Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-355/2022 19.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi – X8 Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2, xx xxxxxxx 1961-ci ildə Laçın rayonu, Minkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Ağcabədi rayonu, Ağabəyli kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Tuqzavod qəsəbəsi ərazisində ünvansız fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 2022-ci ilin yanvar ayının əvvəllərində Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi ərazisində yerləşən yeməkxanada nahar edərkən orada tanımadığı 45-50 yaşlarında iki kişi cinsli şəxsin öz aralarında üç uşaq anası olan qızı Zərərçəkmiş şəxs kişi qohumu ilə gizlin görüşüb yüngül həyat tərzi keçirməklə ailəsinə xəyanət etməsi barədə etdikləri söhbətini eşitdikdən sonra qızını güdüb-izləməklə 2022-ci ilin fevral ayının birinci on günlüyündə gecə saatlarında bir neçə dəfə qızı Zəminənin saat 21-22 radələrində yaşadığı binanın bir qədər kənarında onu gözləyən Şahid6 idarə etdiyi avtomobilə oturub getdiyini və gecədən xeyli keçmiş evinə qayıtdığını gördükdən sonra qızı barəsində söylənilənlərin həqiqət olduğunu yəqin edib onu öldürmək qərarına gəlmiş, bu məqsədlə xx.xx.2022-ci il tarixdə saat 09 radələrində evindən diametri 0,1sm, uzunluğu 219 sm olan tünd qəhvəyi rəngli yanmış məftil götürüb üzərində gizlədərək, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi Tuqzavod ərazisində yerləşən «UPTKA-1» adlanan idarə binasının 1-ci mərtəbəsində qızı Zərərçəkmiş şəxs yaşadığı nömrəsiz evə gələrək keçirdiyi həyat tərzinə görə qızına iradlarını bildirib aralarında yaranan mübahisə zamanı üzərində gətirdiyi məftili sonuncunun boğazına keçirib onu boğmağa başlamış, məftil kiçik olub əlindən çıxdıqda, öz cinayətkar niyyətini başa çatdırmaq üçün yanında döşəmə üzərində olan elektrik uzadıcısının naqilini dartıb qıraraq həmin naqili onun boğazına keçirib boyun üzvlərini ilgəklə sıxaraq həyat üçün təhlükəli olan, sağlamlığa AĞİR zərərvuran xəsarətlər yetirərək həmin xəsarətlər nəticəsində yaranmış mexaniki asfiksiya Zərərçəkmiş şəxs ölümünə səbəb olmuş, yəni sonuncunu qısqanclıq zəminində qəsdən öldürmüş, beləliklə digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən və suallara cavab verməkdən imtina etmişdir. Əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı tədqiq olunmuş təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, Laçın rayonunun Minkənd kəndində anadan olmaqla həmin kənddə yaşayıb orta məktəbi bitirmiş, 1978-ci ildə Şahid2 ilə ailə qurmuş, həmin nikahdan 1980-ci ildə Seymur, 1984-cü ildə Zəminə, 1985-ci ildə İlahə və İlhama adlı əkiz uşaqları olmuş, törətdiyi cinayət əməlinə görə Laçın rayon xalq məhkəməsinin xx.xx.1985-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (keçmiş redaksiyada) 17,129-cu maddəsinin 2-ci hissəsi ilə (yeni redaksiyada adam oğurluğu) ilə təqsirli bilinərək 02 iki il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 1988-ci ildə qızı İlahə ümumi xəstəlikdən ölmüşdür. 1-ci Qarabağ Müharibəsi zamanı 1993-cü ildə yaşadıqları Laçın rayonu Minkənd kəndindən məcburi köçkün olub Ağcabədi rayonu Ağabəyli kəndində məskunlaşmış, dolana bilmədiklərindən Sumqayıt şəhərinə köçüb Ceyranbatan qəsəbəsi Tuqzavod ərazisində yerləşən Peşə Liseyinin yaxınlığında məcburi köçkünlərin məskunlaşdığı «UPTKA-1» deyilən idarə binasının 1-ci mərtəbəsindəki iki otaqda yaşamağa başlamışlar. X12 Ağcabədi rayonu Ağabəyli kəndində ərdə olduğundan qızı Zəminə bibisigilə gedib-gələrkən Sevdanın qaynı Mehtiyev X3 görüb sevmiş, 2003-cü ildə Zəminəni qaçırıb ailə quraraq Ağabəyli kəndində yaşamışdır, həmin nikahdan onların 2004-cü ildə Əyyub, 2007-ci ildə Zaur, 2010-cu ildə Günay adlı uşaqları olmuş, bir müddətdən sonra kənddə dolana bilmədiklərindən 2015-ci ildə Sumqayıt şəhərinə köçməli olmuş, həmin ərəfədə o Tuq zavod qəsəbəsi ərazəsində inşa etdiyi fərdi evin təmiri başa çatdığından onlar həmin evə köçmüş, Zəminəgil isə onların əvvəl idarə evində yaşadıqları otaqlara yerləşmişlər. Zəminəgil binanın birinci mərtəbəsinin dəhlizini ortadan kəsərək aranı hörüb binanın sağ tərəfinin baş hissəsində olan qapıdan istifadə etməklə həmin binada yaşayan qonşulardan ayrılmışlar. Qeyd edilən binanın ikinci mərtəbəsində qızı İlhama ailəsi ilə və yaşlı xəstə bir qadın yaşamışdır. Zəminə evdar qadın olmuş, əri Eldəniz Sumqayıt şəhərində avtomobil yuma sexlərində fəhlə işləyib ailəsini dolandırmışdır. Əvvəllər Zəminənin ailə münasibətləri normal olsa da, ona məlum olmayan səbəblərdən son iki ildə pisləşmiş, Eldəniz bir neçə dəfə Zəminənin xasiyyətindən heç bir səbəb olmadan evdə tez-tez söz-söhbət yaradıb dava-dalaş saldığından,pula olan meylindən gileylənib bezdiyini demişdir. O Eldənizi sakitləşdirib, qızına hərəkətlərinə görə irad bildirsədə, sonuncu bundan nəticə çıxarmamışdır. 2021-ci ilin mart ayının əvvəllərində Zəminə növbəti dəfə dava-dalaş yaratdıqda Eldəniz pencəyini götürüb evdən getmiş, Bakı şəhərində yaşayıb işləməklə ailəsinə pul göndərmiş, evə gəlməsədə arvadından boşanmamışdır.Eldəniz evdən getdikdən sonra qızına maddi dəstək olmaq üçün yaxınlıqda yerləşən "xxxx" MMC-nin ərazisinə gecə saatlarında sürücülər mal gətirərkən onlar üçün MMC-nin darvazasının qapısını açıb-bağlamaqla, sürücülərə gətirdikləri yükü daşımaqda və ya boşaltmaqda kömək etməklə sürcülərin ona verdiyi 2-3 manat pulu Zəminəyə vermişdir. Tərtər rayonundan olan Şahid6 atası Əvəz oğlu Seymurun kirvəsi, Rövşənin qardaşı isə Seymurun oğlunun kirvəsidir, münasibətləri yaxşı olmuş, biridigərinin evinə gedib-gəlmiş, Şahid6 Bakı və ya Sumqayıt şəhərinə gələrkən ona mütləq baş çəkib qonağı olmuşdur. Hadisədən bir neçə ay əvvəl tarixini xatırlamadığı gündə axşam saatlarında Zəminəgilin yaşadığı idarə binasının ətrafından keçərkən Rövşənin idarə etdiyi «KİA SARENTO» markalı ** ZA *** dövlət nömrə nişanlı cip tipli qara rəngli minik avtomobilinin yoldan kənarda dayandığını, Rövşənin sükan arxasında olmadığını görmüşdür.Zəminənin əri evdə olmayıb ailəsi ilə yaşamadığından, Rövşən Zəminəgilə deyil həmin binada yaşayan digər qızı İlhamanın əri Elməddinin qonağı olduğunu düşünmüşdür, bundan sonra qızı İlhamaya zəng edib Rövşəni soruşmuş, qızı Rövşəni görmədiyini və onlara gəlmədiyini demişdir. Rövşənə zəng edib harada olduğunu soruşuqda, sonuncu rayonda olduğunu demişdir. Həmin ətrafda Rövşənin tanışı və qohumu yaşamadığı, avtomobilin isə Rövşənə məxsus olduğunu dəqiq bildiyindən Rövşənin Sumqayıt şəhərində olduğu halda ona yalan danışıb -danışmadığını, gördüyü avtomobilin onun tərəfindən idarə edilib- edilmədiyini yəqin etmək üçün bir qədər kənarda dayanıb avtomobili kim idarə edəcəyini gözləmişdir. Az sonra Rövşənin qızıgilin yaşadığı idarə binası tərəfdən avtomaşına doğru iti addımlarla gəlib avtomobilə oturub getdiyini görmüşdür. Rövşənin Sumqayıt şəhərində olduğu halda yalan danışması ona pis təsir etsədə bunu onun üzünə vurmamışdır. 2022-ci ilin yanvar ayının əvvəllərində tarixini xatırlamadığı gündə günorta saatlarında Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində, yeməkxanada nahar edərkən qonşu stolda arxası ona doğru olan, tanımadığı, təxminən 45-50 yaşlı iki kişi cinsli şəxsin «UPTKA-1» idarə binasında yaşayan Minkəndli Zəminənin yaxın qohumu ilə gizlin görüşüb ailəsinə xəyanət etməsinə dair söhbətlərini eşitmişdir. Uzun illər Ceyranbatan qəsəbəsi Tuqzavod ərazisində yaşadığından onu və ailəsini Laçın rayonu Minkənd kəndindən olan məcburi köçkün kimi tanıyıb hörmət etmişlər. Həmin şəxslər Zəminənin Minkəndli olub «UPTEKA-1» idarə binasında yaşamasını vurğuladıqlarından Zəminənin atası olduğunu bilib qəsdən yanında bu məzmunda söhbət edib qızının hərəkətlərini ona çatdırdıqları kimi qəbul edib qızının xəcalət verən hərəkətlərindən utanıb həmin şəxslərdən Zəminəni nə vaxt, harada, necə tanıdıqlarını, Zəminənin hansı qohumu ilə harada görüşdüynü, həmin məlumatı kimdən əldə etdiklərini öyrənmək üçün onlara yaxınlaşmamış, soy adları, adları və ünvanları ilə maraqlana bilməyib yeməkxananı tərk etmiş, sonrakı tarixlərdə onlarla rastlaşmamışdır. Eşitdiyinə inanmasada artıq qızı Zəminədən şübhələnib onu güdüb izləməyə başlamış, Zəminə bunu hiss etməmiş, eşitdiklərini isə heç kimə bildirməmişdir.Zəminənin gün ərzində həddindən artıq telefonla danışdığını,bəzən üstü örtülü ifadələr işlətdiyini müəyyən etmişdir. 2022-ci ilin fevral ayının birinci on günlüyündə tarixini dəqiq xatırlamadığı gündə gecədən keçmiş növbəti dəfə sürücü onu "xxxx" MMC-yə darvazanı açıb bağlamağa çağırıb bunu icra etdikdən sonra yuxusu qaçdığı üçün Zəminənin yaşadığı evə doğru getməyə başlamış, bu vaxt qarşıda qara rəngli cip tipli avtomobilin Zəminəgilin yaşadığı idarə binasının yaxınlığında dayandığını. kiminsə avtomobildən düşdüyünü və həmin avtomobilin surətlə geri qayıtdığını ğörüb yoldan kənara çəkilmiş, avtomobil gəlib keçdikdə nömrəsinə diqqət edərkən həmin nömrənin Rövşənə məxsus olduğunu görmüşdür. Artıq Zəminə ilə Rövşənin münasibətindən tam şübhələnmiş,onları bir yerdə tutmaq,bunu yəqin etmək üçün səhəri axşam saatlarında Rövşənin daim avtomobili saxladığı yerin yaxınlığında görünməyən yerdə dayanıb Rövşənin növbəti dəfə oraya gəlib- gəlməyəcəyini gözləmişdir. Saat 22-23 radələrində Rövşən idarə etdiyi avtomobillə gəlib həmin yerin yaxınlığında dayanmış, mobil telefonla danışmış, Rövşən avtomobildə tək olmuş,təxminən 15 dəqiqədən sonra Zəminə yaşadığı binadan çıxıb Rövşənin dayandığı yerə gəlib Rövşənin idarə etdiyi avtlomobilə oturmuş, Rövşən avtomobili dərhal idarə edib həmin ərazidən getmişlər.Qızının hərəkəti ona çox pis təsir etmiş, ayaqları əsmiş, buna baxmayaraq özünü toplayıb Zəminənin nə vaxt kiminlə evinə qayıdacağını gözləmişdir. Təxminən 3-4 saatdan sonra Rövşən Zəminəni gətirib onun yaşadığı binanın yaxınlığında düşürüb avtomobilin işıqlarını söndürüb 5-10 dəqiqə gözləyib getmişdir. Rəsmi nikahda olan üç uşaq anası Zəminənin kirvəsinin oğlu Rövşənlə görüşüb onunla eşq həyatı yaşayıb ailəsinə xəyanət edib namusunu ləkəməsi ona pis təsir etmişdir.Başa düşmüşdür ki, Zəminə Rövşənlə görüşdüyündən ərini burunlayıb evdən uzaqlaşdırmış, yeməkxanada danışan həmin iki şəxs qızının yüngül həyat tərzi keçirməsindən məlumatlı olduqları üçün onu gördükdə qızının həkətlərini onun üzünə bir başa deyil, öz aralarında söhbət etməklə çatdırmışlar. Ailəsinin namusu onun üçün hər şeydən üstün olduğu halda Zəminənin bunu ləkələdiyi üçün onu öldürmək qərarına gəlib bunu nə vaxt,harada, hansı üsulla edəcəyini fikirləşmiş, qərara gəlmişdir ki, onu öz evində, uşaqları məktəbdə olduqları vaxt evdə tək olarkən öldürsün. Eşidib gördüklərini və Zəminəni öldürəcəyini heç kimə deməmiş və bununla əlaqədar heç kəsdən məsləhət almamışdır. Zəminənin hər üç uşağı məktəbdə birinci növbədə oxumaqla hər gün səhər saat 08:00-dan saat 14-15-dək məktəbdə olmuşlar, əri Eldəniz evə gəlməmiş, uşaqlar məktəbdən evə gələnədək Zəminə bir qayda olaraq evdə tək olmuşdur.xx.xx.2022-ci il tarixi saat 08:30 radələrində yaşadığı evdən götürdüyü tünd qəhvəyi rəngli paslanmış, qalınlığı təxminən 0,1 sm, uzunluğu təxminən 2 metr olan məftili qatlayıb onu qasıq nahiyəsində gizlədərək Zəminənin yaşadığı ünvana getmiş,həmin vaxt əynində nimdaş boz rəngli şalvar, boz rəngli üç düymə sviter. göy rəngli jaket və göy rəngli gödəkcə olmuşdur. Zəminəgilə gələrkən onu görən olub-olmadığını bilməmişdir. Zəminəgilə çatıb qapını döyüb onu səsləmiş, Zəminə cavab verib qapını açaraq onu evə dəvət etmiş,bu vaxt evdə tək, əhvalı yaxşı, əynində isə qəhvəyi rəngli uzunqol, qolları üzərində naxışları olan qalın sviter və qara rəngli şalvar olmuşdur. Zəminəni şübhələndirməmək üçün özünü sakit aparmaqla ondan çay istəyib qonaq otağına keçmiş, Zəminə qonaq otağında olan çaydanı götürmək istədikdə ona nə üçün əri ilə qəsdən söz -söhbət yaradıb onu evdən didərgin saldığını, artıq oğlu həddi buluğa çatmış halda bu yaşında nə üçün yüngül həyat tərzi keçirib kirvəsinin oğlu ilə gizlin görüşüb ailəsinə xəyanət edib namusuna ləkə gətirdiyini, özünü və ailəsini rüsvay etdiyini sual edib soruşmuş, bu zəmində aralarında yaranan mübahisə zamanı Zəminənin arxasına keçib üzərində gətirdiyi məftili onun boğazına keçidib onu boğmağa başlamış, Zəminə ona əl-qol atsa da, məftil boğazını sıxdığından səs sala,qışqıra bilməmiş, Zəminə ayaq üstə olduğundan onu boğmaq çətinlik yaratdığından itələyib onu yerə yıxmış, bu vaxt məftil əlindən çıxmış, Zəminə döşəmədən qalxmaq istədikdə niyyətini başa çatdırmaq üçün bir əli ilə onu döşəməyə sıxıb onu yerdən qalxmağa imkan verməyib digər əli ilə döşəmədə olub elektrik açarına qoşulan ağ rəngli elektrik uzadıcı naqili dartıq qıraraq onu Zəminənin boğazına dolayıb ilgək yaratmaqla sıxıb onu boğmağa başlamış, 1-2 dəqiqədən sonra Zəminənin əl-qol atması zəifləyib rəngi qaralıb taqətsiz hala gəlmiş,naqili açmayıb Zəminənin qolunda və boynunda olan arteriyasını yoxlayıb nəbzinin vurmadığını və artıq öldüyünü yəqin edib ondan əl çəkmiş, gətirdiyi yanmış məftili özü ilə götürmüş, ağ naqil Zəminənin yanında qalmış, əl-üzünü yuyub hadisə yerini tərk etmişdir. Evə gedərkən yol üstündə yerləşən Elxan adlı şəxsin marketindən markasını xatırlamadığı bir ədəd 05 litr araq alıb həmin dükanın ikinci mərtəbəsində yerləşən yeməkxanaya qalxaraq həmin arağı içmək üçün pendir, kələm turşusu və çörək sifariş etmiş, sifarişi yerinə yetirilənədək Azərbaycan Respulikası DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə zəng edib qızı Zəminəni az əvvəl öz evində boğaraq öldürdüyünü bildirib polis əməkdaşlarının gəlib onu aparmalarını xahiş edib yaşadığı ünvanı söyləmişdir.1-2 dəqiqədən sonra Sumqayıt ŞPİnin 5-ci PB-nin adını xatırlamadığı əməkdaşı zəng edib ondan DİN-nin 102 xidmətinə verdiyi məlumatın doğru olub-olmadığını soruşmuş, həmin əməkdaşa da törətdiyi cinayət əməli barədə məlumat verib onu gəlib Pİ-nə aparmalarını xahiş edib və ünvanını bildirmişdir. Polis əməkdaşlarının onun arxasınca verdiyi ev ünvanına gələcəyini nəzərə alıb spirtli içkini qəbul eməyib yaşadığı ünvana getmiş,yolda istifadəsində olan ***-***-**-** nömrəli mobil telefondan arvadı Şahid2 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edib «Zəminəni öldürmüşəm,evə gəlirəm» deyib telefonu söndürmışdır. Evə çatıb arvadı Tamama qızları Zəminəni kirvəsinin oğlu Rövşənlə gizlin görüşüb ailəsinə etdiyi xəyanətə,keçirdiyi əxlaqsız həyat tərzinə görə boğub öldürdüyünü demiş, Tamam ona Pİ-nə könüllü gedib təslim olmağını təklif etmiş, o isə artıq DİN-nin 102 xidmətinə zəng etdiyini və indi gəlib onu aparaclarını bildirmişdir. 3-5 dəqiqədən sonra Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşlarının evə doğru gəldiklərini görüb onlara yaxınlaşaraq təslim olmuş, onu PB-nə, oradan da şəhər prokurorluğuna aparıb təhvil vermişlər, istintaqa hadisə zamanı əynində olmuş paltarları və cinayət hadisəsi törədərkən istifadə etdiyi yanmış məftili könüllü təqdim etmiş,hazırda isə əməlindən peşmandır. (cild 1 i/v.39-43,87- 92 cild 2 i/v 53-64 ,112-122) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X8 göstərdi ki, Təqsirləndirilən şəxs doğma atası, mərhum Zərərçəkmiş şəxs doğma bacısıdır. 2015-ci ildə Zəminə ailəsi ilə birlikdə Sumqayıt şəhərinə gəlmiş, onlar inşa etdikləri evə, Zəminəgil isə onların əvvəl yaşadığı idarə evindəki iki otağa yerləşmişlər. Zəminəgil binanın birinci mərtəbəsinin dəhlizini kəsib aranı hörüb mərtəbəni iki yerə bölməklə binanın sağ tərəfinin baş hissəsində olan qapıdan istifadə etməyə başlamış, bu səbəbdən onlara kimin gəlibgetdiyini görmək üçün diqqət etmək lazım gəlmişdir.Binanın ikinci mərtəbəsində isə bacısı İlhama ailəsi ilə birlikdə və yaşlı xəstə qadın yaşamışdır. Zəminə evdar qadın olmuş, əri Eldəniz Sumqayıt şəhərində avtomobil yuma sexlərində fəhlə işləyib ailəsini dolandırmış, Zəminəgil maddi çətinlik çəkməməsi üçün atası onlara maddi dəstək göstərmişdir. Zəminənin ərinə olan münasibətləri son iki ildə dəyişmiş,o,evdə tez-tez dava-dalaş, sözsöhbət yaratmağa, maddi çətinlikdən əziyyət çəkdiklərini bildirməyə başlamış, əri Eldəniz atası Salama Zəminənin hərəkətlərindən bir neçə dəfə giley etsə də atası onların ailəsinin dağılmaması üçün onu sakitləşdirib Zəminəni danlasa da bacısı bundan nəticə çıxarmamış, 2021-ci ilin mart ayında Zəminə növbəti dəfə Eldənizlə dava- dalaş yaratdıqda Eldəniz pencəyini götürüb evdən gedib Bakı şəhərində yaşayıb işləməklə ailəsinə pul göndərsə də birdə həmin evə qayıtmamışdır. Əri evdən getdikdən sonra Zəminə özünə mobil telefon, ***-***-**-** saylı nömrə almış, son zamanlar Zəminənin mobil telefonda həddindən artıq danışdığını hiss edib onun kiminlə belə çox danışdığını,telefonun daim məşğul olduğunu sual edib dəfələrlə ona iradlarını bildirmiş, Zəminə telefonunu barmaq izi ilə açılan koda qoşduğundan telefonunu açıb ona daxil olmaq, ona daxil olan zəngələri və SMS-ləri oxumaq mümkün olmamış, bu səbəbdən onun kiminlə danışdığını bilməmişdir. Daim gülərüz olan atası 2022-ci ilin yanvar ayının əvvəllərindən özünə qapanıb fikir etməyə, əsəbləşməyə,tez-tez evdən gedib ərazidə gəzməyə başlamış, onu dəfələrlə Zəminəgilin yaşadığı binasının ətrafında görsə də ona Zəminəgilə getməyi təklif etdikdə bundan imtina etmiş, səbəbini soruşanda ağrıdığını demişdir. X5 Muxtarov Sumqayıt və Bakı şəhərinə gələrkən daim qonaqları olmuş,ona məlum olmayan səbəblərdən son 9-10 ay ərzində Sumqayıt şəhərində ara- sıra görünsədə onlara gəlməmişdir. Atası 2022-ci ilin fevral ayının təxminən 10-dan sonra təmamilə dəyişmiş, demək olar ki, danışmamış, atası ilə nə isə pis bir şey baş verdiyini hiss edib bunu ondan soruşsa da cavab almamışdır. xx.xx.2022-ci il tarixdə saat 08:30 radələrində atası əynində daim geyindiyi boz şalvar, boz üç düymə sviter, göy rəngli jaket və göy rəngli gödəkcə ilə evdən getmiş, anasıTamam hara getdiyi soruşduqda, işi olduğunu və tez qayıdacağını bildirmişdir. Atası evdən gedərkən xeyli sakit görünmüış, və atasının təndir çörəyi almağa getdiyini düşünmüşdür. Saat 10:20 radələrində atası anasına zəng edib «Zəminəni öldürmüşəm, evə gəlirəm» deyib telefonu söndürmışdür. Atasının işlətdiyi ifadəyə inanmasalarda anası Tamam bacısı İlhamaya zəng edib atasının Zəminəni öldürdüyünü dediyinə görə tez Zəminəgilə gedib ondan bir xəbər verməsini tapşırmışdır.Təxminən 3-5 dəqiqədən sonra atası evə gəlib Zəminənin əxlaqsız həyat tərzi keçirməsi barədə iki nəfər kişinin söhbətini eşidib Zəminəni iki ay güdüb izlədikdən sonra onun kirvələrinin oğlu Rövşənlə gizlin görüşdüyünü, gecə saatlarında avtomobilinə minib harasa gedib xeyli keçmiş evə qayıtdığını gözləri ilə görüb onun əxəlaqsız olduğunu, ailənin namusuna ləkə gətirdiyini yəqin etdikdən sonra həmin əməllərinə görə onu az əvvvəl öz evində boğub öldürdüyünü demişdir.Anası atasına Polis İdarəsinə gedib könüllü təslim olmağı təklif etdikdə, atası evə gəlməzdən əvvəl DİN-nin 102 xidmətinə zəng edib törətdiyi cinayəti xəbər verib yaşadığı ünvanı göstərdiyini demişdir. Bu söhbətdən az sonra Sumqayıt ŞPİ-nin əməkdaşları evlərinə gəlmiş, atası onlarla getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs doğma atası, mərhum Zərərçəkmiş şəxs doğma bacısıdır, Bacısı Zəminə işləməyib evdar qadın olmuş, əri Eldəniz avtomobil yuma sexlərində fəhlə işləyib ailəsini dolandırmış, son iki ildə onların ailə münasibəti pisləşmiş, Zəminə evdə tez-tez davadalaş, söz-söhbət yaradıb maddi vəziyyətdən çətinlik çəkdiklərini bildirməyə başlamış, Eldəniz atası Salama Zəminənin hərəkətlərindən dəfələrlə giley etmiş, 2021-ci ilin mart ayında Zəminə növbəti dəfə Eldənizlə dava-dalaş yaratdıqda Eldəniz pencəyini götürüb evdən gedib Bakı şəhərində işləyib ailəsinə pul göndərsədə bir daha evə qayıtmamışdır. Atası Salam təmkinli, namuslu,övladlarını sevən, onlara daim dəstək göstərən olmuşdur. Eldəniz evdən getdikdən sonra Zəminə təmamilə dəyişmiş, özünə mobil telefon və ***-***- **-** saylı nömrə alıb işlətmiş, bahalı geyimlər geyinməyə başlamışdır. Son zamanlar bacısı Zəminənin mobil telefondan həddindən artıq istifadə etməsinə bir neçə dəfə irad tutmuş, 2022-ci ilin yanvar ayının sonlarında qardaşı Seymurun kirvəsi olan Əvəzin oğlu Rövşənin idarə etdiyi cip tipli qara rəngli avtomobili yaşadıqları idarə binasından bir qədər kənarda saxaladığını, az sonra Zəminənin o tərəf bu tərəfə boylana-boylana gəlib həmin avtomobilə oturub oradan getdiyini gördükdə Zəminənin ailəsinə xəyanət edib Rövşənlə görüşdüyünü başa düşmüş, Zəminənin hərəkətləri ona pis təsir etmiş,səhəri Zəminəni görüb bu hərəkətinə iradlarını bildirib özünü yığışdırmağı tələb etsədə Zəminənin bu hərəkətlərini qorxudan ailə üzvlərinə və valideynlərinə deməmiş, amma Zəminənin yüngül həyat tərzi keçirməsindən daha kimlərin məlumatlı olduğunu bilməmişdir. Hadisədən təxminən iki-üç gün əvvəl günorta saatlarında atası Zəminəgilə gəlmiş və onuda çağırdığından Zəminəgilə gedib atası ilə görüşmüş, həmin vaxt atası bikef və fikirli görünmüş, səbəbini soruşduqda cavab almamışdır. Atasının orada olduğu müddətdə Zəminəyə qarşı pis münasibətini hiss etməmiş,onun hər hansı hərəkətinə,keçirdiyi həyat tərzinə dair irad bildirməmiş və ya Şahid6 barəsində danışıb soruşmamışdır. Hər səhər Zəminənin qızı Günayı öz uşaqları ilə birlikdə məktəbə aparsa da xx.xx.2022-ci il tarixdə işi olduğundan uşaqları məktəbə əri aparacağını nəzərə alıb Zəminəyə səsli SMS göndərib Günayı məktəbə bir qədər tez hazırlamasını tapşırmış, az sonra Zəminə Günayı onlara göndərmiş, Zəminənin Əyyub və Zaur adlı uşaqları isə artıq məktəbə getmişlər.Saat 09 radələrində Zəminənin yaşadıqları binanın həyətyanı sahəsini süpürdüyünü görüb ona yaxınlaşaraq bir qədər söhbət edib sonra hərə öz evinə getmiş, saat 10:20 radələrində qonşu binada xəstəyə iynə vurarkən anası Tamam istifadəsində olan telefon nömrəsindən ona zəng edib “evimiz yıxılıb, papan deyir Zəminəni öldürmüşəm, get Zəminəgilə mənə tez ondan xəbər ver »deyib telefonu söndürmüşdür. Xəbərə inanmasada anasının xeyli həyəcanlı işlətdiyi həmin sözlərə görə dərhal Zəminəgilə getmiş, qapı açıq olmuş,otağa daxil olarkən Zəminəni yaşadığı evin qonaq otağında döşəmədə az əvvəl əynində gördüyü qara şalvar, qəhvəyi rəngli uzunqol sviterdə arxası üstdə boğaz nahiyəsində göyərmiş xəttli izlər olan cansız cəsədini və cəsədin yanında elektrik uzadıcısının ağ rəngli ortadan qırılmış naqilini görmüşdür. Başa düşmüşdür ki, atası Zəminəni yerdə olan həmin naqillə boğub öldürmüşdür. O,qışqırıb ağlamış, az sonra hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları gəlmişlər. Bundan sonra ona məlum olmuşdur ki, atası Salam hadisədən bir müddət əvvəl bacısı Zəminənin yüngül həyat tərzi keçirməsinə dair məlumat alıb onu güdüb izlədikdən sonra Zəminənin yüngül həyat tərzi keçirib Rövşən adlı kirvələrinin oğlu ilə gizlin görüşüb xəyanət etdiyini yəqin etdikdən sonra qızının bu hərəkətlərini qəbul etməyib onu naqillə boğaraq öldürmüş, sonra Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib törətdiyi cinayət hadisəsi barədə məlumat verib təqsirini könüllü boynuna alaraq təslim olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 1978-ci ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuş, həmin nikahdan 1980-ci ildə Seymur, 1984-cü ildə Zəminə, 1985-ci ildə İlahə və İlhama adlı uşaqları olmuş, Qızı Zəminə evdar qadın olmuş, əri Eldəniz Sumqayıt şəhərində avtomobil yuma sexlərində fəhlə işləyib ailəsini dolandırmış, maddi cəhətdən çətinlik çəkdiyini Zəminə dəfələrlə bildirdiyindən valideyn olaraq daim ona maddi cəhətdən köməklik etmişlər. Zəminənin ailə münasibətləri əvvəl normal olsa da, sonralar pisləşib əri ilə yola getməmiş, konflikt yaratmış, Eldəniz Zəminənin hərəkətlərindən bir neçə dəfə giley edib artıq bezdiyini demiş, Salam onların ailəsinin dağılmasını istəmədiyindən Eldənizi sakitləşdirmişdir. 2021-ci ilin mart ayının əvvəllərində Zəminə növbəti dəfə Eldənizlə dava-dalaş etdikdə Eldəniz pencəyini götürüb evdən gedib Bakı şəhərində işləyib ailəsinə pul göndərsə də evinə qayıtmamış, Zəminə ilə əlaqə saxlamamışdır. Bundan sonra Zəminə dəyişmiş, özünə mobil telefon almış, Zəminəyə baş çəkməyə gedərkən qızının mobil telefonda tez-tez üstü örtülü kiminləsə danışdığını görüb onun hərəkətlərindən şübhələnərək telefonu və telefon nömrəsini, geyindiyi bahalı paltar və ərzağın kim tərəfindən alındığını soruşsa da qızından cavab almamış, Zəminəyə təpinərək «ailəmizin başını yerə soxursan, telefon danışıqlarını yığışdır!» demişdir. 2022-ci ilin yanvar ayının əvvəllərindən ona məlum olmayan səbəbdən əri Salam özünə qapanmış, tez-tez evdən harasa getmiş, nə baş verdiyini soruşduqda bir söz deməsədə amma nə isə ciddi bir şeyin baş verdiyini hiss etmişdir. X6 Abşeron Ceyranbatan Peşə Litseyində İİİ kursda, oğlu Zaur və qızı Günay qəsəbədə 42 saylı tam orta məktəbdə oxuyub hər gün səhər saat 08:00-dan saat 14-15-dək məktəbdə olduğundan, Eldəniz Bakı şəhərində yaşadığından Zəminə uşaqları məktəbdən gələnədək evdə tək olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Salam evdən çıxmış, ondan hara getdiyini soruşduqda işim var, bir az sonra gələcəm demiş, o, Salamın dükan- bazara getdiyini zənn etmişdir. Saat 10:20 radələrində Salam ona zəng edib, «Zəminəni öldürmüşəm,evə gəlirəm» deyib telefonu söndürmüşdür.Onun sözlərinə inanmasada əlayağı əsməyə başlamış,dərhal qızı İlhamaya zəng edib Salamın ona dediyi sözləri çatdırıb tez bacısı Zəminəgilə gedib orada nə baş verdiyini öyrənib ona xəbər deməsini tapşırmışdır. İlhama qonşu binada xəstəyə iynə vurduğunu, buna baxmayaraq gedib ona xəbər verəcəyini söyləmişdir. Az sonra Salam evə gəlmiş, Zəminənin yüngül həyat tərzi keçirib kirvələri Əvəzin oğlu Rövşənlə gizlin görüşüb ailəsinə xəyanət etməklə namusunu ləkələdiyi üçün onu evində əvvəl üzərində apardığı yanmış məftillə, sonra Zəminənin evində olan elektrik uzadıcı naqillə boğaraq öldürdüyünü demişdir. Bu xəbəri eşidib Salama törətdiyi cinayət hadisəsi barədə Pİ-nə məlumat verib könüllü təslim olmasını məsləhət bilmiş, Salam isə törətdiyi cinayət hadisəsi barədə artıq DİN-nin 102 xidmətinə zəng edib məlumat verdiyini söyləmişdir. 3-5 dəqiqədən sonra Sumqayıt ŞPİ-nin 5-ci PBnin əməkdaşları gəlib Salamı aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs anası, Təqsirləndirilən şəxs ana babasıdır. Anası Zəminə evdar qadın, atası fəhlə olub avto yuma sexlərində fəhlə işləmiş, valideynləri yola getməyib tez-tez mübahisə etdiklərindən 2021-ci ilin mart ayında atası onlardan ayrılıb Bakı şəhərində yaşayıb işləməklə hər ay onlara pul göndərsədə həmin vaxtdan bir daha evə gəlməmiş, anası ilə əlaqə saxlamamış, valideynəri arasında mübahisə və dava dalaş pul üstündə baş vermişdir. Ana babası Təqsirləndirilən şəxs kasıb yaşasa da onlara maddi cəhətdən kömək etməyə çalışmışdır. xx.xx.2022-ci il tarixdə qardaşı Zaur, bacısı Günayla tezdən dərsə getmişlər. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində dayısı ona zəng edib evə getməyini demiş,o evə getdikdə yaxınları ona demişdir ki, babası anası Zəminəni kənar kişi ilə danışdığını görüb onu öldürmüşdür Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, Məskunlaşdıqları iki mərtəbəli idarə binasının birinci mərtəbəsində Təqsirləndirilən şəxs ailəsi ilə yaşamış, qızı Zəminə ailə qurub Ağcabədi rayonunda yaşamış 2015-ci ildə əri Eldəniz, oğlu Eyyub və Zaur qızı Günayla Sumqayıt şəhərinə gəlmiş, bu ərəfədə Salam qəsəbədə inşa etdiyi evə köçdüyündən Zəminə onların yaşadığı otaqlarda yerləşmişlər. Zəminənin əri Eldəniz Sumqayıt şəhərində Avtoyuma sexlərində fəhlə işləyib uşaqları yaşadıqları ərazidə olan məktəbdə təhsil almışlar, onlarla qonşu kimi münasibət saxlamış, Eldəniz zəhmətkeş, ailəsinə bağlı insan olsa da ona məlum olmayan səbəblərdən evində tez-tez dava- dalaş səsləri eşitmişdir. İkinci mərtəbədə Salamın qızı İlhama ailəsi ilə və tək yaşlı qadın yaşamışdır. Keçən ilin təxminən mart ayından Eldənizi görməmiş,eşitdiyinə görə buna səbəb Zəminə olmuşdur, Son zamanlar gəzən söz söhbətlərdən Zəminənin yüngül həyat tərzi keçirtdiyini, müxtəlif kişi cinsli şəxslərlə görüşdüyünü eşitmişdir. xx.xx.2022-ci il tarixdə növbəti dəfə oğlugildə qalmış,səhəri öz evinə gələrkən Salamın qızı Zəminəni əxlaqsızlıq etdiyi üçün bir gün əvvəl yaşadığı idarə binasında boğub öldürdüyünü eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Təqsirləndirilən şəxs doğma əmisi, mərhum Zərərçəkmiş şəxs doğma əmisi qızıdır, onların hər ikisi ilə münasibətləri normal olmuşdur. Valideyinləri Rusiya Federasiyasında yaşadığından o Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi Tuqzavod ərazisində fərdi evdə qardaşı ilə yaşayır, əmisi qızı Zəminəgilə gedib- gəlmiş, Zəminə ilə aralarında təxminən 20 yaş fərqi olduğundan onun həyat tərzi ilə maraqlanmamışdır. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində əmisi Salamın oğlu Seymur istifadəsində olan mobil telefona zəng edib atası Salamın Zəminəni az əvvəl öz evində boğub öldürdüyünü xəbər edib onlara gəlməsini tapşırmışdır. O digər əmisi qızları ilə birlikdə dərhal əmisi Salamgilə getmişdir, ünvana çatarkən artıq Sumqayıt ŞPİ-nin əməkdaşlarının gəlib Salamı Pİ-nə apardığını bilmişdir. Şahid10 və Şahid8 məhkəmə elan olunaraq araşdırılmış ifadələrindən görünür ki, sonuncular məhkəmədə şahid qismində dindirilmiş qardaşları Şahid9 ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Şahid5 məhkəmdə elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, 2002-ci ildə Zəminəni qaçırıb onunla ailə qurub Ağabəyli kəndində yaşamış, həmin nikahdan onların 2004-cü ildə Əyyub, 2007-ci ildə Zaur, 2010-cu ildə Günay adlı uşaqları olmuş. 2014-cü ildə Sumqayıt şəhərinə gəlib Ceyranbatan qəsəbəsi Tuqzavod ərazisində yerləşən Peşə Litseyi ilə üzbəüz iki mərtəbəli idarə binasının birinci mərtəbəsində iki otaqda yaşamağa başlamışlar. Zəminə evdar qadın olmuş, özü isə müxtəlif avtoyuma sexlərində fəhlə işləyib ailəsini dolandırmış, ailə qurduqdan sonra Zəminə ilə yola gedə bilməmiş, Zəminə heç bir səbəb olmadan tez-tez söz-söhbət, dava dalaş yaradıb deyinmiş və həmin hərəkətləri onu bezdirmiş, 2021-ci ilin mart ayının əvvəllərində növbəti dəfə dava- dalaş yaratdıqda evi tərk edib Bakı şəhərində yaşayıb avtoyuma sexlərində işləyib uşaqlarına hər cür maddi yardım və dəstək göstərsə də Zəminə ilə münasibət saxlamamış və hadisə baş verən tarixədək evinə gəlməmişdir. Zəminə ilə bir yer yerdə yaşayarkən Zəminənin ona xəyanət etdiyini hiss etməmiş, görməmiş və ya hər hansı şəxsdən eşitməmişdir. Tərtər rayonunun Qapanlı kəndində yaşayan Şahid6 Zəminə ilə ailə qurduqdan sonra tanımış, belə ki,Rövşənin atası Əvəz qaynı Seymurun kirvəsi, Rövşənin qardaşı isə Seymurun oğlunun kirvəsi olduğundan Rövşəngil qayınatası Salamgilə gəlib- getmiş,həmin müddət ərzində Rövşənlə arvadı Zəminə arasında hər hansı münasibətin olmasından şübhələnməmişdir. 2021-ci ilin mart ayında Zəminə ilə faktiki ayrıldıqdan sonra onun keçirtdiyi həyat tərzindən məlumatı olmamışdır. xx.xx.2022-ci il tarixdə işdə olarkən saat 10:30 radələrində oğlu Əyyub istifadəsində olan mobil telefona zəng edib “Babam anam Zəminəni öldürüb”demişdir.Oğlundan babasının nə üçün belə bir hərəkət etdiyini soruşduqda Əyyub demişdir ki “Zəminənin etdiyi hərəkətə görə babası düzgün qərar qəbul etmişdir” Xəbəri eşidib hadisə yeri olan idarə binasına gəlmiş, artıq hadisə yerində hüquq mühafizə orqanı əməkdaşları vəzifələrini yerinə yetirmişlər. Söz-söhbətlərdən ona məlum olmuşdur ki, qayınatası Təqsirləndirilən şəxs qızı Zəminənin yüngül həyat tərzi keçirib gecələr kirvəsi oğlu Şahid6la gizlin görüşüb ailəsinə xəyanət etdiyindən namusunu təmizləmək üçün uşaqlarının evdə olmadığından istifadə edib onu yaşadığı evdə məftillə boğaraq öldürmüşdür. (cild 1 i/v.183-185) Şahid7 məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində görünür ki, Təqsirləndirilən şəxs onun həmkəndlisi olmuş, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs işlətdiyi marketə daxil olub hazırda markasını xatırlamadığı bir ədəd 0,5 litlik araq almış, Salam həyəcanlı bir qədər rəngi solğun görünmüş, sonuncu araq alıb marketin yanında yerləşən yeməkxanaya keçdikdə onun araq içən olmadığı bildiyindən, araq alması və xeyli həyəcanlı olması onu özünə cəlb etmiş, Salamın əhvalını soruşmaq üçün onun yanına keçdikdə Salamın Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib az əvvəl qızı Zəminəni evində boğaraq öldürdüyünü bildirib yaşadığı ünvanı və mobil telefonunu deyib onu polis idarəsinə aparmaq üçün polis əməkdaşları göndərilməsini xahiş etdiyini eşidib görmüşdür. Salamı uzun illər tanıdığından onun belə bir hərəkət etməsinə inanmayıb eşitdikləri ona pis təsir etmiş və ondan artıq heçnə soruşmamış, 1-2 dəqiqədən sonra Sumqayıt ŞPİ-nin 5-ci PB-dən Salama zəng edib DİN-nin 102 xidmətinə verdiyi məlumatın doğru olub- olmadığını soruşmuşlar. Salam onlara da qızı Zəminəni yüngül həyat tərzi keçirdiyi üçün evində boğub öldürdüyünü bildirib ünvanını göstərib onu gəlib Pİnə aparmalarını xahiş etmişdir. Telefon danışığından sonra Salam aldığı arağı yeməkxanada qoyub evə getmiş,təxminən 5-10 dəqiqədən sonra Sumqayıt ŞPİ-nin əməkdaşları gəlib onu aparmışlar. (cild 2 i/v.65-69) Şahid6 məhkəmədə elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, Atası Əvəz Təqsirləndirilən şəxs oğlu Seymurun kirvəsi, qardaşı Seymurun oğlunun kirvəsi olduğu üçün 30 il olar ki, Salamın ailəsini tanıyır,onlarla ailəvi gediş- gəlişləri, Sumqayıt şəhərinə gələrkən Salamın və uşaqlarının qonağı olmuşdur, Zərərçəkmiş şəxs son 03 ildə tanmış, Zəminənin Sumqayıt şəhərində Tuqzavod ərazisində Peşə Litseyinin yaxınlığında yerləşən idarə binasının birinci mərtəbəsində yaşadığını bilir.Hadisədən təxminən il yarım əvvəl qardaşları ilə Sumqayıt şəhərində Salamgildə qonaq olarkən Zəminə və əri Eldəniz tanış olmuş, onların evinə qonaq getmişdir. O,Zərərçəkmiş şəxs ilə gizlin görüşməmiş və ya intim münasibəti olmamış,buna baxmayaraq Zəminə onun adına olan 050 -337- 33-19 telefon nömrəsini işlətmişdir. (cild 1 i/v.57-60) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Baxış keçirilməsi haqqıda xx.xx.2022-ci il tarixli protokoldan görünür Zərərçəkmiş şəxs qətlə yetirildiyi hadisə yeri Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi Tuq zavod ərazisndə «UPTKA-1» adlanan idarə binasının sağ tərəfində qapısı olan iki otaqlı qeyri yaşayış sahəsindəki iki otağa uyğunlaşdırılmış otaqdır. (cild 1 i/v.5-12) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının Zərərçəkmiş şəxs barəsində vermiş olduğu xx.xx.2022-ci il tarixli 21 nömrəli rəydə göstərilmişdir ki, Zərərçəkmiş şəxs meyiti üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir.-Mexaniki asfiksiya ilə müşayət olunmuş boynunda köndələn istiqamətdə olmaqla boynun arxa səthində tam qapanan üç ədəd stranqulyasiya şırımı. Qeyd edilən xəsarətlər həyatidir, stranqulyasiya şırımı ekspertizaya təqdim edilmiş elektrik naqilinin və yanmış məftilin təsiri nəticəsində xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və həyat üçün təhlükəli sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər, həmin xəsarətlər onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Zərərçəkmiş şəxs bədəni üzərində stranqulyasiya şırımından başqa digər xəsarətlər aşkar edilməmişdir. Zərərçəkmiş şəxs ölümünə səbəb boyun üzvlərinin ilgəklə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya olmuşdur,ölüm meyitin meyitxanada müayinəsindən (xx.xx.2022-ci il saat 13:00-dan) əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs ölümü ilgəklə boğulma başlanan andan dəqiqələrlə ölçülən zaman müddətində (2-4 dəqiqə ərzində ) baş verə bilərdi və bu zaman ərzində o, məqsədəyönlü hərəkətlər edə bilərdi. Zərərçəkmiş şəxs xəsarət alan zaman xəsarət yetirən şəxslə müxtəlif duruş vəziyyətlərində olmaqla üzbəüz, yerdə uzanmış vəziyyətdə, həmçinin mərhumun arxa tərəfi xəsarət yetirən şəxsin ön tərəfinə doğru ola bilərdi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə -kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (cild 2 i/v.-22-28) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Məhkəmə tibbi ekspertizasının Təqsirləndirilən şəxs barəsində vermiş olduğu xx.xx.2022-ci il tarixli 227 saylı rəydə göstərilmişdir ki, onun bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. (cild 2 i/v.19-21) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə materialmaddə və onlardan hazırlanmış məmulatların kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli 6/1257 saylı rəyində göstərilmişdir ki,təqdiqata təqdim edilmiş Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının və elektrik uzadıcısının səthi üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş naqilin üzərində kənar lif mikrohissəcikləri və həmçinin Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib lifləri yoxdur. Tədqiqata təqdim edilmiş elektrik uzadıcısının səthi üzərində aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus qeyd edilən geyim əşyalarının tərkib lifləri yoxdur. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən köynəyin üzərində aşkar edilmiş tünd göy rəngli poliokrilonitril kimyəvi lifləri Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən jaketin tərkib liflərinə uyğun gəlirlər.Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən jaketin üzərində aşkar edilmiş açıq qəhvəyi rəngli poliakrilonitrit kimyəvi liflər Təqsirləndirilən şəxs məxsus qeyd edilən şalvarın üzərində aşkar edilmiş tünd göy rəngli poliakrilonitril kimyəvi lifləri Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlirlər. (cild 2 i/v.29-35) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 945 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayəti törədərkən və ona qədər hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs kinlilik, inadkarlıq, özünə qarşı hörmət tələb etmək, emosionallıq kimi xarakterik xüsusiyyətlərə malikdir.Təqsirləndirilən şəxs əqli-intelektual imkanları normaya uyğundur,gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətdə qəzəb yaranmış,həmin halın yaranması situasiya ilə şərtləşmişdir.Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyacan vəziyyətində (fizioloji affekt ) olmamışdır. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək,hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. (cild 2 i/v.-36-39) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Əşya və paltarlara baxış keçirilməsi haqqında 19 fevral 2022-ci il tarixli protokoldan görünür ki, təsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən əynində 01 ədəd boz rəngli, ümumi uzunluğu 1020 mm,bel nahiyəsində eni 1020 mm, öndən metal zəncirbənd və metalik rəngli düymə ilə bağlanan, bel hissəsində kəmər keçirmək üçün ilgək yerləri, 02 ədəd yan, 01 ədəd arxa cibləri olan bel hissəsinin etiket tikilməklə üzərində «VEN BARUX» yazıları həkk edilmiş, dartılma,süzülmü və ya hər hansı ləkə lamətləri olmayan şalvar, 01 ədəd açıq boz rəngli uzunqollu boğazlı, ön hissədə üç düymə ilə bağlanan, ümumi uzunluğu 700 mm, aşağı sərbəst kənarında eni 700 mm, qollarının uzunluğu 620 mm, boyunluğun daxilinə ağ rəngli parça etiket tikilib üzərinə «SLUB WOLTM» yazıları həkk edilmiş, zədə və ləkə izləri olmayan sviter, 01 ədəd göy rəngli sintetik materialdan, uzunqollu və boğazlı, qolunun boyun və ətək hissəsinin kənarında rezinli köbək olan ümumi uzunluğu 880 mm, qollarının uzunluğu 720, aşağı sərbəst kənarında eni 520 mm, öndən zəncirbəndlə bağlanan,iki yan cibləri olan, boynuna tikilmiş etiket üzərinə «JİNBAO LANGREN 6XL» yazıları həkk edilib zədə, süzülmə, dartılma əlamətləri və ləkə izləri olmayan görəkçə, 01 ədəd göy rəngli qarışıq materialdan, uzunqollu, boğazsız, öndən dörd ədəd düymə ilə bağlanan, ümumi uzunluğu 700 mm, qollarının uzunluğu 600 mm, çiyində eni 220 mm, aşağı sərbəst kənarında eni 700 mm, üzərində zədə, süzülmə, dartılma və ləkə izləri olmayan jaket olmuşdur. Cinayət törədərkən cinayətin aləti kimi 01 ədəd tünd qəhvəyi rəngli, paslanmış diametri 0,1 sm, ümumi uzunluğu 219 sm elastikdir, qatlanan üzərində qana bənzər ləkələr olmayan məftildən istifadə etmişdir. (cild 1 i/v.137-144) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Əşya və paltarlara baxış keçirilməsi haqqında 19 fevral 2022-ci il tarixli protokoldan görünür ki, mərhum Zərərçəkmiş şəxs qətlə yetirilərkən əynində 01 ədəd uzun qol, açıq qəhvəyi rəngli, sintetik materialdan, ümumi uzunluğu 600 mm, sərbəst kənarında eni 530 mm,qollarının uzunluğu 530 mm, çiyində eni 140 mm, qollarında, boğaz və ətək hissəsində həmin rənglə 100 mm enində tor formalı naxışlar olan zədəsiz, ləkəsiz sviter, 01 ədəd qara rəngli sintetik materialdan,ümumi uzunluğu 1000 mm, bel nahiyəsində eni 800 mm, yan tərəfində cibləri, hər iki ayağının ətəyində qara parlaq iplə naxış toxunub zədə və ləkə olmayan şalvar, 01 ədəd qara rəngli, beli rezinli, sintetik materialdan, ümumi uzunluğu 1010 mm, bel nahiyəsində eni 380 mm- üzərində zədə və ləkə olmayan elastik tipli lasin, 01 ədəd qırmızı rəngli bel dairsə 870 mm, daxilində ölçüsü göstərilməyən üzünə həmin rəngdə tül çəkilmiş buzqalter, 01 ədəd qara rəngli, ümumi uzunluğu 430 mm, ətək hissəsində eni 250 mm, çiyinlərində eyni rəngli ipləri olan zədəsi və ləkəsiz mayka olmuşdur. Meyitin yanında aşkar edilmiş ağ elektrik uzadıcı naqilinin diametri 0,6 sm, ümumi uzunluğu 258 sm olmuşdur. (cild 1 i/v.145-153) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs məhrum Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi Tərtər rayonu Yuxarı Qapanlı kəndində qeydiyyatda olan xx.xx.1978-cı il təvəllüdlü AA0755350 nömrəli şəxsiyyət vəsiqəsi olan Şahid6 adına rəsmiləşmişdir. Zərərçəkmiş şəxs öz adına "xxxx" MMC-də mobil telefon nömrəsi qeydə alınmamışdır. "xxxx" Telekom MMC-də qısa nömrələrdən, xidməti nömrələrdən (internet üzərindən) göndərilən SMS mətinləri qeydiyyata alınmadığından mərhum Zərərçəkmiş şəxs SMS mətnlərinə dair məlumat əldə etmək mümkün olmamışdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixdək olan müddət ərzində mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**- ** saylı mobil telefonla 78 şəxslə telefon əlaqəsi saxlamış, mobil telefona ümumilikdə 8917 zəng daxil və xaric olmuş, zəng edən şəxslərdən yalnız 5 nəfəri qadın cinsli olmuş, zəng etmiş digər şəxslərdən fərqli olaraq Şahid6 istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefondan Zərərçəkmiş şəxs gün ərzində vaxt mədudiyyəti olmadan zənglər edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə 19 dəfə, xx.xx.2022-ci il tarixdə 27 dəfə, xx.xx.2022-ci il tarixdə 31 dəfə, xx.xx.2022-ci il tarixdə 33 dəfə, xx.xx.2022-ci il tarixdə 20 dəfə, xx.xx.2022-ci il tarixdə 26 dəfə, xx.xx.2022-ci il tarixdə 22 dəfə, xx.xx.2022-ci il tarixdə 28 dəfə, xx.xx.2022-ci il tarixdə 31 dəfə, xx.xx.2022-ci il tarixdə 10 dəfə, xx.xx.2022-ci il tarixdə 18 dəfə, xx.xx.2022-ci il tarixdə 40 dəfə, xx.xx.2022-ci il tarixdə 37 dəfə, xx.xx.2022-ci il tarixdə 22 dəfə, xx.xx.2022-ci il tarixdə 40 dəfə, xx.xx.2022-ci il tarixdə 27 dəfə, 17 xx.xx.2022-ci il tarixdə 29 dəfə, xx.xx.2022-ci il tarixdə 16 dəfə, xx.xx.2022-ci il tarixdə 17 dəfə, xx.xx.2022-ci il tarixdə 21 dəfə, xx.xx.2022-ci il tarixdə 28 dəfə, xx.xx.2022-ci il tarixdə 26 dəfə, xx.xx.2022-ci il tarixdə 17 dəfə, xx.xx.2022-ci il tarixdə 53 dəfə, xx.xx.2022-ci il tarixdə 43 dəfə, xx.xx.2022-ci il tarixdə 30 dəfə, xx.xx.2022-ci il tarixdə 24 dəfə, xx.xx.2022-ci il tarixdə 23 dəfə, xx.xx.2022-ci il tarixdə 20 dəfə, xx.xx.2022-ci il tarixdə 43 dəfə, xx.xx.2022-ci il tarixdə 22 dəfə, xx.xx.2022-ci il tarixdə 20 dəfə, xx.xx.2022-ci il tarixdə 10 dəfə, xx.xx.2022-ci il tarixdə 3 dəfə, xx.xx.2022-ci il tarixdə 40 dəfə, xx.xx.2022-ci il tarixdə 48 dəfə, xx.xx.2022-ci il tarixdə 26 dəfə, xx.xx.2022-ci il tarixdə 22 dəfə, xx.xx.2022-ci il tarixdə 21 dəfə, xx.xx.2022-ci il tarixdə 23 dəfə, xx.xx.2022-ci il tarixdə 23 dəfə, xx.xx.2022-ci il tarixdə 35 dəfə, xx.xx.2022-ci il tarixdə 63 dəfə, xx.xx.2022-ci il tarixdə 28 dəfə, xx.xx.2022-ci il tarixdə 29 dəfə və xx.xx.2022-ci il tarixdə 16 dəfə zəng etmiş və bir qayda olaraq Bakı- Quba yolunun 26-cı km-də yerləşən antena dairəsindən istifadə edilmişdir.Bundan başqa Şahid6 istifadəsində olmuş 50-304- 56-65, 50- 323-22-95, 50-604-87-90, 50-636-88-83 və 51-650-26-22 saylı mobil telefonlarla da zənglər etmişdir. (cild 2 i/v.-5-8) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər rayonlararası narkoloji dispanserin təqdim etdiyi sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi məqsədilə aparılan tibbi müayinəyə dair A/230 saylı xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15:55-də müayinədən keçərkən onda alkoqol sərxoşluğu, narkotik və ya digər maddələrin bioloji obyektləri aşkar edilməmişdir. (cild 1 i/v.-56) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin vermiş olduğu xx.xx.2022-ci il tarixli 123-9511-1222- saylı tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Laçın rayon xalq məhkəməsinin xx.xx.1985-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (keçmiş redaksiyada) 17,129-cu maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olmuş və məhkumluğu ödənilmişdir. (cild 1 i/v.-239-241) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər Bələdiyyəsi Tuqzavod ətrafı üzrə 1 saylı Mənzil Komitəsinin təqdim etdiyi 248 saylı xx.xx.2022-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs 6 nəfər ailə üzvü ilə Sumqayıt şəhər Tuqzavod qəsəbəsində fərdi həyət evində yaşamışdır. (cild 2 i/v.-17) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər Bələdiyyəsi Tuqzavod ətrafı üzrə 1 saylı Mənzil Komitəsinin təqdim etdiyi 248 saylı xx.xx.2022-ci il tarixli xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs Xalıverdi oğlu yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. (cild 2 i/v.-18) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər Bələdiyyəsi Tuqzavod ətrafı üzrə 1 saylı Mənzil Komitəsinin təqdim etdiyi 249 saylı xx.xx.2022-ci il tarixli arayışına əsasən mərhum Zərərçəkmiş şəxs 4 nəfər ailə üzvü ilə Sumqayıt şəhər Tuqzavod qəsəbəsi «UPTKA-1» idarə binasında yaşamışdır. (cild 2 i/v.- 15) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər Bələdiyyəsi Tuqzavod ətrafı üzrə 1 saylı Mənzil Komitəsinin təqdim etdiyi 249 saylı xx.xx.2022-ci il tarixli xasiyyətnaməyə əsasən Zərərçəkmiş şəxs yaşayış yerindən mənfi xarakterizə olunmuşdur. (cild 2 i/v.-16) Cinayət işinə əlavə edilmiş AZT 042149 №-li Nikahın bağlanması haqqında şahadətnamədən görünür ki, Şahid5 ilə Zərərçəkmiş şəxs arasında nikah Ağcabədi rayonu, Ağabəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində xx.xx.2011-ci il tarixdə 02 №-lə qeyd edilmiş və hadisə baş verən tarixədək ləğv olunmamışdır. (cild 1 i/v.-187) Cinayət işinə əlavə edilmiş doğum haqqında şəhadətnamələrdən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2004-cü il təvəlludlu oğlu Şahid10, xx.xx.2007-ci il təvəllüdlü Şahid10, xx.xx.2010-cu il təvəllüdlü Şahid8 vardır. (cild1 i/v.-157,217,213) Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədilə hər hansı dəlil gətirməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs könüllü olaraq gəlib təqsirini boynuna alması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən isə səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işi materillarından görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində Sumqayıt şəhər məhkəməsinin qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 15 fevral 2022-ci il tarixdən hesablanmışdır. ( cild 1, iş vərəqə 18-23, 79-80). Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 15 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Sumqayıt şəhər prokurorluğunda saxlanılan –Təqsirləndirilən şəxs məxsus 01 ədəd boz rəngli sviter, 01 ədəd şalvar, 01 ədəd jaket və 01 ədəd gödəkcə təqsirləndirilən şəxsə və ya onun yaxın qohumlarına qaytarılmalı, qəbul etmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən istifadə edib təqdim etdiyi 01 ədəd qəhvəyi rəngli paslanmış məftil, zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd açıq qəhvəyi rəngli sviter, 01 ədəd şalvar, 01 ədəd lasin, 01 ədəd mayka, və 01 ədəd büstqalter və hadisə yerindən götürülmüş 01 ədəd uzadığı elektrik naqili hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 154 (yüz əlli dörd ) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak və mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 9 il 6 ay (doqquz il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 15 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış Sumqayıt şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd boz rəngli sviter, 01 ədəd şalvar, 01 ədəd jaket və 01 ədəd gödəkcə təqsirləndirilən şəxsə və ya onun yaxın qohumlarına qaytarılsın, qəbul etmədikdə məhv edilsin, 01 ədəd qəhvəyi rəngli paslanmış məftil, Zərərçəkmiş şəxs məxsus 01 ədəd sviter, 01 ədəd şalvar, 01 ədəd lasin, 01 ədəd mayka, və 01 ədəd büstqalter və 01 ədəd elektrik naqili məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 154 (yüz əlli dörd manat) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-355/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-355/2022
19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver