Məhkəmə qərarları › İş №1(124)-335/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-335/2024

03.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-335/2024 03.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X8 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, tərcüməçi X5 iştirakları ilə, xx xxx 1979-cu ilə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Xudat Ailə Sağlamlıq Mərkəzində mühafizəçi işləmiş, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3 və 149.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxsi oğurlamış, habelə təkrar, on dörd yaşına çatmayan zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə və zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmuşdur Belə ki, o, sosial şəbəkə hesab olunan “Snapchat" mobil tətbiqi vasitəsilə tanış olduğu xx.xx.2010-cu ildə anadan olmuş, on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs edilən hərəkətləri tam həcmdə qavramaq və anlamaq, həmin hərəkətlərin sosial mahiyyətini dərk etmək, emosional halına görə edilən hərəkətlərə qarşı müqavimət göstərmək və öz hərəkətlərini tam idarə etmək qabiliyyətinə malik olmamasından, yəni köməksiz vəziyyətindən istifadə edərək ailə quracağına dair Zərərçəkmiş şəxs yalan vədlər verib aldadaraq 18 may 2023-cü il tarixdə saat 15:00 radələrində Zərərçəkmiş şəxs Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən fərdi yaşayış evinin yaxınlığından oğurlayıb özünə məxsus ünvan 1 ünvanına gətirərək 22 may 2023-cü il saat 17:00 radələrinədək orada saxlamış və qeyd olunan müddət ərzində öz cinsi ehtirasını pozğun formada təmin etmək məqsədilə 19 may 2023-cü il tarixdə saat 02:30 radələrində və 21 may 2023-cü il tarixdə saat 23:00 radələrində həmin evdə əlləri ilə Zərərçəkmiş şəxs tutub özünə sıxaraq hərəkətini məhdudlaşdırıb bədəninin müxtəlif nahiyələrini öpərək “boyun nahiyəsinin sağ və sol tərəflərinin qançırları” kimi dərəcəsi təyin olunmayan xəsarətlər yetirib sonuncu ilə təkrar, təbii yolla cinsi əlaqədə olmuş, bununla da, o, yetkinlik yaşına çatmayan şəxsi oğurlamış, habelə təkrar, on dörd yaşına çatmayan zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə və zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə sonuncu ilə cinsi əlaqədə olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144.3 və 149.3.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, o evlidir, himayəsində 3 uşağı var. Son zamanlar ailəsindən ayrılmaq qərarına gəlmişdir, ancaq məhkəməyə müraciət etməmişdir. 11 may 2023-cü il tarixdə istifadəsində olan mobil telefondakı “Snapchat” mobil tətbiqindən istifadə edən zaman təsadüfən Zərərçəkmiş şəxs adlı profili istifadə edən şəxslə tanış olmuşdur. Həmin tətbiqdə profil adı telefonun köhnə sahibi Samir Kərimovun adına olmuşdur. Əfsanə ilə söhbət zamanı 22 yaşı olduğunu, Xaçmaz rayonunda yaşadığını bildirmiş, Əfsanə isə 18 yaşı tamam olduğunu, Tovuz rayonu, Aşağı Quşçu kəndində yaşadığını, ailəsi icazə vermədiyi üçün mobil telefon nömrəsinin olmadığını demişdir. Əfsanə ilə bir-iki gün həmin sosial şəbəkədə söhbət etdikdən sonra bir-birlərinə şəkillərini göndərmiş və bir-birlərindən xoşları gəlmişdir. Əfsanə atasının onu tez-tez döydüyünü, evdən və ailəsindən bezdiyini demiş və onunla getmək istədiyini bildirmiş, bu məqsədlə 18 may 2023-cü il tarixdə Əfsanə Bakı şəhərinə gəlmiş, onlar Bakıda “Şamaxinka” deyilən yerdə görüşdükdən sonra birlikdə ünvan 1 ünvanında yerləşən özünə məxsus evə getmişdirlər. Yol boyu Əfsanənin üzündə maska olduğundan onun yaşının az olduğunu bilməmiş, Xudatdakı evə çatdıqdan sonra onun yaşının az olduğunu bilmiş, buna görə də Əfsanəyə toxunmamış, onunla cinsi əlaqədə olmamışdır. İbtidai istintaq dövründə verdiyi ifadəsində qeyd etdiklərini isə Əfsanə ailsənin yanında pis olmasın, valideynləri onu danlamasınlar deyə demişdir. O Əfsanəyə toxunmamışdır. Əfsanəyə Xudatdakı evlərində olarkən dəfələrlə evlərinə getməli olduğunu, yaşının az olduğunu desə də, Əfsanə valideynlərinin yanına getmək istəmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 11 may 2023-cü il tarixdə istifadəsində olan “Samsung” markalı mobil telefondakı “Snapchat” mobil tətbiqindən istifadə edən zaman təsadüfən Zərərçəkmiş şəxs adlı profili istifadə edən şəxslə tanış olmuşdur. Həmin tətbiqdə profil adı Samir Kərimov olmuşdur. Əfsanə ilə söhbət zamanı 22 yaşı olduğunu, Xaçmaz rayonunda yaşadığını bildirmişdir. Əfsanə isə 18 yaşı tamam olduğunu, Tovuz rayonu, Aşağı Quşçu kəndində yaşadığını, ailəsi icazə vermədiyi üçün mobil telefon nömrəsinin olmadığını demişdir. Bundan sonra yaşının təxmin etməsini bildirəndə Əfsanə “16-17 olar” deyə cavab vermişdir. Bu zaman Əfsanəyə yaşının 16-17 yox, 22 olduğunu demişdir. Əfsanə ilə bir-iki gün həmin sosial şəbəkədə söhbət etdikdən sonra ona şəklini göndərməsini Əfsanədən istəmişdir. Əfsanə onun sözünü yerə salmayıb şəklini həmin tətbiq vasitəsi ilə ona göndərmişdir. Ona şəklini göndərdikdən sonra Əfsanə ondan şəklini istəmiş və o, öz şəklini çəkib Əfsanəyə göndərmişdir. Bir-birlərinə şəkillər göndərdikdən sonra birbirlərindən xoşları gəlmişdir. 15 may 2023-cü il tarixdə söhbət zamanı Əfsanədən xoşu gəldiyini, subay olduğunu və Əfsanə ilə evlənmək istədiyini sonuncuya bildirmişdir. Əfsanə onunla razı olduğunu, artıq yaşadığı evdən çıxıb getmək istədiyini demişdir. Beləliklə onlar evlənmək barəsində razılaşmışlar. Əfsanə ilə səmimi münasibəti yarandıqdan sonra “Snapchat" ani mesajlaşma tətbiqində bir-birlərinə mesajlar yazaraq danışmışlar. 17 may 2023-cü il tarixdə o, Əfsanəyə təklif etmişdir ki, onun yanına gəlsin və evlənib birlikdə yaşasınlar. Əfsanə razılıq verərək onunla evlənmək istədiyini bildirmişdir. Əfsanə ilə həmin gün danışaraq 18 may 2023-cü il tarixdə Tovuz rayonuna gəlib Əfsanəni yaşadığı evə aparacağını sonuncuya demişdir. Əfsanə Tovuz rayonunun Aşağı Quşçu kəndində yaşadığını, yaşadığı evin həmin kənddə “çöpçülər məhəlləsi” adlanan məhəllədə çöpçü Nailənin yaşadığı evin yanında yerləşdiyini bildirmişdir. 18 may 2023-cü il tarixdə səhər saat 07:00 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən evdən çıxıb Xaçmaz şəhəri, Bakı prospektində yerləşən avtomobil dairəsinin yanına getmiş və oradan Bakı şəhərində gedən taksilərin birinə əyləşib Bakı şəhərinə yola düşmüşdür. Həmin gün saat 09:30 radələrində Bakı şəhərinə çatmış və Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Beynəlq Avtovağzalda” avtomobildən enmişdir. Daha sonra orada insanlardan soraqlaşıb avtovağzaldan Tovuz rayonuna gedən taksilərin dayandığı yeri müəyyənləşdirmiş və oraya gedib taksi sürücülərinin biri ilə danışaraq 20 manat müqabilində onu Tovuz rayonuna aparması barədə sürücü ilə razılaşmışdır. 18 may 2023-cü il tarixdə səhər saat 10:00 radələrində Bakı şəhərindən taksiyə əyləşib Tovuz rayonuna yola düşmüş və həmin gün saat 15:00 radələrində Tovuz rayonuna çatmışdır. Tovuz rayonuna yaxınlaşan zaman taksi sürücüsünə Aşağı Quşçu kəndinə gedən yolun yaxınlığında ona xəbər etməsini demişdir. Tovuz rayonuna çatdıqdan sonra taksi sürücüsü Aşağı Quşçu kəndinə gedən yolun başında onu düşürmüşdür. O, orada avtomobildən endikdən sonra orada dayanan tanımadığı şəxslərdən Aşağı Quşçu kəndinə gedən yolu soruşaraq həmin yol ilə bir qədər piyada getdikdən sonra qeyd olunan kənd istiqamətində gedən avtomobillərin birinə əli ilə işarə edərək avtomobili saxlatmışdır. Avtomobil dayandıqdan sonra maşına əyləşib Aşağı Quşçu kəndinə gedib çatmışdır. Həmin avtomobildə gedən zaman onu Aşağı Quşçu kəndində çöpçülər məhəlləsi adlanan küçədə düşürməsini sürücüyə demişdir. Həmin avtomobilin sürücüsü də onu qeyd olunan küçəyə aparıb çatdırmışdır. Buna görə də, həmin avtomobilin sürücüsünə 03 manat ödəniş etmişdir. Bundan sonra həmin küçədə dayanıb “Snapchat” tətbiqi vasitəsi ilə Əfsanəyə mesaj yazaraq yaşadığı evin harada yerləşdiyini dəqiqləşdirmişdir. Əfsanə yaşadığı evdə tək olduğunu və evlərinin çöpçü Nailənin yaşadığı evin yanında yerləşdiyini demişdir. Həmin məhəllədə tanımadığı bir nəfər oğlandan çöpçü Nailənin yaşadığı evin hansı tərəfdə yerləşdiyini soruşmuşdur. Həmin şəxs Nailənin yaşadığı evin istiqamətini ona göstərmişdir. Həmin istiqamətdə piyada hərəkət etməyə başlamışdır. Piyada hərəkətdə olan zaman Əfsanəyə mesaj yazaraq Nailənin yaşadığı evi tapdığını və həmin istiqamətdə piyada gəldiyini demişdir. Piyada gedəndə Əfsanənin qarşı tərəfdən iti addımlarla ona tərəf gəldiyini görmüşdür. Şübhə çəkməməsi üçün istiqamətini dəyişib avtomobil yolu tərəfə getməyə başlamışdır ki, Əfsanə gəlib ona çatanadək avtomobil dayandırsın. Əfsanə gəlib onun yanına çatanadək VAZ 2106 markalı avtomobili dayandırmış və Əfsanə onun yanına gəlib çatdıqdan sonra həmin avtomobilə əyləşmişlər. Sürücüyə onları Tovuz rayonundan Bakı şəhərinə gedən avtomobillərin dayandığı yerə aparmasını bildirmişdir. Sürücü onları həmin yerə aparıb çatdırmış və onlar avtomobildə endikdən sonra həmin yerdə Bakı şəhərinə yola düşməyi gözləyən “Ford Tranzit” markalı sərnişin avtobusu ilə Bakı şəhəri istiqamətinə yola düşmüşlər. Bakı şəhərinə çatdıqdan sonra Şamaxinka adlanan ərazidə avtomobildən enib yolu keçərək Xaçmaz rayonuna gələn taksilərin dayandığı yerə getmiş və oradan Xaçmaz rayonu, Xudat şəhərinə gələn “Mercedes C-class" markalı avtomobilə əyləşmişlər. 19 may 2023-cü il tarixdə gecə saat 01:00 radələrində Xudat şəhərinə çatmışlar. Həmin gecə Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən avtomobil dairəsinin yanında avtomobildən enib piyada ünvan 1 ünvanında yerləşən özünə məxsus evə gəlmişlər. Həmin evə daxil olduqdan sonra bir qədər söhbət etmiş və Əfsanəyə adının Samir yox, Səfər olduğunu, habelə 22 yaşı olduğunu bildirmişdir. Öz arvadı ilə münasibəti yaxşı olmadığına görə Əfsanə ilə evlənib birlikdə yaşayacağını, Əfsanənin əri olacağını düşünmüşdür. Həmin evdə daimi yaşayış olmadığına görə ərzaq olmamış və ac olduqlarına görə evdən çıxıb mağazaya gedərək sosiska və yumurta alıb evə qayıtmışdır. Əfsanə yemək hazırlamış və sonuncu ilə birlikdə yemək yemişlər. Həmin gecə, yəni 19 may 2023-cü il tarixdə gecə saat 02:30 radələrində evdə yataq olmadığına görə Əfsanə yerə ədyal salaraq yatmaq üçün yer hazırlamışdır. Daha sonra həmin yerdə Əfsanə ilə sonuncunun könüllü razılığı əsasında cinsi əlaqədə olmuşdur. Belə ki, Əfsanəyə ər-arvad olacaqlarını deyib öz cinsiyyət orqanını Əfsanənin cinsiyyət orqanına daxil etmişdir. Həmin vaxt Əfsanənin cinsiyyət orqanından qan gəlməyə başlamışdır. Əfsanənin bakirəliyinin pozulduğunu başa düşmüşdür. Cinsi əlaqədə olduqdan sonra həmin gecəni yatmış və səhər durub işə getmişdir. Bundan sonra Əfsanənin cinsiyyət orqanında ağrıları olduğundan və sonuncunun cinsiyyət orqanından qan axma olduğundan 21 may 2023-cü il tarixədək Əfsanəyə toxunmamışdır. Əfsanəni yaşadığı evə gətirdikdən sonra yataqxananın giriş qapısını arxadan bağlayıb çölə çıxmışdır. Yataqxananın giriş qapısından istifadə etmir. Yataqxanaya arxa tərəfdən də giriş var və əsas həmin qapıdan istifadə edir. Arxa qapı da daim açıq olur. Yataqxananın əsas giriş qapısını kənar şəxs tərəfindən oğurluq edilməməsinə görə bağlamışdır. Evdə Əfsanə ilə sonuncunun könüllü razılığı ilə təbii yolla bir dəfə cinsi əlaqədə olmuş və Əfsanəyə heç bir zor tətbiq etməmişdir. Əfsanə ilə cinsi əlaqədə olan zaman sonuncunun boyun nahiyəsini sıxmamış, Əfsanəni vurmamış və ya Əfsanənin həmin nahiyəsindən öpməmişdir. Zərərçəkmiş şəxs ilə “Snapchat" ani mesajlaşma tətbiqində tanış olarkən Əfsanə 13 (on üç) yaşlı olması barədə ona məlumat verməmişdir. Əfsanə 18 (on səkkiz) yaşının tamam olduğunu və 19 (on doqquz) yaşına keçdiyini demişdir. 22 may 2023-cü il tarixdə günorta saatlarında Əfsanə gizli şəkildə onun telefonunu götürüb xalası ilə danışanda Əfsanənin 13 (on üç) yaşı olduğunu öyrənmişdir. Həmin vaxt artıq gec olmuşdur. Əfsanəni arvadı kimi saxlamağı və həddi-buluğa çatdıqdan sonra sonuncu ilə evlənməyi düşünmüşdür. Zərərçəkmiş şəxs şəklini gördükdən sonra Əfsanənin 18 (on səkkiz) yaşlı olması ilə bağlı ona yalan məlumat verməsi, Əfsanin azyaşlı olması ilə bağlı onda heç bir təsəvvür yaranmamışdır. Əfsanənin şəklini görəndə elə bilmişdir ki, Əfsanə dediyi yaşdadır. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə uşaq otağında qanuni nümayəndəsinin və psixoloqun iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx xxxxx 2010-cu ildə Tovuz rayonunda anadan olmuşdur. Telefon vasitəsi ilə “Snapchat” ani mesajlaşma tətbiqindən istifadə edərkən təqsirləndirlən şəxslə tanış olmuşdur. Sonradan bilmişdir ki, onun adı Səfərdir. Səfər ona demişdir ki, 22 yaşı var və subaydır. Bir birlərinə şəkillərini atmışlar. Sonra Səfər onunla evlənmək istədiyini demişdir. O isə Səfərə uşaq olduğunu demişdir, Təqsirləndirilən şəxs ona hədə-qorxu gəlmişdir. Təqsirləndirilən şəxs nömrə verməmişdir, onunla ancaq “Snapchat” vasitəsilə danışmışdır. Təqsirləndirilən şəxs taksi tutaraq evlərinin olduğu küçənin ortasına qədər gəlmiş, o da Səfərin olduğu yerə getmiş, Təqsirləndirilən şəxs əl işarəsi ilə ona maşın olan tərəfə getməsini demişdir. Həmin maşınla Bakıya gəlmişlər, ordan da Xudata getmişdirlər. Xudata gedərkən Səfərdən onu hara apardığını soruşduqda onu hədələyərək susmağını söyləmiş, o da qorxduğundan səsini çıxarmamışdır. Getdikləri evdə Səfər onun əl-qolunu bağlamış, səhəri gün də qapıları kilitləyib işə getmişdir. İşdən gəldikdən sonra Səfərdən su istəmiş, onun verdiyi suyu içdikdən sonra özünü qəribə hiss etmiş və özünü itirmişdir. Özünə gəldikdən sonra Səfərə ailəsi ilə əlaqə saxlamağı üçün yalvarmış, Səfər isə yalnız xalası ilə danışmağa icazə vermiş, o xalası ilə danışanda onu qorxudaraq xalasına xoşbəxt olduğunu və əgər Səfəri polisə versələr, özünü öldürəcəyini deməsi üçün məcbur etmişdir. Sonradan Səfər ona özlərini öldürməyi təklif etmiş, o isə özünü öldürmək istəmədiyini demişdir. Bundan sonra Səfərə müdiri zəng etmiş və Səfər həmin zəngdən sonra evdən getmiş, geri qayıdanda isə yanında polis əməkdaşları olmuşdur. Polis idarəsində verdiyi ifadəsini təsdiq etdiyini, həmin ifadəsində hadisəni olduğu kimi təfsilatı ilə danışdığını, hal-hazırda bəzi şeyləri xatırlamadığını və məhkəmədə onlar barədə danışmaq istəmədiyini, həmçinin təqsirləndirilən şəxsə ağır cəza təyin olunmasını xahiş edərək şikayətçi olduğunu bildirmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, valideynləri ilə birlikdə Tovuz rayonu, Aşağı Quşçu kəndində yaşayır. xx xxxxx 2010-cu ildə Tovuz rayonu, Aşağı Quşçu kəndində anadan olmuşdur və hazırda həmin kənd tam orta məktəbin 7-ci sinif şagirdidir. Əvvəllər mobil telefondan istifadə etməmişdir. Ancaq yaşadıqları evdə internet olduğuna görə arada bir anasının mobil telefonundan istifadə etməklə müxtəlif sosial şəbəkələr vasitəsi ilə mesajlar yazmışdır. xx xxxxx 2010-cu ul tarixdə doğum günü olduğu üçün anası özünə məxsus “Samsung A13" markalı mobil telefonu ona bağışlamışdır. Anasının ona bağışladığı mobil telefon vasitəsi ilə “Snapchat” ani mesajlaşma tətbiqindən istifadə edib tanışlarına mesaj yazarkən təsadüfən Samir Kərimova aid profil onun diqqətini cəlb etmiş və həmin profildən istifadə edən şəxsə mesaj yazmışdır. Qeyd etdiyi profildən istifadə edən şəxs ona cavab mesajı yazmış və bu, onların arasında tanışlığın yaranmasına səbəb olmuşdur. Sonrakı günlərdə də həmin tətbiqdən istifadə edərək onlar bir-birlərinə mesajlar yazmışlar. Qeyd etdiyi profildən istifadə edən şəxs adının Samir olduğunu, 17 yaşında və subay olduğunu demişdir. O, özü haqqında məlumat yazaraq adının Əfsanə olduğunu, Tovuz rayonu, Aşağı Quşçu kəndində yaşadığını, 14 yaşı olduğunu və mobil telefon nömrəsinin olmadığını bildirmişdir. Lakin bir müddət keçdikdən sonra Samir yaşının 22 olması barədə ona mesaj yazmış, o da cavab olaraq yazşının 18 olması barədə mesaj yazmışdır. Mesajlaşdığım şəxsin adının Samir olduğuna inanmış və sonuncu, ondan fotoşəklini istədiyi üçün mobil telefonla şəklini çəkib həmin şəxsə göndərmişdir. Samirdən öz şəklini çəkib ona göndərməsini istəmiş, bundan sonra Samir da öz fotoşəklini çəkib ona göndərmişdir. Beləliklə bir-birlərindən xoşları gəlmişdir. Samirlə söhbət əsnasında sonuncu, ona subay olduğunu və onunla evlənmək istədiyini demişdir. Samirlə səmimi münasibəti yarandıqdan sonra “Snapchat” ani mesajlaşma tətbiqində birbirlərinə mesajlar yazaraq və həmin tətbiq vasitəsi ilə səsli zənglər edərək danışmışlar. 17 may 2023-cü il tarixdə Samir yanına gəlməyi və evlənməyi ona təklif etmişdir. O, Samirin yanına gələ bilməyəcəyini dedikdə Samir özü gəlib onu aparacağını bildirmişdir. Yaşadığı yer haqqında Samirə məlumat verərək yaşadığı evin Tovuz rayonu, Aşağı Quşçu kəndində “Çöpçülər” məhəlləsində, “Çöpçü Nailənin" adı ilə tanınan qadının yaşadığı evin qonşuluğunda yerləşdiyini demişdir. Yaşadığı ünvan haqqında danışdığı şəxsə məlumat versə də Samirin onun yaşadığı kəndə gələcəyinə inanmamışdır. Özü də həmin şəxsin harada yaşamasını bilməmiş və Samir də bu barədə ona deməmişdir. Samirə yaşadığı yer haqqında məlumat verdikdən sonra Samir 18 may 2023-cü il tarixdə gəlib onu aparacağını demiş, ancaq yenə də Samirə inanmamışdır. 18 may 2023-cü il tarixdə saat 15 radələrində Samir ona həmin tətbiqdə mesaj yazaraq yaşadığı evin yerləşdiyi küçədə olduğunu, özü ilə getməsini təklif etmişdir. O, həmin şəxsi tanımadığı üçün və ailə qura biləcək yaşda olmadığı üçün Samirlə gedə bilməcəyini bildirmişdir. Bir neçə dəqiqə sonra Samir yaşadığı evin həyət qapsınını qarşısına gəlib həyət qapısını döymüş və getməli olduqlarını ona demişdir. O, anasının gəlib onları görəcəyindən qorxduğu üçün tez əyninə qalın bir şey geyinmiş və Samirlə birlikdə evdən küçəyə çıxmışdır. Bir qədər piyada getdikdən sonra oradan bir avtomobilə əyləşib Bakı şəhərində gedən avtomobillərin dayandığı yerə getmiş və orada sərnişin avtobusuna əyləşib Bakı şəhərinə gəlmişlər. Bakı şəhərinə çatdıqda tanımadığı bir yerdə avtobusdan düşüb yolu keçərək yolun kənarında dayanmış avtomobillərdən birinə əyləşib yola düşmüşlər. Həmin vaxtadək adını Samir kimi bildiyi şəxsdən onu haraya apardığını soruşmuş, Samir Xaçmaz rayonu, Xudat şəhərində yaşadığını, onu Xudat şəhərinə yaşadığı evə apardığını demişdir. Heç bir yeri tanımadığına və qaranlıq olduğuna görə Samirlə getməkdən başqa yolu olmamış və qorxsa da məcbur olub Samirlə gəlmişdir. Onlar avtomobillə iki saatdan çox yol gəlmiş və tanımadığı bir yerdə avtomobildən düşmüşlər. Samir gəldikləri yerin Xudat şəhəri olduğunu bildirmişdir. Avtomobildən düşdükdən sonra təxminən 10-15 dəqiqə piyada yol gedib bir mərtəbəli evin qarşısına çatanda Samir ona demişdir ki, özü bu evdə yaşayır. Bundan sonra gəldiyi həmin şəxs cibindən çıxardığı açarla dəmir qapının üzərində olan asma qıfılı açmış və onlar içəriyə daxil olub təxminən 10-15 metr uzunluğunda olan dəhlizlə bir qədər qabağa gedərək orada olan mənzilə daxil olmuşlar. Daxil olduqları mənzil bir otaqlı olmaqla təmirsiz olmuş, pəncərəsi yox imiş. Otaqda stol və stullardan başqa heç bir əşya olmamışdır. Həmin anadək adını Samir bildiyi şəxsin yaşadığı şəraiti gördükdən sonra aldadıldığını başa düşüb gəldiyinə çox peşman olmuşdur. Ancaq gəldiyi yeri tanımadığına, həmin yerdə müraciət edə biləcək heç bir yaxınının olmadığına görə Samirlə bir yerdə qalmağa məcbur olmuşdur. Çünki gedəcək başqa bir yeri olmamış və mobil telefonunun daxilində nömrə olmadığına görə valdeyinlərinə və digər qohumlarına məlumat verə bilməmişdir. Adını Samir kimi bildiyi şəxsdən valideynlərimə zəng vurmaq üçün mobil telefonunu istədikdə sonuncu, mobil telefonunu ona verməyib bir yerdə qalmalı olduqlarını ona demişdir. Samirin hərəkətlərindən və bu sözlərindən sonra onda narahatçılıq daha da artmışdır. Samir ciddi cəhdlə çalışmışdır ki, Xudat şəhərinə gəlməyini heç kimə bildirməsin və məcbur olub Samirin yanında qalsın. Bir neçə dəqiqə evdə oturduqdan sonra Samir onu aldatdığını, əsl adının Səfər olduğunu bildirmişdir. Bundan sonra Səfərə 13 yaşında olduğunu, evlənəcək yaşda olmadığını, şərait yaradıb onu valideynlərinin yanına göndərməsini demişdir. Səfər onu heç bir yerə göndərməyəcəyini, yanında qalmalı olduğunu ona bildirmişdir. Səfərə ac olduğunu bildirmiş, Səfər də onu evdə qoyaraq qapını arxadan bağlayıb getmişdir. Bir müddət keçdikdən sonra isə Səfər qayıdıb gələndə görmüşdür ki, sonuncu, mağazadan sosiska, yumurta və çörək almışdır. Səfərin aldığı sosiska və yumurtadan yemək hazırlmış və birlikdə yemək yemişlər. Gedərkən qapını arxadan bağlamasının səbəbini Səfərdən soruşduqda sonuncu ona çox da etibar etmədiyini, bayıra çıxıb gedə biləcəyini və ya qonşuların onu görüb polisə məlumat verə biləcəklərini, azyaşlı olduğu üçün problem uarana biləcəyini demişdir. Yemək yedikdən sonra qabları yumuş və 19 may 2023-cü il tarixdə təxminən saat 02:30 radələrində yorğun olduğu üçün otaqda olan ədyalı döşəməyə sərib üstünə uzanmışdır. Səfər də onun yanına uzanıb onu qucaqlayanda bir daha 13 yaşında olduğunu, heç kimlə cinsi əlaqədə olmadığını və evlənəcək yaşda olmadığını Səfər bildirmişdir. Səfər cinsi əlaqədə olmalı olduğunu ona demişdir. O, Səfərin təklifi ilə razılaşmayıb ayağa durmaq istədikdə Səfər onu qucaqlayaraq tərpənməyə qoymamış və üzərinə uzanıb dodaqlarından öpərək əynində olan paltarları soyundurmağa başlamışdır. Səfər fiziki cəhətdən çox güclü olduğu üçün sonuncuya müqavimət göstərə bilməmiş və qışqırmaq istəmişdir. Gecə olduğuna və olduqları otağın pəncərələri olmadığına görə fikriləşmişdir ki, səsini eşidən olmayacaq və qışqırıq səsindən əsəbləşən Səfər ona hansısa başqa xoşagəlməz, qəddar hərəkətlər edəcək. Çünki Səfər onu dinləmək istəməmiş və paltarlarını kobud formada çəkməklə onu soyundurmağa çalışmışdır. Səfər əynində olan göy rəngli cins şalvarı və tumanı soyundurduqdan sonra özü də şalvarını soyunub onun üstünə uzanmış və nə qədər cəhd etsə də Səfəri üzərindən qaldıra bilməmişdir. Səfər onu dinləmək istəməyərək öz cinsiyyət orqanını onun cinsiyyət orqanına soxmağa çalışmış, o isə bərk ağrı hiss etdiyi üçün Səfərə cinsi əlaqədə ola biləcək yaşda olmadığını deyib xahiş etmişdir ki, onun üstündən dursun və onu evlərinə yola salsın. Səfər isə onu dinləməyib öz cinsiyyət orqanını onun cinsiyyət orqanına soxmuş və bərk ağrı hiss edib bir müddət tərpənə bilməyərək halsız vəziyyətdə dayanmışdır. Səfər bir neçə dəfə cinsiyyət orqanını onun cinsiyyət orqanında irəli-geri hərəkət etdirdikdən sonra onun üstündən durmuş və yorğun olduğu üçün həmin vəziyyətdə yatmışdır. Səhəri gün yuxudan oyananda Səfərin hazırlaşıb getmək istədiyini görüb sonuncudan hara getdiyini soruşmuşdur. Səfər işə getdiyini, onun evdə qalmalı olduğunu demişdir. Səfər evdən çıxıb gedərkən sonuncunun qapını arxadan bağladığını hiss edib qapını bağlamamasını, evdə tək qalıb darıxdığını bildirmişdir. Səfər ona mənə etibar etmədiyini, evdən küçəyə çıxa bilməməsi üçün qapını bağladığını demişdir. Bundan sonra Səfər qapını arxadan bağlayıb getmiş, o isə otaqda qalmışdır. Qaldığı otağın pəncərələri olmadığına, qapısı isə arxadan bağlı olduğuna görə küçəyə çıxmağı mümkün olmamışdır. Axşamadək evdə tək qalmış, axşam saatlarında isə Səfər qayıdıb evə gəlmişdir. Səfərdən xahiş etmişdir ki, evdə tək olduğu vaxtlarda darıxdığı üçün evdən gedərkən qapını arxadan bağlamasın və evdə olduğu vaxtlar isə onu küçəyə çıxarıb bir qədər gəzdirsin. Səfər isə cavab olaraq ona bildirmişdir ki, ona etibar etmədiyi üçün evdən gedərkən qapını arxadan bağlayacaq. Səfərlə gəlməyindən heç kimin məlumatı olmadığına və Səfərin necə bir insan olduğunu bilmədiyinə görə qorxmuş, buna görə də Səfərin istəklərinə qarşı çıxa bilməmişdir. Səfərlə gəlməyindən heç kimin xəbəri olmadığı üçün düşünmüşdür ki, Səfər ona qarşı istənilən pis hərəkətləri edə bilər və bundan da heç kimin məlumatı olmaz. Ona görə də Səfərlə mehriban davranmağa çalışmışdır ki, Səfər ona qarşı başqa hansısa bir pis hərəktləri etməsin və imkan düşəndə valdeyinlərinə məlumat versin və onlar da gəlib onu aparsınlar. Aradabir Səfərin mobil telefonunu götürüb valdeyinlərimn zəng etmək istəsə də, Səfər mobil telefonunu onun əlindən almışdır. 2023-cü ilin may ayının 19-dan 20-nə keçən gecə Səfər yenidən onunla cinsi əlaqədə olmaq istədikdə bərk ağırılarım olduğunu deyib xahiş etmişdir ki, Səfər ona toxunmasın. Çünki birinci dəfə Səfər onunla cinsi əlaqədə olarkən bərk ağrı hiss etmiş və Səfərlə cinsi əlaqədə olmaq ona heç bir xoş hiss yaratmamışdır. Ciddi cəhdlə çalışmışdır ki, Səfər ikinci dəfə onunla cinsi əlaqədə ola bilməsin. Bir qədər söhbətdən sonra Səfəri razı sala bilmiş və həmin gecə Səfər onunla cinsi əlaqədə olmamışdır. 21 may 2023-cü il tarixdə səhər saat 09 radələrində Səfər evdən çıxıb işə getmək istəyərkən bir daha Səfərdən xahiş etmişdir ki, evdə tək qalıb darıxdığı üçün qapını arxadan bağlayıb getməsin, 5-10 dəqiqəlik olsa da evin qarşısına çıxıb hava almağına icazə versin. Səfər isə onu heç bir yerə buraxmayacağını deyərək qapını arxadan bağlayıb çıxıb getmişdir. Evdə ərzaq olmadığına görə lazımı səviyyədə qidalana bilməmiş, çox əziyyət çəkmişdir. Çox çalışmışdır ki, hansısa bir yol tapıb valdeyinlərinin yanına qayıtsın. Pəncərəsi olmayan bir otaqda bağlı qapı arxasında günlər keçirmək onun üçün çox çətin olmuşdur. Səfərə valdeyinlərinin yanına qayıtmaq istədiyini təkrar-təkrar desə də, Səfər onu dinləmək istəməmiş, qorxduğu üçün isə Səfərin qarşısında ciddi bir tələb qoya bilməmişdir. Evin qapısı bağlı olduğuna görə küçəyə də çıxa bilməmişdir ki, qarşısına çıxan şəxslərdən kömək istəsin və onlar valdeyinlərinə zəng vurub onun barəsində məlumat versinlər və ya onu yaxınlıqda olan polis şöbəsinə aparsınlar. Həmin gün yenə də bütün günü evdə tək qalmış, axşam saat 18-19 radələrində Səfər qayıdıb evə gəlmişdir. Səfərə evdə tək qalıb çox darıxdığını, yarım saatlıq olsa da onu küçəyə çıxarıb gəzdirməsini xahiş etsə də, Səfər onun təklifınddən imtina edərək onu evdən heç bir yerə buraxmayacağını bildirmişdir. Qaldıqları evin arxa tərəfi daş hasarla əhatə olunmuşdur və evin sanitar qovşağı da daş hasarla əhatə olunmuş həmin yerdə imiş. Səfər onun evdən çıxıb getməyindən ehtiyat etdiyinə görə onu sanitar qovşağına öz nəzarəti altına buraxmışdır. Səfərin istədiyi həyatı yaşamaq onun üçün çox çətin və dözülməz imiş. Səfərlə gəlməyinə görə çox peşmançılıq çəkmiş və yaşadığı evə qayıtmaq üçün yollar axtarmışdır. 21 may 2023-cü il tarixdə təxminən saat 23 radələrində otaqda olan ədyalı otağın döşəməsinə sərib uzananda Səfər də gəlib onun yanına uzanmış və onu qucalayaraq yenidən cinsi əlaqədə olmaq istədiyini demişdir. O isə Səfərlə razılaşmamış və cinsi əlaqədə olanda bədənində bərk ağrılar yarandığını, özünü yaxşı hiss etmədiyini, cinsi əlaqədə olmağın onda heç bir xoş hiss yaratmadığını, cinsi əlaqədə olmaq fikrindən əl çəkməyini Səfərə bildirmişdir. Səfər isə onu dinləməyərək əlləri ilə onu bərk qucaqlayıb dodaqlarından, boyun və sinə nahiyəsindəən öpərək əynində olan paltarları çıxarmışdır. Səfərlə cinsi əlaqədə olmaq istəməsə də, sonuncuya mane ola bilməmiş, qorxduğuna görə müqavimət göstərməkdə çətinlik çəkmişdir. Səfər onun paltarlarını soyundurduqdan sonra özü də paltarlarını soyunub onun üstünə uzanmış və əlləri ilə güc tətbiq edib ayaqlarını aralayaraq öz cinsiyyət orqanını onun cinsiyyət orqanına soxmuşdur. O, bərk ağrı hiss edərək qışqımış və üstündən durması üçün Səfərə yalvarmışdır. Səfər isə onun yalvarışlarına əhəmiyyət verməyib öz cinsiyyət orqanını onun cinsiyyət orqanında irəli-geri hərəkət etdirərək onunla cinsi əlaqədə olmuşdur. Ağrıdan başqa heç nə hiss edə bilməmişdir. Səfər onun üstündən durduqdan sonra bir müddət hərəkətsiz dayanıb özünə gəlmiş və cinsi əlaqədə olmağın ona çox əziyyət verdiyini, yaşca və bədəncə cinsi əlaqədə ola biləcək səviyyəyə çatmadığını, evlənmək və ya Səfərlə bir evdə yaşamağın mümkünsüz olduğunu, onu valdeyinlərinin yanına qaytarmasını Səfərə demişdir. Həmin gecə mobil telefonla valideynlərinə olduğu yer barədə məlumat verməsi üçün Səfərin şərait yaratmasına çox çalışmışdır. Həmin gecə nə qədər cəhd etsə də, Səfəri razı sala bilməmiş və onlar döşəməyə sərdiyi ədyalın üzərində yatmışlar. 22 may 2023-cü il tarixdə səhər saatlarında Səfər yuxadan oyananda ona demişdir ki, onun itkin düşməyi ilə bağlı bir çox xəbər saytlarında məlumatlar yayılmışdır və polis onu axtarır. O, Səfərə demişdir ki, azyaşlıdır, nə qədər onu ətrafdan təcrid edib bağlı qapı arxasında saxlasa onun itkin düşməyi ilə bağlı olan məlumat daha çox yayılıb daha çox insanların diqqətini cəlb edəcək və nə vaxtsa bu Səfər üçün daha ciddi problem yaradacaq. Sözlərimdən sonra Səfər valdeyinlərinə zəng vurub ailə qurmaq məqsədi ilə özünün gəldiyini, xoşbəxt olduğunu, şikayətlərini geri götürmələrini ona bildirmişdir. O, Səfərə söz vermişdir ki, mobil telefonunu zəng vurmaq üçün ona verərsə, xalası Elbənizə zəng vurub dediyi sözləri xalasına bildirəcəkdir. Bundan sonra Səfər özünə məxsus mobil telefonu ona vermiş və telefonla Elbənizə zəng vurub Səfərin ona dediyi sözləri təkrarlamaqla Elbənizə “mən xoşbəxətəm, ailə qurmaq məqsədi ilə öz razılığımla evdən getmişəm, mənim itkin düşməyimlə bağlı polisə etdiyiniz şikayəti geri götürün” sözlərini demişdir. Danışdıqdan sonra Səfər mobil telefonunu onun əlindən almış və yenə də qapını arxadan bağlayıb onu evdə tək qoyaraq çıxıb getmişdir. O, evdə tək qalıb bir müddət ağlamış, sonra isə oturub Səfərin gəlməsini gözləmişdir. Həmin gün təxminən günorta saatlarında evin qapısı açılanda görmüşdür ki, Səfərlə birlikdə tanımadığı başqa bir nəfər gəlmişdir. Səfərlə gəlmiş həmin şəxs polis əməkdaşı olduğunu bildirərək onunla Səfəri avtomobilə əyləşdirib özü ilə gətirmişdir. Avtomobildə Səfərlə birlikdə arxa oturacaqda əyləşmişlər. Həmin vaxt Səfər ona tərəf əyilib pıçıltı ilə qulağına demişdir ki, polis əməkdaşları Xaçmaz rayonuna necə gəldiyini soruşsalar Səfərin onu gətirdiyini deməsin və Xaçmaz rayonuna tək gəldiyini polis əməkdaşlarına bildirsin. O isə Səfərlə razılaşmamış və polis şöbəsində olarkən Səfərin Tovuz rayonu, Aşağı Quşçu kəndinə gəldiyini, sonuncunun 22 yaşlı olduğunu deməklə onu aldadıb özü ilə gətirdiyini bildirmişdir. Polis şöbəsində olarkən bilmişdir ki, Səfər onu aldatmışdır. Səfərin 44 yaşı olduğunu, evli və üç uşağı olduğunu öyrənmişdir. Daha sonra Xaçmaz Rayon Polis Şöbəsinə valideynləri gəlmiş və onların iştirakı ilə danışdırılarkən bütün baş verənləri olduğu kimi demişdir. O, evdən çıxıb Səfərlə gələrkən elə düşünmüşdür ki, Səfər onu özü ilə aparıb bir qədər gəzdirdikdən sonra qaytarıb yaşadığı evə gətirəcəkdir. O, Səfərin niyyətini, yəni cinsi əlaqədə olmaq üçün onu Xaçmaz rayonu, Xudat şəhərinə gətirdiyini əvvəlcədən bilsəydi, Səfərlə razılaşıb gəlməzmiş. Səfərin onu nə niyyətlə gətirdiyini Xudat şəhərində yaşadığı evdə olarkən başa düşmüş, lakin həmin vaxt heç cür Səfərin onunla cinsi əlaqədə olmasına mane ola bilməmişdir. İstəmədiyi halda Səfər onunla cinsi əlaqədə olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərdi ki, hadisə baş verən günü qızı Zərərçəkmiş şəxs evdə olmadığını gördükdə əvvəlcə həyat yoldaşına məlumat vermişdir. Daha sonra qohumları və qonşularının qızı haqqında heç bir məlumatlarının olmadığını gördükdə polisə müraciət etmişdirlər. 22 may 2023-cü il tarixdə bacısına tanımadığı nömrədən Əfsanə zəng etmiş və öz razılığı ilə getdiyini, xoşbəxt olduğunu, polisə şikayət etməmələrini bildirmişdir. 22 may 2023-cü il tarixdə onlara polis əməkdaşları qızlarının tapıldığı və sağ olduğu barədə məlumat vermişdirlər. Təqsirləndirilən şəxs onun qızının başına oyun açmışdır, bu barədə məhkəmədə danışmaq ona çox çətindir, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi, həmçinin iş üzrə şahid qismində dindirilmiş Qanuni nümayəndə ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilərək tədqiq olunmuş, Qanuni nümayəndə həmin ifadəsində göstərmişdir ki, Tovuz rayonu, Aşağı Quşçu kəndində ailəsi ilə birlikdə yaşayır. Tovuz rayonunun Dost iş mərkəzində işləyir, rayon ərazisində yolun kənarında olan zibilləri toplayır və aylıq əmək haqqı alır. 2009-cu ildə Şahid1 ilə evlənmiş və bu evlilik onun 2-ci evliliyi olmuşdur. Birinci evliliyindən övladı yoxdur. Mətləblə evləndikdən sonra isə xx xxxxx 2010-cu ildə bir qız övladları olmuş və uşağın adını Əfsanə qoymuşlar. Bundan sonra 2011-ci ildə Tunar adlı, 2014-cü ildə isə Mədinə adlı övladları dünyaya gəlmişdir. 27 aprel 2023-cü il tarixdə Əfsanənin 13 (on üç) yaşı tamam olanda, doğum günü münasibəti ilə ona məxsus “Samsung” markalı mobil telefonu Əfsanəyə hədiyyə etmiş, həmin ərəfədə isə özünə kreditlə başqa mobil telefon almışdır. 2023-cü ilin may ayının əvvəllərində Əfsanə onunla söhbət əsnasında “Tiktok” sosial şəbəkəsində bir nəfər tanımadığı şəxslə tanış olduğunu və həmin şəxslə evlənmək istədiyini ona demişdir. Həmin vaxt yaşının az olduğunu, evlənmək yaşının olmadığını, hələ məktəbi bitirməli olduğunu Əfsanəyə demiş və sonuncunu fikrindən yayındırmağa çalışmışdır. Bundan sonra təxminən 2023-cü ilin may ayının 8-10 tarixlərində Əfsanə babasıgildə, yəni atasıgildə olan zaman orada evlənmək istədiyini bildirmişdir. Bundan sonra atası Əlixan Əfsanəni götürüb yaşadıqları evə gəlmiş və Mətləbə bu barədə bildirmişdir. Mətləb həmin vaxt Əfsanəni yanına dəvət edib evlənmək barədə fikrindən yayınmasını, hələ az yaşlı olduğunu və oxuduğu məktəbi bitirməli olduğunu, daha sonra universitet oxumalı olduğunu Əfsanəyə demişdir. Əfsanə də atası ilə razılaşıb oxumaq istədiyini bildirmişdir. Bundan sonra 18 may 2023-cü il tarixdə üç övladını da götürüb Tovuz rayonu, Aşağı Quşçu kəndində yaşayan atasıgilə aparmışdır. Həmin gün Əfsanəni kənddə yaşayan həkimə aparacağı üçün digər iki övladını atasıgilin evində qoyub Əfsanəni özü ilə birlikdə yaşadıqları evin yerləşdiyi küçəyə gəlmiş və küçənin başında olarkən evə getməsini, kredit ödəyib gəldikdən sonra həkimə gedəcəklərini Əfsanəyə demişdir. O, Əfsanəni yola saldıqdan sonra kənd ərazisində yerləşən mağazaya gedib həmin mağazada olan ödəmə terminalı vasitəsi ilə telefonunun kredit ödənişini etmək istəyəndə şəxsiyyət vəsiqəsinin üzərində olmadığını görmüşdür. Buna görə də, kənd sakinlərinin birinin telefonu ilə Əfsanənin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib şəxsiyyət vəsiqəsinin şəklini çəkib ona göndərməsini Əfsanəyə demişdir. Bir neçə dəqiqə sonra Əfsanə şəxsiyyət vəsiqəsinin şəklini çəkib ona göndərmişdir. O, telefonunun kredit ödənişini etdikdən sonra marketdən evə lazım olan ərzaqları alıb saat 16:30 radələrində yaşadığı evə qayıtmışdır. Yaşadığı evə çatanda evin həyət qapısının qıfılla bağlı olduğunu görmüşdür. Bundan sonra qonşusu Valeh adlı şəxsin yanına gedib evin həyət qapısının açarını Əfsanənin Valehə veribvermədiyini sonuncudan soruşmuşdur. Valeh də açarın olmadığını bildirmişdir. Çünki onlar harasa gedəndə evin qapısının açarlarını Valehə verirlər. Bundan sonra Əfsanənin babasıgildə olub-olmamasını öyrənmək üçün oraya tərəf yola düşmüş, lakin oraya gedən zaman digər iki övladının, yəni Tunar və Mədinənin yaşadıqları tərəfə gəldiyini görüb Tunar və Mədinədən Əfsanənin babasıgildə olub-olmamasını soruşmüşdür. Uşaqlar Əfsanənin orada olmadığını bildirmişlər. Bundan sonra həmin gün saat 17:50 radələrində həyəcanlı şəkildə Mətləbə zəng edib Əfsanəni tapa bilmədiyini demiş və Əfsanənin yerini qohumlardan maraqlanmasını ondan istəmişdir. Bir qədər sonra ona zəng edib Əfsanədən heç kimin məlumatı olmadığını bildirmiş və evə gəldiyini demişdir. Əfsanədən xəbər olmadığına görə hay-küy salıb qonşuları səsləmiş və qonşular hamısı onun yaşadığı evin qarşısına toplaşmışlar. Bir neçə dəqiqə sonra Mətləb evə gələrək evin qarşısında çox sayda insanlar toplaşdığını görmüşdür. Mətləb bir qədər Əfsanə barəsində kənd sakinlərindən maraqlandıqda Valeh təxminən saat 15:30 radələrində yaşadığı evin pəncərəsindən başını çıxarıb siqaret çəkən zaman Əfsanənin evin həyət qapısından küçəyə çıxdığını və əlində sellofan torbanın olduğunu, ancaq Əfsanə Valehi görüb yenidən qayıdaraq evin həyətinə girdiyini, Əfsanənin yanında bir nəfər başqa şəxsi də gördüyünü, lakin həmin şəxsi tam görə bilmədiyini demişdir. Valeh bu barədə Mətəbə dedikdən sonra Mətləb Tovuz Rayon Polis Şöbəsinə qızının itkin düşməsi barədə məlumat vermişdir. Mətləb polis şöbəsinə məlumat verdikdən sonra hadisə yerinə Tovuz RPŞ-nin əməkdaşları gəlmiş və onunla Mətləbin izahatlarını almaq üçün onları Tovuz RPŞ-nə aparmışlar. Tovuz RPŞ-də izahat verdikdən sonra onlar yaşadıqları evə qayıtmışlar. Bundan sonra 22 may 2023-cü il tarixədək Əfsanədən bir xəbər ala bilməmişlər. 22 may 2023-cü il tarixdə saat 14:30 radələrində Əfsanə onun bacısı X1 tanımadığı mobil telefon nömrəsindən zəng edib Səfər adlı şəxslə birlikdə evlənmək məqsədi ilə Xaçmaz rayonuna gəldiyini, xoşbəxt olduğunu, evdən özbaşına getməsi barədə polisə məlumat verməmələrini bildirərək zəngi sonlandırmışdır. Bundan sonra Elbəniz bu barədə dərhal əri Mətləbə zəng edib məlumat vermiş, Mətləb də həmin məlumatı dərhal Tovuz RPŞ-nin əməkdaşlarına bildirmişdir. Həmin gün, yəni 22 may 2023-cü il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları Mətləbə zəng edərək Əfsanəni tapdıqlarını demişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəmədə dindirilmiş şahid Qanuni nümayəndə ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaqdakı ifadəsində göstərmişdir ki, 2001-ci İldən daxili işlər orqanlarında, 2019-cu ildən isə Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı rütbəsində xidmət edir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onlarla arasında dostluq, düşmənçilik və ya şəxsi ədavəti olmamışdır. xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs itkin düşməsi ilə bağlı sonuncunun valideynləri aidiyyəti üzrə Tovuz RPŞ-nə müraciət etmiş və Zərərçəkmiş şəxs itkin düşməsi ilə əlaqədar həmin polis şöbəsində axtarış elan olunmuşdur. Axtarış elan olunduqdan sonra bununla bağlı Daxili İşlər Nazirliyinin Respublika ərazisində fəaliyyət göstərən yerli bölmə və idarələrinə məlumat verilmişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs məxsus ünvan 1 ünvanında yerləşən evdə saxlanılması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatına əsasən həmin gün saat 17 radələrində qeyd olunan ünvana getmişdir. Həmin ünvana çatdıqda evin yataqxana olduğunu və giriş qapısının çöl tərəfdən bağlanmış vəziyyətdə olduğunu görmüşdür. Daha sonra Təqsirləndirilən şəxs həmin yataqxanaya dəvət edilmişdir. Səfər qapını açdıqdan sonra o, içəriyə daxil olmuş və verilmiş əməliyyat məlumatı öz təsdiqini tapmışdır. Belə ki, Zərərçəkmiş şəxs həmin evdə olduğunu aşkar edərək sonuncunu özü ilə birlikdə Xaçmaz RPŞ-nə gətirmişdir. Şöbəyə gəldikdən sonra Tovuz RPŞ vasitəsilə Əfsanənin valideynlərinə bu barədə məlumat verilmişdir. O, həmin gün qeyd olunan faktla bağlı müvafiq araşdırma aparılması üçün Xaçmaz RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənova raportla müraciət etmiş və etdiyi müraciət əsasında Xaçmaz RPŞ-nin İstintaq Bölməsində araşdırma başlanılmışdır. Aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə sosial şəbəkədə tanış olduğu və sonuncunu yuxarıda qeyd olunan ünvana gətirərək Əfsanə ilə təbii yolla cinsi əlaqədə olduğu müəyyən edilmişdir. İstintaq Bölməsində başlanmış cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmənin qərarına əsasən həbs edilmişdir. O, verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs məxsus ünvan 1 ünvanında yerləşən ev 1 yataq otağı və 1 mətbəx otağından ibarətdir. Təqsirləndirilən şəxs məxsus ünvan 1 ünvanındakı evin yerləşdiyi yataqxananın həyəti, o cümlədən həyətə çıxış üçün nəzərdə tutulmuş qapı var. O, həmin evə gedəndə qeyd olunan qapı açıq vəziyyətdə olmuşdur. O, yalnız yataqxananın giriş qapısının bağlı vəziyyətdə olmasını aşkar etmişdir. Yataqxananın qapısı bağlı olsa da, evin giriş qapısı və həyətə açılan qapı açıq olmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs məxsus ünvan 1 ünvanındakı evdə aşkar edən zaman Zərərçəkmiş şəxs başqa, yataqxanada digər şəxs və ya şəxslər olmamışdır. Əfsanə yataqxanada tək olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “şübhəli şəxs qismində tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X6 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 may 2023-cü il tarixdə Azərbaycan Respublikası CM- nin 152.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona qeyd olunan maddə ilə ittiham elan olunmuş və Xaçmaz Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli qərarı ilə barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, 11 avqust 2023-cü il tarixdə Xaçmaz RPŞnin İB-nin müstəntiqi, polis baş leytenantı X6 tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsindən həmin Məcəllənin 149.3.3-cü maddəsinə tövsif edilmiş və 11 avqust 2023-cü il tarixli qərarı ilə həmin cinayət işi istintaq aidiyyəti üzrə Xaçmaz rayon prokurorluğuna göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “hadisə yerinə baxış keçirilməsi haqqında” 23 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus Xaçmaz rayonu, Xudat şəhəri, Mərkəzi Malikanə küçəsi, ev 4 ünvanında yerləşən evin girişi bir yerdəndir və həmin evin giriş qapısı dəmir materialdan hazırlanmaqla qıfıl ilə bağlanır. Qeyd olunan dəmir qapıdan içəriyə daxil olanda içəridə eni təxminən 1 metr, uzunluğu isə təxminən 20 metr olan pəncərəsiz dəhliz vardır. Həmin dəhliz süni işıq ilə işıqlandırılır. Qeyd olunan dəhliz ilə təxminən 15 metr irəli getdikdən sonra Təqsirləndirilən şəxs sol tərəfdə yerləşən mənzilin qapısını açaraq ona məxsus 4 №-li mənzilin həmin mənzil olduğunu bildirmişdir. Mənzilin divarları açıq çəhrayı rənglə boyanmışdır, döşəməsi taxtadan olmaqla qəhvəyi rəngli, otağın tavanı isə ağ rəngli boyanmaqla köhnə təmirli bir otaqlı mənzildir. Otağa girişdən solda yerdə ədyallar sərilərək hazırlanmış yatmaq üçün yer vardır. Otağın mərkəzində bir ədəd masa, otağa giriş qapısı ilə üzbəüz isə hamam və sanitar qovşağa getmək üçün qapı vardır. Baxış zamanı Təqsirləndirilən şəxs 19 may 2023-cü il tarixdə gecə saat 02:30 radələrində Zərərçəkmiş şəxs ilə həmin ədyalın üzərində uzanıb cinsi əlaqədə olduğunu, cinsi əlaqədə olmazdan əvvəl sonuncunun 13 (on üç) yaşı olmasını bildiyini, lakin Zərərçəkmiş şəxs azyaşlı olmasına fikir verdmədiyini bildirmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs ədyalı göstərib ədyalın üzərindəki qanabənzər ləkənin cinsi əlaqə zamanı cinsiyyət orqanından gələn qan olduğunu bildirmişdir. Qeyd olunan ədyal müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “hadisə yerinə baxış keçirilməsi haqqında” 22 avqust 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs yaşadığı Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən fərdi yaşayış evinin darvazasının qarşısıdır. Evin darvazası iki taylı olmaqla ağ rənglidir. Darvazanın qarşısından torpaq avtomobil yolu keçir. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs darvazanı döydüyünü və çölə çıxıb sonuncu ilə birlikdə torpaq yolla piyada getdikdən sonra asfalt örtüklü Tovuz- Aşağı Quşçu avtomobil yolunun qarşı tərəfinə keçib oradan taksiyə əyləşərək Tovuz şəhəri istiqamətində getdiyini bildirmişdir. Zərərçəkmiş şəxs fərdi yaşayış evinin qarşısından asfalt örtüklü avtomobil yoluna qədər olan məsafə 350 metrdir. Hadisə yerinə baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “əşyaya baxış keçirilməsi haqqında” 22 may 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olan zaman əynində olmuş bir ədəd cins şalvar, bir ədəd qısaqol köynək, bir ədəd tumanı təqdim etmiş və həmin predmetlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “əşyaya baxış keçirilməsi haqqında” 22 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olan zaman əynində olmuş bir ədəd cinsi şalvar, bir ədəd qısaqol köynəyi təqdim etmiş və həmin predmetlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “mobil telefona baxış keçirilməsi haqqında” 31 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş smartfon tipli mobil telefon “Galaxy Note10+” markalı olmaqla telefonunda daxilində ***-***-**-** mobil telefon nömrəsi mövcuddur. Telefona quraşdırılmış “Snapchat” mobil tətbiqinə daxil olduqda həmin mobil tətbiqdə Təqsirləndirilən şəxs məxsus ”sfr_kavazov23” adlı profil vardır. Tətbiqin mesajlar bölməsinə daxil olarkən “Zərərçəkmiş şəxs" adlı istifadəçinin adının olduğu görünür. Həmin istifadəçi adına toxunduqda istifadəçiyə yazılmış hər hansı mesaj aşkar edilməmişdir. Telefonun “qalareya” bölməsində 15 may 2023-cü il tarixdə “Snapchat” mobil tətbiqindən yüklənmiş, Zərərçəkmiş şəxs aid 01 ədəd fotoşəkil aşkar olunmuşdur. Həmin telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 23 may 2023-cü il tarixli, 241 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - boyun nahiyəsinin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti müayinədən 3-4 gün əvvələ uyğun gəlir, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 3-4 gün əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş komisyon məhkəmə-tibb ekspertizasının 02 iyun 2023-cü il tarixli, 229 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxsmn boyun nahiyəsinin sağ və sol tərəflərinin qançıları müəyyən edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmiş, törənmə müddəti müayinədən 4-5 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxsmn qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinə günündən 2 həftəyə qədərdir. Zərərçəkmiş şəxs arxa keçəcəkdə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmam göstərən əlamətlər aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 14 iyul 2023-cü il tarixli, 280 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş komisyon məhkəmə-psixoloji ekspertizasının 24 may 2023-cü il tarixli, 1445 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və psixoloji yetişkən olmaması nəzərə alınmaqla o, onunla edilən hərəkətləri tam həcmdə qavramaq və anlamaq, həmin hərəkətlərin sosial mahiyyətini dərk etmək qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilməmişdir. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün təsvir edə və bu barədə məlumat verə bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş komisyonkompleks ambulator məhkəmə-psixiatrik və əlavə komisyon psixoloji ekspertizasının 04 iyul 2023-cü il tarixli, 1819 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda primitiv şəxsin cizgiləri müəyyən edilir. Zərərçəkmiş şəxs ona qarşı edilən hərəkətlər zamanı hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq əlamətləri aşkar olunmamışdır. Bununla yanaşı qeyd edilməlidir ki, yaş xüsusiyyətlərini nəzərə almaqla onunla edilən hərəkətlərin mahiyyətini yetkin şəxsin anladığı həcmdə dərk etməmişdir. Zərərçəkmiş şəxs hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Belə ki, yuxarıda göstərildiyi kimi onda hazırkı müayinə zamanı hər hansı bir psixi xəstəlik və kəmağıllıq müəyyən edilmir. Lakin yaş xüsusiyyətlərini və təfəkkürünün primitivliyini nəzərə alaraq onun öz hüquq və vəzifələrini müstəqil həyata keçirmək iqtidarında olmadığı müəyyən edilir. Zərərçəkmiş şəxs yaş xüsusiyyətlərini nəzərə alaraq onunla baş vermiş hadisəni tam həcmdə dərk etməsə də, baş verənləri düzgün təsvir etmək iqtidarındadır. Zərərçəkmiş şəxs yalan danışmağa meyillilik əlamətləri müşahidə edilməmişdir. Zərərçəkmiş şəxs ona qarşı cinayət əməli törədilən zaman psixi-emosional halında qorxu, həyəcan yaranmışdır. Keçirdiyi emosional halın yaranma səbəbləri situasiya ilə şərtlənmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş əlavə komisyon məhkəmə-psixoloji ekspertizasının 25 iyul 2023-cü il tarixli, 11/359 nömrəli rəyindən görünür ki, xx xxxxx 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs əsas fərdi-psixoloji xüsusiyyətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Zərərçəkmiş şəxs əqli və psixi inkişafına, fərdi-psixoloji xüsusiyyətlərinə, emosional halına görə ona qarşı edilən seksual hərəkətlərin xarakterini və mahiyyətini tam dərk etmək, həmin hərəkətlərə qarşı müqavimət göstərmək və öz hərəkətlərini tam idarə etmək qabiliyyətinə malik deyildir. Zərərçəkmiş şəxs baş vermiş hadisəni düzgün qavramaq və təsvir etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs fərdi-psixoloji xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmur. Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqazidd hərəkətlər zamanı və hadisədən sonra qorxu ilə müşayiət olunan emosional gərginlik halında olmuşdur. Həmin halın yaranması onun qarşıladığı şəraitlə - Təqsirləndirilən şəxs onu tanımadığı yerə gətirməsi, iradəsinə zidd olaraq onunla cinsi əlaqədə olması və ailəsinin yanına getməyə icazə verməməsi ilə şərtlənmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş komisyonkompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 15 iyul 2023-cü il tarixli, 1927 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən onda hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Qərarın təsviri hissəsində qeyd olunan cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində iş üçün sübut əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 22 iyun 2023-cü il tarixli, 357/2023-MTBŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qan qrupu: B(lll)RH+(şəxsiyyət vəsiqəsindən). Onun ifrazatlarında, o cümlədən ağız suyu nümunəsində “B” antigeni vardır. Zərərçəkmiş şəxs qan qrupu: A(ll)RH+(şəxsiyyət vəsiqəsindən). Onun ifrazatlarında, o cümlədən ağız suyu nümunəsində “A” antigeni vardır. Məhkəmə bioloji ekspertizaya təqdim olunmuş hadisə yerindən götürülmüş 01 (bir) ədəd yorğanın bir səthində zəif intensivlikli insan qanı qarışmış sperma ləkəsi və ona yaxın sahədə yerləşmiş qan qarışmayan sperma ləkəsi aşkar olunmuşdur. Bu ləkələrdə olan qan və ifrazatların(spermanın) ABO sistemi üzrə qrup mənsubiyyətlərinin təyini zamanı hər iki ləkədə “A" və “B” antigenləri alınmışdır. “A" antigeni ABO sistemi üzrə A(ll) qruplu şəxsin(şəxslərin), o cümlədən Zərərçəkmiş şəxs, “B" antigeni isə B9İİ) qruplu şəxsin(şəxslərin), o cümlədən Təqsirləndirilən şəxs qrup mənsubiyyətlərini xarakterizə etdiklərindən göstərilən halda hadisənin məzmunu və tədqiqat zamanı alınan göstəricilər nəzərə alınmaqla yorğanda göstərilən hər iki ləkədə ABO sistemi üzrə Təqsirləndirilən şəxs sperması, Zərərçəkmiş şəxs ifrazatı, bir ləkədə isə həmçinin onun zəif İntensivlikli qan qarışığı inkar olunmur. Tədqiqata təqdim edilmiş yorğanın hər iki səthində olan digər ləkələrdə isə tədqiqat zamanı qan və sperma aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə lifli materialların kriminalistik ekspertizasının 23 iyun 2023-cü il tarixli, 6/3305 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs geyim paltarlarının üzərlərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti 1 saylı cədvəlində göstərilmişdir. Həmin kənar lif mikrohissəciklərin arasında Zərərçəkmiş şəxs şalvarının üzərindən aşkar edilmiş tünd göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs şalvarının üzərindən aşkar edilmiş açıq çəhrayı rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs alt tumanının tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs şalvarının üzərindən aşkar edilmiş göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, zərərçəkmiş və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Müdafiə tərəfinin vəsatətinə əsasən qəbul edilmiş məhkəmə qərarının icrası ilə bağlı "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə təqdim olunaraq iş materiallarına əlavə olunmuş və məhkəmədə elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinin anten məlumatlarında xx.xx.2023cü il tarixdə, saat 11:54-də Təqsirləndirilən şəxs mobil telefon nömrəsinin anten dairəsinin Kürdəmir rayonu, Sığırlı kəndində olduğu görünür. Məhkəmə tərkibi həmin məlumatları müzakirə edərək bu qənaətə gəlmişdir ki, Bakı şəhərindən Xaçmaz rayonuna gedərkən avtomobilin Kürdəmir rayonundan keçməsi ağlabatan deyildir, lakin Bakı şəhərindən Tovuz rayonuna gedərkən avtomobilin Kürdəmir rayonundan keçməsi mümkündür və bu hal daha məntiqə uyğundur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdə Bakıya gedib ordan da Xudat şəhərinə qayıtması barədə dediklərinin qeyd edilən sübutla təkzib edildiyini və ittihamda göstərildiyi kimi onun xx.xx.2023-cü il tarixdə Xudat şəhərindən Bakıya oradan isə Tovuz rayonuna getdiyinin sübut olunduğunu qeyd edir. Hazırkı cinayət işi üzrə, ibtidai istintaqın gedişindən məlum olur ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək Zərərçəkmiş şəxs onunla könüllü cinsi əlaqədə olduğunu, cinsi əlaqədə olmamışdan əvvəl Zərərçəkmiş şəxs yaşının 13 olması ilə bağlı məlumatı olmadığını, sonuncu ilə 01 dəfə təbii yolla cinsi əlaqədə olduğunu bildirmişdir. Lakin hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs 19 may 2023-cü il tarixdə gecə saat 02:30 radələrində Zərərçəkmiş şəxs ilə həmin ədyalın üzərində uzanıb cinsi əlaqədə olduğunu, cinsi əlaqədə olmazdan əvvəl sonuncunun 13 yaşı olmasını bildiyini, lakin Zərərçəkmiş şəxs azyaşlı olmasına fikir vermədiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsində, ümumiyyətlə, onun cinsi əlaqədə olmadığını, onun yaşının az olduğunu bildikdən sonra ona toxunmadığını, ibtidai istintaq dövründəki ifadəsini Zərərçəkmiş şəxs ailəsinin yanında pis vəziyyətə düşməsin deyə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin həm özünün ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrlə, habelə zərərçəkmiş şəxsin ifadəsi ilə təkzib olunması; təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ilkin ifadələrlə məhkəmədə müəyyən olunan və iş üzrə şahidlərin ifadələri ilə üst-üstdə düşməsi; iş üzrə şahid ifadələrinin, mobil telefon operatorlarının çıxarışları ilə bir daha təsdiq olunması bir daha sübut edir ki, Təqsirləndirilən şəxs on dörd yaşına çatmayan zərərçəkmiş şəxsin, yəni Zərərçəkmiş şəxs ona qarşı edilən seksual hərəkətlərin xarakterini və mahiyyətini tam dərk etmək, həmin hərəkətlərə qarşı müqavimət göstərmək və öz hərəkətlərini tam idarə etmək qabiliyyətinə malik olmamasından, yəni köməksiz vəziyyətindən istifadə edərək evlənəcəyinə dair inandırıb onu oğurlayaraq yaşadığı evə gətirmiş və həmin evdə fiziki güc göstərib zor tətbiq etməklə Zərərçəkmiş şəxs xəsarət yetirib sonuncunun iradəsinə zidd olaraq zərərçəkmiş şəxslə təkrar cinsi əlaqədə olmuşdur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3 və 149.3.3-cü maddələri ilə düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü, xx.xx.2013-cü il təvəllüdlü və xx.xx.2015-ci il təvəllüdlü 03 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 61.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini sair alçaq niyyətlərlə törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halın və ağırlaşdıran halın olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutuılmuş və Xaçmaz Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Xaçmaz Rayon Prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvar və 01 ədəd tuman və Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və Təqsirləndirilən şəxs məxsus 01 ədəd smartfon tipli mobil telefon onun yaxın qohumlarından birinə qaytarımalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 294 (iki yüz doxsan dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə mülki iddia verilməmiş və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.3 və- 149.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-nin 144.3-cü maddəsi ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 149.3.3-cü maddəsi ilə 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 23 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub Xaçmaz Rayon Prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvar və 01 ədəd tuman və Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və Təqsirləndirilən şəxs məxsus 01 ədəd smartfon tipli mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılsın. Təqsirləndirilən şəxs 294 (iki yüz doxsan dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar