Məhkəmə qərarları › İş №1(124)-340/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-340/2024

19.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-340/2024 19.01.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X6 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5, Təqsirləndirilən şəxs, müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1993-cü ildə Cəlilabad rayonu, Babaxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Babaxanlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 26 iyun 2023-cü il saat 09:00 radələrində yaşadığı Sumqayıt şəhəri, Beton zavod ərazisi, 419 saylı fərdi yaşayış evində olarkən boşanmaq səbəbi ilə aralarında tez-tez mübahisə yaranmış arvadı 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə yenə də həmin mövzuda mübahisə etmiş, Zərərçəkmiş şəxs qəti şəkildə boşanmaq istəməsini başa düşdükdən sonra sonuncunu öldürmək qərarına gəlib, mübahisə etdikləri qonaq otağında divanda əyləşən Zərərçəkmiş şəxs yanına gələrək, onları ancaq ölümün ayıra biləcəyini söyləyib, qarşısında olan jurnal masasının üzərindən götürdüyü zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, onu bıçaqla vurmaması üçün qışqırıq və yalvarışlarına məhəl qoymadan, xüsusi əzab və iztirab verdiyini dərk edərək Zərərçəkmiş şəxs kəskin daxili qan itirmə nəticəsində ölümünə səbəb olan sağ ağ ciyərin yuxarı payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sağ yuxarı iç səthinin boşluğa keçən 01 (bir) ədəd, aorta qövsünün zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yuxarı iç səthinin 01 (bir) ədəd kəsilmiş-deşilmiş yaraları kimi sağlamlığa ağır zərər vuran, boyunun orta 1/3-nin ön səthinin 01 (bir) ədəd, boyunun orta 1/3-nin sağ ön səthinin 02 (iki) ədəd, boyunun orta 1/3-nin sol ön səthinin 02 (iki) ədəd, döş qəfəsinin sol yuxarı iç səthinin 02 (iki) ədəd boşluğa keçməyən, sağ dirsək oynağının arxa səthinin 01 (bir) ədəd, burun belinin sol hissəsinin 01 (bir) ədəd kəsilmiş yaraları kimi sağlamlığa yüngül zərər vuran, alt çənə nahiyəsinin qançırı kimi dərəcəsi təyin edilməyən bədən xəsarətləri ilə müşahidə olunan çoxsaylı bıçaq zərbələri vurmaqla, sonuncunu xüsusi amansızlıqla qəsdən həyatdan məhrum edərək qəsdən öldürmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək sərbəst ifadəsində və ona verilən suallara cavabında göstərdi ki, o mərhum arvadı Zərərçəkmiş şəxs ilə birlikdə əvvəllər Böyük Şor ərazisində, Koroğluda yaşamışdır. Qaynanası Zivər Səfiyeva həmişə onların ailə həyatına müdaxilələr edirdi. Buna görə də aralarında narazılıqlar olurdu. Qaynanası kirayə yaşadığı evi və içərisindəki əşyaları yandırmaqla onu hədələyib arvadı Leylanı götürüb özünün yaşadığı, Sumqayıtdakı evinə aparmışdır. Sonradan o öz valideynlərinə müraciət edib onun xəbəri olmadan qaynanasının arvadı Leylanı apardığını bildirdim. Valideynlərinə 14-15 gündür arvadınıı aparıb qaytarmadığını demişdir. Valideynlərinin müdaxiləsindən sonra Leylanı yaşadığı evə qaytarmışdır. Hadisə olan gün, yəni 26 iyun 2023-cü ildə səhər vaxtı evə gəlmiş, görmüşdür ki, mərhum arvadı Leyla uşağı çölə atıb, uşaq qapının ağzındadır. O qapını döymüş, qapını açan olmamışdır. Sonra arxa pəncərədən boylanıb pəncərini döymüş, arvadı Leylanın telefonla nəyləsə oynadığını görmüşdür. Arvadı onu pəncərədən görəndən sonra əynini geyinib qapını açmış, həmin vaxt telefonu arxasında gizlətməyə çalışması onda bir qədər şübhə yaratmışdır. Öz özlüyündə fikirləşmişdir ki, nə səbəbə əlindəki telefonu arxasında gizlətir.Evə daxil olmuş, həmin ərəfədə uşaq bayırda qalmışdır. İçəri girdikdən sonra arvadına yorğun olduğunu, gecə növbəsindən gəldiyini, çay-çörək gətirməsini bildirdim. Bu zaman arvadı onun kişi olmadığını, şəhid qardaşının və digər ailə üzvlərinin ünvanına nalayiq təhqiredici ifadələr işlətməyə başlamışdır. O da təhqirlərə dözməyərək əsəbiləşib Leylanı şillə ilə vurmuşdur. Leyla gedib bıçaq götürüb onun üstünə gəlmiş, o arvadına qışqıraraq bıçağı yerə qoymasını demiş, lakin Leyla onu bıçaqla vurmaq istəyəndə o buna imkan verməmiş, bıçaq zərbələri Leylanın özünə dəymişdir. Onun özünün də əlində bıçaq xəsarəti olmuşdur. Bildirmək istəyir ki, o bu işdə qismən təqsirlidir. Bıçağı arvadının əlindən almağa cəhd göstərmişdir, məqsədi də özünü müdafiə etmək olub. O arvadından onu və ailəsini təhqir etməyi dayandırmağı desə də, Leyla sakitləşməmiş və yenidən ona və valideylərinə qarşı nalayiq təhqiredici ifadələr işlətmişdir. O da dözməyərək istəmədən onu bıçaqla vurmuşdur. Leylanı öldürmək istəməsə də hadisə baş vermişdir. Hadisəni azyaşlı uşağı görməmişdir. Sonradan Cəlilabad rayonuna gedib hadisə barədə valideynlərinə demiş və özü könüllü olaraq polisə təslim olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında ziddiyyət olduğundam məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edərək tədqiq etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o ibtidai istintaqda ifadəsində göstərmişdir ki, 1993-cü ildə Cəlilabad rayonunun Babaxanlı kəndində anadan olmuş, atası Əlifağa zootexnik, anası Gülnaz əvvəl dərzi işləmiş, qardaşı Vüsal 44 günlük vətən müharibəsində şəhid olmuş, 2019-cu ildə Səfiyeva Leyla ilə sevib evlənmiş, həmin vaxt o da, Leyla da Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyində bağ fəhləsi işləmiş, koronavirus pandemiyasına təsadüf etdiyinə görə toyları olmasa da, rəsmi nikah bağlamış, valideynləri də onun evlənməyinə müsbət münasibət göstərmişdir. Evləndikdən sonra arvadı Leyla ilə birlikdə Cəlilabad rayonunun Babaxanlı kəndində valideynlərinin yanında yaşamış, burada 3-4 ay qaldıqdan sonra işləmək üçün Bakı şəhərinə gəlmiş, pandemiyaya görə iş yerində qadınlar işə çağırılmadığından Leyla da işə getməmiş və o, Bakı şəhərinə işləmək üçün gəldikdə Leyla Cəlilabadda qalmışdır. Leyla Cəlilabad rayonunda qalmağa razılaşmadığından, aralarında mübahisə yaranmış, həmin ərəfədə qaynanası Zivər Səfiyeva Sumqayıt şəhəri, Beton Zavod ərazisi, 419 saylı evi 22000 (iyirmi iki min) manata satın almış və qaynanası Zivər həmin evi nəvəsi, yəni onun qızı Mehribana hədiyə verəcəyini bildirmişdir. Leyla Cəlilabad rayonunda olanda anasının dəvəti ilə Sumqayıt şəhəri, Beton Zavod ərazisi, 419 saylı evə köçüb yaşamış, burada 02 ay qaldıqdan sonra qızı Leyla ilə anası Zivərin arasında mübahisə yaranmış, arvadı Leyla stomatoloqun tövsiyə etdiyi diş qapağını taxmadığına görə anası Zivərin iradlarını qəbul etməmiş və mübahisənin səbəbi də bu olmuş, o da qaynanası Zivərin yersiz müdaxiləsi ilə razılaşmadığına görə arvadı Leyla və onu evdən qovmuşdur. Burada qaldığı müddətdə, 2020-ci ildə birgə nikahlarından Mehriban adlı qızı doğulmuş, qaynanası Zivər onu qovduqdan sonra o, aylıq 100 manat kirayə haqqı müqabilində Bakı şəhərinin Böyükşor ərazisində “Arzu” marketin yanında həyət evini kirayə götürüb, arvadı Leyla ilə buraya köçmüş, burada 01 il kirayəşin yaşamış və burada qaldıqları müddətdə arvadı Leyla ilə heç bir mübahisəsi baş verməmişdir. Yenidən bu ilin mart-aprel ayında qaynanası Zivər arvadı Leylanı götürüb Sumqayıt şəhəri, Beton Zavod ərazisi, 419 saylı evə aparmış, bundan sonra Leyla anası Zivərin təkidi ilə boşanmaqla bağlı Sumqayıt şəhəri, Sülh Plazada yerləşən Mediasiya Mərkəzinə müraciət etmiş, ancaq Leyla əvvəlcə anası Zivər ilə həmfikir olsa da, sonradan anası Zivərə qarşı çıxaraq boşanmaqla bağlı müraciətini geri götürmüşdür. Leyla müraciətini geri götürdükdən sonra mediasiya arayışını 31 mart 2023-cü il tarixdə cırıb ona boşanmayacağını demiş və onlar barışmış, bundan sonra da Sumqayıt şəhəri, Beton Zavod ərazisi, 419 saylı evə gələrək yaşamağa başlamış, təxminən iyun ayının əvvəllərində o, iş yerini dəyişmiş və Sumqayıt kauçuk zavodunda fəhlə işləməyə başlamışdır. O, iş yerini dəyişdikdən sonra Leylanın münasibəti onunla yenidən pozulmağa başlamış, belə ki, Leyla onun 900 manat əmək haqqı aldığı işi dəyişməyinə əsəbiləşmiş, kauçuk zavodda iş növbəli yəni, 02 gün gündüz, 02 gün gecə növbəsi olmaqla, 02 gün də istirahət etmişdir. 26 iyun 2023-cü il tarixdə gecə növbəsindən çıxıb saat 08:20 radələrində təhvil vermiş, saat 09:00 radələrində qaldığı Sumqayıt şəhəri, Beton Zavod ərazisi, 419 saylı evə gəlmiş, evdə arvadı Leyla, qızı Mehriban olmuş, həmin ərəfədə Leylanın anası Zivər onlarla qalmış, ancaq işə getdiyi üçün evdə olmamış, ona yaşadığı evdə qaynanası Zivərin qalması xoş olmamış, bu səbəbdən Leyladan Zivərin nə vaxt evdən köçəcəyini soruşmuş, Leyla isə ona “bu evdən çıxacaq biri varsa, o da sənsən” sözlərini demişdir. Yenidən bu səbəbdən mübahisələri başlamış, Leyla onun paltarlarını qara rəngli sellofan torbaya qoyub evin giriş qapısının ağzına içəri tərəfdən qoymuş, bu zəmində aralarında dava-dalaş başlamış, o, Leylanın onu evdən qovmasını və belə cavab verməsini qəbul edə bilməmiş, Leyladan neçə dəfə sakitləşməsini tələb etsə də, Leyla qışqırtı ilə ondan boşanmaq istədiyini söyləyərək, söyüş-qarğışla evdən çıxmağını tələb etmişdir. O, isə Leylaya sakitləşmək üçün 01 saat vaxt verdiyini, fikrindən daşınmayacağı təqdirdə onu öldürəcəyini söyləmiş, buna baxmayaraq Leyla fikrindən daşınmadığı üçün o, Leylanın üzərinə gələrək otaqdakı jurnal masasının üzərindəki bıçağı götürərək əvvəlcə sinəsindən 1-2 dəfə vurmuş, zərbənin təsirindən Leyla üzü üstə divanın qarşısında yerə yıxılmış, Leyla yerə yıxıldıqdan sonra boğazından vurmuş və üzü üstə çevirib yenidən boğazından vurmağa başlamışdır. Leylanın boğazına 8-9 dəfə bıçaqla vurmuş, hirsindən bıçağı ayağının yanına divanın qarşısına atıb sifətinə də sağ yumruğu ilə burnundan bir dəfə vurmuş, Leylanı bıçaqla vuranda xırıldamış, Leylanı vurduqda ona “öldür məni anamın da, sənin də əlindən canım qurtulsun” demiş, Leyla ilə mübahisəsi təxminən 30 dəqiqə çəkmiş və nəticədə Leylanı öldürmüşdür. Bu müddətdə qızı Mehriban həyətdə oynadığından Leylanı öldürməsini qızı görməmiş, onun Leylanı öldürməyini ümumiyyətlə heç kim görməmiş, Leylanın tamamilə nəfəsi kəsildikdən və öldüyündən əmin olduqdan sonra uşağın beşiyi olan otaqdan yaşıl rəngli mələfəni boğaz tərəfinə sıxmış, divanın üzlüyünü də meyitin üstünə sərmiş, öz hərəkətindən peşman olub cinayətini etiraf etmək qərarına gəlmiş, əvvəlcə uşağın beşiyi olan otaqdan arvadı Leylanın şəxsiyyət vəsiqəsini çıxararaq, vəsiqəni pəncərinin qarşısına qoymuş, özünə məxsus pul qabını da eyni otaqdan tapmış, daha sonra özünü itirib sənədləri də götürmədən evdən çıxıb qızı Mehribanı götürərək Cəlilabad rayonuna getmişdir. Leylanı öldürməyi barədə heç kimə məlumat verməmiş, heç kimlə də zəng edib telefon əlaqəsi saxlamamışdır. Cəlilabad rayonuna saat 15:00 radələrində çatmış, qızı Mehribanı valideynlərinin yanına qoymuş, atası Əlifağaya təklikdə Leylanı öldürdüyünü deyərək Cəlilabad rayon Polis Şöbəsinə gedib könüllü təslim olmuşdur. Onun Zərərçəkmiş şəxs bıçaq xəsarətləri yetirməkdə məqsədi onu öldürmək olmuş, belə ki, Leyla ondan ayrılmaq istədiyi üçün o, bu qərara gəlmiş, Zərərçəkmiş şəxs ilə mübahisə edərkən qızı Mehriban çöldə qapının qarşısında pişiklə oynamış, onların mübahisəsini eşitməmiş və onun Zərərçəkmiş şəxs bıçaqla vurmağını görməmişdir. O, bıçaqla Leylanın yanına gəlib onu öldürmək istəmədiyini bildirərək, ayrılmamağı təklif etmiş, Leyla bundan imtina etdikdə o, əsəbiləşərək Leylaya öldürəcəyini deyərək bıçaqla üzərinə hücum çəkmiş və onu vurmağa başlamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma qızı idi. Leyla Balafərlə evləndikdən sonra Balafər Leylanın adına banklardan kredit götürmüş, həmin kreditləri də o, ödəmiş, Leyla və Balafər Betonzavod ərazisində yaşadıqları vaxt da onların ailəsinə baxmışdır. O hadisənin şahidi olmamışdır. Hadisə olan gün, yəni 26 iyun 2023-cü ildə o işə getmiş, sonra digər qızıgilə gəlmişdir. Çiyələk və başqa meyvələrdən almışdır ki, bişirib qızı gilə aparsın. Həm də fikirləşmişdir ki, Balafər işdən gəlib, qoy rahat yatsın, axşamüstü onlara gedər. Saat dörd olardı, səhv etmirsə polisdən zəng edib dedilər ki, evə gəl. O da həmin an fikirləşmişdir ki, polislər yəqin sayğaca görə onu evə çağırır. Çünki həmin ərəfədə sayğaca müdaxilə ilə bağlı məhkəmədə işləri var idi. Gələndə görmüşdür ki, çox sayda polislər var, onu hadisə yerinin lap yaxınına buraxmasalar da, qızı Leylanın öldüyünü görmüşdür. Orada bilmişdir ki, Balafər Leylanı öldürüb. Onun qızı çox tərbiyəli idi. Qızının guya nalayiq təhqiredici ifadələr işlətməsini təqsirləndirilən şəxs yalandan deyir. Onu polis əməkdaşları meyitə çox da yaxın buraxmasalar da, görmüşdür ki, qızının boğazı kəsilib. Balafər aman verməyib ona. Həmçinin təqsirləndirilən şəxs qızı Leylanı “istismar” edirdi. Hələ Koroğluda yaşadıqları zaman qızının onlara gedib-gəlməsinə icazə vermirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X9 Təqsirləndirilən şəxs şikayətçi olduğunu, təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etdi. Məhkəmə icraatında şahid qismində dindirilmiş Şahid2 və X7 da zərərçəkmiş şəxsin hüquqi varisi Zivər Səfıyeva ilə eyni məzmunlu ifadələr verərək, sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma oğlu olmaqla münasibətləri hər zaman yaxşı olmuşdur. Balafər 2019-cu il tarixdə mərhum Leyla ilə evlənmişlər. Leylanın anası Zivər tez-tez Balafər gilin ailə işlərinə qarışdığından mübahisələr olmuşdur. Hal-hazırda oğlu Balafərin üç yaşında bir qızı var, körpədir. O uşağı da hal-hazırda o saxlayır. O Koroğluda kirayə ev tutmuşdur ki, oğlu ilə gəlini orada kirayədə yaşasın.. Mən demir ki, mərhum yad insandır, onun gəlini idi, namusu idi. Oğlu Balafərlə gəlninə kirayə ev tutmuşdur, aylıq da yüz qırx manat kirayə haqqını özü ödəyirdi. Həmin vaxt uşaq da kənddə qalırdı, ona arvadı ilə özü baxırdı. Sonra eşitmişdir ki, gəlninin anasıyla qardaşı Aqşin həmin evə gəlib gəlnini götürüb aparıblar. Bundan sonra Balafər arvadıyla Sumqayıtda yaşamağa başlayıblar. Onların ailəsinin xasiyyəti ilə Zivərgilin ailəsinin xasiyyəti tutmadığından aralarında çox gediş-gəliş yox idi. Hadisəyə gəldikdə isə, oğlu Balafər 26 iyun 2023-cü ildə azyaşlı uşağıyla birlikdə Cəlilabada gəlib hadisə törətdiyini, Leylanı öldürdüyünü ona dedikdən sonra polisə gedib təslim olmuşdur. Hadisə barədə oğlu Balafər ona danışmışdır ki, işdən evə gəlib, mübahisələri düşüb və hadisə baş verib. Məhkəmə iclasında Şahid4 təqsirləndirilən şəxsin yaxın qohumu (anası) olduğuna görə ifadə verməkdən imtina etmişdir. Şahid4 ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o məhkəmə dindirilmiş əri Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Sumqayıt şəhəri, Beton zavod ərazisində yerləşən 419 saylı fərdi yaşayış evidir. Fərdi yaşayış evinin giriş hissəsində evə giriş qapısı, qapıya 01 metr uzağlıqda ağac, qapının sağ tərəfində 01 pəncərə, 02 pəncərə də evin sol tərəfində müşahidə olunur. Giriş qapısı qara rəngli bir taylı olmaqla, dəmir materialdan hazırlanmış və içəri doğru açılır. Qapının kilid hissəsində hər hansı bir müdaxilə izləri müşahidə olunmur. Giriş qapısından mənzilə daxil olduqda dəhliz meydançası yerləşir. Mənzilin döşəməsi taxta materialdandır və döşəməyə xalça yerləşdirilmişdir. Giriş qapısından qarşıda 01 ədəd pəncərə, pəncərənin üzərinə yerləşdirilmiş asılqan, asılqana asılmış müxtəlif cür geyim əşyaları, onun altında döşəməyə qoyulmuş 01 ədəd torba və çanta vardır. Giriş qapısından solda tozsoran vardır. Giriş qapısından sağda isə 01 ədəd qonaq otağına açılan pəncərə, pəncərənin önündə 02 ədəd sarı və qara rəngli daraqlar mövcuddur. Ev 02 otaqlıdır və ayrıca mətbəx otağı var. Dəhlizdən sağa doğru hərəkət etdikdə orada qonaq otaqı yerləşir. Dəhlizdən sola doğru hərəkət etdikdə ilk öncə mətbəx sonra isə, hamam otağı yerləşir. Qonaq otağının giriş qapısı ağ rəngli taxta materialdan olub, qapı çölə açılmış vəziyyətdədir. Qonaq otağının giriş hissəsindən baxdıqda sağ künc hissəsində divanın önündə yerdə qadın meyidi vardır. Həmin meyit 01 rəqəmi ilə nömrələndi. Qonaq otağının giriş hissəsindən sol tərəfə baxdıqda yataq otağına açılan qapı mövcuddur. Meyitin üzərində 01 bir ədəd üzərində qanabənzər ləkələr müşahidə olunan qəhvəyi rəngli ədyal mövcuddur. Meyitin əynində çəhrayı rəngli şalvar, qara rəngli kofta vardır, meyitin sağ ayağının yanında üzərində qana bənzər ləkələr olan bıçaq vardır. Bıçaq 02 rəqəmi ilə nömrələndi. Üzündə, sol qolunda və boğazına yaxın bədən nahiyələrində xəsarət izləri görünür. Meyitin əl barmaqları bağlı vəziyyətdə qalmışdır. Meyitin olduğu qonaq otağına girdikdə yerdə 02 ədəd xalça, meyitin arxasında qəhvəyi rəngli divan, divanın üzərində 04 ədəd dağınıq vəziyyətdə yastıq və ədyal vardır. Divanın alt hissəsində və önündə döşəmədə qana bənzər ləkələr vardır. Divana sol tərəfdən bitişik yemək masası, yemək masasının ətrafında 03 ədəd stul vardır. Divana sağ tərəfdən bitişik üzəri səliqəli şəkildə düzəldilmiş yataq vardır. Yataq otağına daxil olduqda isə döşəmədə 02 ədəd xalça, 02 ədəd biri tək nəfərlik, digəri iki nəfərlik olan yataqlar, 01 ədəd uşaq üçün yataq, 01 ədəd şkaf, şkafın üzərində yastıqlar və vintilyator, şkafın sağ hissəsində üzərində televizor olan stul vardır. Yataq otağında da döşəmədə qana bənzər ləkələr müşahidə olunur. Həmin ləkələr 03 rəqəmi ilə nömrələndi. Yataq otağında evin dəhlizinə bitişik hamamı görən pəncərə vardır. Pəncərənin altında meyitin şəxsiyyət vəsiqəsi, yarısı boş olan spirt qutusu vardır. Mətbəxin girişində döşəmədə xalça, paltaryuyan, içərisində qab-qacaq olan rəflər, bir rəfin üzərində ocaq və stol vardır. Stolun üzərində balta, termos, qaşıq, torba və içində su olan balon vardır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli meyitə baxış protokolundan görünür ki, təşrih masası üzərində qadın cinsli meyit uzadılmışdır. Meyitin əynində aşağıdakı paltarlar vardır: qara rəngli qısaqol köynək, açıq qəhvəyi rəngli yanlarında ağ zolaqları olan idman şalvarı, çəhrayı rəngli tuman. Meyit düzgün bədən quruluşlu, kafi qidalıdır. Boyunun uzunluğu 152 sm-dir. Meyit qacıması yoxlanılan əzələ qruplarında inkişaf etmişdir. Meyit ləkəsi bədənin arxa və yan səthlərini əhatə etməklə solğun göyümtül-bənövşəyi rəngdə olub, barmaqla təzyiq etdikdə rəngi avazıyır, 5 dəqiqədən sonra əvvəlki rəngini bərpa edir. Meyitin saçları qararəngli olmaqla, uzunluğu 20-25 sm-ə qədərdir. Gözləri yarım açıq vəziyyətdə, qəhvəyi rənglidir. Ağzı qapalı, dişləri yoxdur. Üz skelet sümüklərini və burunun sümük və qığırdaqlarına əllə təzyiq etdikdə gözlə görünən patoloji dəyişiklik aşkar edilmir. Döş qəfəsi silindrikdir, simmetrikdir. Qarını döş qəfəsi səviyyəsindədir. Əllə təzyiq etdikdə yumşaqdır. Xarici cinsiyyət üzvləri düzgün inkişaf etmişdir, xəstəlik və zədə əlamətləri yoxdur. Arxa dəlik ətrafı təmiz və zədəsizdir. Meyitin bədəni üzərində aşağıdakı xəsarətlər vardır: 1) boyunun orta 1/3-nin ön səthində 2,0x0,5sm ölçüdə 01 ədəd, 2) boyunun orta 1/3-nin sağ ön səthində 1,5x0,4sm və 1,0x0,4sm ölçüdə 02 ədəd, 3) boyunun orta 1/3-nin sol ön səthində 1,5x0,4sm və 1,4x0,6sm ölçüdə 02 ədəd, 4) döş qəfəsinin sağ yuxarı iç səthində 1,6x0,4 sm ölçüdə 01 ədəd, 5) döş qəfəsinin sol yuxarı iç səthində 1,5x0,7sm ölçüdə 01 ədəd, 6) sağ dirsək oynağının arxa səthində 1,7x0,5sm ölçüdə 01 ədəd, 7) burun belində solda 0,5x0,2sm ölçüdə 01 ədəd kəsilmiş-deşilmiş xəsarətlər, 8) alt çənə nahiyəsində 4,0x3,5sm ölçüdə 01 ədəd göyümtül-bənövşəyi rəng qançır. Meyitin bədəni üzərində digər xəsarət və ya xəsarət izi aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində göstərməklə ətraflı təsvir etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaqda ifadəsində göstərdiklərini əyani olaraq hadisə yerində göstərə biləcəyini bildirdikdən sonra, saat 13:02 radələrində videoçəkiliş dayandırılmaqla istintaq hərəkətinin iştirakçıları ilə birlikdə nəqliyyat vasitəsilə hadisə yerinə gedildi. Saat 13:20 radələrində istintaq hərəkətininin iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi yerə - ünvan 1 ünvanına gəlindi. Təqsirləndirilən şəxs iş üzrə ifadəsində göstərdiklərini hadisə yerində göstərməsi təklif olundu. Təqsirləndirilən şəxs bildirdi ki, 26 iyun 2023-cü il tarixdə saat 08:20 radələrində gecə növbəsindən çıxıb təhvil vermiş, saat 09:00 radələrində yaşadığı Sumqayıt şəhəri, Beton Zavod ərazisi, 419 saylı evə gəlmiş, evdə arvadı Leyla, qızı Mehriban olmuş, həmin ərəfədə Leylanın anası Zivər onlarla qalsa da, işə getdiyi üçün evdə olmamış, ona yaşadığı evdə qaynanası Zivərin qalması xoş olmamış, çünki Zivər oğlu Akşin ilə birlikdə qalmış, lakin evdən gedəcəyini desə də, onlarla birlikdə qalmış, bu səbəblərdən qaynanası Zivərin onlarla eyni evdə yaşamasını istəmədiyi üçün Leyladan qaynanası Zivərin nə vaxt evdən köçəcəyini soruşmuş, Leyla isə ona “bu evdən çıxacaq biri varsa, o da sənsən” sözlərini demiş, bu səbəbdən mübahisələri başlamış, Leyla onun paltarlarını qara rəngli sellofan torbaya qoyub evin giriş qapısının ağzına içəri tərəfdən qoymuş, bu zəmində aralarında dava- dalaş başlamış, o, Leylanın onu evdən qovmasını və belə cavab verməsini qəbul edə bilməmiş, o, Leyladan neçə dəfə sakitləşməsini tələb etsə də, Leyla qışqırtı ilə ondan boşanmaq istədiyini söyləyərək, söyüş-qarğışla evdən çıxmağını tələb etmiş, o, isə Leylaya sakitləşmək üçün 01 (bir) saat vaxt verdiyini, fikrindən daşınmayacağı təqdirdə onu öldürəcəyini söyləmiş, buna baxmayaraq Leyla fikrindən daşınmadığı üçün o, Leylanın üzərinə gələrək otaqdakı jurnal masasının üzərindəki bıçağı götürərək əvvəlcə sinəsindən 1-2 dəfə vurmuş, zərbənin təsirindən Leyla üzü üstə divanın qarşısında yerə yıxılmış, Leyla yerə yıxıldıqdan sonra boğazından vurmuş və üzü üstə çevirib yenidən boğazından vurmağa başlamış, Leylanın boğazına 8-9 dəfə bıçaqla vurmuş, hirsindən bıçağı ayağının yanına divanın qarşısına atıb sifətinə də sağ yumruğu ilə bumundan bir dəfə vurmuş, Leylanı bıçaqla vuranda xırıldamış, Leylanı vurduqda ona “öldür məni anamın da, sənin də əlindən canım qurtulsun” demiş, Leyla ilə mübahisəsi təxminən 30 dəqiqə çəkmiş və nəticədə Leylanı öldürmüş, bu müddətdə qızı Mehriban həyətdə oynadığından Leylanı öldürməsini qızı görməmiş, onun Leylanı öldürməyini ümumiyyətlə heç kim görməmiş, Leylanın tamamilə nəfəsi kəsildikdən və öldüyündən əmin olduqdan sonra uşağın beşiyi olan otaqdan yaşıl rəngli mələfəni boğaz tərəfinə sıxmış, divanın üzlüyünü də meyitin üstünə sərmiş, öz hərəkətindən peşman olub cinayətini etiraf etmək qərarına gəlmiş, əvvəlcə uşağın beşiyi olan otaqdan arvadı Leylanın şəxsiyyət vəsiqəsini çıxararaq, vəsiqəni pəncərinin qarşısına qoymuş, özünə məxsus pul qabını da eyni otaqdan tapmış, daha sonra özünü itirib sənədləri də götürmədən evdən çıxıb qızı Mehribanı götürərək Cəlilabad rayonuna getmiş, Leylanı öldürməyi barədə heç kimə məlumat verməmiş, heç kimlə də zəng edib telefon əlaqəsi saxlamamış, Cəlilabad rayonuna saat 15:00 radələrində çatmış, qızı Mehribanı valideynlərinin yanına qoymuş, atası Əlifağaya təklikdə Leylanı öldürdüyünü deyərək Cəlilabad rayon Polis Şöbəsinə gedib könüllü təslim olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 27 iyun 2023-cü il tarixli əşyalara baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs Bəhrəm qızının hadisə zamanı əynində olmuş paltarlar: Köynək - qara rəngli olmaqla, qısaqoldur. Uzunluğu 64sm, çiyin nahiyəsində eni 42sm və qolu 15sm-dır. Köynəyin ön səthində solda 1,6sm və 1,3sm ölçüdə olmaqla 02 (iki) ədəd, ön səthində ortada 1,6sm ölçüdə 01 (bir) ədəd, ön səthində sağda 1,5sm ölçüdə və 0,8sm ölçüdə olmaqla 02 (iki) ədəd dəlib-keçən zədə vardır. İdman şalvarı - açıq qəhvəyi rəngli olmaqla, uzunluğu 96sm, bel nahiyəsində eni 28 sm-dir. Üzərində zədə və zədə izləri aşkar olunmadı. Alt tumanı - çəhrayı rəngli olmaqla uzunluğu 27sm, bel nahiyəsində eni 30sm-dir. Alt tumanı üzərində zədə və zədə izləri aşkar edilmədi. Təqsirləndirilən şəxs məxsus paltar: Köynək - göy rəngli olmaqla, qısaqoldur. Uzunluğu 56sm, bel nahiyəsində eni 58 sm və qolu 15sm-dir. Üzərində zədə və zədə izləri aşkar edilmədi. İdman şalvarıboz rəngli olmaqla, uzunluğu 85sm, bel nahiyəsində eni 25sm-dir. Üzərində zədə və zədə izləri aşkar edilmədi. Mayka - ağ rəngli olmaqla, qolsuzdur. Uzunluğu 63sm, eni 42sm-dir. Üzərində zədə və zədə izləri aşkar edilmədi. Bir cüt başmaq - göy rəngli olmaqla uzunluğu 27sm, eni 10sm-dir. Üzərində zədə və zədə izləri aşkar edilmədi. (iş vərəqləri 72-76) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 21 sentyabr 2023-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Bəhrəm qızını öldürərkən istifadə etdiyi tiyəsinin uzunluğu 145 mm, dəstəyinin uzunluğu 115 mm olan, bir-birini növbəli əvəz edən göy, qırmızı və ağ rəngli sərt plastmas materialdan ibarət soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı 3 rəqəmi ilə, digər 03 (üç) ədəd oxşar formada olan bıçaqları isə müvafiq olaraq 1,2 və 4 rəqəmi ilə nömrələnmiş vəziyyətdə tanınma üçün Təqsirləndirilən şəxs təqdim etdi. Təqsirləndirilən şəxs qeyd olunan bıçaqlara diqqətlə nəzər saldı və əli ilə 3 rəqəmi ilə nömrələnmiş bıçağı göstərərək Zərərçəkmiş şəxs həmin bıçaq ilə bədəninin müxtəlif nahiyələrindən vuraraq öldürdüyünü, bıçağı həmişə ev işlərinə istifadə etdiyindən, ölçüsünə, formasına, rənginə və nisbətən əyriliyinə görə tanıdığını bildirdi. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən MTE və PA Birliyi” Publik hüquqi şəxsin Sumqayıt şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli, 69 saylı məhkəmə-tibb ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitin bədəni üzərində aşağıdaki xəsarətlər vardır: Sağ ağ ciyərin yuxarı payının zədələnməsi ilə müşayət olunan döş qəfəsinin sağ yuxarı iç səthinin boşluğa keçən 1 (bir) ədəd deşilmişkəsilmiş, aorta qövsünün zədələnməsi ilə müşayət olunan döş qəfəsinin sol yuxarı iç səthinin 1 (bir) ədəd boşluğa keçən deşilmiş-kəsilmiş yaraları. Boynunun orta l\3-nin ön səthinin 1 (bir) ədəd, boynunun l\3-nin sağ ön səthinin 2 (iki) ədəd, boynunun orta l\3-nin sol ön səthinin iki ədəd, döş qəfəsinin sol yuxan iç səthinin 2 (iki) ədəd, boynunun orta 1\3nin sol ön səthinin iki ədəd, döş qəfəsinin sol yuxan iç səthinin 2 (iki) ədəd boşluğa keçməyən deşilmiş-kəsilmiş yaraları, sağ dirsək oynağının arxa səthinin bir ədəd, burun belinin sol hissəsinin 1 (bir) ədəd kəsilmiş yaraları. Alt çənə nahiyyəsinin qançırı. Qeyd olunan xəsarətlərdən - sağ ağ ciyərin yuxarı payının zədələnməsi ilə müşayət olunan döş qəfəsinin sağ yuxarı iç səthinin boşluğa keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş, aorta qövsünün zədələnməsi ilə müşayət olunan döş qəfəsinin sol yuxarı iç səthinin 1 (bir) ədəd boşluğa keçən deşilmiş-kəsilmiş yaraları. Boyunun orta l\3-nin ön səthinin 1 (bir) ədəd, boyunun orta l\3-nin sağ ön səthinin 2 (iki) ədəd, boyunun orta l\3-nin sol ön səthinin iki ədəd, döş qəfəsinin sol yuxarı iç səthinin 2 (iki) ədəd boşluğa keçməyən deşilmiş-kəsilmiş yaraları, sağ dirsək oynağının arxa səthinin bir ədəd, burun belinin sol hissəsinin 1 (bir) ədəd kəsilmiş yaraları deşici- kəsici alətin, ola bilsin ki, ekspertizaya təqdim olunmuş bıçağın təsirindən törənmişdir, törənmə müddəti meyitin müayinəsindən 6-8 saat əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə alt çənənin qançırı adətən canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərə, boyunun orta l\3-nin ön səthinin 1 (bir) ədəd, boyunun orta l\3-nin sağ ön səthinin 2 (iki) ədəd, boyunun orta l\3-nin sol ön səthinin iki ədəd, döş qəfəsinin sol yuxarı iç səthinin 2 (iki) ədəd boşluğa keçməyən deşilmiş- kəsilmiş yaraları, sağ dirsək oynağının arxa səthinin bir ədəd, burun belinin sol hissəsinin 1 (bir) kəsilmiş yaraları adətən canlı şəxslərdə sağlamlığa YÜNGÜL zərərvurmaya, sağ ağ ciyərin yuxarı payının zədələnməsi ilə müşayət olunan döş qəfəsinin sağ yuxarı iç səthinin boşluğa keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş, aorta qövsünün zədələnməsi ilə müşayət olunan döş qəfəsinin sol yuxarı iç səthinin 1 (bir) ədəd boşluğa keçən deşilmiş-kəsilmiş yaralan isə adətən canlı şəxslərdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs ölümünə səbəb aorta qövsünün və sağ ağciyərin yuxarı payını zədələnməsi nəticəsində baş vermiş daxili qanitirmə olmuşdur. Ölüm meyitin müayinəsindən 6-8 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda - etil spirti və narkotik maddə aşkar edilməmişdir. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərin onun xarakterini və yerləşmə yerini nəzərə alıb demək olar ki, zərəçəkmişlə xəsarət yetirən müxtəlif qarşılıqlı duruş vəziyyətində ola bilərdilər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və yerləşmə yerini nəzərə alıb demək olar ki, yuxarıda qeyd olunan xəsarətlərin zərərçəkmişin özü-özünə yetirməsi istisna edilir. Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş paltarların üzərində olan zədələrlə zərərçəkmişin bədəni üzərində olan xəsarətlər nisbi olaraq üst-üstə düşür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən "xxxx" Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 360-MTKŞ/2023 saylı məhkəmə-tibbi və kriminalistik ekspertizası rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində 05 ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində 05 ədəd deşilmiş-kəsilmiş zədələr, ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində olan zədələrin lokalizasiyasına görə demək olar ki, xəsarət yetirilən zaman o, müxtəlif qarşılıqlı vəziyyətdə olmaqla, iz törədən alətin tiyəsi zərərçəkmişə doğru yönəlmiş vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs məxsus idman şalvar, alt tumanı üzərində zədə və zədə izləri aşkar edilmədi. Təqsirləndirilən şəxs məxsus köynək, idman şalvarı, mayka, bir cüt başmaq üzərində zədə və zədə izləri aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş bıçağın hər iki səthində olan ləkələr yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamiki kontakt nəticəsində yaranmağa uyğun gəlir. Zərərçəkmiş şəxs məxsus köynək, idman şalvar, alt tuman üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) geniş statik kontakt və az dinamiki kontakt nəticəsində fiziki kapillyarlıq faktoru üzrə toxuma daxilinə hopmuşdur. Təqsirləndirilən şəxs məxsus köynək, idman şalvan, mayka üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) geniş statik kontakt və az dinamiki kontakt nəticəsində fiziki kapillyarlıq faktoru üzrə toxuma daxilinə hopmuşdur. 02 ədəd pambıq tamponlarında ləkələr ilkin formasını itirdiyindən əmələ gəlmə mexanizmi barədə fikir söyləmək mümkün deyil. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən "xxxx" Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 581/2023-MTBŞ saylı məhkəmə-tibbi bioloji ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu- Abeta(H)/İİ/. Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin ksreosurətinə əsasən onun qan qrupu- AB(İV) Ekspertizaya təqdim olunan 02 (iki) ədəd çubuqlu pambıq tampon, 01 (bir) ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus trusik, kofta, şalvar, Təqsirləndirilən şəxs məxsus alt mayka, idman şalvarı və köynək üzərində insan qanı aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “A” və “H” antigenləri, əksər ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri Abeta(H)/İİ/ qrupu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər. Dəqiq elmi əsaslandırılmış müayniə metodlan olmadığından maddi sübutlar üzərindəki qan ləkələrinin əmələ gəlmə müddətini təyin etmək mümkün deyil. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 2175 saylı komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi-xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini idarə etmək və onların mənasını dərk etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Emosionallıq, qıcığa qarşı həssaslıq, inadkarlıq, kobudluq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə cinayət əməlini törədərkən psixiemosional vəziyyətində situasiya ilə şərtləndirilmiş hirsi ilik, qəzəb yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən keçirdiyi emosional halın yaranma səbəbləri situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Cəlilabad rayon polis şöbəsinin xx.xx.2023-cü il tarixli, 31371/2-20801/2023 saylı məktubundan və məktuba əlavə edilmiş protokoldan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:45-də Cəlilabad rayon polis şöbəsinin növbətçi hissəsinə yaxınlaşaraq, həmin gün arvadı xx.xx.1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Bəhrəm qızını yaşadıqları ünvan 1 saylı yaşayış evində mətbəx bıçağı ilə öldürdüyünü bildirərək, könüllü təslim olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarın 8-ci bəndində verilən izaha əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Bəhrəm qızını öldürmə prosesində təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar, yəni çoxlu sayda xəsarətlər yetirməklə ona qarşı son dərəcədə qəddarlıq nümayiş etdirməsi onun əməlində qəsdən adam öldürmə cinayətinin tövsifedici tərkibi olan xüsusi amansızlığın mövcud olmasının aşkar təzahürüdür. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, digər sübutların məcmusu və işin faktiki halları öz əksini tapmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. Onun elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib Zərərçəkmiş şəxs öldürmək məqsədi olmaması, özünü müdafiə etməsi barədə ifadəsindəki xüsusatlara dair göstərdiklərinə tənqidi yanaşaraq məhkəmə qeyd edir ki, təqsirəldirilən şəxsin göstərdiyi dəlillər müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsidir, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən boyun qaçırmaq və məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirilməlidir. Onun törətdiyi əməl yuxarıda sadalanan və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin himayəsində 01 azyaşlı uşağının olması, cinayəti törədəndən sonra könüllü olaraq polisə təslim olması, qardaşı X3 2-ci Qarabağ müharibəsində şəhid olması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.10 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləndirən halllar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.9-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən (şəxsin könüllü gəlib təqsirini boynuna alması) hala- CM-nin 59.1.10 və CM-nin 60.1-ci maddələrinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.2-ci maddəsinə əsasən CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Odur ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi CMnin 120.2.4-cü maddəsinin sanksiyasında həm də ömürlük azadlıqdan məhrum etmə cəzası da nəzərdə tutulduğundan Cinayət Məcəlləsinin 60.1-ci maddəsi təqsirləndirilən şəxsə münasibətdə tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 26 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 iyun 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli şübhəli şübhəli şəxs kimi tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı onun könüllü olaraq hüquq-mühafizə orqanlarına gəlib təslim olduğu və faktiki azadlığının məhdudlaşdırıldığı 26 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt şəhər prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan Zərərçəkmiş şəxs paltarları (qara rəngli qısaqol köynək, açıq qəhvəyi rəngli yanlarında ağ zolaqları olan idman şalvarı, çəhrayı rəngli tuman), şübhəli şəxs qismində tutulduqdan sonra götürülmüş Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olan paltarları (01 ədəd boz rəngli idman şalvarı, 01 ədəd göy rəngli qısaqol köynək,01 ədəd ağ rəngli qolsuz mayka və 01 cüt göy rəngli başmaq), hadisə yerinə baxış zamanı götürülmüş qana bənzər ləkə nümunələri, 01 (ədəd) ədəd bıçaq məhv edilməli, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması zamanı videoçəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş materiallarından görünür ki, iş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 17 (on yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 26 iyun 2023-cü il tarixdən hesablansın. Onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Sumqayıt şəhər prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan Zərərçəkmiş şəxs paltarları (qara rəngli qısaqol köynək, açıq qəhvəyi rəngli yanlarında ağ zolaqları olan idman şalvarı, çəhrayı rəngli tuman), şübhəli şəxs qismində tutulduqdan sonra götürülmüş Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olan paltarları (01 ədəd boz rəngli idman şalvarı, 01 ədəd göy rəngli qısaqol köynək,01 ədəd ağ rəngli qolsuz mayka və 01 cüt göy rəngli başmaq), hadisə yerinə baxış zamanı götürülmüş qana bənzər ləkə nümunələri, 01 (ədəd) ədəd bıçaq məhv edilsin, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması zamanı videoçəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar