparmışlar. Onun üzərinə isə 40 metr aralıda baxış keçirilmişdir. Videoçəkiliş zamanı həqiqəti deyə bilməmiş, çünki, ona psixoloji təzyiq olunmuşdur. Evinin həyətindəki kameranı söküb aparmışlar. Otağına daxil olaraq axtarış keçirmişlər. Aşkar olunan narkotik vasitə heroinin çəkisi 0,25 qram olmuşdur. Onlarla birlikdə saxlanılan yaşlı kişinin adı “Miri” olmuşdur. Həmin yaşlı kişi saxlanılan zaman onlardan 500 metr aşağıda olmuş, onunla yolda rastlaşmışdır. Aşağı düşəndə polisləri görmüş və əlindəkini yerə atmışdır. Həmin kişinin əlindəki narkotik vasitədən xəbəri yoxdur, narkotik vasitəni o verməmişdir. O, şirkətdə mühafizəçi işləmiş, 350 manat maaş almışdır. 3 övladı var, həyat yoldaşı da heç bir yerdə işləmir. Narkotik vasitəni tanış uşaqlardan almışdır. Narkotik vasitənin 1 qramını adətən 40-50 manata əldə etmişdir. Onun üzərində kiçik ölçüdə 1 dəfə çəkimlik psixotrop maddə metamfetamin olmuşdur. Özü metamfetamini istifadə etməmiş, onu Talehə vermişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəni təsdiq etmir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq edildiyi ifadəsinə əsasən o, xx.xx.2025-ci il tarixdə səhər saatlarında sosial şəbəkədən tanıdığı X3 vətəndaşı olan Bəhruz adlı şəxsin mobil telefon vasitəsi ilə konum (məkan) göndərdiyi, Bakı şəhəri, Xətai rayonu, ərazisində yerləşən "Ağ şəhər" adlanan ünvandan, küçənin adını tam olaraq bilmədiyi yerdən 4 ədəd bükümdə narkotik vasitə heroin, iki ədəd bükümdə ağ rəngli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd üzərində "Methadone 40" göstəricisi olan blister kəsiyində 2 ədəd açıq-qəhvəyi rəngli "F/M 40" göstəricili dərman həbləri götürüb özündə saxlamış, həmin psixotrop maddə olan metamfetaminin 0,254 qramını xx.xx.2025-ci il tarixdə saat 18:12-də Abşeron rayonu, Masazır qəsəbəsi, Fikrət Əmirov küçəsində tanışı olan X5 20 (iyirmi) manat müqabilində satmış, bundan sonra xx.xx.2025-ci il tarixdə saat 18:43-də radələrində Abşeron rayon Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsində fərdi yaşayış evinin qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim etmiş və ondan üzərində qanunla qadağan olunmuş əşya və predmet olmasını soruşmuş, o da əynində olan şalvaın sağ yan cibindən 4 ədəd bükümdə təmiz çəkisi 3,352 qram küllü miqdarda narkotik vasitə heroini, bir ədəd bükümdə təmiz çəkiləri 0,145 qr. olan ağ rəngli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, bir ədəd üzərlərində "Methadone 40" göstəricisi olan blister kəsiyində 2 ədəd açıq-qəhvəyi rəngli "F/M 40" göstəricili həbləri cibindən çıxardıb təqdim etmiş, digər cibində özünə məxsus olan 02 ədəd mobil telefonu da təqdim etmiş, həmin kütlələr və 02 ədəd mobil telefonları şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunmuş, daha sonra həmin zərflər polis əməkdaşları tərəfindən götürülmüş, bundan sonra polis əməkdaşları onu Abşeron RPİ-nə dəvət etmişlər. (Cild 1, iş vərəqləri 210-212) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, 14 yanvar 2024-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Onun tutulmasından əvvəl daxil olmuş əməliyyat məlumatına əsasən Taleh adlı şəxsi saxlamışlar. Talehdən aldıqları məlumata əsasən təxminən saat 18:00 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsində Anar saxlanılmışdır. Taleh adlı şəxslə sorğu zamanı o, narkotik vasitəni Anardan aldığını bildirmişdir. Anarın üzərinə baxış keçirilən zaman 2 ədəd mobil telefon aşkar edilmiş və qablaşdırılmışdır. Əməliyyat qrupuna o, rəhbərlik etmişdir. Narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və metodon həbləri aşkar edilmişdir. Təqsirləndirilən şəxsi saxladıqdan sonra onun evinə getməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, 14 yanvar 2024-cü il tarixdə 1 şəxs tərəflərindən saxlanılmış və sənədləşdirilmişdir. O, ifadəsində narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Bu məlumatdan sonra onlar Masazır qəsəbəsində axşam saatlarında Anarı saxlamışlar. Əməliyyat qrupunda o, Şahid1 və Şahid2 olmuşdur. Anardan narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və metodon həbləri aşkar olunmuşdur. Anarı saxlayarkən o tək olmuşdur. Anarı saxladıqdan sonra evinə getməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, əməliyyat məlumatı əməliyyat müvəkkili Şahid1 daxil olmuşdur. Masazır qəsəbəsində Taleh adlı şəxsin saxlanılmasından sonra Təqsirləndirilən şəxs ona narkotik vasitə satdığını öyrənmişlər və əməliyyat tədbirinə başlamışlar. Anarı saxlayarkən axşam saatları olmuşdur. Anarın üzərindən narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və metodon həbləri aşkar olunmuşdur. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Polis əməkdaşları onların evində yataq otağına icazə qərarı olmadan daxil olmuşlar. Yataq otağını dağıtmışlar. Heç bir şey tapmamışlar. Sonra digər otaqlara baxış keçirsələr də, heç nə aşkar edilməmişdir. Həyətin kamerasını kabeli ilə birlikdə kəsib aparmışlar. 1 saat sonra Anarın nömrəsindən ona zəng gəlmişdir. Ona “Anarı görmək istəyirsənsə gəl” deyə bildirmişlər. Yanvar ayı olmuşdur. Gedib soyuqda polis bölməsinin həyətində gözləmişdir. Birdən polis əməkdaşlarının gəldiyini görmüşdür. Onlara yaxınlaşanda isə ona zəng etmədiklərini bildirmişlər. Ümumiyyətlə, Anarı narkotik vasitə istifadə edərkən görməmişdir. O, özü 10 ildir ki, saç ustasıdır və normal gəliri var. Evə Anar baxmışdır. Anarın ona, ailəsinə qarşı səhv hərəkəti olmamışdır. Taleh adlı şəxs onların evində usta işləmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:43-dən 18:53-dək Abşeron rayonu, Masazır qəsəbəsi, Masazır kəndi, Qaçaq Nəbi küçəsində saxlanılan zaman üzərinə şəxsi axtarış keçirilməsi və götürülməsinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Masazır kəndi Qaçaq Nəbi küçəsində, fərdi yaşayış evinin qarşısında piyada hərəkət edən zaman Abşeron RPİ-nin X1 əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, bundan sonra da saxlanılan şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmiş və Təqsirləndirilən şəxs narkotik vasitələrin və psxiotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğu bildirilib, həmin şəxsin üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmadığı və olduğu halda isə könüllü olaraq təqdim edilməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs onun üzərində narkotik vasitə olan heroin, psxiotrop maddə olan metamfetamin və "Methadone 40" göstəricisi olan blister kəsiyində 2 ədəd açıq-qəhvəyi rəngli "F/M 40" göstəricili olan dərman həbləri olduğunu bildirərək, həmin maddələri yəni 4 ədəd bükümdə ayrı-ayrılıqda siqaretin gümüşü rəngli kağızma bükülmüş narkotik vasitə olan heroini bükümləri (maddələri), bir ədəd bükümdə ağ rəngli kristallik hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, bir ədəd üzərlərində "Methadone 40" göstəricisi olan blister kəsiyində 2 ədəd açıq-qəhvəyi rəngli "F/M 40" göstəricili dərman həblərini əyinində olan qara rəngli şalvarının sağ yan cibindən çıxardıb təqdim etmiş, həmçinin üzərində olan iki ədəd özünə məxsus Redmi markalı mobil telefon aparatlarını da könüllü olaraq təqdim etmişdir. Daha sonra həmin şəxsə yəni Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik maddə olan heroini və psxiotrop maddə olan metamfetamini, bir ədəd üzərlərində "Methadone 40" göstəricisi olan blister kəsiyində 2 ədəd açıq-qəhvəyi rəngli "F/M 40" göstəricili dərman həblərini haradan əldə edilməsi soruşulmuş, Təqsirləndirilən şəxs isə şifahi sorğu-sual zamanı həmin maddələri 2 (iki) gün əvvəl İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. Daha sonra həmin şəxs, yəni, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tanışı Taleh adlı şəxsə bir bükümdə psxiotrop maddə olan metamfetamin satdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddələr ekspertiza tədqiqinə göndərilməsi üçün zərfə qoyularaq, qablaşdırılmış və həmin iki ədəd mobil telefon aparatları da zərfə qoyulmuş, zərflərin üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. (Cild 1, iş vərəqləri 10-12; 14-15) Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli baxış keçirilməsi haqqında protokola əsasən, Təqsirləndirilən şəxs istifadəsində olmuş və saxlanılan zaman könüllü olaraq təqdim etdiyi 02 ədəd Honor markalı 864 930 069 023 482 və 864 930 069 023 490 imei kodlu və Redmi markalı mobil telefon aparatlarına baxış zamanı müəyyən olunmuşdur ki, Honor markalı 864 930 069 023 482 və 864 930 069 023 490 imei kodlu mobil telefon aparatında ümumilikdə 21 WhatsApp yazışmarları daxil olmuş, həmin yazışmaların 3 ədədi +98 939 4421215,+98 **********,+98 914 ******* mobil nömrələr İran İslam Respublikasının ölkə kodu ilə yığılan mobil telefon nömrələri olmuş, qalan nömrələr isə Azərbaycan Respublikasının ölkə kodu ilə yığılan mobil telefon nömrələr olmuş və bütün nömrələrdə WhatsApp yazışmaları silinmişdir. Bundan başqa bir ədəd Redmi markalı mobil telefon aparatını kodu, şifrəli olduğu üçün həmin mobil telefon məlumatlarına baxmaq mümkün olmamışdır. Baxış zamanı Honor markalı 864 930 069 023 482 və 864 930069 023490 imei kodlu mobil telefon aparatına daxil olan 3 ədəd +98 939 4421215, +98 **********, +98 914 ******* mobil nömrələr İran İslam Respublikasının ölkə kodu ilə yığılan mobil telefon nömrələri iş üçün əhəmiyyət kəsb etdiyindən tərəfimdən foto şəkilləri çəkilərək iş materiallarına əlavə olunması üçün götürülmüşdür. (Cild 1, iş vərəqləri 97-101) Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-16/198/2025 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "...Təqsirləndirilən şəxs (imza)..." sözləri olan kağız paketdəki ümumi 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,448 qr., 0,227 qr.. 0,910 qr., 0,767 qr., ümumi təmiz çəkisi 3,352 qram olan qəhvəyi və tünd-qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,145 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd üzərilərində "Methadone 40" göstəricisi olan blister kəsiyində 2 ədəd açıq-qəhvəyi rəngli "F/M 40" göstəricili dərman həbinin əsas təsiredici maddəsi metadondur və həmin dərman həblərinin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,080 qram təşkil edir. Təqdim olunmuş 2 ədəd bükümdəki tünd-qəhvəyi rəngli narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə 2 ədəd bükümdəki qəhvəyi rəngli narkotik vasitə heroinlərdən fərqlidirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"-in siyahısına (Siyahı 1) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr-in siyahısına (Siyahı 1) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr-in siyahısına (Siyahı İİ) daxildir. (Cild 1, iş vərəqləri 42-48) Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-xxxx/1065/2025 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...X2..." sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,204 qram olan psixotrop maddə metamfetamin ilə üzərində... Təqsirləndirilən şəxs (imza) sözləri olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 0,095 qram olan psixotrop maddə metamfetaminin kimyəvi komponent tərkibinə görə eynidir. (Cild 1, iş vərəqləri 171-173) Cinayət işi materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 133 nömrəli ekspert rəyindən görünür ki, 1984-cü il təvəllüdlü vətəndaş Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. (Cild 1, iş vərəqi 166) Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxş tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 1441 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 167- 168) Cinayət işi materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə” 02 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq qalmış 3,252 qram narkotik vasitə heroin, tədiqiqata sərf edildikdən qalıq qalmış 0,045 qram metamfetamin, tədiqiqata sərf edildikdən sonra qalıq qalan 1 ədəd həb metodon, Təqsirləndirilən şəxs götürülmüş 02 ədəd iki ədəd Honor markalı 864 930 069 023 482 və 864 930 069 023 490 imei kodlu və Redmi markalı mobil telefon aparatları iş üzrə maddi sübut qismində tanınaraq, saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 01 ədəd «DVD» disk və Abşeron Rayon Polis İdarəsinin inzibati binasında təhqiqatçı tərəfindən əşya və predmetlərə baxış keçirilməsi prosesinin köçürüldüyü 01 ədəd «DVD» disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 185-193) Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadələrini iş üzrə digər sübutlarla birlikdə tədqiq edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi, daşıması və saxlaması ibtidai istintaq zamanı toplanılmış, məhkəmədə tədqiq edilmiş sübutlarla tam təsdiq olunmuşdur. Həmçinin iş materiallarından görünür ki, Anar Ələkbərovun 20 manata narkotik satdığı X6 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə tərkibi, təqsirləndirilən şəxsin məhkəmə iclasında narkotik vasitə heroinin çəkisinin 0,25 qram olması, onun üzərindən metamfetaminin aşkar edilməməsi, narkotik vasitəni şəxsi istifadə məqsədi ilə üzərində saxlayıb, daşımasına dair ifadəsində hüquqi qiymət verərək, həmin ifadəni özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı etirafedici ifadəsini verən zaman ona hər hansı fiziki, psixi təzyiq edilməsini göstərən sübutlar mövcud deyildir. Eyni zamanda məhkəmə tərkibi şahid qismində dindirilmiş Şahid4 ifadəsinə də digər sübutlara əsasən öz tədiqini tapmayan, təqsirləndirilən şəxsin arvadı olaraq onun məsuliyyətdən yayındırmaq üçün verdiyi ifadə kimi hüquqi qiymət verir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X7 12-ci bəndinə əsasən əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.3-1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən AR CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunsa da, onun əməli həmin Məcəllənin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş tövsifedici əlamətlə düzgün tövsif edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.1-ci maddəsində nəzərdə tutulmuş tövsifedici əlamətin olması sübuta yetirilməmişdir. İttiham tərəfi təqsirləndirilən şəxsin şəxsiyyəti istintaqa məlum olmayan Bəhruz adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında ona isnad edilən cinayət əməllərini törətməsini (CM-in 234.4.1-ci maddəsində nəzərdə tutulmuş tövsifedici əlamətin mövcudluğunu) sübuta yetirə bilməmişdir. Təqsirləndirilən şəxs külli miqdarda heroin narkotik vasitəsini, habelə psixotrop maddə metamfetamini, metodon təsiredici maddəsini satış məqsədi ilə əldə etmə cinayətini törətdiyi halda, adının “Bəhruz”, vətəndaşlığının İİR olduğu güman edilən şəxs həmin narkotik vasitələri təqsirləndirilən şəxsə satma cinayətini və ehtimalla buna qədər baş vermiş narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan başqa (məsələn, narkotik vasitələri İİR-da və ya başqa yerdə əldə etmə, saxlama, Azərbaycan Respublikasının ərazisinə daşıma və s.) əməlləri təqsirləndirilən şəxsin iştirakı olmadan törətmişdir, yəni təqsirləndirilən şəxs və digər şəxs üçün ümumi olan (vahid) cinayətin törədilməsi faktı, o cümlədən buna dair əvvəlcədən razılaşmanın əldə edilməsi halı (birgəlik) mövcud olmamışdır. Şəxslər arasında “kriminal əqd” üzrə “kontragentə” münasibətdə müəyyən hərəkətlərin yerinə yetirilməsi barədə razılığın əldə olunması (nə qədər ki, belə razılıq vahid cinayətin deyil, hər bir şəxs tərəfindən məhz onun özünə aid olan kriminal əməlin törədilməsini ehtiva edir) birgə cinayət törətmək barədə qabaqcadan razılığın əldə olunması halı ilə eyniləşdirilə bilməz. Belə ki, CM-in 31-ci maddəsinə əsasən “iki və ya daha çox şəxsin qəsdən cinayəttörətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır”. CM-in 34.2-ci maddəsinə görə “qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcdan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli qərarından irəli gələn hüquqi mövqeyə görəiştirakçılıqla, o cümlədən qabaqacadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən əməllər üçün xarakterik olan əsas xüsusiyyət cinayətin həm subyektiv, həm obyektiv cəhətdən bütün iştirakçılar üçün ümumi olması, iştirakçıların birləşmiş (məqsədyönlü), birbirini tamamlayan səyləri ilə vahid cinayətin törədilməsi, maddi tərkibli cinayətlərdə - vahid ictimai-təhlükəli nəticənin əldə olunmasıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Həmçinin məhkəmə hesab edir ki, Anar Adgözəlovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham, ona verilmiş ümumi ittihamdan xaric edilməklə onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 38-ci bəndinə əsasən, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-yə sorğu verilmişdir. 13 fevral 2025 -ci il tarixdə DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən gələn tələbnamədən və Ağdaş rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Ağdaş rayon Məhkəməsi tərəfindən 01 il 08 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (Cild 1, iş vərəqləri 113-125) İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2025ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs şöbədə qeydiyyata alınmadığından, Ağdaş rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanı çəkməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində ikisi azyaşlı olmaqla ümumilikdə, üç uşağı vardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanunun həmin normasını rəhbər tutaraq hesab edir ki, evli olmaqla ailə başçısı olması, himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmayan 3 qız övladının olması, ailəni dolandıran şəxs olması, eləcə də əməlindən peşman olması da onun cəzasını yüngülləşdirən hallar kimi də nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə görə, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə cinayət qanununun qeyd edilən normalarını rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Ağdaş rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə tətbiq edilmiş azadlığın məhdudlaşdırılması cəzası həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 10 ay 14 gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 14 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 35, 70-74) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 14 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən qeyd edir ki, iş üzrə xüsusi müsadirə ediləsi əmlak yoxdur. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 3,252 qram heroin, 0,045 qram metamfetamin, 01 ədəd metadon həb məhv edilməli, 02 ədəd “Honor” və 01 ədəd “Redmi” markalı telefonlar təqsirləndiriləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, 02 ədəd DVD və 01 ədəd CD formatlı disklər iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 162 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçilər ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Ağdaş rayon məhkəməsinin 27 avqust 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 08 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 10 ay 14 gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14 yanvar 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 3,252 qram heroin, 0,045 qram metamfetamin, 01 ədəd metadon həb məhv edilsin. 02 ədəd “Honor” və 01 ədəd “Redmi” markalı telefonlar təqsirləndiriləndirilən şəxslərin yaxın qohumlarına qaytarılsın. 02 ədəd DVD və 01 ədəd CD formatlı disklər iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 162 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar