Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-354/2024 29.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X8 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə, Türkmənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanında yerləşən Azərbaycan Texniki Universitetinin 4 saylı yataqxanasında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda barəsində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hazırki iş üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5 və 170.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt məhkəmə kopleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan 2005-ci il təvəllüdlü Şamil adlı şəxsə gəlir əldə etmək vədi verməklə ağır cinayətin törədilməsinə cəlb edib özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs işlətdiyi Sumqayıt şəhəri, 45-ci məhəllə, 256-282 saylı binanın birinci mərtəbəsində yerləşən pul dəyişmə məntəqəsinə gəlib aralarında olan razılaşmaya əsasən Şamil kənar şəxsin məntəqəyə girməsinin qarşısını almaq məqsədi ilə giriş qapısının içərisində dayanmış, o, isə öncədən üzərində olan silah qismində istifadə etdiyi, lakin istintaq zamanı əldə edilməsi mümkün olmayan bıçaqdan istifadə etməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olan zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın edərək, başqa saxlanc yeri hesab edilən pul saxlanılan masanın siyirməsindən qanunsuz olaraq 13.000 (on üç min) manat məbləğində nəğd pul vəsaitini talayıb Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vuraraq quldurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib sərbəst ifadəsində və saulları cavablandırarkən bildirmişdir ki, sözü gədən məntəqədə ümumiyyətlə zərərçəkmişlə ünsiyyəti olmayıb. Oraya planı şəkildə də getməmişdir. Planlı şəkildə ora getsə idi ən azında əlçək və sair ləvazimatları yanında olardı. Orada yüz minə yaxın pul olduğunu və pulların hamısını götürmək imkanını olduğunu bildirdi. Bundan başqa təqsirini boynuna aldığını və pula ehtiyacı olduğuna görə cinayət törətdiyini qeyd etdi. Ancaq quldurluq cinayətini törətməmişdir.O oğurluq məqsədilə məntəqəyə girmiş. İçəri girdikdən sonra dəhlizin o biri tərəfindən bir nəfər gəldiyini görüb qapını kilidləmişəmdir . Zərərçəkmiş şəxsdə qapının o biri tərəfində qalmışdır. Onu zərərçəkmiş şəxs oradan çıxanda sadəcə görüb. Heç bir şəkildə zərərçəkmiş şəxslə ünsiyyəti olmayıb və zərərçəkmiş şəxsi əvvəllər tanımamışdır. Eyni zamanda kiminsə üstündə bıçaq doğrultmamışdır. Daha sonra da pulu da götürüb məntəqədən çıxmışdır. Şamili əvvəllər tanımamış. Parkda oturmuşlar və orada onunla da orada tanış olmuşdur. Valyuta məntəqəsinə oğurluq niyyətilə girməsini deməmişdir. Oradaca qərar verib, Şamil isə onun arxasınca öz istəyi ilə gəlmişdir. Pulu götürəndə onu orda gördüyü üçün Şahinə bir miqdarda pul vermişdir. Məhəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli ifadə verdiyi üçün onun ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, maddi vəziyəti aşağı olduğu üçün xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən pul dəyişmə mətəqəsinin yanında olan parkda oturacaqda oturmuş, həmin vaxt onun yanma tanışı yetkinlik yaşına çatmadığını bildiyi X6 gəlmiş, onlar pul barəsində söhbət etmişlər və aralarında olan söhbət zamanı o, Şamilə demiş ki, pul istəyirsə qarşılarında olan pul dəyişmə mətəqəsində vardır. Şamilə təklif etmiş ki, həmin məntəqəyə girsinlər və orada olan kişini qorxutsunlar və pulları götürüb oradan qaçsınlar. Həmin adını sonradan bildiyi Zərərçəkmiş şəxs məntəqəsindən pul götürməyə Şamil birinci tərəddüd etsə də sonradan Şamili razı salmış ki, onunla birlikdə həmin pul dəyişmə mətəqəsinə girsin və o, əlində olan adi mətbəx bıçağı ilə siyirməni açıb Şahini qorxudub pulları götürsün, Şamil isə qapının ağzında durub heç kəsi içəri girməyə qoymasın, əvəzində götürdüyü puldan Şamilə də bir qismini versin. O, Şamillə razılaşmış və onlar birlikdə həmin Zərərçəkmiş şəxs işlətdiyi Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən pul dəyişmə məntəqəsinə getmişlər, ora daxil olduqda içəridə Şahinin oturduğunu görmüşlər. Şahinə o, əlindəki bıçağı göstərmiş və sakit olmasını demişdir. Həmin vaxt Şamil ona çöldən bir nəfər oğlanın yaxınlşadığını demiş, o, da Şamillə birlikdə çölə çıxmış, lakin pilləkənləri tam düşməmiş, o, yenidən pilləkənləri yuxarı qalxıb həmin tanımadığı oğlana bıça göstərib çıxıb getməsini demiş, həmin şəxs də çıxıb getmiş. Həmin vaxt Şahin də əlindəki bıçağı görmüş və anlamış ki, həmin bıçaqla ona həyatı və sağlamlığı üçün xəsarət yetirə bilərmiş, ona görə o, içəridən qapını bağlamış, yerindən tərpənməmiş və sakit oturmuşdur. Şamil də qapıda durmuşdur ki, kənardan gələn şəxslər içəri keçə bilməsinlər. Sonra o, stolun siyirməsini əlindəki bıçaqla açmış və orda təxminən yüz min pul olduğunu görmüş və siyirmədən özünə lazım olan qədər 10.000 manat məbləğində pulu götürmüş, qalan pula isə dəyməmişdir. Daha sonra onlar Şamilnən oradan qaçmış və kənara getdikdən sonra Şamilə birlikdə ələ keçirdikləri pulları bölmüşlər. Həmin pulldan Şamilə 3000 manat vermişdir. Qalan 7000 manat pulu öz şəxsi ehtiyaclarını ödəmək üçün xərcləmişdir. Əlavə olaraq qeyd etmişdir ki, müstəntiq tərəfindən ona göstərilən video görüntü ilə tanış olmuş və ağ köynəkli əlində bıçaq olan şəxs Özünün olduğunu, qara köynəkdə olan şəxs isə X6 olduğunu bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, əlindəki bıçağı Zərərçəkmiş şəxs göstərdiyi zaman ona demişdir ki "sakit ol" və Şahin də anlamış ki, onlar mağazda olan pulları götürüb oradan gedəcəklərmiş və ona görə də, Şahin səs etməmiş və buna görə Şahinə xəsarət yetirməmişlər. O, bıçaqla Şahinə heçnə etməmiş, bıçaqla yalnız stolun siyirməsini açıb oradan pulu götürmək üçün istifadə etmişdir. Şamilnən pul dəyişmə məntəqəsində olduqları zaman orada yalnız Şahin olmuş və digər şəxslər olmamış, məntəqədən çıxdıqdan sonra isə kənarda olan şəxslər onun əlində pul və bıçaqla Şamilnən birlikdə qaçdıqlarını görmüşlər. O, ordan özünə lazım olacaq məbləğdə 10000 manat məbləğində nağd pulu götürmüş, qalan pullara da özü dəyməmiş, lakin onları da götürməyə imkanı olmuşdur. Zərərçəkmiş şəxs dedikləri ilə qismən razıymış, bir daha da qeyd etmək istəyirmiş ki, o, Şamilnən oradan yalnız 10000 manat məbləğində pulları oğurlamışdır. Həmin bıçağı o, törətdikləri cinayət əməlindən sonra küçədə tullamışdır. O, Şamildən birlikdə törətdikləri cinayətdən sonra onu bir daha görməmiş və hazırda onun harda olması barədə də, heç bir məlumatı yoxmuş. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs Malik oğlu ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsində evin altında yerləşən "Valyuta" dəyişmə məntəqəsini icarəyə götürüb işlədirmiş. O, xx.xx.2022-ci il tarixdə, saat 09:30-radələrində işdə həmin Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, ev 256-282 saylı evin altında yerləşən "Valyuta dəyişmə" mətəqəsində işə gəlmişdir. Həmin evin altında olan obyektin girişdən sağda olan balaca təxminən 2x3 ölçüdə olan məntəqədə yerləşən seyf kimi (saxlanc yeri kimi) istifadə etdiyi masanın altındakı yerdə 13000 (on üç min) manat məbləğində pulları saxlamışdır. Həmin gün təxminən saat 10:20 radələrində üzdən tanıdığı Eldəniz adlı şəxs və üzdən tanımadığı və sonradan adı ona araşdırma zamanı deyilən X6 içəri pul dəyişmə məntəqəsin qəfildən basqın etmişlər və Eldəniz əlində bıçaqla üstünə hücum etmişdi və həmin vaxt Eldəniz ona demişdir ki, "Sakit ol". Həmin vaxt Eldənizin əlindəki bıçaq ona tərəf istiqamətləndirmişdir. Onların hər ikisi ona demişlər ki, "səsini çıxartsan vuracıyıq səni bıçaqla vurub doğruyacıyıq". Ona görə də, o, qorxub qırağa çəkilmişdir. Həmin vaxt Şamil Fərzəliyev obyektin giriş qapısını bağlamış və Eldəniz əlindəki bıçaqla masanın altında olan yerin kilidini sındırıb açmış və orada olan 13000 manat məbləğində pulları oradan götürüb Şamilnən birlikdə qaçmışlar. O, da onlar ordan getdikdən sonra onların ardınca ucadan səslə qışqırmış və daha sonra orda olan kənar şəxslərdə onu görüb ardınca qışqırmışlar. Daha sonra o, Sumqayıt ŞPİ-nin 3-cü PB-nə ərizə ilə müraciət edərək, baş vermiş hadisə barədə yazılı sürətdə bildirmişdir. Əlavə olaraq qeyd etmək istəyirmiş ki, o, ilkin ərizəsində və izahatında bildirmişdir ki, tanımadığı şəxs guya həmin işlətdiyi məntəqədən gizli olaraq pul oğurlamışlar. O, qorxub ilkin olaraq belə polisə məlumat vermşdir, çünki Eldənizi əwlərdə oralarda görmüş və o Şamilnən 13.000 manat pulu quldurluq edib oradan qaçdıqda onu hədələmişdir ki, “əgər mən onu polisə versəm o məni sonra tapacaq”. Ona görə də, o, qorxub ilkin olaraq tam məlumat baş vermiş hadisə barədə bildirməmişdir. Lakin, sonradan ona izah olunmuşdur ki, onun təhlükəsizliyi dövlət tərəfindən ona tam təmin ediləcəkmiş və buna görə də, o, hal-hazırda baş vermiş hadisə barədə ətraflı danışırmış. Həmçinin, orada hadisə zamanı çəkilən video görüntüləri bölməyə təqdim etmişdir. Həmin video görüntüdə Şamil əlində bıçaq pul dəyişmə məntəqəsində Eldənizlə birlikdə çıxıb qaçdıqları görünürmüş. Verilən suallara cavab olaraq bildirmişdir ki, həmin vaxt onlar ona xəsarət yetirməmişlər, ona görə də, o, tibbi eksperizdan keçməkdən imtina etmiş, lakin o, səsini çıxartsaydı onlar bıçaqla onu vuracaydılar və buna görə o, susmuş və onlar onun gözünün qabağında 13000 manat məbləğində pulları talamışlar. O, Eldənizi yalnız üzdən tanımış, çünki o daimi işlətdiyi məntəqənin ətrafında gəzirmiş, o ona şübhəli gəlmiş və onun adınıda əvvəldən bilirmiş. O, da bilirmiş ki, o, masanın altında pul saxlayırmış. Baş vermiş hadisə zamanı məntəqədə o, tək olmuş, ona görə də, hadisəni görən olmamış, lakin çöldə onlar qaçanda ətrafda tanımadığı şəxslər olmuşlar. Məhəkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid atası Zərərçəkmiş şəxs Malik oğlunun ifadəsinə uyğun olan, eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan və fotocədvəldən görünür ki, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs işlətdiyi Sumqayıt şəhəri, 45-ci məhəllə, 256- 282 saylı binanın altında yerləşən pul dəyişmə məntəqəsindən 13000 manat pul talanmışdır. İfadənin yerində yoxlanmasına dair protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyü cinayət işi üzrə hadisə yerində, yəni Zərərçəkmiş şəxs Malik oğlunun icarə əsasında işlətdiyi Sumqayıt şəhəri 45-ci məhəllə, saylı 256-282 binanın altında yerləşən valyuta dəyişmə məntəqəsində yoxlanılmış, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində tam təsdiq etmişdir. Cinayət əməlinin törədildiyi anın video görüntülərini özündə əks elətdirən disk və həmin diskə dair protokol məhkəmə istintaqı zamanı araşdırılmışdır. X5 məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 28 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissəsindən görünür ki, aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. -Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. -Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. -Təqsirləndirilən şəxs özünəməxsus mövqeyə malik olmaq, ünsiyyətçillik, situativlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. -Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. -Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Onun əvvəlcədən plan qurması və məqsədyönlü şəkildə hərəkət etməsi ilə əlaqədar həmin vaxt psixiemosional halında niyyətlilik, qətiyyətlilik, qərarlılıq yaranmışdır. -Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. -Təqsirləndirilən şəxs fərdi psixi xüsusiyyətlərində hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. Cinayət işinin materiallarında olan şəxsiyyətin identifikasiyasının məhkəmə-tibbi ekspertizasının 20 iyun 2023-cü il tarixli, 242/2023-MTKŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş DVD-diskdə olan videogörüntülərdə, həmçinin fotoşəkillərdə olan ağ köynəkli kişi cinsli şəxslə, ekspertizaya təqdim edilmiş fotoşəkildə olan kişi cinsli şəxsin üz cizgilərinin bir-biri ilə uyğun olmasını nəzərə alaraq demək olar ki, təqdim edilmiş DVD-diskdə olan videogörüntülərdə, həmçinin fotoşəkillərdə olan ağ köynəkli kişi cinsli şəxslə, ekspertizaya təqdim edilmiş fotoşəkildə olan kişi cinsli şəxsin eyni şəxs ola bilməsi istisna edilmir. Ekspertizaya təqdim edilmiş fotoşəkildə olan kişi cinsli şəxsin Təqsirləndirilən şəxs olması təqdirdə, təqdim edilmiş DVD- diskdə olan videogörüntülərdə, həmçinin fotoşəkillərdə olan ağ köynəkli kişi cinsli şəxsin Təqsirləndirilən şəxs olması istisna olunmur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 207-ci maddəsinin 2-ci hissəsi, 207-ci maddəsinin 3-cü hissəsi və 38-ci maddəsi ilə təqsirli bilinərək barəsində Füzuli Rayon Xalq Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2004-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. AR CM-nin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək barəsində Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadə kimi qiymətləndirir. Belə ki təqsirləndirilən şəxs həmin ifadəsində törətdiyi hər bir cinayət hadisəsi ilə bağlı dolğun fikirlər səsləndirir, hadisələrin baş vermə mexanizmi dəqiq göstərir, yalnız ona məlum olan faktları sadalayır, törətdiyi cinayətlərdən əvvəl, hadisə zamanı və hadisədən sonra edilən hərəkətlərin konkret olaraq göstərir. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə məhkəmə istintaqı zamanı araşdırılmış video görüntülərlə uzlaşır. Belə olan halda, məhkəmə kollegiyası məhz həmin ifadələrin həqiqiliyi ilə bağlı heç bir şübhə yerinin olmadığı qənaətinə gəlir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 181.2.5 -ci maddəsinə əsasən quldurluq - yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə; xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə; silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə - səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3-cü maddəsinə əsasən (170.1. On səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə) həmin Məcəllənin 170.1 və ya 170.2-ci maddələrində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə - beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, 181.2.1, 181.2.3, 181.2.4 181.2.5 və 170.3 ci maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 181.2.5 və 170.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə cəzasını yüngülləşdirən hal və həmin Məcəllənin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən (müəyyən edilməmişdir) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 170.3, 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu cəza təyin edilməlidir. Bundan başqa, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 14 iyul 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Beləliklə, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Qanunvericinin belə tənzimətməsi onunla izah olunur ki, cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir. Əks yanaşma, yəni şəxsə hökmün qanuni qüvvəyə mindiyi ana qədər törədilmiş cinayətə görə cinayətlərin məcmusu qaydasında deyil, ayrılıqda cəza təyin edilməsi cinayət qanununun cəza təyinetmə ilə bağlı qaydalarına zidd olmaqla yanaşı, həmçinin şəxsə daha ağır həddə cəza təyin edilməsi ilə nəticələnə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 08 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 08 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 11 (on bir) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə ona, qəti olaraq 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nurəddin Hüseynli X9 Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(124)-354/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-354/2024
29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver