Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-338/2024 28.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X8 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Ermənistan Respublikasının, Krasnoselo şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 5-ci məhəllədə yerləşən nömrəsiz fərdi evdə yaşamış və hazırda ƏN-nin PX-in Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt məhkəmə kopleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan “Doktor” ləqəbli şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs "Doktor” ləqəbli şəxsin sifarişi və 1500 manat pul təklifi ilə gələcəkdə ayrı- ayrı “müştərilərə” çatdırılması üçün sonuncunun naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə Füzuli rayonu ərazisində yerləşdirdiyi külli miqdarda - 12 kq 435,5 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda - 1 kq 449 qram çəkidə tiryəki və külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 44 qram olan 1100 ədəd metadon həblərini həmin yerdən qanunsuz əldə etmiş, əldə etdiyi narkotik vasitə tiryəkin hamısını, qurudulmuş marixuana və metadon həblərinin isə bir hissəsini yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 5-ci məhəllədə yerləşən nömrəsiz fərdi evə daşıyaraq həmin evdə saxlamış, narkotik vasitə qurudulmuş marixuana və metadon həblərinin qalan hissəsini isə üzərində saxlamaqla yaşadığı evin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 02 iyun 2023cü il tarixdə saat 02:10-da yuxarıda qeyd olunun ünvanda saxlanılaraq BNMİ-nİn inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 03:50-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 48,7 qram olan narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda - təsiredici maddəsinin ümumi miqdarı 02 qram olan 50 ədəd metadon həbi aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq 02 iyun 2023-cü il tarixdə saat 05:30-dan Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 5-ci məhəllədə yerləşən nömrəsiz fərdi evə baxış keçirilən zaman evin həyətində olan yardımçı tikilidən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 13 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1119,3 qram, 1291,6 qram, 1177,9 qram, 2009,7 qram, 1266,4 qram, 1446,5 qram, 1172,2 qram, 1239 qram, 1347,5 qram, 74,77 qram, 71,99 qram, 74,41 qram və 95,53 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda - 12 kq 386,8 qram olan narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1005 qram və 444 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda - 01 kq 449 qram olan tiryək, külli miqdarda - təsiredici maddəsinin ümumi miqdarı 42 qram olan 1050 ədəd metadon həbi və 01 ədəd üzərində narkotik vasitə tiryək izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə ifadə verməkdən imtina etmiş, lakin ona verilən sualları cavablandırarkən göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ikinci ifadəsi ilə razıdır. O, metadonları görməmişdir. Narkotiki məhv etmək üçün götürüb evə gətirmişdir. Onun marixuana olduğunu bilib evə gətirmişdir. Polislər onu açan zaman görmüşdür. Anbara birinci 15 nəfər polis daxil olmuşdur. Onlar daxil olandan iki dəqiqə sonra isə özü daxil olmuşdur. Çəkilişdə elə olmuşdur. Birinci çəkilişsiz içəri girmişlər. Çəkiliş içəri girəndən sonra olmuşdur. Birinci gəlib onu evdən götürmüşlər. Onun evinin yaxınlığında ikinci bölmə yerləşmişdir. Onun yaşadığı mənzil anasının mülkiyyətindədir. O özü narkotiki təqdim etməmişdir. Polislər ona köməklik edəcəklərini bildirmişlər. Təhqiqatçı özü qabaqcadan narkotiki ona vermişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadə vermədiyi üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, Təqsirləndirilən şəxs 02 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan olunan zaman o, elan edilmiş ittihamla qismən razı olaraq ifadəsində bildirmişdir ki, heç bir xəstəliyi, o cümlədən psixi xəstəliyi yoxdur. 2004-2006-cı illərdə hərbi xidmətdə olmuşdur. 3 dəfə ailə həyatı qurmuş və hər nikahdan bir övladı vardır. Övladlarından biri öz himayəsindədir, digər ikisinə görə aliment ödəyir. Hər üç Övladı azyaşlıdır. Əvvəllər taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təxminən 7 aydır ki, “166 Yük daşıma xidməti”-də sürücü kimi işləyir. Belə ki, istifadəsinə tır verilmişdir və həmin tır ilə ölkədaxili yükdaşıma xidməti göstərir. Son dövrlərdə maddi sıxıntıları olmuş və eşitmişdir ki, iranlıların Azərbaycana göndərdiyi narkotik vasitələri dedikləri yerlərə çatdıranda onlar yaxşı pul verirlər. Bunun üçün “İnstagram” sosial şəbəkəsində adını xatırlamadığı, narkotik maddələr satan səhifəyə yazmış və bildirmişdir ki, Azərbaycana göndərilən maddələri dedikləri yerlərə yerləşdirə bilər. Yazdıqlarına cavab verilmiş və həmin iranlı şəxslə bir qədər “İnstagram”-da danışmışdır. Sonradan onunla “Whatsapp” mobil tətbiqində danışmağa başlamışdır. Danışdığı iranlı özünü ona doktor kimi təqdim etmiş və o da iranlıya “doktor” deyə müraciət edirmiş. Təxminən 20 gün bundan qabaq “doktor” onunla danışmış və demişdir ki, Füzuli rayonuna mal göndərəcək və həmin malları gedib götürməlidir. Həmçinin, bildirmişdir ki, mallar çox olduğundan iki dəfəyə göndərəcək və həmin malları yerbəyer etdikdən sonra ona 1500 manat pul verəcək. O da razılaşmışdır. Dəqiq xatırlamadığı tarixdə xatırlamadığı yol maşını ilə “doktor"un ona göndərdiyi konuma yəni, Füzuli rayonuna getmişdir. Orada konum üzrə malı tapmışdır. Malı tapandan sonra Bakı İstiqamətinə gələn yol maşınlarının biri ilə geri qayıtmışdır. Mal bir kisədə olmuşdur. Maşında gəldiyi şəxs onu nə gətirdiyini bilməmişdir. Bakıya gələndən sonra taksi ilə Sumqayıtda yaşadığı evə getmişdir. Həmin kisəni evdə zirzəmiyə qoymuşdur. Kisəni açan zaman içərisində “nəşə” kimi tanıdığı qurudulmuş marixuana aşkar etmişdir. “Doktor” həmçinin, həmin maddələrin yanına elektron tərəzi də qoymuşdur ki, yerləşdirdiyi maddələri çəkib sonra yerləşdirsin. Təxminən 10 gün ərzində bir dəfə “doktor”un sifarişi ilə təqribən 3 kilo marixuananı Nasosnu deyilən yerdə yolun kənarına atmış və həmin yerin konumunu “doktor"a göndərmişdir. Təxminən 10 gün bundan öncə "doktor” ona demişdir ki, qalan maddələri də Füzuli rayonu ərazisinə göndərəcək və gedib onları götürməlidir. O isə “doktor”a demişdir ki, razılaşdıqları 1500 manat pulu hələ də göndərməmişdir. “Doktor” isə demişdir ki, bu dəfə malın yanına 500 manat qoyacaq, qalanını isə sonra göndərəcək. O da razılaşmışdır və dəqiq xatırlamadığı tarixdə birinci dəfə getdiyi kimi yol maşını ilə Füzuli rayonuna getmiş və orada malı tapandan sonra başqa yol maşını ilə geri qayıtmışdır. Bu dəfə də mal bir kisədə olmuşdur. Evə gələndən sonra malı əvvəlki malın yanına qoymuş və təzə malın içinə baxan zaman orada 500 manatı tapmış və götürmüşdür. Həmin kisədə həmçinin, marixuana, “qara” kimi tanıdığı tiryək və metadon həbləri olmuşdur. O iranlıdan xəbər gözləmişdir ki, həmin malları yerbəyer etsin. 02 iyun 2023-cü il tarixdə gecə iranlı “doktor” ona demişdir ki, 50 qram marixuana düzəltsin və onu dediyi yerə qoysun. O da tərəzidə 50 qram marixuana çəkmiş və onu cibinə qoyub evdən çıxmışdır ki, “doktor”un dediyi yerə çatdırsın. 02 iyun 2023-cü il tarixdə, saat 02:10 dəqiqədə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 5-ci məhəllədə yerləşən yaşadığı nömrəsiz fərdi evin yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib, onu BNMİ-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə qurudulmuş marixuananı, 50 ədəd metadon həblərini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 02 ədəd içərisində 050 ***-**-** və 077 383-77- 17 simkart nömrələri olan “Honor" markalı mobil telefonlar, 01 ədəd açar, 01 ədəd plastik bank kartı, 01 ədəd sürücülük vəsiqəsi və 9 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuananın çəkisi 52 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri imzalanmışdır. 02 ədəd “Honor" markalı mobil telefonlar, 01 ədəd bank kartı və 01 ədəd sürücülük vəsiqəsi götürülmüş, 01 ədəd açar və 9 manat pul isə özünə geri qaytarılmışdır. Verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Doktor” ləqəbli şəxsin vasitəsi ilə 10 gün əvvəl Füzuli rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Doktor" ləqəbli şəxsin ona 1500 manat pul verəcəyini, həmin şəxsi təxminən 1 ay olar ki, tanıdığını, həmçinin Sumqayıt şəhərində yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış başa çatmış və bu barədə protokol tərtib edilmişdir. Protokol düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Bundan sonra yaşadığı ervə gfetmiş, orada onar evdö saxladığı narkotik vasitələri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o evdə zirzəmidən 03 ədəd qara rəngli çantanın içərisindən 13 ədəd bağlamada qurudulmuş marixuananı, 02 ədəd bağlamada qurudulmuş marixuananın toxumlarını, 01 ədəd bağlamada tiryəki, 1050 ədəd metadon həblərini və 01 ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, həmin kütlələr və elektron tərəzi qablaşdırılmış, möhürlənmiş və üzəri imzalanmışdır. Sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş əşyalar və ya sənədlər aşkar edilməmişdir. Baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Doktor” ləqəbli şəxsin vasitəsi ilə 10 gün əvvəl Füzuli rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Doktor” ləqəbli şəxsin ona 1500 manat pul verəcəyini, həmin şəxsi təxminən 01 ay olar ki, tanıdığını bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən və evindən aşkar edilmiş maddələri iranlı “doktor”un deyəcəyi yerlərə çatdırmaq məqsədi ilə əldə edib saxlamışdır. İranlı “doktor” ləqəbli şəxslə görüşməmişdir, onun anket məlumatlarını bilmir və telefon nömrəsini əzbər bilmir. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Üzərində və evində narkotik vasitələr olmasından heç kimin, o cümlədən ailə üzvlərinin xəbəri olmamışdır. Başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. "xxxx" MMC-yə məxsus ***-***-**-** və "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil nömrələrindən istifadə etmişdir. Üzərinə şəxsi axtarış və evinə baxış video çəkilişlə təhqiqatçı tərəfindən aparılmış, ondan başqa heç kim onun evinə baxış və üzərinə şəxsi axtarış keçirməmişdir. Polis əməkdaşları tərəfindən nə saxlanılan zaman, nə üzərinə şəxsi axtarış keçirilən zaman, nə də evinə baxış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, 01 iyun 2023-cü il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkili Şahid2 daxil edilmişdir. 02 iyun 2023-cü il tarixdə gecə saat 02-03 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 5-cİ məhəllədə, yaşadığı evin yaxınlığında olması müəyyən edilmiş və onlar həmin yerə • getmişlər. Saat 02:1 Oda qeyd edilən yerdə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən* etmişlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra ona satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu BNMİ-nin inzibati binasına gətirmişlər. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin İştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin Təhqiqat Qrupunun təhqiqatçısı Yelmar Vahabov tərəfindən onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən İstifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, həmçinin qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetləri təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 01 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 50 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın cibindən 02 ədəd “Honor” markalı mobil telefonlar, 01 ədəd açar, 01 ədəd bank kartı, 01 ədəd sürücülük vəsiqəsi və 9 manat pul aşkar edilmişdir. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Sonra aşkar olunmuş həmin kütlələr qablaşdırılmış, möhürlənmiş və üzəri imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 02 ədəd “Honor" markalı mobil telefonlar, 01 ədəd bank kartı və 01 ədəd sürücülük vəsiqəsi götürülmüşdür. 01 ədəd açar və 9 manat pul isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Doktor" ləqəbli şəxsin vasitəsi ilə 10 gün əvvəl Füzuli rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi İlə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Doktor” ləqəbli şəxsin ona 1500 manat pul verəcəyini, həmin şəxsi təxminən 1 ay olar ki, tanıdığını, həmçinin Sumqayıt şəhərində yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra bu barədə protokol tərtib olunmuş və protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 5-ci məhəllədə yerləşən nömrəsiz fərdi evə baxış keçirilmişdir. Baxış keçirilməzdən öncə Təqsirləndirilən şəxs həmin evə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək sözü gedən evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs evin həyətindən olan yardımçı tikilidən 03 ədəd qara rəngli çantanın içərisindən 13 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütləni, 02 ədəd bağlamada qurudulmuş marixuananın toxumlarına bənzər kütləni, 01 ədəd bağlamada narkotik vasitə olan tiryəkə bənzər kütləni, 1050 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütləni və 01 ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırılmış və üzəri imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Doktor” ləqəbli şəxsin vasitəsi ilə 10 gün əvvəl Füzuli rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı •çəkiten şəxsin göstərişi ilə fiaıkotik vasitələri müəyyən ünvanlara qoymağflna görə "Doktor”* ləqəbli şəxsin ona 1500 manat pul verəcəyini, həmin şəxsi təxminən 1 ay olar ki, tanıdığını bildirmişdir. Baxış və götürmə başa çatdıqdan onlar yenidən Baş İdarəyə qayıtmış və orada baxışın keçirilməsi barədə protokol tərtib olunmuş və protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərməmiş və onlara heç bir xəsarət yetirməmişdir. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 işin halları ilə bağlı Şahid1la eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1986-cı ildə Ermənistan Respublikasının Krasnelo şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 5 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 5-ci məhəllədə yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1986-cı ildə Ermənistan Respublikasının Krasnelo şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 5 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 5-ci məhəllədə yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “Raportdan” görünür ki, xx.xx.1986-cı ildə Ermənistan Respublikasının Krasnelo şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 5 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 5-ci məhəllədə yerləşən nömrəsiz fərdi evin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla BNMİ-nin inzibati binasına gətirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-bioloji ekspertizasının 02 iyun 2023-cü il tarixli, 7/795 saylı rəyin nəticə hissəsindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi ...” yazısı və imzalar olan qara rəngli çantadakı 06(altı) ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 1119,3qram; 1291,6qram; 1177,9 qram; 2009,7qram; 1266,4qram; 1446,5qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - Tədqiqata təqdim edilmiş qara rəngli çantadakı 03(üç) ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 1172,2qram; 1239qram; 1347,5qram, 04(dörd) ədəd sellofanda ayrı-ayrılıqda təmiz çəkiləri: 74,77qram; 71,99qram; 74,41 qram; 95,53qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs təqdim etdiyi ..." yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi-48,7qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi-12435,5qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Həmin qara rəngli çantada iki ədəd sellofan torbanın içərisində: 03(üç) ədəd sellofanda, 03(üç) ədəd salfet kağızı bükülüdə və 01 (bir) ədəd göy rəngli plastik qabda ümumi çəkisi-190,2qram olan bitki toxumları çətənə (kannabis) bitkisinin toxumlarıdır, onların tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur və onlar narkotik vasitələrə aid deyildir. Təqdim olunmuş sarı rəngli polietilen bağlamadakı 01 (bir) ədəd elektron tərəzinin üzərində çətənə(kannabis) bitkisinin hissəcikləri yoxdur. Qeyd:Marixuananın ümumi çəkisi-12435,5qram (1-13№li və 15№li obyekt), tədqiqata İstifadə olundu-2,3qram, (qara rəngli bağlamaların hər birindən 0,2qram, hər sellofandan isə 01 qram götürüldü) qalıq-12433,2qram. Toxumların ümumi çəkisi-190,2qram (14№liob), tədqiqata istifadə olundu-0,1qram qalıq -190,1 qram. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 02 iyun 2023-cü il tarixli 6/3125 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyində görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərftər üçün №7” dairəvi möhür əksi olan bir ədəd kağız paketdə və bir ədədi sarı rəngli sellofan bağlamada olan: - üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə üzərində “Methadone 40" göstəricisi olan 5 ədəd konvalyutda ümumilikdə 50 ədəd qəhvəyi rəngli dərman həbində metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 2 qram (lədəd həbdə 0,04 qram) təşkil edir. - üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7" dairəvi möhür əksi olan bir ədəd sellofan paketdə bir ədəd bağlamada 2 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 1005,0 qram, 444,0 qram ümumi təmiz çəkisi 1449,0 qram olan spesifik tiryək iyli, qətranabənzər maddə narkotik vasitə-tiryəkdir. Təqdim olunmuş üzərində “Methadone 40" göstəricisi olan ümumi sayı 1050 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 42 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. Təqdim edilmiş 2 ədəd bükümdə olan tiryək xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Bir elektron tərəzidə narkotik vasitə olan tiryəkin izləri vardır. Tiryək iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqatını aparmaq mümkün deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X10 Şəxsindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 31 iyul 2023-cü il tarixli 4848 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq BNMİ-nin İnzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, 50 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütlə, həmin şalvarın sol yan cibindən 02 ədəd “Honor” markalı mobil telefonlar, 01 ədəd açar, 01 ədəd bank kartı, 01 ədəd sürücülük vəsiqəsi və 9 manat pul aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş maddələr, mobil telefonlar, bank kartı, sürücülük vəsiqəsi götürülmüş, 9 manat pul və açar isə crtıun özünə qaytanlmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 02 iyun 2023-cü il tarixdə saat 03:50-da başlamış və həmin tarixdə saat 04:02-də bitmişdir. xx.xx.2023-cü il tarixli “evə baxış keçirilməsi və götürmə aparılması” barədə protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirildikdən sonra yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 5-ci məhəllədə yerləşən nömrəsiz fərdi evə baxış keçirilmişdir. Baxış zamanı evin zirzəmisindən 03 ədəd qara rəngli çantanın içərisindən 13 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, 02 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuananın toxumlarına bənzər kütlə, 01 ədəd bağlamada narkotik vasitə tiryəkə bənzər kütlə, 1050 ədəd narkotik vasitə metadon həblərinə bənzər kütlə və 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırılmış və üzəri imzalanmışdır. Sonra evin digər hissələrinə baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Baxış keçirmə və götürmə istintaq hərəkəti 02 iyun 2023-cü il tarixdə saat 05:30-da başlamış və həmin tarixdə saat 05:57-də bitmişdir. Ailə tərkibi haqqında arayışa əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladı vardır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 5-ci məhəllədə yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması şübhəsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, həmçinin şəxsin evinə baxış və götürmə aparılmış, şəxsi axtarış zamanı üzərindən nakotik vasitə marixuanaya bənzər kütlə və metadon həbləri, evinə baxış və götürmə zamanı da narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, qurudulmuş marixuananın toxumlarına bənzər kütlə, tiryəkə bənzər kütlə, metadon həblərinə bənzər kütlə və 01 ədəd elektron tərəzi aşkar aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin narkotik vasitə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış və evinə baxış və götürmə keçirilərək narkotik vasitələrin və metodon həblərinin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “14” iyun 2024-cü il “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 9-cu bəndində qeyd olunmuşdur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələrin miqdarının şəxsi istehlak miqdarında dəfələrlə artıq olmasını, əldə etdiyi narkotik vasitələrin növ müxtəlifliyni, narkotik vasitələri realizə etmək üçün tərəzinin aşkar olunmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən həmin narkotik vasitəni satış məqsədilə əldə etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs psixi təsirə məruz qalmasını bildirsədə bu hal cinayət işinin materiallarında olan heç bir sübutla öz təsdiqini tapmır, yaxud bu halı təsdiq edən hər hansı sübut onun özü və vəkili tərəfindən məhkəməyə təqdim olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin psixi təsirə məruz qalması barədə heç bir sübuta əsaslanmayan firkirlərini onun müdafiə taktikasından irəli gələn hərəkətləri kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında zamanı verdiyi ifadələri təhlil edərək, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı xx.xx.2023-cü il tarixli vermiş olduğu ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün ibtidai araşdırma zamanı vermiş olduğu etirafedici ifadəsilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 01 az yaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi müəyyən edir və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən olunmamışdır), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda təqsirləndirilən şəxs X7 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 02 iyun 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla, təqsirləndirilən Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 143 (yüz qırx üç) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs üzərindən və yaşayış yerindən aşkar olunaraq maddi sübut kimi tanınıb, BMCMİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmiş ümumi qalıq çəkisi 12 kq 433,2 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 1 kq 448,9 qram qalmış tiryək, qalıq sayı 1070 ədəd qalmış metadon həbləri və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1.1 maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 143 (yüz qırx üç) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən və yaşayış yerindən aşkar olunaraq maddi sübut kimi tanınıb, BMCMİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmiş ümumi qalıq çəkisi 12 kq 433,2 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 1 kq 448,9 qram qalmış tiryək, qalıq sayı 1070 ədəd qalmış metadon həbləri və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-338/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-338/2024
28.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver