Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-337/2024 20.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X8 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – X7 iştirakları ilə, xx.xx.1999-cu ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X11 xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Xaçmaz şəhəri, Ziya Bünyadov küçəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd bükümdə ayrı-ayrılıqda 0,293 qram və 0,310 qram, ümumi 0,593 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib daşımış və üzərində saxlamış, 27 aprel 2023-cü il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı saat 15:50-də Xaçmaz şəhəri, F.Kərimzadə küçəsində saxlanılaraq Xaçmaz şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, həmin günü saat 16:55-dən saat 17:10-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı “Sobranie” siqaret qutusunda 2 ədəd bükümdə 0,293 qram və 0,310 qram olmaqla ümumi 0,593 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə saat 04 radələrində Abşeron rayonu, Novxanı kəndi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qırmızı rəngli “Davidoff” siqaretinin yarımçıq qutusunun içərisində bir ədəd bükümdə külli miqdarda 9,147 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində daşımış və saxlamış, xx.xx.2023-cü il tarixdə saat 05 radələrində Abşeron rayon polis idarəsinin PPXB-nün əməkdaşları tərəfindən Abşeron rayon, Saray qəsəbəsi “Saray Petrol” və “Saray MTK” yaxınlığında saxlanılaraq, Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin inzibati binasına gətirilmiş və həmin günü saat 06:55-dən saat 07:20 kimi olan müddət ərzində xidməti iş otağında üzərinə keçirilən şəxsi| axtarış zamanı əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən qırmızı rəngli “Davidoff’ siqaretinin yarımçıq qutusunda bir ədəd bükümdə külli miqdarda çəkisi 9,147 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs X11 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, təxminən il yarımdır ki, narkotik maddələrdən istifadə edir. 06 iyun 2023-cü il tarixdə saat 04 radələrində Abşeron rayonu, Novxanı kəndi ərazisində gəzdiyi zaman bir ədəd qırmızı “Davidof’ markalı siqaretin yarımçıq qutusunu görmüş və ayağı ilə qabağa vurmuşdur. Bundan sonra qutunu götürüb açdıqda içərisində şəffaf və qırmızı selofonda olan bükümün içərisində narkotik vasitə hesab etdiyi heroin olduğunu bilib həmin selofon bükümünü qutusuna qoyub mavi rəngli cins şalvarının arxa sağ yan cibində öz şəxsi istifadəsi üçün saxlamışdır. 06 iyun 2023-cü il tarixdə saat 05 radələrində şəhərə doğru Abşeron rayonu, Saray qəsəbəsi, Saray Petirol və Saray MTK adlanan ərazinin yaxınlığında olan zaman özlərini polis əməkdaşı kimi təqdim edən iki nəfər polis əməkdaşı ona yaxınlaşıb onun narkotik vasitə qanunsuz əldə edib üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib onu şübhəli şəxs qismində saxlamış və onu X15 dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə X15 gəlmişdir. Saray polis bölməsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş və razılığı əsasında müdafiəçi dəvət edilmiş, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı polis əməkdaşları ona bildirmişlər ki, üzərinə şəxsi axtarış keçirəcəklər, əgər üstündə saxlanılması qadağan olunan əşya və predmet varsa onu təqdim etsin. Bu zaman əynində olan mavi rəngli cins şalvarın arxa sağ yan cibində olan bir ədəd bir ədəd qırmızı “Davidov’ markalı siqaretin yarımçıq qutusunun içərisində şəffaf və qırmızı selofona bükülmüş heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və başqa üzərində saxlanılması qanunla qadağan edilmiş başqa hər hansı əşya aşkar edilməmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümü açıb baxmış və içərisində olan qəhvəyi rəngli toz halında kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlə barədə ondan maraqlandıqda bildirmişdir ki, həmin kütlə narkotik vasitə heroindir. Sonra həmin bükülüdə olan narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək boş zərfə qoyulmuş və qablaşdırılaraq möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib olunduqdan sonra isə o və polis əməkdaşları zərfə və protokola imza etmişlər. Polis əməkdaşları tərəfindən verilən sorğu sual zamanı o, üzərindən aşkar edilmiş heroinin özünə məxsus olduğunu, həmin kütləni Saray MTK ərazisinin yaxınlığında yerdən tapdığını bildirmiş, heç kimə narkotik vasitə satmadığını, başqa heç yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Bundan başqa göstərmişdir ki, 26 aprel 2023-cü il tarixdə təxminən saat 16 radələrində Xaçmaz şəhəri, Ziya Bünyadov küçəsində olan körpünün altından keçib gedərkən yerdə bir ədəd “Sobranie” markalı siqaret qutusunun olduğunu görmüşdür. Həmin siqaret qutusunu götürüb baxanda görmüşdür ki, qutunun içərisində olan selofonun içərisində 02 ədəd sarı rəngli selofon vardır. Həmin selofon bükümləri açıb baxdıqda görmüşdür ki, hər iki selofon bükümün içərisində narkotik vasitə olan heroin vardır. Özü də narkotik vasitədən istifadə etdiyi üçün “Sobranie” markalı siqaret qutusunun içərisində olan selofonun içərisində tapdığı heroini atmayaraq əynində olan şalvarın sağ yan cibinə qoyub saxlamış ki, sonradan özü istifadə etsin. Həmin gün tapdığı narkotik vasitə heroindən bir qədər istifadə edib qalanını “Sobranie” markalı siqaret qutusunun içərisinə, həmin qutunu isə əynində olan şalvarın sağ yan cibinə qoymuşdur. 27 aprel 2023-cü il tarixdə saaat 15:50 radələrində Xaçmaz şəhəri, F.Kərimzadə küçəsi ilə gedərkən saat 15:50 radələrində ona polis əməkdaşları yaxınlaşıb narkotik vasitə qanunsuz əldə edib üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib onu şübhəli şəxs qismində saxlamış və Xaçmaz rayon PŞ-nə dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-yə gəlmişdir. Polis şöbəsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş və razılığı əsasında müdafiəçi dəvət edilmişdir. Polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Bu zaman o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd “Sobranie” markalı siqaret qutusunu, bir ədəd pul kisəsini, bir ədəd Huavei 8A markalı mobil telefonu, bir ədəd bank kartını, sağ yan cibindən bir ədəd alışqanı çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Polis əməkdaşları təqdim etdiyi siqaret qutusunu açıb baxmış və onun içərisində olan 2 ədəd sarı rəngli bükümü açıb baxmış və içərisində olan qəhvəyi rəngli toz halında kütlə aşkar edilmişdir. Aşkar edilmiş toz şəkilli kütlə barədə ondan maraqlandıqda həmin kütlə kokos kimi tanıdığı narkotik vasitə heroindir və həmin bükümləri özünə məxsus olmaqla körpünün altından tapdığını və özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra həmin bükülü elektron tərəzinin üzərinə qoyulub çəkilmiş və selofonla birlikdə heroinin çəkisinin 0,76 qram olması müəyyən edilmişdir. Sonra həmin bükülüdə olan narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək ağ vərəqə qoyulmuş, narkotik vasitə və mobil telefon ayrı-ayrılıqda qablaşdmlaraq möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib olunduqdan sonra isə o və polis əməkdaşları zərfə və protokola imza etmiş, sonra aşkar edilmiş bir ədəd pul kisəsi, bir ədəd bank kartı 3 ədəd bir manatlıq əskinaz götürülməyərək özünə qaytarılmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, 06 iyun 2023-cü il tarixdə polis nəfəri Şahid1lə birlikdə xidmətdə olmuşdur. Həmin günü saat 05:50 radətərində Abşeron rayonu, Saray qəsəbəsi, Saray MTK ərazisində xidlmət apararkən bir nəfər vətəndaşın ərazidə özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Həmin şəxs bizi gördükdə özünü şübhəli aparmağa başlamış, həmin vətəndaş özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron rayon Polis İdarəsinin Saray PB-nə dəvət edilmişdir. Polis Bölməsinə gəldikdə həmin şəxs üzərində narkotik vasitə olduğunu etiraf edərək bildirmişdir. Polis bölməsində həmin şəxsin şəxsiyyəti müəyyən edliərək xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Polis bölməsində xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olub-olmadığını soruşuldu və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qırmızı rəngli “Davidoff’ siqaretinin yarımçıq qutusunda narkotik vasitə heroinə bənzər kütləni çıxarıb təqdim etmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddənin narkotik maddəkakos kimi tanıdığı heroin olduğunu və həmin maddəni xx.xx.2023-cü il tarixdə Novxanı kəndi ərazisində tapdığını və özünün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildi, şəxsi axtarış zamanı onun üzərində başqa qanımla saxlanılması qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sonra aşkar edilmiş heroinə oxşar kütlə zərlə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol hər bir iş tirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə baxışında ifadəsi elan olunmaqla araşdırılmış Şahid1 işin halları ilə bağlı Şahid2la eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdiyi müəyyən edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, bu səbəbdən 27 aprel 2023-cü il tarixdə əməliyyat tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmiş və əməliyyat müvəkkili Şahid3lə birlikdə əməliyyat qrupu yaradılmışdır. Həmin günü saat 15:50 radələrində Təqsirləndirilən şəxs Xaçmaz rayonu, F.Kərimzadə küçəsində olduğu müəyyənləşdirildikdən sonra ona həmin ərazidə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotk vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli olduğu üçün üzərində şəxsi axtarış keçirilməsi üçün Xaçmaz rayon PŞ-nə dəvət edilmişäir. Polis Şöbəsinə xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olub-olmadığını soruşuldu və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “Sobranie” markalı siqaret qutusunu, bir ədəd pul kisəsini, bir ədəd Huavei 8A markalı mobil telefonu, bir ədəd bank kartını, sağ yan cibindən bir ədəd alışqanı çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və başqa üzərində saxlanılması qanunla qadağan edilmiş başqa hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusu açılıb baxılmış və onun içərisində olan 2 ədəd sarı rəngli bükümü açıldıqda içərisində qəhvəyi rəngli toz halında olan kütlə aşkar edilmişdir. Aşkar edilmiş toz şəkilli kütlə barədə Təqsirləndirilən şəxs maraqlandıqda bildirmişdir ki, həmin kütlə kokos kimi tanıdığı narkotik vasitə heroindir və həmin bükümlər özünə məxsus olmaqla körpünün altından tapdığını və özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra həmin bükülü elektron tərəzinin üzərinə qoyulub çəkilmiş və selofonla birlikdə heroinin çəkisinin 0,76 qram olması müəyyən edilmişdir. Sonra həmin bükülüdə olan narkotik vasitə götürülərək ağ vərəqə qoyulmuş, narkotik vasitə və mobil telefon ayrı-ayrılıqda qablaşdırılaraq möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib olunduqdan sonra isə zərfə və protokola imza etmiş, sonra aşkar edilmiş bir ədəd pul kisəsi, bir ədəd bank kartı 3 ədəd bir manatlıq əskinaz götürülməyərək özünə qaytarılmışdır. Məhkəmə baxışında ifadəsi elan olunmaqla araşdırılmış şahidlər Şahid3 və Şahid4 işin halları ilə bağlı Şahid5la eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdikləri müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Xaçmaz şəhəri, İ.Qayıbov küçəsi, ev 33-də qeydiyyatda olmaqla Xaçmaz şəhəri, Sara Xatun küçəsi, ev 33-də yaşayan xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması və istifadə etməsi barədə etibarlı mənbədən əməliyyat yolu ilə məlumat daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs saxlandığı zaman onun yaşadığı evə, avtomobilinə və olduğu digər qapalı yerlərə baxış keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Təqsirləndirilən şəxs barədə daxil olmuş əməliyyat məlumatı əsasında o, xx.xx.2023-cü il tarixdə saat təxminən 15:50-də Xaçmaz şəhəri, F.Kərimzadə küçəsində saxlanılaraq Xaçmaz RPŞ-nə gətirilmişdir. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş «şəxsi axtarış və götürmə» protokolundan görünür ki, Təqsirləndirilən şəxs 27 aprel 2023-cü il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı saat 15:50-də Xaçmaz şəhəri. F.Kərimzadə küçəsində saxlanılaraq Xaçmaz şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, həmin günü saat 16:55don saat 17:10-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı "Sobranie" siqaret qutusunda 2 ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün polislər tərəfindən X15 gətirilmişdir və bu zaman üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş «şəxsi axtarış və götürmə» protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 05 radələrində Abşeron rayon polis idarəsinin PPXB-nün əməkdaşları tərəfindən Abşeron rayon Saray qəsəbəsi “Saray Petrol'’ və “Saray MTK” yaxınlığında saxlanılaraq, Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin inzibati binasına gətirilmiş və xidməti iş otağında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qırmızı rəngli “Davidoff” siqaretinin yarımçıq qutusunda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2023-cü il tarixli 6/2456 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №56 dairəvi möhür əksi» və «...Təqsirləndirilən şəxs üzərindən aşkar edilən tünd qəhvəyi rəngli maddə ; Təqsirləndirilən şəxs - imza, iştirak etdi: 3 imza, müstəntiq Şəhriyar Kərimli imza» yazı əlavəsi qeyd edilmiş bir ədəd zərfdə 02 ədəd bükümlərdəki 0,283 qram, 0,310 qram, ümumi təmiz çəkisi 0.593 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyavi komponentərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə vasitə heroindir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyun 2023-cü il tarixli 6/3191 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs üzərindən...» sözləri ad və soyad və imzalar olan bir ədəd zərfdə bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 9.147 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə vasitə heroindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji dispanserini 29 iyul 2023-cü il tarixli 4830 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi mülicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, X11 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. X11 barəsində 29 aprel 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Tutma haqqında protokol”dan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, X11 barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Saray qəsəbəsində yaşayan xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Xaçmaz şəhəri. F.Kərimzadə küçəsində saxlanılaraq saxlanılaraq Xaçmaz rayon polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin narkotik vasitə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Saray qəsəbəsində yaşayan xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs saxlanılaraq Abşeron rayon polis idarəsinin X15 gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin narkotik vasitə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X11 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, onun özünün etirafedici ifadəsilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X7 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 16.1-ci maddəsinə görə bu məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir; 17.3-cü maddəsinə görə şəxs cinayət məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X7 cəzasını yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətləri təkrar törətməsi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X9 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən (müəyyən olunmamışdır) və ağırlaşdıran hallar habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda təqsirləndirilən şəxs X7 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X11 ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, X11 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. X11 barəsində 29 aprel 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, təkrar cinayət törətdiyinə görə X14 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində cəlb edilmişdir. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla X11 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, X7 cəzasını çəkməsinin əvvəli 06 iyun 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən İmran Məhhərrəmovun 02 (iki) gün həbsdə saxlanıldığı müddət ona təyin olunan qəti cəzadan çıxılmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, X9 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 147 (yüz qırx yeddi) manat məhkəmə məsrəfi təqsirləndirilən şəxs X5 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. X7 üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Abşeron rayon polis idarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş qalıq çəkisi 9,147 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 0,593 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir, 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən X9 təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaları qismən toplamaqla ona qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. X7 27 aprel 2023-cü il tarixdən 29 aprel 2023-cü il tarixədək tutulduğu müddət, yəni 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanaraq, üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 iyun 2023-cü il tarixdən hesablansın. X7 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 147 (yüz qırx yeddi) manat məhkəmə məsrəfi təqsirləndirilən şəxs X5 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. X7 üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Abşeron rayon polis idarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş qalıq çəkisi 9,147 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 0,593 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (X11 isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nurəddin Hüseynli Hakimlər Nahid Mirzəyev Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(124)-337/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-337/2024
20.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver