Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-341/2022 10.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Abuşov Nərmin Latiq qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Qubadlı rayonu Fərcan ərazi dairəsi Göyyal kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, о istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq ümumilikdə 4,206 qram çəkidə külli miqdarda psixotrop maddə olan metamfetamini və ümumilikdə 0,358 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlamış, 21 yanvar 2022-ci il tarixdə saat 20:45-də Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində yerləşən “Kapital Bank”ın inzibati binasının qarşısında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sol yan cibindən satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı 01 (bir) ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,358 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 (bir) ədəd ağ rəngli sellofan bükümdə və 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri müvafiq olaraq 3,987 qram, 0,219 qram, ümumi təmiz çəkisi 4,206 qram olan, külli miqdarda kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ağ rəngli, kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 01 (bir) ədəd üzərində narkotik vasitə olan heroinin izləri olan gümüşü korpuslu elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə və psixotrop maddələrin istifadəçisi və cinsi azlığın nümayəndəsidir. Onun həbs edilməyinə səbəb cinsi azlığın nümyəndəsi olmasıdır, belə ki, ünvan 1 ünvanında kirayə yaşamış, onunla qonşuluqda yaşayan “Vüsal” adlı polis əməkdaşı onun cinsi azlığın nümayəndəsi olduğunu bilib, ona hədə qorxu gələrək onunla yaxın münasibətdə olan, yaşadığı evə gəlib gedən şəxslər barədə ona məlumat verməsini, həmin adamları tutması barədə ona köməklik etməsini təklif etmiş, o, Vüsalın təklifi ilə razılaşmadığı üçün Vüsal onu hədələmişdir. O, tutulmazdan 10 gün əvvəl insan alverinə qarşı mübarizə idarəsinin bir nəfər kişi işçisi ilə sosial şəbəkə vasitə ilə tanış olmuş və onunla öz evində görüşmüşdür. Daha sonra onlar arasında pul barəsində problem olmuşdur. Həmin şəxs daha sonra ona hədə-qorxu gəldiyi üçün o bu barədə 102 xidmətinə zəng vurub bildirmiş, şikayətini geri götürməsinin əvəzinə kreditlə aldığı kompüterin pulunun ödənilməsi təklif olunmuş, buna görə barəsində şikayət etdiyi polis əməkdaşı tərəfindən ona 1000 manat pul verilmiş, o da şikayətini geri götürmüşdür. Şikayətini geri götürdükdən sonra polis əməkdaşları tərəfindən tutulmuşdur. Tutulduğu gün evdən çıxdığı zaman polislər tərəfindən saxlanılmış, Vüsal adlı polis əməkdaşı onun cibindən yaşadığı evin açarlarını götürərək digər polis əməkdaşları ilə birlikdə icazəsi olmadan yaşadığı evə daxil olmuşlar, evdə quraşdırdığı 4 (dörd) ədəd müşahidə kamerasının yaddaş kartlarını söküb götürmüş, həmçinin evində olan 0.5 qram heroin və 0.5 metanfetamin və 15 ədəd telefon, ümumi 638 manat pul, “Kapital bank” kartı, həmçinin çantasını içərisindəkilərlə birlikdə polis əməkdaşları tərəfindən götürülmüş və polis bölməsinə aparmışlar. Dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, şəxsi axtarış zamanı onun üzərindən çıxan, qramı az olan heroin və metamfetamin ona məxsus olmuş, 4 qram olan isə metamfetamin yox, “limon duzu” olmuşdur. Həmin narkotik vasitə, psixatrop maddə və “limon duzu” əslində onun evindən aşkar edilib, bölmədə olarkən çəkiliş aparılan vaxtı polis əməkdaşları həmin narkotik vasitə və psixatrop maddəni, həmçinin “limon duzu”nu təqdim etməyi tələb edib. Polis bölməsində olarkən işləməyən tərəzini çıxartmışlar. Halbuki həmin tərəzi ona məxsus olmamış, ona məxsus olan tərəzi isə evdə qalmış, polis əməkdaşları həmin tərəzini evdə tapa bilmədikləri üçün götürə bilməmişlər. Həmçinin onunla başqa şəxslər arasında narkotik vasitə və psixatrop maddələrin satışı ilə əlaqədar hər hansı bir mesaj və ya telefon danışığı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 Zellabdin oğlu göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Elçin adlı şəxsin narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi, saxlanması, eləcədə üzərində gəzdirməsi və satışı ilə məşğul olması ehtimalı olması barədə Sumqayıt ŞPİ-nə əməliyyat məlumatı daxil olduğundan, onun şəxsiyyətinin müəyyən edilməsi, eləcə də narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi, saxlanması, qəbulu, üzərində gəzdirməsi və satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmiş, Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektorları, polis baş serjantı Şahid3 və polis baş serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyataxtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 20:45-də Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində yerləşən “Kapital Bank”ın inzibati binasının qarşısında Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektorları Şahid3 və Şahid2la birlikdə yaxınlaşaraq Təqsirləndirilən şəxs saxlamışlar, daha sonra Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nə gətirib, onun hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş vəkilin iştirakı ilə Elçin İsmayıova üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim edilməsi təklif edildikdə Təqsirləndirilən şəxs cibindən bükümləri çıxarıb təqdim etmiş, həmin narkotik vasitə və psixotrop maddəni Bakı şəhəri ərazisində tanımadığı şəxsdən 50 manata aldığını, elektron tərəzini isə qəbul etdiyi narkotik vasitənin çəkisini dəqiqləşdirmək üçün istifadə etdiyini demişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Şahid1lə oxşar məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1259 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs barəsində “şəxsi axtarış keçirilməsi”nin video görüntüsünü əks etdirən CD disk və həmin diskə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokol məhkəmə istintaqı zamanı tədqiq edilmiş və məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin inzibati otaqlarının birində üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar olaraq əynindəki şalvarın cibindən bir ədəd qızılı rəngli bükümü, bir ədəd ağ rəngli sellofan bükümü və bir ədəd gümüşü rəngli bükümü, əynindəki gödəkcənin cibindən bir ədəd elektron tərəzini çıxarıb ardıcıl olaraq masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs ona verilmiş sualları cavablandıraraq gümüşü rəngli bükümün psixotrop maddə olan metamfetamin, qızılı rəngli bükümün narkotik vasitə olan heroin, ağ rəngli sellofan bükümün isə limon duzu olduğunu, narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün Bakı şəhəri ərazisində tanımadığı şəxsdən 50 (əlli) manata aldığını, limon duzunu isə narkotik vasitə və psixotrop maddə qəbul edərkən istifadə edildiyini, elektron tərəzini isə aldığı narkotik vasitənin çəkisini dəqiqləşdirmək üçün istifadə etdiyini bildirir, daha sonra qeyd oluan bükümlər və elektron tərəzi zərflərə qablaşdırılaraq, möhürlənir və imzalanır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/416 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №124” möhür əksi, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs ...” və s. yazılar, imzalar olan 2 ədəd zərfdən birindəki 01 ədəd bükümdə təmiz çəkisi 0,358 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,987 qram, 0,219 qram, ümumi təmiz çəkiləri 4,206 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 02 ədəd bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Digər zərfdəki gümüşü korpuslu elektron tərəzinin səthində heroinin izləri müəyyən edildi. Tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş və ekspertiza tədqiqatından sonra 0,308 qram qalıq qalmış narkotik vasitə heroin və 4,106 qram qalıq qalmış psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 1097 nömrəli komisyon ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadənin onun üzərindən aşkar olunan narkotik vasitələrin onun yaşadığı evdən aşkar edilərək üzərinə qoyulması və şəxsi axtarış zamanı təqdim etməsini tələb edilməsi barədə, eyni zamanda narkotik vasitələrin satışı ilə məşğul olmamasını, psixoloji təzyiq altında həmin narkotik vasitə və psixotrop maddənin üzərindən aşkar edilməsini deməsi barədə hissəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu hissədə verdiyi ifadə özünü müdafiə xarakteri daşımaqla obyektiv həqiqəti əks etdirmir, çünki onun verilən ittiham üzrə təqsiri öz ifadəsinin etirafedici hissəsi ilə bərabər məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. xx.xx.2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata kçirilməsinə dair” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanması, Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat qrupu yaradılmışdır. xx.xx.2022-ci il tarixli raportuna əsasən Təqsirləndirilən şəxs həmin tarix, saat 20:45 radələrində Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC və "xxxx" Telekom MMC-dən daxil olmuş disk və həmin disklərə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs istifadəsində və hadisə günü üzərində olan (055) ******* nömrə, iş üzrə şahid kimi dindirilmiş Şahid1 Zellabdin oğlunun istifadəsində və hadisə günü üzərində olan (055) ******* nömrə və iş üzrə şahid kimi dindirilmiş Şahid2 istifadəsində və hadisə günü üzərində olan (055) ******* nömrələrinin xx.xx.2022-ci il tarixdə saat 20:41:28, 20:45:08 və 20:50:10-da Sumqayıt- ATC2/, Heydər Əliyev prospekti, Sumqayıt 5005-də yerləşən ərazidən şəbəkəyə qoşulduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş disk və həmin disklərə baxış keçirilməsi barədə protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs istifadəsində olan (055) ******* nömrəsinə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin satışını ehtiva edən müxtəlif məzmunlu və çoxsaylı mesajlar gəlmişdir. Eyni zamanda məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur, həmin tarixdə Sumqayıt şəhər məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə nəzarətini həyata keçirən məhkəmə kimi Təqsirləndirilən şəxs onun üçün ilk əlçatan məhkəmə olan Sumqayıt şəhər məhkəməsində barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılarkən qətimkan tədbirinin seçilməsinin əsası kimi çıxış edən, ona istinad olunan cinayət əməlini törətdiyini, səmimi peşman olduğunu bildirməklə vəsatətin təmin edilməməsini xahiş etmişdir. Həmçinin heç bir psixi və fiziki zorakılığa məruz qalmadığını demişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs döyülməsi ilə bağlı məhkəmənin hazırlıq iclasında verdiyi məlumat araşdırılması üçün Sumqayıt şəhər prokurorluğuna göndərilmiş, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 iyun 2022-ci il tarixli qərarla həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin təqsirləndirilən şəxs həm ibtidai, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirsə də üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddənin özünə məxsus olmasını bildirmişdir. Bunu cinayət işinin materiallarına əlavə edilmiş “şəxsi axtarış keçirilməsi” barədə CD diskin məhkəmə istintaqı zamanı tədqiq edilməsi də bir daha təsdiq edir, belə ki, təqsirləndirilən şəxs sərbəst ifadə verərək həmin narkotik vasitələri təqdim edir, eyni zamanda həmin narkotik vasitələri necə əldə etməsini də göstərir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Mötəbərliyi şübhə doğurmayan və qanuni yolla əldə edilmiş sübutların məcmusu ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib saxlama və daşıma cinayətini törətmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməlləri törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin arayışa əlavə edilmiş “xasiyyətnamə”dən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Sumqayıt şəhər Narkoloji Dispanserinin 29 yanvar 2022-ci il tarixli 341 nömrəli arayışına əsasən Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 06 ay 05 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali məhkəməsinin Plenumunun 28 iyun 2002-ci il tarixli qərarında göstərilmişdir ki, islah işləri və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan AR CM-nin 49.3, 53.4-cü maddələrinə müvafiq olaraq həmin cəzalar məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş şəxslər əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilmirlər. Odur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yoxdur. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İşdə olan qərarın surətindən görünür ki, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu 21 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.0.1-132.0.2-ci maddələrinin tələbinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməli, dəyəri olmayan digər əşyalar məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayəthüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Həmin Məcəllənin 99-1.2-ci maddəsinə əsasən isə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 0,308 qram olan narkotik vasitə olan heroin və ekspert tədqiqatından sonra qalıq çəkisi 4,106 qram olan psixotrop maddə olan metamfetamin məhv edilməli, 6 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 110 (yüz on) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 21 yanvar 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş 0,308 qram narkotik vasitə olan heroin, 4,106 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. 01 (bir) ədəd elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunsun. 6 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 110 (bir yüz ona manat) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: (imza) Aynur Rzayeva Hakim: (imza) Fəhmin Hümbətov Hakim: (imza) Hafiz Əliyev Əsli ilə düzdür Hakim Aynur Rzayeva
Məhkəmə qərarları › İş №1(124)-341/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-341/2022
10.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver