Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-355/2024 23.08.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X9 (sədrlik edən), X3 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X6 katibliyilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri - Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1996-cı ildə Qobustan rayonu, Təklə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 2545 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük zavodunda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, və xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Buzovna qəsəbəsi, Ə.Ağayev Küçəsi, ev 16 ünvanında yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin əldə etmə, saxlama və daşıma cinayətlərini törətmiş, həmçinin Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddə əldə edib saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 və telefon vasitəsilə tanış olduğu istintaqa məlum olmayan Peyman adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədilə əldə edib Təqsirləndirilən şəxs2 verdiyi külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin müəyyən qazanc müqabilində Təqsirləndirilən şəxs1 ilə birlikdə deyilən yerlərə qoymaqla satışını həyata keçirməkdə vasitəçilik etmək barədə ümumi razılığa gəlmiş, Peyman adlı şəxsin istintaqla müəyyən olunmayan vaxtda və yerdə Təqsirləndirilən şəxs2 verdiyi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxil olan 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 179,410 qram olan külli miqdarda narkotik vasitə heroin və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxil olan 01 (bir) ədəd şəffaf rəngli selofan bükümdə çəkisi 144,090 qram olan külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib dəri materialdan olan çantaya qoyub saxlamış və Abşeron rayonu, Mehdiabad qəsəbəsinə Təqsirləndirilən şəxs1 ilə birlikdə daşımış, 22 avqust 2022-ci il tarixdə, saat 19:40 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə İran İslam Respublikası vətəndaşı Peyman adlı şəxsin verdiyi sxem üzrə alıcıların götürməsi üçün müəyyən olunmuş yerlərdə həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan bükümləri qoymaq məqsədilə Mehdiabad qəsəbəsi, Q.Qarayev küçəsində olan zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının xüsusi təyinatlı 1-ci taborunun 3-cü bölüyünün polis nəfəri Şahid1 tərəfindən saxlanılarkən içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan çantanı Təqsirləndirilən şəxs2 atıb qaçmış, Təqsirləndirilən şəxs1 isə, həmin çanta ilə polis əməkdaşı tərəfindən Mehdiabad polis bölməsinə gətirilib şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs2 atıb qaçdığı çantadan 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə 179,410 qram çəkidə narkotik vasitə heroin və 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə 144,090 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə, saat 17:00 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsində istintaqa məlum olmayan mənbədən 10 (on) manat pul müqabilində 01 (bir) ədəd gümüşü kağız bükümdə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxil olan 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə, çəkisi 0, 215 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış və özü ilə daşımış, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda və daşımaqda şübhəli bilinərək Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən həmin gün, saat 22:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ə.Ağayev küçəsində saxlanılaraq Mehdiabad polis bölməsinin gətirilib orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarının sağ yan cibindən qanunsuz olaraq əldə edib saxladığı həmin 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda 0,215 qram çəkidə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilməyərək sərbəst ifadəsində göstərdi ki, o, 2022-ci ilin yay aylarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində nənəsinin evində onunla birlikdə yaşayıb. Buzovna qəsəbəsində yerləşən “it və pişiklərin sığınacaq” mərkəzində baytar işləyib və Təqsirləndirilən şəxs1 ilə işlədiyi yerdə tanış olub. Təqsirləndirilən şəxs1 və əri də həmin sığınacaqda işləyib. Təqsirləndirilən şəxs1 narkotik qəbul edib və ona da narkotik maddələr qəbul etməyi Könül öyrədib. Təqsirləndirilən şəxs1 əri tutulduqdan sonra o, Könüllə dostluq etməyə başlayıb. 22 avqust 2022-ci il tarixdə, saat 18 radələrində Könüllə birlikdə əvəllər bir neçə dəfə getdikləri “Sait” otelə gediblər. Həmin oteldə bir qədər vaxt keçirtdikdən sonra Sumqayıt şəhərindən onun mobil nömrəsinə zəng olunub və xəstələnmiş iti müalicə üçün çağırıblar. O, oteldən Könüllə birlikdə çıxandan sonra onlar ayrılıblar və hərəsi bir istiqamətə gediblər. Ayrılarkan o, özündə olan kiçik həcmli çantanı Könülə verib, içərisində dərmanlar olan çantanı isə özü ilə aparıb. Ondan ayrılandan sonra Könülü polisin saxladığını və ondan narkotik maddə aşkar olunduğunu sonradan eşidib. Könül polis əməkdaşı tərəfindən saxlanılarkan o, Könülün yanında olmayıb, Könülün əlində olmuş çantadan aşkar olunan narkotik vasitə və psixotrop maddə ona məxsus deyildir. Polis serjantı Şahid1 22 avqust 2022-ci il tarixdə, saat 19:40 radələrində Mehdiabad qəsəbəsi, Q.Qarayev küçəsində Könül Mehdiyeva ilə birlikdə saxladığı və oradan qaçmış şəxs o olmayıb, ola bilsin ki, Könülün yanında başqa adam olub, Təqsirləndirilən şəxs1 onun barəsində yalan məlumat verib, ona böhtan atıb. O, Könülə çantasında narkotik maddə və psixotrop maddə saxladığını, İran vətəndaşı ilə əlaqə saxladığını, narkotik maddə satdığını deməyib. O, İran İslam Respublikası vətəndaşı olan Peyman adlı şəxsi tanımır. Ondan və başqa şəxslərdən narkotik vasitə və psixotrop maddə almayıb, heç vaxt narkotik maddə və psixotrop maddələrin satışı ilə məşğul olmayıb. Təqsirləndirilən şəxs1 ilə “WhatsApp” vasitəsi ilə hadisədən bir neçə gün sonra danışmağı, onu hadisə yerində qoyub qaçdığı üçün üzrxahlıq edib ağlaması Təqsirləndirilən şəxs1 uydurmasıdır. İran vətəndaşı Peyman adlı şəxslə Təqsirləndirilən şəxs1 arasında nə kimi münasibətlərin olması ona məlum deyildir. O, yaşadığı evdə olan zaman Xəzər rayon polis bölməsinə çağırılıb, üzərinə axtarış olub, heç nə aşkar olunmayıb. Onun Təqsirləndirilən şəxs1lə tanışlığı olub, amma narkotiklə əlaqəsi olmayıb. Könül onun yaşadığı yerə gedib-gəlib, o, Könülə ancaq maddi kömək edib. O, Könüllə tutulmayıb. Avqustun 22-si o, Sumqayıt şəhər Polis İdarəsində saxlanılıb. O, Könül saxlanılan zaman onun yanında olmayıb. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona verilən suallara cavab olaraq bildirdi ki, Könülü 2021-ci ildə işlədiyi yerdə tanıyıb. Könülün yoldaşından narkotik alıb, Könüllə birlikdə istifadə edib, Könülün yoldaşı tutulub, hazırda cəza çəkir. Onun İran vətəndaşı ilə əlaqəsi olmayıb, onun adını polis bölməsində eşidib, Könüllə İran İR vətəndaşının əlaqəsi olub-olmadığını bilmir. Əvvəllər narkotik vasitə olan heroindən istifadə edib, ona görə avqustun 21-i və oktyabrın 21-i saxlanılıb, avqustun 21-i üstündə heç nə olmadığı üçün buraxılıb, oktyabrın 21-i isə tutulub və həmin cinayətə görə məhkum olunub və 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkib. 2022-ci ilin 22 avqustunda yanında olan Kamil adlı şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğundan Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılıb və həmin günün axşamı buraxılıb. İbtidai istintaq zamanı ifadə verməkdən imtina edib, polis əməkdaşlarının təsirinə məruz qaldığından istintaq materiallarına imza çəkmək məcburiyyətində qalıb. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə deyil, yalnız 234.1-ci maddəsi ilə təqsirli bilir. O, Nicatla 2022-ci ilin may ayında tanış olub, yoldaşı və o Nicatın yanına işçi kimi gediblər. Nicat və onlar birlikdə narkotik vasitələrdən istifadə ediblər və bir-birlərindən narkotik vasitələr alıblar. Yoldaşı həmin il may ayının sonunda tutulub. Bundan sonra o, Nicatla birlikdə narkotik isifadə etməyə başlayıb. Həmin ilin avqustun 21-i Nicat yolda gedəndə o tutulub, Nicat isə həmin yerdən qaçıb. Səhəri günü onu polis bölməsindən buraxıblar və Nicat hələ tutulmadığı üçün o, Nicatla əlaqə saxlayıb, Nicat həmin vaxt onu tək qoyub qaçdığı üçün ağlayıb və ondan üzr istəyib. Həmin gün Nicatla birlikdə heyvanlara iynə vurmaq üçün “Sait” hoteldən çıxıblar, onda Nicatın üstündə çantası olub. Həmin vaxt polis əməkdaşları onlara yaxınlaşıb, o qaça bilməyib, Nicat qaçanda çantasını atıb. Onu və həmin çantanı polis bölməsinə aparıblar, çantadan 300 qram metamfetamin və heroin çıxıb. Hamısı Nicatın özünə məxsus olub. Sonra polis əməkdaşları onun təqsirli olmadığını deyib onu buraxıblar. Nicat sonradan Şamaxıda gizlənib, oktyabr ayında isə yenidən tutulub. O isə qorxduğu üçün Buzovnada 9 ay gizlənib və sonradan axtarışla tutulub. Tutulmasının səbəbi isə 23 mart 2023-cü il tarixdə ad günü olduğu üçün ad günündə narkotik maddə qəbul edib əylənmək məqsədi ilə 17 mart 2023-cü il tarixdə Bakı şəhəri, Buzovna qəsəbəsində kirayədə yaşadığı evin yaxınlığında tanımadığı şəxsdən 10 manat pul verərək 01 bükümdə “kakos” deyilən narkotik maddə heroin alıb və həmin bükümü əynində olan şalvarının cibində saxlamışdır ki, xx.xx.2023-cü il tarixdə ad günündə qəbul etsin. 17 mart 2023-cü il tarixdə, saat 22.30 radələrində Bakı şəhəri, Buzovna qəsəbəsində, yaşadığı evin yaxınlığında piyada gedərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını və növbəti iş günlərində Abşeron rayon Polis İdarəsinə Təqsirləndirilən şəxs2 barəsində olan cinayət işi üzrə ifadə vermək üçün getməli olduğu barədə xəbərdarlıq ediblər. O, polis əməkdaşlarına Abşeron rayon Polis İdarəsinə ən yaxın günlərdə gedəcəyi barədə söz verib və tez onların yanından aralanıb. Polis əməkdaşları onun özünü şübhəli apardığını başa düşüb bu barədə soruşduqda o, üzərində narkotik maddə saxladığını bildirib. Bundan sonra polis əməkdaşları onu Abşeron rayon Polis İdarəsinin Mehdiabad PB-nə aparıblar və orada üzərinə şəxsi axtarış və baxış keçirilən zaman o, şalvarının cibindən içərisində narkotik maddə heroin olan bükümü çıxarıb təqdim edib. O, sorğu zamanı həmin narkotik maddə heroini 17 mart 2023-cü il tarixdə saat 17:00 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsində tanımadığı şəxsdən 10 manat pul verərək özü qəbul etmək üçün aldığını bildirib. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq bildirdi ki, ailə tərkibi o, həyat yoldaşı və iki uşağından ibarətdir. Yoldaşı hazırda cəza çəkir. O, Nicatdan ancaq istifadə etmək üçün narkotik alıb, Nicat isə narkotik satıb, yəni müəyyən yerlərə aparıb qoyub. O, aldığı narkotikin qarşılığında Nicatla münasibətləri olduğundan Nicata pul verməyib. O, iranlı Peymanın Nicata narkotik göndərdiyini bilib, amma heç vaxt Nicatla harasa narkotik qoymayıb. Peyman narkotik qoyulacaq ünvanları Nicatın telefonuna atıb, Nicat da həmin yerlərə narkotik vasitələri qoyub. O, heç vaxt Peymanla yazışmayıb və danışmayıb. Nicatın çantasındakı narkotiki tutulmamışdan əvvəl görüb və polis bölməsində də çantadan çıxan həmin narkotik olub. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, hadisə günündən bir müddət əvvəldən qardaşının yaşadığı ərazidə azyaşlı uşaqlar ona yaxınlaşaraq bildiriblər ki, bir xanım və bir oğlan yaşadıqları əraziyə nə isə qoyub gedirlər. Uşaqlar deyiblər ki, həmin şəxslər axşam 6-7 radələrində gəlirlər. O da rəhbərliyə bu barədə məruzə edib, iki saat icazə alıb, avtomobilində oturub gözləyib və bu təqsirləndirilən şəxsləri görüb. Onlar şalbanın yanına baxa-baxa keçiblər, lakin nəsə qoymaqlarını görməyib. O, qardaşını çağırıb iki nəfəri tutmaq istədiyini və ona kömək lazım olduğunu bildirib, qardaşı isə həmin vaxt fiziki cəhətdən yaxşı vəziyyətdə olmayıb, ona görə o, Təqsirləndirilən şəxs1 saxlayıb, lakin Təqsirləndirilən şəxs2 qaçıb. Nicat Könüldən solda olub, o da qardaşını Könülün yanında tək qoyub, Nicatın arxasınca qaça bilməyib. Biraz Nicatın arxasınca gedib, amma Nicat çantasını atıb, ara məhləyə girib. Könül hər şeyi etiraf edib. O, tutulma anı barədə prokurorluq orqanına video da təqdim edib. O, Nicatın arxasınca biraz qaçdıqdan sonra o özü çantasını atıb, çantası qırılmayıb. Çantanı götürüb Könülə verib və onunla birlikdə bölməyə gediblər. Könüldəki çantapolis bölməsində açılıb, içərsindəki hər şeyi Könül özü təqdim edib. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ona verilən suallara cavab olaraq bildirdi ki, Könülü ən yaxında olan polis bölməsinə aparıb, təqsirləndiirlən şəxslərdə gördüyü çanta kişi çantası olub. Çantanı Könül yolda gedəndə açmaq istəyib, amma o, icazə verməyib. Həmin gün gördüyü, Könülün yanında olan və qaçan şəxs Təqsirləndirilən şəxs2 olub, həmin vaxt əlində döymə olub və saqqalı da olub. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, o, məhəllələrinə bir neçə dəfə narkotik istifadəçisi olan şəxslərin yığışmasını görüb, həmçinin kimlərinsə məhəllədə müəyyən nöqtələrə narkotik qoymalrından şübhələnib. 22 avqust 2022-ci il tarixdə, saat 19:40 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşadığı Q.Qarayev küçəsi, 3 saylı evin qarşısında olarkan qardaşı Şahid1 onun xahişi ilə yaxınlıqda biri oğlan və biri qız olan iki nəfər şəxsin yanına öz idarə etdiyi maşınla apardığını, kənarda dayanaraq hadisəyə müdaxilə etmədiyini, qardaşı Şahid1 yaxınlaşaraq özünü oğlan və qıza təqdim etdiyini, əlində qara çanta olan oğlanın hadisə yerindən qaçdığını, Hüseynin də onun dalınca qaçaraq çantanı ondan alıb geri qayıtdığını, qardaşı ilə birlikdə sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs1 Mehdiabad polis bölməsinə apardığını bildirmişdir. Yolda maşında gedərkən Təqsirləndirilən şəxs1 hadisə yerindən qaçan şəxsin adının Nicat olduğunu, çantada Nicata məxsus narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Abşeron rayon polis idarəsinin istintaq şöbəsindən Təqsirləndirilən şəxs1 istintaqa təmin edilməsi barədə qərarın icrası ilə əlaqədar onun Bakı şəhəri, Buzovna qəsəbəsində kirayədə yaşadığını öyrənib, əməliyyat müvəkkili Şahid5 ilə birlikdə 17 mart 2023-cü il tarixdə, axşam vaxtı Buzovna qəsəbəsinə getmişlər ki, Təqsirləndirilən şəxs1 dəqiq ünvanını öyrənib onunla görüşsünlər və istintaqın çağırışı üzrə getməli olduğu barədə onu xəbərdar etsinlər. Axşam vaxtı, saat 22:00 radələrində onun olduğu yeri öyrənib Buzovna qəsəbəsində, Ə.Vahid küçəsində onunla görüşmüşlər. Təqsirləndirilən şəxs1 xəbərdarlıq etmişlər ki, ən yaxın müddətdə, uyğun vaxtda Abşeron rayon polis idarəsinin istintaq şöbəsinə Təqsirləndirilən şəxs2 barəsində istintaqı aparılan cinayət işi üzrə ifadə vermək üçün getməlidir. Təqsirləndirilən şəxs1 istintaqa tez bir zamanda gedəcəyini bildirib tez onlardan uzaqlaşmaq istəmişdir. Onun bu hərəkəti şübhə doğurduğu üçün onu saxlamış və ondan özünü şübhəli aparmasının səbəbi ilə əlaqədar sorğu-sual etdikdə Təqsirləndirilən şəxs1 üzərində narkotik maddə saxladığını bildirmişdir. Ona görə də, onu Abşeron rayon Polis İdarəsinin Mehdiabad polis bölməsinə dəvət edərək gətirmişlər. Polis bölməsində xidməti otaqların birində onun üzərində şəxsi axtarış və götürmə aparılan zaman o, şalvarının cibindən bükümü çıxarıb təqdim etmiş, bununla əlaqədar ondan şifahi sorğu edildikdə Təqsirləndirilən şəxs1 həmin bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini 17 mart 2023-cü il tarixdə Xəzər rayonu, Buzovna qəsəbəsində tanımadığı şəxsdən 10 manat pul verərək özü qəbul etmək üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Məhkəmədə iştirak etməyən Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, o, həmin ifadəsində Şahid6 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə iştirak etməyən şahid X1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, o, həmin ifadəsində göstərmişdir ki, o, Mehdiabad polis bölməsində xadimə işləyir. 22 avqust 2022-ci il tarixdə Mehdiabad polis bölməsinə narkotik vasitələr və psixotrop maddələr saxlamaqda şübhəli bilinən Təqsirləndirilən şəxs1 gətirilmiş, onun üzərində şəxsi axtarış edilməsi üçün qadın olaraq o, axtarış və götürmə hərəkətində iştirak etmək və Təqsirləndirilən şəxs1 üstünü axtarmaq üçün dəvət edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılmasında iştirak etmişdir. Şəxsi axtarış və götürmənin keçirilməsində, Təqsirləndirilən şəxs1 polis bölməsinə gətirmiş Daxili İşlər Nazirliyinin Əlahiddə Çeviok Polis Alayının polis əməkdaşı, Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etmək üçün dəvət edilmiş vəkil də iştirak etmişlər. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirməzdən əvvəl, hüquq və vəzifələri izah olunmuş və texniki vasitə kimi videoçəkilişdən istifadə ediləcəyi bildirilmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla vətəndaş Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs1 üzərinə o, axtarış aparmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən hər hansı cinayət xarakterli əşya aşkar edilməmişdir. Lakin Təqsirləndirilən şəxs1 əlində olan qara rəngli kişi çantasına baxış keçirilərkən çantadan 02 (iki) ədəd büküm aşkar olunmuşdur. Bükümün birində tünd qəhvəyi rəngli, spesifik iyi olan narkotik vasitə heroinə bənzər kütlə, digərindən şəffaf rəngli, kristallik formalı, psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Bundan başqa çantadan bir ədəd üzərində “Lous Vuittion paris” yazısı olan pul kisəsi aşkar olunmuşdur. Pul kisəsinin içinə baxdıqda oradan üç ədəd kiçik ölçülü qayçı, bir ədəd kiçik ölçülü kəsici alət, bir ədəd yaşıl rəngli dəstəyi olan kəlbətin, bir ədəd iynə vurmaq üçün istifadə olunan vazafıksin aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, aşkar olunan bükümlərdəki maddələr narkotik vasitə heroin və psixotrop maddə metamfetamindir. Həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs2 adlı tanışına məxsusdur. Polis əməkdaşı tərəfindən Nicatla birlikdə saxlanılarkan Nicat qaçmış, ona məxsus içərisində narkotik maddə və psixotrop maddə saxladığı çantanı polis əməkdaşı ondan ala bilmişdir. Aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin olduğu bükümlər zərfə qoyularaq qablaşdırılmışdır. Baxış keçirilməsində iştirak edən şəxslər maddi süburtların qablaşdırıldığı zərfin üzərində imza etmişlər. Bölmənin təhqiqatçısı tərəfindən şəxsi axtarış və götürmə barədə protokol tərtib olunmuş, protokol oxunaraq hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə iştirak etməyən Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, o, həmin ifadəsində göstərmişdir ki, 2021-ci ilin əvvəllərindən başlayaraq Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Mehdiabad-Novxanı yolunda, Duz gölünün yaxınlığında “Sait” adlı oteli işlədir. Otelin direktoru vəzifəsini icra edir. Otelin binası üç mərtəbəlidir, 22 otaqdan ibarətdir. Birinci mərtəbə zirzəmidə yerləşir, otelə giriş ikinci mərtəbədəndir. Otelin müştəriləri qəbul edilərkən qeyd dəftərində adları qeyd olunur və ödəniş məbləği göstərilir. 20 avqust 2022-ci il tarixdə oteldə qalmağa müştəri olaraq Təqsirləndirilən şəxs1 Ncat adlı şəxslə birlikdə qəbul etmişdir. Oteldə Könül iki sutka yaşamış, üçüncü sutkada, yəni 22 avqust 2022-ci il tarixdə, axşamüstü çıxıb getmişdir. Təqsirləndirilən şəxs1 oteldə 18 nömrəli otaqda tək yaşamışdır. Lakin Nicat adlı oğlan onun yanına gəlib-getmişdir. Hətta Təqsirləndirilən şəxs1 oteldə qalmaq haqqını da bir, ya da iki dəfə Nicat ödəmişdir. O, Nicatın yalnız adını bilir, soyadını və ata adını bilmir. Onun iş otağı 2-ci mərtəbədə otelin girişində yerləşir. Otağa giriş həyətdəndir, qarşı tərəfdən dəhlizə şüşəli qapı vardır. Ona görə də, otelə gələnləri və gedənləri görür. Könül oteldə qalmaq üçün əvvəlcə bir sutkada 50 (əlli) manat pul ödəmişdir. Sonuncu gün Könülün pulu az olduğu üçün güzəşt etmiş, az pul ödəmişdir. Oteldən getdiyi günün pulunu Könül özü ödəmişdir. Təqsirləndirilən şəxs1 oteldən tanışı Nicatla birlikdə axşamüstü çıxmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oteldən çıxarkan Könülün çiynində qara rəngli qadın çantası olmuşdur. Nicatın da çiynində qara rəngli kişi çantası olmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. İş materiallarından görünür ki, Şahid1 Təqsirləndirilən şəxs2 fotoşəkli digər fotoşəkillər arasında tanınmaya təqdim edilmiş, təqdim olunmuş fotoşəkillər içərisində Təqsirləndirilən şəxs2 fotoşəklini Şahid1 tanımış və xx.xx.2022-ci il tarixdə, saat 19.40 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində saxlayarkan qaçan şəxs olduğunu bildirmişdir. İş materiallarından görünür ki, hadisə yerində olmuş Şahid2 Təqsirləndirilən şəxs2 fotoşəkli digər fotoşəkillər arasında tanınmaya təqdim edilmiş, təqdim olunmuş fotoşəkillər içərisində Təqsirləndirilən şəxs2 fotoşəklini Şahid2 tanımış və xx.xx.2022-ci il tarixdə, saat 19.40 radələrində Abşeron rayonu, Mehdabad qəsəbəsində qardaşı Şahid1 saxlayarkan qaçan şəxs olduğunu bildirmişdir. İş materiallarından görünür ki, Quliyev X2 Nicat Qulu oğlu ilə üzləşdirilmiş, üzləşdirmədə dindirmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha söyləmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə üzləşdirilmiş, üzləşdirmədə dindirmə zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha söyləmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs2 və Mehtiyeva X7 qəsəbəsində xx.xx.2022-ci il tarixdə DİN-nin Əlahiddə ÇPA-nın əməkdaşı Şahid1 tərəfindən saxlanılan zaman sonuncu onların fotoşəkillərini və videosunu mobil telefon vasitəsiylə çəkdiyini bildirdiyi üçün həmin məlumatların yoxlanılması və əldə edilib cinayət işinin materallarına əlavə edilməsi üçün onun istifadəsində olan “Samsung” markalı mobil telefonun yaddaşına baxış keçirilmişdir. Baxış keçirilrkən, polis əməkdaşı Şahid1 məxsus “Samsung” markalı, üzərində 050 230- 11-22 mobil nömrəsinin olduğu mobil telefonun şəkil qalareyasının yaddaşında olan iki ədəd fotoşəkli Şahid1 təqdim edərək həmin fotoşəkilləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Mehdiabad qəsəbəsində saxladığı zaman mobil telefonla çəkdiyini bildirmişdir. Həmin fotoşəkillərə baxdıqda müəyyən olunmuşdur ki, fotoşəklin birində bir qadın və bir kişi şəkli vardır. Fotoşəkildə olan görüntüdə qadın sol əlində paket tutmuş, sağ əli ağzında olmaqla dayanmış vəziyyətdədir. Qadının əynində olan qolsuz, qara rəngli koftanın ön tərəfində ağ rənglə yazılmış yazı və ağ rənglə yazılmış 6 rəqəmi vardır. Fotoşəkildə qadının yanında sol əli cibində başını sola əyərək çiyni ilə telefon tutmuş, qara saçlı, bığı və üz nahiyəsində saqqalı olan, əynində altda qara rəngli kofta, üstündən qolsuz göy rəngli köynək geymiş cavan kişi şəkli vardır. Fotoşəkildə qadın və kişinin ayaq hissələri çəkilməmişdir. Fotoşəkil qara fondadır, axşam vaxtı çəkildiyi müəyyən olunur. Təqdim olunan ikinci fotoşəkil qadınla birlikdə fotoşəkli çəkilmiş kişinin yarı hissədən, yəni bədəninin yuxarı hissəsinin çəkilmiş fotoşəklidir. Telefonun qalareyasında Şahid1 təqdim etdiyi videogörüntüdə ağ rəngli avtomobilin ön tərəfinin görüntüsü vardır. Avtomobilin qarşı tərəfində ayağında qara ayaqqabı, qara rəngli qısa ətək, qolsuz, qara rəngli, ön tərəfində ağ rənglə yazıları olan kofta, çiynində qara rəngli çanta olan qadın və ayağında qara rəngli açıq başmaq, əynində qara rəngli şalvar, əynində altda qara rəngli kofta, üstündən qolsuz göy rəngli köynək geymiş cavan kişi vardır. Kişinin əlində mobil telefon vardır. Mobil telefonun ekranı işlək vəziyyətdədir. Görüntüdə olan kişinin çiynindən çarpaz şəkildə asılmış onun sol tərəfində asılmış vəziyyətdə olan qara rəngli çanta vardır. Qadının və kişinin baş nahiyələri videogörüntüdə görüntüyə düşməmişdir. Əlində telefon olan kişinin çənə və dodaq nahiyəsi görüntüyə alınmışdır. Həmin şəxslərə yaxınlaşan şəxsin görüntüsü yoxdur, lakin səsi eşidilir. Qeyd olunan kişi və qadına yaxınlaşan şəxs salam verib, özünü polis əməkdaşı olaraq təqdim edir və həmin şəxslərə qabağa keçmək barədə göstəriş verib kişidən kiminlə danışdığını soruşur. Kişi və qadın qarşı tərəfə keçərkən əvvəlcə kişi, sonra isə qadın qaçmağa başlayır. Fotogörüntüləri və videgörüntünü təqdim edən Şahid1 görüntülərdə olan qadının Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs1 verdiyi məlumata əsasən Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. Baxış zamanı təqdim olunan mobil telefonun yaddaşında olan iki ədəd fotoşəkil çıxarılaraq və görüntü bir ədəd diskə köçürülərək götürülmüş və iş materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 adına olan 099 *** ** ** mobil nömrəsindən və X5 (Aslanova soyadı Təqsirləndirilən şəxs1 qızlıq soyadıdır) adına olan 050 398-88-12 mobil nömrəsindən istifadə ilə əlaqədar məlumatlar mobil operatorlardan əldə edilmiş, həmin məlumatları özündə əks etdirən disklərə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə tez-tez telefon əlaqəsi saxlaması, Təqsirləndirilən şəxs1 anası Şahid3 qızı Təqsirləndirilən şəxs1 ilə mesaj yazışmalarında onun Nicat Quliyevlə yaxınlıq etməsinə görə narazılıq etməsi, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar əvvəllər məhkum olunmuş bir neçə şəxslə telefon əlaqəsi saxlaması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən istintaq zamanı Abşeron rayon Pİ-nin TŞ-nin əməkdaşı tərəfindən təqdim edilmiş, içərisindən narkotik maddə və psixotrop maddə aşkar olunmuş çantaya baxış və axtarış, həmin vaxt narkotik maddə və psixotrop maddə saxlamaqda şübhəli bilinərək Mehdiabad Polis Bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə video çəkiliş görüntülərini əks etdirən bir ədəd diskə baxış keçirilmişdir. Diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 üzərində axtarış və götürmə zamanı onun üzərindən hər hansı cinayət xarakterli əşya və predmet aşkar edilmədiyi, aşkar edilərək bölməyə gətirilmiş qara rəngli çantanı Təqsirləndirilən şəxs1 təqdim etməsi və həmin çantada tanışı Təqsirləndirilən şəxs2 məxsus olduğunu bildirdiyi narkotik maddə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirməsi, çantadan axtarış edilən zaman həmin çantanın içərisindən bir ədəd qara rəngli pul kisəsi, həmin pul kisəsindən üç ədəd (birinin dəsatəyi narıncı rəngli, birinin dəstəyinin bir tərəfi ağ rəngli, digəri isə metaldan olan) qayçı, bir ədəd dəstəyi yaşıl rəngli kəlbətin, bir ədəd vazofiksinin, çantadan isə 02 (iki) ədəd sellofan bükülünün aşkar olunduğunu göstərən videogörüntülər olduğu müəyyən olunmuşdur. Bükülünün içinə baxıldıqda və bükülünün birində qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütlə, digər bükülüdə isə şəffaf rəngli psixotrop maddə metamfetaminə bənzər kütlənin aşkar edildiyi, aşkar olunan sellofan bükümlərdəki maddələrin bir ədəd zərfə qoyaraq qablaşdırıldığı, zərfin üzərində imzalar edildiyi, aşkar olunan digər əşyaların qara rəngli çantaya qoyularaq Təqsirləndirilən şəxs1 qaytarıldığını əks etdirən video görüntülər aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Abşeron rayon Pİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilərək istintaq materiallarına əlavə edilmiş 17 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə video çəkiliş görüntülərini əks etdirən bir ədəd DVD-R formatlı diskə baxış keçirilmiş, diskə baxış keçirilən zaman xidməti otaqda təhqiqatçının sorğusu əsasında baxışda iştirak edən şəxslər və vəkil özlərini təqdim etmələri, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 narkotik vasitələrin saxlanmasında və qəbul edilməsində şübhəli olduğunun elan edilməsi, Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunduğu, şübhəli şəxsin hüquq və vəzifələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs1 üzrəində hər hansı cinayət xarakterli əşya və predmet olarsa təqdim etməsinin təklif olunduğu, bu zaman Təqsirləndirilən şəxs1 əynində olan qəhvəyi rəngli şalvarının sağ yan cibindən içərisində narkotik maddə heroin olan gümüşü rəngli kağız bükümü çıxarıb stolun üstünə qoyduğu, həmin bükümün açılması və içərisində toz şəkilli, qəhvəyi rəngli narkotik maddəyə baxıldıqdan sonra bununla əlaqədar Təqsirləndirilən şəxs1 sorğu edildikdə həmin toz şəkilli kütlənin narkotik maddə heroin olduğunu bildirməsi, narkotik maddə heroini 17 mart 2023-cü il tarixdə saat 17:00 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsində tanımadığı şəxsdən 10 manat pul verərək özü qəbul etmək üçün aldığını bildirməsi, sonra Təqsirləndirilən şəxs1 üzərində qadın tərəfindən şəxsi axrtarış edildiyi və üzərindən cinayət xarakterli hər hansı əşya aşkar edilmədiyi, ondan aşkar edilmiş 01 (bir) ədəd gümüşü kağız bükümdə olan narkotik maddə heroinin bir ədəd zərfə qoyularaq qablaşdırıldığı və zərfin üzərində iştirakçıların imzalar etdiyi əksini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən cinayət işi üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələri əldə etdiyi mənbənin, habelə onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi üçün əməliyyat tapşırığı verilmiş cavabdan görünür ki, əməliyyat tapşırığına əsasən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə narkotik vasitələr və psixotrop maddələr satdığı, Təqsirləndirilən şəxs2 narkotik vasitələr və psixotrop maddələri İran İslam Respublikasının Peyman adlı vətəndaşından aldığı və narkotik vasitələr və psixotrop maddələrin satışı ilə müntəzəm olaraq məşğul olduğu müəyyən olunmuşdur. İran İslam Respublikasının vətəndaşı olan Peyman adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 23 avqust 2023-cü il tarixli, 6/4460 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN-Zərflər üçün 256 №” dairəvi möhür əksi, “(imza) Təqsirləndirilən şəxs1” yazısı və imzalar olan bağlamadakı 1 (bir) ədəd bükümdə təmiz çəkisi 179,410 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 144,090 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metomfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxildirlər. Qeyd: Tədqiqata sərf olunan heroinin miqdarı 0,2 qram, ekspertiza tədqiqatından qalmış qalıq 179,210 qram, Tədqiqata sərf olunan metamfetaminin miqdarı 0,2 qram, ekspertiza tədqiqatından qalmış qalıq 143,890 qram təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 18 mart 2023-cü il tarixli, 6/1655 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri olan zərfdəki bir 1 ədəd bükümdə təmiz çəkisi 0,215 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildirlər. Qeyd: tədqiqata sərf olunan heroinin miqdarı 0,050 qram, ekspertiza tədqiqatından qalmış qalıq 0,165 qram təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2492 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioİdlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 4306 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, cinayət işi üzrə aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin, o cümlədən Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə heroinin hansı mənbədən əldə edilməsini, habelə İran İslam Respublikası vətəndaşı Peyman adlı şəxsin şəxsiyyətini müəyyən etmək üçün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3 və 206.2-cı maddələri ilə cinayət işi ayrılmışdır. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 məxsus çantadan aşkar edilərək ekspertiza tədqiqatından qalıq qalmış 179,210 qram çəkidə narkotik vasitə heroin və ekspertiza tədqiqatından qalıq qalmış 143,890 qram çəkidə psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək ekspertiza tədqiqatından qalıq qalmış 0,165 qram qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla Abşeron rayon Pİ-nin maddi sübutların saxlanılması anbarında saxlanılır, həmçinin cinayət işi üzrə mobil operatorlardan əldə edilmiş məlumatlara dair iki ədəd disk, Təqsirləndirilən şəxs2 və Mehtiyeva X7 qəsəbəsində xx.xx.2022-ci il tarixdə DİN-nin Əlahiddə ÇPA-nın əməkdaşı Şahid1 tərəfindən saxlanılan zaman Şahid1 mobil telefon vasitəsiylə çəkdiyi fotoşəkillər və video görüntünün olduğu bir ədəd disk, xx.xx.2022-ci il tarixdə içərisindən narkotik maddə və psixotrop maddə aşkar olunmuş çantaya və həmin vaxt narkotik maddə və psixotrop maddə saxlamaqda şübhəli bilinən Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə video çəkiliş görüntülərini əks etdirən bir ədəd disk, 17 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə video çəkiliş görüntülərini əks etdirən bir ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2013-cü il təvəllüdlü və xx.xx.2014-cü il təvəllüdlü iki azyaşlı uşağı vardır. Məhkəmənin sorğusuna əsasən Sumqayıt şəhər Polis İdarəsindən təqdim edilmiş sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılmamışdır. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 2545 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Xətai rayon polis idarəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2021-ci il tarixdə barəsində olan ********* nömrəli cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayət təhlükəli residiv sayılır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olan şəxsdir və onun əməli cinayətin təhlükəli residivi kimi qiymətləndirilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır və az ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxslərin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. İstintaq orqanı təqsirləndirilən şəxslərin əməllərinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətiləri, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmiş, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin təhlükəli residivi Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olması, CM-nin 59.1.10-cu maddəsinə əsasən onun cinayətin açılmasına və digər iştirakçısının ifşa edilməsinə fəal kömək etməsi cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınır və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyi qeyd olunur. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs2 ibtidai və məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 ibtidai və məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, onun 22 avqust 2022-ci il tarixdə Könüllə birlikdə narkotik vasitə və psixotrop maddənin satışı məqsədilə hadisə yerində olması, həmçinin ona məxsus çantadan aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə çox olması cinayət işi materiallarında olan videogörüntülər və fotoşəkillər, eyni zamanda üzləşdirmə protokolları ilə sübut olunduğunu qeyd edir. Onun cinayət işi üzrə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi ifadəsini məhkəmə məsuliyyətdən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirir və onun törətdiyi cinayət əməlinin Təqsirləndirilən şəxs1 və şahidlərin ifadələri, fotoşəkillər, videogörüntülər və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. O, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, ona CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu qaydasında Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(003)-247/2023 saylı hökmü nəzərə alınmaqla qəti cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı özünü yalnız CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməsi və CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilməməsi barədə bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin ifadəsindəki həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la mütəmadi əlaqəsinin olması, həmin gün öz ifadəsində də göstərdiyi kimi Təqsirləndirilən şəxs2 çantasında narkotik vasitə və psixotrop maddə olmasından xəbərdar olması, hadisə baş verən gün də Nicatla birlikdə İran İR-nın vətəndaşının sifarişi üzrə narkotik vasitə və psixotrop maddənin satışı üçün oteldən çıxması onun həm də qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğuna dəlalət edir. Məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 öz müdafiəsi üçün dəlil gətirərək dindirmə zamanı özünü yalnız CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək verdiyi ifadəsi məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirilir və onun törətdiyi cinayət əməlinin şahid ifadələri, fotoşəkillər, videogörüntülər və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığı qeyd edilir. Onun CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahid ifadələri, fotoşəkillər və videogörüntülər, ekspertiza rəyləri, şəxsi axtarış və baxış protokolları, üzləşdirmə protokolları, mötəbər dəlillər və sübutlar ilə tam sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halın olmasını, Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirən halların olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxslərə təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 01 il 06 ay müdətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində hazırkı cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmiş və məhkəmə icraatı dövründə həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündə müəyyən olunmuş - 21 oktyabr 2022-ci il tarixindən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 17 mart 2023-cü il tarixdə tutulmuş, 19 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, 18 may 2023-cü il tarixdə o, axtarış nəticəsində yenidən tutulmuş, Abşeron Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli qərarı ilə barəsində xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixi qərarı ilə həbs qətimkan tədbirinin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmış, eyni məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri xx.xx.2023-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən cəza müddətinə hesablanmaqla çıxılmalıdır. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin ediləcəyindən və təyin olunan cəza çəkilməli olduğundan qeyd olunan qətimkan tədbiri dəyişdirilib “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı, Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından dərhal həbsə alınmalı və cəza çəkməsinin əvvəli 18 may 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxslərə narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını və təqsirləndirilən şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza çəkdikləri müddət ərzində barələrində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onlar ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdırlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Abşeron rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 179,210 qram çəkidə narkotik vasitə heroin və ekspertiza tədqiqatından qalıq qalmış 143,890 qram çəkidə psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından qalıq qalmış 0,165 qram qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş materiallarında olan 05 (beş) ədəd disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs2 57 (əlli yeddi) manat və Təqsirləndirilən şəxs1 138 (yüz otuz səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 01 il 06 ay azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 21 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs1 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 17 mart 2023-cü il tarixdən 19 mart 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzasına hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun cəzaçəkmə müddətinin başlanğıcı 18 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinin məhkəmədə xidmət aparan polis əməkdaşlarına təhvil verilsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 179,210 qram çəkidə narkotik vasitə heroin və ekspertiza tədqiqatından qalıq qalmış 143,890 qram çəkidə psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından qalıq qalmış 0,165 qram qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 05 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 57 (əlli yeddi) manat və Təqsirləndirilən şəxs1 138 (yüz otuz səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-355/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-355/2024
23.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver