Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-346/2024 26.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X14 və X7 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X10 Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Xızı rayonu, Giləzi qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, işləməyən, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Giləzi qəsəbəsində yerləşən yaşadığı fərdi evin yataq otağında, sərxoş vəziyyətdə atası Zərərçəkmiş şəxs ona söyüşlər söyməsi, bişirdiyi yeməklərə tüpürməsi və digər hərəkətlərindən əsəbiləşərək, aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən öldürmək məqsədi ilə otaqda olan uzunluğu 34 sm, diametri 4 sm ölçüdə taxtadan hazırlanmış aləti götürərək sonuncunun baş və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə vurmaqla ona baş beyinin qişaları altına və maddəsinə qansızmalar, baş beyinin travmatik ödemi, kəllə tağı sümüyünün sınığı, başın küt travması, başın sağ gicgah-təpə nahiyəsinin əzilmişcırılmış yarasından ibarət həyat üçün təhlükəli olan sağlamlığa AĞİR, hər iki ağ ciyərlərə qansızmalar, döş sümüyünün, sağ tərəfli İV, V, sol tərəfli И, İİİ, İV, V qabırğaların qapalı sınıqlarından İbarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, sol gicgah nahiyəsinin dərialtı hematoması çənəaltı nahiyənin əzilmiş-cırılmış yarasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül, alt dodağın selikli qişasının əzilmiş yarası, bədənin çoxsaylı sıyrıq və qançırlarından ibarət sağlamlığa zərər vurmayan dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, nəticədə Zərərçəkmiş şəxs aldığı baş beyinin qişaları altına və maddəsinə qansızmalar, baş beyinin travmatik ödemi, kəllə tağı sümüyünün sınığı xəsarətlərindən ölmüşdür. Bununla da Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək sərbəst ifadə verməmiş, suallara cavab vermiş, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmış və həmin ifadəsini təsdiq etdiyini bildirmişdir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, ailə üzvlərinin 2 qardaşı, ana və atasından ibarət olduğunu, anası X8 atası Zərərçəkmiş şəxs ilə rəsmi nikahda olsa da, anasının zob, anemiya və nevroz xəstəlikləri olduğuna görə xalası Camalova Mətanətlə birlikdə yaşadığını, qardaşı X5 2023-cü ilin yanvar ayından etibarən Şuşada yerləşən hərbi hissədə müddətli həqiqi xidmətdə olduğunu, digər qardaşı Şahid2 Xızıda heyvandarlıqla məşğul olur. O, 1998-ci ildə Xızı rayonu Giləzi qəsəbəsində doğulmaqla həmin qəsəbədə yerləşən fərdi evdə yaşadığını, 2004- 2013-cü illərdə Giləzi qəsəbə məktəbində natamam orta təhsil aldığını, 2016-cı ilin iyul ayında Xızı SHXÇDX tərəfindən hərbi xidmətə göndərilməsini, andiçmədən bir neçə gün əvvəl boğaz nahiyəsində olan abses xəstəliyi ilə əlaqədar hərbi poliklinikada yatmasını, daha sonra yaranan nevroz xəstəliyi ilə əlaqədar 2016-cı ilin dekabr ayında hərbi xidmətdən əxris olunandan sonra Giləzi qəsəbəsinə qayıdıb yaşamaqla yenə də həmin ərazidə fəhlə kimi çalışmasını qeyd etdi. 2023-cü ilin yanvar ayında qardaşı Nicat da hərbi xidmətə getdikdən sonra atası Hacımirzə ilə birlikdə qəsəbədəki evlərində yaşadığını, yaşadığı evin 2 otaqdan ibarət olduğunu, otaqlardan birinin mətbəx kimi istifadə digər otaqda isə atasıyla yataq otağı kimi istifadə etdiklərini, atası Hacımirzənin bir neçə illərdir ki, tüfeyli həyat tərzi keçirməsi, spirtli içki qəbul edib, söyüşlər söyən bir adam olmasını, hətta yemək bişirib onun qarşısına qoyanda səbəbsiz yerə yeməyin içinə tüpürməsini demişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Giləzi qəsəbəsində yerləşən Bakı-Quba yolundan qəsəbə ərazisinə girdikdə yolun sağında yerləşən birinci mağazadan 1 litr həcmində “İDEA” markalı 7 manat məbləğində araq aldığını, arağı gətirib evə qoyduğunu, atasının yenə araq içmək istəyəcəyini bildiyini, günortadan sonra saat 16-17 radələrində arağı gətirib yataq otağında yerləşən stolun üstünə qoyduğunu, həmin vaxt atasının yatağında uzandığını, arağın butulkasını açıb özü üçün 1 rumka, yəni 50 qram miqdarında içdiyini, arağı stolun üstündə qoyub bayıra çıxdığını, bir neçə saat həyətdə gəzişdikdən sonra saat 21-22 radələrində havanın qaranlıq vaxtında evə daxil olduqda masanın üstündəki araq butulkasının boş olduğunu, atasının arağın hamısını içdiyini düşündüyünü, onu yatağında oturduğu vəziyyətdə gördüyünü, onun yatağının qarşısından öz yatağına keçmək istədikdə onun ayağa qalxıb sağ əlini aşağı salıb orda olan taxtadan olan aləti özünə çəkdiyini gördüyünü qeyd göstərdi. Atasının onu taxta alət ilə vuracağını düşünüb aləti atasının əlindən aldıqdan sonra onun bu hərəkətləri, söyüşlərindən artıq bezdiyindən, əlindəki taxta alətlə sağ əli ilə onun sağ və sol əllərinə, qarın qabırğa nahiyələrinə 6-7 dəfə zərbələr endirdiyini, həmin zərbələrin onun bədəninin hansı nahiyələrinə dəydiyini bilmədiyini, bəlkə həmin vaxt yetirdiyi zərbələrin onun müxtəlif nahiyələrinə də dəymiş olduğunu, onun bədəninə zərbələr endirməyi 5 ya 10 dəqiqə çəkdiyini, taxta aləti yatağın yanına qoyub yatmağa getdiyini, səhər açılanda sübh vaxtı, yəni təxminən 8-9 radələrində oyandıqda, otağın ortasına gələndə atasının evin ortasında beli üstə uzanmış vəziyyətdə gördüyünü, əlini başının arxasına aparıb onu qaldırmaq istəyəndə baş nahiyəsində qan axdığını gördüyünü, nəbzini yoxladıqda dayanmasını bildirdi. Bundan sonra o, qonşuluqda əmisi arvadı Vüsalənin mobil telefonunu alaraq kiçik qardaşı Seymura zəng edib atasının rəhmətə getdiyini bildirdiyini, təxminən 1 saat sonra onların gəlib çatdıqda atasının içkili vəziyyətdə yıxılıb rəhmətə getdiyini bildirdiyini, təxminən 1 saat-1 saat yarım sonra polis və prokurorluq əməkdaşları gəlib atasının meyitinə baxış keçirib onu Yasamal morquna apardıqarını, xx.xx.2023-cü il tarixdə axşam saatlarında meyiti morqdan təhvil aldıqdan sonra aparıb qəsəbə qəbristanlığında dəfn etdiklərini, polis əməkdaşları xx.xx.2023-cü il tarixdə axşam saatlarında izahat almaq üçün yenidən çağırdıqda ona atasının qabırğalarında və baş nahiyəsində xəsarətlər olduğu deyiləndə atasına xx.xx.2023-cü il tarixdə axşam saatlarında taxtadan olan oxlov aləti ilə zərbələr vurduğunu etiraf etdiyini göstərmişdir. Verilən suallara cavabında atasını taxta alətlə vurarkən evdə heç kim olmadığını həmin vaxt heç kimin bu hadisəni görmədiyini, polis əməkdaşlarının gələndə həmin taxta aləti görüb ona problem yaranacağını düşünüb aləti aparıb həyətdə yerləşən tövlədə borunun içinə qoyub gizlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs əlavə ifadəsində ilk dəfə ifadə verərkən həyəcanlı olub qorxduğundan atasını vurduqdan sonra həmin yataq otağında yatdığını bildirdiyini, lakin əslində atasını vurduqdan sonra əmisi arvadı Şahid1 yaşadığı evə gedib gecəni orada qalıb səhər saatlarında öz evinə qayıtdığını göstərmişdir. Təqsirləndirilən şəxs həmçinin əlavə ifadəsi alınarkən verilmiş suallara cavabında məhkəmə tibb ekspertizasının yenidən keçirilməsini tələb etməsinin səbəbi atasının üzərindəki xəsarətlərin dərəcəsinin dəqiqləşdirilməsi və onun hansı xəsarətlərdən ölməsinin yenidən müəyyən edilməsinə görə olmasını, atasının bədəninə ancaq taxta alətlə xəsarət yetirdiyini, hadisə olan gün, yəni 22 mart 2023-cü il tarixdə axşam saatlarında onun bədəninin müxtəlif yerlərinə dəfələrlə xəsarət yetirdiyini, əvvəlki ifadələrdə də zərbələri necə gəldi, dəfələrlə endirdiyini dediyini, zərbələrin sayının yəqin ki, daha artıq 8-9 ola biləcəyini hadisədən sonra taxta parçasını yumadığını, ifadəsi yerində yoxlanılarkən istintaqa təqdim etdiyi tövlədəki borunun içərisinə həmin taxta parçasını qoymaqla gizlətdiyini, həmin vaxt üzərində qan və ya digər ləkənin olub-olmamasına fikir vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu bildirərək məhkəmədən barəsində ədalətli cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsinə dair məhkəməyə verdiyi ifadəsi ilə yanaşı, məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla da təsdiq olundu. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, xx.xx.2023-ci il tarixdə Sumqayıtda özünə məxsus evində olarkən səhər saat 11 radələrində oğlu Atamoğlanın mobil nömrəsinə zəng vuraraq Orxanın ona qardaşı Hacımirzənin vəziyyətinin pis olması barədə, gedib halının necə olmasını öyrənib məlumat verəcəyini bildirdiyini, ondan bir müddət xəbər çıxmadıqda özü məlumat almaq üçün zəng vurduqda Hacımirzə keçindiyini bilmişdir. Bundan sonra o, bunun səbəbini soruşduqda heç nə demədiklərindən, yola çıxıb saat 15 radələrində qardaşı Hacımirzənin qəsəbədəki evinə çatmış, ora çatdıqda Hacımirzənin meyitini morqa apardıqlarını, axşam saatlarında meyiti gətirib təhvil verdikdən sonra aparıb qəsəbə qəbristanlığında dəfn etmişlər. Həmin gün mərhumun oğlu Sənandan ölümü barədə soruşduqda Hacımirzənin axşam içkili halda yatağında uzanıb, səhər saatlarında atasının yataqda yıxıldığını gördüyünü və nəticədə öldüyünü bildirdiyini, sonradan xx.xx.2023-cü il tarixində onun ifadəsini hadisə yerində yoxlayarkən əslində qardaşı Hacımirzəyə Sənanın bir neçə dəfə zərbələr endirməsi nəticəsində ölməsinin məlum olduğunu göstərmişdir. Qardaşı Hacımirzənin 20 il olardı ki, mütəmadi olaraq spirtli içki qəbul etməsini, içkili olanda ailəsinə övladlarına qarşı söyüşlər söyməsini, Sənanın hərbi xidmətdə olarkən boğazından əməliyyat olunduğunu, əməliyyatdan sonra sinirlərində problemlər yarandığını, spirtli içkilər də qəbul etdiyini, sinirlərinə görə biraz əsəbi biri olduğunu bildirmişdir. Rəhmətlik qardaşının arvadı Vüsalənin dediyinə görə saat 22 radələrində Sənan onun yaşadığı evə gedib orada çay içib qalmış, səhər hava işıqlanana qədər Sənan onun yaşadığı evdə qalıb sonra öz evlərinə qayıtdığını qeyd etdi. Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi Əhəd Aftilov təqsirləndirilən Təqsirləndirilən şəxs onun gözünün qarşısında böyüdüyünü, əslində pis insan olmadığını, qardaşınında spirtli içkilər qəbul edərək təqsirləndirilən şəxslə mübahisə saldığını, Təqsirləndirilən şəxsda keçirdiyi xəstəlik nəticəsində əsəbi bir insan olduğunu nəzərə alaraq təqsirləndirilən şəxsdən şikayətçi olmadığını, onunla barışdığını və ona yüngül cəza təyin edilməsini bildirmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 Pasa qızı sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, əri Əbülfəzin 2008-ci ilin oktyabr ayında ürək xəstəliyindən vəfat etmiş, hazırda Giləzi qəsəbəsindəki evində tək yaşadığını, həmin evin ərinin qardaşı Hacımirzənin evinə bitişik olduğunu, Hacımirzənin oğlu Sənanın əmisinin yoldaşı olduğundan “dostu” deyə müraciət etdiyini bildirdi. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Hacımirzənin oğlu Sənan həyətdən “dostu” deyə çağıraraq “içməyə çayın varsa bir stəkan süz gəlirəm” dediyini, o isə problem olmadığını demişdir. O, Sənanın gəlib evdə oturub çay içərək televizorda bayram verilişlərinə baxdığını, səhər saat 5-6 radələrinə qədər onlarda olduğunu, bu müddətdə onun yatmadığını, divanda oturub televizora baxdığını, səhər saat 6 radələrində öz evinə getdiyini, səhər saat 9 radələrində gəlib onun telefonunu istəyib evə getdiyini, qısa müddət sonra Sənanın telefonu gətirib qaytardığını, oğlu Orxanın saat 9-30 radələrində işdən icazə alıb evə gəldikdə Hacımirzə əmisinin yıxılıb rəhmətə getməsini dediyini, həmin gün axşam Hacımirzəni aparıb dəfn etdiklərini bildirmişdir. Şahid həmçinin Təqsirləndirilən şəxs həmin gün də atasıyla mübahisələri yaranması barədə 1-2 söz danışdığını, Sənan polis əməkdaşları tərəfindən tutulduqdan sonra atasını taxta alətlə vurması nəticəsində ölməsinin məlum olduğunu, bu məlumatı eşitdikdə Sənanın həmin axşam da içki içdikdən sonra atasıyla aralarında mübahisə yarandığından, onlara gəlməsini düşündüyünü bildirmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid3 oglu sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, xx.xx.2023-ci il tarixdə Giləzi qəsəbəsində yerləşən istixanada fəhlə kimi yardımçı işlər görərkən saat 09-40 radələrində əmisi oğlu Şahid2 ***-***-**-** mobil nömrəsiylə ***-***-**-** nömrəsinə zəng vuraraq atasının rəhmətə getdiyini dedikdə işdən çıxıb təxminən 10-15 dəqiqəyə onların evinə getmişdir. O evə çatan vaxt Seymurda gəlib evə çatmışdır. Evə daxil olduqda əmisi Hacımirzəni yataq otağında şkafın yanında beli üstə uzanıqlı vəziyyətdə görmüş, onun nəbzini yoxlayıb keçindiyini bilmişdir. Əmisi oğlu Sənanın öz yatağında oturub əllərini üzünə tutub dayanmasını, rəngi ağappaq olduğunu, ondan hadisənin necə olmasını xəbər aldıqda Sənan Hacımirzənin yıxılması nəticəsində öldüyünü bildirmişdir. Qəsəbənin həkimi Qasım həkim gəlib onun meyitinə baxdıqdan sonra kəllə-beyin travması aldığını bildirdikdə bu barədə polis və prokurorluq əməkdaşlarına məlumat verdiyini, qısa müddət sonra əməkdaşlar gəlib əmisinin meyitini morqa apardıqlarını, axşam da meyiti aparıb qəsəbə qəbristanlığında dəfn etdiklərini göstərdi. Səhəri gün xx.xx.2023-cü il tarixdə günorta saatlarında Sənan evdə olarkən, özündən getdiyini, həkim gəlib Sənana baxanda yəqin ki möhkəm qorxduğundan belə olmasını dediyini, sonradan xx.xx.2023-cü il tarixində onun ifadəsini hadisə yerində yoxlayarkən əslində Hacımirzəyə Sənanın bir neçə dəfə zərbələr endirməsi nəticəsində ölməsinin məlum olmasını bildirmişdir. Əmisi Hacımirzənin tüfeyli həyat tərzi keçirməsini mütəmadi olaraq spirtli içki qəbul etməsini, içkili olanda da ancaq söyüşlər söyməklə artıqəksik hərəkətlər etməsini, Sənanın hərbi xidmətdə olarkən boğazından əməliyyat olunub sonra sinirlərində problemlər yaranmasını, arabir spirtli içkilər də qəbul etməsini, sinirlərinə görə biraz əsəbi biri olduğunu bildirmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 və Şahid4 Şahid3 ifadəsinə uyğun ifadələr verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 02 saylı rəyindən görünür ki, 1965-ci ildə anadan olmuş Zərərçəkmiş şəxs meyitinin məhkəmə tibbi ekspertizasına, əlavə labarator müayinələrin cavablarına, hadisə haqqında qərarda göstərilən məlumatları nəzərə alaraq və qərarda qoyulan suallara cavab olaraq belə nəticəyə gəlinmişdir ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı Başın küt travması. Baş beyinin qişaları altına və maddəsinə qansızmalar. Baş beyinin travmatik ödemi. Kəllə tağı sümüyünün sınığı.Hər iki ağ ciyərlərə qansızmalar.Döş sümüyünün, sağ tərəfli İV, V, sol tərəfli İİ, İİİ, İV, V qabırğaların qapalı sınıqları.Başın sağ gicgah-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol gicgah nahiyəsinin dərialtı hematoması.Alt dodağın selikli qişasının əzilmiş yarası. Çənəaltı nahiyənin əzılmış cırılmış yarası və bədənin çoxsaylı sıyrıq və qançırları xəsarətləri aşkar edilmişdir: Qeyd edilən xəsarətlər həyati olub küt əşyanın (əşyaların) təsirindən ölümündən bir qədər əvvəl qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlmişdirlər, ölümlə birbaşa səbəbli əlaqələri vardır və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Bu xəsarətlərin qərarda təsviri hissəsində göstərilən şəraitdə yəni, Zərərçəkmiş şəxs küt alətlə endirilmiş zərbələrin təsiri nəticəsində əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs ölümünün səbəbi - baş beyinin qişaları altına və maddəsinə qansızmalar. Baş beyinin travmatik ödemi. Kəllə tağı sümüyünün sınığı olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi keçirilən vaxtdan (xx.xx.2023-cü il, saat 17:00-dan) təxminən 12-18 saat əvvəl baş vermişdir.X4 meyitində aşkar olunmuş xəsarətlərin xarakterini və ekspertizaya təqdim edilmiş maddi sübut olan taxta parçasının konstruktiv xüsusiyyətləri nəzərə alaraq demək olar ki, qeyd olunan xəsarətlər ekspertizaya təqdim olunmuş taxta parçasının və ona oxşar alətlərin (əşyaların) təsirindən əmələ gələ bilərdilər. Mərhum Zərərçəkmiş şəxs mevitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində 1,4 faiz etil spirti aşkar edilmişdir ki, bu da rəsmi cədvələ əsasən yüngül dərəcəli alkoqol sərxoşluğuna uyğun gəlir. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotizain, pirazalon 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 05 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarət - burun nahiyəsinin sıyrığı küt əşyanın təsirindən törənmişdir, xx.xx.2023-cü il tarixdə əmələ gələ bilməsi mümkündür, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. Bu xəsarət müxtəlif şəraitdə əmələ gələ bildiyindən konkret olaraq hansı şəraitdə əmələ gəlməsi istintaq yolu ilə aydınlaşa bilər. Məhkəmə-trasoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3/593, 3/594 saylı rəyindən görünür ki, təqdim edilmiş 01 ədəd taxta parçasının səthində papilyar naxış izlərinin ayrıayrı fraqmentləri tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından eyniləşdirmə tədqiqatı üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 01 ədəd taxta parçasının səthindəki papilyar naxış izləri müqayisəli tədqiqat üçün yararsız olduğundan təqdim edilmiş 01 ədəd daktiloxəritəyə köçürülmüş ekspertimental əlbarmaq və ovuc izlərinin tədqiqatı aparılmadı. Təqdim edilmiş üzərində “HacımirzəAftilovun üzərində olan ...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş sviterin səthində olan zədələr fizikiqüvvənin təsiri nəticəsində yaranmağa xarakterik sökülmə, şalvarın səthindəki zədə isə cırılma fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik zədəsidir. Təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs üzərində olan ...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş iki ədəd uzunqol köynəyin, şalvarın, üzərində “Təqsirləndirilən şəxs üzərində olan ...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş jaketin, uzunqol köynəyin, şalvarın səthində zədə yoxdur. Materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü İl tarixli 6/1957-7/658 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın üzərindən aşkar edilmiş tünd bozumtul göy rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Ekspertiza tədqiqatına təqdim edilmiş Təqsirləndirilən şəxs və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının səthində taxta izləri və ya taxta alətin mikrohissəcikləri aşkar edilmədi. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 201/2023-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: 0-alfa,beta İİİ. Ekspertizaya təqdim edilən mərhum Zərərçəkmiş şəxs məxsus pulover, köynək, kofta üzərindəki ləkələrdə və hadisə yerindən 03 ədəd pambıq topası üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni, əksər ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri 0-alfa,beta İİİ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum Zərərçəkmiş şəxs məxsus ola bilər. Kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1241 saylı rəyindən görünür ki, məhkəmə- psixiatrik ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hüquqi səlahiyyətlərini məhrum edə biləcək hər hansı psixi xəstəlik aşkar olunmur. (Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə:) Təqsirləndirilən şəxs söz götürməmək, qıcığa qarşı həssaslıq, özünü müdafiə etməyə meyllilik, inadkarlıq, özünəməxsus mövqe və prinsipə malik olmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törədərkən əqli və psixi inkişafının xüsusiyyətlərinə görə öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik, qəzəb yaranmışdır. Həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 641/2023-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: O/H/İ/. Ekspertizaya təqdim edilmiş bir ədəd taxta parçası üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda yalnız H antigeni alındı. Göstərilən qan ləkələri O/H/İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli “01-əlavə” saylı rəyindən görünür ki, 1965-ci ildə anadan olmuş Zərərçəkmiş şəxs meyitinin məhkəmə tibbi ekspertizasına, əlavə labarator müayinələrin cavablarına, hadisə haqqında qərarda göstərilən məlumatları nəzərə alaraq və qərarda qoyulan suallara cavab olaraq belə nəticəyə gəlinmişdir ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı Başın küt travması. Baş beyinin qişaları altına və maddəsinə qansızmalar. Baş beyinin travmatik ödemi. Kəllə tağı sümüyünün sınığı. Hər iki ağ ciyərlərə qansızmalar. Döş sümüyünün, sağ tərəfli İV, V, sol tərəfli İİ, İİİ, İV, V qabırğaların qapalı sınıqları. Başın sağ gicgah-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol gicgah nahiyəsinin dərialtı hematoması.-Alt dodağın selikli qişasının əzilmiş yarası. Çənəaltı nahiyənin əzilmişcırılmış yarası. Bədənin çoxsaylı sıyrıq və qançırları. Qeyd edilən xəsarətlər həyati olub küt əşyanın (əşyaların) təsirindən ölümündən bir qədər əvvəl qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlmişdirlər, ölümlə birbaşa səbəbli əlaqələri vardır. Bu xəsarətlərin qərarda təsviri hissəsində göstərilən şəraitdə yəni, Zərərçəkmiş şəxs küt alətlə endirilmiş zərbələrin təsiri nəticəsində əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlərdən: başın küt travması, baş beyinin qişaları altına və maddəsinə qansızmalar, baş beyinin travmatik ödemi, kəllə tağı sümüyünün sınığı, başın sağ gicgah-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR, zərər vurmanın əlamətlərinə malikdirlər. Hər iki ağ ciyərlərə qansızmalar, döş sümüyünün, sağ tərəfli İV, V, sol tərəfli İİ, İİİ, İV, V qabırğaların qapalı sınıqları dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Sol gicgah nahiyəsinin dərialtı hematoması, çənəaltı nahiyənin əzilmiş-cirilmiş yarasından ibarət sağlamlığın qisa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmanın əlamətlərinə malikdirlər. A İt dodağın selikli qişasının əzilmiş yarası, bədənin çoxsaylı sıyrıq və qançırları sağlamlığa zərər vurmayan xəsarətin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs ölümünün səbəbi - baş beyinin qişalan altına və maddəsinə qansızmalar. Baş beyinin travmatik ödemi. Kəllə tağı sümüyünün sınığı olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs Ölümü onun meyitinin meyitxanada müayinəsi keçirilən vaxtdan (xx.xx.2023-cü il, saat 17:00-dan) təxminən 12-18 saat əvvəl baş vermişdir. X4 meyitində aşkar olunmuş xəsarətlərin xarakterini və ekspertizaya təqdim edilmiş maddi sübut olan taxta parçasının konstruktiv xüsusiyyətləri nəzərə alaraq demək olar ki, qeyd olunan xəsarətlər ekspertizaya təqdim olunmuş taxta parçasının və ona oxşar alətlərin (əşyaların) təsirindən əmələ gələ bilərdilər. 6.Mərhum Zərərçəkmiş şəxs mevitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində 1,4 faiz etil spirti aşkar edilmişdir ki, bu da rəsmi cədvələ əsasən yüngül dərəcəli alkoqol sərxoşluğuna uyğun gəlir.Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotizain, pirazalon 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmə-mikrohissəciklər ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/5007 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş taxta parçasının səthi üzərindən aşkar edilmiş açıq boz və qara rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən puloverin tərkib liflərinə uyğun gəlirlər. Xızı şəhər Mərkəzi Xəstəxanası PHŞ-dən verilmiş xx.xx.2023-cü il tarixli PHŞ-6- 83/2-123-2023 nömrəli arayışdan görünür ki, 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xəstəxananın dəri-zöhrəvi, narkoloji, onkoloji, ruhi-əsəb və vərəm kabinetlərində dispanser qeydiyyatında yoxdur. Lakin xx.xx.2017-ci il tarixdən “keçirilmiş sağ dilaltı və dil udlaq sinirinin compression-işemik neyropatiyası, dilin və yumşaq damağın sağ yarısının periferik parezi ilə nəticələnmiş qalıq əlamətləri, funksiyanın mülayim dərəcədə pozulması” diaqnozu ilə dispanser qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, oğlunun əvvəllər məhkum olunması ilə bağlı heç bir məlumat yoxdur. Xızı Rayon Məhkəməsinin 4(068)-02/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Hacımirzə oğlunun barəsində əvvəli xx.xx.2023cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. SHXÇDX-nİn Xızı rayon bölməsindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-43- 29/2-172- 2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs SHXÇDX-nİn Xızı rayon bölməsi tərəfindən xx.xx.2016-cı il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilib. Gəncə şəhər N nömrəli hərbi hissədə xidmət etmişdir. xx.xx.2016-cı il tarixdə hərbi həkim komissiyası tərəfindən xəstəliklər cədvəlinin İİ qrafasının 26b maddəsinə əsasən dinc dövrü hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı hesab edilib (xəstəlikdir, hərbi xidmət dövründə almışdır), vaxtından əvvəl xəstəliklə əlaqədar tərxis edilmişdir ƏƏSMN tabeliyində DSMF-nin Abşeron-Xızı regional filialından verilmiş xx.xx.2023cü il tarixli, 3-17-1/2-74057-2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs DSMF-nin Abşeron-Xızı regional filialında heç bir növ pensiya, müavinət, təqaüd və kompensasiya alan şəxs kimi qeydiyyatda deyil. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X11 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə - doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Hacımirzə oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini (CM 59.1.12) cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə işdə olan və yuxarıda şərh olunan cəzanı yüngülləşdirən halı nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Təqsirləndirilən şəxsə təyin olunan cəzanın həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsə cinayət qanunvericiliyinin yuxarda göstərilən tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 25 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş üzrə maddi sübut kimi tanınmış, Xızı rayon prokurorluğunun arxivində saxlanılan Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd üzərində qan ləkəsi olan qara və boz rəngli uzunqol jaket, bir ədəd qara rəngli cins şalvar, bir ədəd qara rəngli dizləri ağarmış cins şalvar, bir ədəd üzərində qan ləkəsi olan bozumtul rəngli düyməli uzunqol saroçqa köynəyi, bir ədəd üzərində qan ləkəsi olan hərbi zolaqlı rəngli uzunqol köynək, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara və boz rəngli uzunqol jaket, bir ədəd qara rəngli şalvar, bir ədəd boğazı qırmızı zolaqlı üç düymə qara rəngli qısaqol köynək, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bir ədəd uzunluğu 34 sm, diametri 4 sm ölçüdə taxtadan hazırlanmış alət hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 419 (dörd yüz on doqquz) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, Xızı rayon prokurorluğunun arxivində saxlanılan Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd üzərində qan ləkəsi olan qara və boz rəngli uzunqol jaket, bir ədəd qara rəngli cins şalvar, bir ədəd qara rəngli dizləri ağarmış cins şalvar, bir ədəd üzərində qan ləkəsi olan bozumtul rəngli düyməli uzunqol saroçqa köynəyi, bir ədəd üzərində qan ləkəsi olan hərbi zolaqlı rəngli uzunqol köynək, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara və boz rəngli uzunqol jaket, bir ədəd qara rəngli şalvar, bir ədəd boğazı qırmızı zolaqlı üç düymə qara rəngli qısaqol köynək, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bir ədəd uzunluğu 34 sm, diametri 4 sm ölçüdə taxtadan hazırlanmış alət hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nurəddin Hüseynli Hakimlər Nahid Mirzəyev Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(124)-346/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-346/2024
26.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver