Məhkəmə qərarları › İş №1(124)-334/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-334/2025

04.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-334/2025 04.07.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi- X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X2, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-cı ildə Siyəzən rayonu, Böyük Həmyə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Siyəzən rayonu, Böyük Həmyə kəndində qeydiyyatda olmaqla həmin ünvanda da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə texniki cəhətdən saz və hər iki lülədən atəş üçün yararlı vəziyyətdə olan P-1859 nömrəli, keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda 1961-ci ildə istehsal olunmuş, 28 və 5,6 kalibrli İJ-56-3 (Belka) modelli, çaxmaqlı, kombinə edilmiş hamar (yivsiz) və yivli qoşa lüləli odlu silah hesab edilən 01 ədəd ov tüfəngini, təyinatı üzrə istifadəyə yararlı zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 01 ədəd HAWKE modelli optik nişangah qurğusunu, təyinatı üzrə atəş üçün yararlı olan, 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və Toz modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən 137 ədəd patronu qanunsuz olaraq əldə edib gəzdirərək Siyəzən rayonu, Böyük Həmyə kəndində yerləşən evinə daşımaqla orada saxlamış, həmçinin, istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 1930 qram çəkidə narkotik vasitə qurudulmuş marixunanı əldə edib Siyəzən rayonu, Böyük Həmyə kəndində yerləşən evinə daşımaqla orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 27 yanvar 2025-ci il tarixdə saat 18:04-də yaşadığı evin qarşısında saxlanılmış və həmin gün saat 18:10-dan etibarən yaşadığı Siyəzən rayonu, Böyük Həmyə kəndində yerləşən evinə özünün razılığı və iştirakı ilə keçirilmiş baxış zamanı bir otaqlı evdə çarpayının üzərindən texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan P-1859 nömrəli, keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda 1961-ci ildə istehsal olunmuş, 28 və 5,6 kalibrli İJ-56-3 (Belka) modelli, çaxmaqlı, kombinə edilmiş hamar (yivsiz) və yivli qoşa lüləli odlu silah hesab edilən 01 ədəd ov tüfəngi, təyinatı üzrə istifadəyə yararlı zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 01 ədəd HAWKE modelli optik nişangah qurğusu, təyinatı üzrə atəş üçün yararlı olan, 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və Toz modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən 137 ədəd patron, bundan başqa, otaqdakı kreslonun arxasından isə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı 01 ədəd torbanın içərisində 03 ədəd bağlamada tərkiblərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda çəkiləri 1045 qram, 50 qram, 835 qram olmaqla ümumilikdə çəkisi külli miqdarda - 1930 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd üzərində cüzi miqdarda qurudulmuş marixuananın hissəcikləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, evdə tək olmuş, polis əməkdaşları evinə yaxınlaşmışlar, evinin kamerası olmuş, qapını özü onlara açmış, saat 15-16 radələrindən polis əməkdaşları evində olmuşlar. Polis əməkdaşları evə girib, evi axtarmış və evdən tüfəngdən və stolun üstündən 5 qram narkotik vasitədən başqa heç nə tapa bilməmişlər. Daha sonra telefonla zəngləşmiş və artıq axşam olmuş, onun evinə şəhərdən bir maşın gəlmiş, sonra onu otaqdan çıxarmışlar. Əlini qandallayaraq çəkiliş aparmış, çəkilişdə olan tərəzini də onlar gətirmişlər. Verilən suallara cavab olaraq bildirdi ki, videoçəkilişdə etirafedici ifadə vermişdir, çünki ona təzyiq göstərilmiş, polis əməkdaşları onu döymüşlər.O, marixuanadan təxminən 3-4 ildir istifdə edir. 5 qram marixuana və tüfənglər evdə- həyətdəki otaqda olmuşdur. Polis əməkdaşları ona məxsus həmin marixuananı çəkdiklərinə görə dəqiq 5 qram olduğunu bilmişdir, həmin marixuananı tanımadığı şəxsdən almışdır, polis əməkdaşlarından bir nəfər ona fiziki təzyiq göstərmişdir, barəsində həbs qətimkan tədbiri seçilərkən hazırda qeyd etdiklərini deməmişdir.Onun evinin kamerası olmuşdur, birinci dəfə yaxınlaşan polis əməkdaşlarını tanımış, kameradan onları görmüş və qapını açmışdır, onlar həyətə daxil olmuşlar. Onda olan “pinqvin” torbada marixuana olmuşdur, 2 kiloqram narkotik vasitəni özləri gətirmişlər, onlar birinci dəfə yaxınlaşanda boş gəlmişlər, daha sonra qeyd etdiyi şəhərdən gələn maşın gətirmişdir. Narkotik vasitə satışı ilə məşğul olmamış, maddi olaraq ehtiyacı yoxdur, arabir marixuana istifadə etmişdir. İfadəsini oxuya bilməmiş, o, latın qrafikasını bilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27 yanvar 2025-ci il tarixdə saat 18:04 dəqiqədə yaşadığı ünvanın həyətində olduğu zaman həyətin qapısı döyülmüş, qapını açmışdır. Bir neçə şəxslər özlərini təqdim edərək DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda, eyni zamanda qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlanılmasında, daşınmasında, eləcə də yaşadığı ünvanda saxlanılmasında şübhəli olduğu bildirərək qeyd olunanlarla bağlı tərtib edilmiş “əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” bir neçə vərəqdən ibarət qərarı təqdim edərək tanış etmişlər. Bundan sonra yaşadığı ünvana baxış keçirilməsinin zəruriliyini bildirib baxışın videoçəkiliş vasitəsi həyata keçiriləcəyi, eləcə də baxışda iştirak edən şəxslər barədə məlumat verilmişdir. Baxış keçirilməsinə, eləcə də baxışda iştirak edən iştirakçılara etirazının olmadığını bildirib ünvana baxış keçirilməsi barədə ərizə yazaraq təqdim etmişdir. Bundan sonra baxış iştirakçıları həyətə daxil olmuş və evin həyəti daxil olmaqla baxış keçirilməyə başlanılmışdır. İlkin olaraq həyətdə olan yem saxladığı kənarları taxta ilə çəpərlənmiş sahəni təqdim etmişdir. Əməkdaşlar oraya baxış keçirdikdən sonra iş üçün əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar etməmişlər. Daha sonra həyətində hər hansı əlavə saxlanc yeri və ya yardımçı tikili olmadığından 1 mərtəbəli və 1 otaqdan ibarət yaşayış sahəsinə baxış keçirilməyə başlanılmışdır. Baxış keçirilən zaman ilkin olaraq yaşadığı evdə saxladığı hər hansı qanunsuz əşya və predmet varsa könüllü olaraq təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra ilkin olaraq çarpayının üzərinə qoyduğu 01 ədəd ov tüfəngini və 01 ədəd şəffaf sellofanın içərisinə qoyduğu patronları təqdim etmişdir. Həmin tüfəngə baxış keçirilmiş və sellofanda olan patronlar sayılmışdır. Sellofanda olan patronlar sayılarkən orada 137 ədəd patronun olduğu müəyyən edilmişdir. Tüfəngə baxış keçirilən zaman tüfəngin qundaq və tutacaq hissələrinin taxtadan olması, digər hissələrinin metal olması, içərisində patronun olmaması müşahidə edilmişdir. Daha sonra ikinci tüfənginin olduğunu da bildirib otaqda olan yük yığmaq üçün istifadə etdikləri çarpayını göstərərək həmin tüfəngin də orada olduğunu qeyd etmişdir. Bu zaman polis əməkdaşları oradan 01 ədəd ov tüfəngini və 01 ədəd qəhvəyi rəngli dəridən hazırlanmış patron qabını götürərək onlara da baxış keçirmişlər. Patron qabına baxış keçirilən zaman içərisində 29 ədəd patronun olması müəyyən edilmiş, daha sonra tüfəngə baxış keçirilmişdir. Tüfəngə baxış keçirilən zaman tüfəngin qundaq və tutacaq hissələrinin taxtadan olması, digər hissələrinin metal olması, içərisində patronun olmaması müşahidə edilmişdir. Qeyd olunan tüfənglər və patronlar hər biri ayrılıqda yanlarında olan patronlarla birlikdə qara rəngli sellofan torbaya qoyularaq qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış və möhürlənmişdir. Şifahi sorğu zamanı həmin 02 ədəd tüfəngin və patronların atasından yadigar qaldığını, həmin tüfəngləri və patronları heyvandarlıqla məşğul olduğu üçün saxladığını, heç bir cinayətin törədilməsində iştirak etmədiyini, qanunsuz ov etmədiyimi, qeyd olunan tüfəngləri və patronları satmaq və ya hədiyyə etmək niyyəti olmadığını bildirmişdir. Daha sonra yaşadığı evdə saxladığı başqa qanunsuz hansı əşya və ya predmetlər varsa təqdim etməyi təklif olunmuş, bu zaman həmin otaqda olan kreslonun arxa hissəsində 01 ədəd qəhvəyi rəngli, üzəri naxışlı sellofan torbada “nəşə" adı ilə tanıdığı narkotik vasitə qurudulmuş marixuana və elektron tərəzi saxladığını bildirib oradan götürərək polis əməkdaşına təqdim etmişdir. Bu zaman polis əməkdaşı 01 ədəd qəhvəyi sellofan torbanın içərisinə baxış keçirmişdir. Baxış keçirilən zaman həmin sellofan torbanın içərisində əlavə sellofan torbaya qoyulmamış açıq şəkildə narkotik vasitə qurudulmuş marixuananın, eyni zamanda 01 ədəd şəffaf sellofan torbanın və 01 ədəd şəffaf, üzəri yapışqan lentlə bağlanmış bağlamanın, 01 ədəd elektron tərəzinin olduğunu müəyyən etmişlər. 01 ədəd şəffaf sellofan torbaya və 01 ədəd bağlamaya keçirilən baxış zamanı hər ikisinin də içərisində tünd yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuananın olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı həmin kütlələri təxminən 1 həftə öncə, yəni xx.xx.2025-ci il tarixdə naməlum şəxsin Bakı-Quba magistralının üzü Bakı istiqamətində olan hissəsinə qoyduğunu və məkanı bildirdikdən sonra həmin məkandan götürdüyünü, həmin narkotik vasitənin alış qiyməti olan 1.000 manat pulu narkotik vasitəni götürdüyü yerə qoyduğunu, şəxsi istifadəsi üçün həmin narkotik vasitələri aldığını, əvvəllər də narkotik vasitələrdən istifadə etdiyini, həmin kütlələrin onda olması barədə heç kimin məlumatının olmadığını, qeyd olunan narkotik vasitələri satmaq və ya hədiyyə etmək niyyətimin olmadığını bildirmişdir. Həmçinin elektron tərəziyə də baxış keçirilmiş, tərəzinin işlək vəziyyətdə olması müəyyən edilmişdir. Tərəzinin məişətdə istifadə edildiyini söyləmişdir. Bundan sonra qeyd olunan 01 ədəd elektron tərəzi, içərilərində narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd şəffaf sellofan torba və 01 ədəd şəffaf, üzəri yapışqan lentlə bağlanmış bağlamalar təqdim etdiyi 01 ədəd qəhvəyi rəngli, üzəri naxışlı içərisində narkotik vasitə qurudulmuş marixuana olan torbanın içərisinə qoyulmuş, üzəri iştirakçılar tərəfindən imzalanmış və möhürlənərək yapışqan lentlə tam bağlanılıb qablaşdırılmışdır. Daha sonra üzərinə baxış keçirilmiş və üstündə heç bir əşyanın olmadığını müəyyən edilmişdir. Otaqda olan masanın üzərinə qoyduğu 01 ədəd Redmi markalı mobil telefonu təqdim edərək, həmin mobil telefonun istifadəsində olduğunu bildirmişdir. Qeyd olunan mobil telefon da iş üzrə əhəmiyyət kəsb etdiyindən polis əməkdaşı tərəfindən götürülmüş, sonra çəkiliş yekunlaşdırılmış və polis əməkdaşları ilə birlikdə Siyəzən RPŞ-yə gəlmişdir. Orada hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil dəvət edilməsi ilə bağlı müraciət etdikdən sonra vəkil dəvət olunmuş və onun iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra yaşadığı ünvana baxış keçirilməsi haqqında protokol tərtib olunmuş və imzalanmışdır.(iş vərəqi 197-202) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis mayoru Şahid ifadəsində göstərdi ki, 27 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr, psixotrop maddələr, eləcə də odlu silah və döyüş sursatları əldə edərək özündə və yaşadığı evində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 27 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Siyəzən rayonu, Böyük Həmzə kəndində yerləşən evin yaxınlığında olması ilə əlaqədar məlumat daxil olmuş və əməliyyat qrupunun digər üzvləri ilə birlikdə onun olması ehtimal olunan əraziyə, yəni Siyəzən rayonuna onun yaşadığı evə gəlmiş, Təqsirləndirilən şəxs onları yaşadığı ünvana dəvət etmiş və onun evinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs göstərdiyi həyətə daxil olmuş, həyətin kənarları taxta lövhələrlə əhatələnmiş sahənin olduğunu görüb ondan oranın nə olduğunu soruşduqda həmin yeri heyvanlar üçün yem saxlamaq məqsədilə istifadə etdiyini bildirmişdir. İlkin olaraq həmin əraziyə baxış keçirilmiş və orada dənli bitkilərin yığıldığı kisələrin olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs iştirakı ilə ünvana daxil olmuşdur. Təqsirləndirilən şəxs otaqda olan çarpayının üzərindən üstü qismən örtülmüş 01 ədəd ov tüfənginə oxşar dəmir predmeti, 01 ədəd binokula oxşar dəmir predmeti və içərisində patronlar olan 01 ədəd şəffaf sellofan torbanı təqdim etmişdir. Həmin tüfəngə oxşar dəmir predmetə baxış keçirilmiş və sellofanda olan patronlar sayılmışdır. Daha sonra Təqsirləndirilən şəxs ikinci tüfənginin olduğunu da bildirib otaqda olan yük yığmaq üçün istifadə etdikləri çarpayını göstərərək həmin tüfəngin də orada olduğunu qeyd etmişdir. Bu zaman orada olan 01 ədəd ov tüfənginə oxşar dəmir predmet və 01 ədəd qəhvəyi rəngli dəridən hazırlanmış patron qabı götürülərək masanın üzərinə qoyulmaqla baxış keçirilmişdir. Patron qabına baxış keçirilən zaman içərisində 29 ədəd patronun olması sayılaraq müəyyən edilmişdir. Daha sonra tüfəngə oxşar dəmir predmetə baxış keçirilmişdir. Qeyd olunan ümumilikdə 166 ədəd patron və 02 ədəd tüfəngin hər biri ayrılıqda yanlarında olan patronlarla birlikdə 02 ədəd qara rəngli sellofan torbalara qoyularaq üzəri iştirakçılar tərəfindən imzalanmaqla qablaşdırılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin 02 ədəd tüfəngin və patronların vəfat etmiş atası Paşa Əsgərovdan yadigar qaldığını, həmin tüfəngləri və patronları heyvandarlıqla məşğul olduğu üçün saxladığını, heç bir cinayətin törədilməsində istifadə etmədiyini, qanunsuz ov etmədiyini, qeyd olunan tüfəngləri və patronları satmaq və ya hədiyyə etmək niyyətinin olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin otaqda olan kreslonun arxa hissəsində 01 ədəd qəhvəyi rəngli, üzəri naxışlı sellofan torbada “nəşə” adı ilə tanıdığı narkotik vasitə qurudulmuş marixuana və elektron tərəzi saxladığını bildirib oradan götürərək təqdim etmiş, baxış keçirilən zaman həmin sellofan torbanın içərisində əlavə sellofan torbaya qoyulmamış açıq şəkildə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin, eyni zamanda 01 ədəd şəffaf sellofan torbanın və 01 ədəd şəffaf, üzəri yapışqan lentlə bağlanmış bağlamanın, 01 ədəd elektron tərəzinin olduğu müəyyən edilmişdir. Qəhvəyi rəngli sellofan torbanın içərisindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan torbaya və 01 ədəd bağlamaya keçirilən baxış zamanı hər ikisinin də içərisində tünd yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələrin olması müəyyən edilmiş, tərəzinin işlək vəziyyətdə olması müəyyən edilmişdir. Bundan sonra qeyd olunan 01 ədəd elektron tərəzi, içərilərində narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd şəffaf sellofan torba və 01 ədəd şəffaf, üzəri yapışqan lentlə bağlanmış bağlamalar təqdim etdiyi 01 ədəd qəhvəyi rəngli, üzəri naxışlı içərisində narkotik vasitə qurudulmuş marixuana olan torbanın içərisinə qoyulmuş, üzəri iştirakçılar tərəfindən imzalanmış və qablaşdırılmışdır. Təqsirləndirilən şəxs həmin kütlələri təxminən 1 həftə öncə, yəni 20 yanvar 2025-ci il tarixdə naməlum şəxsdən aldığını, aşkar edilmiş həmin narkotik kütlələri naməlum şəxsin Bakı-Quba magistralının üzü Bakı istiqamətində olan hərəkət hissəsinə qoyduğunu və məkan ona bildirdikdən sonra həmin məkandan götürdüyünü, həmin narkotik vasitənin alış qiyməti olan 1.000 manat pulu narkotik vasitəni götürdüyü yerə qoyduğunu, həmin narkotik vasitələri şəxsi istifadəsi üçün aldığını, əvvəllər də narkotik vasitələrdən istifadə etdiyini, təxminən 15 ildir ki narkotik vasitə istifadəçisi olduğunu, həmin kütlələrin onda olması barədə heç kimin məlumatının olmadığını, qeyd olunan narkotik vasitələri satmaq və ya hədiyyə etmək niyyətinin olmadığını bildirmişdir. Aşkar edilmiş elektron tərəzinin məişətdə istifadə edildiyini qeyd etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstünə baxış keçirilmiş və Təqsirləndirilən şəxs üstündən heç bir əşya aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs otaqda olan masanın üzərinə qoyduğu 01 ədəd Redmi markalı mobil telefon əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair” 27 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, eləcə də qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edərə özündə və yaşadığı Siyəzən rayonu, Böyük Həmyə kəndində yerləşən evində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır.(cild 1, i.v. 5-6) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 27 yanvar 2025-ci il tarixli “baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, baxışın keçirilməsi Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə aparılmışdır. Təqsirləndirilən şəxs tədbir iştirakçılarını yaşadığı ünvana dəvət etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin bir otaqdan olması müəyyən edilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində və yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, odlu silahı və qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və maddələri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs otaqda olan çarpayının üzərindən üstü qismən örtülmüş 01 ədəd ov tüfənginə oxşar dəmir predmeti, 01 ədəd binokula oxşar dəmir predmeti və içərisində patronlar olan 01 ədəd şəffaf sellofan torbanı təqdim etmişdir. Həmin tüfəngə oxşar dəmir predmetə baxış keçirilmiş və sellofanda olan patronlar sayılmışdır. 01 ədəd şəffaf sellofanda olan patronlar sayılarkən orada 137 ədəd patronun olduğu müəyyən edilmişdir. Tüfəngə oxşar dəmir predmetə baxış keçirilən zaman qundaq və tutacaq hissələrinin taxtadan olması, digər hissələrinin metal olması, içərisində patronun olmaması, üst hissəsində isə 01 ədəd binokla oxşar dəmir predmetin olması müşahidə edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs ikinci tüfənginin olduğunu da bildirib otaqda olan yük yığmaq üçün istifadə etdikləri çarpayını göstərərək həmin tüfəngin də orada olduğunu qeyd etmişdir. Bu zaman orada olan 01 ədəd ov tüfənginə oxşar dəmir predmet və 01 ədəd qəhvəyi rəngli dəndən hazırlanmış patron qabı götürülərək masanın üzərinə qoyulmaqla baxış keçirilmişdir. Patron qabına baxış keçirilən zaman içərisində 29 ədəd patronun olması sayılaraq müəyyən edilmişdir. Daha sonra tüfəngə oxşar dəmir predmetə baxış keçirilmişdir. Tüfəngə oxşar dəmir predmetə baxış keçirilən zaman tüfəngin qundaq və tutacaq hissələrinin taxtadan olması, digər hissələrinin metal olması, içərisində patronun olmaması müşahidə edilmişdir. Qeyd olunan ümumilikdə 166 ədəd patron və 02 ədəd tüfəngin hər biri ayrılıqda yanlarında olan patronlarla birlikdə 02 ədəd qara rəngli sellofan torbalara qoyularaq üzəri iştirakçılar tərəfindən imzalanmaqla və DİN-in zərflər üçün nəzərdə tutulmuş “6” saylı möhürü ilə möhürlənməklə qablaşdırılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin 02 ədəd tüfəngin və patronların vəfat etmiş atası Paşa Əsgərovdan yadigar qaldığını, həmin tüfəngləri və patronları heyvandarlıqla məşğul olduğu üçün saxladığını, heç bir cinayətin törədilməsində istifadə etmədiyini, qanunsuz ov etmədiyini, qeyd olunan tüfəngləri və patronları satmaq və ya hədiyyə etmək niyyətinin olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin otaqda olan kreslonun arxa hissəsində 01 ədəd qəhvəyi rəngli, üzəri naxışlı sellofan torbada “nəşə” adı ilə tanıdığı narkotik vasitə qurudulmuş marixuana və elektron tərəzi saxladığını bildirib oradan götürərək təqdim etmişdir. Bu zaman 01 ədəd qəhvəyi sellofan torbanın içərisinə baxış keçirilmişdir. Baxış keçirilən zaman həmin sellofan torbanın içərisində əlavə sellofan torbaya qoyulmamış açıq şəkildə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin, eyni zamanda 01 ədəd şəffaf sellofan torbanın və 01 ədəd şəffaf, üzəri yapışqan lentlə bağlanmış bağlamanın, 01 ədəd üzərində “QUİCKS” yazısı yazılmış elektron tərəzinin olduğu müəyyən edilmişdir. Qəhvəyi rəngli, üzəri naxışlı sellofan torbanın içərisindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan torbaya və 01 ədəd bağlamaya keçirilən baxış zamanı hər ikisinin də içərisində tünd yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələrin olması müəyyən edilmişdir. Həmçinin elektron tərəziyə də baxış keçirilmişdir. Həmin tərəzinin işlək vəziyyətdə olması müəyyən edilmişdir. Bundan sonra qeyd olunan 01 ədəd elektron tərəzi, içərilərində narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd şəffaf sellofan torba və 01 ədəd şəffaf, üzəri yapışqan lentlə bağlanmış bağlamalar təqdim etdiyi 01 ədəd qəhvəyi rəngli, üzəri naxışlı içərisində narkotik vasitə qurudulmuş marixuana olan torbanın içərisinə qoyulmuş, üzəri iştirakçılar tərəfindən imzalanmış və DİN-in zərflər üçün nəzərdə tutulmuş “6” saylı möhürü ilə möhürlənərək yapışqan lentlə tam bağlanılaraq qablaşdırılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələri təxminən 1 həftə öncə, yəni 20 yanvar 2025-ci il tarixdə naməlum şəxsdən aldığını, aşkar edilmiş həmin narkotik kütlələri naməlum şəxsin Bakı-Quba magistralının üzü Bakı istiqamətində olan hərəkət hissəsinə qoyduğunu və məkan ona bildirdikdən sonra həmin məkandan götürdüyünü, həmin narkotik vasitənin alış qiyməti olan 1.000 manat pulu narkotik vasitəni götürdüyü yerə qoyduğunu, həmin narkotik vasitələri şəxsi istifadəsi üçün aldığını, əvvəllər də narkotik vasitələrdən istifadə etdiyini, təxminən 15 ildir ki narkotik vasitə aludəçisi olduğunu, həmin kütlələrin onda olması barədə heç kimin məlumatının olmadığını, qeyd olunan narkotik vasitələri satmaq və ya hədiyyə etmək niyyətinin olmadığını bildirmişdir. Aşkar edilmiş elektron tərəzinin məişətdə istifadə edildiyini qeyd etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstünə baxış keçirilmiş, baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkçənin və qara rəngli şalvarın bütün ciblərini göstərərək orada heç bir əşya olmadığım bildirmiş, Təqsirləndirilən şəxs üstündən heç bir əşya aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs otaqda olan masanın üzərinə qoyduğu 01 ədəd Redmi markalı mobil telefonu təqdim edərək, həmin mobil telefonun ona məxsus olmaqla özünün istifadəsində olduğunu, hazırda enerjisinin olmaması səbəbindən sönülü olduğunu, qeyd olunan “Redmi” markalı mobil telefonun içərisində ***-***- **-** və ***-***-**-** saylı mobil nömrələrin olduğunu bildirmiş, mobil telefon içərisində olan mobil nömrələrlə birlikdə cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Baxışın keçirilməsi 27 yanvar 2025-ci il tarixdə saat 19:02-də başa çatmışdır. Baxış keçirilməsi və əşyaların götürülməsi videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Həmin 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir.(iş vərəqi 12-15) Protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 28 yanvar 2025-ci il tarixli 7/184 nömrəli məhkəmə bioloji ekspertizasının rəyində aşağıdakılar qeyd edilmişdir: Tədqiqata təqdim edilmiş bir ədəd qəhvəyi rəngli polietilen bağlamada təmiz çəkisi 835 qram, bir ədəd sellofan torbada təmiz çəkisi 1045 qram və bir ədəd sellofan bağlamada təmiz çəkisi 50 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuananın ümumi çəkisi 1930 qramdır.Təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində cüzi miqdarda marixuananın hissəcikləri vardır. Marixuananın hissəcikləri cüzi miqdarda olduğu üçün onun çəkisini və eyniliyini müəyyən etmək mümkün deyildir. Qeyd: Marixuananın ümumi çəkisi çəkisi- 1930 qram, cəmi tədqiqata sərf edildi 0,15 qram (hər obyektdən 0,05 qram), qalıq -1929,85 qramdır.(iş vərəqi 47-50) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 28 yanvar 2025-ci il tarixli 25/96 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyində aşağıdakılar qeyd edilmişdir: 1.Tədqiqata təqdim edilmiş 01 ədəd B-26813 N-li silah, keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda istehsal olunmuş 16 kalibrli, İJ-58 modelli, çaxmaqsız, hamar qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və hər iki lülədən atəş üçün yararlıdır. Silahın hissə-mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. 2.Tədqiqata təqdim edilmiş 29 ədəd patron zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 16x70 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli yivsiz ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov döyüş sursatlarıdır. Həmin patronlar istifadə və atəş üçün yararlıdırlar.3. Tədqiqata təqdim edilmiş 01 ədəd P-1859 N-li silah, keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda 1961-ci ildə istehsal olunmuş 28 və 5,6 mm kalibrli İJ-56-3 (Belka) modelli, çaxmaqlı, kombinə edilmiş hamar (yivsiz) və yivli qoşa lüləli ov tüfəngidir, odlu silahdır, texniki cəhətdən sazdır və hər iki lülədən atəş üçün yararlıdır. 4.Tədqiqata təqdim edilmiş 137 ədəd patron zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və təyinatı üzrə atəş üçün yararlıdırlar. 5. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş HAWKE modelli optik nişangah qurğusudur və təyinatı üzrə istifadə üçün yararlıdır. Qeyd: təqdim edilmiş 29 ədəd 16x70 kalibrli ov patronlarından 04 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. təqdim edilmiş 137 ədəd 5,6 mm kiçik kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. (iş vərəqi 111-120) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburinarkoloji tibbi yoxlamanın 17 mart 2025-ci il tarixli, 1651 nömrəli rəyində göstərilmişdir ki:“Müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür.” Həmin rəydə deməsinə görə 28 yaşından narkotik vasitə marixuanadan istifadə etdiyi qeyd edilmişdir.(iş vərəqi 152-154) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş qalıq çəkisi 1929,85 qram narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi, 01 ədəd P-1859 N-li İJ-56-3 (Belka) modelli kombinə edilmiş hamar (yivsiz) və yivli qoşa lüləli odlu silah olan ov tüfəngi, HAWKE modelli optik nişangah, ekspertiza tədqiqatından sonra qalan 134 ədəd 5,6 mm kiçik kalibrli patronlar tərəfimdən qərarla maddi sübut qismində tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir.(iş vərəqi 133-134) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( cild 1, iş vərəqə 150-151) Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 adında azyaşlı uşaqları vardır. ( cild 1, iş vərəqə 215-216) Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir dəlil, birbaşa və ya dolayı sübut müəyyən edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşımışdır. Lakin istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan heç bir sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Halbuki, istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən psixotrop maddəni satacağı istehlakçı ilə razılığın əldə edilməsi, bu məqsədlə kiminləsə sövdələşməsi, psixotrop maddənin məhz satış məqsədi ilə çəkilib bir neçə xırda bağlamalara bükülməsi ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir. Məhkəmə həmçinin xüsusi qeyd edir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olduğu halda, onun üzərində daha çox həcmdə narkotik vasitə, eləcə də psixotrop maddə aşkar oluna bilərdi. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, narkotik vasitənin külli miqdarda olmasına iş materiallarında öz əksini tapan yeganə sübut kimi istinad etməyə çalışsa da, yalnız bu əlamət özü özlüyündə “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz. Odur ki, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə uyğun olmaqla, həmin cinayət əməlinin onun tərəfindən törədilməsi məhkəmə tərəfindən tam sübuta yetirilmiş hesab edilir. Məhkəmə, Təqsirləndirilən şəxs aşkar olunan 02 kiloqram narkotik vasitənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq olunması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək üzərində saxladığı narkotik vasitənin külli miqdarının aşağı həddindən dəfələrlə çox olması, yaşayış yerindən elektron tərəzinin aşkar olunması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəsi də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə müvafiq olaraq az ağır və ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 14 iyun 2024-cü il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 24 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “marixuana” (kannabis) narkotik vasitəsinin qurudulmuş növünün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 yanvar 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 27 yanvar 2025-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 27 yanvar 2025-ci il il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işində olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində narkomaniyadan profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası DİN-in BMCMİnin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 1930 qram narkotik vasitə qurudulmuş marixuananın qalıq çəkisi olan 1929,85 qram narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi məhv edilməli, 01 ədəd P-1859 N-li İJ-56-3 (Belka) modelli kombinə edilmiş hamar (yivsiz) və yivli qoşa lüləli odlu silah olan ov tüfəngi, HAWKE modelli optik nişangah, ekspertiza tədqiqatından sonra qalan 134 ədəd 5,6 mm kiçik kalibrli patronlar məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silahsursat anbarına təhvil verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-1ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 228.1-ci maddəsi üzrə 01( bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi üzrə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 27 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş qalıq çəkisi 1929,85 qram narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi məhv edilsin, 01 ədəd P-1859 N-li İJ-56-3 (Belka) modelli kombinə edilmiş hamar (yivsiz) və yivli qoşa lüləli odlu silah olan ov tüfəngi, HAWKE modelli optik nişangah, ekspertiza tədqiqatından sonra qalan 134 ədəd 5,6 mm kiçik kalibrli patronlar məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin, 01 ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar