Məhkəmə qərarları › İş №1(124)-35/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-35/2023

27.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-35/2023 27.02.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, 23 avqust 1980-cı il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Abşeron rayonu, Hökməli qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.2 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq və, Müəyyənetdi: Təqsirləndirilən şəxs, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirməklə onların hissələrini toplamaqla kultivasiya edərək bu yolla satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə marixuananı hazırlayıb saxlamışdır. Belə ki, o, qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri əkibyetişdirməklə sonradan hazırladığı narkotik vasitəni satmaq qərarına gələrək istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə etdiyi 39 (otuz doqquz) ədəd əkibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkisi toxumlarını 2021-ci ilin mart ayında yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində əkərək, müntəzəm olaraq suvarmaqla, gübrə verməklə, dibini yumşaltmaqla, aqrotexniki qaydada qulluq edib qanunsuz olaraq tərkibində narkotik maddə olan 28200 qram (28kq 220qram) çəkidə 39 (otuz doqquz) ədəd çətənə kolu bitkilərini külli miqdarda yetişdirib kultivasiya etdikdən sonra əkilən toxumlardan becərdiyi çətənə kolu bitkilərinin yarpaqlarını toplayıb qurudaraq bu yolla satış məqsədi ilə qanunsuz olaraq cəmi 205,88 qram çəkidə kustar üsulla narkotik vasitə olan qurudulmuş marixuana hazırlayıb, evin otaqlarından birində karton qutusunun içərisində müvafiq olaraq 135 qram açıq formada, 0,698 qram, 0,539 qram, 0,653 qram, 0,505 qram, 0,466 qram, 0,499 qram, 0,537 qram, 0,502 qram təşkil edən 8 (səkkiz) ədəd kağız bükümdə, 5,481 qram kibrit qutusunda və 40 qram, 21 qram 2 ədəd sellofan torbada saxlamış, 24 iyul 2021-ci il tarixdə saat 19 radələrində Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ona məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə və evin həyətyanı sahəsinə baxış keçirilərkən qeyd edilən həmin kultivasiya olunmuş 28200 qram (28kq 220qram) çəkidə 39 (otuz doqquz) ədəd yaş vəziyyətdə çətənə bitkiləri və ümumi təmiz çəkisi 205,88 qram olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, çətənə bitkilərini şəxsi istifadəsi məqsədilə əkmişdir, lakin çətənə bitkilərinin sayı ittiham aktında qeyd olunan qədər olmamışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, ittiham aktında qeyd olunmuşdur ki, çətənə bitkilərinin yarpaqlarını satmışdır, amma çətənə bitkilərinin yarpaqları satılmır, onun qozaları satılır. Əkdiyi çətənə bitkiləri yetişməmiş onu tutmuşlar və ona satışla ittiham verilmişdir. O, verilən suallara cavab olaraq bildirmişdir ki, o, marixuanadan çoxdan istifadə etmişdir. 22-23 ədəd kol əkmişdir. Kolların hündürlüyünün nə qədər olmasını bilməmişdir. O, çətənə bitkilərini şəxsi istifadə məqsədilə əkmişdir. Çətənə bitkilərinin yarpaqlarını qurutmuşdur. Çətənə bitkilərinin yarpaqları satışa yararsız olmuşdur. Çətənə bitkilərinin yarpaqlarını kibrit qutusuna doldurmamışdır. Çətənə bitkilərini bükümlərə ayırmaqda məqsədi, istifadə edən zaman onların miqdarını bilmək olmuşdur. İbtidai istintaq zamanı verdiyim ifadəsini təsdiq etmişdir, lakin o, 39 ədəd yox, 22-23 ədəd kol əkmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, Abşeron rayonu Hökməli kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda valideyinləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 11 il olmuşdur ki, narkotik vasitə hesab olunan qurudulmuş marixuanadan siqaretin içərisinə doldurmaqla qəbul edir. Belə ki, təxminən 3 il olmuşdur ki, istifadə etdiyi marixuananın toxumlarını özündə yığıb saxlamışdır. Bundan sonra qərara gəlmişdir ki, həmin toxumları əkib becərsin. Buna görə də 2021-ci ilin mart ayından həmin toxumların 39 ədədini yaşadığı evin qarşı hissəsində olan torpaq sahəsində əkmişdir. Sonradan əkdiyi toxumlara qulluq göstərməyə başlamışdır. Həmin toxumlar böyüməyə başlayaraq kol kimi olmuşdur. Bundan sonra 24 iyul 2021-ci il tarixdə saat 19 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları onu Hökməli qəsəbəsində saxlayaraq dəvət olunan müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirtmişlər, sonradan isə yaşadığı evə və həyatyanı sahəyə baxış keçirəcəklərini bildirmişlər. O da etiraz etməmiş, bundan sonra dəvət olunmuş aqranom və onun iştirakı ilə yaşadığı evə daxil olmuşlar, evdə qonaq otağında döşəmənin üzərində qoyduğu kağız torbada qurutduğu marixuananı qablaşdıraraq götürmüşlər, sonra isə onun həyətyanı sahəsinə baxış keçirərkən həyətindən 39 ədəd yaş vəziyyətdə olan çətənə kollarını aşkar etmişlər. Həmin proses videoçəkilşlə çəkilmiş, bununla əlaqədar protokol tərtib edilmiş, protokol ona və iştirakçılara ucadan oxunmuş, o da oxuyub tanış olduqdan sonra həmin protokolların hər bir səhifəsinə imzalar etmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, toxumları özü marixuanadan istifadə etdiyi üçün saxlamış, sonradan isə öz həyətində əkmişdir. Həmin əkdiyi kollara qulluq edərək onların dibini yumşaltmış, o cümlədən teztez su vermişdir. O, psixi xəstəlik keçirməmiş, o cümlədən narkomaniyadan müalicə olunmamışdır. Narkotik vasitə olan qurdulmuş marixuananı və əkdiyi çətənə kollarını özü qəbul etmək üçün almış və əkmişdir. Satmaq fikri olmamışdır. Həmin çətənə toxumlarını özü marixuanadan istifadə etdiyi üçün saxlamış, sonradan isə əkmişdir. Onun mobil telefonu olmamış, mobil telefon işlətmir. Özü həmin qurudulmuş marixuananı əkdiyi kolların yarpaqlarından qurudub özü çəkir. Bölüb ayrı-ayrılıqda qoymuşdur ki, hər dəfə həmin miqdarda istifadə etsin. Satmaq fikri olmamışdır. Ona polis əməkdaşları tərəfindən heç bir təzyiq olunmamış, etdiyi əməlini səmimi olaraq etiraf edir. (cild 1, vərəqə187-190) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı tam, məhkəmə istintaqı zamanı isə etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş aqronom Şahid3 ifadəsində göstərdi ki, 24 iyul 2021-ci il tarixdə Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin əməkdaşları onu Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilməsində iştirak etməyə dəvət etmişdirlər. O, onlarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişdir. Polis əməkdaşları videoçəkilişlə Təqsirləndirilən şəxs evinə və həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişdirlər. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirmişdir. Bundan sonra polislər Təqsirləndirilən şəxs həyətyanı sahəsinə və evinə baxış keçirdikdə onun həyətindən ümumilikdə 39 ədəd torpaqda əkilmiş yaşıl rəngli spesifik qoxuya malik narkotik tərkibli çətənə koluna oxşar bitkilər aşkar etmişdirlər. Bundan sonra o, mütəxəssis aqranom kimi Təqsirləndirilən şəxs təqdim etdiyi 39 ədəd kollara baxmış, kollara aqrotexniki qaydada qulluq olunmasını müəyyən etmiş, bu barədə fikrini bildirmiş və bu barədə rəy yazıb polislərə təqdim etmişdir. Kolları 2 yerə bölməmişdirlər. İbtidai istintaq zamanı verdiyi ifadəmi təsdiq etmişdir. Şahid Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin əməliyyat müvəkkili Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, «Təqsirləndirilən şəxs» adlı şəxsin külli miqdarda qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıması və qanunsuz olaraq yaşadığı evin həyətində narkotik tərkibli bitkilərin əkilib becərilməsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Qobu PB-nin polis sahə rəisi, polis kapitanı Şahid2 iştirakı ilə tərəfindən 21 avqust 2021-ci il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2021-ci il tarixdə o və əməliyyat qrupunun digər iştirakçısı Şahid2 Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıması və qanunsuz olaraq yaşadığı evin həyətində narkotik tərkibli bitkilərin əkilib becərilməsi ilə məşğul olmasında şübhəli olaraq Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış sahəsində saxlayaraq, sonuncuya özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar Pirəliyə külli miqdarda qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıması və qanunsuz olaraq yaşadığı evin həyətində narkotik tərkibli bitkilərin əkilib becərilməsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib evinə, həyatyanı sahəsinə və üzərinə baxış keçirməyə hər hansı bir etirazının olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşmış və yaşadığı evin həyətində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə orada Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs üzərində hər hansı əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə qarşı hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs buna heç bir etirazının olmadığını bildirdikdə, sonuncunun üzərində şəxsi axtarış keçirilmiş və axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi, gəzdirilməsi və saxlanması qadağan edilmiş hər hansı bir əşya və ya başqa qanunsuz maddə aşkar olunmamışdır. Bundan sonra onlar baxış keçirmək üçün Təqsirləndirilən şəxs yaşadığı evin içərisinə daxil olmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs evdə qanunla dövriyyəsi qadağan olan hər hansı bir əşyanın olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs evin otaqlarından birində bir ədəd kardon qutuda, qutunun içərisində səkkiz ədəd ağ rəngli bükülü kağızda və bir ədəd kibrit qutusunda, bundan başqa boz-palıdı rəngli kağız parçanın üzərində saxladığı yaşıl rəngli, qurudulmuş ot formalı spesifik qoxuya malik, narkotik vasitə olan marixuanaya bənzər kütlələri və iki ədəd şəffaf sellofanda tam qurumamış çətənə kolunun budaqlarına bənzər bitkiləri təqdim etmişdir. Boz-palıdı rəngli kağız parçanın üzərində saxladığı yaşıl rəngli, qurudulmuş ot formalı spesifik qoxuya malik, narkotik vasitə olan marixuanaya bənzər kütlə karton qutudakı digər qurudulmuş marixuanaların üzərinə əlavə olundu. Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə ətraflı baxış keçirilsə də, həmin evdən iş üçün əhəmiyyət kəsb edəcək əlavə əşya, predmet və ya maddə aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış keçirilməyə başlanmış və baxış zamanı sözügedən həyətdən ayrı-ayrı bir-birinə yaxın olan 0,05 ha torpaq sahəsindən birincisində 16, ikincisində 23 olmaqla ümumilikdə 39 ədəd torpaqda əkilmiş yaşıl rəngli spesifik qoxuya malik narkotik tərkibli çətənə koluna oxşar bitkilər aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs həmin çətənəyə oxşar bitkiləri şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. Daha sonra 39 ədəd çətənə kollarına bənzər bitkilər orada olan şəxslərin gözü qarşısında qablaşdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq yaşadığı evdən və həyətyanı sahəsindən aşkar olunmuş narkotik vasitələri və çətənə bitkilərini özü istifadəsi üçün əkib becərdiyini və qurudaraq evində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs külli miqdarda qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıması və qanunsuz olaraq yaşadığı evin həyətində narkotik tərkibli bitkilərin əkilib becərilməsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən onlara məlumat daxil olmuşdur. Onlarda həmin məlumat əsasında əməliyyat tədbiri keçirərək Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Bu faktı özü və baxışda iştirak edən şəxslərdə təsdiq edə bilərlər. Şahid Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin polis sahə rəisi Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmədə ifadəsi elan edilmiş polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 aprel 2021-ci il tarixli “Əməliyyat-axtarış təbdirlərinin keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Hökməli qəsəbəsində qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıması, satması və qanunsuz olaraq yaşadığı evin həyətində narkotik tərkibli bitkilərin əkilib becərilməsi barədə daxil olan məlumata əsasən onun ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. (cild 1, vərəqə 5, 91) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş şəxsi axtarış keçirilməsi haqqında 24 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən evinin həyətində şəxsi axtarış keçirilən zaman üzərindən heç bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. (cild 1, iş vərəqə 32-34) “Şəxsi axtarış keçirilməsi haqqında” 24 iyul 2021-ci tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş baxış keçirilməsi haqqında 24 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən evinə və evin həyətyanı sahəsinə baxış keçirilərkən evin içərisindəki otaqlardan birində bir ədəd kardon qutuda, qutunun içərisində səkkiz ədəd ağ rəngli bükülü kağızda və bir ədəd kibrit qutusunda, bundan başqa boz-palıdı rəngli kağız parçanın üzərində saxladığı yaşıl rəngli, qurudulmuş ot formalı spesifik qoxuya malik, narkotik vasitə olan marixuanaya bənzər kütlələr və iki ədəd şəffaf sellofanda tam qurumamış çətənə kolunun budaqlarına bənzər bitkilər, yaşadığı evin həyətyanı sahəsindən 16 ədəd və 23 ədəd kökləri üstündə olan çətənə koluna oxşar bitkilər aşkar olunaraq götürülmüşdür. . (cild 1, iş vərəqə 35-37) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 10 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Abşeron rayon Pİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş bir ədəd ağ rəngli DVD formatlı diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə olan “VİD_20210724_161308” adlı video formatlı faylda əks edilmiş görüntülər 24 avqust 2021-ci il tarixdə saat 19:05-də qeydə alınır. Videonun qeydə alındığı yer Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış sahəsidir. Baxış zamanı Təqsirləndirilən şəxs evində narkotik vasitələrin əkilib becərilməsində və eyni zamanda şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlamaqda şübhəli olduğu bildirilib evinə, üzərinə və həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olubolmadığı soruşulur. Təqsirləndirilən şəxs axtarışa heç bir etirazının olmadığını bildirdikdə sonuncuya hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir qanunsuz əşya və ya maddə olub-olmaması, olduğu halda onları könüllü təqdim etməsi təklif edildi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan olunmuş əşya, narkotik vasitə və psixotrop maddə olmadığını bildirdi. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi baxış keçirildi və onun üzərindən qanunla qadağan edilmiş predmet aşkar edilmədi. Videogörüntünün davamında isə baxışın davam etdirilməsi üçün polis əməkdaşları və Təqsirləndirilən şəxs evə daxil olur. DVD diskdə olan “VİD_20210724_163154” adlı video formatlı faylda əks edilmiş görüntülərin qeydə alındığı yer Təqsirləndirilən şəxs yaşadığı evin otaqlarından biridir. Sonuncunun yaşadığı evə baxış keçirilən zaman evin içərisindəki otaqlardan birində bir ədəd kardon qutuda, qutunun içərisində səkkiz ədəd ağ rəngli bükülü kağızda və bir ədəd kibrit qutusunda, bundan başqa boz-palıdı rəngli kağız parçanın üzərində saxladığı yaşıl rəngli, qurudulmuş ot formalı spesifik qoxuya malik, narkotik vasitə olan marixuanaya bənzər kütlələr və iki ədəd şəffaf sellofanda tam qurumamış çətənə kolunun budaqlarına bənzər bitkilər aşkar olundu. Bundan sonra həmin kütlələr görüntüdəki şəxslərin gözü qarşısında qablaşdırılır və möhürlənir. Videogörüntünün davamında keçirilən axtarış zamanı evin digər hissələrindən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkdiyi yeri göstərməsi tələb edilir. Təqsirləndirilən şəxs buna etiraz etməyib yaşadığı evin həyətyanı sahəsində olan 0,05 ha sahədə əkdiyi 16 ədəd kökləri üstündə olan çətənə koluna oxşar bitkiləri göstərir. Bundan sonra Təqsirləndirilən şəxs həmin ərazidən bir qədər aralıda 0,05 ha sahədə əkdiyi 23 ədəd kökləri üstündə olan çətənə koluna oxşar bitkiləri əkdiyi yeri də göstərir və beləəcə sonuncunun evindən 39 ədəd çətənə koluna oxşar bitkilər aşkar edilir. Həmin bitkilər kökləri ilə birlikdə torpaqdan çıxarıldıqdan sonra görüntüdəki şəxslərin gözü qarşısında qablaşdırılır və möhürlənir. (cild 1 iş vərəq 131-132) “Baxış keçirilməsi haqqında” 24 iyul 2021-ci tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 25 iyul 2021-ci il tarixli, 7/708 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Təqdim etdi:Təqsirləndirilən şəxs...» yazısı və imazalar olan göy rəngli polietilen bağlamadakı bir ədəd karton qutunun içərisində təmiz çəkisi 135 qram, 01(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,481 qram, 08 (səkkiz) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,698 qram, 0,539 qram, 0,653 qram, 0,505 qram, 0,466 qram, 0,499 qram, 0,537 qram, 0,502 qram, 02 (iki) ədəd sellofan torbada ayrıayrılıqda təmiz çəkiləri 40,0 qram və 21 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 205,88 qramdır. Tədqiqata təqdim edilmiş üzərində «Təqdim etdi: İmamcanov...» yazısı və imzalar olan 05 (beş) ədəd sintetik torbalarda sayı 39 (otuz doqquz) ədəd yaş vəziyyətdə ümumi çəkisi 28220 (28kq220qram) qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. (cild 1 iş vərəq 47-49) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Məhkəmə-narkoloji ekspertizasının 04 avqust 2021-ci il tarixli 2676 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1 iş vərəq 138-139) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş aqronomun 24 iyul 2021-ci il tarixli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən həyətyanı sahədəki iki ədəd bostan tipli ərazinin birində 16 ədəd, digərində isə 23 ədəd kökləri üstündə olan çətənə kolunaoxşar bitkilər aşkar olunmuş, ümumi sayı 39 olan həmin bitkilərdən 12-nin uzunluğu 30-35 sm, 11-nin uzunluğu 40-50 sm, 6-nın uzunluğu 70-80 sm, 8-nin uzunluğu 1,2-1,3 metr, 2 ədədinin uzunluğu isə 1,6 metrdir, bitkilərin diblərində çalalar açılması, suvarılması, alaq otlarından təmizlənməsi və sair kimi əlamətlərinə əsasən, həmçinin boyuna və ölçülərinə uyğun olaraq həmin bitkilərə aqrotexniki qaydada qulluq edilməsi müəyyən edilir. (cild 1 iş vərəq 42) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Maddi sübut kimi tanınma və təhvil vermə barədə” 26 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş, ekspertiza tədqiqatından sonrakı ümumi qalıq çəkisi təmiz çəkisi 135 qram, 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,481 qram, 08 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,698 qram, 0,539 qram, 0,653 qram, 0,505 qram, 0,466 qram, 0,499 qram, 0,537 qram, 0,502 qram, 02 ədəd selofan torbada ayrı-ayrılıqda təmiz çəkiləri 40,0 qram və 21 qram ümumilikdə 205,88 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və yaşadığı evin həyətyani sahəsindəki baxçadan qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi, yaş vəziyyətdə ümumi çəkisi 28220 (28 kq,220 qram) qram olan 39 (otuz doqquz) ədəd, külli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkiləri saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. (cild 1 iş vərəq 85-86) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Hökməli qəsəbə İƏDÜ nümayəndəliyindən daxil olmuş Təqsirləndirilən şəxs barəsində olan ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Hökməli qəsəbə, Dağlıq küçəsində 22 saylı evdə tək yaşayalr. Hökməli qəsəbə İƏDÜ nümayəndəliyindən daxil olmuş Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Hökməli qəsəbə İƏDÜ nümayəndəliyinə şifahi və yazılı şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə107-108) Məhkəmə, Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar olunmuş narkotik vasitələri satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən qurudulmuş «marixuana» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində göstərilmişdir ki, narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik xassəli bitkilərin əkilməsi, becərilməsi və ya yetişdirilməsidir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, narkotik xassəli bitkilərin hasil edilməsinə və narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hər hansı digər hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 19-cu bəndində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Çətənə (kannabis) bitkisi Azərbaycan Respublikasının 2005-ci ilin 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikası ərazisində “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər” siyahısına aiddir ( siyahı İİİ ). Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 94-cü maddəsinin 7-ci bəndi, 93-3-cü maddəsinin 3-cü hissəsi, 215, 220-2.1, 38-ci maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (cild 1, iş vərəqə 103-110) xx.xx.1960-cı il tarixli Azərbaycan SSR Cinayət Məcəlləsinin məzmunundan görünür ki, həmin Məcəllədə xüsusilə ağır cinayət anlayışı olmamışdır. Həmin Məcəllənin 7-1-ci maddəsinə əsasən, 94-cü maddə ağır cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 53-cü maddəsinin 7-ci bəndinə əsasən on ildən artıq azadlıqdan məhrum olunmağa məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən səkkiz il ərzində yeni cinayət törətməmişlərsə məhkumluğu ödənilmiş sayılır. Hazırda qüvvədə olan AR CM-nin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, təqsirləndirilən şəxsin məhkum olunduğu əməl hazırkı Cinayət Məcəlləsində xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilsə də, köhnə redaksiyadakı Cinayət Məcəlləsində ağır cinayətlər kateqoriyasına aid olmuş, təqsirləndirilən şəxsin cəzasının sonu xx.xx.2014-cü il tarixdən hazırkı hadisənin baş verdiyi tarixə xx.xx.2021-ci il tarixədək 6 ildən çox müddət keçmişdir. Ona görə də məhkəmə CM-nin 10.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə məhkum olunduğu əmələ görə cinayətlərin təsnifatına münasibətdə xx.xx.1960-cı il tarixli Azərbaycan SSR Cinayət Məcəlləsinin 7-1-ci maddəsinin tətbiq olunmasını, məhkumluğun ödənilməsinə münasibətdə isə hazırda qüvvədə olan CM-nin 83.3.4-cü maddəsinin tətbiq olunmasını əsaslı hesab edir. Odur ki, ittiham aktında cinayətlərin residivi Təqsirləndirilən şəxs CM-nin 61.1.1-ci maddəsi ilə cəzasını ağırlaşdıran hal kimi qeyd edilsə də,təqsirləndirilən şəxsin əməllərində cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 24 iyul 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 24 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işində olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan – ümumilikdə 205,88 qram olan narkotik vasitə qurudulmuş marixuana və ümumi çəkisi 28220 (28 kq,220 qram) qram olan 39 (otuz doqquz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləridır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 78,82 manat (yetmiş səkkiz manat səksən iki qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. (cild 1, iş vərəqə 47). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi üzrə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanəlsın. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 24 iyul 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, qeydiyyatda olduğu ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-də saxlanılan – qalıq çəkisi 205,64 qram olan narkotik vasitə qurudulmuş marixuana və qalıq çəkisi 28219,22 (28 kq, 219,22 qram) qram olan 39 (otuz doqquz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 78,82 manat (yetmiş səkkiz manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar