Məhkəmə qərarları › İş №1(124)-346/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-346/2025

02.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-346/2025 02.09.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və X10 ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu Oğlanqala kəndində doğulmuş, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 02 il 01 ay 05 gün müddətində çəkilməmiş cəzası olan, Sumqayıt şəhəri 8-ci mikrorayon ev 27 V mənzil 43-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi ilə bağlı İran İslam Respublikası vətəndaşı İsgəndər adlı şəxslə və qeyriləri ilə istifadəsində olan “Whatsapp” proqram təminatı vasitəsi ilə əlaqə saxlayıb əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında bu məqsədlə 2025-ci ilin fevral ayının əvvəllərində İran İslam Respublikası vətəndaşı İsgəndər adlı şəxslə danışıqlar apararaq cinayətkar niyyətin həyata keçirilməsi üçün İran İslam Respublikası vətəndaşı İsgəndər adlı şəxsin istintaqa məlum olmayan qeyri tanışları vasitəsilə qanunsuz olaraq satış məqsədilə külli miqdarda, 1 bükümdə təmiz çəkisi 109,523 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 1 bükümdə külli miqdarda təmiz çəkisi 26.642 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və xeyli miqdarda 1 ədəd təsiredici maddəsinin miqdarı 0,04 olan narkotik vasitə metadon tableti Bakı şəhəri Bakıxanov qəsəbəsi ərazisində qoydurması, həmin narkotik vasitə və psixotrop götürdükdən sonra tərəzidə dediyi çəkilərə bölüb bükümlərə bükərək üzərlərində çəkilərini yazmağı və başqa şəxslərin əldə etməsi üçün ayrı-ayrı yerlərə qoyub həmin yerlərin fotoşəkillərini çəkərək ünvanları ilə birlikdə sonuncuya göndərməsi, bunun müqabilində özünə də qəbul etməyə həmin narkotik və psitxotrop maddələrdən götürməsi və 250 manat pul və göndərəcəyi ilə bağlı razılığa gəldikdən sonra sonuncunun ona “Whatsapp” proqram təminatı vasitəsi ilə göndərdiyi məkan yeri və fotoşəkil əsasında 2025-ci ilin fevral ayının əvvəllərində qeyd olunan ərazini müəyyən edib külli miqdarda 1 bükülüdə təmiz çəkisi 109,523 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda 1 bükülüdə təmiz çəkisi 26,642 qram psixotrop maddə metamfetamini Bakı şəhəri Bakıxanov qəsəbəsi ərazisində qoyulduğu yerdən götürərək başqa şəxslərin əldə etməsi üçün Sumqayıt şəhərində müxtəlif ərazilərdə qoyması məqsədi ilə əldə edib daşıyaraq ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gətirdikdən sonra elektron tərəzi ilə narkotik vasitə heroindən külli miqdarda 15 ədəd bükümlərə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,628qr, 4.637qr, 2,576qr, 3,618qr, 6,487qr, 3.478 qr, 2.579 qr, 2,558 qr, 4,538 qr, 2,539 qr, 1,569 qr, 3.649 qr, 1.598 qr, 1.591 qr, 1,388 qram, psixotrop maddə metamfetamindən külli miqdarda 15 ədəd biikümlərə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,81 1 qr, 0,792 qr, 1,832 qr, 0,821 qr, 1,792 qr, 0,829 qr, 1.828 qr, 0,849 qr. 0,833 qr. 0,798 qr, 0.857 qr, 0.839 qr. 0,789 qr, 0,881 qr, 0,791 qram hissələrə bölüb satışını həyata keçirmək məqsədilə üzərində daşıyaraq gizlətməklə saxlamış, qalan külli miqdarda 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,538 qr, 1,678 qr, 0,339 qr, 0,241 qr, 0,282 qr, 60,012 qram narkotik vasitə heroini və külli miqdarda 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,637 qr. 1,946 qr, 0,837 qr, 0,845 qr, 0,915 qr, 0,857 qr, 0,819 qr, 0,356 qr, 0,731 qr, 0,357 qram psixotrop maddə metamfetamini və xeyli miqdarda 1 ədəd metadon tabletini yaşadığı evdə yataq otağında gizlətməklə saxlamış, 03 fevral 2024-cü il tarixdə, saat 21:55- də Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri K.Axundov küçəsində yerləşən «888» avtosalonun qarşısında saxlanılaraq üstünün yoxlanılması zamanı çiynində asılmış qara rəngli əl çantasının içərisindən külli miqdarda 15 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,628qr, 4,637qr, 2,576qr, 3,618qr, 6,487qr, 3,478 qr, 2,579 qr, 2,558 qr, 4,538 qr, 2,539 qr, 1,569 qr, 3,649 qr, 1.598 qr, 1.591 qr, 1,388 qram narkotik vasitə heroin, külli miqdarda 15 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,811 qr, 0.792 qr, 1.832 qr, 0,821 qr, 1,792 qr, 0,829 qr, 1,828 qr, 0,849 qr, 0,833 qr, 0.798 qr, 0,857 qr, 0,839 qr, 0,789 qr, 0,881 qr, 0,791 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bundan sonra əməliyyat-axtarış tədbirinin davamı olaraq xx.xx.2025-ci il tarixdə saat 00:29-da onun yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində özünün iştirakı ilə keçirilən baxış zamanı təqdim etdiyi yataq otağında dolabda asılmış pencəyin sağ yan cibindən 1 ədəd plastik qutuda külli miqdarda 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,538 qr. 1,678 qr, 0,339 qr, 0,241 qr, 0,282 qr, 60,012 qram narkotik vasitə heroin, külli miqdarda 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,637 qr, 1,946 qr, 0,837 qr, 0,845 qr, 0,915 qr, 0,857 qr, 0,819 qr, 0,356 qr, 0,731 qr, 0,357 qram psixotrop maddə metamfetamin, xeyli miqdarda 1 ədəd narkotik vasitə metadon tableti, dolabda asılmış digər pencəyin sol yan cibindən səthində narkotik vasitə heroinin izləri olan 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən 2-3 il bundan əvvəl istifadə etmiş, lakin narkotik vasitələrdən müntəzəm olaraq istifadə etməmişdir. Xəstəliyi ilə əlaqədar olaraq ağrıları olduğuna görə 8 ay əvvəl yenidən istifadə etməyə başlamış, narkotik vasitədən ağrılarını azaltmaq üçün istifadə etmişdir. O, narkotik vasitələri satış məqsədi ilə əlaqədar olaraq əldə etmədiyini, tanış olduğu İİR vətəndaşının təklifi əsasında kuryerlik etdiyini və narkotik vasitələri götürərək kuryerlik etdiyi 2-ci gün polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, o, 2-3 il əvvəl narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə etmiş, İskəndər adlı İİR vətəndaşı ilə “Whatsapp” proqram təminatı vasitəsi ilə tanış olmuş, İİR vətəndaşının ona göndərdiyi 130-140 qram narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. İİR vətəndaşının təlimatı əsasında narkotik vasitələri deyilən ünvanlara yerləşdirməsi qarşılığında şəxsi istifadəsi üçün narkotik vasitəni pulsuz əldə etmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq təxminən 2-3 ildir ki, narkotik vasitələrdən arabir istifadə etdiyini, “psoriaz” xəstəliyindən əziyyət çəkdiyini və himayəsində 4 yaşlı uşağı olduğunu, uşağını təkbaşına böyütdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq saxlanılan zaman yanında olan 2 nəfər şəxsin Murad və Leylanın narkotik vasitələrdən xəbəri olmadıqlarını, Muradın avtomobili idarə etdiyini, həmin vaxt Leylanı evinə apardıqlarını, hadisə günü Muradın da Sumqayıt ŞPİ-nə aparıldığını, sonradan isə buraxıldığını bildirmişdir. Onun məqsədi İİR vətəndaşını aldatmaq olmuş, narkotik vasitənin şəklini çəkib İİR vətəndaşına göndərmiş, əslində isə onun dediyi ilə razılaşmayaraq narkotik vasitələri götürüb şəxsi istifadəsi üçün əldə edəcəyini bildirmişdir. Saxlanılan zaman ona qarşı hər hansı fiziki təsir göstərilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞ-nın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində bildirmişdir ki, 03 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda müxtəlif növ narkotik vasitələri üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında təqsirləndirilən şəxsin olduğu yer müəyyən olunmuşdur. 03 fevral 2025-ci il tarixdə, saat 22 radələrində həmin ünvana getdikdə Təqsirləndirilən şəxs avtomobillə hərəkətdə olarkən Sumqayıt şəhəri, K.Axundov küçəsində yerləşən “888” avtosalonun qarşısında yol patrul xidmətinin əməkdaşı Şahid5 tərəfindən işarə olunaraq onun idarə etdiyi avtomobil saxlanılmış və özlərini təqdim etmişdirlər. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi çantanın içərisindən 15 bükümdə müxtəlif növ narkotik vasitələr aşkar olunmuş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-ə aparıldıqdan sonra özünün razılığı ilə təhqiqatçının və müdafiəçinin iştirakı ilə onun yaşadığı evə baxış keçirilmiş, evdə Təqsirləndirilən şəxs məxsus pencəyin cibindən də narkotik vasitə və elektron tərəzi aşkar olunmuşdur. Saxlanılan zaman Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitələrin özünə məxsus olduğunu və İİR vətəndaşının göstərişi ilə narkotik vasitələri müvafiq yerlərə yerləşdirdiyini qeyd etmişdir. O, əvvəllər də təqsirləndirilən şəxsin barəsində müxtəlif növ narkotik vasitələri üzərində gəzdirməsi və satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olduğunu və təqsirləndirilən şəxsin evinə baxış keçirilməsində iştirak etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs külli miqdarda müxtəlif növ narkotik vasitələri üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında təqsirləndirilən şəxs 03 fevral 2025-ci il tarixdə, saat 22 radələrində avtomobillə hərəkətdə olarkən Sumqayıt şəhəri, K.Axundov küçəsində yerləşən “888” avtosalonun qarşısında yol patrul xidmətinin əməkdaşı Şahid5 tərəfindən saxlanılmış, həmin vaxt avtomobildə bir xanım, bir sürücü və Tural Bayamlı olmuşdur. Özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi çantanın içərisindən 15 bükümdə müxtəlif növ narkotik vasitələr aşkar olunmuş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-ə aparıldıqdan sonra özünün razılığı ilə təhqiqatçının və müdafiəçinin iştirakı ilə onun yaşadığı evə baxış keçirilmiş, evdə Təqsirləndirilən şəxs məxsus pencəyin cibindən də narkotik vasitə və elektron tərəzi aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, polis serjantı Şahid4 ifadəsində bildirmişdir ki, 03 fevral 2025-ci il tarixdə, saat 22 radələrində avtomobillə hərəkətdə olarkən Sumqayıt şəhəri, K.Axundov küçəsində yerləşən “888” avtosalonun qarşısında yol patrul xidmətinin əməkdaşı Şahid5 tərəfindən saxlanılmış, həmin vaxt avtomobildə bir xanım, bir sürücü və Tural Bayamlı olmuşdur. Özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi çantanın içərisindən 15 bükümdə müxtəlif növ narkotik vasitələr aşkar olunmuş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-ə aparıldıqdan sonra özünün razılığı ilə təhqiqatçının və müdafiəçinin iştirakı ilə onun yaşadığı evə baxış keçirilmiş, evdə Təqsirləndirilən şəxs məxsus pencəyin cibindən də narkotik vasitə və elektron tərəzi aşkar olunmuşdur. O, təqsirləndirilən şəxs saxlanılan zaman ona qarşı hər hansı təzyiq göstərilmədiyini bildirmişdir. Şahid Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid3 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, polis kapitanı Şahid1 icraatına Sumqayıt şəhəri 8-ci mkr, ev 27V mənzil 43-də qeydiyatda olmaqla, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs külli miqdarda müxtəlif növ narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi, satışı ilə məşğul olması, eləcə də X8 idarə etdiyi «Toyota Auris» markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkət etməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. Bununla bağlı idarə rəisinə raportla məruzə olunaraq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat marağı kəsb edən məlumatların yoxlanılması məqsədilə 03 fevral 2025-ci il tarixdə onun ola biləcəyi yerlər müşahidəyə götürülmüş, saat 21:55 radələrində Sumqayıt şəhəri K.Axundov küçəsində yerləşən «888» avtosalonun qarşısında «Toyota Auris» markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobil YPX-nin inspektoru, Şahid5 tərəfindən işarə olunaraq saxlanılmış, onlar həmin avtomobilə yaxınlaşıb özlərini təqdim edərək avtomobildə qabaq sərnişin oturacağında Təqsirləndirilən şəxs, arxa sərnişin oturacaqda sonradan adını X11 bildikləri şəxs və sürücü X2. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirilərək hüquq və vəzifələri, saxlanılma səbəbi və müdafiəçiyə malik olmaq hüququ izah olunaraq üstünün yoxlanılacağı bildirilmiş və ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs çiynində asılmış vəziyyətdə olan qara rəngli əl çantasını təqdim edərək içərisində narkotik və psixotrop maddələr olduğunu bildirmiş və əl çantasını açaraq həmin maddələri təqdim etmişdir. Həmin maddələrə baxdıqda 15 ədəd şəffaf lentlə yapışdırılmış üzərində qırmızı rəngli qələmlə rəqəm, «p» və «k» hərfləri yazılmış ağ kağız parçasına bükülmüş bükümlərin hər birinin içərisində 1 ədəd şəffaf sellofan bükümdə metamfetamin və 1 ədəd şəffaf sellofan bükümdə heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs kağız parçaların üzərində rəqəmlərin həmin maddələrin qram çəkisi, «p» hərfinin «patı», yəni metamfetamin, «k» hərfinin isə «kola», yəni heroin olduğunu bildirmişdir. Bundan sonra həmin maddələr bir-bir elektron tərəzidə çəkilmiş, üzərində «3k İp» yazısı olan bükümün çəkisi 3.91 qram, üzərində «2k 2p» yazısı olan bükümün çəkisi 4,09 qram, üzərində «3k İp» yazısı olan bükümün çəkisi 4,14 qram, üzərində «2k İp» yazısı olan bükümün çəkisi 3,09 qram üzərində «3k İp» yazısı olan bükümün çəkisi 4,10 qram, üzərində «2k İp» yazısı olan bükümün çəkisi 3,15 qram, üzərində «5k 2p» yazısı olan bükümün çəkisi 7,18 qram, üzərində «4k 2p» yazısı olan bükümün çəkisi 6,15 qram, üzərində «3k İp» yazısı olan bükümün çəkisi 4.05 qram, üzərində «4k İp» yazısı olan bükümün çəkisi 5,08 qram, üzərində «5k İp» yazısı olan bükümün çəkisi 6,08 qram, üzərində «2p 7k» yazısı olan bükümün çəkisi 9,09 qram, üzərində «4k İp» yazısı olan bükümün çəkisi 5,01 qram, üzərində «2k İp» yazısı olan bükümün çəkisi 3,15 qram, üzərində «2k İp» yazısı olan bükümün çəkisi 3,19 qram olması müəyyən olunmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs 7-8 aydır ki, aramsız narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini, üzərindən aşkar olunmuş həmin maddələri İran vətəndaşının qoydurduğu Bakı şəhəri, Bakıxanov qəsəbəsi ərazisində əldə etdiyini bildirmişdir. Həmçinin sorğu zamanı Murad Əşrəfov və X15 Bayramlının üzərində qeyd olunan maddələrin olmasından məlumatları olmadıqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı başqa heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzərində qeydlər aparılaraq imzalanmışdır. Bu barədə həmin yerdə protokol tərtib etməyə şərait olmadığından birlikdə idarəyə gəlmişlər, həmçinin Murad Əşrəfov və Zeynəb Turabova da izahatlarının alınması üçün idarəyə dəvət olunmuşlar. Murad Əşrəfovun da avtomobili idarəyə gətirilmişdir. İdarədə Təqsirləndirilən şəxs saxlanılmağı və üstünün yoxlanılması ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunmuş və doğruluğu imzalarla təsdiq olunmuş, bundan sonra raportla idarə rəisinə məruzə olunaraq araşdırmanın davam etdirilməsi üçün material zərfə və Tural Bayramovla birlikdə idarənin baş təhqiqatçısı, polis mayoru Elsevər Quliyevə təqdim olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq müdafiəçilərin siyahısı təqdim edilmiş və həmin siyahıdan özünə X3 hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Müdafiəçinin iştirakı təmin edildikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli hər hansı bir əşya və ya predmet vardırsa, təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs heç bir şeyin olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən heç bir şey aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və baş təhqiqatçıya təqdim edilmiş içərisində bir az əvvəl Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üstünün yoxlanılması zamanı üzərindən aşkar olunaraq götürülmüş heroin və metamfetamin olan qablaşdırılaraq möhürlənmiş vəziyyətdə zərf təhqiqatçı tərəfindən açılaraq içərisinə baxış keçirilmiş, zərfin içərisində 15 ədəd büküm aşkar olunmuş, həmin bükümlərin hər biri açılaraq içərlərində şəffaf sellofan bükümlərdə olan 15 ədəd heroin və 15 ədəd metamfetamin bükümləri aşkar olunmuşdur. Bundan sonra 15 ədəd sellofan bükümdə olan heroin bükümləri tərəziyə qoyulub çəkilən zaman hər birinin ayrı-ayrılıqda çəkisinin 1.98 qram, 3.86 qram, 4.95 qram, 2.90 qram, 1.97 qram, 2.89 qram, 3.97 qram, 1.99 qram, 4.0 qram, 500 qram, 1.85 qram, 2.89 qram, 2.95 qram, 6.90 qram, 1.96 qram olduqları, 15 ədəd sellofan bükümdə olan metamfetamin bükümləri tərəziyə qoyulub çəkilən zaman hər birinin ayrı-ayrılıqda çəkisinin 0.99 qram, 1.0 qram, 2.0 qram, 1.0 qram, 1.0 qram, 1.0 qram, 1.0 qram, 0.95 qram, 1.0 qram, 1.97 qram, 1.99 qram, 1.0 qram, 1.0 qram, 2.0 qram, 1.0 qram olması müəyyən olunmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs əldə etdiyi həmin maddələri İran vətəndaşının sifarişi ilə müəyyən ünvanlara çatdıracağını, qalan qismini isə özü istifadə edəcəyini, üzərindən aşkar olunmuş narkotik vasitələrdən başqa yaşadığı ünvanda da narkotik vasitə saxladığını, həmin narkotik vasitəni təqdim edə biləcəyini, polis əməkdaşlarının yaşadığı ünvana baxış keçirməsinə hər hansı bir etirazı olmadığını, saxlanılan zaman yanında olan taksi sürücüsü Murad adlı şəxsin və tanışı Zeynəb adlı xanımın onun üzərində narkotik vasitə saxladığından məlumatsız olduğunu, özünə məxsus mobil telefonlarının saxlanılan zaman sərnişin qismində olduğu avtomobildə qaldığını bildirmişdir. Onu da qeyd edir ki, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı videoçəkiliş aparılan mobil telefonda yaranmış texniki nasazlıqlara görə fasiləsiz davam edən videoçəkiliş dayandırılmış, lakin texniki nasazlıq bərpa edildikdən sonra videoçəkiliş davam etdirilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş qeyd olunan maddələr ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, zərfin üzərində qeydlər aparılaraq imzalanmış, həmçinin Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığı barədə ərizə təqdim etmişdir. Bundan sonra idarənin həyətində saxlanılan göy rəngli «Toyota Auris» markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı həmin avtomobilin qabaq sərnişin oturacağının üzərindən ona məxsus 2 ədəd Samsung markalı mobil telefonlar aşkar edilmiş, Təqsirləndirilən şəxs mobil telefonların birinin üzərində ***-***-**-** mobil nömrəsinin olduğunu, digərində nömrə olmadığını bildirmişdir. Həmin mobil telefonlar da təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan başqa avtomobildə qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs və müdafiəçisi ilə birlikdə yaşadığı ünvana yollanmışlar. Yaşadığı fərdi evin qapısı tərəfimizdən döyülmüş, qapını açan Təqsirləndirilən şəxs atası X9 nə səbəbə görə həmin ünvana gəldiklərini izah edərək, araşdırma zərurəti ilə əlaqədar həmin ünvana baxış keçirilməsinin zəruri olduğu bildirilmiş, Turalın atası Ramiz həyəcanlı olduğundan əvvəlcə tərəddüd etmiş, lakin bir neçə dəqiqə ərzində ona dəqiq olaraq nə baş verdiyi izah olunduqdan sonra yaşadıqları ünvana baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə başlanmazdan əvvəl ona ünvanda hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa, həmin əşyanı təqdim etməyi təklif edilmiş, Təqsirləndirilən şəxs özü 2 mərtəbəli fərdi evin ikinci mərtəbəsində sol tərəfdə üzbəüz yerləşən ona məxsus yataq otağında dolabdan asılmış vəziyyətdə olan dama-dama pencəyinin sağ yan cibində saxlamış olduğu 1 ədəd plastik qutunu, digər göy rəngli pencəyinin sol yan cibində saxlamış olduğu 1 ədəd gümüşü rəngli markası olmayan elektron tərəzini təqdim etmişdir. Təqdim edilmiş plastik qutu açılan zaman qutunun içərisində 6 ədəd ayrı-ayrı şəffaf sellofan bükümlərin hər birinin içərisində narkotik vasitə olan heroin, 10 ədəd ayrı-ayrı şəffaf sellofan bükümlərin içərisində psixotrop maddə olan metamfetamin, bundan başqa 1 ədəd üzərində “M 40” yazısı olan konvalyutun içərisində 1 ədəd metadon həbi aşkar olunmuşdur. Aşkar olunmuş 6 ədəd sellofan bükümdə olan heroin tərəziyə qoyulub çəkilən zaman hər birinin ayrı-ayrılıqda çəkisinin 61.83 qram, 2.82 qram, 0.34 qram, 1,99 qram, 0,42 qram, 0,38 qram, həmin 6 ədəd bükümün ümumi çəkisinin 67,82 qram, 10 ədəd sellofan bükümdə metamfetamin tərəziyə qoyulub çəkilən zaman hər birinin çəkisinin 2,10 qram, 2,81 qram, 1,0 qram, 1,0 qram, 1,0 qram, 1,0 qram, 0,81 qram, 0,41 qram, 1,0 qram, 0.44 qram, həmin 10 ədəd bükümün ümumi çəkisinin 11.42 qram olduğu müəyyən olunmuşdur. Aşkar olunmuş həmin maddələr, 1 ədəd həb və elektron tərəzi ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan cinayət xarakterli başqa bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra polis idarəsinə qayıtmışlar, keçirilən şəxsi axtarış və baxışlarla bağlı protokollar tərtib edilmiş, protokolların məzmunu onlara ucadan oxunmuş, doğruluğunu imzalarla təsdiq etmişlər. Şahid Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, polis serjantı Şahid5 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda, müxtəlif növ narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi, satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokol, xx.xx.2025-ci il tarixli “Şəxsi axtarışın keçirilməsi və təqdim olunan maddi sübutların götürülməsi barədə” protokol və həmin protokola əlavə edilmiş disklər məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, 03 fevral 2025-ci il tarixdə saat 21:55-də Sumqayıt şəhəri, K.Axundov küçəsində yerləşən «888» avtosalonun qarşısında YPX-nin inspektoru tərəfindən saxlanılmış «Toyota Auris» markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilə Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşlarının yaxınlaşıb özlərini təqdim edərək avtomobildə qabaq sərnişin oturacağında Təqsirləndirilən şəxs, arxa sərnişin oturacaqda sonradan adını X6 və sürücü X1, bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirilərək üzərində qanunsuz əşya və ya predmet varsa, təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əl çantasını təqdim edərək içərisində narkotik vasitə və psixotrop maddələr olduğunu bildirmiş və əl çantasını açaraq həmin maddələri təqdim etmiş, həmin maddələrə baxdıqda 15 ədəd şəffaf lentlə yapışdırılmış üzərində qırmızı rəngli qələmlə rəqəm və «p» və «k» hərfləri yazılmış ağ kağız parçasına bükülmüş bükümlərin hər birinin içərisində 1 ədəd şəffaf sellofan bükümdə metamfetamin və 1 ədəd şəffaf sellofan bükümdə heroin aşkar olunmuş, Təqsirləndirilən şəxs kağız parçaların üzərində rəqəmlərin həmin maddələrin qram çəkisi, «p» hərfinin «patı», yəni metamfetamin, «k» hərfinin isə «kola», yəni heroin olduğunu bildirmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs 7-8 aydır ki, aramsız narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini, üzərindən aşkar olunmuş həmin maddələri İran vətəndaşının qoydurduğu Bakı şəhəri, Bakıxanov qəsəbəsi ərazisində əldə etdiyini bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda da narkotik vasitə saxladığını, həmin narkotik vasitəni təqdim edə biləcəyini, polis əməkdaşlarının yaşadığı ünvana baxış keçirməsinə hər hansı bir etiraz etmədiyini, özünə məxsus mobil telefonlarının saxlanılan zaman sərnişin qismində olduğu avtomobildə qaldığını bildirmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs və onun atası X7 yaşadığı ünvan 5 ünvanına baxış keçirilməsinə etiraz etməmiş, bununla bağlı olaraq hər hansı şikayət və tələbi olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli «evə baxış keçirilməsi və götürmə aparılması» haqqında xx.xx.2025-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq olunarkən görünür ki, təqsirləndirilən şəxsin yaşadığı ünvana baxışda özü otağında dolabdan asılmış vəziyyətdə olan pencəyinin sağ cibində saxlamış olduğu 1 ədəd plastik qutunu, digər göy rəngli pencəyinin sol cibində saxlamış olduğu 1 ədəd gümüşü rəngli elektron tərəzini təqdim etmişdir. Təqdim edilmiş plastik qutu açılan zaman qutunun içərisində 6 ədəd ayrıayrı şəffaf sellofan bükümlərin hər birinin içərisində narkotik vasitə olan heroin, 10 ədəd ayrı-ayrı şəffaf sellofan bükümlərin içərisində psixotrop maddə olan metamfetamin, bundan başqa 1 ədəd üzərində “M 40” yazıları olan konvalyutun içərisində 1 ədəd metadon həbi aşkar olunmuşdur. Aşkar olunmuş həmin maddələr, 1 ədəd həb və elektron tərəzi müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Verilən suallara cavab olaraq həmin maddələri İran vətəndaşı İskəndərin Bakı şəhəri, Bakıxanov qəsəbəsi ərazisində qoydurduğu yerdən əldə etdiyini, əldə etdikdən sonra bir qismini İran vətəndaşının sifarişi ilə müəyyən ünvanlara çatdıracağını, qalan qismini isə özünün istifadə edəcəyini və yaşadığı ünvandan aşkar edilmiş elektron tərəzini narkotik vasitələrin çəkisini müəyyən etmək üçün istifadə etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan «mobil telefona baxış keçirilməsi» haqqında xx.xx.2025-ci il tarixli protokol, həmin protokola əlavə edilmiş disk və fotoşəkillər məhkəmə istintaqı zamanı tədqiq olunarkən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş "Samsung Galaxy A14" markalı mobil telefonun "Whatsapp" proqram təminatına daxil olduqda orada İran İslam Respublikasının mobil operatoruna məxsus +98 ********** nömrəsinin "isgender buyuk" adına yaddaşa qeyd olunduğu, mesaj qutusuna daxil olduqda orada "isgender buyuk" profil ilə Təqsirləndirilən şəxs profili arasında olan danışıqlar, konum fotoları və səsli sms-lər görünür: xx.xx.2025-ci il tarixdə saat 08:25-dən 08:33-dək Təqsirləndirilən şəxs adlı şəxs "isgender buyuk" adlı şəxsə müxtəlif ərazilərin işarələnmiş fotoşəkilləri və məkan yerləri göndərir, fotoşəkillərdə «4k 1p» işarə olan yerdə turbanın dibində basdırılıb»,«işarə olan yerdə turbanın dibində basdırılıb 4k 2p», «işarə olan yerdə turbanın dibində basdırılıb 3k İp»,«3k 2p basdırmışam dibdə», «2k 1p basdırılıb işarə olan yerdə» məzmunlu mesaj mətnləri qeyd olunmuşdur. xx.xx.2025-ci il tarixdə saat 15:54-də "isgender buyuk" adlı şəxs Təqsirləndirilən şəxs "bunlardır Tural" məzmunlu səsli mesaj göndərib. xx.xx.2025-ci il tarixdə saat 18:15-də "isgender buyuk" adlı şəxs Təqsirləndirilən şəxs «Tural bu 3-1 atdığımız 2-1 çıxdı, yuxulu yuxulu bilməyibsən» məzmunlu səsli sms göndərib, cavabında isə Təqsirləndirilən şəxs «hə qardaşım 2-1-nən 3-1-in yerini səhv salmışame brat yazıları» məzmunlu səsli sms göndərir, "isgender buyuk" adlı şəxs «3-1-də satdım da, 3-1-in əvəzində atmısan da», Təqsirləndirilən şəxs isə «qardaşım başına dönüm bir dənə şəkilləri at da, konumun şəkillərini» məzmunlu səsli sms göndərir. xx.xx.2025-ci il tarixdə saat 18:19-da Təqsirləndirilən şəxs "isgender buyuk" adlı şəxsə «Ay İsgəndər bunların hamısını mənə atma, hansını ki 2-1-i satmısane onu bir də 3- 1-i» məzmunlu səsli sms göndərir və sonrakı səsli sms-lərdə də eyni məzmunlu olmaqla narkotik vasitə və psixotrop maddələrin çəkisi ilə bağlı aparırlar. Bundan başqa mobil telefonun fotolar bölümünə baxdıqda xx.xx.2025-ci il tarixli fotolarda elektron tərəzinin üzərində sellofan bükümün 0.41 qram çəki və müxtəlif ərazilərin, əsasən də yol kənarı, ağac və divar dibi fotoşəkillərin olması müəyyən olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs həmin telefonda Whatsapp proqramında nömrəsi +98 ********** olan İsgəndər adlı İran vətəndaşın adını “isgender buyıık" qeyd etdiyini, həmin İran vətəndaşından əldə etdiyi narkotik və psixtorop maddələrin qram çəkiləri ilə bölüb başqa şəxslərin əldə etməsi üçün ərazilərə qoyması mövzusunda danışıqlar apardığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 3-16-16/2-6/483/2025 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində ’’Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş .....” əl yazıları olan zərfdəki 15 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1.628 qr; .,637 qr; 2.576 qr; 3.618 qr; 6.487 qr; 3.478 qr; 2.579 qr; 2.558 qr; 4.538 qr; 2.539 qr; 1.569 qr; 3.649 qr; 1.598 qr; 1.591 qr; 1.388 qr; ümumi təmiz çəkisi: 44.433 qram olan qəhvəyi rəngli maddələr kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, həmin heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında evnilik təşkil edirlər. 15 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1,811 qr; 0,792 qr; 1,832 qr; 0,821 qr; 1,792 qr: 0,829 qr; 1.828 qr; 0,849 qr; 0,833 qr; 0.798 qr; 0.857 qr; 0,839 qr; 0,789 qr: 0,881 qr; 0,791 qram; ümumi təmiz çəkisi 16,342 qram olan ağ rəngli, kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindi, həmin metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Tədqiqata təqdim olunmuş üzərində “Saxlanılan şəxs: Bayramlı. T...” əl yazıları olan zərfdəki 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: 2,538 qr; 1,678 qr; 0,339 qr; 0,241 qr; 0,282 qr; 60,012 qr; ümumi təmiz çəkisi: 65,09 qram olan qəhvəyi rəngli maddələr kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, həmin heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 10 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri: 2,637 qr; 1,946 qr; 0,837 qr; 0,845 qr; 0,915 qr; 0.857 qr; 0,819 qr; 0,356 qr; 0,731 qr; 0,357 qr; ümumi təmiz çəkisi: 10,30 qram olan ağ rəngli, kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, həmin metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər və 01 ədəd elektron tərəzinin səthində narkotik vasitə heroin izləri müəyyən edildi. Elektron tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün deyildir. 1 ədəd üzərində “Z/40” yazısı həkk olunmuş ağ rəngli, dairəvi formalı dərman tabletinin tərkibində təsiredici maddəsinin miqdarı: 0,04 qram olan narkotik vasitə metadon müəyyən edildi. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus 21 büküm ümumi təmiz çəkisi: 109,523 qram olan heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşki edirlər, həmçinin Təqsirləndirilən şəxs məxsus 25 büküm ümumi təmiz çəkisi 26,642 qram olan metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1591 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asıllılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs xx.xx.2024-cii il tarixindən Respublika Narkoloji Mərkəzində «F19.2» diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işinin materiallarında olan 03 mart 2025-ci il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərar və 10 may 2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 109,313 qram narkotik vasitə heroin, qalıq qalmış 26,442 qram psixotrop maddə metamfetamin və qalıq 0,5 ədəd təsiredici maddəsinin miqdarı 0,04 olan narkotik vasitə metadon tableti və üzərində heroin izləri olan 01 ədəd gümüşü rəngli elektron tərəzi maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Galaxy A14” markalı mobil telefon, 04 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarından və “Elektron məhkəmə sistemi”-dən əldə olunmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşaq — xx.xx.2020-ci il təvəllüdlü X17 oğlu vardır. Cinayət işi materiallarında olan ambulator kitabçadan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs psoriaz xəstəliyindən (xroniki dəri xəstəliyi) əziyyət çəkir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cii il tarixdə qeydiyyata götürülmüş və elektron nəzarət vasitələrinin çatışmazlığı səbəbindən məhkuma elektron qolbaq tətbiq edilməmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixə ona təyin olunmuş cəzadan 10 ay 21 gününü çəkmiş, çəkilməmiş cəzası 02 il 01 ay 05 gün təşkil edir. Odur ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməmiş hissəsi — 02 (iki) il 01 (bir) ay 05 (beş) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutularaq hesablanmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökümlə təyin edilən cəza ilə qismən birləşdirilərək cəza təyin edilməlidir. Odur ki, məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadədə özünü qismən təqsirli bilməsi, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsi barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qərarın 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. . Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin cəzanı yüngülləşdirən halları müəyyən edən 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs azyaşlı uşağını təkbaşına böyüdən kişi olmasını və psoriaz xəstəliyindən (xroniki dəri xəstəliyi) əziyyət çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixindən Respublika Narkoloji Mərkəzində «F19.2» diaqnozu ilə dispanser qeydiyyatdadır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun xx.xx.2024-cii il tarixindən Respublika Narkoloji Mərkəzində dispanser qeydiyyatında olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübut olub, Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan üzərində heroin izləri olan 01 ədəd gümüşü rəngli elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunmalıdır. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan qalıq çəkisi 109,313 qram narkotik vasitə heroin, qalıq çəkisi 26,442 qram psixotrop maddə metamfetamin və qalıq 0,5 ədəd təsiredici maddəsinin miqdarı 0,04 olan narkotik vasitə metadon tableti məhv edilməli, 01 ədəd “Samsung Galaxy A14” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı və 04 ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 60 (altmış) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 02 il 01 ay 05 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub 01 il 17 gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək hazırki hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 03 fevral 2025-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və onun Respublika Narkoloji Mərkəzində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan qalıq çəkisi 109,313 qram narkotik vasitə heroin, qalıq çəkisi 26,442 qram psixotrop maddə metamfetamin və qalıq 0,5 ədəd təsiredici maddəsinin miqdarı 0,04 olan narkotik vasitə metadon həbi məhv edilsin, üzərində heroin izləri olan 01 ədəd gümüşü rəngli elektron tərəzi müsadirə edilsin, 01 ədəd “Samsung Galaxy A14” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, 04 ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar