Məhkəmə qərarları › İş №1(124)-357/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-357/2023

16.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-357/2023 16.06.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, eləcə də təqsirləndirilən şəxslərin iştirakları ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmə istintaqı başlanılmazdan əvvəl müəyyən edilmişdir ki, qeyd edilən cinayət işinin baxılması Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə aid deyil və cinayət işi aidiyyati üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 29-cu maddəsinə əsasən həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Hazırki cinayət işi üzrə aparılmış ibtidai istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqa məlum olmayan “İlqar” adlı iran İslam Respublikası vətəndaşı və qeyriləri ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələrin satışının həyata keçirilməsi barədə razılığa gələrək istifadəsində olan informasiya-telekommunikasiya şəbəkəsi hesab olunan telekommunikasiya vasitəsi "Samsung” markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp” proqram təminatından istifadə etməklə onlarla əlaqə saxlayıb Biləsuvar rayonu ərazisindən naməlum şəraitdə və vaxtda, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 3875,68 qram narkotik vasitə heroin, külli miqdarda təmiz çəkisi 44300 qram narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda təmiz çəkisi 6000 qram psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs1la birlikdə qanunsuz əldə etməklə özünün kirayə tutduğu ünvan 1 ünvana daşımaqla orada saxlamış, deyilən vaxtlarda həmin maddələri verilmiş şifariş əsasında Təqsirləndirilən şəxs1la birlikdə müəyyən edilmiş çeşid və çəkilərə uyğun qablaşdıraraq müxtəlif ünvanlarda yerləşdirib işarələnmiş məkanların fotoşəkillərini İran İslam Respublikasının vətəndaşı "İlqar” adlı şəxsin istifadəsində olan mobil telefonda quraşdırılmış “Whatsapp” proqram təminatına göndərməklə onun şifarişi əsasında ayrı-ayrı müştərilərə çatdırılmasını təmin etmiş, əldə etmiş olduqları həmin narkotik vasitə heroindən bir bükümdə 56,443 qram çəkidə narkotik vasitə heroini öz üzərində, bir bükümdə 49,237 qram çəkidə narkotik vasitə heroini isə Təqsirləndirilən şəxs1 ayırıb satış üçün qablaşdıraraq qanunsuz olaraq üzərilərində daşıyarkən onun Təqsirləndirilən şəxs1 ilə əlbir olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 23 iyul 2022-ci il tarixdə, saat 22:10-da keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, Təqsirləndirilən şəxs1la birlikdə ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmişlər, orada xidməti otaqların birində saat 23:40-dan etibarən özünün üzərinə keçirilən şəxsi axtarış və götürmə zaman əynində olan şalvarın sol yan cibindən bir bükümdə 56,443 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış və götürmə zaman əynində olan şalvarın sağ yan cibindən bir bükümdə 49,237 qram çəkidə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş heroinlə eyni tərkibli olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, xx.xx.2022-ci il tarixdə saat 01:15-dən etibarən Təqsirləndirilən şəxs2 kirayə tutduğu Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, ev 5, mənzil 8 ünvanına özünün icazəsi və razılığı ilə baxış keçirilən zaman qonaq otağındakı divanın yanında saxladığı iki ədəd qara rəngli çantaların içərisində üzəri yapışqan lentlə sarınmış dörd ədəd polietilen bağlamalarda, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 954 qr, 934 qr, 919 qr, 963 qr, ümumi təmiz çəkisi 3700 qram olan külli miqdarda həm öz aralarında, həm də Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 üzərilərindən aşkar edilmiş heroinlərlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyniolan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üç ədəd üzəri yapışqan lentlə sarınmış polietilen bağlamalarda, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2010 qr, 2000 qr, 1990 qr, ümumi təmiz çəkisi 6000 qr olan xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, beş ədəd qara rəngli polietilen bağlamalarda, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 12395 qr, 6560 qr, 5795 qr, 5280 qr, 14270 qr, ümumi təmiz çəkisi 44300 qr olan külli miqdarda eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və səthində narkotik vasitə heroinə məxsus izlər olan üç ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Göründüyü kimi hər iki təqsirləndirilən şəxsə verilmiş ittihamlarda onlar tərəfindən törədilmiş cinayət əməllərinin Bakı şəhərinin Nərimanov və Xətai rayonlarının ərazilərində törədilməsi göstərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin tələbinə əsasən isə cinayət işinə cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli qərarına əsasən, Bakı şəhərinin Nərimanov və Xətai rayonlarının ərazi vahidləri Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 75.2-ci maddəsinə əsasən məhkəmə öz icraatına qəbul etdiyi cinayət işinə bu Məcəllənin 74.5 və 74.6-cı maddələrində nəzərdə tutulmuş şərtlərə uyğun başqa məhkəmədə baxılmalı olduğunu məhkəmə baxışı zamanı müəyyən edərsə, işi məhkəmə aidiyyəti üzrə göndərməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməli və bununla bağlı müdafiə tərəfinin vəsatəti təmin edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və ləğv edilməsi üçün əsaslar olmadığından, təqsirləndirilən şəxslər barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321 və 75.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l ı r:

1. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsin.

2. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın.

3. Qərarın surəti icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin.

4. Qərar qətidir, apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. lə düzdü

r

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar