Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-355/2025 01.12.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X6 (sədrlik edən), X19 və X8 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X15, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X7 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, “Şamaxı futbol klubu” ictimai birliyinin sabiq üzvü, hazırda işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 192-2.3.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə “Şamaxı futbol klubu” ictimai birliyi ilə arasında bağlanmaqla xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası X23 qeydiyyatdan keçmiş 5-O-PL/24 nömrəli müqavilə əsasında xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan futbol mövsümü üzrə həmin klubun peşəkar oyunçusu qismində işə götürülüb orada iştirak edərkən 18 sentyabr 2014-cü ildə qəbul edilmiş və Azərbaycan Respublikası tərəfindən imzalanmış “X4 dair” Avropa Konvensiyasına, xx.xx.2009-cu il tarixdə qəbul edilmiş “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanununa, Azərbaycan Futbol Federasiyaları Assosiyasiyasının İntizam Məcəlləsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 11 yanvar 2022-ci il tarixli, 117-Q60-3523 nömrəli qeydiyyat nömrəsi ilə qeydə alınmış “Şamaxı futbol klubu” ictimai birliyinin Nizamnaməsinə, xx.xx.2024-cü il tarixdə “Şamaxı futbol klubu” ictimai birliyi ilə arasında bağlanmaqla xx.xx.2024-cü il tarixdə X23 qeydiyyatdan keçmiş 5-O-PU24 nömrəli müqaviləyə, xx.xx.2024-cü il tarixdə Azərbaycan Futbol Federasiyasına verdiyi “Danışılmış oyunlar və oyun nəticələrinin manipuiyasiyası” ilə bağlı bəyannaməyə əsasən klubun yazılı və təsdiqlənmiş daxili intizam qaydalarına (o cümlədən FİFA, UEFA, PFL və AFFA-nın intizam qaydalarına) əməl etmək, azarkeşlərlə və kütləvi informasiya vasitələri nümayəndələri ilə görüşləri zamanı klubun işgüzar nüfuzunu qorumaq, idman mərc oyunlarında birbaşa və ya dolayı (üçüncü şəxslər vasitəsi ilə) şəkildə iştirak etməmək, oyunlarda, məşqlərdə iştirak edən oyunçulara münasibətdə etik normalara uyğun olaraq davranmaq, futbol oyun qaydalarını öyrənmək və onlara riayət etmək, habelə oyun zamanı müvafiq şəxslərin qərarlarına tabe olmaq, danışılmış oyunlarda və oyun nəticələrinin manipulyasiyasmda iştirak etməmək və bu barədə ona müraciət edildikdə (bununla bağlı hər hansı məlumat aldıqda) dərhal klubu məlumatlandırmaq və digər öhdəliklərə malik idmançı kimi göstərilən öhdəlikləri kobud surətdə pozaraq iştirak etdiyi klubun keçirdiyi oyunlarda nəticəni qəsdən dəyişməklə qabaqcadan müəyyən edilmiş nəticəyə uyğun olaraq “Topaz" məntəqələri və digər idman mərc saytlarında idman mərc oyunları oynayaraq qazanc əldə etmək qərarına gəlib xx.xx.2024-cü il tarixdə idman təşkilatı olan Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən təşkil edilmiş Azərbaycan Respublikası Premyer Liqasının 15-ci turu çərçivəsində Şamaxı şəhəri, Aşıq Məmmədağa küçəsində yerləşən Şamaxı şəhər stadionunda keçirələcək “Şamaxı-Kəpəz" oyununun manipulyasiyası, yəni həmin idman yarışının nəticəsini qəsdən dəyişmək məqsədi ilə həmin tarixdə Şamaxı rayonu, Şərədil kəndi ərazisində yaşadığı “X33” adlı hotelin inzibati binasında “Şamaxı futbol klubu”nun digər idmançısı (yarımmüdafiəçisi) Giorgi Kantaria özü və onun xeyrinə qeyri-qanuni üstünlük əldə edilməsindən ötrü şəxsən, dolayı yolla yəni, idman mərc oyunlarına Şamaxı futbol klubunun məğlubiyyətinə yatırım edib əldə edilən qazancın yəni maddi nemət olan pul vəsaitinin bir qismini verəcəyini vəd edərək maddi nemət müqabilində sözügedən oyunda bu istiqamətdə hərəkət və hərəkətsizlik etməklə oyunun gedişatını və nəticəsini qəsdən dəyişdirməyi təklif etmiş, sonuncu təklifi qəbul edərək bu istiqamətdə qəsdən hərəkət və hərəkətsizliklər etməklə, yəni oyunun gedişində qəsdən səhv ötürmə etməklə, bilərəkdən səhv mövqe seçməklə, rəqibin təhlükəli hücumlar etməsinə şərait yaratmaqla və digər bu kimi əməllərə yol verərək həmin oyunda “Şamaxı futbol klubunun” 1:3 hesabı ilə məğlub olmasına səbəb olmuşdur. Bundan başqa, o, eyni niyyətlə təkrarən, xx.xx.2024-cü il tarixdə idman təşkilatı olan Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən təşkil edilmiş futbol üzrə Azərbaycan kubokunun 1/8 mərhələsi çərçivəsində Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən X35 Kompleksinin stadionunda keçiriləcək “Zirə-Şamaxı” oyunun manipulyasiyası, yəni həmin idman yarışının nəticəsini qəsdən dəyişmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə Şamaxı rayonu, Şərədil kəndi ərazisində yaşadığı “X33” adlı hotelin inzibati binasında klubun digər idmançısı (yarımmüdafiəçisi) Giorgi Kantariaya özü və onun xeyrinə qeyri-qanuni üstünlük əldə edilməsindən ötrü şəxsən, dolayı yolla yəni, idman mərc oyunlanna Şamaxı futbol klubunun məğlubiyyətinə yatırım edib əldə edilən qazancdan həmin dövrün rəsmi məzənnəsi ilə 8.500 manat təşkil edən 5.000 ABŞ dollarını verəcəyini vəd edərək maddi nemət müqabilində sözügedən oyunda bu istiqamətdə hərəkət və hərəkətsizlik etməklə oyunun gedişatını və nəticəsini qəsdən dəyişdirməyi təkrarən təklif etmiş, sonuncu təkrarən təklifi qəbul edərək bu istiqamətdə qəsdən hərəkət və hərəkətsizliklər etməklə, yəni oyunun gedişində qəsdən səhv ötürmə etməklə, bilərəkdən səhv mövqe seçməklə, rəqibin təhlükəli hücumlar etməsinə şərait yaratmaqla və digər bu kimi əməllərə yol verərək həmin oyunda “Şamaxı futbol klubunun” 1:3 hesabı ilə məğlub olmasına səbəb olmuşdur. Bundan əlavə, o, vahid qəsdlə əhatə olunan eyni niyyətlə klubun digər idmançısı (yarımmüdafiəçisi) Giorgi Kantaria ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə idman təşkilatı olan Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən təşkil edilmiş futbol üzrə Azərbaycan kubokunun 1/8 mərhələsi çərçivəsində Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən X35 Kompleksinin stadionunda keçiriləcək “Zirə-Şamaxı” oyununun manipulyasiyası, yəni həmin idman yarışının nəticəsini qəsdən dəyişmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə Şamaxı rayonu, Şərədil kəndi erazisində yaşadığı “X33” adlı hotelin inzibati binasında olarkən Giorgi Kantaria ilə birlikdə özünün istifadəsində olan +994 55 ***-**-** mobil nömrəsindən klubun digər idmançısı (yarımmüdafiəçisi) Vasilije Bakicin istifadəsində olan +**********00 mobil nömrəsinə “whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə mesajlar yazmaqla, habelə həmin gün hotelin inzibati binasının ərazisində Şahid1lə şəxsən görüşməklə, eləcə də sözügedən oyunun keçirilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə futbolçuları Bakı şəhərinə aparan avtobus Şamaxı rayonu ərazisindən keçərkən orada X13 Bakiçə şəxsən bildirməsi ilə sonuncuya özləri və onun xeyrinə qeyri- qanuni üstünlük əldə edilməsindən ötrü şəxsən, dolayı yolla yəni, idman mərc oyunlarına Şamaxı futbol klubunun məğlubiyyətinə yatırım edib əldə edilən qazancın yəni maddi nemət olan pul vəsaitinin bir qismini verəcəyini vəd edərək maddi nemət müqabilində sözügedən oyunda bu istiqamətdə hərəkət və hərəkətsizlik etməklə oyunun gedişatını və nəticəsini qəsdən dəyişdirməyi Giorgi Kantaria ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təklif etmiş, Vasilije Bakic təklifi qəbul etməkdən imtina etmiş, həmçinin vahid qəsdlə əhatə olunan eyni niyyətlə klubun digər idmançısı (yarımmüdafiəçisi) Giorgi Kantaria ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə idman təşkilatı olan Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən təşkil edilmiş futbol üzrə Azərbaycan kubokunun 1/8 mərhələsi çərçivəsində Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən X35 Kompleksinin stadionunda keçiriləcək “Zirə-Şamaxı” oyununun manipulyasiyası, yəni həmin idman yarışının nəticəsini qəsdən dəyişmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə Şamaxı rayonu, Şərədil kəndi ərazisində yaşadığı “X33” adlı hotelin inzibati binasında olarkən Giorgi Kantaria ilə birlikdə özünün istifadəsində olan “nagıyev_ adil” adlı rəsmi “İnstagram" səhifəsindən klubun digər idmançısı (yarımmüdafiəçisi) Şahid2 istifadəsində olan “Şahid2” adlı rəsmi “instagram” səhifəsinə mesajlar yazmaqla, eləcə də sözügedən oyunun keçirilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə futbolçuları Bakı şəhərinə aparan avtobus Şamaxı rayonu ərazisindən keçərkən orada X13 Radenoviçə şəxsən bildirməsi ilə sonuncuya özləri və onun xeyrinə qeyri-qanuni üstünlük əldə edilməsindən ötrü şəxsən, dolayı yolla yəni, idman mərc oyunlarına Şamaxı futbol klubunun məğlubiyyətinə yatırım edib əldə edilən qazancın yəni maddi nemət olan pul vəsaitinin bir qismini verəcəyini vəd edərək maddi nemət müqabilində sözügedən oyunda bu istiqamətdə hərəkət və hərəkətsizlik etməklə oyunun gedişatını və nəticəsini qəsdən dəyişdirməyi Giorgi Kantaria ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təklif etmiş, Şahid2 təklifi qəbul etməkdən imtina etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 192-2.3.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ittiham aktında qeyd olunan 3-1 hesabı ilə məğlub olduqları “Gəncə”(Kəpəz) və “Şamaxı” futbol oyununda oynamamış və onun əməlində təkrarlıq olmamışdır. Əgər o, manipulyasiya etmişsə, meydançada olmalı imiş. Onun kart cəzası olduğu üçün onun oyunda oynamadığına dair sübutlar olmuşdur. Onun təqsiri 04 dekabr 2024-cü ildə keçirilən “Zirə” və “Şamaxı” oyununda olmuşdur. 02 dekabrda “X33” oteldə gürcü futbolçu ilə danışmış, həmin şəxs ona bu formada pul qazana biləcəklərinə dair təklif etmişdir. O isə həmin şəxsə heç kimə ehtiyac olmadığını, onun lazımi pulu mərc saytına vura biləcəyini bildirmişdir. Daha sonra isə niyyətləri ilə bağlı, digər bir futbolçu, Şahid2 “instagram” sosial şəbəkəsi vasitəsilə yazmış və hansı ki məhz Radenoviçin həmin yazışmaları rəhbərliyə təqdim etməsi nəticəsində onların niyyətinin üstü açılmışdır. Radenoviç təklifini qəbul etməmişdir. O, bu niyyətlə başqa heç kimə yazmamışdır. Daha sonra isə oyun keçirilmiş və onların komandası məğlub olmuşdur. Əlavə olaraq Rusiyada yaşayan bir şəxs gəlmiş və o, pulu-30 000 manatı həmin şəxsə vermişdir. Həmin şəxs ona meydançada olacağını, hansı formada paltarlar geyindiyini bildirmiş və oyunun 30-cu dəqiqəsindən sonra ona pulu vurması ilə bağlı işarə etmişdir . Daha sonra isə keçirilən oyun nəticəsində o, “gəlir” əldə edə bilməmişdir. Həmin şəxs ona işarə edəndən sonra onlar qapıdan 2 top buraxmalı imişlər, lakin işarədən sonra onlar 1 qol vurmuş və 1 qol buraxmışlar. O, verilən suallara cavab olaraq bildirdi ki, 04 dekabrda keçirilən “Zirə” və “Şamaxı” oyununda manipulyasiya etdiyini etiraf edir. Həmin oyunda 3-1 hesabı ilə uduzmuşlar. “Kəpəz” və “Şamaxı” futbol oyununda oynamamış, gürcü futbolçu oynamışdır. “Kəpəz” və “Şamaxı” futbol oyunu üçün Radenoviçə təklif olmamışdır. “Kəpəz” və “Şamaxı” oyunu üçün 500-600 manat mərc qoymuş, lakin, tək o oyun üçün deyil, 4-5 oyun üçün mərc qoymuşdur. “Zirə” ilə oyuna qədər heç bir futbolçu ilə belə bir mövzuda söhbət olmamışdır. Lakin həmin oyun üçün mərc qoymuşdur. “Zirə” ilə keçirilən oyun “Kəpəz” ilə keçirilən oyundan sonra olmuşdur. “Kəpəz-Şamaxı” oyunu üçün və “Zirə” və “Şamaxı” oyunu üçün ayrı-ayrılıqda mərc qoymuşdur. Futbolçulara mərc oyunu oynamaq qadağan olunmuşdur, o, öz adı ilə deyil, başqa şəxslərin adı ilə oynamışdır. “Topaz” qanuni mərc saytı olmuşdur. “Kəpəz” və “Şamaxı” futbol oyununda oynamamış, gürcü oynamışdır. Lakin onunla o oyunu manipulyasiya etmələri ilə bağlı heç bir sübut olmamışdır. “Kəpəz” və “Şamaxı” futbol oyununda gürcü futbolçunun zəif oynamasını bilməmiş, onun “Zirə” və “Şamaxı” oyununda təqsiri olmuşdur. “Kəpəz” və “Şamaxı” oyununda “Şamaxı”nın uduzacağı ilə bağlı mövcud vəziyyəti analiz etməsi nəticəsində mərc qoymuşdur. “Kəpəz” futbol klubuna daha çox xal lazım olmuş, həm də o da oynamamışdır. O, komaNdanın kapitanı və əsas müdafiəçisi olmuşdur. Oyunu manipulyasiya etməyi Kantaria ona təklif etmişdir. İbtidai istintaq zamanı ona heç bir təzyiq göstərilməmişdir. Şahid2 təklifi onun telefonu ilə gürcü şəxs inglis dilində yazmışdır. Radenoviçə “Adil ilə bir otaqdayam, bura gəl” yazmış, sonra isə əgər oyunda uduzulsa “Zirə” ilə oyundan ona 5000 dollar çatacağını yazmışdır. İbtidai istintaq zamanı da o, Şahid1 belə bir təklif etmədiyini, Radenoviçə yazdığını bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-2.3.1-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-2.1-ci maddəsinə tövsif edilməsini və barəsində seçilmiş cəzanın şərti tətbiq olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-prosessual Məcəlləsinin 327.1.3-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, o, elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 192-2.3.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilib videoçəkilişlə, eləcə də videoçəkiliş olmadan istintaqa verdiyi izahat və ifadələrində, habelə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş “Zirə-Şamaxı” oyununu Giorgi Kantaria ilə birlikdə manipulyasiya etməyini, oyunçulara manipulyasiya ilə bağlı təklif etdiyini təsdiqləyir. Həmin oyunla bağlı hissədə özünü təqsirli bilir, ittihamla razılaşır. Lakin xx.xx.2024- cü il tarixdə keçirilmiş “Kəpəz-Şamaxı” oyunu ilə bağlı hissədə ona elan edilmiş ittihamla razılaşmır. Qeyd edir ki, 2006-2012-ci illərdə “İnter”, 2012- 2014-cü illərdə “Azal” futbol klublannda müdafiəçi olaraq çalışmışdır. 2014-cü il tarixdə 6 ay müddətdə “Zirə” futbol klubunda icarə müqaviləsi əsasında müdafiəçi kimi oynamışdır. 2015-2017-ci il tarixlərində “Zirə” futbol klubu ilə arasında bağlanmış əmək müqavilə əsasında 3 illik müddətə orada müdafiəçi kimi çalışmışdır. 27 dekabr 2018-ci il tarixdən 09 avqust 2019-cu il tarixədək olan müddətdə “Sumqayıt” FK-da, 2022-ci ilin dekabr ayının sonlarından 2024cü ilin may ayınadək “Səbail” FK-da müdafiəçi kimi oynamışdır. 03 avqust 2022-ci il tarixdən 2022-ci ilin dekabr ayının sonunadək “Şamaxı” FK- da icarə müqaviləsi əsasında, 15 iyun 2024-cü il tarixdən 10 dekabr 2024-cü il tarixədək olan müddətdə əmək müqaviləsi əsasında həmin klubda müdafiəçi qismində çalışmışdır. 10 dekabr 2024-cü il tarixdə qarşılıqlı razılıq əsasında Şamaxı futbol klubu ilə arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edilən klubların oyunçusu olaraq X29, Azərbaycan Respublikasının Premyer Liqası və Azərbaycan Kubokunda çoxsaylı oyunlar keçirmişdir. Son zamanlar maddi vəziyyəti yaxşı olmadığına görə xx.xx.2024-cü il tarixdə "Zirə” FK ilə "Şamaxı” FK arasında 8/1 final mərhələsində keçiriləcək oyunda müdafiəçisi olduğu "Şamaxı” futbol klubunu bilə-bilə uduzdurmaq qəranna gəlmişdir. Bunu etməkdə məqsədi mərc saytlarında "Zirə" futbol klubunun qələbəsinə yüksək məbləğdə mərc edərək gəlir əldə etmək olmuşdur. Lakin rəsmi olaraq futbol oyunçusu olduğuna görə onun mərc və qumar oyunlarında iştirakına icazə verilməmişdir. Bu barədə AFFA və klub rəhbərliyi şifahi formada iclaslar keçirməklə və digər üsullarla bütün idmançılan, o cümlədən onu mütəmadi məlumatlandırmış və xəbərdar etmişdir. Maraqlandıqda Azərbaycan Respublikası ərazisindən burada keçirilən çempionat oyunlarına yüksək məbləğlərdə pul yatırmaq olmadığını öyrənmişdir. Buna görə də 2024-cü ilin noyabr ayının ortalarında əvvəllər futbol oyunçusu olmuş və hazırda Türkiyə Respublikasında yaşayan Elgün Nəbiyevin hazırda xatırlamadığı mobil nömrəsi ilə “Whatsapp” messenger proqramı vasitəsi ilə əlaqə saxlamışdır. Elgünə üç oyuna 40.000-50.000 manat intervalında mərc etmək istədiyini, bunun Türkiyə Respublikası ərazisindən mümkün olub-olmadığını soruşmuşdur. Elgün ona Türkiyədən də Azərbaycan oyunlarına yüksək məbləğdə pul vəsaiti mərc etmək olmadığını, lakin Rusiya Federasiyasında yaşayan Orxan adlı tanışının bu işdə ona köməklik edə biləcəyini, sonuncunun uzun müddətdir ki manipulyasiya edilən oyunlara xarici mərc saytlarında kupon yazaraq yüksək məbləğlərdə pul vəsaiti qoymaqla qazanc əldə etdiyini bildirmiş və ona Orxanın mobil telefon nömrəsini vermişdir. Özü də Elgündən Orxanın mobil telefon nömrəsini alıb sonuncunun +**********4 mobil nömrəsi ilə 2024-cü ilin noyabr ayının ortalarında “Whatsapp” messenger proqramı vasitəsi ilə əlaqə saxlamışdır. Orxanla danışıq zamanı xx.xx.2024-cü il tarixdə "Zirə” FK ilə “Şamaxı" FK arasında baş tutacaq oyunda müdafiəçisi olduğu "Şamaxı" futbol klubunu bilə-bilə passiv hərəkətlər və “səhvlər” edərək uduzdurmaq istədiyini, 50.000 manat məbləğdə pul vəsaitini mərc etməklə yüksək qazanc əldə etmək istədiyini bildirmişdir. Danışıq zamanı Orxana üç oyunu mərc etmək istədiyini söyləmişdir. Həmin oyunlarda mərcin məzmunu “Zirə” - “Şamaxı” oyununda “Şamaxı” FK-nın əsas vaxtda məğlubiyyəti, “Sumqayıt” - “Moik” oyununda “Sumqayıt” FK-nın əsas vaxtda qələbəsi və “Neftçi" - “Difai Ağsu” oyununda isə əsas vaxtda 4 qol vurulacağı ilə bağlı olmuşdur. Həmin vaxt Orxanla danışıq zamanı sonuncu ona “Zirə”- “Şamaxı” oyununda əmsalların 2-2.70 arası olacağını ehtimal etdiyini demişdir. Digər oyunların əmsalları barədə Orxanın nə dediyini xatırlamır. Bu zaman Orxana "hörmət” də edəcəyini bildirmiş, lakin konkret məbləğ barədə heçnə deməmişdir. Həmin vaxt Orxan ona 50.000 manat pul vəsaitini verəcəyi təqdirdə mərc udularsa ona 50.000 manatdan əlavə 60.000 manat qazanc verəcəyini bildirmiş, özü də buna sevinmiş və sonuncu ilə razılaşmışdır. Orxan ona əvvəlcə razılıq versə də bir neçə gün sonra “Whatsapp” messenger proqramı vasitəsi ilə geri zəng edərək bunun mümkün olmadığını, yalnız bir oyuna mərc edə biləcəyini demişdir. Özü isə bununla razılaşmamışdır. Çünki bu əməldən sonra bilindiyi halda onun oyunçu karyerasının bitəcəyini bilmişdir və buna görə də külli miqdarda qazanc əldə etmək istəmişdir. Orxan üç oyuna mərc yaza bilmədiyini dediyi üçün ilk əwəl dostu Şahid10 vasitəsilə 4 dekabr 2024cü il tarixdə baş tutacaq olan oyunda “Zirə” FK-nın qələbəsinə mərc etmək qərarına gəlmişdir. Bu məqsədlə 2024-cü ilin noyabr ayının sonlarında dostu Şahid10 ilə əlaqə saxlamış və sonuncuya üç oyuna mərc etmək lazım olduğunu bildirərək bu məsələdə ona köməklik göstərməsini, ona verəcəyi pulları deyəcəyi oyunlara mərc etməyini xahiş etmişdir. Telefon danışığı zamanı hansı oyunların mərc edilməli olmasını və nə qədər pul vəsaiti verəcəyini Nazirə deməmişdir. Nazir də bu işdə nə vaxt lazım olarsa köməklik edə biləcəyini söyləmişdir. Həmin ərəfələrdə Orxan yenidən, yəni üçüncü dəfə ona zəng edərək üç oyuna mərc etməyin mümkün olduğunu, özünün buna görə Bakı şəhərinə gələcəyini bildirmiş və Bakı şəhərinə çatanda xəbər etdikdən sonra pulu ona verməyini söyləmişdir. Özü də Orxanla razılaşmışdır. Fikirləşmişdir ki, elə mərci Orxan edər, bununla da daha çox qazanc əldə edər. Bundan sonra 2024-cü ilin dekabr ayının əvvəllərində dostu Nazirə zəng edərək sonuncunu yaşadığı evin qarşısına çağırmışdır. Danışıqları əsasında Nazir həmin gün yaşadığı evin qarşısına təxminən saat 19 radələrində gəlmiş, həmin vaxt Nazirə ümumilikdə 40.200 manat pul verərək sonuncudan həmin pulu özündə saxlamağını, həmin pulu deyəcəyi adama verməsini xahiş etmişdir. Nazir də onunla razılaşmışdır. Həmin məbləğin bir hissəsi ABŞ dolları, qalan hissəsi isə manat olmuşdur, lakin konkret olaraq Nazirə verdiyi pulların hansı hissəsinin dollar, hansı hissəsinin manat olmasını xatırlamır. Bircə onu dəqiq bilir ki, dollar və manat bir yerdə cəmi orada 40.200 manat pul vəsaiti olmuşdur. 02 dekabr 2024-cü il tarixdə Orxan Bakı şəhərinə gələrək ona zəng edib artıq Bakı şəhərində olduğunu bildirmiş və xx.xx.2024-cü il tarixdə pulu ona çatdırmağını söyləmişdir. Özü də Orxanla razılaşmışdır. xx.xx.2024-cü il tarixdə Orxanla danışığı zamanı sonuncudan Bakı şəhərinin hansı tərəfində olduğunu, pulun hara çatdırılmalı olduğunu soruşmuşdur. Orxan da ona “Amazon” adlı hoteldə olduğunu bildirərək pulun oraya göndərilməli olduğunu demişdir. Həmin vaxt Şamaxı şəhərində olduğundan Orxanla görüşə bilməmişdir. Telefon danışığı zamanı Orxana 40.200 manat pul vəsaiti göndərəcəyini, həmin pul vəsaitlərinin hamısını qeyd etdiyi üç oyuna mərc etməyini bildirmişdir. Orxan ona saytdan artıq üç oyuna mərc etməyin mümkün olmadığını, yalnız bir oyuna canlı mərc qaydasında oyun davam edərkən mərc etməyin mümkün olduğunu söyləmişdir. Özü Orxanın bu təklifi ilə razılaşmamış, əsəbləşib Orxana xəbər edəcəyini söyləyib sağollaşmışdır. Lakin sonradan fikirləşərək pulun bir hissəsini Orxana, bir hissəsini isə Nazirə mərc etməsi üçün vermək qərarına gəlmişdir. Həmin vaxt Orxana yenidən zəng etmişdir. Telefon danışığı zamanı Orxan ona Zirə FK iki top fərqi ilə Şamaxı FK-ya qalib gələcəyi halda, buna görə də 30.000 manat canlı mərc üçün verəcəyi təqdirdə mərc udularsa ona həmin pulla birlikdə əlavə qazanc olaraq 40.000 manat pul vəsaiti verəcəyini bildirmişdir. Özü də Orxanla razılaşmış, sonuncuya 30.000 manat pul vəsaiti göndərəcəyini, həmin pul vəsaitlərinin hamısını xx.xx.2024-cü il tarixdə keçiriləcək “Zirə- Şamaxı” oyununda canlı qaydada Şamaxının iki top fərqi ilə məğlubiyyətinə mərc etməyini xahiş etmişdir. Orxan onunla razılaşmış, daha sonra ona özünün stadiona azarkeş qismində gələcəyini, əynində tünd qırmızı (bardoviy) rəngli gödəkçə olacağını demiş, daha sonra ona oyun zamanı ayağa qalxdığı təqdirdə pulu mərcə tam həcmdə yatırdığını, qalxmadığı təqdirdə pulu mərcə köçürə bilmədiyini bildirəcəyini söyləmişdir, özü də Orxanın həmin işarələri ilə razılaşmışdır. Orxanla razılaşmalarına əsasən sonuncu oyunun ilk 10 dəqiqəsində ayağa qalxmalı olmuşdur. Bundan sonra Orxanın dedikləri ilə razılaşaraq sonuncuya Nazirin əlaqə nömrəsini vermiş və Nazirlə görüşüb sonuncudan 30.000 manat pul vəsaitini götürməsini bildirmişdir. Bundan dərhal sonra həmin gün, yəni xx.xx.2024-cü il tarixdə, günorta saatlarında dostu Nazirə whatsappla zəng edərək sonuncuya verdiyi 40.200 manat pul vəsaitinin 10.200 manatını qeyd etdiyi üç oyuna mərc yazıb ora köçürməsini, qalan pulu isə deyəcəyi adama verməsini xahiş etmişdir. Həmçinin danışıqdan sonra Nazirə həmin oyunların hansı qaydada mərc edilməsi barədə məlumatları göndərmişdir. Həmin pulu ona görə Nazirə tapşırmışdır ki, sonuncunun atası yaşadıqları Ramana qəsəbəsində “Topaz” işlədir. Nazirdən ümumilikdə üç oyunu mərc etməsini istəmişdir. Həmin oyunlarda mərcin məzmunu “Zirə”- “Şamaxı” oyununda “Şamaxı” FK-nın əsas vaxtda məğlubiyyəti, “Sumqayıt”- “Moik” oyununda “Sumqayıt” FKnın əsas vaxtda qələbəsi və “Neftçi”- “Difai Ağsu” oyununda isə əsas vaxtda 4 qol vurulacağı ilə bağlı olmuşdur. Nazirə pulu verdikdən sonra həmin oyunlara qeyd etdiyi qaydada mərc, yəni kupon yazmağı tapşırmışdır. Kuponu yazdıqdan sonra isə Nazirə yalnız "Whatsapp” üzərindən zəng etməsi və bu barədə məlumat verməsini söyləmişdir. Nazirlə ancaq “Whatsapp” messenger proqramı vasitəsi ilə əlaqə saxlamışdır. xx.xx.2024cü il tarixli həmin danışıq zamanı Nazirdən sonuncuya verdiyi puldan 10.200 manat məbləğində olan hissəsini özünün qeyd olunan oyunlara mərc etməsini, qalan 30.000 manat məbləğində olan hissəsini isə nömrəsini atacağı tanışına sonuncunun canlı qaydada mərc etməsi üçün verməsini xahiş etmişdir. Nazir də onunla razılaşmış, daha sonra sonuncuya Orxanın əlaqə nömrəsini vermişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə axşam saatlarında Orxan Şahid10 ilə görüşmüş və həmin görüş zamanı Nazir tapşırığı əsasında Orxana 30.000 manat məbləğində pul vəsaitini canlı qaydada mərc etməsi üçün vermişdir. Nazir ona həmin pulu Orxana sonuncunun “konum” göndərdiyi yerdə, yəni “Amazon” adlı hotel yaxınlığında verdiyini demişdir. xx.xx.2024-cü tarixdə, axşam saatlarında Nazir ona “Whatsapp” messenger proqramı vasitəsi ilə zəng edərək Orxana sonuncunun “konum” göndərdiyi yerdə, yəni “Amazon” adlı hotel yaxınlığında 30.000 manat pul vəsaitini verdiyini bildirmişdir. Həmin vaxtı Nazir ona həmçinin əgər sabah təcili işləri çıxarsa qalan 10.200 manat pulu xahişi əsasında atası Elşad İbrahimovun oyun başlamamışdan qabaq mərc edəcəyini demişdir. Özü də Nazirə “çox sağol” deyib sağollaşmışdır. Nazirlə sağollaşdıqdan sonra Orxanla əlaqə saxlamış, sonuncu da Nazirlə görüşdüyünü və 30.000 manatı Nazirdən aldığını təsdiqləmişdir. Növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə, günorta saatlarında Nazirə zəng edib sonuncuya verdiyi puldan qalan 10.200 manat pul vəsaitini yuxanda qeyd etdiyi 3 oyuna bərabər hissələrlə mərc etməsini xahiş etmişdir. Nazir əlində təcili işləri olduğu üçün özünün bu işlərlə məşğul ola bilməyəcəyini, bu barədə atası Elşaddan xahiş edəcəyini və sonuncuya da bu barədə deyəcəyini demişdir. Daha sonra Nazir ondan özünün də atası Elşada yığıb məlumat verməyini xahiş etmişdir. Özü də Nazirlə sağollaşdıqdan sonra “Whatsapp" messenger proqramı vasitəsi ilə Elşada zəng edərək 10.200 manat pulu oyun başlamamışdan qabaq yuxanda qeyd etdiyi 3 oyuna mərc etməsini xahiş etmiş, həmin oyunlar barədə Elşada məlumat vermişdir. Elşad da ona bu işdə köməklik edəcəyinə söz vermişdir. Telefon danışığı zamanı Elşada özünün isə oyun qabağı keçirilən iclaslarda olacağını bildirmiş və bu işi bir daha söylədiyi qaydada etməsini xahiş etmişdir. Habelə Elşada onu yığmamasını, özünün onunla əlaqə saxlayacağını demişdir. Elşad da narahat olmamağını bildirmişdir. Həmin gün saat 16 radələrində Elşada zəng edərək nə etdiyini soruşmuş, Elşad da ona Nazirə verdiyi puldan cəmi 8.233 manat pul vəsaitini özünün və tanışının Topaz məntəqəsindən mərc edə bildiyini, bundan sonra sistem bloklandığından daha mərc edə bilmədiyini demişdir. Bundan sonra Elşaddan qalan pulu özündə saxlamağını, özünün sonradan götürəcəyini söyləmişdir. Elşad da “yaxşı” deyib sağollaşmışdır. Beləliklə, xx.xx.2024-cü il tarixdə, saat 19:00-da “Zirə” FK ilə “Şamaxı" FK arasında X26 oyun başlamışdır. Oyun başlayan zaman Orxanı həmin kompleksdə ortada “VİP” zonasına yanında azarkeş qismində əyləşdiyini görmüş, sonuncunun əynində danışdıqları kimi tünd qırmızı rəngli gödəkçə olmuşdur. Orxanı əvvəllər görməmiş, sadəcə sonuncunun əynindəki tünd qırmızı rəngli gödəkçədən telefonla danışdığı Orxan olduğunu bilmişdir. Oyun saat 19 radələrində başlamış, Orxan ilk 30 dəqiqə ərzində ayağa qalxmamışdır. Həmin vaxt oyunun ilk 25 dəqiqəsində onun və Giorginin “səhv”ləri ucbatından Zirə FK-nın futbolçulan Şamaxı FK-nm qapısına iki qol vurmuşdurlar. Çünki Orxanın bəlkə də mərc etdiyini fikirləşmişdirlər. Lakin həmin vaxta kimi Orxana nə qədər baxsalar da sonuncu heç bir reaksiya verməmişdir. Bu isə onu daha da narahat etmişdir. Artıq iki sıfır uduzarkən, yəni oyunun 30-cu dəqiqəsində Orxan ayağa qalxıb ona işarə vemişdir. Bu zaman artıq Orxanın pulu 30-cu dəqiqədən sonra mərc etdiyini başa düşmüş, buna çox əsəbləşmiş, həmin vaxt hesab 2:0 Zirə FK-nin xeyrinə olmuşdur. Çünki Orxan gec mərc etmişdir. Canlı mərcdə isə şərtlər elə idi ki, onlar fnərcdən sonra daha iki qol buraxmalı idilər. Bundan sonra onun futbol klubunun Konate adlı oyunçusu gözlənilmədən qol vurmuş və ilk hissə başa çatmışdır. İkinci hissədə isə onunla Kantarianın nə qədər "zəif çıxış etməsinə və “passiv” hərəkətlər etməsinə baxmayaraq bir qol buraxmışdırlar və oyun 3-1 hesabı ilə “Şamaxı” FK-nın məğlubiyyəti ilə başa çatmışdır. Bundan sonra artıq mərc edilmiş oyunları uduzduğunu başa düşmüşdür. Oyun başa çatdıqdan sonra Orxana zəng edərək sonuncunu “Keşlə” bazarının yaxınlığında yerləşən adını bilmədiyi restorana görüşə çağırmışdır. Orada Orxanla təklikdə görüşmüşdür. Danışıq zamanı Orxan ona “Zirə”FK - “Şamaxı” FK oyununun ilk 10-cu dəqiqəsində canlı mərcin bağlı olması səbəbindən mərc edə bilmədiyini, canlı mərcin yalnız oyunun 30-cu dəqiqəsində açıldığını bildirmiş və pulu xarici sayta köçürməklə mərc etdiyini söyləmişdir. Lakin danışıq zamanı Orxan ona mərci hansı saytda etdiyini deməmiş, hər hansı kupon göstərməmişdir. Özü də əsəbi olduğu üçün onları soruşmamışdır. Orxanla aralarında mübahisə yaranmış, Orxana aralarındakı şifahi razılaşmanı pozduğu üçün iradını bildirmiş və sonuncudan pulunu geri qaytarmasını istəmişdir. Çünki Orxanla razılaşmaları ondan ibarət olmuşdur ki, oyunun 10cu dəqiqəsinə kimi canlı mərc ediləcəkdir. Lakin Orxan ilk hissənin 30-cu dəqiqəsində mərc etdiyini bildirmişdir, həmin zaman isə onlar artıq iki sıfır uduzurdular. Yəni həmin qoldan sonra onlar daha iki qol buraxmalı idilər. Orxanın canlı mərcindən sonra iki qol buraxılmadığı üçün mərci uda bilməmişdir. Orxan isə pulunu qaytarmaqdan imtina etmiş, pulun batdığını demişdir. Oyun Bakı şəhəri, Xəzər rayonu ərazisində "Zirə" idman kompleksində keçirilmişdir. Oyundan bir neçə gün sonra onun Radenoviçə oyunun manipulyasiya edilməsi ilə bağlı təklif etdiyi ismanc yazmağı bilinmiş və bundan sonra artıq öz istəyi ilə klubdan ayrılmışdır. Hazırda heç bir yerdə çalışmır. Onun bu planı qurmaqda məqsədi ‘Topaz” kimi mərc saytında mərc edərək çoxlu sayda gəlir əldə etmək olmuşdur. Lakin o və Giorgi Kantaria bu əməlləri nəticəsində hər hansı gəlir əldə edə bilməmişdir. Təqribən bir ay bundan sonra AFFA-nın İntizam Komitəsi onu dəvət etdi, sorğu-sualdan bir müddət sonra ona ömürlük olaraq futbol sahəsindən uzaqlaşdınldığı bildirilmişdir. Düşündüyü məsələ ilə bağlı, yəni oyunun manipulyasiya edilməsi ilə bağlı bir sıra digər komanda yoldaşlarına da təklif etmişdir. Hətta ilk öncə 2024-cü ilin noyabr ayının ortalarında Şamaxı şəhərində “Şamaxı Palace” Hotelin inzibati binasında komandanın yarım-müdafiəçisi Giorgi Kantaria ilə danışaraq sonuncuya xx.xx.2024-cü il tarixdə "Zirə” FK ilə “Şamaxı" FK arasında baş tutacaq oyunda “Şamaxı" FK-nın məğlubiyyətə uğraması üçün bilə-bilə passiv və səhv hərəkətlər etməklə manipulyasiya etməsini təklif etmişdir. Giorgi də onunla razılaşmış, detalları oyun qabağı danışmağı bildirmişdir. 02 dekabr 2024cü il tarixdə axşam saatlannda Giorgi ilə növbəti danışığı zamanı sonuncuya oyunun manipulyasiya edilməsi ilə bağlı planı uğurla baş tutarsa ona 5000 dollar məbləğdə pul vəsaiti verəcəyini vəd etmişdir. Habelə Giorgiyə həmin oyunda “Şamaxı" FK-nın qələbəsinə idman mərc oyunları vasitəsi ilə külli miqdarda pul vəsaiti yatırdığını demişdir. Lakin həmin pul vəsaitlərini kimlərin vasitəsi ilə mərc oyunlanna yazdığını deməmişdir. Giorgi Kantaria da onun təklifi ilə razılaşmış, daha sonra ona oyunda bilə-bilə passiv hərəkətlər və “səhvlər” etməklə "Zirə” FK ilə “Şamaxı" FK arasında baş tutacaq oyunda "Şamaxı” futbol klubunun məğlub olması üçün mümkün olan hər şeyi edəcəyinə söz vermişdir. Həqiqətən oyun zamanı Giorgi bilə-bilə çoxsaylı kobud səhvlər etmiş, bu isə rəqibin qol vurmasına da səbəb olmuşdur. Bundan əlavə digər komanda yoldaşı Şahid2 də demişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə axşam saatlannda Giorgi Kantaria onun qaldığı “Şamaxı Palace” hotelin 7312 nömrəli otağına gəlmişdir. X28 ilə birlikdə klubun digər oyunçusu Şahid2 də xx.xx.2024-cü il tarixdə "Zirə” FK ilə “Şamaxı" FK arasında baş tutacaq oyunda “Şamaxı" FK-nın məğlubiyyətə uğraması üçün bilə-bilə passiv və səhv hərəkətlər etməklə manipulyasiya etməsini təklif etmək qərarına gəlmişdirlər. Bu məqsədlə xahişi əsasında Giorgi Kantaria onun mobil telefonundan istifadə edərək "İnstaqram” sosial şəbəkəsində olan ona məxsus səhifədən ingilis dilində Şahid2 məxsus səhifəyə ismarıc yazaraq xx.xx.2024-cü il tarixdə "Zirə” FK ilə “Şamaxı" FK arasında baş tutacaq oyunda “Şamaxı" FK-nın məğlubiyyətə uğraması üçün bilə-bilə passiv və səhv hərəkətlər etməklə manipulyasiya etməsini təklif etmişdir. Lakin Şahid2 ona oyundan qabaq cavab yazaraq razılaşmamışdır. Bildiyinə görə Şahid2 onun mesajını oyun qurtardıqdan sonra klub rəhbərliyinə göstərmişdir. Giorgi Kantaria və Şahid2 başqa hər hansı oyunçuya oyunların manipulyasiya edilməsi barədə təklif verməmişdir. xx.xx.2024-cü il tarixdə mərc etdiyi kuponlar üzrə hər hansı qazanc əldə etmədiyindən oyundan sonra Giorgi Kantariyaya və qeyrilərinə hər hansı məbləğdə pul vəsaiti verməmişdir. Növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə, axşam saatlarında yaşadıqları evin yaxınlığında Nazirlə görüşərək sonuncuda qalan 1.967 manat pul vəsaitini tam həcmdə geri almış, həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən oyunlar üzrə yekunda hər hansı qazanc əldə edə bilməmişdir. Belə ki, Elşadın mərc etdiyi kuponlara münasibətdə Sumqayıtın əsas vaxtda bərabərə qalması həmin kuponlar üzrə mərc edilmiş pulların batmasına səbəb olmuşdur. Orxanın canlı qaydada iki top fora fərqi ilə mərc etdiyi kuponlara münasibətdə isə Zirə 5:1 hesabı ilə qələbə qazanmalı olsa da ümumi hesab 3:1 olmuşdur. Belə ki, Orxan stadionda ona pulu mərcə yatırması ilə bağlı gec siqnal vermişdir. Onlar həmin zaman iki sıfır uduzurdular. Bundan sonra iki top buraxmalı idilər. Lakin sonra bir qol vurdular, bir qol isə buraxdılar.Buna görə pulları mərcdə batmışdır. Qeyd etdiyi hallardan başqa heç bir komanda yoldaşına belə bir təklif etməmiş, vəd verməmişdir. Etdiyi əməldən peşmandır. 2024-cü ilin noyabr ayının ortalarında Bakı şəhərində olarkən Elşad İbrahimovun yaşadığı evin qarşısına gələrək sonuncuya 800 manat pul vəsaiti vermiş, daha sonra Elşaddan həmin pulları deyəcəyi oyunlara mərc etməyini xahiş etmişdir. Elşad da onunla razılaşmışdır. xx.xx.2024-cü ii tarixdə “Whatsapp” Messenger proqramı vasitəsi ilə Elşada zəng edərək Azərbaycan Premyer Liqası çərçivəsində 30.112024-cü il tarixdə baş tutmalı olan Şamaxı-Kəpəz oyununda “Kəpəz” FK-in uduzmayacağı, habelə Azərbaycan Premyer Liqası çərçivəsində keçirilən xatırlamadığı daha 3-4 oyunla bağlı mərclər etməsini xahiş etmişdir. Daha sonra Elşada həmin oyunları hansı qaydada mərc etməsini bildirmiş, sonra Elşaddan qeyd edilən oyunlara hər biri 200 manatdan olmaqla 4 kupon mərc etməyini xahiş etmişdir. Elşad da onunla razılaşmışdır. Həmin kuponlar sözləri əsasında Elşad tərəfindən adına olan Topaz məntəqəsindən mərc edilmişdir. xx.xx.2024-cü il tarixdə mərc etdiyi Şamaxı-Kəpəz oyunu üzrə Şamaxı FK Kəpəz FK-ya 1:0 hesabı ilə məğlub olmuş, habelə digər oyunlar üzrə edilmiş mərclərin hamısı tumuş, bir sözlə həmin kuponların hamısı udmuşdur. Bir kupon üzrə uduş səhv etmirsə 653 manatdan bir qədər artıq məbləğ olmuşdur. Sonrakı həftələrdə dəqiq xatırlamadığı tarixdə Bakı şəhərinə gələrkən udulmuş həmin məbləğləri tam həcmdə Elşad məntəqədən çıxararaq ona vermişdir. Şamaxı-Kəpəz oyununda “Kəpəz” FK-in əsas vaxtda uduzmayacağı barədə mərc edilməsini sadəcə ehtimal edərək Elşaddan xahiş etmişdir. Həmin vaxt başqa oyunlar üzrə də xahişi əsasında Elşad mərc etmişdir. Yəni təkcə “Şamaxı-Kəpəz” oyununu mərc etməmişdir. xx.xx.2024-cü il tarixdə Şamaxı-Kəpəz oyununda nə əsas oyunçu, nə də ehtiyat oyunçu qismində olmamışdır. Sadəcə tamaşaçı qismində həmin oyunu əvvəldən axıra kimi izləmişdir. Həmin oyunla bağlı oyundan qabaq və ya oyun zamanı Giorgi Kantaria və qeyriləri ilə arasında oyunun necə nəticələnəcəyi ilə bağlı hər hansı danışıq olmamışdır. Nə də ki, Giorgi və qeyriləri ona sözügedən oyunda Şamaxı FK-nın məğlub olacağı barədə heç bir söz bildirməmiş, özü həmin oyuna mərci sadəcə ehtimal üzrə etmişdir. Qeyd edilən hallardan başqa heç bir oyuna hər hansı məbləğdə mərc etməmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş “Kəpəz”- "Şamaxı”, xx.xx.2024-cü il tarixdə keçirilmiş “Zirə”- “Şamaxı” oyunları üzrə mərc etdiyi, Nazir, Elşad və Orxana verdiyi pullar 2024-cü ilin noyabr ayında "xxxx" ASC-dən öz adına kreditə götürdüyü pullar olmuşdur.(1-cl cild, i. v. 11-13, 22-30, 53-54, 157-167, 4-cü cild, i. v. 186-193,5-ci cild, i. v. 24-38) Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, baş verən proseslərlə bağlı 3 nəfər legioner futbolçu-Vasilje Bakiç, Radenoviç və Leroy Mickels onlara yaxınlaşaraq məlumat vermişdir. Daha sonra klub rəhbərliyi tərəfindən bu məsələ araşdırılmağa başlanılmışdır. Məlumatın xarakteri ondan ibarət idi ki, “Zirə” ilə kubok oyununda 2 futbolçu tərəfindən onlara “pul qazanmaqla” bağlı təklifləri olmuşdur. Həmin futbolçuların Adil və Kantaria olduğunu qeyd etmişlər. Daha sonra klub rəhbərliyi həmin futbolçularla əlaqə saxlamışlar və məlum məsələlər baş vermişdir. Həmin proseslərə menecer Kamran rəhbərlik etdiyindən, o, daha dəqiq məlumatlara malik olmuş və hər kəsə o, məlumat vermişdir. O, verilən suallara cavab olaraq bildirdi ki, həmin legioner futbolçular sadəcə “Zirə” ilə olan oyunu qeyd etmişlər. Sadəcə “Zirə” ilə olan oyunun adı çəkilmiş, “Kəpəz” ilə oyunun adı çəkilməmişdir. Adil cəzalı olması səbəbi ilə “Kəpəz” ilə olan oyunda iştirak etməmişdir. Ümumiyyətlə, futbolda səhvlər çox olurmuş. “Kəpəz” ilə oyunda isə böyük şübhələr olmamışdır. Kantaria “Kəpəz” ilə oyunda oynamışdır, son dəqiqələrdə yorulduğu üçün əvəz olunmuşdur. “Kəpəz” ilə “Şamaxı” təxminən eyni səviyyəli futbol komandaları imiş. Həmin oyunda 1-0 hesabı ilə məğlub olmuşlar. “Zirə” oyunu ilə bağlı onlara məlumat verilmiş, Adilin “Kəpəz” ilə oyunda manipulyasiyası ilə bağlı onlara geniş məlumat verilməmişdir. “Zirə” və “Kəpəz” oyunlarının UEFA-nın “şübhəli oyunlar” kateqoriyasında olması ilə bağlı məktubundan məlumatı olmamışdır. “Zirə” ilə oyunda 3-1 hesabı ilə məğlub olmuşlar. Ümumiyyətlə, həmin oyunda komanda olaraq zəif çıxış etmişlər. Adil isə oyunun sonlarında çox səhvlər etmiş və o, Adili əvəz etmişdir. Oyunun bitməsinə 9 dəqiqə qalmışdır. Həmin dəqiqəyədək Adilin oyunda əvəz edilməməsinin səbəbi Adilin olduğu mövqe olmuşdur, “son müdafiəçi” ümumiyyətlə çox nadir hallardazədə və.s olduğu təqdirdə əvəz olunarmış. Əvvəlki oyunlarda da Adilin kobud səhvləri olmuş, futbol səhvlər üzərində qurulmuşdur. O, Adilin ilk vaxtlardan futbola başlamasına da şahid olmuş, Adil Sumqayıtda da onun rəhbərliyi altında olmuşdur. Güvəndiyi bir futbolçunun belə hadisələrdə iştirak etməsi onu çox təəccübləndirmişdir. Adil həm komandanın kapitanı, həm də böyük potensiallı futbolçu olmuşdur, milli komandanın üzvü olmuşdur. Futbolçuların müvafiq məlumatı verməsindən sonra o, Adil ilə üz-üzə gəlməmiş, Adil ona SMS vasitəsilə etdiklərini etiraf etmiş və üzr istəmişdir. Etiraf sadəcə “Zirə” ilə oyun barəsində olmuşdur. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Zirə oyunundan sonra növbəti məşqdə legionerlər-Mickels, Bakiç və Radenoviç yaxınlaşmışlar və oyunun satıldığını bildirmişlər. Adilin bunu etdiyini bildirmiş və bunun haqqında rəhbərliyə məlumat vermişlər. O, verilən suallara cavab olaraq bildirdi ki, Adilin Kantaria ilə yaxınlığı barədə legionerlər məlumat vermişlər və Kantarianın avtobusda kiməsə nə isə təklif etdiyini demişlər. Kəpəzlə olan oyunda Adilin oynamağı haqqında məlumat yadında olmamışdır. Bu məsələ ilə əlaqədar olaraq legionerlərin hər biri danışmış, ancaq böyük kimi, əsasən, Mickels danışmışdır. Klub olaraq son 3 oyun bu məsələ ilə əlaqədar olaraq təkrar analiz olunmamışdır. Kəpəzlə Şamaxı oyununda Kantarianın səhvləri tam olaraq yadında olmamışdır. Oyunçuların səhvləri olmuşdur, lakin qeyd etmək lazımdır ki, futbol səhvlər üzərində qurulmuşdur. Şamaxının ev oyununda da uduzmuşlar. “Hər kəs səhv edə bilər, buna görə onları günahlandırmaq olmaz”. Şamaxı oyununda iştirak etmişdir. Komandada da səhvlər olmuşdur, səhv təkcə Adildə olmamışdır. Adil komanda kapitanı olmuşdur. Oyunda 5 oyunçu dəyişmə haqları olmuşdur. Adilin 86-cı dəqiqədə etdiyi səhv onun dəyişilməsi üçün işarət olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, izahatında da qeyd etdiyi kimi, baş məşqçiyə futbolçu Leroy Mickles yaxınlaşıb Təqsirləndirilən şəxs “oyun alqı-satqısı” ilə bağlı onlara zəng etdiyini, yaxud sms yazdığını demişdir. Başqa dəqiq məlumatı olmamışdır. Onlar hadisənin “qulaq şahidi” olmuşlar. O, verilən suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs ilə keçən il yaydan birlikdə işləmişlər. George Kantaria adlı futbolçu komandada olmuşdur. Onlar məşqə gəlmiş, legionerlər gəlib baş məşqçi ilə danışmaq istədiklərini demişlər. Onlar gözləmiş və legionerlər baş məşqçi ilə danışmışlar. O, hadisə ilə bağlı 1-2 gün sonra məlumatlanmışdır. Dəqiq məlumatı kimdən eşitdiyini isə xatırlamamışdır. Hadisə ilə bağlı məlumatı Leroy Mickles vermişdir, amma hazırda o, klubda fəaliyyət göstərmir. Micklesin dediyinə görə, onun özünə bu haqda təklif olunmuşdur. Futbolçuların manipulyasiya etməsi ilə bağlı və.s məsələlər rəhbərliyin, baş məşqçinin işləri olmuşdur, o, köməkçi məşqçi olmuşdur, istintaqda ifadəni heç bir təzyiqə məruz qalmadan vermişdir. “Kubok” oyunundan, yəni “Zirə” ilə oyunundan sonra bu məsələlər aşkar olunmuşdur. “Zirə” ilə oyunda qeyri-adi heç nə görsənməmiş, əgər orada görülməli tədbirlər lazım olsa imiş, oyundan sonra dərhal özü müvafiq tədbiri görərmiş. Zirə onlardan çox daha güclü komanda olmuş, Zirə ilə oyunda komanda zəif oynamış, ancaq burada Adilin zəif oynaması gözəçarpan olmuşdur. Kəpəzlə olan oyunda Georginin manipulyasiyası haqqında məlumatı olmamışdır. 30 noyabr 2024-cü il tarixli oyunda Adilin necə oynamasını və.s xatırlamamışdır. O, qapıçılar üzrə məşqçi olduğuna görə ancaq qapıçıları videoanalizdən keçirmişdir. Adilin manipulyasiya etdiyini bilsə imişlər, oyundan sonra onunla məsələni həll edərmişlər. Zirə onlardan çox güclü komanda olmuşdur. Cədvəl olaraq Zirə 2-ci, onlar isə 7-ci yerdə bitirmişlər. Birinci oyunu, daha sonra 3 dənə oyunu və “kubok” oyununu uduzmuşlar. Həmin vaxt Adilin zədəsi olmamış, olsa imiş meydançaya çıxma bilməzmiş. Olsa belə yüngül zədəsi olmuşdur. Həmin vaxt komandada taktiki dəyişiklik olmamışdır. Oyunçu standart öz mövqeyində oynamışdır. Zirə ilə oyunda Adilin manipulyasiyasını deyil, zəif oyununu hiss etmişdir. Oyundan sonra belə bir hadisə olduğunu öyrənmişlər. X38 baş məşqçiyə yaxınlaşıb demişdir. Başqa bir vaxtda Adilin manipulyasiyası haqqında eşitməmişdir. Bakiç, Radenoviç hal-hazırda “Şamaxı” futbol klubunda oynamırlar. Hər ikisi ölkəni tərk etmişlər. Kəpəzlə olan oyundan əvvəl oyun alqısatqısı haqqında heç bir məlumatı olmamışdır. Zirə ilə olan 2-ci oyunda, o da məşqçilər heyətində olmuşdur. 86-cı dəqiqəyə kimi həmin oyunçunun, Adilin əvəz olunmamasına səbəb komandanın zəif büdcəli olması olmuşdur. Adilin mövqeyini əvəz edəcək başqa bir oyunçu olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, Adil ona xatırlamadığı bir vaxtda, müəyyən məbləğ pul verəcəyini və həmin pul məbləği ilə mərc oynayacağını bildirmişdir. O, Adilin təklifi ilə razılaşmışdır. Adil ona 40 200 manat məbləğində pul vermişdir. Daha sonra onlar həmin pul ilə mərc oynaya bilməmişlər və Adil ondan pulu onun mobil nömrəsini verdiyi başqa bir adama verməyini istəmişdir. O, həmin Orxan adlı şəxslə görüşmüş və ona 30 000 manat pul vermişdir. Pulun digər hissəsi onda qalmış və təxminən həmin 8 000 manat məbləği “topaz”da mərc oynamışlar. Qalan pulu isə Adilə vermişdir. O, suallara cavab olaraq bildirdi ki, qeyd etdiyi haldan başqa Adillə mərc oynamamışlar. Adil ilə dost olduğu, onun Bakıda olmaması və atasının “topaz”ın idarəçisi olması səbəbi ilə mərc oynamağı ona tapşırmışdır. Mərc oynadıqları oyunlar arasında “Zirə-Şamaxı” oyunu olmuşdur. 30 000 manatın aqibətini ilə bağlı məsələni bilməmişdir. 30 000 manat məbləği həmin şəxsə niyə verdiyini bilməmişdir. Adilin futbolçu olduğunu bilmiş, Adilin manipulyasiya edəcəyini düşünməmişdir. Onun atası da Adilin mərc oynamasından xəbərdar olmuşdur. Futbolçunun mərc oynaya bilməməsi haqqında məlumatı olmamışdır. Adilin “Şamaxı”nın məğlubiyyətinə mərc oynaması onda şübhə yaratmamış, heç bir qayda pozuntusu etmədiklərini hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, bildiyi qədəri ilə, bir legioner, Mickels, baş məşqçiyə gəlib, oyunların alqı-satqısı ilə bağlı şübhələndiyini demişdir. Başqa proseslər ilə bağlı məlumatı olmamışdır. O, verilən suallara cavab olaraq bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, “Zirə” ilə olan oyundan sonra legioner Mickles baş məşqçi ilə söhbət etmək istəmiş və o, baş məşqçiyə Adilin oyun ilə bağlı nə isə təklif etdiyini bildirmişdir. Sonrasında da araşdırma aparılmış və Adil komandadan uzaqlaşdırılmışdır. O, verilən suallara cavab olaraq bildirdi ki, Mickels baş məşqçiyə Adilin legionerlərə, Georgi Kantaria və Vasilijeyə yaxınlaşıb nə isə danışdığını bildirmişdir. Bu məsələ ortaya çıxandan sonra oyuna baxılıb analiz olunmuşdur. Oyunda səhvlərin olduğu görsənmiş, ancaq manipulyasiya mövzusu haqqında bir şey deyə bilməmişdir. 30 noyabr 2024-cü ildə baş tutan “Şamaxı-Kəpəz” oyununda Adilin oynaması yadında olmamışdır. Həmin oyunda George Kantarianın iştirakını da xatırlamamışdır. Bütün oyunlar analiz olunmuşdur. Təklifdən sonra məhz bu oyun üçün analiz aparılmamışdır. Onun məlumatı olmamışdır. Adilin qəsdən edilmiş səhvləri olsa imiş, onlar bunu başa düşə bilərmişlər, legionerlərin nə isə bildirməsinə ehtiyac olmazmış. Həmin vaxt oyun sistemində hər hansı bir dəyişiklik olmamışdır. Adilin mövqeyi dəyişdirilməmiş, standartdan kənara çıxılmamışdır. Oyundan sonra, top itkilərinə görə Adilin zəif oynaması qənaətinə gəlmişlər. Mickelsin baş məşqçi ilə görüşündən sonra Kamran müəllim, klub meneceri, hüquq mühafizə orqanlarına müraciət etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, “Zirə” komandası ilə Bakıdakı oyundan sonra komandaya 2 gün istirahət vermişlər və Şamaxıda toplaşmışlar. Şamaxıda toplaşdıqları günün axşamı, “Şamaxı palace”də otağında olduğu zaman baş məşqçi Şahid5 ona zəng vuraraq, otelin lobbisində olduğunu, xoşagəlməz bir məlumat aldığını və bununla bağlı onunla danışmaq istədiyini bildirmişdir. Aşağıda lobbidə masanın arxasında Baş məşqçi Şahid5, köməkçisi Şahid6, 3 futbolçu Vasilje Bakiç, Radenoviç və Leroy Mickels və tərcüməçi əyləşmişdir. O da masada əyləşmiş və Şahid5 ona Təqsirləndirilən şəxs 3 futbolçuya müəyyən təkliflər edərək oyunların nəticələrini manipulyasiya etməsi ilə bağlı məlumat vermişdir. O, məsələ ilə bağlı legioner futbolçuların özləriylə danışmış və onlar öz dediklərini təsdiqləmişlər. “Zirə” ilə oyundan 1 gün öncə Adil onlara “sms” vasitəsilə həmin təklifləri etmiş, Kantaria ilə birlikdə otağında olduğunu demiş və onları otağına çağırmışdır. Legioner futbolçular təklifi qəbul etməmiş və “Zirə” ilə oyunda Adilin çıxışına görə onlara məlumat vermişlər. Onlar Ayxanla klubun idarəetmə sədri Elçin Usuba məlumat vermiş, xoşagəlməz hadisəni müzakirə etmişlər və Adilin komandada qalmasının mümkün olmadığını qərara almışlar, baxmayaraq ki Adil komandanın kapitanı və önəmli futbolçusu olmuşdur. O, gecə saat 1 radələrində Adillə söhbət etmək üçün otağına getmişdir. Adil əvvəlcə ona zarafat etdiyini, daha sonra futbolçuların oyunda etdiyi səhvlərə görə onları yoxladığını bildirmişdir. O, Adilə bu cür zarafatın qəbuledilməz olduğunu və oyunçuları yoxlamaq səlahiyyəti olmadığını, şübhəli məqam varsa rəhbərliyə bildirməli olduğunu demiş və onun komandadan getməli olduğunu, bu məsələni gətirən şəxsin komandada qalmasının mümkün olmadığını bildirmişdir. Adil gecə deyil, səhər yola çıxmağı xahiş etmiş və o da razılaşmışdır. Yarım saat sonra məsələdən xəbərsiz olan inzibatçı ona zəng edərək Adilin gecə vaxtı getdiyini demişdir. Bundan 2-3 saat sonra isə Ayxan ona zəng vuraraq görüşmək istədiyini demiş, o isə Ayxanı otağına dəvət etmişdir. Ayxan otağına gələrək Adil tərəfindən göndərilən səsli mesajı ona göstərmişdir. Səsli mesajın məzmunu Adilin etdiyi bu səhv əmələ görə Ayxana ünvanladığı üzr olmuş və bu hadisənin ilk dəfə baş verdiyini, əvvəllər heç vaxt bu xarakterdə hərəkət etmədiyini bildirmişdir. Bundan bir-iki gündən sonra Adilə zəng vuraraq “xitam” müqaviləsinin hazır olduğunu bildirmiş və bununla da Adil ilə işbirlikləri başa çatmışdır. Bu məsələ ilə bağlı “AFFA”-nın müvafiq departamentinə də müraciət etmişlər və onlarda olan bütün məlumatları onlara göndərmişlər. Onlar isə müvafiq hüquq mühafizə orqanlarına müraciət etmişlər və işin istintaqı həyata keçirilmişdir. O, verilən suallara cavab olaraq bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, dekabrın əvvəllərində Adil oğlu Nazir ilə görüşərək 30 000 manat və 6000 dollar verərək həmin pulları evdə saxlamağını xahiş etmişdir. Bir neçə gün sonra Nazir 30 000 manat pulu aparıb Orxan adlı şəxsə vermişdir. Qalan pul ilə bağlı isə Nazir ona Adilin gələcəyini və “oyun yazacağını”, ona köməklik etməyini bildirmişdir. Daha sonra Adil mənə zəng vuraraq yazacağı oyunları bildirmişdir. O, qəbul edərək 5000 manatı öz adı ilə, 5000 manatı isə Samir adlı şəxsin adı ilə “topaz” məntəqələrində hesaba qoymuşdur. Belə etməyinin səbəbi 5000 manat limitin olması olmuşdur. Təxminən 3-4 oyunla bağlı mərc oynamışlar. Daha sonra Adilə zəng vuraraq mərclərə qoyulan və qalan pullar ilə bağlı məlumat vermişdir. Nazir tərəfindən qalan pullar Adilə qaytarılmışdır. O, verilən suallara cavab olaraq bildirdi ki, o, “topaz” məntəqəsini təxminən 8-9 ildir ki, işlədir. 18 yaşdan aşağı şəxslər başqa kim istəyirsə mərc oynaya bilər. Onlara futbolçunun öz oynadığı futbol klubu ilə bağlı mərc oynaya bilməməsinin qeyd olunduğu nizamnamə verilməmiş, ffutbolçunun öz oynadığı oyunla bağlı mərc oynaya bilməməsi ilə bağlı məlumatı olmamış, onların müqaviləsində futbolçunun mərc oynaya bilməməsi yazılmamışdır. Adil 4 futbol oyunu ilə bağlı mərc oynamışdır. Əvvəllər 1 oyunda Adil mərc oynamışdır. Adilin öz oynadığı futbol klubunun məğlubiyyətinə mərc oynaması onda şübhə yaratmamışdır. Ona futbolçu tərəfindən mərc oynanıla bilmədiyi indi məlum olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur və şahid həmin ifadəsində göstərmişdir ki, 2024-cü ilin avqust ayının 1-dən etibarən “Şamaxı” futbol klubunda müdafiəçi qismində oynayır. Hazırda da həmin klubda qeyd etdiyi mövqedə çıxış edir. Müdafiəçi Təqsirləndirilən şəxs və yarımmüdafiəçi Giorgi Kantaria adlı futbolçuları Şamaxı futbol klubunda professional qaydada oynamağa başladıqdan sonra tanımışdır, onlann hər ikisi ilə münasibəti normal olmuş, aralarında hər hansı yaxınlıq, ədavət və ya düşmənçilikləri olmamışdır. Kluba transfer olunanda Adil və Giorgi artıq həmin klubda çıxış etmişdilər. Adil həm də klubun kapitanı olmuşdur. Azərbaycan Premyer Liqası çərçivəsində xx.xx.2024-cü il tarixdə “Şamaxı” futbol klubu ilə “Kəpəz” futbol klubu arasında “Şamaxı” şəhər stadionunda keçirilmiş oyunda nə əsas, nə ehtiyat oyunçu, nə də ki tamaşaçı qismində iştirak etməmiş, oyun ərzində meydana daxil olmamış, hər hansı əvəzetmədə iştirak etməmişdir. Həmin vaxt səhv etmirsə ya zədəli olmuş, ya da sarı kartla əlaqədar cəzalı olduğundan oyunçu heyətinə salınmamışdır. Adillə eyni klubda oynamaqlarına baxmayaraq sonuncu ilə yaxın münasibətləri olmamışdır. xx.xx.2024-cü il tarixdə günorta saatlarında “Şamaxı Palace” hoteldə istirahətdə olarkən Təqsirləndirilən şəxs özünə məxsus +994 55 ***-**-** mobil nömrəsindən onun istifadəsində olan+**********00 mobil nömrəsinə “whatsapp” messenger proqramı vasitəsi ilə ingilis dilində mesaj yazaraq “əgər pula ehtiyacın varsa, mənim otağıma gəl” demişdir. Özü də Adilə pula ehtiyac olmadığını yazmış, aralarında başqa danışıq olmamışdır. Həmin vaxt ikisidə “Şamaxı Palace” hotelin inzibati binasında onlara ayrılmış otaqlarda istirahət etmişdirlər. Adil həmin yazışmanı avtomatik silinməyə qoyduğu üçün yazışmalar silinmiş, bu səbəbdən də həmin yazışmaları istintaqa təqdim edə bilmir, çünki onların fotoşəklini çəkə bilməmişdir. Lakin həmin yazışmanı otaq və komanda yoldaşı Radenoviçə göstərmişdir. Həmin vaxt Radenoviçin ona nə dediyini xatırlamır. Bundan əlavə bildirir ki, həmin gün dəqiq xatırlamadığı saatda Adil onunla “Şamaxı Palace” hotelin inzibati binasının ərazisində yenə ingilis dilində “əgər pula ehtiyacın varsa, otağıma keçək” demiş, özü də Adilə pula ehtiyac olmadığını söyləmiş və Adillə sağollaşıb oradan getmiş, sonuncunun otağına getməmişdir. Bundan sonra həmin ərəfələrdə dəqiq xatırlamadığı tarixdə onlarla eyni klubda çıxış edən müdafiəçi qismində oynayan Şahid2 ona Adilin ona “instagram” sosial şəbəkəsi üzərindən “Mənə qulaq asdığın təqdirdə bu sənin üçün yaxşı təcrübə olacaqdır”, 7312 nömrəli otaqda olduğunu və onu həmin otağa dəvət etdiyini, həmçinin “Mən Kantariyayam, biz səni gözləyirik, ancaq heç kəsə demə tək gəl” deyə məzmunlu ismarıclar yazdığını bildirmişdir. Radenoviç isə həmin mesajları yazan şəxsə “mən professionalam və bu mənim işimdir” deyə cavab yazmışdır. xx.xx.2024-cü il tarixdə Azərbaycan Kuboku çərçivəsində “Zirə” FK- “Şamaxı” FK arasında baş tutmuş oyun başlananadək Adilin onunla olan danışıq və yazışmaları barədə Radenoviçdən başqa heç kəsə heç nə bildirməmişdir. Oyun zamanı Adil, Giorgi, özü və digər bir sıra oyunçular ilk 11-də oyuna başlamışdırlar. Təqsirləndirilən şəxs həmin oyunda kapitan olmuşdur. Oyun zamanı Adil və Giorginin çoxsaylı səhvləri olsa da bunu normal oyun səhvləri qəbul etmişdir. Fikrincə xüsusən də Adil çox zəif oyunçudur, mütəmadi oyunlarda çoxsaylı səhvlər buraxır. Hətta oyun zamanı Adil çoxsaylı səhvlər buraxdığı üçün baş məşqçi tərəfindən oyunun sonlarında əvəzlənmişdir. xx.xx.2024-cü il tarixli oyun “Zirə” FKnın “Şamaxı” FK-ya 3:1 hesabı ilə qalib gəlməsi ilə başa çatmışdır. Oyuna görə çox əsəbi olmuş, çünki Adilin səhvləri ucbatından oyunu uduzmuşdurlar. Bu səbəbdən oyundan sonra meydandan soyunub-geyinmə otağına gedərkən Mickelsə Adilin whatsapp messenger proqramı vasitəsi ilə yazdığı mesaj barədə məlumat vermiş, Adil mesajı avtomatik silinməyə qoyduğundan yazışmalar silinmişdir, bu səbəbdən də Adillə arasında olan yazışmanı Mickelsə göstərə bilməmişdir. Mickels bunu eşitdikdən sonra təəccüblənmiş, başqa heçnə deməmişdir. xx.xx.2024-cü il tarixdə Mickels onu və Radenoviçi yanına çağırmış, Adilin və Giorgi Kantariyanın onlara nə dediyini soruşmuşdur. Özü və Radenoviç baş verənlər barədə Mickelsə məlumat vermiş, Radenoviç Adilin instagram şəbəkəsindən yazılan mesajı Mickelsə göstərmişdir. Bundan sonra Mickels bu barədə baş məqçiyə, daha sonra klubun baş meneceri Şahid4 və digər rəhbər heyətinə məlumat vermişdir. Bundan sonra klub daxilində ilkin sorğu-sual aparılmış, daha sonra Adil və Giorgi ilə bağlanmış müqavilələrə xitam verilmiş, həmin şəxslər komandadan uzaqlaşdırılmışdırlar. Bundan sonra klub rəhbərliyi baş verənlər barədə AFFA-ya rəsmi qaydada müraciət etmiş və araşdırma aparılmağa başlanmışdır. Adil komandadan uzaqlaşdıqdan sonra sonuncu ilə arasında hər hansı yazışma və danışıq olmamışdır. Lakin Giorgi komandadan uzaqlaşdırıldıqdan sonra ona və Radenoviçə +995 57425-72-73 mobil nömrəsindən “whatsapp” messenger proqramı vasitəsi ilə yazaraq günahsız olduğunu, Adilin ona şər atdığını bildirmişdir. Giorgi Kantaria ilə 2024-cü ilin dekabr ayından sonrakı tarixlərdə heç bir danışıq və yazışma aparmamışdır. xx.xx.2024-cü il tarixdə oyuna avtobusda gedərkən Giorgi Kantaria ona və Radenoviçə gülə-gülə zarafatyana ingilis dilində “bəlkə pul qazanaq” demiş, habelə pulla bağlı zarafatlar etmişdir. Lakin özü Giorginin bu sözlərini ciddiyə almamışdır. Özü heç vaxt idman manipulyasiyasını həyata keçirməmiş, heç vaxt bilərəkdən zəif çıxış etməmiş, oyunlarda bütün fiziki gücü ilə oynayıb qələbə qazanmağa çalışmışdır. Adil isə ona heç vaxt yazışmasında konkret olaraq hər hansı məbləğ təklif etməmiş, sadəcə ümumi sözlərlə “pul qazanaq” demiş, özü də Adilin bu təklifini qəbul etməmişdir. Sadəcə oyundan bir müddət sonra Təqsirləndirilən şəxs oyunu bilə-bilə manipulyasiya etməsi, bu məqsədlə mərc oyunlarına pul yatırması müəyyən edilmişdir. Onun bu proseslərdə hər hansı formada iştirakı olmamışdır. İdman mərc oyunlarına isə şəxsən və ya qeyrisinin vasitəsi ilə heç vaxt hər hansı məbləğdə pul vəsaiti yatırmamış, hər hansı qazanc əldə etməmişdir. Adil və Giorginin isə sözlərini ciddiyə almadığı üçün oyundan qabaq klub rəhbərliyinə heçnə deməmişdir.(1-ci cild, i. v. 64-67, 3-cü cild, i. v. 188-201) Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur və şahid həmin ifadəsində göstərmişdir ki, 2024-cü ilin iyul ayından etibarən Şamaxı futbol klubunda müdafiəçi qismində oynayır. Hazırda da həmin klubda qeyd etdiyi mövqedə çıxış edir. Müdafiəçi Təqsirləndirilən şəxs və yarımmüdafiəçi Giorgi Kantaria adlı futbolçuları Şamaxı futbol klubunda professional qaydada oynamağa başladıqdan sonra tanımış, həmin futbolçuların hər ikisi ilə münasibətləri normal olmuş, aralarında hər hansı yaxınlıq, ədavət və ya düşmənçilikləri olmamışdır. Kluba transfer olunanda Adil və Giorgi artıq həmin klubda çıxış etmişdirlər. Adil həm də klubun kapitanı olmuşdur. Azərbaycan Premyer Liqası çərçivəsində xx.xx.2024-cü il tarixdə “Şamaxı” futbol klubu ilə “Kəpəz” futbol klubu arasında “Şamaxı” şəhər stadionunda keçirilmiş oyunda əsas oyunçu qismində iştirak etmişdir. Adil həmin oyunda oynamamış, Giorgi oynamışdır. Həmin oyunun manipulyasiyası ilə bağlı nə Adil, nə Giorgi, nə də qeyriləri tərəfindən ona hər hansı təklif edilməmiş, nə də ki, başqa oyunçulara belə bir təklif edilməsini eşitməmişdir. Adil və Giorgi ilə eyni klubda oynamalanna baxmayaraq sonuncu ilə yaxın münasibətləri olmamışdır. “Zirə” FK ilə keçirilən oyun qabağı özü və digər komanda yoldaşları Şamaxı şəhər stadionunda məşq edib yaşadıqları “Şamaxı Palace” Hotelin inzibati binasına gəlmişdirlər. Səhv etmirsə xx.xx.2024-cü il tarixində, yəni xx.xx.2024-cü il tarixdə “Zirə” FK ilə “Şamaxı” FK-nın baş tutmalı oyuna bir neçə gün qalmış hoteldə kofe içərkən klubun kapitanı Təqsirləndirilən şəxs məxsus “nagıyev_ adil” adlı rəsmi “instagram” səhifəsindən onun həmin sosial şəbəkədə olan “Şahid2” adlı hesabına ismarıc gəldiyini görmüşdür. İsmarıc ingilis dilində yazılmış və orada Təqsirləndirilən şəxs ona qulaq asacağı təqdirdə onun üçün yaxşı təcrübə olacağını qeyd etmişdir. Özü isə Təqsirləndirilən şəxs klubun kapitanı olduğu üçün sonuncunun futbol və ya oyun barədə yaxşı bir təklif edəcəyini düşünmüşdür. Lakin bundan sonra Adil həmin hesabından ona 7312 otaqda olduğu bildirilmiş və həmin otağa dəvət etmişdir. Həmçinin orada ingilis dilində “Mən Kantariyayam, biz səni gözləyirik, ancaq heç kəsə demə tək gəl” ismarıc yazılmışdır. Düşünmüşdür ki, Adilin ingilis dili zərf olduğundan Kantaria ona ingilis dilində mesaj yazmaqda köməklik edir və həmin şəxslər birlikdədirlər. Lakin bunu dəqiq bilməmişdir. Çünki həmin vaxt artıq öz otağında olmuş və həmin təkliflə əlaqədar Adilə “mən professionalam və bu mənim işimdir” məzmunlu cavab yazıb imtina etməklə 7312 nömrəli otağa getməmişdir. Sonradan maraqlandıqda həmin nömrəli otaqda həqiqətən də Adilin qaldığını öyrənmiş, lakin sözügedən otağa getməmişdir. Ona görə də həmin otaqda ona daha dəqiq nə təklif ediləcəyini bilməmişdir. Həmin gün onlarla eyni klubda çıxış edən və “Şamaxı Palace” Hoteldə onunla bir kotecdə qalan Bakic ona Təqsirləndirilən şəxs whatsapp messenger proqramından yazaraq pula ehtiyacının olub-olmadığını soruşduğunu deyərək otağına dəvət etdiyini, özünün isə pula ehtiyacının olmadığını bildirdiyini demişdir. Hətta Bakiç həmin yazışmanı ona da göstərmişdir. Sonradan eşitdiyinə görə Adil həmin yazışmanı avtomatik silinməyə qoyduğu üçün silinmişdir, özü də Adilin profilindən ona yazılanlan Bakiçə göstərmişdir. Lakin özü və Bakic həmin vaxt buna əhəmiyyət verməmiş, Adilin klub kapitanı olduğu üçün onları yoxladığını fikirləşmişdirlər. xx.xx.2024-cü ii tarixdə Azərbaycan Kuboku çərçivəsində “Zirə” FK- “Şamaxı” FK arasında baş tutmuş oyun başlananadək Adilin onunla olan danışıq və yazışmaları barədə Bakiçdən başqa heç kəsə heçnə bildirməmişdir. Oyun zamanı Adil, Giorgi, özü və digər bir sıra oyunçular ilk 11-də oyuna başlamışdırlar. Təqsirləndirilən şəxs həmin oyunda kapitan olmuşdur. Oyun zamanı Adil və Giorginin çoxsaylı səhvləri olsa da bunu normal oyun səhvləri qəbul etmişdir. Fikrincə xüsusən də Adil çox zəif oyunçudur, mütəmadi oyunlarda çoxsaylı səhvlər buraxır. Hətta oyun zamanı Adil çoxsaylı səhvlər buraxdığı üçün baş məşqçi tərəfindən oyunun sonlarında əvəzlənmişdir. xx.xx.2024-cü ii oyun Zirə FK-nın Şamaxı FK-ya 3:1 hesabı ilə qalib gəlməsi ilə başa çatmışdır. Oyuna görə çox əsəbi olmuşdur, çünki Adilin səhvləri ucbatından oyunu uduzmuşdurlar. Bu səbəbdən oyundan sonra meydandan soyunub-geyinmə otağına gedərkən X31 hərəkətləri barədə məlumat vermişdir. xx.xx.2024-cü il tarixdə Mickels onu və Bakiçi yanına çağırmış, Adilin və Giorgi Kantariyanın onlara nə dediyini soruşmuşdur. Özü və Bakiç baş verənlər barədə Mickelsə məlumat vermiş, həmin zaman hətta özü Adilin instagram şəbəkəsindən ona yazılan yuxarıda qeyd etdiyi mesajı Mickelsə göstərmişdir. Bundan sonra Mickels bu barədə baş məqçiyə, daha sonra klubun baş meneceri Şahid4 və digər rəhbər heyətinə məlumat vermişdir. Daha sonra klub daxilində ilkin sorğu-sual aparılaraq Adil və Giorgi ilə bağlanmış müqavilələrə xitam verilmiş, həmin şəxslər komandadan uzaqlaşdırılmışdırlar. Bundan sonra klub rəhbərliyi baş verənlər barədə AFFA-ya rəsmi qaydada müraciət etmiş və araşdırma aparılmağa başlanmışdır. Adil komandadan uzaqlaşdıqdan sonra özünə məxsus instagram səhifəsindən onun instagram səhifəsinə “vanya” deyə müraciət etməklə yazaraq niyə onu klub rəhbərliyinə şikayət etdiyini, karyerasını sonlandırdığını demiş, bundan sonrakı dövrlərdə ətrafda onun karyerasına zədə gəlməməsi üçün bu barədə heç yerdə danışmamağını xahiş etmiş, oxşar məzmunlu mesajlar yazmışdır. Özü həmin yazışmaların bir hissəsinin ekran şəklini çəkərək klub rəhbərliyinə təqdim etmişdir. Bu danışıqlar 2024-cü ilin dekabr ayında oyundan sonrakı dövrdə dəqiq xatırlamadığı tarixdə olmuş, bundan sonra Adil ilə arasında hər hansı yazışma və danışıq olmamışdır. Habelə Giorgi komandadan uzaqlaşdırıldıqdan sonra ona və Bakiçə +995 57425-72-73 mobil nömrəsindən “whatsapp" messenger proqramı vasitəsi ilə yazaraq onun günahsız olduğunu, Adilin ona şər atdığını bildirmişdir. Giorgi Kantaria ilə də 2024-cü ilin dekabr ayından sonrakı tarixlərdə heç bir danışıq və yazışma aparmamışdır. xx.xx.2024-cü il tarixdə oyuna avtobusda gedərkən Giorgi Kantaria ona və Bakiçə gülə-gülə zarafatyana ingilis dilində “bəlkə pul qazanaq” demiş, habelə pulla bağlı zarafatlar etmişdir. Lakin Giorginin bu sözlərini ciddiyə almamış, hətta bu tip zarafatlar etməməyi ilə bağlı sonuncuya acıqlanmışdır. Özü heç vaxt idman manipulyasiyasını həyata keçirməmiş, heç vaxt bilərəkdən zəif çıxış etməmiş, bütün fiziki gücü ilə oynayıb qələbə qazanmağa çalışmışdır. Adil isə ona heç vaxt yazışmasında konkret olaraq hər hansı məbləğ təklif etməmiş, sadəcə ümumi sözlərlə “pul qazanaq” demiş, özü də Adilin bu təklifini qəbul etməmişdir. Sadəcə oyundan bir müddət sonra Təqsirləndirilən şəxs oyunu bilə-bilə manipulyasiya etməsi, bu məqsədlə mərc oyunlarına pul yatırması müəyyən edilmişdir. Onun bu proseslərdə hər hansı formada iştirakı olmamışdır. İdman mərc oyunlarına isə şəxsən və ya qeyrisinin vasitəsi ilə heç vaxt hər hansı məbləğdə pul vəsaiti yatırmamış, hər hansı qazanc əldə etməmişdir. Adil və Giorginin isə sözlərini ciddiyyə almadığı üçün oyundan qabaq klub rəhbərliyinə heçnə deməmiş, yalnız oyundan sonra demiş, instagram sosial şəbəkəsindən Adilin onu otağına dəvət etməsi ilə bağlı yazışmanın isə fotoşəklini klub rəhbərliyinə göstərib təqdim etmişdir.(1-ci cild, i. v. 68-71, 3-cü cild, i. v. 222-235) Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur və şahidin həmin ifadəsindən görünür ki, o, Şahid1 və Şahid2lə oxşar məzmunlu ifadə verərək sonuncuların ifadələrində göstərdikləri xüsusatlan təsdiq etmişdir.(4-cü cild, i. v. 39-43) Cinayət işinin materiallarında olan: - Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının 19 dekabr 2024-cü il tarixli “yarışlarda qeydə alınmış şübhəli məqamlarla əlaqədar müraciət”-dən görünür ki, “Şamaxı”-“Kəpəz” və Azərbaycan Kuboku çərçivəsində xx.xx.2024-cü il tarixində “Zirə”- “Şamaxı” qarşılaşmalarının nəticələrinin bəzi futbol funksionerləri tərəfindən bilərəkdən manipulyasiya olunması şübhəsi ortaya çıxmışdır.( 1-ci cild, i. v. 10) -Üzləşdirmə haqqında” 21 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Şahid2 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid2 ifadəsində söylədiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bildirməklə sonuncunun cinayət əməlini bir daha ifşa etmişdir.(1-ci cild, i. v. 72-75) --Üzləşdirmə haqqında” 21 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid1 ifadəsində söylədiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bildirməklə sonuncunun cinayət əməlini bir daha ifşa etmişdir.(1-ci cild, i. v. 76-79) -“Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə idman təşkilatı olan Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən təşkil edilmiş futbol üzrə Azərbaycan kubokunun 1/8 mərhələsi çərçivəsində “Zirə-Şamaxı” oyunu Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən X35 Kompleksinin stadionunda keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs məhz həmin stadionu göstərərək qeyd edilən oyunun həmin tarixdə orada baş tutduğunu təsdiqləmiş, daha sonra həmin oyunun saat 19:00-da başladığını, özünün və Giorgi Kantarianın əsas oyunçu qismində oyunda olduğu, həmin oyunda həmçinin klubun kapitanı olduğu, oyun zamanı aralarındakı razılaşmaya əsasən canlı mərc etməli olan Orxan Əsədli adlı tanışının əynində tünd qırmızı-rəngli gödəkçə ilə həmin vaxt sözügedən stadionda ehtiyat oyunçu skamyalarının arxasındakı hissələrdən birində əyləşdiyini, özünün stadiondan Orxanı, Orxanın da onu müşahidə etdiyini, razılaşmalarına əsasən oyun zamanı Orxanın ilk 10 dəqiqədə ayağa qalxıb ona işarə verməklə canlı mərc etməli olmasına baxmayaraq sonuncunun oyunun 30-cu dəqiqəsində ayağa qaldığını, həmin vaxtlar Şamaxı futbol klubunun Zirə futbol klubuna 2:0 hesabı ilə məğlub olduğu ərəfələr olduğu, canlı mərcdən sonra iki qol buraxmalı olduqları, lakin Giorgi Kantaria ilə birlikdə bilə-bilə nə qədər “səhv” və “passiv hərəkətlər etmələrinə, cərimə meydançasında rəqib oyunçuların formalarını çəkib penalti epizodu yaratmaq istəmələrinə və digər oxşar əməllərinə baxmayaraq rəqibin yalnız bir qol vura bildiyi, özlərindən isə Brahim Konate adlı oyunçunun gözlənilmədən rəqibə qol vurduğu, bununla da hesabın 3:1 hesabı ilə Şamaxı futbol klubunun məğlubiyyəti ilə nəticələndiyini, hesab 5:1 olmadığı üçün canlı mərc üçün Orxana verdiyi 30.000 manat pul vəsaitinin hamısının batdığını, Şahid10 atası vasitəsi ilə mərc etdiyi kuponlara yatırılan 8.233 manat pul vəsaitinin də “Şamaxı-Zirə” oyununa münasibətdə tutmasına baxmayaraq həmin kuponlarda yazılan “Sumqayıt-Moik” oyunu əsas vaxtda bərabərə bitməsi səbəbindən uduşsuz olduğunu, həmin məbləğin də batdığını, etdiyi əməldən peşman olduğunu bildirmiş, oyunun keçirildiyi kompleksi, stadionu, oyun zamanı bilə-bilə “səhv” və “passiv hərəkətlər” etmələrindən sonra Zirə futbol klubunun oyunçularının qol vurduqları qapıları, Orxan Əsədli adlı şəxsin təqribən əyləşdiyi yeri, özünün oyun zamanı tutduğu mövqeni əyani olaraq göstərmişdir.(3-cü cild, i. v. 130-143) -“Mobil telefona baxış keçirilməsi barədə” 21 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “İphone 12 Pro max” markalı mobil telefon aparatı işlək vəziyyətdədir. Telefonda tarix və vaxt düzgündür. Telefondakı mobil nömrə 055 947-27-27-dir. Mobil telefonun “Kontaktlar” bölməsinə baxış keçirərkən Təqsirləndirilən şəxs 055 232- 43-40 mobil nömrə istifadəçisini “Nazir”, 055 ***-**-** mobil nömrə istifadəçisini “Elsad dayi”, 050 ***-**-** mobil nömrə istifadəçisini “Elgun Nebiev” adı ilə qeydiyyatdan keçirtməsi müəyyən edilmişdir.(4-cü cild, i. v. 112-115) -Şahid5 istintaqa təqdim etdiyi “səs yazısına baxış keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, həmin səs yazısı 5 dəqiqə 35 saniyə həcmindədir. Səs yazısında deyilir: 'Ayxan müəllim day nə deyim e (fasilə). Prosta sadəcə bir dənə səs atdım ki, onsuzda elə bir şeydi ki (fasilə). Yəni bu nə bilim e (fasilə). Yəni çox biabırçı bir şeydir də yəni. Bunu da mən (fasilə). Burda heç kimin günahı yoxdur, öz günahım mənimdir, Bico da mənim yanımda olub. Sadəcə mən ona dobavit (məcbur) elədim ki, sənin üçün nə tafotu (fərqi) var?!, sən yaz bir dənə fsyo (vəssalam). Bico heç nəyə də getməyib, heç nə də eləməyib. Bir dənə mən Bicoya şey elədim ki, yaz bir dənə, draznit elədim (bezdirdim). Beynini xarab elədim ki, sən legionersən zad belə. Söhbət də odur ki Ayxan müəllim, açıq deyəcəm, amma İnşaallah ki, nə bilim söhbət öz aramızda qalar, ya qalmaz bilmirəm, yəni sən ən çox mənə güvənmisən, şeydə də, yəni belə vəziyyətdə də səni nəinki podvalit elədim (pis vəziyyətdə qoydum), öz həyatımı məhv elədim, kariyeramı. Yəni ki burda heç kim olmayıbdı. Nə də ki mən kimdənsə nəsə 5, 3 manat alıb bu şeyə getməmişəm. Mən yəni belə deyime, külli miqdarda öz vəsaitimlə şey eləmişəm. Ehtiyacım var idi ki lap belə bəzi şeylərə görə pula. Nə bilime insanıq da (fasilə). Şeytana uyduq (fasilə). Nə bilim yəni deyim nəsə sözüm də yoxdur, üzüm də gəlmir nəsə deməyə. Yəni mən elə adamam ki, başımla cavabdehəm ki, ömür boyu belə bir şey eləməmişəm. Həyatımda birinci dəfə idi, o da fikirləşdim ki kubok oyunudu, lazımsızdı (fasilə). Belə deyim də onlar da, heç kim də, hamı da otkaz gedibdi (imtina ediblər). Başa düşdün?! Yəni mən də neynəmişəm, tək özüm şeyimi eləmişəm, yəni açıq deyirəm. Həyatımda birinci dəfə olubdu. O da ki heç özümdə yəni bilmirəm nə (fasilə). Şeytana uydum da belə deyim. Sadəcə deyirəm ki, bu söhbəti böyütmüyək də. Çünki bu gün yəni problem yoxdure mən komandasız qalım, futbolu atım, amma ki söhbət şişirdilsə gedəcək ora bura, çağıracaqlar ora bura. Orda belə yerlər var ki adamın olmayan şeyi də boynuna qoyurlar. Yəni bu söhbət (fasilə). Onsuzda mən komandadan çıxdım da yəni. Hamı da şey elədi ki Adilin söhbətinə görə. Qışda da ayrıldıq, dedim problemli ailəmə görə. Yəni sadəcə futbolda heç kim məni götürməsin, amma bu şey böyüsə, yəni hamı bilsə ki (fasilə) Allahaqqı gərək mən yaşamayım. Çünki mən ömür boyu belə şey eləməmişəm, belə olmamışam, bunu özümə qəbul eləyə bilmirəm. Bunu da kimsə qıraqdan da mənə elə bir kəlmə bunu desə (fasilə) Qurana and olsun gərək özümü öldürüm. Yəni açıq deyirəm belə bir şey heç vaxt qəbul eləməmişəm. İki uşağım var, mən onları elə böyütmüşəm ki, heç kim mənə görə artıq bir kəlmə söz deməsin. Nəbilim (fasilə). Yəni bunu öz aramızda. Prosta (sadəcə) Kamran müəllimə də şey elədim. O bir az şey adamdır, deyə bilmirəm ona. Ən azından sizi tanıyıram illərdir (fasilə). Bu söhbətlər də öz aramızda qalsın. Bir dənə xahiş edirəm sizdən yəni, əgər şeydirsə söyüş söhbətini bir kəlmə bağlayın ki onsuzda Adil komandadan çıxdı. Onsuzda araşdırsalar da məndən başqa heç kimi şey eləməyəcəklər, yəni heç kim də yoxdur. Ay Rikardodur, (anlaşılmayacan söz), yəni o mümkünsüz bir şeydir. Başımla otveçatam (cavabdehəm), cavabdehəm. Yəni başqa heç kim də yoxdur. Mən də öhdəliyimə götürmüşəm, mən də çıxdım komandadan. Yəni başqa istəmirəm ki sabahsı gün siz də elə gücünüz çatırsa, yəni siz desəz bəlkə sizə qulaq asarlar (fasilə). Yəni bu söhbət Adil çıxdı bağlandı. Yəni Adillə denən danışdım, nədir nə deyil dedi, bir dənə xahiş elədi ki bu söhbət burda qalsın, səhvdir, nəbilim nədir, ailəsi, uşağına görə bu söhbəti bağışlayaq, hara da götürər götürməz özü bilər, yəni amma bu söhbət şişməsin. Araşdırmalar getsə bölməyə də zada da gedəcəm, mənim başım ağrıyacaq. Yəni elə şeylər olacaq ki, baş ağrısı deyile, elə şeylər olacaq ki adamı da biabırçılıqdır da. Gör gücünüz çatırsa, nə şeydirsə Ayxan müəllim bəs (fasilə). Siz də bağışlayın ki belə bir hərəkət elədim sizə. Yəni ən çox mənə inanan adam idiz (fasilə). Nəbilim şeytana uydum (fasilə). Yəni mən də nəsə ordan pul zad götürməmişəm, Allaha and olsun. Heçnə (fasilə), mən nə deyim ?! Deyiləsi sözüm yoxdur sizə. Nə deyə bilərəm ?! Heçnə, deməyə sözüm yoxdur. Sadəcə yəni mənim o ad söhbəti zadı çıxsa (fasilə). Mənim iki uşağım da var, mən onlara görə nəbilim gərək özüm-özümə, mən belə olmamışam, elə də yaşaya bilmərəm. Araşdırma da getsə uje (artıq) deyəcək qurumlar ora bura, futbol aləmi zad, uje (artıq) biabırçılıq olacaq. Onsuzda biabırçılıqdıre. Prosta (sadəcə) yəni daha uje (artıq) biri var burda indi siz özünüz bağlayasız, biri də var bütün Azərbaycan futbolu. Gərək vallah ondan sonra heçnə belə yaşamaqdansa yaşamayasan, öləsən. Yenə də nəbilim, dedim, nə var sizə dedim. İnanıram ki bu öz aramızda qalacaq. Siz də tədbir edib bu söhbəti bağlayarsız, heç kim də bilməz. Rəhbərliyə də deyərsiniz, yəni sizə qulaq asarlar da onsuz, sizin hər sözünüz həmişə keçib. Nəysə də nədisə də o da olsun problem yoxdur. Həmin səs yazısı Təqsirləndirilən şəxs istintaqa ifadə verərkən təqdim edilmiş və sonuncu dinlədikdən sonra həmin səs yazısının ona məxsus olduğunu təsdiqləyərək bildirmişdir ki, həmin səs yazısını özünün “whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə xx.xx.2024-cü il tarixli “Zirə” - “Şamaxı” oyununun manipulyasiya edilməsi aşkarlandıqdan sonra Şamaxı futbol klubunun baş məşqçisi Şahid5 göndərdiyini, orada “Bico” dedikdə Giorgi Kantarianı nəzərdə tutduğunu, həmin səs yazısında Giorgi Kantarianın günahı olmadığını, sadəcə sonuncu adının çox hallanmamasını xahiş etdiyi üçün dediyini, əslində Giorgi Kantarianın xx.xx.2024-cü il tarixli “Zirə” - “Şamaxı” oyunu zamanı onunla birlikdə bilə-bilə passiv hərəkət və hərəkətsizliklər etdiyi, hər şeyin ifadəsində göstərdiyi qaydada olduğunu bildirmişdir.(1-ci cild, i. v. 94-95,168-169, 4-cü cild, i. v. 186-193) -Vasililje Radenoviçin dindirilməsi haqqında protokola əlavə edilən “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə aparılmış yazışmaların surətindən görünür ki, Təqsirləndirilən şəxs məxsus “nagıyev_ adil” adlı rəsmi “instagram” səhifəsi ilə “Şahid2” adlı instagram səhifəsi arasında xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində yazışmalar aparılmışdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus “nagıyev_ adil” adlı rəsmi “instagram” səhifəsindən ingilis dilində Şahid2 məşq edərkən olan paylaşımma qeyri-etik ifadə işlədilməklə zarafat edilməsi, sonuncunun eyni qeyri-etik ifadə ilə cavab verməsi, ardınca Şahid2 hazırda məşqdə olub-olmaması soruşulmuş, sonuncu da indi bitirdiyini cavab vermişdir. Daha sonra Şahid2 “sən kubokda oynayassan, qardaş” deyə soruşmuş, “nagıyev_ adil” adlı rəsmi “instagram” səhifəsindən “hə mən kapitanam” cavabı verilmişdir. Sonra “nagıyev_ adil” adlı rəsmi “instagram” səhifəsindən “sən oynayacaqsan?, dincələcəksən?" məzmunlu sual verilmiş, Şahid2 isə “Mən bilmirəm, mən əcnəbiyəm burada, mən heçnə bilmirəm” cavabını vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs məxsus həmin səhifədən “əgər mənə qulaq assan, hər şey yaxşı bir təcrübədir” məzmunlu sms yazılması, cavabında “Narahat olma, həmişə" sms-nin yazıldığı, daha sonra Təqsirləndirilən şəxs məxsus səhifədən “Gəl qardaş, mənim otağıma, mən danışıram, 7312”, “Mən Kantariyayam, səni gözləyirik. Amma heç kimə demə. Tək gəl” məzmunlu sms yazılması, cavabında isə Şahid2 tərəfindən “Yox qardaş təşəkkürlər, mən peşəkaram. Bu mənim işimdir, hər şey yaxşıdır” sms-nin yazıldığı müəyyən edilmişdir. Bundan əlavə, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus “nagıyev_ adil” adlı rəsmi “instagram” səhifəsindən “Şahid2” adlı instagram səhifəsinin paylaşımma reaksiya verilməklə ingilis dilində yazışma aparılmağa başlanılmış, həmin yazışma zamanı Təqsirləndirilən şəxs məxsus “nagıyev_ adil” adlı rəsmi “instagram" səhifəsindən Şahid2 müraciət edilərək onun həyatını və karyerasını məhv etdiyi, buna görə komandadan çıxdığı, bu məsələlərin böyüməsində onun günahkar olduğu yazılmışdır. Şahid2 isə “Yox, mən sənin həyatını və karyeranı məhv etmədim, bunu özün etdin. Mən olmayan bir şeyi demədim. Yaxşı, narahat olma. Daha heçnə deməyəcəyəm” məzmunlu cavab yazmışdır. Bundan sonra “nagıyev_ adil” adiı rəsmi “instagram” səhifəsindən oxşar məzmunlu sözlər yazılmış, yekunda komandadan ayrıldığını, övladlarının və kariyerasının olduğunu bildirərək bu məsələnin böyüməməsini, bağlanmasını xahiş etmiş, Şahid2 isə narahat olmamağını bildirmişdir.(3cü cild, i. v. 84-86, 228-235, 4-cü cild, i. v. 81-83, 163-170) -Vasililje Bakiçin dindirilməsi haqqında protokola əlavə edilən “Whatsapp” ani mesajlaşma tətbiqi ilə bağlı hissənin fotoşəklindən görünür ki, Vasililje Bakiçin istifadəsində olan mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan +99455947-27-27 mobil nömrəsi arasında həmin tətbiq vasitəsi ilə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə yazışma olmuş, lakin Təqsirləndirilən şəxs tətbiqdəki profili silinmə rejiminə qoyulduğu üçün həmin yazışmalar avtomatik qaydada silinmişdir.(3-cü cild, i. v. 195, 4-cü cild, L v. 171-172) - "xxxx" Açıq Səhmdar Cəmiyyətindən Baş idarəyə daxil olmuş xx.xx.2025-ci il tarixli, 23/25 nömrəli və xx.xx.2025-ci il tarixli, 35/25 nömrəli məktublar və onlara əlavə edilən məlumat cədvəllərinə, Şahid10 xx.xx.2025-ci il tarixdə istintaqa təqdim etdiyi, X11 xx.xx.2025-ci il tarixli dindirmə protokoluna əlavə etdiyi kuponlann surətlərinə, habelə internet informasiya ehtiyatlarında olan məlumatlara baxış keçirilməsi barədə xx.xx.2025ci il tarixli protokoldan görünür ki, X3 etdiyi “101340” nömrəli Topaz məntəqəsindən oyunlar başlamamışdan qabaq, yəni xx.xx.2024-cü il tarixdə, saat 21:32-21:33 intervahnda əmsal 1,52-dən hesablanaraq hər birində 200 AZN məbləğində 4 kupon (bilet) üzrə ümumilikdə 800 manat məbləğində pul vəsaiti mərc edilmiş, mərcin yekununda hər kupon (bilet) üzrə 653,61216 AZN yekun uduş məbləği əldə edilmişdir. Həmin biletlərin nömrələri 40226119, 40226200, 40226217, 40226247 olmuş, hamısında mərcin məzmunu isə Azərbaycan Premyer liqası çərçivəsində xx.xx.2024-cü il tarixdə keçiriiən 'Kəpəz FK- Şamaxı FK” oyununda Kəpəz FK-nın uduzmayacağı, Azərbaycan Premyer liqası çərçivəsində xx.xx.2024-cü il tarixdə keçirilən “Zirə FK-Sumqayıt FK” oyununda Zirə FKnın qələbəsi, Azərbaycan Premyer liqası çərçivəsində xx.xx.2024-cü il tarixdə keçirilən “Neftçi Bakı PFK - Qarabağ FK” oyununda “Qarabağ” FK-nın qələbəsi, Azərbaycan Premyer liqası çərçivəsində 29.112024-cü il tarixdə keçirilən “Araz Naxçıvan PFK - Turan Tovuz FK” oyununda “3.5 alt” qeyd edilmişdir. Yekun hesab “Kəpəz FK-Şamaxı FK” oyununda Kəpəz FK-nın 1:0 hesabı ilə, “Neftçi Bakı PFK - Qarabağ FK" oyununda Qarabağ FK-nın 0:3 hesabı ilə, “Zirə FK-Sumqayıt FK” oyununda “Zirə” FK-nın 4:1 hesabı ilə, “Araz Naxçıvan PFK - Turan Tovuz FK” oyununda “Araz Naxçıvan” PFK-nın 1:0 hesabı ilə qalib gəlməsi ilə başa çatmışdır. -Bundan əlavə, X3 etdiyi “101340” nömrəli Topaz məntəqəsindən oyunlar başlamamışdan qabaq, yəni xx.xx.2024-cü il tarixdə, saat 15:06-da 40515772, 40515774, 40515776 nömrəli kuponlar (biletlər) üzrə 1,61 əmsaldan hesablanaraq hər birində 1.İ11 AZN məbləğində, həmin tarixdə saat 15:23-də 40516269 nömrəli kupon (bilet) üzrə 1,54 əmsaldan hesablanaraq 100 AZN məbləğində olmaqla ümumilikdə 4 kupon (bilet) üzrə 3.433 AZN məbləğində pul vəsaiti mərc edilmişdir. Habelə X1 etdiyi “101107” nömrəli Topaz məntəqəsindən oyunlar başlamamışdan qabaq, yəni xx.xx.2024-cü il tarixdə, saat 15:06-15:07 intervalında 40515781, 40515783, 40515794 nömrəli kuponlar (biletlər) üzrə 1,61 əmsaldan hesablanaraq müvafiq olaraq 1.000 AZN, 1.000 AZN, 700 AZN məbləğlərində, həmin tarixdə saat 15:20-də 40516159, 40516163 nömrəli kuponlar (biletlər) üzrə 1,54 əmsaldan hesablanaraq hər birində 1.000 AZN məbləğində, həmin tarixdə saat 15:23-də 40516269 nömrəli kupon (bilet) üzrə 1,54 əmsaldan hesablanaraq 100 AZN məbləğində olmaqla ümumilikdə 6 kupon (bilet) üzrə 4.800 manat məbləğində pul vəsaiti mərc edilmişdir. Həmin kuponların (biletlərin) hamısında mərcin məzmunu Azərbaycan Kuboku çərçivəsində xx.xx.2024-cü il tarixdə keçirilən “Zirə” FK - “Şamaxı” FK oyununda “Şamaxı” FK-nın əsas vaxtda məğlubiyyəti, Azərbaycan Kuboku çərçivəsində xx.xx.2024-cü il tarixdə keçirilən “Sumqayıt” FK - “MOİK Bakı” FK oyununda “Sumqayıt” FK-nın əsas vaxtda qələbəsi və Azərbaycan Kuboku çərçivəsində xx.xx.2024-cü il tarixdə keçirilən “Neftçi Bakı” PFK - “Difai Ağsu” FK oyununda isə əsas vaxtda 4 qol vurulacağı ilə bağlı olmuş, xx.xx.2024-cü il tarixdə hər iki məntəqədən qeyd edilən qaydada oyunlara ümumilikdə 8.233 manat məbləğində pul vəsaiti mərc edilmişdir. Yekun hesab “Neftçi Bakı PFK - Difai Ağsu FK” oyununda Neftçi Bakı PFK-nın 6:0 hesabı ilə, “Zirə FK- Şamaxı FK” oyununda Zirə FK-nın 3:1 hesabı ilə, “Sumqayıt FK - MOİK Bakı FK” oyununda Sumqayıt FK-nın 3:1 hesabı ilə qalib gəlməsi ilə başa çatmışdır. xx.xx.2024-cü il tarixli həmin kuponlar üzrə Sumqayıt FK-nın qələbə qazanmasına baxmayaraq “Sumqayıt FK - MOİK Bakı FK” oyununun əsas vaxtda 1:1 hesabı ilə bərabərə bitməsi səbəbindən hər hansı uduş əldə edilməmişdir.(1-ci cild, i. v. 38-47, 3-cü cild, i. v. 166-179, 4-cü cild, İ. v. 126-129, 140- 143,153-161) -“Şamaxı futbol klubu” X10 Futbol Federasiyaları Assosiasiyasına ünvanladığı xx.xx.2024-cü il tarixli, 02-12/24 nömrəli məktubunda Şamaxı futbol klubunun Təqsirləndirilən şəxs və Giorgi Kantaria ilə aralarında olan peşəkar futbolçu müqavilələrinə qarşılıqlı razılıq əsasında xitam verdiyini, buna səbəbin Azərbaycan kuboku çərçivəsində xx.xx.2024- cü il tarixdə keçirilən “Zirə-Şamaxı” oyunundan sonra adıçəkilən iki futbolçu tərəfindən həmin oyunun nəticəsinə təsir edə bilən qanunsuz davranışlar ilə bağlı əsaslı şübhələrin olduğu, klub daxili aparılan araşdırmalar nəticəsində bu oyunçuların “oyun alqısatqısı” ilə bağlı müəyyən əməliyyatlarda iştirak edə bilməsi 'ilə bağlı şübhələrinin olmasını qeyd edilmiş və həmin xüsusatlar üzrə araşdırma aparılması xahiş edilmişdir.(3-cü cild, i. v. 49) -Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 1982/12-17 nömrəli məktubunda AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırma, həmçinin köməkçi mənbələrdən əldə edilən məlumatlar, xüsusən də UEFA-dan AFFA-ya daxil olan sirkulyar məktublara əsasən Premyer Liqanın 15-ci turu çərçivəsində xx.xx.2024-cü il tarixdə keçirilmiş “Şamaxı- Kəpəz” və Azərbaycan kuboku çərçivəsində xx.xx.2024-cü il tarixdə keçirilmiş ‘‘Zirə-Şamaxı” qarşılaşmalarının nəticələrinin bəzi futbol funksionerləri tərəfindən bilərəkdən manipulyasiyası olunması şübhəsinin ortaya çıxması qeyd edilmiş və bununla bağlı araşdırma aparılması xahiş edilmişdir.(91-ci cild, i. v. 10) - Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının xx.xx.2025-ci il tarixli, 327/03- 17 nömrəli məktubuna əlavə edilmiş UEFA-dan göndərilən sənədlərdə Azərbaycan Premyer Liqanın 15-ci turu çərçivəsində xx.xx.2024-cü il tarixdə keçirilmiş “Şamaxı-Kəpəz” oyunu ilə bağlı qeyd edilmişdir ki, sözügedən oyun san (İİİ səviyyə) şübhəli oyunlar kateqoriyasına aiddir. Həmin oyunda ikinci hissədən sonra səfər komandasının xeyrinə mərclər edilmiş və mərclər uğurlu olmuşdur. “Şamaxı” FK potensial şübhəli komandadır.(3cü cild, i. v. 90-95, 4-cü cild, i. v. 84-90) - Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının xx.xx.2025-ci il tarixli, 327/03- 17 nömrəli məktubuna əlavə edilmiş UEFA-dan göndərilən sənədlərdə Azərbaycan Kuboku çərçivəsində xx.xx.2024-cü il tarixdə keçirilmiş “Zirə” FK - “Şamaxı” FK oyunu ilə bağlı qeyd edilmişdir ki, sözügedən oyun sarı (İİİ səviyyə) şübhəli oyunlar kateqoriyasına aiddir. Səfər komandası olan “Şamaxı” FK potensial şübhəli komandadır. Həmin oyunda Zirə FK 2:1 hesabı ilə üstünlüyü ələ keçirdikdən sonra həmin komandanın xeyrinə mərclər olmuşdur. Belə ki, oyunun gedişində “Zirə” FK-nın hesabı 2-1 olarkən üstünlüyünü artırmasına dair Asiya mərc bazarlarında müşahidə olunan əmsal dəyişiklikləri ilə bağlı narahatlıqlar mövcuddur. Eyni zamanda oyunda ən azı 4 qol olacağına dair əmsal dəyişiklikləri ‘Zirə” FK-nın dəstəkləndiyi vaxt aralığında diqqətçəkici olub. Betfair platformasında mərclərin həcmi yüksək olmasa da Asiya bazarlarında müşahidə olunan narahatlıqlarla üst-üstə düşən bir tərəfli bazar dinamikası qeydə alınıb. Belə ki, tam vaxt üzrə mərc bazarında “Zirə” FK ümumi dövriyyənin 97 faizini təşkil edib. Hər iki bazar “Zirə” FK-nın 2-1 öndə olduğu anda qeyri-adi davranış nümayiş etdirib. Belə ki, oyun əmsalları bazarında qoyulmuş 27.131 funt sterlinq (61.156 AZN) pul vəsaitinin təqribən 18.000 funt sterlinq məbləğində olan hissəsi “Zirə” FK 2:1 hesabı ilə öndə olarkən yerləşdirilmişdir. Oyun üzrə iştirakçılar tərəfindən qol sayı ilə bağlı qoyulmuş mərclərin yarısı uğursuz olmuşdur. Həmin oyun UEFA tərəfindən orta səviyyəli şübhəli oyun kimi qiymətləndirilmişdir.(3-cü cild, i. v. 96-107,4-cü cild, i. v. 91-110) - Azərbaycan Futbol Federasiyalan Assosiasiyasının xx.xx.2025-ci il tarixli, 327/03- 17 nömrəli məktubuna və “Şamaxı futbol klubu” ictimai birliyinin xx.xx.2025-ci il tarixli, 02- 04/25 nömrəli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Misli Premyer Liqasının 15-ci turu çərçivəsində “Şamaxı-Kəpəz” oyunu xx.xx.2024-cü il tarixdə Şamaxı şəhər stadionunda keçirilmiş, oyun saat 14:30 -da başlamış, 95 dəqiqə davam etmiş, Giorgi Kantaria əsas oyunçu qismində meydanda olmuş, sonuncu qeyri-idman hərəkətinə görə 90+1-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılmış, oyunun 69-cu dəqiqəsində “Kəpəz” FK-nın X40 Henrique adlı oyunçusu “Şamaxı” FK-nın qapısına qol vurmuş, oyun “Kəpəz” FK-nın “Şamaxı” FK-nı 1:0 hesabı ilə məğlub etməsi ilə başa çatmışdır. Azərbaycan Kubokunun 1/8 finalı mərhələsində “Zirə-Şamaxı” oyunu xx.xx.2024-cü il tarixdə X36 Kompleksinin stadionunda keçirilmiş, oyun saat 19:00-da başlamış, 94 dəqiqə davam etmiş, Təqsirləndirilən şəxs və Giorgi Kantaria əsas oyunçu qismində meydanda olmuş, Giorgi Kantaria oyunun 76-cı dəqiqəsində Emin Zamanovla, Təqsirləndirilən şəxs isə oyunun 88-ci dəqiqəsində Rafael Məhərrəmli ilə əvəzlənmiş, oyun zamanı “Zirə” FK-nm İron Gomes adlı oyunçusu oyunun 12-ci dəqiqəsində, “Zirə” FK- nın Ceyhun Nuriyev adlı oyunçusu oyunun 24-cü dəqiqəsində, “Zirə” FK-nm Yusuf Lawai adh oyunçusu oyunun 52ci dəqiqəsində “Şamaxı” FK-nın qapısına, “Şamaxı” FK-nın Brahim Konate adlı oyunçusu isə oyunun 41-ci dəqiqəsində “Zirə" FK-nın qapısına qol vurmuş, oyun Zirə FK-nın Şamaxı FK- nı 3:1 hesabı ilə məğlub etməsi ilə başa çatmışdır.(1-ci cild, i. v. 186-187, 200-201, 3cü cild, i. v. 1-70) - Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının xx.xx.2025-ci il tarixli, 327/03- 17 nömrəli məktubuna əlavə edilmiş “elektron yaddaş qurğusuna baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Misli Premyer Liqasının 15-ci turu çərçivəsində xx.xx.2024-cü il tarixdə Şamaxı şəhər stadionunda keçirilmiş “Şamaxı-Kəpəz” oyununa baxış zamanı bunlar müəyyən edilmişdir oyun 95 dəqiqə davam etmiş, Giorgi Kantaria əsas oyunçu qismində meydanda olmuş, sonuncu qeyri-idman hərəkətinə görə 90+1-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılmış, oyunun 69cu dəqiqəsində “Kəpəz” FK-nın X40 Henrique adlı oyunçusu “Şamaxı” FK-nın qapısına qol vurmuş, oyun Kəpəz FK-nm Şamaxı FK-nı 1:0 hesabı ilə məğlub etməsi ilə başa çatmışdır. Həmin oyun zamanı stadionda azarkeşlər olması müşahidə edilsə də azarkeşlərə münasibətdə çəkilişlərin uzaq məsafədən və qısa olması səbəbindən onların şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Oyunun 4-cü dəqiqəsinin 58-ci saniyəsində “Şamaxı” futbol klubunun oyunçusu Giorgi Kantaria komanda yoldaşı tərəfindən ona ötürülən topu saxlayıb cərimə meydançasının yaxınlığında olan digər komanda yoldaşına ötürməklə rəqib üçün təhlükəli vəziyyət yaratmaq imkanı olsa da topu saxlaya bilməmə imitasiyası yaratmış, nəticədə rəqib topu ələ keçirmişdir Oyunun 31-ci dəqiqəsinin 20-ci saniyəsində Giorgi Kantaria heç bir zərurət olmadan qayda pozuntusu törədir, nəticədə rəqibin cərimə zərbəsi yerinə yetirməsinə səbəb olur. Oyunun 40-cı dəqiqəsinin 42-ci saniyəsində Giorgi Kantaria cərimə meydançasının yaxınlığına qayda pozuntusu törədir, nəticədə rəqibin cərimə zərbəsi yerinə yetirməsinə və Şamaxı FK-nın qapısı qarşısında qol vurulması təhlükəsinə səbəb olur, lakin rəqib bu imkandan istifadə etsə də qol vura bilmir. Şamaxı futbol klubunun digər oyunçuları Kəpəz FK-ya məğlub olmamaq, üçün bütün qüvvə ilə mübarizə aparan zaman oyunun 87-ci dəqiqəsinin 56-cı saniyəsində Giorgi Kantaria rəqibin cərimə meydançasına doğru irəliləmək imkanı olmasına baxmayaraq gözlənilmədən geriyə ötürmə edərək oyun tempini aşağı salır, hətta həmin vaxt rəqib topu ələ keçirib əks hücumla Şamaxı FK-nm qapısı qarşısında təhlükəli vəziyyət yarada bilərdi. Lakin Fəqib topu əiə keçirə bilmir. Oyunun 88-ci dəqiqəsinin 11-ci saniyəsində qarşısına gələn topu ələ keçirmək imkanı olsa da nisbətən ləng hərəkət edərək faktiki olaraq rəqibin topu başqa komanda yoldaşına ötürərək əks hücuma çıxmasına şərait yaradır, həmin vaxt isə topun ardınca gedib mübarizə aparmaq əvəzinə yerə yıxılmış rəqib komandanın oyunçusunu ayağa qaldırır. Oyunun 88-ci dəqiqəsinin 28ci saniyəsində qarşısından keçən topu ələ keçirmək imkanı olsa da nisbətən ləng hərəkət edərək faktiki olaraq rəqibin topu başqa komanda yoldaşına ötürərək Kəpəz FK-nin hücumu davam etdirməsinə səbəb olur, yarımmüdafiəçi kimi üzərinə düşən öhdəlikləri icra etmir. Oyunun 90-cı dəqiqəsinin 17-ci saniyəsində Giorgi Kantaria bilərəkdən aut atışım səhv yerinə yetirir, oyun tempini aşağı salır, hakim bunu müşahidə edərək aut atışının yenidən yerinə yetirilməsini tapşırır, həmin vaxt rəqib oyunçuları ilə Şamaxı futbol klubunun oyunçularından biri mübahisə edərkən Giorgi Kantaria gəlib rəqib oyunçunun formasının arxasından tutub kənara aparır, həmin vaxt mübahisə daha da kəskinləşir, bunu görən hakim isə Giorgi Kantarianı sarı vərəqə ilə cəzalandırır. Ümumiyyətlə, oyun boyu “Şamaxı” futbol klubunun oyunçusu Giorgi Kantarianın tutduğu mövqeni tez-tez tərk etməsi, rəqibə “yalnış ötürmə” imitasiyası yaradaraq ötürmə etməsi, komanda yoldaşlarına zəif sürətli ötürmələr etməklə rəqibin həmin topu ələ keçirməsinə şərait yaratması, rəqib cərimə meydançasında olarkən onlarla mübarizə aparmaq imitasiyası yaradaraq rəqibin zərbə endirməsinə müdaxilə etmək imkanına malik olmalarına baxmayaraq etməməsi və digər oxşar situasiyalar oyunun gedişatına və nəticəsinə birbaşa təsir etmiş, yekunda Kəpəz FK həmin oyunda Şamaxı FK-nı 1:0 hesabı ilə məğlub etmişdir. Bundan əlavə, Azərbaycan Kubokunun 1/8 finalı mərhələsində xx.xx.2024-cü il tarixdə X36 Kompleksinin stadionunda keçirilmiş “Zirə-Şamaxı” oyununa baxış zamanı bunlar müəyyən edilmişdin həmin oyun 94 dəqiqə davam etmişdir. Oyunda “Zirə” futbol klubunun oyunçularının geyimi açıq mavi rəngli, “Şamaxı” futbol klubunun oyunçularının geyimi bənövşəyi rəngli olmuşdur. Oyun zamanı “Şamaxı” futbol klubunun kapitanı Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs klub daxilində nömrəsi “4” olmuş, geyimin arxa hissəsi üzərində “Nağıyev” sözü və "4” rəqəmi əks olunmuş, habelə sonuncunun sol qoluna klubunun kapitanı olmasını təsdiqləyən sarı rəngli sarğı bağlanmışdır. Təqsirləndirilən şəxs əsas oyunçu qismində 88 dəqiqə meydanda müdafiəçi qismində olmuş, oyunun 88-ci dəqiqəsində Şamaxı futbol klubunun digər oyunçusu Rafael Məhərrəmli ilə əvəzlənmişdir. “Şamaxı” futbol klubunun digər oyunçusu Giorgi Kantarianın klub daxilində nömrəsi “7” olmuş, geyimin arxa hissəsi üzərində “Kantaria” sözü və “7” rəqəmi əks olunmuşdur. Giorgi Kantaria əsas oyunçu qismində 76 dəqiqə meydanda yarımmüdafiəçi qismində olmuş, oyunun 76-cı dəqiqəsində Şamaxı futbol klubunun digər oyunçusu Emin Zamanov ilə əvəzlənmişdir. Həmin oyun zamanı ehtiyat skamyalarının arxasında tünd rəngli geyimli azarkeşlər olması müşahidə edilsə də azarkeşlərə münasibətdə çəkilişlərin uzaq məsafədən və qısa olması səbəbindən onlann şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Oyunun 11-ci dəqiqəsinin 45-ci saniyəsində olan ilk qolda “Şamaxı” futbol klubunun oyunçusu Təqsirləndirilən şəxs təhlükəli zonanı tərk edərək rəqibə şans imkanı yaratmış, Giorgi Kantaria isə cərimə meydançasında mübarizə imitasiyası yaratmışdır. Oyunun 23-cü dəqiqəsinin 10-cu saniyəsində olan ikinci qolda birinci qol ilə oxşar vəziyyət baş verir. Belə ki, həmin qoldan qabaq Təqsirləndirilən şəxs ona ötürülən topu digər komanda yoldaşlarına ötürmə imkanının olmasına baxmayaraq Giorgi Kantariyaya ötürür, Giorgi Kantaria isə digər komanda yoldaşına topu havaya qaldırmaqla zəif sürətlə ötürmə imitasiyası edir, açıq-aşkar topu rəqib olan hissəyə qaldırır, bunu müşahidə edən rəqib futbolçu topu dərhal ələ keçirərək Şamaxı FK-nın qapısı qarşısında təhlükəli vəziyyət yaradır, həmin vaxt isə Təqsirləndirilən şəxs və Giorgi Kantaria topu itirdikdən sonrakı mübarizə imitasiyası yaradır. Nəticədə həmin situasiyadan sonra “Zirə” FK-nın futbolçusu Şamaxı futbol klubunun qapısına qol vurur. Oyunun 25-ci dəqiqəsində “Şamaxı” futbol klubunun oyunçusu Təqsirləndirilən şəxs tərəfindən rəqibə rahat zərbə endirməyə imkan yaradılır, lakin rəqib bundan istifadə edə bilmir. Oyunun 29-cu dəqiqəsində Giorgi Kantaria komanda yoldaşına topu ötürmə imitasiyası edir, bunu müşahidə edən rəqib futbolçu topu dərhal ələ keçirərək Şamaxı FK-mn qapısı qarşısında təhlükəli vəziyyət yaradır, lakin rəqibin zərbəsi qeyri-dəqiq olduğundan qol olmur. Təqsirləndirilən şəxs isə həmin situasiyada rəqibə zərbə endirməyə imkan yaradır, müdaxilə etmir. Oyunun 51-ci dəqiqəsinin 40-cı saniyəsində olan üçüncü qolda “Şamaxı” futbol klubunun oyunçusu Təqsirləndirilən şəxs mövqe səhvi vardır, mübarizə imitasiyası yaradır və faktiki olaraq rəqibə rahat zərbə endirməyə imkan verir. Giorgi Kantaria kənardan rəqibin cərimə meydançasına girməsini izləyir, lakin müdaxilə etmir, hər hansı mübarizə aparmır. Oyunun 57-ci dəqiqəsində “Şamaxı” futbol klubunun oyunçusu Təqsirləndirilən şəxs rəqibin cərimə meydançasından zərbə endirməsinin qarşısını almaq imkanının olmasına baxmayaraq bunu etmir, rəqib zərbə endirdikdən sonra mübarizə imitasiyası yaradır, lakin qapıçı topu uzaqlaşdırdığından qol olmur, bundan sonra oyunda künc zərbəsi təyin edilir. Giorgi Kantaria kənardan rəqibin cərimə meydançasına girməsini izləyir, lakin müdaxilə etmir, hər hansı mübarizə aparmır. Oyunun 58-ci dəqiqəsinin 30-cu saniyəsində, yəni Zirə FK-nın futbolçuları künc zərbəsini yerinə yetirərkən “Şamaxı” futbol klubunun oyunçusu Təqsirləndirilən şəxs tərəfindən açıq-aşkar cərimə meydançasında rəqibin forması çəkilərək yerə yıxılır. Həmin vaxt Giorgi Kantaria da Zirə FK-nın başqa oyunçusunun formasını dartır. Lakin hakim bunlan görmədiyindən penalti təyin edilmir. Həmin vaxt Giorgi Kantaria topu uzaqlaşdırarkən faktiki olaraq rəqibə ötürür, lakin rəqib zərbə endirə bilmir. Bundan sonra rəqiblə mübarizə əsnasında Giorgi Kantaria topu çölə çıxararaq növbəti künc zərbəsi təyin edilməsinə səbəb olur. Lakin rəqib bunlardan istifadə edib qol vura bilmir. Oyunun 60-cı dəqiqəsində “Şamaxı” futbol klubunun oyunçusu Təqsirləndirilən şəxs tərəfindən geriyə yalnış ötürmə imitasiyası yaradılaraq açıq-aşkar “Zirə” FK-nın oyunçusuna ötürmə edilir, həmin ötürmədən sonra rəqib “Şamaxı” FK-nm qapısı qarşısında təhlükəli vəziyyət yaratmış, hesabı artımaq imkanı olmasına baxmayaraq rəqibin qeyri- dəqiq zərbəsi səbəbindən hesab artırılmamışdır. Giorgi Kantaria kənardan bunu görür, topa çata bilməmə imitasiyası yaradır, faktiki olaraq rəqibə çatıb topa müdaxilə imkanı olmasına baxmayaraq bunu etmir. Ümumiyyətlə, oyun boyu belə “səhv”lər, “yalnış ötürmə’lər, imitasiyalar çox olmuşdur. Belə ki, “Şamaxı” futbol klubunun oyunçusu Təqsirləndirilən şəxs və yarımmüdafiəçisi Giorgi Kantarianm tutduğu mövqeləri tez-tez tərk etmələri, rəqibə “yalnış ötürmə” imitasiyası yaradaraq ötürmə etmələri, komanda yoldaşlarına zəif sürətli ötürmələr etməklə rəqibin həmin topu ələ keçirməsinə şərait yaratmaları, rəqib cərimə meydançasında olarkən onlarla mübarizə aparmaq imitasiyası yaradaraq rəqibin zərbə endirməsinə müdaxilə etmək imkanına malik olmalarına baxmayaraq etməmələri və digər oxşar situasiyalar oyunun gedişatına və nəticəsinə birbaşa təsir etmiş, yekunda “Zirə” FK həmin oyunda “Şamaxı” FK-nı 3:1 hesabı ilə məğub etmişdir.(3-cücild, i. v. 113-118) -Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “Oyunların toxunulmazlığı” Komissiyyasının xx.xx.2025-ci il tarixli, 5-1/2025 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, oyunun 11-ci dəqiqəsinin 45-ci saniyəsində olan ilk qolda “Şamaxı” futbol klubunun oyunçusu Təqsirləndirilən şəxs təhlükəli zonanı tərk edərək rəqibə şans imkanı yaradır. Oyunun 23-cü dəqiqəsinin 10-cu saniyəsində olan ikinci qolda birinci qol ilə oxşar vəziyyət baş verir. Oyunun 25-ci dəqiqəsində “Şamaxı” futbol klubunun oyunçusu Təqsirləndirilən şəxs tərəfindən rəqibə rahat zərbə endirməyə imkan yaradılır. Oyunun 51- ci dəqiqəsinin 40-cı saniyəsində olan üçüncü qolda “Şamaxı” futbol klubunun oyunçusu Təqsirləndirilən şəxs mövqe səhvi vardır, mübarizə imitasiyası yaradır və rəqibə rahat zərbə endirməyə imkan verir. Oyunun 58-ci dəqiqəsinin 30-cu saniyəsində “Şamaxı” futbol klubunun oyunçusu Təqsirləndirilən şəxs tərəfindən açıq- aşkar cərimə meydançasında qayda pozuntusu törədilir, lakin hakim bunu görmədiyindən penalti təyin edilmir. Oyunun 60-cı dəqiqəsində “Şamaxı” futbol klubunun oyunçusu Təqsirləndirilən şəxs tərəfindən yalnış ötürmədən sonra rəqib hesabı artıra bilərdi. Ümumiyyətlə, oyun boyu belə səhvlər izlənilmiş və “Şamaxı” futbol klubunun oyunçusu Təqsirləndirilən şəxs tutduğu mövqeyindən rəqib komandası istədiyi kimi öz xeyrinə istifadə etmişdir. Oyun “Zirə” futbol klubunun “Şamaxı” futbol klubunu 3:1 hesabı ilə məğlub etməsi ilə başa çatmışdır. Giorgi Kantarianın ölkəyə giriş-çıxışları ilə bağlı “İAMAS” sistemindən İstintaq idarəsinə verilmiş sorğuya cavab olaraq daxil olmuş məlumatlara əsasən müəyyən edilmişdir ki, Giorgi Kantaria xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək olan müddət ərzində Azərbaycan Respublikası ərazisində olmuş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasından Gürcüstan Respublikasının Tbilisi şəhərinə getsə də xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına geri qayıtmış, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasından Gürcüstan Respublikasının Tbilisi şəhərinə getmiş, həmin tarixdən sonra Azərbaycan Respublikasına geri qayıtmamışdır.(1-ci cild, i. v. 106- 107,118-119) -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin 10 fevral 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, aparılmış əməliyyataxtarış tədbirləri zamanı Bakı şəhəri, Xətai rayonunda yerləşən “Amazon” adlı hoteldə xx.xx.2024-ci il tarixdə qalmış şəxslər arasında yoxlamalar aparılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs razılaşdığı və Şahid10 vasitəsi ilə müəyyən məbləğdə pul vəsaiti göndərdiyi şəxs Rusiya Federasiyası vətəndaşı X24r. Orxan Əsədli “Booking” saytı vasitəsi ilə qeyd olunan hoteldə qalması üçün nömrə sifariş vermiş və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına gələrək qeyd edilən hoteldə qalmışdır. xx.xx.2024-cü il tarixdə isə Rusiya Federasiyasına geri qayıtmışdır. Bu və digər halların müəyyənləşdirilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir, müsbət nəticə əldə olunduğu halda əlavə məlumat veriləcəkdir.(1-ci cild, i, v. 96) -Orxan Əsədlinin ölkəyə giriş-çıxışları ilə bağlı “İAMAS” sistemindən istintaq İdarəsinə verilmiş sorğuya cavab olaraq daxil olmuş məlumatlara əsasən müəyyən edilmişdir ki, Orxan Əsədli xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək olan müddət ərzində Azərbaycan Respublikası ərazisində olmuş, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasından Rusiya Federasiyasının Moskva şəhərinə getmiş, həmin tarixdən sonra Azərbaycan Respublikasına geri qayıtmamışdır.91-ci cild, i. v. 106- 107,120-121) -"xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında 28 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 055 ***-**-** mobil nömrəsindən Şahid4 istifadəsində olan 050 ***-**-** mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə, saat 00:46-də zəng edilərək 87 saniyə, əks zənglə xx.xx.2024-cü il tarixdə, saat 14:01-də zəng edilərək 29 saniyə danışıq apanlması müəyyən edilmişdir. Habelə Təqsirləndirilən şəxs istifadəsində olan 055 ***-**-** mobil nömrəsindən Şahid10 istifadəsində olan 055 232- 43-40 mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə, saat 18:05-də zəng edilərək 24 saniyə, xx.xx.2024-cü il tarixdə, saat 18:48-də zəng edilərək 18 saniyə danışıq aparılması müəyyən edilmişdir. Bundan əlavə, X11 istifadəsində olan 055 ***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 055 ***-**-** mobil nömrəsi ilə xx.xx.2024- cü il tarixdə ; saat 19:05-də Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qadir Murtuzayev anten dairəsindən zəng edilərək 294 saniyə, xx.xx.2024-cü il tarixdə, saat 14:24-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Konserv anten dairəsindən zəng edilərək 239 saniyə, xx.xx.2024-cü il tarixdə, saat 15:14-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, aeroport anten dairəsindən zəng edilərək 21 saniyə, xx.xx.2024cü il tarixdə, saat 15:44-də Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi anten dairəsindən zəng edilərək 152 saniyə, xx.xx.2024-cü il tarixdə, saat 14:54-də Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi anten dairəsindən zəng edilərək 332 saniyə danışıq aparılması aşkar edildi. Bundan başqa, diskə baxış zamanı istintaq üçün əhəmiyyət kəsb edən hər hansı digər hal aşkar edilmədi.(1-ci cild, i. v. 102-104, 139) -xx.xx.2024-cü il tarixdə “Şamaxı futbol klubu” ictimai birliyi ilə Təqsirləndirilən şəxs arasında bağlanmaqla xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası X23 qeydiyyatdan keçmiş 5-O-PL/24 nömrəli müqavilənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 01.082024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan futbol mövsümü üzrə həmin klubun peşəkar oyunçusu qismində işə götürülmüşdür.(1-ci cild, i. v. 205-216) -Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından daxil olmuş 05.032025-ci il tarixli, 327/03-17 nömrəli məktuba əlavə edilmiş AFFA-nın “X5”nın 21 yanvar 2025-ci il tarixli, 5 nömrəli rəyindən və AFFA-nın İntizam Komitəsinin iclasının xx.xx.2025-ci il tarixli, 31 nömrəli protokolundan çıxarışından görünür ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Kuboku çərçivəsində “Zirə” FK və “Şamaxı” FK arasında keçirilmiş oyunda Təqsirləndirilən şəxs Giorgi Kantaria ilə birlikdə bilərəkdən “zəif’ çıxış etmələri, oyunu manipulyasiya etmələri öz təsdiqini tapmış, Təqsirləndirilən şəxs ile bağlı toplanmış materiallar AFFA-nın intizam Komitəsinə təqdim edilmiş, AFFA-nın İntizam Komitəsinin xx.xx.2025-ci il tarixli iclasında isə Təqsirləndirilən şəxs danışılmış oyunlarda iştirakına görə ömürlük futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Giorgi Kantaria ilə bağlı isə hər hansı qərar qəbul edilməmişdir.(3-cü cild, i. v. 1-2, 76-83, 112) -xx.xx.2024-cü il tarixdə “Şamaxı futbol klubu” ictimai birliyi ilə Giorgi Kantaria arasında bağlanmaqla xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası X23 qeydiyyatdan keçmiş 5-O-PL/24 nömrəli müqavilənin surətindən görünür ki, Giorgi Kantaria xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan futbol mövsümü üzrə həmin klubun peşəkar oyunçusu qismində işə götürülmüşdür.(1-ci cild, i. v. 217-231) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 11 yanvar 2022-ci ii tarixli, 117-Q60-3523 nömrəli qeydiyyat nömrəsi ilə qeydə alınmış “Şamaxı futbol klubu” ictimai birliyinin Nizamnaməsinə, xx.xx.2024-cü il tarixdə “Şamaxı futbol klubu” ictimai birliyi ilə arasında bağlanmaqla xx.xx.2024-cü il tarixdə X23 qeydiyyatdan keçmiş 5-O-PL/24 nömrəli müqaviləyə, xx.xx.2024-cü il tarixdə Azərbaycan Futbol Federasiyasına verdiyi “Danışılmış oyunlar və oyun nəticələrinin manipulyasiyası” ilə bağlı bəyannamədən görünür ki, Təqsirləndirilən şəxs idmançı qismində klubun yazılı və təsdiqlənmiş daxili intizam qaydalarına (o cümlədən FİFA, UEFA, PFL və AFFA-nın intizam qaydalarına) əməl etmək, azarkeşlərlə və kütləvi informasiya vasitələri nümayəndələri ilə görüşləri zamanı klubun işgüzar nüfuzunu qorumaq, idman mərc oyunlarında birbaşa və ya dolayı (üçüncü şəxslər vasitəsi ilə) şəkildə iştirak etməmək, oyunlarda, məşqlərdə iştirak edən oyunçulara münasibətdə etik normalara uyğun olaraq davranmaq, futbol oyun qaydalarını öyrənmək və onlara riayət etmək, habelə oyun zamanı müvafiq şəxslərin qərarlarına tabe oimaq, danışılmış oyunlarda və oyun nəticələrinin manipulyasiyasında iştirak etməmək və bu barədə ona müraciət edildikdə (bununla bağlı hər hansı məlumat aldıqda) dərhal klubu məlumatlandırmaq və digər öhdəliklərə malik olmuşdur. Habelə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə “Şamaxı futbol klubu” ictimai birliyi ilə arasında bağlanmaqla xx.xx.2024-cü il tarixdə X23 qeydiyyatdan keçmiş 5-O-PL/24 nömrəli müqavilənin, habelə xx.xx.2024-cü il tarixdə Azərbaycan Futbol Federasiyasına verdiyi “Danışılmış oyunlar və oyun nəticələrinin manipulyasiyası” ilə bağlı bəyannamənin məzmunu ilə tanış olaraq həmin sənədləri imzalamışdır.(1-ci cild, i. v. 192-198, 205-216, 3-cü cild, i. v. 110-111) -İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nın Xətai filialı tərəfindən tərtib edilmiş kredit sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə "xxxx" ASCnın Xətai filialından 24 ay müddətinə illik 17 % dərəcəsi ilə 58.000 manat məbləğində kredit götürmüşdür.(3-cü cild, i. v. 125-128) -İş üzrə "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk, AFFA-nın xx.xx.2025-ci il tarixli, 327/03-17 nömrəli məktubu ilə göndərilmiş, xx.xx.2025-ci il tarixli "baxış keçirilməsi haqqında” protokola əlavə edilən Azərbaycan Misli Premyer Liqasının 15-ci turu çərçivəsində xx.xx.2024-cü il tarixdə Şamaxı şəhər stadionunda keçirilmiş “Şamaxı-Kəpəz” və Azərbaycan Kubokunun 1/8 finalı mərhələsində xx.xx.2024-cü il tarixdə X36 Kompleksinin stadionunda keçirilmiş “Zirə-Şamaxı” oyunlarının videogörüntülərinin əks olunduğu 1 ədəd xarici yaddaş qurğusu (flashcard), Şahid5 ifadəsinə əlavə etdiyi Təqsirləndirilən şəxs məxsus audioyazının əks olunduğu 1 ədəd DVD-RW diski, Şahid2 ifadəsinə əlavə etdiyi “instagram” sosial tətbiqi vasitəsi ilə aparılan yazışmaların fotoşəkilləri, Şahid1 ifadəsinə əlavə etdiyi Təqsirləndirilən şəxslə arasında “whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə yazışma aparılmasını və həmin yazışmanın silinməsini təsdiq edən fotoşəkil, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının xx.xx.2025-ci il tarixli, 327/03-17 nömrəli məktubuna və “Şamaxı futbol klubu” ictimai birliyinin xx.xx.2025ci il tarixli, 02-04/25 nömrəli məktubuna əlavə edilmiş sənədlər, xx.xx.2024-cü il tarixli “Kəpəz”-“Şamaxı” və xx.xx.2024-cü il tarixli “Zirə”- "Şamaxı” oyunları ilə bağlı UEFA-ntn göndərdiyi sənədlər, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən Baş İdarəyə daxil olmuş xx.xx.2025-ci il tarixli, 23/25 nömrəli və xx.xx.2025-ci il tarixli, 35/25 nömrəli məktublar və onlara əlavə edilən məlumat cədvəlləri, Şahid10 xx.xx.2025-ci il tarixdə istintaqa təqdim etdiyi, X11 xx.xx.2025-ci il tarixli dindirmə protokoluna əlavə etdiyi kuponların surətləri xx.xx.2025-ci ii tarixli qərarımla maddi sübut kimi tanınmışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 313-12/2- 136488/2025 nömrəli məktuba əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(4-cü cild, i. v. 45-47) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya xəstəxanası” publik hüquqi şəxsindən Baş idarəyə daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-28-29/2- 3153/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada Azərbaycan Respublikası SHXÇÜDX-nin Sabunçu rayon Şöbəsinin göndərişi əsasında müayinə olunmuş, ona "Hal- hazırda psixi xəstəlik aşkar edilmir, yüngül nevrotik reaksiyalar” diaqnozu qoyulmuşdur.(3-cü cild, i. v. 180-182) -Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 5-18-8/2-45/2025 nömrəli arayış və ona əlavə edilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ünvanda faktiki yaşayır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. X25 və X20 adlı övladlan vardır.(3-cü cild, i. v. 163-165) Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, ittihamda qeyd olunan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü X25 və xx.xx.2021-ci il təvəllüdlü X20 adında azyaşlı uşaqları vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-2.1-ci maddəsinə əsasən idman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sponsora və ya digər şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə, maddi və ya sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ildən altı ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-2.3.1-ci maddəsinə əsasən həmin əməllər təkrar törədildikdə altı ildən səkkiz ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-2.3.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 192-2.3.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsif olunsa da mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs Şahid2 və Vasilije Bakicə “Zirə-Şamaxı” oyunun gedişatını və nəticəsini qəsdən dəyişdirməyi təklif etməsinə münasibətdə onun əməlində təkrarlıq yaranması ilə bağlı ibtidai istintaq orqanının gəldiyi qənaət əsassız olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı maddəsinə əsasən Cinayət Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 yanvar 2021-ci tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur. Lakin işin araşdırılmış halları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə bir oyunun (“Zirə-Şamaxı”) manipulyasiyası məqsədilə vahid niyyətlə ardıcıllıqla əvvəlcə Giorgi Kantaria, daha sonra isə Giorgi Kantaria ilə qabaqcadan əlbir olan bir qrup halında Şahid2 və Vasilije Bakicə təkliflər etmişdir. Lakin Təqsirləndirilən şəxs əvvəlcə də xx.xx.2024-cü il tarixdə baş tutan “Şamaxı-Kəpəz" oyunun manipulyasiyası üçün Giorgi Kantariaya təklif etdiyindən artıq ikinci dəfə eyni əməli-idman yarışlarının manipulyasiya cinayətini törətdiyindən 02 dekabr 2024-cü il tarixdə Giorgi Kantariaya oyunun gedişatını və nəticəsini qəsdən dəyişdirməyi təklif etdiyi andan əməlində təkrarlıq yaranmış, qeyd edilən digər iki futbolçuya manipulyasiyası ilə bağlı təklif etməsi əməlində təkrarlıq yaranmamış, Təqsirləndirilən şəxs məqsədi özünün xeyrinə qeyri-qanuni üstünlük əldə etməsi üçün qeyd edilən ikinci oyunun gedişatını və nəticələrini dəyişdirmək, yəni manipulyasiyası etməklə bağlı qabaqcadan əlbir olan bir qrup yaratmaq olmuşdur . Beləliklə “Şamaxı-Kəpəz" oyunu ilə bağlı digər iki futbolçuya da eyni niyyətlə vahid qəsdlə əhatə olunan əməllər törətdiyindən onun əməli təkrar cinayət hesab olunmamalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-2.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-2.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını (CM-nin 59.1.4) onun cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi (61.1.3), cinayətin qulluq mövqeyinə və ya müqaviləyə əsasən təqsirkara göstərilən etimaddan istifadə etməklə törədilməsi (61.1.13) onun cəzasını ağırlaşdıran hallar kimi qiymətləndirir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, gənc olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olmasını, vaxtilə Azərbaycan Respublikasının milli futbol komandasında və müxtəlif futbol komandalarının oyunlarında fəal iştirak etməsi də onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cəza çəkmədən islah olunması mümkündür. Məhkəmə, təqsirləndirilən şəxsin şəxsiyyətini və davranışını nəzərə alaraq onun gələcəyini cinayətkar olaraq görməməklə yanaşı, əməlinin səmimi olaraq etiraf etməsi və əməlindən peşman olması, oyundan bilavasitə sonra komandanın baş məşqçisinə yazaraq üzrxahlıq etməsi, əvvəllər belə bir halın baş vermədiyini və gələcəkdə də təkrarlanmayacağı barədə bildirməsini nəzərə alaraq bu gəncin ictimai təhlükəli olmadığını və azadlıqdan məhrum etmə növündə cəzanı şərti olaraq çəkməklə islah oluna bilməsini mümkün hesab edərək xüsusi qeyd edir ki, gəncin həyatında ilk dəfə yol verdiyi, ağır cinayət hesab olunsa belə hər hansı bir ağır nəticəyə səbəb olmayan səhvi bağışlanmalı, ona ən azı bir dəfə şans verməklə cəmiyyətə və dövlətə faydalı vətəndaş ola bilməsini sübut etmələrinə fürsət yaradılmalıdır. Həmçinin iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nın tərəfindən tərtib edilmiş kredit sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə "xxxx" ASCnın Xətai filialından 24 ay müddətinə illik 17 % dərəcəsi ilə 58.000 manat məbləğində kredit götürmüş, sonra həmin pulu “Topaz” mərc saytına yerləşdirərək daha çox miqdarda pul götürmək istəsə də nəinki daha artıq pul götürmüş, əksinə yazdığı hesab tutmadığına görə kreditə götürüb oyuna yatırdığı pulu da uduzmuş, beləliklə təqsirləndirilən şəxs bu əməli nəticəsində hər hansı bir qazanc əldə etməmiş və həmin əməl nəticəsində özündən başqa maddi zərərə uğramış şəxs olmamışdır. Bundan başqa Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından daxil olmuş 05.032025-ci il tarixli, 327/03-17 nömrəli məktuba əlavə edilmiş AFFA-nın “X5”nın 21 yanvar 2025-ci il tarixli, 5 nömrəli rəyindən və AFFA-nın İntizam Komitəsinin iclasının xx.xx.2025-ci il tarixli, 31 nömrəli protokolundan çıxarışından görünür ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Kuboku çərçivəsində “Zirə” FK və “Şamaxı” FK arasında keçirilmiş oyunda Təqsirləndirilən şəxs Giorgi Kantaria ilə birlikdə bilərəkdən “zəif’ çıxış etmələri, oyunu manipulyasiya etmələri öz təsdiqini tapmış, Təqsirləndirilən şəxs ilə bağlı toplanmış materiallar AFFA-nın intizam Komitəsinə təqdim edilmiş, AFFA-nın İntizam Komitəsinin xx.xx.2025-ci il tarixli iclasında isə Təqsirləndirilən şəxs danışılmış oyunlarda iştirakına görə ömürlük futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsi ilə bağlı qərar qəbul edilmişdir. (3-cü cild, i. v. 1-2, 76-83, 112) Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin futbol karyerası sonlanmış, o, ömürlük futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilmiş və bu da onun əməlinin nəticəsi olmaqla müəyyən mənada ona həm maddi, həm də mənəvi, həm də psixoloji təsir göstərəcəkdir, şəxsin islah olunması üçün mütləq qaydada azadlıqdan məhrum edilməsi vacib deyil, məsələyə humanizm prinsipindən yanaşılanda görülür ki, təqsirləndirilən şəxs azadlıqda olsa belə öz əməlindən kifayət qədər peşman olmuş və bunun təsiri ömrü boyu onun həyatında əks olunacaqdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında göstərilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamın 8-ci bəndində qərara alınmışdır ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Bu məqsədlə Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi də qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X12rşı, § 26). Ona görə də, məhkəmə təqsirləndirilən şəxsin barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi cinayət qanunvericiliyində təsbit olunmuş ədalət və humanizm prinsiplərinə uyğun olmaqla cəzanın məqsədinə də müvafiqdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Təqsirləndirilən şəxsin üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.2-ci maddəsinin tələblərinə əsasən cəzanı yüngülləşdirən halların məcmusunu, törədilmiş cinayətin xarakterini müstəsna hal hesab edərək, həmçinin həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192- 2.3.1-ci maddəsinin sanksiyası ilə müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi cinayət qanunvericiliyinin ədalət və humanizm prinsiplərinə uyğun və cəzanın məqsədlərinə müvafiqdir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 30 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 192-2.3.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin tarixdə həmin maddə ilə ittiham elan edilmiş və barəsində qəbul edilmiş 30 aprel 2025-ci il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.(5-ci cild, i. v. 1-23, 39-46) Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Hökm qanuni qüvvəsini aldıqdan sonra "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk, AFFA-nın xx.xx.2025-ci il tarixli, 327/03-17 nömrəli məktubu ilə göndərilmiş, xx.xx.2025-ci il tarixli “baxış keçirilməsi haqqında" protokola əlavə edilən Azərbaycan Misli Premyer Liqasının 15-ci turu çərçivəsində xx.xx.2024-cü il tarixdə Şamaxı şəhər stadionunda keçirilmiş “Şamaxı-Kəpəz” və Azərbaycan Kubokunun 1/8 finalı mərhələsində xx.xx.2024-cü il tarixdə X36 Kompleksinin stadionunda keçirilmiş “Zirə-Şamaxı” oyunlarının videogörüntülərinin əks olunduğu 1 ədəd xarici yaddaş qurğusu (flashcard), Şahid5 ifadəsinə əlavə etdiyi Təqsirləndirilən şəxs məxsus audioyazının əks olunduğu 1 ədəd DVD-RW diski, Şahid2 ifadəsinə əlavə etdiyi “instagram” sosial tətbiqi vasitəsi ilə aparılan yazışmaların fotoşəkilləri, Şahid1 ifadəsinə əlavə etdiyi Təqsirləndirilən şəxslə arasında “whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə yazışma aparılmasını və həmin yazışmanın silinməsini təsdiq edən fotoşəkil, Azəıbaycan Futbol Federasiyaları Assosiasiyasının xx.xx.2025-ci il tarixli, 327/03-17 nömrəli məktubuna və “Şamaxı futbol klubu” ictimai birliyinin xx.xx.2025-ci il tarixli, 02-04/25 nömrəli məktubuna əlavə edilmiş sənədlər, xx.xx.2024-cü il tarixli “Kəpəz”-“Şamaxı” və xx.xx.2024-cü il tarixli “Zirə”- “Şamaxı” oyunları ilə bağlı UEFA-nın göndərdiyi sənədlər, “Caspiantech" Açıq Səhmdar Cəmiyyətindən Baş İdarəyə daxil olmuş xx.xx.2025-ci il tarixli, 23/25 nömrəli və xx.xx.2025-ci il tarixli, 35/25 nömrəli məktublar və onlara əlavə edilən məlumat cədvəlləri, Şahid10 oğiunun xx.xx.2025-ci il tarixdə istintaqa təqdim etdiyi, X11 xx.xx.2025-ci il tarixli dindirmə protokoluna əlavə etdiyi kuponların surətləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346-347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-2.3.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və onun üzərində 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk, AFFA-nın xx.xx.2025-ci il tarixli, 327/03-17 nömrəli məktubu ilə göndərilmiş, xx.xx.2025-ci il tarixli “baxış keçirilməsi haqqında" protokola əlavə edilən Azərbaycan Misli Premyer Liqasının 15-ci turu çərçivəsində xx.xx.2024-cü il tarixdə Şamaxı şəhər stadionunda keçirilmiş “Şamaxı-Kəpəz” və Azərbaycan Kubokunun 1/8 finalı mərhələsində xx.xx.2024-cü il tarixdə X36 Kompleksinin stadionunda keçirilmiş “Zirə- Şamaxı” oyunlarının videogörüntülərinin əks olunduğu 1 ədəd xarici yaddaş qurğusu (flashcard), Şahid5 ifadəsinə əlavə etdiyi Təqsirləndirilən şəxs məxsus audioyazının əks olunduğu 1 ədəd DVD-RW diski, Şahid2 ifadəsinə əlavə etdiyi “instagram” sosial tətbiqi vasitəsi ilə aparılan yazışmaların fotoşəkilləri, Şahid1 ifadəsinə əlavə etdiyi Təqsirləndirilən şəxslə arasında “whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə yazışma aparılmasını və həmin yazışmanın silinməsini təsdiq edən fotoşəkil, Azəıbaycan Futbol Federasiyaları Assosiasiyasının xx.xx.2025-ci il tarixli, 327/03-17 nömrəli məktubuna və “Şamaxı futbol klubu” ictimai birliyinin xx.xx.2025-ci il tarixli, 02-04/25 nömrəli məktubuna əlavə edilmiş sənədlər, xx.xx.2024-cü il tarixli “Kəpəz”-“Şamaxı” və xx.xx.2024-cü il tarixli “Zirə”- “Şamaxı” oyunları ilə bağlı UEFA-nın göndərdiyi sənədlər, “Caspiantech" Açıq Səhmdar Cəmiyyətindən Baş İdarəyə daxil olmuş xx.xx.2025-ci il tarixli, 23/25 nömrəli və xx.xx.2025-ci il tarixli, 35/25 nömrəli məktublar və onlara əlavə edilən məlumat cədvəlləri, Şahid10 oğiunun xx.xx.2025-ci il tarixdə istintaqa təqdim etdiyi, X11 xx.xx.2025-ci il tarixli dindirmə protokoluna əlavə etdiyi kuponların surətləri cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-355/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-355/2025
01.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver