Məhkəmə qərarları › İş №1(124)-351/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-351/2024

16.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-351/2024 16.11.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X4 (sədrlik edən), X22 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X18, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3, Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 və Sumqayıt Regional Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Quba rayonu, Zərdabi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işsiz, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, Quba rayonu, Zərdabi kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 182.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə hədə-qorxu ilə ələ keçirmək məqsədi ilə 2021-ci ilin ortalarından etibarən fərdi ticarət fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs6 ticarət məqsədləri üzrə Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac etdirmək niyyətində olduğu, müxtəlif növ kənd təsərrüfatı məhsullarının daşındığı hər bir yük avtomobilinə görə Zərərçəkmiş şəxs6 ona haqq olaraq 340 manat dəyərində 200 ABŞ dolları məbləğində pul verməli olması barədə əsassız tələb irəli sürmüş, Zərərçəkmiş şəxs6 həmin pul məbləğini ona verməyəcəyi halda özünün cinayətkar aləmdəki yaxın şəxsi əlaqələri vasitəsi ilə əmlakını tələf etməklə, onun və ailə üzvlərinin şəxsiyyətləri üzərində zor göstərməklə və öldürməklə Zərərçəkmiş şəxs6 aralarındakı söhbətlər zamanı birbaşa müxtəlif məzmunlu hədə-qorxular gələrək sonuncunu təsir altına salıb onun həmin pulu vermək məcburiyyətində qalmasına nail olduqdan sonra Zərərçəkmiş şəxs6 hissə-hissə olmaqla həmin dövrün məzənnəsi ilə 2021-ci ilin dekabr ayının ortalarında Quba rayonu, Qəşrəş kəndi ərazisində yerləşən “Favorit” marketin yaxınlığında 2040 manat dəyərində 1200 ABŞ dolları, 2021-ci ilin dekabr ayının sonlarında ünvan 2 ünvanında yerləşən “Shahdag Quba & Truskavets Sanatoriyası”nın içərisində 3570 manat dəyərində 2100 ABŞ dolları, 2022-ci ilin yanvar ayının əvvəllərində Quba şəhəri, Yusif Qasımov küçəsində yerləşən “Sərin” restoranının içərisində 2380 manat dəyərində 1400 ABŞ dolları, 2022-ci ilin yanvar ayının ortalarında ünvan 2 ünvanında yerləşən “Shahdag Quba & Truskavets Sanatoriyasımın içərisində 5100 manat dəyərində 3000 ABŞ dolları məbləğində pul vəsaitini götürüb ələ keçirərək Zərərçəkmiş şəxs6 ümumilikdə 13090 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin külli miqdarda əmlakını vahid niyyətlə hədə-qorxu ilə ələ keçirmək məqsədi ilə 2021-ci ilin ortalarından etibarən fərdi ticarət fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs1 ticarət məqsədləri üzrə Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac etdirmək niyyətində olduğu, müxtəlif növ kənd təsərrüfatı məhsullarının daşındığı hər bir yük avtomobilinə görə Zərərçəkmiş şəxs1 ona haqq olaraq 340 manat dəyərində 200 ABŞ dolları məbləğində pul verməli olması barədə əsassız tələb irəli sürmüş, Zərərçəkmiş şəxs1 həmin pul məbləğini ona verməyəcəyi halda özünün cinayətkar aləmdəki yaxın şəxsi əlaqələri vasitəsi ilə əmlakını tələf etməklə, onun və ailə üzvlərinin şəxsiyyətləri üzərində zor göstərməklə və öldürməklə Zərərçəkmiş şəxs1 aralarındakı söhbətlər zamanı birbaşa müxtəlif məzmunlu hədəqorxular gələrək sonuncunu təsir altına salıb onun həmin pulu vermək məcburiyyətində qalmasına nail olduqdan sonra həmin dövrün məzənnəsi ilə hissə-hissə olmaqla Zərərçəkmiş şəxs1 məxsus 38250 manat dəyərində 22500 ABŞ dolları məbləğində pulu 19 yanvar 2022-ci il tarixdə Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən “Araz" Super Marketin yaxınlığında bilavasitə Zərərçəkmiş şəxs1, daha sonra 7650 manat dəyərində 4500 ABŞ dolları məbləğində pulu həmin gün özünə çatdırılması üçün Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edildiyi Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən “Bakcell" MMC-in şəbəkəsinə aid mağazada işləyən istintaqa məlum olmayan şəxsdən, 22100 manat dəyərində 13000 ABŞ dolları məbləğində pulu isə 2022-ci ilin dekabr ayının sonlarında Quba şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən Quba «Asan Xidmət» Mərkəzinin binası qarşısında bilavasitə Zərərçəkmiş şəxs1 götürüb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 68000 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə hədə-qorxu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 185.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş X1na onun həbsdə qalacağı müddət ərzində özünün cinayətkar aləmdəki yaxın şəxsi əlaqələrindən istifadə edib şəxsiyyəti üzərində zor göstərəcəyi, hətta öldürülməsinə nail olağacı barədə Bəhmən Şixverdiyevin atası Zərərçəkmiş şəxs3 2022-ci ilin avqust ayının əvvəllərində Quba şəhəri ərazisində aralarındakı söhbətlər zamanı birbaşa olaraq müxtəlif məzmunlu hədə-qorxular gəlib sonuncunu təsir altına salmağa nail olmaqla övladının təhlükəsiz qalması qarşılığında Zərərçəkmiş şəxs3 10.000 manat məbləğində pul tələb etmiş, bundan sonra Zərərçəkmiş şəxs3 2022-ci ilin avqust ayının əvvəllərində Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən “Əli” ticarət mərkəzinin yaxınlığında 2000 manat məbləğində, 2022-ci ilin avqust ayının ortalarında Quba şəhəri Vaqif küçəsində 3000 manat məbləğində, 2022-ci ilin oktyabr ayının sonlarında Quba şəhəri, Heydər Əliyev prospekti 463 ünvanında yerləşən Quba Rayon Məhkəməsinin inzibati binasının yaxınlığında 2500 manat məbləğində pul vəsaitini götürüb ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 7500 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə hədə-qorxu ilə ələ keçirmək məqsədi ilə 2022-ci ilin əvvəllərindən etibarən fərdi ticarət fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs7 ticarət məqsədləri üzrə Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac etdirmək niyyətində olduğu, müxtəlif növ kənd təsərrüfatı məhsullarının daşındığı hər bir yük avtomobilinə görə Zərərçəkmiş şəxs7 ona haqq olaraq 340 manat dəyərində 200 ABŞ dolları məbləğində pul verməli olması barədə əsassız tələb irəli sürmüş, Zərərçəkmiş şəxs7 həmin pul məbləğini ona verməyəcəyi halda özünün cinayətkar aləmdəki yaxın şəxsi əlaqələri vasitəsi ilə əmlakını tələf etməklə, onun və ailə üzvlərinin şəxsiyyətləri üzərində zor göstərməklə və öldürməklə Zərərçəkmiş şəxs7 aralarındakı söhbətlər zamanı birbaşa müxtəlif məzmunlu hədə-qorxular gələrək sonuncunu təsir altına salıb onun həmin pulu vermək məcburiyyətində qalmasına nail olduqdan sonra Zərərçəkmiş şəxs7 hissə-hissə olmaqla həmin dövrün məzənnəsi ilə 2022-ci ilin sentyabr ayının əvvəllərində Xaçmaz şəhərində yerləşən Dəmiryol vağzalı ərazisində 5100 manat dəyərində 3000 ABŞ dolları, 2022-ci ilin sentyabr ayının sonlarında həmin ərazidə 3400 manat dəyərində 2000 ABŞ dolları, 2022ci ilin oktyabr ayının ortalarında Quba şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən Quba ‘Asan Xidmət” Mərkəzinin binası qarşısında 6800 manat dəyərində 4000 ABŞ dolları, 2022-ci ilin noyabr ayının sonlarında Xaçmaz şəhərində yerləşən Dəmiryol vağzalı ərazisində 5100 manat dəyərində 3000 ABŞ dolları, 2022-ci ilin dekabr ayının ortalarında Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası magistral yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsindəki “XXİ əsr” adlı restoranın qarşısında 3400 manat dəyərində 2000 ABŞ dolları məbləğində pul vəsaitini götürüb ələ keçirərək Zərərçəkmiş şəxs7 ümumilikdə 23800 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə hədə-qorxu ilə ələ keçirmək məqsədi ilə 2022-ci ilin əvvəllərində etibarən fərdi ticarət fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs5 ticarət məqsədləri üzrə Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac etdirmək niyyətində olduğu, müxtəlif növ kənd təsərrüfatı məhsullarının daşındığı hər bir yük avtomobilinə görə Zərərçəkmiş şəxs5 ona haqq olaraq 340 manat dəyərində 200 ABŞ dolları məbləğində pul verməli olması barədə əsassız tələb irəli sürmüş, Zərərçəkmiş şəxs5 həmin pul məbləğini ona verməyəcəyi halda özünün cinayətkar aləmdəki yaxın şəxsi əlaqələri vasitəsi ilə əmlakını tələf etməklə, onun və ailə üzvlərinin şəxsiyyətləri üzərində zor göstərməklə və öldürməklə Zərərçəkmiş şəxs5 aralarındakı söhbətlər zamanı birbaşa müxtəlif məzmunlu hədə-qorxular gələrək sonuncunu təsir altına salıb onun həmin pulu vermək məcburiyyətində qalmasına nail olduqdan sonra Zərərçəkmiş şəxs5 hissə-hissə olmaqla həmin dövrün məzənnəsi ilə 15 sentyabr 2022-ci il tarixdə Gəndob-Xaçmaz-Yalama- Rusiya Federasiyası magistral yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsindəki “X38” adlanan yerdə 5100 manat dəyərində 3000 ABŞ dolları, 05 oktyabr 2022- ci il tarixdə həmin ünvanda 3400 manat dəyərində 2000 ABŞ dolları, 27 oktyabr 2022-ci il tarixdə həmin ünvanda 3400 manat dəyərində 2000 ABŞ dolları məbləğində pul vəsaitini götürüb ələ keçirərək Zərərçəkmiş şəxs5 ümumilikdə 11900 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə hədə-qorxu ilə ələ keçirmək məqsədi ilə 2022-ci ilin əvvəllərində etibarən fərdi ticarət fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs4 ticarət məqsədləri üzrə Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac etdirmək niyyətində olduğu, müxtəlif növ kənd təsərrüfatı məhsullarının daşındığı hər bir yük avtomobilinə görə Zərərçəkmiş şəxs4 ona haqq olaraq 340 manat dəyərində 200 ABŞ dolları məbləğində pul verməli olması barədə əsassız tələb irəli sürmüş, Zərərçəkmiş şəxs4 həmin pul məbləğini ona verməyəcəyi halda özünün cinayətkar aləmdəki yaxın şəxsi əlaqələri vasitəsi ilə əmlakını tələf etməklə, onun və ailə üzvlərinin şəxsiyyətləri üzərində zor göstərməklə və öldürməklə Zərərçəkmiş şəxs4 aralarındakı söhbətlər zamanı birbaşa müxtəlif məzmunlu hədə-qorxular gələrək sonuncunu təsir altına salıb onun həmin pulu vermək məcburiyyətində qalmasına nail olduqdan sonra Zərərçəkmiş şəxs4 hissə-hissə olmaqla həmin dövrün məzənnəsi ilə 2022-ci ilin sentyabr ayının sonlarında Quba şəhəri, X37 küçəsində yerləşən Quba şəhər Avtovağzalının yaxınlığında 5100 manat dəyərində 3000 ABŞ dolları, 2022-ci ilin oktyabr ayının əvvəllərində Xaçmaz şəhəri ərazisində yerləşən Xaçmaz şəhər Avtovağzalının yaxınlığında 2550 manat dəyərində 1500 ABŞ dolları, 2022ci ilin oktyabr ayının ortalarında Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən “Əli” Ticarət Mərkəzinin yaxınlığında 2346 manat dəyərində 1380 ABŞ dolları məbləğində pul vəsaitini götürüb ələ keçirərək Zərərçəkmiş şəxs4 ümumilikdə 9996 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə ələ keçirmək məqsədi ilə 2022-ci ilin ortalarından etibarən fərdi ticarət fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs2 ticarət məqsədləri üzrə Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac etdirmək niyyətində olduğu, müxtəlif növ kənd təsərrüfatı məhsullarının daşındığı hər bir yük avtomobilinə görə Zərərçəkmiş şəxs2 ona haqq olaraq 340 manat dəyərində 200 ABŞ dolları məbləğində pul verməli olması barədə əsassız tələb irəli sürmüş, Zərərçəkmiş şəxs2 həmin pul məbləğini ona verməyəcəyi halda özünün cinayətkar aləmdəki yaxın şəxsi əlaqələri vasitəsi ilə əmlakını tələf etməklə, onun və ailə üzvlərinin şəxsiyyətləri üzərində zor göstərməklə və öldürməklə Zərərçəkmiş şəxs2 aralarındakı söhbətlər zamanı birbaşa müxtəlif məzmunlu hədəqorxular gələrək sonuncunu təsir altına salıb onun həmin pulu vermək məcburiyyətində qalmasına nail olduqdan sonra Zərərçəkmiş şəxs2 hissə-hissə olmaqla həmin dövrün məzənnəsi ilə 2023-cü ilin yanvar ayının əvvəllərində ünvan 2 ünvanında yerləşən “Shahdag Quba & Truskavets Sanatoriyası”nın içərisində 34000 manat dəyərində 20000 ABŞ dolları məbləğində pul vəsaitini götürüb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 34000 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Vüqar Qubada narkotik vasitələr istifadə etməyinə və nalayiq söyüşlərinə görə polis əməkdaşları tərəfindən tutulmuşdur. Vüqar elə bilmişdir ki, polis əməkdaşları tərəfindən tutulmasına məhz o, səbəb olmuşdur. Bununla da Vüqar ona qarşı qərəzli davranmışdır. O, Vüqardan heç vaxt pul almamışdır. Bir xanımın fiziki şəxs kimi şirkəti var və o, Rusiya Federasiyasına mal ixracı ilə məşğul olur. Rza da həmin şirkət vasitəsi ilə xaricə mal ixrac edir. O, Rzaya etibarnamə ilə köməklik göstərir və onun bəzi işlərini etibarnamə əsasında həyata keçirir. O, etibarnamə əsasında Rzanın pul işlərinə də baxır. Onun Rzadan aldığı pul əslində şirkətə ödəyəcəyi pul olmuşdur. Harunun oğlu Bəhmən avtoyuma məntəqəsində işləyir. O, avtomobilini yuması üçün Bəhmənə vermiş və Bəhmən onun avtomobilini icazəsiz idarə edərək qəza törətmişdir. Ona 15000 manata yaxın ziyan dəymişdir. Hadisə ilə bağlı Harunun oğlu məhkum olunduqdan sonra Harun onunla bağlı yalan ifadə verib, ona şər atmışdır. Elşad da ona şər atmışdır. Elşadın 100 manat belə pulu olmamış, ondan pul istəmişdir. Elşadın o qədər pulu ona verməyə maddi imkanı yoxdur. Ramili və Şabanı birinci dəfə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində görmüşdür. Onlarla heç bir əlaqəsi yoxdur. Namiqlə Rza saxta bank sənədləri düzlətdirmişdir. O, onlar barəsində şikayət edəcəyini bildirdikdə Namiqgil onun barəsində bu yola əl atmışlar. X32 Rzanın başında dayanır. Onlar bələdiyyədən aldıqları saxta sənədlərlə müxtəlif vergilərdən yayınmışlar. Onlara şikayətçi olacağını bildirmişdir. O, yanvarın 12-i Nərimanov parkından oğurlanmış, ayın 13-ü şikayətçilər gəlmişlər. Polis əməkdaşları ayın 12-i ona narkotik vasitə yükləmək istəmişlər. Polis əməkdaşları ona ağır işgəncələr yetirmişdir. Onun bədənində hələ də xəsarət izləri qalır. Nərimanov Rayon Məhkəməsi onun döyülməməsi ilə bağlı qərar qəbul etmiş, amma Apellyasiya Məhkəməsi həmin qərarı ləğv etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, onun əvvəllər yükdaşıma şirkəti olmuşdur. O, 2021-ci ildə həmin şirkəti satmışdır. Zərərçəkmiş şəxslərdən heç biri onun yükdaşıma şirkətindən istifadə etməmişdir. Həmin şəxslərdən Rza və Natiqlə əlaqəsi olmuşdur. Rəxşəndə xanım yaşlı qadındır. Rəxşəndə xanım xəstələnmiş və xəstəxanada yatan zaman ona etibarnamə vermişdir ki, onun işlərini görsün. Rəxşəndə xanım meyvə bağları kirayə götürüb sonradan malları xaricə ixrac edirmiş. Rza kvotaya görə Rəxşəndədən sənəd alırmış və həmin sənədə görə 200-300 dollar pul verirmiş. O, avtomobilinə dəymiş ziyana görə mülki iddea qaldırmamışdır. Sonradan ziyanın ödənilməsi ilə bağlı müraciət etməmişdir. O, əvvəllər iki dəfə məhkum olunmuşdur. Natiqin saxta sənədlə bağ aldığı barədə məlumatı Quba Rayon Bələdiyəsindəki tanışı vasitəsi ilə öyrənmişdir. Natiqgilin saxta sənədləri barəsində hüquq mühafizə orqanlarına şikayət etmişdir. O, Natiqlə Rzanın saxta sənədlərinin üstünü açdığı üçün onun barəsində şikayətlər etmişlər. X32 Rzanın saxta sənəd işinin arxasında durmuş və onun başına oyun açmışdır. Eşitdiyinə görə Şahin Mirzəyev keçmiş Baş prokurorun qardaşı oğlu olmuşdur. Onu polis əməkdaşları Nərimanovda saxlamışdır. O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarından bir tanışla danışmış və sənədləri ona atmışdır. Üzərindən 4-5 gün keçdikdən sonra onu Bakıya dəvət etmişlər və onun özünü tutmuşlar. Polis əməkdaşları ona işgəncə vermişlər ki, narkotik vasitəni boynuna alsın. O, narkotik vasitəni boynuna almadığı üçün ona inzibati həbs vermişlər. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Rəşidlə Qubada görüşmüşlər. Rəşid özü ona zəng etmişdir. Rəşid daha çox “WhatsApp” programı vasitəsi ilə zəng etmişdir. Onlar əvvəllər Rəşidlə işləmişlər və həmin vaxt aralarında problem olmamışdır. Onunla işləməyi qəbul etmədikdə Rəşid onu işi ilə, özü ilə şantaj etmişdir. O, Rəşidlə işləməyi dayandırdıqdan sonra aralarında problemlər yaranmışdır. Rəşidlə aralarında problem yarandıqdan sonra Rəşid bir müddət sakit qalmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, Rəşidlə işləyən zaman hər maşın üçün 100 dollar pul vermişdir. O, Rəşidə onunla işləməyin sərf etmədyini bildirib işi dayandırmaq istəmiş, bu zaman Rəşid onu şantaj etmişdir. Hadisə 2023-cü ildə baş vermişdir. Rəşidin şəhid qardaşının adına şirkəti olmuşdur. Mallar xaricə çıxan zaman sənədləşdirilmişdir. Hansı şirkətlə işləsə o, şirkətin adına sənədləşdirilir. İxrac pulu ayrı, sənədləşmə pulu ayrı ödənilir. O, il ərzində 200-300 maşın ixrac edir. Onun ziyanı 50000 manatdır. Maşınların ixracı ilə bağlı onun sənədləri var. Onların ixrac etdiyi malların vaxtında çatması lazımdır. Rəşid onu işi ilə şantaj etmişdir ki, ona işində problemlər yaradacaq. O, Rəşidin təklifini qəbul etməmiş və öz şirkəti ilə malları ixrac etmişdir. O, Rəşidə ödənişləri vaxtı vaxtında etmişdir. O, Rəşidlə işləməyin ona sərf etmədiyini gördükdən sonra işləməyi dayandırmışdır. Rəşidlə onların münasibəti əvvəllər yaxşı olmuşdur. O, Rəşidi iki ildir tanıyır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Ona heç bir təsir olunmadan ifadə verib. Rəşidə pulu qoyduğu yerlər olub və Rəşid pulları ordan götürüb. Onun Rəşidə hər maşın üçün 100 dollar verdiyi zamanlar da olub, 200 dollar verdiyi zamanlar da olub. Hazırda təqsirləndirilən şəxsdən heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, meyvə-tərəvəz ticarəti ilə məşğul olmuşdur. Rəşid ona firması olduğunu bildirmiş və o, Rəşidlə işləməyə başlamışdır. Rəşid ondan mal ixracı ilə əlaqədar 14000 ABŞ dolları pul almışdır. Qubadakı tanış şəxslər ona zəng edərək Rəşidin onun şəkillərini statusda paylaşdığını bildirmişdir. Rəşid onu ailəsi ilə təhdid etmişdir. Rəşidin dayısı Abşeron rayon icra hakimiyyətinə hədə-qorxu gəlmiş və o, cinayət məsuliyyətinə cəlb olunaraq məhkum olunmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Rəşidi 3-4 ildir ki, tanıyır. Rəşid bir qadının adına şirkət açmışdır. Rəşid ona şərtləri təqdim etmiş və onun şirkəti ilə xaricə mal daşımasını təklif etmişdir. Şərtlər onu qane etmədiyi üçün o, Rəşidin təklifini qəbul etməmişdir. Bundan sonra Rəşid ona hədə-qorxu gəlmişdir. Rəşid problemli insan olmuşdur. Onun bir oğlu hərbidədir. Rəşid hərbi hissədə tanışlarının olduğunu bildirmiş və onun oğlunu öldürməklə hədələmişdir. Rəşid dayısı Əzizağanın adını tez-tez çəkmişdir. Rəşid onun işinə maneələr yaradacağı barədə hədələmişdir. Quba rayonunda hər kəs Rəşiddən qorxur və ehtiyyat edir. O, 2022-ci ilin sentyabr ayında Rəşidə 14000 ABŞ dolları pul vermişdir. O, sonda məcbur qalaraq Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Daxili İşlər Nazirliyinə ünvanladığı şikayətin məzmunun onun öz şəxsi fikirləri olmuşdur. Hazırda şikayətin məzmununu dəqiq xatırlamır. O, məhsulları adətən Moskvaya ixrac edir. O, Rəşidə verdiyi pulun müqabilində ondan heç nə almamışdır. O, pulları Rəşidə adətən Xaçmaz rayonunda vermişdir. O, Xaçmaz Rayon Polis Şöbəsinə getmiş, onu Quba Rayon Polis Şöbəsinə göndərmişlər. Quba Rayon Polis Şöbəsinin əməkdaşları ona yardım etmədiklərindən, o, Bakı şəhərinə getmişdir. Onun ilk şikayəti telegramla olmuşdur. Rəşid onu və ailəsini ölümlə hədələmişdir. O, 2005-ci ildən Rusiyaya mal göndərməyə başlamışdır. İlk dəfə Rəşid ona yaxınlaşmış və onlar tanış olmuşlar. Rəşidin dostu Taleh Rusiyaya mal ixracı ilə məşğul olmuşdur. Gömrükdə hər kəs onun neçə maşınının xaricə getdiyini bilirmiş. Onlar şirkətin adından ödənişləri edirmişlər. O, birinci dəfə Rəşidə 2022-ci ilin sentyabr ayının əvvələrində pul vermişdir. Sonuncu dəfə Rəşidə nə vaxt pul verdiyini dəqiq xatırlamır, ya “Asan Xidmət” Mərkəzinin binası qarşısında, ya da“XXİ əsr” adlı restoranın qarşısında vermişdir. O, Rəşidə 4 dəfə pul vermişdir. O, Rəşid barəsində Quba rayonunda maraqlanmış, hər kəs Rəşidin onun şəkillərini paylaşıb “gör sənin başına nə oyun açacam” yazdığını söyləmişdir. Rəşid barəsində hər yerə şikayət etmiş, amma onun şikayətinə baxan olmamışdır. O, Rəşidə pul verən zaman yanlarında heç kim olmamışdır. Şikayət etməmişdən bir müddət əvvəl o, Rəşidə ondan uzaq durmasını, yoxsa ondan şikayət edəcəyini bildirmişdir. İndi də Rəşidin dostu Rəşad adlı şəxs insanları hədələyir. Rəşidin əli uzundur, Rəşid hər yerdə ona problem yarada biləcək imkanda biri olmuşdur. Onların Rəşidlə problemləri 2022-ci ildən başlamışdır. O, hazırda da övladlarına görə Rəşiddən qorxur. Rəşid ona zəng edərək harada olduğunu soruşmuş və həmin yerə gələcəyini bildirmişdir. Rəşid ona zəng edən zaman o, Rəşidin pul üçün gələcəyini bilmişdir. O, Rəşidin onun şəkilini paylaşmasını öz telefonunda görməmişdir. “102” xidmətinə zəng edərək Rəşid barəsində şikayət etmişdir. O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Rəşidin statusları barədə ifadə vermişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. 2022-ci ilin sentyabr ayına kimi Rəşidlə onun arasında heç bir problem olmamışdır. Rəşidin tır şofirlərinin qarşısını kəsməsi və onlara hədə-qorxu gəlməsi halları olmuşdur. Sonuncu dəfə Rəşid ondan eyni qaydada 5000 ABŞ dolları pul istəmişdir. Təqsirləndirilən şəxslə barışmamışdır və ona dəymiş zərərin ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən X14 ifadəsində göstərmişdir ki, onun oğlu avtoyuma məntəqəsində işləmişdir. Bir dəfə Rəşid avtomobilini yumaq məqsədi ilə onun oğlunun yanına qoymuşdur. Oğlu isə Rəşidin avtomobilini idarə edərək harasa getmiş və yol nəqiliyat hadisəsi törətmişdir. Daha sonra Rəşid onlardan avtomobilinə dəymiş zərər olaraq 8000 manat pul istəmişdir. Onlarda imkan olmadığı üçün Rəşidin pulunu ödəyə bilməmişlər. Onlar ayda 300-500 manat pul ödəyə biləcəyini bildirmiş, Rəşid həmin pula razı olmamışdır. Onun oğlunu məhkəməyə aparmışlar və məhkəmədə ona cəza təyin olunaraq məhkum olunmuşdur. Daha sonra Rəşid həbsdə onun oğlunun başına oyun açdıracağı barədə ona hədə-qorxu gəlmiş və ondan 10000 pul tələb etmişdir. O, Rəşidə bir dəfə 2500 manat pul vermiş, daha sonra Rəşid yenə də ondan pul istəmiş və o, Rəşidə 3000 manat pul vermişdir. Daha sonra bir dəfə də Rəşidə 3000 manat vermiş və bundan sonra artıq Quba Rayon Polis Şöbəsinə getmişdir. Polis şöbəsində o, Rəşiddən şikayətçi olduğunu bildirmiş, ona yardım olunmamışdır. O, əlacsız qalaraq evə qayıtmış və daha sonra Bakıya getmişdir. Bakıda Gənclik metrosunda bir nəfər polis əməkdaşına yaxınlaşmış və hadisəni danışaraq hara gedə biləcəyini soruşmuşdur. Polis əməkdaşı ona yol göstərmiş və o, baş idarəyə getmişdir. Bir müddət idarədə gözlədikdən sonra bir nəfər qadının yanında qızla gəldiyini görmüşdür. Həmin qadın da Rəşiddən şikayətçi olmuşdur. Onları yoxlamışlar və yuxarı-müstəntiqin yanına qaldırmışlar. O, müstəntiqə Rəşidin etdikləri barədə ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, oğlu 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkmişdir. Rəşidi kimdən maraqlansa onlar Rəşidin qorxulu insan olduğunu bildirmişdir. Oğlunun hadisəni törətdiyi tarixi dəqiq xatırlamır. Onun oğlunu avqust ayının ikisində tutmuşlar. O, Rəşidə pulu verən zaman artıq oğlu tutulmuşdur. O, Rəşidə danasını və qoz məhsulunu sataraq 2500 manat pul vermiş, onun oğlu tutulduqdan sonra apellyasiya şikayəti verməmişdir. O, Rəşidə avtomobilə dəymiş zərərə görə deyil, oğlunu rahat buraxması üçün pul vermişdir. Rəşid oğlu tutulduqdan sonra onu qorxutmağa başlamışdır. Ona Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Gənclik ərazisində olması barədə məlumat vermişlər. O, Rəşiddən şikayət etdiyi tarixi dəqiq xatırlamır. Onun Rəşidə pul verdiyini heç kim görməmişdir. Onlar telefon vasitəsi ilə Rəşidlə əlaqə saxlamışlar. Birinci dəfə Rəşidə pul verməsində ailə üzvlərinin məlumatı olmamışdır. Növbəti dəfə Rəşidə pul verən zaman ailə üzvlərinin məlumatı olmuşdur. Rəşidi maraqlandığı şəxslər Rəşid barəsində mənfi düşüncədə olmuşlar. Onun oğlunun barəsində hökm elan olunanadək o, Rəşidə pul verməmişdir. Zərərçəkmiş şəxs X7 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, X14 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmamışdır, rəsmi olaraq heç yerdə işləmir və fərdi əməklə məşğul olur. X1 Quba şəhərində Şahid2 məxsus olan avtoyuma məntəqəsini icarə əsasında işlətmiş, 2022-ci ilin təxminən may ayının əvvəllərində övladı Bəhmən müştərinin avtomobilini sürmək istəmiş və avtomobilin sahibinin orada olmadığını bilib maşını Quba şəhəri ərazisində idarə etmişdir. Bu zaman oğlu idarəetməni itirmiş və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Bu hadisə baş verəndən sonra avtomobilin sahibinin Təqsirləndirilən şəxs olduğunu bilmiş, həmin vaxta qədər Rəşidi tanımamışdır. Hadisə ilə bağlı Quba RPŞ-in İstintaq Bölməsində oğlu barəsində cinayət işi başlanılaqla istintaq aparılmışdır. İstintaq zamanı Rəşidlə bir neçə dəfə görüşərək, övladını bağışlamasını, onun barəsində şikayət etməməsini xahiş etmiş, lakin Rəşid oğlunun cinayətkar olduğunu deyərək onu bağışlamayacağını bildirmişdir. Təqsirləndirilən şəxs maddi imkanının zəif olduğunu, ona aylıq bir neçə yüz manat pul verə biləcəyini demiş və ondan övladını bağışlamasını xahiş etmişdir. Lakin Rəşid sözlərinə məhəl qoymayaraq şikayətini davam etdirirmiş, övladı barəsində olan cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Quba Rrayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə prosesləri zaman Rəşiddən övladını bağışlamasını istəsə də, Rəşid sözlərinə məhəl qoyamış və 02 avqust 2022-ci il tarixdə övladı barəsində hökm oxunmaqla 02 il müddətindən azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan sonra Rəşidlə təsadüfən görüşmüş və görüş zamanı Rəşid ona özünün imkanlı bir şəxs olduğunu, övladının bu cəza ilə canını qurtara bilməyəcəyini, övladını özünün yaxın tanışları olan kriminal aləmin nümayəndələri vasitəsilə türmədə öldürtdürəcəyini və ya başına oyun açdıracağını demişdir. Onun sözündən sonra çox qorxu keçirməyə başlamış və Rəşid barəsində maraqlanan zaman demək olar ki, Quba şəhərinin çox sakini onun yaxşı insan olmadığını və çox şəxsə qarşı hədə- qorxu gəldiyini demişdir. Ata olaraq övladının başına oyun gəlməməsi üçün onunla razılaşmalı olduğunu düşünmüş və onunla görüşmüşdür. Görüş zamanı Rəşid ondan oğlu ilə işinin olmaması üçün ümumilikdə 10.000 manat pul tələb etmiş, bu vaxt onlar tək olmuş və yanlarında başqa adamlar olmamışdır. Rəşidə dəfələrlə yalvararaq onunla işinin olammasını, özünün kasıb kənd sakini olduğunu deyərək ona cəmi 1.000 manat pul verə biləcəyini, bununda özünə aid olan iri buynuzlu heyvanları satdıqdan sonra verə biləcəyimi bildirmişdir. Lakin Rəşid sözlərinə məhəl qoymamağa başlamış və məcbur qalıb ailə üzvlərinin adından kredit görürüb ilk dəfə 2.000 manat pulu 01 avqust 2022-ci il tarixdə Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən “Əli” ticarət mərkəzinin yaxınlığında onun idarə etdiyi ilk hərf və rəqəmini xatırlamadığı, qeydiyyat nömrəsinin sonu “011” olan qara rəngli, cip markalı avtomobilin içərisində Təqsirləndirilən şəxs vermiş və maşında onlardan başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs pulu verdikdən sonra o, oğlu ilə hələlik işinin olmayacağını, kriminal aləmin üzləri ilə danışıb onlara oğlunu öldürməsi üçün təlimat vermədiyini, yen pul verməyəcəyi halda bir həftə ərzində onu öldürtdürəcəyini demişdir. Təqsirləndirilən şəxs yalvararaq bir müddət gözləməsini xahiş edərək yaşadığı evə getmiş, evdə olan bütün dəyərli qızıl-ziynət əşyalarını satıb ümumilikdə 3.000 manat pul düzəldərək Təqsirləndirilən şəxs zəng etmişdir. Onlar 2022-ci ilin avqust ayının ortalarında Quba şəhəri, Vaqif küçəsində Rəşidlə görüşmüş, bu zaman Təqsirləndirilən şəxs yenidən özünə aid olan avtomobildə əyləşməyini demiş və eyni avtomobilin içərisində ondan 3.000 manat pul almışdır. Təqsirləndirilən şəxs vəziyyəti izah edərək əlavə pulunun omadığını demiş və övladından əl çəkməsini xahiş etməsinə baxmayaraq Rəşid əlavə pul verilməli olduğunu dedikdən sonra məyus şəkildə evə getmişdir. Bundan sonra evdə olan bir neçə torba qoz məhsullarını, inəyini və xırdabuynuzlu heyvalarını satıb 2.500 manat pul düzəltmiş və Təqsirləndirilən şəxs zəng edərək görüşmək istədiyimi demişdir. Onlar 2022ci ilin oktyabr ayının sonlarına Quba şəhəri, H.Əliyev prospekti 463 ünvanında yerləşən Quba Rayon Məhkəməsinin yaxınlığında Təqsirləndirilən şəxs məxsus avtomobildə görüşmüş və görüş zamanı sözü gedən məbləği ona vermişdir. Bu zaman Təqsirləndirilən şəxs ona ümumulikdə 2.500 manat da veriləcəyi halda oğlu həbsdən çıxana qədər onunla işinin olmayacağını bildirmiş, məcbur qalıb onun pulunu yığmağa çalışsa da, buna nail ola bilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hədə-qorxuları yenidən davam etməyə başlamış, maddi imkanı olmadığı üçün həmin məbləği verə bilməyəcəyini demiş, sonradan Təqsirləndirilən şəxs ona qarşı dəfələrlə eyni qaydada hədə-qorxu gəlmiş, imkanı olmadığından ona pul verə bilmmiş, sonradan onun bu əməllərinin dayanmayacağını düşünmüş və onun barəsində şikayət etmək qərarına gəlmişdir (cild 01, iş vər. 106-108). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona verilən suallara cavab olaraq göstərmişdir ki, o, bankdan 1000 manat kredit götürərək və 1000 manatlıq keçilərini sataraq Rəşidə 2000 manat pul vermişdir. Avtomobilin rəngini dəqiq xatırlamır. Sonuncu dəfə oktyabr ayında Rəşidlə görüşmüşdür. O, həyat yoldaşının qızıl-zinyət əşyalarını sataraq pulunu Rəşidə vermişdir. Onun oğluna və ona qarşı heç bir zərər yetirilməmiş, o sadəcə olaraq Rəşiddən qorxmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxslə barışmamışdır və ona dəymiş zərərin ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, kənd təsərrüfatı məhsullarını firmalar və karqolar vasitəsi ilə Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac etmək işi ilə məşğul olur. Onlar kənd təsərrüfatı məhsullarını kəndçilərdən alır. 2022-ci ilin ortalarında Təqsirləndirilən şəxs onun yanına gəlmiş və onun firması ilə məhsulları ixrac etməsini təklif etmişdir. Onlar danışmış, amma məbləğdə razılaşmamışlar. O, başqa firmalarla işləməyi münasib görmüş, Rəşidlə işləmək istəməmişdir. Daha sonra Rəşid onu şantaj etməyə başlamışdır. Rəşid onu izləmiş, qabağını kəsmiş, tək olduğu vaxtlarda ona yaxınlaşmış və onun mallarını yola salmasa başına oyun açacağını bildirmiş, ailə üzvlərini təhqir edərək onları ölümlə hədələmişdir. Rəşidin dayısı ulu öndər üçün hazırlanmış sui-qəsdin bir üzvü olmuşdur. X5 kriminal aləmdə çoxlu tanışları var. Rəşid onun avtomobilini yandırmaqla hədələmiş, təhqirlər etmişdir. O, Rəşidin ondan əl çəkmədiyini görüb onunla görüşmək qərarına gəlmişdir. Onlar görüşmüş və o, Rəşid ondan bir maşın üçün 200 ABŞ dolları pul tələb etmişdir. O, Rəşidə artıq həmin işdə çalışmaq istəmədiyini bildirmişdir. Daha sonra Rəşid il ərzində 20000 ABŞ dolları pul ödədiyi təqdirdə ona toxunmayacağını bildirmişdir. Rəşid ona həmin iş barədə heç kimə məlumat verməməsi barədə hədə-qorxu gəlmişdir. Onlar razılşamış və 2023-cü il əvvəllərində o, Rəşidə 20000 ABŞ dolları pul vermişdir. Üzərindən 5-6 gün keçdikdən sonra Rəşid onunla yenidən əlaqə saxlamış, onun araşdırdığını vergi borcunun olduğunu öyrəndiyini bildirmiş və əlavə 5000 ABŞ dolları pul tələb etmişdir. O, Rəşidə vergi borcunun olmadığını və vergi ödənişlərinə dair sənəd təqdim edə biləcəyini söyləmişdir. Rəşid vergi idarəsinə anonim məktub yazmağa başlamışdır. Əməkdaşlar gəlib vergi yoxlaması aparmış və onun heç bir borcu olmadığı müəyyən olunmuşdur. Ondan əl çəkmədiyi üçün o, məcbur qalaraq sonda Rəşid barəsində polisə şikayət etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs Quba rayonunda tanımayan adam yoxdur. Bu yaxınlarda Rəşid barəsində təzə cinayət işi açılmış və onun 17 nəfər şəxsə zərər vurduğu müəyyən olunmuşdur. Həbsdə ola-ola Rəşid insanlara zəng edib onlara hədə-qorxu gəlmişdir. Rəşidin hardasa rəsmi işlədiyi barədə onun məlumatı yoxdur. Rəşid dediklərini etməyə qadir şəxs idi. O, Rəşidə Quba rayonunda yerləşən “Shahdag Quba & Truskavets Sanatoriyası”nda 34000 manat pul vermişdir. O, birinci dəfə şəxs barəsində Quba Rayon Polis Şöbəsinə müraciət etmişdir. O, şəxsən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Rəşid barəsində 2023-cü ilin yanvar ayının əvvəllərində hüquq mühafizə orqanlarına müraciət etmişdir. Onlar Rəşidlə “Shahdag Quba & Truskavets Sanatoriyası”nda görüşmüşlər. Rəşid həmin ərəfələrdə Whatsapp vasitəsi ilə ona hədəqorxu gəlirmiş. Həmin vaxtı onun istifadə etdiyi mobil nömrə səhv etmirsə ******* olmuşdur. O, Rəşidə zəng etməmişdir. O, tək olan zamanlarda Rəşid ona yaxınlaşmış, hətta o, Bakıda olan zamanlarda ona yaxınlaşmışdır. Onun ailə üzvləri Moskvaya yox, Türkiyəyə gedirlər. Rəşidin ona hədə-qorxu gəldiyi zamanlarda Rusiyadan da ona tanımadığı nömrələrdən zənglər gəlmişdir. O, həmin tanımadığı nömrələri istintaq zamanı istəmədikləri üçün təqdim etməmişdir. O, başına gələn şantajlar barəsində heç kimə danışmamışdır. Onun ağır xəstəsi olduğu üçün Rəşid barəsində ailə üzvlərinə məlumat verməmişdir. Onun Rusiya Federasiyasına mal daşıdığı fırma onun öznə məxsus deyil. O, şirkətlərlə xidmət müqaviləsi bağlamışdır. Həmin müqavilə 2022-2023-cü illəri də əhatə edir. İl ərzində o, 1500-dən yuxarı maşın ixrac edir. Rəşid ona tələb etmişdir ki, ya onların firması ilə işləsin, ya da hər maşına görə 200 ABŞ dolları pul versin. Məbləğ çox olduğu üçün o, Rəşidin təklifi ilə razılaşmamışdır. Onun Rusiyaya apardığı mallardan çoxu alma olmuşdur. Rəşidin onun nə qədər maşın mal apardığından məlumatı olmuşdur. Onun ərizəsi elektron formada müstəntiqin otağında yazılmış, o isə imza çəkmişdir. O, digər zərərçəkmiş şəxslərin bəzilərini əvvəllər də tanımışdır. O, Harunla məhkəmədə tanış olmuşdur. Rəşid Quba sakini olduğu üçün onu 5-6 ildir ki, tanıyır. Rəşid barəsində insanlardan yaxşı şeylər eşitməmişdir. 2022-ci ilin ortalarında Rəşidlə problemləri yaranmışdır. İllərdir ki, Rəşid insanları hədələyir, onları şantaj edir. Rəşid bir qadının adından şirkət açmışdır. O, Rəşid vasitəsi ilə xaricə mal göndərməmişdir. Rəşid sentyabr ayından ondan tələb etmişdir ki, hər maşına görə ona əlavə 200 ABŞ dolları pul ödəsin. Rəşid hətta Bakı şəhərinə gələrək onu şantaj etmişdir. O, Rəşidin hər maşına 200 dollar pul ödəmək şərti ilə razılaşmamışdr. Ona toplam 20000 ABŞ dolları ziyan dəymişdir. Həmin pulu Rəşidə “Şahdağ” oteldə vermişdir. Rəşid dəfələrlə həbs olunmuşdur. O, Rəşidə pul verən zaman yanlarında heç kim olmamışdır. Mallar Azərbaycan Respublikasının sərhədlərindən xaricə iki cür çıxa bilir. Mallar ya onun adından xaricə çıxır, ya da firmalar vasitəsi ilə çıxır. Firmalar arasında fərqlər olduğu üçün onlara sərf edən firmanı seçirmişlər. O, Rəşid barəsində birinci dəfə Quba Rayon Polis Şöbəsinə müarciət etmişdir. O, hesab edir ki, polis əməkdaşları ilə Rəşidin əlbirliyi var. Polis əməkdaşalrı Rəşiddən qorxur və onunla bağlı şikayətlərə baxmır. Rəşid hamilə qadını təpkləyib və bunun üçün də üzərində elekton nəzarət vasitəsi gəzdirirmiş. Rəşidlə onun arasında problemlər 2022-ci ilin payız aylarında başlamışdır. Rəşid onu izləmiş və telefon zəngləri ilə təhdid etmişdir. Onu şikayət ərizəsi əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxsdən şikayətçidir və ona dəymiş ziyanın ödənilməsini tələb edir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Rusiya Federasiyasına meyvə ixrac edir. İşi ilə əlaqədar bir gün təsadüfən Təqsirləndirilən şəxsla tanış olmuşdur. Rəşid ona öz şirkəti barədə məlumat vermişdir. Onlar əvvəldən şirkətlərin fəaliyyəti ilə maraqlanırlar. Rəşid onlara öz firması barədə məlumat vermiş, onlara hansı güzəştlərin tətbiq olunacağını bildirmişdir. Daha sonra o, başqa şirkətlərlə də maraqlanmışdır. Təqsirləndirilən şəxs onun telefon nömrəsini almış və ona zəng etməyə başlamışdır. Rəşid ona Moskvada əlaqələri olduğunu bildirmiş və ona hədə-qorxular gəlmiş, ailəsi ilə təhdid etmişdir. O, çıxılmaz vəziyyətdə qalmış və Rəşidə 3000 ABŞ dolları pul vermişdir. Bir müddət keçdikdən sonra Rəşid yenə də ondan pul tələb etmişdir. Rəşid ona ya ailəsindən keçməsini, ya da onun tələb etdiyi pulu verməsini bildirmişdir. O, yenə də məcbur qalaraq Rəşidə əlavə 1500 ABŞ dolları pul vermişdir. Üzərindən bir müddət keçdikdən sonra Rəşid yenə də ona Whatsapp vasitəsi ilə zənglər etməyə başlamışdır. Rəşid ondan yenə də 1500 ABŞ dolları pul tələb etmiş, o, Rəşidə o qədər pulunun olmadığını bildirmiş, amma Rəşid nə qədər pulu varsa verməsini tələb etmişdir. O, yenə də məcbur qalaraq Rəşidə 1380 ABŞ dolları vermişdir. Rəşid ona 1 həftə vaxt verdiyini, 1 həftədən sonra ona 7000 ABŞ dolları ödəməsini bildirmişdir. Rəşid onu ailəsi ilə təhdid etmiş, ölümlə hədələmişdir. O, polis şöbəsinə yaxınlaşıb Rəşiddən şikayətçi olduğunu bildirmişdir. Əməkdaşlar isə şöbədə yoxlamalar olduğunu bildirmiş, o, 2-3 gün gözləmiş və daha sonra Bakıya gəlmişdir. Bakıda olan zaman başqa zərərçəkmiş şəxslərin də olduğunu öyrənmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, 4-5 ildir ki Rusiya Federasiyasına meyvə göndərir. O, fərqli şirkətlərlə işləyir. O, Qubada təsadüfən Rəşidlə tanış olmuş, Rəşid onun şirkəti olduğunu bildirmişdir. O, Rəşid barədə maraqlanmış, amma hər kəs ondan uzaq durmasını məsləhət görmüşdür. O, Rəşidin təklifindən imtina etdiyi üçün Rəşid ona hədə-qorxu gəlmişdir. Rəşidə birinci dəfə Qubada, ikinci dəfə Xaçmazda pul vermişdir. Təqsirləndirilən şəxs tutulduqdan sonra heç kim ona şikayət ərizəsini geri götürməsi barədə hədə-qorxu gəlməmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Ona vurulmuş 9996 manat pul Təqsirləndirilən şəxs tərəfindən geri qaytarılmamışdır. O, özü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmişdir. Baş İdarədən bir nəfər nümayəndə Rəşid barəsində başqa şikayətlərin də olduğunu bildirib onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərmişdir. O, Rusiya Federasiyasında 1995-ci ildə olmuşdur. Ailə üzvlərindən heç kim Rusiyada yaşamır. Təqsirləndirilən şəxs hansı kənddən olduğunu bilmir. Qubada Rəşid özü təsadüfən ona yaxınlaşmışdır. O, Rəşidlə sadəcə “Whatsapp” programı vasitəsi ilə danışmışdır. İnsanlardan eşitdikləri əsasında Təqsirləndirilən şəxs təhlükəli adam olduğu qənaətinə gəlmişdir. Rəşidə pul verməsini heç kim görməmişdir. Birinci dəfə Rəşidə pul verməsindən onun həyat yoldaşının xəbəri olmuşdur. Onun yoldaşı X15r və yaşayış ünvanı Quba rayonu, ikinci Nügədi kəndirir. Onlar soncu dəfə 2023-cü ilin oktyabr ayında Qubada görüşmüşlər. Ayın tarixini və saatı xatırlamır. Onlar ildə 4-5 kamaz mal ixrac edirlər. Malın Rusiyaya çatdırılması üçün şirkət 4000-5000 manat pul istəyir. Rəşid hər maşın üçün əlavə 200 ABŞ dolları pul istəmişdir. Rəşidlə tanış olduqdan sonra o, Rusiyaya mal göndərə bilməmişdir. Rəşid ona şəkillər ataraq filankəsin aqibətinə baxmasını söyləyib onu qorxutmuşdur. Mal ixrac etdiyi şirkətlə onun arasında müqavilə olmamışdır. O, sifarişlər vasitəsi ilə pul qazanmışdır. Rəşidin polislərlə əlaqəsi olmuş, bir neçə dəfə polis əməkdaşları onu tutmuş, amma sonra buraxmışlar. O, hazırda əvvəlki “Whatsapp” proqramını istifadə etmir, telefonunu deyişmişdir. Rəşidin ona atdığı hədə-qorxu şəkilləri hazırda qalmır. Polisə şikayətə gedən zaman yanında Rəşidin ona şəkillər atdığı köhnə telefonu olmamışdır. Sonuncu dəfə Rəşidə oktyabr ayında pul vermişdir. Sonuncu dəfə Rəşidi gördükdən sonra Rəşid ondan 7000 ABŞ dolları pul istəmişdir. Rəşid ondan 7000 istədikdən sonra o, telefon nömresini deyişmişdir. Rəşid ona 3 günü qaldığı barədə məlumat vermiş, ondan sonra yanvar ayında o, polisə müraciət etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxslə barışmamışdır və ona dəymiş zərərin ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, Rusiya Federasiyasına meyvə, tərəvəz göndərirmiş. İş prosesində Təqsirləndirilən şəxsla onun arasında mübahisə yaranmışdır. Bir gün Rəşid ona zəng edərək Qubada məzarlıq deyilen yerə çağırmışdır. Bununla bağlı onun şahidi də var. O, həmin yerdə polis idarəsinə zəng etmişdir. Polis əməkdaşları hadisə yerinə gəlmiş və Rəşid onun videosunu çəkərək söyüşlər söymüş və avtomobilinin açarlarını götürmüşdür. Mübahisədən sonra bir gün Rəşid barışmaq üçün “Şahdağ” otelə gəlmiş və oteldə bir polis əməkdaşı onları barışdırmışdır. Onlar barışdıqdan sonra yeyib-içmişlər və hətta narkotik vasitədə də istifadə etmişlər. Bu hadisələr dekabr ayında baş vermişdir. Yanvar ayında isə polis əməkdaşları vasitəsi ilə Rəşid onu saxlatdırmış və analizə aparmışlar. Orada onun şəkillərini çəkmişlər. Daha sonra Rəşidlə onun arasında mübahisələr yaranmış və daha sonra barışmışlar. O, Rusiyaya meyvə, tərəvəz göndərmişdir. O, hər ay çoxlu maşınlarla Rusiyaya mal göndərmişdir. Rəşid çox problemli insan olmuş, Qubada bir çox insana ziyan vurmuşdur. Bir-iki dəfə o, Rəşidlə əlbəyaxa çıxmaq istəmişdir. 20 dəfədən çox mal göndərən zaman Rəşidlə iş görmüşdür. Daha sonra o, Rusiyaya getmişdir. Rusiyada onlar 3-4 şərik olmuşlar və onun sürücülərlə problem yaranmışdır. Daha sonra Rəşid ona zəng etmiş və narahat olmamasını, Rusiyaya gələcəyini bildirmişdir. O, yenidən Rəşidlə birlikdə işləməyə başlamışdır. Rəşid onunla işləməyi tələb etmiş, razı olmadığı halda onun üçün çox ağır nəticələr yaranacağı barədə ona hədə-qorxu gəlmişdir. O, dəfələrlə Rəşidə pul vermişdir. Bir dəfə 1200 ABŞ dolları, bir dəfə 1400 ABŞ dolları, bir dəfə 2000 ABŞ dolları pul və s. vermişdir. O, bir dəfə Quba rayonunda “Şahdağ” oteldə, bir dəfə isə “Sərin” restoranında vermişdir. Toplam nə qədər məbləğdə pul verdiyini dəqiq xatırlamır. Sonda eşitmişdir ki, hamı Rəşiddən şikayətçi olmuş və Rəşid tutulmuşdur. O, bundan istifadə edərək, hirsini çıxarmaq üçün Rəşiddən şikayətçi olmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, Rəşidi çoxdan tanımışdır. X20 meyvə-tərəvəz göndərmişdir. Rəşidlə aralarında narazılıq yarandıqdan sonra o, başqa şirkətlərlə işləməyə başlamışdır. Rəşid çox problemli insan olmuşdur. Bunun üçün də o, Rəşidin hədələrini real qəbul etmişdir. Rəşid onu ailəsi ilə hədələmişdir. Rəşidin məhkum olunması barədə onun məlumatı olmuşdur. Rəşidin əxlaqsız hərəkətlərinə aid Qubada insanlarda videolar olmuşdur. Rəşidə pulları iki dəfə şəxsən o özü vermişdir. Rəşid ondan artıq məbləğdə pul almışdır. O, Rəşidə artıq pul verdiyini təxminən 2 ay sonra bilmişdir. Rəşid onun mallarının göndərilməsində maneələr yaratmışdır. Sonuncu dəfə o, Rəşidə 2022-ci ilin sonlarında “Şahdağ” otelin küçəsində pul vermişdir. O, ailəlidir və övladları var. O, Rəşidlə həm “WhatsApp” programı vasitəsi ilə, həmdə normal zəng vasitəsi ilə danışmışdır. O, hazırda mühəndis kimi fəaliyyət göstərir. O, əvvəllər “Shahdag Quba & Truskavets Sanatoriyası”nda və “Sərin” restoranında icraçı direktor vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs 5-6 ildir ki, tanıyır. Rəşid onun yerlisidir. O, daimi olaraq Qubada yaşayır. Rəşid ticarətlə məşğul olurmuş. O, dəfələrlə Rəşid vasitəsi ilə Rusiyaya meyvə göndərmişdir. Meyvə ticarəti onun atasından qalma iş olmuşdur. Onun üçün meyvə yığılması üçün pul vermişdir. Rəşidlə işlədikləri zaman 30-40 maşın mal göndərmişdir. O, Rəşidə hər maşın üçün əlavə 200 ABŞ dolları pul vermişdir. Həmin maşınlardan xaricə gedən də olub, getməyən də. Ona 13090 ABŞ dolları ziyan dəymişdir. Rəşid ona hədə-qorxu gəlmişdir ki, əgər ona pul ödəməsə, malları xaricə gedən zaman ona maneələr yaradacaq. Rəşid ona malları xaricə çıxarması üçün xidmət göstərmişdir. O, xaricə naringi göndərən zaman problem yaranmış və 37000 manat ziyan olmuşdur. Həmin hadisədən sonra o artıq mal ixrac etməmişdir. O, Rəşid barəsində Quba Rayon Polis Şöbəsinə şikayət etmiş, daha sonra Bakıya gəlmişdir. Rəşidə pulları verməsi ilə bağlı onun şahidi olmamışdır. Onun tərəfindən Rəşidə hər hansı bir səs yazısı göndərilməmişdir. O, təxminən 1 ilə yaxın Rəşidlə birlikdə işləmişdir. O, tanışlarının Rəşidlə işlədiyini görüb onunla işləmək qərarına gəlmişdir. İlk başlarda Rəşid ona hədəqorxular gəlməmiş, bir neçə aydan sonra hədə-qorxu gəlməyə başlamışdır. İlk dəfə 2022ci ilin əvvəllərində Rəşidə pul vermişdir. Elə həmin ildə də Rəşid barəsində polisə şikayət etmişdir. O, Rəşid barəsində hər kəsin şikayətçi olduğunu eşitmiş və o da şikayət etmək qərarına gəlmişdir. Rəşidlə sonuncu dəfə görüşdüyü tarixi dəqiq xatırlamır. Rəşid kriminal aləmlə əlaqəli şəxs olmuşdur. Rəşidin kiminsə meyvələrinə ziyan vurması barədə dəfələrlə eşitmişdir. Onun naringiləri üç gün gömrükdə qalmışdır. Bir dəfə Dağıstanda bir qrup şəxs onun avtomobilini saxlamış və avtomobili kənara çəkmişlər. O, Rəşidə 7700 ABŞ dolları pul verdikdən sonra meyvə ticarəti ilə məşğul olmamışdır. O, yenidən meyvə ixrac etmək istəyən zaman Rəşid ondan 5000 ABŞ dolları pul istəmişdir. Dekabr və yanvar aylarında o, Rusiyaya alma və naringi göndərmişdir. O, xaricə yerli alma göndərmişdir. Təqsirləndirilən şəxslə barışmamışdır və ona dəymiş zərərin ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs5 oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində zərərçəkmiş göstərmişdir ki, əvvəllər məhkum olunmamışdır, rəsmi olaraq heç yerdə işləmir və Azərbaycan Respublikasından Rusiya Federasiyasına meyvə-tərəvəz məhsullarının ixrac edilməsi ilə məşğul olur. Belə ki, ilin payız fəslində əsasən Quba rayonunda kənd sakinlərindən aldıqları alma məhsullarını yük daşıma şirkətinin vasitəsilə Rusiya Federasiyasına aparıb orada satıb qazanc əldə etmişdir. Quba rayonunda məhsullarını aldıqdan sonra həmin məhsulları RF-na hansı şirkətin daha tez çatdırması ilə maraqlanmış, çünki məhsulların yolda olduğu müddətdən əlavə gömrükdə çox qalacağı halda xarab olmasını istəməmişdir. Təxminən bir neçə ay əvvəl sezon başladığı üçün məhsullarını xaricə gööndərmək məqsədilə yenidən şirkətlərlə maraqlanmağa başlamış, bu zaman təsadüfən Quba şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin şəxs ilk başlarda özünün şirkətinin olduğunu deyərək məhsullarını onun şirkəti vasitəsilə RF-na apara biləcəyini bildirmiş, onun dediyi şərtlərlə tanış olandan sonra onun şirkəti ilə işləməmək qərarına gəlmişdir. Çünki onun təklif etdiyi şərtlər onu qaneə etəmiş, sonradan Rəşid onunla münasibət yaratmağa başlamışdır. Onunla 10-15 gün ərzində münasibətləri olmuş və Rəşid barəsində maraqlanan zaman onun barəsində heç yaxşı söz deyən olmamışdır. Bunu bilib ondan uzaqlaşmağa başlamış, onunla bir neçə gün danışamış və başqa bir şirkətlə məhsullarını RF- na aparılması ilə bağlı razılaşmışdır. Məhsulları hələ xaricə göndərməmiş Rəşid ona zəng edərək, onunla nə üçün işləmədiyini soruşmuş, ona şərtlərinin onu qaneə etmədiyini deyən zaman Rəşid onunla işləmədiyi üçün heç bir məhsulunun xarici bazara çıxmayacağını, həmin məhsulları ölkə ərizisindən daşınmasına icazə verməyəcəyini demişdir. Onun sözlərinə məhəl qoymamış və işini görəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra Rəşid ona zəng edərək açıq formada hədə-qorxu gəlməklə təhdid etmişdir. Belə ki, Rəşid onu və ailə üzvlərini RF-da olan kriminal aləmin nümayəndələri vasitəsilə öldürtdürəcəyini, oğurlatdıracağını, özünün həmin şəxslərlə münasibətinin olduğunu, özünün əvvəllər dəfələrlə məhkum olunduğunu, RF- da orada olan maşınları və məhsullarını yandırtdıracağını bildirmişdir. Tək insan olduğu üçün onun bu sözlərindən qorxmuş və ondan dəfələrlə ona problem yaratamaması üçün xahiş etmişdir. Lakin sözünə məhəl qoymamış, sonradan maraqlanan zaman məlum olmuşdur ki, Rəşid onun kimi onlarla şəxsə eyni yollarla hədə-qorxu gəlmiş, hər bir maşından ona 200 ABŞ dolları pul tələb etmişdir. Ailə üzvlərinin və özünün, bundan başqa maddi ziyanını düşünüb onun dediyi ilə razılaşmaq qərarına gəlmişmişdir. Rəşid hədənin icrası ilə bağlı özünə məxsus olan “watsapp” ani mesajlaşma mübadiləsi sistemində kimə hədə-qorxu gəlirsə həmin adamın adını açıq formada yazaraq bir neçə gün ərzində və ya qısa müddət ərzində həmin adamın başına iş gələcəyini demişdir. Həmin şəxsin bucür əməllərindən qorxduğu üçün onun dedikləri ilə razılaşmalı olmuş, həmçinin onun bir neçə dəfə məhkum olunduğunu bildiyi üçün onun doğurdan da kriminal aləmlə münasibətinin olduğunu düşünmüşdür. Bundan başqa Rəşidin həmin aləmdə tanışlarının olması barədə onunla ilk başlarda tanış olan zaman dəfələrlə ona məlumat vermiş, lakin onun nə üçün bu sözləri deməsini sonradan başa düşmüşdür. Onunla ilk dəfə görüş zamanı Rəşid xaricə aparılan hər maşın üçün ona 200 ABŞ dolları pul verilməli olduğunu demiş, ilk dəfə 15 sentyabr 2022-ci ilin Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası magistral yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsindəki “X38" adlanan yerdə onunla görüşmüş və ilkin olaraq ona 3.000 ABŞ dolları pulu vermişdir. Bu zaman Təqsirləndirilən şəxs pulun davamını verməyəcəyi halda özünün, ailə üzvərinin və məhsullarının başına nə iş gələcəyini bildiyini kinayə ilə ona deyərək onu yenidən hədələmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onunla işinin olmamasını demiş və yenidən ona pul verəcəyini bildirmişdir. 05 oktyabr 2022-ci il tarixdə yenidən həmin yerdə məhsulları tırlara yüklənən zaman Təqsirləndirilən şəxsla görüşmüş və görüş zamanı ona 2.000 ABŞ dolları pulu vermişdir. Təqsirləndirilən şəxs yenə pulu alandan sonra başqa pullar verilməyəcəyi halda eyni qaydada onu yenidən hədələmiş, ona qısa müddət ərzində yenidən pul çatdıracağını bildirmiş və 27 oktyabr 2022-ci il tarixdə məhsulları tırlara yüklənən zaman həmin yerdə yenidən Təqsirləndirilən şəxsla görüşmüş və ona 2.000 ABŞ dolları pul vermişdir. Beləliklə Rəşidə ümumilikdə həmin dövrün azərbaycan manatına nisbətdə 11.900 manat təşkil edən 7.000 ABŞ dolları pul vermiş, aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs onu və ailə üzvlərini hədələməməli olmuş, lakin sonuncu sözünə məhəl qoymayaraq yenidən əlavə 6.000 ABŞ dolları pul tələb etdiyinən barəsində şikayət etmək qərarına gəlmişdir (cild 01, iş vər. 124-126). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, avtoyuma məntəqəsində işləyir. İcarədar Rəşidin avtomobilini idarə edən zaman yol-nəqliyyat hadisəsi törətmişdir. Daha sonra Rəşid ondan avtomobilinə dəymiş ziyanı ödəməsini tələb etmiş, o isə obyekti icarəyə verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Rəşid normal insan olmuşdur. O, avtoyuma obtektini icarəyə vermişdir. Təqsirləndirilən şəxs ona elə də çox hədə-qorxu gəlməmişdir. Aralarında yaranmış problemdən sonra Rəşid ondan üzr istəmişdir. O, Rəşidə pul verməmişdir. Obyekti icarəyə götürən şəxs tutulmuşdur. O, obyekti götürən şəxsin atasına oğlunun ona icarə pulu ödəmədiyi barədə məlumat vermişdir. O, Harun adlı şəxsin Rəşidə pul verdiyini nə görmüş, nə də eşitmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni xatırlayır. Rəşid ona hədə-qorxu gəlməmiş, aralarında mübahisə olmuşdur. O, Rəşidin nə vaxtsa içki içdiyini, kiməsə kobud davrandığını görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Quba rayonu, X12 sədri vəzifəsində xidmət etmişdir. İbtidai istintaq zamanı ona sual verilmişdir ki, Təqsirləndirilən şəxs ondan pul alıb yoxsa yox, o da Rəşidin ondan pul almadığını bildirmişdir. Təqsirləndirilən şəxs ona torpaq sahəsini icarəyə götürməsi ilə bağlı müqavilə verməsi üçün müraciət etmiş, o, Rəşidə müqavilə verməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Rəşidin kimisə şantaj etməsi və onlardan pul alması barədə eşitmişdir. O, Rəşidin Natiq və Rza-nı şantaj edərək olardan pul aldığını eşitmişdir. Rəşid onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apartdıracağı barədə hədə-qorxu gəlmişdir. O, Rəşidi çoxdan tanıyır, orta məktəbdə Rəşidlə bir il birlikdə oxumuşlar. Rəşid onu şantaj edərək onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apartdıracağını demişdir. Tutulan günü də Rəşid onunla əlaqə saxlamış və “Natiqi apartdırdım, səni də apartıracam” demişdir. O, Rəşidə məsləhətlər vermiş, amma Rəşid onun məsləhətlərinə qulaq asmamışdır. Rəşid hər il ad günündə ona pul göndərmiş, o da eyni qaydada Rəşidin ad günündə həmin pulu qaytarmışdır. Hətta Rəşid tutulduqdan sonra da ad günüdə ona verdiyi 100 ABŞ dolları pulu Rəşidin pul göndərdiyi Abbas adlı şəxslə Rəşidə qaytarmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Ona heç kim tərəfindən təzyiq və təsir göstərilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, əvvəllər məhkum olunmamışdır, rəsmi olaraq heç yerdə işləmir və fərdi əməklə məşğul olur. 2002-ci il tarixdən atası Həmid Əliyevə məxsus olan Quba rayonu, Əksi-lqriq kəndində yerləşən restoran olmuş, restoranı atası sağlığında işlətmiş və atası təxminən 4 il əvvəl vəfat etmişdir. Atası vəfat etdikdən sonra həmin restoranı o və qardaşı X25 birlikdə işlətməyə başlamışdır. 2022-ci ilin avqust ayının sonları, sentyabr ayının əvvəllərində adının sonradan Rəşid olduğunu bildiyi şəxs onların restoranın yaxınlığında yerləşən torpaq sahəsini aldığını öyrənmişdir. Həmin ərəfələrdə Rəşid restorana gələrək restoranın ərazisininin böyük bir hissəsinin ona məxsus olduğunu, həmin torpaq sahəsinin ona verilməli olduğunu demiş, bu zaman özünə aid olan torpaq sahəsinin sənədlərini ona göstərərək restoranın və torpaq sahəsinin ona aid olduğunu demişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs ondan əl çəkməməyə başlamış və traktorla onun restoranının reklam lövhəsini sındırmış, bundan başqa Təqsirləndirilən şəxs restoranda qonaqlıq və hansısa tədbir olan zaman traktoru restoranın giriş hissəsinə yerləşdirərək, insanlara maneəçilik yaradaraq restoranına gələn müştəriləri qaçırmışdır. Həmçinin Təqsirləndirilən şəxs hər zaman onların yanına gələndə yanında adlarını bilmədiyi bir neçə nəfər şəxs olmuş, həmin şəxslər hər biri əlində ülgüzlə gəzmiş və onlarla razılaşmayan zaman və ya bir az səsini ucaldan zaman həmin şəxslər ülgücləri qarınlarına və ya biləklərinə tutaraq kəsəcəklərini demişlər. Təqsirləndirilən şəxs ondan əl çəkməsini xahiş etmiş və ondan nə istədiyini soruşduqdan o, adına olan torpaq sahəsini ondan almağını, bu zaman ondan əl çəkəcəyini demişdir. Təqsirləndirilən şəxs torpaq sahəsini neçəyə satdığını soruşan zaman sonuncu 60.000 manata oranı satdığını demiş, onunla razılaşa bilməcəyini, torpaq sahəni əvvəllər 15.000-20.000 manat aralığında satıldığını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs bu zaman öz əməllərinə davam edəcəyini demiş, məcbur qalıb onunla razılaşmış və aralarında olan razılaşmaya əsasən ona aid olan 02 ha torpaq sahəsini 48.000 manata alıb torpaq sahəsini öz adına rəsmiləşdirmişdir. Torpaq sahəsini almaqda məqsədi onun bir daha obyektinin yanına gəlməməsi olmuş, həmçinin obyektinin ərazisini böyütmüşdür. Hazırda Təqsirləndirilən şəxs hər hansı formada şikayəti, tələbi və mülki iddiası yoxdur (cild 02, iş vər. 41-43). Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğuldur, evlidir, əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs tanıyır, onunla şəxsi ədavəti və düşmənçiliyi olmamışdır. 2022-ci ilin payız aylarında ilk dəfə Azərbaycan Respublikasından Rusiya Federasiyasına meyvətərəvəz məhsullarının ixrac edilməsi ilə məşğul olmaq qərarına gəlmiş, bu barədə şirkətlərlə maraqlanan zaman təsadüfən Təqsirləndirilən şəxs ilə tanış olmuş, onunla söhbət zamanı sonucnu özünün şirkətinin olduğunu, onunla işləməyəcəyi halda onun başına oyun açdıracağını demişdir. Təqsirləndirilən şəxs başqa şirkətlərlə qiymətlər barədə mraqlanacağını, şərf edən şirkət olacağı təqdirdə başqa şirkətlərlə işləyəcəyini, əks halda onunla işləyə biləməyəcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində maraqlanan zaman onun haqqında bir nəfər belə olsa yaxşı deyən olmadığını öyrənmiş, bundan sonra məcbur onunla işləyə biləcəyini demişdir. Bu zaman Təqsirləndirilən şəxs ondan hər maşına görə əlavə 200 ABŞ dolları pul tələb etmiş, onun deməsinə görə ixrac şirkətlə edəcəyi məhsulların pulundan əlavə ona da dediyi məbləği verməli olmuşdur. Əks halda Təqsirləndirilən şəxs onun və məhsullarının başına gələcək hadisələrə cavabdeh olmadığını bildirərək ona qarşı hədə-qorxu gəlməyə başlamışdır. Təqsirləndirilən şəxs barəsində eşitdikləri və onun tələblərini götür-qoy etdikdən sonra bu işlə ümumiyyətlə məşğul olmamaq qərarına gəlmiş, onun qanunsuz tələbləri nəticəsində biznes fəaliyyəti ilə məşğul ola bilməmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs Quba rayon sakini olduğu üçün hər hansı şikayəti və tələbi yoxdur (cild 01, iş vər. 245-247). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış və Azərbaycan Respubliaksı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli “Ərizə”dən görünür ki, Quba şəhər sakini Təqsirləndirilən şəxs Qulu oğlu ona hədə-qorxu gələrək, Rusiya Federasiyasına göndərdiyi meyvə-tərəvəz məhsullarını daşıyan hər maşın üçün ona 200 ABŞ dolları pul verməyini tələb etmiş, əks halda onu və ailə üzvlərini Rusiya Federasiyasında özünün tanıdığı kriminal ailəmin üzvləri vasitəsilə oğurlatdıracağını və məhsullarını daşıyan avtomobilləri yandırtdıracağını bildirmişdir. O, ilk başlarda ona məhəl qoymasa da, onun hədə-qorxuları davam etməyə başlamışdır. 2022-ci ilin əvvəllərindən həmin ilin sonlarına qədər olan müddət ərzində ayrı-ayrı vaxtlarda və yerlərdə o, Təqsirləndirilən şəxs ümumilikdə 40.000 ABŞ dolları pul vermişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs hədə-qorxularını davam etdirməyə başlamışdır. Buna görə də, onun barəsində şikayət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs barəsində qanuni tədbirlərin görülməsini xahiş edir (cild 01, iş vər. 05). Zərərçəkmiş şəxs1 tərəfindən ibtidai istintaq orqanına təqdim olunan və cinayət işi materiallarına əlavə olunan “Watsapp yazışmasının foto şəkli”ndən görünür ki, mobil telefonda olan “Watsapp” ani yazışma tətbiqində Zərərçəkmiş şəxs1 məxsus mobil nömrə ilə Rəşid TT adlı istifadəçi arasında müəyyən məbləğdə pulun ödənilməsi ilə bağlı yazışmalar olmuşdur. Həmin yazışmaların məzmunundan görünür ki, Rəşid adlı istifadəçi Rza adlı şəxsə xitabən “22500 dollar pulu aldığını, daha sonra 4500 dollar (7650 azn) pulu Bakcell-dən götürüdüyünü bildirir (cild 01, iş vər. 10). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış və Azərbaycan Respubliaksı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli “Ərizə”dən görünür ki, Quba şəhər sakini Təqsirləndirilən şəxs Qulu oğlu ona hədə-qorxu gələrək, Rusiya Federasiyasına göndərdiyi meyvə-tərəvəz məhsullarını daşıyan hər maşın üçün ona 200 ABŞ dolları pul verməyini tələb etmiş, əks halda onu və ailə üzvlərini Rusiya Federasiyasında özünün tanıdığı kriminal ailəmin üzvləri vasitəsilə oğurlatdıracağını və məhsullarını daşıyan avtomobilləri yandırtdıracağını bildirmişdir. O, ilk başlarda ona məhəl qoymasa da, onun hədə-qorxuları davam etməyə başlamışdır. Sonradan onlar illik 20.000 ABŞ dolları müqabilində pula razılaşaraq il ərzində ona və ailə üzvlərinə qarşı hədə-qorxu gəlməməsini bildirmişdir. Onlar razılaşmış və 2023-cü ilin yanvar ayın əvvəllərində ünvan 2 ünvanında yerləşən "Shahdag Quba & Truskavets Sanatoriyası"nın 5-ci mərtəbəsində sözü gedən məbləği ona vermişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs hədəqorxularını davam etdirməyə başlamışdır. Buna görə də, onun barəsində şikayət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs barəsində qanuni tədbirlərin görülməsini xahiş edir (cild 01, iş vər. 12). Cinayət işinin materiallarında olan X8 tərəfindən yazılmış və Azərbaycan Respubliaksı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli “Ərizə”dən görünür ki, Quba şəhər sakini Təqsirləndirilən şəxs Qulu oğlu həbsdə olan övladı X10 həbsdə olduğu müddət ərzində başına oyun açdıracağını, tanışları olan kriminal aləmin nümayəndələri vasitəsilə övladını həbsdə öldürtdürəcəyini və ya başına oyun açdıracağını bildirməklə ondan hədə-qorxu ilə pul tələb etməyə başlamışdır. Belə ki, Təqsirləndirilən şəxs ondan övladı ilə bağlı ümumilikdə 10.000 manat pul tələb etmiş, 2022-ci ilin avqust və oktyabr ayında Quba şəhərində, müxtəlif ünvanlarda ona ayrı-ayrılıqda 2.000 manat, 3.000 manat və 2.500 manat olmaqla ümumilikdə 7.500 manat pul vermişdir. Sonradan maddi imkansızlıqdan ona pul verə bilmədiyi müddətdə Rəşid ondan dəfələrlə eyni üsulla pullar tələb etməyə başlamışdır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs barəsində qanuni tədbirlərin görülməsini xahiş edir (cild 01, iş vər. 17). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs4 tərəfindən yazılmış və Azərbaycan Respubliaksı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli “Ərizə”dən görünür ki, Quba şəhər sakini Təqsirləndirilən şəxs Qulu oğlu ona hədə-qorxu gələrək, Rusiya Federasiyasına göndərdiyi meyvə-tərəvəz məhsullarını daşıyan hər maşın üçün ona 200 ABŞ dolları pul verməyini tələb etmiş, əks halda onu və ailə üzvlərini Rusiya Federasiyasında özünün tanıdığı kriminal ailəmin üzvləri vasitəsilə oğurlatdıracağını və məhsullarını daşıyan avtomobilləri yandırtdıracağını bildirmişdir. O, ilk başlarda ona məhəl qoymasa da, onun hədə-qorxuları davam etməyə başlamışdır. Sonradan o, məcbur qalıb onun hədəqorxularından ehtiyyat etdiyi üçün 2022-ci ilin sentyabr-oktyabr aylarında ona ayrı-ayrı vaxtlarda və yerlərdə hissə-hissə olmaqla ümumilikdə 10.000 manat pul vermişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs hədə-qorxularını davam etdirməyə başlamışdır. Buna görə də, onun barəsində şikayət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs barəsində qanuni tədbirlərin görülməsini xahiş edir (cild 01, iş vər. 28). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs5 tərəfindən yazılmış və Azərbaycan Respubliaksı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli “Ərizə”dən görünür ki, Quba şəhər sakini Təqsirləndirilən şəxs Qulu oğlu ona hədə-qorxu gələrək, Rusiya Federasiyasına göndərdiyi meyvə-tərəvəz məhsullarını daşıyan hər maşın üçün ona 200 ABŞ dolları pul verməyini tələb etmiş, əks halda onu və ailə üzvlərini Rusiya Federasiyasında özünün tanıdığı kriminal ailəmin üzvləri vasitəsilə oğurlatdıracağını və məhsullarımı daşıyan avtomobilləri yandırtdıracağını bildirmişdir. O, ilk başlarda ona məhəl qoymasa da, onun hədə-qorxuları davam etməyə başlamışdır. Sonradan o, məcbur qalıb onun hədəqorxularından ehtiyyat etdiyi üçün 2022-ci ilin sentyabr-oktyabr aylarında ona ayrı-ayrı vaxtlarda və yerlərdə hissə-hissə olmaqla ümumilikdə 7.000 ABŞ dolları pul vermişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs hədə-qorxularını davam etdirməyə başlamışdır. Buna görə də, onun barəsində şikayət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs barəsində qanuni tədbirlərin görülməsini xahiş edir (cild 01, iş vər. 33). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs6 tərəfindən yazılmış və Azərbaycan Respubliaksı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli “Ərizə”dən görünür ki, Quba şəhər sakini Təqsirləndirilən şəxs Qulu oğlu ona hədə-qorxu gələrək, Rusiya Federasiyasına göndərdiyi meyvə-tərəvəz məhsullarını daşıyan hər maşın üçün ona 200 ABŞ dolları pul verməyini tələb etmiş, əks halda onu və ailə üzvlərini Rusiya Federasiyasında özünün tanıdığı kriminal ailəmin üzvləri vasitəsilə oğurlatdıracağını və məhsullarımı daşıyan avtomobilləri yandırtdıracağını bildirmişdir. O, ilk başlarda ona məhəl qoymasa da, onun hədə-qorxuları davam etməyə başlamışdır. 2021-ci ilin sonlarından 2022-ci İlin əvvəllərinə qədər olan müddət ərzində ayrı-ayrı vaxtlarda və yerlərdə o, Təqsirləndirilən şəxs ümumilikdə 7.700 ABŞ dolları pul vermişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs hədəqorxularını davam etdirərək ondan əlavə pullar tələb etməyə başladı. Buna görə də, onun barəsində şikayət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs barəsində qanuni tədbirlərin görülməsini xahiş edir (cild 01, iş vər. 39). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs7 tərəfindən Azərbaycan Respubliaksı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış teleqramdan görünür ki, Zərərçəkmiş şəxs7 müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən hədələndiyini, onun barəsində qanuni tədbirlərin görülməsini xahiş etmişdir (cild 01, iş vər. 44). Cinayət işinin materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, "Şahdag Guba & X13" tibbi-müalicəvi mərkəzinin video müşahidə sisteminin arxivindən çıxarılmış xx.xx.2023-ci il tarixinə aid vizual görüntülərə baxış keçirilmişdir. Diskə daxil olan zaman "konkret xx.xx.2023", "Natiq" və "Rza&Rashid" yazısı olan 03 ədəd faylın olması müşahidə edilmişdir. Birinci fayla daxil olan zaman sıra sayı ilə nömrələnmiş 8 ədəd videogörüntünün olması müşahidə ediilmişdir. Birinci videogörüntüyə baxış keçirilən zaman cinayət işi üzrə əhəmiyyətli hal müəyyən edilməmişdir. İkinci videogörüntüyə baxış keçirilən zaman Zərərçəkmiş şəxs2 sanatoriyanın koridoru boyunca bir nəfər şəxslə hərəkət etməsi müşahidə edilmişdir. Üçüncü videogörüntüyə baxış keçirilən zaman iş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 Heydər oğlu ilə Təqsirləndirilən şəxs və orada olan digər bir şəxsin birlikdə danışıb ayrılmaları müşahidə edilmiş, lakin səs qeyləri olmadığı üçün nə barədə danışmaları məlum olmamışdır. Dördüncü videogörüntüyə baxış keçirilən zaman Təqsirləndirilən şəxsla bir nəfər şəxsin sanatoriyanın koridoru boyunca birlikdə hərəkət etmələri maşahidə edilmişdir. Beşinci videogörüntüyə baxış keçirilən zaman üç nəfər şəxsin restoranın yeməkxana hissəsində görüşüb getmələri, həmçinin zalda olan masada əlavə şəxsin birlikdə yemək yemələri müşahidə edilmişdir. Altıncı videogörüntüyə baxış keçirilən zaman iş üzrə zərəçəkmiş şəxs Natiq Məmədovla Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixde sanatoriyanın koridoru boyunca birlikdə hərəkətə başlamaları, onların hansısa məzmunda danışmaları, əsasən Təqsirləndirilən şəxs aqressiv formada Zərərçəkmiş şəxs2 nə isə izah etməyə çalışması və onunla əl-qol hərəkətləri etməklə danışmaları və bundan sonra onların bir-birindən narazı formada ayrılaraq əks-istiqamətdə hərəkət etmələri müşahidə edildi. Yeddinci videogörüntüyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs digər bir nəfər şəxslə sanatoriyanın içərisindən onun həyətinə çıxmaları müşahidə edilmişdir. Səkkizinci videogörüntüyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs digər bir nəfər şəxslə sanatoriyanın binasından çıxmaları və naməlum istiqamətdə hərəkət etmələri müşahidə edilmişdir. Diskdə olan ikinci yəni "Natiq" yazısı olan fayla daxil olan zaman sanatoryanın 26 nömrəsi ilə qeydiyyata aldığı kameradan 10 ədəd videogörünütünün olması müşahidə edilir. Birinci videoya baxan zaman Zərərçəkmiş şəxs2 sanatoriyanın koridoru boyunca telefonla danışması müşahidə edilmişdir. İkinci videogörüntüyə baxış keçirilən zaman Zərərçəkmiş şəxs2 bir neçə şəxslə söhbət etməsi, üçüncü görüntüdə sonuncunun sanatoriyanın restoran olan hissəsində olan masaların birində digər şəxslə əyləşməsi və sonradan masadan qalxaraq getmələri, dördüncü görüntüdə sonuncunun sanatoriyanın restoran hissəsi boyunca hərəkət etməsi, beşinci görüntüdə Zərərçəkmiş şəxs2 restorana geri qayıtması, altıncı görüntüdə sonuncunun telefonla kimləsə danışması, yeddinci görüntüdə restoranda olan bir neçə nəfər şəxsin birlikdə masada əyləşməklə yemək yemələrinin görüntülərinin olması, səkkizinci görüntüdə Zərərçəkmiş şəxs2 digər iki nəfər şəxslə birlikdə restoranda olan masaların birində əyləşmələri, doqquzuncu görüntüdə sonuncunun digər iki nəfər şəxslə yemək yemələri, onuncu görüntüdə isə Zərərçəkmiş şəxs2 orada olan digər üç nəfər şəxslə yemək yemələri müşahidə edilmişdir. Diskdə olan üçüncü yəni üzərində "Rza&Rashid" yazısı olan fayla daxil olan zaman orada 19 nömrəsi ilə nömrələnmiş kameradan 02 ədəd görüntünün olması müşahidə edilmişdir. Birinci görüntüyə baxış zamanı Təqsirləndirilən şəxs bir nəfər şəxslə restoranın həyat hissəsinə çıxmaları, həmin şəxsin restorandan getməsi, özünün isə yenidən içəri qayıtması, ikinci görüntüdə isə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsla və digər bir nəfər şəxslə birlikdə restoranın həyət hissəsinə çıxmaları, onları birlikdə söhbət edib sağollaşdıqdan sonra Zərərçəkmiş şəxs1 oradan getməsi, lakin digər şəxslərin restorana geri qayıtmaları müşahidə edilmişdir (cild 01, iş vər. 232). Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 23 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Şahid2, Şahid4, Şahid3ns və Şahid1 hədə-qorxular gəlməsinə baxmayaraq onlara qarşı maddi ziyan vurmaması və sonuncuların şikayətlərinin, tələblərinin və mülki iddialarının olmaması nəzərə alınmaqla həmin hissədə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 02, iş vər. 119-131). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırki iş üzrə təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamla bağlı dolğun fikir əldə etmək üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair» 21 oktyabr 2011-ci il tarixli Qərarına nəzər yetirmək və Konstitusiya Məhkəməsinin sözügedən qərarında yaratdığı hüquqi mövqeyi nəzərə almaq zərurəti yaranır. Belə ki, Konstitusiya Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, CM-in 182.1-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə dedikdə zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə başa düşülür. İlk olaraq qeyd olunmalıdır ki, cinayət qanunvericiliyində cinayətlərin xüsusiyyətindən və təhlükəlilik dərəcəsindən asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normalar iki qrupa bölünür: formal və maddi quruluşa malik tərkiblər. Formal quruluşa malik olan tərkiblərdə cinayət tərkibinin obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli cinayətlərdə qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədilən andan başa çatmış hesab edilir. Maddi quruluşa malik olan tərkiblərdə isə hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də belə hərəkətdən (hərəkətsizlikdən) törəyən ictimai təhlükəli nəticə də cinayət tərkibinin obyektiv cəhətinə daxil edilir. Maddi tərkibli cinayətlər üzrə məsuliyyətin həlli üçün ictimai təhlükəli nəticənin baş verməsi tələb olunur. CM-in 182.1-ci maddəsində müəyyən edilmiş hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkiblidir. Hədə-qorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilib-edilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur. Hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir. Bu səbəbdən də hədə qorxu ilə tələb etmə çoxobyektli cinayət hesab edilir və bu cinayət əməlinin əsas obyekti mülkiyyət hüququ, əlavə obyekti isə insanın sağlamlığı, şərəf və ləyaqətidir. Özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələb etmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədə-qorxu ilə tələb etmə cinayətinin obyektiv cəhəti hesab olunur. Nəzərə almaq lazımdır ki, hədə-qorxu ilə tələb etmənin predmetini zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının mülkiyyətində olan əmlakla yanaşı, əmlaka olan hüquq və digər əmlak xarakterli hərəkətlər təşkil edə bilər. Əmlak xarakterli hərəkətlər isə təqsirkara müəyyən maddi fayda gətirən hərəkət kimi başa düşülür (borcun mövcudluğunu təsdiq edən sənədin, vəsiyyətnamənin məhv edilməsi, ümumi əmlakda olan paydan imtina və s.). Eyni zamanda, bəzi hallarda hədə-qorxu ilə tələb etmə zamanı əmlak tələbi hədələmə ilə müşayiət olunmaya da bilər. Bu zaman təqsirkar zərərçəkmiş şəxs və ya onun yaxınları üçün obyektiv mövcud olan təhlükəyə əsaslanaraq tələb irəli sürür və bildirir ki, müəyyən mükafat müqabilində bu təhlükə aradan qaldırıla bilər. CM-in 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, istənilən hədə-qorxu real olmalı və zərərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu ilə tələb etmə zamanı hədə-qorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədə-qorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər. Zor tətbiq etmə hədəsi dedikdə isə, sağlamlığa yüngül, az ağır və ağır zərər vurulması hədəsi başa düşülür. Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olub-olmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Eyni zamanda, cinayət əməlinin tərkibi üçün təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olub-olmaması əhəmiyyət kəsb etmir. Hədə-qorxu ilə tələb etmə cinayəti özgənin əmlakını və ya əmlaka olan hüququnu, yaxud əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə anından bitmiş hesab edilir. Eyni zamanda, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, təqsirkarın əməli cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edildikdə təkrarlığı təşkil edən hər bir hədə-qorxu ilə tələb etmə cinayəti üzrə təqsirkarın məqsədinin yönəldiyi əmlakların miqdarları toplanılmayaraq əməllərin hər biri üzrə ayrı-ayrılıqda müəyyən olunmalıdır. Bu zaman təkrarlıq yalnız Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən cinayətlərdən təşkil olunduqda, bütövlükdə bu cinayətlərin çoxluğu Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə, cinayətlərin təkrar törədilməsi ilə yanaşı təqsirkarın əməllərində CM-in 182.2ci maddəsində göstərilən digər tövsifedici əlamətlər olduqda isə CM-in 182.2.2-ci, habelə həmin tövsifedici əlamətləri nəzərdə tutan CM-in 182.2-ci maddəsinin digər normaları ilə tövsif edilməlidir. Habelə, həmin qərarda göstərilmişdir ki, hədə-qorxu ilə tələb etmə cinayəti əmlakın, ona olan hüququn real olaraq ələ keçirilməsindən, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsindən asılı olmayaraq Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən məzmunda hədələri işlətməklə əmlakın (əmlaka olan hüququn) verilməsi, əmlak xarakteri daşıyan digər hərəkətin edilməsi barədə tələbinin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir. Bu səbəbdən təqsirkarın məqsədi ilə ehtiva olunan əmlakın bir hissəsinin real olaraq ələ keçirilməsi, digər hissəsinin əldə edilməsinin isə onun iradəsindən asılı olmayan səbəblərdən mümkün olmaması, əməlin ələ keçirilmiş əmlakın dəyərinə görə tövsif edilməsini, o cümlədən başa çatmayan cinayət (cinayətə cəhd) kimi qiymətləndirilməsini istisna edir. Bu halda əməl təqsirkarın məqsədinin hansı miqdarda əmlakın əldə edilməsinə yönəlməsindən asılı olaraq, yəni “xeyli miqdarda” əmlakın əldə edilməsinə yönəldildikdə Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi, “külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi, “xüsusilə külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə isə Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə tövsif olunmalıdır. Yuxarıda qeyd olunanları hazırki iş üzrə tətbiq etdikdə müəyyən olunur ki, Təqsirləndirilən şəxs həqiqətən də irəli sürülən ittiham üzrə nəzərdə tutulan əməli törətməklə zərərçəkmiş şəxslərə hədə-qorxu gəlmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, yuxarıda sadalananları hazırki iş üzrə tətbiq edən, o cümlədən mövcud sübutları ayrı-ayrılıqda və məcmu halında araşdıraraq mümkünlüyü, mötəbərliyi və mənsubiyyəti üzrə qiymətləndirən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi, zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı şahid ifadələri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxs məhz bu formada ifadə verməklə cinayət məsuliyyətinə cəlb olunmaqdan yaxa qurtarmağa çalışmışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən işgəncələrə məruz qaldığını bildirmişdir ki, cinayət işinin materiallarına əlavə olunmuş qərardan görünür ki, Təqsirləndirilən şəxs qeyd etdiyi həmin hallar Nərimanov rayon prokurorluqda araşdırılmış və həmin xüsusatlar öz təsdiqini tapmadığından, Nərimanov rayon prokurorunun köməkçisi Rafiq Şixəliyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarlar hazırda qüvvədədir. Bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin qeyd etdiklərinin müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır və onlarla razılaşmır. Məhkəmə kollgiyası qeyd edir ki, təqsirləndirilən şəxsin hədə-qorxu ilə tələb etmə cinayətini törətməməsi ilə bağlı bildirdikləri zərərçəkmiş şəxslərin birbaşa məhkəmə istintaqı zamanı onun üzünə qarşı verdiyi ifşaedici ifadələri, o cümlədən iş materiallarında olan "Şahdag Guba & X13" tibbi-müalicəvi mərkəzinin video müşahidə sisteminin arxivindən çıxarılmış xx.xx.2023-ci il tarixinə aid video görüntülər və Zərərçəkmiş şəxs1 təqdim etdiyi fotoşəkillə tam olaraq təkzib olunur. Bundan əlavə, qeyd olunamlıdır ki, 7 nəfər zərərçəkmiş şəxsdən 6-sı sahibkar, 1 nəfər isə ümumiyyətlə rayonda yaşayan sadə vətəndaşdır və onun hər hansı bir sahibkarlıq fəaliyyəti ilə əlaqəsi yoxdur. Qeyd olunan bu qədər şəxsin eyni vaxtda Təqsirləndirilən şəxsla ədavət aparmaqla ondan hüquq mühafizə orqanlarına şikayət etməsi və onu şərləməsi ağlabatan deyil. Əksinə bu qədər şəxsin rayonda yaşayan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan digər şəxslərdən yox, məhz Təqsirləndirilən şəxs şikayət etməsi, şikayətlə yanaşı ona qarşı birbaşa ifadə verməklə onlara qarşı törədilən cinayət əməlləri barədə baş verənləri ətrafli göstərməsi və Təqsirləndirilən şəxs ifaşa etməsi ittihamda qeyd olunanların həqiqət olmasına dəlalət edən hallar kimi qəbul olunmalıdır. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş elektron sistemdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X19 adlı iki azyaşlı uşağı var. İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. O, sonuncu dəfə Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda məhkumluğu ödənilməmişdir (cild 02, iş vər. 01-03, 12-21). Cinayət işinin materiallarında olan “Quba Rayon İcra və Probasiya Şöbəsi”nin xx.xx.2024-cü il tarixli, 206/22/05 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş, xx.xx.2022-ci tarixdə şöbədə qeydiyyata düşmüş, xx.xx.2023-cü il tarixədək cəzasından 01 ay 26 gününü çəkmiş və çəkilməmiş cəzası 04 ay 04 gün təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə qismən barışıq əldə etməsini CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.4-cü maddəsində isə göstərilmişdir ki, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivi müəyyən edilmir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran başqa hallar da müəyyən edilməmişdir. Bununla yanaşı qeyd olunmalıdırki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, ilk dəfə cinayət əməli törətmiş şəxslə müqayisədə təkrar cinayət törətmiş şəxs daha yüksək ictimai təhlükəlilik dərəcəsinə malik biri kimi səciyyələndirilir və bu səbəbdən həmin şəxslərə eyni cəzanın təyin edilməsi həm qanunvericiliklə təsbit olunmuş humanizm və ədalət prinsipləri ilə, həm də bu prinsiplərin ümumbəşəri anlayışları ilə ziddiyyət təşkil etmiş olar. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halların olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə əvvəllər qəsdən törətdiyi inayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmasından və barəsində azadlıqdan məhrum etməyə nisbətdə daha yüngül cəza təyin edilməsindən nəticə çıxarmayaraq daha ağır cinayət əməli törətməsini də nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir və həmçinin, məhkəmə kollegiyası hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, əvvəlki hökm üzrə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi cinayət qanununun müddəalarına əsasən iki günün bir günə bərabər götürülməklə azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilib hazırki hökmlə təyin olunan cəzaya hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 135). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 187-192). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzasının başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş üzrə maddi sübutun, mülki iddianın, məhkəmə məsrəfinin, müsadirə ediləcək əmlakın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş 06 ay azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 04 (dörd) ay 04 (dörd) gün hissəsi həmin Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir hesabı ilə hesablanmaqla 02 (iki) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə kimi müəyyən edilərək hazırkı hökmlə təyin edilən azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar