Məhkəmə qərarları › İş №1(124)-345/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-345/2024

24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-345/2024 24.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 (sədrlik edən), X7 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi ilə külli miqdarda, təmiz çəkisi 3,046 qram olan narkotik vasitə heroini və təmiz çəkisi 2,765 qram olan psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, xx.xx.2023-cü il tarixdə, saat 15:05-də, Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Grand” marketlə üzbəüz yolun kənarında saxlanılıb Sumqayıt Şəhər Polis İdarəsinə gətirildikdən sonra, xidməti otaqların birində onun üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilərkən, onun əynindəki qara rəngli şalvarın sağ yan cibində satış məqsədi ilə saxladığı 06 (altı) ədəd bükümdə şəffaf sellofan kəsiyinə bükülmüş halda, ayrı-ayrılıqda təmiz çəkiləri 0,218 qram, 0,273 qram, 0,201 qram, 0,304 qram, 0,155 qram, 1,895 qram, birlikdə ümumi təmiz çəkisi 3,046 qram olan, qəhvəyi rəngli, kustar üsülla hazırlanmış, eyni tərkibli narkotik vasitə heroin və onun əynindəki qara rəngli şalvarın sol yan cibində satış məqsədi ilə saxladığı 07 (yeddi) bükümdə şəffaf sellofan kəsiyinə bükülmüş halda, ayrı-ayrılıqda təmiz çəkiləri 0,355 qram, 0,338 qram, 0,318 qram, 0,388 qram, 0,357 qram, 0,775 qram, 0,234 qram birlikdə ümumi təmiz çəkisi 2,765 qram olan ağ rəngli, kristallik hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Novxanıdan avtomobillə Sumqayıt şəhərinə gələn zaman işıqforda, kameranın altında yol polisi onu saxlamış və aşağı enməsini tələb etmişdir. O, avtomobildən aşağı enmiş və polis əməkdaşı arxa nömrənin GPS-nin olmadığını bildirmişdir. O, GPS-ə baxmış və orada olduğunu bildirmiş, bu zaman mülki geyimdə olan polis əməkdaşları onu tutaraq döymüş və Sumqayıt Şəhər Polis İdarəsinə aparmışlar. İdarədə olan zaman onu 2-ci mərtəbədə yerləşən Bəxtiyar müəllimin otağına aparmışlar. Polis əməkdaşları otaqda onu döymüş və onun üzərinə narkotik vasitə qoyacaqlarını bildirmişlər. O, üzərində narkotik olmadığını bildirdikdə onu narkotiki boynuna almağa məcbur etmiş və əgər boynuna almasa evindən narkotik vasitə və tərəzi çıxaracaqlarını söyləmişlər. Daha sonra onu yuxarı mərtəbəyə ağ köynəkli polis işçisinin yanına aparmışlar və həmin polis işçisi də ona iki şillə vurmuşdur. Polis əməkdaşları onun əlinə qandal vuraraq ağır işgəncələr vermişlər. O, məcbur qalaraq sənədləri imzalamış və narkotik vasitəni boynuna götürmüşdür. Daha sonra onu X13 aparmışlar. Onun üzərində ancaq avtomobilin açarı və 360-370 manat pulu olmuşdur. Avtomobilini polis əməkdaşı sürərək şöbənin həyətinə gətirmişdir. Onu isə yaşıl rəngli “Mercedes” markalı avtomobillə şöbəyə gətirmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, üç ildir ki, təxminən 5-6 ay narkotik vasitə istifadə etmişdir. Həmin narkotik vasitələri 2 ildir tanıdığı Leyla adlı şəxsdən əldə etmişdir. Saxlanılan zaman Leyla onun yanında olmuş, avtomobilin arxa oturacağında əyləşmişdir. Həmin gün o, Leylanı marketə aparmışdır. O, “Samsung” markalı mobil telefondan və ********** mobil nömrəsindən istifadə etmişdir. Həmin mobil nömrə ilə Ədalət adlı şəxslə narkotik vasitəni götürəcəyi yer barədə mesajlaşmaları olmuşdur. O, heç vaxt narkotik vasitə satmamışdır. Ədalət ondan narkotik vasitə təşkil etməsini xahiş etməmişdir. Polis əməkdaşları onun hər yerinə vurmuş, amma elə vurmuşlar ki, xəsarətlərin izi qalmamışdır. Polis əməkdaşları onu 2 saat döymüşlər. O, müdafiəçisinə polis əməkdaşları tərəfindən işgəncələrə məruz qaldığını bildirmişdir, amma polis əməkdaşları onu məcbur etdiyi üçün barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən hakimə polis əməkdaşları tərəfindən işgəncələrə məruz qaldığını bildirməmişdir. Döyülməsi barədə heç bir yerə şikayət ərizəsi ünvanlamamışdır. Həmin gün Leyla ilə səhər saat 10-11 radələrində görüşmüşlər. Leyla ondan onu Bravo marketə aparmasını istəmişdir. İki ildir ki, Leylanı tanımasına baxmayaraq onun nə vaxtsa Bravo marketə getdiyini görməmişdir. Polis əməkdaşları onu aparan zaman Leyla onun avtomobilində qalmışdır. Daha sonra o, polis idarəsində Leylanı görmüş, amma onunla heç bir dialoqu olmamış, polis əməkdaşlarına “bunu içəri göndərin” demişdir. O, Leyladan elə deməyinin səbəbini soruşduqda Leyla içəridə yatıb ağıllanmasını bildirmişdir. Leylanın narkotik vasitə istifadəçisi olduğunu bilir. Tutulan zaman Leylanın üzərində narkotik vasitə olmuşdur. Polis idarəsində Leylanın üzərinə şəxsi axtarış istintaq hərəkətinin keçirilib-keçirilmədiyindən məlumatı yoxdur. Polis idarəsində bir nəfər polis əməkdaşı onun cibinə narkotik vasitə qoymuşdur. Bəxtiyar müəllim ondan pul tələb etmiş, o isə pulunun olmadığını bildirmişdir. O, Bəxtiyar adlı şəxsi əvvəlcədən tanımamış, polis idarəsində onun rəis olduğunu bilmişdir. O, “Kardiomaqnil”in nə olduğunu bilmir, onun üzərindən şüşə aşkar olunmamışdır. İbtidai istintaq zamanı ifadə verərkən təzyiq altında olmuşdur. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılan zaman polis əməkdaşları onu həqiqəti söyləməməsi barədə tənbeh etdikləri üçün hakimə həqiqəti danışmamışdır. İstintaq təcridxanasına qəbul olunana zaman da işgəncələrə məruz qaldığını deməmiş, düşünmüşdür ki, ona problem yaradarlar. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə, saat 15:05 radələrində, şəxsi münasibətləri olan Şahid6 ilə birlikdə Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Grand” marketlə üzbəüz yolun kənarında dayandığı vaxt 3 (üç) nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları, yəni Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib, üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə onu Sumqayıt Şəhəri Polis İdarəsinə dəvət etmişlər. O, etiraz etməmiş və onlarla birlikdə polis idarəsinə getmişdir. Onlar polis idarəsinə getdikdən sonra, xidməti otaqlarının birində hansı səbəbdən saxlanılmağı bir daha bildirilməklə yanaşı ona hüquqlarının müdafiəsi məqsədi ilə Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkillərinin adları olan siyahı təqdim olunmuşdur. O, hüquqlarının, vəkil siyahısında adı olan X14 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil Vüsal Məmmədov təmin olunduqdan sonra onun icazəsi və vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış başlanılmışdır. Öncə Sumqayıt Şəhər Polis İdarəsinin təhqiqatçısı, polis mayoru Zaur Cəfərov özünü təqdim etdikdən sonra, ondan da, özünü təqdim etməsini xahiş etmişdir. O, özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu, ünvan 2 ünvanında yaşadığını bildirmişdir. Sonra təhqiqatçı, onun narkotik vasitələrin qanunsuz istifadəsində, daşınmasında və eləcə də, dövriyyəsində şübhəli bilindiyi üçün Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə gətirildiyini izah edib, şübhəli şəxsin hüquq və vəzifələri barədə yazılı bildirişi ona təqdim etmişdir. Sonra təhqiqatçı, otaqdakı, onu saxlayıb polis idarəsinə aparan milki geyimli polis əməkdaşlarından da özlərini təqdim etmələrini xahiş etmişdir. Polis əməkdaşları növbə ilə özlərini təqdim etdikdən sonra, təhqiqatçı, onun hüquqlarını müdafiə edən müdafiəçi X8 təqdim etmişdir. O, müdafiəçiyə heç bir etirazı olmadığını bildirdikdən sonra, təhqiqatçı, ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, pridmet və ya vasitə olubolmadığmı soruşub, olduğu təqdirdə təqdim etməsini xahiş etdikdə o, olduğunu bildirmiş və əynindəki qara rəngli şalvarın sağ yan cibində saxlamış olduğum və içərisinə 6 büküm narkotik vasitə heroin bükümləri yığdığı 1 ədəd, üzərində “Kardiomaqnil” sözü yazılmış şüşə qabı cibindən çıxardıb təqdim edərək masanın üzərinə qoymuşdur. Təhqiqatçı, həmin şüşə qabın içərisində nə olduğunu soruşduqda o, həmin qabın içərisində narkotik vasitə bükümləri - “patı və “kakos”olduğun bildirmişdir. Ardınca o, təhqiqatçının suallarını cavablandıraraq həmin narkotik vasitə bükümlərini xx.xx.2023-cü il tarixdə saat 19:00- 20:00 radələrində, Masazır qəsəbəsində tanımadığı İran vətəndaşından öz istifadəsi üçün, 150 manata aldğını, 1 il müddətdir ki narkotik vasitə istifadəçisi olduğunu, narkotik vasitə almaq üçün, onun taksi fəaliyyəti göstərdiyi avtomobilə müşdəri qismində əyləşmiş şəxsə pul verdiyini, həmin müşdəri də, pulu İran vətəndaşının hesab kartına göndərdikdən sonra həmin müşdərinin ona dediyi ünvandan gedib narkotik vasitəni götürdüyünü bildirmişdir. Sunra təhqiqatçı ondan üzərində başqa qeyri-qanuni əşya və ya maddə olduğunu soruşduqda o, əynindəki qara rəngli şalvarın sol yan cibindən 1 ədəd “Sobranie” siqaret qutusunu çıxardıb, içərisində “patı”, yəni psixotrop maddə metamfetamin olduğunu, öncə təqdim etdiyi şüşə qabın içindəki narkotik vasitə bükümləri ilə birlikdə eyni adamdan, yəni İran vətəndaşından ümumilkdə 150 manata aldığını bildirmişdir. Ardınca isə o, şalvarının sol arxa cibindən 1 ədəd mobil telefonu çıxardıb təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı onun üzərinə şəxsi axtarış keçirmiş, ancaq onun üzərindən əlavə heç bir şey aşkar olunmamışdır. Onun təqdim etdiyi üzərində “Kardiomaqnil” sözü yazılmış şüşə qabın qapağı təhqiqatçı tərəfindən açılıb baxış keçirildikdə qabın içərisində 6 ədəd, hər biri şəffaf sellofan kəsiyinə bükülmüş narkotik vasitə heroin bükümləri aşkar edilmişdir. Həmçinin təhqiqatçı onun üzərindən aşkar edilmiş 1 ədəd siqaret qutusunu açdıqda qutunun içərisində 7 ədəd hər biri şəffaf sellofan kəsiyinə bükülmüş halda psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Onun üzərindən aşkar olunmuş, 6 büküm narkotik vasitə heroin bükümləri bir yerdə təhqiqatçı tərəfindən elektron tərəzi vasitəsi ilə çəkildikdə, həmin bükümlərin birlikdə ümumi çəkisinin 3,76 qram olması müəyyən edilmişdir. Həmçinin təhqiqatçı onun üzərindən aşkar edilmiş, 7 büküm psixotrop maddə metamfetamin bükümlərini birlikdə elektron tərəzi vasitəsi ilə çəkdikdə həmin bükümlərin birlikdə ümumi çəkisinin 3,45 qram olması müəyyən edilmişdir. Bundan sonra onun üzərindən aşkar olunmuş narkotik vasitə heroin bükümləri və psixotrop maddə metamfetamin bükümləri təhqiqatçı tərəfindən zərfə qoyularaq xüsusi qaydada qablaşdırılmış və tərəfindən imzalanmışdır. Həmçinin o, müdafiəçinin suallarını cavablandıraraq üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddə bükümlərinin ona məxsus olduğunu, öz istifadəsi üçün əldə etdiyini, heç bir fiziki təziqə, şiddətə məruz qalmadığını bildirmişdir. Ardınca təhqiqatçı, onun üzərindən aşkar edilmiş 1 ədəd mobil telefonun iş üçün əhəmiyyət kəsb etdiyindən götürülməli olduğunu qeyd edərək həmin telefonu zərfə quyub qablaşdırmışdır. Bundan sonra təhqiqatçı, onun üzərindən aşkar olunmuş narkotik vasitə və psixatrop maddə bükümlərinin müvafiq ekspertiza mərkəzinə göndəriləcəyini bildirmişdir. Sonra o, təhqiqatçının suallarını cavablandıraraq, polis əməkdaşları tərəfindən saxlanılarkən onun yanında Leyla adlı tanışının olduğunu, ancaq Leylanın, onun narkotik vasitə əldə etməsindən məlumatsız olduğunu bildirmişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış istintaq hərəkəti yekunlaşmışdır.Həmçinin Təqsirləndirilən şəxs ifadəsində, tutulduğu günədək heç kimə narkotik vasitə və ya psixatrop maddə satmadığını, polis əməkdaşları tərəfindən heç bir təziq və ya şiddətə məruz qalmadığını bildirmişdir (cild 01, iş vər. 66-68). İfadəsi elan olunaraq tədqiq olunduqdan sonra verilən suallara cavab olaraq təqsirləndirilən şəxs göstərmişdir ki, polis əməkdaşlarının təzyiqləri qarşısında həmin ifadəsini oxumadan imzalamışdır. O, Şahid4 tanıyır, onunla heç bir münasibəti yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Zellabdin oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və Sumqayıt şəhəri, Sahil küçəsi ərazisində yerləşən “Grand” marketin yaxınlığıda şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxt şəxsin yanında Leyla adlı bir qadın olmuşdur. Daha sonra şəxsi polis idarəsinə dəvət etmişlər və idarədə təhqiqatçının otağında müdafiəçi və təhqiqatçının iştirakı ilə video çəkilişlə şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı şəxs özü əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd dəmir qutu, sol yan cibindən isə “Sobranie” siqaret qutusunu çıxardıb təqdim etmiş, dəmir qutunun içərisində narkotik vasitə heroin, siqaret qutusunda isə psixotrop maddə metamfetmain olduğunu bildirmişdir. Dəmir qutu açılan zaman içərisindən 06 ədəd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər bükümlər, siqaret qutusundan isə 07 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr aşak olunmuşdur. Həmin bükümlər zərfə qoyularaq qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şəxs üzərindən aşkar olunmuş narkotik vasitələri Bakı şəhərində 150 manat müqabilində İran vətəndaşından aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, saxlanılan zaman və daha sonra polis idarəsində olan zaman təqsirləndirilən şəxsə qarşı heç bir təsir və təzyiq olunmamışdır. Daxil olmuş əməliyyat məlumatı narkotik vasitələri üzərində saxlaması, gəzdirməsi və satışı ilə bağlı olmuşdur. Şəxsin qabaqcadan kiminləsə əlbir olması barədə onlarada məlumat olmamışdır. Leyla adlı qadının narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə onlarda əməliyyat məlumatı olmamışdır. Leyla adlı şəxslə Təqsirləndirilən şəxs çöldə-Sumqayıt şəhəri, Sahil küçəsi ərazisində yerləşən “Grand” marketin yaxınlığıda saxlamış və polis idarəsinə gətirmişlər. Şəxslər yolun kənarında hərəkətsiz formada olan zaman saxlanılmışlar. Həmin vaxt təqsirləndirilən şəxsin idarə etdiyi avtomobili görməmişdir. Saxlanılan zaman təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməmişdir. Leyla adlı şəxsin üzərinə idarədə baxış keçirilmiş və üzərindən heç nə aşkar olunmamışdır. Şəxsləri günorta saat 4-5 radələrində saxlamışlar. Əməliyyata yol polis əməkdaşları cəlb olunmamışdır. Əməliyyat qrupuna o rəhbərlik etmiş, əməliyyat məlumatı hadisə günü ona daxil olmuş, şəxs barəsində əvvəllər onda əməliyyat məlumatı olmamışdır. Şəxsin barəsində təxirəsalınmaz əməliyyat tədbiri keçirilmişdir. Onlar tərəfindən şəxsə qarşı heç bir güc tətbiq olunmamış, həmçinin təqsirləndirilən şəxs onlara heç bir müqavimət göstərməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şəxsin yaxınlığında saxlanıldığı “Grand” market Novxanıdan gələn yolun üzərindədir. Oranın yaxınlığında məscid var. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 Zellabdin oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da Şahid1 Zellabdin oğlu ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur (cild 01, iş vər. 145-148). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Onlar Sahil küçəsi ərazisində yerləşən “Grand” marketdən çıxan zaman yolda Təqsirləndirilən şəxslə rastlaşmışlar. Daha sonra polis əməkdaşları İlqarı saxlamış və onları polis idarəsinə gətirmişlər. İdarədə olan zaman o çöldə dayanmış, İlqar isə içəridə olmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, İlqar gündüz saatlarında saxlanılmışdır və hazırda o saxlanıldığı saatı dəqiq xatırlamır. İlqarla təsədüfən marketdən çıxan zaman görüşmüş, onunla heç bir yerə getməmiş, yolda söhbət etmişdir. Onlar söhbət edən vaxt polis əməkdaşları yaxınlaşmışdır. Polis əməkdaşları onları Grand market olan tərəfdə yox, əks tərəfdə saxlamışdır. İlqar polisin əmrinə tabe olmuş və avtomobili saxlamışdır. O, qara rəngli avtomobillə idarəyə getmişdir, həmin avtomobilin kimə məxsus olduğunu xatırlamır. O, İlqarla birlikdə polis idarəsinə girmişdir. Daha sonra o, sanitar qovşağına getmiş, qayıdan zaman İlqarla polis əməkdaşlarının söhbət etdiklərini görmüş və o, çöldə dayanmışdır. Qapı bağlı olduğu üçün İlqarın üzərindən aşkar olunanları görməmişdir. İbtidai istintaq zamanı o ifadə vermiş və hazırda həmin ifadəsini xatırlamır. O, heç vaxt narkotik vasitə istifadə etməmiş, İlqarın narkotik vasitə istifadəçisi olduğunu bilməmişdir. Hadisə günü o, İlqarla əvvəlcədən danışmamışdır. O, İlqarla qarşılaşan zaman marketə getmək üçün piyada hərəkətdə olmuş, İlqarı gördükdən sonra onun avtomobilinə minmişdir. Onlar şəhər tərəfə marketə gedən zaman polis əməkdaşları onları saxlamışdır. Polis avtomobilini görməmiş, amma geyiminə əsasən İlqarı polis əməkdaşlarının saxladığını bilmişdir. İlqar Polis maşını ilə idarəyə getmişdir. O, isə İlqarın avtomobili ilə idarəyə getmiş, həmin avtomobili polis əməkdaşı idarə etmişdir. Onlar Coratdan gələn zaman polis əməkdaşları saxlamışdır. O, Novxanıda yaşayır. Onlar Novxanıdan gəlib Sumqayıta gedirmişlər. Hadisə günü ilk dəfə İlqarı Coratda görmüşdür. İbtidai istintaq zamanı ifadə verərkən müstəntiq tərəfindən ona heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə istintaqı zamanı Şahid6 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2 il müddətdir ki, tanıyır. İlqarla dostluq münasibətləri olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 15:05 radələrində, Təqsirləndirilən şəxslə birlikdə Sumqayıt şəhəri, Sahil küçəsi ərazisində yerləşən “Grand” marketin yaxınlığında dayanan zaman polis əməkdaşları onlara yaxınlaşıb, İlqarın narkotik vasitələrin istifadəsində və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirib polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmələrini təklif etmişlər. İlqar, eləcə də o, heç bir etiraz etməyib polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər Polis İdarəsinə getmişlər. Polis İdarəsində xidməti otaqlardan birində İlqarın üzərinə şəxsi axtarış keçirilmiş və İlqarın üzərindən xeyli miqdarda narkotik vasitə bükümləri aşkar edilərək götürülmüşdür. Bundan sonra onun izahatı alınmış və o, çıxıb getmişdir. Həmçinin Şahid6 ifadəsində, Təqsirləndirilən şəxslə tanışlıqları yarandıqdan bir müddət sonra İlqarın narkotik vasitə istifadəçisi olmasını öyrəndiyini, İlqarın bir neçə dəfə ona da narkotik vasitə verməyi təklif etdiyini, o, halhazırda narkotik vasitə istifadə etməsə də əvvəllər bir neçə dəfə qonşusu Şahid4 ilə birlikdə, yandırıb tüstüsünü nəfəs yolu ilə daxilə qəbul etməklə narkotik vasitə istifadə etdiyini, ancaq o, mütamadi olaraq narkotik vasitə istifadə etmədiyini, Arzunun özü və anası ilə onun arasında olan söhbətlərdən, Arzunun istifadə etdiyi narkotik vasitəni Təqsirləndirilən şəxs almaqla əldə etməsini öyrəndiyini, hətta Arzunun anasının İlqar barəsində polisə şikayət edəcəyini bildirməsini qeyd etmişdir (cild 01, iş vər. 159-161). İfadəsi elan olunaraq tədqiq olunduqdan sonra verilən suallara cavab olaraq şahid göstərmişdir ki, Şahid4 narkotik vasitə istifadəçisidir, ibtidai istintaq zamanı ifadəsini oxumadan imzalamışdır. O, Arzunun narkotik vasitə istifadə etdiyini və anasının şikayət etdiyini bildirmişdir. Müstəntiq ondan Arzunu tanıyıb-tanımadığını soruşmuş, o da cavab vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğundan xəbərdar olmamış, amma İlqarın narkotik vasitə istifadəçisi olduğunu bilirmiş və arada onunla narkotik vasitə istifadə edirmiş. Hal-hazırda o, narkotik vasitə istifadə etmir, bunun üçün müalicə almış və müalicəsini bitrimişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, İlqarı neçə müddətdir tanıdığını bilmir. İbtidai istintaq zamanı ifadə verərkən ona heç bir təzyiq göstərilməmişdir. İlqar ona narkotik vasitə verməmiş, həmçinin o da İlqara narkotik vasitə təklif etməmişdir. Onlar bir yerdə olmuş, amma sadəcə o, narkotik vasitə istifadə etmiş, İlqar narkotik vasitə istifadə etməmişdir. O, işləmir və Coratda yaşayır. O, İlqarla taksi sürücüsü kimi tanış olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini xatırlamır, həmin ifadəsində nə yazıldığından xəbəri yoxdur. Məhkəmə istintaqı zamanı Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, təxminən 2 il müddətdir ki, narkotik vasitə istifadəçisidir. Təqsirləndirilən şəxs təxminən 1 il müddətdir ki tanıyır. Belə ki, o, Təqsirləndirilən şəxs taksi fəaliyəti ilə məşğul olduğu üçün sonuncunun müşdərisi olmuşdur. Sonra daha səmimi münasibətləri yaranmışdır. Münasibətləri yaxınlaşdıqdan sonra İlqarın narkotik vasitə istifadəçisi olduğunu öyrənmiş, İlqarla görüşlərində İlqarın üzərində və avtomobilində xeyli miqdarda bükümlərə bölünmüş halda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Bu səbəbdən də, o, hər dəfə narkotik vasitə istifadə etmək istədikdə İlqara müraciət etmiş və İlqar da onun üçün narkotik vasitə təşkil etmişdir. İlqar 0,5 qram heroini ona 25 manata satmışdır. Onun pulu az olduqda isə İlqara 5-10 manat ödəyib az miqdarda narkotik vasitə alıb istifadə etmişdir. O, ifadəsində narkotik vasitə almaq istədikdə İlqarın istifadəsində olan 070 ***-**-** mobil telefon nömrəsinin votsap tətbiqi vasitəsi ilə əlaqə saxlayıb ona narkotik vasitə gətirməsini xahiş etdiyini, narkotik vasitəni İlqardan götürüb pulunu İlqara ödədiyini qeyd etmişdir (cild 01, iş vər. 159-161). İfadəsi elan olunaraq tədqiq olunduqdan sonra verilən suallara cavab olaraq şahid göstərmişdir ki, ifadə verdikdən sonra ifadəsini oxumadan imzalamışdır. Onun əvvəllər məhkumluğu olmamışdır. Təqsirləndirilən şəxsin qohumları tərəfindən ona heç bir təzyiq olunmamışdır. Hazırda İlqarın heç bir mobil nömrəsini xatırlamır. O, dekabr ayında müalicə müəssisəsinə getmişdir. İbtidai istintaq zamanı ifadə verərkən narkotik vasitələrin təsiri altında olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, həmin işlə bağlı ibtidai istintaq zamanı ifadə verməmişdir. 055 *** ** ** mobil nömrəsi bacısının adına qeydiyyatda olub, amma həmin nömrəni o, istifadə etmişdir. Həmin mobil nömrə vasitə ilə o, İlqarla əlaqə saxlamamış, onun telefonunu çox adam istifadə etdiyi üçün ola bilsin ki, başqa kimsə əlaqə saxlamışdır. Məhkəmə istintaqı zamanı Şahid5 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, 055 *** ** ** mobil telefon nömrəsinin onun bacısı X6 adına qeydiyyata alınsa da, mobil nömrə alındığı gündən onun istifadəsində olmuşdur. Təqsirləndirilən şəxs təxminən 7-8 ay müddətdir ki tanımışdır. Belə ki, o, Təqsirləndirilən şəxslə eyni mikrorayonda yaşamış və bu münvalla münasibətləri yaranmışdır. Yoldaşlıqları yarandıqdan sonra İlqarın narkotik vasitə istifadəçisi olduğunu və xeyli miqdarda narkotik vasitə əldə etmək imkanları olduğunu bilmişdir. Bu səbəbdən də, bir neçə dəfə İlqardan onun üçün də, pul müqabilində narkotik vasitə təşkil etməsini xahiş etmişdir. Bu münvalla o, İlqardan 2023-cü ilin iyun ayında bir neçə dəfə narkotik vasitə olan “heroin” və psixatrop maddə olan “metamfetamin” alıb istifadə etmişdir. İlqardan narkotik vasitə almaq istədikdə İlqarla “Whatsapp” mobil tətbiqi vasitəsi ilə əlaqə saxlamışdır. Belə ki, o, istifadəsində olan 055 *** ** ** mobil telefon nömrəsinin “Whatsapp” mobil tətbiqi vasitəsi ilə, Təqsirləndirilən şəxs istifadəsində olan 070 ***-**-** mobil telefon nömrəsinin Vhatsapp mobil tətbiqinə mesaj yazaraq və ya zəng edərək ona narkotik vasitə verməsini istəmiş və İlqarın çağırdığı yerə gedib İlqarla görüşərək sifariş etdiyi narkotik vasitə kütləsini İlqardan almışdır. İlqardan şəxsi istifadəsi üçün narkotik vasitə və ya psixatrop maddə bükümlərini, çəkisindən asılı olaraq adətən 5- 10 manata almışdır (cild 01, iş vər. 153-155). İfadəsi elan olunaraq tədqiq olunduqdan sonra verilən suallara cavab olaraq şahid göstərmişdir ki, o bu məzmunda heç kimə ifadə verməmişdir. Həmin ifadəni qəbul etmir, məhkəmə istintaqı zamanı verdiyi ifadəni təsdiq edir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinin cinayət axtarış şöbəsinə Sumqayıt şəhəri ərazisində İlqar adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışı, evində və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat tədqiqinə götürülmüş “İlqar” adlı şəxsin xx.xx.1986-cı il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs və X1 şəhəri Sahil küçəsində yerləşən “Grand” marketlə üzbəüz yolun kənarında saxlanılaraq aidiyyəti üzrə Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmişdir (cild 01, iş vər. 07). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd, üzərində “Kardiomaqnil” sözü yazılmış şüşə qab, sol yan cibindən 1 ədəd “Sobranie” siqaret qutusu, 1 ədəd mobil telefon aşkar olunmuş, üzərində “Kardiomaqnil” sözü yazılmış şüşə qab aşıldıqda içərisində ümümi çəkisi 3,76 qram olan 06 ədədə şəffaf sellofana bükülmüş qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olduğu, 1 ədəd “Sobranie” siqaret qutusu açıldıqda isə içərisində ümümi çəkisi 3,45 qram olan şəffaf sellofana bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə olduğu müəyyən olunmuşdur. Çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 28-29). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/3404 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “... Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,218qr., 0,273 qr., 0, 201 qr., 0, 304 qr., 0,155 qr., 1,895 qr., ümumi təmiz çəkisi 3,046 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0, 355 qr., 0, 338 qr., 0,318., 0,388qr., 0,357 qr., 0,775 qr., 0,234qr., ümumi təmiz çəkisi 2, 765 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 01, iş vər. 42-48). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 955 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır (cild 01, iş vər. 71-72). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin mobil telefon korpusu qara rəngli, sensor ekranlı, “Samsung” markalı mobil telefondur. Həmin mobil telefonu açıb içərəsinə daxil olduqda içərəsində ayrı-ayrı telefon nömrələri ilə zəng siyahısının həmçinin, “WhatsApp” tətbiqi vasitəsi ilə iş üçün əhəmiyyət kəsb edə biləcək yazışmaların, səs qeyidlərinin və şəkillərin olması müəyyən edildi.“WhatsApp” tətbiqi vasitəsi ilə yazışmalara baxış nəticəsində Təqsirləndirilən şəxs “10.mik.emi” adı ilə telefonun yaddaşına qeyd edilmiş +**********40 mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasım təsdiq edən yazılı və səsli mesajlaşmalar, foto şəkillər aşkar edilir: Bundan başqa “WhatsApp” tətbiqi vasitəsi ilə yazışmalara baxış nəticəsində Təqsirləndirilən şəxs “Arzu Leyla” adı ilə telefonun yaddaşına qeyd edilmiş +**********58 mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən aşağıdakı məzmunda yazılı mesaj laşmalar aşkar edilir: Arzu Leyla- “5-10” dey maşında fırranariq birde pul verecem sene.” “Tt nolar varindisa mene bir dene balaca daş verde qatiğ.” “İnanırsan işderim var evde key kimiyem heçne ede bilmirem qatığ çekende aktif oluramda men” “Bir çekimlik ya falqada ver ya bir iki tüstülük balaca toz ver evdə çəkim.” “Alınar ya yox” Təqsirləndirilən şəxs—“X21 bilersen” Arzu Leyla—“Yaxşı. İndi çıxa bilmirem de” Təqsirləndirilən şəxs—“Onda nə vaxt cixa bilsen de gəlim” “Qurbandi sene” Arzu Leyla—“Arxa pencereden vere bilseydin vererdin çekerdim işderimi qutarardım” Bundan başqa “WhatsApp” tətbiqi vasitəsi ilə yazışmalara baxış nəticəsində Təqsirləndirilən şəxs “Artiom” adı ilə telefonun yaddaşına qeyd edilmiş +**********81 mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən aşağıdakı məzmunda yazılı mesajlaşmalar aşkar edilir: +**********81—“Divijeniya elemirsen daha?” Təqsirləndirilən şəxs sesli mesajla cavab verir. +**********81- “Hay huy” Təqsirləndirilən şəxs sesli mesajla cavab verir. +**********81— “yoxee men elemirem” “Bayramnan bayrama” Təqsirləndirilən şəxs sesli mesajla cavab verir. +**********81 mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasmı təsdiq edən səz yazıları aşkar edilmişdir. Bundan başqa “WhatsApp” tətbiqi vasitəsi ilə yazışmalara baxış nəticəsində Təqsirləndirilən şəxs +**********86 mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən aşağıdakı məzmunda yazılı mesajlaşmalar aşkar edilir: “Ay qa yari pa yari ko olsun 55man puldu” Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək Arzu Leyla” adı ilə telefonun yaddaşına qeyd edilmiş +**********58 mobil telefon nömrəsi ilə, “10.mik.emi” adı ilə telefonun yaddaşına qeyd edilmiş +**********40 mobil telefon nömrəsi ilə, “Artiom” adı ilə telefonun yaddaşma qeyd edilmiş +**********81 mobil telefon nömrəsi ilə və +**********86 mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasmı təsdiq edən yazılı mesajlaşmalar və eləcə də, səz yazılan 1 ədəd diskə köçürülüb protokola əlavə edilmişdir (cild 01, iş vər. 89-101). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının ekspertizasının xx.xx.2023-cü il tarixli, 4166 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorlann birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 122-123). Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin cinayət axtarış şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 3,046 qram çəkidə narkotik vasitə olan heroini, 2, 765 qram psixotrop maddə metamfetamini hansı mənbədən əldə etməsi və hansı şəxslərə narkotik vasitə satması istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Əməliyyat məlumatına görə Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs tutulduğu zamanadək bir çox şəxsə narkotik vasitə satması barədə əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, əldə edilmiş əməliyyat məlumatları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Corat qəsəbəsi sakini, 1991-ci il təvəllüdlü Şahid4, ünvan 4 ünvanında yaşayan 1970-ci il təvəllüdlü Şahid5 və anket məlumatları bizə məlum olmayan bir çox şəxsə mütəmadi olaraq narkotik vasitə heroin və ya psixotrop maddə metamfetamin satmışdır (cild 01, iş vər. 136). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, hazırki cinayət işindən CM-in 234.4.3-cü maddəsi ilə ayrıca cinayət işi ayrılmışdır (cild 01, iş vər. 162-174). Məhkəmə istintaqı zamanı əldə olunaraq iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiyi xüsusatlar Sumqayıt şəhər prokurorluğunda araşdırılmış və həmin xüsusatlar öz təsdiqini tapmadığından, cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin cinayət axtarış şöbəsinə Sumqayıt şəhəri ərazisində İlqar adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışı, evində və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat tədqiqinə götürülmüş “İlqar” adlı şəxsin xx.xx.1986-cı il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən külli miqdarda narkotik vasitə heroinə və külli miqdarda psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddələr məhkəmə-kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək sözügedən kütlələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi (narkotik vasitənin və psixotrop maddənin əldə edilməsi, o cümlədən üzərində daşıması ilə bağlı) ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsinə dair, həmçinin polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması ilə bağlı ifadəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin xüsusatlar Sumqayıt şəhər prokurorluğundan yoxlanılmış və öz təsdiqini tapmadığından, cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar hazırda qüvvədədir və müdafiə tərəfindən mübahisələndirilməmişdir. Digər tərəfdən, Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni üzərindən aşkar olunan narkotik vasitələr və psixotrop maddənin ona aid olmaması, polis əməkdaşları tərəfindən təsir və təzyiqlərə məruz qalması, məcbur qalaraq narkotik vasitələri boynuna alması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, habelə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə məhkəməyə bildirməmiş, yalnız barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini məhkəmədən xahiş etmişdir. Odur ki, bütün bu halları nəzərə alan məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və onu əsaslı sübut növü kimi qəbul etmir, əksinə onun heç bir təsir və təzyiq altında qalmadan ibtidai istintaq zamanı vermiş olduğu ifadəni əsaslı sayaraq ona elan olunan ittihamın əsasına məhz həmin ifadəni qoyur. Məhkəmə istintaqı zamanı dindirilən şahidlər Şahid6, Şahid4 və Şahid5 ifadələrinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin şəxslər Təqsirləndirilən şəxslə yaxın münasibətdə olan şəxslərdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin şəxslərin məhkəmə istintaqı təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsi anlaşılandır. Ona görə də, məhkəmə kollegiyası həmin şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadəyə də tənqidi yanaşır və onları əsaslı sübut kimi qəbul etmir. Əksinə heç bir təsir və təzyiq altında qalmadan ibtidai istintaq zamanı verdikləri ifadələri əsaslı sayaraq təqsirləndirilən şəxsə elan olunan ittihamın əsasına məhz həmin ifadləri qoyur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilməsi ilə bağlı ifadəsinə münasibətdə isə qeyd edir ki, şəxsin üzərindən narkotik vasitə ilə yanaşı, psixotrop maddə metamfetaminin aşkar olunması, aşkar olunan narkotik vasitənin və psixotrop maddənin miqdarının külli miqdardan dəfələrlə çox olması, habelə həmin kütlələrin çoxlu sayda xırda bükümlərdə olması, o cümlədən narkotik vasitənin satışına dair SMS-lərin və səs yazılarının iş materillarında mövcud olması, iş üzrə onun narkotik vasitə satmasını ifşa edən şahid ifadələrinin movcudluğu bu nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni və psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə edərək üzərində saxlamışdır. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. İş materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır və qeydiyyatda olduğu yer üzrə normal səciyyələndirilir (cild 01, iş vər. 127-128). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 115). Məhkəmə istintaqı zamanı əldə edilməklə iş materiallarına əlavə olunmuş tibbi sənədlərdən görünür ki, təqsirləndirilən şəxsin atası Təqsirləndirilən şəxs Nurələm oğlu “diffuz beyin atrofiyası” və digər ağır xəstəliklərdən əziyyət çəkir. Təqsirləndirilən şəxs atasının “diffuz beyin atrofiyası” və digər ağır xəstəliklərdən əziyyət çəkməsini CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əmlində CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını, o cümlədən cəzasını ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №-li qərarında əks olunan tövsiyyələri nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Sumqayıt Şəhər Məhkəmənin xx.xx.2023-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəq 20, 82-84). Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 56.1.2-ci maddəsinə əsasən ona təyin olunan cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 2,665 qram psixotrop maddə metamfetamin və 2,946 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diskin iş materiallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə 81 AZN (səksən bir manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 2,665 qram psixotrop maddə metamfetamin və 2,946 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin cinayət işinin matriallarında saxlanması nəzərə alınsın. İş üzrə 81 AZN (səksən bir manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar