Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-355/2023 19.12.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2 , Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, Sumqayıt şəhəri Corat qəsəbəsi məhəllə 79, ev 235-də qeydiyyatda olmaqla yaşamış, barəsində "həbs” qətimkan tədbiri seçilmiş və hal hazırda 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz yolla satış məqsədi ilə əldə etdiyi "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə" Azərbaycan Respublikasının Qanunun İ və İİ siyahısı ilə müəyyən edilmiş 03 ədəd bükümdə ümumi təmiz çəkisi 106,733 qram qəhvəyi rəngli kütlələr öz aralarında kimyəvi tərkib komponentlərinə görə eyni olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 05 ədəd bükümdə ümumi təmiz çəkisi 121,056 qram ağ rəngli, kristall şəkilli kütlələr öz aralarında kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə külli miqdarda metamfetamini, 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 47,525 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və səthində psixotrop maddə olan metamfetaminə məxsus izlər olan 02 ədəd elektron tərəzi daşıyaraq üzərində və yaşadığı evdə gizlətməklə saxlamış, 13 iyun 2022-ci il tarixdə saat 18:10-da Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 79, 235 saylı evin qarşısında saxlanılıb Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd gümüşü rəngli kağız bükümlərdə və 01 ədəd şəffaf rəngli sellofan bükümdə hər birinin ayrı ayrılıqda təmiz çəkiləri 0,405 qram, 0,283 qram, 0,198 qram, 0,170 qram ümumi təmiz çəkisi 1,056 qram ağ rəngli, kristall şəkilli kütlələr öz aralarında kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə külli miqdarda metamfetamin, 02 ədəd şəffaf rəngli sellofan bükümlərdə hər birinin ayrı ayrılıqda təmiz çəkiləri 0,950 qram, 0,783 qram ümumi təmiz çəkisi 1,733 qram qəhvəyi rəngli kütlələr öz aralarında kimyəvi tərkib komponentlərinə görə eyni olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, daha sonra həmin tarixdə saat 21:00-da yuxarıda qeyd olunan yaşadığı ünvana baxış keçirilərkən mətbəxdə olan uşaq maşının içərisindən üstü paltarlarla örtülmüş üzərində “Original Levis” sözləri yazılmış göy rəngli sellofanda saxladığı qutunun içərisində gizlətdiyi, 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 105 qram qəhvəyi rəngli külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 120 qram ağ rəngli, kristall şəkilli psixotrop maddə külli miqdarda metamfetamin, 01 ədəd şəffaf rəngli bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 47,525 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və səthində psixotrop maddə olan metamfetaminə məxsus izlər olan 01 ədəd qara rəngli, 01 ədəd gümüşü rəngli elektron tərəzilər və bir ədəd keratin sözü yazılmış qabın içərisində üzərində heroinə məxsus izlər olan 01 ədəd qaşıq aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları onu evdən götürmüş, sonra isə bölməyə aparmış, üzərini yoxlamışdırlar. Bundan sonra 2-3 nəfər polis əməkdaşı özləri onun evinə gedib gəlmişdirlər. Bu zaman bölmədə olmuşdur. Sonra bir dəfə də onu evinə aparmışdırlar. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, 1 ildir ki, o, narkotik vasitələrindən istifadə etmişdir. O, 3-cü polis bölməsinə aparılarkən üzərində narkotik maddələr olmuşdur. Narkotik maddələri üzərində istifadə üçün götürmüşdür. O, qeyd edilən hər üç növ narkotik vasitəsindən istifadə etmişdir. O, narkotik vasitələri iranlı şəxsdən almışdır. O, iranlı şəxslə "whatsapp" sosail şəbəkəsi vasitəsilə əlaqə saxlamışdır. Şəxsə pul ödəməmiş, nisyə götürmüşdür. Birinci dəfə idi ki iranlı şəxsdən narkotik vasitələr əldə edir. Sözügedən bank kartları onun adına yox, ailə üzvlərinin adına olmuşdur. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, polis əməkdaşları evə baxış keçirən zaman evdə həyat yoldaşı və atası olmuşdur. Polis əməkdaşları evdə axtarış aparmışdırlar. Evində axtarış keçirilən zaman orada olmamış, polis əməkdaşları onun iştirakı olmadan evində axtarış aparmışdırlar. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, videoda göründüyü kimi aşkar edilənlər həmin gün onun üzərində olmuşdur. Evində aşkar edilən narkotik vasitələr də ona məxsus olmuş, lakin videoda görsəndiyi qədər çox olmamışdır. Oradakı narkotik vasitələrinin nə qədərinin ona məxsus olduğunu bilməmişdir. 30 qram almış müəyyən qədər istifadə etmiş qalanı da qalmışdır. Polis əməkdaşları evə axtarış keçirdikləri zaman evə bir neçə dəfə əllərində bağlamalarla daxil olmuşdurlar. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi 13 iyun 2022-ci il tarixində Corat qəsəbəsində şübhəli şəxs qismində saxlayaraq 13-cü polis bölməsinə aparmışdırlar. Polis bölməsində üzərinə baxış keçirilən zaman 12 bükümdə heroin 6 büküm metamfetamin aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs evinə baxış keçirmiş və evində də nakotik vasitələr aşkar edilmişdir. Bölməyə daxil olan məlumatın məzmunu narkotik vasitələrinin üzərində gəzdirilməsi və satışı ilə bağlı idi. Evə baxış keçirməklərinin səbəbi onun özünün evində də nakotik vasitələrinin olmasını deməsi olmuşdur. Şəxsdən narkotik vasitələri necə əldə etdiyini soruşduqda iranlı şəxsdən aldığını qeyd etmişdir. Axtarış zamanı şəxsin üzərindən narkotik vasitələrindən başqa özünə məxsus telefon və 2 ədəd bank kartı aşkar edilmişdir. Bank kartıyla bağlı isə sadəcə özünə məxsus olduğunu qeyd etmişdir. Evə baxış keçirərkən neçə nəfər olduqları yadında deyildir. Axtarış keçirdikləri zaman təqsirləndirilən şəxsin atası evdə olmuşdur. Evin quruluşu hələ də yadındadır. Həyətin solunda ev idi birdə yarımtikili bir ev var idi, yəni evin ikinci mərtəbəsi tam tikilməmişdi. Həyətin solundaki ev tam hazır vəziyyətdə olmuşdur. Onlar yarımtikili vəziyyətdə olan evə baxış keçirmişdirlər. Soldaki evə heçnə olmadığını bildikləri üçün baxış keçirməmişdirlər. Əməliyyat məlumatı ona məxsus olmuşdur. Sözügedən şəxsi 13 noyabr 2022-ci ildə saxlamışdırlar. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş cinayət axtarış üzrə kiçik inspektoru, polis serjantı Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ildə bölməyə məlumat daxil olmuşdur. O, Nicat adlı şəxs və bir neçə nəfər kömək məqsədilə Corat qəsəbəsinə yaxınlaşmışdırlar. Corat qəsəbəsində, məhlənin daxilində özlərini vətəndaşa təqdim etmiş və bölməyə dəvət etmişdirlər. Bölmədə çəkiliş edilərək təhqiqatçının iştirakıyla vətəndaşın üzərinə baxış keçirilmişdir. Həmin vətəndaşın üzərindən 2 ədəd büküm metamfetamin, heroin, kartlar və mobil telefon aşkar olunmuşdur. Təhqiqatçı narkotik vasitələri haradan əldə etdiyini vətəndaşdan soruşduqda İran vətəndaşından aldığını demişdir. Vətəndaşın üzərinə baxış keçirdikdən sonra vəkilin iştirakı və çəkilişin də olmağı üzrə onun yaşadığı ünvana getmişdirlər. Şəxsin yaşadığı ünvanın tərkibində 2 ev olmuş və onun yaşadığı ev ayrı olmuşdur. Şəxsin yaşadığı evə daxil olub otağın içərisinə keçdikdə içəridə balaca uşaq maşını olmuşdur. Həmin uşaq maşının içərisindən telefonlar, metamfetaminlər, qurudulmuş marixuana, bank kartları aşkarlanmışdır. Eləcə də 2 ədəd tərəzi aşkar edilmişdir. Təhqiqatçı şəxsdən bunu haradan və hansı yolla əldə etdiyini soruşduqda iran vətəndaşdan əldə etdiyini demişdir. Aşkar olunan narkotik vasitələrin çəkisi tam olaraq yadında deyildir. Təqsirləndirilən şəxs Corat qəsəbəsində yaşadığı ünvana yaxın bir yerdə saxlanılmışdır. Əməliyyat məlumatı polis leytenantı Şahid1 tərəfindən qəbul edilmişdir. Təqsirləndirilən şəxs sözügedən ərazidə saxladıqda özlərini təqdim etdikdən sonra onlarla bölməyə gəlməli olduğunu demişdirlər. Şəxsdə bölməyə gəlməyə etiraz etməmişdir. Qanuna görə bölməyə aparıldıqda üzərində baxış keçirilə bilər. Saxlanılan zaman şəxsin üzərinə baxış keçirməmişdirlər. Bölmənin daxilində vəkil ilə birlikdə çəkiliş edilərək üzərinə baxış keçirilmişdir. Yay ayları, saat 6-7 arası olmuşdur. Üzərində baxış keçirilən zaman axşam olmuşdur. Üzərindən narkotik vasitələri çıxandan sonra saxlanılan şəxs evində baxış keçirilməsi ilə bağlı etiraz etməmişdir. Təqsirləndirilən şəxsin üzərindən narkotik vasitələri aşkar olunduqdan sonra etiraf etmişdir ki, evində də narkotik vasitə var. Hətta öz yaşadığı ünvana polis əməkdaşlarını özü aparmışdır. Otağa daxil olmuş və narkotik vaitələrinin yerini onlara göstərmişdir. Şəxs saxlandığı zaman onun üzərində narkotik vasitələrinin olub-olmaması ilə bağlı heçnə deməmişdir. Şəxs onun narkotik vasitələri ilə şübhəli bilib tutduqlarını bölməyə apardıqdan sonra bilmişdir. Sözügedən şəxsin evi Corat qəsəbəsində yerləşmişdir. Şəxsin evi həyət evidir. Şəxsin yaşadığı ev yarımtikili olmuş, sadəcə şəxs həmin evin birinci mərtəbəsində yaşamışdır. Onlar sözügedən evə baxış keçirdiyi zaman evdə heç kəs olmamışdır. Təqsirləndirilən şəxs kiminlə birgə yaşaması ilə bağlı onda məlumat olmamışdır. Onlar evin bir otağına baxış keçirmişdirlər. Hansı ki şəxs özü otaqda narkotik vasitələrini qırmızı uşaq maşınının içərisində çıxartmışdır. Narkotik vasitələrinin tam olaraq nəyə büküldüyü yadında deyildir. Təqsirləndirilən şəxs elə onların axtarış keçirdiyi balaca yerdə yaşamışdır. Evə daxil olduqda həyətdə heç kəsi görməmişdirlər. Orada balaca bir ev var idi. Otağa gedən yolu Ramin onlara göstərmişdir. Aşkar etdiklərinin içərisində 2 ədəd telefon bank kartları var idi. Bank kartları şəxsin dediyinə görə elə onun özünə məxsusdur. Polis əməkdaşları axtarış üçün evinə gəldikdə atası evdə olmalı idi. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş X3 ifadəsində göstərmişdir ki, uşaqlarla birlikdə evdən çıxmışdır. Ona zəng gəlmişdir ki, Ramini tutmuşdurlar. Raminin tutulması barədə ona qaynatası məlumat vermiş və evə gəlməyini bildirmişdir. Evə gəldikdə Ramini aparmışdırlar, ancaq həyətdə dörd nəfər polis əməkdaşı olmuşdur. O, polis əməkdaşı ilə söhbətləşib ərinin nə üçün saxlandığını soruşduqda polis əməkdaşı Ramini “mal”la tutduqlarını bildirmişdir. Yəni, Raminin qarşısında “mal”lar olmuşdur. Qaynatasına ancaq sellofan torbada “ot” göstərmişdirlər. Ot və dörd ədəd mobil telefon olmuşdur. Polis əməkdaşları evdən getdikdən sonra yenidən gəlmişdirlər. Yenə söhbət etmiş, Ramini tutduqları yerə qaldırmışdırlar. O, da qalxmaq istəyən zaman ona icazə verməmişdirlər. Polis əməkdaşları ona hadisə yerində barmaq izinin ola biləcəyini, adının çəkilə biləcəyini bildirmişdirlər. Daha sonra getmiş, üçüncü dəfə yenə gəlib demişdirlər ki, Ramini videoya çəkmək istəmişdirlər. O, icazə verməmişdir. Orada polis əməkdaşı onunla sözlü mübahisə edərək mütləq şəkildə Ramini videoya çəkməli olduqlarını demişdirlər. Polis əməkdaşları gələndə də əllərində mavi rəngli, üzərində “Levi`s” yazılmış sellofan torba olmuşdur. Polis əməkdaşları onun yuxarı qalxmağına icazə verməyərək özləri yuxarı qalxmışdır. Sonra təzədən getmişdirlər. Axırıncı dəfə 11-in yarısı Raminlə birlikdə evə gəlmişdirlər. Video çəkilişə icazə vermişdir. Axırda Raminlə gələndə ona tapşırdılar ki, evin işıqlarını söndürsün, yandırmasın, bayıra çıxmasın. Polis əməkdaşları həmçinin ona kameralara düşəcəyi təqdirdə incidiləcəyini söyləmişdirlər. Sonra Ramini tutmuşdurlar. Ramindəki kartlar onun adına olduğu üçün müstəntiq ondan kartlardan nə vasitəsilə istifadə etdiyini soruşmuşdur. Lakin müstəntiq evdə olub-olmamağını soruşmamışdır, ancaq kartlar haqqında soruşmuşdur. Raminin tutulması ilə bağlı ona zəng gələndə saat təxminən 6-7-nin yarısı olmuşdur. Video çəkilişin aparıldığı yer yarımtikili evdir. Birinci mərtəbəsi hazır tikilib, ikinci mərtəbəsi yarımtikilidir. Video çəkilişin aparıldığı yerdə yaşayış yoxdur. Evə qayıdanda Ramini görməmişdir. O, evə gələndə Ramini artıq aparmışdırlar. O, evdən çıxanda Ramin evdə olmuşdur. Ramini axşam 11-in yarısı görmüşdür. Axşam 11-in yarısı Ramini evə video çəkilişə gətirən zaman görmüşdür. Video çəkilişə kimi polis əməkdaşları evə dörd dəfə gəlmişdirlər. Hər dəfə polis əməkdaşları evə gələndə onları görmüşdür. Axtarış aparılan zaman polis əməkdaşları kameraya düşə biləcəyini bildirdiklərindən o, axtarış aparılan yerdə olmamışdır. Polis əməkdaşları evə gəlib-gedən zaman onlar evdə olmayanda da axtarış aparılan yerə getməmişdir. Çünki polis əməkdaşları onu qorxutmuşdurlar, avadanlığa və s. toxunmamağını tapşırmışdırlar. Ona görə bir az da qorxudan polis əməkdaşları evdə olmasa belə, yuxarıya qalxa bilməmişdir. O, polis əməkdaşlarının əlindəki “Levi`s” yazılmış sellofan torbanın içərisində nə olduğunu görməmişdir. Əri Raminin narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Evdə Raminin narkotik istifadə etməsini gözü ilə görməmişdir. Gözünün qabağında narkotik vasitə istifadə etməsə də, Raminin narkotik vasitə istifadəçisi olduğunu arvadı olaraq bilmişdir. O, ibtidai istintaq zamanı müstəntiqə Ramin saxlanılan gün evlərinə gələn polis əməkdaşları ilə əlbə-yaxa dava etdiyini, video çəkilişə icazə vermədiyini bildirmişdir. Ramin saxlanılan gün evdə olan polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə hansısa hüquq mühafizə orqanına müraciət etməmişdir. “KapitalBank” və “UniBank”-a məxsus bank kartlarının hər ikisi onun olmuşdur. Bank kartlarındakı çoxsaylı mədaxil və məxaric onunla əlaqədardır ki, o, özü uzun müddətdir onlayn satışla məşğuldur. Bundan əlavə, əri Təqsirləndirilən şəxs da əvvəllər “pin up” kazino oyunu oynamışdır. Hazırda həmin oyun bağlanıb. Bank kartlarındakı pullar kazinodan qazanılmış və öz zəhməti ilə qazandığı pullar olmuşdur. Onların həyətdə iki evi vardır. İttihamda narkotik vasitənin tapıldığı evdə yaşamamışdırlar. Həyətdə iki ayrı evdir. Biri köhnə tikilmiş evdir, biri təzə tikilmiş evdir. Onlar köhnə evdə yaşamışdır. Qaynatası da köhnə evdə yaşamışdır. Qaynatası Ramin saxlanılan zaman evdə olmuş, daha sonra işə getmişdir. O, arvadı olaraq Raminə qumar oynamamasını, narkotik vasitə istifadə etməməsini bildirmişdir. Ramin ona qulaq asmamışdır. Şahid Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Ramin adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin saxlaması, üzərində gəzdirməsi, istifadə etməsi, həmçinin satşı və yaşadığı ünvanda saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx.xx.2022-ci il tarixdə, saat 18:1 O-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi məhəllə 76, ev 235-in qarşısında müəyyən olunaraq, Sumqayıt ŞPİ-nin 3-cü PByə gətirilmişdir. Orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektorkriminalisti tərəfindən videokamera işə salınaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl bölmənin baş təhqiqatçısı polis mayoru Səbuhi Dadaşov özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş etmiş, o da özünü təqdim etmişdir. Onlarda özlərini təqdim etmişlər. Bundan sonra baş təhqiqatçı Səbuhi Dadaşov ona daxil olmuş əməliyyat məlumatına əsasən qanunsuz olaraq narkotik vasitələrin qəbudu və üzərində gəzdirməsi üçün saxlanılıb idarəyə gətirildiyini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Kərimxan Əsədovu təqdim etmiş, Ramin bildirişlə tanış olaraq, vəkilinə etiraz etməmişdir. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunmuşdur. O da əynində olan açıq-göy rəngli cins şalvarının sağ yan cibindən 3 ədəd gümüşü kağızda olan, 3 ədəd şəffaf sellofan bükümlərdə bükümləri, həmçinin 2 ədəd Kapital banka məxsus 4169-7385-7961-6396 nömrəli, Unibanka məxsus (Leobank) 4098- 5844-6059-3393 nömrəli bank kartlarını, sol yan cibindən Honor markalı, üzərində ***-***-**- ** mobil nömrəsi olan mobil telefonu çıxarıb təqdim etmişdir. Verilən şifahi suallara cavab olaraq o həmin kağızlarda olan maddələrin 4 bükümdə metanfetamin, 2 bükümdə kakos olduğunu bildirmiş, həmin bükümlər açılan zaman 02 ədəd bükümün içərisindən narkotik vasitə olan heroin, 04 bükümün içərisindən isə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Eləcə də Ramin sol əlinin 3-cü barmağında olan üzüyü də barmağından çıxarıb təqdim etmişdir. Sorğu-sual zamanı Ramin üzərindən aşkar olunan 3 büküm gümüşü kağızda və 1 büküm şəffaf sellofanda olan(ümumi 04 büküm) metamfetamini və 02 büküm şəffaf sellofanda olan heroini təxminən 2 ay bundan əvvəl sosial şəbəkədə tanış olduğu, özünü hacı kimi təqdim edən iran vətəndaşından aldığını, belə ki, həmin şəxs vasitəsi ilə Bakı şəhəri,Əmircan qəsəbəsində yerləşən dönər dükanının yanında olan ağacın yanına qoyulan təxminən 200 qram psixotrop maddə olan metamfetamini, təxminən 200 qram narkotik vasitə olan heroini götürdüyünü, qarşılığında pul verəcəyini vəd etsə də, sonradan vermədiyini, həmin müddətdən istifadə etdiyini, üzərində aşkar olunan narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən başqa hal- hazırda yaşadığı ünvanda da narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Daha sonra Raminin üzərindən aşkar olunaraq götürülmüş maddələr elektron tərəzidə çəkildi, 1-ci gümüşü kağızda olan psixotrop maddə metamfetaminin kağızla birlikdə çəkisi 0,40 qram, 2-ci gümüşü kağızda olan psixatrop maddə metamfetaminin kağızla birlikdə çəkisi 0,27 qram, 3-cü gümüşü kağızda olan psixatrop maddə metamfetaminin kağızla birlikdə çəkisi 0,25 qram, dördüncü şəffaf sellofana bükülmüş psxotrop maddə metamfetaminin çəkisi 0,50 qram, 4 büküm metanfetaminin ümumi çəkisi 1,875 qram(şəxsi axtarış zamanı aşkar olunmuş 04 bükümdə olan psixotrop maddə olan metamfetaminin dağılma ehtimalı olduğu üçün sarı rəngli kağıza qoyularaq büküldü, həmin kağız elektron tərəzidə maddələr, gümüşü rəngli kağız və sellofanla birlikdə çəkildi), 5-ci şəffaf sellofana bükülmüş narkotik maddə heroinin çəkisi 1,13 qram, 6-cı narkotik vasitə heroinin çəkisi 1,02 qram, 2 bükümdə narkotik vasitə heroinin ümumi çəkisi 2,16 qram olmuş, həmin maddələr ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılaraq, DİN-nin 127 saylı möhürü ilə möhürlənmiş, üzərində qeydlər aparılaraq imzalanmışdır. Honor markalı mobil telefon Raminə qaytarılmayaraq götürülmüş, üzük isə ona qaytarılmışdır. Şəxsi axtarış zamanı Raminin üzərindən cinayət əhəmiyyəti kəsb edəcək başqa hər hansı əşya aşkar edilməmiş, yaşadığı ünvana baxış keçirilməsinə hər hansı bir etirazının olmadığını bildirmiş və bir neçə saniydən sonra video çəkiliş dayandırılmışdır. O yaşadığı ünvana baxış keçirilməsinə hər hansı bir etirazının olmaması barədə ərizə yazmış, sonra vəkil və digər İştirakçılarla birlikdə yaşadığı ünvan 1 ünvanına baxış keçirilməsinə getmişlər. Raminin icazəsi ilə yaşadığı ünvana baxış keçirilməsi üçün videoçəkiliş vasitəsi ilə həyətə daxil olmuşlar. Ramin tək yaşadığı və tikilməkdə olan yalnız bir otağı hazır olan iki mərtəbəli, yuxarı mərtəbəsi hazır olmayan evin otağında olan qırmızı rəngli uşaq maşınına içərisindən, üstü paltarlarla örtülmüş, “Orginal Levis" sözü yazılmış, göy rəngli sellofanı çıxarıb təqdim etmişdir. Həmin sellofana baxış keçirilən zaman sellofanın içərisindən 02 ədəd Samsung markalı, 01 ədəd Nokia markalı,01 ədəd isə Redmi markalı telefonlar, 01 ədəd qutu aşkar olunmuşdur. Qutu açılan zaman onun içərisindən iki ədəd biri qara, biri isə gümüşü rəngli olan elektron tərəzi, şəffaf rəngli sellofanda psixotrop maddə olan metamfetamin, digər şəffaf rəngli sellofanda narkotik vasitə olan qurudulmuş marixuana, üzərində Keratin sözü yazılmış 01 ədəd qabın içərisindən şəffaf rəngli sellofanda narkotik vasitə olan heroin, 1 ədəd qaşıq aşkar olunmuşdur. Həmin maddələr barədə Raminə suallar verilən zaman o qeyd etdiyi kimi həmin maddələri də İranlı vətəndaşdan aldığını, onun tərəfindən Əmircan qəsəbəsində qoyulduğu yerdən götürdüyünü, pulunu vermədiyini, bir hissəsini istifadə etdiyini, qalanını isə yaşadığı ünvanda saxladığını bildirmişdir. Təhqiqatçı tərəfindən Ramindən nə üçün marixuana barədə şəxsi axtarış zamanı bildirməməsi soruşulduqda, o da unutduğu üçün marixuana barədə şəxsi axtarış zamanı bildirmədiyini demişdir. Daha sonra baxış zamanı aşkar olunaraq götürülmüş maddələr elektron tərəzidə çəkilmiş, psixotrop maddə olan metamfetamin kağızla birlikdə çəkisi 120,18 qram, narkotik vasitə olan heroinin çəkisi qab və qaşıqla birlikdə 139,24 qram, narkotik vasitə qurudulmuş marixuananın çəkisi şəffaf rəngli sellofanla birlikdə 49,38 qram olmuş, həmin maddələr və 2 ədəd elektron tərəzi ekspertizaya təqdim olunması məqsədi ilə 02 ədəd ağ rəngli kağız zərflərə qoyularaq qablaşdırılmış, DİN-nin 127 saylı möhürü ilə möhürlənərək, üzərində qeydlər aparılaraq imzalanmışdır. Bundan əlavə baxış zamanı yaşadığı ünvandan cinayət xarakterli hər hansı bir əşya aşkar edilməmişdir. Bundan əlavə baxış zamanı aşkar olunmuş 02 ədəd Samsung markalı, 01 ədəd Nokia markalı, 01 ədəd Redmi markalı telefonlar Raminə qaytarılmayaraq götürülmüş, daha sonra sənədləşdirilmə aparılmış, Ramin də tərtib olunmuş protokola imza etmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmişdir, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2022-ci il tarixli “ əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair ” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması, üzərində gəzdirməsi, istifadə etməsi, həmçinin satışı və yaşadığı ünvanda saxlaması barədə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 13 iyun 2022-ci il tarixli şəxsi axtarış keçirilməsi barədə protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs əynində olan açıq-göy rəngli cins şalvarının sağ yan cibindən 3 ədəd gümüşü kağızda olan, 3 ədəd şəffaf sellofan bükümləri, həmçinin 2 ədəd Kapital banka məxsus, Unibanka məxsus (Leobank) bank kartlarını, sol yan cibindən Honor markalı, üzərində ***-***-**-** mobil nömrəsi olan mobil telefonu çıxarıb təqdim edir, verilən şifahi suallara cavab olaraq Ramin həmin kağızlarda olan maddələrin 4 bükümdə metamfetamin, 2 bükümdə kakos olduğunu bildirir, həmin bükümlər açılan zaman 02 ədəd bükümün içərisindən narkotik vasitə olan heroin, 04 bükümün içərisindən isə psixotrop maddə metamfetamin aşkar olunur. Eləcə də Ramin sol əlinin 3-cü barmağında olan üzüyü də barmağından çıxarıb təqdim edir. Sorğu-sual zamanı Ramin üzərindən aşkar olunan 3 büküm gümüşü kağızda və 1 büküm şəffaf sellofanda olan (ümumi 04 büküm) metamfetamini və 02 büküm şəffaf sellofanda olan heroini təxminən 2 ay əvvəl sosial şəbəkədə tanış olduğu, özünü “Hacı” kimi təqdim edən İran vətəndaşından aldığını, belə ki, həmin şəxs vasitəsi ilə Bakı şəhəri, Əmircan qəsəbəsində yerləşən dönər dükanının yanında olan ağacın yanına qoyulan təxminən 200 qram psixotrop maddə olan metamfetamini, təxminən 200 qram narkotik vasitə olan heroini götürdüyünü, qarşılığında pul verəcəyini vəd etsə də, sonradan vermədiyini, həmin müddətdən istifadə etdiyini, üzərində aşkar olunan narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən başqa hal-hazırda yaşadığı ünvanda da narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün saxladığını bildirir. Daha sonra Raminin üzərindən aşkar olunaraq götürülmüş maddələr elektron tərəzidə çəkilir. Cinayət işinin materiallarında olan 13 iyun 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 13 iyun 2022-ci il tarixli ünvana baxış və götürmə aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Ramin tikilməkdə olan iki mərtəbəli evin hazır olmayan yuxarı mərtəbəsində yerləşən otağında olan qırmızı rəngli uşaq maşınına içərisindən, üstü paltarlarla örtülmüş, göy rəngli sellofanı çıxarıb təqdim edir. Həmin sellofana baxış keçirilən zaman sellofanın içərisindən 02 ədəd Samsung markalı, 01 ədəd Nokia markalı, 01 ədəd isə Redmi markalı telefonlar, 01 ədəd qutu aşkar olunur. Qutu açılan zaman onun içərisindən iki ədəd biri qara, biri isə gümüşü rəngli olan elektron tərəzi, şəffaf rəngli sellofanda psixotrop maddə olan metamfetamin, digər şəffaf rəngli sellofanda narkotik vasitə olan qurudulmuş marixuana, üzərində “Keratin” sözü yazılmış 01 ədəd qabın içərisindən şəffaf rəngli sellofanda narkotik vasitə olan heroin, 1 ədəd qaşıq aşkar olunur. Həmin maddələr barədə Raminə suallar verilən zaman o həmin maddələri İranlı vətəndaşından aldığını, onun tərəfindən Əmircan qəsəbəsində qoyulduğu yerdən götürdüyünü, pulunu vermədiyini, bir hissəsini istifadə etdiyini, qalanını isə yaşadığı ünvanda saxladığını bildirir. Təqhiqatçı tərəfindən Ramindən nə üçün marixuana barədə şəxsi axtarış zamanı bildirməməsi soruşulduqda, o da unutduğu üçün marixuana barədə şəxsi axtarış zamanı bildirmədiyini deyir. Daha sonra baxış zamanı aşkar olunaraq götürülmüş maddələr elektron tərəzidə çəkilir, psixotrop maddə olan metamfetamin kağızla birlikdə çəkisi 120,18 qram, narkotik vasitə olan heroinin çəkisi qab və qaşıqla birlikdə 139,24 qram, narkotik vasitə qurudulmuş marixuananın çəkisi şəffaf rəngli sellofanla birlikdə 49,38 qram olur, həmin maddələr və 2 ədəd elektron tərəzi ekspertizaya təqdim olunması məqsədi ilə 02 ədəd ağ rəngli kağız zərflərə qoyularaq qablaşdırılır, DİN-nin 127 saylı möhürü ilə möhürlənərək, üzərində qeydlər aparılaraq imzalanır. Bundan əlavə baxış zamanı yaşadığı ünvandan cinayət xarakterli hər hansı bir əşya aşkar edilmir. Bundan əlavə baxış zamanı aşkar olunmuş 04 ədəd telefon götürülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması, üzərində gəzdirməsi, istifadə etməsi, həmçinin satması və yaşadığı ünvanda saxlamsı barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/624 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş təmiz çəkisi 47,525 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3334 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində üzərində «Təqsirləndirilən şəxs üzərindən...» sözləri soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,950 qram, 0,783 qram ümumi təmiz çəkisi 1,733 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 04 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,405 qram, 0,283 qram, 0,198 qram, 0,170 qram ümumi təmiz çəkisi 1,056 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Üzərində «Təqsirləndirilən şəxs yaşadığı....» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 ədəd sellofan bükümdə təmiz çəkisi 120 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd keratin sözü yazılmış qabın içərisindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 105 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim olunmuş 03 ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Təqdim olunmuş 05 ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Təqdim edilmiş 02 ədəd elektron tərəzilərinin üzərində psixotrop maddə olan metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların maddə nümunəsi ilə müqayisəli tədqiqatı aparılmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əlavə məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022- ci il tarixli 6/3943 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş MEM-ə məxsus bir ədəd kağız paketdə bir ədəd keratin sözü yazılmış qabın içərisində olan bir ədəd qaşıqda heroinə məxsus izlər aşkar edildi. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək və Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd bükümdə heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3973 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə” 14 noyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən və evinə baxış zamanı evindən aşkar edilmiş, tədqiqatdan sonra qalıq qalmış 47,475 qram narkotik vasitə qurudulmuş marixuana, 106,583 qram narkotik vasitə olan heroin, 120,806 qram psixotrop maddə olan metamfetamin, 02 ədəd elektron tərəzi və 01 ədəd qaşıq maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və evinə baxış keçirilməsinin videogörüntüsünü əks etdirən 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibatı ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşadığı müddət ərzində barəsində nümayəndəliyə heç bir yazılı şikayət daxil olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş doğum haqqında şahadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs övladları X7 oğlu xx.xx.2015-ci il, X5 oğlu xx.xx.2017-ci il təvəllüdlü olmaqla azyaşlıdırlar. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadənin narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə olan hissəsinə, həmçinin evdindən aşkar olunan narkotik vasitəlrin miqdarının daha az olması barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun bu hissədə verdiyi ifadə özünü müdafiə xarakteri daşımaqla obyektiv həqiqəti əks etdirmir, onun verilən ittiham üzrə təqsiri öz ifadəsinin etirafedici hissəsi ilə bərabər məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. Həmçinin məhkəmə təqsirləndiriıən şəxsin arvadı X1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər sübut kimi qəbul etməyərək hesab edir ki, həmin ifadə ərinin cinayət məsuliyyətindən yayındırmasına yönəlməklə həqiqəti əks etdirmir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olması Azərbaycan Respublikası CMnin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan tədqiqatdan sonra qalıq qalmış 47,475 qram narkotik vasitə qurudulmuş marixuana, 106,583 qram narkotik vasitə olan heroin, 120,806 qram psixotrop maddə olan metamfetamin, 01 ədəd qaşıq məhv edilməli və 02 ədəd elektron tərəzi müsadirə edilməlidir. 02 ədəd diskin cinayət işinin istintaq materiallarına saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 247 (iki yüz qırx yeddi) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 47,475 qram narkotik vasitə qurudulmuş marixuana, 106,583 qram narkotik vasitə olan heroin, 120,806 qram psixotrop maddə olan metamfetamin, 01 ədəd qaşıq məhv edilsin, 02 ədəd elektron tərəzi müsadirə olunsun, 02 ədəd diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxs 247 (iki yüz qırx yeddi) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-355/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-355/2023
19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver