Məhkəmə qərarları › İş №1(124)-34/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-34/2022

15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-34/2022 15.12.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu (məruzəçi hakim) və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 nümayəndəsi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Nümayəndə və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxxx 1986-cı ildə Lənkəran rayonunun, Boladi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs «İntroduction of X9» şirkətinin baş direktoru vəzifəsində işləyərkən tamah niyyəti ilə öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, ona «X12 LTD» MMC tərəfindən ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli binada qazlaşdırma işlərini apardığını, bunun üçün vəsaitinin çatmadığını və qazlaşdırma işləri yekunlaşdıqda ödəniş qismində tikinti şirkəti tərəfindən ona veriləcək 63 kv/m sahəsi olan 1 otaqlı mənzilin hər bir kv. metrini 1.000 manata hesablamaqla Zərərçəkmiş şəxs3 sata biləcəyini yalandan vəd verib onu inandırmışdır. Bu məqsədlə həmin şirkət tərəfindən qazlaşdırma işləri yekunlaşanadək girova qoyulmuş qeyd edilən mənzilin girovsaxlayanı qismində Zərərçəkmiş şəxs3 olduğunu qeyd etdirməklə 11 may 2018-ci il tarixli girov müqaviləsinin bağlanılmasına nail olub, binanın qazlaşdırması özü tərəfindən yekunlaşdırıldıqdan sonra mənzilin Zərərçəkmiş şəxs3 sahibliyinə keçəcəyinə dair sonuncuya vəd verməklə onu aldatmış, bununla yanaşı girovla bağlı müqaviləni pərdələmək və sonradan öz dələduzluq hərəkətlərini mülki mübahisə kimi qələmə vermək üçün eyni gündə, yəni 11 may 2018-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 36 ünvanında yerləşən 38 saylı notariat ofisinin inzibati binasında həmin dövrün məzənnəsi ilə 61.200 manat təşkil edən 36.000 ABŞ dollarının Zərərçəkmiş şəxs3 almasına dair yalan əqd kimi borc müqaviləsi bağlamaqla həmin məbləğdə pulu ələ keçirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs guya həmin mənzilin bahalaşdığını və hər bir kv. metri üçün ona artıq 1.000 deyil, 1.500 manat təklif olunduğunu əsas gətirərək, mənzili baha qiymətə sataraq Zərərçəkmiş şəxs3 pulunu qaytaracağına dair yalan vəd verib Zərərçəkmiş şəxs3 həmin mənzildən Şahid7 xeyrinə imtina etməsinə nail olmuş və qeyd edilən mənzili 30 oktyabr 2018-ci il tarixdə Şahid7 68.000 manata sataraq, nəticədə Zərərçəkmiş şəxs3 61.200 (altmış bir min iki yüz) manat məbləğində külli miqdarda pulunu dələduzluq yolu ilə talamışdır. Bundan başqa o, «İntroduction of X9» şirkətinin baş direktoru vəzifəsində işləyərkən təkrarən tamah niyyəti ilə öz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə "xxxx" MTKnın direktoru olan Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə inşa edilmiş çoxmərtəbəli binalara hər birinin dəyəri 88,58 manat olan 20 mm. diametrli "xxxx" ASC-nin laboratoriyasından keçmiş mexaniki su sayğaclarının bir ədədini 50 manata alacağına və mənzillərə quraşdırılmaqla təhvil verəcəyinə dair yalan vəd verib aldadaraq onu inandırmış, sonra isə 18 noyabr 2019-cu il tarixdə həmin ünvanda yerləşən "xxxx" MTK-nın ofisində, 300 ədəd su sayğacı üçün cəmi 15.000 (on beş min) manat məbləğində pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda pulunu dələduzluq yolu ilə talamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 25 dekabr 2017-ci il tarixdə «İntroduction of X10» MMC-ni təhsis etmiş və həmin tarixdən direktor, daha sonra isə baş direktor vəzifəsində işləmişdir. Təsis etdiyi MMC xüsusi lisenziya əsasında, Azərbaycan Respublikası ərazisində qaz, su, işıq və istilik sayğaclarının quraşdırılması, təmir olunması, satışı, qaz xətlərinin çəkilməsi, istismara verilməsi və ehtiyat hissəsinin təmin olunmasını həyata keçirirmiş. Təxminən 2018-ci ildən başlayaraq Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, M.Hüseynzadə küçəsi yerləşən "xxxx" MMC-yə məxsus 12 mərtəbəli yaşayış binasından 5 blokunun qaz xətlərinin çəkilməsi və sayğacların quraşdırılmasını işlərini həyata keçirirmiş. Həmin vaxtlar o, MTK direktoru Zərərçəkmiş şəxs2lə tanış olmuş və onun sifarişi ilə qazlaşdırma işlərini aparmışdır. Daha sonra "xxxx" MTK-ya məxsus 12 mərtəbəli 12 bloklu yaşayış kompleksinə "xxxx" tərəfindən verilmiş texniki şərtdə “smart kart” tipli su sayğaclarının quraşdırılması tələb olunmuşdur. Buna müvafiq olaraq 5 bloka faktiki olaraq “smart kart” tipli su sayğacları quraşdırılmış, 7 bloka isə çox şaxəli 15 mm. diametirli su sayğacı quraşdırılmışdır. "xxxx" tərəfindən 5 bloka quraşdırılmış “smart kart” tipli su sayğacları qəbul edilib və əhalinin istifadə üçün kodlaşdırılmış, lakin 7 bloka quraşdırılmış 15 mm. diametrli su sayğacları qəbul edilməmişdir. "xxxx" ASC-yə “smart kart” tipli Türkiyə istehsalı olan sayğacları və ehtiyat hissələrini verdiyinə görə, Zərərçəkmiş şəxs2 ondan 7 bloka quraşdırılmış 15 mm. diametrli su sayğaclarının "xxxx" ASC tərəfindən mövcud vəziyyətdə qəbul edilməsinə köməklik etməsini xahiş etmişdir. Buna görə də o, Cavidlə birlikdə "xxxx" ASC-nin Kommersiya Şöbəsinin rəisi Nizami və yaxud Nazim adlı şəxslə görüşmüş və həmin şəxs bu sayğacların qəbul olunmasının mümkün olmadığını bildirmişdir. Bir müddət sonra "xxxx" ASC-də “smart kart” tipli sayğacların qıtlığı müşahidə olunmuş və Cavidə 20 mm. diametrli mexaniki su sayğaclarının quraşdırılmasın icazə verilməsini demişdir. Cavid ondan həmin su sayğaclarının ucuz qiymətə alınmasını xahiş etmişdir. Buna görə Cavidə Türkiyə istehsallı olan 1 ədəd 20 mm. diametirli mexaniki su sayğacının Azərbaycanda ona təhvil verilməsinin mümkün olduğunu və bunun üçün hər sayğaca görə 50 manat pul lazım olduğunu demişdir. Cavid onunla dərhal razılaşaraq ona 300 mənzil üçün 300 ədəd su sayğacı sifariş vermiş və bunun üçün Caviddən 15.000 manat pul almışdır. Caviddən həmin pulun götürülməsi barədə sənədi imzalamış və 28 noyabr 2019-cu il tarixə qədər olan müddət ərzində 300 ədəd su sayğaclarının verilməsinə dair qəbz yazmışdır. Lakin sonradan həmin sayğacları Cavidə verə bilməmiş və sonuncunun 15.000 manat pulunu da qaytarmamışdır. Lakin barəsində cinayət işi başlanıldıqdan sonra isə Cavidə 15.000 manat pulu ödəmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs3 şikayəti ilə bağlı göstərdi ki, Rafis ilə o, 2004-cü ildən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində qonşu kimi tanış olmuşdur. Həmin vaxtdan münasibətləri yaranmış və 2018-ci ildə işləri ilə əlaqədar pula ehtiyacı olduğu üçün, Bankdan kredit götürmək üçün Rafislə əlaqə saxlamış və ona köməklik edə bilib-biləcəyini Rafisdən soruşmuşdur. Rafisdə ona «Bankdan niyə pul götürürsən? Gəl mən sənə notarial qaydada faizlə pul verərəm» sözlərini demişdir. Bundan sonra, 2018-ci ilin may ayında o, Nərimanov rayonu ərazisində metronun Gənclik stansiyasının yaxınlığındakı notariat kontorunda 36.000 ABŞ dollarının Rafisdən borca alması barədə borc müqaviləsi bağlamış və həmin gün o, 36.000 ABŞ dollarını Rafisdən almışdır. Bu zaman Rafis dərhal ondan 6.000 ABŞ dollarını faiz kimi almışdır. Bundan sonra, o, müxtəlif vaxtlarda ümumilikdə Rafisə əlbə-əl borcundan 3.000, 4.000 və 1.000 manat qaytamışdır. O, həmin vaxt “X12 Company” MMC-nin ünvan 4 ünvanında yerləşən 17 mərtəbəli 5 bloklu binasının qazlaşdırmasını apardığı üçün həmin şirkət ilə müqavilə bağlamış və görüləcək işlər müqabilində şirkət girova qoyduğu 1 otaqlı 63 kvadrat sahəsi olan mənzili ona verilməsini təklif etmişdir. O, Rafisə bu haqda məlumat vermiş və Rafis ona həmin evi almaq istədiyini demiş buna görə də mənzilin girov müqaviləsinə əsasən Rafisin adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Rafislə belə razılaşmışlar ki, Rafis həmin mənzil üçün verilməli olan 100.000 manat pulun onun Rafisə qalan 25.000 ABŞ dollarını çıxdıqdan sonra qalan 57.500 manat şirkətə ödəyəcək və sonra həmin ev Rafisə qalacaq. Lakin, Rafis həmin məbləğin çox olduğunu fikirləşib mənzildən notarial qaydada imtina etmiş, buna görədə mənzil başqa şəxsə satılmışdır. Onun Rafisə 25.000 ABŞ dolları pul borcu qalmış, imkanı olmadığı üçün Rafisə olan pul borcunu ödəyə bilməmişdir. Bununla belə, Təqsirləndirilən şəxs qeyd etmişdir ki, Rafisə verdiyi 6.000 ABŞ dolları və ödədiyi 8.000 manata görə dost olduğu üçün ondan qəbz almamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs göstərmişdir ki, Zərərçəkmiş şəxs2 məxsus binanın 7 blokuna qaz borularını çəkən zaman, 02 sentyabr 2019-cu il tarixdə Rasim adlı şəxslə tanış olmuşdur. Rasim ona Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən "xxxx" MMC-yə məxsus yaşayış kompleksinin 8 saylı binasının 1-ci mərtəbəsində yerləşən 450 kv. metr sahəsi olan yerə qaz çəkmək istədiyini bildirmişdir. O, həmin yerə baxdıqdan sonra qaz çəkmək üçün Rasimdən 2.300 manat pul alacağını bildirmiş və Rasimdə onunla razılaşmışdır. Səhəri gün, yəni 03 sentyabr 2019-cu il tarixdə Rasim ona 600 manat, 5-6 gündən sonra isə yenidən 700 manat pul vermişdir. Bundan sonra, o, Rasimin adından «Azəriqaz»a məktub yazmış və təxminən 10 gündən sonra «Azəriqaz»dan imtina cavabı gəlmişdir. Daha sonra, "xxxx" MTK-nin rəhbərliyi tərəfindən «Azəriqaz»a məktub verilmiş, həmin məktuba cavab olaraq, Zərərçəkmiş şəxs1 məxsus 450 kv. metr yerə qaz çəkilməsinə etiraz edilmədiyi bildirilmişdir. Təxminən 2019-cu ilin noyabr ayında o, tanışı Eminə zəng edərək, "xxxx" MMC-yə məxsus yaşayış kompleksinin 8 saylı binasını 1-ci mərtəbəsində yerləşən 450 kv. metr ərazisi olan yerin qaz işlərinin tamamlamasını və Rasimdən 1.000 manat almasını bildirmişdir. O, Rasimə işlərinin çox olduğunu, bundan sonra obyektinə qaz çəkilməsini Emin tərəfindən görüləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 ona zəng edərək, Emin tərəfindən heç bir iş görülmədiyni deyən zaman, o, Eminə zəng vurmuş, sonuncu ona işi bir həftəyə həll edəcəyini bildirmişdir. Daha sonra o, Zərərçəkmiş şəxs1 telefon zənglərinə cavab verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2005-ci ildən tanımış, o, “Azəriqaz”da işləmiş, sonra onu işdən çıxarmışdırlar. Sonra Rəşad binalara qaz çəkilişi ilə məşğul olmuşdur. 2018-ci ilin aprel-may aylarında Təqsirləndirilən şəxs ona müraciət edərək pul istəmişdir. O, Təqsirləndirilən şəxs hansı məbləğdə pula ehtiyac olduğunu soruşduqda, sonuncu ona 100.000 manat lazım olduğunu demişdir. Rəşad demişdir ki, 120.000 manat məbləğindən gördüyü işin müqabilində tikinti şirkəti tərəfindən inşa edilən hündür mərtəbəli binaların birindən ona 63 kv. metr sahəsi olan 1 otaqlı mənzil və əlavə olaraq pul veriləcəkdir. Lakin şirkətin işinin görülməsi üçün ilkin pul lazım olduğunu deyən Təqsirləndirilən şəxs, həmin mənzilin girov qoyulmasını və tələb olunan iş yekunlaşdıqdan sonra mənzilin 1 kv. metrini onun 1.000 manat olmaqla əldə etmək imkanı olacağını deməklə bu qaydada mənzilin ona satılmasını təklif etmişdir. O, Rəşadın təklifi ilə razılaşmış və 2018-ci ilin may ayında Təqsirləndirilən şəxslə birlikdə «X12 LTD» MMC-yə məxsus ofisə getmişlər. Həmin vaxt özünü həmin MMC-nin direktoru kimi təqdim edən Əkbərov X5 və onu qəbul etmişdir. Söhbət əsnasında Şahid1 ona direktoru olduğu MMC-nin, Təqsirləndirilən şəxs direktoru olduğu «İntroduction of X9» MMC ilə müqavilə bağladıqlarını, Təqsirləndirilən şəxs gördüyü işə görə 1 otaqlı 63 kv. metr sahəsi olan mənzilin veriləcəyini demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs və Şahid1 iştirakı ilə həmin mənzili ona verilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Təqsirləndirilən şəxs direktoru olduğu MMC ilə Şahid1 direktoru olduğu MMC arasında bağlanan müqaviləyə görə 1 otaqlı 63 kv. metr sahəsi olan mənzil, həmin müqaviləyə sərmayə yatırdığına görə onun adına girova qoyulmuş və işlər yekunlaşıb təhvil verildikdən sonra mənzil ona verilməli olmuşdur. Bundan sonra o, Rəşadla birlikdə Bakı şəhəri, 38 saylı notariat kontoruna getmiş və orada Təqsirləndirilən şəxs 36.000 ABŞ dollarının verilməsinə dair müqavilə bağlanmışdır. Təxminən bir neçə ay keçdikdən sonra Rəşad onun iş yerinə gəlmiş və özü ilə kağız parçası gətirərək ona «X12 LTD» MMC-nin verdiyi 63 kv. metr sahəsi olan mənzili satmaq istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs mənzili özü aldığını bildirdikdə, Rəşad həmin mənzilin 1 kv. metrinin 1.500 manata satacağını demişdir. O, Rəşada həmin mənzili ona 1 kv. metrini 1.000 manata satdığını bildirdikdə, Rəşad ona tikinti şirkətinin həmin mənzilin dəyərini 1 kv. metr üçün 1.500 manata hesablayıb ona veriləcəyini deyib 120.000 manat puldan çıxmaq istədiklərini bildirmişdir. Buna görə də o, həmin mənzilin 1 kv. metrinin 1.500 manat olmaqla, 93.000 manata satacağını demişdir. O, Rəşada 93.000 manat pulunun olmadığını dedikdə, Rəşad ona evi satıb aldığı 36.000 ABŞ dollarını qaytaracağını demişdir. O, Rəşadın təklifi ilə razılaşaraq, Rəşadın gətirdiyi kağızı imzalamışdır. Rəşad həmin kağızın onun mənzildən imtina etməsinə dair sənəd olduğunu demişdir. O, həmin kağızı imzaladıqdan sonra Rəşad həmin gün axşama kimi pulunu gətirəcəyini deyib çıxıb getmişdir. Lakin Rəşad həmin gün gəlməmiş, o, Rəşadla əlaqə saxlamaq istəsə də Rəşad onun zənglərinə cavab verməmişdir. Sonradan o, «X12 LTD» MMC-nin ofisinə getmiş, orada Şahid1la görüşmüşdür. Şahid1 ona, Təqsirləndirilən şəxs onun adına müqavilə ilə girov qoyulmuş 63 kv. metr sahəsi olan mənzili 68.000 manata bir nəfər başqa şəxsə satdığını bildirmişdir. O, Rasimə Rəşadın ona pul vermədiyini demişdir. Rasimdə ona Rəşadın mənzili satdıqdan sonra orada görüləsi işləri yarımçıq qoyub yoxa çıxdığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2017-ci ildən "xxxx" MTK-nın direktoru vəzifəsində işləyir. 2019-cu ilin əvvəlində binalara qaz çəkilişi ilə bağlı Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs ona "xxxx" ASC-nin direktorunun bacısı oğlu ilə münasibəti olduğunu, həmin şəxsin sayğacların satışı və quraşdırılması departamentinin müdiri olduğunu, sonuncunun vasitəsi ilə MTK tərəfindən tikilmiş binaların su sayğaclarını alıb quraşdıra biləcəyini və hər bir su sayğacına görə 50 manat pul ödəməli olacağını demişdir. Rəşadın təklifi ilə razılaşaraq ona 18 noyabr 2019-cu ildə hər biri 50 manat olmaqla 300 ədəd "xxxx"nun labarotoriyasından keçmiş su sayğaclarının alınmasına görə 15.000 manat məbləğində nağd pul vermiş, müvafiq çek yazılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ondan aldığı pullara görə yazılı olaraq qəbz vermiş, lakin verdiyi vədi yerinə yetirməmişdir. Rəşadın istifadəsində olan mobil telefon nömrələrinə zəng vurub pulunu geri tələb etsə də, o, müxtəlif vədlərlə onu aldadaraq pulunu verməmişdir. Bundan sonra polisə şikayət etmiş və Rəşad cinayət işinin gedişatında onun 15.000 manat pulunu qaytarmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən "xxxx" MMC-yə məxsus yaşayış kompleksində 8 saylı binanın 1-ci mərtəbəsində 450 kv. metr sahəsi olan mənzili alıb orada uşaq inkişaf mərkəzi açmaq istəmişdir. Bu zaman "xxxx" MMC-nin ərazisində qaz çəkilişi işlərini həyata keçirən Rəşadla tanış olmuşdur. Rəşad ona qaz çəkmək üçün 2.300 manat pul verməli olduğunu demişdir. Rəşadla razılaşdıqdan sonra, 03 mart 2019-cu il tarixdə Rəşada 700 manat, 06 sentyabr 2019-cu il tarixdə isə 600 manat pul vermişdir. Rəşad isə 20 oktyabr 2019-cu il tarixə qədər obyektə qaz veriləcəyinə söz vermişdir. 20 oktyabr 2019-cu il tarixdə 2 nəfər şəxs ona məxsus obyektə gələrək, özlərini Rəşadın işçiləri kimi təqdim edib obyektə baxdıqdan sonra özünü Emin kimi təqdim edən şəxs Rəşada verəcəyi 1.000 manat pulu almış, sonra onlar çıxıb getmişdirlər. Həmin şəxslər pulu alıb getdikdən 2 həftə sonra Samid adlı şəxs bir nəfər başqa şəxslə gələrək, özünü Rəşadın işçiləri kimi təqdim etmiş, obyektə gələn xəttin qalan hissəsini çəkmişdirlər. Həmin şəxslər xətti çəkib qurtardıqdan Rəşadla əlaqə saxlamaq istəsə də Rəşad onun zənglərinə cavab verməmişdir. Sonradan o, “Asan” xidmətə müraciət etmiş və “Azəriqaz”ın layihə institutundan nümayəndələr gələrək, Rəşadın çəkdirdiyi qaz xəttinin əsassız olduğunu, heç bir sənədləşmə olmadığını, Rəşadın rəhbəri olduğu şirkət tərəfindən “Azəriqaz”a müraciət olunmadığını, qaz xəttinin yenidən çəkilməli olduğunu bildirmişdirlər. Daha sonra, Rəşad barədə polisə şikayət etmiş və onun 2.300 manat pulu qaytarılmışdır. Hazırda onun şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, bir neçə ildir ki, çox mərtəbəli binaların tikintisi ilə məşğul olan «X12 LTD» MMC-nin direktoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs «İntroduction of X9» şirkətinin baş direktoru kimi tanımışdır. Təqsirləndirilən şəxs rəhbərlik etdiyi şirkətlə onun rəhbərlik etdiyi şirkət arasında təxminən 2017-ci ildə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən, ona məxsus şirkət tərəfindən Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində inşa edilmiş binanın qazlaşdırma işləri Təqsirləndirilən şəxs şirkəti tərəfindən görülməli olmuşdur. Görülmüş işlər müqabilində Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində inşa edilmiş binadan 63 kv. metr sahəsi olan mənzil verməli olmuşdur. Təqsirləndirilən şəxs xahişi ilə həmin mənzili müqavilə əsasında Zərərçəkmiş şəxs3 adına sənədləşdirilmişdir. Daha sonra, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxslə birlikdə 30 oktyabr 2018-ci il tarixdə şirkətə gələrək, Zərərçəkmiş şəxs3 adına verilmiş mənzili digər şəxsin, yəni Şahid7 adına səndləşdirilməsi üçün ərizə ilə icazə vermişdir. Şahid7 öz növbəsində 68.000 manat məbləğində pulu onun yanında Təqsirləndirilən şəxs vermişdir. Zərərçəkmiş şəxs3lə, Təqsirləndirilən şəxs arasında olan mübahisədən onun xəbəri olmamışdır. X7 ifadəsində göstərdi ki, mənzili müqavilə əsasında girov qoyulmuş və binanın qazla təmin edilməsindən sonra Təqsirləndirilən şəxs verilməli olmuşdur. Lakin Rəşadın xahişi ilə mənzil Zərərçəkmiş şəxs3 adına sənədləşdirilmişdir. Çünki Rəşad materialların alınmasını Zərərçəkmiş şəxs3 tərəfindən maliyələşdirildiyini demiş, buna görə mənzil Zərərçəkmiş şəxs3 adına rəmsiləşdirilmişdir. İş tam şəkildə yerinə yetirilməmiş Təqsirləndirilən şəxs mənzili maliyyə vəsaitinin çatışmazlığı ilə bağlı Şahid7 satacağını bildirmişdir. Zərərçəkmiş şəxs3 notarial qaydada imtina verdikdən sonra mənzilin alqısatqısı onun otağında aparılmışdır. Sonra Zərərçəkmiş şəxs3 iki dəfə onun yanına gələrək Təqsirləndirilən şəxs onun 60 min manatdan çox pulunu mənimsədiyini demişdir. Bundan başqa, şahid qeyd etmişdir ki, Rəşad tərəfindən götürülən binanın qazlaşdırılma işi də yarımçıq qoyulmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, «X12 LTD» MMC-nin direktoru Şahid1 ucuz mənzilin satılması barədə maraqlanmış, sonuncu isə ona Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində inşa edilmiş binada 64 kv. metr sahəsi olan 1 otaqlı mənzilin 68.000 manata satıldığını demişdir. Həmin mənzilə görə 68.000 manat pulu Şahid1 otağında ödəmiş və ondan başqa orada daha iki nəfər olmuşdur. Daha sonra mənzili təmir etməklə başqa şəxsə satmışdır. Şahid7 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq edildiyi ifadəsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində inşa edilmiş binadan ev almaq istədiyindən həmin şirkətin ofisinə yaxınlaşmış və ofisdə ona Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində inşa edilmiş 2 nömrəli binanın 76-cı blokunda 63 kv/m sahəsi olan mənzilin Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən satıldığı deyilmişdir. xx.xx.2018-ci il tarixdə o, «X12 LTD» MMC-nin ofisinə gəlmiş, orada Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs3 ilə görüşmüş, həmin vaxt orada «X12 LTD» MMC-nin direktoru Şahid1 olmuşdur. Təqsirləndirilən şəxs ona almaq istədiyi evin özünə məxsus, lakin evə dair müqavilə isə Zərərçəkmiş şəxs3 adına səndləşdirilməsini bildirmişdir. Təqsirləndirilən şəxs 63 kv/m sahəsi olan mənzili ona 68.000 manata satacağını bildirmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs3 həmin evin onun adına sənəldəşdirməsinə dair heç bir etirazı olmadı barədə ərizə yazıb çıxıb getmişdir. O, həmin gün, yəni xx.xx.2018-ci il tarixdə Şahid1 yanında Təqsirləndirilən şəxs 68.000 manat məbləğində pul vermişdir. Təxminən bir neçə müddət keçdikdən sonra, aldığı Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində inşa edilmiş 2 nömrəli binanın 76-cı blokunda 63 kv/m sahəsi olan mənzili adını xatırlamadığı şəxsə satmışdır. Zərərçəkmiş şəxs3lə Təqsirləndirilən şəxs arasında olan münasibətlərdən və Zərərçəkmiş şəxs3 məxsus pulun Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirməsindən məlumatı olmamışdır. (Cild 3, iş vərəqləri 190-191) Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2019-cu ilin yay aylarından Abşeron rayonu, Xırdalan şəhərində M.Hüseynzadə küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus 450 kv. metr sahəsi olan tikilidə təmir işləri aparmışdır. Binaya qaz çəkmək üçün Zərərçəkmiş şəxs1 Rəşad adlı şəxslə danışmış və onlar bu işin 2.300 manata görüləcəyinə razılaşmışlar. Bir müddət keçdikdən sonra Rasim Rəşadla görüşdükdən sonra ilkin olaraq ona 600 manat, sonra isə ümumilikdə 2.300 manat pul vermişdir. Həmin vaxtdan sonra Rəşad tikiliyə bir neçə usta göndərmiş, ustalar tikiliyə 66 metr məsafədə boru çəkmiş, sonra isə işlərini yarımçıq qoyub getmişlər. Bir müddət keçəndən sonra Rasim obyektinə qazın çəkilmədiyini görüb özü «Asan» xidmətinə müraciət etmiş və bundan sonra “Azəriqaz”ın nümayəndələri həmin tikiliyə baxış keçirmək üçün gələrək çəkilən 66 metr borunun heç bir işə yaramadığını və əsasız olduğunu bildirmişlər. Bundan sonra, Zərərçəkmiş şəxs1 özü tikiliyə təkrar qaz çəkdirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirməklə göstərdi ki, 2019-cu ilin oktyabr ayında Rəşadın xahişi ilə Rasim adlı şəxsin qeyri-yaşayış sahəsinə qaz çəkilməsi üçün qaynaqçı vermiş və arada vasitəçilik etmişdir. Bir müddət ustaların üstündə durmuş və qazlaşdırılma ilə bağlı müəyyən işlər görülmüşdür. Daha sonra, həmin obyekt sahibindən Rəşadın göstərişi ilə 1000 manat pul almışdır. Həmin pulun 200 manatını Rəşada vermiş, 800 manatı isə Rəşadın ona başqa işdən qalan borcu olmuşdur. Həmin pul qeyri-yaşayış sahəsinin sənədlərini hazırlamaq, texniki şərti almaq, layihə hazırlamaq üçün alınmışdır. Lakin sənədlərin hazırlanması mümkün olmamışdır. Məhkəmədə ittiham tərəfinin şahidləri Şahid5 və Şahid3, eləcə də müdafiə tərəfinin şahidləri X4 və X2 dindirilsələr də onların ifadələrinin verilmiş ittihama aid olmadığı müəyyən edilmişdir. Bundan başqa, ittiham aktında məhkəməyə çağırılacaq şəxslərin siyahısında qeyd olunmuş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və ölməsi səbəbindən məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilən Şahid4 ifadəsindən görünür ki, bu ifadədə də işin mahiyyətinə aid deyildir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 18 noyabr 2019-cu il tarixli məxaric xəzinə orderindən görünür ki, hər birinin qiyməti 50 manat olmaqla 300 ədəd "xxxx" ASC-nin laboratoriyasından keçmiş su sayğaclarının alınması üçün Təqsirləndirilən şəxs 15.000 manat məbləğində pul verilmişdir. Qeyd edilən order Təqsirləndirilən şəxs imzası ilə təsdiq olunmuşdur. (Cild 1, iş vərəqi 17) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs tərəfindən yazılmış və onun imzası ilə təsdiq edilmiş qəbzin mətnində aşağıdakılar qeyd olunmuşdur: “Mən Təqsirləndirilən şəxs M.Hüseynzadə məhəllə 26 ünvanda yerləşən 12 mərtəbəli 12 bloklu "xxxx" inşaat MMC-nin binalarına 300 ədəd "xxxx" tərəfindən qəbul edilən su sayğaclarının alınmasını və Zərərçəkmiş şəxs2 təhvil verilməsi üçün 15.000 manat vəsaiti aldım və 28 noyabr 2019-cu il tarixə kimi təhvil verməyi öz üzərimə götürürəm. Veriləcək sayğacların "xxxx" ASC tərəfindən təhvil alınması və kodlaşdırılmasına zəmanət verilir.” (Cild 1, iş vərəqi 29) Cinayət işinin materiallarında olan Abşeron rayon polis idarəsinə ünvanlanmış ərizədən və müvafiq etibarnamədən görünür ki, "xxxx" MTK-nın direktoru Zərərçəkmiş şəxs2 adından Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə onun əmlakının talanması ilə bağlı polisə şikayət olunmuşdur. (Cild 1, iş vərəqləri 5-6, 52) Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 adından yazılmış ərizədən görünür ki, o, Abşeron RPİ-yə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən alınmış 2.300 manat məbləğində pulunun qaytarılmasına köməklik edilməsini xahiş etmişdir. (Cild 1, iş vərəqi 62) Cinayət işinin materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş 2885 nömrəli 03 mart 2020-ci il tarixli hesab-fakturadan görünür ki, 192 ədəd 20 mm. diametrli mexaniki su sayğaclarının quraşdırılması ilə birlikdə qiyməti 17007 manat 86 qəpik təşkil etmişdir. Göründüyü kimi mexaniki su sayğaclarının hər birinin rəsmi dəyəri 88 manat 58 qəpik təşkil etmişdir. (Cild 1, iş vərəqlıri 175, 180) Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs3 adından yazılmış ərizədən görünür ki, o, Abşeron RPİ-yə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq 36.000 ABŞ dolları məbləğində pulunun ələ keçirilməsini göstərmiş və həmin pulunun qaytarılmasına köməklik edilməsini xahiş etmişdir. (Cild 2, iş vərəqi 51) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq edilən “Yaşayış binasına qazlaşma xidmətlərinin göstərilməsi haqqında” 22 yanvar 2018-ci il tarixli müqavilənin surətindən görünür ki, “İntroduction of X9” MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə “X11 LTD” MMC-nin direktoru Şahid1 arasında ünvan 6 ünvanında qazlaşdırma işlərinin aparılması ilə bağlı əqd bağlanmışdır. (Cild 2, iş vərəqləri 59-62) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan pul məbləğlərinin alınmasına dair 18 avqust, 26 avqust, 02 sentyabr və 05 sentyabr 2020-ci il tarixli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs qohumu tərəfindən onun adından "xxxx" MTK-nın direktoru Zərərçəkmiş şəxs2 4.000, 500, 9.900 və 600 manat olmaqla ümumilikdə 15.000 manat məbləğində pul ödənilmişdir. (Cild 2, iş vərəqləri 126-131, 133) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan pul məbləğinin alınmasına dair 05 sentyabr 2020-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs qohumu tərəfindən onun adından Zərərçəkmiş şəxs1 2.300 manat məbləğində pul ödənilmişdir. (Cild 2, iş vərəqi 134) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq edilən 38 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 11 may 2018-ci il tarixli kredit müqabiləsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs3 tərəfindən Təqsirləndirilən şəxs 36.000 manat məbləğində borc verilmiş və sonuncu həmin borcu 31 dekabr 2018-ci il tarixədən borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. (Cild 2, iş vərəqi 58) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq edilən 11 may 2018-ci il tarixli “Girov müqaviləsindən” görünür ki, “X11 LTD” MMC-nin direktoru Şahid1 ünvan 7 ünvanında olan, sahəsi 63,4 kv. metr olan mənzili girov qoymağı, Zərərçəkmiş şəxs3 isə həmin binada olan 240 mənzili qazlaşdırmağı öz öhdəsinə götürmüşdür. Bundan başqa, müqavilənin şərtlərinə görə “girova qoyulmuş” mənzilin 31 dekabr 2018-ci il tarixədək girovdan çıxarılması üçün tam məbləğ görülmüş işlərə görə ödənilməlidir. Müqavilə 3 nüsxədə tərtib olunmuş, onlardan biri girovgoyanda, biri girovsaxlayanda, digəri isə qaz çəkilişini edən “İntroduction of X9” MMC-də saxlanılması qərarlaşdırılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq edilən 30 oktyabr 2018-ci il tarixli ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs3 ünvan 7 ünvanında olan mənzildən Şahid7 xeyrinə imtina etmişlər və 11 may 2018-ci il tarixli müqavilənin etibarsız sayılmasını xahiş etmişlər. (Cild 3, iş vərəqləri 180, 182) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı verilmiş ittihamın iki epizodu üzrə onun təqsirliliyi sübuta yetirilmiş, bir epizod üzrə isə onun əməlində cinayət tərkibinin olamamsı müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 hər birinin qiyməti 50 manat olmaqla 300 ədəd "xxxx" ASC-nin laboratoriyasından keçmiş 20 mm. mexaniki su sayğaclarının alınması və sakinlərin evlərinə quraşdırılaraq təhvil verilməsi üçün ümumilikdə 15.000 manat alması, sonra isə heç bir əsaslı səbəb gətirmədən zərərçəkmiş Zərərçəkmiş şəxs2 pulunun qaytarılmasından imtina etməsi onun əvvəlcədən niyyətinin hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, məhz aldatma və ehtibardan sui-istifadə edilməsi yolu ilə özgə əmlakının ələ keçirilməsinə yönılməsinin aşkar təzahürüdür. Yuxarıda tədqiq olunmuş "xxxx" ASC-nin hesab-fakturasından da görünür ki, 01 ədəd 20 mm. diametrli mexaniki su sayğaclarının quraşdırılması ilə birlikdə qiyməti 88 manat 58 qəpik təşkil etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri, yəni zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 aldatmaq, onların əmlakını dələduzluq yolu ilə talamaq niyyətinin olmaması, onlardan aldığı və qaytara bilmədiyi pulun isə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı olmasına dair göstərdiyi xüsusatları əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmədə dindirilən zamanı iş üzrə bütün xüsusatları xatırlamadığını və istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirən Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi işin hallarına uyğun olduğundan həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə yuxarıda tədqiq edilən sübutları tədqiq edərək və müqayisəli təhlil etməklə qiymətləndirərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamın Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 zərərəçəkmiş olduqları epizodlar üzrə təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmiş, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs olduğu epizod isə mülki münasibətlərdən irəli gələn mübahisə olduğundan, həmin epizod üzrə Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2. və 178.2.3-cü maddələrinin tərkibi olmadığından, qeyd edilən bənd təqsirləndirilən şəxsə verilmiş ittihamdan çıxarılmalıdır. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs həmin epizod üzrə ittiham verlmişdir ondan ötrü ki, o, «İntroduction of X9» şirkətinin baş direktoru vəzifəsində işləyərkən təkrarən tamah niyyəti ilə öz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, sonuncuya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş 8 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 450 kv/m olan tikiliyə qaz sayğacını quraşdıracağına dair yalandan vəd verib aldadaraq inandırmış, xx.xx.2019-cu il tarixdə ünvan 8nda 700 manat məbləğində, xx.xx.2019-cu il tarixdə eyni ünvanda 600 manat məbləğində və xx.xx.2019cu il tarixdə eyni ünvanda, yəni ünvan 8nda tanışı Şahid6 vasitəsi ilə 1000 manat məbləğində nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 ümumilikdə 2300 (iki min üç yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə bir daha qeyd edir ki, bu epizod üzrə verilmiş ittiham sifarişçi və podratçı arasına mülki münasibətlərdən irəli gələn mübahisə ilə bağlı olduğundan, yəni podratçı tərəfindən sifariş olunan işlərin vaxtında və lazımı qaydada yerinə yetirməməsi ilə bağlı olduğundan, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus 2.300 manat məbləğində pulun dələduzluq yolu ilə talamaq niyyəti olmadığınından, bununla da Təqsirləndirilən şəxs əməlində dələduzluq cinayətinin tərkibi olmadığından, Təqsirləndirilən şəxs verilmiş ittihamdan həmin bənd çıxarılmalıdr. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirildiyi epizodlarla bağlı isə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" ASC-nin laboratoriyasından keçmiş su sayğaclarının dəyərindən aşağı qiymətə alıb təhvil verəcəyini vəd etməsi aldatmadan ibarət dələduzluq cinayətinin üsulu olmuşdur. Belə ki, təqsirləndirilən şəxs podratçı kimi sifarişçiyə hər hansı bir iş yerinə yetirməmiş və bu işin yerinə yetirilməsi üçün hər hansı bir real addım belə atmamışdır. O, əvvəlcədən yerinə yetirilməsi mümkün olmayan, yəni 01 ədədinin dəyəri 88,58 manat olduğu halda 50 manata su sayğacı alacağı vədini verərkən, əvvəlcədən niyyəti məhz zərərşəkmiş şəxsi aldatmağa yönəlmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadələrində göstərmişdir ki, guya pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs3 müraciət etmiş və sonuncu ona 2018-ci ilin may ayında faizləri ilə ödənilməsi şərti ilə 36.000 ABŞ dolları məbləğində borca pul vermiş, borc müqaviləsi notariat kontorunda təsdiq olunmuşdur. Bu zaman Zərərçəkmiş şəxs3 dərhal ondan 6.000 ABŞ dollarını faiz kimi almış, sonra isə o, Zərərçəkmiş şəxs3 nağd şəkildə bir neçə dəfəyə 8.000 manat pul qaytarmışdır. Həmin vaxtlar “X12 Company”-nin MMC-nin ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli binalarınınnın qazlaşdırmasını apardığı üçün həmin şirkət ilə müqavilə bağlamış və görüləcək işlər müqabilində şirkət girova qoymaqla ona 1 otaqlı 63 kvadrat sahəsi olan mənzil verilməsini təklif etmişdir. O, Rafisə bu haqda məlumat vermiş və Rafis ona həmin evi almaq istədiyini demiş buna görə də mənzilin girov müqaviləsinə əsasən Rafisin adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Rafislə belə razılaşmışlar ki, Rafis həmin mənzil üçün verilməli olan 100.000 manat pulun onun Rafisə qalan 25.000 ABŞ dollarını çıxdıqdan sonra qalan 57.500 manat şirkətə ödəyəcək və sonra həmin ev Rafisə qalacaq. Lakin, Rafis həmin məbləğin çox olduğunu fikirləşdiyindən mənzildən notarial qaydada imtina etmişdir. Onun Rafisə 25.000 ABŞ dolları məbləğində pul borcu qalmış, lakin maddi imkanı olmadığından həmin məbləğdə pulu ödəməmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2lə bağlı ona verilmiş ittihamda olduğu kimi, Zərərçəkmiş şəxs3 də pulunu almasını təsdiq etmiş, lakin həmin pulun qaytarılması üçün maddi imkanının olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, gördüyü işlərlə bağlı aldığı pulların qeydiyyatını aparan Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs3 6.000 ABŞ dolları və 8.000 manat məbləğində pul verməsi və bu məbləğlərlə bağlı ondan hər hansı bir qəbz almaması məhkəməyə inandırıcı gəlmir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş və yuxarıda tədqiq olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs3lə bağlanmış borc müqaviləsi və girovsaxlayan kimi Zərərçəkmiş şəxs3 adına bağlanmış qırov müqaviləsinin rəsmiləşdirilməsi eyni tarixdə, yəni 11 may 2018-ci il tarixdə baş vermişdir. Bu isə bir daha Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi yuxarıda qeyd edilən xüsusatların yalan olduğunun təzahürüdür. Bununla məhkəmə belə nəticəyə gəlir ki, girovla bağlı müqaviləni pərdələmək və sonradan öz dələduzluq hərəkətlərini mülki mübahisə kimi qələmə vermək üçün Təqsirləndirilən şəxs eyni gündə, yəni 11 may 2018-ci il tarixdə 38 saylı notariat ofisinin inzibati binasında həmin dövrün məzənnəsi ilə 61.200 manat təşkil edən 36.000 ABŞ dollarının Zərərçəkmiş şəxs3 almasına dair yalan əqd kimi borc müqaviləsi bağlamışdır. Bu isə bir daha Təqsirləndirilən şəxs ifadəsində guya borc müqaviləsi bağlandıqdan bir müddət sonra qalan borcunun müqabilində həmin mənzili Zərərçəkmiş şəxs3 təklif etməsinin və onun baha olması səbəbindən mənzildən imtina etməsinin yalan olmasının aşkar sübutudur. Təqsirləndirilən şəxs dələduzluq yolu ilə, Zərərçəkmiş şəxs3in pulunun talamaq niyyətinin olmasının daha bir sübutu onun həmin mənzili guya 100.000 manata yaxın qiymətə satacağını deyib Zərərçəkmiş şəxs3 həmin mənzildən imtina etməsinə nail olduqdan sonra, mənzili Zərərçəkmiş şəxs3 təklif etdiyi qiymətə yaxın qiymət olan 68.000 manata digər şəxsə, yəni Şahid7 satması olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilməsi düzgündür, o, həmin əməli qəsdən törədilmiş, bu əməl başa çatmış cinayət olmaqla təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Plenum Qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 27-ci bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Bundan əlavə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Elektron məhkəmə sistemində olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində 2019 və 2021-ci il təvəllüdlü 2 azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olması və 59.1.13-cü maddəsinə əsasən Zərərçəkmiş şəxs2 vurulmuş 15.000 manat məbləğində maddi ziyanın tamamilə ödənilməsi təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2020ci il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Daha sonra, xx.xx.2020-ci il tarixdə tutulmuş və Abşeron rayon məhkəməsinin 17 may 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuşdur. 30 iyun 2020-ci il tarixdə təqsirləndirilən şəxs tutulmuş və Abşeron rayon məhkəməsinin 01 iyul 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Abşeron rayon məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılma müddəti məhkəmənin qərarı ilə 19 yanvar 2021-ci il tarixədək müəyyən edilmişdir. Müstəntiqin 25 yanvar 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı ilkin olaraq təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, lakin sonradan onun məhkəmədən qaçıb gizlənilməsi səbəbindən başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və 07 oktyabr 2022-ci il tarixdə o, tutularaq məhkəmənin hesabına verilməklə həbsdə saxlanılmışdır. (Cild 1, iş vərəqləri 184, 203-206, 230, 250; Cild 2, iş vərəqləri 140-144) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və evdə dustaqlığında saxlanıldığı 04 mart 2020-ci il tarixdən 05 mart 2020-ci il tarixədək 01 gün müddət, 15 may 2020-ci il tarixdən 17 may 2020-ci il tarixədək 02 gün müddət, 30 iyun 2020-ci il tarixdən 19 yanvar 2021-ci il tarixədək 06 ay 20 gün müddət, ümumilkdə isə 06 ay 23 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli təqsirləndirilən şəxsin sonuncu tutulduğu müddətdən, yəni 07 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.2-cü maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Qanunla müəyyən edilmiş qaydada mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında » xx.xx.2015-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyi edilsin. Təqsirləndirilən şəxs tutulduğu, həbsdə və evdə dustaqlığında saxlanıldığı 04 mart 2020-ci il tarixdən 05 mart 2020-ci il tarixədək 01 gün müddət, 15 may 2020-ci il tarixdən 17 may 2020-ci il tarixədək 02 gün müddət, 30 iyun 2020-ci il tarixdən 19 yanvar 2021-ci il tarixədək 06 ay 20 gün müddət, ümumilkdə isə 06 ay 23 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılsın və o, qəti olaraq 05 (beş) il 05 (beş) ay 07 (yeddi) gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli tutulduğu 07 oktyabr 2022-ci il tarixdən hesablansın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar