Məhkəmə qərarları › İş №1(124)-337/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-337/2025

10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-337/2025 10.09.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X13 və X7 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi - Şimal Vəkil Bürosunun vəkili X5, Zərərçəkmiş şəxsin hüquqi varisi – X6, Zərərçəkmiş şəxsin hüquqi varisinin qanuni nümayəndəsi – Fərdi qaydada fəaliyyət göstərən vəkil X8, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Sumqayıt şəhər məhkəməsinin 30 yanvar 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 yanvar 2025-ci ildə, xx.xx.1993-cü il təvəllüdlü arvadı Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Whatsapp” mesajlaşma tətbiqi vasitəsilə yazılan SMS silindiyindən arvadı Zərərçəkmiş şəxs başqa kişi ilə ona xəyanət etməsindən şübhələnərək 2 gün sonra öz mobil telefonunda səs yazma tətbiqini aktivləşdirib yaşadıqları evdə qoyub getmiş, daha sonra bir neçə gün ərzində səs yazılarına təkrar- təkrar qulaq asıb, oradakı səslərdən evə tanımadığı bir kişinin gəldiyinə və Zərərçəkmiş şəxs xəyanət etməsinə özünü inandırmış, buna görə də qisas almaq niyyətilə 29 yanvar 2025-ci il, saat 04 radələrində, yaşadıqları ünvan 1 ünvanında yerləşən mənzilin yataq otağında arvadı Zərərçəkmiş şəxs ilə bu mövzuda söhbət edərək səs yazısını sonuncuya təqdim etmiş və ona nə üçün xəyanət etdiyini soruşmuş, Zərərçəkmiş şəxs isə səs yazılarından heçnə anlaşılmadığını bildirərək, ona xəyanət etmədiyini söylədikdən sonra sonuncunu öldürmək qərarına gəlmiş və mətbəxə keçərək oradan soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış ümumi uzunluğu 320 mm olan məişət təyinatlı mətbəx bıçağını götürüb yenidən Zərərçəkmiş şəxs yanına qayıdaraq, nahaq yerə ona xəyanət etdiyini söyləyib, əlində saxladığı bıçaqla müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, xüsusi əzab və iztirab verdiyini dərk edib Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə çox saylı zərbə endirib, ona həyat üçün təhlükəli olan və qanitirmə ilə əlaqədar ölümlə nəticələnən sağlamlığa ağır zərər vuran döş qəfəsinin sağ və sol yarısının döş boşluğuna keçərək hər iki ağciyəri zədələyən 6 ədəd, burunun, boyunun, sol yanağın, sol körpücük altı və körpücük üstü nahiyənin, sol bazunun, sol budun, sol diz oynağının arxa səthinin, sağ əlin sağlamlığa yüngül zərər vuran 18 ədəd olmaqla ümumilikdə 24 ədəd kəsilmiş-deşilmiş yaraları xəsarətlərini yetirərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, o, ilk öncə bildirmişdir ki, zərərçəkmiş şəxsin biri də onun özüdür. Həyat yoldaşı onun düşməni olmamışdır. Onun ömür-gün yoldaşı olmuşdur. Müstəntiq ittiham aktında olmayan bir şeyləri yazmışdır. O, müstəntiqə hər şeyi danışmıdır. Müstəntiq özü də onun danışdıqlarına inanmışdır. Telefonda da smslər vardır. O, cinayət etdiyini etiraf edir. O, xəyanətə görə bu əməli törətmişdir. O, yoldaşının ona xəyanət etdiyini düşündükdən sonra evə səs yazısını qoymuşdur. Həmin səs faylına hər şey düşmüşdür. Həmin səs faylına sonradan müdaxilə olunmuşdur. İttihamda aktında göstərilən ünvan və tarix düzgündür. O bıçağı mətbəxdən götürmüşdür. Həmin vaxtı evdə uşaqlar olmuşdur. Evdə olmalarına baxmayaraq həmin vaxtı yatmışlar. Hadisə gecə saat üç və ya dörd arası olmuşdur. Telefonu səs yazsın deyə qoymuşdur. Səhər onun yarısına kimi səs yazmışdır. Onu vurandan sonra xəyanət etdiyini etiraf etmişdir. O, ekspert rəyində yazılanlardan sonra 18 ədəd bıçaq zərbəsi vurduğunu demişdir. O, bir və ya iki ədəd bıçaq zərbəsi vurduğunu zənn etmişdir. İtttiham aktında isə onun xatırlamadığı sayda bıçaq zərbəsi vurduğu qeyd edilmişdir. O, ifadə verəndə vurduğu bıçaq zərbələrinin sayını xatırlamadığını demişdir. O, hazırda iki bıçaq zərbəsi vurduğunu xatırlayır. 8, 12 və 13 yaşlı övladları vardır. Evdə qışqırıq səsləri olmamışdır. Xəyanətlə bağlı yoldaşı ilə əvvəllər söhbəti olmamışdır. Kimlə xəyanət etdiyini dəqiq bilməmişdir. Yazdığı səs faylında səslər vardır. Həmin səs faylında olan səsi tanış bir şəxsin səsinə bənzətmişdir. Uşaqlar evdə olmuş, amma yatmışlar. Əvvəllər yoldaşı ilə aralarında münasibət normal olmuşdur. Əvvəllər mübahisələri olmuşdur. Amma xəyanət etməsi üzərində əvvəllər mübahisələri olmamışdır. Arada bir dalaşmışlar. Hətta həyat yoldaşının anası ilə də münasibətləri normal olmuşdur. Yoldaşı xəstə olanda ona yemək də bişirmişdir. Normal ailə olmuşlar. Yoldaşı hətta qazdan zəhərlənəndə onu həyata qaytarmışdır. O, yoldaşı olmadan həyatını təsəvvür belə etməmişdir. Əməlindən peşmandır. Onun xüsusi amansızlıqla öldürmək niyyəti olmamışdır. Uşaqlardan heç biri orada olmamışdır. O, özü cinayəti törədəndən sonra gedib təslim olmuşdur. Daha sonra uşaqları zərərçəkmiş şəxsin hüquqi varisi onların yaşadıqları mənzilə gələrək özünün yaşadığı mənzilə aparmışdır. O, səs yazısını yanvar ayının iyirmi dördü yazmışdır. Səs yazanı giriş qapısının üzərinə qoymuşdur. O səs yazısını ona görə qoymuşdur ki, yoldaşının telefon danışığını aşkara çıxarsın. Həmin günü də özü toyda olmuşdur. O səs faylına isə ayın iyirmi beşindən qulaq asmağa başlamışdır. Səs faylı dörd saatdan çox olmuşdur. Onu çaşdıran telefonuna proqram yüklənərək harada olduğunun izlənməsi olmuşdur. O, ayın iyirmi beşinin axşamından iyirmi səkkizinə kimi səs faylına hissə-hissə qulaq asmışdır. Gözlə gördüyü məsələ ayın iyirmi ikisinə münasibətdə orada yazılmışdır. Zərərçəkmiş şəxsin anası da bilmişdir. Zərərçəkmiş şəxsin anası da səs faylına qulaq asmışdır. Hadisənin səbəbi ona gün kimi aydın olmuşdur. O, bu məsələni zərərçəkmiş şəxsin valideynləri ilə oturub danışaraq məsləhətləşməyi əhəmiyyətsiz bilmişdir. Onun fikrincə bu məsələ öz həllini tapmalı imiş. O, həmin səs yazısına üç gün müddətində qulaq asmışdır. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun arvadı olmaqla münasibətləri əvvəllər yaxşı olmuş, belə ki, onlar 201 1-ci ildə ailə həyatı qurmuş və bu evlilikdən 2- si oğlan, 1-i qız olmaqla 3 övladları dünyaya gəlmiş, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşamış, o, avtomobilini toylara kirayə verməklə fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, arvadı Zərərçəkmiş şəxs isə evdar qadın olmuş, övladlarının hər 3-ü məktəbə getmiş, Zərərçəkmiş şəxs ilə əvvəllər aralarında hər hansı bir dava-dalaş olmamış, yalnız arabir məişət zəminində xırda mübahisələri olmuş, təxminən 22 yanvar 2025-ci ildə günorta saatlarında o, evdə olarkən Səbinənin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Whatsapp” tətbiqi vasitəsilə hazırda xatırlamadığı bir nömrədən mesaj gəldiyini görmüş, Səbinə həmin vaxt onun yanında olmadığından o, mesajı açıb oxumuş və mesaj yazan şəxs Səbinəyə görüşməklə bağlı yazmış, həmin vaxt uşaqları evdə olduğundan o, bu barədə Səbinəyə heç bir söz deməmiş, bir neçə saatdan sonra Səbinədən xəbərsiz telefonuna bir daha baxdıqda həmin mesajın artıq silindiyini görmüş, Səbinəylə otaqda tək olduğundan o, Səbinəyə üstü örtülü şəkildə, kinayə ilə ona sadiq olduğunu bildirərək, buna görə minnətdarlığını bildirmiş, Səbinə isə ona razılığını bildirmiş, təxminən 2 gün sonra o, evdən çıxıb işə gedən zaman telefonunun səs yazan tətbiqini aktiv edərək mənzilin girişindəki dolabın üstünə qoymuş, həmin gün axşam evə gəldikdə telefonu oradan götürmüş və səs yazılarını yaddaşda saxlamış, lakin fürsəti olmadığından səs yazılarına həmin gün qulaq asa bilməmiş, təxminən 2 gün sonra o, həmin 4 saatlıq səs yazısına təxminən 2 gün ərzində hissə-hissə və təkrarən qulaq asmış, səs yazılarından evə başqa bir kişinin gəldiyini Səbinənin həmin kişi ilə sevgi münasibəti yaşadığını başa düşmüşdür. 29.01,2025-ci il tarixdə təxminən saat 3 radələrində uşaqları yatdıqdan sonra Səbinəni yuxudan oyatmış və Səbinəyə səs yazısını qulaq asdırıb, evə gələn kişinin kim olmasını soruşmuş, səs yazısı yaxşı eşidilmədiyindən Səbinə evə başqa kişinin gəldiyini və onunla sevgi münasibəti yaşamasını etiraf etməmiş, o, isə səs yazısına qulaqlıqla qulaq asdığından hər şeyi ətraflı başa düşmüş və Səbinə etiraf etmədiyi vaxt onda Səbinəni öldürmək niyyəti yaranmış, buna görə də o, mətbəxə keçmiş və gündəlik istifadə etdikləri bıçağı dolabdan götürüb yenidən Səbinənin yanına qayıtmış, otağın işığını yandırmış və Səbinəyə nahaq yerə ona xəyanət etdiyini bildirib əlindəki bıçaqla xatırlamadığı sayda zərbələr endirmiş, Səbinə ona müqavimət göstərdiyindən Səbinənin hansı nahiyələrinə zərbə endirdiyini xatırlamamış, Səbinə hərəkətsiz qaldıqda o, artıq dayanmış və Səbinənin öldüyünə əmin olmuş, bundan sonra paltarını dəyişib əl-üzünü yumuş və qonşuluqda yaşayan yeznəsi Şahid3 evinə gəlmiş, Kamran onu qarşıladıqda o, Kamrana Səbinəni öldürdüyünü, polisə təslim olmağa getdiyini söyləmiş və Kamrandan uşaqlarını evdən götürüb öz yanına aparmasını xahiş etmiş, həmçinin Kamrana uşaqlarına onun Səbinə ilə birlikdə bir müddətlik Qusar rayonuna, atasıgilin yanına getdiyini deməsini xahiş etmiş, bundan sonra o, Sumqayıt şəhər polis idarəsinə gələrək təslim olmuş və Səbinəni öldürdüyünü etiraf etmişdir. Daha sonra Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Səbinə ilə mübahisə edərkən uşaqları yatdığından, həmçinin evdə onlardan başqa heç kim olmadığından Səbinəni öldürməyini heç kəs görməmiş, o, mətbəxdən bıçağı götürüb Səbinənin yanına qayıtdıqda bıçağı əlində tutaraq, əlini arxasında gizlətmiş, buna görə də Səbinə onun əlində bıçağı görməmiş, o, Səbinəyə nahaq yerə ona xəyanət etdiyini söyləyib, əlini arxadan gətirərək Səbinəyə zərbələr endirmiş, Zərərçəkmiş şəxs ona əvvəllər xəyanət etməmiş, yalnız təxminən yanvar ayının 22-dən sonra xəyanət etdiyini bilmiş, Zərərçəkmiş şəxs ona xəyanət etməsi barədə ondan başqa heç kəsin məlumatı olmamış, Zərərçəkmiş şəxs bıçaqlayan zaman Səbinə oyaq olmuş, hətta ona müqavimət də göstərmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxs qızının, guya onun tərəfindən vurulanda xəyanət etdiyini etiraf etdiyini bildirmişdir. Onun qızı təqsirləndirilən şəxs tərəfindən bıçaqla vurulmamışdan əvvəl uşaqlarının yanına gedərək onları boynundan qucaqlamışdır. Uşaqlara “siz böyüyəndə məni başa düşəcəksiz” demişdir. Əgər qızı etiraf etmişdirsə, deməli, şəxs planlı iş görmüşdür. Xəyanətinə inanmamış şəxs qızını vuranda guya etiraf etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin hadisəni uşaqların eşitmədiyini demişdir. Amma səkkiz yaşlı qız nəvəsi yan otaqda yatmışdır. Qızı onun evinə gedən gündən qızına qarşı şiddət olmuşdur. Təqsirləndirilən şəxs öz ailəsinin hər bir üzvünə qarşı şiddət göstərmişdir. Qızı öz qaynınanasına dünyada ən bədbəxt ana kimi səslənmişdir. Qızı ona “öz ailəmi qoruyuram” deyirmiş. Qızı bu şəxsə nə qədər şiddət etsə də övladlarına görə dözəcəyini deyirmiş. Yəni qızı onun evinə getdiyi gündən vəziyyət belə olmuşdur. Mənzilin pərdəsinin azda olsa aralanmağı olmamışdır. Yaşadıqları ünvana dəfələrlə qızı üçün təcili yardım gəlmişdir. Uşaqlar anasından təcili yardım nə üçün gəlmişdir deyə soruşmuşlar. Hər dəfə uşaqlar soruşanda atanızın ona etdiyi əzablara görə təcili yardım gəldiyini deyirmiş. Onun qızı gecələr belə yata bilməmişdir. Qızında ani diksinmələr yaranmışdır. Qaz buraxması nəticəsində zəhərlənmədən sonra qızını güclə övladları ilə birlikdə Bakı şəhərinə aparmışdır. Qızını daha sonra yoxlanışdan keçirmişdir. Baş və beyin damarlarının sıxıldığını həkim demişdir. Həkim ona “qızınızın baş nahiyəsində damarlar elə bu dəqiqə partlayacaq” demişdir. Bir və ya iki günlük qızıgilə gedəndə qızının gözaltı nahiyəsini qıpqırmızı və şiş vəziyyətində görmüşdür. Bir müddət qızıgildə qalanda onun gözünün altında olan qaralar yoxa çıxırmış. O, qızından “nə yaxşı mən burada olanda gözünün altında olan şişlər gedir” deyə soruşanda qızı ona “sən burada olanda mən yata bilirəm” demişdir. Ömrü boyu orada şiddətə məruz qalmışdır. Qızı bu məsələni kiməsə deməsinə də icazə verməmişdir. Qızı ona “kimsə yoldaşımın üzərinə gəlsə, yoldaşım hamınızı məhv edəcək” deyə bildirirmiş. Heç kimə imkan verməmiş və “ailəmi dağıtmaram” deyirmiş. Həmişə belə demişdir. O, ayın 24-ü qızı ilə danışmıdır. Təqsirləndirilən şəxs həmin günü evdə olmamışdır. Onun qızı özü ona zəng edənə qədər kiminsə ona zəng etməsinə icazə verməmişdir. Təqsirləndirilən şəxs heç bir yerdə rəsmi şəkildə işləməmişdir. Günün çox saatı evdə olmuşdur. O, öz qızına zəng edə bilməmişdir. Qızının üstünə qışqıraraq “anan sənə nələrsə öyrədir” demişdir. Qızı ona “yoldaşım evdən çıxanda sənə zəng edəcəm” deyirmiş. O, ayın 27-nə kimi səbr etmişdir. O, həmin günü təqsirləndirilən şəxsin bacısına “mənim uşaqlardan xəbərim yoxdur və narahatam” yazmışdır. Bütün smslər özündə qalmışdır. Bacısı ona qardaşının onu evə buraxmadığını demişdir. Qardaşı öz bacısına həyat yoldaşını yoldan çıxardığını və ona çox pis şeylər öyrətdiyini demişdir. Daha sonra təqsirləndirilən şəxsin anası qızına zəng edərək hər bir şeyin qaydasında olduğunu demişdir. Ona qədər təqsirləndirilən şəxs hər kəsin mobil telefonunu əlindən almışdır. O, hadisəni səhər saatlarında bilmişdir. Şahid qismində bugün məhkəmə iclasına gələn şəxs ona məlumat vermişdir. Ona “qızınızı Travmatologiya Şöbəsinə aparıblar” demişdir. Həkimin onu tələb etdiyini bildirmişdir. O yolun yarısında məsələnin nə olduğunu bilmişdir. Təqsirləndirilən şəxslə qızının münasibətləri normal olmamışdır. O bir ana kimi onların ayrılmasını istəmişdir. Qızına bunu əvvəllər demişdir. Onun qızı həddindən artıq şiddət görmüşdür. Qızından nə istədiyini soruşduqda, qızı ailəsini dağıtmaq istəmədiyini demişdir. Onun qızı qorxusundan ailəsini dağıtmaq istəmədiyini demişdir. Qızı ona zəng edərək “ana gəl məni apar” demişdir. Qızından səbəbini soruşduqda, qızı ona yoldaşının “uşaqlarını da götür get” dediyini demişdir. Onun qızını təhqir etmişdir. Onun qızını onun yanına göndərməmişdir. Onu öz evinə gətirtmişdir. Ortancıl nəvəsi ona “ay nənə, sən getsən səni atam öldürəcəkdir” demişdir. Onu içəri buraxmamışlar. Nəvələri və qızı bir həftə onlarda qalmışdır. Bir həftədən sonra təqsirləndirilən şəxs özü gələrək ailəsini aparmışdır. Qızının təqsirləndirilən şəxslə getməsinin əsas səbəbi qızının özünün ailəsini dağıtmaq istəməməsi olmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Kəmalə Hacalıyeva təqsirləndirilən şəxsi bağışlamadığını, ondan şikayətçi olduğunu və ona ömürlük azadlıqdan məhrum etmə cəzasının verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid3 sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxslə yeznə-qayın münasibətində olmuşlar. Təqsirləndirilən şəxsin bacısı onun həyat yoldaşı olmuşdur. 2025ci ilin yanvar ayının iyirmi doqquzunda səhər tezdən beşə on bir dəqiqə işləmiş ona zəng gəlmişdir. Təqsirləndirilən şəxs ona zəng etmişdir. O, telefona baxanda onun zəngini görmüşdür. Telefonu götürüb digər otağa keçmişdir. Ona “çölə çıx səninlə işim var” demişdir. O vaxtlar onun qayınatası xəstə olmuşdur. Birinci qayınatasına nəsə olduğunu zənn etmişdir. Beş və ya on dəqiqədən sonra hazırlaşaraq çölə çıxmış və nə məsələ olduğunu soruşmuşdur. Nə məsələ olduğunu soruşanda yoldaşını öldürdüyünü demişdir. Nəyə görə öldürdüyünü soruşanda telefona sms gəldiyini, sonra smsi yoldaşının sildiyini, evə sonradan səs yazısı qoyduğunu, sonrada mənzildən başqa şəxsin səsinin gəldiyinə görə öldürdüyünü demişdir. Ondan “belə bir şey mi olar?” deyə soruşmuşdur. Buna görə öldürdüyünü demişdir. Təcili Yardıma zəng edib-etmədiyini soruşmuş o isə təcili yardıma ehtiyacın olmadığını demişdir. Dörd və ya beş bıçaq zərbəsi vurduğunu və mərhumun artıq öldüyünü ona demişdir. Ondan evdən uşaqlarını götürməsini xahiş etmişdir. Polisə təslim olmağa gedəcəyini demişdir. Daha sonra taksi çağıraraq getmişdir. O, hadisənin şokundan nə edəcəyini bilməmişdir. 15 dəqiqə elə yerindəcə qalmışdır. Sonradan ona zəng edərək bölmədə olduğunu və təslim olduğunu demişdir. Ona evə polislə həkim gələcəyi üçün uşaqları evdən götürməsini demişdir. Onun yanında mərhumla təqsirləndirilən şəxs arasında problem olmamış və ya o belə bir şey eşitməmişdir. Təqsirləndirilən şəxsin qızı yatmışdır. Qızı hətta sonradan qardaşı Məzahir özü oyatmışdır. Onların hər hansı problemlərini ətraflı olaraq eşitməmişdir. Mərhumun həmin vaxtı xüsusi bir xəsarətinin olmasını görməmişdir. Uşaqları yuxudan oyatmışdır. O, evə gələndə təqsirləndirilən şəxs ona oğlanların böyük otaqda, qızın isə uşaqlar üçün olan otaqda yatdığını demişdir. O, mənzilə daxil olanda qapı açıq olmuşdur. Birinci yuxudan Məzahiri oyatmış, daha sonra ikinci uşağı yuxudan oyatmışdır. Kiçik uşağa “sən qaza bax və qaz açıqdırsa qazı bağla” demişdir. Uşaqlar atasının və anasının harada olduğunu soruşmuşlar. Babasının xəstələndiyini demişdir. Atası və anasının rayona babasının yanına getdiklərini uşaqlara demişdir. Böyük oğlan atasının avtomobilinin həyətdə olduğunu bildirəndən sonra onlara dostunun avtomobili ilə getdiklərini demişdir. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında qanuni nümayəndə və psixoloqun iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmamış Şahid1 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun doğma valideynləri olmaqla münasibətləri hər zaman yaxşı olmuş, valideynləri 2011-ci ildə ailə həyatı qurmuş və bu evlilikdən o, qardaşı Məzahir və bacısı Solmaz dünyaya gəlmiş, onlar ailəlikcə ünvan 1 ünvanında yaşamış, atası Ağabala tez-tez anası Səbinə ilə müxtəlif mövzularda mübahisə edərək Səbinənin başına, digər nahiyələrinə dabankeş və müxtəlif əşyalarla vuraraq döymüş, hətta onu və qardaşını da dəfələrlə döymüş, anası onlarla dərdləşəndə hər zaman onlara Ağabaladan boşanacağını və ayrı yaşayacaqlarını demiş, tarixini dəqiq xatırlamadığı vaxt atası Ağabala anasına boşanmaq istədiyini söyləmiş və anası ilə onları evdən qovmuş, lakin 1 həftə sonra onları nənəsi Kəmaləgildən gəlib geri gətirmişdir. Hadisədən təxminən 2-3 gün əvvəl atasının əhvalında qəribəliklər hiss etmiş, belə ki, atası demək olar ki, yemək yemir özünü otağa qapadıb, qulaqlıq taxaraq telefonunda nəyəsə qulaq asmağa başlamış, ara-sıra anasını otağa çağırıb Səbinə ilə mübahisə etmiş, xx.xx.2025-ci il tarixdə günorta saatlarında anası ilə söhbət edərkən, anası Ağabalanın onu xəyanətdə ittiham etdiyini, lakin belə bir şey olmadığını onlara demiş, həmin gün saat 24 radələrində onlar artıq yatmağa hazırlaşanda Ağabala onlara yaxınlaşıb əlini çiynlərinə qoymuş və böyüyəndə onu başa düşəcəklərini söyləmiş, lakin onlar atasının nə üçün belə dediyini başa düşməmiş və yatmış, xx.xx.2025-ci il tarixdə təxminən saat 05 radələrində qohumları Kamran onların evinə gələrək onları yuxudan oyatmış və anası ilə atasının rayona getdiyini bildirib onları öz evinə aparmış, orda olarkən isə qohumlardan atası Ağabalanın anası Səbinəni öldürdüyünü öyrənmişdir. Daha sonra Şahid1 ifadəsində göstərmişdir ki, atası Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs şərləyərək, xəyanətdə ittiham etmiş və bunu bəhanə edərək öldürmüş, xx.xx.2025-ci il tarixdə hadisə gecə saatlarında baş verdiyindən və həmin vaxt onlar yatdığı üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürməsini görməmişdir. Məhkəmə baxışında qanuni nümayəndə və psixoloqun iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmamış Şahid2 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun doğma valideynləri olmaqla münasibətləri hər zaman yaxşı olmuş, valideynləri 2011-ci ildə ailə həyatı qurmuş və bu evlilikdən o, qardaşım Seymur və bacısı Solmaz dünyaya gəlmiş, onlar ailəlikcə ünvan 1 ünvanında yaşamış, atası Ağabala tez-tez anası Səbinə ilə müxtəlif mövzularda mübahisə edərək Səbinənin başına, digər nahiyələrinə dabankeş və müxtəlif əşyalarla vuraraq döymüş, hətta onu və qardaşını da dəfələrlə döymüş, anası onlarla dərdləşəndə hər zaman onlara Ağabaladan boşanacağını və ayrı yaşayacaqlarını demiş, tarixini dəqiq xatırlamadığı vaxt atası Ağabala anasına boşanmaq istədiyini söyləmiş və anası ilə onları evdən qovmuş, lakin 1 həftə sonra onları nənəsi Kəmaləgildən gəlib geri gətirmişdir. Hadisədən təxminən 2-3 gün əvvəl atasının əhvalında qəribəliklər hiss etmiş, belə ki, atası demək olar ki, yemək yemir özünü otağa qapadıb, qulaqlıq taxaraq telefonunda nəyəsə qulaq asmağa başlamış, ara-sıra anasını otağa çağırıb Səbinə ilə mübahisə etmiş, xx.xx.2025-ci il tarixdə günorta saatlarında anası ilə söhbət edərkən, anası Ağabalanın onu xəyanətdə ittiham etdiyini, lakin belə bir şey olmadığını onlara demiş, həmin gün saat 24 radələrində onlar artıq yatmağa hazırlaşanda Ağabala onlara yaxınlaşıb əlini çiynlərinə qoymuş və böyüyəndə onu başa düşəcəklərini söyləmiş, lakin onlar atasının nə üçün belə dediyini başa düşməmiş və yatmış, xx.xx.2025-ci il tarixdə təxminən saat 05 radələrində qohumları Kamran onların evinə gələrək onları yuxudan oyatmış və anası ilə atasının rayona getdiyini bildirib onları öz evinə aparmış, orda olarkən isə qohumlardan atası Ağabalanın anası Səbinəni öldürdüyünü öyrənmişdir. Daha sonra Şahid2 ifadəsində göstərmişdir ki, atası Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs şərləyərək, xəyanətdə ittiham etmiş və bunu bəhanə edərək öldürmüş, xx.xx.2025-ci il tarixdə hadisə gecə saatlarında baş verdiyindən və həmin vaxt onlar yatdığı üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürməsini görməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmaqla araşdırılmış Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğlu olmaqla münasibətləri hər zaman yaxşı olmuş, Ağabala və Səbinə 201 1-ci ildə evlənmiş və bu evlilikdən 3 uşaqları dünyaya gəlmiş, Səbinə ibadətlə məşğul olmaqla, evdar qadın olmuş, Ağabala isə əvvəllər idmanla məşğul olmuş sonradan toy mərasimləri üçün avtomobil kirayə vermiş, evli olduqları müddətdə Ağabala və Səbinənin hər hansı bir ciddi mübahisələrinin şahidi olmamış, Ağabala ailəsini sevən biri kimi hər zaman ailə üzvlərinə qayğı ilə yanaşmış, 01 yanvar 2025-ci ildə Yeni il bayramı ilə əlaqədar Ağabala və ailəsi Qusar rayonuna onlara qonaq gəlmiş, Ağabala hər zaman deyib- gülən olmuş, lakin bu dəfə çox sakit və fikirli olduğundan o, Ağabaladan nə isə baş verib-verməməsini soruşmuş, Ağabala isə ona cavab verməkdən yayınıb hər şeyin yaxşı olduğunu söyləmiş, Sonuncu dəfə 29 yanvar 2025-ci ildə təxminən günorta saatlarında Səbinə ilə telefonda danışmış, telefon danışığı zamanı Səbinənin əhvalında hər hansı qəribəlik hiss etməmiş, normal danışmışdır. Əri Məzahir xəstə olduğundan onlar gecə yatan vaxt telefonları söndürmüş, buna görə də 29 yanvar 2025-ci ildə gecə qohumlarının zəngini eşitməmiş, yalnız təxminən saat 09 radələrində bacısı oğlu Elmir Sumqayıt şəhərindən onlara gələrək, Ağabalanın Səbinəni bıçaqladığını və Səbinənin hal-hazırda xəstəxanada olduğunu söyləmiş, o və əri Məzahir dərhal Sumqayıt şəhərinə X20 xəstəxanasına gəlmiş, xəstəxanaya gəldikdə artıq Səbinənin öldüyünü eşitmişdir. Daha sonra Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hansı səbəbdən öldürməsi barədə dəqiq məlumatı olmasa da qohumlardan eşitdiyinə görə Ağabala başqa bir kişinin Səbinəyə mesaj yazdığını, daha sonra Səbinənin həmin mesajı sildiyini görmüş, ardınca evə səs yazan qurğu qoyaraq, həmin səs yazısına qulaq asan zaman evə başqa bir kişinin gəldiyini və Səbinənin xəyanət etdiyini öyrəndikdən sonra qısqanclıq zəminində Səbinəni öldürmüş, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəllər qısqanclıq zəminində mübahisələrinin şahidi olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri ünvan 1 ünvanıdır. Mənzilin giriş qapısı tək taylı olmaqla tünd qırmızı rənglidir. Qapı çölə doğru açılır. Mənzilə daxil olduqda solda paltarın yığılması üçün nəzərdə tutulmuş güzgülü dolab yerləşir. Giriş qapısından solda mətbəx otağı, girişlə üzbəüz kiçik qonaq otağı yerləşir. Mətbəxdə iş üzrə əhəmiyyət kəbs edən hər hansı bir əşya, iz, ləkə və s. aşkar edilmədi. Qonaq otağında müxtəlif mebellər vardır. Qonaq otağına daxil olduqda sağ tərəfdə iki ədəd kreslo, kresloların ortasında isə jurnal masası vardır. Jurnal masasının üzərində biri qırmızı, biri isə qara rəng olmaqla 2 ədəd mobil telefon vardır. Həmin telefonlar 5 rəqəmi ilə işarələndi. Qonaq otağının içərisindən yataq otağına qapı açılır. Yataq otağında iş üzrə əhəmiyyət kəbs edən hər hansı bir əşya, iz, ləkə və s. aşkar edilmədi. Qonaq otağından mənzilin giriş qaısına geri qayıtdıqda, girişlə üzbəüz qonaq otağının sağ tərəfi ilə dəhliz uzanır. Dəhlizə daxil olduqda sağ tərəfdə uşaqların istifadə etdiyi yataq otağı yerləşir. Həmin yataq otağında iş üzrə əhəmiyyət kəbs edən hər hansı bir əşya, iz, ləkə və s. aşkar edilmədi. Dəhlizin sonunda isə Ağabala və Səbinə Babışovların istifadə etdiyi yataq otağı yerləşir. Həmin yataq otağının qapısı taxta materialdan olmaqla yarısında düzbucaqlı şəklində ayrılmış şüşə çərçivələr vardır. Otağın qapısı içəriyə doğru açılır. Otağa daxil olduqda qapıdan solda paltar dolabı yerləşir. Qapı ilə üzbəüz otağın eni istiqamətində iki nəfərlik çarpayı (taxt) vardır. Çarpayının üzərində arxası üstə qadın meyiti uzanmışdır. Qadının üzərində, döşək üzünün, adyalın üzərində qanabənzər ləkələr müşahidə olunur. Qadın meyiti 1 rəqəmi ilə işarələndi. Çarpayının baş tərəfində damcıvari şəkildə uzanan qana bənzər ləkələr müşahidə edilir. Həmin ləkələr 3 rəqəmi ilə işarələndi. Yatağın sol tərəfində kiçik bir tumba vardır. Tumbanın üzərində içərisində su olan 1 ədəd qrafınka, 1 ədəd boş stəkan, 1 ədəd telefon qulaqcığı və 1 ədəd çəhrayı rəngli bıçaq vardır. Bıçağın üzərində qanabənzər ləkələr müşahidə edilir və bıçaq 2 rəqəmi ilə işarələndi. Yataq otağından geniş qonaq otağına doğru pəncərə açılır. Həmin pəncərənin qarşısında 01 ədəd qara rəngli telefon vardır. Yataq otağından çölə çıxıb dəhlizlə mənzilin gişir qapısına qayıtdıqda mənzilin giriş qapısından sağa doğru başqa bir dəhliz uzanır. Dəhlizin sağında biri hamam otağı, digəri isə sanuzel otağı olmaqla 2 ədəd qapı vardır. Hamam otağına daxil olduqa əl-üz yuyanın ətrafında qana bənzər ləkələr müşahidə edilir. Həmin ləkələr 6 rəqəmi ilə işarələndi. Dəhlizin sonunda böyük qonaq otağı yerləşir. Otaqda müxtəlif məişət mebelləri vardır. Böyük qonağına daxil olduqda solda kiçik ölçülü kompyuter masası vardır. Masanın üzərində 01 ədəd oyuncaq gəmi, 01 ədəd qırmızı rəngli səs gücləndirici, müxtəli paltarlar və 01 ədəd qara rəngli mobil telefon vardır. xx.xx.2025-ci il tarixli meyitə baxış protokolundan görünür ki, təşrih stolu üzərində arxası üstə qadın cinsli uşaq meyiti uzadılmışdır. Meyitin əynində qısaqol pambıq materialdan, boz-qırmızı-qara gülləri olan köynək, qara rəngli mayka vardır. Köynəkdə və maykada parça defekti vardır, kənarları qan ləkələri ilə bulaşmışdır. Qara rəngdə üzərində boz-qırmızı gülləri olan şortik, sarı rəngli trusik vardır. Paltarlar qanla bulaşmışdır. Meyit düzgün bədən quruluşlu olub, kafi qidahdır, boyu 163,0sm-dir. Meyit qacıması yoxlanılan əzələ qruplarında inişaf etmişdir. Meyit ləkəsi bədənin arxa və yan səthini əhatə etməklə göyümtül-bənövşəyi rəngdə olub, barmaqla təzyiq etdikdə rəngi avazıyır və 10 saniyədən sonra əvvəlki rəngini bərpa edir. Baş tükləri ( saçları) qaradır. Gözləri qapalıdır, bəbəklər bərabər genəlmişdir, diametri 0,5sm-dir, güzehli qişa qəhvəyi rəngdədir. Burun sümük və qığırdaqları, eləcə də üz-skelet sümüklərini əllədikdə gözlə görünən patoloji dəyişiklik yoxdur. Burunun üstündə sol yanağı tutan 5,8x0,3sm ölçüdə, sol yanaqda 1,9x0.9sm ölçüdə yara vardır, kənarları hamardır. Xarici qulaq keçəcəkləri sərbəstdir, təmizdir. Burun dəliklərinin ətrafında qan ləkələri vardır. Ağzı yarımaçıqdır, dişləri özünündür. Ağız və burun dəliklərinin ətrafı təmizdir. Boyunu bədənə müvafiqdir, hərəkətlidir. Boyunun ön səthində aşağı hissədə l,7x0,5sm ölçüdə yara vardır, kənarları hamardır, üzəri qurumuş qanlıdır. Döş qəfəsi silindrikdir, simmetrikdir. Qarını döş qəfəsi səviyyəsindədir. Xarici cinsiyyət üzvləri qadın tiplidir, düzgün inkişaf quruluşundadır. Arxa dəlik ətrafı təmiz və zədəsizdir. Ətraf sümükləri tamdır. Meyitin bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Döş qəfəsinin ön səthinin sağ yarısında sağ döş vəzisinin aşağı iç kvadratına uyğun 3 ədəd, sol körpücükaltı nahiyədə 1 ədəd, körpücüküstü nahiyədə 1 ədəd, sol döş vəzisinin yuxarı bayır kvadratında 1 ədəd, sol arxa qoltuqaltı nahiyədə 2 ədəd, sol kürəküstü nahiyədə 4 ədəd, sol bazunun bayır səthinin yuxarı 1/3- də 2 ədəd, sol bazunun ön səthinin yuxarı 1/3-də 1 ədəd, sol budun ön səthinin aşağı 1/3-də 1 ədəd, sol diz oynağının arxa səthində 1 ədəd, sağ əlin İ barmağının əsas falanqası üzərində 1 ədəd, sağ əlin İ-İİ-İİİ barmaqlarının dırnaq falanqalarının ovuc səthində hər birində 1 ədəd yara vardır, kənarları hamardır, üzəri qurumuş qanlıdır, ölçüləri l,0x0,3sm-dən 5,8x0,3sm-ə qədərdirlər. Döş qəfəsinin ön səthində sağ yarısında olan yaralardan 3-ü, sol kürəkaltı nahiyədən olan yaralardan 3-2 böş boşluğuna keçəndir. Meyit üzərində başqa xəsarət və ya xəsarət izi aşkar edilmədi. 29 yanvar 2025-ci il tarixli əşyalara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş paltarlar: Köynək- göy rəngli, gül naxışlı olmaqla qısaqoldur. Boyun hissəsi iplə bağlanır, daxili boyun nahiyəsində “Linbolita” yazısı olan etiket tikilmişdir. Uzunluğu 58sm, qollarının uzunluğu isə 12sm-dir. Köynəyin üzərində 15 ədəd kəsilmiş-deşilmiş zədə izləri vardır. Mayka- qararəngli olmaqla qolsuzdur. Daxili boyun nahiyəsində “XL” yazısı olan etiket tikilmişdir. Uzunluğu 65sm, çiyinliklər arasında eni 32sm-dir. Maykanın üzərində 10 ədəd kəsilmiş-deşilmiş zədə izləri vardır. Uzun şortik- tünd göy rəngli, gül naxışlı olmaqla beli rezinlidir, sağ və sol yan cibi vardır. Uzunluğu 58sm-dir, bel nahiyəsinin eni 35sm-dir. Şortik üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə müşahidə edilmədi. Təqsirləndirilən şəxs məxsus paltar: Mayka- qara rəngli olmaqla, qolsuzdur. Uzunluğu 75sm, çiyinliklər arası eni 30smdir. Mayka üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə müşahidə edilmədi. İdman şalvarı- Tünd göy rəngli olmaqla, bel hissəsi qara rəngli iplə bağlanır, sağ və sol yan cibi, bir ədəd isə arxa sağ cibi vardır. Sol cibin aşağı hissəsində “Shooter” yazısı vardır. Uzunluğu 95sm, bel nahiyəsində eni 50sm-dir. İdman şalvarı üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə müşahidə edilmədi. Köynək- Qara rəngli olmaqla qısaqoldur. Daxili boyun nahiyəsində “LTB” yazısı olan ağ rəngli etiket tikilmişdir. Ön səthinin orta nahiyəsində “Endless” yazısı vardır. Uzunluğu 78sm, çiyinliklər arasında eni 55sm, qolların uzunluğu 20 sm-dir. Köynək üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə müşahidə edilmədi. Döşək üzü- Göy rəngli olmaqla üzərində ağ naxışlar vardır. Ümumi ölçüsü 225x220sm-dir. Döşək üzü üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə müşahidə edilmədi. Bıçaq- bıçaq dəstək və tiyə hissədən ibarət olmaql ümumi uzunluğu 320mm-dir. Tiyəsi ağ rəngli olmaqla bir səthi üzərində tünd çəhrayı rəngli gül təsviri vardır. Tiyənin bir kənarı itilənmişdir. Tiyənin sol səthi üzərində “KERRİCH” məzmunlu yazı vardır. Tiyənin uzunluğu 190mm-dir. Bıçağın dəstəyi əsasən ağ rəngli plastikə bənzər materialdan olub, yuxarı və aşağı kənarına tünd çəhrayı rəngli sərt rezin tipli material bərkidilmişdir. Bəzi sahələrdə tünd çəhrayı rənglər tədricən silinib. Dəstəyin uzunluğu 130mm-dir. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması protokolundan görünür ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilib-bilməməsi soruşuldu. Sonuncu özünü təqsirli bildiyini və törətdiyi əməldən peşiman olduğunu söylədi. Ardınca ifadəsində göstərdiklərini hadisə yerində göstərməklə ətraflı təsvir etməsi təklif olundu. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə hadisə yerində göstərə biləcəyini bildirdiyindən saat 10:59-da videoçəkiliş dayandırılmaqla istintaq hərəkətinin iştirakçıları ilə birlikdə nəqliyyat vasitəsilə hadisə yerinə gedildi. Saat 11:22-də istintaq hərəkətininin iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi yerə - ünvan 3 ünvanına gəlindi. Təqsirləndirilən şəxs iş üzrə ifadəsində göstərdiklərini hadisə yerində göstərməsi təklif olundu. Təqsirləndirilən şəxs bildirdi ki, Zərərçəkmiş şəxs onun arvadı olmaqla münasibətləri əvvəllər yaxşı olmuş, belə ki, onlar 2011-ci ildə ailə həyatı qurmuş və bu evlilikdən 2-si oğlan, 1-i qız olmaqla 3 övladı dünyaya gəlmiş, o, ailəsi ilə birlikdə hazırki ünvanında yaşamış, təxminən 22 yanvar 2025ci ildə təxminən günorta saatlarında o, evdə olarkən Səbinənin istifadəsində olan ***-***- **-** saylı mobil nömrəyə “Whatsapp” tətbiqi vasitəsilə hazırda xatırlamadığı bir nömrədən mesaj gəldiyini görmüş, Səbinə həmin vaxt onun yanında olmadığından o, mesajı açıb oxumuş və mesaj yazan şəxs Səbinəyə görüşməklə bağlı yazmış, həmin vaxt uşaqları evdə olduğundan o, bu barədə Səbinəyə heç bir söz deməmiş, bir neçə saatdan sonra Səbinədən xəbərsiz telefonuna bir daha baxdıqda həmin mesajın artıq silindiyini görmüş, Səbinəylə otaqda tək olduğundan o, Səbinəyə üstü örtülü şəkildə, kinayə ilə ona sadiq olduğunu bildirərək, buna görə minnətdarlığını bildirmiş, Səbinə isə ona razılığını bildirmiş, təxminən 2 gün sonra o, evdən çıxıb işə gedən zaman telefonunun səs yazan tətbiqini aktiv edərək mənzilin girişindəki dolabın üstünə qoymuş, həmin gün axşam evə gəldikdə telefonu oradan götürmüş və səs yazılarını yaddaşda saxlamış, lakin fürsəti olmadığından səs yazılarına həmin gün qulaq asa bilməmiş, təxminən 2 gün sonra o, həmin 4 saatlıq səs yazısına təxminən 2 gün ərzində hissə-hissə və təkrarən qulaq asmış, səs yazılarından evə başqa bir kişinin gəldiyini Səbinənin həmin kişi ilə sevgi münasibəti yaşadığını başa düşmüşdür. Ardınca istintaq hərəkəti iştirakçıları ilə mənzilin yataq otağına gəlindi və Təqsirləndirilən şəxs ifadəsinə davam edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 3 radələrində uşaqları yatdıqdan sonra Səbinəni yuxudan oyatmış və Səbinəyə səs yazısını qulaq asdırıb, evə gələn kişinin kim olmasını soruşmuş, səs yazısı yaxşı eşidilmədiyindən Səbinə evə başqa kişinin gəldiyini və onunla sevgi münasibəti yaşamasını etiraf etməmiş, o, isə səs yazısına qulaqlıqla qulaq asdığından hər şeyi ətraflı başa düşmüşmüş və Səbinə etiraf etmədiyi vaxt onda Səbinəni öldürmək niyyəti yaranmış, buna görə də o, mətbəxə keçib gündəlik istifadə etdikləri bıçağı dolabdan götürüb yenidən Səbinənin yanına qayıtmış, otağın işığını yandırmış və Səbinəyə nahaq yerə ona xəyanət etdiyini bildirib əlindəki bıçaqla sonuncuya xatırlamadığı sayda zərbələr endirmiş, Səbinə müqavimət göstərdiyindən onun hansı nahiyələrinə zərbə endirdiyini xatırlamamış, Səbinə hərəkətsiz qaldıqda o, artıq dayanmış və Səbinənin öldüyünə əmin olmuş, bundan sonra paltarını dəyişib əl-üzünü yumuş və qonşuluqda yaşayan yeznəsi Şahid3 evinə gəlmiş, Kamran onu qarşıladıqda o, Kamrana Səbinəni öldürdüyünü, polisə təslim olmağa getdiyini söyləmiş və Kamrandan uşaqlarını evdən götürüb öz evinə gətirməsini xahiş etmiş, həmçinin Kamrana uşaqlarına onun Səbinə ilə birlikdə bir müddətlik Qusar rayonuna, atasıgilin yanına getdiyini deməyini söyləmiş, bundan sonra o, Sumqayıt şəhər polis idarəsinə gələrək təslim olub Səbinəni öldürdüyünü etiraf etmişdir. xx.xx.2025-ci il tarixli “əşyaya baxış keçirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və hadisə yerindən götürülmüş mobil telefonlara baxış keçirildi. Təqsirləndirilən şəxs məxsus “Samsung A10” markalı mobil telefon-göy rəngli olmaqla qara rəngli üzlüyü vardır. Ekranı toxunmalıdır. Arxasında “Samsung” yazısı vardır. Telefonun içərisindəki proqram təminatlarına baxış keçirdikdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir mesaj, şəkil, zəng və s. aşkar edilmədi. Təqsirləndirilən şəxs məxsus “Samsung A10” markalı 2-ci mobil telefon- “xamilyon” rəngli olmaqla qara üzlüyü vardır. Ekranı toxunmalıdır. Arxasında “Samsung” yazısı vardır. Mobil telefonun içərisinə baxış keçirdikdə səs yazan proqram təminatına daxil olundu, siyahıda “F” adlı 04:04:13 uzunluğunda səs yazısı aşkar edildi. Həmin səs dinlənildikdə müəyyən edildi ki, səs yazısının 3-cü dəqiqəsində Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs ilə sağollaşaraq mənzili tərk edir. 2:08:59-da qapının açılması səsi eşidilir. 2:13:06-da Zərərçəkmiş şəxs anlaşılmaz səsi eşidilir, ardınca 2:13:32-də öpüş səsinə bənzər səs və gülümsəmə səsi eşidilir. 2:13:53-də Zərərçəkmiş şəxs “burası niyə belə qalır, döşüm ağrıyır” deyə bildirir. 2:14:19-da Zərərçəkmiş şəxs qapını açaraq mənzildən çıxır. 2:20:20-də mənzilin qapısının açılması və Zərərçəkmiş şəxs uşaqla evə gəlməsi səsi eşidilir. Bundansonra səs yazısında hər hansı bir əhəmiyyətli səs eşidilmir. Qeyd olunan səs yazısından əlavə mobil telefonda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir mesaj, şəkil, zəng və s. aşkar edilmədi. Zərərçəkmiş şəxs məxsus “Samsung A10” markalı mobil telefon - qırmızı rəngli olmaqla çəhrayı rəngli üzəri bəzəkli üzlüyü vardır. Ekranı toxunmalıdır. Arxasında “Samsung” yazısı vardır. Telefonun içərisindəki proqram təminatlarına baxış keçirdikdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir mesaj, şəkil, zəng və s. aşkar edilmədi. Hadisə yerindən götürülmüş “Texet” markalı mobil telefon- qırmızı rəngli olmaqla açılıb-bağlanan qapağı vardır, düyməlidir. Telefonun içərisindəki proqram təminatlarına baxış keçirdikdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir mesaj, şəkil, zəng və s. aşkar edilmədi. Hadisə yerindən götürülmüş “М-Horse” markalı mobil telefon- qara rəngli olmaqla düyməli telefondur. Telefonun içərisindəki proqram təminatlarına baxış keçirdikdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir mesaj, şəkil, zəng və s. aşkar edilmədi. "xxxx" Publik hüquqi şəxsin Sumqayıt şəhər şöbəsinin xx.xx.2025-ci il tarixli, 125 saylı məhkəmə-tibb ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. "xxxx" Publik hüquqi şəxsin Sumqayıt şəhər şöbəsinin xx.xx.2025-ci il tarixli, 16 saylı məhkəmə-tibb ekspertizası rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyiti üzərində aşağıdakı xəsarətlər aşkar edildi: döş qəfəsinin sağ və sol ağciyəri zədələyən 6 ədəd daxilə keçən yaraları, burunun, boyunun, sol yanağın, sol körpücükaltı və körpücüküstü nahiyənin, sol bazunun, sol budun, sol diz oynağının arxa səthinin, sağ əlin kəsilmiş-deşilmiş yaraları. Qeyd olunan xəsarətlər həyatidir, ülgücü olan deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir, ola bilsin ki, ekspertizaya təqdim olunmuş bıçağın təsirindən törənmişdirlər, qarşılıqlı mübarizə zamanı törənə bilərlər, dərəcəsinə görə döş qəfəsinin sağ və sol yarısının döş boşluğuna keçərək hər iki ağciyəri zədələyən 6 ədəd yaraları həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa ağır zərərvurmaya aid edilirlər. Burunun, boyunun, sol yanağın, sol körpücükaltı və köpücüküstü nahiyənin, sol bazunun, sol budun, sol diz oynağının arxa səthinin, sağ əlin kəsilmiş-deşilmiş yaraları-(18 ədəd) canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmaya aid edilirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin sağ və sol yarısının döş boşluğuna keçərək hər iki ağciyəri zədələyən 6 ədəd yaraları nəticəsində baş vermiş qanitirmə olmuşdur. Ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri aşkar edilmədi. "xxxx" Publik hüquqi şəxsin xx.xx.2025- ci il tarixli, 68/2025-MTKŞ saylı məhkəmə tibbi-kriminalistik ekspertizası rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs qızma məxsus köynəyin ön səthinin sağ nahiyəsində iki ədəd, köynəyin ön səthinin orta nahiyəsində iki ədəd, köynəyin ön səthinin sol nahiyəsində dörd ədəd, köynəyin sol qolun arxa hissəsində bir ədəd kənari zədə, köynəyin sol qolun ön səthində bir ədəd, köynəyin arxa səthinin sol nahiyəsində beş ədəd; maykanın ön səthinin sağ nahiyəsində üç ədəd, maykanın sol nahiyəsində bir ədəd, maykanın arxa səthinin sol nahiyəsində altı ədəd, dləib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin təsirindən törənmişlər, paltarlar üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələri yetirmiş alətin forması, ölçüsü, çəkisi və başqa ümumi və xüsusi əlamətləri barədə heç bir fikir söyləmək mümkün deyil. Paltarlar üzərindəki zədələrə əsasən zədənin yetirildiyi anda hücum edənlə zərərçəkmiş müxtəlif qarşılıqlı yerləşmə vəziyyətində ola bilərdilər. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs qızma məxsus uzun şortik üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş Banışov Ağabala Məzahir oğluna məxsus köynək, mayka və idman şalvarı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş döşək üzü üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs qızma məxsus maykanın ön yuxarı hissəsinə və arxa tərəfmə geniş sahədə; köynəyin ön yuxarı hissəsinə və arxa tərəfmə geniş sahədə və uzun şortikin üzərində fasiləli aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə dinamik kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşlar. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin ön səthi boyu, sol qolunda və sol kürək nahiyəsindən qol tikişinə yaxın və maykanın ön tərəfin aşağı hissədə fasiləli aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə statik kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşlar. İdman şalvarı üzərində qana şübhəli ləkələr nəzərə çapmır. Ekspertizaya təqdim edilmiş bıçağın üzərində bütün səthində fasiləli aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə dinamik kontakt nəticəsində əmələ gəlmiş, yaxma xarakterlidir. Ekspertizaya təqdim edilmiş mələfə üzərində geniş sahədə fasiləli aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə statik kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. "xxxx" Publik hüquqi şəxsin xx.xx.2025-cü il tarixli, 113/2025-TBŞ saylı məhkəmə-tibbi bioloji ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu- Abeta(H)/İİ/. Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin ksreosurətinə əsasən onun qan qrupu- A /İİ/-dir. Ekspertizaya təqdim olunan 02 ədəd çubuqlu pambıq tampon, 01 ədəd bıçaq, mələfə, Təqsirləndirilən şəxs məxsus alt mayka, qısaqol kofta, Zərərçəkmiş şəxs qızma məxsus alt mayka, güllü qısaqol kofta və güllü şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “A” və “H” antigenləri, əksər ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri Abeta(H)/İİ/ qrupu şəxsə, o cümlədən mərhum Zərərçəkmiş şəxs qızma və ya Təqsirləndirilən şəxs məxsus ola bilər, əgər hadisə zamanı sonuncuda qanaxma ilə müşahidə olunan xəsarət olubsa və onun qanında müşayiətçi “H” antigeni varsa. Tədqiq olunan Təqsirləndirilən şəxs məxsus idman şalvarı üzərində qana şübhəli ləkələr aşkar olunmadı. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 1195 saylı komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi-xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini idarə etmək və onların mənasını dərk etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Emosionallıq, kinlilik, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə cinayət əməlini törədərkən psixiemosional vəziyyətində hirslilik, qəzəb və kin yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən keçirdiyi emosional halın yaranması situasiya ilə şərtlənmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. 29 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşayan Təqsirləndirilən şəxs, xx.xx.2025-ci il tarixdə, saat 08:00-da Sumqayıt şəhər polis idarəsinin 1-ci PB-nin əməkdaşları tərəfindən şəhər prokurorluğuna təhvil verildi. Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin 1-ci PB-nə yaxınlaşaraq arvadı Zərərçəkmiş şəxs öldürməsini etiraf edərək könüllü təslim olmuşdur. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən və Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü Şahid2, xx.xx.2013-cü il təvəllüdlü Şahid1 və xx.xx.2017-ci il təvəllüdlü X11 adlı üç azyaşlı övladları vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü ildə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2015-ci ildə Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri. Nərimanov rayon məhkəməsində baxılmış və zərərçəkmiş şəxslə barışdığı üçün cinayət işi üzrə icraata xitam verilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Sumqayıt şəhər məhkəməsinin 4(060)-27/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 122-ci maddəsi, yəni qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə kimi tövsif edilməsi barədə mövqeyinə fikir bildirməyi zəruri hesab edir. Yuxarıda tətqiq edilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın xx.xx.2025-ci il tarixli 1195 saylı rəyindən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs psixoloji vəziyyəti ətraflı araşdırılmaqla qiymətləndirilmiş və nəticədə onun fizioloji affekt vəziyyətində olması istisna edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs özünündə bildirdiyi kimi hadisəni törətməsinə səbəb olmuş səs yazısını əldə etdikdən sonra 3 gün ərzində dinləmişdir. Məhkəmə istintaqı zamanı araşdırılmış sübutlardan müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs öz şübhələri barədə mərhum Zərərçəkmiş şəxs bildirmiş, sonuncu bu barədə övladlarına demiş və təqsirləndirilən şəxs hadisəni törətdiyi gün övladlarına onu böyüyəndə başa dücəklərini deməklə öz niyyətini qapalı şəkildə bildirmişdir. Qeyd olunan hallar onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs nə edəcəyini qabaqcadan planlaşdırmış, yol verəcəyi hərəkəti dərk etmiş və heç də qəflətən baş verən ruhi həyəcan vəziyyətində olmadan, tam şüurlu şəkildə arvadını həyatdan məhrum etmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 12 dekabr 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4- cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə işin hallarını Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən təhlil edərək qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərşəkmiş şəxsə hadisə vaxtı 18 bıçaq zərbəsi yetirmişdir. Məhkəmə zərərçəkmiş şəxsin qadın olmasını, fiziki cəhətdən təqsirləndirilən şəxsə münasibətdə gücünün qeyri bərabər olmasını, təqsirləndirilən şəxsin əlində deşici kəsici alətin olmasını nəzərə alaraq həmin vəziyyətdə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə 18 bıçaq zərbəsi yetirməsini, məhz Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xüsusi əzab və iztirab verməklə öldürmək niyyəti ilə əlaqələndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək onun məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4- cü maddəsi ilə təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinə əsasən xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə - on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 -cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 120.2.4 -cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs üç azyaşlı övladının olmasını (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsi) və könüllü gəlib təqsirini boynuna alması (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cü maddəsi) şəxsin cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin könüllü polis orqanlarına gəlməklə təslim olmasını yüngülləşdirici hal kimi nəzərə alsa da qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan Cinayət Məcəlləsinin 60.2-ci maddəsinin tələbi nəzərə alınmaqla həmin məcəllənin 60.1-ci maddəsi tətbiq edilə bilməz. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə işdə olan və yuxarıda şərh olunan cəzanı yüngülləşdirən halları nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 120.2.4 -cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 29 yanvar 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azyaşlılar Şahid1, Şahid2 və X9 zərərçəkmiş şəxsin hüquqi varisi, X6 yanında saxlanılması nəzərə alınmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt şəhər Prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd üzərində gül naxışları olan şalvar, 01 ədəd üzərində gül naxışları olan qısaqol kofta, 01 ədəd qara rəngli qolsuz mayka, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd tünd göy rəngli idman şalvarı, 01 ədəd qara rəngli qolsuz mayka, 01 ədəd qara rəngli qısaqol mayka, hadisə yerinə baxış zamanı götürülmüş qana bənzər ləkə nümunələri, 01 ədəd döşək üzü, 01 ədəd bıçaq məhv edilməli, Sumqayıt şəhər Prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan 03 ədəd “Samsung A10” markalı, 01 ədəd “Texet” markalı, 01 ədəd “M-Horse” markalı mobil telefonlar sahiblərinə qaytarılmalı, 02 ədəd CD disklərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt şəhər Prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd üzərində gül naxışları olan şalvar, 01 ədəd üzərində gül naxışları olan qısaqol kofta, 01 ədəd qara rəngli qolsuz mayka, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd tünd göy rəngli idman şalvarı, 01 ədəd qara rəngli qolsuz mayka, 01 ədəd qara rəngli qısaqol mayka, hadisə yerinə baxış zamanı götürülmüş qana bənzər ləkə nümunələri, 01 ədəd döşək üzü, 01 ədəd bıçaq məhv edilsin, Sumqayıt şəhər Prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan 03 ədəd “Samsung A10” markalı, 01 ədəd “Texet” markalı, 01 ədəd “M-Horse” markalı mobil telefonlar sahiblərinə qaytarılsın, 02 ədəd CD disklərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Azyaşlılar Şahid1, Şahid2 və X9 zərərçəkmiş şəxsin hüquqi varisi, X6 yanında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar