Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-352/2024 16.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X7 Nizami oğlunun sədrliyi, X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçilər - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Lerik rayonu, Nücü kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti 02 il 02 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.2023-cü il tarixli qərarla barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə, qanunsuz olaraq, külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə şəxsi istifadəsində olan “Samsung A12” markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp” proqram təminatından istifadə etməklə əlaqə saxlamış, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə 09 mart 2023-cü il tarixdə istintaqa məlum olmayan vaxtda, şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə qanunsuz olaraq satış məqsədi ilə, 01 ədəd üzəri skoçla bağlanmış qara rəngli sellofan bağlamada, külli miqdarda, təmiz çəkisi 2010 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində gizlətməklə yerləşdirərək həmin maddələrin və yerin fotoşəkillərini onun istifadəsində olmuş “Samsung A12” markalı mobil telefonda quraşdırılmış “Whatsapp” proqram təminatına göndərmiş, sonuncu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşının göndərdiyi külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə həmin yerdən qanunsuz olaraq əldə etməklə daşımış, 09 mart 2023-cü il tarixdə, saat 02 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirmiş olduqları əməliyyataxtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən “Vida” mərasim evinin arxasında saxlanılaraq 3-cü PB-yə aparılmış, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı 01 ədəd bükümdə təmiz çəkisi 2010 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin sol əlində saxlamış olduğu mavi rəngli sellofan torbanın içərisindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən, bildirdi ki, işdə olduğu halda tanımadığı bir nömrədən ona zənglər gəlmişdir. Onunla əlaqə saxlayaraq tanışlıq yaratmışdır. O həmin şəxsi tanımamışdır. Onda narkotik vasitələrin olduğunu demişdir. Ona narkotik vasitələri hara desə qoya biləcəyini bildirmişdir. O birinci öz etirazını bildirərək buna ehtiyac olmadığını söyləmişdir. Üstündən bir və ya iki gün keçdikdən sonra yenə tanımadığı nömrədən ona zəng gəlmişdir. Daha sonra İranlı kimi tanıdığı şəxs ona səs göndərmişdir. Səsdə Şəmkir rayonunda narkotik vasitənin olduğunu və götürə bilib-bilməyəcəyi soruşulmuşdur. O lazım olmadığını bildirmişdir. Daha sonra danışığı yekunlaşdırmışdır. Daha iki gün sonra ona yazaraq ondan Sumqayıt şəhərində olub-olmadığını soruşmuşdur. O da Sumqayıt şəhərində olduğunu demişdir. Həmin şəxs ona zəng eləyən adam olduğunu və iranlı olduğunu demişdir. Ondan nə istədiyini soruşanda cavab olaraq onda narkotik vasitələrin olduğunu və ona beş-altı qram narkotik təşkil edə biləcəyini bildirmiş, həmçinin narkotikin pulunu sonra verə biləcəyini də demişdir. O yenə də lazım olmadığını bildirmişdir. Daha sonra həmin adam narkotiki artıq həmin yerə qoyduğunu və onu pis vəziyyətdə qoymaması üçün narkotik vasitəni götürməsini ondan istəmişdir. O yenə də lazım olmadığını söyləmişdir. Dəqiqə başı ona zəng etmişdir. O da onu bloka atmışdır. O, bloka atdıqdan sonra başqa bir nömrə ilə onunla əlaqə saxlamışdır. Ən sonda onunla əlaqə saxlayan şəxsin kim olduğunu maraq etmişdir. Ona dediyi ərazini dəqiq tanımamışdır. O da həmin ünvana getmişdir. O həmin ünvana çatanda orada heç kimi görməmişdir. Ərazidən uzaqlaşmaq istəyəndə polis əməkdaşları onu tutmuşdur. Ora getsə də oradan bir şey götürməmişdir. Onun üzərində heç bir şey olmamışdır. Əməliyyat çəkilişi olmadan onu tutmuşlar. Onu döyə-döyə qoluna qandal vurub avtomobilə mindirmişlər. Onu 3-cü bölməyə aparmışlar. Üzərində heç bir şey olmamışdır. O, bölmədə stolda oturanda 10 nəfər şəxs hərəsi bir yandan üzərinə düşmüşlər. Ona “narkotiki götürüb hara qaçırdın” məzmununda suallar vermişlər. O da narkotik vasitəsnin olmadığını bildirmişdir. O, narkotik vasitə götürmədiyini demişdir. Bir nəfər polis əməkdaşı sellofanda narkotiki onun yanına qoyaraq bunun ona məxsus olduğunu demişdir. Onun o qədər narkotiki almağa pulu olmamışdır. Narkotiki boynuna alması üçün hərə onu bir yandan vurmuşdur. O, Qarabağ qazisi olduğunu və kantuziya aldığını bildirmişdir. Onların niyə belə rəftar etdiklərini soruşmuşdur. O, təzyiq altında qalaraq məcbur qalıb imza çəkmişdir. Onlar orada bunun ən yüngül maddə olduğunu ona söyləmiş və onun 5-6 aydan sonra içəridən çıxacağını demişlər. O da oxumadan imza çəkmişdir. Onun ev dustaqlığı cəzası olmuşdur. Həmin cəza 177-ci maddə ilə olmuşdur. 2018-ci ildə hərbi ilə əlaqədar bir illik ev dustaqlığı olmuşdur. Oğurluq işi tutulmamışdan beş-altı ay əvvəl olmuşdur. Onunla bağlı ev dustaqlığı almışdır. İttihamda göstərilən tarixdə saxlanılmışdır. Saxlanılarkən saat təxminən 12 radələri olmuşdur. Onu on səkkizinci məhəllədə “X11” yanında saxlamışlar. O, yolu tanımadığına görə məhəllədən olan Şahid5la birlikdə getmişdir. Narkotiki onunla götürmədiyi üçün onun adını ifadəsində deməmişdir. Tutulmamışdan əvvəl narkotik vasitələrin heç bir növündən istifadə etməmişdir. Əsəb sakitləşdirici dərmanlar atmışdır. Psixoloji durumu yerində olmamışdır. Müharibədə iştirak etmişdir, hətta bununla bağlı 6 medalı vardır. İranlını 5 gün əvvəl tanımışdır. İranlının onun nömrəsini haradan əldə etməsini bilməmişdir. İranlı ona yazanda iranlıya yalandan arada narkotik vasitə istifadə etdiyini bildirmişdir. Bu söhbətdən sonra iranlı ondan əl çəkməmişdir. Əvvəlcə onu ciddiyə almasa da sonradan onun göndərdiyi səsə qulaq asmış və iranlı olduğu qənaətinə gəlmişdir. O, iranlının dediyi yerə onun kimliyi maraqlı gəldiyi üçün getmişdir. İranlı ona konum göndərmişdir. Təxmini olaraq konum göndərilən yerə getmişdir. 5-6 qram narkotik göndərdiyini bildirmişdir. O 5-6 qramın arxasınca getmişdir. Həmin narkotiki götürməmişdir. Həmin yerdə heç bir şey olmamışdır. Polislər narkotiki zorla onun boynuna qoymuşlar. Şahid5 da onunla birlikdə bölməyə getsə də onu buraxmışlar. Ona “Keylanın bu işdə olması sənin vəziyyətini ağırlaşdıracaq” ifadəsini demişlər. Ona narkotiki boynuna götürməsini təklif etmişlər. Bu barədə çəkilişdən əvvəl ona hədə-qorxu gəlmişlər. Onu təhqir etmiş və döymüşlər. Yüngül xəsarəti olmuş, yəni dizi qanamışdır. İstintaq Təcridxanasına daxil olarkən qeydiyyata almışlar. O, dizinin qanamasının səbəbini bildirmişdir. Polis əməkdaşları xəsarətlərinin qeydə alınmasına imkan verməmişlər. Yalandan ekspertizadan keçirmişlər. Xəsarətlərinə baxmadan yazmışlar. İstintaq Təcridxanasında isə xəsarətlərini yazmışlar. Bədənində əziklər olmuşdur. Sanksiya məhkəməsində xəsarətlərini demişdir. Ona zəng edənin İran vətəndaşı olmasını nömrəsindən güman etmişdir. O sonradan əməliyyatçılara məxsus olmasını bilmişdir. O, iranlıya pul köçürməmişdir. O həmin iranlının onun nömrəsini İnstagram sosial şəbəkəsindən tapdığını güman etmişdir. Həmin narkotikin 200 min manata yaxın dəyəri olmuşdur. O həmin narkotiki bölmədə görmüşdür. Ona verilən vəkillə görüşmüşdür. Çəkilişdə sakit dayanaraq iştirak etmişdir. Polislərlə onun üzləşdirilməsi aparılmamışdır. Şahid5 onun saxlanılmasını görmüşdür. Aralarında 10-15 metr məsafə olmuşdur. Keylanı ayrı avtomobillə gətirmişlər. Onu Keylanla üzləşdirməmişlər. Həkim onu müayinə etməmişdir. Çəkiliş zamanı incidildiyini müstəntiqə demişdir. Müstəntiq də ona yalan danışmamasını demişdir. Onu aldatmaları barədə heç bir vəsatət verməmişdir. O, MSY-yə daxil olarkən sanksiyada nəzərdə tutulan cəzanı bilmişdir. O heç kimə müraciət etməmişdir. İran vətəndaşının müəyyən olunması məsələsinin sanksiya məhkəməsində araşdırılacağı bildirilmişdir. Əməliyyat vaxtı onu tutan polislər də ona təzyiqlər etmişdir. Qarın və ayaq nahiyələrindən təpik və yumruq zərbələri vurmuşlar. İdarənin əməkdaşı ilə ekspertin yanına getmişdir. Həmin əməkdaş yolda ona onların adını verməməsini və hər şeyin yaxşı olduğunu bildirməsini tapşırmışdır. Həmin əməkdaş ekspertiza da onu sağlam yazdırmışdır. Məhkəmə qarşısına çıxanda sağalmışdır. Onun 25 yaşı vardır. Təkər təmiri işi ilə məşğul olmuşdur. Narkotiki götürməyi ilə bağlı kiməsə söz verməmişdir. 102 xidmətindən məlumatı olmuşdur. Nə üçün ora zəng etmədiyini özü də bilməmişdir. Problemə düşməkdən qorxduğu üçün polisə deməmişdir. O kiminsə onunla zarafatlaşdığını güman etdiyi üçün oraya getmişdir. Şəkildə narkotik balaca görünmüşdür. Ona pul təklif edilməmişdir. Narkotiki verəndən heç bir şey soruşmamışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli ifadə verdiyinə görə ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 02:00 radələrində Sumqayıt şəhəri 18-ci məhəllə ərazisində yerləşən «Vida» mərasim evinin arxasında dostu Keylan ilə birlikdə olan zaman onlara dörd nəfər mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Onun qanunsuz olaraq narkotik maddə əldə edib üzərində saxlamaqda şübhəli olduğu üçün saxladıqlarını bildirmişlər, onu və dostu Keylam onlarla birlikdə 3-cü PB-yə dəvət etmişlər, nlar da etiraz etməyib polislərlə birlikdə 3-cü PB-yə gəlmişlər. PB-yə gətirildikdən sonra ona şübhəli şəxs qismində tutulması elan edilərək hüquq və vəzifələri izah edilmiş, özünün vəkili olmadığından təqdim edilmiş vəkillərin siyahısından hüquqlarının müdafiəsi üçün seçdiyi Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X6 ona təqdim olunmuşdur. Bundan sonra PB-də xidməti otaqların birində üzərində şəxsi axtarış keçiriləcəyi elan edilərək videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirməyə başlamışlar. Ona üzərində hər hansı bir narkotik vasitə, psixotorop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və predimetin olub-olmaması, əgər vardırsa həmin əşyanı çıxarıb könüllü şəkildə təqdim etməsi təklif edən zaman sol əlində saxlamış olduğu 1 ədəd mavi rəngli sellofan torbanı, boz rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu 1 ədəd “Samsung” markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşı tərəfindən şəxsi axtarış davam etdirilərkən üzərindən hər hansı iş üçün əhəmiyyət kəsb edən əşya və predimet aşkar ediməmişdir. Təqdim etdiyi mavi rəngli sellofan torba açılan zaman sellofan torbanın içərisində 1 ədəd üzəri şəffaf yapışqanlı lentlə bağlanmış, qara rəngli sellofan bağlamanın olduğu görülmüşdür. Sorğu zamanı taqdim etdiyi torbanın içərisindəki bağlamadakı maddənin narkotik vasitə olan “kakos” olduğunu, həmin narkotik vasitəni istifadəsində olan ***-***-**-** nömrənin vatsapına yazaraq özünü İran vətəndaşı kimi təqdim edən şəxsdən aldığım, həmin narkotik vasitəyə görə İran vətəndaşına pul ödəmədiyini, razılıq əsasında istifadə etdikdən sonra İran vətəndaşının kart hesabına 150 manat pul yollayacağını, İran vətəndaşının həmin narkotik vasitəni Sumqayıt şəhəri ərazisinə ataraq həmin ərazinin ünvanını ona yolladığını, həmin ünvana dostu Keylan ilə birlikdə getdiyini, orada ağacın dibindən həmin bağlamanı əldə ediyini, lakin bağlamanın içərisini orada açmadığını, həmin ərazidən təxminən 100 metr aralandıqdan sonra dostu Keylan ilə birlikdə polis əməkdaşları tərəfindən saxlanıldığını, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini, satış məqsədinin olmadığını bildirmişdir. Sözügedən bağlama açılan zaman içərisindəki toz şəkilli qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddənin olması aşkar edilmişdir. Üzərindən aşkar edilmiş içərisində qəhvəyi rəngi, toz şəkilli maddə olan bağlama elektron tərəziyə qoyularaq çəkilmiş və bağlamanın çəkisinin 2,080 kiloqram olması müəyyən olunmuşdur. Bundan sonra həmin bağlama Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-ə göndərilməsi üçün qablaşdırılmış və DİN-nin 127 saylı möhürü ilə möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış və imzalanmışdır. O, polis əməkdaşları tərəfindən saxlanılarkən, o cümlədən 3-cü PB-yə gətirildikdən sonra ona qarşı hər hansı bir qanuna zidd hərəkətlərə yol verilmədiyini bildirmişdir. Üzərindən aşkar olunan narkotik vasitə olan heroindir, şəxsi istifadəsi üçün üzərində saxlamış və həmin narkotik vasitədən heç kimə satmamış və ya hədiyyə verməmişdir. Narkotik vasitəni əldə etdiyi şəxs onun nömrəsinə özü 3-4 gün öncə yazmış, həmin şəxsin haqqında heç bir məlumatı yoxdur və adım belə bilmir. Heç kimə narkotik vasitə və ya psixatrop maddə satmamış, nə də hədiyyə və pay verməmişdir. O, 18-ci məhəlləni tanımadığı üçün Keylanı da özü ilə götürmüşdür. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə vermiş olduğu xx.xx.2023-cü il tarixli ifadəsində ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, saxlanılmazdan bir neçə gün əvvəl özünü ona İran vətəndaşı kimi təqdim edən şəxs hazırda xatırlamadığı nömrə vasitəsi ilə şəxsi istifadəsində olan mobil telefon nömrəsilə qeydiyyatdan keçdiyi və mobil telefonunda quraşdırdığı “Whatsapp” sosial şəbəkə tətbiqinə mesajlar yazmağa başlamışdır. Söhbət zamanı həmin şəxs ona bildirmişdir ki, Sumqayıt şəhərində bir əraziyə narkotik vasitə qoyduracaq və ondan gedib həmin narkotik vasitəni götürməsini istəmişdir. O, əvvəlcə həmin şəxslə razılaşmasada həmin şəxs mütəmadi olaraq ona yazaraq zəng vurduğuna görə həmin yerə getmək qərarına, gəlmişdir. Həmin İran vətəndaşı ona mavi rəngli sellofan torbanın və məkanın bildirişini göndərmişdir. O, həmin ərazini tanımadığından tanışı Şahid5 xahiş etmişdir ki, həmin yeri ona göstərsin. Keylan da onunla birlikdə həmin əraziyə getmişdir. 09 mart 2023-cü il tarixdə, təxminən saat 02 radələrində Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən “Vida” mərasim evinin arxa hissəsinə çatandan sonra fikirləşmişdir ki, ola bilsin İran vətəndaşı tərəfindən bu iş əvvəlcədən planlaşdırılıb, ona görə də orada qalmayıb getmək istəmişdir. Keylanla birlikdə həmin yerdən qayıtmaq istəyən zaman polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək saxlamışlar. Sonra isə Keylanla birlikdə onu 3-cü polis bölməsinə gətirmişlər. Polis bölməsində onları saxlayan polis əməkdaşları onu döyərək həmin otağa İran vətəndaşının şəkillərini ona atdığı mavi rəngli sellofan torbanı gətirmişlər və ondan həmin torbada nə olduğunu, kimə məxsus olduğunu soruşmuşlar. O, həmin torbada nə olduğunu və kimə məxsus olduğunu bilmədiyini deyəndə isə onu döyməyə başlamışlar. O, da qorxub həmin torbanın İran vətəndaşı tərəfindən göndərildiyini və içərisində arkotik vasitə olmasını ehtimal etdiyini, həmin torbanı götürmək üçün 18-ci məhəllə ərazisinə getdiyini demişdir. Bundan sonra həmin torbanı ona vermişlər və o əlində saxlamışdır. Sonra isə videoçəkilişlə onu saxlayan polis əməkdaşları və vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı da həmin torbada narkotik vasitə “kakos” olduğunu və özünə məxsus olduğunu demişdir. Polis əməkdaşları onu döydüklərinə görə qorxub onlarla razılaşaraq narkotik vasitələrin özünə məxsus olmasını demişdir. Əslində isə həmin yerə narkotik vasitə götürmək üçün getsədə sonradan bu işin qurma olduğunu fikirləşib fikrindən daşınaraq geri qayıtmaq istəmişdir. Keylana həmin yerdən narkotik vasitə götürmək istədiyini həmin yerə çatandan sonra demiş, əvvəlcədən deməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən, bildirdi ki, 09 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən “Vida” mərasim evinin ətrafı və yaxın ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. Həmin gün təxminən saat 02 radələrində Təqsirləndirilən şəxs əlində sellofan torba ilə yanında bir nəfər kişi cinsli şəxslə həmin mərasim evinin arxa hissəsində piyada hərəkətdə olduğunu görüb bir neçə dəqiqə müşahidə etdikdən sonra Təqsirləndirilən şəxs və yanındakı şəxsə yaxınlaşaraq Özlərini təqdim etmişlər. Şifahi sorğu zamanı onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs yanındakı şəxs Şahid5dur. Sonra isə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmişlər və sonuncunu Şahid5la birlikdə 3-cü polis bölməsinə dəvət etmişlər. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs əlindəki mavi rəngli sellofan torbanın içərisində narkotik vasitə “kakos” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs və Şahid5 etiraz etməyərək onlarla birlikdə polis bölməsinə gəlmişdir. 3-cü PB-də xidməti otaqların birində kriminalist Orxan Aslanovun videogörüntüyə alması və müdafiəçi Rəşad İldırımzadənin iştirakı ilə təhqiqatçı Zamiq Quliyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşyanın olub-olmaması soruşulmuş və təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs sol əlində saxlamış olduğu 1 ədəd mavi rəngli sellofan torbanı, boz rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd Samsung markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin sonuncunun üzərindən başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi mavi rəngli sellofan torba açılan zaman sellofan torbanın içərisində 1 ədəd üzəri şəffaf yapışqanlı lentlə bağlanmış, qara rəngli sellofan bağlamanın olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi torbanın içərisindəki bağlamadakı maddənin narkotik vasitə olan “kakos” olduğunu, həmin narkotik vasitəni istifadəsində olan ***-***-**-** nömrənin vatsapına yazaraq Özünü İran vətəndaşı kimi təqdim edən şəxsdən aldığını, həmin narkotik vasitəyə görə İran vətəndaşına pul ödəmədiyini, razılıq əsasında istifadə etdikdən sonra İran vətəndaşının kart hesabına 150 manat pul göndərəcəyini, İran vətəndaşının həmin narkotik vasitəni Sumqayıt şəhəri ərazisinə ataraq həmin ərazinin ünvanını ona göndərdiyini, həmin ünvana tanışı Keylan ilə birlikdə getdiyini, orada ağacın dibindən həmin bağlamam əldə ediyini, lakin bağlamanın içərisini orada açmadığını, həmin ərazidən təxminən 100 metr aralandıqdan sonra tanışı Keylan ilə birlikdə polis əməkdaşları tərəfindən saxlanıldığını, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini, satış məqsədi olmadığını bildirmişdir. Həmin bağlama açılan zaman içərisindəki toz şəkilli qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddənin olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə olan bağlama elektron tərəziyə qoyularaq çəkilmiş, bundan sonra həmin bağlama ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış və imzalanmışdır. Təqsirləndirilən şəxs məxsus üzərində ***-***-**-** nömrə olan “Samsung” markalı mobil telefon ibtidai araşdırma üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülərək zərfə qoyulub qablaşdırılmışdır. Bundan sonra Şahid5 öz razılığı ilə üzərinə baxış keçirilmiş, baxış zamanı sonuncunun üzərində qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. Sorğu zamanı Şahid5, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 18-ci məhəllə ərazisini tanımadığı üçün sonuncu ilə birlikdə həmin əraziyə narkotik vasitə götürmək üçün getdiyini, həmin ünvanın Şahların mobil telefonunda olduğunu, həmin ünvana birlikdə gəldiklərini, orada Şahların yaxınlıqdan sellofan torba götürdüyünü, həmin ərazidən uzaqlaşdıqda sonra polis əməkdaşları tərəfindən saxlanıldıqlarını, özünün hazırda narkotik vasitə istifadəçisi olmadığını, əvvəllər narkotik vasitə istifadə etdiyini bildirmişdir. Bundan sonra protokol tərtib olunmuş, ucadan oxunmuş, həmin protokolu imzalarla təsdiq etmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, təqsirləndirilən şəxs onun qonşusudur. O konkret olaraq nəyisə görməmişdir. Polis əməkdaşları onları saxlamışlar. O, evdə olmuşdur. Ona alacağını ala bilmədiyini və onunla birlikdə gedib onu alacağını götürməyi demişdir. Şəxs 18-ci məhəlləni tanımamışdır. O da 18-ci məhəllə də böyüdüyü üçün onunla bir yerdə getmişdir. Hava qaranlıq olmuş, saat təxminən 12-yə və ya 1-ə işləmişdir. Ona görə ərazini yaxşı tanımamışdır. Prokurorluq binası ilə üzbəüz restoran olmuşdur. Onun mühafizəçisindən yolu soruşmuşdur. Səkiyə necə çıxmalı olduqlarını onlara başa salmışdır. Onlar siqaret çəkərək gözləmişlər. O, təqsirləndirilən şəxsdən onun adamının gəlib-gəlmədiyini soruşmuşdur. Özü getmək istəmişdir. O, təqsirləndirilən şəxsin ondan bir xeyli uzaqlaşdığını görmüşdür. X11 yaxınlığında olmuşdur. Mərasim evi Sumqayıt şəhərində Narkolojinin binası ilə üzbəüz yerləşmişdir. Təqsirləndirilən şəxsin orada dayandığını görmüşdür. Onun yanına keçəndə onu qaldırıb yerə çırpmışlar. Onları tutaraq bölməyə gətirmişlər. Bölmədə üzərlərinə axtarış keçirmişlər. Heç birisinin üstündən heç bir şey aşkar olunmamışdır. Onların üzərlərinə axtarışı birlikdə keçirmişlər. Heç bir şey aşkar olunmayandan sonra ona “sənin üzərindən nə isə çıxardacağıq” ifadəsini işlətməmişlər. Əvvəllər məhkumluğu olmamışdır. Onu döyməmişlər. O, şəxsin döyülüb-döyülməməsini görməmişdir. Şahlarla uzun müddət tanışdırlar. Şahlar onun dayısı oğlunun qayınıdır. Ona əməliyyatçılar zəng etməmişdir. Əməliyyatçılardan heç birini tanımamışdır. Şahid3 yaşı ondan azdır. O, hadisədən sonra Şahid3ı tanımışdır. O, narkotik vasitələrindən istifadə etmişdir. Şahlarla bir yerdə narkotik vasitələrdən istifadə etməmişdir. Təqsirləndirilən şəxs əvvəlcə onun qardaşının da onlarla birgə gəlməsini istəsə də onun özü buna razı olmamışdır. Hadisə yerinə tutulmamışdan 40 dəqiqə əvvəl gəlmişlər. Onlar birbaşa məhləyə girmişlər. Orada bir müddət yolu dolaşmışlar. Şahlar həmin ərazidə bir dənə idarə olduğunu və adamın orada gözlədiyini demişdir. Şahlar şəxslə Votsap sosial şəbəkəsi ilə danışmışdır. Onun yanında danışmamışdır. Şahlar onunla məsajlaşmışdır. Şahlardan əvvəl onu tutmuşlar. Əməliyyatçılar onun da gəlməyini gözləmişlər. Şahların tutulma anını görməmişdir. Şahlar həmin vaxtı qaçmışdır. Onların əllərində heç bir şey olmamışdır. Onları bölməyə eyni avtomobildə aparmamışlar. O, bölmədə şəxsi bir dəfə görmüşdür. Onun üzərini bir nəfər axtarmış, lakin Şahların üzərini isə beş-altı nəfər axtarmışdır. O, şəxsin qazi olduğunu bildirmişdir. O, müdafiəçini görməmişdir. Videoçəkiliş olmuşdur. İştirak etmişdir. Ondan daha sonra ifadə almışlar. Onlar yolla gedərkən polislər onlara yaxınlaşıb, özlərini təqdim etmişlər. Sellafondan külli miqdarda narkotik çıxdığını deməsini istəmişlər. O da məcburən belə ifadə vermişdir. Daha sonra ona heç bir şərt qoymamışlar. İfadəsini dəyişmədən əvvəl Şahlarla görüşə bilmişdir. Ondan sonra öz qardaşının bölməyə gəlməməsi üçün ifadəsini dəyişmişdir, çünki onun qardaşı da narkotik vasitələrdən istifadə etmişdir. Şahlardan niyə belə ifadə verdiyini soruşmuşdur. O, şəxsin həmin əraziyə narkotik arxasınca getdiyini bilməmişdir. Şəxsin videoçəkilişində iştirak etməmişdir. Ona təzyiq göstərilməmişdir. Şəxs ona yüklənildiyini demişdir. Onların heç birinin məhkumluğu olmamışdır. Əgər o, belə ifadə verməsə orada döyüləcəkmiş. Şahlar ona təzyiq olunduğunu bildirməmişdir. Tutulan zaman şəxs ondan 100 metr aralıda olmuşdur. Tutulan gün o, işə getməmişdir. İstintaqa verdiyi ifadəsini təsdiq etməmişdir. O harasa şikayət etməmişdir. Şahlar tərəfindən həmin narkotikin götürülməsinin şahidi olmamışdır. Məhkəmədə iş gedərkən gəlib onu axtarmışlar. Nə üçün onu axtardıqlarını bilməmişdir. Polislər ondan istintaqda verdiyi ifadəsini məhkəmədə də verməsini istəmişlər. Şahid5 məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli ifadə verdiyi üçün ibtidai itintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 02:00 radələrində Sumqayıt şəhəri 18-ci məhəllə ərazisində yerləşən “Vida” mərasim evinin arxasında dostu Şahlarla birlikdə olan zaman dörd nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Şahların qanunsuz olaraq narkotik maddə əldə edib üzərində saxlamaqda şübhəli olduğu üçün saxladıqlarını bildirmişlər, onu və dostu Şahları 3-cü PB-yə dəvət etmişlər. Onlar etiraz etməyib polislərlə birlikdə 3-cü PB-yə getmişlər. PB-yə gətirildikdən sonra üzərinə baxış keçirilməsinə etiraz etmədiyini, bununla bağlı olaraq hər hansı bir şikayət və tələbi olmadığını, hüquqlarını müdafiə edə bildiyini, müdafiəçi köməyinə ehtiyacı olmadığımı bildirmişdir. Bundan sonra PB-də xidməti otaqların birində üzərinə baxış keçiriləcəyi elan edilərək videoşəkilişdən istifadə edilməklə baxış keçirməyə başlamışlar. Ona üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və predimetin olub-olmaması, əgər vardırsa həmin əşyanı çıxarıb könüllü şəkildə təqdim etməsi təklif edən zaman üzərində hər hansı bir narkotik vasitə, psixotorop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və predimetin olmadığım bildirmişdir. Bundan sonra üzərinə baxış davam etdirilərkən üzərindən hər hansı iş üçün əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 18-ci məhəllə ərazisini tanımadığı üçün sonuncu ilə birlikdə həmin əraziyə narkotik vasitə götürmək üçün gəldiyini, həmin ünvanın Şahların mobil telefonunda olduğunu, həmin ünvana birlikdə gəldiklərini, orada Şahların yaxınlıqdan sellofan torba götürdüyünü, həmin ərazidən uzaqlaşdıqda sonra polis əməkdaşları tərəfindən saxlanıldıqlarını, hazırda narkotik vasitə istifadəçisi olmadığını, əvvəllər narkotik vasitə istifadə etdiyini bildirmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılarkən, o cümlədən 3-cü PB-yə gətirildikdən sonra ona qarşı hər hansı bir qanuna zidd hərəkətlərə yol verilməmişdir. O, əvvəllər narkotik vasitə və psixotrop maddə qəbul etmiş, heç vaxt satışı ilə məşğul olmamışdır. Şahlar həmin ərazini tanımadığı üçün getmiş, heç bir marağı və başqa bir niyyəti olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə xx.xx.1998-cü il təvəllüdlü ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində iştirak etməsi, satışı, üzərində gəzdirməsi,istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1998-cü il təvəllüdlü ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə xx.xx.1998-cü il təvəllüdlü ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində iştirak etməsi, satışı, üzərində gəzdirməsi, istifadə etməsi barədə alınmış məlumat əsasında Təqsirləndirilən şəxs saxlanılaraq Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanıldığını deyərək hüquq və vəzifələri barədə bildirişi, həmçinin özünün seçdiyi vəkil X4 təqdim edir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs sol əlində saxlamış olduğu 1 ədəd mavi rəngli sellofan torbanı, boz rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd Samsung markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, lakin onun üzərindən başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. Təqsirləndirilən şəxs təqdim etdiyi mavi rəngli sellofan torba açılan zaman sellofan torbanın içərisində 1 ədəd üzəri şəffaf yapışqanlı lentlə bağlanmış, qara rəngli sellofan bağlamanın olduğu müəyyən olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi torbanın içərisindəki bağlamadakı maddənin narkotik vasitə olan “kakos” olduğunu, həmin narkotik vasitəni istifadəsində olan ***-***-**-** nömrənin vatsapına yazaraq özünü İran vətəndaşı kimi təqdim edən şəxsdən aldığını, həmin narkotik vasitəyə görə İran vətəndaşına pul ödəmədiyini, razılıq əsasında istifadə etdikdən sonra İran vətəndaşının kart hesabına 150 manat pul göndərəcəyini, İran vətəndaşının həmin narkotik vasitəni Sumqayıt şəhəri ərazisinə ataraq həmin ərazinin ünvanım ona göndərdiyini, həmin ünvana tanışı Keylan ilə birlikdə getdiyini, orada ağacın dibindən həmin bağlamanı əldə ediyini, lakin bağlamanın içərisini orada açmadığını, həmin ərazidən təxminən 100 metr aralandıqdan sonra tanışı Keylan ilə birlikdə polis əməkdaşları tərəfindən saxlanıldığını, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini, satış məqsədi olmadığını bildirir. Həmin bağlama açılan zaman içərisindəki toz şəkilli qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddənin olması aşkar olunur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə olan bağlama elektron tərəziyə qoyularaq çəkilir və bağlamanın çəkisinin 2 kiloqram 80 qram olması müəyən edilir. Bundan sonra həmin bağlama ekspertizaya göndərilməsi üçün qablaşdırılır, möhürlənir, üzərində müvafiq qeydlər aparılır və imzalanır. Təqsirləndirilən şəxs məxsus üzərində ***-***-**-** nömrə olan “Samsung” markalı mobil telefon ibtidai araşdırma üçün əhəmiyyət kəsb etdiyindən götürülərək zərfə qoyulub qablaşdırılır, möhürlənir, üzərində müvafiq qeydlər aparılır və imzalanır. Sonda isə çəkiliş dayandırılır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilən zaman müəyyən olundu ki, həmin telefon “Samsung A12” markalı olmaqla arxa hissəsi mavi rənglidir. Telefonun arxa hissəsində 4 ədəd kamera vardır, ön şüşəsi zədəli haldadır və mobil telefon şəffaf qoruyucu örtüyün içərisindədir. Mobil telefonun menyusunda “Qalereya” adlanan bölməyə daxil olduqda həmin hissədə Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisinin işarələnəmiş halda yerinin və Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş içərisində narkotik vasitə heroin olmuş mavi rəngli sellofan torbanın ağac dibindəki fotoşəkilinin olması müəyyən olunmuşdur. Mobil telefonun yaddaşında başqa iş üçün əhəmiyyət kəsb edən mətnlər, fotoşəkil və ya video görüntülər müəyyən olunmamışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/1437 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN-in zərflər üçün 127” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs..aşkar edilmiş..şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan bağlamadakı təmiz çəkisi 2010 qram (2kq lOqr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3611 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda ümayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Ambulator kompleks məhkəmə-psixiatrik ekspertizasının və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1825 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi emosional-labil pozuntusu müəyyən edilir. Bunu anamnestik məlumatlar, əldə edilmiş tibbi sənədlər və hal-hazırki psixiatrik müayinənin nəticələri (İİ Qarabağ müharibəsində döyüşlərdə iştirak etməsi, mina partlaması nəticəsində barotravma və qəlpə yaralan aldığı üçün hərbi hospitalda müalicədə olması, aldığı qəlpə yaraları sonra onda əsəbilik, hövsələsizlik, qıcıqlara qarşı həssaslıq, yuxu pozuntusu, yaddaş zəifliyi halları meydana gəldiyi üçün psixiatrik qeydiyyata düşərək Sumqayıt Psixiatriya Xəstəxanasında, həmçinin AR SN-nin Respublika Psixiatriya Xəstəxanasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi “Üzvi (barotravma) emosional-labil astenik pozuntu, üzvi kognitiv pozuntu, uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv əlamətlər” diaqnozu ilə stasionar müalicədə olması, həmçinin hazırki psixiatrik müayinə zamanı aşkar olunan əlamətlər (təfəkkürünün az produktivliyi, mülahizələrinin səthiliyi, əsəbiliyi, emosional qeyrisabitliyi və s.) sübut edir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs dünyagörüşü, əqli və intellektual imkanlarının normaya uyğun olması aşkar edilir. Diqqətində dayanıqsızlıq, təfəkkürünün az məhsuldar olması, mülahizələrində səthilik müəyyən edilir. Şəxsi keyfiyyətlərində və emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik aşkar olunur. İnadkarlıq, tez özündən çıxmaq, hövsələsizlik, kobudluq, kinlilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs üzvi emosional-labil pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən üzvi emosional-labil pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməli törətdiyi zaman öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın, yəni Təqsirləndirilən şəxs qərarda göstərilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, buna görə də; Təqsirləndirilən şəxs törətdiyi amal barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır, prosessual fəaliyyət qabiliyyətlidir. Təqsirləndirilən şəxs inadkarlıq, tez özündən çıxmaq, hövsələsizlik, kobudluq, kinlilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 302 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan və Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 02 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Probasiya Şöbəsindən daxil olmuş məktuba əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 02 il 02 ay 26 gün təşkil edir. 3 Saylı istintaq təcrixanasından daxil olmuş təqsirləndirilən şəxsin şəxsi işindən çıxarışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs təcridxanaya qəbul olunarkən dizində yara aşakar edilmişdir. Təsirləndirilən Təqsirləndirilən şəxs izahatında həmin yaranı tutulmamışdan bir gün əvvəl həyətdə yıxılaraq aldığını bildirmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 4 ay müdətinə həbs qətimkan tədbiri seçilmişdir. Medalların vəsiqələrinin surətindən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 44 günlük vətən müharibəsində iştirak etməklə “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Cəbrayılın azad olunmasına görə”, “Füzuinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə xx.xx.1998-cü il təvəllüdlü ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində iştirak etməsi, satışı, üzərində gəzdirməsi,istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis bölməsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əlində saxladığı mavi rəngli sellofan torbanın içərisindən bir bükümdə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini qeyri səmimi verilmiş bir ifadə kimi qiymətləndirir. Belə ki, Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə dair suallar verilərkən həmin suallara əsaslı cavablar verməmiş və yaranmış ziddiyyəti ağlabatan cavablarla izah edə bilməmişdir. Həmçinin təqsirləndirilən şəxsin verdiyi ifadə ilə Şahid5 verdiyi ifadələr arasında ziddiyyətlər olmuşdur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs şahidin dostu olduğu üçün onu müdafiə xarakterli ifadə vermişdir. Ona görə də məhəkəmə şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsini daha səmimi və obyektiv verilmiş ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı, ibtidai istintaq zamanı psixi təsir və fiziki təsirə məruz qaldığını bildirsədə iş materiallarında psixi təsirə məruz qalmasına dair heç bir sübuta rast gəlinməmiş, həmçinin müdafiə tərəfi bu barədə heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs fiziki təsirə məruz qalması cinayət işinin materiallarında olan məhkəmə tibb ekspertizasının, istintaq təcridxanasından daxil olmuş tibb kitabçasında göstərilən məlumatların əsasında öz təsdiqini tapmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduğu xx.xx.2023-cü il tarixli ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün ibtidai istintaq zamanı vermiş olduğu qismən etirafedici ifadəsi, şahidlərin məhkəmə baxışı zamanı (Şahid5 ifadəsi nəzərə alınmadan) vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.4.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 44 günlük Vətən müharibəsində iştirak etməklə “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Cəbrayılın azad olunmasına görə”, “Füzuinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilməsini cazasını yüngülləşdirən hal kimi nəzərə alır və həmin məcəllənin CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən olunmamışdır) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Həmçinin iş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-303/2023 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2,177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti 02 il 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan hökmə əsasən ona təyin edilmiş 02 il 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə bərabə tutulur. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən hesablanmalıdır. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 09 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 114 (yüz on dörd) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs üzərindən götürülərək maddi sübut kimi tanınıb, Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2009,8 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “Samsung A12” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılmalı, 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən təyin olunan qəti 02 il 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə hesablanmaqla 1 (bir) il 1 (bir) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən 1 (bir) il 1 (bir) ay 13 (on üç) gün azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş 9 (doqquz) il azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. O, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 114 (yüz on dörd) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən götürülərək maddi sübut kimi tanınıb, Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2009,8 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “Samsung A12” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın, 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-352/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-352/2024
16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver