Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-350/2024 16.01.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X11 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və X8 Müdafiəçi-Sumqayıt Şəhər Sumqayıt regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1992-ci ildə İsmayıllı rayonu, Qubaxəlilli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkum olunmamış, Laçın rayonu, Zerti kəndində qeydiyyatda olub, tutulana qədər Sumqayıt şəhəri, 76- cı məhəllə ev 151 -də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə 3 X7 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd bükümdə ümumi təmiz çəkisi 251,8 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, səthində narkotik vasitə heroinə məxsus izlər olan 01 ədəd gümüşü rəngli elektron tərəzini və 01 ədəd gümüşü rəngli qaşığı arabir kirayədə yaşadığı ünvan 1 ünvanında gizlətməklə saxlamış, 06 iyun 2023-cü il tarixdə Sumqayıt şəhər polis İdarəsinin Cinayət-axtarışı şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 17:25-də Sumqayıt şəhəri, Bakı küçəsində yerləşən Sumqayıt avtovağzalının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilib, üzərinə şəxsi axtarış keçirildikdən sonra əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 19:44-dən saat 19:52-yə qədər olan müddət ərzində polis əməkdaşları tərəfindən arabir kirayədə yaşadığı ünvana baxış keçirilən zaman mənzilin eyvanında olan dolabda gizlətdiyi 01 ədəd bükümdə ümumi təmiz çəkisi 251,8 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, səthində narkotik vasitə heroin izləri olan narkotik vasitənin satışında çəkinin müəyyən edilməsi üçün istifadə edilən 01 ədəd gümüşü rəngli elektron tərəzi və 01 ədəd gümüşü rəngli qaşıq aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 -ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsilə təqsirli bildiyini qeyd edib sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, ankoloji xəstəliyi olduğu üçün tramadol dərmanından istifadə edir və narkotikin satışı ilə məşğul olmadığını onda aşkar edilmiş nakotik vasitəni şəxsi istifadəsi üçün aldığını heç kəsə satmadığını pay vermədiyin bildirdi. Həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, tutularkən polis əməkdaşları tərəfindən hər hansı bir qanunsuz təsirə və təzyiqə məruz qalmadığını qeyd etdi. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmaqla araşdırılan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini bildirmişdir ki, əvvəllər məhkum olunmamış, heç vaxt ruhi-əsəb xəstəliyi keçirməmiş və bununla bağlı müalicə almamışdır. xx.xx.2023-cü il tarixdə saat 17:25 radələrində Sumqayıt şəhəri Bakı küçəsi, Sumqayıt Avtovağzalının yaxınlığında idarə etdiyi avtomobildə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirərək onu araşdırma aparılmasından ötrü Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Həmin vaxt yanında arvadı Şahid4 da olmuşdur. O, polis əməkdaşlarının təklifi ilə razılaşmış və birlikdə Sumqayıt ŞPİ-yə gəlmişlər. Həmin vaxt arvadı da onunla birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində olan zaman ona üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o, buna etiraz etməmişdir. Onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X9 təqdim olunmuş, o, təqdim edilmiş vəkilə heç bir etiraz etmədiyini bildirmişdir. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif olunduqda özü əynində olan qara rəngli şalvarın sol yan cibində saxlamış olduğu 1 ədəd ağ rəngli dərman konvalyutunu təqdim etmişdir. Həmin konvalyuta baxış zamanı üzərində “Royal” yazılarının olduğu, konvalyutun içərisində 6 ədəd həblərin olduğu görülmüşdür. Sorğu zamanı o, təxminən 5 gün əvvəl İnstagram sosial şəbəkəsində tanımadığı şəxsin ona mesaj yazaraq özünü Zərgər adlı İran vətəndaşı kimi təqdim etdiyini, həmin şəxsin ona narkotik vasitələr göndərməsini, həmin narkotik vasitələri dediyi ünvanlara çatdırdıqdan sonra ona pul verəcəyini təklif etdiyi üçün həmin şəxsin təklifi ilə razılaşdığını, daha sonra Zərgər adlı İran vətəndaşının ona narkotik vasitələr göndərdiyini, həmin narkotik vasitələri əldə edərək kirayələyərək ara-sıra yaşadığı ünvan 3 ünvanına aparıb orada saxladığını, daha sonra 2 gün əvvəl İran vətəndaşının sifarişi ilə həmin narkotik vasitələri götürüb 5-6 ədəd ünvanlara çatdırıb, həmin ünvanları İran vətəndaşı olan Zərgər adlı şəxsə yolladığını, lakin Zərgərin ona söz vermiş olduğu 400 manat pulu göndərmədiyi üçün qalan narkotik vasitələri hələdə kirayələdiyi ünvanda saxladığını, üzərindən aşkar olunmuş “Royal” həblərini İran vətəndaşının narkotik vasitələr ilə birlikdə ona yolladığını, xərçəng xəstəsi olduğu üçün həmin həblərdən 4 ədədini istifadə etdiyini, araşdırma zərurəti ilə əlaqədar olaraq polis əməkdaşlarının kirayələdiyi ünvana, idarə etdiyi avtomobilə baxış keçirməsinə etiraz etmədiyini bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş 1 ədəd üzərində “Royal” yazıları olan dərman konvalyutu içərisindəki 6 ədəd həblər ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Onun üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilmiş Huavei markalı mobil telefon əhəmiyyət kəsb etdiyindən götürülmüş və xüsusi qaydada qablaşdırılaraq möhürlənmiş, şəxsiyyət vəsiqəsi iş materiallarına əlavə edilmiş, 1 ədəd mənzil açarı, 1 ədəd avtomobil açarı, Birbank plastik kartı isə əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Bundan sonra üzərinə axtarış keçirilən zaman üzərindən qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və maddə aşkar edilməmişdir. O, şəxsi axtarış zamanı vəkili X9 tərəfindən verilən suallara cavab olaraq polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə işgəncələrə məruz qalmadığnı bildirmişdir. Bundan sonra polis əməkdaşları və vəkili ilə birlikdə yaşadığı ünvana yollanmışlar. Yaşadığı ünvanın qarşısında olan zaman videoçəkiliş vasitəsilə onun yaşadığı ünvana baxış keçiriləcəyi bildirilmişdir. O, buna heç bir etiraz etməyib, kirayə yaşadığı ünvanın qapısını açmış və içəri daxil olmuşlar. Ona yaşadığı ünvanda hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub- olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. O, özü qonaq otağında sonra yerləşmiş qapalı eyvanda sol tərəfdə yerləşmiş dolabın 3-cü gözünü açaraq orada saxlamış olduğu tünd qırmızı rəngli dəri torbanı təqdim etmişdir. Həmin torba açılan zaman içərisində 1 ədəd qırmızı sellofan paketin, həmin paketin içərisində başqa qarışıq rəngli torbanın, həmin torbanın içərisində 1 ədəd karton qutunun, 1 ədəd şəffaf sellofan bükümün, 1 ədəd gümüşü rəngli qaşığın olduğu müəyyən edilmişdir. Daha sonra aşkar edilən karton qutu açılan zaman həmin qutunun içərisində işlək vəziyyətdə gümüşü rəngli markası olmayan elektron tərəzinin olduğu, şəffaf sellofan bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin”ə bənzər maddənin olduğu müəyyən edilmişdir. Həmin vaxt kirayələyərək ara-sıra yaşadığı ünvandan aşkar olunmuş 1 ədəd şəffaf sellofan bükümün içərisində olan qəhvəyi rəngli maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin 267,85 qram olduğu müəyyən edilmişdir. Aşkar olunmuş həmin maddə, elektron tərəzi və gümüşü qaşıq ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Sorğu zamanı kirayələyərək ara-sıra yaşadığı ünvandan aşkar edilmiş maddələrin narkotik vasitə olduğunu, həmin narkotik vasitələri İran vətəndaşından əldə etdiyini elektron tərəzini və qaşığı İran vətəndaşının həmin maddələr ilə birlikdə yolladığını, lakin onlardan istifadə etmədiyini bildirmişdir. Bundan sonra Sumqayıt ŞPİ-nin həyətində onun idarə etdiyi «Opel Astra» markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin avtomobilindən qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən, Pİ-nə gətirilərkən, habelə Pİ-də olan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki təsir və təzyiq göstərilməmiş, barəsində aparılan araşdırma ilə bağlı heç bir şikayət və tələbi yoxdur. O, narkotik vasitələrin satışı ilə məşğul olmur. Həmin narkotik vasitəni və tramadol adlı dərmanı öz şəxsi istifadəsi üçün saxlamışdır. Üzərindən aşkar olunmuş Tramadol adlı dərmanı və evindən aşkar olunmuş narkotik vasitə heroini o, İran vətəndaşından əldə etməmiş, həmin maddələri Bakı şəhərində 20 Yanvar dairəsinin yaxınlığında tanımadığı şəxsdən əldə etmiş və şəxsi istifadəsi üçün saxlamışdır. Üzərinə şəxsi axtarış keçirilən zaman və izahat verən zaman düşünmüşdür ki, bəlkə narkotik vasitə ilə heç bir əlaqəsinin olmadığını və ona məxsus olmamaqla İran vətəndaşından aldığını desə bəlkə məsuliyyəti yüngül olar. Lakin sonradan bunun heç bir nəticə vermədiyini başa düşmüş və buna görə həqiqəti danışmaq qərarına gəlmişdir. Həmçinin İran vətəndaşının torbada ona qaşıq göndərməsi o qədər də inandırıcı deyil. O, aldığı narkotik vasitəni evinə gətirdikdən sonra həmin narkotik vasitədən hər dəfə istifadə edərkən özünə məxsus elektron tərəzidə ölçmüş və miqdarını müəyyən edib istifadə etmişdir. Narkotik vasitəni hər dəfə tapmaq olmadığı üçün o, birdəfəlik çox almışdır ki, hər dəfə istədikcə ondan istifadə etsin. Narkotik vasitə aldığı şəxsi o, tanımır, əlaqə nömrəsi, harada yaşaması, adı və ya başqa məlumatları barədə heç bir məlumatı yoxdur. Arvadı Humayın onun Sumqayıt şəhərində kirayə ev tutmağından və orada narkotik vasitə saxlamağından məlumatı olmamışdır. Üzərinə şəxsi axtarış keçirilən zaman narkotik vasitəni sosial şəbəkədə tanış olduğu Zərgər adlı İran vətəndaşından əldə edib İran vətəndaşının dediyi ünvanlara çatdıracağı, bunun müqabilində İran vətəndaşının ona 400 manat pul verəcəyini yalandan demişdir ki, bəlkə məsuliyyəti yüngülləşər. Lakin sonradan bunun heç bir mənasının olmadığını düşünüb hər şeyi olduğu kimi danışmaq qərarına gəlmişdir. O, ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadə etmişdir. Təqsirləndirilən şəxs ifadəsində eyni zamanda özünü təqsirli bildiyi əməlindən peşiman olduğunu, bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsinə dair məhkəməyə verdiyi ifadəsi ilə yanaşı, məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla da təsdiq olundu. Məhkəmə baxışında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin Cinayət-axtarışı şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, 06 iyun 2023-cü il tarixdə ona Rəşad adlı şəxsin külli miqdarda narkotik vasitə və psixotrop maddəni üzərində gəzdirməsi, kirayələyərək ara-sıra yaşadığı ünvan 1 ünvanında, habelə idarə etdiyi avtomobildə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Tərəfindən keçirilən tədbirlər nəticəsində Rəşad adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra o, dərhal rəhbərliyə raportla müraciət etmiş və tərəfindən təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar əsasında idarə rəisi tərəfindən müvafiq əmrlə ondan, Cinayət-axtarışı şöbəsinin əməliyyat müvəkkili Şahid2, Cinayət-axtarışı şöbəsinin kiçik inspektoru Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Tərəflərindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 06 iyun 2023-cü il tarixdə, saat 17:25-də Sumqayıt şəhəri, Bakı küçəsində Sumqayıt Avtovağzalının yaxınlığında idarə etdiyi «Opel Astra» markalı 99- NK-652 dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılmış və həmin vaxt avtomobildə arvadı Şahid4 da olmuş və onlar daxil olmuş əməliyyat məlumatı ilə bağlı məlumat verib onların hər ikisini Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs və Hümay Hüseynova da etiraz etməyib onlarla birlikdə Sumqayıt ŞPİ-yə gəlmişlər. Sumqayıt ŞPİ-də olarkən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Ələsgər Məmmədov dəvət olunmuşdur. Müdafiəçi gələndən sonra Təqsirləndirilən şəxs hüquqları izah olunmuş və üzərində qeyri qanuni əşya vardırsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd dərman konvalyutunu, şalvarının ciblərində olan 01 ədəd mənzil açan, 01 ədəd avtomobil açarı, 01 ədəd bank kartı, 01 ədəd mobil telefonu çıxarıb təqdim etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi konvalyutda olan həblərin ona instagram sosial şəbəkəsində tanış olduğu İran vətəndaşı Zərgər adlı şəxsin verdiyini, özünün xərçəng xəstəsi olduğundan ağrı kəsici kimi həmin dərmandan qəbul etdiyini, həmçinin İran vətəndaşı Zərgər adlı şəxsin ona 5 gün əvvəl narkotik vasitələr göndərdiyini, onları kirayələyib ara- sıra yaşadığı ünvan 1 ünvanına aparıb saxladığını, həmin şəxsin tapşırığı ilə 2 gün əvvəl həmin narkotik vasitələrdən deyilən 5-6 ədəd ünvanlara çatdırdığını, bunun müqabilində İran vətəndaşının ona 400 manat pul verəcəyini, lakin göndərmədiyi üçün qalan narkotik vasitələri kirayələdiyi mənzildə saxladığını, təqdim etdiyi dərman həbini də ona İran vətəndaşının narkotik vasitələrlə birlikdə göndərdiyini, həmin həblərdən istifadə etdiyini, ara-sıra yaşadığı kirayə tutduğu evə və avtomobilinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi konvalyut, mobil telefon qablaşdırılaraq götürülmüş, digər əşyalar isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Daha sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Sonra Təqsirləndirilən şəxs, müdafiəçisi və polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs ara-sıra kirayələyib yaşadığı ünvan 4 ünvanına gedilmişdir. Orada Təqsirləndirilən şəxs özündə olan açarla mənzilin qapısını açdıqdan sonra sonuncuya evdə qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə təqdim etməsi təklif olunduqda, Təqsirləndirilən şəxs evin qonaq otağından dəhlizə daxil olduqda sol tərəfdə yerləşən dolabın aşağı 3-cü gözünü açıb oradan bir ədəd qırmızı rəngli dəri torbanı çıxarıb təqdim etmişdir. Həmin torba açıldıqda içərisindən bir ədəd qırmızı rəngli sellofan paket, onun içərisində isə çox rəngli bir ədəd sellofan paketin içərisindən 01 ədəd işlək vəziyyətdə olan elektron tərəzi, 01 ədəd qaşıq, 01 ədəd qəhvəyi rəngli maddə olan sellofan büküm aşkar olunmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs qeyd olunan qəhvəyi rəngli maddəni, elektron tərəzini və qaşığı ona İran vətəndaşı Zərgər adlı şəxsin göndərdiyini bildirmişdir. Aşkar olunmuş bir ədəd qəhvəyi rəngli maddə olan sellofan büküm sıfırlanmış elektron tərəzi vasitəsilə ölçüldükdə çəkisinin 267,85 qram olması müəyyən olunmuşdur. Sonra aşkar olunmuş maddə və əşyalar təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs icazəsi ilə təhqiqatçı tərəfindən mənzilə baxış keçirilsə də, başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs, müdafiəçisi və polis əməkdaşları ilə Sumqayıt ŞPİ-yə qayıdaraq polis idarəsinin həyətində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilmiş, lakin baxış zamanı hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin Cinayət-axtarışı şöbəsinin əməliyyat müvəkkili Şahid2 və kiçik inspektoru Şahid3 Şahid1 ilə eyniməzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş X3 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir, birgə nikahlarından 2 övladları vardır. 06 iyun 2023-cü il tarixdə saat 17 radələrində əri Təqsirləndirilən şəxs idarə etdiyi «Opel Astra» markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhərində avtovağzalın yaxınlığında olarkən bir neçə nəfər polis əməkdaşı onlara yaxınlaşmışlar və əri Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib, ərini Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Həmin vaxt Rəşad polis əməkdaşları ilə razılaşmış və onlar birlikdə Sumqayıt ŞPİ-yə gəlmişlər. Həmin gün əri Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-də şübhəli şəxs qismində saxlanılmış və üzərindən tramadol adlı dərman, Sumqayıt şəhərində kirayə tutduğu mənzildən isə narkotik vasitə aşkar olunduğu üçün barəsində Sumqayıt ŞPİ-nin İstintaq şöbəsində cinayət işi başlanılmışdır. Qeyd etmişdir ki, onun əri Təqsirləndirilən şəxs Sumqayıt şəhərində 13-cü mikrorayon ərazisində ayrıca mənzili kirayə tutmasından məlumatı olmamış, bu barədə polis idarəsinə gəldikdən sonra bilmişdir. Ümumiyyətlə əri Rəşadın narkotik vasitələrdən istifadə və ya satması ilə məşğul olub-olmamasından məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1992-ci ildə İsmayıllı rayonu Qubaxəlilli kəndində anadan olmuş, Laçın royunu Zerti kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən fərdi evdə daimi, ünvan 5 ünvanında ara-sıra yaşayan Təqsirləndirilən şəxs küllü miqdarda narkotik vasitələr, psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması, kirayələdiyi ünvan 5 ünvanında, habelə idarə etdiyi “OPEL ASTRA” markalı **-NK-*** dövlər qeydiyyat nişanlı avtomobilində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1992-ci ildə İsmayıllı rayonu Qubaxəlilli kəndində anadan olmuş, Laçın royunu Zerti kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən fərdi evdə daimi, ünvan 5 ünvanında ara-sıra yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə xx.xx.1992-ci ildə İsmayıllı rayonu Qubaxəlli kəndində anadan olmuş, Laçın royunu Zerti kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən fərdi evdə daimi, ünvan 5 ünvanında ara-sıra yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində gəzdirməsi, saxlaması və satışı şübhəsi ilə Sumqayıt şəhəri Bakı küçəsi, Sumqayıt Avtovağzalının yaxınlığında saxlanılaraq Sumqayıt Rayon Polis İdarəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən üzərində “Royal” yazıları olan 01 ədəd dərman konvalyutunun içərisindəki 6 ədəd həblər Azərbaycan Respublikası ƏN-nın MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarışın əks olunduğu video görüntü diskə köçürülərək protokola əlavə olunuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ara-sıra kirayədə yaşadığı ünvan 6 ünvanına gedilmiş, orada Təqsirləndirilən şəxs, müdafiəçisi, təhqiqatçı və digər polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs kirayələdiyi mənzildə qonaq otağından dəhlizə çıxışda sol tərəfdə olan dolabın 3-cü gözündən 1 ədəd qırmızımtıl rəngli dəri torban aşkar olunur, torba içərisində bir ədəd qırmızı rəngli sellofan paket, onun içərisində isə çox rəngli bir ədəd sellofan paketin içərisindən 01 ədəd işlək vəziyyətdə olan elektron tərəzi, 01 ədəd qaşıq, 01 ədəd qəhvəyi rəngli maddə olan sellofan büküm aşkar olunur və aşkar olunmuş bir ədəd qəhvəyi rəngli maddə olan sellofan büküm sıfırlanmış elektron tərəzi vasitəsilə ölçüldükdə çəkisinin 267,85 qram olması müəyyən edilən maddə, elektron tərəzi və gümüşü qaşıq Azərbaycan Respublikası ƏN-nın MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Baxış keçirilməsi və götürmənin əks olunduğu video görüntü diskə köçürülərək protokola əlavə olunuşdur. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 07 iyun 2023-cü il tarixli, 6/3203 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....» sözləri olan zərfdəki üzərində «Tramadol Hydrochloride 225 mg» göstəricisi olan 1 ədəd blisterdə 6 ədəd qırmızı rəngli dairəvi formalı dərman həblərinin əsas təsiredici maddəsi tramadoldur və həmin həblərin tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 1,350 qram təşkil edir, üzərində «...(imza) Təqsirləndirilən şəxs...» sözləri olan bağlamadakı bir ədəd bükümdə təmiz çəkisi 251,8 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd elektron tərəzinin və bir ədəd gümüşü rəngli qaşığın səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 08 iyun 2023-cü il tarixli, 872 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 14 iyun 2023-cü il tarixli, 3765 nömrəli rəyində göstərilmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə təyin edilmiş komisyon məhkəmə-tibbi ekspertizasının 26 sentyabr 2023-cü il tarixli,646 nömrəli rəyində göstərilmişdir ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs düçar olduğu sidik kisəsinin törəməsi ilə əlaqədar ona TUR əməliyyatı keçirilmiş və aparılmış pahistoloji müayinə cavabında onda non invaziv papilyar karsinomanın olduğu müəyyən edilmişdir. Qeyd olunan patologiya ONKOLOJİ xəstəliklər təsnifatına aid olub və xroniki gedişlidir. Təqsirləndirilən şəxs hazırki sağlamlıq durumu ilə əlaqədar onunla istintaq hərəkətlərinin aparılması mümkündür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan cinayət işi xx.xx.2022-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində xx.xx.2022-ci il tarixdə hazırlıq iclası keçirilmiş və hazırda həmin iş məhkəmənin icraatındadır. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Şahid4 ilə xx.xx.2016-cı ildə nikaha daxil olmuşdur. İş materiallarına əlavə olunmuş sənədlərin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü və xx.xx.2018-ci il təvəllüdlü iki azyaşlı övladı vardır. İş materiallarına əlavə olunmuş Bakı Potoloji Mərkəzindən alınmış sənəddən müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilmiş Tümör- atipik urotelial epitel ilə örtülü papilyar strukturlardan ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə xx.xx.1992-ci ildə İsmayıllı rayonu Qubaxəlli kəndində anadan olmuş, Laçın royunu Zerti kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən fərdi evdə daimi, ünvan 5 ünvanında ara-sıra yaşayan Təqsirləndirilən şəxs küllü miqdarda narkotik vasitələr, psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması, kirayələdiyi ünvan 5 ünvanında, habelə idarə etdiyi “OPEL ASTRA” markalı **-NK-*** dövlər qeydiyyat nişanlı avtomobilində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən həb tramadol, kirayələdiyi evdə baxış və götürmə aparılarkən bir ədəd sellofan bükümdə qəhvəyi rəngli heroinə bənzər sıfırlanmış elektron tərəzi vasitəsilə ölçüldükdə çəkisinin 267,85 qram olması müəyyən edilən maddə, elektron tərəzi və gümüşü qaşıq aşkar olunaraq götürülmüş, bundan sonra həmin dərman, maddə və materiallar məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə və evinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış, baxış və götürmə keçirilərək həblərin, narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilərək nakotik vasitələri satmadığını evindən aşkar olunmuş qaşığın və elektron tərzinin ona məxsus olmadığını bildirsədə o, ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində heç bir təzyiq və təsirə məruz qalmadığını bildirmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadə verərəkən ifadəsinin əvvəlində narkotik vasitəni kimdən necə aldığını hansı şəkildə satdığını və nəyə görə onun evindən aşkar olunmuş nakotik satmadığını tam ətraflı, müfəssəl və heç bir tərəddüdsüz ifadə etmişdir. Lakin Təqsirləndirilən şəxs ifadəsinin davamında tamamilə fərqli ifadə verməklə öncədən səsləndirdiyi fikirləri təkzib etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyrisəmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq nakotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər üç ilədən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Eyni zamanda, həmin Məcəllənin 234.4-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını (59.1.4) və ankoloji xəstəlikdən əziyyət çəkməsini (59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar( müəyyən olunmamışdır), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə ekspertizalarına sərf olunmuş 81 (səksən bir) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs götürülümüş, Sumqayıt şəhər polis idarəsinin saxlanc otağına verilmiş «Tramadol» həblərinin ekspertiza tədqiqatından sonrakı 5 ədəd həb qalığı, narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 251,7 qram qalığı, 01 ədəd elektron tərəzi və 01 ədəd qaşıq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 81 (səksən bir) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs götürülümüş, Sumqayıt şəhər polis idarəsinin saxlanc otağına verilmiş «Tramadol» həblərinin ekspertiza tədqiqatından sonrakı 5 ədəd həb qalığı, narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 251,7 qram qalığı, 01 ədəd elektron tərəzi və 01 ədəd qaşıq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 01 ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nurəddin Hüseynli Hakimlər Nahid Mirzəyev Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(124)-350/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-350/2024
16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver