Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-356/2023 23.11.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxxxx 1991-ci ildə Xaçmaz rayonu, Qaraqurtlu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi çətənə (kannabis) bitkisinin toxumlarını 01 aprel 2022-ci il tarixdən etibarən Xaçmaz rayonu, Dədəli kəndindən Xaçmaz rayonu, Nağıoba kəndi istiqamətində gedərkən avtomobil yolunun sol tərəfində, yoldan 05 km aralı məsafədə yerləşən meşə ərazisində narkotik tərkibli əkilib-becərilməsi qadağan olunmuş, külli miqdarda, yəni, 1.948 (min doqquz yüz qırx səkkiz) ədəd çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq edərək əkib, yetişdirməklə qanunsuz olaraq kultivasiya etmiş, bu fakt 08 iyul 2022-ci il tarixdə, saat 12:30-dan 15:45-dək olan vaxt ərzində qeyd olunan ünvana Xaçmaz rayon polis şöbəsinin və X6 əməkdaşları tərəfindən onun iştirakı ilə baxış keçirilən zaman 1945 (min doqquz yüz qırx beş) ədəd kultivasiya olunmuş yaş vəziyyətdə, 374000 qram (374 kq) çəkidə, 03 (üç) ədəd kultivasiya olunmuş nəm vəziyyətdə, 1100 qram (lkq 100 qram) çəkidə, cəmi 1948 (min doqquz yüz qırx səkkiz) ədəd, 375100 qram (375kq l00qram) çəkidə əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülməklə təsdiq edilmiş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasİya (əkmə,yetişdirmə) etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, iki ildən çoxdur ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edirdi. 2022-ci il tarixdə Xaçmaz rayonu, Nağıoba kəndi ərazisində olan meşə sahəsinə gedib orada narkotik tərkibli çətənə bitkisi əkmək üçün münasib yer hazırlamış, meşə sahəsində çətənə bitkilərini əkmək üçün münasib yer tapdıqdan sonra həmin yeri kollar və otlardan, ağaclardan təmizləyərək, orada çətənə bitkisi əkmək üçün üç ədəd yer hazırlamış və həmin ilin aprel ayından etibarən ağ rəngli dibçəklərdə çətənə bitkisinin toxumlarını əkməyə başlamışdır. Həmin bitkilərə mütəmadi olaraq qulluq edirdi. 2022-ci ilin may 15-dən etibarən bitkiləri dibçəklərdən çıxarıb torpaq sahəsinə əkməyə başlamışdır. Təxminən 1 həftə əvvəl narkotik tərkibli bitkiləri əkdiyi bitkiləri suvarmaq üçün su quyusu qazaraq, orada suyu çıxarmaq üçün su mühərriki qoymuşdur. Ancaq su mühərriki elektrik enerjisi ilə işləsə də, meşə sahəsində elektrik enerjisi olmadığından, oraya özünə məxsus olan bir velosiped aparmışdır. Velosipedin arxa təkərinə rezin kəmər bağlamışdır. Bununla da, velosipedin pedalını çevirəndə velosipedin üzərində olan su mühərriki də hərəkət enerjisi ilə işləməyə başlayır və əvvəlcədən yeri qazıb basdırdığı su borusu vasitəsi ilə yerdən su çıxarırdı. Yerdən çıxardığı suyu həmin ərazidə qazdığı quyulara doldurmuş, həmin sudan oraya apardığı borular vasitəsi ilə narkotik tərkibli bitkiləri suvarırdı. Bitkilər bir qədər böyüdükdən sonra diblərinə gübrə də vermişdir. Əkib yetişdirdiyi bitkilərə kiminsə ziyan vurmasının və həmin bitkiləri kimlərinsə oğurlamasının qarşısını almaq üçün həmin ərazidə tez-tez gecələr qalırdı, buna görə də oraya məişət əşyaları, yəni qaz balonu, tava, çaydan, içməli su, gündəlik istifadə olunan əşyalar və ərzaq məhsulları alıb aparmışdır. Polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt onlar Xaçmaz rayonu, Nağıoba kəndindəki meşənin içərisində gözləyirdilər. Teymur adlı polis əməkdaşı tərəfindən ona təzyiq olmuşdur. Meşəyə videoçəkilişə getdikləri zaman müdafiəçi onlarla gəlməmişdi. Lakin, aqronom var idi. Polis əməkdaşları videoçəkilişdən sonra Xaçmaz rayon X7 Polis bölməsinə, daha sonra Xaçmaz rayon Polis Şöbəsinə gətirmişlər. Polis əməkdaşlarını gördükdə o qaçmağa cəhd etmişdir. Əkdiyi narkotik tərkibli çətənə bitkisinin yağını çıxaracaqdı. Onun yağı tibbi dərmanlar üçün istifadə edilə bilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz rayon Polis Şöbəsinin X6 cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 08 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Nağıoba kəndindəki meşə ərazisində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməsi barədə Xaçmaz rayon X7 Polis bölməsinə məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə tərkibdə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvləri, müstəntiq və baxışda iştirak etmək üçün aqronom mütəxəssis ilə birlikdə 08 iyul 2022-ci il tarixdə, Xaçmaz rayonu, Nağıoba kəndində yerləşən meşə ərazisinə getmişlər. Orada olan zaman Təqsirləndirilən şəxs meşə ərazisində narkotik tərkibli bitkilərə aqrotexniki qaydada qulluq edərkən aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs aqrotexniki qaydada qulluq etdiyi bitkilərin narkotik tərkbili çətənə bitkisinin kolları olduğunu bildirmişdir. Həmin bitkiləri 2022-ci ilin aprel ayının əvvəllərindən Xaçmaz rayonu, Nağıoba kəndində yerləşən meşə ərazisində əkdiyini, həmin vaxtdan mütəmadi olaraq aqrotexniki qaydada qulluq edib yetişdirdiyini, özünün narkoman olduğunu və həmin çətənə bitkisini də özünün şəxsi istifadəsi üçün əkib, yetişdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı əməliyyat qrupunda Teymur adlı polis əməkdaşı olmamışdır. Ümumiyyətlə, Teymur adlı polis əməkdaşı olsa da, həmin şəxs hazırda polis orqanında işləmir. Onlar Xaçmaz rayonu, Nağıoba kəndində yerləşən meşə ərazisinə getdikdə Təqsirləndirilən şəxs orda olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz rayon Polis Şöbəsinin X6 polis sahə rəisi 08 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Nağıoba kəndindəki meşə ərazisində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməsi barədə Xaçmaz rayon X7 Polis bölməsinə məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə tərkibdə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvləri, müstəntiq və baxışda iştirak etmək üçün aqronom mütəxəssis ilə birlikdə 08 iyul 2022-ci il tarixdə, Xaçmaz rayonu, Nağıoba kəndində yerləşən meşə ərazisinə getmişlər. Orada olan zaman Təqsirləndirilən şəxs meşə ərazisində narkotik tərkibli bitkilərə aqrotexniki qaydada qulluq edərkən aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs aqrotexniki qaydada qulluq etdiyi bitkilərin narkotik tərkbili çətənə bitkisinin kolları olduğunu bildirmişdir. Həmin bitkiləri 2022-ci ilin aprel ayının əvvəllərindən Xaçmaz rayonu, Nağıoba kəndində yerləşən meşə ərazisində əkdiyini, həmin vaxtdan mütəmadi olaraq aqrotexniki qaydada qulluq edib yetişdirdiyini, özünün narkoman olduğunu və həmin çətənə bitkisini də özünün şəxsi istifadəsi üçün əkib, yetişdirdiyini bildirmişdir. Onlar Xaçmaz rayonu, Nağıoba kəndində yerləşən meşə ərazisinə getdikdə Təqsirləndirilən şəxs orda olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz rayon X7 Polis Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid3 ifadəsində göstərdi ki, 08 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Nağıoba kəndindəki meşə ərazisində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməsi barədə Xaçmaz rayon X7 Polis bölməsinə məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə tərkibdə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvləri, müstəntiq və baxışda iştirak etmək üçün aqronom mütəxəssis ilə birlikdə 08 iyul 2022-ci il tarixdə, Xaçmaz rayonu, Nağıoba kəndində yerləşən meşə ərazisinə getmişlər. Orada olan zaman Təqsirləndirilən şəxs meşə ərazisində narkotik tərkibli bitkilərə aqrotexniki qaydada qulluq edərkən aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs aqrotexniki qaydada qulluq etdiyi bitkilərin narkotik tərkbili çətənə bitkisinin kolları olduğunu bildirmişdir. Həmin bitkiləri 2022-ci ilin aprel ayının əvvəllərindən Xaçmaz rayonu, Nağıoba kəndində yerləşən meşə ərazisində əkdiyini, həmin vaxtdan mütəmadi olaraq aqrotexniki qaydada qulluq edib yetişdirdiyini, özünün narkoman olduğunu və həmin çətənə bitkisini də özünün şəxsi istifadəsi üçün əkib, yetişdirdiyini bildirmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid4 Kərim oğlu göstərmişdir ki, 2003-cü ildən Xaçmaz rayon İcra Hakimiyyəti Xaçmaz mənzil kommunal təsərrüfat idarəsinin baş aqronomu işləmişdir. 08 iyul 2022-ci İl tarixdə, saat 12 radələrində Xaçmaz RPŞ-nin X6 əməkdaşlarının dəvəti ilə keçiriləcək baxışda aqronom-mütəxəssis kimi iştirak etmək üçün polis şöbəsinə getmiş. Polis əməkdaşları İlə birlikdə 08 iyul 2022-ci il tarixdə, saat 12 radələrində Xaçmaz rayonu, Nağıoba kəndinə getmiş, orada şəxsiyyətini sonradan öyrəndiyi Xaçmaz şəhəri, H.Əliyev küçəsində yaşayan Təqsirləndirilən şəxs onları həmin kəndin ərazisində yerləşən meşə ərazisinə aparmış, orada olan zaman Təqsirləndirilən şəxs bir daha müstəntiq Mətləb İsmayılov tərəfindən hüquq və vəzifələri izah edildi, daha sonra Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Nağıoba kəndində yerləşən meşə ərazisində narkotik tərkbili çətənə bitkilərini əkib yetişdirdiyini, kultivasiya etdiyini bildirmiş və həmin yeri onlara göstərmiş, həmin yerə polis əməkdaşlarının və onun iştirakıyla videoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyi bildirilmiş və baxışm keçirilməsinə etirazının olub- olmaması soruşulmuş, Təqsirləndirilən şəxs baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda kultivasiya etdiyi narkotik tərkibli bitkiləri baxış keçirilmiş, həmin yerdə torpaqda əkilmiş narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kolları aşkar edilmiş, bitkilərə və bitkilərin əkildiyi torpağa baxış keçirərək bildirmişdir ki, aşkar edilən bitiklər narkotik tərkibli çətənə bitkisinin kollarıdır, həmin bitkilərə aqro-texniki qaydada qulluq edilmişdir və bu barədə rəy vermişdir. Daha sonra aşkar edilən çətənə bitkisinə oxşar bitki kolları bir-bir torpaqdan çıxarılaraq sayılmış və ümumilikdə 1948 ədəd kol olması müəyyən edilmiş, daha sonra isə həmin aşkar edilən bitki kolları qablaşdırılaraq müstəntiq tərəfindən götürülmüş, baxış keçirilməsi barədə protokol tərtib edilmiş və iştirakçıların və onun tərəfindən imzalarla təsdiq edilmişdir. (Cild 1, iş vərəqləri 124-126) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan X2 ifadəsində digər şahidlər Şahid1 və Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir.(Cild 1, iş vərəqləri 145-147) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “baxış keçirilməsi haqqında” 08 iyul 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən meşə sahəsi Xaçmaz rayonu, Nağıoba kəndi ərazisində yerləşməklə Xaçmaz rayonu, Dədəli kəndindən Xaçmaz rayonu, Nağıoba kəndi istiqamətində gedərkən avtomobil yolunun sol tərəfində, yoldan 05 km aralı məsafədə yerləşmişdir. Nağıoba kəndində olan asfaltbeton örtüklü yolla kəndin girişindən üç kilometr məsafədə getdikdən sonra asfalt beton örtüklü yoldan sola dönərək torpaq yol ilə 1500 metr məsafədə gedib, sola dönüb meşəlik sahədə olan cığırla 500 metr meşənin içərilərinə doğru getdikdə ağaclarla və sıx kollarla əhatə olunmuş 5x10 metr ölçüdə olmaqla 50 kv. metr sahənin, həmin yerdən 10 metr sol tərəfdə 15x10 metr ölçüdə olmaqla 150 kv. metr sahənin, həmin yerdən də sol yan tərəfdə isə 50x30 metr ölçüdə olmaqla 1500 kv. metr sahənin otlardan təmizləndiyi, həmin sahələrdə və orda olan ağ rəngli plastmas dibçəklərdə çətənə bitkilərinə oxşar bitkilərin əkilib yetişdirildiyi müəyyən edilmişdir. Həmin sahələrdə olan çətənə bitkilərinə oxşar bitkilər bir xətt üzrə paralel əkilmişdir və dibləri yumşaldılmaqla su tökülərək qulluq göstərilmişdir. Çətənə bitkilərin əkildiyi sahələrin arasında olan kolluq sahədə taxtadan düzəldilmiş çarpayı üzərində çadır quraşdırılmışdır, çadırın içərisində bir ədəd yorğan, iki ədəd yastıq olmaqla həmin yerdə iki ədəd stol, bir ədəd stul, bir ədəd qaz balonu, bir ədəd çaydan, bir ədəd tava, plastmas su qabları, çəngəllər, qaşıqlar, bıçaq, çörək və başqa ərzaq məhsulları olmuşdur. Təqsirləndirilən şəxs iştirakı ilə əvvəlcə 5x10 metr ölçüdə sahəyə baxış keçirilmiş və Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin sahədə əkilmiş bitkilər çətənə bitkiləridir, həmin çətənə bitkilərini təxminin bir həftə əvvəl, yəni 2022-ci ilin iyun ayının sonlarında özü əkmişdir, diblərinə su tökərək qulluq göstərib yetişdirmişdir ki, gələcəkdə yığıb özü üçün qurudulmuş marixuana əldə etsin. Baxışda iştirak edən aqronom Şahid4 də həmin sahədə əkilmiş bitkilərin çətənə bitkiləri olduqlarını, diblərinin yumşaldıldığını, su tökülərək aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və digər İştirakçıların iştirakı ilə çətənə bitkisinə oxşar bitkilər tək-tək kökündən çıxarılaraq sayılmış, həmin yerdən 06 ədədi ağ rəngli plastmas dibçəklərdə olmaqla ümumilikdə 33 ədəd çətənə bitkilərinə oxşar bitkilərin olduğu müəyyən edilmiş və həmin bitkilər bir ədəd sintetik materialdan olan kisədə qablaşdırılmışdır. Beləliklə Təqsirləndirilən şəxs baxış zamanı göstərdiyi 5x10 metr ölçüdə torpaq sahəsindəki torpaqdan 27 ədəd, həmin torpaq sahəsindəki dibçəklərdən isə 06 ədəd olmaqla cəmi 33 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə irəlidə, yəni sol yan tərəfdəki 15x10 metr ölçüdə olan ikinci sahəyə gəlib video çəkilişlə baxış keçirilmiş, həmin sahədə torpaqda və orada olan dibçəklərdə narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərin əkilib yetişdirilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin sahədə torpaqda və dibçəklərdə əkilmiş bitkilər çətənə bitkiləridir, həmin çətənə bitkilərini 2022-ci ilin may ayının ortalarından etibarən özü əkmişdir, diblərinə su tökərək qulluq göstərib yetişdirmişdir. Baxışda iştirak edən aqronom Şahid4 da həmin sahədə əkilmiş bitkilərin çətənə bitkiləri olduqlarını, diblərinin yumşaldıldığını, su tökülərək aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə həmin sahədə torpaqda və 281 ədəd dibçəklərdə əkilmiş çətənə bitkisinə oxşar bitkilər tək-tək kökündən çıxarılaraq sayılmış, torpaqda əkilmiş bitkilərin 214 ədəd, dibçəklərdə əkilmiş bitkilərin isə 281 ədəd olduqları müəyyən edilmişdir və həmin bitkilər 04 ədəd sintetik materialdan olan kisələrdə qablaşdırıldıqdan sonra baxışda iştirak edən şəxslər çadır quraşdırılmış yerə grtmiş, qablaşdırılmış 4 ədəd kisələrin birinin içərisində əvvəlki sahədən aşkar edilərək götürülmüş ümumilikdə 33 ədəd çətənə bitkisinə bənzər bitki kolu olmuşdur. Beləliklə Təqsirləndirilən şəxs baxış zamanı göstərdiyi 15x10 metr ölçüdə olan ikinci torpaq sahəsindəki torpaqdan 214 ədəd, həmin torpaq sahəsindəki dibçəklərdən isə 281 ədəd olmaqla cəmi 495 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə 50x30 metr ölçüdə olan üçüncü sahəyə video çəkilişlə baxış keçirilmiş, həmin sahədə də torpaqda narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərin əkilib yetişdirildiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin sahədə torpaqda və dibçəklərdə əkilmiş bitkilər çətənə bitkiləridir, həmin çətənə bitkilərini 2022-ci ilin may ayının ortalarından özü əkmişdir, diblərinə su tökərək qulluq göstərib yetişdirmişdir. Baxışda iştirak edən aqronom Şahid4 da həmin sahədə əkilmiş bitkilərin çətənə bitkiləri olduqlarını, diblərinin yumşaldıldığını, su tökülərək aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin yerin sağ tərəfində olan su quyusunu göstərib bitkiləri sulama üçün suyu həmin yerdən götürdüyünü, həmin quyunun yanında olan velosiped və velosipedin zərinə quraşdırılmış su mühərriki göstərib bildirmişdir ki, o, velosipedin pedallarmı fırladaraq su mühərrikini elektrik olmadan işə salır və quyuda olan suyu orada olan sarı rəngli rezin boru vasitəsi ilə bitkilərə çatdırmış və bu üsul ilə orada olan bitkiləri suvarmışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə həmin sahədə torpaqda əkilmiş çətənə bitkisinə oxşar bitkilər tək-tək kökündən çıxarılaraq sayılmış, həmin torpaqda əkilmiş bitkilərin 1417 ədəd olması aşkar edilmişdir. Bununla yanaşı baxış zamanı 50x30 metr ölçüdə olan torpaq sahəsində kökündən çıxarılaraq torpağın üzərinə atılmış, bir hissəsi saralmış vəziyyətdə olan 03 ədəd çətənə bitkilərinə bənzər bitkilər aşkar edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs baxış zamanı göstərdiyi 50x30 metr ölçüdə olan üçüncü torpaq sahəsindəki torpaqdan 1417 ədəd, həmin torpaq sahəsində kökündən çıxarılıb torpağın üzərinə atılmış vəziyyətdə 03 ədəd olmaqla cəmi 1420 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. (Cild 1, iş vərəqləri 15-23) “Baxış keçirilməsi haqqında” 08 iyul 2022-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış, həmin videogörüntülərin əks olunduğu disklərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, hadisə yerinə baxış keçirilməsi zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 104-105) Cinayət işinin materiallarında olan 08 iyul 2022-ci il tarixli torpağa və bitkilərə baxış keçirilməsi barədə mütəxəssis rəyindən görünür ki, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs ünvan 4 meşə sahəsində narkotik tərkibli bitkiləri əkib yetişdirdiyi yerə baxış keçirilərkən aşkar edilərək götürülmüş cəmi 1945(mİn doqquz yüz qırx beş) ədəd yaş vəziyyətdə olan bitkilər tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. Bundan başqa həmin yerdən aşkar edilərək götürülmüş 03 ədəd bitki kolu nəm halda olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. Onların dibləri boşaldılmış, diblərinə gübrə verilmiş, aqrotexniki qaydada qulluq edilməklə kultivasiya edilmişdir. (Cild 1, iş vərəq 24) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-bioloji ekspertizasının 09 iyul 2022-ci il tarixli, 7/751 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Xaçmaz rayonu, Nağıoba kəndi ərazisində olan meşə sahəsindən aşkar olunmuş ...” yazıları olan 30 ədəd sintetik torbalardakı sayı 1945(min doqquz yüz qırx beş) ədəd yaş vəziyətdə ümumi çəkisi- 374000qram(374kq), olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir.Təqdiqata təqdim edilmiş üzərində “03 ədəd...bitki nümunələri ...” yazıları olan 01 ədəd sintetik torbadakı sayı 03(üç) ədəd nəm vəziyətdə ümumi çəkisi-1100qram(l kq 100 qram) olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabİs) bitkiləridir.Aqranomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə(kannabis)bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. (Cild 1, iş vərəqləri 47-50) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 20 sentyabr 2022ci il tarixli, 5362 nömrəli rəyində göstərilmişdir ki, kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. (Cild 1, iş vərəqləri 169-170) Cinayət işinin materiallarında olan “Maddi sübut kimi tanınmaq haqqında” 06 sentyabr 2022-ci il tarixli və “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 15 dekabr 2022-ci il tarixli qərarlardan görünür ki, 375.097,8 qram çətənə, velosiped, həmin velosipedin üzərində quraşdırılmış su mühərriki, 20 metr uzunluğunda sarı rəngli, rezin su borusu, 01 ədəd tava, 01 ədəd qaz balonu, 01 ədəd çaydan, 01 ədəd çadır, içərisində gübrə olan 01 ədəd ağ rəngli plastmas vedrə, 01 ədəd bel, 02 ədəd yastıq, 01 ədəd yorğan maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nə təhvil verilmişdir. 06 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 114-115, 180- 192) Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsassən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 19-cu bəndində hüquqi mövqe ifadə olunaraq izah edilmişdir ki, əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən İİİ siyahıda, yəni “qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər” siyahısına əsasən çətənə növlü bitkilər Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilərdir və həmin bitkilərin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 3-15 ədəd (6- 30 hissə), külli miqdar daxil olmaqla yuxarı həddi 16 ədəd (31 hissə) müəyyən edilmişdir. Bundan əlavə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin 04 sentyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinmiş və ona 3.200 manat miqdarında cərimə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən təqdim edilmiş 23 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 3.200 manat miqdarında cərimə cəzası üzrə heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzaya Xaçmaz rayon məhkəməsinin 04 sentyabr 2014-cü il tarixli hökmü ilə təyin edilmiş 3.200 manat cərimə cəzası tamamilə birləşdirilməklə qəti cəza təyin edilməli, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzası müstəqil icra olunmalıdır. Belə ki, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 08 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsinin qərarı ilə barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin 04 oktyabr 2022-ci il tarixli və 04 noyabr 2022-ci il tarixli qərarları ilə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 79-81, 135-138, 164-165) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Xaçmaz RPŞ-də saxlanılan 375.097,8 qram çətənə bitkisi, velosiped, həmin velosipedin üzərində quraşdırılmış su mühərriki, 20 metr uzunluğunda rezin su borusu, 01 ədəd tava, 01 ədəd qaz balonu, 01 ədəd çaydan, 01 ədəd çadır, içərisində gübrə olan 01 ədəd ağ rəngli plastmas vedrə, 01 ədəd bel, 02 ədəd yastıq, 01 ədəd yorğan məhv edilməlidir. 06 ədəd disk iş materiallarında saxlanılsın. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 78 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəzaya Xaçmaz rayon məhkəməsinin 04 sentyabr 2014-cü il tarixli hökmü ilə təyin edilmiş 3.200 manat cərimə cəzası tamamilə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və 3.200 manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzası müstəqil icra olunsun. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 08 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 78 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Xaçmaz RPŞ-də saxlanılan 375.097,8 qram çətənə bitkisi, bir ədəd velosipedin və onun üzərində quraşdırılmış su mühərriki, rezin su borusu, 01 ədəd tava, 01 ədəd qaz balonu, 01 ədəd çaydan, 01 ədəd çadır, içərisində gübrə olan 01 ədəd ağ rəngli plastmas vedrə, 01 ədəd bel, 02 ədəd yastıq, 01 ədəd yorğan məhv edilsin. İş materiallarında olan 06 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-356/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-356/2023
23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver