Məhkəmə qərarları › İş №1(124)-341/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-341/2025

10.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-341/2025 10.12.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X12 Nizami oğlunun sədrliyi, X9 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi – Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində qeydiyyatda olmaqla, hazırda Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq psixotrop maddə metanfetamini qəsdən əldə edib daşıyaraq 11 yanvar 2025-ci il tarixdə saat 02:30 radələrində ünvan 1 ünvanında yerləşən yaşadığı evin qarşısında həmin psixotrop maddə metamfetaminın 0,105 qram hissəsini 20 manat qarşılığında Şahid11 satmış, bu fakt Şahid11 11 yanvar 2025-ci il tarixdə saat 14:40-14:50 müddətində Xaçmaz RPŞ-nin Yalama PB-nin əməkdaşları tərəfindən Xaçmaz rayonu, Yalama kəndi ərazisində yaxalanıb üzərinin yoxlanılması zamanı əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibində saxladığı «West» markalı siqaret qutusunun içərisində 01 ədəd sellofan bükümdə 0,105 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilməklə təsdiq edilmiş, bununla da, o, satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edib daşımaqla saxlamış, habelə qanunsuz olaraq psixotrop maddəni satmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcələsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bundan başqa ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq qəsdən əldə edib daşıyaraq külli miqdar təşkil edən təmiz çəkisi 9,74 qram olan psixotrop maddə metamfetamini və təmiz çəkisi 0,044 qram narkotik vasitə heroini yaşadığı evdə saxlamış və Şahid11 satdığına görə 15 yanvar 2025-ci il tarixdə saat 11:25-dən 12:10-dək olan müddətdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evə “baxış, axtarış və götürmə” istintaq hərəkətləri həyata keçirilən zaman evin yataq otağındakı qaz sobasının arxasından “Arqo” markalı siqaret qutusunun içərisindən 01 ədəd bükümdə 2,324 qram çəkidə, güzgülü termonun altındakı saxlanc yerindən üzərində “Spirt” yazısı olan plastik qabın içərisində bükülü halında 7,311 qram çəkidə psixotrop maddə metanfetamin, çarpayının üzərindən isə 15 ədəd şprisin içərisində olan heroin məhlulunda quru vəziyyətdə 0,044 qram narkotik vasitə heroin aşkar edilməklə təsdiq edilmiş, bununla da, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib daşımaqla saxlamış, habelə qanunsuz olaraq psixotrop maddəni satmışdır. Belə ki, Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, narkobiznesin rəisi Şahid1 ondan pul istəmişdir. “Sən narkotik vasitələrdən istifadə edirsən və mənə pul ver ki, səni tutmayım” demişdir. Ona pul vermədiyi üçün və onun tutmaqdan yana üzərinə narkotik qoymuşlar. O, özü arada narkotikdən istifadə etmişdir. Belə öz işində və gücündə olan biri olmuşdur. Arada əlinə narkotik düşəndə istifadə etmişdir. Ayın on beşi səhər saatlarında evdən çıxmış və saat on birdə ona zəng gəlmişdir. Ona evinə girildiyini demişlər. Narkotik olan sellofanla onun əlaqəsi yoxdur. Narkotiki onun evinə aparmış və evindən narkotik çıxarmışlar. Əl və barmaq izinə görə narkotiki ekspertizaya göndərməmişlər. Həmin narkotik vasitə onun evində olmamışdır. Onlara Şahid11 onu tanımadığını və həmin günü bir saat əvvəl isə onu tanıdığını demişdir. Onlara “əgər həmin şəxs mənimlə telefonda danışıbsa anten məlumatlarını çıxarsınlar” demişdir. Onu nəyə görə tutduqlarını soruşmuş ona “get dərdini məhkəməyə denən” demişlər. Beş ay gözləmişdir. Mahmud adlı şəxsi o tanımamışdır. Şahid1 göstərişi əsasında onun adını vermişdir. Şahid1 onun narkotikdən istifadə etdiyini bilmişdir. Ondan pul istəmişdir. Həmin pulu ona vermədiyinə görə tutulmuşdur. Ondan iki min manat pul istəmişdir. O, arada narkotik əlinə düşəndə istifadə etmişdir. Əlinə tez-tez narkotik düşməmişdir. İki və ya üç gündən bir əlinə narkotik düşmüşdir. Bəzən əlinə bir aydan bir narkotik düşmüşdir. Əvvəllər 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Subaydır. Sanksiya məhkəməsində narkotikin ona məxsus olmadığını demişdir. Yükləndiyini bildirmişdir. Onun deməyinə baxmayaraq 3 ay müddətinə ona həbs vermişlər. ***-**-** nömrəsindən istifadə etmişdir. Onun evinə baxış keçiriləndə, dindiriləndə və ifadəsi alınanda müdafiəçi onun yanında olmuşdur. İmza çəkdirəndə onun yanında olmuşdur. Ona zəng gəlmişdir. Telefonda danışan şəxs ona “Şahid1 deyir ki, 2 min manat pul gətir ki, səni tutmayaq” demişdir. Narkotik istifadə etdiyini bilmişlər. “Mən narkotikdən istifadə etmirəm və nəyə görə pul vermişdir” demişdir. Ondan sonra onu tutmuşlar. Narkotik istifadə etdiyinə görə onunla qərəzli mövqedə olmuşlar. Şahid11 saxladıqdan sonra sorğu-sual əsasında narkotiki Təqsirləndirilən şəxs aldığını bildirərək onlara nömrəsini vermişdir. X15, özü şəxsən onunla əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin istifadəsinə görə 2021-ci ildə tutulmuş, 2023-cü il tarixdə azad edilmiş, 5 il olar ki, narkotik vasitə olan heroin istifadə etmişdir. Yaşadığı ünvan 1 ünvanında evin bir otağında tək qalmış, həmin otağın qapısı həmişə bağlı olmuş, otağı yığışdırmağa və ya digər işlərə heç kimi içəri buraxmamışdır. Həmin otaqda tək yaşamışdır. Şahid11 11 yanvar 2025-ci il tarixdə tanımış, onunla münasibəti normal olmuş ədavəti və ya düşmənçiliyi olmamışdır. 2025-ci ilin yanvar ayının əvvəllərində öz ağrıları olur deyə, habelə gələcəkdə qazanc əldə etmək üçün narkotik vasitə və psixotrop maddə almaq və sonradan onları satmaq istəmişdir. Buna görə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan hazırda nömrəsini ad soyadını, ünvanını bilmədiyi, tanımadığı İran vətəndaşı ilə 2025-ci ilin yanvar ayının əvvəllərində tanış olmuş, həmin şəxsdən Bakı şəhərində bir miqdar patı, yəni psixotrop maddə metamfetamin və narkotik vasitə olan heroin almış və Xaçmaza qayıtmışdır. Həmin psixotrop maddə metamfetaminin bir hissəsini istifadə etmiş, narkotik vasitə heroini də istifadə etmək üçün “Spirt” yazılı qutunun içərisində limon duzu saxlamış və otağında qoymuşdur. Psixotrop maddə metamfetamini otaqda elektron tərəzidə çəkəndə yadında qalmayan miqdarda olduğunu, amma bir istifadəlik olmasını bilmişdir. Həmin patıdan başqa evdə psixotrop maddə saxlamamış, aldığı heroini isə istifadə etdiyi üçün heroini kiçik hissələrə bölərək yaşadığı evdə qaldığı otaqda olan zaman şprislərə doldurmuş, ara ara damarına vurmaq yolu ilə istifadə etmişdir. Həmin evdəki otaqdan aşkar edilən 07 ədəd mobil telefon isə hər biri özünə məxsus olmuş, həmin mobil telefonların bəziləri işlək olmamışdır. İşlək olmayan telefonları özü otaqda saxlamış və heç kimə satmamışdır. xx.xx.2025-ci il tarixdə gecə saat 01 radələrində Mahmud adlı şəxs ***- ***-**-** saylı mobil nömrədən istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayaraq, patı, yəni psixotrop maddə olan metamfetamin istəmişdir. Mahmuddan şübhələnmədiyi üçün, həmçinin qazanc əldə etmək üçün Mahmuda psixotrop maddə metamfetamin satmağa razılaşmışdır. Bir istifadəlik miqdar üçün Mahmuddan 20 manat pul istəmiş, Mahmud da razılaşmışdır. Mahmud yaşadığı evin qabağına gələndə zəng etmiş, yaşadığı evin otağında saxladığı patını alaraq küçəyə çıxmış, ünvan 1 ünvanında yerləşən evinin qarşısında 11 yanvar 2025-ci il tarixdə saat 02 radələrində 20 manat qarşılığında bir istifadəlik metamfetamini Mahmuda satıb, yaşadığı evə qayıtmışdır. Həmin gündən sonra polis əməkdaşlarının Mahmudu saxladıqlarını və Mahmudun üzərində satdığı patı çıxmasını, həmçinin Mahmudun polislərə adını verməsini bildiyi üçün və tutulacağından qorxduğu üçün yaşadığı evdən qaçıb Bakı şəhərinə getmişdir. 14 fevral 2025-ci il tarixdə polis əməkdaşları tutaraq Xaçmaz RPŞ-nə gətirmişdirlər. Törətdiyi əməldən peşmandır, bir daha belə hala yol verməyəcəkdir, özünü psixotrop maddə olan metamfetamini satdığına görə təqsirli bilmişdir. Yaşadığı evin otağından çıxan boş şprisləri gələcəkdə heroini damarına vurmaq istəyəndə istifadə edəcək deyə saxlamış, 6 ədəd ağ rəngli, 2 ədəd qəhvəyi rəngli həb sağlamlığı ilə bağlı istifadə etdiyi dərmanlar olmuşdur. Qaldığı otağın sağ küncündə olan qaz sobasının altından bir ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan şəffaf selafon büküm, həmin yerdə “Argo” markalı siqaret qutusunun içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan digər bükülü ilə müqayisədə kiçik həcmdə olan şəffaf selafon bükümdən məlumatı olmamış, bükümlər özünə məxsus olmamışdır. Otaqdakı narkotik vasitə heroinin qalıqları olan 34 ədəd kiçik həcmli şprislər isə özünə məxsus olmuş, həmin kütlələr qurumuş heroin məhlulları olmuş, damarına həmin şprislər vasitəsilə narkotik vasitə heroini vurmuşdur. Elektron tərəzini isə aldığı heroini və metamfetamini ölçmək və miqdarlarını bilmək üçün istifadə etmiş, xx.xx.2025-ci il tarixli 6/220 nömrəli ekspert rəyi ilə bağlı dəqiq söz deyə bilməmişdir. ünvan 2 ünvanında yerləşən evdəki otaqda tək qalsa da, həmçinin otaqdan yalnız özü istifadə etməyini bildirsə də, otaqda məcburi baxış axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar edilən “Spirt” yazısı olan qutunun içərisindəki və qaz sobasının altındakı psixotrop maddə olan metamfetaminin özünə məxsus olmadığını bildirmiş, lakin yaranan ziddiyət barədə heçnə deyə bilməmişdir. Polis əməkdaşları saxladıqları zaman və yaxud polis orqanında olan zaman hər hansı bir zor tətbiq edilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, sərbəst ifadəsində və ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəldən tanımışdır. Onu narkotik götürməyi üçün Ayazın yanına göndərmişlər. Şahid12 narkotiki götürməyindən ötrü onu Ayazın yanına göndərmişdir. O da onun yanına gedərək narkotiki ondan götürmüşdür. Geri qayıdanda polis əməkdaşları onu saxlamışlar. 20 manat müqabilində ondan narkotik götürmüşdür. Polislər onu saxlayanda həmin narkotik onun üzərindən çıxmışdır. O, Ayazı əvvəldən tanımamışdır. Şahid12 onun yanında Ayazla danışmamışdır. Onun yanına gedəcəyini ona demişdir. Onları Şahid12 tanış etmişdir. Onu Şahid12 narkotiki götürməkdən yana onun yanına göndərmişdir. Onunla bir dəfə yolda, bir də ünvana çatanda danışmışdır. Daha doğrusu Xaçmaz rayonunun girişində danışmışdır. Nömrəsini də ona Şahid12 vermişdir. Şahid12 onun üçün taksi tutaraq birbaşa Ayazın yaşadığı mənzilə göndərmişdir. Narkotik üçün göndərmişdir. Avtomobil üçün göndərməmişdir. Şəxsin yaşadığı məhləyə göndərmişdir. Taksi sürücüsünün telefonuna konum göndərilmişdir. O, Xaçmaz rayonunu yaxşı tanımamışdır. O, narkotiki 20 manat Ayaz verməklə almışdır. Onu saat 23:00 radələrində saxlamışlar. Həmin vaxtı nar nömrədən istifadə etmişdir. 48-06 nömrəsindən istifadə etmişdir. Əvvəli 077 olmuşdur. Eyni zamanda 12-16 nömrəsi də onun istifadəsidə olmuşdur. Hər iki nömrənin əvvəlini xatırlamamışdır. Onu saxlayan polis əməkdaşlarını əvvəldən tanımamışdır. İstintaqa vermiş olduğu ifadəni təsdiq etmişdir. Üzləşdirmə zamanı vermiş olduğu ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid12 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, sərbəst ifadəsində və ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, təqsirləndirilən şəxsi əvvəldən tanımışdır. Belə ki, onu avtomobil alqısatqısı ilə əlaqədar tanımışdır. Onunla xüsusi bir münasibəti olmamışdır. Avtomobil satmış və o da onun satdığı avtomobilə baxmışdır. Sonradan onu şahid qismində ifadə vermək üçün çağırmışlar. Təqsirləndirilən şəxsin nömrəsini Şahid11 vermişdir. Avtomobil alqısatqısı ilə bağlı şəxsin nömrəsini vermişdir. O daha sonra şəxsin evindən nə aşkarlandığını bilməmişdir. İstintaq zamanı ondan nə soruşmuşlarsa onu demişdir. Mahmudun şəxsdən nə aldığını görməmişdir. Ondan zorla ifadə alan olmamışdır. Onu döyən və incidən olmamışdır. İfadəsini oxumuş və imzalamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrindən istifadə etməsini eşitmişdir. Şəxsin narkotik satmasını eşitməmişdir. Mahmud şəxsin yanına avtomobilə görə getmişdir. Özləri danışmışlar. Şahid12 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi ifadəsi tətqiq olunmaqla araşdırılmışdır. Belə ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımış, tanımaq səbəbi isə onunla bir neçə dəfə maşın alveri etməyi olmuşdur. Ayazın istifadəsində olan ***-***-**-** mobil nömrəsini də oradan əldə etmişdir. Şahid11 da tanımış, sonuncu ilə eyni qəsəbədə yaşamışdır. Ayazla münasibəti soyuyandan sonra Xaçmaz şəhər sakinlərindən Ayazın yaşadığı evdə narkotik vasitə və psixotrop maddə satmasını bilmişdir. Mahmud bir neçə dəfə yanına gələrək, ağrıları olmasını, psixotrop maddə metamfetamin satan adam olarsa, deməyini xahiş etmişdir. Buna görə də 10 yanvar 2025-ci il tarixdə Mahmud yaşadığı evə gələrək, eyni qaydada ağrılarının olmasını tanışlığında narkotik vasitə və psixotrop maddə satan şəxs olmasını soruşmuş, Ayazın narkotik vasitə və psixotrop maddə satmasını bildiyindən Ayazın istifadəsində olan 077- ***-**-** mobil nömrəsini Mahmuda vermişdir. Mahmud da 11 yanvar 2025-ci il tarixdə Ayazla əlaqə saxlayaraq, Xaçmaz şəhərinə ondan psixotrop maddə metamfetamin almaq üçün getmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, sərbəst ifadəsində və ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəldən tanımamışdır. Təqsirləndirilən şəxs cinayət işi üzrə araşdırılma aparılan zaman onun nömrəsi aşkar edilmişdir. ***-**-** nömrəsindən istifadə etmişdir. Həmin nömrədən sms getmişdir. Smsin getməsi ilə bağlı onu çağırmışlar və xəbərinin olmadığını demişdir. Smsin kim tərəfindən yazıldığını bilmədiyini demişdir. Ona görə də izahatını vermişdir. İstintaq zamanı da eyni ifadəni vermişdir. Smsi özü yazmasa da onun telefonundan sms yazılmışdır. Smsin məzmunu yadında deyildir. Müstəntiq ona həmin smsin noyabr ayında getdiyini demişdir. Narkotiklə bağlı ona bir söz deməmişdir. Smsi ona müstəntiq göstərməmişdir. O, 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Ona təzyiq edən olmamışdır. Sərbəst ifadə vermişdir. Yazdıqlarını oxumuşdur. İstintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Müstəntiq ona “sms bəs sən tərəfdən yazılmamışsa, onda kim tərəfindən yazılmışdır” deyə soruşanda bilmədiyini demişdir. Bəlkə də, o, məhlədə olanda kimsə telefonu götürmüşdür sms yazmışdır. Smsdən onun xəbəri yoxdur. Üzərindən bir xeyli müddət keçdiyinə görə kim tərəfindən sms yazıldığını xatırlamamışdır. Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımış, münasibəti normal olmuş, ədavəti və ya düşmənçiliyi olmamışdır. 8 il olar ki, narkotik vasitə heroin istifadəçisi olmuşdur. 14 noyabr 2024-cü il tarixdə saat 23 radələrində istifadəsində olan ***-***-**-** mobil nömrəsindən tanımadığı şəxs Ayazın istifadəsində olan ***-***-**-** mobil nömrəsinə mesaj yazaraq, Ayazdan pul qarşılığında istifadə üçün torpaq, yəni narkotik vasitə- heroin istəmişdir. Lakin həmin şəxsi tanımamış, həmin mobil nömrə və nömrənin olduğu telefon istifadəsində olsa da, həmin vaxtı mesajı kimin yazdığını və Ayazdan narkotik vasitə heroini pul qarşılığında kimin istədiyini bilməmişdir. Həmin narkotik vasitəni əldə etməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş X22 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, sərbəst ifadəsində və ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəldən tanımışdır. Onun əmisi Xaçmaz rayonunda yaşayır. Onun əmisilə bir məhlədə yaşayırlar. Təqsirləndirilən şəxsla o, şəhərdə görüşmüşlər. Xalası dünyasını dəyişdiyi üçün oraya getmişdir. Şəxsiyyət vəsiqəsi üzərində olmamışdır. Dükandan nömrə götürmək istəmişdir. Şəxsin istifadə üçün onun adına nömrə götürmüşlər. Ona “öz şəxsiyyət vəsiqəsini evdən götürüb, həmin nömrəni öz adıma keçirəcəm” demişdir. Ona evdən zəng edərək evə gəlməsini demişlər. O da evə gəlmişdir. Sonradan ona Xaçmaz rayon Polis Şöbəsindən zəng gəlmişdir. Ona “sənin şəxsiyyət vəsiqən Ayazın üzərindən çıxmışdır” demişlər. Onun atası Ukrayna Müharibəsində dünyasını dəyişmişdir. Ukraynada yaşamış və könüllü olaraq iştirak etmişdir. O özü də narkotik bəlasına düşmüşdür. Xaçmazdan gələn çağrışa getməmişdir. Bir ya da iki gün sonra Xaçmaz rayon Polis İdarəsinin əməliyyatçıları onu saxlamışlar. 234.1-ci maddəsi ilə də ona qarşı ittiham elan etmişlər. ***-***-**-** nömrəsindən və xatırlamadığı başqa bir nar nömrəsindən istifadə etmişdir. Evin nömrəsindən o hansısa uşaqlara zəng etmişdir. ***-***-**-** nömrəsini hazırda xatırlamamışdır. Nömrənin kimin istifadəsində olmasını xatırlamamışdır. Yəqin ki, onun istifadəsidə olmamışdır. Ayazla onun dostluğu olmuşdur. Onunla birgə narkotik istifadə etməmişdir. İfadə verəndə onu döyən olmamışdır. Ona “belə ifadə ver” deyə yönəldən olmamışdır. İfadəsini oxumuşdur. O, Ayaza “bir yerdə pul qoyaq, alaq və istifadə edək” demişdir. Onunla bir yerdə narkotik almağa gedə bilməmişdir. İstintaq zamanı vermiş olduğu ifadəni təsdiq etmişdir. Şahid X22 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə dost olmuş, onunla münasibəti yaxşı olub, ədavəti və ya düşmənçiliyi olmamışdır. 5 aydır ki, narkotik vasitə heroin istifadə etmişdir. 20 dekabr 2024-cü il tarixdə sat 00:21-də Quba şəhərində olarkən Ayazın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə özünə məxsus ***-***-**-** mobil nömrəsindən mesaj yazaraq Ayazdan birgə istifadə etmək məqsədilə narkotik vasitə heroin istəmişdir. Ayazla birgə həmin narkotik vasitədən istifadə edib, ağrılarını azaltmaq istəmişdir. Lakin Xaçmaz şəhərinə gəlmək üçün taksi tapa bilmədiyindən həmin şəxsdən narkotik vasitə olan heroini ala bilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, sərbəst ifadəsində və ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, şəxsin saxlanılmasında iştirak etmişdir. Şəxsi saxlayanda onlara müqavimət göstərməmişdir. Onlarla sakitlikcə rayona gəlmişdir. O, Şahid4 Hakim oğlu ilə xidmətdə olmuşdur. Kömək məqsədi ilə orada iştirak etmişdir. Şəxsi Masazırda saxlamışlar. Xaçmaz rayon Polis İdarəsinə aparmışlar. Şəxsin məhz Xaçmaza aparılması ilə bağlı göstərişi verməmişdir. O, əmrə tabe olan şəxsdir. O, şəxsin saxlanılmasında iştirak etmişdir. Dediyiniz digər şəxsin saxlanılmasında iştirak etməmişdir. Ayazın saxlanılmasında kömək məqsədi ilə iştirak etmişdir. O, Şahid11 saxlanılmasında iştirak edib-etmədiyini xatırlamamışdır. İstintaqda vermiş olduğu ifadəni təsdiq etmişdir. İfadəsində hansı şəxsin saxlanılmasında iştirak etdiyini bildirmişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Xaçmaz RPŞ-nin Yalama PB- nin polis nəfəri vəzifəsində olmaqla, polis serjantı rütbəsindədir. Xaçmaz RPŞnin Yalama PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid3 Xaçmaz rayonu, İstisu qəsəbəsində yaşayan Şahid11 narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat aparatına dəqiq və qərəzsiz məlumat daxil olduğundan onu saxlamaq üçün Şahid3 rəhbərliyə raportla müraciət edərək, əməliyyat qrupunun yaradılmasını xahiş etmişdir. Buna görə onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Şahid11 saxlanılması üçün 11 yanvar 2025-ci il tarixdə, saat 14:40-da Xaçmaz RPŞ-nin Yalama PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid3 və Xaçmaz RPŞ-nin Yalama PB-nin polis sahə rəisi, polis kapitanı Şahid4 ilə birlikdə Şahid11 Xaçmaz rayonu, Yalama kəndində tərəfimizdən saxlanılmışdır. Şahid11 özümüzü təqdim etmişlərdən sonra ona qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlaması və daşıması barədə məlumat daxil olduğunu bildirərək hüquq və vəzifələrini izah edib üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra Şahid11 könüllü olaraq əynindəki qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibindən “West" siqaret qulusundan şəfaf rəngli sellofana bükülmüş şəfaf rəngli kristal formalı kütləni çıxardaraq təqdim etmişdir. Ondan həmin kütlənin nə olması ilə maraqlananda Şahid11, psixotrop maddə metamfetamin(patı) olduğunu və onu öz istifadəsi üçün Xaçmaz şəhərində Ayaz adlı şəxsdən 20 (iyirmi) manata aldığını bildirmişdir. Bundan sonra Şahid11 üzərindən aşkar olunmuş, içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütləsi olan sellofan büküm Şahid3 tərəfindən elektron tərəzidə çəkilən zaman çəkisinin ümumilikdə 0,12 qram olması müəyyən edilmişdir. Bundan sonra içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan sellofan Şahid3 tərəfindən bir ədəd kağız paketə qoyularaq qablaşdırılmışdır və möhürlənərək götürülmüşdür, həmin kağız paketin üzəri əməliyyat-axtarış tədbirində iştirak edən polis əməkdaşları, o cümlədən Şahid11 tərəfindən imzalanmışdır. Şahid11 üstü yoxlanıldıqda sol əlində saxladığı 01 ədəd alışqan, qara rəngli, düymələri ağ-qara rəngli olan üzərində "Fmobile К 11" sözləri yazılmış 01 ədəd mobil telefon aşkar edilmişdir. Mobil telefon əməliyyat marağı kəsb etdiyindən tərəfimizdən götürülmüş, alışqan isə geri qaytarılmışdır. Bundan sonra Şahid11 tərəfimizdən Yalama PB-nə dəvət edilmişdir. Şahid11 onların təklifi ilə razılaşmış və Yalama PB-nə gəlmişdir. Yalama PB-nin inzibati binasında təhqiqatçı tərəfindən aşkar edilmiş bükülüyə baxış keçirilmiş və yenidən qablaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Ardınca isə təhqiqatçı tərəfindən Şahid11 hüquqları izah olunmaqla, sonuncu müdafiəçi ilə təmin olunmaqla şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, sərbəst ifadəsində və ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxsi keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Xaçmaz rayon X19 Polis Bölməsinə şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Bir nəfər şəxs tutulmuşdur. Həmin şəxsin onlara verdiyi məlumat əsasında onlar Təqsirləndirilən şəxs saxlamışlar. Xaçmaz rayonu ərazində narkotik vasitələrinin satışı ilə məşğul olması barədə onlar məlumat vermişdir. Məhkəmənin qərarı əsasında onlar Təqsirləndirilən şəxs yaşadığı mənzilə yaxınlaşmışlar. Bir nəfər şəxsdən Təqsirləndirilən şəxs evini soruşmuşlar. Evdə olmadığını və iki gündür başqa bir yerdə olduğunu demişdir. Onun yaşadığı evə baxış keçirən zaman iki bükümdə psixotrop maddə, bir ədəd spirt şüşəsinin içərisində metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. 20-30 ədədə yaxın iynənin içərisində heroin aşkar edilmiş və götürülmüşdür. Kimsə saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində məlumat vermişdir. Əvvəl tutulan şəxs narkotiki Ayazdan aldığını demişdir. Ayazın evində narkotik olması barədə əvvəldən məlumatı olmuşdur. Bir nəfər şəxs saxlanılmış və Ayazın evində narkotik olduğunu demişdir. Məhkəmə qərarı əsasında şəxsin evinə baxış keçirmişlər. Onlara Ayazdan aldığını demişdir. Əməliyyat məlumatı Şahid1 daxil olmuşdur. O, Şahid1, Şahid4, Qəhrəman Qurbanov və adını xatırlamadığı bir nəfər şəxs iştirak etmişdir. Evə baxış keçirəndə başqa bir şeylərlə rastlaşmaqlarından ehtiyat edərək çox adam iştirak etmişdir. Şəxsə hər hansı bir təzyiq edilməsini görməmişdir. Şəxsin saxlanılmasında iştirak etməmişdir. Axtarış zamanı da Bakı şəhərindən tutularaq gətirilmişdir. Şəxsin evinə qardaşının iştirakı ilə baxış keçirilmişdir. Şəxs özü orada olmamışdır. Evinə daxil olanda sağ tərəfdə otaq olmuş və həmin otaqda Ayaz özü tək yaşamışdır. Qardaşı həmin otağa kimsənin giriş və çıxışının olmadığını demişdir. Otağa da daxil olanda otaqdan şprislər aşkar edilmişdir. Qardaşının iştirakı ilə baxış keçirilmişdir. Qardaşı etiraz etməmişdir. Həmin evdə şəxsin otağı ayrıca olmuşdur. Otağında aşkar edilmişdir. Otağın qapısı bağlı olsa da, onlarda məhkəmənin qərarı olmuş və onlar məhkəmə qərarı əsasında evə baxış keçirmişlər. Evdəkilər “şəxsin yaşadığı otaq narkotiklərin aşkar edildiyi otaqdır” demişlər. Otağın qapısı onlar gedəndə açıq olmuşdur. Həmin otaqda üç və ya dörd ədəd mobil telefon, narkotik və psixotrop maddə aşkar edilmişdir. Metamfetamin və heroin olmuşdur. Onlar evə təkcə bir dəfə girmişlər. Başqa vaxt girməmişlər. Narkotiklər şəxsin evindən aşkar edilmişdir. Satışla bağlı məlumatda özü iştirak etməmişdir. Yalama polis bölməsinin əməkdaşları iştirak etmişdir. Şəxs sonradan saxlanılmışdır. Şəxsin narkotik satdığı şəxsin adını bilməmişdir. Xatırlamamışdır. Şəxsin saxlanılmasında iştirak etməmişdir. Sadecə onun məlumatı olmuşdur. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, sərbəst ifadəsində və ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxsi keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. O, şəxsin hər iki epizodunda iştirak etmişdir. Birinci olaraq Şahid11 tutmuşlar. Şəxsi Yalama kəndində saxlamışlar. Şəxsin üzərindən narkotik çıxmışdır. Metamfetamin olmuşdur. Dindirilmə zamanı narkotiki Təqsirləndirilən şəxs əldə etməsi müəyyən olmuşdur. 20-40 manat verdiyini demişdir. Əliyarovun yaşadığı yerin Xaçmazda olduğunu bilmişlər. Məhkəmənin qərarı əsasında şəxsin evinə baxış keçirmişlər. Evinə baxış zamanı o və digər əməliyyatçılar iştirak etmişdir. Şəxsin evindən telefonlar, heroin və metamfetam aşkar edilmişdir. Axtarışda da o şəxsən iştirak etmişdir. Şəxs Masazır ərazində saxlanılmışdır. O polis kapitanı vəzifəsində xidmət etmişdir. Bütün əməliyyatlarda iştirak etmişdir. Məhkəmənin qərarı olmuşdur. Qapını açmışlar. Sağ tərəfdə olan ev olmuşdur. Sol tərəf boşluqdur. Pilləkəndən qalxmışlar. Sağ tərəfdə Ayazın otağıdır. Həmin vaxtı qardaşı ilə söhbət etmişlər. Həmin otağa Ayazdan başqa kimsənin girmədiyini demişdir. Otaqda Ayaz tək yaşamışdır. Qardaşının iştirakı ilə narkotik aşkar edilmişdir. Qardaşı etiraz etməmişdir. Otağa Ayazdan başqa kimsə girmədiyini demişdir. Evində axtarışdan 20 gün sonra Təqsirləndirilən şəxs saxlanılmışdır. Məlumat əsasında saxlanılmışdır. Şəxsin evinə bir dəfə girmişlər. Müstəntiqin iştirakı ilə olmuşdur. Məhkəmə qərarı əsasında keçirilmişdir. Qardaşı da təsdiq edə bilər. Şahid11 Yalama kəndində saxlamışlar. Mahmudu sorğu sual edən zaman narkotiki Ayazdan aldığını demişdir. Bu formada olmuşdur. Telefon nömrəsini də demişdir. Mənzilin qapısını Ayazın qardaşı açmışdır. Onun otağını qardaşı onlara göstərmişdir. Şəxsin evinə bir dəfə girmişlər. Birmənalı olaraq ikinci dəfə girməmişlər. Şahid11 üzərindən aşkar edilən narkotikin çəkisi ona cinayət işi açmağa imkan verməmişdir. İstintaqa zamanı vermiş olduğu ifadəni təsdiq etmişdir. O, şəxsin Ayazla bağlı bütün əməliyyatlarda iştirak etmişdir. Yəqin, ifadə verən zaman hər bir detalı qeyd etməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, sərbəst ifadəsində və ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxs onun qardaşıdır. Polislər gələn zaman o, yatmışdır. Təqsirləndirilən şəxs ayrıca özüə məxsus olan otağı vardır. Səsə oyanmışdır. O, polislərə “sizə kim icazə verib ki, bizim evə girirsiz” demişdir. Məhkəmədən qərarı ona göstərmişlər. “Qərarda olsa bir başa evə girmək olmaz” demişdir. O, öz otağından çıxanda bir ya da iki polis əməkdaşı Ayazın otağına da girmişdir. Ayazı axtarmışlar. Onların gəldiyi gün də saat altı və ya yeddidə Ayaz evdən getmişdir. Polis əməkdaşları evə saat on birdə gəlmişdir. Ayaz gedəndən sonra saat səkkizdə anası Ayazın otağına girərək onun otağını təmizləmişdir. Otaq təmiz olmuşdur. Yenidən çəkilişlə evə girmişlər. Beş və ya altı nəfər Ayazın otağını axtarmışdır. Çəkiliş zamanı bir nəfər burada “nəsə var” demişdir. Onlara “burada heç nə olmalı deyil” demişdir. Bütün bu olanlar çəkilişə düşmüşdür. Onlara aşkar olunanın necə çıxdığını soruşmuşdur. Bu mənada soruşmuş və ona “ay qardaşım o orada idi” demişdir. Ayazın otağında aşkar edilənlərdən evdəkilərin xəbəri olmadığı ilə əlaqədar imza çəkmişdir. O, Ayazın narkotik istifadə etməsini bilməmişdir. O, usta işləyir. Məhkumluğu olmamışdır. Çəkiliş zamanı indi dediklərini vurğulamamışdır. O, narkotikin ona məxsus olduğunu bilməmişdir. Ayazın əvvəllər məhkumluğu olmuşdur. Bundan əvvəl narkotiklə məhkumluğu olmuşdur. İçəridən çıxandan sonra narkotikdən istifadə etməyəcəyi barədə söz vermişdir. Evdə axtarış keçirilməsi ilə əlaqədar heç yerə müraciət etməmişdir. Təkcə Ayaz tutulandan sonra onunla söhbət etmişdir. Ona “necə olubsa o formada şahidlik edə bilərsən” demişdir. Ayazın otağına girməkləri barədə etiraz olmamışdır. Ayazın özünü tutmaq istəməmişlər. Səhər qapı açıq olmuş və elə evə girmişlər. İstintaqda verdiyi ifadəni xatırlamışdır. Ona təzyiq edən olmamışdır. Sərbəst ifadə vermişdir. Amma yazılanı oxumamışdır. Ayazın otağından heç kimin xəbəri olmaması barədə imza çəkmişdir. Onu iki dəfə dindirmişlər. Divanın içərisindən şprisləri çıxarmışlar. O, kimin olduğunu bilməmişdir. Onun anası amma həmin gün səhər Ayazın otağını təmizləmişdir. O, orada həmin günü ondan nə soruşulmuşsa onu demişdir. Ayazın otağına kimsə girməmişdir. Anası həmin günü Ayazın otağının təkcə yerini silmişdir. İstintaqa vermiş olduğu ifadəni təsdiq etmişdir. O, nə görmüşsə və onu da demişdir. Qardaşı ilə münasibəti soyuq olmuşdur. Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma qardaşıdır, yaşadığı evdə anası, atası və qardaşı Ayazla birgə qalmışdır. Əvvəllər qardaşı normal davranışları olmuş, işləmiş və evə pul gətirən biri olmuşdur. Lakin bir müddət sonra Ayaz narkotik vasitə aludəçisi olmağa başlamış, bundan sonra narkotik üstündə hətta həbs edilib cəza çəkmişdir. Cəzaçəkdikdən bir müddət sonra evə qayıtmışdır. Lakin öz əməllərini yenidən başlamağına həmişə şübhə olmuşdur. Yaşadığı evdəki Ayaza məxsus olan otaqda Ayazın özündən başqa kimsə yaşamır, Ayaz otağına əvvəldən heç kimi buraxmamışdır. Buna görə Ayazın nələr ilə məşğul olduğunu bilməmişdir. Amma şübhələnmişdir ki, Ayaz narkotik vasitə aludəçisidir, yatdığı otaqda müəyyən narkotik və ya psixotrop maddələr saxlayır, bəlkə də satışı ilə məşğul olur. Ayazla faktiki olaraq münasibət saxlamamış, nədə ki, danışmamış, çünki aralarında soyuqluq olmuşdur. 15 yanvar 2025-ci il tarixdə polis əməkdaşları yaşadığı evin qarşısına gəlmiş, çölə dəvət etmiş, bundan sonra icra nümayəndəsinin və polis əməkdaşlarının iştirakı ilə X15 əlində Xaçmaz rayon məhkəməsinin qərarını göstərib, yaşadığı ünvan 1 ünvanında məcburi olaraq baxış axtarış və götürmə aparılmasına icazələrinin olmasını bildirmişdir. Etiraz etməmiş, bundan sonra Ayazın yaşadığı yeri, yəni otağı təqdim etmişdir. Həmin otaqda aparılan axtarış və baxış zamanı mobil telefonlar, elektron tərəzi, 34 ədəd şpris, otaqdakı qaz sobasının altından iki ədəd bükümdə metamfetaminə bənzər kütlə, 6 ədəd ağ rəngli həb, 2 ədəd metadona aid həb, bir ədəd spirt qabında metamfetaminə bənzər kütlə aşkar edilmiş, X15 tərəfindən həmin aşkar edilən əşya və kütlələr qablaşdırılıb, iştirak edənlər tərəfindən imzalanmış və ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Bundan başqa Ayaza məxsus baş geyimi də götürülmüşdür. Ayazın otağından aşkar edilən əşyalar qardaşı Ayaza məxsus olmuş, Ayazın otağına heç kim girməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, sərbəst ifadəsində və ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, həmin günü evdə olmuş və qapı bağlı olmuşdur. Həyətin polislərlə dolu olduğunu görmüşdür. Oğlunun biri yatmış və Ayaz da evdə olmamışdır. Ondan Ayazı soruşmuşlar və evdə olmadığını demişdir. Bakı şəhərində olduğunu demişdir. Evi axtarmışlar. Sonra evdə olan oğluna çəkilişlə axtaracaqlarını demişdirlər. Daha sonra otağı çəkmişlər. Həmin vaxtı orada olmamışdır. Evdə olan oğlu ilə beş nəfər evə baxmışlar. Məhkəmə qərarını ona göstərməmişlər. Onun oğlu polislərlə danışmağa ona icazə verməmişdir. Çəkilişdən əvvəl Ayazın otağına girmişlər. Hər yerə girmişlər. Fərhad yanlarında olmamışdır. Səhər o, Ayazın otağını təmizləmişdir. Otaqda iynələr olmuşdur. O, oğlunun narkotikdən istifadə etməsindən şübhələnmişdir. Polislərin əlində giriş edəndə bağlama görməmişdir. Çıxanda əllərində nəsə görmüşdür. O, sobanın altını silmiş və orada nəsə görməmişdir. Sərbəst ifadə vermiş və kimsə ona öyrətməmişdir. İfadəsini oxumamışdır. O, həmin günü işdə olmamışdır. O heç vaxt işləməmişdir. Evdə olmuşdur. Çəkilişdə iştirak etməmişdir. O, həmin günü oğlunun otağının yerini silmişdir. İynələri görmüşdür. Başqa bir şey görməmişdir. Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs mənim doğma oğludur, yaşadıqları evdə əri, oğlanları Fərhad və Ayaz ilə birgə qalmışdır. Əvvəllər oğlu Ayazın normal davranışları olmuş, işləmiş və evə pul gətirən biri olmuşdur. Lakin bir müddət sonra o narkotik vasitə aludəçisi olmağa başlamışdır, bundan sonra narkotik üstündə hətta həbs edilib cəza çəkmişdir. Cəza çəkdikdən bir müddət sonra evə qayıtmışdır. Lakin öz əməllərini yenidən başlamağına onda həmişə şübhə olmuşdur. Ayazın yaşadığı evdəki ona məxsus olan otağında onun özündən başqa kimsə yaşamır, o, öz otağına əvvəldən heç kimi buraxmamışdır. Buna görə onun nələr ilə məşğul olduğunu bilməmişlər. Oğlunun narkotik vasitə aludəçisi olması barədə onda şübhələr olmuşdur. 15 yanvar 2025-ci il tarixdə polis əməkdaşları onların yaşadıqları evdə Ayaza məxsus otaqda axtarış aparan zaman o və yoldaşı işdə olmuşlar. Ayazın otağından aşkar edilən əşyalar onun özünə məxsusdur, onun otağına heç kim girməmiş, mən və ailə üzvlərimiz onun otağına müdaxilə etməmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, sərbəst ifadəsində və ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, il ərzində çoxlu rəy verilməsinə baxmayaraq Təqsirləndirilən şəxs cinayət işi üzrə vermiş olduğu rəy onun yadındadır. Plasmas qabda olmuşdur. Qabın içərisində onlar onun çəkisini çəkməmişlər. İçərisindəki kütləni çölə tökərək elə o formada da çəkisini çəkmişlər. Plastik qabın içərisində kütlə olmuşdur. İçərisində əlavə bir büküm çıxmışdır. O da ona görə ayırmış və çəkilərini ayrı-ayrılıqda çəkmişdir. Ekspert rəyində qeyd etdiyi cümlədə anlaşılmamazlığın olmadığını bildirmişdir. Rəydə qeyd etdikləri düzgündür. Əvvəlcədən görünən maddə olmuşdur. Plastik qabın içərisində qeyri-narkotik maddə olmuşdur. Rəyinə uyğun ifadə vermişdir. İstintaq zamanı onlara maddi sübutla bağlı qərar da göndərilmişdir. Qərarla göstərilən bükümlər arasında fərq olub-olmamasını xatırlamamışdır. Belə bir hal olsaymış, məlumat verərmiş. Onlara göndərilən maddi sübutda aşkar etdiklərinə uyğun rəy vermişdir. Qərarda deyil, ekspert qarşısında qoyulan suallarda qeyd olunmuşdur. O, qablaşdırılmanı açdığı zaman büküm halında olan maddədən də əlavə digər dağınıq vəziyyətdə olan maddəni də aşkar etmişdir. O, maddənin plastik spirt qabının içərisindən çıxmasını xatırlamamışdır. O, təkcə plastik bir qab olduğunu xatırlamışdır. Kağızın içərisinə onlar özləri çəkisini çəkəndən sonra qoymuşlar. Ağ rəngli bir zərf qoymuşlar. Hamsını onun üzərinə tökmüşlər. Daha sonra hər biri ayrı-ayrılıqda çəkisini çəkmişlər. Əlavə narkotik çıxmışdır. Maddi sübutu kağızın içərisinə onlar özləri qoymuşlar. Maddi sübutun çəkisini çəkib rəyi verəndən sonra kağıza qoymuşlar. Qabın içərisində olan kütlələrin hamısını onlar əvvəlcə boşaltmışlar. Açıq olan kütləni ayrıca çəkmişlər. Hər birinin çəkisini ayrı-ayrılıqda çəkmişlər. Təqsirləndirilən şəxsi maraqlandıran bütün sualların cavabı ekspert rəyində öz əksini tapmışdır. Maddi sübutu kağızın içərisinə onlar özləri qoymuşlar. Maddi sübutu çəkisini çəkib rəyi verəndən sonra kağıza qoymuşlar. Qabın içərisində olan kütlələrin hamısını onlar əvvəlcə boşaltmışlar. Açıq olan kütləni ayrıca çəkmişlər. Hər birinin çəkisini ayrı-ayrılıqda çəkmişlər. Təqsirləndirilən şəxsi maraqlandıran bütün sualların cavabı ekspert rəyində öz əksini tapmışdır. Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ƏN-nin MEM-nin fiziki-kimyəvi ekspertizalar şöbəsinin eksperti, ali kimya təhsilli, 11.8 “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi” ixtisası üzrə 2022-ci ildən ekspert iş stajına malik olan, İİ dərəcəli ədliyyə qulluqçusu olmuşdur. 17 yanvar 2025-ci il tarixdə Xaçmaz Rayon Polis Şöbəsinin müstəntiqi, polis baş leytenantı X8 təyin etdiyi məhkəmə-kimyəvi ekspertizası haqqında qərar və iki ədəd zərf mərkəzə təqdim edilmiş və ekspertizanın aparılması həvalə edilmişdir. Həmin təqdim edilən zərflərdən üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin otağından aşkar edilən kütlələr..” yazıları, imzalar olan İkinci zərfdəki 01 (bir) ədəd plastik qabın içərisində olan kütlənin təmiz çəkisini müəyyən etmək üçün qabın qapağını açanda içərisində qabın içərisinə tökülmüş şəffaf kristal kütlə və 01 ədəd büküm olduğu aşkar olunmuşdur. Bununla da qabin içərisindən çıxan 01 (bir) ədəd bükümdə ağ rəngli, kristallik maddə kütləsinin təmiz çəkisi - 7,311 qram; (şərti olarag 12 No-lı obyekt), qabın içərisinə tökülmüş vəziyyətdə olan narın, şəffaf kristallik maddə kütləsinin (şərti olaraq 13 No-li obyekt) təmiz çəkisi 27,358 qram (şərti olaraq 13 No-li obyekt) olduğu müəyyən edilmişdir. Həmin kütlələr tədqiq edilən zaman 01 ədəd bükümdəki təmiz çəkisi - 7,311 qram olan ağ rəngli, kristallik maddə kütlənin, psixotrop maddə metamfetamin olması, digər qabın içərisinə tökülmüş vəziyyətdə təmiz çəkisi 27,358 qram olan narın, şəffaf kristallik maddə kütləsinin isə narkotik vasitə, psixotrop, güclü təsiredən və zəhərli maddələrə aid olmaması müəyyən edilmişdir. Məhkəmə baxışında əlavə şahid qismində dindirilmiş X1 ifadəsində və ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə araşdırmanı aparmışdır. Evə baxış zamanı videoçəkiliş onun iştirakı ilə aparılmışdır. Onun iştirakı ilə aşkar edilənlər qablaşdırılmışdır. Şəxsin Şahid11 metamfetamin satması faktına görə onun tərəfindən araşdırılma başlanılmışdır. Aparılmış istintaq zamanı həmin şəxsə Təqsirləndirilən şəxs tərəfindən metamfetamin satılmışdır. Bununla bağlı müvafiq məhkəmə qərarları əldə edilmişdir. Həmin qərar əsasında şəxsin yaşadığı mənzilə baxış keçirmişlər. Axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. 15 yanvar 2025-ci ildə şəxsin yaşadığı yataq otağına baxarkən həmin otaqda 34 ədəd şpris, 6 ədəd metadon həbinə bənzər həblər, bundan əlavə bir ədəd içərisində metamfetaminə bənzər kütlə olan spirt qabı aşkar edilmişdir. Eyni zamanda həmin evdə qaz sobasının altından iki ədəd metamfetaminə bənzər kütlə aşkar edilmişdir. 6 ədəd şəxsə məxsus olan mobil telefon götürülmüşdür. Götürülmüş bütün əşyalar qablaşdırılmışdır. Xaçmaz rayon Polis Şöbəsinin müvafiq möhürləri ilə möhürlənmişdir. Möhürlə qablaşdırılmış əşyalar da ekspertizaya göndərilmişdir. Ekspert rəyində də həmin sübutların qablaşdırılmasının pozulmadığı göstərilmişdir. Həmin qablaşdırılmanın sonradan pozulması və ona müdaxilə edilməsi mümkünsüzdür. Kimsə qablaşdırılmaya müdaxilə edə bilməz. Onun nəzarəti altında olmuşdur. Həmin qablaşdırılma da müvafiq möhürlə ekspertizaya getmişdir. Videoçəkiliş də fasiləsiz aparılmışdır. Spirt qutusu aşkar edildikdən sonra onun qapağı tərəfindən açılmışdır. O, həmin maddəni psixotrop maddəyə bənzətmişdir. Onun tamlığı pozulmasın deyə hər hansı bir zərfin üzərinə tökməmişdir. Bu onun öz daxili fikridir. İstintaq hərəkəti zamanı belə olmalı olduğunu fikirləşmişdir. Bir milli qram belə şəxsin taleyini həll edən bir məsələdir. Həmin məsələ birbaşa şəxsin ittihamına təsir edə bilər. Ona görə də həmin qutu olduğu kimi qablaşdırılmışdır. Bəlkə də, həmin büküm qutunun alt hissəsində olmuşdur. Təxmini xatırlamışdır. İçərisində şəffaf sellofan bükümdə büküm çıxmışdır. Faktiki olaraq onu görməyi mümkünsüzdür. Müəyyən dağılma və pozulma olduğuna görə həmin qutunun boşaldılıb baxılmasına zərurət görməmişdir. Olduğu kimi ekspertizaya göndərmişdir. İçərisində olan büküm şəffaf sellefonda olmuşdur. Maddələr bir birinə çox bənzəmişdir. 12 yanvar tarixində Şahid11 tutulmuşdur. Onun məlumatı əsasında şəxsən özü Ayazla əlaqə saxlamışdır. Ayaz artıq Şahid11 narkotik satmasından onların xəbərlərinin olmasından məlumatlı olmuşdur. Bəlkə də, şəxs narkotikin birini qabın içərisində gizlətmişdir. Məhkəmə baxışında ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmaqla araşdırılmış Şahid1 ibtidai istintaq ifadəsində göstərmişdir ki, Xaçmaz RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində olmaqla, polis mayoru rütbəsində olmuşdur. 15 yanvar 2025-cı il tarixdə saat 11 radələrində Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X4, Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis kapitanı X6, Xaçmaz RİH-nin Xaçmaz şəhəri İƏD-nin evlər müdiri vəzifəsində işləyən X3 iştirakları ilə Təqsirləndirilən şəxs Şahid11 psixotrop maddə metamfetamin satması faktı ilə bağlı Xaçmaz RPŞ-nin İstintaq bölməsinin müstəntiqi X10 tərəfindən ünvan 4 ünvanında yerləşən yaşadığı evə məcburi qaydada baxış, axtarış və götürmə istintaq hərəkətlərinin həyata keçirilməsi üçün qeyd olunan ünvanın qarşısına gəlmişdirlər. Baxış aparılmazdan əvvəl baxışda iştirak edən şəxslərə ibtidai araşdırma məlumatlarının yayılmasının yolverilməzliyi barədə Azərbaycan Respublikası CM-nin 300-cü maddəsində nəzərdə tutulan məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Şahid7 çölə çağırılaraq X15 tərəfindən Xaçmaz rayon məhkəməsinin 13 yanvar 2025-ci il tarixli 5(067)-11/2025 nömrəli qərarı ilə tanış edilərək, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə edib saxlaması və satması barədə məlumat üzrə sübut əhəmiyyətinə malik predmetlərin aşkar edilib götürülməsi üçün Ayazın yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Şahid6 etirazının olmamasını bildirmişdir. Bundan sonra Şahid6 iştirakçılar ilə birgə Təqsirləndirilən şəxs yaşadığı evin həyət qapısından içəri daxil olmuş, içəridə kürsülü 1 mərtəbəli ev olması məlum olmuşdur. Pilləkənlə çıxıb evə daxil olduqdan sonra Şahid6 evdə hazırda tək yaşadığını, sağda olan tünd-sarı rəngli taxta qapını göstərib Təqsirləndirilən şəxs yaşadığı otağın həmin otaq olmasını, Ayazın həmin otaqda tək yaşamasını bildirmişdir. Bundan sonra həmin otağa iştirakçılarla birlikdə daxil olunmuşdur. Otağa daxil olduqda sol tərəfdə bir ədəd çarpayı, qara stul, divan, sol ön tərəfdən bir ədəd güzgülü termo, sağ küncdə bir ədəd qaz sobası, sağ küncdə isə bir ədəd televizor olması görünmüşdür. Şahid6 çarpayını göstərərək, Təqsirləndirilən şəxs həmin çarpayıda yatmasını, otaqdan təkcə Ayazın istifadə etməsini bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən həmin otaqda olan polis işçilərinə sübut əhəmiyyətinə malik ola biləcək əşya predmetləri baxış və axtarış edərək aşkar etdikləri halda, götürmələri və təqdim etmələri bildirilmişdir. Bundan sonra baxış və axtarış başlamış, otaqdakı çarpayının üzərində olan bir ədəd ağ rəngli sellofan paket içərisi çarpayının üzərinə boşaldıqda içərisində narkotik vasitə heroinin qalıqları olan kiçik həcmli şprislərin və boş siqaret qutularının olması görünmüşdür. Otaqdakı güzgülü termonun üzərində olan kağız stəkanının içərisindən boş şprislər və 6 ədəd ağ rəngli, 2 ədəd qəhvəyi rəngli həb aşkar edilmişdir. Müstəntiq tərəfindən Şahid6 həmin aşkar edilən predmetlərin nə olması soruşulduqda, sonuncu predmetlərdən məlumatının olmamasını və Ayazla danışmamasını, həmin otağa Ayazdan başqa heç kimin girmədiyim bildirmişdir. Otaqdakı divanın üzərindəki qara rəngli pul qabının içərisindən bir ədəd “İphone” markalı, bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Çarpayının üzərindəki boz rəngli çantanın içərisindən bir ədəd “Samsung” markalı smartfon, bir ədəd sadə mobil telefon aşkar edilmiş və həmin telefonlar çarpayının üzərindən Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən bir ədəd qış baş geyimi ilə birlikdə müstəntiq tərəfindən götürülmüşdür. Baxış və axtarış zamanı otağın sağ küncündə olan qaz sobasının altından bir ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan şəffaf selafon büküm, həmin yerdə “Argo” markalı siqaret qutusunun içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan digər bükülü ilə müqayisədə kiçik həcmdə olan şəffaf selafon büküm aşkar edilmişdir. Otaqdakı çarpayının arxasından bir ədəd işlək vəziyyətdə olan elektron tərəzi, “Motorolla”, “Flonor” və “Samsung” markalı mobil telefonlar, güzgülü termonun altındakı saxlanc yerindən bir ədəd üzərində “Spirt” yazısı olan plastmas qabın içərisində psixotrop maddə metamfetamin olan kütlə aşkar edilmişdir. Həmin otağın qonşuluğunda olan digər otağa baxış və axtarış keçirilsə də, sübut əhəmiyyətinə malik əşya və ya predmet aşkar edilməmişdir. Şahid6, qardaşı Təqsirləndirilən şəxs məxsus olduğunu bildirdiyi otaqda aparılan baxış axtarış və götürmə istintaq hərəkətindən sonra sübut əhəmiyyətinə malik olan əşya və predmetlər otaqda yerin döşəməsinə düzülərək qablaşdırılma prosesi başlamışdır. Aşkar edilmiş içərisində psixotrop maddə metamfetamin olan sellofan bükümlər elektron tərəzidə ölçülən kiçik bükümün çəkisinin 2,39 qram, böyük sellafon bükümün isə çəkisinin 19,41 qram, içərisində psixotrop maddə metamfetamin olması ehtimal edilən üzərində “Spirt” yazısı olan plastmas qab elektron tərəzidə çəkilən zaman çəkisinin qab ilə birlikdə 53,69 qram olması müəyyən olunmuşdur. İçərisində narkotik vasitə heroinin qatqısına bənzər kütlələr olan 34 ədəd şprislər, içərisində psixotrop maddə metamfetamin olan üzərində “Spirt” yazısı olan plastmas qab böyük zərfdə qablaşdırılıb, üzəri adlar yazılmaqla, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yataq otağından aşkar edilən içərisində psixotrop maddə metamfetamin olan şəffaf sellafon bükümlər, 02 ədəd metadon həbinə bənzər həb və 06 ədəd digər həb, elektron tərəzi kiçik zərfdə qablaşdırılaraq, möhürlənib, üzərində adlar yazılmaqla, iştirakçılar tərəfindən imzalanmışdır. Həmin otaqdan aşkar edilən 07 ədəd mobil telefon və bir ədəd baş geyimi sübut əhəmiyyətinə malik olduğundan müstəntiq tərəfindən götürülmüşdür. Bundan başqa sorğu zamanı Şahid6 qardaşı Təqsirləndirilən şəxs yaşadığı evdə səbəbini bilmədiyi hala görə son 2 gündür olmamasını bildirmişdir. Baxış, axtarış və götürmə istintaq hərəkəti bitdikdən sonra Xaçmaz rayon məhkəməsinin qərarının surəti müstəntiq tərəfindən Şahid6 Ayaz oğluna təqdim edilmişdir. Məhkəmə baxışında ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmaqla araşdırılmış Şahid3 ibtidai istintaq ifadəsində göstərmişdir ki, Xaçmaz RPŞ-nin Yalama PBnin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində olmaqla, polis kapitanı rütbəsindədir. Xaçmaz rayonu, İstisu qəsəbəsində yaşayan Şahid11 narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat aparatına dəqiq və qərəzsiz məlumat daxil olduğundan onu saxlamaq üçün rəhbərliyə raportla müraciət edərək, əməliyyat qrupunun yaradılmasını xahiş etmişdir. 11 yanvar 2025-ci il tarixdə, saat 14:40-da Xaçmaz RPŞ-nin Yalama PB-nin polis sahə rəisi, polis kapitanı Şahid4 və Xaçmaz RPŞ-nin Yalama PB-nin polis nəfəri vəzifəsində işləyən, polis serjantı Şahid5 ilə birlikdə Şahid11 Xaçmaz rayonu, Yalama kəndində saxlanılmışdır. Şahid11 özlərini təqdim etdikdən sonra Şahid11 qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlaması və daşıması barədə məlumat daxil olduğunu bildirərək hüquq və vəzifələrini izah edib üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsini təklif etmişdirlər. Bu təklifdən sonra Şahid11 könüllü olaraq əynindəki qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibindən “West” siqaret qutusundan şəfaf rəngli sellofana bükülmüş şəfaf rəngli kristal formalı kütləni çıxardaraq təqdim etmişdir. Şahid11 həmin kütlənin nə olması ilə maraqlananda Şahid11 kütlənin psixotrop maddə metamfetamin(patı) olduğunu və öz istifadəsi üçün Xaçmaz şəhərində Ayaz adlı şəxsdən 20 (iyirmi) manata aldığını bildirmişdir. Bundan sonra Şahid11 üzərindən aşkar olunmuş, içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütləsi olan sellofan büküm tərəfindən elektron tərəzidə çəkilən zaman çəkisinin ümumilikdə 0,12 qram olması müəyyən edilmişdir. Bundan sonra içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan sellofan tərəfindən bir ədəd kağız paketə qoyularaq qablaşdırılmış və möhürlənərək götürülmüş, həmin kağız paketin üzəri əməliyyat-axtarış tədbirində iştirak edən polis əməkdaşları, o cümlədən Şahid11 tərəfindən imzalanmışdır. Şahid11 üstü yoxlanıldıqda sol əlində saxladığı 01 ədəd alışqan, qara rəngli, düymələri ağ-qara rəngli olan üzərində “Fmobile K 11” sözləri yazılmış 01 ədəd mobil telefon aşkar edilmişdir. Mobil telefon əməliyyat marağı kəsb etdiyindən götürülmüş, alışqan isə geri qaytarılmışdır. Bundan sonra Şahid11 Yalama PB-nə dəvət edilmişdir. Şahid11 təklifləri ilə razılaşmış və Yalama PB-nə gəlmişdir. Yalama PB-nin inzibati binasında təhqiqatçı tərəfindən aşkar edilmiş bükülüyə baxış keçirilmiş və yenidən qablaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Ardınca isə təhqiqatçı tərəfindən Şahid11 hüquqları izah olunmaqla, sonuncu müdafiəçi ilə təmin olunmaqla şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə baxışında ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmaqla araşdırılmış Şahid7 ibtidai istintaq ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur, yaşadıqları evdə arvadı, oğlanları Fərhad və Ayaz ilə birgə qalmışdır. Əvvəllər oğlunun normal davranışları olmuş, işləmiş və evə pul gətirən biri olmuşdur. Lakin bir müddət sonra o, narkotik vasitə aludəçisi olmağa başlamış, bundan sonra narkotik üstündə hətta həbs edilib cəza çəkmişdir. Cəza çəkdikdən bir müddət sonra evə qayıtmışdır. Lakin öz əməllərini yenidən başlamağına onda həmişə şübhə olmuşdur. Ayazın yaşadığı evdəki ona məxsus olan otağında onun özündən başqa kimsə yaşamır, o, öz otağına əvvəldən heç kimi buraxmamışdır. Buna görə onun nələr ilə məşğul olduğunu bilməmişlər. Amma oğlunun narkotik vasitə aludəçisi olmasından şübhələnmişdir. 15 yanvar 2025-ci il tarixdə polis əməkdaşları onların yaşadıqları evdə Ayaza məxsus otaqda axtarış aparan zaman o və yoldaşı işdə olmuşlar. Ayazın otağından aşkar edilən əşyalar onun özünə məxsusdur, onun otağına heç kim girməmiş, o və ailə üzvləri onun otağına müdaxilə etməmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, Xaçmaz rayonu Müqtədir qəsəbəsində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan xx.xx.1992-ci il təvəllüdlü Şahid11 narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə etibarlı mənbədən əməliyyat yolu ilə məlumat daxil olmuşdur. xx.xx.2025-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1992-ci ildə Xaçmaz rayonu Müqtədir qəsəbəsində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan Şahid11 cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 14:40-da Şahid11 Xaçmaz rayonu Yalama kəndində olması tərəflərindən müəyyən edildikdən sonra Xaçmaz RPŞ-nin Yalama PB-nin polis sahə rəisi, polis kapitanı Şahid4 və Xaçmaz RPŞ-nin Yalama PB-nin polis nəfəri, polis serjantı Şahid5 ilə birlikdə videoçəkiliş aparılmaqla Şahid11 yaxınlaşıb özlərini təqdim etdikdən sonra ona qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə əldə edib saxlaması və daşıması barədə məlumat daxil olduğunu bildirərək hüquq və vəzifələrini izah edib üzərində narkotik vasitə varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra Şahid11 könüllü olaraq əynindəki qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibindən “West” siqaret qutusundan şəfaf rəngli sellofana bükülmüş şəfaf rəngli kristal kütləni çıxardaraq təqdim etmişdir. Ondan həmin kütlənin nə olması ilə maraqlananda o, psixotrop maddə metamfetamin (patı) olduğunu və onu öz istifadəsi üçün Xaçmaz şəhərində Ayaz adlı şəxsdən 20 (iyirmi) manata aldığını bildirmişdir. Bundan sonra Şahid11 üzərindən aşkar olunmuş, içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütləsi olan sellofan tərəfimdən elektron tərəzidə çəkilən zaman çəkisinin ümumilikdə 0,12 qram olması müəyyən edilmişdir. Bundan sonra içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan sellofan tərəfimdən bir ədəd kağız paketə qoyularaq qablaşdırılməş və möhürlənərək götürülmüşdür, həmin kağız paketin üzəri əməliyyat-axtarış tədbirində iştirak edən polis əməkdaşları, o cümlədən Şahid11 tərəfindən imzalanmışdır. Şahid11 üstü yoxlanıldıqda sol əlində saxladığı 01 ədəd alışqan, qara rəngli, düymələri ağ-qara rəngli olan üzərində “Fmobile К 11” sözləri yazılmış 01 ədəd mobil telefon aşkar edilmişdir. Mobil telefon əməliyyat marağı kəsb etdiyindən götürülmüşdür, alışqan isə geri qaytarılmışdır. Bundan sonra Şahid11 Yalama PB-nə dəvət edilmişdir. “Əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” 11 yanvar 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, 11 yanvar 2025-ci il tarixdə Xaçmaz Rayon X19 Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 tərəfindən“01”'ədəd zərf təhqiqata təqdim edilmiş, zərf açılaraq içərisinə baxılmış və içərisində “01” ədəd sellafon bükümün olması aşkar edilmişdir. Həmin sellafon bükümün içərisində psixotrop maddə olan metamfetaminə bənzər şəfaf rəngli kristal formalı kütlə olması müəyyən edilmişdir. Şahid11 “01” ədəd şəfaf sellofanda olan kütlənin özünə məxsus olmasını bildirmiş, kütlənin patı kimi tanıdığı psixotrop maddə metamfetamin olması, həmin kütləni xx.xx.2025-ci il tarixdə Xaçmaz şəhərində yaşayan Ayaz adlı şəxsdən 20 (iyirmi) manata özünün istifadəsi üçün almasını bildirmişdir. Bundan əlavə Şahid11 istifadə etdiyi qara rəngli ağa-qara rəngli düymələri olan üzərində “Fmobile və K11” sözləri yazılmış mobil telefon təhqıqatçı tərəfindən götürülmüş, Şahid11 üstünün yoxlanılmasının görüntülərinin əks olunduğu bir ədəd “DVD” diskə baxış keçirilən zaman yoxlamanın əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə fasiləsiz qeydə alınması müəyyən edilmiş və görüntülərin köçürüldüyü 01 ədəd “DVD” disk protokola əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, Xaçmaz rayonu Müqtədir qəsəbəsində yaşayan Şahid11 Xaçmaz rayonu Yalama kəndində küçədə saxlanılaraq ondan üzərində narkotik maddə olub-olmamasını soruşduqda o, əynindəki qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibindən West siqaret qutusundan bir ədəd şəfaf sellofana bükülmüş içərisində şəfaf rəngli kristal kütləni psixotrop maddə olan metafetaminə bənzər kütləni çıxardaraq təqdim etmiş, bu səbəbdən də həmin şəxs Yalama PB-nə gətirilmişdir. xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi polis baş leytenantı Nurlan Əliyev tərəfindən ********* nömrəli cinayət işi üzrə verilmiş 16 yanvar 2025-ci il tarixli, təqsirləndirilən şəxsin axtarışının elan edilməsi haqqında qərara əsasən, xx xxxxx 1989-cu ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində qeydiyyatda olan, Xaçmaz şəhəri Həsən Seyidbəyli küçəsi ev 38-də yaşayan, Təqsirləndirilən şəxs barəsində 16 yanvar 2025-ci il tarixdə 780011 nömrəli axtarış işi açılmışdır. xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı Nurlan Əliyevin ********* nömrəli cinayət işi üzrə verdiyi 16 yanvar 2025-ci il tarixli, təqsirləndirilən şəxsin axtarışının elan edilməsi haqqında qərara əsasən, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, xx.xx.1989-cu ildə Xaçmaz rayonunda anadan olmuş, Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində qeydiyyatda olan, Xaçmaz şəhəri Həsən Seyidbəyli küçəsi ev 38-də yaşayan, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 fevral 2025-ci il tarixdə saat 12:50-də Abşeron rayonu Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksi ərazisində saxlanılaraq Xaçmaz RPŞ-nin MSY-nə təhvil verilmişdir. Buna görədə Təqsirləndirilən şəxs barəsində olan 780011 nömrəli axtarış işi xx.xx.2025-ci il tarixdə xitam olunmuşdur. Şübhəli şəxsin üstünün yoxlanılması haqqında 11 yanvar 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Şahid11 üzərindən 01 ədəd şəffaf sellofan bükümdə içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə xx.xx.2025-ci il tarixdə aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının 12 yanvar 2025-ci il tarixli, 6/130 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şahid11 üzərindən aşkar olunmuş bir ədəd büküm..’' yazıları olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,105 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Məhkəmə-kimyəvi ekspertizasının 17 yanvar 2025-ci il tarixli, 6/220 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərlərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 58” dairəvi möhürlə möhürlənmiş iki ədəd zərfdə qablaşdırılmış: üzərində “Təqsirləndirilən şəxsrı yaşadığı evdən aşkar edilən kütlələr..”, yazıları olan birinci zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi -2,324 qram olan ağ rəngli, kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; konvalyut kəsiklərində ümumilikdə 2 ədəd qəhvəyi rəngli, 6 ədəd ağ rəngli dərman tabletləri və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 18,591 qram olan ağ rəngli narın, kristallik maddə kütləsi narkotik vasitə, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid deyildir; bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə və psixotrop maddələrə məxsus izlər yoxdur. üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin otağından aşkar edilən kütlələr..” yazıları, imzalar olan ikinci zərfdə 01 (bir) ədəd plastik qabın içərisindəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 7,311 qram olan ağ rəngli, kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; qabın içərisinə tökülmüş vəziyyətdə təmiz çəkisi 27,358 qram olan narın, şəffaf kristallik maddə kütləsi narkotik vasitə, psixotrop, güclü təsiredən və zəhərli maddələrə aid deyildir. 15 ədəd şprisdəki məhlullar heroin məhluludur, heroinin quru maddəsinin ümumi təmiz çəkisi - 0,044 qramdır; 19 ədəd şprisin daxilində narkotik vasitə heroinin izləri vardır, heroin iz şəklində olduğundan təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülən 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi -2,324 qram, -7,311 qram ümumi təmiz çəkiləri 9,635 qram olan metamfetamin, Şahid11 üzərindən aşkar edilmiş 01 ədəd bükümdə qalıq təmiz çəkisi 0,075 qram olan metamfetaminlə kimyəvi tərkib komponentlərinə görə eynidir. Məhkəmə - Narkoloji Ekspertizasının 28 fevral 2025-ci il tarixli 1177 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən RNM-da (F11x0) diqanozu ilə qeydiyyatdadır. “Mobil telefona baxış keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, telefon qara rəngli olmaqla, rəqəmlərinin üzəri ağ və qara rənglidir. Şahid11 əlaqə saxladığı mobil nömrələrin siyahısında birinci sütunda ***-***-**-**(4) , 02:29 olması, cərgəyə daxil olduqda ***-***-**-** mobil nömrəsinə 11 yanvar 2025-ci il tarixdə 04 dəfə zəng edilməsi müəyyən edilmişdir. Şahid11 həmin nömrənin psixotrop maddə metamfetamini aldığı Ayaz adlı şəxsin nömrəsi olmasını və özünün istifadəsində olan ***- ***-**-** saylı mobil nömrədən Ayazın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək 11 yanvar 2025-ci il tarixdə saat 01:18-də 00 saniyə, saat 02:19-da 05 saniyə , saat 02:21-də 58 saniyə, saat 02:29-da 33 saniyə danışmasını bildirmişdir. “Evə baxış, axtarış və götürmə” istintaq hərəkətinin aparılması ilə əlaqədar 15 yanvar 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, evin həyət qapısından içəri daxil olduqda içəridə kürsülü 1 mərtəbəli ev olması məlum olmuşdur. Pilləkənlə çıxıb evə daxil olduqdan sonra Şahid6 evdə hazırda tək yaşadığını, sağda olan tünd-sarı rəngli taxta qapını göstərib Təqsirləndirilən şəxs yaşadığı otağın həmin otaq olmasını, Ayazın həmin otaqda tək yaşamasını bildirmişdir. Bundan sonra həmin otağa iştirakçılarla birlikdə daxil olunmuşdur. Otağa daxil olduqda sol tərəfdə bir ədəd çarpayı, qara stul, divan, sol ön tərəfdən bir ədəd güzgülü termo, sağ küncdə bir ədəd qaz sobası, sağ küncdə isə bir ədəd televizor olması görünmüşdür. Şahid6 çarpayını göstərərək, Təqsirləndirilən şəxs həmin çarpayıda yatmasını, otaqdan təkcə Ayazın istiiadə etməsini bildirmişdir. Bundan sonra həmin otaqda olan polis işçilərinə sübut əhəmiyyətinə malik ola biləcək əşya predmetləri baxış və axtarış edərək aşkar etdikləri halda, götürmələri və təqdim etmələri bildirilmişdir. Bundan sonra baxış və axtarış başlamış, otaqdakı çarpayının üzərində olan bir ədəd ağ rəngli sellofan paket içərisi çarpayının üzərinə boşaldıqda içərisində narkotik vasitə heroinin qalıqları olan kiçik həcmli şprislərin və boş siqaret qutularının olması görünmüşdür. Otaqdakı güzgülü termonun üzərində olan kağız stəkanının içərisindən boş şprislər və 6 ədəd ağ rəngli, 2 ədəd qəhvəyi rəngli həb aşkar edilmişdir. Şahid6 həmin aşkar edilən predmetlorin nə olması soruşulduqda, sonuncu predmetlərdən məlumatının olmamasını və Ayazla danışmamasını, həmin otağa Ayazdan başqa heç kimin girmədiyini bildirmişdir. Otaqdakı divanın üzərindəki qara rəngli pul qabının içərisindən bir ədəd “İphone” markalı, bir ədəd “Samsung” markalı mobil telefon aşkar edildi. Çarpayının üzərindəki boz rəngli çantanın içərisindən bir ədəd “Samsung” markalı smartfon, bir ədəd sadə mobil telefon aşkar edilmiş və həmin telefonlar çarpayının üzərindən Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən bir ədəd qış baş geyimi ilə birlikdə götürülmüşdür. Baxış və axtarış zamanı otağın sağ küncündə olan qaz sobasının altından bir ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan şəflaf sellofan büküm, həmin yerdə “Argo” markalı siqaret qutusunun içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan digər bükülü ilə müqayisədə kiçik həcmdə olan şəlfaf selalon büküm aşkar edilmişdir. Otaqdakı çarpayının arxasından bir ədəd işlək vəziyyətdə olan elektron tərəzi, “Motorolla”, “Honor” və “Samsung” markalı mobil telefonlar, güzgülü termonun altındakı saxlanc yerindən bir ədəd üzərində “Spirt” yazısı olan plastmas qabın içərisində psixotrop maddə metamfetamin olan kütlə aşkar edilmişdir. Həmin otağın qonşuluğunda olan digər otağa baxış və axtarış keçirilsə də, sübut əhəmiyyətinə malik əşya və ya predmet aşkar edilməmişdir. Şahid6, qardaşı Təqsirləndirilən şəxs məxsus olduğunu bildirdiyi otaqda aparılan baxış axtarış və götürmə istintaq hərəkətindən sonra sübut əhəmiyyətinə malik olan əşya və predmetlər otaqda yerin döşəməsinə düzülərək qablaşdırılma prosesi başlamışdır. Aşkar edilmiş içərisində psixotrop maddə metamfetamin olan sellofan bükümlər elektron tərəzidə ölçülən kiçik-bükümün çəkisinin 2,39 qram, böyük sellafon-bükümün jsp çəkisinin 19,41 qram, içərisində psixotrop maddə metamfetamin olması ehtimal edilən üzərində "Spirt” yazısı olan plastmas qab elektron tərəzidə çəkilən zaman çəkisinin qab ilə birlikdə 53.69 qram olması müəyyən olunmuşdur. İçərisində narkotik vasitə heroinin qatqısına bənzər kütlələr olan 34 ədəd şprislər, içərisində psixotrop maddə metamfetamin olan üzərində “Spirt” yazısı olan plastmast qab böyük zərfdə qablaşdırılıb, üzəri adlar yazılmaqla, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yataq otağından aşkar edilən içərisində psixotrop maddə metamfetamin olan şəffaf sellafon bükümlər, 02 ədəd metadon həbinə bənzər həb və 06 ədəd digər həb, elektron tərəzi kiçik zərfdə qablaşdırılaraq, möhürlənib, üzərində adlar yazılmaqla, iştirakçılar tərəfindən imzalanmışdır. Həmin otaqdan aşkar edilən 07 ədəd mobil telefon və bir ədəd baş geyimi sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. Bundan başqa sorğu zamanı Şahid6 qardaşı Təqsirləndirilən şəxs yaşadığı evdə səbəbini bilmədiyi hala görə son 2 gündür olmamasını bildirmişdir. Baxış, axtarış və götürmə istintaq hərəkəti bitdikdən sonra Xaçmaz rayon məhkəməsinin qərarının surəti Şahid6 Ayaz oğluna təqdim edilmişdir. 01 mart 2025-ci il tarixli “elektron məlumat daşıyıcısına baxış” protokolundan görünür ki, həmin diskdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi üzrə telefon danışıqları təqdim edilmişdir. Mobil nömrə ilə həyata keçirilən danışıqları özündə əks etdirən məlumatlar 01 ədəd diskə köçürülmüşdür. Həmin 01 ədəd disk xidməti otağımda “HP” markalı kompyuterin disk oxuducusuna daxil edildi və həmin disk oxudularkən onun içərisində 1) 2025_001_Hadisə-TN_(abunə_ilə-Texniki_parametr_ilə)_**********71 _01 2) 2025_002_SMS_məzmun-TN_(qarşı_abunə_ilə)_**********71_02 3) 2025_003_SMS_Statistika-TN_(qarşı_abunə _ilə)_**********71_03 4) 2025_004_Zəng_statistika-TN_(qarşı_abunə_ilə)_**********71 _04 başlıqları yazılmış 04 ədəd “ Microsoft Excel” qovluqları olması görünür. 2025_002_SMS_məzmun-TN_(qarşı_abunə_ilə)_**********71_02 başlıqlı qovluğa giriş etdikdə orada Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi üzrə 01.11,2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək giriş-çıxış sms-lərin mətnləri və sms-ləri göndərən şəxslər barədə məlumatlar öz əksini tapmışdır. Həmin məlumatlara baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 00:21:26-da **********35 mobil nömrəsindən “Qaqaw acda gucnen duzqoseledim pulu” mətnli Şahid10, RAUF OĞLU, 1993.05.30, xxxxxxx, AA******* anket məlumatlı şəxs tərəfindən mesaj göndərilməsi müəyyən olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 23:18:05-də **********87 saylı mobil nömrədən “Qaqaw men v ururam pulu qardawimsan bir dene qardawcun ayri qoyar bir dene ordan ele yaxwi goturub ayri qoysunda torpaqi .qret elediyivide patpresi .ati” məzmunlu Şahid9, AZAD OĞLU, 1992.10.06, xxxxxxx, ******** anket məlumatlı şəxs tərəfindən mesaj göndərilməsi müəyyən olunmuşdur. “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs videogörüntüdə olan şəxsin qardaşı Şahid6 olmasını, otağın ona məxsus olub orada tək yaşamasını, aşkar edilən narkotik vasitə heroinin özünə məxsus olmasını, qaz sobasının arxasından aşkar edilən bükümlərin özünə məxsus olmamasını bildirmişdir. “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsi, yəni Şahid11 tanıdığını, həmin şəxsə psixotrop maddə metamfetamin satmasını bildirərək, bir daha törətmiş olduğu əməli etiraf etmişdir. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Xaçmaz rayon sakini xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də həkim-narkoloqun qeydiyyatındadır, həkim-psxiatrın qeydiyyatında yoxdur. “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan müəyyən olunur ki, görüntüyə baxış keçirilərkən müəyyən olundu ki, Xaçmaz RPŞ-nin Yalama PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3, Xaçmaz RPŞ-nin Yalama PB-nin polis sahə rəisi, polis kapitanı Şahid4 və Xaçmaz RPŞ-nin Yalama PB-nin polis nəfəri, polis serjantı Şahid5 ilə birlikdə videoçəkiliş aparılmaqla Şahid11 yaxınlaşıb özlərini təqdim etdikdən sonra Şahid11 qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlaması və daşıması barədə məlumat daxil olduğunu bildirərək hüquq və vəzifələrini izah edib üzərində narkotik vasitə varsa təqdim etməsini təklif edirlər. Bu təklifdən sonra Şahid11 könüllü olaraq əynindəki qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibindən “West" siqaret qutusundan şəfaf rəngli sellofana bükülmüş şəfaf rəngli kristal kütləni çıxardaraq təqdim edir. Ondan həmin kütlənin nə olması ilə maraqlananda Mahmud psixotrop maddə metamfetamin (patı) olduğunu və öz istifadəsi üçün Xaçmaz şəhərində Ayaz adlı şəxsdən 20 (iyirmi) manata aldığını bildirir. Bundan sonra Şahid11 üzərindən aşkar olunmuş, içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütləsi olan sellofan Şahid3 tərəfindən elektron tərəzidə çəkilən zaman çəkisinin ümumilikdə 0,12 qram olması müəyyən edildi. Bundan sonra içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan sellofan Şahid3 tərəfindən bir ədəd kağız paketə qoyularaq qablaşdırılır və möhürlənərək götürülür, həmin kağız paketin üzəri əməliyyataxtarış tədbirində iştirak edən polis əməkdaşları, o cümlədən Şahid11 tərəfindən imzalanır. Şahid11 üstü yoxlanıldıqda sol əlində saxladığı 01 ədəd alışqan, qara rəngli, düymələri ağqara rəngli olan üzərində "Fmobile К 1Г sözləri yazılmış 01 ədəd mobil telefon aşkar edilir. Mobil telefon əməliyyat marağı kəsb etdiyindən Şahid3 tərəfindən götürülür, alışqan isə geri qaytarılır. Xaçmaz Rayon Məhkəməsinin 5(067)-11/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evdə baxış, axtarış və götürmə istintaq hərəkətləri aparılması qərara alınmışdır. Xaçmaz Rayon Məhkəməsinin 5(067)-21/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından müəyyən olunur ki, ********* №-li cinayət işi üzrə (077)-700-71-71 mobil telefon nömrəsi, habelə Təqsirləndirilən şəxs istifadəsində olan, lakin istintaqa məlum olmayan digər telefon nömrələri üzrə 01 noyabr 2024-cü il tarixdən 15 yanvar 2025-ci il tarixədək olan müddətlərdə daxil olan- çıxan zənglər, SMS-lərin siyahısı və mətni, göstərilən nömrələrlə aparılmış danışıqların konkret hansı ərazilərdə olması, yəni ötürücü antenaların cədvəli barədə məlumatlar Azərbaycan, Respublikasının DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsindən götürülməsi qərara alınmışdır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 5(067)-19/2025 nömrəli qərarı ilə baş əməliyyat müvəkkili Şahid3 “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş Təqsirləndirilən şəxs adına tərtib olunmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinə əsasən 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə cəzası 3 (üç) ilə endirilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 1657 nömrəli əfv sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 2 (iki) il 2 (iki) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən ona təyin edilmiş 2 (iki) il 2 (iki) ay azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay azaldılaraq qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 2 (iki) ay 10 (on) gün müddətindən vaxtından əvvəl şərti olaraq azad edilmiş və xx.xx.2023-cü ildə cəza müddəti başa çatmışdır. “Axtarışda olan şəxsin tutulması haqqında protokol”dan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutulmuşdur. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2025-ci ildən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Xaçmaz RPŞ-nın Yalama rayon Polis Bölməsinə, Xaçmaz rayonu Müqtədir qəsəbəsində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan xx.xx.1992-ci il təvəllüdlü Şahid11 narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə etibarlı mənbədən əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq, üzərinə video çəkilişlə şəxsi axtarış və baxış istintaq hərəkətləri keçirilmiş, şəxsi axtarış zamanı üzərindən şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə metanfetaminə bənzər şəffav rəngli kristal kütlə təqdim etmişdir, metanfetaminə bənzər psixotrop maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2025-ci il tarixdə Şahid11 üzərinə video çəkilişlə şəxsi axtarış istintaq hərəkəti keçirilərək psixotrop maddənin aşkar edilməsi zamanı cinayətprosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 9cu bəndində qeyd olunmuşdur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş şahidlərin ifadələri, Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadələr, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslə video görüntü ilə üzləşdirilməsi, həmçinin sözü gedən şahidin məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdiyi ifadələrinə uyğun olaraq bildirdikləri və Şahid11 telefonuna baxış keçirilməsi haqqında protokol, təqsirləndirilən Təqsirləndirilən şəxs həqiqətəndə Şahid11 psixotrop maddə satmasını sübut edir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tətqiq edilmiş elektron daşıyıcıya baxış keçirilməsi haqqında protokol, şahid X11 və Şahid9 bildirdikləri təqsirləndirilən Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasını bir daha sübut edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə qismən yəni narkotik istifadəçisi kimi təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs özünü ona qarşı verilmiş ittiham üzrə təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadə kimi qiymətləndirir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ümumi ittihamdan onun evindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəyə dair hissə xaric edilməlidir Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsi ilə ittiham verilməsinə əsas olmuş sübutlar araşdırılmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs CM-nın 234.4.3-cü maddəsi ilə ittiham onun yaşadığı evinə baxış keçirilməsi zamanı aşkar edilmiş küllü miqdarda psixotrop maddə olmuşdur. Cinayət işinin materiallarında olan təqsirləndirilən Təqsirləndirilən şəxs evinə baxış,axtarış və götürmə aparılması haqqında protokol araşdırılarkən müəyyən edilmişdir ki, həmin istintaq hərəkəti zamanı təqsirləndirilən şəxsin yaşadığı evdən “içərisində psixotrop maddə metamfetaminə bənzər olan sellofan bükümlər elektron tərəzidə ölçülən kiçik-bükümün çəkisinin 2,39 qram, böyük sellafon-bükümün isə çəkisinin 19,41 qram, içərisində psixotrop maddə metamfetamin olması ehtimal edilən üzərində "Spirt” yazısı olan plastmas qab, elektron tərəzidə çəkilən zaman çəkisinin qab ilə birlikdə 53.69 qram, içərisində narkotik vasitə heroinin qatqısına bənzər kütlələr olan 34 ədəd şprislər aşakar edilmiş və içərisində psixotrop maddə metamfetamin olması ehtimal olunan üzərində “Spirt” yazısı olan plastmast qab böyük zərfdə qablaşdırılıb, üzəri adlar yazılmaqla, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yataq otağından aşkar edilən içərisində psixotrop maddə metamfetamin olan şəffaf sellafon bükümlər, 02 ədəd metadon həbinə bənzər həb və 06 ədəd digər həb, elektron tərəzi kiçik zərfdə qablaşdırılaraq, möhürlənib, üzərində adlar yazılmaqla, iştirakçılar tərəfindən imzalanmışdır” aşkar edilmiş və qablaşdırılmışdır. Lakin məhkəmə istintaqı zamanı tətqiq edilmiş Məhkəmə fiziki-kimyəvi ekspertizanın 6/220 saylı xx.xx.2025-ci il tarixli rəyin nəticəvi hissəsindən, “Təqsirləndirilən şəxs yaşadığı evin otağından aşkar edilən kütlələr..” yazıları, imzalar olan ikinci zərfdə 01 (bir) ədəd plastik qabın içərisindəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 7,311 qram olan ağ rəngli, kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; qabın içərisinə tökülmüş vəziyyətdə təmiz çəkisi 27,358 qram olan narın, şəffaf kristallik maddə kütləsi narkotik vasitə, psixotrop, güclü təsiredən və zəhərli maddələrə aid deyildir. 15 ədəd şprisdəki məhlullar heroin məhluludur, heroinin quru maddəsinin ümumi təmiz çəkisi - 0,044 qramdır; 19 ədəd şprisin daxilində narkotik vasitə heroinin izləri vardır, heroin iz şəklində olduğundan təmiz çəkisini müəyyən etmək mümkün deyildir” qeyd olunması müəyyən olunur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə yaşadığı evə baxış, axtarış və götürmə aparılması haqqında protokolda və buna dair video görüntüdə spirt yazısı olan plasmas qab aşkar olunması qeyd olunsa da həmin qabın içində açıq şəkildə kristal şəkilli metanfetaminə bənzər kütlədən başqa heç nəyin olmaması müəyyən edilmişdir. Lakin yuxarıda qeyd olunan ekspertizanın rəyindən müəyyən olunur ki, üzərində spirt yazısı olan plasmas qabın içində 27,358 qram olan narın, şəffaf kristallik maddə kütləsi ilə yanaşı 7,311 qram olan ağ rəngli, kristallik maddə kütləsi, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilmişdir. Məhkəmə kollegiyası qeyd olunan halı araşdıraraq həmin rəyi vermiş eksperti və istintaq hərəkətini aparmış müstəntiqi dindirmişdir. Belə ki, sözü gedən rəyi vermiş ekspert ona daxil olmuş maddi sübutları qanuna müvafiq şəkildə qablaşdırmasından açaraq rəy verdiyini, 6/220 saylı xx.xx.2025-ci il tarixli rəyində göstərdiyi psixotrop maddənin həqiqətəndə plasmas qabın içindən aşkar etdiyini və rəydə heç bir anlaşılmazlığın, yazı səhvinin olmadığın bildirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş X15 istintaq hərəkəti icra edərkən həmin plamas qabın içində olan maddənin dağılmaması üçün boşaldılaraq tərəfindən baxılmadığını, plasmas qabın içində olduğu halda həmin bükümü görmədiyini bildirmiş, lakin maddi sübutun tamlığının pozuması halının mümkün olmadığını qeyd etmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq maddi sübutu məhkəmə istintaqı zamanı məhkəmə zalında tətqiq etmişdir. Müəyyən olunmuşdur ki, ekspertiza zamanı aşkar olunmuş kütlə həmin plasmas qabın içinə yerləşə biləcək ölçüdədir. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, 6/220 saylı xx.xx.2025-ci il tarixli rəydə hər hansı bir anlaşılmazlığın olması istisna olunur. Lakin məhkəmə istintaqı zamanı maddi sübutun aşkar edilməsinə dair istintaq hərəkətinin video görüntüləri araşdırlarkən bir çox nöqsanlar aşkar edilmişdir. Belə ki, evə baxış, axtarış və götürmə aparılması haqqında protokola dair video görüntünün 11-ci dəqiqə, 49-cu saniyəsində üzərində spirt yazıları olan həmin plastik qabın içi, qabın dib hissəsi aydın şəkildə görünəbiləcək qədər əks olunmuşdur. Həmçinin sözü gedən istintaq hərəkətinin 15-ci dəqiqə, 29-cu saniyəsində həmin plasmas qabın içi təkrarən görüntülənir lakin, bu dəfədə qabın içində hər hansı bir bükümün olması müəyyən edilmir. Həmçinin sözü gedən plastik qab sadə xətkeş ilə ölçüldükdə qabın hündürlüyünün 11 sm olması müəyyən olunur. Ekspertiza zamanı aşkar edilmiş kütlənin (7,311 qram) uzunluğunun 4 sm, eninin isə 2,5 sm olması müəyyən olunur. Həmçinin plasmas qabın içindəki şəffaf kütlənin (27,358 qram) isə həmin qabın 2,5 sm hissəsi qədər olması müəyyən olunur. Beləliklə, göstərilən ölçülərə sadə riyazi hesabla baxıldıqda və həmin ölçüləri video görüntülərlə müqayisə etdikdə aydın olur ki, ekspertiza zamanı aşkar edilmiş kütlənin həmin palsmas qabın içində olduğu halda görülməməsi mümkün deyil. Bundan başqa, evə baxış, axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin əks olunduğu video görüntüyə baxıdıqda, həmin video görüntünün 8-ci dəqiqə, 38-ci saniyəsində qaz sobasının altından bir ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan şəflaf sellofan büküm, həmin yerdə “Argo” markalı siqaret qutusunun içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan digər bükülü ilə müqayisədə kiçik həcmdə olan şəlfaf selalon büküm aşkar edilməsi və video görüntünün 11-ci dəqiqə 49-cu saniyəsində güzgülü türmonun altındakı saxlanc yerindən bir ədəd üzərində “Spirt” yazısı olan plastmas qabın içərisində psixotrop maddə metamfetamin olan kütlə aşkar edilməsi zamanı video çəkilişin maddi sübutların aşkar olunduğu hissəni əhatə etmədiyi aydın şəkildə görünür. Halbuki istintaq hərəkəti aparılan zaman polis əməkdaşlarının bütün hərəkətləri həmin maddi sübutu necə aşkar etməkləri görüntülənməlidir. Sübutun necə müəyyən olunması heç bir şübhə doğurmamalıdır. Bundan başqa, evə baxış, axtarış və götürmə aparılması haqqında protokolda istintaq hərəkətinin başlandığı vaxt xx.xx.2025-ci il saat 11:25, başa çatdığı vaxt isə həmin gün saat 12:10 olaraq göstərilmişidr. Lakin sözü gedən istintaq hərəkətinin əks olunduğu video görüntünün 12-ci dəqiqəsində təqsirləndirilən şəxsə məxsus telefon götürülərkən, telefonun ekranında 15 yanvar saat 11:00 olması müəyyən olunur. Azərbaycan Respublikası CPM-nin 124.1 və 124.1.1-ci maddələrinin tələbinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur ki, həmin sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan əldə olunsun. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 128.3 və 128.3.1-ci maddələrinin tələbinə əsasən, əşyanın maddi sübuti əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki, əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun. Azərbaycan Respublikası CPM-nin 129.1-ci maddəsinin tələbinə görə, maddi sübutlar mümkün qədər qablaşdırılır, möhürlənmiş halda cinayət işində saxlanılır, həcmi böyük olduqda isə təşkilatlara, müəssisələrə və müvafiq şəxslərə onların razılığı ilə məsul saxlanışa verilə bilər. Azərbaycan Respublikası CPM-nin 130.1-ci maddəsinin tələbinə görə, maddi sübutların və digər əşyaların saxlanılması zamanı, habelə onların ekspertizadan keçirilməsi, cinayət işinin digər ibtidai araşdırma orqanına, prokurora və ya məhkəməyə göndərilməsi ilə əlaqədar bu əşyaların itirilməsi, zədələnməsi, xarab olması, bir-birinə toxunması və ya qarışmasının qarşısının alınması üçün müvafiq tədbirlər görülməlidir. Yuxarıda “evə baxış, axtarış və götürmə aparılması haqqında protokola” dair qeyd olunan nöqsanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin göstərilən normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli “evə baxış, axtarış və götürmə aparılması haqqında protokol” Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun şəkildə əldə edilmədiyinə və maddi sübutun tamlığının qorunmasına əsaslı şübhələr yarandığına görə həmin protokol mötəbər sübut növü kimi qəbul edilə bilməz. Həmçinin məhkəmə Məhkəmə fiziki-kimyəvi ekspertizanın 6/220 saylı xx.xx.2025-ci il tarixli rəyinə münasibət bildirərək qeyd edir ki, həmin rəy təqsirləndirilən şəxsin evindən aşkar edilmiş maddi sübutların tərkibinə dair faktı təsdiq edən sənəddir. Lakin həmin maddi sübutların aşkar edilməsi prosesi məhkəmə kollegiyası tərəfindən ümumilikdə mötəbər sübut kimi qəbul edilmədiyi üçün təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə sübut əhəmiyyəti kəsb etmir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən psixotrop maddənin satışı ilə əlaqədar ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.2-ci maddəsinə tövsüf edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı verilmiş ümumi ittihamdan onun evindən aşkar edilmiş narkotik vasitə və küllü miqdarda psixotrop maddəyə dair hissə xaric edilməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən, həmin Məcəllənin 61-ci maddəsinə əsasən isə cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən (müəyyən olunmamışdır) və ağırlaşdıran hallar (müəyyən olunmamışdır), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “Axtarışda olan şəxsin tutulması haqqında protokol”dan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutulmuşdur. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2025-ci ildən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 14 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 80 (səksən) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkə¬zinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Xaçmaz Rayon Polis Şöbəsinin saxlanc otağına təhvil verilmiş, maddi sübut hesab edilməmiş Təqsirləndirilən şəxs yaşadığı ünvanından aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 27,258 qram şəffaf, kristallik maddə, ekspertiza tədqiqatından sonra qalıq qalmış 18,491 qram kristallik maddə, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd qəhvəyi tabletka, 01 ədəd elektron tərəzi, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5 ədəd ağ rəngli tabletka və maddi sübut hesab edilmiş Şahid11 üzəri yoxlanılarkən aşkar edilən bir ədəd zərfdə qablaşdırılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,025 qram metamfetamin məhv edilməli və 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs yaşadığı ünvanından aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,435 qram metamfetamin, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,39 millilitr narkotik vasitə heroin həmin narkotik vasitə və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi üçün hazırkı cinayət işindən ayrılmış cinyət işinə əlavə edilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 80 (səksən) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Xaçmaz Rayon Polis Şöbəsinin saxlanc otağına təhvil verilmiş, maddi sübut hesab edilməmiş Təqsirləndirilən şəxs yaşadığı ünvanından aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 27,258 qram şəffaf, kristallik maddə, ekspertiza tədqiqatından sonra qalıq qalmış 18,491 qram kristallik maddə, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd qəhvəyi tabletka, 01 ədəd elektron tərəzi, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5 ədəd ağ rəngli tabletka və maddi sübut hesab edilmiş Şahid11 üzəri yoxlanılarkən aşkar edilən bir ədəd zərfdə qablaşdırılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,025 qram metamfetamin məhv edilsin və 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs yaşadığı ünvanından aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,435 qram metamfetamin, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,39 millilitr narkotik vasitə heroin həmin narkotik vasitə və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi üçün hazırkı cinayət işindən ayrılmış cinyət işinə əlavə edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar