Məhkəmə qərarları › İş №1(124)-339/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-339/2023

21.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-339/2023 21.08.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxsin hüquqi varisi – X4, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosu vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1961-ci il tarixdə Abşeron rayonu Giləzi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2013-cü il tarixli 1(101)-1165/2013 saylı hökmü ilə Azərbaycan Respublikasının CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu qanununla nəzərdə tutulmuş qaydada ödənilməmiş və ya üzərindən götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksininn 6 saylı məhkəmə zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş və işə məhkəmədə baxılma müddətində təqsirləndirilən şəxs vəfat etmişdir. Cinayət işi və iş üzrə tərtib edilmiş ittham aktına əsasən müəyyən olunur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham irəli sürmüşdür ki, o, qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün külli miqdarda - 3,846 qram miqdarında psixotrop maddə - metamfetamin əldə edərək əynindəki şalvarın sağ yan cibində bir ədəd bükümdə saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Xızı rayon polis şöbəsinin polis əməkdaşlarının birlikdə keçirdiyi təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 05 sentyabr 2022-ci il tarixdə saat 18:50 radələrində, ünvan 2 ünvanının yaxınlığında küçədə saxlanılıb Xızı rayon polis şöbəsinə gətirilərək, onun üzərində həmin tarixdə saat 21:10 dəqiqədən saat 21:19 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin iştirakı ilə, videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibində bir ədəd bükümdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı külli miqdarda - 3,846 qram miqdarında psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. 07 fevral 2023-cü il tarixdə keçirilən məhkəmə məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə məhkəməyə verilmiş, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsin təcili tibbi yardım stansiyasının 16 may 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 01:15-də ünvan 4 ünvanında yaşayan 1961-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına 17 saylı çağırış daxil olmuşdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ölmüş, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Pərviz Qasım oğlunun oğludur. Qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etmiş Təqsirləndirilən şəxs oğlu X6 təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınaraq cinayət prosesinə buraxılmışdır. Məhkəmə gedişatında təqsirləndirilən şəxsin hüquqi varisi X6 ərizə ilə müraciət edərək, atası Təqsirləndirilən şəxs ölməsi ilə əlaqədar bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı eyni əsaslarla cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini təklif etmiş, müdafiəçi isə buna razılığını ifadə etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin tərəflərin işin sonrakı hərəkəti barədə təkliflərini nəzərə alaraq, hesab edir ki, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-1-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Bu Məcəllənin 106-1.1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Həmin Məcəllənin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göründüyü kimi, cinayət işi üzrə təqsirləndirilən şəxs ölmüş, onun hüquqi varisi qimində tanınaraq cinayət prosesinə buraxılmış oğlu isə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razılıq vermişdir. Belə olan halda, hazırki cinayət işinə xitam verilməlidir. Bununla yanaşı iş üzrə tanınmış maddi sübutlar barədə də qərar qəbul edilməlidir. Məhkəmə hesab edir ki, cinayət təqibinə xitam verildiyinə görə iş üzrə maddi sübut olan Xızı rayon PŞ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmiş, ekspertiza tədqiqatına sərf edilmiş 3,846 qramdan qalıq qalmış 3,746 qram miqdarında psixotrop maddə metamfetamin məhv edilməli, bir ədəd DVD diski cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat dövlət büdcəsinə aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5, 41.2, 43, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALİR: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsi səbəbindən cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Bu qərar qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Xızı rayon PŞnin maddi sübutların saxlanılma otağına təhvil verilmiş, ekspertiza tədqiqatına sərf edilmiş 3,846 qramdan qalmış 3,746 qram miqdarında psixotrop maddə metamfetamin məhv edilsin, bir ədəd DVD diski cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat dövlət büdcəsinə aid edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar