Məhkəmə qərarları › İş №1(124)-339/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-339/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-339/2024 22.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X8 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2də həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt məhkəmə kopleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Niko” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı “Niko” adlı şəxsin və qeyrilərinin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən külli miqdarda 5 kq 216,23 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı gizlədiləcəyi yerdən götürüb özündə saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə verdiyi təlimatına, həmçinin, bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul vədinə əsasən qeyd edilən narkotik vasitələri əldə etmək qərarına gəldikdən sonra 18 yanvar 2023-cü il tarixdə axşam saatlarında etibarnamə əsasında idarə etdiyi «Kia- Ceed» markalı, **-HM-*** qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhərinə gedib İran İslam Respublikasının vətəndaşı “Niko” adlı şəxsin və qeyrilərinin göndərdiyi qeyd edilən külli miqdarda narkotik vasitələri gizlədildiyi, istintaqla müəyyən edilməmiş yerdən götürüb qeyd edilən çəkidə narkotik vasitə marixuananın 66,230 qramını bir ədəd bükümdə qablaşdırıb üzərində qanunsuz olaraq saxlamış, qalan kütlələri idarə etdiyi «Kia- Ceed» minik markalı, **-HM-*** qeydiyyat nişanlı avtomobilin arxa yük yerində daşıyaraq saxlamış, daxil olmuş məlumat əsasmda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 18 yanvar 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 21:15də Abşeron rayonu, Masazır kəndi, ev 6532 ünvanının yaxınlığında etibarnamə əsasında idarə etdiyi «Kia Ceed» markalı, **-HM-*** qeydiyyat nişanlı avtomobilin qarşısında saxlanılaraq Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 6 ünvanında yerləşən Abşeron Rayon Polis İdarəsinə aparılıb orada üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd sellofan bağlamada 66,230 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, taksi fəaliyyəti ilə məşğul olmuşdur. Taksi fəaliyyəti ilə məşğul olan zaman müştərilərdən biri pula ehtiyacı olduğu təqdirdə İran vətəndaşı ilə onun arasında əlaqə yaradaraq narkotik vasitə satışı ilə pul qazana biləcəyini təklif etmişdir. O təklifi qəbul etmiş və İran vətəndaşı ona 2000 manat pul vermişdir. Pulun qarşılığında göndərəcəyi narkotik vasitələri onun dediyi ünvanlara qoymağı tapşırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs tapşırığı etmək istəməmiş və nömrəsini dəyişdirmişdir. Lakin İran vətəndaşı onu yenidən tapmış və ona hədə-qorxu gəlmişdir. İran vətəndaşı göndərdiyi narkotik vasitələri tapşırdığı ünvanlara qoyduqdan sonra borcunu siləcəyini vəd etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri ünvanlara çatdırmış və hər dəfə də narkotik vasitənin miqdarından asılı olaraq borcundan müəyyən məbləğ çıxılmışdır. Axırıncı dəfə İranlının bildirdiyi ünvana narkotiki qoyduqdan sonra onun borcundan 500 manatı silmişdir. Bundan sonra o İranlıya daha narkotiki heç yerə qoymaq istəmədiyini bildirmiş, İranlı isə ona son bir dəfədə onun bildirdiyi ünvana narkotiki qoyacağı halda borcunun silinəcəyini və ondan harasa narkotik vasitə qoymağı tələb etməyəcəyini bildirmişdir. Onu maşında sürətlər qutusunun yanında az miqdarda marixuana olmuş, ondan başqa heç nə olmamışdır. Sonuncu dəfə Təqsirləndirilən şəxs narkotik vasitəni öz idarə etdiyi maşında sürətlər qutusunun yanına qoymuş və bu zaman polis əməkdaşları onun evinə gəlmişlər. Polis əməkdaşları onun evində axtarış həyata keçirmiş və daha sonra onu Abşeron Rayon Polis İdarəsinə aparmışlar. Burada ona fiziki təzyiq göstərilməsə də, ailəsi ilə bağlı hədə-qorxu gələrək psixoloji təzyiq göstərilmiş, çəkilişdən əvvəl onun üzərinə polis əməkdaşları tərəfindən onun üzərinə narotik qoyulmuş, ondan on min manat tələb edilmiş və bunların müqabilində Təqsirləndirilən şəxs polis əməkdaşlarının dedikləri ilə razılaşmalı olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi ilə əlaqədar məhkəmə qarşısına çıxarılarkən orada “özünü qismən təqsirli bildiyini” dediyini, hazırda bildirdiyi halları həmin vaxt demədiyini bildirdi. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 1-2 ay əvvəl sosial şəbəkə vasitəsi ilə İran İslam Respublikası vətəndaşı Niko adlı şəxslə tanış olmuşdur. O, Niko adlı şəxslə “Whatsapp” proqramı vasitəsi ilə danışmışdır. Bir müddət əvvəl Niko ona təklif etmişdir ki, İrandan göndərdiyi narkotik maddələri Azərbaycanda dediyi yerdən götürüb başqa yerlərə qoymaqla satışını təşkil etsin. Niko bu iş üçün ona böyük pullar verəcəyini söz verdiyinə görə o, onunla razılaşmışdır. 18 yanvar 2023-cü il tarixdə Niko ona məkan yeri atmış, Sumqayıt şəhərinə getmək lazım olduğunu, oradan böyük həcmdə narkotiki götürərək özündə saxlamalı olduğunu bildirmişdir. Bu iş üçün ona 500 manat pul verəcəyinə söz vermişdir. O,, da özünə məxsus Kia Ceed markalı **-HM-*** nömrəli avtomobillə Sumqayıta getmiş, orada yolun kənarında gizlədilmiş narkotikləri maşınına qoymuşdur. Onlardan bir bağlamada marixuananı özü üçün üstündə saxlamışdır. 18 yanvar 2023-cü il tarixdə saat təxminən 21:15 radələrində yaşadığı ünvan 5 ünvanının yaxınlığında ona məxsus **-HM-*** nömrəli Kia Ceed markalı avtomobilinin yaxınlığında dayanan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı təqdim etmişlər. Onun külli miqdarda narkotik vasitələrin satışında şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Abşeron RPİ-nə dəvət etmişlər. O, etiraz etmədən onlarla birlikdə avtomobili ilə ora getmiş və avtomobilini polis idarəsinin həyətində saxladıqdan sonra açan da özü ilə götürmüşdür. Orada olan zaman hüquqlannın müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zaman ona üzərində qanunla qadağan olan hər hansı əşya varsa təqdim etməyi xahiş edilmişdir. Bu təklifdən sonra o, əynindəki qara rəngli, uzunqol gödəkçənin sağ yan cibindən 1 ədəd sellofan bağlamada marixuananı, sol yan cibindən 1 ədəd Samsung markalı mobil telefonunu, 1 ədəd içərisində ***-***-**-** saylı GSM nömrə olan Redmi markalı mobil telefonunu, şəxsiyyət vəsiqəsini, avtomobil açarını, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 20 manat pulunu təqdim edərək masanın üzərinə qoymuşdur. Ona məxsus pulu və avtomobil açarı ona qaytarılsa da, mobil telefonu və şəxsiyyət vəsiqəsi izah edilməklə götürülmüşdür. Təqdim eyditi narkotik maddə olan marixuana elektron tərəzi ilə çəkilmiş və çəkisinin 51 qram olması müəyyən edilmişdir. O, bundan başqa avtomobilində də narkotik tərkibli maddələr olduğunu, həmin maddələri təqdim edə biləcəyini və avtomobilinə baxış keçirilməsinə etirazının olmadığım bildirmişdir. Avtomobilinə baxış keçirilən zaman arxa yük yerində saxladığı bir-birinə bağlanmış vəziyyətdə olan 4 ədəd bağlamadakı qurudulmuş marixuananı təqdim etmişdir. Həmin maddə də elektron tərəzi ilə çəkilmiş və çəkisinin 5 kq 420 qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı o, üzərindən və avtomobildən aşkar edilmiş maddələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddəni ona deyilən yerlərə qoymaq üçün üzərində saxladığını, özünün narkotik vasitə istifadəçisi olmadığını, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, bu əməlindən heç kimin məlumatının olmamasım, həmin maddəni İİR vətəndaşı Niko adlı şəxsin vasitəsilə bu gün Sumqayıt şəhəri ərazisindən götürdüyünü, ona deyilən yerə qoyacağı təqdirdə 500 manat pul əldə etdiyini, onun nömrəsinin telefonunda qeyd etdiyini, saxlanılan zaman, eləcə də, polis idarəsində ona qarşı heç bir zor tətbiq edilmədiyini, dodağındakı izlərinin isə saxlanılmadan öncə yıxılaraq yarandığım bildirmişdir. Əlavə olaraq o, üzərindən və idarə etdiyi avtomobildən aşkar edilmiş külli miqdarda narkotik vasitəni satmaq və istifadə etmək məqsədi ilə İran İslam Respublikasının vətəndaşı «Niko» adlı şəxsdən əldə edərək üzərində saxlamaqla daşıdığını bildirmişdir. O, İran İslam Respublikasının vətəndaşı «Niko» adlı şəxsin heç bir anket məlumatlarım bilmədiyini və telefon nömrəsini də dəqiq yadmda saxlamadığım bildirmişdir. O, əvvəllər narkotik vasitənin alveri ilə məşğul olmamış, maddi vəziyyətini yaxşılaşdırmaq üçün Nikonun təklifi ilə razılaşıb pul qarşılığında narkotiki dedikləri yerdən götürərək ona deyiləcək yerlərə qoymaqla pul əldə etməyi planlaşdırdığını bildirmişdir. O, üzərindən və idarə etdiyin avtomobildən aşkar edilmiş külli miqdarda narkotik vasitələrin hansı yolla və haradan respublika ərazisinə daxil olması barədə məlumatının olmadığını, ona heç bir fiziki və ya psixi zor göstərilmədiyini, bundan başqa heç bir cinayət törətmədiyini, nə narkoloji, nə vərəm və nə də psixonevroloji dispanserdə qeydiyyatda olmadığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, 18 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən baş idarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə o, və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid2 daxil edilmişlər. 18 yanvar 2023-cü il tarixdə, saat 21:15-də Təqsirləndirilən şəxs Bakı şəhəri, ünvan 6 ünvanın yaxınlığında “KİA Ceed” markalı **- HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında dayanan zaman ona yaxınlaşaraq özlərini təqdim etmişlər, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını.bildirib ondan anket məlumatlarını soruşmuşlar. Həmin şəxs özünü onlara təqdim etdikdən sonra onlar həmin şəxsə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində məşğul olması barədə məlumata malik olduqlarını bildirib, barəsində qəbul edilmiş “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs Abşeron rayon Polis idarəsinin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək həmin idarəyə idarə etdiyi “KİA Ceed” markalı **- HM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə gətirilmişdir. Abşeron rayon Polis İdarəsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və buna etiraz etməmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli, uzunqol gödəkcəsinin sağ yan cibindən 01 ədəd sellofan bağlamanı, sol yan cibindən 01 ədəd Samsung markalı mobil telefonunu, 1 ədəd içərisində ***-***-**-** saylı GSM nömrə olan Redmi markalı mobil telefonunu, 1 ədəd şəxsiyyət vəsiqəsini, 01 ədəd avtomobil açarını, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 20 manat pulunu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonucunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 20 manat pulu, avtomobilinin açarı özünə qaytarılsa da, ona izah edilməklə “Samsung” və “Redmi” markalı mobil telefonlar və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bağlamaya baxış keçirilən zaman içərisində tünd yaşıl rəngli, kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkildi və qablaşdırılma ilə birlikdə çəkisinin 74 qram olması müəyyən edilmişdir. Həmin bağlama içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri “DİN-nin Zərflər üçün olan 7 saylı” möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin maddəni bu gün Sumqayıt şəhəri ərazisində “Niko” adlı İİR vətəndaşı, vasitəsilə əldə etdiyini, həmin şəxsi 2 aya yaxındır ki, tanıdığını, həmin şəxsin nömrəsinin telefonunda da qeyd edildiyini, həmin maddələri ona deyilən yerlərə qoymaqla 500 manat pul əldə etmək istədiyini, əvvəldə bir dəfə ona deyilən yerlərə narkotik tərkibli maddələr qoyduğunu və bunun müqabilində 500 manat pul əldə etdiyini, “Kia Ceed” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilində də narkotik tərkibli maddələr saxladığını, avtomobilinə baxış keçirilməsinə etirazının olmamasını, bu əməlindən heç kimin məlumatmın olmamasını saxlanılan zaman və polis bölməsində olan zaman onun üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı burada heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Ceed” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilməsi barədə məlumat verilmiş, avtomobilə baxış keçrilməsi barədə həmin qərarla tanış edilmiş, Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməsinə bir daha etirazı olmadığını bildirmiş və bu barədə rəsmi ərizə yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Ceed” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilinə videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Avtomobilə baxış keçirilmədən öncə şübhəli şəxs Təqsirləndirilən şəxs həmin avtomobilində saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrin qalan hissəsini avtomobilinin arxa yük hissəsində saxladığını bildirərək, avtomobilinin arxa yük yerini açaraq oradan 04 ədəd bir-birinə bağlanmış bağlamanı təqdim etmişdir. Həmin bağlamalardan birinə baxış keçirilən zaman içərisində tünd yaşıl rəngli kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin maddələrin kütlələrinin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzi ilə çəkilmişdir. Qablaşdırılma ilə aşkar olunmuş kütlənin ümumi çəkisinin 5 kq 420 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin kütlələr 01 ədəd içərisi boş olan ağ rəngli kisəyə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs avtomobilində aşkar edilmiş maddənin qurudulmuş marixuana olduğunu, həmin maddəni bu gün Sumqayıt şəhəri ərazisində İİR vətəndaşı “Niko” adlı şəxsin vasitəsilə ona deyilən yerlərə qoymaqla 500 manat pul əldə etmək məqsədilə əldə etdiyini, narkotik maddə istifadəçisi olmadığını, həmin şəxsin əlaqə nömrəsinin telefonunda qeyd edildiyini, bu fəaliyyətindən heç kimin məlumatının olmamasını, başqa heç bir yerdə narkotik tərkibli maddələr, həmçinin avtomobilində qiymətli əşya və pul vəsaitinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə avtomobilə vizual baxış keçirilsə də, iş üzrə sübut əhəmiyyətinə malik hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı hər hansı zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 işin halları ilə bağlı Şahid1lə eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1979-cu ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 7 Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, ünvan 7 Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə ünvan 7 Ağayev X9 rayonu, Masazır kəndi, ev 6532 ünvanının yaxınlığında **-HM-*** dövlət qeydiyyat nişanlı KİA Ceed Markalı avtomobilin yanında dayanan zaman saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-bioloji ekspertizasının 19 yanvar 2023-cü il tarixli, 7/68 saylı rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş...” yazı və imzalar olan 4 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış qara rəngli polietilen bağlamada hər birinin ayrıayırılıqda təmiz çəkiləri 1320,0 qr, 1420,0 qr, 1200,0 qr və 1210,0 qram olmaqla, ümumi çəkisi 5150,0 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan zərfdə 1 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış sellofanda təmiz çəkisi 66,230 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanaların ümumi çəkisi 5216,23 qram olub, tərkiblərinə görə eynidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 27 mart 2023-cü il tarixli 1657 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli, uzunqol gödəkcəsinin sağ yan cibindən 01 ədəd sellofan bağlamanı, sol yan cibindən 01 ədəd Samsung markalı mobil telefonunu, 1 ədəd içərisində ***-***-**-** saylı GSM nömrə olan Redmi markalı mobil telefonunu, 1 ədəd şəxsiyyət vəsiqəsini, 01 ədəd avtomobil açarını, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 20 manat pulunu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonucunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 20 manat pulu, avtomobilinin açan özünə qaytarılsa da, ona izah edilməklə “Samsung” və “Redmi” markalı mobil telefonlar və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bağlamaya baxış keçirilən zaman içərisində tünd yaşıl rəngli, kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkildi və qablaşdınlma ilə birlikdə çəkisinin 74 qram olması müəyyən edilmişdir. Həmin bağlama içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri “DİN-nin Zərflər üçün olan 7 saylı” möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi və götürmə aparılması” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Ceed” markalı 77- HM-887 dövlət qeydiyyat nişanlı avtomobilinə videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Avtomobilə baxış keçirilmədən öncə şübhəli şəxs Təqsirləndirilən şəxs həmin avtomobilində saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrin qalan hissəsini avtomobilinin arxa yük hissəsində saxladığını bildirərək, avtomobilinin arxa yük yerini açaraq oradan 04 ədəd birbirinə bağlanmış bağlamanı təqdim etmişdir. Həmin bağlamalardan birinə baxış keçirilən zaman içərisində tünd yaşıl rəngli kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin maddələrin kütlələrinin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzi ilə çəkilmişdir. Qablaşdırılma ilə aşkar olunmuş kütlənin ümumi çəkisinin 5 kq 420 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin kütlələr 01 ədəd içərisi boş olan ağ rəngli kisəyə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefon aparatına baxış keçirilmiş, baxış zamanı mobil telefonun “Whatsapp” tətbiqində “Niko” adı ilə qeyd edilmiş İran İslam Respublikası mobil operatoruna məxsus +98 903 *** **** nömrəsi ilə dəfələrlə əlaqə saxladığı, saxlanıldığı 18 yanvar 2023-cü il tarixdə tutulmamışdan 1-2 saat əvvəl Yadan adı ilə qeyd edilmiş +7 965 *** ** ** nömrəsindən Təqsirləndirilən şəxs iki xəritə üzərindən məkanın şəkilinin göndərildiyi müəyyən edilmişdir. 01 mart 2023-ci il tarixli arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində 02 az yaşlı uşağı vardır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Nərimaov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 7 Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması şübhəsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, həmçinin şəxsin avtomobilinə baxış və götürmə aparılmış, şəxsi axtarış zamanı üzərindən nakotik vasitə marixuana, avtomobilinə baxış və götürmə zamanı da nakotik vasitə marixuana bənzər kütlələr aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin narkotik vasitə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış və avtomobilinə baxış və götürmə keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 9-cu bəndində qeyd olunmuşdur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əldə etdiyi marixuananın miqdarının şəxsi istehlak miqdarında dəfələrlə artıq olmasını, özünün ifadəsində narkotik vasitəni İranlı bildirdiyi yerlərə qoymaqla pul əldə etməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən həmin narkotik vasitəni satış məqsədilə əldə etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs psixi təsirə məruz qalmasını bildirsədə bu hal cinayət işinin materiallarında olan heç bir sübutla öz təsdiqini tapmır, yaxud bu halı təsdiq edən hər hansı sübut onun özü və vəkili tərəfindən məhkəməyə təqdim olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin psixi təsirə məruz qalması barədə heç bir sübuta əsaslanmayan firkirlərini onun müdafiə taktikasından irəli gələn hərəkətləri kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Həmçinin məhkəmə təqsirləndirilən şəxs X3 özünü təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 02 az yaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi müəyyən edir və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən olunmamışdır), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 18 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 88 (səksən səkkiz) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar olunaraq maddi sübut kimi tanınıb, BMCMİ-nin maddi sübutların saxlanması kamerasına təhvil verilmiş ümumi qalıq çəkisi 5215,980 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın, 01 ədəd Redmi markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1.1 maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 88 (səksən səkkiz) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar olunaraq maddi sübut kimi tanınıb, BMCMİ-nin maddi sübutların saxlanması kamerasına təhvil verilmiş ümumi qalıq çəkisi 5215,980 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın, 01 ədəd Redmi markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nurəddin Hüseynli Hakimlər Nahid Mirzəyev Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar