Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-352/2023 27.09.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1994-cü ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, hazırda Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, ev 7-də qeydiyyatda olmaqla yaşamış həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 26 iyul 2022-ci il tarixdə 00:05 radələrində “İnstaqram” sosial şəbəkəsində tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsin 200 manat müqabilində “Whatsapp” sosial şəbəkəsində istifadə etdiyi +994-50-385-79-43 saylı mobil nömrə ilə sonuncunun adını mobil telefonun yaddaş qurğusunda “Muhafize Kameraman” adı ilə qeyd etdiyi +**********41 saylı mobil nömrə ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayıb Əli adlı şəxsin Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Uğur Palace”in yaxınlığında olan ağacın altına qoyduğu 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na (Siyahı 1) daxil edilmiş bir ədəd şəffaf rəngli sellofan paketə bükülmüş ümumi çəkisi 1 1,784 qram külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini və «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısıwna (Siyahı2) daxil edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf rəngli sellofan bükümdə ümumi çəkisi 1,843 qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla oradan uzaqlaşmaq istəyərkən, həmin tarixdə saat 00:50 radələrində Abşeron RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılmış və Abşeron RPİ-yə gətirilib, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə həmin 1 1,784 qram narkotik vasitə heroin və 1 ədəd bükümdə 1,843 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir ilə yaxındır ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. 26 iyul 2022-ci il tarixdə gecə saat 00:00 radələrində Masazır qəsəbəsində polis əməkdaşları onu saxlayaraq bölməyə aparmışlar. Üzərindən aşkar olunan narkotik vasitəni şəxsi istifadə məqsədi ilə əldə etmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, ona irəli sürülən ittihamla razı olduğunu, orada qeyd olunan miqdarda narkotik vasitənin və psixotrop maddənin onda aşkar edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə yəni, anası, atası və bacısı ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, ev 7-də qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi olaraq “Emerald” hoteldə qeydiyyatçı işləyib ailəsini dolandırır. Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən təxminən 1-2 aydır ki istifadə edir. Belə ki, “İnstaqram” sosial şəbəkəsində adını ona Əli kimi təqdim edən İran İslam Respublikası vətəndaşı ilə təxminən bir ay əvvəl tanış olmuşdur. Həmin şəxs özü sosisal şəbəkədə ona yazmışdır və bununla da həmin şəxslə tanış olmuşdur. Bundan sonra həmin şəxs öz istifadəsində olan +**********41 saylı mobil nömrəsini ona vermişdir. O da öz istifadəsində olan +**********43 saylı mobil nömrə ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə onunla əlaqə saxlamışdır. O, “Whatsapp” sosial şəbəkə vasitəsi ilə həmin şəxsdən təxminən 10- 15 gün əvvəl özünün şəxsi istifadəsi üçün heroin və metamfetamin sifariş vermişdir. Əli isə onun sifarişini göndərmiş, aralarında narazılıq yaranmamışdır. Bundan sonra yenə Əli adlı şəxsdən 25 iyul 2022-ci il tarixdə özünün istifadəsi üçün heroin və metamfetamin sifariş vermiş və həmin şəxsə “Million” ödəmə terminalı vasitəsi ilə 200 manat pul göndərmişdir. Həmin şəxs isə 26 iyul 2022-ci il tarixdə təxminən saat 00:03 radələrində “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə şəkil ataraq Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində “Uğur Palace”nin yaxınlığında ağacın yanına ayrı-ayrı bükümlərdə həm metamfetamin həm də heroin qoyduğunu bildirmişdir. O, həmin əraziyə 26 iyul 2022-ci il tarixdə təxminən saat 00:50 radələrində çatmışdır. O, həmin bükümləri adını qeyd etdiyi ərazidən yerdən götürmüşdür. Həmin vaxt iki nəfər polis əməkdaşları onu görüb yaxınlaşmış və özlərini təqdim etmişdilər. Polis əməkdaşları da onun hərəkətlərindən şübhələndiklərini bildirib, narkotik vasitələrin istifadəsində, daşınmasında və saxlanmasında şübhələndiklərini bildirmişdilər. O da üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxladığını səmimi olaraq etiraf etmişdir. Polis əməkdaşları onu saxlayıb narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Abşeron RPİ-nə dəvət etmişdilər. O, polis əməkdaşlarının idarə etdikləri avtomobilə əyləşmişdir. Abşeron Rayon Polis İdarəsinə xidməti otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilməsi ona izah olunmuşdur. Daha sonra hüquqlarının müdafiə olunması üçün vəkil dəvət olunmuşdur. Ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə şəxsi axtarış keçirilməyə başlamışdır. Baxış zamanı ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O da əynində olan tünd göy rəngli, cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükülmüş ağ rəngli kristal formalı, psixotrop maddə olan metamfetaminə bənzəyən kütləni və 1 ədəd şəffaf rəngli sellofan bükülmüş içərisində qəhvəyi rəngli, toz formasında olan, narkotik vasitə olan heroinə bənzəyən kütlələri təqdim edərək, həmin kütlələri 26 iyul 2022-ci il tarixdə Masazır qəsəbəsində İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən Əli adlı şəxsdən online vasitəsi ilə 200 manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Həmin kütlə şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bundan əlavə üzərində baxış keçirilən zaman qanunla qadağan olunan əşya və predmet aşkar olunmamışdır. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. O. həmçinin Əli adlı şəxslə ilk dəfə 26 iyul 2022-ci il tarixdən təxminən 10-15 gün əvvəl danışmışdır. Əli adlı şəxslə başqa əlaqəsi olmamış, internet vasitəsi ilə tanış olmuşdur. Həmin şəxsi görməmişdir. Əli ilə ümumilikdə iki dəfə əlaqəsi olmuşdur. Birinci dəfə ona narkotik vasitə və psixotrop maddə göndərmişdir. İkinci dəfə isə xx.xx.2022-ci il tarixdə göndərmişdir. Həmin vaxtı isə polislər onu tutmuşdur. O, narkotik vasitə istifadəçisi olmuş, hazırda da ağrıları olduğuna görə istifadə edir. Narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini çəkmək yolu ilə istifadə edir. Narkotik satmır. (cild 1, iş vərəqə 68-70, 232-233) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nin polis nəfəri Şahid1 ifadəsində göstərdi ki, 26 iyul 2022-ci il tarixdə 1 saylı marşurut üzrə xidmətdə olan zaman təxminən saat 01 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsindən keçən zaman bir nəfər şəxsin yolun qırağında şübhəli şəkildə hərəkət etdiyini görmüş və ona yaxınlaşmışlar. Onun hərəkətlərində və danışıqlarında narkotik vasitənin təsiri altında olması hiss olunmuşdur. Ona görə onun üzərində qanunla qadağan olunan hər hansı əşyanın olub-olmamasını soruşmuşlar. O, üzərində psixotrop maddə hesab edilən matemfetaminin və narkotik vasitə olan heroinin olmasını etiraf etmişdir. Onu Abşeron RPİ-nə dəvət etmişlər və bölmədə həmin şəxsin adının Təqsirləndirilən şəxs olması müəyyənləşmişdir. Xidməti otaqların birində vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 1 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə və 1 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Şahid Abşeron RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 digər polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 26 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan parçasına bükülmüş olan ümumilikdə iki bükümdən ibarət olan içərisindən şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroin və şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə olan metamfetamin bükülüləri aşkar olundu. 26 iyul 2022-ci il tarixdə “İnstaqram” sosial şəbəkəsində tanış olduğu tanımadığı şəxsdən 200 manata aldığını və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları tərəfindən baxış keçirilən zaman üzərindən başqa əşya və predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olduğuna görə şəxsi istifadəsi üçün aldığını, satmaq məqsədi ilə üzərində daşımadığını bildirmişdir. Aşkar olunan bükülülər qablaşdırılaraq götürülmüşdür. (cild 1, iş vərəqə 28-30) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “diskə baxış keçirilməsi haqqında” 14 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, bir ədəd CD diskdə 1 ədəd qovluq vardır. CD diskinə köçürülmüş 16 dəq 16 saniyəlik video görüntü saat 01:50 radələrindən saat 02:15 radələrindək olan anı fiksə etmişdir. Qeyd olunan qovluqdakı görüntüyə baxış zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 26 iyul 2022-ci il tarixdə saat 00:50 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi “Uğur Palace”-nin yaxınlığında yaxınlığında Abşeron rayon polis idarəsinin PPXBnin əməkdaşları tərəfindən saxlanılıb, Abşeron RPİ-nin inzibati binasına gətirilib üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində üzərində ağ rəngdə “2” hərfi yazılmış, boz rəngdə qısa qol yay köynəyi və tünd göy rəngli cins şalvar vardır. Baxışda PPXB-nin əməkdaşları, baş təhqiqatçı Fərman Rəhimov və Təqsirləndirilən şəxs vəkili Sirac Əsgərov iştirak edir. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli skotçla bağlanmış ağ kağıza bükülmüş kütlə aşkar olundu. Həmin kütlə polis əməkdaşları tərəfindən açılaraq içərisinə baxıldı. Həmin bükümün içərisindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroin və bir ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə olan metamfetamin bükülüləri aşkar olundu. Daha sonra Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları tərəfindən baxış keçirilən zaman üzərindən başqa əşya və predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olduğuna görə şəxsi istifadəsi üçün aldığını, satmaq məqsədi ilə üzərində daşımadığım bildirdi. O, həmin bükümləri İnstaqram sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşı kimi tanıdığı Əli adlı şəxsdən 200 manata aldığını bildirdi. Aşkar olunan bükülülər qablaşdırılaraq götürülmüşdür. ( cild 1, iş vərəqə 189-192) Məhkəmə baxışı zamanı qeyd olunan diskin sınaraq yararsız vəziyyətdə olduğu müəyyən edilmişdir, bununla bağlı həm Abşeron RPİ-nin İstintaq Şöbəsinin rəisi Müşviq Qubadov, həm müstəntiq Cavid Kərimli, həm də baş təhqiqatçı Fərman Rəhimov ilə əlaqə saxlanılmış, sonuncular həmin videogörüntünü öz komputerlərinin yaddaşında saxlamadıqlarını qeyd etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “mobil telefona baxış keçirilməsi haqqında” 27 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi istifadəsində olan 1 ədəd qara rəngli Samsung markalı A10 modelli mobil telefona özünün və müdafiəçisinin iştirakı ilə baxış zamanı mobil telefon xüsusi kodda olmamış və üzərində +99***-***-**-** saylı mobil nömrə olduğu müəyyən olundu. 3515xx/xx/298613/6 imei kodlu mobil telefondur. Həmin mobil telefonun yaddaş qurğusunda olan “Whatsapp” sosial şəbəkəsi olduğu müəyyən edildi, həmin sosial şəbəkənin +99***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçməsi müəyyən olundu. Təqsirləndirilən şəxs mobil telefonun yaddaş qurğusunda qeydə alınmış və “Muhafize Kameraman” adı ilə qeyd etdiyi +**********41 saylı mobil nömrənin “Əli” adlı İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsə məxsus olmasını və onunla “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə danışdığını bildirdi. Həmin mobil telefonda digər mobil nömrələrə baxış zamanı həmin nömrələrin qohumlarına və tanışlarına məxsus mobil nömrələr olduğunu bildirdi. Eyni zamanda telefonun şəkillər olan bölməsində özünə və ailəsinə aid şəkillər vardır. Həmçinin, narkotik vasitənin qoyulduğu yerin şəkili “Whatsapp” şəbəkəsində şəkili müəyyən olundu. Başqa Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə bağlı hər hansı yazışma qeydə alınmadı. ( cild 1, iş vərəqə 51-56) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış məhkəmə kimyəvi ekspertizasının 26 iyul 2022-ci il tarixli 6/4038 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №56” dairəvi möhür əksləri olan, “1) təqdim etdi: ... Təqsirləndirilən şəxs...” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki l(bir) ədəd bükümdə təmiz çəkisi 11,784 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,843 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir.Heroin 28 iyun 2005-ci i! tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı İİ) daxildir. (cild 1, iş vərəqə 35-40) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 15 avqust 2022-ci il tarixli 4507 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və Psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə: 140-141) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş komisyon kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 03 oktyabr 2022-ci il tarixli 2620 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqh hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM- nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hadisə zamanı etdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən əməli törədən zaman güclü ruhi həyacan vəziyyətində olmamışdır. (cild 1, iş vərəqə: 180- 182) Cinayət işinin materiallarından görünür ki, 28 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş 1 ədəd bükümdə ümumi təmiz çəkisi 1,843 qram psixotrop maddə olan metamfetamin ekspertiza keçirildikdən sonra qalıq qalmış 1,793 qram metamfetamin və 1 ədəd bükümdə ümumi təmiz çəkisi 11,784 qram narkotik vasitə olan heroin ekspertiza keçirildikdən sonra qalıq qalmış 11,734 qram heroin iş üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən Abşeron RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən 26 iyul 2022-ci il tarixdə çəkilmiş 1 (bir) ədəd disk və "xxxx" MMC-dən 19 sentyabr 2022-ci il tarixli 17896 saylı məktubla alınmış 1 ədəd disk maddi sübut kimi tanınmış, cinayət işi materiallarına əlavə olunmuşdur. (cild 1, iş vərəqə 204-214) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, 04 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin 01 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbayan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 19 may 2018-ci il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. (cild 1, iş vərəqə 120) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 64 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə hər hansı bir şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə 166) Məhkəmədə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlil gətirməmişdir. Məhkəmə «şəxsi axtarış və götürmə aparılması haqqında» 26 iyul 2022-ci il tarixli protokolun qeydə alındığı diskin sınması ilə bağlı qeyd edir ki, həmin diskin açılması texniki cəhətdən mümkün olmamış, həmçinin təqsirləndirilən şəxs qeyd olunan protokolda qeyd olunan məlumatları öz etirafedici ifadəsi ilə təsdiq etmiş, bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroin və bir ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə olan metamfetamin bükülüləri təqdim edilmişdir. Ona görə məhkəmə «şəxsi axtarış və götürmə aparılması haqqında» 26 iyul 2022ci il tarixli protokoldakı məlumatların həqiqiliyini qəbul edərək həmin protokoldakı məlumatları proses iştirakçıları tərəfindən mübahisələndirilmədiyi və həmçinin diskdə məlumatlar texniki imkanlara görə açılmadığı üçün qeyd olunan protokolu da sübut növü kimi qəbul edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və “metamfetamin” psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 27 iyul 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 26 iyul 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 26 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,793 qram metamfetamin və 11,734 qram heroin məhv edilməlidir. 2 (iki) ədəd disk məhv cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 26 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,793 qram metamfetamin və 11,734 qram heroin məhv edilsin, 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-352/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-352/2023
27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver