Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-356/2024 29.03.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X4 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1970-ci ildə Xaçmaz rayonu, Çarxı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Xaçmaz rayonu, Çarxı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa AĞİR zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 26 iyun 2023-cü il tarixdə saat 01:30 radələrində Xaçmaz rayonu, Çarxı kəndində, həmin kənd ərazisindən keçən asfaltbeton örtüklü yoldan şərq istiqamətində 40 metr aralı məsafədə yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına gedib Zərərçəkmiş şəxs mağazadan ona pivə almamasını bəhanə edərək nalayiq söyüşlər söymüş, Zərərçəkmiş şəxs onu yaşadığı evin qarşısından uzaqlaşdırmaq istədikdə isə sonuncunun yaşadığı evin həyət qapısından cənub istiqamətində 20 metr aralı məsafədə xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs üstündə gəzdirdiyi təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə qarın nahiyəsindən, sol əlindən və sol qolundan qəsdən vurmaqla ona sol əlin V barmaq və sol dirsək nahiyələrinin kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, habelə daxili qanaxma və piyliyin eventrasiyası (xaricə çıxması) ilə müşahidə olunmuş qarın boşluğu üzvlərinin-çənbər bağırsağın, dalaq əyriliyinin, çənbər bağırsaq müsariqəsinin zədələnməsi ilə qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən xəsarət yetirməklə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa Ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək sərbəst ifadəsində və ona ünvanlanan sualları cavablandırarkən bildirdi ki, o, Xaçmaz rayonu, Çarxı kəndində tək yaşamışdır. Zərərçəkmiş şəxs bacısı oğludur. Onun Elyarla münasibəti həmişə yaxşı olmuşdur. İçkili olduğuna görə bu cinayəti törətmişdir. Onun Elyar gilə həmişə get gəli olmuşdur. 25 iyun 2023-cü il tarixdə axşam vaxtı özü tək 250 qrama yaxın araq içmiş, sonra isə bayıra çıxıb küçədə gəzmişdir. Həmin gün gecə saat 01 radələrində bacısı Sədayə gilə getmişdir. Elyar evdə olmadığından bacısından Elyarın harada olduğunu soruşmuş, Sədayə də Elyarın evdə olmadığını bildirdiyindən o, yaşadığı evə getməsi üçün geri qayıtmışdır. 26 iyun 2023-cü il tarixdə təxminən saat 01:30 radələrində bacısı Sədayənin yaşadığı evdən təxminən 20 metr uzaqlaşmışdır ki, bacısı oğlu Elyarla əmisi nəvəsi Cabbar ona yaxınlaşmışlar. Elyar onun üstünə gəlib gecə vaxtı onların evinə gəlməsinin səbəbini soruşmuş, Cabbar isə qayıdıb geri getmişdir. O, da Elyara demişdir ki, bacısı evidir, həmişə gəlib-getdiyi evdir. Bundan sonra Elyar ondan ayrılıb yaşadığı evin həyətinə getmiş və tez də geri qayıdıb gələndə görmüşdür ki, Elyarın əlində yaba var. O içkili olduğundan Elyarın əlində yaba olması onda əsəb yaratdığından şalvarının sağ yan cibində olan mətbəx bıçağını çıxarıb bir dəfə Elyarın qarın nahiyəsindən vurmuş və ondan ayrılıb yaşadığı evə getmişdir. Elyara xəsarət yetirdiyi mətbəx bıçağını isə istintaqa təqdim etmişdir. O, təxminən 30-40 dəqiqə evdə olmuş, sonra isə küçəyə çıxıb gecəni kənd ərazisində gəzmişdir. Həmin gün səhər saatlarında bilmişdir ki, gecə Çarxı kəndinə polis əməkdaşları gəlib onu axtarsalar da tapa bilməmişlər və qayıdıb geri getmişlər. O, yenə də evə getməyib kənd ərazisində gəzmiş, 26 iyun 2023cü il tarixdə təxminən saat 16:30 radələrində mobil telefonuna zəng gəlmiş və o, telefona cavab verdikdə danışan şəxs polis əməkdaşı olduğunu bildirərək harada olduğunu soruşmuş, o, da ona yaşadığı Xaçmaz rayonu, Çarxı kəndində olduğunu və Xaçmaz RPŞnə gəlmək istədiyini bildirmişdir. Polis əməkdaşı Çarxı kəndinə gəldiyini bildirmiş və o, olduğu yeri ona deyərək dayanıb gözləmişdir. Bir qədər keçdikdən sonra olduğu yerə polis əməkdaşları gəlmişlər və onu avtomobilə əyləşdirib Xaçmaz RPŞ-nə gətirmişlər. Polis şöbəsində olarkən o, izahat verərək bıçaqla vurub Elyara xəsarət yetirdiyini bildirmiş, sonra isə hadisə yerinə getmişlər və onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Əvvəllər Elyarla aralarında mübahisə olmamışdır. Elyar ilə aralarında mübahisə Xaçmaz rayonu, Çarxı kəndində Elyarın yaşadığı evin həyət qapısından cənub istiqamətində təxminən 20 metr aralı məsafədə küçədə olmuşdur və həmin yerdə də o, bıçaqla vurub Elyara xəsarət yetirmişdir. Bıçaqla vurub Elyara xəsarət yetirdiyini görən olmamışdır. Elyarla aralarında olan mübahisə əvvəldən axıradək təxminən 3-4 dəqiqə davam etmişdir. Üstündə olan bıçağı evdən çıxarkən götürmüşdür. Gecə olduğuna görə bıçağı üstündə götürmüşdür ki, küçədə gəzərkən üstünə it gəlsə özünü müdafiə edə bilsin. O, hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmişin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Çarxı kəndində yaşayır. Təqsirləndirilən şəxs onun dayısıdır. Onun dayısı Muradla münasibəti yaxşı olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Dayısı Murad bir neçə dəfə məhkumluq həyatı yaşamış, spirtli içkiyə meyilli olmuşdur. 25 iyun 2023-cü il tarixdə həmkəndlisi Şaban yaşadığı evin həyətində oğlu üçün toy məclisi keçirmiş, o da həmin toy məclisində iştirak etmiş, saat 20:00 radələrində dayısı Murad Şabanın yaşadığı evin həyətinə gəlmişdir. Birlikdə oturub rəqs edən şəxslərə baxmışlar. Təxminən saat 23:30 radələrində o, Şabanın yaşadığı evin həyətindən çıxıb gedərkən dayısı da ayağa durub onun arxasınca gəlmiş və onlar söhbət edə-edə həmkəndlisi Əzifə adlı qadının işlədiyi mağazanın qarşısına gəlmişlər. O, mağazaya daxil olub özünə siqaret alanda dayısı Murad ona demişdir ki, mağazadan onun üçün də pivə alsın. Dayısı Murad sərxoş vəziyyətdə olanda mübahisə etməyə meyilli olduğu üçün o, dayısına demişdir ki, sərxoş vəziyyətdə olanda dalaşmağa meyilli olur, ona görə də ona pivə almayacaqdır. Dayısı Murada pivə almayaraq mağazadan çıxıb yaşadığı ev istiqamətində gəlmiş, dayısı Murad isə öz evi istiqamətində getmişdir. Yaşadığı küçəyə çatanda evə getməyib qonşunun evinin hasarına yaxın yerdə oturub mobil telefonunda olan video görüntülərə baxmış, sonra onun yanına əmisi nəvəsi Cabbar gəlmiş və sonuncu bir neçə dəqiqə onun yanında oturduqdan sonra qayıdıb yaşadığ evə getmiş, o, isə həmin yerdə dayanıb yenə də mobil telefonunda olan video görüntülərə baxmışdır. 26 iyun 2023-cü il tarixdə təxminən saat 01:00 radələrində mobil telefonuna zəng gəlmiş və baxanda görmüşdür ki, zəng vuran dayısı Muraddır. Telefona cavab verəndə dayısı Murad nəyə görə ona pivə almadığını deyərək ona qarşı söyüş ifadələri işlətmiş, o, isə səsindən onun sərxoş vəziyyətdə olduğunu hiss edib cavab verməyərək telefonu söndürmüşdür. 26 iyun 2023-cü il tarixdə təxminən saat 01:30 radələrində dayısı Muradın səsini eşidib baxanda görmüşdür ki, dayısı onların evinin qarşısında dayanıb onun ünvanına söyüş ifadələri işlədir, anası Sədayə isə onu sakitləşdirib öz evinə yola salmağa çalışır. O, dayısı Muradın sərxoş vəziyyətdə olduğunu görüb ona yaxınlaşmamışdır ki, o, sakitləşib getsin. Dayısı Murad isə onların evinin həyət qapısının qarşısında dayanıb anası ilə mübahisə etdiyinə görə onun anasını vura biləcəyindən ehtiyyat etmiş və yaxınlaşıb dayısı Muraddan onu söyməsinin səbəbini soruşmuş, Murad da nəyə görə ona pivə almadığına irad bildirmişdir. O dayısına demişdir ki, sərxoş olanda dalaşmağa və mübahisə elməyə meyilli olur, ona görə də, ona pivə almamış, başqa nə isə istəyirsə gedib ala bilər. Dayısı ilə söhbət edə-edə kəndin mərkəzindən keçən asfalt yola tərəf getmişlər və yaşadığı evin həyət qapısından təxminən 15-20 metr uzaqlaşdıqdan sonra dayısı Murad bir dəfə onun qarın nahiyəsinə vurmuşdur. Baxanda dayısı Muradın əlində bıçaq olduğunu görüb başa düşmüşdür ki, Murad onu bıçaqla vurmuşdur. O, əlini uzadıb bıçağı Muradın əlindən almaq istəmiş, Murad isə bıçağı ona verməyərək qarşısında tutub sağa-sola hərəkət etdirərkən bıçaq onun sol əlinin beşinci barmağına və sol dirsək nahiyəsinə dəyərək kəsmişdir. Bundan sonra dayısı Murad oradan uzaqlaşıb getmiş, o, isə yaşadığı evin həyətinə gəlmiş və həyətdə olan işığın altında baxanda görmüşdür ki, qarın nahiyəsindən qan axır. Sonra yaşadığı evin həyətinə əmisi nəvəsi Cabbar gəlmiş və o, Cabbara demişdir ki, dayısı Murad bıçaqla vuraraq ona xəsarət yetirmişdir., Cabbar öz mobil telefonu ilə təcili tibbi yardıma zəng vurub onun baçaqlanması barədə məlumat vermiş, sonra isə o, özü Cabbarın mobil telefonunu alıb Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq demişdir ki, Xaçmaz rayonu, Çarxı kəndində bıçaqlanma hadisəsi olmuşdur. Bir müddət keçdikdən sonra yaşadığı evin qarşısına təcili tibbi yardım avtomobili gəlmiş və o, təcili tibbi yardım avtomobili ilə Xaçmaz RMX-na gətirilmişdir. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsində isə onun üzərində cərrahi əməliyyat aparılmışdır. Əvvəllər dayısı Muradla aralarında mübahisə olmamışdır. X12 rayonu, Çarxı kəndində yaşadığı evin həyət qapsından 15-20 metr aralı məsafədə bıçaqla vuraraq ona xəsarət yetirmiş, həmin vaxt ətrafda kənar adam olmamış, sonradan onların yanına başqa gələn olmamış və dayısı Muradın bıçaqla vurub ona xəsarət yetirməsini görən olmamışdır. Dayısı Muradın yanına gəlməsi və sonuncunun bıçaqla vurub ona xəsarət yetirməsi təxminən 3-4 dəqiqə ərzində baş vermişdir. Həmin hadisə zamanı Cabbar onun yanında olmamış və o, yaba ilə dayısı Muradın kürək nahiyəsinə vurmamışdır. Dayısı bıçaqla vurub ona xəsarət yetirərkən ümumiyyətlə onun əlində yaba olmamışdır. Dayısı Muradın bu barədə göstərdikləri yalandır. O, hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Çarxı kəndində yaşayır. Zərərçəkmiş şəxs onun oğludur, Təqsirləndirilən şəxs isə qardaşıdır. Qardaşı Murad özü də Xaçmaz rayonu, Çarxı kəndində ata evində tək yaşamışdır. Onun qardaşı Muradla münasibəti yaxşı olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Murad tez-tez onların evinə gəlib-getmişdir. Murad özü də bir neçə dəfə məhkumluq həyatı yaşamışdır və spirtli içkiyə meyilli olduğuna görə demək olar kı, hər gün sərxoş vəziyyətdə olmuşdur. 25 iyun 2023-cü il tarixdə həmkəndlisi Şaban yaşadığı evin həyətində oğlu üçün toy məclisi keçirmiş, oğlu Elyar da həmin toy məclisinə dəvət olunduğu üçün həmin gün təxminən saat 13:00 radələrində gedib məclisdə iştirak etmiş, saat 16:00 radələrində isə qayıdıb evə gəlmişdir. Elyar axşamadək evdə olmuş, sonra isə yenə də evdən çıxıb getmişdir. 26 iyun 2023-cü il tarixdə təxminən saat 01:30 radələrində yaşadığı evin həyat qapısı döyülmüş və o, qapını açanda görmüşdür ki, qapını döyən qardaşı Muraddır. Qapını açan kimi Murad ondan Elyarın harada olduğunu soruşmuş, o, ona Elyarın evdə olmadığını bildirdikdə Murad Elyarın ünvanına söyüş ifadələri işlətmişdir. Muradın sərxoş vəziyyətdə olduğunu görüb çalışmışdır ki, Elyar gəlmədən onu sakitləşdirib öz evinə yola salsın. Murad isə getməyərək onların evinin həyət qapısının qarşısında dayanıb ona demişdir ki, Elyardan pivə istəmişdir, Elyar isə ona pivə almamışdır. Həmin vaxt oğlu Elyar onların yanına gəlib Muraddan onu söyməsinin səbəbini soruşmuş, Murad da ondan nəyə görə ona pivə almadığını soruşmuşdur. Elyar da Murada demişdir ki, o, sərxoş olanda dalaşmağa və mübahisə etməyə meyilli olur, ona görə də, ona pivə almamışdır, başqa nə isə istəyirsə getsinlər mağazadan alıb versin. Elyarla Murad söhbət edə-edə kəndin mərkəzindən keçən asfalt yola tərəf getmişlər, o, isə qayıdıb evə gəlmişdir. Bir neçə dəqiqə keçdikdən sonra Eylar qayıdıb həyətə gəlmiş və o, onun qarın nahiyəsindən qan axdığını görüb nə olduğunu soruşmuş, Elyarda ona demişdir ki, Murad bıçaqla vuraraq ona xəsarət yetirmişdir. O, özünü itirib qışqırmış, sonra onların həyətinə qayınının nəvəsi Cabbar gəlmiş və Elyar Cabbara demişdir ki, dayısı Murad bıçaqla vuraraq ona xəsarət yetirmişdir, o, Azərbaycan Respublikası DİN-in 102 xidmətinə və təcili tibbi yardıma zəng vurub bu barədə məlumat versin. Cabbar öz mobil telefonu ilə təcili tibbi yardıma zəng vurub Elyarın baçaqlanması barədə məlumat vermiş, sonra isə Elyar özü Cabbarın mobil telefonunu alıb Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq demişdir ki, Xaçmaz rayonu, Çarxı kəndində bıçaqlanma hadisəsi olmuşdur. Bir müddət keçdikdən sonra onların evinin qarşısına təcili tibbi yardım avtomobili və polis əməkdaşları gəlmişlər, onlar Elyarı təcili tibbi yardım avtomobilnə əyləşdirib Xaçmaz RMX-na yola salmışlar. O, evdə olduğu üçün Muradın bıçaqla vurub Elyara xəsarət yetirməsini görməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT X8 Şəxsin Xaçmaz Rayon Şöbəsinin 26 iyun 2023-cü il tarixli 328 nömrəli rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə və adına tərtib edilmiş xəstəlik tarixində qeyd olunanlara əsaslanaraq aşağıdakı nəticəyə gəlinmişdir: onun bədəni üzərində aşkar edilmiş xəsrətlər-daxili qanaxma və piyliyin eventrasiyası (xaricə çıxması) ilə müşahidə olunmuş qarın boşluğu üzüvlərinin-çənbər bağırsağın, dalaq əyriliyinin, çənbər bağırsaq müsariqəsinin zədələnməsi ilə qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yara deşicikəsici alətin təsirindən törənməklə, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir, sol əlin V barmaq və sol dirsək nahiyələrinin kəsilmiş yaraları isə iti kənarlı kəsici alətin təsirindən törənməklə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Göstərilən xəsarətlərin yetirilmə müddəti qərarda qeyd olunduğu kimi xx.xx.2023-cü il tarixə uyğun gəlir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyun 2023-cü il tarixli 3-16-16/2 3/1062, 3/1073 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə dəyişiklik edilməmişdir. Təqdim edilmiş qısaqol köynəyin və maykanın səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Həmin zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin qısaqol köynəyin və maykanın səlhindəki zədələrdə zədə yaradan predmetə xarakterik xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş qısaqol köynəyin və maykanın material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını təyin etmək mümkün olmadığından onların səthində olan zədələrin yaranma mexanizmini müəyyən etmək mümkün olmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X11 08 iyul 2023-cü il tarixli, 1851 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs psixi inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı normaya uyğundur. O, əqli və psixi inkişafının xüsusiyyətlərinə görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən qəflətən baş vermiş güclu ruhi həyacan (affekt) vəziyyətində olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan 26 iyun 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisənin baş verdiyi yer Xaçmaz rayonu, Çarxı kəndində, həmin kənd ərazisindən keçən asfaltbeton örtüklü yoldan şərq istiqamətində 40 metr aralı məsafədə yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin həyət qapısından cənub istiqamətində 20 metr aralı məsafədə olan yerdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan 26 iyun 2023-cü il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı götürülmüşdür və tərəfimdən 01 sentyabr 2023-cü il tarixli qərar ilə maddi sübut hesab edilərək saxlanılmasından ötrü Xaçmaz RPŞ-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan 26 iyun 2023-cü il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd mayka və bir ədəd qolsuz köynək götürülmüşdür və tərəfimdən 01 sentyabr 2023-cü il tarixli qərar ilə maddi sübut hesab edilərək saxlanılmasından ötrü Xaçmaz RPŞ-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Məhkəmə-tibbi ekspertizasının 26 iyun 2023-cü il tarixli 334 nömrəli rəyindən də görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan 03 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs yaba ilə onun kürək nahiyəsinə vurmasım göstərməsi özünü müdafiə kimi qiymətləndirilərək cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Xaçmaz rayonu, Çarxı kənd İƏD-dən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur, subaydır, Xaçmaz rayonu, Çarxı kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamışdır. Cinayət işinin materiallarından görünür ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı, Zərərçəkmiş şəxs məxsus 01 ədəd mayka və 01 ədəd qolsuz köynək Xaçmaz RPŞ-də saxlanılır. Beləliklə, Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlərlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada Cinayət Məcəlləsinin həmin maddələrinin sanksiyaları həddində və cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 04 fevral 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirli bilinib 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, 11 iyul 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata isə Xaçmaz Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir və hazırda o, məhkumluğu olmayan şəxsdir. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, eyni zamanda törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, ağır cinayət əməli törətməsinə görə Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 26 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz Rayon Məhkəməsi tərəfindən isə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Xaçmaz RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan 01 ədəd təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı və Zərərçəkmiş şəxs məxsus 01 ədəd mayka və 01 ədəd qolsuz köynək məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə 120 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 26 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Xaçmaz RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan 01 ədəd təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı və Zərərçəkmiş şəxs məxsus 01 ədəd mayka, 01 ədəd qolsuz köynək məhv edilsin. Təqsirləndirilən şəxs 120 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-356/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-356/2024
29.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver