Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-34/2024 12.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri X42, X34, X17 və təqsirləndirilən şəxslərin iştirakları ilə, xx.xx.2001-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, işləməyən, Qubadlı rayonu, Mahruzlu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan X23, xx.xx.1992-ci ildə Şabran rayonu, Sarvan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamamorta təhsilli, məhkum olunmuş, işləməyən, Şabran rayonu, Sarvan kəndində qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşamış və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan X9 və xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, məhkum olunmuş, işləməyən, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, H.Z.Tağıyev küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X6 Sərxan Nəriman oğlu və X24 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, X39 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma, göndərmə və satma barədə tanışları X18 və X24 ilə, habelə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqla araşdırılan iran İslam Respublikası vətəndaşı “Babək” adlı şəxsə və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən X57 İslam Respublikasının vətəndaşı “Babək” adlı şəxsin 230 manat məbləğində pul təklifi və təlimatı əsasında gələcəkdə ayrı-ayrı müştərilərə çatdırılması, həmçinin satışının həyata keçirilməsi üçün onun naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə qanunsuz olaraq satış məqsədi ilə Novxanı yolu ilə Saray qəsəbəsinə gedən zaman yolun kənarında olan hasarın dibində 02 ədəd idman çantasının içərisində gizlədib yerləşdirdiyi külli miqdarda - 3.004,936 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan narkotik vasitə heroini, külli miqdarda - 1040 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan psixotrop maddə metamfetamini, külli miqdarda - 4310 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda - təsiredici maddəsinin ümumi miqdarı 40 qram olan "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələr"-in İİ siyahısına daxil olan 1000 ədəd metadon həbini satış məqsədi ilə həmin yerdən qanunsuz əldə edərək cinayətkar razılaşmaya uyğun olaraq Şamil Sadıxovun yaşadığı ünvan 5 ünvanında yerləşən nömrəsiz fərdi evə daşımaqla satış məqsədi ilə saxlamalarından ötrü Sərxan Məmmədov və Şamil Sadıxova vermiş, sonuncu narkotik vasitə heroinin bir hissəsini, psixotrop maddə metamfetamini, narkotik vasitə qurudulmuş marixuananı və metadon həblərini yaşadığı ünvan 5 ünvanında yerləşən nömrəsiz fərdi evin həyətindəki quş saxlamaq üçün nəzərdə tutulmuş taxta-dəmir konkstruksiyalı qutunun içərisində gizlətməklə satış məqsədi ilə saxlamış, narkotik vasitə heroinin qalan hissəsini isə İlkin Abbasov, Sərxan Məmmədov və Şamil Sadıxov ayrı-ayrılıqda üç bükümə bölərək satış məqsədi ilə üzərilərində saxlamaqla ünvan 5, ev 1 ünvanının yaxınlığınadək daşımışlar, bu barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində İlkin Abbasov, Sərxan Məmmədov və Şamil Sadıxov 29 iyun 2022-ci il tarixdə saat 01:10-da ünvan 5, ev 1 ünvanının yaxınlığında saxlanılaraq BNMİ-nə gətirilmişlər və orada həmin tarixdə saat 03:40-dan etibarən şəxsi axtarış və götürmə keçirilən zaman İlkin Abbasovun əynindəki boz rəngli şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 34,399 qram olan narkotik vasitə heroin, Sərxan Məmmədovun əynindəki boz rəngli şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 24,067 qram olan narkotik vasitə heroin, Şamil Sadıxovun əynindəki qara rəngli şalvarın sağ yan cibindən isə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 21,470 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq 29 iyun 2022-ci il tarixdə saat 04:45-dən etibarən Şamil Sadıxovun razılığı və iştirakı ilə yaşadığı ünvan 5 ünvanında yerləşən nömrəsiz fərdi evə baxış keçirmə və götürmə zamanı oradan İlkin Abbasov, Sərxan Məmmədov və Şamil Sadıxovun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə saxladıqları 02 ədəd çantanın içərisində 03 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 995 qram, 1000 qram və 930 qram olmaqla ümumilikdə külli miqdarda təmiz çəkisi 2925 qram olan narkotik vasitə heroin, 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 1040 qram olan psixotrop maddə metamfetamin, təsiredici maddəsinin ümumi miqdarı 40 qram olan 1000 ədəd metadon həbi və 04 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 1095 qram, 1040 qram, 460 qram, 490 qram və 01 ədəd bağlamanın içərisindəki 05 ədəd paketlərdə ümumi çəkisi 1225 qram olmaqla ümumilikdə külli miqdarda təmiz çəkisi 4310 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X39 ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir neçə dəfə Anjelika adlı müştərini aparmışdır. Onun əvvəllər narkotik vasitə barədə məlumatı olmamış sonradan bu barədə xəbər tutmuşdur. Sonuncu dəfə gedəndə kisənin içinə baxmış və narkotik vasitəni görmüşdür. O nə narkotik vasitə istifadə etmişdir, nə də satışı ilə məşğul olmuşdur. O, Şamili Sərxanın sayəsində tanımışdır. Saray qəsəbəsində kisəni götürmüş və Şamilgilə gətirmişdir. Kisənin müştərinin olduğunu, bir gün qaldıqdan sonra götürəcəyini söyləmişdir. Şamil kisəni bir gün saxlaya biləcəyini bildirmişdir. Kisəni Şamilgilə qoyduğu günün sabahı tutulmuşdur. Polislər onu tutan kimi birbaşa iranlı ilə əlaqəyə keçirtmişlər. Polis əməkdaşı onu iranlı ilə danışdırmışlar. Bir dəfə Anjelika qohumlarının rayondan gələcəyini, ona qohumlarını götürməyi tapşırmış, lakin sonra heç kim gəlmədiyinə görə Anjelika ilə əlaqə saxlamış o da tələsdikləri üçün narkotik vasitəni yaxınlıqda bir yerə qoyduqlarını söyləmişdir. Daha sonra o, üstü skoçlanmış paketi götürmüş, lakin onu açmamışdır. O müharibə iştirakçısı olmuş, narkotik vasitəni Qarabağda döyüşdə olarkən görmüşdür. Anjelika ilə Cəlilabada gedərkən polis əməkdaşları onlara yaxınlaşanda, o, taksi sürücüsü olduğunu və müştəri gətirdiyini bildirmişdir. Polis əməkdaşları ona müştəriyə heç nə deməməsini tapşırmışdır. Narkotik vasitənin yerini ona iranlı atmış və narkotik vasitəni götürəndə onun narkotik vasitə olduğunu bilmişdir. Təqsirləndirilən şəxs X39 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış, ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, əsəb xəstəsidir, bundan başqa hər hansı bir xəstəliyi yoxdur. 2019-2021-ci illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra taksi fəaliyyəti ilə məşğul olmağa başlamış, son bir ildir ki, özünə məxsus olan “Opel Astra” markalı **-HY-*** qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olurmuş. Sərxan Məmmədovu uzun müddətdir ki, tanıyır. Belə ki, onunla eyni məhəllədə böyümüşdür. Şamili isə 3-4 gündür ki, Sərxan vasitəsi ilə tanımışdır. Nə Sərxanla, nə də Şamillə düşmənçiliyi, ədavəti olmayıb. 2021-ci ilin sonlarında o, taksi kimi xidmət göstərən zaman dəqiq xatırlamadığı vaxtda avtomobilinə sonradan adının Anjelika olduğunu bildiyi bir müştəri əyləşmişdir. Həmin vaxtı onun yanında balaca oğlu da var İmiş. O, həmin müştərini Elmlərdən Bakıxanov qəsəbəsinə aparmışdır. Həmin xanım avtomobildən endikdən sonra orada gözləməyə başlamış və o, xanıma təklif etmişdir ki, gözlədiyi adam gələnə kimi onun avtomobilində əyləşib gözləsin. Xanım imtina etmiş və telefonunu ona uzadaraq xahiş etmişdir ki, nömrəsini yazsın. O da öz nömrəsini onun telefonuna yazmış və düşünmüşdür ki, həmin xanım fahişəliklə məşğul olur. Bu söhbətin üzərindən bir-iki ay keçməsinə baxmayaraq ondan xəbər çıxmamışdır. Bir-iki ay keçəndən sonra tanımadığı nömrədən “Whatsapp"-da ismarıc gəlmiş və ismarıcı yazan şəxs Anjelika olduğunu bildirmişdir. Həmin vaxtı artıq gecə imiş və Anjelika ona demişdir ki, onu Yasamaldan götürüb Novxanıya aparsın. O da Yasamala getmiş, onu oradan götürüb Novxanıya aparmışdır. Novxanıda Göz klinikası olan xəstəxanaya getmişlər və oranın həyətində Anjelika nəsə axtarmağa başlamışdır. O, Anjelikanın nə axtardığını soruşsa da, heç nə deməmiş və demişdir ki, gözlə sənin pulunu artıqlaması ilə verəcəm. Xəstəxananın həyətində nəsə tapa bilməmiş və bir qədər xəstəxananın qarşısındakı küçəyə baxmış və orada şam ağacının altından balaca qara rəngli paket taparaq onu götürmüş və avtomobilə gəlib əyləşmişdir. O, nə olduğunu soruşmamış və narkotik olduğundan da şübhələnməmişdir. Anjelikanı yenidən Yasamala qaytarmış və Anjelika ona 20 manat pul vermişdir. Anjelika ona demişdir ki, ona tez-tez taksi lazım olur və hər dəfə onu çağırmaq istəyir. O da razılıq vermişdir. Bundan sonra təxminən 4-5 dəfə o, Anjeklikanı dediyi yerlərə aparmış və həmişə o, getdiyi yerdə nəsə axtarıb tapırmış və həmin şeyi götürüb evinə qayıdırmış. Bəzi hallarda Anjelika avtomobilə əyləşdikdən sonra telefonunu ona verirmiş ki, o, yolu başa salan şəxs ilə danışsın. Sonradan Anjelika ona demişdir ki, danışdığı şəxs iranlı “Babək" adlı şəxsdir. O, artıq yavaş-yavaş bu məsələnin narkotik söhbəti olduğunu başa düşürmüş. Hətta, Anjelikanı bir dəfə Lənkərana aparmışdır. Anjelika oradan böyük bir kisə götürmüşdür. Təxminən bir ay Öncə Anjelika onunla əlaqə saxlamış və demişdir ki, yoldaşı burada olduğu üçün çıxa bilmir və buna görə də, Babək əlaqə saxlayacaq və dediyi yerdən paketi götürmək lazımdır. Bir neçə dəqiqədən sonra Babək onunla əlaqə saxlamış və ona ünvanı demişdir. O, Babəkin dediyi ünvana - Masazır qəsəbəsinə getmiş və orada onun atdığı şəkildən həmin ərazini tapmış və qutu içərisində olan dərmanları götürüb aparıb Anjelikaya vermişdir. Bunun üçün Anjelika onun kartına 15 manat pul vurmuşdur. O, artıq dəqiq bilirmiş ki, Anjelikanın indiyədək götürdüyü maddələr, həmçinin sonuncu dəfə onun götürdüyü maddə narkotik olub. Təxminən 4-5 gün əvvəl Anjelika ona demişdir ki, Cəlilabadda mal var, gedib onu götürməliyik. O da onunla razılaşmışdır. Onlar birlikdə Cəlilabada getmişlər. Orada adını dəqiq xatırlamadığı restoranın qarşısında gözləmişlər. Həmin vaxtı ətraflarında çoxlu polis maşınları gördüklərindən Anjelika bu barədə telefonla iranlıya məlumat vermişdir. İranlı isə demişdir ki, geri qayıdın. Buna görə də, onlar geri qayıtmışlar və Anjelikanı aparıb evlərinə düşürtmüşdür. Təxminən iki gün sonra Babək ona yığmış və demişdir ki, Cəlilabada göndərdiyimiz malı Bakıya göndərəcəm və həmin malı götürüb özündə saxlayarsan. Bunun üçün Babək onun kartına 230 manat pul göndərmişdir. O, artıq bu məsələlərdən qorxmağa başlamışdır. Bunun üçün o, Sərxan ilə görüşmüşdür. Sərxanın narkotik vasitə İstifadə etdiyini bilirmiş. Ona başına gələnləri danışmış və demişdir ki, bu məsələdən qurtulmaq üçün iranlını aldadıb malını götürmək istəyir və həmin malı ona verəcək ki, istifadə etsin. O, düşünürmüş ki, həmin malı götürüb Sərxana verər və sonra iranlıya deyər ki, polislər onu tutublar və beləcə də, iranlıdan qurtulmuş olar. Sərxan ona demişdir ki, iranlının malını atsa onlar əl çəkməyəcəklər. Bir az danışdıqdan sonra Sərxan onunla razılaşmış və demişdir ki, Şamil adlı dostu var. Malı Şamilgilin evlərində saxlamaq olar. O da bu məsələni Şamilə deməsinə etiraz etməmişdir. O, Sərxanla sağollaşıb ayrılmaq istəyən vaxtı Babək ona zəng etmiş və demişdir ki, mal artıq Bakıya çatıb, təcili gedib onu götür. O, Sərxanı Şamilgilə aparıb qoymuş və özü malın arxasınca getmişdir. Onu da qeyd etmişdir ki, o, Şamili tanımır və onunla münasibəti olmayıb. Lakin, Sərxanı əvvəllər Şamilgilin evinə apardığından onların evlərini tanıyırmış. Mal Novxanı yolundan Saray qəsəbəsinə gedən zaman yolun kənarında olan hasarın dibinə atılmışdı. O, “Whatsapp”da atılan konuma uyğun olaraq həmin yeri tapmış və həmin ərazinin şəkili ilə narkotik maddələr olan iki çantanı aşkar etmişdir. Həmin vaxtı gecə saat 2-3 radələri olarmış. Malı götürdükdən sonra Şamilgilə getmişdir. Həmin vaxtı telefonunu da söndürmüşdür ki, iranlılar ilə danışmasın. Şamilgilə çatdıqdan sonra iki çantanı onların evlərinə gətirmişdir. Orada onlar çantaları açmışlar. Çantaları açan zaman orada müxtəlif narkotik vasitələrin olduğunu müəyyən etmişlər. Onu da qeyd etmişdir ki, o, Sərxanla bu barədə danışan zaman Sərxan ona demişdir ki, bu yaxşılığının qarşılığında gətirdiyi maldan öz istifadəsi üçün götürəcək. O da buna razılıq vermişdir. Çantaları açdıqdan sonra orada olan heroindən Sərxan bir büküm götürmüşdür. O da oradan bir büküm heroin götürmüşdür. Heroini götürməkdə məqsədi o imiş ki, dost-tanışdan kimsə pis vəziyyətdə olarsa, yəni narkotik vasitə istəyi olarsa versin. Bundan sonra o və Sərxan çıxıb gəlmişlər. Həmin mallar isə Şamilin yanında qalmışdır. Həmin gündən sonrakı gün iranlılar onu narahat etməsin deyə ***-***-**-** nömrəsini istifadə etməmiş və özünə ***-***-**-** nömrəsini almışdır. 29 iyun 2022-ci il tarixdə saat 01:10 radələrində Abşeron rayonunda Şamil və Sərxan ilə birlikdə piyada hərəkət edərkən 4 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək onları polis şöbəsinə dəvət etmişlər. Onlar da etiraz etmədən şöbəyə getmişlər. Burada dəvət edilmiş müdafiəçilərin iştirakı ilə onlar şübhəli şəxs qismində tutulmuşlar və onlara şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onların üzərinə müdafiəçilərinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona, Sərxana və Şamilə üzərlərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etmələri təklif olunmuşdur. Bundan sonra o, əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində şalvarın sol yan cibindən bir ədəd "Redmi” markalı mobil telefon və beş manat pul aşkar olunmuşdur. X5 əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir bükümdə narkotik vasitə heroini təqdim etmişdir. X38 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan şalvarın sol yan cibindən bir ədəd "Redmi” markalı mobil telefon, sol arxa cibindən isə dörd manat pul aşkar olunmuşdur. X7 əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir bükümdə narkotik vasitə heroini təqdim etmişdir. X45 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd açar, sağ aşağı cibindən altı manat pul aşkar olunmuşdur. Aşkar olunmuş maddələr və mobil telefonlar götürülmüş, digər əşyalar isə onların özlərinə geri qaytarılmışdır. Verilən suallara cavab olaraq aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı "Babək” adlı şəxsin tapşırığı ilə Abşeron rayonu, Saray qəsəbəsində gizlədilən yerdən 3 gün əvvəl əldə etdiyini, daha sonra həmin kütlələri Sərxanın vasitəsi ilə tanış olduğu Şamilin yaşadığı evə gətirdiyini, sonunculardan həmin narkotik maddələri saxlamalarını xahiş etdiyini, onların razılaşdığını və Şamilin həmin narkotik maddələri yaşadığı evində gizlətdiyini, bu köməklərinin əvəzində Sərxan və Şamilin oradan narkotik vasitə götürdüklərini, ***-***-**-** mobil nömrəsini işlətdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis tərəfindən ona zor tədbiq edilmədiyini, əlavə olaraq Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Şamil Sadıxovun yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra bu barədə protokol tərtib olunmuş, həmin protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra Şəmilin yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evə baxış keçirilməsinə etirazlarının olmaması ilə bağlı ərizə yazmışlar və həmin ünvana getmişlər. Şamil həmin evin həyətinin girişindən sağ tərəfdə yerləşməklə ev quşları üçün nəzərdə tutulan taxta və metal konustruksiyalı yerdə gizlətdiyi, onun verdiyi iki ədəd idman çantasını təqdim etmişdir. Həmin çantaların içindən ümumilikdə bir bükümdə psixotrop maddə metamfetamin, üç bükümdə narkotik vasitə heroin, beş bükümdə qurudulmuş marixuana, on ədəd qutuda ümumilikdə min ədəd metadon həbi aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra evin digər otaqlarına və hissələrinə baxış keçirilmiş və əhəmiyyət kəsb edən əşya, predmet və maddələr aşkar olunmamışdır. Bundan sonra şöbəyə geri qayıtmışlar və orada baxışın keçirilməsi ilə bağlı protokol tərtib olunmuşdur. Protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq etmişlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, əvvəllər narkotik maddələri əldə edib Babəkin dediyi yerə qoyurmuş, amma sonuncu dəfə o, həmin maddələri götürmüş və istifadəsi üçün Şamilə vermişdir. O, əvvəllər Babəkdən aldığı maddələri pul qazanmaq məqsədi ilə onun deyəcəyi yerlərə çatdırırmış. Lakin, sonuncu dəfə onun belə bir məqsədi olmayıb. O, qorxmuşdur ki, əgər həmin maddələri polisə versə, həmçinin bu barədə polisə məlumat versə onun özünü də tutacaqlar. Ona görə də bu barədə polisə məlumat verməmişdir. O, düşünürmüş ki, Şamil həmin maddələri yavaş-yavaş istifadə edər. İki çanta narkotik vasitəni Şamil verdiyi üçün ondan pul almamış və gələcəkdə də almayacaqmış. O, həmin maddələri Şamilə təmənnasız vermişdir. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Narkotik vasitə və ya psixotrop maddə istifadə etmir. Sərxan və Şamilin narkotik vasitələrin satışı ilə məşğul olması barədə dəqiq məlumatı yoxdur. Amma, onların istifadə etdiklərini dəqiq bilir. Anjelikanın anket məlumatlarını dəqiq bilmir. Təxminən 35-40 yaşlı qadındır. Telefon nömrəsini əzbər bilmir. Sonuncu dəfə əldə etdiyi maddələr barədə Anjelika ilə danışmamış, Babəkin ona nəsə deyib-deməməyini bilmir. İranlı Babəklə görüşməmiş, həmişə telefonla danışmışlar Anket məlumatlarını bilmir. Üzərində və Şamilin evində narkotik vasitə və psixotrop maddə olmasını yalnız üçü bilirmiş. Başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. "xxxx" MMC-yə məxsus ***-***-**-** və ***- ***-**-** mobil nömrələrindən istifadə etmişdir. Narkotik vasitələrin qanunsuz dövriyyəsində istifadə etdiyi kart “Unibank”-a məxsus Leobank-dır və nömrəsi 4098 5844 6253 6416-dır. Polis əməkdaşları tərəfindən nə saxlanılan zaman, nə üzərinə şəxsi axtarış keçirilən zaman, nə də evə baxış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. (cild 1, iş vərəqə 187-192) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X18 ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, İlkin tutulduqdan sonra öz evində tutulmuşdur. Onu tutduqdan sonra Şamilgilə aparmışlar və ordan da narkotik vasitələri çıxarmışlar. Ondan soruşulanda Şamili tanıdığını demişdir. Narkotik vasitələrdən istifadə etmişdir. O, İlkini çoxdandır tanısa da Şamili 5-6 il olar ki tanımışdır. İlkin və Şamilin narkotik vasitələrdən istifadə etdiklərini dəqiq bilməmişdir. İlkinin çantanı Şamilə verməsinin şahidi olmamışdır. Onun narkotik vasitələrlə bağlı yazışmaları olmamışdır. Polis əməkdaşları onu narkotik vasitəni boynuna götürməsi üçün döymüşlər. Təqsirləndirilən şəxs X18 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış, ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, əsəb xəstəsidir, buna görə də, stasionar müalicədə olmuşdur. Bundan başqa hər hansı bir xəstəliyi yoxdur. Əsəb xəstəliyi olduğuna görə hərbi xidmətdə olmamışdır. 2015-ci ildə Xəzər Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1200 manat cərimə cəzasına, 2017-ci ildə Xətai Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 204.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2022-ci ilin mart ayında vaxtından əvvəl şərti azad olunaraq azadlığa çıxmışdır. Azadlığa çıxandan sonra fərdi əməklə, əsasən fəhləliklə məşğul olmağa başlamışdır. Azadlığa çıxandan sonra 3-4 dəfə "nəşə" kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadan və “kakos" kimi tanıdığı narkotik vasitə heroindən istifadə etmişdir. İstifadə etdiyi maddəri Suraxanı ərazisindən adını bilmədiyi şəxslərdən almışdır. X29 uzun müddətdir ki, tanıyır. Belə ki, uşaqlıqda onunla eyni məhəllədə böyümüşdür. Bundan başqa X24 ilə 2-3 il olar ki, cəza çəkmə müəssisəsində olan zaman tanış olmuşlar, ilkin və Şamillə arasında dostluq münasibəti olub, aralarında heç bir düşmənçilik və ədavət olmayıb. Mahiyyəti üzrə bildirmişdir ki, təxminən 3-4 gün əvvəl İlkin onunla əlaqə saxlamış və demişdir ki, səninlə görüşməliyəm. O da İlkinlə Suraxanı rayonu ərazisində görüşmüşdür. Görüş zamanı İlkin ona demişdir ki, bir neçə müddətdir İranlının malını daşıyır və artıq bu məsələdən qorxduğu üçün iranlının malını ataraq bu məsələdən kənarlaşmaq istəyir. O, İlkinə demişdir ki, iranlının malını atsan onlar sənin arxanca gələcəklər. Müəyyən qədər söhbət edəndən sonra demişdir ki, Şamil adlı tanışı var və bəlkə o kömək edərək malını saxlaya bilər. Həmçinin, İlkinə demişdir ki, əgər bu məsələdə kömək edə bilsə gətirdiyi maldan öz istifadəsi üçün götürəcək. İlkin də razılaşmışdır. Həmin günü o, Şamilgilə getmiş və orada bu barədə onunla danışmışdır. Şamil bu məsələyə razılıq vermiş və demişdir ki, bunun qarşılığında həmin malın üzərindən öz istifadəsi üçün mal götürəcək. Bundan sonra o, İlkinə bu barədə məlumat vermişdir. Bu söhbətin üstündən bir gün keçəndən sonra o, İlkinlə görüşmüşdür. Görüş əsnasında iranlı İlkinə zəng etmiş və malın Bakıda olduğunu demişdir. Bundan sonra İlkin onu aparıb Şamilgilə qoymuş və özü malın arxasınca getmişdir. Təxminən 2 saat sonra ilkin gəlmiş və əlində iki çanta var imiş. İlkin çantaları gətirəndən sonra onları açmışlar və o, Şamillə oradan bir büküm öz istifadələri üçün heroin götürmüşlər. İlkin də bir büküm heroin götürmüşdür. O, bildiyi qədəri İlkin narkotik istifadə etmir. Amma, onun nə üçün götürdüyünü bilməmişdir. Bundan sonra o, ilkinlə çıxıb getmişdir. 29 iyun 2022-ci il tarixdə saat 01:10 radələrində Abşeron rayonunda İlkin və Şamil ilə birlikdə piyada hərəkət edərkən 4 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Onların narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək polis şöbəsinə dəvət etmişlər. Onlar da etiraz etmədən şöbəyə getmişlər. Burada dəvət edilmiş müdafiəçilərin iştirakı ilə onlar şübhəli şəxs qismində tutulmuşlar və onlara şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onların üzərinə müdafiəçilərinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona, Şamilə və İlkinə üzərilərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etmələri təklif olunmuşdur. Bundan sonra İlkin əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən bir ədəd “Redmi" markalı mobil telefon və beş manat pul aşkar olunmuşdur. Sonra o, əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefon, sol arxa cibindən isə dörd manat pul aşkar olunmuşdur. Sonra Şamil əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd açar, sağ aşağı cibindən altı manat pul aşkar olunmuşdur. Aşkar olunmuş maddələr və mobil telefonlar götürülmüş, digər əşyalar isə onların özlərinə geri qaytarılmışdır. Verilən suallara cavab olaraq, İlkinin və Şamil Sadıxovun dediklərini təsdiq etdiyini, həmin narkotik maddələri İlkinin xahişi ilə Şamilin yaşadığı evə gətirilməsi və orada gizlədilməsi üçün şərait yaratdığını, İlkin ilə Şamili tanış etdiyini, İlkinin əldə etdiyi külli miqdarda narkotik maddəni gizlətməyinin qarşılığında Şamil ilə birlikdə öz istifadələri üçün həmin kütlələrin üzərindən narkotik vasitə götürdüklərini, 070-765-1535 mobil nömrəsini işlətdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis tərəfindən ona zor tətbiq edilmədiyini, əlavə olaraq Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Şamil Sadıxovun yaşadığı evdə narkotik maddə saxlanıldığını, həmin evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra bu barədə protokol tərtib olunmuş, həmin protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra Şamilin yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evə baxış keçirilməsinə etirazlarının olmaması ilə bağlı ərizə yazmışlar və həmin ünvana getmişlər. Şamil həmin evin həyətinin girişindən sağ tərəfdə yerləşməklə ev quşları üçün nəzərdə tutulan taxta və metal konustruksiyalı yerdə gizlətdiyi, İlkinin ona verdiyi iki ədəd idman çantasını təqdim etmişdir. Həmin çantaların içindən ümumilikdə bir bükümdə psixotrop maddə metamfetamin, üç bükümdə narkotik vasitə heroin, beş bükümdə qurudulmuş marixuana, on ədəd qutuda ümumilikdə min ədəd metadon həbi aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra evin digər otaqlarına və hissələrinə baxış keçirilmiş və əhəmiyyət kəsb edən əşya, predmet və maddələr aşkar olunmamışdır. Bundan sonra şöbəyə geri qayıtmışlar və orada baxışın keçirilməsi ilə bağlı protokol tərtib olunmuşdur. Protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq etmişlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, aşkar edilmiş maddələri əldə etməmişdir. Həmin maddələr İlkinə məxsus olub və İlkin həmin maddələri iranlını aldaraq ələ keçirib. O, isə həmin maddələrin saxlanılmağı üçün yer taparaq İlkinə kömək etmiş və bunun qarşılığında da, İlkinin gətirdiyi maddənin üzərindən götürmüşdür. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur, yalnız istifadə edir. Şamil və İlkinin narkotik vasitələrin satışı ilə məşğul olması barədə dəqiq məlumatı yoxdur. Üzərində və Şamilin evində narkotik vasitə və psixotrop maddə olmasından yalnız onların üçünün xəbəri var imiş. Başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. Polis əməkdaşları tərəfindən nə saxlanılan zaman, nə üzərinə şəxsi axtarış keçirilən zaman, nə də evə baxış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Üzərində hər hansı bir xəsarət yoxdur. Yalnız 28 iyun tarixində səhər evdən çıxan zaman ayağı daşa dəydiyindən yıxılmış və üzü ağaca çırpılmışdır. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. (cild 1, iş vərəqə 208-212) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X24 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, İlkini hadisədən 1-2 gün qabaq tanımışdır. Aralarında telefon danışığı və ya başqa nəsə olmamışdır. O, narkotik vasitə istifadəçisi olmuşdur, lakin satmaq işi ilə məşğul olmamışdır. İlkində gətirəndə ona müştərinin olduğunu və səhər gəlib götürəcəyini söyləmişdir. Sərxanın ümumiyyətlə bu söhbətdən xəbəri olmamışdır. O, paketin içini açarkən narkotik vasitə olduğunu öyrənmişdir. O, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməmişdir. Təqsirləndirilən şəxs X24 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış, ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, heç bir xəstəliyi, o cümlədən psixi xəstəliyi yoxdur. 2004-2005-ci illər ərzində hərbi xidmətdə olmuşdur. 2011-ci ildə Abşeron Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, 2019-ci ildə Abşeron Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına və 2019-cu ildə Abşeron Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2021-ci ilin fevral ayında azadlığa çıxmışdır. Azadlığa çıxandan sonra bir müddət “Halal nemət” kolbasa firmasında satıcı işləsə də, narkotik vasitə istifadə etdiyindən çox işləyə bilməmiş, 5-6 ay olar ki, işdən çıxmışdır. Hazırda heç yerdə işləmir. Azadlığa çıxandan 2-3 ay sonra “kakos” kimi tanıdığı narkotik vasitə heroindən və "patı" adı ilə tanıdığı psixotrop maddə metamfetamindən istifadə etməyə başlamışdır. İstifadə etdiyi maddəri Xırdalan ərazisindən adını bilmədiyi şəxslərdən alırmış. X18 ilə 2-3 il olar ki, cəza çəkmə müəssisəsində olan zaman tanış olmuşdur. Sərxanla arasında dostluq münasibəti olub, aralarında heç bir düşmənçilik və ədavət olmayıb. İlkini isə 3-4 gündür ki, Sərxan vasitəsi ilə tanımışdır. Onunla da heç bir düşmənçilik və ya ədavəti olmayıb. Mahiyyəti üzrə bildirmişdir ki, təxminən 3-4 gün bundan əvvəl evdə olan zaman Sərxan onunla əlaqə saxlamış və onunla söhbət etmək istədiyini bildirmişdir. O da buna razılıq vermiş və Sərxan onların evinə gəlmişdir. Söhbət əsnasında Sərxan bildirmişdir ki, İlkin adlı dostu var və o, iranlıların malını daşıyır. Bu yaxınlarda İlkin yenə də iranlının malını götürəcək və həmin malı onun evində saxlamaq istəyirlər. O, narkotik vasitə istifadəçisi olduğu üçün Sərxana demişdir ki, o, buna şərait yaradar, lakin həmin maddələrdən o da öz istifadəsi üçün götürəcək. Sərxan demişdir ki, İlkin buna razı olar. Bu söhbətin üstündən təxminən 1 gün keçmişdi ki, Sərxan onunla əlaqə saxlamış və demişdir ki, onlara gəlir. O da razılıq vermişdir. Təxminən gecə saat 01 olarmış. Sərxan onlara gəlmiş və demişdir ki, İlkin iranlının malının arxasınca gedib. Təxminən 2 saat sonra İlkin əlində iki çanta ilə gəlmişdir. Həmin çantaları evdə açmışlar və içərisində müxtəlif maddələr müəyyən etmişlər. Belə ki, çantalardan birinin içərisində çəkisinə və qoxusuna görə “nəşə” olduğunu müəyyən etmişdir. Digər çantada isə dərman qutusu kimi qutularda metadon həbləri, həmçinin “kakos” və “patı” var imiş. O, qabaqcadan danışdığı kimi heroindən öz istifadəsi üçün bir büküm götürmüşdür. Həmin vaxtı Sərxan və İlkin də bir büküm heroin götürmüşlər. Sərxan narkotik vasitə istifadə edirmiş. Amma, İlkin dediyinə görə istifadə etmir. İlkinin nə məqsədlə narkotik götürdüyünü bilməmişdir. İlkin demişdir ki, bu çantaları saxla, gəlib götürəcəm. O da razılaşmışdır. Bundan sonra İlkin və Sərxan çıxıb getmişlər. Onlar gedəndən sonra o, həmin çantaları götürüb həyətdə olan quş saxlamaq üçün taxta və dəmirdən hazırlanmış qutunun içərisinə qoymuşdur. 29 iyun 2022-ci il tarixdə saat 01:10 radələrində Abşeron rayonunda İlkin və Sərxan ilə birlikdə piyada hərəkət edərkən 4 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək onları polis şöbəsinə dəvət etmişlər. Onlar da etiraz etmədən şöbəyə getmişlər. Burada dəvət edilmiş müdafiəçilərin iştirakı ilə onlar şübhəli şəxs qismində tutulmuşlar və onlara şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onların üzərinə müdafiəçilərinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona, Sərxana və İlkinə üzərilərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etmələri təklif olunmuşdur. Bundan sonra İlkin əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtanş keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefon və beş manat pul aşkar olunmuşdur. X5 əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir bükümdə narkotik vasitə heroini təqdim etmişdir. X38 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncun əynində olan şalvarın sol yan cibindən bir ədəd “Redmi" markalı mobil telefon, sol arxa cibindən isə dörd manat pul aşkar olunmuşdur. Sonra o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd açar, sağ aşağı cibindən altı manat pul aşkar olunmuşdur. Aşkar.olunmuş maddələr və mobil telefonlar götürülmüş, digər əşyalar isə onların özlərinə geri qaytarılmışdır. O, verilən suallara cavab olaraq, İlkin və Sərxanın dediklərini təsdiq etdiyini, həmin narkotik maddələri Sərxan və İlkinin xahişi ilə evə gətirilməsinə razılıq verdiyini və orada gizlətdiyini, İlkinin əldə etdiyi külli miqdarda narkotik maddəni gizlətməyin qarşılığında Sərxan ilə birlikdə öz istifadələri üçün həmin kütlələrin üzərindən narkotik vasitə götürdüklərini, ***-***-**-** mobil nömrəsini işlətdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis tərəfindən ona zor tədbiq edilmədiyini, əlavə olaraq Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşadığı evdə narkotik maddə saxladığını, həmin evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra bu barədə protokol tərtib olunmuş, həmin protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evə baxış keçirilməsinə etirazlarının olmaması ilə bağlı ərizə yazmışlar və həmin ünvana getmişlər. O, həmin evin həyətinin girişindən sağ tərəfdə yerləşməklə ev quşları üçün nəzərdə tutulan taxta və metal konustruksiyalı yerdə gizlətdiyi, İlkinin ona verdiyi iki ədəd idman çantasını təqdim etmişdir. Həmin çantaların içindən ümumilikdə bir bükümdə psixotrop maddə metamfetamin, üç bükümdə narkotik vasitə heroin, beş bükümdə qurudulmuş marixuana, on ədəd qutuda ümumilikdə min ədəd metadon həbi aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər apanlmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra evin digər otaqlarına və hissələrinə baxış keçirilmiş və əhəmiyyət kəsb edən əşya, predmet və maddələr aşkar olunmamışdır. Bundan sonra şöbəyə geri qayıtmışlar və orada baxışın keçirilməsi ilə bağlı protokol tərtib olunmuşdur. Protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq etmişlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar edilmiş maddələri ona müvəqqəti saxlamağı üçün İlkin vermişdir. Bunun qarşılığında o, həmin maddələrin üzərindən öz istifadəsi üçün heroin götürmüşdür. X58 tanış etmiş və Sərxan da bu işin müqabilində İlkinin gətirdiyi maddələrin üzərindən heroin götürmüşdür. İlkinin həmin maddələri onun istifadəsi üçün təmənnasız verməsi ilə bağlı bildirdiyi xüsusatlar tamamilə yalandır. İlkinin o qədər çəkidə, o qədər baha qiymətə olan maddələri ona təmənnasız verməsi gülüncdür. Həmçinin, əgər İlkin həmin maddələri istifadəsi üçün ona versəydi o, həmin maddələrin üzərindən cəmi bir büküm götürüb qalanını gizlətməzdi. Bir daha bildirmişdir ki, İlkin həmin maddələri müvəqqəti saxlamağı üçün ona vermişdir. Sonradan özü gəlib götürəcəkmiş. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Sərxan və İlkinin narkotik vasitələrin satışı ilə məşğul olması barədə dəqiq məlumatı yoxdur. Üzərində və evində narkotik vasitə və psixotrop maddə olmasından yalnız üçünün xəbəri var imiş. Başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. Polis əməkdaşları tərəfindən nə saxlanılan zaman, nə üzərinə şəxsi axtarış keçirilən zaman, nə də evə baxış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. (cild 1, iş vərəqə 228-232) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X35 ifadəsində göstərdi ki, 28 iyun 2022-ci il tarixdə Bakı şəhər sakinləri X39, X18 və Abşeron rayon sakini X13 qabaqcadan əlbir olub razılaşmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən X47, Sərxan Məmmədovun və Şamil Sadıxovun barələrində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri X14, X20 və X25 daxil edilmişdir. 29 iyun 2022-ci il tarixdə saat 01 radələrində həmin şəxslərin Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, H.Z.Tağıyev qəsəbəsində olmaları müəyyən edilmiş və həmin yerə getmişlər. Saat 01:10-da həmin qəsəbədə İlkin Abbasov, Sərxan Məmmədov və Şamil Sadıxova oxşar üç nəfər şəxsin birlikdə piyada hərəkət etmələrini müəyyən etmişlər. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər və onların da özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər özlərini təqdim edərək X39, X18 və X24 olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxsləri Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar da etiraz etmədən Baş İdarəyə gəlmişlər. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçilərin iştirakı ilə təhqiqatçı tərəfindən həmin şəxslərin üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və İlkin Abbasov əynində olan şalvarın cibindən bir bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. X47 üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan şalvarın ciblərindən bir ədəd “Redmi” markalı mobil telefon və beş manat pul aşkar olunmuşdur. Bundan X5 əynində olan şalvarın cibindən bir bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. X38 üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan şalvarın ciblərindən bir ədəd “Redmi” markalı mobil telefon və dörd manat pul aşkar olunmuşdur. Sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Bundan X7 əynində olan şalvann cibindən bir bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. X45 üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan şalvarın ciblərindən bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd açar və altı manat pul aşkar olunmuşdur. Sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Bundan sonra aşkar edilmiş maddələr bir ədəd zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş və imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar götürülmüş, digər əşyalar isə sahiblərinə geri qaytarılmışdır. İlkin Abbasov verilən suallara cavab olaraq aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Babək" adlı şəxsin tapşırığı ilə Abşeron rayonu, Saray qəsəbəsində gizlədilən yerdən sonuncunun deyəcəyi yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə 3 gün əvvəl əldə etdiyini, daha sonra həmin kütlələri Sərxanın vasitəsi ilə tanış olduğu Şamilin yaşadığı evə gətirdiyini, sonunculardan həmin narkotik maddələri saxlamalarını xahiş etdiyini, onların razılaşdığını və Şamilin həmin narkotik maddələri yaşadığı evində gizlətdiyini, bu köməklərinin əvəzində Sərxan və Şamilin oradan narkotik vasitə götürdüklərini bildirmişdir. Sərxan Məmmədov verilən suallara cavab olaraq, İlkin Abbasov və Şamil Sadıxovun dediklərini təsdiq etdiyini, həmin narkotik maddələri İlkinin xahişi ilə Şamilin yaşadığı evə gətirilməsi və orada gizlədilməsi üçün şərait yaratdığını, İlkinlə Şamili onun tanış etdiyini, İlkinin əldə etdiyi külli miqdarda narkotik maddəni gizlətməyin qarşılığında Şamil ilə birlikdə öz istifadələri üçün həmin kütlələrin üzərindən narkotik vasitə götürdüklərini bildirmişdir. Şamil Sadıxov verilən suallara cavab olaraq, İlkin Abbasov və Sərxan Məmmədovun dediklərini təsdiq etdiyini, həmin narkotik maddələri dostu Sərxanın və İlkinin xahişi ilə evə gətirilməsinə razılıq verdiyini və orada gizlətdiyini, İlkinin əldə etdiyi külli miqdarda narkotik maddəni gizlətməyin qarşılığında Sərxan ilə birlikdə öz istifadələri üçün həmin kütlələrin üzərindən narkotik vasitə götürdüklərini, əlavə olaraq Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşadığı evdə narkotik maddə saxladığını, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış başa çatmış və keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib olunmuşdur. Protokol düzgün tərtib olunduğundan imzalarla təsdiq olunmuşdur. Bundan sonra İlkin Abbasov, Sərxan Məmmədov və X48 rayonu, Xırdalan şəhərində sonuncunun yaşadığı evə baxış keçirilməsinə etiraz etməmələri ilə bağlı ərizə yazmışlar. Sonra həmin şəxslərlə birlikdə Şamil Sadıxovun yaşadığı ünvan 5də yerləşən nömrəsiz fərdi evə gəlmişlər və videoçəkiliş İlə evə baxış keçirilməsinə başlanılmışdır. Baxışa başlamamışdan əvvəl Şamil Sadıxova evdə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri və ya qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şamil Sadıxov evin həyətinin girişdən sağ tərəfdə yerləşən ev quşları üçün nəzərdə tutulan yerdə gizlətdiyi iki ədəd idman çantasını təqdim etmişlər. Həmin çantaların içindən ümumilikdə bir bağlamada psixotrop maddə metamfetaminə bənzər, üç bağlamada narkotik vasitə heroinə bənzər, beş bağlamada qurudulmuş marixuanaya bənzər, on ədəd qutuda ümumilikdə min ədəd metadon həbinə bənzər kütlələr aşkar olunmuşdur. Sonra aşkar olunmuş maddələr elektron tərəzidə çəkilmişdir. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər apanlmaqla möhürlənmiş və götürülmüşdür. Əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxslər İlkin Abbasov, Sərxan Məmmədov və Şamil Sadıxova qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamışdır. Əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxslər heç bir müqavimət göstərməmiş və onlara heç bir xəsarət yetirməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olan X14, X20 və X25 şahid qismində dindirilmiş X35 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özlərinə aid olan hissədə təsdiq etmişlər. Şahid X15 məhkəmədə elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə saxlanılmış və həbs olunmuşdur. X29 tanıyır. Belə ki, İlkin taksi sürücüsü işləyən zaman onun müştərisi olmuş və həmin vaxtdan onu tanımışdır. O, İlkinlə iranlı Babək adlı şəxsin göndərdiyi malları gedib götürürmüş. Belə ki, onlar Bakıda müxtəlif yerlərdən, Novxanıdan, Lənkərandan və s. yerlərdən mallar götürmüşlər. Bəzi hallarda o, getməmiş, İlkinin özü gedib malı götürmüş və gətirib ona vermişdir. Sonuncu dəfə isə iranlı Babəkin sifarişi ilə o, İlkinlə Cəlilabada mal götürməyə getmişdir. Lakin, Cəlilabada çatandan sonra orada polis əməkdaşları olduğundan o, bu barədə Babəkə məlumat vermiş və Babək demişdir ki, geri qayıdın. Buna görə də, onlar geri qayıtmışlar. Sonradan onun həmin maldan xəbəri olmamış və Babək də həmin mal barədə ona məlumat verməmişdir. X49 qəsəbəsindən götürdüyü və sonradan polis əməkdaşları tərəfindən aşkar edilmiş mallardan xəbəri yox imiş və həmin mallar ona çatmayacaqmış. Əgər həmin mal ona çatası olsaymış ən azından Babək ona bu barədə məlumat verərmiş. Bir daha bildirmişdir ki, o, əvvəllər İlkinlə birlikdə gedib iranlının malını götürmüş, lakin, İlkinin götürdüyü sonuncu maldan onun xəbəri olmamışdır. İlkin Abbasovun kartına xx.xx.2022-ci il tarixdə 15 manat, xx.xx.2022-ci il tarixdə 15 manat və xx.xx.2022-ci il tarixdə isə 10 manat pulları o, göndərmişdir. İlkinin taksi fəaliyyətindən istifadə edirmiş və həmin pulları da taksidən istifadəyə görə ödəniş kimi ona göndərmişdir. Onu da qeyd etmişdir ki, o, İlkinin taksi fəaliyyətindən təkcə narkotik maddələri götürəndə deyil, həmçinin öz şəxsi işlərində də istifadə etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 iyun 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.2001-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Qubadlı rayonu, Mahruzlu kəndində qeydiyyatda olmaqla, ünvan 8 ünvanında yaşayan X39, xx.xx.1992-ci ildə Şabran rayonunda anadan olmuş, Şabran rayonu Sarvan kəndində qeydiyyatda olmaqla ünvan 10 ünvanında yaşayan X18 və xx.xx.1986-cı ildə ünvan 11 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, H.Z.Tağıyev qəsəbəsi, döngə 2 ünvanında yerləşən nömrəsiz fərdi evdə yaşayan X13 qabaqcadan əlbir olub razılaşmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib, Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, vərəqə 6) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, BNMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı X39, X18 və X24 29 iyun 2022-ci il tarixdə saat 01:10-da ünvan 5, ev 1 ünvanının yaxınlığında piyada hərəkətdə olduqları zaman saxlanılmışlar və BNMİ-nin inzibati binasına gətirilərək üzərlərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı İlkin Abbasovdan bir büküm narkotik vasitə heroinə bənzər kütlə, bir ədəd “Redmi” markalı mobil telefon və beş manat pul, Sərxan Məmmədovdan bir büküm narkotik vasitə heroinə bənzər kütlə, bir ədəd “Redmi” markalı mobil telefon və dörd manat pul, Şamil Sadıxovdan bir büküm narkotik vasitə heroinə bənzər kütlə, bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd açar və altı manat pul aşkar olunmuşdur. Aşkar edilmiş bükümlər və mobil telefonlar götürülmüş, digər əşyalar isə sahiblərinə geri qaytarılmışdır. Şəxsi axtarış və götürmə İstintaq hərəkəti 29 iyun 2022ci il tarixdə saat 03:40-da başlamış və həmin tarixdə saat 04:00-da bitmişdir. Şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. ( cild 1, iş vərəqə 76- 79) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “evə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, BNMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı X39, X18 və X24 29 iyun 2022-ci il tarixdə saat 01:10-da ünvan 5, ev 1 ünvanının yaxınlığında piyada hərəkətdə olduqları zaman saxlanılmışlar və BNMİ-nin inzibati binasına gətirilərək üzərlərinə şəxsi axtarış keçirilmişdir. Bundan X45 yaşadığı ünvan 5-də yerləşən nömrəsiz fərdi evə baxış keçirilmişdir. Baxış zamanı evin həyətindən iki ədəd idman çantası və həmin çantaların içərisindən isə bir bağlama psixotrop maddə metamfetaminə bənzər, üç bağlama narkotik vasitə heroinə bənzər, beş bağlama qurudulmuş marixuanaya bənzər, on ədəd qutuda ümumilikdə min ədəd metadon həbinə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Baxış keçirmə və götürmə istintaq hərəkəti 29 iyun 2022-ci il tarixdə saat 04:45-də başlamış və həmin tarixdə saat 05:08-də bitmişdir. Baxış keçirmə və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 87-90) Protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş X21 götürülmüş 01 ədəd “X60 l0" markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, telefonun “Qalereya” tətbiqində “Whatsapp” mobil tətbiqində olan zaman çəkilmiş ekran şəkli var. Həmin fotoşəkildə İran İslam Respublikasına məxsus 03 mobil nömrənin əks olunduğu müəyyən edilmişdir. Bundan başqa telefonun “Qalereya” tətbiqində İran İslam Respublikasına məxsus +98 914 *** ** ** mobil nömrəsindən “Whatsapp” mobil tətbiqinə gələn səsli zəng zamanı çəkilmiş ekran şəkli müəyyən edilmişdir. X11 götürülmüş “Samsung Galaxy A20” markalı mobil telefona baxış zamanı “Whatsapp” mobil tətbiqinin “Söhbətlər" bölməsində təqsirləndirilən şəxs Sərxan Məmmədovun istifadəsində olmuş +994 70 *** ** ** mobil nömrəsi ilə yazışmalar müəyyən edilmişdir. Belə ki, 28 iyun 2022-ci il tarixdə saat 20:18-dən etibarən Sərxan Məmmədov “Brat” məzmununda ismarıc yazmış və səsli zəng etmişdir. Bundan sonra Şamil Sadıxov “Qaqaw yanimizda adam var evde” məzmununda ismarıc yazmışdır. Sərxan Məmmədov cavab olaraq “Yaxci” məzmununda ismarıc yazmışdır. Şamil Sadıxov “Daniwa bilmir on onbew deyqiye yigacag" məzmununda ismarıc yazmış, Sərxan Məmmədov isə cavab olaraq “Gecdi”, “Onda qalsin” məzmununda ismarıclar yazmışdır. Bundan başqa “Whatsapp” mobil tətbiqinin “Zənglər” bölməsində təqsirləndirilən şəxs Sərxan Məmmədovun istifadəsində olmuş +994 70 *** ** ** mobil nömrəsi ilə 28 iyun 2022-ci il tarixdə saat 20:25-də danışıq aparılması müəyyən edilmişdir. Buna görə də, X21 götürülmüş “X60lO” markalı və X11 götürülmüş “Samsung Galaxy A20” markalı mobil telefonlar maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 3, iş vərəqə səh. 1-4) Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Sərxan Məmmədovun istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən müxtəlif nömrələrlə SMS yazışmalarının aparılması aşkar edilsə də, iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Həmçinin, baxış zamanı müəyyən edilmişdir ki, Sərxan Məmmədov xx.xx.2022-ci il tarixdə saat 23:30:18-də “X28 565/"Xırdalan şəhəri, 28-ci məhəllə'VAbsheron" ünvanında, xx.xx.2022-ci il tarixdə saat 23:31:08-də və saat 23:45:25-də “Xirdalan shr mehelle 28/"Xırdalan şəhər, Nümayəndə1 prospekti 265, Viləş MMC binası'VAbsheron” ünvanlarında olmuşdur. Bundan başqa baxış zamanı müəyyən edilmişdir ki, Sərxan Məmmədov xx.xx.2022-ci il tarixdə saat 23:30:18-də və saat 23:45:25-də təqsirləndirilən şəxs X19 məxsus ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamışdır. Bundan başqa CD diskdə olan “Zənglərin_Məxsusluq_Tarixçələri" qovluğunda iş üzrə təqsirləndirilən şəxs X13 adına "xxxx" MMC-yə məxsus ***-***-**-** və ***-***-**-** mobil nömrələrinin olması müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şamil Sadıxovun istifadəsində olmuş ***-***-**-** nömrəsinə ***-***-**-** mobil nömrəsindən xx.xx.2022-ci il tarixdə saat 20:38:17-də “5var pati gotrmek olar agriyram kontrum yoxdu xeber de” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 23:02:28-də “Gelirsen pati qoyram" məzmununda SMS-lər göndərilməsi müəyyən edilmişdir. Həmçinin, baxış zamanı müəyyən edilmişdir ki, Şamil Sadıxov xx.xx.2022-ci il tarixdə saat 19:32:17-dən saat 23:01:02-dək Azersun Ticaret Dagitim_Khirdalan/"Xırdalan şəhəri, Masazır şossesi'VBinagadi ünvanında, xx.xx.2022-ci il saat 23:46:29-da Abşeron rayonu, Xırdalan qəsəbəsi, 26-cı məhəllə, 82 nömrəli fərdi yaşayış evi'VAbsheron ünvanında, xx.xx.2022-ci il tarixdə saat 23:48:58-də və 23:49:22-də Xirdalan shr mehelle 28/"Xırdalan şəhər, H. Əliyev prospekti 265, Viləş MMC binası' Absheron ünvanında olmuşdur. Buna görə də, “Azerfon" MMC-dən daxil olmuş 02 ədəd CD disklər maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 2, iş vərəqə 199, cild 3, iş vərəqə 49, 109) Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı əsasında “X33" ASC-dən daxil olmuş, təqsirləndirilən şəxslər X23 istifadəsində olmuş 4098 5844 6253 6416 nömrəli bank kartına dair məlumatları, həmçinin həmin kartla aparılmış əməliyyatları özündə əks etdirən sənədlərə və CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Baxış zamanı müəyyən edilmişdir ki, həmin sənədlərdə İlkin Abbasovun istifadəsində olmuş kartla aparılmış mədaxil və məxaric əməliyyatları, həmin əməliyyatların tarixi, məbləğ, balans və ödənişin təyinatı göstərilmişdir. İstintaq zamanı İlkin Abbasov verdiyi ifadəsində bildirmişdir ki, iranlı Babək onunla əlaqə saxlayaraq demişdir ki, Cəlilabadda olan malı Bakıya göndərəcəm və həmin malı götürüb özündə saxlayarsan. Bunun üçün Babək onun kartına 230 manat pul göndərmişdir. İlkin Abbasovun bildirdiyi bu xüsusatlar bank əməliyyatlarını özündə əks etdirən sənədlərlə öz təsdiqini tapmışdır. Belə ki, həmin sənədlərdə xx.xx.2022-ci il tarixdə İlkin Abbasovun bank kartına 230 manat pul mədaxil edilməsi müəyyən edilmişdir. Bundan başqa İlkin Abbasovun qeyd edilən kartı alan zaman doldurduğu ərizə-anket və imza nümunəsi sənədlərinə də baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. Bundan başqa təqdim edilmiş 01 ədəd CD diskə baxış keçirilən zaman diskdə bir ədəd faylın içərisində 11 ədəd şəkil və 01 ədəd “Excel” faylı olması müəyyən edilmişdir. Qeyd olunan şəkillərdə qeyd edilən kartla ATM-lərdə əməliyyatlar keçirilən zaman çəkilmiş şəkillər öz əksini tapmışdır. Həmin şəkillərdə kartla əməliyyatlar keçirən şəxsin İlkin Abbasov olması öz təsdiqini tapmışdır. “Excel" faylına baxış zamanı İlkin Abbasova məxsus kartla aparılmış əməliyyatlar aşkar edilmişdir. Həmin əməliyyatlar sırasında xx.xx.2022-ci il tarixdə saat 18:47:52-də İlkin Abbasovun kartına 230 manat mədaxil olması bir daha qeyd edilmişdir. İstintaq zamanı İlkin Abbasov verdiyi ifadəsində iranlı Babək adlı şəxslə Anjelika adlı qadın vasitəsilə ilə tanış olduğunu, Anjelika ilə birlikdə əvvəllər narkotik vasitələr əldə etdiyini, iranlı Babəkin sifarişi ilə Masazır qəsəbəsindən narkotik vasitələr götürüb Anjelikaya verdikdən sonra sonuncunun onun kartına 15 manat pul göndərdiyini bildirmişdir. Təqdim edilmiş CD diskdə olan “Excel” faylına baxış zamanı X15 İlkin Abbasovun kartına xx.xx.2022-ci il tarixdə saat 01:58:51-də 15 manat, xx.xx.2022-ci tarixdə saat 21:05:18-də 10 manat, xx.xx.2022-ci il tarixdə saat 20:14:05-də 15 manat pul göndərdiyi müəyyən edilmişdir. Buna görə də, “X33” ASC-dən daxil olmuş 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 2, iş vərəqə, 213-214, cild 3, iş vərəqə 109) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 29 iyun 2022-ci il tarixli 7/699 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs X13 yaşadığı evdən ..." yazısı və imzalar olan idman çantasındakı: 04 (dörd) ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 1095qram; 1040qram; 460qram; 490qram və bir ədəd qara rəngli polietilen bağlamanın içərisindəki 05 (beş) ədəd polietilen paketlərdə ümumi çəkisi- 1225qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi- 4310 qramdır (4kq310qram). Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuananın ümumi çəkisi-4310 qram (1-9№li ob), tədqiqata istifadə olundu- 0.45qram, (hər obyektdən 0,05 qram) qalıq-4309,55 qram. (cild 1, iş vərəqə 109-112) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 29 iyun 2022-ci il tarixli 6/3588 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №7”-li dairəvi möhür əksi, “şübhəli şəxslər X39, X18, X13 üzərlərindən aşkar olunan kütlələr... ” yazısı və imzalar olan paketdəki, 3 (üç) ədəd bükümdə, üzərində “Şamil” yazısı olan bükümdə təmiz çəkisi 21,470qram, üzərində “İlkin" yazısı olan bükümdə təmiz çəkisi 34,399qram və üzərində “Sərxan” yazısı olan bükümdə təmiz çəkisi 24,067qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs X13 yaşadığı evdən .." yazısı və imzalar olan çantada: - 3(üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 995qr, 1000qr, 930qr, ümumi təmiz çəkisi 2925qram qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, - 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1040qram(1kq 40qr) ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, - üzərində “Methadone 40” markalanma göstrəricisi olan 10 ədəd qutuda, hər qutuda 10 konvalyutda 100 ədəd, ümumilikdə 1000 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş həblər metadon tərkibli dərman preparatıdır və 1000 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 40 qramdır (konvalyutların üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0,04qr metadon olmaqla). Həblər xarici əlamətlərinə və təsiredici maddəsinin miqdarına görə eynidirlər. Vət. X13 üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş heroinlərin ümumi təmiz çəkisi 2946,47qram(2kq 946,47qr) təşkil edir və həmin heroinlər, eləcədə İ.N.Abbasovun və S.N.Məmmədovun üzərlərindən aşkar edilib götürülmüş heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr’-in İ siyahısına, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in İİ siyahısına daxildirlər.Qeyd: Üzərindən aşkar edilmiş heroinlərin təmiz çəkiləri: “Şamil”- 21,470qr, tədqiqata sərf edildi: 0,1qr, qalıq: 21,370qr, “Sərxan”-24,067qr, tədqiqata sərf edildi: 0,1 qr, qalıq: 23,967qr, “İlkin” - 34,399qr, tədqiqata sərf edildi: 0,1qr, qalıq: 34,299qr. Yaşadığı evdən aşkar edilmiş: heroinin ümumi təmiz çəkisi 2925qr, tədqiqata sərf edildi: ümumi 0,24qr, qalıq: 2924,76qr, - metamfetaminin təmiz çəkisi 1040qr, tədqiqata sərf edildi: ümumi 0,2qr, qalıq: 1039,8qr - metadon həb. 1000 ədəd, tədqiqata sərf edildi: 20 həb, qalıq- 980 həb. (cild 1, iş vərəqə 113-118) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 19 iyul 2022-ci il tarixli 331/MEŞ nömrəli rəyində göstərilmişdir ki, X2 yanaq və boyun nahiyəsində aşkar edilmiş sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixə və şəraitə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. (cild 3, iş vərəqə 11-13) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 22 avqust 2022-ci il tarixli 4649 nömrəli rəyində göstərilmişdir ki, Müayinə zamanı X1 istifadə etmə halları olub. Lakin, hal-hazırda X26 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı X39 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (cild 3, iş vərəqə 14-15) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 27 avqust 2022-ci il tarixli 4777 nömrəli rəyində göstərilmişdir ki, Müayinə zamanı X16 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 3, iş vərəqə 16-17) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 27 avqust 2022-ci il tarixli 4778 nömrəli rəyində göstərilmişdir ki, Müayinə zamanı X10 opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 3, iş vərəqə 18-19) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixatrik ekspertizasının 29 avqust 2022-ci il tarixli 2307 nömrəli rəyində göstərilmişdir ki, X10 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. X10 xasiyyətin psixoaptik cizgiləri müəyyən edilir. X10 törətdiyi əməl dövründə də, xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. X18 törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, X18 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. X9 əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. X18 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək qabiliyyətində olduğundan onun əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. X18 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. (cild 3, iş vərəqə 33-36) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixatrik ekspertizasının 29 avqust 2022-ci il tarixli 2310 nömrəli rəyində göstərilmişdir ki, X16 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. X16 törətdiyi əməl dövründə də, xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. X24 öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, X24 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. X13 əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. X24 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək qabiliyyətində olduğundan onun əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. X24 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. (cild 3, iş vərəqə 26-28) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixatrik ekspertizasının 23 avqust 2022-ci il tarixli 2311 nömrəli rəyində göstərilmişdir ki, X26 hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. X26 törətdiyi əməl dövründə də, xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. X39 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, X39 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. X23 əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. X39 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək qabiliyyətində olduğundan onun əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. X39 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. (cild 3, iş vərəqə 29-32) Cinayət işi üzrə şəxsi axtarış və baxış zamanı aşkar edilərək götürülmüş qalıq çəkisi 3004.396 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 4309,55 qram olan qurudulmuş marixuana, qalıq sayı 980 ədəd olan metadon həbi və qalıq çəkisi 1039,8 qram olan psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (cild 2 iş vərəqə 82-85) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş 15 sentyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X9 polis əməkdaşları tərəfindən döyülməsi, fiziki və psixi təzyiqlərə məruz qalması barədə göstərdiyi xüsusatlar üzrə aparılan araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. (cild 3, iş vərəqə 52-57) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, iş üzrə təqsirləndirilən şəxs X39 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, iş üzrə təqsirləndirilən şəxs X3 rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 69.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1200 manat cərimə cəzası tətbiq edilmiş və AR Milli Məclisinin xx.xx.2016cı il tarixli amnistiya qərarı ilə həmin cəzadan azad edilmişdir. Daha sonra Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.1, 204.1, 66.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən Sərxan Məmmədovun əməllərində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, iş üzrə təqsirləndirilən şəxs X4 rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Suraxanı rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə 07 ay 27 gün vaxtından əvvəl şərti azad edilmişdir. Daha sonra Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.2, 69.3, 66.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən Şamil Sadıxovun əməllərində cinayətlərin residivi vardır. Elektron məhkəmə sistemindən görünür ki, X13 xx.xx.2013-cü il təvəllüdlü oğlu Murad Sadıxov adlı övladı vardır. Məhkəmə, təqsirləndirilən şəxslərin üzərlərindən aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin onlara məxsus olmaması, evdən aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin barədə məlumatlarının olmaması, həmin narkotik vasitələri və psixotrop maddələri satmaq məqsədinin olmaması barədə məhkəmədə verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduqları cinayət əməllərini törətmələrini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxslərin öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, özlərinin qismən etiraf ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxslərin əldə edərək, saxladığı narkotik vasitələrin və psixotrop maddənin külli miqdarda olması, onların miqdarı və növ üzrə qablaşdırılması, narkotik vasitələrin satışı ilə bağlı yazışmaların olması təqsirləndirilən şəxslərin məqsədinin məhz narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiələri üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə heroin, külli miqdarda psixotrop maddə metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə kömək etmişlər. Dövlət ittihamçısı yekun nitqində təqsirləndirilən şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onların əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və onlar, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, X39, X18 və X13 qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına aid edilir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X41 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X23 Vətən müharibəsi iştirakçısı olması və “Cəsur döyüşçü” medalı ilə təltif olunması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X23 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X9 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X9 cəzasını ağırlaşdıran hal əməlində cinayətlərin residivinin olmasıdır. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxs X13 cəzasını yüngülləşdirən hal himayəsində azyaşlı uşağının olmasıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X13 cəzasını ağırlaşdıran hal əməlində cinayətlərin residivinin olmasıdır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə təqsirləndirilən şəxs X51 müharibəsi iştirakçısı olduğu üçün ona digər təqsirləndirilən şəxslərə nisbətən daha yüngül cəza təyin edilməsini, Şamil Sadıxovun narkotik və psixotrop maddələri öz evində gizlətməsi, əvvəllər 3 dəfə məhkum olunmasını nəzərə olaraq ona daha ağır cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, X39 29 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Nərimanov rayon məhkəməsinin 30 iyun 2022-ci tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 29 iyun 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild 1, iş vərəqə 21-22, 176-178, cild 2 cild iş vərəqəsi 51-57) İş materiallarından görünür ki, X18 29 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Nərimanov rayon məhkəməsinin 30 iyun 2022-ci tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 29 iyun 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild 1, iş vərəqə 43-44, 197-199, cild 2 cild iş vərəqəsi 58-63) İş materiallarından görünür ki, X24 29 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Nərimanov rayon məhkəməsinin 30 iyun 2022-ci tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 29 iyun 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild 1, iş vərəqə 64-65, 217-219, cild 2 cild iş vərəqəsi 44-50) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər X39, X18 və X19 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 29 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər X30 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər və X18 və X19 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onlar barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan əlavə, cinayət işində olan olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs İlkin Abbasov ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, təqsirləndirilən şəxslər X18 və X19 isə narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub DİN-nin BMCMİ-də saxlanılan qalıq çəkisi 3004.396 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 4309,55 qram olan qurudulmuş marixuana, qalıq sayı 980 ədəd olan metadon həbi və qalıq çəkisi 1039,8 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, , şəxsi axtarış və götürmə, eləcə də baxış keçirmə və götürmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 02 ədəd DVD disklər, "xxxx" MMC-dən daxil olmuş 02 ədəd CD disklər və “X33" ASC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanmalı, “X60lO” markalı və “Samsung Galaxy A20” markalı mobil telefonlar təqsirləndirilən şəxslərin yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən ekspertiza xərci olan 192 (yüz doxsan iki) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 64 (altımış dörd) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: X39 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X23 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. X39 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X39 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X23 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 29 iyun 2022-ci il tarixdən hesablansın. X39 ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X9 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. X18 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X18 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X9 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 29 iyun 2022-ci il tarixdən hesablansın. X12 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. X24 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X13 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. X24 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X24 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X13 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 29 iyun 2022-ci il tarixdən hesablansın. X19 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi subut olub Azərbaycan Respublikası DİN-in BMCMl-nin Maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3004.396 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 4309,55 qram olan qurudulmuş marixuana, qalıq sayı 980 ədəd olan metadon həbi və qalıq çəkisi 1039,8 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, “X60lO” markalı və “Samsung Galaxy A20” markalı mobil telefonlar təqsirləndirilən şəxslərin yaxın qohumlarına qaytarılsın, 05 (beş) ədəd disk cinayət işi materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 192 (yüz doxsan iki) manat təqsirləndirilən şəxslərin hər birindən 64 (altımış dörd) manat məbləğində tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, təqsirlıəndirilən şəxslərə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-34/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-34/2024
12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver