Məhkəmə qərarları › İş №1(124)-34/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-34/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-34/2023 17.05.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Tərсüməçi- X4, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid4, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin nümayəndəsi- X5 Zərərçəkmiş şəxsin nümayəndəsi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 25 saylı Vəkil Bürosunun vəkili Zərərçəkmiş şəxs2 Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxxx 1974-cü ildə Tərtər rayonu, Düyərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Azərbaycan Respublikası CM-nin 206.4, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə məhkum edilib məhkumluğu ödənilməmiş, Tərtər rayonu, Düyərli kəndində qeydiyyatda olub, Abşeron rayonu Saray qəsəbəsi fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilib hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs Tərtər rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qəran ilə boşandığı arvadı Zərərçəkmiş şəxs1 barışıb yenidən ailə münasibətlərini bərpa etməyi təklif etmiş, xx.xx.2021-ci il tarixdə sonuncu barışıb onunla birgə yaşamaqdan qəti imtina etdikdə xx.xx.2021-ci il tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 1 ünvanın yerləşdiyi bloka gələrək, blokun üçüncü mərtəbəsi ilə dördüncü mərtəbəsi arasındakı meydançada Zərərçəkmiş şəxs1 evdən çıxıb işə getməsini gözləmiş, sonuncu saat O8:15də evdən çıxıb aşağı enərək həmin meydançaya çatdıqda ailə münasibətlərini bərpa etməklə bağlı aralarında baş vermiş mübahisə zamanı yenidən rədd cavabı aldıqda, qısqanclıq zəminində Zərərçəkmiş şəxs1 öldürmək niyyəti ilə hər iki əli ilə sonuncunun boğazından tutub sıxmaqla həyat üçün təhlükəli olan əlamətlər kompleksi (beyin qan dövranının pozulması, huşun itməsi, komotoz vəziyyət, amneziya və s.) ilə aydın nəzərə çarpan və obyektiv əlamətləri ilə təstiq olunan,boyun üzvlərinin sıxılması (mexaniki asfiksiya) nəticəsində əmələ gələn sağlamlığa AĞİR zərərvurmaya aid edilən xəsarətlər yetirməklə boğmuş, səsə çıxan qonşu Şahid5 cinayətkar niyyətini başa çatdırmaqda ona mane olduğundan və Zərərçəkmiş şəxs1 kənar şəxslər tərəfindən xəstəxanaya çatdırılaraq vaxtında tibbi yardım göstərilib həyatı xilas edildiyindən o, iradəsindən asılı olmayan səbəblərdən cinayətkar əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs1 qısqanclıq zəminində qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Nailəni ödürmək niyyəti olmamışdır. 2019-cu ildə boşanmışdırlar. O yenidən həyat yoldaşı ilə barışmaq istəmişdir. Arlarında inciklik olduğu üçün ayrılmışdırlar. Hadisə baş verməmişdən bir gün qabaq Nailə ilə görüşmüşdürlər. Boşansalarda münasibətləri olmuş onu işə aparıb gətirmişdir. Onun telefon zəngini açmadığına görə hadisə günü axşam saat 8-də ora getmişdir. Nailəyə onun telefonunu niyə açmadığını soruşmüşdur. Aralarında mübahisə baş vermişdir. Nailəni tək əllə boğmuşdur. Pilləkən qəfəsinə qapı açılan kimi o çıxıb getmişdir. Nailə boğulduğu müddətdə əli ilə müqavimət göstərmişdir. O barışmaq istəmişdir. Qarşı tərəf barışığa razı olmamışdır. Taksiyə əyləşib polis idarəsinə getmişdir. Qapı açılandan sonra şokda olduğu üçün X14a zəng etməmişdir. Nailəni öldürmək niyyəti olsaydı onu öldürmüş olardı. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı tədqiq olunmuş təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, 1990-cı ildə orta məktəbi, 1996-cı ildə hərbi xidməti bitirib 1997-ci ildə Bakı şəhərinə gəlib müxtəlif sahələrdə işləmiş, 1999-cu ildə Şahid7 ilə ailə qurmuş, həmin nikahdan 2001-ci ildə Xuraman, 2003-cü ildə Ləman, 2005-ci ildə İsmayıl adlı uşaqlan olmuş, törətdiyi cinayət əməlinə görə Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 206.4, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə cəzası 09 (doqquz) ilə endirilmiş. xx.xx.2016cı ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Qərarı ilə cəzadan azad edilmiş, həmin ildə ailəsindən boşanmış, Sumqayıt şəhərində yerləşən «Liman» tibb klinikasına müalicə üçün müraciət edərkən həmin klinikada baş tibb bacısı işləyən Zərərçəkmiş şəxs1 ilə tanış olub xx.xx.2017-ci il tarixdə onunla rəsmi nikaha daxil olaraq Sumqayıt şəhərində kirayədə yaşamışlar. Nailə işlədiyi klinikaya işə gedib-gəlmək üçün qonşu blokda yaşayan Şahid2 Ramiz oğlunun taksi xidmətindən istifadə etmişdir. Nailənin anası Valentina onların ailə münasibətlərinə müdaxilə edib söz-söhbətlər yaratmış,nəticədə Nailə onunla yaşamaqdan imtina edib xx.xx.2019-cu il tarixdə məhkəmənin qəran ilə boşanmış,buna baxmayaraq onlar yenə bir yerdə olmaqda davam etmişlər, onu əvvəlki kimi hər gün işə aparıb işdən gətirmiş, maddi cəhətdən təmin edib Nailənin təşəbbüsü ilə Abşeron rayonu Saray qəsəbəsi, Üzümlük deyilən ərazidə ipoteka krediti ilə dörd otaqlı ev alıb Nailənin zövqünə uyğun mebel və ev əşyaları almış,dəfələrlə Nailəyə həmin evə köçüb birgə yaşamağı təklif etdikdə sonuncu həmin evə köçüb bir yerdə yaşamaqdan imtina etmişdir. Nailənin nə vaxtsa onunla barışacağını, eyni zamanda onu hədsiz sevib qısqandığı üçün onu nəzarətində saxlamış, bu isə Nailəyə xoş gəlməmiş, bu səbəbdən aralarında teztez dava-dalaş, mübahisələr yaranmış və Nailə onunla barışmayacağını demişdir. xx.xx.2021-ci il tarixdə Nailəni iş yerindən götürüb Sumqayıt dənizkənarı parkda yerləşən «Turan» restoranına aparıb orada şam edərkən Nailədən onunla bir yerdə yaşamağa razı olub-olmayacağını soruşduqda sonuncu onun təklifini yenə rədd edib bir də onu narahat etməməyi demişdir. Saat 20 radələrində Zərərçəkmiş şəxs1 aparıb həyətlərində düşürmüş, Nailənin verdiyi sonuncu cavab ona sonradan pis təsir etdiyindən Nailəyə, sonuncunun anasına və ev telefonuna dəfələrlə zəng etsə də heç bir telefona cavab almamış, qərara gəlmişdir ki, səhəri gün, Nailəni növbəti dəfə işə aparsın və münasibətlərini qəti aydınlaşdırsın. xx.xx.2021-ci il tarixdə səhər tezdən taksi sürücüsü Şahid2 zəng edib Nailəni işə aparmaq üçün Nailənin yaşadığı blokun qarşısına gəlməyi, özü də az sonra gələcəyini bildirmişdir. O, saat 08 radələrində piyada gəlib Nailənin yaşadığı ünvan 1 ünvanın yerləşdiyi 3-cü bloka daxil olaraq blokun 3-cü mərtəbəsi ilə 4-cü mərtəbəsi arasındakı meydançada dayanıb Nailəni gözləmişdir.Təxminən 3-5 dəqiqədən sonra Nailə yaşadığı 5-ci mərtəbədən pilləkənlərlə aşağıya doğru enib ona çatdıqda Nailədən nə üçün telefonları söndürüb ona cavab vermək istəmədiyini sual etmişdir. Nailə demişdir ki,“biz rəsmi boşanmışıq, ayrı-ayrı adamlarıq ,sənə dəfələrlə demişəm ki, səninlə barışıb bir yerdə yaşamaq istəmirəm, məndən əl çək, yaxşı edirəm telefona cavab vermirəm, yaxşı edib telefonları söndürmüşəm». Nailənin işlətdiyi bu söz ona acıq gəldiyindən onu cəzalandırmaq üçün hər iki əli ilə sonuncunun boğazından tutub sıxmağa başlamış,hansı müddət keçdiyini bilməmiş, bu vaxt Nailənin bumundan sürətli qan axmağa, huşunu itirib rəngi qaralıb xırıldamağa başlamış, onun öldüyünü düşünmüşdür. Bu vaxt qonşu Elmiranın qapısının açıldığını görüb Nailədən əl çəkib onu döşəmədə yanoturaq vəziyyətə gətirərək oradan qaçıb uzaqlaşmış, pilləkənlərlə aşağıya doğru qaçarkən qonşu Elmiranın qışqırıq səslərini eşitmiş, blokdan çıxıb evin arxasına keçərək yoldan keçən taksiyə minib getmiş, sürücü Farizə, az sonra bacısı Almasa zəng edib Nailəni blokda boğub öldürdüyünü xəbər edib daha sonra könüllü Sumqayıt şəhər Pİ-nin 5-ci PB-nə gedərək törətdiyi cinayət barədə məlumat verib təslim olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə boşansa da onu yenə qanuni ailəsi bilmiş, onu hər şeyə qısqansa da ona heç bir vaxt hədə-qorxu gəlməmişdir. Zərərçəkmiş şəxs1 boğazını sıxarkən sonuncu halsız olduğundan ona müqavimət göstərə bilməmiş, hadisə törədərkən spirtli içki və ya narkotik vasitə təsiri altında olmamışdır. (cild 1 224-233,243-248) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə Zərərçəkmiş şəxs1 elan olunaraq araşdırılmış ifadələrindən görünür ki, Sumqayıt şəhərində “Liman” klinikasında baş tibb bacısı vəzifəsində işləyir, 2000-ci ildə X8 ilə ailə qurmuş, həmin nikahdan Aytac adlı qızı var, ailə münasibətləri pisləşdiyinlən 2005-ci ildə ərindən boşanıb qızı Aytacla ata evinə qayıdaraq ünvan 1 ünvanda yaşayır, yaşadığı mənzil binanın 3-cü blokunda 5-ci mərtəbədə yerləşir,yaşadığı binanın 4- cü blokun 5-ci mərtəbəsində yaşayan Şahid2 taksi xidmətindən daim istifadə edir, 2017-ci ildə Təqsirləndirilən şəxs ilə tanış olub həmin ildə onunla ailə qurmuş, ailə qurarkən Təqsirləndirilən şəxs məhkum həyatı keçirdiyindən məlumatı olmamış, amma əvvəllər evli olub sonra boşanaraq uşaqlarına alimet ödədiyini bilmişdir. Təqsirləndirilən şəxsla ailə qurduqdan bir neçə ay sonra sonuncu səbəbsiz yerə onu qısqanmağa, evdə söz- söhbət yaradıb döyməyə başlayıb cismani əzab vermiş,dəfələrlə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə, AR DİN-nin 102 xidmətinə şikayət etmiş, nəhayət dözməyib xx.xx.2019-cu il tarixdə boşanıb yaşamağa anasının yanına hazırki ünvana qayıtmışdır. Boşansa da Təqsirləndirilən şəxs ondan əl çəkməmiş, onunla barışmasa onu öldürəcəyi ilə hədələmiş,hər gün taksi ilə yaşadığı blokun qarşısına gələrək onu məcburi avtomobilə mindirib işə aparıb işdən gətirmiş, o isə həmin təklifləri dələlərlə rədd edib onunla yaşamayacağını bildirmişdir. Hadisədən bir gün əvvəl, xx.xx.2021-ci il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs iş yerinə gələrək onu taksiyə mindirib Sumqayıt dənizkənarı parkda yerləşən “Turan” kafesinə aparıb orada şam edərkən əvvəlki söhbətlərinə qayıdaraq yenidən nikaha daxil olub birgə yaşamağı təklif etdikdə o bundan imtina etmişdir. Təqsirləndirilən şəxs isə”Əgər mənimlə barışmasan, biz bir yerdə yaşamasaq səni öldürəcəm! deyib”onu gətirib yaşadığı blokun qarşısında düşürüb getmişdir. Düşünmüşdür ki, Təqsirləndirilən şəxs onun sözlərindən nəticə çıxarar. Evə gəldikdən sonra Təqsirləndirilən şəxs uzaqlaşmaq məqsədilə istifadəsində olan mobil və ev telefonunu söndürmüşdür ki, sonuncu onunla telefon əlaqəsi saxlaya bilməsin. Səhəri gün, xx.xx.2021-ci il tarixdə saat 08:15 radələrində işə getmək üçün evdən çıxıb yaşadığı 5-ci mərtəbədən pilləkənlərlə aşağı enərkən blokun 3-cü mərtəbəsi ilə 4-cü mərtəbəsi arasında meydançada dayanan Təqsirləndirilən şəxsla rastlaşmış, sonuncu qəzəbli olmuşdur.Yaşadığı blokun 4-cü mərtəbsində 25 nömrəli mənzildə qonşu Elmira qızı Nərminə ilə yaşayır, həmin mərtəbədə 26-cı mənzildə tək yaşayan Səkinə adlı qadın baxçada müəllimə işlədiyindən tezdən işə gedir,blokun 3-cü mərtəbəsində 24-cü mənzildə yaşayış yoxdur, 23-cü mənzildə yaşayan 83 yaşlı Nadejda Navoselsovo ağır eşidir və xəstədir. Təqsirləndirilən şəxs onu görən kimi üzərinə yeriyib sual etmişdir ki, nə üçün mobil telefonu və ev telefonunu söndürmüş, nə üçün telefon zənglərinə cavab vermək istəmir?. Təqsirləndirilən şəxs demişdir ki, «Biz boşanmışıq, artıq ayrı-ayrı şəxslərik, sənə cavab verməyə bilərəm». Təqsirləndirilən şəxs mübahisə edib yenə həmin sözünə qayıtdıqda əsəbindən demişdir ki, «yaxşı edib telefonları söndürmüşəm, yaxşı edib sənə cavab vermirəm, neçə dəfə demişəm ki, səninlə barışmaq, səninlə yaşamaq istəmirəm, yaşamaq istəsəydim boşanmazdım». Bu sözlərdən sonra Təqsirləndirilən şəxs «əlimdən heç yana çıxa bilməzsən» deyib hər iki əli ilə boğazından yapışıb sıxaraq onu boğmağa başlamış, bu an qışqırıb müqavimət göstərmək istədikdə sonuncu hər iki əli ilə boğazını daha bərk sıxıb başını divara vurmağa başlamış, burnundan qan açılmış, nəticədə huşunu itirmiş, sonra nə baş verdiyini xatırlamır.Ayılanda Bakı şəhərində “Respublika Diaqnostika Mərkəzinin” diaqnostika şöbəsində olduğunu, bir neçə gün koma vəziyyətində olduğumu bilmişdir.Təqsirləndirilən şəxs ona yetirdiyi xəsarətlərdən yaddaşında pozuntular yaranmış, sağ ətrafı iflic olmaqla sərbəst hərəkət edə bilmir, şikəstlik tapmışdır. Hadisədən sonra blokun 4-cü mərtəbəsində 25 nömrəli mənzildə yaşayan qonşu Şahid5 demişdir ki, hadisə baş verən tarixdə çörək almaq üçün getməyə hazırlaşarkən blokda Rasimin onunla mübahisə etdiyini eşidib bunu növbəti hal kimi qəbul etmiş,az sonra çörək almaq üçün həyətə düşərkən bloka çıxdıqda Təqsirləndirilən şəxs hər iki əli ilə onun boğazından yapışıb başını divara çırpdığını, sifətinin al qan içərisində olduğunu görüb qışqıraraq ona «nə edirsən, qızdan əl çək!» deyib qaçaraq ona çatmaq istədikdə Rasim onun başını növbəti dəfə divara çırpıb onu kənara itələyərək qaçıb getmiş, o Təqsirləndirilən şəxs arxasınca qaçsada çata bilməmiş, sonra bloka qayıdıb qızı Nərminəyə Azərbaycan Respublikası DİNnin 102 xidmətinə və TTYX-na zəng etməyi tapşırıb hadisə barədə onun anasına məlumat vermiş, köməyə qonşu Pakizəri çağırmış, az sonra hadisə yerinə polis əməkdaşları,X14 briqadası gəlmişdir.Belə nəticəyə gəlir ki,əgər Şahid5 bloka çıxmasaydı, acıqlanıb üzərinə gəlməsəydi, Təqsirləndirilən şəxs hərəkətlərinə mane olmasaydı sonuncu onu öldürmədən hadisə yerini tərk etməzdi,çünki Təqsirləndirilən şəxs fikri onu yalnız öldürmək olmuşdur. (cild 1 i/v.169-174) Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Nailə 2017-ci ildə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olmuş, ailə qurduqdan bir-iki ay sonra Rasim Nailəni qısqanmağa,hər xırda şey üstündə incidib döyməyə başlamış.Nailə bir neçə dəfə Rasimin hərəkətlərindən Sumqayıt şəhər Polis İdarəsinə şikayət etmiş. Rasim isə hər dəfə yalvarıb hərəkətlərini təkrar etməyəcəyini vədd edib barışdıqdan sonra davam etdirdiyindən qızı məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə ondan boşanıb ata evinə qayıtmışdır. Nailə Rasimdən boşansa da Rasim Nailədən əl çəkməmiş, hər gün yaşadıqları blokun qarşısına gəlib Nailənin evdən çıxmasını gözləyib onu məcburi Fariz adlı taksi sürücüsünün avtomobilinə mindirib işə aparıb işdən gətirməklə onu nəzarətdə saxlamış, rahat yaşamasına imkan verməmiş, Nailədən barışıb yenə bir yerdə yaşamağı tələb etmişdir. Nailəyə bir neçə dəfə «ya mənimlə barışıb yaşayacaqsan, ya da səni öldürəcəm» deyib hədələmişdir. xx.xx.2021-ci il tarixdə Nailə evə işdən bir qədər gec gəlmiş, səbəbini soruşduqda demişdir ki. Rasim onu işdən götürüb «Turan» kafesinə aparıb orada yenə barışıq söhbətinə qayıdıb rədd cavabı verdikdə Rasim onu ölümlə hədələmişdir. 23.07.201-ci il tarixdə saat 08:15 radələrində Nailə işə getmək üçün evdən çıxmış,o isə yataq otağına keçmişdir,təxminən 10- 15 dəqiqədən sonra blokun dördüncü mərtəbəsində yaşayan qonşu Şahid5 qapını döyüb xeyli həyəcanla Rasimin Nailəni blokun üçüncü mərtəbəsi ilə dördüncü mərtəbəsi arasındakı meydançada öldürdüyünü deyib aşağıya doğru qaçmışdır. O qızı Nailəyə yaxınlaşarkən döşəmədə sifətinin qan içərisində həyat əlamətləri olmayan bədənini görmüşdür. Yanında köməyə gələn Şahid5 qızı Şahid6 və qonşu Şahid1 olmuş, Nərminə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və X14 Stansiyasına artıq zəng etmiş,az sonra hadisə yerinə gələn həkim briqadası Nailəni xəstəxanaya aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 1982- ci ildən Sumqayıt şəhəri, məhəllə 41 A,ev 2B,mənzil 25 ün vanda,blokun 4-cü mərtəbəsində yaşayır, 2000-ci ildən həmin blokun 5-ci mərtəbəsində 28 nömrəli mənzildə Şahid4 ailəsi ilə birlikdə yaşayır. xx.xx.2021-ci il tarixdə saat 08:15 radələrində blokda Nailə ilə Rasimin mübahisə səslərini eşidib bunu növbəti mübahisə kimi qəbul edərək əhəmiyyət verməmiş, az sonra çörək almaq üçün həyətə düşmək məqsədilə bloka çıxarkən Təqsirləndirilən şəxs blokda üçüncü mərtəbə ilə dördüncü mərbə arasındakı meydançada hər iki əli ilə Nailənin boğazından yapışıb sonuncunun başını divara çırpdığını, Nailənin üz-gözünün qanlı olduğunu görüb «nə edirsən? qızdan əl çək!» deyib qışqıraraq qonşuları haraya səsləyib ona tərəf getmiş, Təqsirləndirilən şəxs Nailənin başını növbəti dəfə divara vurub kənara itələyərək pilləkənlərlə aşağıya doğru qaçmağa başlamışdır. O, Təqsirləndirilən şəxs arxasınca qaçsada çata bilməmiş, qışqırıb qonşuları haraya səsləmişdir. O qayıdaraq qızı Şahid6 səsləyib Polis İdarəsinə zəng edib X14 çağırmasını tapşırmış, qızı Nərminə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, sonra tibbi yardım göstərilməsi üçün X14 çağırmış, Nailəyə köməklik göstərmişdir, özü isə Nailədə həyat əlamətləri olmadığını görüb Nailəgilə gedərək Valentinaya Təqsirləndirilən şəxs Nailəni blokda öldürdüyünü demişdir. Bundan sonra yenə həyətə düşüb qışqırıb köməyə səslənmiş, həyətdə gülləri sulayan qonşu Şahid1 görmüş, ona Nailənin əri tərəfindən blokda öldürüldüyünü deyib kömək istəyib onunla birlikdə bloka qayıtmışdır. Az sonra hadisə yerinə həkim briqadası və hüquq mühafizə orqanı əməkdaşları gəlmiş,həkimlər Nailənin sağ olduğu müəyyən edib onu dərhal xəstəxanaya aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 1981-ci ildən ünvan 2 ünvanda yaşayır, 2000-ci ildən yaşadığı binaya bitişik evin 3-cü blokun 5-ci mərtəbəsində 28-ci mənzildə Şahid4 ailəsi ilə birlikdə yaşayır, qonşu kimi münasibətləri normaldır, xx.xx.2021-ci il tarixdə saat 08:30 radələrində gülləri sulayarkən qonşu Şahid5 qışqıraqışqıra blokdan həyətə çıxıb Rasimin Nailəni öldürdüyünü deyərək onu köməyə çağırmış, o Elmira ilə birlikdə bloka daxil olmuş, blokun 3-cü mərtəbə ilə 4-cü mərtəbəsi arasındakı meydançada Nailəni huşsuz vəziyyətdə üz-gözünü qan içərisində görmüşdür. Elmiranın qızı Nərminə AR DİN-nin 102 xidmətinə zəng edib X14 çağırmış,az sonra hadisə yerinə həkim briqadası və hüquq mühafizə orqanı əməkdaşları gəlmiş, Nailə xəstəxanaya aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Tağıyeva X2 ifadəsində göstərdi ki, uzun illərdir ünvan 3 ünvanda anası Şahid5 ilə yaşayır, onlarla bir blokda 5-ci mərtəbədə 28 nömrəli mənzildə Şahid4 ailəsi ilə yaşayır, qonşu kimi münasibətləri normaldır xx.xx.2021-ci il tarixdə saat 08:30 radələrində anası yenə çörək almaq üçün qapıdan çıxmış və dərhal blokdan onun vahiməli qışqırıq səsləri gəlmiş, nə baş verdiyini bilmək üçün onun arxasınca bloka çıxarkən anasının blokda pilləkənlərlə üzü aşağı qaçaraq Nailənin öldürüldüyünü deyib qışqıraraq kömək istədiyini. Nailənin isə blokun 3-cü mərtəbəsi ilə 4-cü mərtəbəsi arasında üz-gözünü qanlı, həyat əlaməti olmayan qaralmış sifətini görmış,evə su gətirmək üçün getmiş,bu vaxt anası onu səsləyib dərhal X14 çağırıb hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102-xidmətinə zəng edib məlumat verməyini tapşırmış özü isə Valentinagilə gedib Nailənin Rasim tərəfindən blokda öldürüldüyünü demişdir. O. DİN-nin 102 xidmətinə zəng edib blokda adam öldürüldüyünü bildirib polisin gəlməsini xahiş etmiş, anası, qonşu Pakizər xala və Valentina gəlib Nailəyə kömək etmişlər, az sonra hadisə yerinə polis əməkdaşları və X14 briqadası gəlmiş, Nailə müayinə edildikdə onun hələ ölmədiyi müəyyən olunub dərhal xəstəxanaya aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs xalası oğlu, eyni zamanda qaynıdır, yəni Rasim onun arvadı X3 qardaşıdır. Hadisə baş verən zaman o orda olmamış və hadisəni görməmişdir. xx.xx.2021-ci il tarixdə saat 09 radələrində evdə olarkən arvadı Almas onu yuxudan oyadıb demişdir ki,’’Rasim indi zəng edib xəbər verdi ki, Nailəni blokda boğub öldürmüşəm, Polis İdarəsinə təslim olmaq üçün gedirəm.Soruşdum nə üçün Nailəni öldürmüsən. Rasim dedi ki. Nailə barışıb mənimlə yaşamadığı üçün öldürmüşəm».Rasimin verdiyi xəbər onlara pis təsir etmiş,telefonuna zəng etməyə çahşsalarda artıq ona zəng çatmamış, bir neçə saatdan sonra hazırda adını xatırlamadığı müstəntiq onlara zəng edib Rasimin törətdiyi həmin cinayət əməlinə görə şübhəlli şəxs kimi saxlandığını,Zərərçəkmiş şəxs1 isə vəziyyəti ağır olduğu üçün xəstəxanada stasionara yerləşdirildiyini bildirib məlumat vermişdir Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, hadisə günü Rasimin həkim dostu zəng edib demişdir ki, Rasim Nailə xanımı öldürüb. İbtidai istintaqa verdi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 oxşar məzmunlu ifadə verib Şahid3 göstərdiklərini təstiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 4 ünvan binanın 5-ci blokunda yerləşir, o «Opel-Astra» markalı ** OP *** dövlət nömrə nişanlı avtomobil idarə edir, sifariş olanda sərnişinləri ünvana çatdırır, yaşadığı binanın 3-cü blokunda 5-ci mərtəbədə, 28 nömrəli mənzildə Zərərçəkmiş şəxs1 yaşayır, Zərərçəkmiş şəxs1 Sumqayıt şəhərində «Liman» klinikasında baş tibb bacısı işləyir,2013-cü ildən Nailəni həftədə iki-üç dəfə işə aparıb-gətirmiş, münasibətləri normal olmuş və Təqsirləndirilən şəxs tanımamışdır. 2017-ci ilin sonlarında Rasim ona yaxınlaşaraq Nailənin ailəsi və keçirdiyi həyat tərzi ilə maraqlanmış, o Nailəni müsbət cəhətdən tanıdığı üçün barəsində yaxşı fikir söyləmiş, Təqsirləndirilən şəxs bundan sonra demişdir ki, «Liman» klinikasına tibbi ləvazimatlar gətirərkən Nailəni orada görüb sevdiyindən onunla ailə qurmaq istəyir.Bir neçə gündən sonra Rasim Nailəyə el adəti ilə elçi gəlib onunla rəsmi nikaha daxil olmuş və onlar Sumqayıt şəhərinin 45-ci məhəlləsində kirayədə yaşamışlar, Nailə başqa ünvana köçsə də lazım olanda onu işə aparıb- gəlirmişdir.Rasimlə tanışlıqdan sonra ona məlum olmuşdur ki, sonuncu əvvəllər ailəli olub üç uşağı var,ailəsi Bakı şəhərinin Binəqədi rayonu ərazisində yaşayır və uşaqlarına aliment ödəyir, hətta bir neçə dəfə Rasimin etdiyi bazarlığı onun uşaqlarına çatdırmış,arada Rasimlə Nailə arasında soyuqluq da hiss etmişdir.Təqsirləndirilən şəxs Abşeron rayonu Saray qəsəbəsi Üzümlük deyilən ərazidə ipoteka ilə həyət evi alıb Nailənin iştirakı ilə evə ev əşyaları,mebel almışdır,amma bilirdi ki, onlar yola getmirlər,bəzən Nailə ilə Rasimi aparıb- gətirərkən sonuncular mübahisə etmişlər,onların söhbətlərindən başa düşmüşdür ki,Nailə Rasimlə yaşamaq istəmir, xx.xx.2021-ci il tarixdə səhər tezdən yaşadığı evin arxasında idarə etdiyi avtomobillə dayanmış, Rasim zəng edib demişdir ki, 08:30 radələrində Nailəgilin blokunun qarşısında olmaqla Nailəni işə aparsın ,özüdə gələcək.Razı olsada sonradan işi çıxdığı üçün getmiş, Rasim dediyi saatda Nailəgilin evinin qarşısında ola bilməmiş, saat 09 radələrində bloka yaxınlaşıb Nailəni gözləmiş,adətən həmin saatlarda daim orada olan Rasimi görməmiş,Nailə isə gəlməmişdir. Nailənin artıq onu gözləməyib işə getdiyini düşünərək oradan uzaqlaşmış, təxminən saat 10 radələrində Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil telefona zəng edib baş verən hadisədən məlumatının olub-olmadığını soruşmuş, xəbəri olmadığını bildirdikdə Rasim Nailəni öldürdüyünü demişdir. Xəbəri eşidəndə pis olmuş, nə üçün onu öldünnüsən deyib sual etdikdə Rasim “belə lazım idi” cavabını vermişdir. Belə başa düşmüşdür ki, Nailə onunla yaşamaqdan imtina etdiyi üçün Rasim onu sevib qısqandığından öldürmüşdür. Sonra məlum olmuşdur ki, Nailə vaxtında xəstəxanaya çatdırılıb ona tibbi yardım göstərildiyindən həyatı xilas edilmişdir. (cild 1, iş vərəqə 200-203) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Sumqayıt şəhəri, məhəllə 41 A, 2B saylı evin 3-cü blokunun üçüncü mərtəbəsi ilə dördüncü mərtəbəsi arasındakı meydançadır. (cild 1 i/v.5-8) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının Zərərçəkmiş şəxs1 barəsində vermiş olduğu xx.xx.2021-ci il tarixli 1170 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 Respublika Diaqnostik Mərkəzinə müraciət edərkən ona «qeyri müəyyən məqsədli boğma, süst paraplegiya və dəqiqləşdirilməmiş ensofalapatiya»dioqnozu qoyulmuşdur. Xəstəlik tarixində qeyd olunan funksional pozğunluqlar həyat üçün təhlükəli olan əlamətlər kompleksi (beyin qan dövranın pozulması,huşun itməsi, komotoz vəziyyət, amneziya və.) ilə aydın nəzərə çarpan və obyektiv əlamətlər ilə təstiq olunan boyun üzvlərinin sıxılması (mexaniki asfiksiya) nəticəsində əmələ gəlmişdir, onun tibbi yardıma müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2021 -ci il tarixdə əmələ gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. (cild 1 i/v.17-120) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının Təqsirləndirilən şəxs barəsində vermiş olduğu xx.xx.2021-ci il tarixli 1735 nömrəli rəyindən görünür ki, onun bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. (cild 1 i/v 290-292) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 2496 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmir, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, hal-hazırda öz hərəkətlərini dərk etmək və onlan idarə etmək iqtidarındadır,onun məcburi müalicəyə ehtiycı yoxdur. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak etmək iqtidarındadır.Təqsirləndirilən şəxs inadkarlıq, hirslilik, tez özündən çıxmaq,qısqanclıq,kobudluq,tənqid və təhqirə qarşı həssaslıq, başqalannın hiss və yaşantılarına qarşı biganə olmaq kimi fərdi- psixi xüsusiyyətlərə malikdir.Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk elmək iqtidarında olmuşdur. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs psixi- emosional sferasında hirslilik yaranmış, həmin halın yaranması fərdi-psixi xüsusiyyətləri fonunda situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən frizioloji aflekt vəziyyətində olmamışdır. (cild 1 i/v. 140-143) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli 559 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 hal-hazırda üzvi (beynin keçirilmiş hipoksiyası nəticəsində) amnestik sindrom aşkar olunur. Zərərçəkmiş şəxs1 qeyd olunan psixi pozuntular xx.xx.2021 -ci il tarixdə boğulma nəticəsində keçirdiyi ağır hipoksiya nəticəsində yaranmışdır. Zərərçəkmiş şəxs1 onda qeyd olunan “üzvi (beynin keçirilmiş hipoksiyası nəticəsində) amnestik sindrom” nəticəsində hadisələri düzgün qavrayıb təsvir etmək imkanına malik deyil. Zərərçəkmiş şəxs1 öz hüquq və vəzifələrini, o cümlədən prosessual hüquq və vəzifələrini müstəqil həyata keçirmək qabiliyyətinə malik deyil. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Tərtər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs1 iddia ərizəsinə əsasən Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında xx.xx.2017-ci il tarixdə Sumqayıt «Asan xidlmətin Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 3653№-lə qeydə alınmış nikah pozulmuşdur. (cild 1 i/v 267- 268) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Stastistika İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.4, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qəran ilə cəzası 09 ilə endirilmiş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya Qərarının 1.2-ci bəndinə əsasən cəzadan azad edilmişdir. (cild 1 i/v.- 293-295) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 12 saylı Mənzil Kommunal İdarəsinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli 36 saylı arayışdan görünür ki, Zərərçəkmiş şəxs1 ünvan 6 ünvanda yaşayır. (cild 1 i/v.-266) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş "xxxx" MMC-nin təqdim etdiyi xx.xx.2021-ci il tarixli 245 saylı arayışdan görünür ki, Məmmədava Nailə Arif qızı 2008-ci ildən "xxxx" MMC-yə məxsus olan «Liman» klinikasında baş tibb bacısı vəzifəsində işləməklə iş yerindən müsbət xarakterizə olunur. (cild 1 i/v.-265) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş cinayət işinə əlavə edilmiş Tərtər rayon Düyərli kənd inzibati ərazi üzrə nümayəndəliyinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli 10 saylı araşından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayonu Düyərli kəndində qeydiyyatda olmaqla müsbət xarakterizə olunmuşdur. (cild 1 i/v.270-217) Məhkəmə, Təqsirləndirilən şəxs Nailəni ödürmək niyyətinin oladığını, həmçinin onu öldürməyə heç nəyin mane olmadığı barədə verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmamış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yoxdur Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.4,234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə qəsdən ağır cinayət törətməyə görə məhkum edilib Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009- cu il tarixli qərarı ilə cəzası 09 (doqquz) ilə endirilərək xx.xx.2016cı ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Qərarı ilə cəzadan azad edildikdən sonra yenidən qəsdən xüsusilə ağır cinayət törətməklə cinayətin xüsusilə təhlükəli residivini yaratması cəzasını ağırlaşdıran haldır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işi materillarından görünür ki, Təqsirləndirilən şəxs 23 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə barəsində Sumqayıt şəhər məhkəməsinin qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 23 iyul 2021-ci il tarixdən hesablanmışdır. ( cild 1, iş vərəqə 77-78). Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 23 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak, maddi sübut və məhkəmə xərci yoxdur. İş üzrə zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin nümayəndəsi tərəfindən 35 261,34 (otuz beş min iki yüz altmış bir manat otuz dörd qəpik) manat məbləğində mülki iddia verilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş şəxsin (mülki iddiaçı) qanuni nümayəndəsinin nümayəndəsi qanunun bu və digər tələblərinə əməl etməklə mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və vurulmuş maddi ziyana görə Təqsirləndirilən şəxs xəstəxana xərcləri üçün 13611,34 (on üç min altı yüz on bir manat otuz dörd qəpik), Zərərçəkmiş şəxs1 himayəsində olan qızının dolanışıq xərcləri üçün 11000 (on bir min manat), itmiş mobil telefona görə 650 (altı yüz əlli) manat, mənəvi zərərə görə 10000 (on min) manat, ümumilikdə 35 261,34 ( otuz beş min iki yüz altmış bir manat otuz dörd qəpik) manat, tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsini xahiş etmişdir. Məhkəmə mülki iddia ilə bağlı məsələləri müzakirə edərək və mövcud sübutların məcmusu əsasında hesab edir ki, iddia qismən təmin edilməli, xəstəxana xərcləri üçün 13611,34 (on üç min altı yüz on bir manat otuz dörd qəpik), Zərərçəkmiş şəxs1 himayəsində olan qızının dolanışıq xərcləri üçün 6000 (altı min manat), mənəvi zərərə görə 5000 (beş min) manat, ümumilikdə 24611,34 (iyirmi dörd min altı yüz on bir manat otuz dörd qəpik) manat Təqsirləndirilən şəxs manat tutularaq Zərərçəkmiş şəxs1 ödənməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 23 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin, 24611,34 (iyirmi dörd min altı yüz on bir manat otuz dörd qəpik) manat Təqsirləndirilən şəxs manat tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar