Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-343/2025 23.09.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X11 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X9, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Bakı şəhəri 28 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxsin hüquqi varisi – X5 və təqsirləndiirilən şəxsin iştirakı ilə, xx.xx.1967-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada musiqiçi kimi çalışmış, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Rusiya Federasiyası, Jukovski şəhəri, Qaqarin küçəsi ev 51 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs hələ Rusiya Federasiyasında yaşadığı dövrdə bacısı qızı Zərərçəkmiş şəxs xx.xx.2015-ci il tarixdən etibarən birgə nikahda olduğu əri Şahid4 ayrı yaşayaraq başqa kişilərlə isti münasibət saxlaması barədə məlumatlar alıb, 07.01,2025-ci il tarixdə Azərbaycana gəldikdən sonra qeyd olunan məsələni dəqiqləşdirmək üçün bacısı X5 Zərərçəkmiş şəxs və azyaşlı qızları ilə birgə yaşadığı ünvan 2 ünvanında yerləşən yaşayış evinə gələrək, Zərərçəkmiş şəxs əxlaq dəyərlərinə zidd həyat tərzi keçirməsi barədə camaat arasında söz-söhbətlərin gəzdiyini bildirib, əri ilə yenidən birgə yaşamasını məsləhət görərək, sonuncunun kənar şəxslərlə hər hansı yazışma və danışıqlarının olubolmamasını müəyyən etmək üçün mobil telefonunu istəyərkən, Zərərçəkmiş şəxs şübhəli hesab etdiyi davranışlarına, habelə bundan sonrakı görüş və danışıqlar zamanı sonuncunun onun həyatına qəti surətdə qarışmaması ilə bağlı tələbinə əsaslanmaqla, Zərərçəkmiş şəxs barədə ətrafındakı şəxslərdən aldığı məlumatların doğru olmasını düşünüb, həqiqətən də, sonuncunun evli və himayəsində azyaşlı uşaqlarının olmasına baxmayaraq başqa kişi və ya kişilərlə görüşərək yaxınlıq etməsi və beləcə qeyri-əxlaqi həyat tərzi keçirməsi barədə gəldiyi qənaətini qətiləşdirdikdən sonra bunu özünün və qohumlarının ləyaqətini alçaldan davranış kimi qiymətləndirib, Zərərçəkmiş şəxs bu hərəkətlərə görə qisas alıb qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə o, müvəqqəti yaşadığı Gəncə şəhərindən Bakı şəhərinə gəlib, xx.xx.2025-ci il tarixdə səhər radələrindən etibarən Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi ev 170 ünvanında yerləşən yaşayış binasının ətrafında dayanmaqla sonuncunun işlədiyi Abşeron rayonu, Masazır bələdiyyəsindən nahar fasiləsi üçün ayrılıb evə gəlməsini gözləmiş, həmin gün saat 12 radələrində Zərərçəkmiş şəxs yaşadığı binaya tərəf gəldiyini görüb qarşısına çıxaraq bir daha sonuncuya əri ilə yenidən birgə yaşamağa başlayıb sərbəst həyat tərzi keçirməkdən əl çəkməsini bildirməsinə cavab olaraq, Zərərçəkmiş şəxs ona bir dayı kimi şəxsi həyatı ilə bağlı məsələlərə qarışmağa haqqının olmadığını ifadə etməsindən hiddətlənib, Zərərçəkmiş şəxs arxası ilə həmin binaya giriş etməsinin ardından üzərində gəzdirdiyi, uzunluğu 185 mm olan, dəstəyi qara, tiyəsi gümüşü rəngli, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, soyuq silah hesab olunmayan bıçaqla Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq, zərərçəkmişin boyun nahiyəsindəki yuxu arteriyası, vidaci vena və digər yumşaq toxumaların kəsilməsi ilə müşayiət olunan kəsilmiş yarası və döş qəfəsinin sol yarısının döş boşluğuna keçərək sol ağciyəri, ürək kisəsini və ürəyi zədələyən kəsilmiş-deşilmiş yaraların nəticəsində inkişaf etmiş kəskin xarici və daxili qanitirmədən ölümünə səbəb olan boyun nahiyəsinin aşağı 1/3-nin sağ yan səthinin, sağ yuxu arteriyası, vidaci vena və digər yumşaq toxumaların kəsilməsi ilə müşayiət olunan 1 (bir) ədəd kəsilmiş yarası ; döş qəfəsinin sol yarısının daxilə keçərək müvafiq olaraq sol ağciyəri, ürək kisəsini və ürəyi zədələyən 2 (iki) ədəd kəsilmiş-deşilmiş yaraları kimi canlı şəxslərdə insan həyatı üçün təhlükəli olan, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa AĞİR zərərvurmaya aid xəsarətləri, həmçinin sol səidin yuxarı 1/3-nin arxa-bayır səthini əhatə edən sahədəki 1 (bir) ədəd kəsilmiş yara kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, dərəcəsinə görə sağlamlığa YÜNGÜL zərərvurmaya aid, habelə çənə nahiyəsinin sol hissəsində olan 2 (iki) ədəd, sol bazunun orta 1/3-nin bayır səthinin 1 (bir) ədəd kəsilmiş yaraları kimi sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətləri, bundan başqa zərərçəkmişin ona müqavimət göstərməsi məqsədilə özünümüdafiə aktı zamanı yaranmağa xarakterik olan sol əlin 1-ci barmağının proksimal və distal falanqa sümüyü proyeksiyalarının ön səthini əhatə edən sahədəki 1 (bir) ədəd kəsilmiş yara kimi dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid və sol əlin arxa səthinin 1 (bir) ədəd səthi kəsilmiş yarası kimi sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, bacısıgilin Masazır qəsəbəsində aldıqları yeni evlərinə getmiş və Türkan ilə müvafiq mövzu barəsində söhbət etməyə başlamışdır. Ona bəzi onlara yaraşmayan, ləkə olan sözlər eşitdiyini bildirmişdir. Ona nə lazımdırsa kömək edəcəyini, onun Rusiya Federasiyasının Sibir şəhərində yaşayan həyat yoldaşı Rəşada da ailəsi ilə birlikdə yaşaması üçün kömək edəcəyini demişdir. Dekabr ayında anasını Gəncə şəhərinə, xalasının yas mərasimində iştirak etməsi üçün göndərmişdir, lakin Bakı-Qroznı təyyarəsinin qəza etməsi xəbərindən sonra anası geri qayıtmaq üçün təyyarəyə minməyə qorxmuşdur. O isə anasına “narahat olma, özüm gəlib səni Moskva şəhərinə gətirərəm” demişdir. Məhz bu səbəblə Azərbaycana gəlmiş və gəlmişkən qohumlara da baş çəkmək istəmişdir. Bacılarının övladları ilə görüşmüş, bu günədək onun 3 bacının heç biri ilə, habelə onların övladları ilə problemi olmamışdır. Türkangilin ipoteka ilə ev alması xəbərinə münasibətdə də bildirmişdir ki, aylıq çox yüksək məbləğdə ipoteka haqqı ödəyirlər, Türkan isə 450 manat əmək haqqı alır, o, ipotekanın ödənilməsinə köməklik edər, təki Türkanın həyat yoldaşı Rəşad ailəsinin yanına qayıtsın. O, Türkanı qorxutmaq istəmişdir, üzünü bıçaq ilə kəsmək, onu eybəcərləşdirmək istəmişdir. Türkanla söhbət etdikləri zaman mübahisə etməyə başlamışlar, şəkər xəstəsi olduğundan tez əsəbiləşib özündən çıxır. Türkan ona “sən kimsən bizim ailə işimizə qarışırsan?” demişdir. Onların ailəsində heç vaxt özündən böyüyə qarşı “sən kimsən” ifadəsində istifadə olunmamışdır. O isə Türkana demişdir ki, onun doğma dayısıdır, Türkan onun namusu, qeyrətidir. Türkanın şübhəli hərəkətləri onu narahat etmiş, qohum-əqrabalardan müəyyən sözlər eşitmiş, namusuna sığışdıra bilməmişdir. Hadisə isə bu formada baş vermişdir ki, o, Gəncə şəhərindən Bakı şəhərinə gəlmiş, onu gətirən taksidən xahiş etmişdir ki, Masazır qəsəbəsinə aparsın. Səhər saat 07 radələri olmuş, taksi onu Masazır qəsəbəsinə aparmış və o, telefonunu itirdiyi üçün bacısının övladları ilə əlaqə saxlaya bilməmişdir. Daha sonra Türkangilin mənzili olan binanın qarşısına getmiş və gözləməyə başlamışdır. Saat 12-14 arası Türkanın nahar fasiləsi vaxtı olduğunu bilmişdir. Elə həmin saatlarda Türkan gəlmiş, görüşmüş və ona mənzilə qalxmağı təklif etmişdir. O, Türkanın qabağına keçərək qeyd etdiyi məsələləri bildirmişdir. Türkan ona “sən kimsən bizim işimizə qarışırsan, mən yaşamağı bilmirəm sən mənə yaşamaq öyrədirsən?” və. s demiş və aralarında mübahisə yaranmışdır. O, Türkana bıçağı göstərmişdir ki, qorxsun, lakin Türkan onun üstünə hücum etmişdir. Əlbəyaxa olduqları zaman o, bıçağı vurmuşdur ki, Türkanın üzünü kəssin, lakin boğazı kəsilmişdir. Daha sonra əsəbi olmuş, 4-5 bıçaq zərbəsi daha endirmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, bıçağı Gəncədən götürüb gətirmişdir. Mübahisə zamanı əlbəyaxa olmuşlar, onun əsəbdən gözünə heç nə görünməmişdir. Hadisədən sonra hadisə yerindən ayrılmamış, qonşulardan birindən içmək üçün su istəmişdir. Hadisə yerindən ayrılmamış, özü meyitin qarşısında durmuşdur ki, kimsə görüb pis təsir almasın. Qonşulardan polisə zəng etmələrini istəmişdir ki, gəlib onu aparsınlar. Hadisədən qabaq Türkanın həyat tərzi ilə bağlı anası, yaxınları və özü ilə söhbət aparmışdır. Türkanın anası ilə də dəfələrlə müvafiq məsələ ilə bağlı söhbət aparmışdır. Şəlalə isə hər dəfə bunu inkar etmişdir. Bir dəfə o, onu Moskvadan evlərinə təyyarə ilə yola salmışdır, amma Türkan bir gün sonra evlərinə getmişdir, o isə narahat olmuşdur ki, bəs o, gecəni harada keçirmişdir. Hadisədən öncə Türkanın müvafiq hərəkətləri etməməsi ilə bağlı xəbərdarlıq etmişdir. Türkanı binanın blokunda öldürməyinin səbəbi evdə uşaqların gözü qarşısında öldürmək istəməməyi olmuşdur. Türkanın əxlaqsız həyat tərzi yaşaması ilə bağlı əlində sübutlar olmuşdur. Onun telefonuna zəng etdiyi zaman telefonu bir oğlan açmışdır. Bacısı Şəlalənin və Türkanın da həyat yoldaşı olmuş, Türkanın həyat yoldaşı Rusiyada yaşamışdır. Onlarla müvafiq məsələ ilə bağlı dəfələrlə söhbət etmişdir, ona “bizim işimizə qarışma” demişlər. Hesab etmişdir ki, bu ailənin qeyrətini çəkmək ona düşür. Təqsirləndirilən şəxs son sözünü söyləyərkən məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X10 ifadəsində göstərdi ki, kiçik qızı Şahid2 və həyat yoldaşı Şahid5 tez-tez mübahisə etməsi səbəbi ilə Şəbnəmi Bakıya gətirmişdir. Sahil isə qardaşı Şakirə baş verənləri bildirmişdir. Şakir ona Şəbnəmi Bakıya gətirməyi ilə bağlı irad tutmuş və onu geri aparmağını tələb etmiş, Azərbaycana gələcəyini bildirmişdir. X19 “gəl namusunu təmizlə” demişdir. Şakir Bakıya gəlmiş və onunla əlaqə saxlayaraq onların evinə gələcəyini bildirmişdir. Şakir onların evinə gəlmiş, Türkan da evdə olmuşdur, Şakir ona “sənin qızın düz yolda deyil” demişdir. Daha sonra Türkandan telefonunu ona verməsini tələb etmiş, Türkan isə bunu qəbul etməmiş və Şakir onları hədələməyə başlamışdır. O, heç düşünməmişdir ki, həmin sözləri qızını öldürmək mənasında deyir. Sonra Şakir çıxıb getmişdir. Hadisə ilə bağlı ona zəng gəlmişdir, Türkanın yaralandığını bildirmişlər. Verilən suallara cavab olaraq bildirdi ki, Şakirin Türkanla qərəzinin olub-olmamasını bilməmişdir. Türkan evli olmuş, yoldaşı ilə münasibəti çox yaxşı olmuş, Türkan 2-3 il olmuşdur ki, Azərbaycana qayıtmışdır. Evin ilkin ödənişini o, Türkanın atası, həyat yoldaşı və bibisi vermişdir. Aylıq ödənişi isə həyat yoldaşı ödəmişdir. Həyat yoldaşı ona mütəmadi pul göndərmişdir. Hadisə baş verənədək Türkan onunla yaşamışdır, atasının evi ayrı olmuşdur. Ev alanadək kirayədə yaşamışlar, Türkanın əxlaqsızlıq etməsi və. s ilə bağlı heç bir xəbərdarlıq olunmamışdır. Təqsirləndirilən şəxs qarşı şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, o, yaşadığı mənzildən çıxmış və binanın çıxış qapısına doğru getdikdə binanın iç tərəfində giriş qapısının qarşısında bir nəfər yaşlı kişinin yerdə uzanmış bir qadının başı üstündə olduğunu görmüşdür. O, əvvəlcə həmin qadının özünü pis hiss etdiyindən həmin şəxsin ona kömək etdiyini zənn etmiş, həmin kişiyə "xanımın halı pisdir? Nəsə kömək lazımdır?" deyə soruşduqda həmin kişi ayağa qalxmışdır. Kişidən nə məsələ olduğunu soruşduqda həmin kişi ona "yaxın gəlmə, aralı dur" demişdir. O, həmin vaxt kişinin sol əlində qana bulaşmış bıçaq da görmüş, ona "bıçağı at, bir az sakitləş" demiş və evə gedərək kişiyə su gətirmişdir. Təcili tibbi yardıma zəng etmiş və kişi ona "mənim telefonum yoxdur, 102-yə məlumat ver gəlib məni götürsünlər" demişdir. O, bundan sonra “102” xidmətinə zəng etmiş, təxminən 15-20 dəqiqə sonra polis əməkdaşları onların olduqları yerə gəlmişlər. Verilən suallara cavab olaraq bildirdi ki, o, zərərçəkmiş şəxsi şəxsən tanımamış, o, işə səhər gedib, axşam gəlmişdir. Polis əməkdaşları gələnədək o, təqsirləndirilən şəxslə birlikdə gözləmişdir. Polis əməkdaşlarına müqavimət göstərməmişdir. O, binanın birinci mərtəbəsində yaşamış, zərərçəkmiş şəxs də daxil olmaqla həmin binadan olan çox adamı tanımamışdır. O, qardaşının evində, tək yaşamışdır. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, onlar ümumiyyətlə təqirləndirilən şəxs haradan gəlib, haraya gedib bilməmişlər. Onların ailəlikcə Təqsirləndirilən şəxsgil ilə münasibətləri olmamışdır. Hadisə ilə bağlı məlumatı ona Türkanın anası vermişdir. Verilən suallara cavab olaraq bildirdi ki, heç vaxt Təqsirləndirilən şəxs Türkanın əxlaqsız həyat yaşaması ilə bağlı onunla söhbət aparmamışdır. O, Təqsirləndirilən şəxs görməmiş, telefon nömrəsi də onda olmamışdır. Təqsirləndirilən şəxs həyat yoldaşının qardaşı olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycana gəldikdə onlara gəlib-getməmişdir. Həyat yoldaşı ona hadisə ilə bağlı məlumat verdiyi zaman o, evdə olmuşdur. Mərhum qızı onlarla birlikdə Suraxanıda yaşamışdır. Türkan Masazırda tək yaşamamışdır, ipoteka ilə aldıqları evdə anası ilə yaşamışdır. İpoteka ilə aldıqları ev üçün aylıq 1750 manat ipoteka haqqı ödəmişlər. Türkan 470 manat əmək haqqı almışdır. Türkanın həyat yoldaşı da pul göndərmişdir, o, ata kimi Türkana kömək etmişdir. Türkan və həyat yoldaşı bir il-bir il yarım olmuşdur ki, ayrı yaşamışlar. Hazırki evliliyi Türkanın ikinci evliliyi olmuşdur. Təqsirləndirilən şəxs onunla qeyd olunan məsələlər ilə bağlı söhbət aparmamışdır. Heç vaxt Təqsirləndirilən şəxs onun övladlarına köməklik göstərməmişdir. O, qızı ilə nə məsələ ilə bağlı lazımdırsa maraqlanmışdır, söhbət etmişdir. Təqsirləndirilən şəxs onlara heç bir köməklik göstərməmişdir. Hadisə ilə bağlı məlumatı ona həyat yoldaşı vermişdir, həmin zaman həyat yoldaşı işdə, o isə evdə olmuşdur. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etmişdir.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, hadisənin necə baş verdiyini bilməmiş, hadisə ilə bağlı anası Şəlalə ona məlumat vermişdir. Verilən suallara cavab olaraq bildirdi ki, Şakirin dayı kimi hörmətini saxlamış, son illərdə onu görməmişdir. Həyat yoldaşı ilə Türkan ev alandan sonra söz-söhbətləri olmuşdur. Sahil Türkana ev alınması ilə bağlı onunla mübahisə etmişdir. Şakir onun boşanmağının qarşısını almaq üçün gəlmiş, evin alınması üçün atası, bibisi, anası, Türkanın yoldaşı xərc çəkmişdir. Şakir Türkanın həyat yoldaşı ilə yaşamasını istəmişdir. Türkan və həyat yoldaşı arasında münasibət çox yaxşı olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki , evdə olduğu zaman qardaşından hadisə ilə bağlı məlumat almışdır. Qardaşı ona zəng vuranda Sahilin Türkana nə isə etdiyini düşünmüşdür. Verilən suallara cavab olaraq bildirdi ki, Şakiri o, həmişə pis insan kimi tanımışdır. Şəlalə ilə münasibəti çox yaxşı olmuşdur. Türkan dayısı ilə fəxr etmişdir. Təqsirləndirilən şəxs niyə belə amansızlıq etdiyini bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, Şakirin oğlu ona hadisə ilə bağlı məlumat vermişdir. O, həmin zaman Gəncədə olmuşdur. Verilən suallara cavab olaraq bildirdi ki, hadisənin namus üstə törədildiyini bilir. Həyat yoldaşı ilə boşanma dövründə Şakir özü ona zəng vurmuşdur. Türkanla bağlı Şakir ilə söhbəti olmamışdır. Türkanın həyat tərzi barədə sadəcə eşitmiş, görməmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, 1997-ci ildən RF-da yaşayır, 2013-cü ilə qədər Azərbaycana gəlməmiş, 2013-cü ildə Azərbaycana gəlib 3 ay qaldıqdan sonra yenidən RF-na qayıtmışdır. 2015-ci ilin yayında yenidən Azərbaycana gəlmiş, həmin zaman mərhum Türkanla tanış olmuşdur. 2015-ci ilin oktyabr ayında o, Türkanla rəsmi olaraq nikaha daxil olmuşdur. Təxminən evlilikdən 1 ay sonra onlar RF-na getmiş və RF-nın X15 İnta şəhərində yaşamağa başlamışlar. O, orada usta kimi çalışmış, Türkan isə evdar qadın olmuş və işləməmişdir. Aralarındakı münasibətlər o zamanlar xoş olmuşdur. Təxminən 6 ay müddətində onlar bir yerdə qalmışlar. Sonra Türkanın sənədləşmə işləri tam həll olunmadığı üçün Azərbaycana qayıtmağa məcbur olmuşdur. 2016-cı ilin payız aylarında o, ailəsini görmək üçün Azərbaycana gəlmiş, müəyyən fasilələrlə 2019-cu ilin noyabr ayına qədər o, Türkanla birgə valideynlərinin evində qalmışdır. Bakıda olduqları müddətdə 2017 və 2019-cu illərdə onların birgə nikahdan 2 qız övladları dünyaya gəlmişdir. 2019-cu ilin noyabr ayında o, Türkanı da götürüb RF-nın X15 Uxta şəhərinə köçmüşdür. 2021-ci ilə kimi təxminən 2 il müddətində o, Türkanla və qızları ilə birgə Uxta şəhərində qalmışdır. 2021-ci ildə Türkan Azərbaycana qayıtmış, belə ki, teztez anası ona zəng edərək Bakıya qayıtmasını bildirmiş, Türkan da anasının sözünə qulaq asmışdır. O da Türkanın getməsinə icazə vermiş, 2021-ci ilin avqust ayında Türkan Bakıya gəlmişdir. Bundan sonra o, Türkanı heç görməmişdir. Belə ki, Türkan RF-na heç vaxt qayıtmamış, o da işləri ilə əlaqədar Bakıya gələ bilməmişdir. Lakin Türkanla mütəmadi olaraq telefon əlaqəsi saxlamış, həm audiozəng, həm də videozəng formasında danışmışlar. Türkanla görüşməsə də, aralarında mehriban münasibətləri olmuşdur. Türkanın həyat tərzi və davranışları ilə bağlı bildirmişdir ki, o, Türkan barəsində xoş olmayan və ya əxlaqsız hər hansı söz eşitməmiş, hansısa kişi ilə danışıb-görüşməsi barədə məlumat almamışdır. Sadəcə olaraq telefon danışıqları zamanı bəzən Türkana gödək yubkalar geyməsi, yaxud sinəsi açıq paltarlardan istifadə etməsi barədə iradlar bildirmişdir. Təqsirləndirilən şəxs gəldikdə isə onun Şakir ilə şəxsi münasibəti olmamışdır. Sadəcə olaraq Şakirin Türkanın dayısı olduğunu və RF-da ailəsi ilə birgə yaşayıb işlədiyini bilmişdir. Şakirin Türkan və ailəsi ilə hansı münasibətlərinin olmasından xəbərdar olmamışdır. Türkan əvvəllər müəyyən yerlərdə işləsə də, sonradan işdən çıxmış və yalnız 2023-cü ildə o, Masazır bələdiyyəsində işə başlamışdır. Lakin Türkan işə çıxıb maaş alsa belə, o, hər ay ailəsinin ehtiyacları üçün müxtəlif məbləğlərdə (800-1200 AZN arası) pullar göndərmişdir. Sonradan Türkana daxili ipoteka yolu ilə ev alması üçün əlavə 15.000 AZN məbləğində pul da göndərmişdir. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, sonuncu dəfə ölümündən 1 gün öncə Türkanla videozənglə danışmışdır. Türkan danışıq zamanı ona xüsusi olaraq hər hansı bir ifadə söyləməmişdir. xx.xx.2025-ci il tarixdə o, Türkanla əlaqə yaratmamışdır. Türkanın bacısı Şəbnəm hadisə günü ona zəng edərək Türkanın öz dayısı Şakir tərəfindən qətlə yetirildiyini bildirmiş, o da tez təyyarə bileti tapıb Azərbaycana qayıtmışdır. Sonradan ona Türkanın anası demişdir ki, hadisədən təxminən 2-3 həftə əvvəl Şakir Azərbaycana gəlmiş, hətta Türkanın yaşadığı evdə Türkanı başqa kişilərlə görüşməkdə ittiham etmiş və mübahisə yaranmışdır.(İ cild i.v.-210-220) Cinayət işinin materiallarında olan 30 yanvar 2025-ci il tarixli “təqrir”dən görünür ki, 30 yanvar 2025-ci il tarixdə saat 13:09-da X20 İdarəsinin növbətçi hissəsindən ünvan 3 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin girişində üzərində zorakılıq əlamətləri olan qadın cinsli meyit aşkar edilməsi barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 30 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi ev 170 ünvanında yerləşən yaşayış binası olmuşdur. Həmin yaşayış binası Abşeron rayonu, Masazır bələdiyyəsinin arxasında təxminən 200 m məsafədə yerləşmişdir. Yaşayış binasına giriş 11 pillədən ibarət beton pilləkanlar vasitəsilədir. Həmin pilləkanlarla yuxarıya doğru qalxdıqda qəhvəyi rəngli dəmir qapı müşahidə edilmişdir. Qapı baxış zamanı açıq vəziyyətdə olmuş, lakin ümumilikdə, şifrəli olmuş, yalnız bina sakinlərinə verilən göy rəngli domafon açıarlığı qapının müvafiq hissəsinə toxundurduqda qapı açılmışdır. Qapıdan içəri binaya daxil olub dərhal sol tərəfə nəzər yetirdikdə sarı-qara rəngli lentin daxilində qadın cinsli meyit müşahidə edilmişdir. Meyitin üzəri və yerləşdiyi yerin ətrafı kəskin şəkildə qanabənzər ləkələrə bulaşmışdır. Meyitin üzərində aşkar görünən zorakı xəsarətlər mövcud olmuşdur. Baxış zamanı müəyyən edilmiş ki, ölən şəxs qeyd olunan binada yaşayan Zərərçəkmiş şəxsdır. Meyitin əynindəki paltarlar üzərində qanabənzər ləkələr olmuş, lakin çəhrayı üst geyimi üzərində həmin ləkələr daha kəskin formada və geniş həcmdə müşahidə edilmişdir. Meyitin sağ qol nahiyəsinin aşağı tərəfində kafel döşəmə üzərində 01 ədəd qara rəngli əl çantası və 01 ədəd gümüşü rəngli açar müşahidə edilmişdir. Həmin əşyalardan təxminən 25 sm aşağıda, meyitin sağ ayaq nahiyəsindən 5 sm sağda 01 ədəd bıçaq müşahidə edilmişdir. Həmin bıçağın dəstəyi qara, tiyəsi gümüşü rənglidir. Bıçaq üzərində xeyli həcmdə qanabənzər ləkələr görünmüşdür. Bu da mərhuma həmin bıçaqla xəsarətlər yetirilərək qəsdən öldürülməsinə əsaslı şübhələr yaratmışdır. Meyitin olduğu yerdən pilləkanlara doğru irəlilədikdə döşəmə üzərində fasiləli qanabənzər ləkələr müşahidə edilmiş və qanabənzər ləkələrin hadisə zamanı ətrafa sıçraması qənaətinə gəlinmişdir. Meyitin olduğu yerdən binanın içərisinə doğru 1 m 30 sm qarşıda və 45 sm sağda kafel döşəmə üzərində 01 ədəd gün eynəyi müşahidə edilmişdir. Eynəyin dəstək hissəsi sarı, gözlük hissəsi qəhvəyidir. Eynəyin yaxınlığında kafel üzərində qanabənzər ləkələr vardır. Daha sonra binanın 1-ci mərtəbəsinin dəhlizinə baxış keçirilmişdir. Binanın girişindən təxminən 2 m qarşıda sağa tərəf irəlilədikdə az həcmdə qanabənzər ləkələr müşahidə edilmişdir. Bu da hadisəni törədən şəxsin hadisə baş verdikdən sonra binanın 1-ci mərtəbəsində gəzməsi və həmin ləkələrin bu cür əmələ gəlməsi qənaətinə gəlməyə əsaslar vermişdir. Daha sonra hadisənin baş verdiyi binanın 1-ci mərtəbəsində meyitin aşkar edildiyi yerin ətrafından qanabənzər ləkələr pambıqlı çöpə hopdurularaq “1” nömrəsi altında, eynəyin ətrafında aşkar edilən qanabənzər ləkələr pambıqlı çöpə hopdurularaq “2” nömrəsi altında, 1-ci mərtəbədəki dəhlizdə aşkar edilən az həcmli qanabənzər ləkələr pambıqlı çöpə hopdurularaq “3” nömrəsi altında işarələnməklə götürülmüşdür. Habelə meyitin aşkar edildiyi yerin yaxınlığından 01 ədəd qara əl çantası, 01 ədəd açar, 01 ədəd bıçaq və 01 ədəd eynək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra mərhum Zərərçəkmiş şəxs yaşadığı evə doğru qalxılmışdır. Ev binanın 4-cü mərtəbəsində yerləşmişdir. Evə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən əşya, sənəd və s. müəyyən edilməmiş və götürülməmişdir. Müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild i.v. -04-17) Cinayət işinin materiallarında olan “meyitə baxış keçirilməsi haqqında” 30 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, təşrih masası üzərinə uzadılmış Zərərçəkmiş şəxs meyiti üzərində olan paltarın tikişlərində sökülmələr, liflərində cırılmalar olmasa da, üst paltarlar qanla bulaşmış haldadır. Meyit düzgün bədən quruluşlu, kafi qidalıdır. Uzadılmış vəziyyətdə boyunun uzunluğu 185 sm-dir. Meyit ləkələri gövdənin arxa və yan səthlərində yerləşməklə göyümtül bənövşəyi rəngdədir, təzyiq etdikdə rəngi avazıyır ve 30 saniyə sonra əvvəlki rəngini almışdır. Kəllə qapağı sümüklərində patoloji hərəkətlilik və krepitasiya müəyyən olunmur. Döş qəfəsi silindrik formada olub simmetrikdir, əllədikdə patoloji hərəkətlilik və krepitasiya müəyyən edilməmişdir. Xarici cinsiyyət üzvləri düzgün inkişaf etmişlər, xəsarət və xəstəlik əlamətləri yoxdur. Arxa keçəcək dəliyi qapalıdır, ətrafındakı dəri təmiz və zədəsizdir, şüavari büküşlər seçilirlər hamarlaşmamışdır. Meyitin bədən səthində deşici-kəsici xarakterə malik qeyd olunan xəsarətlər aşkar edilmişdir: - Boyun nahiyəsinin aşağı 1/3-nin sağ yan səthində 7.2 x 1.6 sm ölçüdə xəttvari formalı perpendikulyar istiqamətli kənarları hamar, ucları iti kəsilmiş yara vardır (1). Yara kanalının ən dərin hissəsi mərkəzi hissəsidir. Bu hissədə yara boyunca sağ yuxu arteriyası, vidaci vena və digər yumşaq toxumalar kəsilmişdir. Yara boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. Çənə nahiyəsinin sol hissəsində 1,5 x 0.4 sm (2) və 2.0 x 0.5 sm (3) ölçülərdə xəttvari formalı, kənarları hamar, ucları iti, səthi kəsilmiş yaralar. Döş qəfəsinin ön səthinin sol yarısında, sol süd vəzisinin bayır səthində 6.0 x 2.0 sm (4), bu yaradan 4 sm solda 2,5 x 1.0 sm (5) ölçülərdə xəttvari formalı, kənarları nahamar, bir ucu iti, digər ucu küt olan kəsilmiş- deşilmiş yaralar vardır. Sol bazunun orta 1/3-nin bayır səthində 3.2 x 1.0 sm (6) ölçüdə xəttvari formalı, kənarları hamar, ucları iti, səthi kəsilmiş yara vardır. Sol saidin yuxarı 1/3-nin arxa-bayır səthini əhatə edən sahədə 6.5 x 4.0 sm (7) ölçüdə xəttvari formalı, kənarları nahamar, hər iki ucu iti olan kəsilmiş yara müəyyən edilmişdir. Sol əlin nahiyəsinin arxa səthində 1,2 sm (8) ölçüdə xəttvari formali, kənarları hamar səthi kəsilmiş yara var. Sol əlin 1- ci barmağının proksimal ve distal falanqa sümüyü proyeksiyalarının ön səthini əhatə edən sahədə 2.8 x 0.3 sm (9) ölçüdə qeyri-müəyyən formalı, kənarları namar, ucları iti kəsilmiş yara vardır. Meyitə baxış zamanı meyitin üzərindəki paltarlar - 01 ədəd ağ yun gödəkçə, 01 ədəd çəhrayı rəngli şalvar, 01 cüt qara rəngli ayaqqabı, 01 ədəd ağ-qara uzunqol düyməli köynək, 01 ədəd qırmızı qısaqol düyməsiz köynək, 01 ədəd ağ rəngli məmədan və 01 ədəd “İphone 12 Pro” markalı mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür.(İ cild i. v. - 22-27) Cinayət işinin materiallarında olan “hadisə yerindən götürülmüş əşyalara baxış keçirilməsi haqqında” 31 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, bıçaq qatlanmayan tiplidir. Bıçaq dəstək və tiyədən ibarətdir. Ümumi uzunluğu 185 mm- dir. Bıçağın tiyəsi parıltılı bozumtul rənglidir. Tiyənin ülgücü itidir, itilənmə hündürlüyü 1 mmdir. Tiyənin ucu itidir, ucundan 30 mm məsafədə küp kənarına yaxın 3 mm diametri olan dəlik vardır. Tiyənin sol səthində “НЕРЖ 6666" yazısı vardır. Bıçağın dəstəyi yuxarı hissədə gümüşü bozumtul rəngli, orta və uc hissələrində isə qara rənglidir. Dəstəyin uzunluğu 95 mm- dir. Bıçağın tiyə və dəstəyi üzərində bütün səth boyu yayılmış qəhvəyiqonur rəngli qanabənzər ləkələr aşkar edilmişdir. Açar - bozumtul rəngli metaldandır. Tutacaq hissəsində olan dairəvi dəliyə metal halqa keçirilmiş, bu halqaya üzərində ağ rənglə «Barbie» yazısı olan qırmızı rəngli rezin keçirilmiş, 01 ədəd metal düyməcik ilə bəndlənmişdir. Eyni zamanda açarın tutacaq hissəsinə göy rəngli plastik domafon açarlıq keçirilmişdir. Açarın tutacaq hissəsinin orta xətt üzrə ölçüsü 6 x 2,6 sm-dir. Açarın və rezin materialın bütün səthi boyu qəhvəyi-qonur rəngli qanabənzər ləkələr aşkar edilmişdir. Lakin açar üzərində hər hansı zədə aşkar edilməmişdir. Gün eynəyi - gözlük hissəsinin şüşələrinin yuxarı hissəsi tünd, aşağıya doğru nisbətən açıq qəhvəyi rəngdədir. Şüşələr yarım dairəvi formadadır. Gözlük hissə qızılı və tünd qəhvəyi rəngli materiallarla birləşmişdir. Şüşələrin orta xətt üzrə ölçüsü 5x6 sm-dir. Eynək üzərində gözlə görünən qana şübhəli hər hansı bir ləkə və zədə aşkar olunmamışdır. Əl çantası - üzəri dama şəkilli relyefli qara rəngli dəri tipli materialdan olub, qızılı rəngli zəncirbəndlə bağlanmışdır. İki ədəd tutacağı var. Çanta 31 x 27 x13 sm ölçüdədir. Çantanın içərisində iş üçün əhəmiyyət kəsb etməyən - 01 ədəd gümüşü rəngli əl güzgüsü, 01 ədəd “Bakı Kart”a aid gediş kartı, 02 ədəd ödəmə terminalına aid qəbzlər, 01 ədəd gümüşü rəngli üzük və 01 ədəd qəhvəyi rəngli eynək təmizləmə qabı (içərisində 01 ədəd şəffaf eynək və 01 ədəd sarı eynək təmizləmə bezi ilə birlikdə) vardır. Çantanın bütün səthi boyu qəhvəyi-qonur rəngli qanabənzər ləkələr aşkar edilmiş, lakin zədələr aşkar edilməmişdir.(cild i. v. 60-64) Cinayət işinin materiallarında olan “zərərçəkmiş şəxsin paltarlarına baxış keçirilməsi haqqında” 31 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən paltarlar - Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş, meyitə baxış zamanı götürülmüş 01 ədəd ağ yun gödəkçə, 01 ədəd çəhrayı rəngli şalvar, 01 cüt qara rəngli ayaqqabı, 01 ədəd ağ-qara uzunqol düyməli köynək, 01 ədəd qırmızı qısaqol düyməsiz köynək və 01 ədəd ağ rəngli məmədandır. Gödəkçə - kəskin iylidir, ağ yun materialdandır, uzunqoldur, yan cibləri var, öndən bir ədəd düymə ilə bağlanır, boyun hissədə daxildə “Enter" yazılı etiket var, uzunluğu 87 sm, çiyin hissədə eni 40 sm, qollarının uzunluğu 53 sm-dir. Gödəkçənin ön hissəsində solda uzunluğu 2,5 sm olan dəlib-keçən zədə, uzunluqları 1,5 sm və 1,0 sm olan dəlib-keçən zədələr, uzunluğu 2,0 sm olan dəlib-keçən zədə, gödəkçənin ön hissəsində solda, uzunluğu 2,0 sm olan dəlib-keçən zədə vardır. Gödəkçənin ön hissəsində sağda uzunluğu 4,5 sm olan dəlib-keçməyən zədə vardır. Bu zədələr yerləşmə formasına əsasən demək olar ki, bu zədələr bir zərbədən parçanın qatlanması, yaxud cırılması və sökülməsi nəticəsində əmələ gələ bilərlər. Gödəkçənin üzərində bütün səthi boyu hopmuş qəhvəyimtil-qonur rəngli qanabənzər ləkələr aşkar edilmişdir. Uzunqol köynək - kəskin iylidir, ağ rənglidir, üzərində qara zolaqlar var, ön hissədə 8 ədəd düymə var, boyun hissədə daxildə “Elly” yazılı etiket var, uzunluğu 48 sm, çiyin hissədə eni 36 sm, qollarınını uzunluğu 37 sm-dir. Köynəyin ön hissəsində solda dörd ədəd dəlib-keçən zədələr var, Köynəyin sol qolun arxa hissəsində bir ədəd, uzunluğu 1,5 sm olan dəlibkeçən zədə var. Köynəyin ön hissəsində bir qədər ortada bir ədəd, uzunluğu 1,7 sm olan dəlib-keçən zədə var. Bu zədələr yerləşmə formasına əsasən demək olar ki, bu zədələr bir zərbədən parçanın qatlanması, yaxud cırılması və sökülməsi nəticəsində əmələ gələ bilərlər və ayrı-ayrılıqda yetirilmiş zədələr kimi qiymətləndirilməyə bilər. Köynəyin ön hissəsində sağda yuxarıda yaxalığın sərbəst kənarında, uzunluğu 0,6 sm olan kənari zədə var. Uzunqol köynəyin üzərində bütün səthi boyu hopmuş qəhvəyimtil-qonur rəngli qanabənzər ləkələr aşkar edilmişdir. Qısaqol köynək - kəskin iylidir, qırmızı rənglidir, qısaqoldur, boyun hissədə daxildə “Terranova” yazılı etiket var, uzunluğu 53 sm, çiyin hissədə eni 26 sm, qollarının uzunluğu 13 sm-dir. Köynəyin ön hissəsində solda dörd ədəd dəlib-keçən zədələr var. Köynəyin ön hissəsində yuxarıda ortada bir ədəd uzunluğu 2,5 sm olan dəlib-keçən zədə var. Köynəyin ön hissəsində yuxarıda ortada bir ədəd ədəd, uzunluğu 4,0 sm olan dəlib-keçən zədə var. Köynəyin ön hisəsində yuxarıda ortada bir birinə paralel yerləşən uzunluqları 1,5 sm olan üç ədəd dəlib-keçən zədələr var. Bu zədələr yerləşmə formasına əsasən demək olar ki, bu zədələr bir zərbədən parçanın qatlanma nəticəsində əmələ gələ bilərlər və sonuncu 03 zədə 01 ədəd zədə kimi qiymətləndirilmişdir. Qısaqol köynəyin üzərində bütün səthi boyu hopmuş qəhvəyimtilqonur rəngli qanabənzər ləkələr aşkar edilmişdir. Şalvar - çəhrayı rəngdədir, sol yanda zəncirbəndlə bağlanır, arxası rezinlidir, daxildə “Terranova” yazılı etiket var, uzunluğu 83 sm, bel hissədə eni 33 sm-dir. Şalvar üzərində hər hansı bir zədə aşkar edilməmiş, lakin bütün səthi boyu hopmuş qəhvəyimtil- qonur rəngli qanabənzər ləkələr aşkar edilmişdir. Məmədan - kəskin iylidir, ağ rəngdədir, açıq vəziyyətdə uzunluğu 70 sm-dir, hündürlüyü 16 sm-dir. Məmədanın ön hissəsində sol döşlük üzərində üç ədəd dəlib-keçən zədələr vardır. Ayaqqabı - 01 cütdür, qara rəngli dəriyəbənzər materialdandır, topuqludur, yan hissəsi zəncirbəndlidir, uzunluğu 23 sm, hündürlüyü 20 sm, eni 9 sm-dir. Ayaqqabı üzərində qanabənzər ləkələr aşkar edilmiş, lakin zədələr aşkar edilməmişdir.(cildi.v- 102-113) Cinayət işinin materiallarında olan “təqsirləndirilən şəxsin paltarlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən paltarlar - Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş, sonuncu tərəfindən könüllü təqdim olunmaqla götürülmüş 01 ədəd qara uzunqol gödəkçə, 01 ədəd qara uzunqol üst geyimi və 01 ədəd tünd göy cins şalvardır. Gödəkçə - qara rəngdədir, uzunqoldur, yan və döş cibləri var, öndən zəncirbəndlə bağlanır, uzunluğu 60 sm, çiyin hissədə eni 47 sm, qollarının uzunluğu 60 sm-dir. Gödəkçə üzərində hər hansı bir zədə aşkar edilməmiş, lakin qəhvəyi rəngli qanabənzər ləkələr aşkar edilmişdir. Sviter- qara rəngdədir, uzunqoldur, boyun hissədə daxildə “Sport” yazılı etiket var, uzunluğu 65 sm, çiyin hissədə eni 39 sm, qollarının uzunluğu 59 sm-dir. Sviter üzərində hər hansı bir zədə aşkar edilməmiş, lakin qəhvəyi rəngli qanabənzər ləkələr aşkar edilmişdir. Şalvar - göy rəngli cins materialdandır, öndən düymə və zəncirbəndlə bağlanır, daxildə və arxada “Prada” yazılı etiket var, uzunluğu 90 sm-dir. Bel hissədə eni 46 sm-dir. Şalvar üzərində hər hansı bir zədə aşkar edilməmiş, lakin qəhvəyi rəngli qanabənzər ləkələr aşkar edilmişdir. (cildi.v- 114-117) Cinayət işinin materiallarında olan 30 yanvar 2025-ci il tarixli “raport”dan görünür ki, həmin tarixdə Abşeron Rayon Polis İdarəsinə 102 xidmətindən bələdiyyənin arxası, 4 mərtəbəli binanın çıxışında naməlum qadının boğazı kəsilmiş halda meyitinin tapılması barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 184). Cinayət işinin materiallarında olan 30 yanvar 2025-ci il tarixli “raport”dan görünür ki, həmin tarixdə Abşeron Rayon Polis İdarəsinə 1987-ci il təvəllüdlü Masazır qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs vəfat etməsi barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 185). Cinayət işinin materiallarında olan arayışın surətindən görünür ki, X6 və Zərərçəkmiş şəxs xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuşlar (cild 01, iş vər. 218). Cinayət işinin materiallarında olan “məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 22 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində ümumilikdə 9 (doqquz) ədəd kəsici-deşici xarakterə malik əşyanın (alətin) təsirindən yaranan xəsarətlər aşkar edilmişdir. Aşkar edilmiş xəsarətlərdən boyun nahiyəsinin aşağı 1/3-nin sağ yan səthinin, sağ yuxu arteriyası, vidaci vena və digər yumşaq toxumaların kəsilməsi ilə müşayiət olunan 1 (bir) ədəd kəsilmiş yarası, döş qəfəsinin sol yarısının daxilə keçərək müvafiq olaraq sol ağciyəri, ürək kisəsini ve ürəyi zədələyən 2 (iki) ədəd kəsilmiş-deşilmiş yaraları (ümumilikdə 3 ədəd) həm ayrı-ayrılıqda, eləcə də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AGİR zərərvurmanın əlamətlərinə malikdirlər. Sol saidin yuxarı 1/3-nin arxa-bayır səthini əhatə edən sahədəki 1 (bir) ədəd kəsilmiş yara və sol əlin 1-ci barmağının proksimal və distal falanqa sümüyü proyeksiyalarının ön səthini əhatə edən sahədəki 1 (bir) ədəd kəsilmiş yaralar (ümumilikdə 2 ədəd) həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığa YÜNGÜL zərərvurmanın əlamətlərinə malikdirlər. Çənə nahiyəsinin sol hissəsində olan 2 (iki) ədəd, sol bazunun orta 1/3-nin bayır səthinin 1 (bir) ədəd və sol əlin arxa səthinin 1 (bir) ədəd səthi kəsilmiş yaraları (ümumilikdə 4 ədəd) sağlamlığa zərər vurmadığı üçün dərəcələri müəyyən edilməyən xəsarətlərə aiddirlər. Qeyd olunan xəsarətlər həyati olub, mərhumun ölümündən az əvvəl, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 30.01,2025-ci il tarixdə qeyd olunan nahiyələrə kənar şəxs tərəfindən ekspertizaya maddi sübut qismində təqdim edilmiş bıçağın və ona bənzər bıçaqların təsirindən yarana bilərdilər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb boyun nahiyəsindəki yuxu arteriyası, vidaci vena və digər yumşaq toxumaların kəsilməsi ilə müşayiət olunan kəsilmiş yarası, eləcə də döş qəfəsinin sol yarısının iki ədəd döş boşluğuna keçərək sol ağciyəri, ürək kisəsini və ürəyi zədələyən kəsilmiş-deşilmiş yaraların nəticəsində inkişaf etmiş kəskin xarici və daxili qanitirmə olmuşdur. Mərhum Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərdən sol əlin 1-ci barmağının proksimal və distal falanqa sümüyü proyeksiyalarının ön səthini əhatə edən sahədəki 1 ədəd kəsilmiş və sol əlin arxa səthinin 1 ədəd səthi kəsilmiş yaralarının lokalizasiyasına əsaslanıb demək olar ki, bu xəsarətlər hadisə zamanı mərhumun ona yetirilən bıçaq xəsarətlərini dəf etmək üçün xəsarət yetirən şəxsə müqavimət göstərmək məqsədilə özünümüdafiə aktı zamanı yaranması istisna edilmir. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən, demək olar ki, mərhumun ölümü onun meyitxanadakı müayinəsindən (30.01,2025-ci il, saat 16:00) təxminən 2-6 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidler (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri ve salisilatlar aşkar edilməmişdir.(İİ cild i. v.-09-19) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 223 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ əlin 1-ci barmağının səthi kəsilmiş yarası və sol əlin 3-cü barmağının səthi yaraları müvafiq olaraq kəsici xarakterə malik əşyanın və küt əşya (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 30.01,2025-ci il tarixdə qeyd olunan nahiyələrə müvafiq olaraq bıçağın təsirindən və digər kənar şəxs tərəfindən dişlənmə zamanı yarana bilərdilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir.(İİ cild i. v. 20-23) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx.xx.2025-ci il tarixli, 36/2025-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus gödəkçənin ön hissəsində solda 04 ədəd, sol qolu birləşdirən tikiş üzrə 01 ədəd, sol qolun ön hissəsində 01 ədəd ; uzunqol köynəyin ön hissəsində solda 04 ədəd, sol qolun arxa hissəsində 01 ədəd, ön hissəsində ortada 01 ədəd, ön hissəsində sağda yuxarıda 01 ədəd ; qısaqol köynəyin ön hissəsində solda 04 ədəd, ön hissəsində yuxarıda ortada 03 ədəd ; büstqalterin (məmədan) ön hissəsində sol döşlük üzərində 03 ədəd deşilmiş-kəsilmiş yaralar aşkar edilmişdir. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya eyni konstruktiv xüsusiyyətə malik digər bıçaq (bıçaqların) tiyəsinin təsirindən törənməsi istisna olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar, ayaqqabı və Təqsirləndirilən şəxs məxsus gödəkçə, sviter və şalvar üzərində hər hansı zədə aşkar edilməmişdir. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində onun təyinatını dəyişdirən hər hansı bir əlavə və dəyişiklik edilməmişdir.(İİ cild i. v,- 76-84) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi-bioloji ekspertizasının xx.xx.2025ci il tarixli, 64/2025-TBŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mərhum Zərərçəkmiş şəxs məxsus qısa palto (gödəkçə), qısaqol kofta, pencək tipli köynək, büstqalter (məmədan), şalvar, qısaboğaz çəkmə, Təqsirləndirilən şəxs məxsus gödəkçə, sviter və şalvar, həmçinin bıçaq, hadisə yerindən götürülmüş əl çantası, açar üzərindəki ləkələrdə və hadisə yerindən 03 ədəd plasmas flakondakı çubuğun bir ucundakı pambığa hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni, bəzi ləkələrdə həmçinin alfa, beta aqqlyutinləri də alınmışdır. Beləliklə, bu qan ləkələri Oalfa,beta/l/qruplu şəxsə, o cümlədən mərhum Zərərçəkmiş şəxs məxsus ola bilər. Ləkələrdə İİ qruplu Təqsirləndirilən şəxs qanının olması inkar olunur. Hadisə yerindən götürülmüş eynək üzərində isə qan aşkar olunmamışdır.(İİ cild i.v.- 85-92) Cinayət işinin materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1542 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya və xroniki alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya və xroniki alkoqolizm xəstəliyindən əzab çəkməmişdir. Onun narkomaniya və xroniki alkoqolizmdən məcburi müalicəyə ehtiyacı olmamışdır.(İİ cild i.v.-93-96) Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1244 saylı rəyinin məhkəməpsixiatrik ekspertizası üzrə nəticə hissəsinə əsasən, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin isterik tipli cizgiləri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs, ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar edilməmişdir. Həmin dövrdə o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham edilən əməl barəsində anlaqlı hesab edilmişdir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1-ci, 21.3-cü və 22.1-ci maddələrinin təsiri altına düşməmişdir. O, hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. O, psixi vəziyyətinə görə hazırda istintaq və prosessual hərəkətlərdə iştirak etmək və öz prosessual hüquq və vəzifələrini icra etmək iqtidarındadır. Ekspert rəyinin məhkəməpsixoloji ekspertizası üzrə nəticə hissəsinə əsasən, Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğun olmuş, fərdi-psixi xüsusiyyətlərində eqosentrizm, öz üstünlüyünü nümayiş etdirmək, öz maraqlarına uyğun davranmaq, çılğınlıq aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilmişdir. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixoloji-emosional vəziyyətində hirslilik, qəzəb yaranmış, həmin halın yaranması fərdi psixi xüsusiyyətləri ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır.(İİ cild i. v.- 168-173) Cinayət işinin materiallarında olan “X4 Sistemindən (EPİS) alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(İİ cild i.v. 65) Cinayət işinin materiallarında olan “sübutları qiymətləndirilməsi haqqında” 07 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və Şahid5 əməlində CM-in 120.2.1, Təqsirləndirilən şəxs əməlində 120.2.2, 120.2.4, 120.2.5, 120.2.9, 122, 221.3, 234.1-ci maddələrinin tərkib əlamətləri müəyyən edilmədiyindən, həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd olunmuşdur. (cild 02, iş vər. 199-226). Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CMnin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmədən ibarət ictimai təhlükəli əməl cinayət sayılır və həmin əmələ görə cinayət məsuliyyəti şəxsin qəsdən həyatdan məhrum edilməsi ilə nəticələnən əməlin törədilməsi ilə yaranır. Qeyd edilən cinayət əməli cinayətin obyektiv cəhətinin ünsürlərindən olan hərəkət və ya hərəkətsizliklə yanaşı nəticənin də baş verməsini nəzərdə tutan əməl olduğundan, yəni maddi tərkibli cinayət əməli olduğundan törədilən cinayət əməli ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqənin olması ilə şərtlənir. Cinayət işinin materiallarında mövcud olan və biri-digərini tamamlayan sübutlar vasitəsi ilə (təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və s.) təsdiq olunur ki, Təqsirləndirilən şəxs psixolojiemosional vəziyyətində hirslilik, qəzəb fonunda Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq, zərərçəkmişin boyun nahiyəsindəki yuxu arteriyası, vidaci vena və digər yumşaq toxumaların kəsilməsi ilə müşayiət olunan kəsilmiş yarası və döş qəfəsinin sol yarısının döş boşluğuna keçərək sol ağciyəri, ürək kisəsini və ürəyi zədələyən kəsilmiş-deşilmiş yaraların nəticəsində inkişaf etmiş kəskin xarici və daxili qanitirmədən ölümünə səbəb olan boyun nahiyəsinin aşağı 1/3-nin sağ yan səthinin, sağ yuxu arteriyası, vidaci vena və digər yumşaq toxumaların kəsilməsi ilə müşayiət olunan 1 (bir) ədəd kəsilmiş yarası ; döş qəfəsinin sol yarısının daxilə keçərək müvafiq olaraq sol ağciyəri, ürək kisəsini və ürəyi zədələyən 2 (iki) ədəd kəsilmiş-deşilmiş yaraları kimi canlı şəxslərdə insan həyatı üçün təhlükəli olan, həm ümumilikdə, həm də ayrı- ayrılıqda sağlamlığa AĞİR zərərvurmaya aid xəsarətləri, həmçinin sol səidin yuxarı 1/3-nin arxa-bayır səthini əhatə edən sahədəki 1 (bir) ədəd kəsilmiş yara kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, dərəcəsinə görə sağlamlığa YÜNGÜL zərərvurmaya aid, habelə çənə nahiyəsinin sol hissəsində olan 2 (iki) ədəd, sol bazunun orta 1/3-nin bayır səthinin 1 (bir) ədəd kəsilmiş yaraları kimi sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətləri, bundan başqa zərərçəkmişin ona müqavimət göstərməsi məqsədilə özünümüdafiə aktı zamanı yaranmağa xarakterik olan sol əlin 1-ci barmağının proksimal və distal falanqa sümüyü proyeksiyalarının ön səthini əhatə edən sahədəki 1 (bir) ədəd kəsilmiş yara kimi dərəcəsinə görə sağlamlığa YÜNGÜL zərərvurmaya aid və sol əlin arxa səthinin 1 (bir) ədəd səthi kəsilmiş yarası kimi sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən qəsdən başqa şəxsin həyatdan məhrum edilməsinə yönəlmiş ictimai təhlükəli əməl törədilmiş, həmin ictimai təhlükəli əməllə bağlı olaraq Zərərçəkmiş şəxs ağır və yüngül dərəcəli bədən xəsarətləri (cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən) almış və həmin xəsarətlərdən yaranmış kəskin xarici və daxili qanitirmə sonuncunun vəfat etməsinə gətirib çıxarmışdır ki, qeyd edilən ekspert rəyinə əsasən törədilən əməllə baş vermiş nəticə arasında birbaşa səbəbli əlaqənin olması, mərhumun ölümünə səbəbin isə ona yetirilən xəsarətlər nəticəsində baş vermiş qanitirmənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı mərhum Zərərçəkmiş şəxs öldürmək istəmədiyini, sadəcə onu qorxutmaq və sifətində iz, yara buraxmaq, onu eybəcərləşdirmək istəməyini, sifətinə xəsarət yetirmək istəyərkən səhvən bıçağın boğaza təsadüf etməsini bildirsə də, təqsirləndirilən şəxsin əvvəlcədən üzərində gəzdirdiyi bıçaqla zərərçəkmiş şəxsin insan həyatı üçün vacib orqanlarına üç dəfə, ümumilikdə altı dəfə ardıcıl xəsarət yetirməsi onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qeyd edilən xəsarətləri yetirərkən niyyəti məhz onu həyatdan məhrum etmək olmuş, etdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunu arzu etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl CM-in 120.1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonrakı hərəkətlərini və şahid ifadələrini araşdıraraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cinayət törətdikdən sonra telefonu olmadığına görə onun göstərişi ilə Şahid6 tərəfindən polis əməkdaşlarına xəbər verilməsini, Təqsirləndirilən şəxs hadisə yerini tərk etməyərək könüllü olaraq polisin gəlib çatmasını gözləməsini, bu yolla heç bir təsir altında olmadan özünü hüquq mühafizə orqanlarına təslim edərək təqsirini boynuna almasını və cinayətin açılmasına fəal köməklik etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinin “könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Həmçinin, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulan könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəlarının şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarında “könüllü gəlib təqsirini boynuna alma” müddəasının “törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi” kimi təfsir olunduğunu nəzərə almalı və bu təfsirlə şərtləndirilən halların, o cümlədən şəxsin qeyd olunan orqanlara gəlməsinin onun azad iradə ifadəsi, verdiyi məlumatın isə düzgün olub-olmamasını tam, hərətərəfli və obyektiv yoxlamalıdırlar. Könüllü gəlib təqsirini boynuna almış şəxs cinayət mühakimə icraatının sonrakı mərhələlərində təqsirini inkar etdiyi halda da könüllü gəlib təqsirini boynuna alma Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına görə cinayət təqibini həyata keçirən orqanda cinayət hadisəsinin baş verməsi, hətta hadisəni törədənin şəxsiyyəti barədə digər mənbələrdən məlumatın olması təqsirkarın yuxarıda qeyd olunan orqanlara könüllü gəlməsi və törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barəsində düzgün məlumat verməsi halında bunun Cinayət Məcəlləsinin 59.1.10cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməsinə mane olmur. Cinayət törətmiş şəxsin müvafiq orqana gəlməsi və əməlini etiraf etməsi onun azad iradə ifadəsi olduğu halda, sözügedən cəzanı yüngülləşdirən hal barədə məsələnin həlli üçün onun hansı motivlərlə bu cür davranması əhəmiyyət kəsb etmir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət hadisəsi törətdikdən sonrakı hərəkətləri araşdırıldıqda müəyyən edilmişdir ki, o, könüllü şəkildə heç bir təsir altında olmadan özünü polis əməkdaşına təslim etmiş və hadisə barədə onlara ətraflı məlumat vermiş, baş vermiş hadisə ilə bağlı istintaqın gedişinə fəal köməklik etmişdir. Odur ki, məhkəmə kollegiyası ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs cinayət törətdikdən sonrakı hərəkətlərini, yəni könüllü olaraq özünü hüquq mühafizə orqanlarına təslim edərək təqsirini boynuna almasını CM-nin 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxsə təyin olunan cəzanın həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-in 60.1-ci maddəsinin müddəaları nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin dördə üçündən artıq olmayan həddə cəza təyin olunmalıdır. Belə ki, CM-in 60.1 maddəsindən görünür ki, həmin Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şəxs hazırki hökmlə ona təyin olunan cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 38-39). Cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(012)-48/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə əvvəli 30 yanvar 2025-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 98-101). Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayət hesab olunduğundan, o, CM-in 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 30 yanvar 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olmaqla Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerinə baxış keçirilərkən götürülmüş - 01 ədəd dəstəyi qara, tiyəsi gümüşü rəngli bıçaq, 01 ədəd gümüşü rəngli açar, 01 ədəd qəhvəyi rəngli eynək, habelə üzərinə qanabənzər ləkələr hopdurulmuş “1”, “2” və “3” nömrəli pambıqlı çubuqlar; Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd qara uzunqol üst geyimi (sviter) və 01 ədəd tünd göy cins şalvar məhv edilməli; meyitə baxış zamanı götürülmüş Zərərçəkmiş şəxs hadisə zamanı üzərində olan paltarlar - 01 ədəd ağ yun gödəkçə, 01 ədəd çəhrayı rəngli şalvar, 01 cüt qara rəngli ayaqqabı, 01 ədəd ağ-qara uzunqol düyməli köynək, 01 ədəd qırmızı qısaqol düyməsiz köynək və 01 ədəd ağ rəngli məmədan, 01 ədəd qara rəngli əl çantası Zərərçəkmiş şəxs məxsus 01 ədəd “İphone 12 Pro” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X7 təhvil verilsin, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında protokola əlavə 01 CD disk; Təqsirləndirilən şəxs (02), Zərərçəkmiş şəxs (02) və Şahid5 (01) mobil telefon məlumatlarının əks olunduğu ümumi 05 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 30 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olmaqla Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerinə baxış keçirilərkən götürülmüş - 01 ədəd dəstəyi qara, tiyəsi gümüşü rəngli bıçaq, 01 ədəd gümüşü rəngli açar, 01 ədəd qəhvəyi rəngli eynək, habelə üzərinə qanabənzər ləkələr hopdurulmuş “1”, “2” və “3” nömrəli pambıqlı çubuqlar; Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd qara uzunqol üst geyimi (sviter) və 01 ədəd tünd göy cins şalvar məhv edilsin; meyitə baxış zamanı götürülmüş Zərərçəkmiş şəxs hadisə zamanı üzərində olan paltarlar - 01 ədəd ağ yun gödəkçə, 01 ədəd çəhrayı rəngli şalvar, 01 cüt qara rəngli ayaqqabı, 01 ədəd ağ-qara uzunqol düyməli köynək, 01 ədəd qırmızı qısaqol düyməsiz köynək və 01 ədəd ağ rəngli məmədan, 01 ədəd qara rəngli əl çantası Zərərçəkmiş şəxs məxsus 01 ədəd “İphone 12 Pro” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X7 təhvil verilsin, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında protokola əlavə 01 CD disk; Təqsirləndirilən şəxs (02), Zərərçəkmiş şəxs (02) və Şahid5 (01) mobil telefon məlumatlarının əks olunduğu ümumi 05 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-343/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-343/2025
23.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver