Məhkəmə qərarları › İş №1(124)-349/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-349/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-349/2024 18.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X9 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, ev 45-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz yolla satış məqsədi ilə əldə etdiyi 02 ədəd bükümlərdə ümumi təmiz çəkisi 193,602 qram ağ rəngli, kristal şəkilli kütlələr öz aralarında kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə külli miqdarda metamfetamini və 01 ədəd bükümdə ümumi təmiz çəkisi 1025,5 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, səthində heroin və metamfetamin izləri olan üzərində “kiwi" yazısı olan 01 ədəd elektron tərəzini daşıyaraq üzərində və yaşadığı ünvanda gizlətməklə saxlamış, 06 iyun 2023-cü il tarixdə saat 14:50-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 45 saylı evin yaxınlığında saxlanılıb Sumqayıt şəhər polis idarəsinə gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəgli şalvarın sağ yan cibində saxladığı 01 ədəd bükümdə ümumi təmiz çəkisi 26,602 qram ağ rəngli, kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə külli miqdarda metamfetamin, daha sonra həmin tarixdə saat 18:00-da Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 45 saylı evə baxış keçirilərkən evin zirzəmisində gizlətdiyi 01 ədəd bağlamada ümumi təmiz çəkisi 1025,5 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 01 ədəd bağlamada ümumi təmiz çəkisi 167 qram ağ rəngli, kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə külli miqdarda metamfetamin və səthində heroin və metamfetamin izləri olan üzərində “kiwi" yazısı olan narkotik vasitənin satışında çəkinin müəyyən edilməsi üçün istifadə edilən 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, əvvəllər bu bədbəxtçiliyə düçar olmuş və bu bədbəxt hadisə başına gəlmişdir. Belə bir şey olub amma razılaşmamışdır. Öz yaşadığı küçədə kimlərki narkotik vasitənin satışı ilə məşğul olur həmin şəxslərə bir və ya iki dəfə insan kimi demiş, lazım olub üçüncü dəfə başa düşdükləri dildə danışmışdır. Həmin küçədə onun övladları da yaşayır. Ondan da əlavə nə qədər ailələr yaşayır. Özü onların küçəsində bu işlə məşğul olanları görmüş və onları küçələrindəndən qovmuşdur. Bu bədbəxtçiliyi yaşadığına görə kimsənin bu bədbəxtçiliyi yaşamasını istəməmişdir. O, narkotik vasitələri satışı ilə həyatı boyu razılaşmamışdır. Həyatında baş verən müəyyən hadisələrdən sonra narkotik vasitələrdən istifadə etmişdir. Onun telefonundan da satış ilə bağlı hal çıxmamışdır. O, dispanserdə qeydiyyatda olmuşdur. Son zamanlarda narkotik vasitələrdən istifadə etməmişdir. O bir və ya iki nəfərlə mübahisə etmişdir. Onlardan narkotiklərin satışını sonlandırmasını istəmişdir. O, narkotikləri ayaqyoluna tökmüşdür. Daha sonra dənizə tökdürmüşdür. Onlardan narkotiki başqa tərəfdə satmalarını istəmişdir. Ondan sonra bu hadisə onun başına gələndə ona görüntülü zəng gəlmişdir. O, öz gunahını bilmişdir. O onların işinə qarşı gəlməməli imiş. Telefonuna görüntülü zəng gəlmişdir. Yoldaşının qolu qandallı oturduğunu görmüşdür. Ona evə gəlməsə yoldaşını götürüb aparacaqlarını bildirmişlər. Bundan sonra evə gəlmişdir. Evinin hər tərəfini axtarmışlar. Onun evində iki dənə siqaret və iki büküm marixuna aşkar olunmuşdur. Ondan başqa onun evində heç bir şey aşkar olunmamışdır. Onun ailəsi ilə hədələnməyini bütün qonşular görmüşdür. Onu avtomobildə vuraraq boynuna almasını istəmişlər. Ailəsinin qolu qandallı yanına gətirildiyini görüb öz qüruru üçün boynuna almışdır. O əməkdaşlara yoldaşını buraxacaqları təqdirdə nə desələr razılaşacağını bildirmişdir. Orada yazılanların heç biri həqiqəti əks etdirməmişdir. Müstəntiq və müdafiəçinin yanında özləri qoymuş və ona da demişlər. Eyni zamanda ailəsini də qapının ağzında saxlamışlar. Öz avtomobillərin baqajında onu idarəyə aparmışlar. Goradil adlı ərazidən müstəntiq götürmüşlər. Ondan sonra evə gəlmişlər. Ailəsi qapının ağzında gözləmişdir. Bu hadisələri müstəntiq və müdafiəçi də görmüşdür. Ona “narkotiki qoyuruq ora və oradan çıxır. Elə o formada da boynuna götürərsən.” O, ailəsini buraxmaqlarını xahiş etmişdir. Narkotiki aşkar olunduğu yerə qoymuşlar. O bu sözü müavinin də yanında demişdir. Bir də onlar tərəfindən onun başına oyunlar gəlmişdir. Onu səkkiz iyun 2023-cü ildə saxlamamışlar. Onu altı iyun tarixində saxlamışlar. Onu evinin içərisində saxlamışlar. Heç bir axtarış olmamışdır. Evə baxış keçirmədən öncə üzərinə şəxsi axtarış etməmişlər. Evinin içərisində axtarış olmuşdur. Bölmədə videoçəkilişlə şəxsi axtarış olmamışdır. O narkotik vasitə ümumiyyətlə onluq olmamışdır. O heç bükümü görməmişdir. Bölmədə şəxsi axtarış aparılmadan bir başa evdə axtarış etmişlər. O, evə gələndə əməliyyyatçılar evinin içərisində olmuşlar. Onun evinə baxış keçirilmiş və iki büküm marixuna aşkar olunmuşdur. Onu da gözünün qabağında cibinə qoymuş və istintaqa təhvil verməmişdir. Müdafiəçinin gözünün qabağında yükləmişlər. İstintaq Təcridxanasında xəsarətlərini demiş və onlar da qeyd etmişlər. Həmin vaxtı prokurorluqdan bir nəfər gəlmişdir. Adı yadında olmamışdır. Çəkilişin hamısı evdə olmuşdur. Tərəzidə çəkmişlər və otuz qram narkotiki vasitənin onun olduğunu bildirmişlər. Onların işinə əngəl olduğu üçün onu bu formada yükləmişlər. O, iranlıların onların küçəsindəki narkotik satışına əngəl olmuşdur. O tutulmamışdan bir ay qabaq bölməyə aparılmışdır. Onu Bəxtiyar və Elnur adlı əməkdaşlar hədələmişlər. Bəxtiyar və Elnur adlı şəxslərdən ona dəfələrlə xəbərdarlıqlar gəlmişdir. Ona “maneçilik etmə qoy narkotiki satsınlar” demişlər. Onlar onu döymüşlər. Üç min manat verməklə azadlığa çıxmağımın sözünü vermiş və daha sonra o pulu verməmişdir. Videoların da çəkmiş və pulu verməyəcəyini bildirmişdir. Ondan sonra ona “narahat olma sənin işini “həll” edəcəyik” demişlər. O altı iyunda ikinci mikrorayon ərazisində olmuşdur. Ona görüntülü zəng gəlmişdir. Yoldaşı əli qandallı evin içərisində oturmuşdur. Zəng ona yoldaşından gəlmişdir. Yoldaşının ətrafında beş nəfər polis əməkdaşı olmuşdur. Şahidlər həmin vaxt onun evində olmamışlar. Narkotikin əməkdaşları olmuşlar. O, Corat qəsəbəsi ikinci məhəllə ev 45 A da yaşayır. Ona zəng gələndə bazarın yanında olmuşdur. Həmin vaxt səhər 11-12 arası olmuşdur. Evdə yoldaşından başqa atası və Revanə adlı baldızı da olmuşdur. Atasının evi və onun evi eyni həyətdədir. Atam həmin vaxt çöldə olmuşdur. Yoldaşını evin girişində saxlamışlar. Onu yan otağa aparmışlar. Qapını da bağlamışlar. Ona “sən sifarişlə içəri getməlisən. Sənə bir neçə dəfə xəbrdarlıq olunmuşdur” demişlər. Onu təhqir etmiş və döyməyə başlamışlar. O, narkotik istifadə etmir. O, evində aşkar olunan narkotiklə ittiham edilmişdir. Ona yüngül maddə ilə ittiham olunacağını demişlər. Axırda döyməyə başlamışlar. Ondan sonra ona belə təzyiqlər ediləcəyini bildirmişlər. Sonda ona 234.1 ilə qol çəkdirmişlər. O həmin maddəyə qol çəkəcəyi təqdirdə onu bir sutkadan sonra buraxacaqlarını düşünmüşdür. Onu bütün qohum və qonşuların yanında döymüşlər. On və ya on beş dəqiqə vurmuşlar. Başını şüşəyə vurmuşlar. Onu çox pis söymüşlər. Onu avtomobilə əyləşdirdikdən sonra boynuna almışdır. Ondan sonra onu polis idarəsinə gətirmişlər. Tərəzini çıxarmışlar. Cinayət Axtarışdan Bəxtiyar adlı əməkdaş gəlmişdir. Həmçinin Şərail adlı əməkdaş da gəlmişdir. Bəxtiyar ona “hələ sənin bəxtin gətirdi səni on və ya on beş kilo ilə yükləmirik” demişdir. Onlarla bir az mübahisə etmiş və onlar stola təpik vurmuşlar. O, stoldan yıxılandan sonra üstünə hücum etmişl və onu yenə döymüşlər. O da onları söymüşdür. Ondan sonra müstəntiq Tural gəlmiş və onun gözünün qabağında narkotikin haradan çıxdığını soruşmuşlar. Onlar da gülmüşlər. Müdafiəçi də orada olmuşdur. Oradan onu götürərək evə gətirmişlər. Narkotiki özləri ora qoymuş və oradan da aşkar etmişlər. Onun mobil telefonu həmin gün üzərində olmuşdur. ***-***-**-** saylı nömrədən istifadə etmişdir. Evə gələn zaman telefonunu əlindən almış və ona verməmişlər. Daha sonra yoldaşının da telefonunu götürmüşlər. Telefonda olan hər bir şeyi silmişlər. Ondan sonra onlarla getmişdir. Sanksiyaya gələndə danışmışdır. Danışdıqları videoda da əksini tapmışdır. Evində iki büküm marixuna aşkar olunmuşdur. Evdə yataq otağından çıxmışdır. İstifadə etmişdir. Ona zəng olunanda 11-12 arası olmuşdur. İttihamda göstərilən saatda evdə olmuşdur. Onu küçədə tutmamışlar. Onun hüquqi savadı olmadığına görə ailəsini istintaqda şahid kimi göstərməmişdir. İstintaq Təcridxanasında hər şeyi demişdir. Evə baxışda qoluna qandal vuraraq onu döymüşlər. Onun bədənindəki xəsarət doqquz aydır qalmışdır. Döyülmə faktı ilə bağlı araşdırma olmuşdur. Onu saxlayandan sonra Sumqayıt şəhər Polis İdarəsinə gətirmişlər. Onu müvəqqəti saxlanma yerinə təhvil verməmişlər. Onu orada saxlayandan sonra müstəntiqlə vəkil gəlmişdir. O, Sumqayıtda qalmış və məhkəməyə oradan çıxmışdır. O saxlanılan gündən iki və ya üç gün sonra məhkəməyə çıxmışdır. Dəqiq tarix yadında deyildir. O, ekspertizadan keçmişdir. Altı iyun tarixində ekspertizadan keçməmişdir. O heç bir yerdə olmamışdır. O qorxduğu üçün xəsarətlərini ekspertə deməmişdir. Ekspert qismində yaşlı bir kişi gəlmişdir. O, xəsarətlərini göstərmişdir. Xəsarətləri ilə bağlı prokrorluq işçisi məhkəmədən bir neçə gün sonra onun yanına gəlmişdir. O, İstintaq Təcridxanasında olan dustqalarla mübahisə etmişdir. Marixuanadan, heroindən və digər narkotik vasitələrdən istifadə etmişdir. Saxlanılmamışdan iki və ya üç gün qabaq özünün yaşamadığı küçədən almışdır. Küçədən almışdım. Narkotiki evdə şkafın üstündə saxlamışdır. Uşağın narkotiki görməsi mümkün deyildir. Yoldaşının narkotiki görmək ehtimalı olmuşdur. Ona məxsus əşyalara yoldaşı toxunmamışdır. Məhkəmədə narkotikin ona məxsus olmadığını demişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə ziddiyyət təşkil etdiyindən ifadəsi elan olunmaqla araşdırılmışdır. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmamışdır. 06 iyun 2023-cü il tarixdə, saat 14.50 dəqiqədə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, ev 45 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edərək Sumqayıt ŞPİ-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya vardırsa onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd içərisində ***-***-**-** və ***-***- **-** sim kart nömrələri olan "Samsung" markalı mobil telefon və 1 (bir) ədəd açar aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və yapredmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi metamfetamin elektron tərəzidə çəkilmişdir. Metamfetaminin çəkisi 30 (otuz) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd '’Samsung" markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüşdür. 1 (bir) ədəd açar isə özünə geri qaytarılmışdır.O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan "xxxx" adlı şəxsin vasitəsi ilə 1 (bir) gün əvvəl Bakı şəhəri, Səbail rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə "xxxx" adlı şəxsin ona 500(beş yüz) manat pul verəcəyini, həmçinin Sumqayıt şəhərində yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyimi bildirmiş və yaşadığı evə getmişlər. Orada ona evdə saxladığı narkotik vasitələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, evdə zirzəmidən 1(bir) ədəd bağlamada heroini, 1(bir) ədəd bağlamada metamfetamini və 1 (bir) ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Heroinin çəkisi 1(bir) kq 123(yüz iyirmi üç) qram, metamfetaminin çəkisi 185(yüz səksən beş) qram olmuş, daha sonra həmin kütlələr qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürləndi və üzəri mən, müdafiəçim, iştirakçı və təhqiqatçı tərəfindən imzalandı. Sonra yaşadığım evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. O, baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan "Babək” adlı şəxsin vasitəsi ilə 1(bir) gün əvvəl Bakı şəhəri, Səbail rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerden sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə "xxxx" adlı şəxsin ona 500 (beş yüz) manat pul verəcəyini, yaşadığı evdə narkotik vasitə saxlamağından heç kimin məlumatı olmadığım bildirmişdir. X16 verilən suallara cavab olaraq yaşadığı evdə narkotik vasitə və psixotrop maddə olmasından məlumatı olmadığını, ona yaşadıqları evdə narkotik vasitə və psixotrop maddə saxlamağını demədiyini bildirmişdir. Polis əməkdaşları terefindən saxlanılan zaman ona qarşı hər hansı zorakılıq tətbiq edilməmişdir. Üzərinə Sumqayıt ŞPİ-də yalnız təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında 2023-cü ilin iyun ayının altısında təxminən saat 14:30-14:50radələrində Sumqayıt şəhəri Corat qəbəsində keçirilmiş əməliyyat axtarış tədbirlər zamanı şəxs saxlanılmışdır. Şəxs saxlanılan zaman Sumqayıt şəhər Polis İdarəsinə aparılmış və orada inzibati otaqların birində müdafiəçinin iştirakı ilə təhqiqatçı Elmar Bahabovun iştirakı ilə üzərində hər hansı bir narkotik maddə olduğu halda təqdim etməsi təklif edilmişdir. Həmin təklifdən sonra şəxs üzərində olan kristal şəkilli metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra hər hansı bir yerdə saxladığı narkotik soruşulduqda mənzildə də narkotik vasitənin olduğunu bildirmişdir. Daha sonra şəxsin yaşadığı mənzilə gedərək həmin kütləni mənzilindən də aşkar etmişlər. Daha doğrusu həmin kütləni şəxs özü təqdim etmişdir. Həmin kütlənin haradan aldığı soruşulduqda bir gün əvvəl Səbail rayonundan İran İslam Respublikası vətəndaşı olan və şəxsin Babək kimi tanıdığı şəxsin vasitəsi ilə götürdüyünü bildirmişdir. Onun qarşılığında 500 manat pul alacağını bildirmişdir. Əməliyyata özü rəhbərlik etmişdir. Əməliyyat məlumatı ona daxil olmuşdur. Məlumatda şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması göstərilirmişdir. Şəxs saxlanılarkən ona hər hansı bir təzyiq göstərilməmişdir. Şəxs özü Babək adlı iranlıdan həmin narkotiki əldə etdiyini etiraf etmişdir. Daha doğrusu həmin Babək adlı şəxsin narkotiki müəyyən əraziyə atdığını və onun tərəfindən götürüldüyünü bildirmişdir. Həmin günü Sumqayıt şəhərinə gəlməyinin saatını xatırlamamışdır. Şəxsi saxladıqları vaxt saat 14:30-14:50 radələri olmuşdur. Həmin günü təkcə bu tədbirlə əlaqədar Sumqayıt şəhərinə gəlmişdir. Başqa bir tədbir üçün həmin günü Sumqayıt şəhərinə gəlib-gəlmədiyini tam xatırlamamışdır. Mehmanın yaşadığı mənzildə saat neçədə olduğu dəqiq yadında deyildir. Mənzilə baxış keçirilməsinə dair protokolda saat göstərilmişdir. Şəxsi saxlayandan bir saat və ya bir saat yarım sonra yaşadığı mənzildə olmuşlar. Sonu 45-75 saylı telefondan istifadə etmişdir. Həmin nömrədən istifadə edirəm. Məxfiliyin qorunması üçün zalda səsləndirmirəm. Əvvəli 055-dir. Həmin gün nömrə üzərində olmuşdur. Həmin nömrə daimi olaraq işlətdiyi nömrədir. Şəxsin ifadəsində qeyd etdiyi halla rastlaşmamışdır. Onlar şəxsin yoldaşına və atasına qandal vurmamışlar. Onlar şəxsə qarşı zor tətbiq etməmişlər. Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədi ilə yalan ifadə vermişdir. O, şəxsin başını avtomobilə vurmasını xatırlamamışdır. Daha doğrusu elə bir şey olmamışdır. Başı partlasa videçəkilişdə görünərdi. Şəxsi saxlayarkən onlara tabesizlik göstərməmişdir. Güc tətbiq etməyə zərurət yaranmamışdır. Özlərini təqdim etmişlər və şəxs könüllü şəkildə onlarla Sumqayıt şəhər Polis İdarəsinə gəlmişdir. Onlar şəxsdən sərbəst buraxılması üçün pul tələb etməmişlər. Şəxs açıq aydın yalan danışmışdır. Elə bir şey olmamışdır. Şalvarının cibindən aşkar olunmuşdur. Sumqayıt şəhərində inzibati binada olarkən üzərindəki narkotiki təqdim etmişdir. Şəxs 14:50radələrində saxlanılmışdır. Həmin saatdan bir qədər sonra Sumqayıt şəhər Polis İdarəsinə gətirilmişdir. Əməliyyata gələrkən özü ilə müdafiəçi gətirməmişdir. Polis İdarəsində şəxs müdafiəçi ilə təmin olunmuşdur. Öz yaşadığı mənzildən də narkotik aşkar olunmuşdur. Daha doğrusu özü narkotiki təqdim etmişdir. Narkotiki haradan çıxartdığı dəqiq yadında deyildir. Təhlükəsizlik kamerasını söküb aparmamışlar. Elə bir şey olmamışdır. Təqsirləndirilən şəxs evinə onlar daxil olmamışlar. Təqsirləndirilən şəxsin iştirakı ilə mənzilinə baxış keçirmişlər. Təxirə salınmaz tədbiri olduğu üçün bununla bağlı əməliyyat qeydiyyat işi açılmamışdır. Şəxs onlara hər hansı bir müqavimət göstərməmişdir. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq etməklə bildirdi ki, hadisənin üzərindən uzun müddət keçmişdir. O, inspektor-kriminalist olaraq panosanic videokamera ilə təqsirləndirilən şəxsin üzərinə axtarış zamanı keçirilən tədbiri lentə çəkmişdir. Çəkdiyi materialları əlavə edilməsi üçün təhqiqatçıya təhvil vermişdir. O, şəxsin saxlanılmasında, idarəyə gətirilməsində iştirak etməmişdir. O, videoçəkilişdə iştirak etmişdir. Şəxsin üzərindən narkotik aşkar olunubsa istintaqda ifadə vermişdir. Onları hər işdə şahid qismində dindirmirlər. O, şəxsin tutulmasında iştirak etməmişdir. O, xidməti otağa dəvət olunmuşdur. Xidməti otaqda təhqiqatçı özünü təqdim etmişdir. Həmin hissəni o çəkmişdir. O, Sumqayıt Polis İdarəsinin əməkdaşıdır. Ekspert kriminalistdir. O, şəxsi axtarışın çəkilişinin aparılması üçün dəvət olunmuşdur. O, şəxsi, ümumiyyətlə, orada görməmişdir. Belə bir şəxs çəkiliş aparmamışdır. Evinə getdiyini və ya getmədiyini xatırlamamışdır. Qeydə aldığı videogörüntünü diskə köçürərək təhqiqatçıya təhvil vermişdir. O hər gün ona yaxın çəkiliş aparır. Diskə yazıb təhvil verdikdən sonra onda videogörüntü qalmır. Daha sonra diski təhqiqatçıya təhvil verirlər. Onlar çəkdikləri videogörüntünü diskə köçürürlər. Videoçəkilişin iştirakçısının adını yazaraq aidiyyatı şəxsə təhvil verirlər. Videogörüntülər arxivdə saxlanılır. Bütün çəkilişlər aidiyyatı üzrə idarənin arxivində saxlanılır. Şəxsi dəqiq xatırlamamışdır. Onlar ayrı-ayrılıqda özlərini təqdim etmirlər. Onları təhqiqatçı təqdim edir. İbtidai istintaq zamanı çəkdiyi görüntülərə dair ifadəsində göstərdikləri doğrudur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin atası X4 ifadəsində və sualları cavablandırarkən bildirmişdir ki, onlar həmin vaxtı evdə olmuşlar. Qapıları döyülməmişdir. Beş və ya altı nəfərin hasarın üstündən tullanmasını görmüşdür. Gəlininin də başı açıq olmuşdur. Qapının dəstəyini gəlini başını bağlasın deyə bağlamışdır. Həmin vaxtı pəncərəni vurub sındırmışlar. Daha sonra evə girmişlər. Heç bir sənəd göstərməmişlər. Həmin vaxt Mehman evdə olmamışdır. Bütün telefonları onların əllərindən almışlar. Bütün evi axtarmış və heç bir şeyin aşkar olunmadığının şahidi olmuşlar. Daha sonra Mehmana zəng etmişlər. Mehman özü gəlmiş və təslim olmuşdur. Yoldaşını qandal vurub aparmaq istəmişlər. Yoldaşını aparmasınlar deyə Mehman boynuna almışdır. Polislər evlərinə gələndə hələ günorta olmamışdır. Saat beş və ya altıya kimi gedib gəlmişlər. Mehmanı içərdə döymüşlər. Döyülməsini görməmiş, lakin səsini eşitmişdir. Mənzilə 5-6 nəfər olaraq gəlmişlər. Mənzilində kameralar olmuşdur. Kameranın yaddaşını da onlara demədən aparmışlar. Oğlu xəstə olmuşdur. Arabir özü üçün alıb istifadə etmişdir. Evində narkotik vasitəsi olmamışdır. Axşamüstü polislər evə gəlmişlər. Ondan əvvəl iki və ya üç dəfə tavana çıxıb düşmüşlər. Əvvəl Mehmanı özləri ilə aparmış və yenidən evə gətirmişlər. Yenidən mənzilə gəldiklərində bir nəfər əlavə şəxs gəlmişdir. Həmin şəxsin rəis müavini olduğunu bildirmişlər. Həmin şəxs Mehmanın evə gəlmədiyi təqdirdə onun həyat yoldaşını aparmaları əmrini vermişdir. Mehman polis idarəsinə aparılıb və yenidən evə gətirilənə qədər üç və ya dörd polis əməkdaşı mənzildə gözləmişdir. Yoldaşını və onu digər evə keçirmişlər. O, Mehmanın və gəlininin qoluna qandal vurulmasını görməmişdir. Evlərində baş verən səs-küydən qonşuların xəbəri olmuşdur. Nəvələrini də baxçadan gətirməyə qoymamışlar. Gəlininin bacısı hər şeyi telefona çəkmiş, lakin polis əlindən telefonu alaraq çəkdiklərini silmişdir. Oğlunun narkotik vasitə istifadə etməsini bilmişdir. Oğlunu iki dəfə müalicə etdirmişdir. Oğlunun evə narkotik vasitə gətirməsini bilməmişdir. Onun bildiyi qədər ilə oğlu evə narkotik vasitə gətirməmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin arvadı X2 ifadəsində və sualları cavablandırarkən bildirmişdir ki, hadisə günü yoldaşı ilə bazardan gəlmişdir. Üstündən yarım saat keçməmiş polis əməkdaşları gəlmişlər. O əvvəlcə yoldaşı tutulmamışdan üç gün qabaq yoldaşının dava etməsi ilə əlaqədar həmin dava etdiyi şəxslərin onların mənzillərinə gəldiyini zənn etmişdir. Mənzillərinə gələn şəxslər təxminən 6 və ya 7 nəfər olmuşlar. O, qapını bağlamağa çalışanda qapını bağlamağına imkan verməmişlər. Qapını aça bilmədikləri üçün pencərəni qıraraq içəri daxil olmuşlar. Qayınatası gələnlərdən gəlinin başını bağlaması üçün imkan vermələrini istəmişdir. Özlərini təqdim eləmədən içəri girmişlər. Mehmanı soruşmuşlar. Həmin vaxtı Mehman evdə olmamışdır. Mənzillərinə baxış keçirmiş və heç bir şey tapa bilməmişlər. Ondan qızıl istəmişlər. Onlara heç bir şeylərinin olmadığını söyləmiş və göstərmişdir. Bağlı olan hər şeyi açmış və heç bir şey tapa bilməmişlər. Bir ədəd bəxt üzüyü paltosunun cibində olmuşdur. Tez onu əlinə götürmüş və onlara heş bir şeylərinin olmadığını, kasıb ailə olduqlarını bildirmişdir. Həmin hadisənin üstündən bir müddət keçəndən sonra qayınatasının evinə getmişlər. 102 xidmətinə zəng etmək istəyəndə telefonları əllərindən almışlar. Uşaqları həmin vaxtı baxçada olmuş və saat altıya kimi baxçada qalmışlar. Yalvararaq onlardan telefon istəmişdir. Bacısına zəng etmişdir. Bacısı hər bir şeyi telefona çəkmişdir. Həmin videogörüntülərdən onların evlərində oturmaqları, çay içməkləri və onlardan pul tələb etməkləri aydın bir şəkildə görünmüşdür. Yoldaşının əmisinə zəng etmiş və on min manat pul istəmişdir. O həmin pul olmadığı təqdirdə avtomobillərini beş min manata zaminliyə verə biləcəyini bildirmişdir. Onlar da razılaşmamışlar. Ona “biz oturub gözləyirik və nəyə gücün çatırsa təşkil elə” demişlər. Özü də onlara “mən nəyimi versəm yoldaşımı buraxarsız” demişdir. Polislər ona yoldaşını ən azı 20 min manatla qurtara biləcəyini demişlər. Polislərə o qədər pulunun olmadığını, avtomobilin özünün adına olduğu onların adına keçirə biləcəyini demişdir. Həmin avtomobilin bazar dəyəri 25 min manatdır. Polislər ona həmin avtomobillə sabah onlara qarşı cinayət işi aça biləcəyini bildirmişlər. Avtomobil həmin ərəfələrdə kreditdə olmuşdur. Bacısının telefonunda həmin hadisələr çəkilmişdir. Yoldaşını onlar evdən götürəndə bacısı onlara hər bir şeyin telefona çəkildiyini bildirmişdir. Həmin vaxtı bacısının əlindən telefonu götürmüşlər. Bacısının üst-başı da cırılmışdır. Hər bir şey də kameraya düşmüşdür. Qayınatasının mənzilində olan kamerada olan videogörünütü də aparmışlar. Yoldaşım daha sonra evə gəlmişdir. Onu avtomobilə mindirəndə yoldaşını döymüşlər. Yoldaşını özü zəng edərək evə çağırmışdır. Yoldaşı evə gələndən sonra onu buraxmışlar. Yoldaşını içəri salmış və onu döymüşlər. Ondan ürək dərmanını istəmişlər. Onlardan ürək dərmanını nə etdiklərini soruşanda yoldaşının qorxduğunu və ürək dərmanı içməli olduğunu bildirmişlər. Qapıdan içəri girəndə yoldaşının halı pis olmuşdur. Yoldaşına su vermişdir. Daha ona içəri girməyə icazə verməmişlər. Daha sonra yoldaşını yenə vurmuşlar. Daha sonra üstündən yarım saat keçəndən sonra yenidən onları aralarına almışlar. Onun qayınanası yataq xəstəsidir. Qayınatasıgilin mənzilinə girmişlər. İçəri girəndən sonra evin tavanını bir müddət axtarmışlar. Heç bir şey tapa bilməmişlər. Yoldaşını da aparmışlar. Onu avtomobilə əyləşdirmişlər. Daha sonra yoldaşını yenə avtomobildə döymüşlər. Yoldaşının qışqırıq səsini eşitmişdir. Onun özünü aparmaq istəyəndə onlardan “ məni aparıb nə edəcəksiz” deyə soruşmuşdur. Polislər də ona söyüşlə cavab vermişlər. O qorxmuş və yoldaşını içəri çağırmışdır. Yoldaşına iki balası olduğunu və təqsiri varsa boynuna almasını demişdir. Yoldaşı da heç bir şeyinin olmadığını demişdir. Yoldaşının qabağına kağız qoyulduğunu və kağıza qol çəkməli olduğunu bildirmişdir. Kağızların hamısına qol çəkəndən sonra qayınanasını digər otağa çıxarmışlar. Daha sonra onları otaqdan çıxarmış və qapını bağlamışlar. Ondan sonra çəkiliş gəlmişdir. Ondan sonra qapıda durmuşlar. Ona içəri girməyini və rəis müavinin gəldiyini bildirmişlər. Rəis müavini onunla şirin-şirin söhbət etmiş və özünün də İsmayıllıdan olduğunu bildirərək onlara kömək etmək istədiyini demişdir. Şərt olaraq isə mənzilində olanları onlara təqdim etməyini istəmişlər. O da onların heç bir şeyinin olmadığını və yoldaşını apara biləcəklərini bildirmişdir. Bir müddət söhbət etdikdən sonra yoldaşını şöbəyə aparmışlar. Yoldaşını şöbədən evə gətirdikdən sonra evin dəhlizinin tavan hissəsindən narkotik aşkar etmişlər. Tavanı açan kimi narkotik əllərinə düşmüşdür. Ona həmin videonu rəis göstərmişdir. Özü də videoya baxmağı tələb etmişdir. Onun yoldaşı narkotik istifadəçisidir. Həmin narkotikin haradan oraya gəlməsini bilməmişdir. Yoldaşının beş-on manatlıq narkotik almasını bilmişdir. O, yoldaşının narkotik istifadə etməsinin şahidi olmuşdur. Narkotikdən istifadə etməsi ilə əlaqədar yoldaşını xəstəxanaya da yazdırmışdır. Birinci dəfə polis əməkdaşları onlara gələndə Mehman evdə olmamışdır. Onu polislər aralarına alaraq qandalı ona göstərmişlər. O da ağlamışdır. Qonşular onun səsini eşitmişdir. Ondan pul istəyənlər ona adlarını deməmişlər. Onların evi həyət evidir. Onların mənzilinin zirzəmisi yoxdur. Qayınatasıgil Mehman tutulandan sonra onunla birgə yaşamışlar. Eyni həyətdə iki ev olmuşdur. Polislər qayınatasının evinə keçmişlər. Qayınanası qışqırmışdır. Polislər ona qorxmamasını demişlər. Qayınanası yataq xəstəsidir. Baş verənləri qayınanası görməmişdir. Pul söhbəti gedən zaman qayınatası evdə olmuşdur. Onların evinə polislər mətbəxin pəncərəsindən keçmişlər. Onun telefonu üç ay polis şöbəsində qalmışdır. O, 102 xidmətinə zəng edəcəyini dediyi üçün onun telefonunu özünə verməmişlər. Ondan Mehmanın nömrəsini şifahi formada istəmişlər. Mehmanın nömərisini şifahi olaraq bilmədiyi üçün telefonu ona vermişlər. Konturu olmadığına görə Mehmana qısa zəng etmiş Mehman da telefonu onun üzünə söndürmüşdür. 20 dəqiqədən sonra qonşulardan kimsə Mehmana xəbər vermişdir. Mehman evə gələnə qədər həm onların, həm də qaynatasıgilin evini axtarmış və heç bir şey tapa bilməmişlər. O, evdə narkotik vasitəsi görməmişdir. O işləmir, evdar xanımdır. Yoldaşı həbs olunana qədər şəxsi avtomobilləri ilə taksi kimi fəaliyyət göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması baradə məlumat daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, ev 45 ünvanında yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, ev 45 ünvanında yaşayan Təqsirləndirilən şəxs həmin tarixdə, saat 14:50 radələrində qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, ev 45 ünvanının yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq hava, əməliyyat şəraiti və təhlükəsizlik tədbirləri ilə bağlı Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 07 iyun 2023-cü il tarixli, 6/3221 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №7-li dairəvi möhür əksi “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 26.602 qram ağ rəngli kristalardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan respublikası DİN Zərflər üçün 7 nömrəli dairəvi möhür əksi, "Təqsirləndirilən şəxs yaşadığı ünvanda təqdim etdiyi (imza) . Təqsirləndirilən şəxs” yazısı və imzalar olan bükülüdə 1 ədəd bükümdə təmiz çəkisi 1025.5 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə: təmiz çəkisi 167 qram ağ rəngli kristalardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə mütamfetamindir və üzərində "kiwi” yazısı olan elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisi və bükümlərdəki heroinlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 193.602 qramdır və həmin mütamfetamin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3762 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 876 saylı rəyinə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxsbədəni üzərində sağ budun orta 1/3-nin iç səthinin, sağ kürək nahiyyəsinin 3 ədəd siyriqları. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 5-7 gün əvvəl olmaqla əmələ gələ bilərdi, özü-özünə yetirməsi istisna edilmir və dərəcəsinə görə həm ayrı-ayrılıqda eləcədə ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Şəxsi axtarış keçirilməsi haqqında protokoldan və ona dair video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddəni təqdim edərək, masanın üzərinə qoyur: Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış aparılır, əynində olan həmin şalvarın sol yan cibindən 1 ədəd içərisində ***-***-**-** və ***-***-**-** simkart nömrəli olan “Samsung” markalı mobil telefon və 1 ədəd açar aşkar edilərək götürülür.Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya maddə və ya predmet aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilir. Metamfetaminə bənzər kütlənin çəkisi 30(otuz)qram olduğu görünür. Sonra aşkar edilmiş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır, DİN-in 7 saylı möhürü ilə möhürlənir, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülür. 1 ədəd açar isə Təqsirləndirilən şəxs geri qaytarılır. Təqsirləndirilən şəxs oğli verilən suallara cavab olaraq üzərindən aşkar edilmiş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Babək" adlı şəxsin vasitəsi ilə 1 gün əvvəl Bakı şəhəri, Səbail rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitəni deyilən ünvana qoymağına görə "xxxx" adlı şəxsin ona 500(beş yüz) manat pul verəcəyini, həmçinin Sumqayıt şəhərində yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Baxış keçirilməsi və götürülmə haqqında protokoldan və protokola dair videogörüntüdən görünür ki, onun yaşadığı ünvana getdikləri zaman Təqsirləndirilən şəxs evində qanunla qadağan edilmiş hər hansı maddə və ya predmet varsa təqdim etməsi təklif edildikdən sonra Təqsirləndirilən şəxs evdə zirzəmidən 1 ədəd bağlamada açıq qəhvəyi rəngli narkoik vasitə olan heroinə bənzər kütləni, 1 ədəd bağlamada ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 1 ədəd elektron tərəzini təqdim edir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilir. Heorinə bənzər kütlənin çəkisi 1( bir) kq, 123(yüz iyirmi üç)qram metamfetaminə bənzər kütlənin çəkisi 185(yüz səksən beş) qram olur. Daha sonra həmin kütlələr qablaşdırılır, DİN-in 7 saylı möhür ilə möhürlənir və üzəri şübhəli şəxs, müdafiəçi, iştirakçılar tərəfindən imzalanır. Daha sonra evin digər hissələrinə də baxış keçirilir və qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar edilmiş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Babək" adlı şəxsin vasitəsi ilə 1 gün əvvəl Bakı şəhəri, Səbail rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitəni deyilən ünvanlara qoymağına görə “Babək" adlı şəxsin ona 500(beş yüz) manat pul verəcəyini bildirir. Azərcell MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 17243 məktubda qeyd edilmişdir ki, Azərcell MMC-yə daxil olmuş sorğuya cavab olaraq Təqsirləndirilən şəxs ***- ***-**-** nömrəsinə ***-***-**-** nömrəsindən daxil olan sms mətnində “qaqavv alaha andolsun su 70 qiramdi valah 30 qiram az vermisən qaqavv" mesajı yazılmışdır. Həmçinin anten dairəsi əks olunan qovluqlara baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldığı zaman Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olması əks olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(060)-524/2023 saylı qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***- ***-**-** saylı mobil nömrələrin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində giriş-çıxış və xaric olan zəngləri, SMS-ləri, habelə aşkar edilmiş mobil telefon nömrələrinin kimlərə məxsus olması, eləcə də qeyd edilən müddət ərzində yuxarıda göstərilən mobil telefon nömrələrinə hansı ərazidə yerləşdirilmiş mobil rabitə antenləri tərəfindən xidmət olunması barədə "xxxx" MMC-dən əldə olunmasına icazə verilmişdir. Ailə tərkibi haqqında arayışdan və şəxsiyyət vəsiqələrinin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində xx.xx.2020-ci il təvəllüdlü X11 və xx.xx.2020-cİ il təvəllüdlü X10 adlı iki azyaşlı övladı vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Tibbi-sosial ekspert Komissiyası tərəfindən verilmiş arayışa əsasən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs anası ikinci dərəcəli əlildir. Azərbaycan Respublikası Gənclər İdman vəTurizm Nazirliyi tərəfindən verilmiş vəsiqənin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 2006-cı ildə cüdo üzrə idman ustası adı almışıdr. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan müəyyən olunur ki, Polis əməkdaşlarının əməlində cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında protokol”dan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(060)-229/2023 saylı qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü ildən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(060)-229/2023 saylı qərarının qəbul olunduğu məhkəmə iclasının video görüntüsü. İş materiallarından görünür ki, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış və yaşayış yerinə baxış istintaq hərəkəti keçirilmiş, şəxsi axtarış və yaşayış yerinə baxış zamanı narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüş, narkotik vasitə materialları məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış və baxış istintaq hərəkəti keçirilərək narkotik vasitələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı psixi və fiziki təsir və təzyiqlərə məruz qaldığını bildirsə də qeyd etdiyi hallar heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs istintaq təcridxanasına qəbul olunarkən tibbi yoxlamadan keçməsinə dair sənədlər araşdırılmış və onun istintaq təcridxanasına qəbul olunarkən heç bir xəsarətinin olmadığı müəyyən olunmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs bədəni üzərində məhkəmə tibb ekspertizasına əsasən müəyyən edilmiş xəsarətlər, ibtidai istintaq zamanı Sumqayıt Şəhər Prokurorluğu tərəfindən araşdırılaraq cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul olunmuşdur. Bundan başqa təqsirləndirilən şəxs ibtidai istintaq zamanı fiziki təsirə məruz qaldığı üçün etiraf ifadələri verdiyini bildirsə də, məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirini seçilməsi barədəki iclasın video görüntüsü əldə edilməklə araşdırılmışdır. Həmin görüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında sərbəst şəkildə ibtidai istintaqdakı ifadəsinə uyğun ifadə verərək narkotik vasitəni necə, nə məqsədlə əldə etdiyini və evinə gətirərək harada saxladığını özü etiraf edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 9cu bəndində qeyd olunmuşdur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, narkotik vasitələrin müxtəlifliyini və aşkar edilmiş şəxsə aid olan elektron tərəzini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən həmin qadağan olunmuş narkotik vasitələri satış məqsədilə əldə etmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X14 və X8 təqsirləndirilən Təqsirləndirilən şəxs yaxın qohumları yəni, onun atası və həyat yoldaşıdırlar. Məhkəmə hər iki şahidin ifadələrini məhkəmə istintaqı zamanı araşdırılımış sübutlarla qarşılıqlı şəkildə müqayisə edərək hesab edir ki, həmin şahidlər məhz təqsirləndirilən şəxsin yaxım qohumları olduqları üçün onun mövqeyinə müdafiə etmək məqsədilə onun ifadəsinə uyğun ifadələr vermişlər. Çünki məhkəmə istintaqı zamanı araşdırılmış sübutlara əsasən şahidlərin ifadələrində göstərdikləri halların heç biri öz təsdiqini tapmır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyrisəmimi verilmiş ifadə kimi qiymətləndirir. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.4.3-cü maddələrində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə və anasının ikinci dərəcə əlilliyinin olmasını ( AR CM-in 59.2) əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən olunmamışdır), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(060)-229/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 06 iyun 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 114 (yüz on dörd) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Sumqayıt şəhər polis idarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş qalıq çəkisi 1025.3 qram narkotik vasitə heroin və 193.402 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 114 (yüz on dörd) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Sumqayıt şəhər polis idarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş qalıq çəkisi 1025.3 qram narkotik vasitə heroin və 193.402 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar