Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-357/2024 27.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X4 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X12 qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi1 və “Fides” Vəkil Bürosunun vəkili X5, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Xızı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xızı rayonu, Tıxlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış və barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1991-ci il tarixdə Yardımlı rayonu, Köryədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yardımlı rayonu, Köryədi kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 228.2.1, 234.4.1, 234.4.2, 234.4.3, 318.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair və xx.xx.1992-ci il tarixdə Yardımlı rayonu, Köryədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Yardımlı rayon Təhsil Şöbəsi “X13 Mərkəzi”ndə dərnək rəhbəri vəzifəsində işləmiş, Yardımlı rayonu Köryədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Whatsapp ünsiyyət proqramı vasitəsi ilə tanış olduqları, şəxsiyyətləri istintaqla müəyyən edilməyən «Kərbəlayi», «Hacı» ləqəbli İran İslam Respublikasının vətəndaşları və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, sonuncuların satış məqsədi ilə verdikləri və bu yolla qanunsuz əldə etdikləri külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin hər bir kiloqramına 400 manat pul veriləcəyi müqabilində Azərbaycan Respublikası ərazisində narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirəcəyi barədə ümumi razılığa gəlmiş, 2022-ci ilin oktyabr ayının axırlarında gecə vaxtı bir qrup şəxs halında «Kərbəlayi» ləqəbli şəxs tərəfindən Yardımlı rayonu, Vəlixanlı kəndinin yaxınlığında yerləşən meşədə gizlədilmiş külli miqdarda 395,80 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 675,45 qram çəkidə psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs2la birlikdə götürüb əldə edərək, həmin maddələri kirayədə yaşadığı ünvan 4 ünvanına daşıyıb həmin evdə saxlamış, 07 dekabr 2022-ci il tarixdə, saat 19:28 radələrində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən kirayədə yaşadığı ünvan 5 ünvanına baxış keçirilərkən, evin yataq otağında olan çarpayının alt hissəsindən 04 (dörd) ədəd sellofan bükümlərin içərisində 2022-ci ilin oktyabr ayının axırlarında əldə etdikləri təmiz çəkisi 395,80 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda ümumi təmiz çəkisi 675,45 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1, təkrarən Təqsirləndirilən şəxs2, o cümlədən Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək, «Kərbəlayi», «Hacı» ləqəbli İran İslam Respublikasının vətəndaşlarının onlara verdiyi küllü miqdarda narkotik vasitələr və psixotrop maddələrin hər bir kiloqramına 400 manat ona pul veriləcəyi müqabilində, eləcə də odlu silah, onun komplekt hissəsi, döyüş sürsatlarını, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirərək, Azərbaycan Respublikası ərazisində satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, bu məqsədlə xx.xx.2022-ci il tarixdə 02:00 radələrində Yardımlı rayonunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 18-ci sərhəd zastavası istiqamətindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar qanunsuz olaraq İran İslam Respublikasına keçdikdən sonra, İran İslam Respublikası, Germi vilayəti, Üçağac kəndində «Kərbəlayi», «Hacı» ləqəbli və digər şəxslərlə görüşüb, «Kərbəlayi» ləqəbli şəxsdən 9 mm kalibrli, zavod üsulu ilə ABŞ dövlətində istehsal edilmiş, «2020085» №-li, texniki cəhətdən saz vəziyyətdə və atəşə yararlı olan, yivli odlu döyüş silahı hesab edilən 01 (bir) ədəd tapançanı, 9x19 mm kalibrli Brauninq konstruksiyalı və həmin kalibirli digər silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, atəşə yararlı, döyüş sursatı hesab edilən 39 (otuz doqquz) ədəd patronları, 9x19 mm kalibirli patronların saxlanılması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz olan, tapançaların komplekt hissəsi olan 02 (iki) ədəd daraqları və təkrarən satış məqsədi ilə külli miqdarda ümumi çəkisi 9999,10 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda ümumi çəkisi 13340,20 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuananı, külli miqdarda ümumi çəkisi 2305,60 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etdikdən sonra 06 dekabr 2022-ci il tarixdə 22:00 radələrində İran İslam Respublikası istiqamətindən Yardımlı rayonu, Məlikli kəndində Azerbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar qanunsuz olaraq keçərək külli miqdarda narkotik vasitələri, külli miqdarda psixotrop maddəni, 01 (bir) ədəd tapança odlu silahı, onun komplekt hissəsini və ona aid döyüş sursatını özləri ilə Azərbaycan Respubliksının gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli keçirərək əvvəllcədən əldə edilmiş razılığa əsasən Yardımlı rayonunun Arus kəndi yaxınlığında onları gözləyən və qabaqcadan razılaşdırılmaqla onlara köməklik edəcəyinə dair vəd vermiş ƏlTəqsirləndirilən şəxs3 idarə etdiyi VAZ 2107 markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilə qaçaqmalçılıq yolu ilə keçirdikləri külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni yerləşdirdikdən sonra, Təqsirləndirilən şəxs2la birlikdə idarə etdiyi «Chevrolet Nexia» markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 01 (bir) ədəd tapança odlu silahı və ona aid döyüş sursatını, komplekt hissəsini saxlamış və gəzdirib Sumqayıt şəhərinə daşımış, Camal Ələkbərlinin idarə etdiyi VAZ 2107 markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cəlilabad rayonu, Kövüzbulaq kəndi yaxınlığında palçıqlı torpaq yolda hərəkət edə bilmədiyinə görə, 07 dekabr 2022-ci il tarixdə 05:00 radələrində Təqsirləndirilən şəxs2la birlikdə idarə etdiyi avtomobil ilə 01 (bir) ədəd tapança odlu silahı, onun komplekt hissəsisini və ona aid döyüş sursatını saxlamış, gəzdirmiş və daşımaqla Cəlilabad rayonu, Kövüzbulaq kəndi yaxınlığında yerləşən Soltankənd kəndi ərazisinə gətirmiş, orada narkotik vasitələri təhvil alıb həmin avtomobilin yük yerinə yerləşdirib saxlayaraq Sumqayıt şəhəri istiqamətində hərəkət etdikləri zaman Azerbaycan Respublikası DTX-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07 dekabr 2022ci il tarixdə saat 09:30 radələrində Cəlilabad rayonu, Uzuntəpə kəndi ərazisində saxlanılıb Cəlilabad şəhərində yerləşən DTX-nin Cəlilabad Rayon Şöbəsinin inzibati binasına gətirilib orada “Chevrolet-Nexia” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən, həmin avtomobilin qabaq sol sürücü oturacağının alt hissəsindən 9 mm kalibrli, zavod üsulu ilə ABŞ dövlətində istehsal edilmiş, «2020085» №-li, texniki cəhətdən saz vəziyyətdə və atəşə yararlı olan, yivli odlu döyüş silahı hesab edilən 01 (bir) ədəd tapanca, 9x19 mm kalibrli Brauninq konstruksiyalı və həmin kalibirli digər silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, atəşə yararlı, döyüş sursatı hesab edilən 39 (otuz doqquz) ədəd patronlar, 9x19 mm kalibirli patronların saxlanılması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz olan, tapançaların komplekt hissəsi olan 02 (iki) ədəd daraqlar, həmin avtomobilin yuk yerindən 02 (iki) ədəd iri həcmli polietilen torbalarda külli miqdarda ümumi çəkisi 9999,10 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda təmiz çəkisi 2305,60 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, külli miqdarda təmiz çəkisi 13340,20 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni ona məxsus avtomobildə saxlamaqla daşımış və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirməkdə qabaqcadan vəd etməklə əlbir olduğu digər şəxslərə köməklik etmişdir. Belə ki, o, tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, İran İslam Respublikasının vətəndaşı şəxsiyyətləri istintaqla müəyyən edilməyən «Kərbəlayi», «Hacı» ləqəbli və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, sonuncuların satış məqsədi ilə verdikləri və bu yolla qanunsuz əldə edikləri külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin Azərbaycan Respublikası ərzisində satışını həyata keçirəcəyi barədə ümumi razılığa gəlmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə 02:00 radələrində Yardımlı rayonunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 18-ci sərhəd zastavası istiqamətindən Azerbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar qanunsuz olaraq İran İslam Respublikasına keçdikdən sonra, həmin şəxslərin İran İslam Respublikası, Germi vilayəti, Üçağac kəndində «Kərbəlayi», «Hacı» ləqəbli və digər şəxslərlə görüşüb, «Kərbəlayi» ləqəbli şəxsdən 9 mm kalibrli, zavod üsulu ilə ABŞ dövlətində istehsal edilmiş, «2020085» №-İİ, texniki cəhətdən saz vəziyyətdə və atəşə yararlı olan, yivli odlu döyüş silahı hesab edilən 01 (bir) ədəd tapançanı, 9x19 mm kalibrli Brauninq konstruksiyalı və həmin kalibirli digər silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, zavod üsula ilə xarici dövlətdə istehsal olunmuş, atəşə yararlı, döyüş sursatı hesab edilən 39 (otuz doqquz) ədəd patronları, 9x19 mm kalibirli patronların saxlanılması üçün nəzərdə tutulmuş, zavod üsula ilə istehsal olunmuş, texniki cəhətdən saz olan, tapançaların komplekt hissəsi olan 02 (iki) ədəd daraqları və təkrarən satış məqsədi ilə külli miqdarda ümumi çəkisi 9999,10 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda ümumi çəkisi 13340,20 qram olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuananı, külli miqdarda ümumi çəkisi 2305,60 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etdikdən sonra 06 dekabr 2022-ci il tarixdə 22:00 radələrində İran İslam Respublikası istiqamətindən Yardımlı rayonu, Məlikli kəndində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar qanunsuz olaraq keçərək külli miqdarda narkotik vasitələri, külli miqdarda psixotrop maddəni, 01 (bir) ədəd tapança odlu silahı, onun komplekt hissəsini və ona aid döyüş sursatını özləri ilə Azərbaycan Respubliksının gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli keçirərək qabaqcadan razılaşdırılmaqla vəd etdiyi yardıma əsasən Yardımlı rayonunun Arus kəndi yaxınlığında idarə etdiyi VAZ 2107 markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilə qeyd olunan şəxslərin qaçaqmalçılıq yolu ilə keçirdikləri külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni yerləşdirdikdən sonra, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birlikdə idarə etdiyi «Chevrolet Nexia» markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 01 (bir) ədəd tapança odlu silahı və ona aid döyüş sursatını, komplekt hissəsini saxlamış və gəzdirmiş Sumqayıt şəhərinə daşımış, idarə etdiyi VAZ 2107 markalı, **-UF- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cəlilabad rayonu, Kövüzbulaq kəndi yaxınlığında palçıqlı torpaq yolda hərəkət edə bilmədiyinə görə, 07 dekabr 2022-ci il tarixdə 05:00 radələrində Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birlikdə idarə etdiyi avtomobil ilə 01 (bir) ədəd tapança odlu silahı, onun komplekt hissəsisini və ona aid döyüş sursatını saxlamış, gəzdirmiş və daşımaqla Cəlilabad rayonu Kövüzbulaq kəndi yaxınlığında yerləşən Soltankənd kəndi ərazisinə gətirmiş, orada narkotik vasitələri təhvil alıb həmin avtomobilin yük yerinə yerləşdirib saxlayaraq Sumqayıt şəhəri istiqamətində hərəkət etdikləri zaman Azərbaycan Respublikası DTX-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07 dekabr 2022-ci il tarixdə saat 09:30 radələrində Cəlilabad rayonu, Uzuntəpə kəndi ərazisində saxlanılıb Cəlilabad şəhərində yerləşən DTX-nin Cəlilabad Rayon Şöbəsinin inzibati binasına gətirilb orada “Chevrolet-Nexia” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən, həmin avtomobilin qabaq sol sürücü oturacağının alt hissəsindən 9 mm kalibrli, zavod üsulu ilə ABŞ dövlətində istehsal edilmiş, «2020085» №-li, texniki cəhətdən saz vəziyyətdə və atəşə yararlı olan, yivli odlu döyüş silahı hesab edilən 01 (bir) ədəd tapanca, 9x19 mm kalibrli Brauninq konstruksiyah və həmin kalibirli digər silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, zavod üsula ilə xarici dövlətdə istehsal olunmuş, atəşə yararlı, döyüş sursatı hesab edilən 39 (otuz doqquz) ədəd patronlar, 9x19 mm kalibirli patronların saxlanılması üçün nəzərdə tutulmuş, zavod üsula ilə istehsal olunmuş, texniki cəhətdən saz olan, tapançaların komplekt hissəsi olan 02 (iki) ədəd daraqlar, həmin avtomobilin yuk yerindən 02 (iki) ədəd iri həcmli polietilen torbalarda külli miqdarda ümumi çəkisi 9999,10 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda təmiz çəkisi 2305,60 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, külli miqdarda təmiz çəkisi 13340,20 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası CM-nin 206.3.2, 228.2.1, 234.4.1, 234.4.2, 234.4.3 və 318.2-ci maddələri ilə təqsirli bilərək sərbəst ifadəsində və ona verilən suallara cavab olaraq göstərdi ki, Təqsirləndirilən şəxs2la bir yerdə usta işləyiblər, onu da həmin vaxt tanıyıb. Onlar tutulana qədər narkotik vasitə istifadə etməyiblər. Kərbəlayi adlı İran İR vətəndaşı ilə Elmin tanış olub. Onlar birinci dəfə sərhədi keçməyiblər, belə ki, Kərbəlayi narkotik vasitəni Azərbaycan ərazisinə atıb, onlar da həmin narkotik vasitələri götürüb deyilən yerə qoyublar. Sonradan həmin iş alınmadığından Kərbəlayi onlara vəd etdiyi pulu verməyib. Çünki həmin narkotik vasitələr xarab olub, ona görə də onların qoyduqları yerdən narkotik vasitələri götürən şəxslər narkotik vasitələri onlara geri qaytarıblar. Daha sonra iranlı Kərbəlayi həmin xarab narkotik vasitələri geri qaytarmaqlarını istəyib. Bunun üçün yer müəyyən ediblər, lakin o və Elmin meşədə qaranlıq və çovğun olduğu üçün azıblar və məcbur qalıb sərhəddən qanunsuz olaraq İran İR-nın ərazisinə keçiblər. İranda onları Kərbəlayi və tanımadığı bir neçə şəxs qarşılayıblar və onlar xarab narkotik vasitəni ona geri veriblər. Təxminən 1 həftə İranda qalıblar və geri qayıdanda Kərbəlayidən yenə də narkotik vasitə götürüblər və razılaşıblar ki, Kərbəlayinin dediyi yerə həmin narkotik vasitəni qoyduqdan sonra Kərbəlayi onlara pul verəcək. Kərbəlayi ilə iş görməyə başladıqda ilkin olaraq onlara müəyyən məbləğdə pul verib, amma sonradan əgər iş alınarsa, Kərbəlayi onlara yenə də pul verməli idi. Həmçinin Kərbəlayi onlara 01 ədəd tapança və patronlar da verib. Onlar yol gedəcəkləri üçün üzərlərində özlərini qorumağa nəsə olsun deyə silahı götürüblər. Sərhədi keçdikdən sonra gecə 11-12 radələrində Təqsirləndirilən şəxs3 maşınla onların olduqları yerə, yəni Yardımlı rayonunun Sırığ kəndinə gəlib və onun idarə etdiyi maşına narkotik vasitələri yerləşdirdikdən sonra Camal həmin maşınla oradan uzaqlaşıb. Camalı ora Elmin çağırıb ki, öz maşınları ilə boş, rahat getsinlər, narkotik vasitə onların maşınında olmasın. Bütün narkotik vasitələri Camalın maşınına qoyublar, ancaq tapançanı özləri ilə götürüblər. Onlar Sumqayıta çatandan sonra Camal Elminə zəng edib Cəlilabadda maşının batdığını deyib və onlar Cəlilabada gediblər. Getdikləri yerdə narkotik vasitələri Camalın maşınından götürüb öz maşınlarına qoyub geri qayıdarkən elə Cəlilabadda tutulublar. O, əvvəllər Camalı tanımayıb, Camal ora gələndə heç maşından da düşməyib. 2-3 dəqiqə ərzində o və Elmin narkotik vasitələri Camalın maşınına yükləyiblər, o da maşınla oradan uzaqlaşıb. Camalın həmin torbada narkotik olmasından xəbəri olmayıb. Onun kirayə yaşadığı evdən də narkotik vasitə aşkar olunub, həmin narkotik vasitə iranlının xarab olduğu üçün geri istədiyi narkotik vasitənin bir hissəsi olub, yadından çıxdığı üçün evdə qalıb. Özü narkotik vasitə istifadəçisi deyil. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək Novxanı kəndində ünvanını bilmədiyi yerdə kirayə yaşayır. O, 6- 7 ay bundan əvvəl Təqsirləndirilən şəxs2la ev ustası işləyən zaman mənzillərin birinin təmirində tanış olmuşdur. Hər ikisinin maddi vəziyyəti pis olduğundan onunla birlikdə əvvəlcə qaçaq yolla siqareti İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirməyi və bunun müqabilində pul qazanmağa qərar vermişlər. Bu məqsədlə Təqsirləndirilən şəxs2 bir nəfər “Kərbəlayi” ləqəbli iranlı ilə tanış olmuşdur. Elminin bildirdiyinə görə Elmin “Kərbəlayi” ilə “İnstagram” sosial şəbəkəsində tanış olmuşdur. Bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs2 iranlının narkotik vasitələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirməyi, gətirdikləri narkotik vasitənin hər kiloqramına görə 400 manat zəhmət haqqı alacaqlarını bildirmişdir. O da borcunun çox olduğundan Elmin ve iranlının təklifi ilə razılaşmışdır. İlk dəfə Eminlə birlikdə təxminən 2 ay əvvəl yəni oktyabr ayının əvvəllərində Elminin idarə etdiyi “Chevrolet Nexia” markalı, **- PS-*** qeydiyyat nişanlı avtomobil ilə Yardımlı rayonunun Vəlixanlı kəndinin yaxınlığında gəlmişlər. Orada yerləşən meşəlik sahədə Kərbəlayinin gizlətdiyi təxminən 22 kiloqrama yaxın narkotik vasitələr olan 02 (iki) ədəd polietilen kisəni götürərək Yardımlı rayonu ərazisinə gətirmişlər və qeyd olunan narkotik vasitələri Kərbəlayinin tapşırığı ilə Sumqayıt şəhəri ərazisində müxtəlif yerlərdə gizlədərək həmin yerlər barədə “WhatsApp” tətbiqi vasitəsi ilə xəbər vermişlər. Qeyd edilən narkotik vasitələrdən 16 kiloqramı qurudulmuş marixuana, 2 kiloqramı heroin, 4 kiloqramı isə metamfetamin olmuşdur. Bunun müqabilində Kərbəlayi onlara narkotik vasitələrin hər bir kiloqramına görə 400 manat olmaqla 8800 manat pul vəsaiti verəcəkdir. 16 kiloqram qurudulmuş marixuana və 2 kiloqram heroini ümumilikdə 18 kiloqramlıq bağlamanı Novxanıda “Liman” restoranı ilə üzbəüz olan zibil yeşiklərinin içərisində gizlətmişdir. Narkotik vasitələri atdıqları yerdən götürən şəxslər narkotik vasitələrin keyfiyyətini bəyənmədiklərinə görə təxminən 16 kiloqram qurudulmuş marixuana və 2 kiloqram heroini ümumilikdə 18 kiloqramını geri qaytarmalı olmuşlar və qeyd edilən bağlamanı Novxanı kəndi ərazisində “Qurd dərəsi” deyilən ərazidə gizlətmişdilər. Narkotik vasitələri oradan götürərək yaşadığı evin həyətyanı sahəsində yeri qazaraq basdırmışdır. Ona görə də pullarının 3800 manat pul vəsaiti verilmişdir. Onun 2000 manatını Elminin kartına, 1800 manatını isə nağd şəkildə Sədərək ticarət mərkəzindən tanımadığı şəxslərdən almışdır. Kərbəlayi onlara keyfiyyətsiz çıxmış narkotik vasitələri qaytardıqdan sonra qalan 5000 manatı verəcəyini bildirmişdir. 4 kiloqram metamfetamindən iki dəfə təxminən 1 kiloqrama yaxınını müxtəlif yerlərə qoymuşdur. Onları bir dəfə Novxanı ərazisində kanalın yaxınlığındakı zibil qutularına metamfetamin, həmin zibil qutusundan 200 metr aralıda yerləşən digər zibii qutusuna da yenə təxminən 1 kiloqram metamfetamin qoyaraq bu barədə Kərbəlayiyə bildirmişdir. Qalanını isə kirayə qaldığı Novxanı kəndindəki evdə şkafda gizlətmişdir. Bundan sonra təxminən 1 ay əvvəl, yəni noyabr ayının əvvəllərində Kərbəlayi yenidən Eminlə əlaqə saxlayaraq narkotik vasitələri eyni qaydada götürərək deyilən yerdə qoymağı tapşırmışdır. Onlar da Elminlə birlikdə yenidən Yardımlı rayonunun Vəlixanlı kəndi istiqamətindən Azərbaycan-İran sərhədində yaxınlaşmışlar. Orada sutkanın qaranlıq saatlarında onlar istiqamətə narkotik vasitələr atmışlar və onlar bağlamanı götürərək tez ərazidən uzaqlaşmışlar. Kərbəlayi bağlamanın 9 kiloqram olduğunu və onlara 4000 manat pul verəcəyini bildirmişdir. Həmin bağlamanı Kərbəlayi Yardımlı rayonunu ərazisində asfalt yolun kənarına qoymaqlarını tapşırmışdır. Onlar da narkotik vasitələr olan bağlamanı Yardımlı rayonu ərazisində asfalt yolun kənarında gizlədərək “WhatsApp” tətbiqi vasitəsi ilə yeri qeyd etmişlər. Narkotiki qoyduqdan 1-2 gün sonra Kərbəlayi dedikdən sonra Sədərək ticarət mərkəzindən nağd şəkildə tanımadığı şəxsdən götürmüşdür. Dekabr ayının əvvəllərində Kərbəlayi onlara keyfiyyətsiz çıxmış narkotik vasitələri geri gətirmələrini tapşırmış və 04 dekabr 2022-ci il tarixdə, saat 05:00 radələrində Elminin idarə etdiyi ona məxsus “Chevrolet Nexia” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobillə də Yardımlı rayonun Sırığ kəndi yaxınlığına getmişlər. Orada avtomobilin yük yerindən narkotik vasitələr olan 02 polietilen kisəni götürüb Məlikli kəndi istiqamətindən meşəyə getmişlər. Həmin günü qar yağdığından və güclü duman olduğundan onlar yolu azmışlar və axşam saat 19-20 radələrində onlar iranlılarla əlaqəyə çıxa bilmişlər. Onlar artıq gec olduğunu və görüş təyin olunan yerdən getdiklərini bildirmişlər. Onlar narkotik vasitələri təyin olunmuş yerə qoyub getmələrini desələr də, onlar razı olmamışlar və onları İran istiqamətində sərhədi keçərək gəlməyi bildirmişlər. Onlar da çarəsiz qalıb sərhəddən İran İslam Respublikasının Germi rayonunun Üçağac kəndinə keçmişlər. Orada onları Kərbəlayi və Hacı ləqəbli tanışı ilə qarşılamışlar və narkotik vasitələri onlara təhvil vermişlər. O, ilk dəfə orada Kərbəlayini görmüşdür. Kərbəlayi təxminən 40-45 yaşlarında, seyrək saçlı, normal bədən quruluşlu, bığı-saqqalı olmayan şəxsdir. Kərbəlayi öz növbəsində onları yaşadığı evə aparaq qonaq etmişdir. Bir gecə orada qaldıqdan sonra səhəri günü Kərbəlayi onlara boş qayıtmamalarını və 26 kiloqram narkotik vasitələri aparmalarını tapşırmışdır. Həmçinin həmin narkotik vasitələrə görə 10400 manat və əvvəlki borcları olan 5000 manatı verəcəklərini bildirmişdir. Həmçinin orada Elmin Kərbəlayidən 01 (bir) ədəd tapanca istəmişdir. Kərbəlayi də ona 01 (bir) ədəd qara rəngli tapanca və 39 (otuz doqquz) ədəd güllə vermişdir. Elmin ona tapancaya görə puldan 2000 manat çıxmağı desə de, Kərbəlayi tapancanı hədiyyə etdiyini bildirmişdir. Həmin günü Kərbəlayi onları Germi şəhərini gəzdirmiş və onları hamama aparmışdır. Səhəri günü də Kərbəlayi keçidin mümkün olmayacağını və gözləmələrini bildirmişdir. İkinci gecəni də onlar orada qalmışlar və 06 dekabr, axşam saat 17:00 radələrində onlar Azərbaycan istiqamətində hərəkət etmişlər. Kərbəlayinin dostu Hacı və yanında bir nəfər tanımadığı şəxs onları tikanlı məftilə qədər gəlib oradan yola salmışlar. Onlar meşəni maneəsiz keçərək gecə saat 01:00 radələrində Məlİkli kəndi istiqamətindən Yardımlı rayonuna gəlmişlər. X18 adlı dostuna zəng edərək Sırığ kəndi yazılan plakatın yanına gəlməyini tapşırmışdır. Onlar əvvəlcədən həmin plakatın yanına gedərək narkotik vasitələr olan 02 (iki) polietilen kisəni gizlətmişlər. O, yaxınlıqda olan hündür yerə çıxaraq başqa avtomobillərin gəlib gəlməməyini müşahidə etməyə başlamışdır. O, yuxarıda olan zaman Camal adlı şəxs gələrək narkotik vasitələr olan bağlamaları götürüb getmişdir. Elminlə o isə Elminin avtomobilinin yanına qayıdaraq Bakı şəhəri istiqamətinə hərəkət etmişlər. X14 rayonu ərazisində Bakı-Astara yolunun üzərində olan “Hacıoğlu” restoranının yaxınlığında görüşməyi tapşırmışdır. Onlar “Hacıoğlu" restoranına çatdıqda Elmin Camalla əlaqə saxlamış və Camal avtomobilin Cəlilabad rayonu ərazisində palçığa batdığını və hərəkət edə bilmədiyini bildirmişdir. Bir müddət orada Camalı gözlədikdən sonra Elmin Camalla danışaraq yorğun olduqlarını Bakı şəhəri istiqamətinə getdikləri bildirmişdir. Camal isə onların getməyini, özünün gəlib Bakıda onlarla görüşəcəyini bildirmişdir. Camalla əvvəlki danışıqlarında isə o, bağlamaları onlara “Hacıoğlu" restoranının yaxınlığıda verəcəkdir. Həmçinin danışıqlar zamanı Elminin Camala 1800 manat borcu olduğunu, borcla birlikdə ümumilikdə 2400 manat pul verəcəyini bildirmişdir. Onlar gecə 05:00 radələrində Novxanı kəndinə çatdıqda Camalla Elmin danışmış və Camalın hələ də avtomobili batdığı yerdən çıxara bilmədiyini öyrənmişdir. Camal da onlara qayıdıb bağlamaları götürmələrini tapşırmışdır. Onlar da yorğun olduqları üçün dostu Şahid1 ilə danışıb onu da götürmüşlər. Qəzənfərin narkotik vasitələrdən heç bir məlumatı olmamış, onu əvvəlcə səhər tezdən xaş yemək məqsədi ilə çağırmışdır. Sonradan isə yaxın rayona tanışı ilə görüşmək üçün gedəcəklərini bildirmişdir. Onu yorğun olduqları üçün qayıdanda avtomobili idarə etməsi üçün götürmüşdür. Onlar 07 dekabr, səhər saat 08:00 radələrində Cəlilabad rayonuna çatmışlar. Camal əvvəlcədən bağlamaları avtomobildən götürərək avtomobildən xeyli uzaqda asfalt yolun kənarında ağacın yanında gizlətmişdir. Gizlədilən yerdən narkotik vasitələri götürüb avtomobilin yük yerinə qoymuşlar. Həmin vaxtı isə Qəzənfər avtomobilin arxa oturacağında yatmışdır. Avtomobili o idarə etdiyindən Elmin avtomobildən düşərək narkotik vasitələr olan bağlamaları yük yerinə qoymuş və onlar Bakı istiqamətində hərəkət etməyə başlamışlar. Cəlilabad rayonu ərazisində Bakı istiqamətində hərəkətdə olan zaman DTX əməkdaşları tərəfindən saxlanılmışlar. DTX əməkdaşları məhkəmə qərarını onlara elan edərək avtomobilə baxış keçirmişlər. Avtomobilin yük yerindən gizlətdikləri 02 (iki) ədəd polietilen kisədə olan narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Götürülmüş narkotik vasitələr onların iştirakı ilə çəkilmişdir. Onlardan 13 kiloqramı narkotik vasitə olan qurudulmuş marixuana, 2,3 kiloqramı psixotrop maddə olan metamfetamin və təxminən 11 kiloqramı isə narkotik vasitə olan heroin olmuşdur. Bundan sonra onun iştirakı ilə Novxanı kəndindəki yaşadığı ünvana da keçirilmiş baxış zamanı təxminən 500 qram narkotik vasitə heroin və 1 kiloqramdan artıq psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Götürülmüş maddi sübutlar qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası CM-nin 206.3.2, 228.2.1, 234.4.1, 234.4.2, 234.4.3 və 318.2-ci maddələri ilə təqsirli bilərək sərbəst ifadəsində göstərdi ki, “İnstagram” sosial şəbəkəsində İran İR vətəndaşı olan Kərbəlayi adlı şəxslə tanış olub. Həmin şəxs ona 400 manat qarşılığında narkotik vasitələri onun deyəcəyi yerlərə qoymağı təklif edib, o da bu təkliflə razılaşıb. Sonra Təqsirləndirilən şəxs1lə birlikdə həmin narkotik vasitəni İranla sərhədə yaxın olan yerdən götürüb Kərbəlayinin dediyi yerə qoyublar. Lakin sonradan həmin narkotik vasitələri götürən şəxslər narkotikin xarab olduğunu deyib geri qaytarıblar. Sonra da Kərbəlayi həmin xarab olan narkotik vasitələri geri qaytarmalarını istəyib, onlar da razılaşıblar. Lakin meşədə azdıqlarından İran sərhədinə keçiblər və orada onları Kərbəlayi ilə tanımadıqları bir neçə İran vətəndaşı qarşılayıblar. Bir neçə gün orada qaldıqdan sonra geri qayıdanda Kərbəlayi onlara təzə narkotik vasitə verib və onu deyəcəyi yerlərə qoymaqlarını və qarşılığında 400 manat pul verəcəyini bildirib. Onlar həmin narkotik vasitəni də götürüb Azərbaycan ərazisinə keçiblər və o, Rasimə deyib ki, narkotiki öz maşınlarında aparmaqları şübhə yarada bilər. Ona görə də rayonla Bakı arasında taksi fəaliyyəti ilə məşğul olan dostu Camala zəng edib və əgər Bakıya gedəcəksə, onun Bakıya meyvə göndərməli olduğunu deyib. Camal da razılaşıb onun dediyi yerə gəlib, orada o, Camala meyvə deyil, siqaret aparacağını və qarşılığında 50 manat pul verəcəyini deyib, Camal razılaşıb. Narkotik vasitəni Rasimlə birlikdə Camalın maşınına qoyduqdan sonra Camala şəhərdə görüşəcəklərini deyib. Camal getdikdən 15 dəqiqə sonra onlar da öz maşınları ilə oradan uzaqlaşıblar. Onlar yol üstündə restoranda oturublar və Camalla əlaqə saxlayan zaman o, maşının palçığa batdığını deyib. Onlar öz yollarına davam edib Sumqayıta gəlib çatdıqdan sonra Camalla əlaqə saxladıqda Camal imkan varsa, Cəlilabada gedib maşını çıxarmağa kömək etmələrini deyib. O, Rasimlə təzədən Cəlilabada qayıdıb, Camalın maşınını palçıqdan çıxardıqdan sonra həmin maşındakı narkotik vasitəni öz maşınlarına qoyublar. Camal artıq Bakıya gedəsi olmadığını deyib və ondan aldığı 50 manat pulu da geri qaytarıb. Bundan sonra o və Rasim yola çıxıblar və yolda DTX əməkdaşları tərəfindən tutulublar. 2 gündən sonra DTX əməkdaşları Camalı da tutublar, lakin Camal bağlamada narkotik vasitə olduğunu bilməyib, o, elə bilib ki, həmin bağlamada siqaret var. Təqsirləndirilən şəxs2 ona verilən suallara cavab olaraq bildirdi ki, Camalla eyni kəndə yaşayıblar və sinif yoldaşı olublar. Camala zəng edəndə şəhərə meyvə aparmaq üçün ona zəng etdiyini deyib və Camal da həmin gün Bakıya gedəcəyini deyib ondan meyvəni götürməyə gəlib. Camal maşından düşməyib, o, maşının şüşəsindən Camala aparacağı bağlamanın meyvə deyil, siqaret olduğunu və onu Bakıdan götürəcəyini deyib, həmçinin Camala 50 manat pul verib. Camal daha qısa müddət ərzində asfalt yola çıxa bilmək üçün fərqli yollardan istifadə edib. Camala zəng elədikdən 2-3 saat sonra dediyi yerə gəlib. Camal həmin torbalarda narkotik vasitə olduğunu bilə bilməzdi. Camal maşını batanda da maşından yerə düşə bilməyib, onlar gələnə qədər maşında onları gözləyib. O, əvvəllər İrana qanuni yollarla bir neçə dəfə gedib. Narkotik vasitələri öz maşınındakı 2 paketə qoyub daha sonra Camalın maşınına yerləşdirib. Camal həmin paketləri özü götürsə idi, ağırlıqdan onun içindəkinin siqaret olmadığını hiss edərdi. Camal heç bir paketi gizlətməyib, o, ümumiyyətlə, həmin paketlərə əlini vurmayıb. Camal ondan siqareti haradan aldığını soruşmayıb. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək 2017-ci ildə Sumqayıt şəhərində yerləşən “Uğur Travel” adlı turizm şirkəti vasitəsilə İran İslam Respublikasının Məşhəd şəhərində yerləşən “İmam Rza” ziyarətgahına səfər etmişdir. Həmin şirkətdə tanış olduğu və dostluq münasibəti yaranmış Davud adlı şəxs vasitəsilə “Uğur Travel” şirkətində 2017-2019-cu illərdə işləmişdir. İşlədiyi dövrdə 16 dəfə “Uğur Travel” şirkətinə məxsus avtobuslar vasitəsilə Məşhəd və Qum ziyarətgahlarına bələdçi kimi getmişdir. Təxminən 2022-ci ilin yay aylarında maddi vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq rayonlarında gedən söhbətlərdən narkotik vasitələrin qaçaq yolla İrandan Azərbaycana gətirilməsinin xeyli qazanclı bir iş olduğunu bilmişdir. Bu məqsədlə “İnstagram” sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşlarına dostluq təklifləri göndərməyə başlamışdır. Bir müddət sonra həmin sosial şəbəkədə “Cavadi” adı ilə qeydiyyatdan keçmiş profil sahibi onunla həmin tətbiq vasitəsilə əlaqə yaratmış və bir müddət ümumi olan söhbətlərdən sonra ona mobil telefon nömrəsini vermiş və onlar bundan sonra “WhatsApp” mobil tətbiqi vasitəsilə yazışmağa başlamışlar. Həmin şəxs özünü ona “Kərbəlayi” adı ilə təqdim etmişdir. Söhbətləri zamanı o, özünü “Kərbəlayi” ləqəbi ilə təqdim edən şəxsə əslən Yardımlı rayonundan olduğunu və sərhəd ərazilərini çox yaxşı tanıdığını bildirmişdir. “Kərbəlayi" ləqəbli şəxs isə ona narkotik vasitələrin İran İslam Respublikasından qaçaq yolla Azərbaycana keçirməyi təklif etmiş və bunun müqabilində hər kiloqramına görə 400 manat məbləğində pul vəsaiti verəcəyini vəd etmişdir. Maddi vəziyyəti pis olduğu üçün o, iranlı ilə razılığa gəlmişdir. Bundan sonra o, 2022-ci ilin təxminən yay aylarında ev ustası kimi mənzil təmiri zamanı tanış olduğu və dostluq münasibəti yarandığı Təqsirləndirilən şəxs1 onunla birlikdə İrandan Azərbaycana narkotik keçirməyi və bunun müqabilində hər kiloqramına görə 400 manat pul qazanacaqlarını təklif etmişdir. Təqsirləndirilən şəxs1 da onun kimi maddi vəziyyəti pis olduğundan onun bu təklifi ilə razılaşmışdır. Bundan bir müddət sonra isə o, “Kərbəlayi" ləqəbi ilə tanıdığı İranlı ilə Təqsirləndirilən şəxs1 da tanış etmişdir. İlk dəfə 2 ay əvvəl, yəni 2022-ci ilin oktyabr ayının təxminən əvvəllərində iranlı Kərbəlayi ləqəbli şəxsin tapşırığı ilə Rasimlə birlikdə istifadəsində olan “Chevrolet Nexia” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yardımlı rayonunun Vəlixanlı kəndinin yaxınlığında gəlmişlər. Orada yerləşən meşəlik sahədə təxminən 22 kiloqrama yaxın narkotik vasitələr olan 02 (iki) ədəd polietilen kisəni götürərək Yardımlı rayonu ərazisinə gətirmişlər və qeyd olunan narkotik vasitələri Kərbəlayinin tapşırığı ilə Sumqayıt şəhəri ərazisində müxtəlif yerlərdə gizlədərək həmin yerlər barədə “WhatsApp" tətbiqi vasitəsi ilə sonuncuya xəbər vermişlər. Qeyd edilən narkotik vasitələrdən 16 kiloqramı qurudulmuş marixuana, 2 kiloqramı heroin, 4 kiloqramı isə metamfetamin olmuşdur. Bunun müqabilində Kərbəlayi onlara narkotik vasitələrin hər bir kiloqramına görə 400 manat olmaqla 8800 manat pul vəsaiti verəcəkdir. 16 kiloqram qurudulmuş marixuana və 2 kiloqram heroin olan ümumilikdə 18 kiloqramlıq bağlmanı Novxanıda “Liman" restoranı ilə üzbəüz olan zibil yeşiklərinin içərisində gizlətmişlər və bu barədə iranlıya məlumat verərək oradan uzaqlaşmışlar. Bir müddət sonra İranlı Kərbəlayi onunla əlaqə saxlayaraq Novxanıda “Liman” restoranı ilə üzbəüz olan zibil yeşiklərinin içərisində gizlətdikləri narkotik vasitələrin oradan götürən şəxslər tərəfindən keyfiyyətinin aşağı olması səbəbilə bəyənmədiklərinə görə qaytarmaq istədiklərini bildirərək Novxanı kəndi ərazisində “Qurd dərəsi” deyilən ərazidə gizlətdiklərini və oradan götürmələrini onlara tapşırmışdar. Onlar da iranlının tapşırığına uyğun olaraq içərisində təxminən 16 kiloqram qurudulmuş marixuana və 2 kiloqram heroin olan bağlamaları deyilən yerdən götürmüşlər və Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətyanı sahəsində yeri qazaraq basdırmışlar. Narkotik vasitənin bir hissəsi geri qaytarıldığı üçün iranlı onlara vəd edilən puldan sadəcə 3800 manat vermişdir. Həmin pulun 2000 manatını kartına yükləmişdir, 1800 manatını isə Təqsirləndirilən şəxs1 iranlının tapşırığı ilə nağd şəkildə Sədərək ticarət mərkəzindən tanımadığı bir şəxsə Kərbəlayi tərəfindən verilmiş rəqəmdən ibarət şifrəni deməklə almışdır. Keyfiyyətsiz çıxmış narkotik vasitələri alıcı olan şəxs qaytarsa belə onların əziyyətinə görə danışdıqları kimi daha sonra 5000 manat pul vəsaitini verəcəyini də bildirmişdir. Yuxarıda göstərdiyi narkotik vasitələrdən qalan 4 kiloqram metamfetamindən hər dəfəsində təxminən bir kiloqram olmaqla 2 dəfə Təqsirləndirilən şəxs1 iranlı Kərbəlayinin tapşırığı ilə müxtəlif yerlərə qoymuş və sonradan sonuncuya yerləri barədə xəbər vermişdir. Həmin partiyadan qalan malı isə Təqsirləndirilən şəxs1 kirayə qaldığı Novxanı kəndindəki evində gizlətmişdir. Bundan təxminən 1 ay sonra, yəni həmin ilin noyabr ayının əvvəllərində Kərbəlayi yenidən onunla əlaqə saxlayaraq narkotik vasitələri eyni qaydada götürmələrini və sonradan deyilən yerə qoymağı tapşırmışdır. Onlar da Rasimlə birlikdə yenidən Yardımlı rayonunun Vəlixanlı kəndi istiqamətindən Azerbaycan- İran sərhədinə yaxınlaşmışlar. Orada sutkanın qaranlıq saatlarında onların istiqamətinə narkotik vasitələr atmışlar və onlar bağlamanı götürərək tez ərazidən uzaqlaşmışlar. Kərbəlayi bağlamanın 9 kiloqram olduğunu və onlara 4000 manat pul verəcəyini bildirmişdir. Həmin bağlamanı Kərbəlayi Yardımlı rayonunu erazisində asfalt yolun kənarına qoymağı tapşırmışdır. Onlarda narkotik vasitələr olan bağlamanı Yardımlı rayonu ərazisində asfalt yolun kənarında gizlədərək “WhatsApp” tətbiqi vasitəsi ilə “location” ataraq yeri qeyd etmişlər. Bundan təxminən 1-2 gün sonra Kərbəlayi dedikdən sonra Təqsirləndirilən şəxs1 Sədərək ticarət mərkəzindən nağd şəkildə pulu götürmüşdür. Həmin ilin dekabr ayının təxminən əvvəllərində Kərbəlayi onlara ilk göndərdiyi maldan keyfiyyətsiz çıxmış narkotik vasitələri geri gətirməyi tapşırmışdır. Onlar da həmin tapşırığa uyğun olaraq 04 dekabr 2022-ci il tarixdə saat 05:00 radələrində istifadəsində olan “Chevrolet Nexia” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yardımlı rayonun Sırığ kəndi yaxınlığına getmişlər. Orada avtomobilin yük yerindən narkotik vasitələr olan 02 (iki) polietilen kisəni götürüb Melikli kəndi istiqamətindən meşəyə girmişlər. Həmin günü qar yağdığından və güclü duman olduğundan onlar yolu azmışlar və yalnız axşam saat 19:00 radələrində onlar iranlılarla əlaqəyə çıxa bilmişlər. Onlar artıq gec olduğunu və görüş təyin olunan yerdən getdiklərini bildirmişlər. Onlar narkotik vasitələri təyin olunmuş yerə qoyub getmək istədiklərini desələr də onlar razı olmamışlar və onları sərhədi qanunsuz keçərək İran tərəfinə gəlməyi tapşırmışlar. Onlar da çarəsiz qalıb sərhəddən İran İslam Respublikasının Germi rayonunun Üçağac kəndinə keçmişlər. Orada Kərbəlayi onları Hacı ləqəbli tanışı ilə birlikdə qarşılamış ve onlara narkotik vasitələri təhvil vermişlər. Kərbəlayi təxminən 40-45 yaşlarında, seyrək saçlı, normal bədən quruluşlu, bığı-saqqalı olmayan şəxsdir. Kərbəlayi öz növbəsində onları, yaşadığı evə apararaq qonaq etmişdir. Bir gecə orada qaldıqdan sonra səhəri günü Kərbəlayi onlara boş qayıtmamalarını və 26 kiloqram narkotik vasitələri aparmalarını tapşırmışdır. Həmçinin həmin narkotik vasitələrə görə 10400 manat və əvvəlki borcları olan 5000 manatı verəcəklərini bildirmişdir. Həmçinin orada olan zaman o, Kərbəlayidən əvvəlcədən almasını xahiş etdiyi 01 (bir) ədəd qara rəngli tapanca və 39 (otuz doqquz) ədəd gülləni vermişdir. O, ona tapancaya görə narkotik vasitənin daşınması üçün nəzərdə tutulmuş puldan 2000 manat çıxmağını desə də, Kərbəlayi tapancanı hədiyyə etdiyini bildirmişdir. Həmin günü Kərbəlayi onları Germi şəhərini gəzdirmiş və onları hamama aparmışdır. Səhəri günü isə Kərbəlayi sərhəddən keçidin mümkün olmayacağını və gözləmələrini bildirmişdir. İkinci gecəni də orada qalmışlar və 06 dekabr axşam saat 17:00 radələrində onlar Azərbaycan istiqamətində hərəkət etmişlər. Kərbəlayinin dostu Hacı və yanında bir nəfər tanımadığı şəxs onları tikanlı məftilə qədər müşahidə etmişlər və oradan yola salmışlar. Onlar meşəni maneəsiz keçərək gecə saat 01:00 radələrində Məlikli kəndi istiqamətindən Yardımlı rayonuna gəlmişlər. Orada o, uzun illərdi tanıdığı və Yardımlı rayonunda yaşayan Camal adlı dostuna zəng edərək Sırığ kəndi yazılan plakatın yanına gəlməyini tapşırmışdır. Onlar əvvəlcədən həmin plakatın yanına gedərək narkotik vasitələr olan 02 (iki) polietilen kisəni gizlətmişlər. Təqsirləndirilən şəxs1 yaxınlıqda olan hündür yerə çıxaraq başqa avtomobillərin gəlib gəlməməyini müşahidə etməyə başlamış, o isə elə orada qalaraq Camalı gözləmişdir. Bir neçə dəqiqə sonra Camal ora istifadəsində olan “Lada Niva” markalı avtomobili ilə gələrək narkotik vasitələr olan bağlamaları götürüb getmişdir. Bundan sonra Rasim yanına qayıtmış və onlar Bakı şəhəri istiqamətinə hərəkət etmişlər. Əvvəlcədən olan razılaşmaya görə Camal onlarla Salyan rayonu ərazisində Bakı-Astara yolunun üzərində olan “Hacıoğlu” restoranının yaxınlığında görüşməli idi. Onlar “Hacıoğlu” restoranına çatdıqda o, Camalla əlaqə saxlamış, Camal isə avtomobilinin Cəlilabad rayonu ərazisində palçığa batdığını və hərəkət edə bilmədiyini bildirmişdir. Bir müddət orada Camalı gözlədikdən sonra o, Camalla danışaraq yorğun olduqlarını, Bakı şəhəri istiqamətinə getdiklərini bildirmişdir. Camal isə Bakıda onlarla görüşəcəyini bildirmişdir. Onlar gecə 05:00 radələrində Novxanı kəndinə çatdıqda Camalla yenidən danışmışlar və Camalın hələ də avtomobili batdığı yerdən çıxara bilmədiyini öyrənmişlər. Camal da onlara qayıdıb bağlamaları götürməyi xahiş etmişdir. Təqsirləndirilən şəxs1 isə bir belə yol gəldiklərini, indi isə geri qayıtmalı olduqlarını, bu səbəbdən də yorğun olduqlarını nəzərə alaraq Sumqayıtda yaşayan Şahid1 adlı dostu ilə əlaqə saxlayaraq görüşmək istədiyini bildirmişdir. Bir müddət sonra isə onlar Qəzənfəri Novxanı bağlarında 33 saylı avtobusun son dayancağından götürmüşlər. Səmimi olaraq bildirmək istəyir ki, Qəzənfərin narkotik vasitələrdən heç bir məlumatı olmamış, Təqsirləndirilən şəxs1 onu xaş yemək adı ilə çağırmış, sonradan isə yaxın rayona tanışı ilə görüşmək üçün gedəcəklərini bildirmişdir. Əslində onu yorğun olduqları üçün Bakı istiqamətində geriyə qayıdan zaman avtomobili idarə etməsi üçün özləri ilə götürmüşlər. Onlar 07 dekabr səhər saat 08:00 radələrində Cəlilabad rayonuna çatmışlar. Camal əvvəlcədən bağlamaları avtomobildən götürərək avtomobildən xeyli uzaqda asfalt yolun kənarında ağacın yanında gizlətmişdir. Gizlədilən yerdən narkotik vasitələri götürüb avtomobilin yük yerinə qoymuşlar. Həmin vaxtı isə Qəzənfər avtomobilin arxa oturacağında yatmışdır. Avtomobili Təqsirləndirilən şəxs1 idarə etdiyindən o, avtomobildən düşərək narkotik vasitələr olan bağlamaları yük yerinə qoymuş ve onlar Bakı istiqamətində hərəkət etməyə başlamışlar. Cəlilabad rayonu ərazisində Bakı istiqamətində hərəkətdə olan zaman DTX əməkdaşları tərəfindən saxlanılmışlar. DTX əməkdaşları məhkəmə qərarını onlara elan edərək avtomobilə baxış keçirmişlər. Avtomobilin yük yerindən gizlətdikləri 02 (iki) ədəd polietilen kisədə olan narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Götürülmüş narkotik vasitələrə onların iştirakıla baxış keçirilmişdir. Həmin bağlamalarda olanlardan 13 kiloqramı narkotik vasitə olan qurudulmuş marixuana, 2,3 kiloqramı psixotrop maddə olan matemfetamin ve təxminən 11 kiloqramı isə narkotik vasitə olan heroin olmuşdur. Bundan əlavə avtomobildən “tapança” tipli odlu silah ve onun 34 (otuz dörd) ədəd patronu, eləcə də 01 ədəd bıçaq aşkarlanmışdır. Baxış nəticəsində aşkar edilmiş qeyd etdiyi narkotik vasitələr, odlu və soyuq silahlar, habelə silahın sursatları müvafiq qaydada protokollaşdırılmış və qablaşdırılaraq götürülmüşdür. Bundan sonra o, DTX-nin Bakı şəhərində yerləşən inzibati binasına gətirilmiş, Təqsirləndirilən şəxs1 isə həmin xidmətin əməkdaşları ilə Novxanı kəndindəki yaşadığı ünvana baxış keçirilməsi üçün aparılmışdır. Bildiyi qədəri ilə oradan da onların əvvəlki gətirdikləri maldan qalan təxminən 300-400 qram narkotik vasitə heroin və 600-700 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilməyərək sərbəst ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 həmkəndli kimi çoxdan tanıyır, onunla eyni məktəbdə oxuyublar. Hadisə baş verən günü Elmin ona zəg edib deyib ki, “şəhərə meyvə getməlidir, əgər bu gün şəhərə getsən, onu da götürərsən”. O da Elminlə razılaşıb və bir az sonra Elminə zəng edib şəhərə gedəcəyini deyib, Elmin də onu Sığır kəndinə çağırıb. O, həmin yerə getdikdə orada Elmindən başqa Rasim də olub. Elmin onun maşınına yaxınlaşıb şüşədən ona aparacağı bağlamanın meyvə deyil, siqaret olduğunu və qarşılığında ona 50 manat pul verəcəyini deyib, o da razılaşıb. O, daha tez olsun deyə kəsə yolla gedib və orada maşını palçığa batıb. Elmin ona zəng edəndə o, maşının batdığını, onu çıxarıb gələcəyini deyib. Nə qədər çalışsa da, maşını çıxara bilməyib, bundan sonra Elmin ona zəng edəndə gəlib ona kömək etmələrini deyib. Bir neçə saat sonra Rasim və Elmin onun olduğu yerə gəlib maşını palçıqdan çıxarıb daha sonra maşındakı bağlamaları öz maşınlarına qoyublar. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirdi ki, onun maşının batdığı yol çox istifadə olunmur, ona görə ona kömək edən olmayıb və Elmin də ona zəng edəndə Sumqayıtdan qayıdıb ona kömək etmələrini deyib. Elmin özünün kənddən ailəsini şəhərə aparacağını deyib. Siqaret bağlamasını maşına Rasim və Elmin qoyub, o, heç maşından düşməyib. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək onun Təqsirləndirilən şəxs2 ilə uşaqlıqdan dostluq münasibəti vardır. Təxminən iki ay bundan əvvəl Təqsirləndirilən şəxs2 vasitəsilə Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. İlk dəfə təxminən 2022-ci ilin noyabr ayının ortalarında Təqsirləndirilən şəxs2 ona Təqsirləndirilən şəxs1la birlikdə Azərbaycan Respublikasının dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar gizli şəkildə keçərək, İran İslam Respublikasında olan Bəhzad adlı şəxsdən tütün məmulatlarını götürüb eyni yolla geri qayıdacaqlarını bildirmişdir. Təqsirləndirilən şəxs2 ona geri qayıdarkən onu və Təqsirləndirilən şəxs1 özləri ilə gətirəcəkləri tütün məmulatları ilə birlikdə Yardımlı rayonunun Vəlixanlı kəndi ərazisində avtomobillə götürməyini və Yardımlı rayonunun Sırıq kəndi ərazisinə aparmağını təklif edərək, bunun müqabilində ona 170 manat məbləğində pul vəsaiti verəcəklərini vəd etmişlər. O da bu təklifə razılığını bildirdikdən bir neçə gün sonra Təqsirləndirilən şəxs2 ona mobil telefonla zəng edərək, onları Yardımlı rayonu, Vəlixanlı kəndi ərazisindən götürməyini tapşırmışdır. O da əvvəlcədən gəldikləri razılaşmaya əsasən onları və özləri gətirdikləri içərisində tütün məmulatları olduğunu güman etdiyi 01 (bir) ədəd qutunu həmin vaxt idarə etdiyi özünə məxsus “**-UF-***” dövlət qeydiyyat nişanlı, “LADA 2107” markalı qırmızı rəngli avtomobillə Yardımlı rayonu Vəlixanlı kəndindən götürüb həmin rayonun Sırıq kəndinə aparmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sonuncuya məxsus avtomobillə özləri ilə gətirdikləri içərisində tütün məmulatları olduğunu güman etdiyi 01 (bir) ədəd qutunu yerləşdirdikdən sonra Təqsirləndirilən şəxs2 ona əvvəlcədən vəd etdiyi 170 manat məbləğində pulu vermişdir. 2022-ci ilin dekabr ayının əvvələrində Təqsirləndirilən şəxs2 ona “WhatsApp" mobil tətbiqi ilə zəng edərək yenə Təqsirləndirilən şəxs1la birlikdə Azərbaycan Respublikasının dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar gizli şəkildə keçərək, İran İslam Respublikasında olan adını ona bildirmədiyi şəxsdən narkotik vasitə götürəcəklərini bildirib, geri qayıdan zaman ondan onların özləri ilə gətirəcəkləri narkotik vasitəni Yardımlı rayonu, Sırıq kəndi ərazisində götürməyini və Bakı şəhəri ərazisinə aparmağını təklif edərək, bunun müqabilində ona 1500 manat məbləğində pul vəsaiti təklif etmişdir. O, razılığını bildirdikdən təxminən bir neçə gün sonra, yəni 06 dekabr 2022-ci il tarixdə, axşam saat 11-12 radələrində Təqsirləndirilən şəxs2 ona mobil telefonla zəng edərək, onlardan narkotik vasitəni Yardımlı rayonu, Sırıq kəndindəki “Sırıq” yazılmış yol nişanının yanına gəlməyini tapşırmışdır. O, həmin vaxt Sırıq kəndi ərazisindəki qeyd edilən yerə getdikdə Təqsirləndirilən şəxs2 yol nişanının yanında dayandığını, Təqsirləndirilən şəxs1 isə təpəlik ərazidən yolu müşayiət etdiyini görmüşdür. Yol nişanının yanında avtomobili saxladıqda Təqsirləndirilən şəxs2 narkotik vasitələr olan 02 (iki) ədəd polietilen kisəni onun idarə etdiyi “**-UF-***” dövlət qeydiyyat nişanlı, “LADA 2107” markalı qırmızı rəngli avtomobilin yük yerinə qoymuşdur. Təqsirləndirilən şəxs2 həmin vaxt ona İran İslam Respublikası ərazisindən özləri ilə “tapança” tipli odlu silah gətirdiyini bildirmişdir. Bundan sonra o, Cəlilabad yolu ilə Bakı şəhəri istiqamətində hərəkət etmişdir. Bu istiqamətdən getməyinin səbəbi həmin yolu hər adamın bilməməyi və etibarlı hesab etməyi idi. Hərəkət zamanı Cəlilabad rayonunun Zəhmətabad kəndi yaxınlığında avtomobili gölməçədə palçığa batmışdır. Bu zaman o, Təqsirləndirilən şəxs2 avtomobilinin gölməçəyə düşüb ilişib qaldığını bildirmişdir. Həmin vaxt X15 rayonu ərazisində yerləşən “Hacıoğlu” restoranında onu gözləyirmişlər. O, onlara Bakı şəhərinə getmələrini və özünün çıxıb Bakı şəhərinə gələcəyini bildirmişdir. Bundan sonra Elminlə Rasim Bakı şəhərinə getmişlər. O isə avtomobilin palçıq ərazidən çıxarmağa çalışmışdır. Avtomobilin palçıqdan çıxarılması çox gec olduğu üçün o, Elminə zəng edərək 02 (iki) ədəd torbaya yerləşdirilmiş narkotik vasitəni gəlib aparmalarını xahiş etmiş və “WhatsApp” mobil tətbiqi vasitəsilə ona “məkan” göndərmişdir. Bu zaman o, adını və kimliyini tanımadığı yoldan keçən bir şəxsdən onun avtomobilini çəkib çıxarmasını xahiş etmişdir. Həmin şəxsin köməkliyi ilə avtomobili gölməçədən yenicə çıxaranda artıq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 gəlib həmin əraziyə çatmışdılar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 içərisinə narkotik vasitə yerləşdirilmiş 02 (iki) ədəd torbanı onun avtomobilindən götürüb Təqsirləndirilən şəxs2 məxsus “Chevrolet Nexia” markalı boz rəngli avtomobilə yerləşdirmişlər. Bundan sonra o, olduğu yerdən uzaqlaşmışlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Dövlət Təhlükəsizliyi Xidmətinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş əməliyyat məlumatı əsasında müvafiq rəsmiləşdirmə işləri həyata keçirildikdən sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07 dekabr 2022-ci il tarixdə, saat 09:30 radələrində Cəlilabad rayonu, Uzuntəpə kəndi ərazisində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Chevrolet Nexia” markalı, 77- PS-850 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılıb. Təqsirləndirilən şəxs1 başqa avtomobildə Təqsirləndirilən şəxs2 və Şahid1 olub. Həmin şəxslər avtomobil ilə birlikdə DTX Lənkəran Şİ-nin inzibati binasına gətiriliblər. Orada videoçəkiliş aparılmaqla avtomobilə baxış keçirilən zaman avtomobilin oturacağının alt hissəsində 01 ədəd tapanca, hər birinin içərisində 07 (yeddi) ədəd patron olan 02 (iki) ədəd daraq, əlavə olaraq 25 (iyirmi beş) ədəd patron aşkar edilərək götürülüb. Bundan sonra avtomobilin yük yerinə baxış keçirilən zaman 02 (iki) ədəd iri həcmli kisə aşkar edilmiş, kisələrin içərisinə baxış keçirilərkən oradan narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülüb. Sorğu sual zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş narkotik vasitələri və psixotrop maddəni, həmçinin tapanca ilə patronları İran İslam Respublikasında «Kərbəlayi» və «Hacı» ləqəbli şəxslərdən aldıqlarını, əvvəllər aldıqları narkotik vasitənin bir hissəsinin Təqsirləndirilən şəxs1 yaşadığı evdə saxladıqlarını bildiriblər. Həmin gün Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonundakı evinə baxış keçirilən zaman aşkar edilmiş 04 ədəd sellofan bükümün içərisində heroinə və metamfetaminə bənzər maddə aşkar edilib. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Təqsirləndirilən şəxs1 ilə uzun müddətdir ki, dostluq münasibəti var. Təqsirləndirilən şəxs1 vasitəsilə Təqsirləndirilən şəxs2 ilə tanış olub. 07 dekabr 2022-ci il tarixdə səhər saat 07 radələrində Təqsirləndirilən şəxs1 ona mobil telefonla zəng edərək xaş yemək üçün Novxanı bağlarına dəvət edib. O, razılaşdıqları yerə gəldikdən sonra Təqsirləndirilən şəxs1 “rayona gedək, gələndə oturub xaş yeyərik” deyib. Onlar təxminən Sumqayıt şəhərindən çıxdıqdan sonra o, maşında yatıb və bir neçə saat keçdikdən sonra ətrafda olan səs-küydən oyanıb görüb ki, DTX əməkdaşları avtomobilin yük yerindən narkotik vasitə, salonundan isə bıçaq və tapança aşkar ediblər. Onun həmin əşyaların və narkotik vasitələrin hansı şəraitdə və nə zaman avtomobilin yük yerinə qoyulmasından xəbəri olmayıb. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 07 dekabr 2022-ci il tarixli «baxış haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi Təqsirləndirilən şəxs2 məxsus «Chevolet Nexia» markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin qabaq sol sürücü oturacağının alt hissəsində 01 (bir) ədəd qara rəngli üzərində «USA» sözləri yazılmış, ******* nömrəli tapanca, hər birinin içərisində 07 (yeddi) ədəd patron olan 02 (iki) ədəd daraq, eləcə də 25 (iyirmi beş) ədəd patron aşkar edilmişdir. Bundan sonra avtomobilin yük yerinə baxış keçirilmiş və orada 02 (iki) ədəd iri həcmli kisə aşkar edilmişdir. Kisələrin içərisinə baxış keçirilərkən oradan ümumilikdə qablaşdırılmış halda 14 kq 380 qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 10 kq heroinə ve 2 kq 440 qram metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 07 dekabr 2022-ci il tarixli «baxış haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonu, Novxanı bağlar massivi, Sarıqaya yaşayış sahəsi, bağ №4 ünvanında baxış keçirilmişdir. Baxış zamanı yataq otağında çarpayının alt hissəsində 04 (dörd) ədəd sellofan büküm aşkar edilmişdir. 02 (iki) ədəd bükümün içərisində heroinə bənzər, digər 02 (iki) bükümün içərisində isə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Bundan başqa yataq otağında aşkar edilmiş idman çantasının içərisinə baxış keçirilərkən İçərisində 07 (yeddi) ədəd ov tüfənginin patronu və 01 (bir) ədəd bıçaq aşkar edilmişdir. Qeyd olunan protokollara əlavə edilmiş disklərdəki videogörüntülərə cinayət prosesi iştirakçılarının iştirakı ilə baxış keçirilmiş və həmin videogörüntülər ilə protokolda qeyd olunanlar, şahidlərin ifadələrində qeyd etdikləri xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən «diskdə olan məlumatlara baxış keçirilməsi barədə protokoldan görünür ki, diskdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 arasında aparılan danışıqlar aşkar edildi. Danışıqlara baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əvvəlcədən danışdıqları ünvana gəlməmələrini, onu metalik rəngli «Mersedes» markalı avtomobilin izlədiyini, əlavə də bir neçə avtomobilin görüş təyin etdikləri yerə gəlib getdiklərini, həmin ünvanın nəzarətdə saxlandığını, gələcəkləri tədqiqrdə hamının həbs olunacaqlarını, səbirli olmalarını bildirir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı evin faktiki ünvanını müəyyən etmək və dəqiqləşdirmək, ifadəsini yerində yoxlamaq məqsədilə yerində yoxlama keçirilmiş və Təqsirləndirilən şəxs1 yaşadığı evi göstərmiş, həmçinin ifadəsində göstərdiklərini hadisə yerində bir daha əyani şəkildə göstərərək təsdiq etmişdir və bu zaman çəkilmiş fotoşəkillər protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 13 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/4625 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №56” dairəvi möhür əksləri olan bir ədəd sintetik parça torbanı açdıqda içərisində bir ədəd bağlamada təmiz çəkisi 2280 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 04 ədəd bağlamada ayrıayrılıqda təmiz çəkiləri 2835 qr., 1845 qr., 2300 qr., 1890 qr., ümumi təmiz çəkisi 8870 qram olan tünd-qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №56» dairəvi möhür əksləri olan kağız yapışdırılmış bir ədəd göy rəngli polietilen torbanı açdıqda içərisində 01 bükümdə təmiz çəkisi 370 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 280 qr, 390 qr, ümumi təmiz çəkisi 670 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş 04 ədəd bükümdəki narkotik vasitə heroinlər 01 ədəd bükümdəki narkotik vasitə heroinden xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə fərqlidirlər. Heroinlerin ümumi təmiz çəkisi 9240 qramdır. 03 ədəd bükümdəki psixotrop maddə metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni eyni olub, ümumi təmiz çəkisi 2950 qramdır. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr”in siyahısına (siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəməbioloji ekspertizasının 14 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-7/1227 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 1-ci ağ rəngli sintetik torbadakı 01 (bir) ədəd qara rəngli polietilen torbada təmiz çəkiləri 7240,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 2-ci ağ rəngli sintetik torbadakı 01 (bir) ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 6100,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 13340,0 qramdır. Təqdim olunmuş 02 (iki) ədəd ağ rəngli sintetik torbada olan marixuanalar tərkiblərinə görə eynidir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 X3 xx.xx.2023-cü il tarixli, 146 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 X3 xx.xx.2023-cü il tarixli, 147 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, hal-hazırda müayinə zamanı X8 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 X3 xx.xx.2023-cü il tarixli, 84 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyindən əzab çəkmir. narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 49 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 ve 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal- hazırda da öz. hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən təyin edilmiş və keçirilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 48 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən təyin edilmiş və keçirilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 26 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs3 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl barəsində anlaqh hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən təyin edilmiş və keçirilmiş məhkəmə ballistik ekspertizasının xx.xx.2023- cü il tarixli, 23/697R №-li rəyindən görünür ki, -Tədqiqata təqdim edilmiş 01 ədəd ******* №-li silah, zavod üsulu ilə ABŞ dövlətdə istehsal olunmuş 9 mm kalibrli tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Tapançanın hissələri və mexanizmləri üzərində heç bir kustar üsulla əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim olunmuş 02 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, tapançaların komplekt hissəsi olan darağlarıdır, texniki cəhətdən sazdır, döyüş sursatı hesab edilmir və 9x19 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdurlar. Tədqiqata təqdim olunmuş 39 ədəd patronlar, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x19 mm Kalibrli Brauninq konstruksiyalı və həmin kalibirli digər silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəşə yararlıdırlar. Tədqiqata təqdim olunmuş 07 ədəd patronlar, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 12x70 kalibrli ov patronudur, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş döyüş ov sursatıdır və atəş üçün yararlıdırlar. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” KartoteKasında olan acılmamış cinayətlər üzrə hadisə yerindən götürlmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 07 dekabr 2022-ci il tarixli 21 №-li arayışdan görünür ki, ümumi çəkisi 9999,10 (doqquz min doqquz yüz doxsan doqquz tam yüzdə on), qalıq çəkisi 9998,90 qram olan bej rəngli nəm maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; təmiz çəkisi 2305,60 qram (iki min üç yüz beş tam yüzdə altmiş), qalıq çəkisi 2305,40 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; təmiz çəkisi 13340,20 qram (on üç min üç yüz qırx tam yüzdə iyirmi), qalıq çəkisi 13340,00 qram olan yaşıl çalarlı bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; Təqdim edilmiş 01 ədəd silah 9x19 mm kalibirli, zavod üsulu ilə istehsal edilmiş, “2020085” №-li döyüş təyinatlı tapançadır, yivli-odlu silahdır, saz vəziyyətdədir, istifadəyə (atəşə) yararlı olması ehtimal edilir. Təqdim edilmiş 39 ədəd patron 9x19 mm kalibrli olmaqla, həmin kalibrə malik tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ile istehsal edilmiş döyüş sursatı hesab edilən patronlardır, istifadəyə yararlıdır.Təqdim edilmiş 02 ədəd sandıqça tapança konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 9x19 mm kalibrli, zavod üsulu ilə istehsal edilmiş sandıqçadır, istifadəyə yararlıdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 07 dekabr 2022-ci il tarixli 22 №-li arayışdan görünür ki, tədqiqata təqdim edilən: təmiz çəkisi 395,80 qram (üç yüz doxsan beş tam yüzdə səksən), qalıq çəkisi 395,75 qram olan tünd bej rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; ümumi təmiz çəkisi 675,45 qram (altı yüz yetmiş beş tam yüzdə qırx beş), qalıq çəkisi 675,40 qram olan ağ rəngli kristallardan ibarət nəm maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Chevrolet-Nexia” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobildən və Təqsirləndirilən şəxs1 Ramis oğlunun kirayədə yaşadığı ünvan 5 ünvanın aşkar edilib götürülmüş ümumi 10394,9 qram və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni ümumi 9239,9 qram çəkidə olan narkotik vasitə heroin, aşkar edilib götürülmüş ümumi 13340,20 qram olan və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni ümumi 13339,8 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana, aşkar edilib götürülmüş ümumi 2981,05 qram çəkidə olan və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yeni ümumi 2949,9 qram çəkidə olan psixotrop maddə metamfetamin, 01 ədəd tapança, 02 ədəd daraq, 30 ədəd 9x19 mm kalibirli patron və eksperimental atəş zamanı istifadə edilmiş 09 ədəd 9x19 mm kalibirli patron gilizləri, 04 ədəd 12 kalibirli patron və eksperimental atəş zamanı istifadə edilmiş 03 ədəd 12 kalibirli patron gilizləri maddi sübut tanınmaqla Abşeron RPİ-də saxlanılır, “Chevrolet-Nexia" markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış aparılması zamanı və ünvan 5 ünvanına baxış zamanı Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 02 (iki) ədəd disk, həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 telefon danışıqların yazıldığı 01 ədəd diskin maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılır. Cinayət işinin materiallarında olan Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının Vəlixanlı İƏDN-dən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdırlar. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Əkbərli X6 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay sınaq müddəti təyin edilməklə 02 (iki) il 03 (üç) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına şərti məhkum edilmişdir. Təqsirləndirilən şəxs3 hazırda məhkumluğu olmayan şəxsdir. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ittiham olunduqları Cinayət Məcəlləsinin 206.3.2, 228.2.1, 234.4.1, 234.4.2, 234.4.3, 318.2-ci maddələri ilə, həmçinin Təqsirləndirilən şəxs3 əməli CM-nin 234.4.1, 234.4.3-cü maddəsi ilə ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır və az ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxslərin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. İstintaq orqanı təqsirləndirilən şəxslərin əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzalarını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 206.3.2, 228.2.1, 234.4.1, 234.4.2, 234.4.3 və 318.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri onların özlərinin qismən etirafedici ifadələri, həmçinin şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və baxış protokolları, digər mötəbər dəlillər və sübutlar ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxslər tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, həmin ifadələri Təqsirləndirilən şəxs3 məsuliyyətdən yaxa qurtarmaq, həmçinin özlərinin məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 228.2.1, 234.4.1, 234.4.2, 234.4.3 və 318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidirlər, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Onların əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 206.3.2, 228.2.1, 234.4.1, 234.4.2, 234.4.3 və 318.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, onlara qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 228.2.1, 234.4.1, 234.4.2, 234.4.3 və 318.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs3 qarşı irəli sürülən ittihamın bir hissəsi ilə bağlı, yəni Təqsirləndirilən şəxs3 qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirməsi ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-in məhz 206.3.2-ci maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 10 nömrəli Qərarında da qeyd edilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq cinayətinin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs3 CM-nin 32.5,206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, digər təqsirləndirilən şəxslərin ibtidai istintaqdakı ifadələri və şahidlərin ifadələri, ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onun əməli CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32,5,206.3.2-ci maddəsinə tövsif edilməlidir. Digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 lehinə verdikləri ifadələrlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin ifadələr iş materiallarında olan digər sübutlarla, həmçinin onların ibtidai istintaq zamanı verdikləri ifadələri, şahid ifadələri və digər mötəbər sübutlarla təkzib olunur. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs3 həm şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin onun bu cinayət işi ilə bağlı heç bir əlaqəsinin olmaması ilə əlaqədar müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç bir söz deməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, bunu məsuliyyətdən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirir və onun törətdiyi cinayət əməllərinin şahid ifadələri və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 32,5,206.3.2, 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzaların şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin (CM-nin 206.3.2, 228.2.1, 234.4.1, 234.4.2, 234.4.3 və 318.2-ci), Təqsirləndirilən şəxs3 isə təqsirli bilindiyi maddələrin (CMnin 32,5,206.3.2, 234.4.1 və 234.4.3-cü) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 07 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixdə barəsində 04 (dörd) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 07 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs3 08 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidirlər. Təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 07 dekabr 2022-ci il tarixdən, Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı isə 08 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmirlər. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları yoxdur. Ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicəyə ehtiyaclarının olmamasını, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdırlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9239,9 qram olan narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2949,9 qram olan psixotrop maddə metamfetamin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 13339,8 qram olan narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd tapança, 02 ədəd daraq, 30 ədəd 9x19 mm kalibirli patron və eksperimental atəş zamanı istifadə edilmiş 09 ədəd 9x19 mm kalibirli patron gilizləri, 04 ədəd 12 kalibirli patron və eksperimental atəş zamanı istifadə edilmiş 03 ədəd 12 kalibirli patron gilizləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş materiallarında olan 03 (üç) ədəd “DVD” formatlı disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 51 (əlli bir) manat olmaqla, cəmi 153 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 228.2.1, 234.4.1, 234.4.2, 234.4.3, 318.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-nin 206.3.2-ci maddəsi ilə 06 il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 228.2.1-ci maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 10 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 318.2-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun cəzaçəkmə müddətinin başlanğıcı 07 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 228.2.1, 234.4.1, 234.4.2, 234.4.3, 318.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-nin 206.3.2-ci maddəsi ilə 06 il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 228.2.1-ci maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 10 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 318.2-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun cəzaçəkmə müddətinin başlanğıcı 07 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-nin 32.5,206.3.2-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 13 (on üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun cəzaçəkmə müddətinin başlanğıcı 08 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9239,9 qram olan narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2949,9 qram olan psixotrop maddə metamfetamin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 13339,8 qram olan narkotik vasitə qurudulmuş marixuana, eksperimental atəş zamanı istifadə edilmiş 09 ədəd 9x19 mm kalibirli patron gilizləri və eksperimental atəş zamanı istifadə edilmiş 03 ədəd 12 kalibirli patron gilizləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 01 ədəd tapança, 02 ədəd daraq, 30 ədəd 9x19 mm kalibirli patron və 04 ədəd 12 kalibirli patron Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut olan 03 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 51 (əlli bir) manat olmaqla, cəmi 153 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-357/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-357/2024
27.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver