Məhkəmə qərarları › İş №1(124)-341/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-341/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-341/2024 23.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri «Verdiktum» Vəkil Bürosunun vəkili X6 və Bakı şəhər «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi1 və təqsirləndirilən şəxslərin iştirakları ilə, xx xxxxx 1980-cı il tarixdə Ermənistan SSR Krasnoselo rayonu Çaykənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, sürücü işləyən, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1986-cı il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu Susayqışlaq ə/d, Şollar kəndində qeydiyyatda olan həmin ünvanda yaşayan, barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 2023-ci ilin mart ayının sonlarında Rusiya Federasiyasında şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə və Azərbaycan Respublikasında cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 ilə xeyli miqdar dəyərində dərman preparatları və qida əlavəsini, o cümlədən tərkibində külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri olan dərman preparatlarını satış məqsədi ilə qəsdən qanunsuz olaraq əldə etmə, saxlama, ölkə ərazisində qanunsuz dövriyyəsini həyata keçirmə barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun Rusiya Federasiyasındakı üzvləri ilə birlikdə istintaqla müəyyən edilməmiş mənbədən və istintaqla müəyyən edilməmiş vaxtda satış məqsədi və tamah niyyəti ilə qəsdən qanunsuz olaraq əldə etdikləri tərkibində sibutramin güclü təsir edən maddəsi olan 521 qutu “Fatzorb”, 1020 qutu “Fatzorb Premium", 95 qutu “Сжигание Жира Бомбы" (Piy əridən Bomba), 594 qutu “X39 Ultra", 50 qutu “Lipotrim”, tərkibində stanozolol güclü təsir edən maddəsinin təsiredici miqdarı külli miqdarda, 96 qram təşkil edən 96 paket “Stanozol”, tərkibində oksandrolon güclü təsir edən maddəsinin təsiredici miqdarı külli miqdarda, 95 qram təşkil edən 95 paket “Anavar", tərkibində metandienon güclü təsir edən maddəsinin təsiredici miqdarı külli miqdarda, 48 qram təşkil edən 48 paket "Methanol", tərkibində dehidroxlor-metil-testosteron güclü təsir edən maddəsinin təsiredici miqdarı külli miqdarda, 86 qram təşkil edən 86 paket “Turinabol", tərkibində drostanolon güclü təsir edən maddəsinin təsiredici miqdarı külli miqdarda, 151 qram təşkil edən 151 flakon “X2 100тд/тГ, tərkibində nandrolon güclü təsir edən maddəsinin təsiredici miqdarı külli miqdarda, 81 qram təşkil edən 18 flakon “Nandrolone Decanoate 200mg/ml” və 45 flakon “Nandrolone Phenylpropionate 100mg/ml”, tərkibində boldenon güclü təsir edən maddəsinin təsiredici miqdarı külli miqdarda, 426 qram təşkil edən 142 flakon “Boldenone Undecylenate 300mg/ml", tərkibində trenbolon güclü təsir edən maddəsinin təsiredici miqdarı külli miqdarda, 127,5 qram təşkil edən 48 flakon “Trenbolone Enanthate 175mg/ml” və 58 flakon “Trenbolone Acetate75mg/mr göstəricdi ümumilikdə 15 adda tərkibində narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri olan dərman preparatları və 1 qutusunun qiyməti 90 manat olan 270 manat dəyərində 3 qutu “Daclavirocyrl”, 1 qutusunun qiyməti 34 manat olan 136 manat dəyərində 4 qutu “Tawon Liar", 1 qutusunun qiyməti 92 manat olan 552 manat dəyərində 6 qutu "Mpiviropack”, 1 qutusunun qiyməti 206 manat olan 5562 manat dəyərində 27 qutu “Neofin 3,4mg/1mL",1 qutusunun qiyməti 20 manat olan 60 manat dəyərində 3 qutu “Wonderful Honey", 1 qutusunun qiyməti 9,5 manat olan 62160 manat dəyərində 6540 qutu "Samyun Wan", 1 qutusunun qiyməti 23 manat olan 966 manat dəyərində 42 plastik qab (hər plastik qabda 30 tablet) “LYKA (Anastrozol-1)", 1 qutusunun qiyməti 35 manat olan 8015 manat dəyərində 229 qutu “RED GİNSENG", 1 qutusunun qiyməti 6 manat olan 5388 manat dəyərində 898 qutu “X3 Macun" (Epimedin ilə X27 Məcun), 1 flakonunun qiyməti 27 manat olan 2700 manat dəyərində 100 flakon “Testosterone Cypionate 200mg/ml’’, 1 flakonunun qiyməti 52 manat olan 4160 manat dəyərində 80 flakon “Testosterone Propinate 75mg/ml" və 1 flakonunun qiyməti 62 manat olan 7378 manat dəyərində 119 flakon “Testosterone Enanthate 200тд/тГ göstəricili ümumilikdə 12 adda xeyli miqdarda 97317 manat dəyərində dərman preparatları və qida əlavəsini idarə etdiyi “Volvo FH” markalı, 27AC002/27ZA353 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusundakı 23 mart 2023-cü il tarixli, TR189704-1-1 nömrəli əmtəə-nəqliyyat qaiməsi (CMR) və həmin tarixli, ********* nömrəli qaiməyə əsasən Rusiya Federasiyasından Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına göndərilən “gigiyenik vasitələr” yüklü paletlərinin arxasında yerləşdirərək saxlamış, həmin dərman preparatlarını idarə etdiyi nəqliyyat vasitəsi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına daşımış, 28 mart 2023-cü il tarixdə saat 8 radələrində Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin Qusar rayonunun inzibati ərazisində yerləşən X30 Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin gün saat 8 radələrində həmin postda qeyd olunan nəqliyyat vasitəsində həyata keçirilmiş gömrük yoxlaması zamanı qeyd edilən dərman preparatları və qida əlavələri saxlanıldığı yerdən aşkar edilərək gömrük əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs2 2023-ci ilin mart ayının sonlarında Rusiya Federasiyasında şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə və Azərbaycan Respublikasında Təqsirləndirilən şəxs1 ilə xeyli miqdar dəyərində dərman preparatları və qida əlavəsini, o cümlədən tərkibində külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri olan dərman preparatlarını satış məqsədi ilə qəsdən qanunsuz olaraq əldə etmə, saxlama, Rusiya Federasiyasından Azərbaycan Respublikasına daşıma, Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirilməsinə köməkçilik etməklə ölkə ərazisində qanunsuz dövriyyəsini həyata keçirmə barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq istintaqla müəyyən edilməmiş mənbədən və istintaqla müəyyən edilməmiş vaxtda satış məqsədi və tamah niyyəti ilə qəsdən qanunsuz olaraq əldə etdikləri tərkibində sibutramin güclü təsir edən maddəsi olan 521 qutu "Fatzorb”, 1020 qutu “Fatzorb Premium", 95 qutu “Сжигание Жира Бомбы” (Piy əridən Bomba), 594 qutu “X39 Ultra”, 50 qutu “Lipotrim”, tərkibində stanozolol güclü təsir edən maddəsinin təsiredici miqdarı külli miqdarda, 96 qram təşkil edən 96 paket “Stanozol”, tərkibində oksandrolon güclü təsir edən maddəsinin təsiredici miqdarı külli miqdarda, 95 qram təşkil edən 95 paket “Anavar”, tərkibində metandienon güclü təsir edən maddəsinin təsiredici miqdarı külli miqdarda, 48 qram təşkil edən 48 paket “Methanol”, tərkibində dehidroxlor-metil-testosteron güclü təsir edən maddəsinin təsiredici miqdarı külli miqdarda, 86 qram təşkil edən 86 paket “Turinabol", tərkibində drostanolon güclü təsir edən maddəsinin təsiredici miqdarı külli miqdarda, 151 qram təşkil edən 151 flakon “X2 100тд/тГ, tərkibində nandrolon güclü təsir edən maddəsinin təsiredici miqdarı külli miqdarda, 81 qram təşkil edən 18 flakon “Nandrolone Decanoate 200тд/тГ və 45 flakon “Nandrolone Phenylpropionate 100тд/тГ, tərkibində boldenon güclü təsir edən maddəsinin təsiredici miqdarı külli miqdarda, 426 qram təşkil edən 142 flakon “Boldenone Undecylenate 300mg/ml”, tərkibində trenbolon güclü təsir edən maddəsinin təsiredici miqdarı külli miqdarda, 127,5 qram təşkil edən 48 flakon “Trenbolone Enanthate 175mg/ml" və 58 flakon "Trenbolone Acetate75mg/ml” göstəricili ümumilikdə 15 adda tərkibində narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri olan dərman preparatları və 1 qutusunun qiyməti 90 manat olan 270 manat dəyərində 3 qutu “Daclavirocyrl", 1 qutusunun qiyməti 34 manat olan 136 manat dəyərində 4 qutu "Tawon Liar”, 1 qutusunun qiyməti 92 manat olan 552 manat dəyərində 6 qutu “Mpiviropack”, 1 qutusunun qiyməti 206 manat olan 5562 manat dəyərində 27 qutu “Neofin 3,4тд/1ти’, 1 qutusunun qiyməti 20 manat olan 60 manat dəyərində 3 qutu “Wonderful Honey", 1 qutusunun qiyməti 9,5 manat olan 39330 manat dəyərində 4140 qutu "Samyun Wan”, 1 qutusunun qiyməti 23 manat olan 966 manat dəyərində 42 plastik qab (hər plastik qabda 30 tablet) "LYKA (Anastrozol-1)", 1 qutusunun qiyməti 35 manat olan 5565 manat dəyərində 159 qutu “RED GİNSENG”, 1 flakonunun qiyməti 27 manat olan 2700 manat dəyərində 100 flakon “Testosterone Cypionate 200mg/ml", 1 flakonunun qiyməti 52 manat olan 4160 manat dəyərində 80 flakon "Testosterone Propinate 75mg/ml" və 1 flakonunun qiyməti 62 manat olan 7378 manat dəyərində 119 flakon “Testosterone Enanthate 200тд/тГ göstəricili ümumilikdə 11 adda xeyli miqdarda 66679 manat dəyərində dərman preparatları və qida əlavəsini ümumicinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 idarə etdiyi “Volvo FH" markalı, 27AC002/27ZA353 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusundakı 23 mart 2023-cü il tarixli, TR189704-1-1 nömrəli əmtəənəqliyyat qaiməsi (CMR) və həmin tarixli, ********* nömrəli qaiməa əsasən Rusiya Federasiyasından Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına göndərilən “gigiyenik vasitələr” yüklü paletlərinin arxasında yerləşdirərək saxlamış, həmin dərman preparatları və qida əlavələrini əvvəlcədən aralarında olan razılaşmaya uyğun olaraq satışını həyata keçirmək məqsədi ilə ona (Təqsirləndirilən şəxs2) verilməsi üçün idarə etdiyi nəqliyyat vasitəsi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına daşımış, 28 mart 2023-cü il tarixdə saat 8 radələrində Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin Qusar rayonunun inzibati ərazisində yerləşən X30 Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin gün saat 8 radələrində həmin postda qeyd olunan nəqliyyat vasitəsində həyata keçirilmiş gömrük yoxlaması zamanı qeyd edilən dərman preparatları və qida əlavələri saxlanıldığı yerdən aşkar edilərək gömrük əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxslərin həmin cinayət əməlini təqsirli olaraq törətməsi onların özünün qismən etirafı ilə yanaşı məhkəmə iclasında tədqiq olunmuş şahid ifadələri, həmçinin ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 206.3.2 və 240.3.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 6-7 ildir ki, "xxxx" Beynəlxalq Daşıma Şirkətində sürücü işləyir. Qazaxıstan, Türkiyə, İran, Gürcüstan Respublikalarına getmiş, İran İslam Respublikasına əsasən meyvə aparmışdır. Tanışı Şamil ona zəng edərək bildirmişdir ki, un var, o da demişdir ki, şirkət nəyi versə, onu da götürəcəkdir. Fuadın 4 qutu, Mövlud və Şamilin də 14 qutuda verdiklərini Rusiyadan gətirmişdir. Azərbaycan Respublikasının gömrük nəzarətində saxlanılmışdır. Qutuların içərisində nə olduğunu bilməmişdir. Eşitmişdir ki, idmançılar üçün nələr var. Ona demişlər ki, qutuların içərisində kökəltmə və arıqlama dərmanları var, Şamil üçün 14 qutu gətirmişdir. Fuadın da 4 qutusu olmuş, ancaq Mövlud üçün cem (qida əlavəsi) gətirmişdir. Şamili 5-6 aydır tanımış, əvvəllər qohumları üçün ərzaqlar aparmışdır. Şamillə əvvəl 1-2 dəfə görüşmüş, sonra telefonla danışmışdır. Şamilin hansı işlə məşğul olduğunu bilməmiş, onunla Xudatda, sərhəddə olarkən tanış olmuş, verdiyi ərzaqları aparmışdır. Dərmanlar aşkar olunan vaxt gigiyenik mallar gətirmişdir. Şamilin danışdığı malları o dediyi adamlar gətirərək Dərbənddə ona vermişlər, o da maşınının “kuza” hissəsinə yerləşdirmişdir. Qutuların qaiməsi olmamışdır. Malları Azərbaycan Respublikasına keçirdikdən sonra Şamil ona 3-4 min manat, Fuad isə min manat pul verəcəkdi. Qutular böyük olmuş heç şübhələnməmişdir ki, içində nəsə olar. O, əvvəldən dərk etmişdir ki, həmin 14 qutunu gömrük nəzarətindən bəyan etmədən keçirəcək. Gömrük əməkdaşlarının əvvəlcədən məlumatları olmuşdur, çünki tez baxış keçirmişlər. Bu mövzuda Şamillə danışıqları olmuş, onlar demişdir ki, “nə edirsiniz, edək, malları çıxaraq” , o isə başa düşmüşdür ki, artıq onun cinayət məsuliyyəti var. Əvvəl heç vaxt belə tərkibli mallar sərhəddən keçirməmişdir, indi isə uşağının əməliyyat olunması üçün ehtiyacı olduğundan bu işə əl atmışdır. Uşağı gözündən əməliyyat olunmalı olmuş, 10 min dollar pul lazım olmuş, o isə 600 manat müqabilində işləmiş və o qutuların içərisində güclü təsir edən dərmanların olduğunu bilməmişdir. O, Xaçmazda istintaqda olarkən atası Şamil və Rəfaellə görüşmüş, istintaq vaxtı ilk dəfə ona görə Şamilgilin adını çəkməmişdir ki, onlar ona kömək edəcəklərini söz vermişlər. Lakin sonra görmüşdür ki, Şamilgil onun zənglərini açmır, bu onu məcbur etmişdir ki, onların da adını çəksin. Mövluda məxsus ölçüsü balaca olan digər 60 qutunun içində nə olduğunu bilməmişdir, 3 min Şamildən, min manat Fuaddan, 500-600 manat isə Mövluddan almalı olmuşdur, danışıqları bu cür olmuşdur. Malları gömrükdən qaçaq keçirmək üçün digər malların arasına qatmışdır, hesab etmişdir ki, belə keçirsə, bilinməyəcək. Gömrükdə problem olsa, kimin məsuıliyyət daşıyacığını danışmamışlar. Onun o boyda malı keçirməyə gücü olmamışdır. O, malların heç birinin tərkibini bilməmişdir. Heç açıb içərilərinə də baxmamışdır. Qutuları ona Bayram adında şəxs təqdim etmiş, o da onun Şamilgilin adamı olduğunu bilmişdir. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu ona mümkün qədər yüngül cəza təyin olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində Azərbaycan Respublikası CM-nin 206.3.2 və 240.3.2-ci maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, 14 iyun 2023-cü il və 4 sentyabr 2023-cü il tarixli ifadələrində bildirmişdir ki, 28 mart 2023-cü il tarixdə nəqliyyat vasitəsindən aşkar edilmiş malların bir hissəsi “X3 Macun” adlı hissəsi Mövlud adlı şəxsə, 4 qutuda olan dərmanlar Fuad adlı şəxsə, yerdə qalan bütün hissələri isə Şamil adlı şəxsə məxsusdur. O, ifadəsində bildirmişdir ki, həmin şəxslərin malların Rusiya Federasiyasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilməsindən məlumatlı olmuşlar, lakin həmin şəxslərin hər biri ilə ayrı-ayrılıqda malların keçirilməsi ilə bağlı danışıqlar aparmış, həmin şəxslərin bir-birilərindən əvvəlcədən məlumatları olmamışdır. O, ifadəsində bildirmişdir ki, qızının gözünün əməliyyatı üçün ona təcili 10000 ABŞ dolları pul lazım olduğu üçün vəsaiti əldə etmək məqsədi ilə dərman və qida əlavəsinin Rusiya Federasiyasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilməsinə razılıq vermiş, 2023-cü il tarixdə Rusiya Federasiyası Dağıstan Respublikası Dərbənd şəhərində olanda Fuad ona yaxınlaşaraq 4 qutu dərmanın olduğunu və həmin malları Rusiya Federasiyasından Azərbaycan Respublikasına keçirməyi təklif etmiş, həmin malları Azərbaycan Respublikasına gətirdikdən sonra Fuadın ona 2000 manat, Mövludun isə “X3 Macun” adlı malları keçirməyinə görə ona 1000 manat pul verəcəyini, digər malları Şamilin özünün götürəcəyini, Şamilin ona 3000-4000 manat arası pul verəcəyini bildirmişdir. Rusiya Federasiyasında olanda 2023-cü ilin mart ayında Şamil onunla əlaqə saxlamış və kökəldici dərmanların olduğunu ona bildirmiş, onun dediyi şəxs həmin dərman vasitələrini Qazel markalı nəqliyyat vasitəsi ilə gətirərək Rusiyada ona təqdim etmiş, həmin yükü gətirən şəxs Şamil adlı şəxsin adamı “Bayram" adlı şəxs olmuş, nəqliyyat vasitəsində olan mallardan “X3 Macun" Mövludun, 4 qutuda olan 2 adda dərman "Samyun van" adlı dərmanın bir hissəsi və Red genesis adlı dərman Fuadın, yerdə qalan bütün dərman və qida əlavələrinin isə Təqsirləndirilən şəxs2 məxsus olduğunu qeyd etmiş, 28 mart 2023-cü il tarixdə idarə etdiyi nəqliyyat vasitəsindən qaçaqmalçılıq yolu ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gətirdiyi dərman vasitələri və qida əlavələri aşkar edildikdən sonra o, Şamillə, Fuad və Mövludla əlaqə saxlamış, ilk vaxtlarda Şamil onun zənglərini götürməmiş və o, Mövludun yeznəsi olan taksi fəaliyyəti ilə məşğul olan Rəfaillə əlaqə saxlayaraq onunla əlaqə saxlaması üçün onu Şamilin evinə göndərmiş. Şamil, Fuad və Mövludla intensiv olaraq telefon əlaqələri saxlamış, həmin danışıqları “WhatsApp” proqram vasitəsi ilə həyata keçirmiş, daha sonra hadisə baş verdikdən 1 gün sonra xx.xx.2023-cü il tarixdə 06.05-də Şamillə yenidən əlaqə saxlamış, ilk olaraq Şamil onun zəngini yenə götürməmiş, lakin daha sonra zəng etmiş, bir daha Şamilə gətirdiyi malların gömrükdə saxlanıldığını bildirmiş, köməklik istəmiş, o, isə adamının olduğunu və problemin həll ediləcəyini ona bildirmiş, daha sonra o, Rəfailin nömrəsini qardaşına vermiş, həmin ərəfədə qardaşları və atası Mövludun yeznəsi Rəfail və Şamillə görüşmüşlər, Rəfail qardaşıgilə həmin malların ona aid olmadığını bildirərək qaynatası Mövludun nömrəsini vermiş, Şamil isə qardaşıgilə məsələnin ekspertiza idarəsində həll edilməsi üçün tövsiyələr vermiş, daha sonra məsələnin həll edilməsinə köməklik göstərəcəyini və malların ona məxsus olduğunu bildirmişdir. O, ifadəsində bildirmişdir ki, Şamil bir neçə dəfə qardaşıyla görüşmüş, hətta qardaşıyla danışan zaman Şamilə məxsus səs yazısı qeydə alınmışdır. Həmin səs yazısında Şamil malların ona aid olduğunu etiraf etmiş, məsələnin həllindən geri çəkilməyəcəyini bildirmiş, problemin həll edilməsi üçün ekspertiza mərkəzinə gedilməli olduğunu, orayla danışaraq dərmanların psixotrop maddə olmaması üçün danışıq aparılmalı olduğunu təklif etmişdir. O, ifadəsində malların qaçaqmalçılıq yolu ilə gətirilməsindən Şamil, Fuad və Mövludun xəbəri olduğunu, lakin həmin şəxslərin yalnız özlərinə aid olan malların qaçaqmalçılıq yolu keçiriləcəyindən əvvəlcədən məlumatlı olduqlarını bildirmişdir.(Cild İİ, iş vərəqə 213-215) Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2 və 240.3.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Xaçmazda meyvə satmaqla məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 vasitəsilə Rusiya Federasiyasına bir neçə dəfə pay göndəmişdir. Zamin axırıncı dəfə ona zəng vuraraq mal gətirdiyini, yükü olduğu təqdirdə gətirə biləcəyini, Mahacqalada və Azərbaycanda adamı olduğunu və rəsmi şəkildə gətirdiyini bildirmişdir. O, ona rəsmi şəkildə gətirəcəyi halda Bayram adlı şəxsdən özünə aid olan 2 qutu mal göndərəcəyini demiş və taksi sürücüsü Bayram aparıb ona vermişdir. Bundan sonra bir daha Zamin gəldikdən sonra onunla xəbərləşmişdir. Ona görə də ona Azərbaycan Respublikası CMnin 206-cı maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməmiş, həmçinin gətirdiyi dərmanları da maraqlanmışdır ki, daşıma şirkəti onları rəsmi şəkildə gətirə bilir. Fuadın arıqladıcı dərmanlarını da müstəntiq onun adına yazmış, ancaq onun o dərmanlarla heç bir əlaqəsi olmamışdır. Verilən suallara cavab olaraq bildirdi ki, Zamini 5-6 aydır ki, tanımış, bir-iki dəfə Xaçmazdan mal (pay) göndərmiş, Zamin də Rusiya Federasiyasından bir neçə dəfə konfet və s. gətirmişdir. O özü Moskvada olanda ona yığmış, o da kökəldici dərmanlar gətirməsini demişdir, çünki bilmişdir ki, həmin malların qaiməsi olmasa da, Zamin gömrük məntəqələrində tanışı olduğunu demişdir. Dərmanları Murad adlı şəxs vasitəsilə almışdır. O, Zaminə təxminən 2000 min manata yaxın pul verməli olmuş, dərmanların da dəyəri təxminən 6-7 min manat olmuşdur, kargo da elə o qiymətə gətirmişdir. Dərmanların sənədləri olmuş, lakin o sənədlər gömrükdə keçərli olmamışdır. Həmin mallardan iki dəfə kargo ilə gətirmişdir. Lakin kargo gec gəlmiş, həmin dərmanlar açıq satışda olmuşdur. Ayın 29-u o şəxslə danışmış, həmin şəxs isə demişdir ki, “başıma belə bir iş gəlib, nə kömək edə bilərsən mənə?” Sonra da atası və iki qardaşı ilə görüşmüşdür. Onun Fuad və Mövludun mallarından xəbəri olmamış, Bakıda maraqlananda problemli məsələ olduğunu görmüşdür.Qeyd etdiyi malları 4 manata almış, 7-8 manata satmışdır. Bir qutuda 600 ədəd olmuş, o da Binə-Sədərək ərazisində satmışdır, onların satışına icazə olmuşdur. Ona gətirdiyi dərmanın psixotrop maddə olduğunu demişlər, ancaq o da Qazaxıstandan maraqlanmış, sənədlər də almışdır ki, onların rəsmi satışına icazə var. Bayramla “fartsob” dərmanı, ümumiyyətlə dərman barədə danışmamışdır. “8000” sonluqlu nömrə ilə dərman barədə ona görə danışmışdır ki, ondan həmin dərmanların sənədlərini alsın. O həmin dərmanları satsa, təxminən 1000-1200 manat pul qazanmalı olmuşdur. Daşıma şirkəti qutunun birini 30 dollara gətirmişdir. 8000 sonluqlu nömrə ilə dərman barədə olan danışıqları hadisədən 4 ay sonraya aid olmuşdur. Onun dediyi 2 qutudakı mallar psixotrop maddə olmamışdır. O tutulandan sonra “fartzob” barədə maraqlanmış, Zaminlə malları necə rəsmiləşdirəcəyini soruşmamışdır. Bayram ona 14 qutu gətirmiş, onlar da Şamilin olmuşdur. O, Şamilə Gömrükdə adamı olduğunu, malları özü keçirdəcəyini deməmişdir. Ekspertiza ilə bağlı səs yazısı ona yox, Fuada məxsus olmuş, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu ona mümkün qədər yüngül cəza təyin olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində Azərbaycan Respublikası CM-nin 206.3.2 və 240.3.2-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 5-6 ay əvvəl (hadisə baş verən tarix üzrə) Rusiya Federasiyasından Azərbaycan Respublikasına ətir, qida məhsulu gətirən sürücü kimi tanımış və onunla dostluq münasibəti olmamış, 27 mart 2023-cü il tarixində Rusiya Federasiyası Dağıstan Respublikasında yaşayan tanışı Murad adlı şəxs ona “WhatsApp” adlı proqram vasitəsilə zəng edərək kökəldici xüsusiyyəti olan 2 ədəd karton qutuda olmaqla ümumi sayı təqribən 600 ədəd təşkil edən "Samyun Wan" adlı dərmanlarını Türkiyəyə göndərmək istədiyini demiş, Murad ondan həmin dərmanların Türkiyəyə aparılması üçün tanış sürücü olubolmadığını, olduğu təqdirdə ona kömək etməsini xahiş etmiş, bundan sonra, o, Zamin ilə əlaqə saxlayıb yük barədə məlumat vermiş, Zamin adlı şəxsdən rəsmi qaydada sənədlərə əlavə edə biləcəyi təqdirdə həmin malların Türkiyəyə aparılmasını xahiş etmiş, Zamin adlı şəxsin isə ona həmin yükü sənədlərə əlavə edəcəyinə görə problem yaranmayacağını bildirdiyini qeyd etmiş və 29 mart 2023-cü il tarixdə Zamin onunla əlaqə saxlayaraq malların X30 saxlanıldığını bildirmiş, Murad adlı tanışının mallarının Təqsirləndirilən şəxs1 idarə etdiyi “Volvo FH" markalı, 27AC002/27ZA353 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində olduğunu bilmiş, lakin həmin malların Zamin adlı şəxs tərəfindən yük müşayiət sənədlərinə əlavə edib-edilmədiyini bilməmiş, Zamin adlı şəxsin ona Murad adlı şəxsə məxsus mallara dair sənədləri gömrük bəyannaməsinə əlavə edəcəyini bildirdiyini qeyd etmiş, həmin işdə sadəcə olaraq vasitəçi olmuş və həmin qeyd etdiyi malların hamısının Murada məxsus olduğunu bilmiş və digər mallar barəsində isə heç bir məlumatı olmamış, həmçinin Rusiya Federasiyasının Xasavyurd şəhərində yaşayan Murad adlı şəxsi təqribən 7-8 ay əvvəl (hadisə baş verən tarix üzrə) tanımış və həmin şəxsin Dağıstan Respublikasında alqı-satqı işləri ilə məşğul olduğunu bilmiş, əvvəllər Təqsirləndirilən şəxs1 vasitəsi ilə Murad adlı şəxsə və ya əksinə Murad adlı şəxs ona Təqsirləndirilən şəxs1 vasitəsi ilə hər hansı mal göndərməmiş və Murad adlı şəxs ilə Təqsirləndirilən şəxs1 birbirilərini daha öncədən tanımadığını qeyd etmiş, “Samyun Wan" adlı dərmanları Təqsirləndirilən şəxs1 Murad adlı şəxs özü şəxsən deyil, sürücü vasitəsi ilə Zaminə təhvil verdiyini və həmin malları gömrük sənədlərinə əlavə etmək üçün Murad Zaminə təqribən 5 (beş) min rus rublu, həmçinin daşıma xərci kimi 10 (on) min rus rublu məbləğində vəsaitləri ödənişi həyata keçirilmiş, Zamin adlı şəxsin Murad adlı şəxsdən başqa hansı şəxslərdən əlavə yük götürməsindən məlumatı olmamış və yalnız Murad adlı şəxsə məxsus olan malların Türkiyə Respublikasına göndəriləciyini bilmiş və Təqsirləndirilən şəxs1 idarə etdiyi nəqliyyat vasitəsindən aşkar edilən və gömrük orqanına bəyan edilməyən malların içərisində ona aid hər hansı bir mal olmamış və malların aid olduğu şəxs barəsində məlumatsız olmuşdur.Təqsirləndirilən şəxs2 ifadəsində bidirmişdir ki, Mövlud adlı şəxslə yaxın tanışlığı olmamış və əslən Xudat şəhərində doğulan, daha sonra Dərbənd şəhərinə köçən, təqribən 45-50 yaşlarında olduğunu bildirdiyi Mövludla sonuncu dəfə 29-30 mart 2023-cü il tarixlərdə X30 saxlanması faktı barədə məlumat əldə etmək üçün zəng etmiş, Fuad adlı şəxslə də yaxın tanışlığı olmamış, həmin şəxslə təqribən 2 il əvvəl sadəcə 1 dəfə ona şəxsi istifadə üçün ətir göndərmək məqsədilə mobil telefon vasitəsilə danışmış, bundan əvvəl onunla hər hansı bir başqa əlaqələri olmayan Fuad adlı şəxsə heç bir mal göndərməmiş və 29-30 mart 2023-cü il tarixi aralığında X30 saxlanması faktı barədə məlumat əldə etmək üçün Fuad adlı şəxs ona zəng etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs2 ifadəsində bidirmişdir ki, qeyd edilən malların X30 saxlanılması faktı barəsində Zamin həmin mallar saxlanıldıqdan 1 gün sonra yəni 29 mart 2023-cü il tarixdə “WhatsApp" adlı proqram vasitəsilə zəng edərək özünün idarə etdiyi nəqliyyat vasitəsindən aşkar edilən və gömrük orqanına bəyan edilməyən malların saxlanıldığını, həmin malların buraxılması üçün ona kömək etməsini ondan xahiş etmiş, ondan Murad adlı şəxsə aid olan malların rəsmi olaraq gömrük sənədlərinə əlavə edilib-edilmədiyini soruşduqda gec olduğu üçün sənədləri ala bilmədiyini və Zamin adlı şəxs Təqsirləndirilən şəxs2 ona köməklik etmədiyi təqdirdə aşkar edilən bütün malların ona aid olması barədə onu günahlandırmağa çalışaraq özü ilə birgə onu da çətin vəziyyətə salacağını bildirmiş və 29-30 mart 2023-cü il tarixi aralığında X30 saxlanması faktı barədə məlumat əldə etmək üçün Fuad adlı şəxs ona zəng etmiş, ondan Zaminə gömrükdən keçirməsi üçün verdiyi və ona məxsus olan malların X30 saxlanılması faktının doğru olub-olmadığını soruşmuş, həmçinin Zamin Fuaddan X30 saxlanılan malların buraxılması pul istəmiş, Fuad Zaminə inanmadığı üçün ona istədiyi pulu göndərməmişdir. İlkin izahatında fikrini izah edə bilməməsi səbəbilə Zaminin Muraddan da pul istədiyini bildirmiş, ancaq Zamin adlı şəxs Murad adlı şəxsdən deyil, Fuad adlı şəxsdən köməklik göstərməsi üçün pul verməsini xahiş etmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs2 ifadəsində bidirmişdir ki, Mövlud adlı şəxs 29-30 mart 2023-cü il tarixində ona malların X30 saxlanması faktı üzrə məlumat əldə etmək üçün zəng edərkən artıq fakt üzrə məlumatlı olmuş və onun bu məlumatı necə əldə etdiyi barədə xəbəri olmamış, ondan yalnız Zaminin Mövludun özündən başqa kimlərdən mal götürməsi barədə məlumatlar soruşmuş, lakin Murad, Fuad, Mövlud adlı şəxslərin heç birinin bir-birilərindən xəbərləri olmamış, Təqsirləndirilən şəxs1 29 mart 2023-cü il tarixində verdiyi sorğu-sual protokolunda bildirdiklərinin tamamilə həqiqətə uyğun olmadığını bildirmiş və onun uzun müddətdir ki, əlaqəsi olmadığı Fuad adlı şəxsdən Zamin adlı şəxsin hər hansı bir malı təhvil alması barədə məlumatlı olmamış və Təqsirləndirilən şəxs1 idarə etdiyi nəqliyyat vasitəsinin ölkə ərazisində hərəkət trayektoriyası, malın təyinat yeri, gömrük orqanına bəyan etmədiyi və 28 mart 2023-cü il tarixdə idarə etdiyi nəqliyyat vasitəsində aşkar edilən malların hansı şəxslər tərəfindən götürüləcəyi barəsində məlumatsız olmuş, yalnız Murad adlı şəxsə aid olan dərmanların Türkiyə Respublikasına aparılacağı barəsində məlumatı olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etmişdir ki, Murad adlı şəxsə aid olduğunu bildirdiyi 2 ədəd karton qutuda olmaqla ümumi sayı təqribən 600 ədəd təşkil edən “Samyun Wan" adlı dərmanların kimə və harada təhvil verilməsi barəsində məlumatı olmamış və yalnız Murad adlı şəxsin xahişinə əsasən həmin dərmanların Türkiyə Respublikasına rəsmi qaydada olmaq şərti ilə aparılması üçün Zamin adlı şəxsi, Murad adlı şəxslə tanış etmişdir və fakt ilə əlaqədar ona 29 mart 2023-cü il tarixdə Murad zəng etmiş, 29-30 mart 2023-cü il tarixlərində isə Fuad və Mövlud adlı şəxslər bir-birilərindən xəbərsiz olaraq ona zəng etmiş və hər üç şəxs nəqliyyat vasitəsinin saxlanılması faktını dəqiqləşdirməyini ondan xahiş etmişdirlər, yalnız Murad adlı şəxsin malları İlə bağlı Təqsirləndirilən şəxs1 ilə razılığa gəlməsinə baxmayaraq mallar aşkar olunduqdan sonra Fuad və Mövlud adlı şəxslərin Təqsirləndirilən şəxs2 ilə əlaqə saxlamasına səbəb olaraq həmin şəxslər ilə danışıb məsələni dəqiqləşdirdikdən sonra onunla əlaqə saxlamış və ehtimal etmişdir ki, Fuad və Mövlud adlı şəxslərin əlaqə saxladıqları şəxslər baş vermiş faktla əlaqədar onun məlumatlı olduğunu Fuad və Mövlud adlı şəxslərə dedikləri üçün həm Fuad, həm də Mövlud daha sonra onun ilə əlaqə saxlamış, fakt aşkar edildikdən sonra Təqsirləndirilən şəxs1 ilə o birbaşa əlaqə saxlamadığını və hadisə baş verdikdən sonra 29 mart səhər saat 06 radələrində Zamin özü, həmçinin 29 və 30 mart tarixlərində, Zaminin qardaşı onunla əlaqə saxlamış, daha sonra Zaminin qardaşının xahişi ilə 30 mart 2023-cü il tarixdə Sumqayıt şəhərinin girişində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Zaminin atası və iki qardaşı ilə görmüş və Zaminə yardım etməklə bağlı söhbət edərkən Zaminin qardaşı ona söyləmişdir ki, baş vermiş fakt üzrə onun, Fuad və Mövlud adlı şəxslərin adlarının hallandığını, Fuad və Mövlud adlı şəxslərin kömək etmədiyi təqdirdə məsuliyyət onun üzərinə qalacaqdır və o, isə cavabında baş vermiş fakt üzrə sadəcə onları əlaqələndirdiyini söyləmiş, Murad adlı şəxsin adını birbaşa çəkməsə belə, ona aid olan malların rəsmi qaydada daşınması üçün Zamin ilə danışıldığını Zaminin qardaşına deyərək məsələ üzrə onun heç bir aidiyyətinin olmadığını, Fuad və Mövlud ilə özlərinin danışmalı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etmişdir ki, qaçaqmalçılıq yolu ilə hər hansı bir malın Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsində iştirak etməmiş və onun Təqsirləndirilən şəxs1 qarşı heç bir qərəzli münasibəti olmamışdır. Təqsirləndirilən şəxs2 ifadəsində Təqsirləndirilən şəxs1 telefon vasitəsi ilə onun mobil telefonuna hadisə baş verdikdən sonra 29 mart 2023-cü il tarixdə saat 06:05-də, 29 mart 2023-cü il tarixdə saat 06:44-də, 29 mart 2023-cü il tarixdə saat 07:46, 29 mart 2023-cü il tarixdə saat 07:49-da zəng etməsinə münasibət bildirərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 ondan baş vermiş hadisə ilə bağlı köməklik istəmiş, o isə həmin məsələ ilə bağlı olmadığını və yalnız onları bir-birilə əlaqələndirməkdə vasitəçi olduğunu söyləyərək bu məsələ ilə bağlı malın sahibindən soruşmasını təklif etmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 isə ona köməklik etmədiyi təqdirdə onun adını da araşdırmaya bildirib ona problem yaradacağını bildirmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs2 məxsus mobil telefona baxış keçirilərkən onun bir sıra şəxslər dərman vasitələrinin alqı-satqısı, Azərbaycan Respublikasına gətirilməsi ilə bağlı danışıqlar apardığı müəyyən edilmiş, göstərilən faktlar Təqsirləndirilən şəxs2 təqdim edilən zaman o, ifadəsində Rusiya Federasiyasından Azərbaycan Respublikasına tanımadığı Daşıma şirkətiyla bir neçə dəfə “Samyun Van” adlı dərman vasitəsi gətirdiyini, 1 qutusunda 300 ədəd olduğunu, həmin dərmanları Sədərək ticarət mərkəzində topdan satdığını bildirmişdir.(Cild İİ, iş vərəqə 175- 179) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttində növbədə olduğu zaman, təqribən saat 08 radələrində “VOLVO FH" markalı nəqliyyat vasitəsilə daxil olan Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 postun idxal gömrük nəzarəti zonasına daxil olmuşdur. Təqsirləndirilən şəxs1 idarə etdiyi “nəqliyyat vasitəsi ilə Rusiya Federasiyasından Türkiyə Respublikasına tranzit qaydada yük apardığı ona məlum olmuşdur. Rəhimov X11 Zamin Azər oğlunun idarə etdiyi nəqliyyat vasitəsinə gömrük yoxlaması aparılması üçün “Samur” gömrük postunun inspektoru Şahid3 və həmin postun baş müfəttişi Şahid2 yoxlamada iştirak etmək üçün məlumatlandırmışdır. Yoxlama başlamazdan əvvəl Təqsirləndirilən şəxs1 hüquq, vəzifələri və məsuliyyəti izah edilməklə gömrük nəzarətinə bəyan edilməli mallarının olub-olmadığı soruşulmuşdur. Barəsində müvafiq hərəkət aparılan şəxs Təqsirləndirilən şəxs1 tranzit qaydada apardığı yüklərə dair sənədləri təqdim edərək nə üzərində, nə də idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətinə bəyan olunmalı hər hansı əlavə predmetlərin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 idarə etdiyi nəqliyyat vasitəsinin yük yerindəki Rusiya Federasiyası, Moskva şəhəri, Krılatskaya küçəsi 17 к 2 ünvanında qeydiyyatda olan "xxxx" MMC-dən Türkiyə Respublikası, İstanbul şəhəri, X9, Kiçik Halkalı küçəsi 2655 No: 1-3 ünvanında qeydiyyatda olan “UGL antrepo" MMC-yə tranzit qaydada gedən 9648 qutuda, 16339 kq çəkidə 5568868.14 Rusiya rublu dəyərində "gigiyenik vasitələr" yükünə keçirilmiş gömrük yoxlaması zamanı mal müşayiət sənədlərində qeyd edilməyən üzərində müxtəlif yazılar olan və hər birinin tərkibində müxtəlif sayda kapsullar olan 10 minə yaxın qutu, üzərində müxtəlif yazılar olan və hər birinin tərkibində 100 ədəd kapsul olan təxminən 370 ədəd paket, üzərində müxtəlif yazılar olan təxminən 1200 ədəd flakon, 16 ədəd rulon, təxminən 1200 ədəd flakonda üzərində heç bir yazısı olmayan maye, 16 rulon üzərində müxtəlif yazılar olan stikerlər, 362 ədəd plastik qab, 400 ədəd karton qutu, 350 ədəd ağ karton kağız aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin baş müfəttişi Şahid2 ifadəsində göstərdi ki, o, 28 mart 2023-cü il tarixdə “Samur” gömrük postunda növbədə olduğu zaman, təqribən saat 08 radələrində baş inspektor Rəhimov X11 Zamin Azər oğlunun idarə nəqliyyat vasitəsinə gömrük yoxlaması aparılması üçün ona və “Samur” gömrük postunun inspektoru Şahid3 yoxlamada iştirak etmək üçün məlumat vermişdir. Yoxlama başlamazdan əvvəl Təqsirləndirilən şəxs1 gömrük nəzarətinə bəyan edilməli mallarının olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs1 tranzit qaydada apardığı yüklərə dair sənədləri təqdim edərək nə üzərində, nə də idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətinə bəyan olunmalı hər hansı əlavə predmetlərin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 idarə etdiyi nəqliyyat vasitəsinin yük yerindəki Rusiya Federasiyasında qeydiyyatda olan "Conson&Conson” MMC-dən Türkiyə Respublikasında qeydiyyatda olan "xxxx" MMC-yə tranzit qaydada gedən təxmini 10 min qutuda, 16 min kq çəkidə təxmini 5 milyon 500 min Rusiya rublu dəyərində “gigiyenik vasitələr” yükünə keçirilmiş gömrük yoxlaması zamanı mal müşayiət sənədlərində qeyd edilməyən üzərində müxtəlif yazılar olan və hər birinin tərkibində müxtəlif sayda kapsullar olan 10 minə yaxın qutu, üzərində müxtəlif yazılar olan və hər birinin tərkibində 100 ədəd kapsul olan təxminən 370 ədəd paket, üzərində müxtəlif yazılar olan təxminən 1200 ədəd flakon, 16 ədəd rulon, təxminən 1200 ədəd flakonda üzərində heç bir yazısı olmayan maye, 16 rulon üzərində müxtəlif yazılar olan stikerlər, 362 ədəd plastik qab, 400 ədəd karton qutu, 350 ədəd ağ karton kağız aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə gecə vaxtı qardaşı Samir Osmanov ona mobil nömrədən zəng edərək Təqsirləndirilən şəxs1 gömrükdə saxlanıldığını bildirmiş, sonra o qardaşı Təqsirləndirilən şəxs1 zəng edərək onun nəyə görə saxlanıldığını öyrənmiş, o da bəzi dərmanların nəqliyyat vasitəsindən aşkar edildiyini bildirmiş və Şahid4 həmin malların sahibi ilə maraqlanmış, həmin vaxt qardaşı ona Xaçmaz rayonunda yaşayan Rəfail adlı şəxsin nömrəsini verərək həmin şəxsin mallarla maraqlandığını bildirmiş, o, da Rəfail adlı şəxsiə zəng edərək Təqsirləndirilən şəxs1 qardaşı olduğunu bildirmiş və qardaşının tutulması ilə əlaqədar olaraq onunla görüşmək istəyini bildirmiş, daha sonra isə 29 mart 2023-cü il tarixdə Sumqayıt şəhərində, Azpetrol yanacaq doldurma məntəqəsinin yanında o, qardaşı Samir Osmanov və atası Azər Osmanov ilə birlikdə Rəfail adlı şəxsi gözləmiş, həmin vaxtı Rəfail adlı şəxs Şamil adlı bir nəfərlə gəlmiş, sonra isə onlar həmin şəxslərdən o malların kimə məxsus olduğunu soruşmuş, bu zaman Rəfail adlı şəxs ona bildirmişdir ki, həmin qaçaqmalçılıq yolu ilə gətirilmiş mallar Rusiya Federasiyasında yaşayan Fuad adlı şəxs, qaynatası Mövlud adlı şəxsə və yanında gələn Şamil adlı şəxsə aid olmuş, ümumilikdə daha sonra Rəfail ona özünün həmin malların sahibi olmadığını qeyd etmiş, görüş zamanı Şamil adlı şəxs onlara ilkin olaraq həmin malların içərisində 4-5 qutusu ona məxsus olduğunu bildirsə də, lakin daha sonra ümumilikdə 14-15 qutuda olan dərman preparatlarının ona məxsus olduğunu bildirmiş, daha sonra dövlət büdcəsinə ödənilməli olan vəsaitlə bağlı mal sahiblərinin pul verməsi məsələsini onlarla müzakirə etmiş, həmin şəxslər razılaşmış, bununla yanaşı, Şamil onun, atasının, qardaşının və Rəfailin yanında Təqsirləndirilən şəxs1 nəqliyyat vasitəsindən aşkar edilmiş dərman preparatlarını ekspertiza tədqiqatları üçün Sahil metrosu yanında yerləşən ekspertiza idarəsinə göndərəcəklərini və həmin dərmanların içərisində pisxotrop tərkibli maddələrin olma ehtimalına görə həmin ekspertiza idarəsindən adam tapıb oradan psixotrop tərkibli maddə olmaması ilə bağlı rəy almağın lazım olduğunu bildirsə də, qardaşı Samir Osmanov ona ekspertiza tədqiqatına müdaxilə edə bilmədiyini bildirmişdir. O, qardaşı Samirlə Şamil adlı şəxs arasında olan səs yazılarını istintaqa təqdim etmiş, həmin hadisədən 3-4 gün sonra Şamil adlı şəxsin ona və qardaşı Samirə zəng edərək, Bakı şəhərində adam tapdığını 35000 manat müqabilində qardaşının məsuliyyətdən yayınması məsələsini həll edə biləcəklərini bildirmiş, onlar yalnız qardaşının məsuliyyətdən azad olmasını istədiyini kimə nə qədər pul vəsaiti veriləcəyinin onlara maraqlı olmadığını bildirdikdən sonra Şamil onlara zəng edərək həmin məsələni həll edə bilməyəcəyini qeyd etmişdir. Həmin görüşdən əlavə Şamil qardaşı Samirlə əlavə olaraq 2 dəfə görüşmüş, daha sonra Şamil məsuliyyətdən yayınmaq üçün həmin malların Murad adlı Rusiyada yaşayan şəxsə aid olduğunu bildirdiyini öyrənmişdir. Qardaşı Təqsirləndirilən şəxs1 ilkin izatında Şamil, Fuad və Mövlud adlı şəxslərin adlarını bildirdisə də daha sonra həmin şəxslərin adını çəkməyərək həmin malların onlara aid olmadığını bildirmişdir. Həmçinin Şahid4 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 nəqliyat vasitəsindən aşkar edilən dərman preparatları və qida əlavələri Şamil, Fuad və Mövlud adlı şəxslərə məxsus olmuş, Rəfail adlı şəxsin həmin malların sahibi olub-olmadığı barədə məlumatı olmamış, sadəcə olaraq Mövlud adlı şəxsin yeznəsi olduğunu və həmin məsələylə bağlı onlar ilə söhbət etməyə gəldiyini bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X26 və X23 eyni məzmunlu ifadələr verərək Şahid4 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etdilər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 təxminən bir ildən çox müddətə tanımış, həmin şəxs Rusiya Federasiyası və Azərbaycan Respublikası üzrə yükdaşıma fəaliyyəti ilə məşğul olmuş, onun Rusiya Federasiyasında yaşayan qaynatası Mövlud İsmayılov dəfələrlə Təqsirləndirilən şəxs1 vasitəsi ilə onlara və Xudat şəhərində olan evlərinə ərzaq və qeyriərzaq malları göndərmiş, o da həmin yükləri Zamin adlı şəxsdən götürmüş və buna görə də onunla münasibəti yaranmış, X13 hər hansısa şəxs vasitəsilə yük göndərən zaman bu barədə əvvəlcədən ona məlumat vermişdir. 2023-cü ilin mart ayının sonlarında təxminən səhər tezdən Təqsirləndirilən şəxs1 ona zəng etmiş, o isə bu zəngin qaynatası X19 Federasiyasından ərzaq və ya qeyri-ərzaq göndərməsi ilə bağlı olduğunu zənn etmiş, telefon danışığı zamanı Təqsirləndirilən şəxs1 ona gömrükdə malların tutulduğunu, həmin malların Mövlud, Şamil və Fuad adlı şəxslərə məxsus olduğunu bildirmiş və ondan qaynatası və Şamil adlı şəxslə əlaqə saxlamağı, ona köməklik etməli olmaqlarını deməsini xahiş etmiş, o da Təqsirləndirilən şəxs1la münasibəti olduğu üçün həmin şəxslərlə əlaqə saxlamış və Şamili Xudat şəhərində yaşayan sakin kimi tanımış, daha sonra o Şamil adlı şəxsin evinə getmiş, Şamil adlı şəxsə Təqsirləndirilən şəxs1 onu axtardığını, onunla əlaqə saxlamasını dediyini bildirdikdən daha sonra qaynatası Mövlud onunla əlaqə saxlamış, Zaminin ona zəng etdiyini və gömrükdə saxlanıldığını ona bildirmiş, o, Zaminə inanmadığı üçün onun həqiqətəndə gömrükdə saxlanılıb-saxlanılmadığını onunla dəqiqləşdirmiş, sonra Zamin ona zəng edərək Şamili də götürüb qardaşları iə görüşməyə aparmasını ondan xahiş etmiş, o da həm taksi sürücüsü kimi, həm də qaynatası Mövlud adlı şəxsində malı olduğu üçün Şamil adlı şəxsi də götürüb Təqsirləndirilən şəxs1 qardaşları və atasıyla görüşməsi üçün Sumqayıt şəhərinə aparmış, "Azpetrol" yanacaq doldurma məntəqəsinin yanında Təqsirləndirilən şəxs1 atası və qardaşları ilə Şamil adlı şəxsi görüşdürmüşdür. Bundan əlavə, Şahid5 ifadəsində bildirmişdir ki, o həmin şəxslərə qaynatası Mövlud adlı şəxsin həmin mallar arasında malı olduğunu bildirmiş və Mövlud İsmayılovun nömrəsini əlaqə saxlamaq üçün həmin şəxslərə vermiş, həmin vaxtı Şamil adlı şəxs ilə həmin şəxslər arasında müzakirələr getmiş, lakin o kənarda durduğu üçün söhbətlərin məzmunun tam xatırlamamış, sadəcə Şamil adlı şəxsin Təqsirləndirilən şəxs1 nəqliyyat vasitəsində malının olduğunu, daha sonra növbəti günlərdə Təqsirləndirilən şəxs1 qardaşı ona zəng edərək Şamil adlı şəxsin gələcəyini, məsələnin həll ilə bağlı qaynatasına bildirmək üçün onun da həmin müzakirələrdə iştirak etməsini xahiş etmiş, o da həmin vaxt ora getmiş, məsələnin həll edilməsi üçün 50000 manat pul lazım olduğunu ona və Şamil adlı şəxsə bildirmiş, o da həmin məsələni qaynatası Mövlud adlı şəxsə deyəcəyini bildirmiş və qaynatası Mövlud adlı şəxsə dedikdən sonra Mövlud adlı şəxs həmin məbləğdə kömək etmək üçün pulunun olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 ona Təqsirləndirilən şəxs1 nəqliyyat vasitəsindən aşkar edilmiş dərman preparatı və ya qida əlavəsinin Rusiya Federasiyasında yaşayan '‘Murad" adlı şəxsə məxsus olması, Təqsirləndirilən şəxs2 da sadəcə vasitəçi olması, həmin nəqliyyat vasitəsində ona məxsus hər hansı bir dərman preparatı və ya qida əlavəsinin olmaması barədə məlumat verməmişdir. Onun Təqsirləndirilən şəxs1 idarə etdiyi nəqliyyat vasitəsindən xx.xx.2023-cü ildə aşkar edilmiş dərman preparatı və ya qida əlavəsinin içərisində hər hansı bir malı olmamış, sadəcə olaraq qaynatası Mövlud adlı şəxsə aid malı olmuş, lakin həmin malın adını bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs2 Xaçmaz rayonu, Xudat qəsəbəsində yaşayan şəxs kimi tanımış, onunla dostluq münasibətləri olmamış, 2023-cü ilin avqust ayın əvvəllərində Rusiya Federasiyasında yaşayan Raqim adlı şəxs ona Rusiya Federasiyasında olan operatora məxsus mobil nömrədən “WhatsApp” proqram vasitəsi ilə dərman vasitələrinə məxsus 4-5 foto şəkil göndərmiş və Şamilin nömrəsinin onda olmadığını əsas gətirərək həmin şəkilləri Şamilə verməyi xahiş etmiş, o, da həmin şəkilləri Şamilə göndərmiş, həmin şəkillərə baxan zaman çoxlu dərman vasitələrinin şəkilərini görmüş və çox narahat olmuş, daha sonra Təqsirləndirilən şəxs2 zəng edərək həmin şəkillərdən narahat olduğunu bildirmiş, Şamil ilə şəkillərdən narahat olmamağı ona bildirmiş və daha sonra şəkilləri pozmağı xahiş etmiş, şəkilləri ona göndərib telefonundan pozmuş, həmin şəkillərin nə məqsədlə Şamilə göndərildiyini bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs2 Xaçmaz rayonu, Xudat qəsəbəsində yaşayan şəxs kimi tanımış, şəxsi münasibəti olmamış, əvvəllər əczaçılıq fəaliyyəti ilə məşğul olduğu üçün Şamil bir neçə dəfə ondan dərman vasitələrinin qiymətlərini soruşmuş, həmin şəxs sonuncu dəfə 15 avqust 2023-cü il tarixdə ***-***-**-** nömrəyə “WhatsApp" proqramı vasitəsi ilə “Kaftrio" və “Kalisor” deyilən dərmanların fotolarını göndərərək həmin dərmanların Azərbaycan Respublikasında satışının olub-olmamasını maraqlanmağı ondan xahiş etmiş, maraqlanmaq üçün əczaçı tanışına həmin fotonu göndərsə də həmin şəxs ona həmin dərmanlar barədə məlumat verməmiş, əvvəllər əczaçılıq fəaliyyəti ilə məşğul olsa da həmin "Kaftrio" və "Kalisor” deyilən dərmanlan Azərbaycan Respublikasında satışda görməmiş, həmin şəxsin nəyə görə həmin dərmanlarla maraqlanması barədə ona heç bir söz deməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “malların və nəqliyyat vasitələrinin yoxlanılması haqqında” 28 mart 2023-cü tarixli protokoldan görünür ki, Şimal Ərazi Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən xx.xx.2023-cü il tarixdə, təqribən saat 08 radələrində “Samur” gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 idarə etdiyi "Volvo FH” markalı, 27AC002/27ZA353 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerindəki Rusiya Federasiyası, Moskva şəhəri, Krılatskaya küçəsi 17 к 2 ünvanında qeydiyyatda olan "xxxx" MMC-dən Türkiyə Respublikası, İstanbul şəhəri, X9, Kiçik Halkalı küçəsi 2655 No: 1 -3 ünvanında qeydiyyatda olan "xxxx" MMC-yə tranzit qaydada gedən 9648 qutuda, 16339 kq çəkidə 5568868.14 Rusiya rublu dəyərində “gigiyenik vasitələr” yükünə keçirilmiş gömrük yoxlaması zamanı mal müşayiət sənədlərində qeyd edilməyən üzərində “Daclavirocyrl” yazısı olan 3 qutu (hər qutuda 2 konvalyut hər konvalyutda 14 tablet), üzərində “Fatzorb” yazısı olan 521 qutu (hər qutuda 36 kapsul), üzərində “Fatzorb Premium” yazısı olan 1020 qutu (hər qutuda 36 kapsul), üzərində “Сжигание Жира Бомбы” yazısı olan 95 qutu (hər qutuda 30 kapsul), üzərində “Stanozol” yazısı olan 96 paket (hər paketdə 100 tablet), üzərində “Anavar” yazısı olan 95 paket (hər paketdə 100 tablet), üzərində “Methanol” yazısı olan 48 paket (hər paketdə 100 tablet), üzərində “Turinabol” yazısı olan 86 paket (hər paketdə 100 tablet), üzərində “X39 Ultra” yazısı olan 594 qutu (hər qutuda 36 kapsul), üzərində “Tawon Liar” yazısı olan 4 qutu (hər qutuda 2 ədəd plastik qab, hər plastik qabda 40 kapsul), üzərində “Mpiviropack” yazısı olan 6 qutu (hər qutuda 28 tablet), üzərində “Neofin 3,4mg/1 mL” yazısı olan 27 qutu (hər qutuda 2 flakon), üzərində “Lipotrim” yazısı olan 50 qutu (hər qutuda 36 kapsul), üzərində “Wonderful Honey” yazısı olan 3 qutu (hər qutuda 13 paket), üzərində "Samyun Wan” yazısı olan 6540 qutu (hər qutuda 20 kapsul), üzərində “LYKA (Anastrozol-1)” yazısı olan 42 plastik qab (hər plastik qabda 30 tablet), üzərində “RED GİNSENG” yazısı olan 229 qutu (hər qutuda 30 kapsul), üzərində “X4 Macun” yazısı olan 898 qutu, üzərində “X2 100mg/ml” yazısı olan 151 flakon, üzərində “Nandrolone Decanoate 200mg/ml” yazısı olan 18 flakon, üzərində “Boldenone Undecylenate 300тд/тГ yazısı olan 142 flakon,üzərində "Nandrolone Phenylpropionate 100mg/ml” yazısı olan 45 flakon, üzərində “Testosterone Cypionate 200тд/тГ yazısı olan 100 flakon, üzərində “Testosterone Propinate 75mg/ml” yazısı olan 80 flakon, üzərində “Trenbolone Enanthate 175mg/ml” yazısı olan 48 flakon, üzərində “Trenbolone Acetate75mg/ml" yazısı olan 58 flakon, üzərində “Testosterone Enanthate 200тд/тГ yazısı olan 119 flakon, 637 flakonda üzərində heç bir yazısı olmayan maye, 400 ədəd üzərində “Neofin” yazısı olan karton qutular, 350 ədəd üzərində heç bir yazısı olmayan ağ karton kağız, 320 ədəd üzərində heç bir yazısı olmayan şəffaf plastik qab, 4 rulon üzərində “Neofin/Neofın” yazısı olan, 8 rulon üzərində “Neofin Aqua” yazısı olan, 4 rulon üzərində “www.neofin.bio verification" yazısı olan stikerlər aşkar olunaraq protokol əsasında götürülmüşdür.(Cild /, iş vərəqə 10-13) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “mobil telefona baxış keçirilməsi haqqında” 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 hadisə baş verən müddətdə istifadəsində olan 070 *** ** ** nömrədən 29 mart 2023-cü il tarixdə saat 06:05-də ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan +994 70 *** ** ** mobil telefon nömrəsinə zəng etmiş, lakin həmin zəng cavablandırılmamış, daha sonra 29 mart 2023-cü il tarixdə saat 06:44-də həmin nömrə ilə 7 dəqiqə 46 saniyə müddətində danışıqlar həyata keçirilmiş, 29 mart 2023-cü il tarixdə saat 07:46-da həmin nömrəyə birdaha zəng edilmiş, 02 dəqiqə 13 saniyə müddətində danışıqlar aparılmış, 29 mart 2023-cü il tarixdə saat 07:49-də zəng edilərək 00 dəqiqə 17 saniyə müddətində danışıq aparılmışdır. Bununla yanaşı, baxış zamanı müyyən edimişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********0 ilə “WhatsApp" proqramı vasitəsi ilə adını "Dima" olaraq qeyd etdiyi lakin X5 məxsus olduğunu bildirdiyi +**********4 saylı mobil telefon nömrə ilə 11 avqust 2022, 26 avqust 2022, 2 dekabr 2022, 6 dekabr 2022, 6 dekabr 2022, 6 dekabr 2022, 8 dekabr 2022 (3 dəfə), 9 dekabr 2022 (3 dəfə), 27 mart 2023-cü il tarixdə saat 11:20, 27 mart 2023-cü il tarixdə 17:38, 19:35, 19:41, 19:48, 22:44 danışıqlar aparılmışdır.(Cild İ, iş vərəqə 35-36) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Səs yazısına baxış keçirilməsi və CD-yə əlavə edilməsi haqqında” 9 iyun 2023- cü il tarixli protokoldan görünür ki, “WhatsApp” proqram təminatı vasitəsi ilə nəqliyyat vasitəsi saxlanılmamışdan əvvəl Təqsirləndirilən şəxs1 X7 “Nə var ona ver, qoy o gətirsin, mənim yanıma niyə gəlirsən, deyirəm heç kim heç kimi görməsin, gözdən tük çəkirlər, deyir elə gəlim, gələndə nə olacaq ki, əsas işimizi həll edək" məzmunlu səsli mesaj, nəqliyyat vasitəsi saxlanıldıqdan sonra isə “Axşamın xeyir, ay Fuad, nətərsən? Nə var nə yox? Fuad sabah qardaşımgil gedirlər danışmağa, dəqiq gedib danışacaqlar, Şamilqildə gedəcək yəqin ki, bütün dəqiqliyi ilə qiymət danışılacaq, orda bütün mal götürmək şərti ilə, nədi nə deyil bu məsələ həll olunmağı üçün, olacaq olacaq, olmuyacaq qardaş mən evimi satıb canımı qurtaracam, malınızda nə olar olar, yaxın durmuyazsızsa elə olacaq" məzmunlu mesajlar göndərilmişdir.(Cild İİ, iş vərəqə 14-15) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Səs yazısına baxış keçirilməsi və elektron daşıyıcının iş materiallarına əlavə edilməsi haqqında” 20 iyun 2023-cü il tarixli protokoldan görünür ki, X26 ilə Təqsirləndirilən şəxs2 arasında həyata keçirilən telefon danışığı zamanı X37 Poladova "Sən deyirsən mənimdə malım olubdu, o birisi deyir mənimdə malım olubdu, 3-4 nəfərin malı var düzdü?", Təqsirləndirilən şəxs2 isə Samir Osmanova cavabında “Hə 4 nəfərdi hə”, X37 Poladova “İndi bu dörd nəfərində hamısı bilib ki bu nə yolnan gəlibdi, indi demisiz, o da bir qismət çörək puluna görə deyib ki, hə, risk edib çörək puluna görə, amma indi hamı da əlini daşın altına qoymalıdı, malın azına və ya çoxuna baxmır uje, o birisilərə də denən indi orda 1 kq olsun və ya 5 kq olsun onun fərqi yoxdu”, Təqsirləndirilən şəxs2 isə Samir Osmanova cavabında “Mən yenə də deyirəm ki, mən geridə qalmıram, mən geridə qalmıram, nədirsə 4 nəfər birləşib çıxardarıq, başa düşdün, o bir nəfəri çıxartmaq olmur” Samir Osmanov isə Təqsirləndirilən şəxs2 “Bir nəfərlik ömürboyu ola bilməz, bu özü-özünə gətirmiyib ki, burda mağazası yoxdur ki, telefon danışıqları var, hamısı da bilinir. Uşaq oyuncağı deyil ki, Zamin dünəndən bu günə heç kəsin adın demir ki, fikirləşir ki İndi nə olar" Təqsirləndirilən şəxs2 isə Samir Osmanova “Orda bilirsən nə lazımdır, sənəd almaq lazımdır ki, tərkibində psixotrop yoxdu” Samir Osmanov isə Təqsirləndirilən şəxs2 “Onu özləri verəcək e, laboratoriyaya götürüblər, onun cavabı çıxacaq, onu sən mən verə bilmərik, o sənlik mənlik deyil," Təqsirləndirilən şəxs2 isə Samir Osmanova “Bilirəm e, onların əllərinə düşəndə onlar olsada olmasa da yazırlar onlar” demişdir.(Cild İİ, iş vərəqə 85-86) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “CD-yə baxış keçirilməsi haqqında" 8 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrənin “Anten” məlumatlarına əsasən Təqsirləndirilən şəxs2 həqiqətəndə hadisə baş verdikdən 1 gün sonra, yəni 29 mart 2023-cü il tarixdə saat 09:15-dən saat 10:36-dək Sumqayıt şəhərində olmuş, Təqsirləndirilən şəxs1 qardaşları və atası ilə görüşmüşdür. Bununla yanaışı, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan 070-251- 61-72 nömrə ilə X15 istifadəsində olan ***-***-**-** nömrə arasında ümumilikdə 6 dəfə danışıq həyata keçirilmişdir. Həmin zənglər üzrə 5 dəfə Təqsirləndirilən şəxs2 X21 zəng etmiş, yalnız 1 dəfə X1 Şamil Ramiz oğluna telefon vasitəsi ilə zəng etmişdir. Belə ki, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrədən X15 istifadəsində olan ***-***-**-** nömrəsinə xx.xx.2023-cü il tarixdə saat 22:03:34-də zəng edərək 775 saniyə (13 dəqiqə), xx.xx.2023- cü il tarixdə saat 11:59:43-də zəng edərək 118 saniyə, xx.xx.2023-cü il tarixdə saat 14:47:08 zəng edərək 82 saniyə, xx.xx.2023-cü il tarixdə saat 14:51:07 zəng edərək 14 saniyə, xx.xx.2023-cü il tarixdə saat 14:52:00 zəng edərək 40 saniyə, xx.xx.2023-cü il tarixdə saat 15:15:52 zəng edərək 10 saniyə danışıq həyata keçirmiş, X26 isə istifadəsində olan ***-***-**-** nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrəyə xx.xx.2023-cü il tarixdə saat 15:18:12 zəng edərək 27 saniyə danışıq həyata keçirmişdir.(Cild İİ, iş vərəqə 130-133) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “mobil telefona baxış keçirilməsi haqqında" 24 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 müxtəlif şəxslərə ayrı-ayrı dərman vasitələrinin fotoşəkillərini göndərərək onların qiymətləri ilə maraqlanmış, digər şəxslərdən dərman vasitələri, o cümlədən hazırki cinayətin predmeti olan güclü təsiredici maddələr barədə məlumatlar, fotolar əldə etmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 ifadəsində ona Rusiya Federasiyasında dərman vasitələrini vermiş Təqsirləndirilən şəxs2 adamı kimi göstərdiyi “Bayram" adlı şəxsin adını Təqsirləndirilən şəxs2 mobil telefonunda “Bayram Gigi" kimi qeyd etmiş və həmin şəxs istifadə etdiyi +7***-***-**-** nömrədən onun istifadə etdiyi ***-***-**-** nömrəyə “WhatsApp" proqramı təminatı vasitəsi ilə xx.xx.2023cü il tarixdə “Dedim İstanbuldayam, maraqlı şeylər var Bakıya zada göndərməyə” məzmunlu mesaj göndərmiş, Təqsirləndirilən şəxs2 isə ona “Eşidirsən məni, Deyirəm ki, Türkiyədən yol var yaxşı, Daşıma şirkəti var, adam var, mal gətirir Bakıya, bax ordan sərf edən nəysə olsa, Türkiyədən Bakıya gətirməyə, Dağıstana aparmağa, adamlar var, orda arıqladan mallar varıydı” məzmunlu mesaj göndərmiş,daha sonra xx.xx.2023-cü il tarixdə “Krestor” adh dərman vasitəsinin fotosunu göndərmiş, Bayram adlı şəxs isə ona xx.xx.2023-cü il tarixdə “1 ədədi 10$, 1 həftə 10 günə 200 ədədi Moskvada toplana bilər, hissə-hissə sərnişinlə gedəcək” məzmunlu mesaj göndərmişdir. Danışığın məzmunundan görünür ki, Bayram adh şəxs Təqsirləndirilən şəxs2 razılığına uyğun olaraq Türkiyə Respublikasından Rusiya Federasiyasına gömrük rəsmiləşdirilməsindən keçmədən sərnişinlərə hissə-hissə verməklə 1 həftə ərzində 200 ədəd "Krestor" adlı dərmanın göndərilməsi barədə danışıqlar aparırlar. Baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** nömrənin istifadəçisi Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** nömrəyə “WhatsApp" proqramı təminatı vasitəsi ilə xx.xx.2023-cü il tarixdə külli miqdarda dərman vasitələrinin fotolarını göndərmiş, Təqsirləndirilən şəxs2 isə ona “Hə vsyo, bu biri, indi “Fatzobun” (güclü təsiredici maddə) şəklini at, birdə “Red”in” məzmunlu mesaj göndərmiş, həmin şəxs isə ona külli miqdarda dərman vasitələri, o cümlədən “Fatzobun" fotolarını göndərmiş, Təqsirləndirilən şəxs2 isə ona “Üçkünclər var e, varsa ondan da at, yoxdursa bir dənə “Red”lərdən at ” məzmunlu mesaj göndərmiş, həmin şəxs isə ona “Şamil “Red”lər qalmıyıb, bunlarda sənin vatsapında qalanlardı, “Red”ləri pozmuşam, bunları da pozacam” Təqsirləndirilən şəxs2 isə ona “Oldu, poz” məzmunlu mesaj göndərmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadə etdiyi 070-251- 61-72 nömrədən adını “Afiq” kimi qeyd etmiş ***-***-**-** nömrənin istifadəçisinə “WhatsApp” proqramı təminatı vasitəsi ilə xx.xx.2023-cü il tarixdə “Afiq salam, səndən bir şey xahiş edim, sənə dərman şəkli atıram, onun Türkiyədən qiymətin soruşda xahiş edirəm” məzmunlu mesaj göndərmiş, həmin şəxs isə ona “90 list 337 TL, 28 list olan isə 134 TL” məzmunlu mesaj göndərmiş, Təqsirləndirilən şəxs2 isə ona dərman vasitələrinin fotolarını göndərmişdir. Bununa yanaşı, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** nömrədən adını "Amil Aptek" kimi qeyd etmiş ***-***-**-** nömrənin istifadəçisinə “WhatsApp" proqramı təminatı vasitəsi ilə xx.xx.2023-cü il tarixdə dərman şəkli göndərərək “Amil salam, atıram şəkilləri bir dənə soruşarsan qiymətlərin” məzmunlu mesaj göndərmişdir. (Cild İİ, iş vərəqə 159-166) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 26 aprel 2023-cü il tarixli 6/1871-9/2190 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspert tədqiqatına təqdim edilmiş orta bazar qiyməti 239379 manat olan dərman preparatı və qida əlavəsinin 15 adda 142062 manat dəyərində olan hissəsi narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr (tərkibində sibutramin güclü təsir edən maddəsi olan 521 qutu “Fatzorb", 1020 qutu “Fatzorb Premium", 95 qutu “Сжигание Жира Бомбы”, 594 qutu “X39 Ultra”, 50 qutu “Lipotrim", tərkibində stanozolol güclü təsir edən maddəsinin təsiredici miqdarı külli miqdarda, 96 qram təşkil edən 96 paket “Stanozol”, tərkibində oksandrolon güclü təsir edən maddəsinin təsiredici miqdarı külli miqdarda, 95 qram təşkil edən 95 paket “Anavar", tərkibində metandienon güclü təsir edən maddəsinin təsiredici miqdarı külli miqdarda, 48 qram təşkil edən 48 paket "Methanol”, tərkibində dehidroxlormetil-testosteron güclü təsir edən maddəsinin təsiredici miqdarı külli miqdarda, 86 qram təşkil edən 86 paket “Turinabol”, tərkibində drostanolon güclü təsir edən maddəsinin təsiredici miqdarı külli miqdarda, 151 qram təşkil edən 151 flakon "X2 100mg/ml”, tərkibində nandrolon güclü təsir edən maddəsinin təsiredici miqdarı külli miqdarda, 81 qram təşkil edən 18 flakon "Nandrolone Decanoate 200mg/ml” və 45 flakon "Nandrolone Phenylpropionate 100mg/ml”, tərkibində boldenon güclü təsir edən maddəsinin təsiredici miqdarı külli miqdarda, 426 qram təşkil edən 142 flakon “Boldenone Undecylenate 300тд/тГ, tərkibində trenbolon güclü təsir edən maddəsinin təsiredici miqdarı külli miqdarda, 127,5 qram təşkil edən 48 flakon "Trenbolone Enanthate 175mg/ml” və 58 flakon “Trenbolone Acetate75mg/ml'’), 12 adda xeyli miqdarda 97317 manat dəyərində olan hissəsi isə dərman preparatları və və qida əlavəsidir (1 qutusunun qiyməti 90 manat olan 270 manat dəyərində 3 qutu “Daclavirocyrl”, 1 qutusunun qiyməti 34 manat olan 136 manat dəyərində 4 qutu "Tawon Liar”, 1 qutusunun qiyməti 92 manat olan 552 manat dəyərində 6 qutu "Mpiviropack”, 1 qutusunun qiyməti 206 manat olan 5562 manat dəyərində 27 qutu “Neofin 3,4mg/1mL”, 1 qutusunun qiyməti 206 manat olan 5562 manat dəyərində 27 qutu "Neofin 3,4mg/1mL’',1 qutusunun qiyməti 20 manat olan 60 manat dəyərində 3 qutu “Wonderful Honey", 1 qutusunun qiyməti 9,5 manat olan 62160 manat dəyərində 6540 qutu “Samyun Wan", 1 qutusunun qiyməti 23 manat olan 966 manat dəyərində 42 plastik qab (hər plastik qabda 30 tablet) “LYKA (Anastrozol-1)”, 1 qutusunun qiyməti 35 manat olan 8015 manat dəyərində 229 qutu “RED GİNSENG”, 1 qutusunun qiyməti 6 manat olan 5388 manat dəyərində 898 qutu "X4 Macun", 1 flakonunun qiyməti 27 manat olan 2700 manat dəyərində 100 flakon “Testosterone Cypionate 200тд/тГ, 1 flakonunun qiyməti 52 manat olan 4160 manat dəyərində 80 flakon “Testosterone Propinate 75mg/ml" və 1 flakonunun qiyməti 62 manat olan 7378 manat dəyərində 119 flakon “Testosterone Enanthate 200mg/ml”). Cinayətin predmeti olan ekspert rəyində adları göstərilən 15 adda külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr və 12 adda xeyli miqdarda 97317 manat dəyərində dərman preparatları və və qida əlavəsi (ekspert rəyində qeyd olunan tədqiqata sərf edilən dərman preparatı və qida əlavəsi nəzərə alınmaqla) və ekspert rəyinə əsasən bazar qiymətini müəyyən etmək mümkün olmayan lakin dərman vasitələri və qida əlavəsinin sonradan qablaşdırılaraq satılmasını təsdiq edən 400 ədəd üzərində “Neofin" yazısı olan karton qutular, 350 ədəd üzərində heç bir yazısı olmayan ağ karton kağız, 320 ədəd üzərində heç bir yazısı olmayan şəffaf plastik qab, 4 rulon üzərində “Neofin/Neofin” yazısı olan, 8 rulon üzərində "Neofin Aqua” yazısı olan, 637 flakonda üzərində heç bir yazısı olmayan maye, 4 rulon üzərində “www.neofin.bio verification” yazısı olan stikerlərin və Təqsirləndirilən şəxs2 məxsus olan “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınmış və nəqliyyat vasitəsindən aşkar edilən malların Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılmış, Təqsirləndirilən şəxs2 məxsus olan "Samsung” markalı mobil telefonun isə cinayət işinə əlavə edilmişdir. (Cild İİ, iş vərəqə 133-135,167-169) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 01 avqust 2023-cü il tarixli 3- 16-16/2-4/1117 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş səs və nitq X7 məxsus deyil. Həmin səs və nitq ehtimal olunur ki, Təqsirləndirilən şəxs2 məxsusdur.(Cild İİ, iş vərəqə 121-127) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X20 Narkoloji Tibbi yoxlamanın 18 may 2023-cü il tarixli 3009 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əziyyət çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.(Cild İİ, iş vərəqə 41-43) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİl-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar.(Cild İ, iş vərəqə 118-119) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Xaçmaz rayon İcra Hakimiyyəti başçısının Susayqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş Təqsirləndirilən şəxs2 barəsində olan xasiyyətnamədən görünür ki, yaşadığı müddət ərzində barəsində heç bir şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə 126-128) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 3 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, yaşadığı müddət ərzində barəsində Təqsirləndirilən şəxs1 barəsində heç bir şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə 225) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron Məhkəmə” İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2017-cı il təvəllüdlü X16, xx.xx.2020-cü il təvəllüdlü X17 və xx.xx.2021-cı il təvəllüdlü X18 adlı azyaşlı uşaqları vardır. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan qismən imtina etmiş və əməlin Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Həmçinin dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan qismən imtina etmiş və əməlin Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Bundan əlavə məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs icraçı sayılır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinin icrasında bilavasitə iştirak etməsi barədə cinayət işinin materiallarında mötəbər sübutlar olmadığından o köməkçi qismində iştirakçısı hesab edilməli və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən 32.5, 206.2-ci maddəsinə, Təqsirləndirilən şəxs1 əməli isə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən 206.2-ci maddəsinə tövsif olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə imtina etməsinə və əməlin Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə tövsif edilməsini xahiş etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə tövsif edilməli və o, 206.2 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddələri ilə tövsif edilməli və o, 32.5,206.2, 240.3.2-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2 və 240.3.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.2, 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə CM-nin 206.2-ci maddəsi az ağır cinayətlər kateqoriyasına, CM-nin 240.3.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına aid edilirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 206.2 və 240.3.2-ci maddələrinin, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 32.5, 206.2 və 240.3.2-ci maddələrinin sanksiyası həddində, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq yolu ilə keçirdiyi malların tərkibi barədə ümumiyyətlə məlumatının olmaması, Təqsirləndirilən şəxs2 oğlunun isə yalnız bitki tərkibli dərmanlar sifariş etməsi barədə özlərini müdafiə ilə bağlı ifadələrində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onların ittiham olunduğu cinayət əməllərinin törətməsini sübuta yetirilmiş hesab edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 ona verilmiş tərkibində güclü təsir edən maddənin olduğu preparatları dövlət sərhəddindən keçirərkən qanunvericiliyin tələblərinə uyğun olaraq onları bəyan etməməsi, müxtəlif üsullardan istifadə etməklə onları gizlətməsi ittiham olunduğu cinayət əməllərinin qəsdən törətməsinin təzahürüdür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz müdafiələri üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 02 iyun 2016-cı il tarixli Qərarının izah və tövsiyələrini də rəhbər tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 02 iyun 2016-cı il tarixli Qərarının 10-cu bəndində göstərilmişdir ki, malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Bundan əlavə, sözü gedən Plenumun Qərarının 19-cu bəndinə görə məhkəmələrə tövsiyə edilmişdir ki, cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2 və 240.3.2-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.3.2 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəza təyin edərkən məhkəmə, CM-in 59-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində 3 azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunması da onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. CM-in 59-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində əsasən təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində 02 ay 20 gün müddətinə yəni 04 sentyabr 2023cü tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Yasamal rayon Məhkəməsinin 29 iyun 2023-cü tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. 4 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (cild 01 iş vərəq; 76-81, cild 02 iş vərəq; 206-207) Məhkəmə Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən 04 sentyabr 2023-cü il tarixədək 02 (iki) ay, 20 (iyirmi) gün müddətində həbsdə və ev dustaqlığında olmasını nəzərə alır. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 24 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 avqust 2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayon məhkəməsinin qərarına əsasən barəsində 2 ay müddətinə, həbs qətimkan tədbiri seçilmiş, müdafiə tərəfinin vəsatətinə əsasən Bakı şəhəri Yasamal rayon məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli qərarıyla həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdir. İbtidai istintaq və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild İİ, iş vərəqə 168-169, 239-244) Məhkəmə Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən 23 oktyabr 2024-cü il tarixədək 01 (bir) il 01 (bir) ay 29 (iyirmi doqquz) gün müddətində həbsdə və ev dustaqlığında olmasını nəzərə alır. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi cinayət qanunvericiliyində təsbit olunmuş ədalət və humanizm prinsiplərinə uyğun olmaqla cəzanın məqsədinə də müvafiqdir. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X8rşı, § 26). Məhkəmə aşağıdakı əsaslara görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı şərti olaraq çəkməklə də islah olunmasını mümkün hesab edir: Təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar – iş materiallarından və elektron məhkəmə informasiya sistemində olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayətə meyilli və ictimai təhlükəli şəxslər deyildir. Hazırki dövrədək onlar nəinki cinayət, inzibati məsuliyyətə belə cəlb edilməmişlər. Məhkəmə həmçinin bir daha qeyd edir ki, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hallar mövcud olmamış, cəzanı yüngülləşdirən hallar kimi isə ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması və əməllərindən peşmançılıq çəkməsini nəzərə almışdır. Təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, cəzanın məqsədi – məhkəmə qeyd edir ki, cinayət nəticəsində hər hansı bir bərpa oluna bilməyən ağır nəticələr baş vermədiyi bir halda, əvvəllər heç vaxt nəinki cinayət, inzibati məsuliyyətə belə cəlb edilməyən təqsirləndirilən şəxslərin real olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi qanunun ədalət və humanizm prinsipinə zidd olmaqla yanaşı, cəmiyyətin və dövlətin maraqlarına da uyğun deyildir. Belə ki, cinayətə meyilli olmayan bu şəxsi uzun müddətə azadlıqdan məhrum etmə yerinə göndərməklə dövlətin onun saxlanılmasına pul xərcləməsindən, bu şəxsin ailəsinin isə maddi sarsıntılar çəkməsindən üstün tutulması, dövlətin və cəmiyyətinin maraqlarının da üstün tutulması deməkdir. Təhlil edilən hallara görə məhkəmə qeyd edir ki, cinayət törətmiş şəxslər barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız 70-ci maddəsi institutuna həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qərara alınmışdır ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Bu məqsədlə Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi də qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X8rşı, § 26). Bütün yuxarıda təsvir olunan halları, eləcə də qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq, məhkəmə təqsirləndirilən şəxslərin ictimai təhlükəli olmadığını və azadlıqdan məhrum etmə növündə cəzanı şərti olaraq çəkməklə islah oluna biləcəklərini mümkün hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, şərti məhkum etmə təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Təqsirləndirilən şəxslərin üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan 15 adda külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr məhv edilməli, dərman preparatları Azərbaycan Respublikası Səhiyyə Naziliyinə təhvil verilməli və Təqsirləndirilən şəxs2 məxsus qida əlavələri 159 qutu “RED GİNSENG (bitki tərkibli), 4140 qutu "Samyun Wan” (bitki tərkibli) gömrük rəsmiləşdirilməsi keçirildikdən sonra ona təhvil verilməlidir. Həmçinin 70 qutu “RED GİNSENG (bitki tərkibli), 2400 qutu "Samyun Wan” (bitki tərkibli), 898 qutu “X3 Macun" (Epimedin ilə X27 Məcun) gömrük rəsmiləşdirilməsi keçirildikdən sonra qanuni sahibinə təhvil verilməli, qanuni sahibi müəyyən edilmədikdə məcburi qayadada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Ekspert rəyinə əsasən bazar qiymətini müəyyən etmək mümkün olmayan lakin dərman vasitələri və qida əlavəsinin sonradan qablaşdırılaraq satılmasını təsdiq edən 400 ədəd üzərində "Neofin” yazısı olan karton qutular, 350 ədəd üzərində heç bir yazısı olmayan ağ karton kağız, 320 ədəd üzərində heç bir yazısı olmayan şəffaf plastik qab, 4 rulon üzərində “Neofin/Neofin” yazısı olan, 8 rulon üzərində "Neofin Aqua” yazısı olan, 637 flakonda üzərində heç bir yazısı olmayan maye, 4 rulon üzərində "www.neofin.bio verification” yazısı olan stikerlər məhv edilməli, Təqsirləndirilən şəxs2 məxsus olan "Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən tədqiqatının 450 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 225 (iki yüz iyirmi beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.2 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə 04 (dörd) il müddətinə, Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və onun üzərində 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 oğluna tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.2 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 32.5, 206.2-ci maddəsi ilə 04 (dörd) il müddətinə, Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və onun üzərində 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarətin həyata keçirilməsi Xaçmaz rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan 15 adda külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr məhv edilsin, dərman preparatları Azərbaycan Respublikası Səhiyyə Naziliyinə təhvil verilsin və Təqsirləndirilən şəxs2 məxsus qida əlavəsi 159 qutu “RED GİNSENG (bitki tərkibli), 4140 qutu "Samyun Wan” (bitki tərkibli) gömrük rəsmiləşdirilməsi keçirildikdən sonra ona təhvil verilsin. Həmçinin 70 qutu “RED GİNSENG (bitki tərkibli), 2400 qutu "Samyun Wan” (bitki tərkibli), 898 qutu “X3 Macun" (Epimedin ilə X27 Məcun) gömrük rəsmiləşdirilməsi keçirildikdən sonra qanuni sahibinə təhvil verilsin, qanuni sahibi müəyyən edilmədikdə məcburi qayadada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. Ekspert rəyinə əsasən bazar qiymətini müəyyən etmək mümkün olmayan lakin dərman vasitələri və qida əlavəsinin sonradan qablaşdırılaraq satılmasını təsdiq edən 400 ədəd üzərində "Neofin” yazısı olan karton qutular, 350 ədəd üzərində heç bir yazısı olmayan ağ karton kağız, 320 ədəd üzərində heç bir yazısı olmayan şəffaf plastik qab, 4 rulon üzərində “Neofin/Neofin” yazısı olan, 8 rulon üzərində "Neofin Aqua” yazısı olan, 637 flakonda üzərində heç bir yazısı olmayan maye, 4 rulon üzərində "www.neofin.bio verification” yazısı olan stikerlər məhv edilsin, Təqsirləndirilən şəxs2 məxsus olan "Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının 450 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 225 (iki yüz iyirmi beş) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar