Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-338/2023 25.05.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Müdafiəçi1, eləcə də təqsirləndirilən şəxslərin iştirakları ilə,
1. xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2amış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə,
2. xx xxxxxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, işsiz, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 2amış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, “Əli” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin əldə edilməsi, saxlanması, daşınması və satılması ilə bağlı razılığa gələrək bu məqsədlə naməlum vaxtda və şəraitdə külli miqdarda 1195 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, həblərin təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 9,16 qram təşkil edən üzərində “Methadone 40” yazısı olan 229 həb narkotik vasitə metadon dərman preparatı və külli miqdarda 154,561 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib külli miqdarda 1195 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, həblərin təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 8,36 qram təşkil edən üzərində “Methadone 40” yazısı olan 209 həb narkotik vasitə metadon dərman preparatı və külli miqdarda 144,509 qram çəkidə psixotrop maddə metamfetamini daşıyaraq müvəqqəti kirayə yaşadıqları Sumqayıt şəhəri, 1- ci mikrorayon, ev 45D, 77 saylı mənzildə gizlətməklə saxlamışlar, həblərin təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edən üzərində “Methadone 40” yazısı olan 10 həb narkotik vasitə metadon dərman preparatı və külli miqdarda 4,187 qram çəkidə pxixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs1, həblərin təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edən üzərində “Methadone 40” yazısı olan 10 həb narkotik vasitə metadon dərman preparatı və külli miqdarda 5,865 qram çəkidə pxixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs2 üzərilərində saxlamaqla daşımışlar, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 21 sentyabr 2022-ci il tarixdən etibarən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 həmin gün saat 21.10-da Sumqayıt şəhəri, 1-ci mikrorayon, 45D saylı evin yaxınlığında saxlanılaraq ünvan 4 ünvanda yerləşən DİN-in Sumqayıt Şəhər Polis İdarəsinə dəvət olunub həmin gün saat 22:10-da üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sağ yan cibindən həblərin təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edən üzərində “Methadone 40” yazısı olan 10 həb narkotik vasitə metadon dərman preparatı və bir ədəd bükümdə külli miqdarda 4,187 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs1, “Əli” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin əldə edilməsi, saxlanması, daşınması və satılması ilə bağlı razılığa gələrək bu məqsədlə naməlum vaxtda və şəraitdə külli miqdarda 1195 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, həblərin təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 9,16 qram təşkil edən üzərində “Methadone 40” yazısı olan 229 narkotik vasitə metadon dərman preparatı və külli miqdarda 154,561 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib külli miqdarda 1195 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, həblərin təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 8,36 qram təşkil edən üzərində “Methadone 40” yazısı olan 209 həb narkotik vasitə metadon dərman preparatı və külli miqdarda 144,509 qram çəkidə psixotrop maddə metamfetamini daşıyaraq müvəqqəti kirayə yaşadıqları Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45D, 77 saylı mənzildə gizlətməklə saxlamışlar, həblərin təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edən üzərində “Methadone 40” yazısı olan 10 həb narkotik vasitə metadon dərman preparatı və külli miqdarda 4,187 qram çəkidə pxixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs1, həblərin təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edən üzərində “Methadone 40” yazısı olan 10 həb narkotik vasitə metadon dərman preparatı və külli miqdarda 5,865 qram çəkidə pxixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs2 üzərilərində saxlamaqla daşımışlar, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 21 sentyabr 2022-ci il tarixdən etibarən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 həmin gün saat 21.10-da Sumqayıt şəhəri, 1-ci mikrorayon, 45D saylı evin yaxınlığında saxlanılaraq ünvan 4 ünvanda yerləşən DİN-in Sumqayıt Şəhər Polis İdarəsinə dəvət olunub həmin gün saat 22:10-da üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sağ yan cibindən həblərin təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edən üzərində “Methadone 40” yazısı olan 10 həb narkotik vasitə metadon dərman preparatı və bir ədəd bükümdə külli miqdarda 4,187 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, özü narkotik vasitə istifadəçisidir. Metamfetamin və marixuana istifadə etmişdir. Təqsirləndirilən şəxs1lə 1-2 ildir ki münasibətləri var, o taksi sürücüsü olduğu üçün sürücü kimi ona müraciət eləmişdir. O, 150 qram marixuananı şəxsi istifadəsi üçün almışdır. Həmin marixuananı qramla istifadə edirdi. Saxlanılan gün, yəni 21 sentyabr 2022-ci ildə yemək sifariş etmiş, Təqsirləndirilən şəxs1 yeməyi ona gətirib verib getdikdən sonra saat 21 radələrində polislər evə girmişlər. Üzərinə hücum çəkmiş, onu döymüşlər. O, əllərindən qaçıb qapını bağlamış və yataq otağında olan pəncərədən özünü çölə atmışdır. Özünü çölə atanda binanın arakəsməsində ilişib qalmışdır. İttiham aktında göstərilən miqdarda narkotik vasitə onun üzərində olmamışdır. Ona fiziki zor tətbiq edərək boynuna almağını tələb etmişlər. Sonra istintaqda bilmişdir ki, Təqsirləndirilən şəxs1 geri qayıdıb açarı götürərkən onu da tutmuşlar. M. Bədirxanlı onun narkotik vasitə istifadə etdiyini bilməmişdir. Onunla bir yerdə narkotik vasitə istifadə etməmişdir. Aşkar edilən marixuana evdə stolun üzərində olmuşdur. Çəkisi təxminən 150 qram idi. Onu ucuz olduğu üçün internetdə tanış olduğu tanımadığı şəxslə Whatsapp sosial şəbəkəsi vasitəsilə danışaraq 500 manata şəxsi istifadəsi üçün almışdır. O, həmin marixuananı 4 ay istifadə edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, əvvəllər anası Arzu və nənəsi Şəfiqə ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, M.Kazımovski küçəsi, ev 2A, mənzil 11-də yaşamış, əvvəllər oğurluq və narkotik vasitənin qanunsuz saxlanılmasına görə məhkum edilmişdir. Xatırlamadığı xarici mobil telefon operatoruna məxsus mobil telefon nömrəsini istifadə etmiş, təxminən 1-2 gün əvvəl mobil telefonu nömrəsi ilə birlikdə itirmişdir. Hərdən icarəyə götürdüyü avtomobillərlə sürücü işləmişdir. Təxminən 1-2 aydır ki, narkotik vasitə qurudulmuş marixuanadan çəkmək yolu ilə istifadə etmişdir. Həmin maddəni təsadüfi şəxslərdən alıb istifadə etmişdir. Təxminən 1 ay bundan əvvəl o, internet saytlarında Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində mənzilin kirayə verildiyi barədə məlumat alıb həmin mənzili Toğrul adlı sahibindən aylıq 420 manata kirayə götürmüş və həmin Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45D, 77 saylı mənzilə köçmüşdür. Toğrula yalandan bildirmişdir ki, nənəsi ilə birlikdə həmin evdə yaşayacaq. Təqsirləndirilən şəxs1 ilə bir ildir ki, dostluq münasibəti olmuş, ədavəti və yaxud düşmənçiliyi olmamışdır. Mircavid də narkotik vasitə heroinin aludəçisi olmuşdur. Təxminən 1 ay əvvəl o, “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə adını Əli kimi bildiyi İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur, Əli onun narkotik vasitə aludəçisi olduğunu bilib pay olaraq ona bir neçə dəfə şəxsi istifadəsi üçün nəşə göndərmiş, həmin nəşəni o, onun dediyi şəhərin müxtəlif yerlərindən götürüb qəbul etmişdir. Əli ilə Whatsap proqramı vasitəsi ilə əlaqə saxlamış, hazırda onun nömrəsini xatırlamamışdır. Təxminən 4-5 gün əwəl Əli onun maddi problemlərinin olduğunu bilib ona narkotik vasitələrin dövriyəsi ilə məşğul olmağı təklif etmişdir. Demişdir ki, onun göndərdiyi narkotik vasitələri o, onun dediyi yerdən götürüb sonradan onun dediyi şəhərin müxtəlif yerlərinə qoyduğu halda iranlı ona'hər göndərdiyi mala görə 1.000-1.500 manat verə bilər. Maddi vəziyyəti ilə bağlı o, dərhal razılaşmış, lakin həmin işi tək görməyi ehtiyat etdiyi üçün tanışı Mircavidə görüş zamanı bu barədə bildirib həmin işi birlikdə görməyi təklif etmişdir. Demişdir ki, əldə edəcəklər pulu və pay göndərilən narkotikləri aralarında böləcəklər. Mircavid razılaşmış və işin rahat görülməsi üçün onun kirayə götürüb yaşadığı mənzilə köçmüşdür. Beləliklə də 2022-ci ilin sentyabr ayının 18-də axşam vaxtlarında İran İslam Respublikasının vətəndaşı “Əli” adlı şəxsin göstərişi ilə Bakı şəhəri, Binəqədi rayonu ərazisindən əwəlcədən təyin edilmiş yerdən sellofan torbanın içərisində müxtəlif növ narkotik vasitələr və psixotrop maddə, həmçininiki ədəd elektron tərəzini götürüb kirayədə yaşadıqları evə gətirmişlər. Narkotiklərin bir hissəsini “Əli” adlı şəxsin həmin kütlələri deyilən ünvanlara qoymaq məqsədi ilə üzərilərində gəzdirmişlər, qalan kütləni isə evdə saxlamışlar. Həmçinin həmin narkotiklərdən özləri də götürüb istifadə etmişlər. 21 sentyabr 2022-ci il tarixdə o, evdə olarkən Mircavid şəxsi işləri ilə bağlı həyətə düşmüş, sonradan ona məlum olmuşdur ki, Mircavid polis əməkdaşları tərəfindən saxlanılmış, üzərindən narkotik vasitə aşkar edilmişdir. 21 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində yaşadığı mənzildə olan zaman polislər Mircavidlə birlikdə mənzilə baxış keçirilməsi üçün gələrkən o, əlində olan sellofan torba ilə yataq otağında yerləşən şaxtanın girişinə daxil olaraq orada gizlənmək istəyərkən şaxtada köməksiz və hərəkətsiz vəziyyətdə qalaraq əlində olan sellofan torbanı zirzəmiyə tullamışdır Polis əməkdaşları tərəfindən dəvət edilmiş FHN-nin əməkdaşlarının köməyi ilə o, oradan çıxarılmış, baxış və götürmə aparılmasından əwəl bu barədə qərarla onları tanış edərək sözü gedən mənzildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməkləri təklif olunmuşdur. Bu təklifdən sonra onlar mənzildə yataq otağında olan taxta konstruksiyalı dolabın içərisindən bir ədəd bükümdə qurudulmuş marixunanı, bir ədəd bükümdə metamfetamini, 110 ədəd metadon həblərini və iki ədəd elektron tərəzini təqdim etmişlər. Daha sonra həmin kütlələr və 2 ədəd elektron tərəzi qablaşdırılmışdır. O, və Mircavid axtarış zamanı verilən suallara cavab olaraq törətdikləri cinayət əməllərini səmimi etiraf etmişlər. Bundan sonra təhqİqatçı ünvan 6 ünvanınına keçirilmiş baxış zamanı onun içərisində narkotik vasitələrin olduğunu dediyi, şaxtadan həmin binanın zirzəmisinə tulladığı sellofan torbaya baxış keçirilməsi zərurəti yarandığı qeyd etmiş və onlar mənzildən çıxaraq binanın zirzəmisənə getmişlər. Orada baxış və götürmə aparılmasından əvvəl polis əməkdaşlarının təklifinə əsasən o, zirzəmidə şaxtadan tulladığı sellofan torbanın içərisindən bir ədəd bükümdə qurudulmuş marixunanı, bir ədəd bükümdə metamfetamini və 99 ədəd metadon həblərini təqdim etmişdir. O, baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzilərin onlara məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Əli” adlı şəxsin vasitəsi ilə 3-4 gün bundan əwəl Bakı şəhəri, Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürüb yaşadıqları ünvana gətirərək “Əli” adlı şəxsin göstərişi ilə həmin kütlələri Mircavidlə birlikdə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiklərini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymaqlarına görə “Əli” adlı şəxsin onlara 1000-1500 manat pul verəcəyini, narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Mircavid baxış zamanı verilən suallara cavab olaraq onun dediklərini təsdiq edərək aşkar olunmuş kütlələrin və elektron tərəzilərin onlara məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı olan “Əli” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürüb yaşadıqları ünvana gətirərək “Əli” adlı şəxsin göstərişi ilə həmin kütlələri deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiklərini, narkotik vasitələri müəyyən ünvanlara qoymaqlarına görə “Əli” adlı şəxsin onlara 1000-1500 manat pul .verəcəklərini, narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Daha sonra onlar Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasına dəvət edilmiş, bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunmuş, bu təklifdən sonra o, əynində olan şalvarın sağ yan cibindən sağ yan cibindən bir ədəd bükümdə metamfetamin və 10 ədəd metadon həblərini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynindəki həmin şalvarın sol yan cibindən bir ədəd plastik bank kartı aşkar edilərək götürülmüşdür. Sonra aşkar olunmuş həmin kütlələr kağız zərfə qoyularaq qablaşdırılmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd plastik bank kartı bu barədə ona izah verildikdən sonra götürülmüşdür. O, baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Əli” adlı şəxsin vasitəsi ilə 3-4 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürüb yaşadıqları ünvana gətirərək “Əli” adlı şəxsin göstərişi ilə həmin kütlələri Mircavidlə birlikdə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiklərini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymaqlarına görə “Əli” adlı şəxsin onlara 1000-1500 manat pul verəcəyini bildirmişdir. ( Cild 2, iş vərəqləri 154-157) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2la 1-2 il əvvəl taksi sürücüsü kimi tanış olmuşlar. Onların tutulmağı Məhərrəmin dediyi kimi olmuşdur. O, özü metamfetamin və heroin istifadə eləmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadə elədiyini bilməmişdir. 21 sentyabr 2022-ci il tarixdə binadan düşüb maşına gedəndə açarı evdə unutduğunu anlamış, geri qayıdıb binanın blokuna girəndə onu tutmuşlar. O, həmin gün Məhərəmə yemək verməyə gəlmişdir. Yeməyi ona verib qapının qarşısında 10-15 dəqiqə söhbət eləyib sonra geri qayıtmışdır. Onun üzərindən narkotik vasitə aşkar edilməmişdir. Onu və Məhərrəmi döydükləri üçün boynuna almışdır. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, Azərbaycan Respublikası CM-İn 234.4.1 və 234.4.3cü maddələri ilə özünü təqsirli bilərək göstərmişdir ki, 5 gün idi ki, ünvan 6 ünvanında yaşamışdır. Təxminən 2 ildir ki, fasilələrlə narkotik vasitə heroini çəkmək yolu ilə qəbul etmiş, narkotiki təsadüfi şəxslərdən əldə etmişdir. Təqsirləndirilən şəxs2 ilə bir ildir ki, dostluq münasibəti olmuş, ədavəti və yaxud düşmənçiliyi olmamışdır. Məhərrəm narkotik vasitə qurudulmuş marixuananın qəbulu ilə məşğul olmuşdur. Dostu Məhərrəm təxminən 1 ay əvvəl “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı “Əli” adlı şəxslə tanış olmuş, sonuncu ona bir neçə dəfə pay olaraq narkotik vasitə göndərmiş və onlar birlikdə narkotikdən qəbul etmişlər. Təxminən 5-6 gün əvvəl “Əli” adlı şəxs Məhərrəmin maddi problemlərinin olduğunu bilib narkotik vasitələrin dövriyəsi ilə məşğul olmağı təklif edərək göndərdiyi narkotik vasitələri dediyi yerdən götürüb sonradan onun dediyi şəhərin müxtəlif yerlərinə qoyduğu halda hər göndərdiyi mala görə təxminən 1.000- 1.500 manat verə biləcəyini demişdir. Məhərrəm də öz növbəsində bu işdə ona köməklik edəcəyi təqdirdə qazancı və pay narkotiki onunla bölüşəcəyini təklif etmiş, o, da razılaşmışdır. İşin rahat görülməsi üçün o, Məhərrəmin kirayə götürüb yaşadığı mənzilə köçmüşdür. Beləliklə də 2022-ci ilin sentyabr ayının təxminən 18-də axşam vaxtlarında İran İslam Respublikasının vətəndaşı “Əli” adlı şəxsin göstərişi ilə Bakı şəhəri, Binəqədi rayonu ərazisindən əvvəlcədən təyin edilmiş yerdən selofan torbanın içərində müxtəlif növ narkotik vasitələr və psixotrop maddə, həmçinin iki ədəd elektron tərəzini götürüb kirayədə yaşadıqları evə gətirmişlər. Narkotiklərin bir hissəsini “Əli” adlı şəxsin həmin kütlələri deyilən ünvanlara qoymaq məqsədi ilə üzərilərində gəzdirmişlər, qalan kütləni isə evdə saxlamışlar. 21 sentyabr 2022-ci il tarixdə, saat 21:10 dəqiqədə ünvan 6 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Sumqayıt ŞPİ-nin inzibati binasına dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya olduğu halda onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynindəki şalvarın sağ yan cibindən bir ədəd bükümdə metamfetamin və 10 ədəd metadon həblərini təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan başqa ondan bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra təqdim etdiyi həmin kütlələr kağız zərfə qoyularaq qablaşdırılmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd “Samsung” markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüşdür. O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin Özünə məxsus olduğunu, həmin kütlələri dostu Təqsirləndirilən şəxs2 tanıdığı İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürüb yaşadıqları ünvana gətirərək “Əli” adlı şəxsin göstərişi ilə həmin kütlələri deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiklərini, narkotik vasitələri müəyyən ünvanlara qoymaqlarına görə “Əli” adlı şəxsin onlara 1000- 1500 manat pul verəcəyini, narkotik vasitə istifadəçisi olduğunu, həmçinin Sumqayıt şəhərində yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və onlar yaşadığı mənzilə getmişlər. İştirakçılar onun Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadıqları mənzilə baxış keçirilməsi üçün daxil olan zaman evdə olan Məhərrəm əlində olan sellofan torba ilə yataq otağında yerləşən şaxtanın girişinə daxil olaraq orada gizlənmək istəyərkən şaxtada köməksiz və hərəkətsiz vəziyyətdə qalaraq əlində olan sellofan torbanı zirzəmiyə tullamış, polis əməkdaşları tərəfindən dəvət edilmiş FHN-nin əməkdaşlarının köməyi ilə Məhərrəm oradan çıxarılmışdır. Bundan sonra baxış və götürmə aparılmasından əvvəl bu barədə qərarla onları tanış edərək sözü gedən mənzildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməkləri təklif olunmuşdur. Bu təklifdən sonra onlar mənzildə yataq otağında olan taxta konstruksiyalı dolabın içərisindən bir ədəd bükümdə qurudulmuş marixunanı, bir ədəd bükümdə metamfetamini, 110 ədəd metadon həblərini və iki ədəd elektron tərəzini çıxarıb təqdim etmişlər. Daha sonra həmin kütlələr və iki ədəd elektron tərəzi qablaşdırılmışdır. Təqsirləndirilən şəxs2 baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzilərin onlara məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Əli” adlı şəxsin vasitəsi ilə 3-4 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürüb yaşadıqları ünvana gətirərək “Əli” adlı şəxsin göstərişi ilə həmin kütlələri birlikdə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiklərini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymaqlarına görə “Əli” adlı şəxsin onlara 1000- 1500 manat pul verəcəyini, narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Təhqiqatçı ünvan 6 ünvanınına keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs2 içərisində narkotik vasitlərin olduğunu dediyi, şaxtadan həmin binanın zirzəmisinə tulladığı sellofan torbaya baxış keçirilməsi zərurəti yarandığı qeyd etmiş və onlar mənzildən çıxaraq binanın zirzəmisənə getmişlər. Orada baxış və götürmə aparılmasından əvvəl bu barədə qərarla onları tanış edərək sözü gedən zirzəmidə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməkləri Təqsirləndirilən şəxs2 təklif olunmuşdur. Bu təklifdən sonra Məhhərəm zirzəmidə şaxtadan tulladığı sellofan torbanın içərisindən bir ədəd bükümdə qurudulmuş marixunanı, bir ədəd bükümdə metamfetamini və 99 ədəd metadon həblərini götürüb polis əməkdaşlarına təqdim etmişdir. Məhərrəm baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin onlara məxsus olduğunu və evdən aşkar edilmiş narkotik vasitənin bir hissəsi olduğunu bildirmişdir. (Cild 1, iş vərəqləri 142-145) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edilməsindən ötrü tədqiq edərək qiymətləndirir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Sumqayıt şəhəri ərazisində satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Müdafiəçi1 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 2022-ci il sentyabrın 21-də saat 21 radələrində Sumqayıt şəhəri, 1- ci mikrorayon ərazisində saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasına aparılmışdır. Sumqayıt ŞPİ-nin inzibati binasında video çəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun üzərindən bir bükümdə psixotrop maddə metamfetamin və 10 ədəd narkotik vasitə olan metadon həbləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 sorğu zamanı üzərindən aşkar edilmiş narkotik vasitə və psixatrop maddələri dostu Təqsirləndirilən şəxs2 tanışı İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu ərazisindən əldə etdiyini, Əli adlı şəxsin dediyi ünvanlara qoymaq məqsədilə Təqsirləndirilən şəxs2 evində saxladıqlarını bildirmiş və Təqsirləndirilən şəxs2 Sumqayıt şəhərində yaşadığı mənzildə narkotik maddə olduğunu bildirdiyi üçün həmin ünvana getmişlər. Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən mənzilə daxil olanda evdə olan Məhərrəm əlindəki sellofan torba ilə yataq otağında yerləşən şaxtanın girişinə doğru qaçmış, lakin şaxtada köməksiz və hərəkətsiz vəziyyətdə ilişib qalaraq əlindəki sellofan torbanı zirzəmiyə tullamışdır. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını dəvət eləmiş, Təqsirləndirilən şəxs2 şaxtadan çıxarmışlar. Evə baxış keçirilmiş, evin yataq otağından bir büküm narkotik vasitə qurudulmuş marixuna, bir büküm psixotrop maddə metamfetamin, 110 ədəd narkotik vasitə metadon həbləri və iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 ona verilən suallara cavab olaraq aşkar edilən narkotik vasitə və psixotrop maddəni İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsin vasitəsi ilə 3-4 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu ərazisindən götürdüklərini demişdir. Təqsirləndirilən şəxs2 polis əməkdaşlarından qaçarkən içərisində narkotik vasitələr olan torbanı şaxtadan həmin binanın zirzəmisinə tulladığını dediyi üçün zirzəmiyə və atılan torbaya baxış keçirilməsi məqsədilə zirzəmyə getmişlər, orada sellofan torbanın içərisinə baxış keçirmiş və sellofan torbadan bir büküm narkotik vasitə qurudulmuş marixuna, bir büküm psixotrop maddə metamfetamin və metadon həbləri aşkar edilmişdir. Bundan sonra saxlanılan şəxsləri Sumqayıt Şəhər Polis İdarəsinə aparmışlar. Sumqayıt ŞPİ-nin inzibati binasında video çəkiliş vasitəsilə müdafiəçinin iştirakı təmin edilməklə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun üzərindən bir büküm psixotrop maddə metamfetamin və metadon həbləri, plastik bank kartı aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barədə daxil olan əməliyyat məlumatı əsasında Şahid1 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 21 sentyabr 2022-ci ildə saat 21 radələrində Sumqayıt şəhəri, 1- ci mikrorayon ərazisində piyada hərəkətdə olanda saxlanılmış və Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmişdir. Sumqayıt ŞPİ-də video çəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı onun üzərindən bir büküm psixotrop maddə metamfetamin və narkotik vasitə metadon həbləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 sorğu zamanı aşkar edilən narkoitk vasitə və psixatrop maddələri dostu Təqsirləndirilən şəxs2la birlikdə İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsin dediyi ünvandan əldə etdiyini bildirərək narkotik vasitələrin qalan hissəsinin Təqsirləndirilən şəxs2 evində olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs2 Sumqayıt şəhərində yaşadığı mənzildə narkotik maddə olduğunu bildirdiyi üçün Təqsirləndirilən şəxs1 ilə birgə həmin ünvana getmişlər. Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən mənzilə daxil olarkən evin içərisində olan Məhərrəm əlindəki sellofan torba ilə özünü binaların arakəsməsinə atdı və şaxtada hərəkətsiz vəziyyətdə ilişib qaldığı üçün əlindəki torbanı şaxtanın aşağısına atmışdır. Onlar da Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını dəvət eləmişlər, Təqsirləndirilən şəxs2 şaxtadan çıxarmışlar. Sonra onların iştirakı ilə evə baxış keçirilmişdir. Evdən narkotik vasitə qurudulmuş marixuana, psixotrop maddə metamfetamin, narkotik vasitə metadon həbləri və elektron tərəzi aşkar edilərək götürülmüşdür. Daha sonra saxlanılan şəxsləri Sumqayıt Şəhər Polis İdarəsinə aparmışlar. Sumqayıt ŞPİ-də video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən onun üzərindən psixotrop maddə metamfetamin və metadon həbləri, plastik bank kartı aşkar edilmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan BNMİ-nin XMİÜ baş əməliiyyat müvəkkili Şahid3 ifadəsində digər şahidlər Şahid2 və Şahid1la oxşar məzmunlu ifadə verərək onların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. (Cild 2, iş vərəqləri 3-9) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarış və götürmə” haqqında 21 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 təklif olunur ki, üzərində hər hansı qadağan olunmuş əşya varsa təqdim etsin. O isə əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni və 10 ədəd metadon həblərinə bənzər kütləni çıxarıb təqdim etmişdir. (Cild 1, iş vərəqləri 32-33) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarış və götürmə” haqqında 22 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 təklif olunur ki, üzərində hər hansı qadağan olunmuş əşya varsa təqdim etsin. O isə əynində olanşalvarın sağ yan cibindən 01 ədəd bükümdə ağ rəngli kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni və 10 ədəd metadon həblərinə bənzər kütləni çıxarıb təqdim etmişdir. (Cild 1, iş vərəqləri 66-67) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Mənzilə baxış keçirilməsi və götürmə” haqqında 22 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadığı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45D ünvanına baxış keçirilmiş,baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yataq otağında olan dolabın içərisindən 01 ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni, 01 ədəd bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni və 110 ədəd metadon həblərinə bənzər kütəni, o cümlədən 02 ədəd elektron tərəzini təqdim etmişlər. (Cild 1, iş vərəqləri 38-39) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Zirzəmiyə baxış keçirilməsi və götürmə” haqqında 22 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, əvvəlcə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təklif olunur ki, zirzəmidə (qaraj) qanunla qadağan olunmuş əşya varsa təqdim etsinlər. Bundan sonra Təqsirləndirilən şəxs2 zirzəmidə şaxtadan tulladığı sellofan torbanın içərisindən 01 ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni, 01 ədəd bükümdə ağ rəngli kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 99 ədəd metadon həblərinə bənzər kütləni təqdim etmişdir. (Cild 1, iş vərəqləri 42-43) Şəxsi axtarış və götürmə” haqqında 21 sentyabr 2022-ci il tarixli və 22 sentyabr 2022-ci il tarixli protokollarda, həmçinin “Mənzilə baxış keçirilməsi və götürmə” haqqında 22 sentyabr 2022-ci il tarixli və “Zirzəmiyə baxış keçirilməsi və götürmə” haqqında 22 sentyabr 2022-ci il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 04 (dörd) ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxslərin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxslərin şəxsi axtarışı, mənzilə baxış və zirzəmiyə baxış keçirilməsi zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 22 sentyabr 2022-ci il tarixli 7/1076 №li rəyində göstərilir ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim etdiyi kütlələr...” sözləri yazılmış birinci polietilen bağlamada skoçla bağlanmış göy rəngli polietilen bağlamada təmiz çəkisi 1040 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs2 təqdim etdiyi...” sözləri yazılmış ikinci polietilen bağlamada skoçla bağlanmış şəffaf sellofanda təmiz çəkisi 155,0qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qeyd: Marixuananın qalığı -1194,8 qramdır. (cild 1 iş vərəqləri 87-89) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 22 sentyabr 2022-ci il tarixli 6/5413 №li rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DÎN Zərflər üçün №7” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs1 təqdim etdiyi kütlələr, Şübhəli şəxs Təqsirləndirilən şəxs1-imza; müdafiəçi-imza: Y.Vahabov- imza..” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki üzərində “Methadone 40” əmtəə göstəriciləri olan konvalyutlarda içərisində ümumilikdə 10 ədəd yazı əlavəli qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibi dərman preparatıdır və 10 ədəd həbin təsiredici maddəsinin ümumi miqdarı -0,4 qramdır; 01 ədəd bükümdəki təmiz çəkisi - 4,187 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs2 təqdim etdiyi kütlələr, Şübhəli şəxs Təqsirləndirilən şəxs2-imza; müdafiəçi -imza: Y.Vahabov- imza..” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki üzəndə Methadone 40” əmtəə göstəriciləri olan konvalyutlarda içərisində ümumilikdə 10 ədəd yazı əlavəli qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibi dərman preparatıdır və 10 ədəd həbin təsiredici maddəsinin ümumi miqdarı -0,4 qramdır; 01 ədəd bükümdəki təmiz çəkisi - 5,865 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs2 təqdim etdiyi kütlələr; Şübhəli şəxs Təqsirləndirilən şəxs2-imza; müdafiəçi-imza: Y.Vahabovimza..” yazı əlavəsi qeyd edilmiş bir ədəd polietilen bağlamadaki 10 ədəd üzərində “Methadone 40” əmtəə № göstəriciləri olan konvalyutlarda içərisində ümumilikdə 99 ədəd yazı əlavəli qəhvəyi rəngli 1 nömrəli dairəvi formalı həblər metadon tərkibi dərman preparatıdır və 99 ədəd həbin təsiredici maddəsinin ümumi miqdarı -3,96 qramdır; 01 ədəd bükümdəki təmiz çəkisi - 37,208 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi və 1 “...Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim etdiyi kütlələr və 2 ədəd elektron tərəzi; Şübhəli şəxs Təqsirləndirilən şəxs2imza; Təqsirləndirilən şəxs1- 1 imza,müdafiəçi-imza: Y.Vahabov- imza..” yazı əlavəsi qeyd edilmiş bir ədəd polietilen bağlamadaki İİ ədəd üzərində “Methadone 40” əmtəə göstəriciləri olan konyalyutlarda içərisində ümumilikdə 110 ədəd yazı əlavəli qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibi dərman preparatıdır və 110 ədəd həbin təsiredici maddəsinin ümumi miqdarı -4,4 qramdır; 01 ədəd bükümdəki təmiz çəkisi - 107,301 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 02 ədəd elektron tərəzinin üzərində metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin çəkisini və bükümlərdəki metamfetaminlərlə eyni kimyəvi tərkibli olub- olmamasını İ müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş metamfetaminlər xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olub, ümumi təmiz çəkisi -154,561 qramdır. (Cild 1, iş vərəqləri 91-96) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 31 oktyabr 2022-ci il tarixli 6478 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioädlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Müayinə zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, təxminən 5-6 ildir ki, narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən yandırıb tüstüsünü çəkməklə istifadə etmişdir. (Cild 2, iş vərəqləri 69-70) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 31 oktyabr 2022-ci il tarixli 6484 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 eyni zamanda bir neçə narkotik vasitələr və digər psixoaktiv maddələr qəbulu nəticəsində yaranan asililiq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Müayinə zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, təxminən 2015-ci ildən narkotik vasitə olan heroindən və qurudulmuş marixuanadan, eləcə də, 1 ildir ki, psixotrop maddə metamfetamindən, həmçinin, metadon həblərindən və tiryəkdən istifadə etmişdir. (Cild 2, iş vərəqləri 67-68) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 21 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 1194,8 qram qurudulmuş marixuana, 207 ədəd metadon həbləri 154,361 qram psixotrop maddə metamfetamin və iki ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-in maddi sübutları saxlama otağına təhvil verilmişdir. 04 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (Cild 2, iş vərəqlər 78-92) Məhkəmə, təqsirləndirilən şəxslərin üzərində narkotik vasitə olmaması, polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldıqları üçün etirafedici ifadələr vermələri ilə bağlı ifadələrində göstərdikləri xüsusatları və gətirdiyi dəlilləri onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ və İİ siyahılarının müvafiq olaraq 5 və 67-ci bəndinlərində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram, qurudulmuş marixuananın isə şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 500 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin əldə edərək saxladığı və daşıdığı narkotik vasitələrin miqdarının şəxsi istehlak miqdarından, həmçinin külli miqdardan da artıq olması onların məqsədinin satışla bağlı olduğunun aşkar göstəricisidir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərin narkotik vasitələrin satışı ilə məşğul olmaması, polis əməkdaşları tərəfindən təzyiq olunması kimi ifadələrində göstərdiyi xüsusatları, özlərini müdafiə üçün gətirdikləri dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdiyi ifadəsini daha obyektiv və işin hallarına uyğun olan ifadə kimi qəbul edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrinə əsasən təqsirləndrilən şəxslərin cəzalarını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamələrdən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 26 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətə azadlığı məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhər Probasiya İdarəsindən daxil olan məktubdan görünür ki, azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan müddəti 01 il 09 ay 12 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə cinayət qanunun həmin normasını rəhbər tutataraq qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 26 noyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub birləşdirilməklə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar cinayətlərin residivi zamanı nəzərə alınmadığından, məhkəmə Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olmadığını qeyd edir. Təqsirləndirilən şəxs1 isə əvəllər məhkum olunmamışdır. (Cild 2, iş vərəqləri 1-20) Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onların barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 21 sentyabr 2022-ci il tarixdə, Təqsirləndirilən şəxs2 isə 22 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar, 23 sentyabr 2022-ci il tarixdə Nərimanov rayon məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduqları tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 174-187) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı Təqsirləndirilən şəxs1 barəsində 21 sentyabr 2022-ci il tarixdən, Təqsirləndirilən şəxs2 barəsində isə 22 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxslərdə narkomaniya xəstəliyi aşkar olunur, onların məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər barələrində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı, onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub DİNin BMCMİ-də saxlanılan, tədqiqatdan sonra qalıq qalan 1194,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 207 ədəd narkotik vasitə metadon həbləri, 154,361 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, 02 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalı, iş materiallarında olan 04 ədəd disk cinayət işi materiallarında salxanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 90 manat 50 qəpik, Təqsirləndirilən şəxs2 90 manat 50 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, həmin müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 21 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 26 noyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş və 1 il 9 ay 12 gün hissədə çəkilməmiş qalan azadlığın mədudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub hesablanmaqla 10 ay 21 gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək qismən birləşdirilsin və o, qəti olaraq 06 (altı) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 22 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 90,5 manat və Təqsirləndirilən şəxs2 90,5 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub DİN-in BMCMİ-də saxlanılan, 1194,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 207 ədəd narkotik vasitə metadon həbləri, 154,361 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, 02 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın, iş materiallarında olan 04 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.hmin